Məhkəmə qərarları › İş №1(101)-1191/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1191/2025

25.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1191/2025 25.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri İmanova Nigar Arzu qızı (sədrlik edən), X23 və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs3 və müdafiəçisi “Presedent” Vəkil Bürosu vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxx 1996-cı il tarixdə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, xx xxxxxxxx 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi qaydada maşın ustası kimi fəaliyyət göstərmiş, ünvan 2 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Salyan şossesi, 3-cü massiv ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2, xx xxxxxxxx 1989-cu il tarixdə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan, Şəki şəhəri, X31 küçəsi, ev 4/3 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, ünvan 5da kirayə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs2, X8, X24 və qeyriləri ilə dini fanatizm zəminində cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə olunma mənbəyindən asılı olmayaraq pul vəsaitlərinin tamamilə və qismən, bilavasitə və dolayısı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214 və 283-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin terrorçu təşkilat tərəfindən hazırlanmasının, təşkil olunmasının, törədilməsinin, eləcə də terrorçunun və terrorçu qrupun (dəstənin, təşkilatın) maliyyələşdirilməsi üçün istifadə olunacağını bilərək qəsdən toplanaraq verilməsini həyata keçirməklə təkrar terrorçuluğu maliyyələşdirmişdir.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının vətəndaşları X8, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, X24 və qeyriləri ilə dini fanatizm zəminində cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə olunma mənbəyindən asılı olmayaraq pul vəsaitlərinin tamamilə və qismən, bilavasitə və dolayısı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214 və 283-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin terrorçu təşkilat tərəfindən hazırlanmasının, təşkil olunmasının, törədilməsinin, eləcə də terrorçunun və terrorçu qrupun (dəstənin, təşkilatın) maliyyələşdirilməsi üçün istifadə olunacağını bilərək qəsdən toplanaraq verilməsini həyata keçirməklə təkrar terrorçuluğu maliyyələşdirmişdir.

3. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs2, X8 və qeyriləri ilə dini fanatizm zəminində cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə olunma mənbəyindən asılı olmayaraq pul vəsaitlərinin tamamilə və qismən, bilavasitə və dolayısı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214 və 283-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin terrorçu təşkilatlar tərəfindən hazırlanmasının, təşkil olunmasının, törədilməsinin, eləcə də terrorçunun və terrorçu qrupun (dəstənin, təşkilatın) maliyyələşdirilməsi üçün istifadə olunacağını bilərək qəsdən toplanaraq verilməsini həyata keçirməklə terrorçuluğu maliyyələşdirmişdir.

İşin faktiki halları

4. Təqsirləndirilən şəxs1 24 iyul 2015-ci il tarixdə Gürcüstan istiqamətində Azərbaycan Respublikasını tərk edib əvvəlcə Türkiyə Respublikasına oradan isə Suriya Ərəb Respublikasına gedərək orada 2015-ci ilin avqust ayından hazırkı tarixədək olan müddətdə ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədi ilə yaradılmış “İraq və X61” (İŞİD) və digər cinayətkar birliklərin (təşkilatların) tabeçiliyində olan silahlı qrupların nümayəndələrinin birliyinə qoşulmaqla həmin silahlı qrupların tərkibində Azərbaycan Respublikasının hüdudlarından kənarda dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Hələb, İdlib şəhərləri və digər ərazilərdə təşkil edilən silahlı münaqişələrdə, yəni Suriya silahlı qüvvələrinə qarşı aparılan döyüşlərdə iştirak edib, həmin silahlı qrupların digər üzvləri ilə cinayətkar birlik (cinayətkar təşkilat) halında odlu silah və silah qismində istifadə olunan digər predmetlərdən istifadə etməklə terrorçuluq hərəkətləri törədən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3,214.2.1, 12.3,214.2.3, 12.3,214-1, 12.1,218.2 və 283-1.3-cü maddələri ilə barəsində axtarış elan edilmiş X24 və qeyriləri ilə dini fanatizm zəminində cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə olunma mənbəyindən asılı olmayaraq pul vəsaitlərinin tamamilə və qismən, bilavasitə və dolayısı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214 və 283-1-ci maddələrində nəzərdə tutulmuş - terrorçuluq, yəni cinayətkar birlik (cinayətkar təşkilat) halında odlu silah və silah qismində istifadə olunan digər predmetlərdən istifadə etməklə ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətlər (terror aktı) törətmə və Azərbaycan Respublikası vətəndaşlarının dini düşmənçilik və dini radikalizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda Suriya Ərəb Respublikası ərazisində aparılan silahlı münaqişələrdə iştirak etmə əməllərinin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası tərəfindən 15 avqust 2014-cü il tarixli 2170 (2014) saylı qətnamə ilə terrorçu təşkilat kimi tanınmış “İraq və X61” (İŞİD) və digər belə terrorçu təşkilatlar tərəfindən hazırlanmasının, təşkil olunmasının, törədilməsinin, eləcə də terrorçu kimi X9 və terrorçu təşkilatın digər üzvlərinin maliyyələşdirilməsi üçün istifadə olunacağını bilərək bu məqsədlə 2018-2023-cü illərdə öz şəxsi gəlirlərindən, eləcə də sosial şəbəkələr vasitəsilə və tanışlarından maddi ehtiyacı olan şəxslərə “sədəqə” - yardım adı altında Şəki şəhərində pul vəsaitləri toplamağa nail olub həmin vəsaitlərin “X21” ASC-nin Şəki şəhəri, M.Rəsulzadə prospekti, 160A ünvanında və "xxxx" ASC-nin Şəki şəhəri, M.Rəsulzadə prospekti, 149B ünvanında yerləşən filiallarından “Western Union” beynəlxalq surətli pul köçürmə sistemi ilə Şükür Həmidlinin tapşırığına əsasən sonuncunun ona adlarını təqdim etdiyi şəxsiyyəti istintaqla dəqiqləşdirilməyən Türkiyə Respublikasında olan “Khatib Maysoun”a 25 sentyabr 2018-ci il tarixdə 94 ABŞ dolları, 08 avqust 2019-cu il tarixdə Talhah Kabbishə 267 ABŞ dolları, 08 yanvar 2020-ci il tarixdə X37 232 ABŞ dolları, 19 yanvar 2021-ci il tarixdə Fatima Alnazeefə 300 ABŞ dolları, 04 fevral 2022-ci il tarixdə Fadı EL Hacıya 522 ABŞ dolları və 06 mart 2023-cü il tarixdə X69 Behraya 608,78 ABŞ dolları olmaqla, ümumilikdə 2023,78 (iki min iyirmi üç dollar yetmiş səkkiz sent) ABŞ dolları (3440,43 manat ekvivalentində) məbləğində vahid niyyətlə davamlı şəkildə köçürülməsini, oradan isə bir hissəsinin Suriya Ərəb Respublikası ərazisindəki həmin terrorçu təşkilatların üzvü Şükür Həmidliyə, yerdə qalan digər hissəsinin isə sonuncu vasitəsilə qeyrilərinə çatdırılaraq verilməsini təmin etməklə qəsdən terrorçuluğu maliyyələşdirmişdir. Bundan əlavə Anar X1, Təqsirləndirilən şəxs2, həmçinin 30 sentyabr 2013-cü il tarixdə Azərbaycan Respublikasını tərk edib əvvəlcə Türkiyə Respublikasına oradan isə Suriya Ərəb Respublikasına gedərək orada 2013-cü ilin oktyabr ayından hazırkı tarixədək olan müddətdə ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədi ilə yaradılmış cinayətkar birliklərin (təşkilatların) tabeçiliyində olan silahlı qrupların nümayəndələrinin birliyinə qoşulmaqla həmin silahlı qrupların tərkibində Azərbaycan Respublikasının hüdudlarından kənarda dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Hələb, İdlib şəhərləri və digər ərazilərdə təşkil edilən silahlı münaqişələrdə, yəni Suriya silahlı qüvvələrinə qarşı aparılan döyüşlərdə iştirak edib, həmin silahlı qrupların digər üzvləri ilə cinayətkar birlik (cinayətkar təşkilat) halında odlu silah və silah qismində istifadə olunan digər predmetlərdən istifadə etməklə terrorçuluq hərəkətləri törədən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3,214.2.1, 12.3,214.2.3, 12.3,214-1, 12.1,218.2 və 283-1.3-cü maddələri ilə barəsində axtarış elan edilmiş X8 və qeyriləri ilə dini fanatizm zəminində cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə olunma mənbəyindən asılı olmayaraq pul vəsaitlərinin tamamilə və qismən, bilavasitə və dolayısı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214 və 283-1-ci maddələrində nəzərdə tutulmuş - terrorçuluq, yəni cinayətkar birlik (cinayətkar təşkilat) halında odlu silah və silah qismində istifadə olunan digər predmetlərdən istifadə etməklə ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətlər (terror aktı) törətmə və Azərbaycan Respublikası vətəndaşlarının dini düşmənçilik və dini radikalizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda Suriya Ərəb Respublikası ərazisində aparılan silahlı münaqişələrdə iştirak etmə əməllərinin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası tərəfindən 15 avqust 2014-cü il tarixli 2170 (2014) saylı qətnamə ilə terrorçu təşkilat kimi tanınmış “İraq və X61” (İŞİD) və digər belə terrorçu təşkilatlar tərəfindən hazırlanmasının, təşkil olunmasının, törədilməsinin, eləcə də terrorçu kimi X24, X8 və terrorçu təşkilatın digər üzvlərinin maliyyələşdirilməsi üçün istifadə olunacağını bilərək bu məqsədlə 2024-cü ilin fevral-mart aylarında sosial şəbəkələr vasitəsilə və tanışlarından maddi ehtiyacı olan şəxslərə “sədəqə” - yardım adı altında Şəki şəhərində 360 (üç yüz altmış) manat pul vəsaiti toplamağa nail olub həmin vəsaitin Şükür Həmidlinin tapşırığı ilə 06 mart 2024-cü il tarixdə Şəki şəhərində həmin cinayətlə əlaqəsi olmayan tanışı Şahid1 istifadəsində olan “X21” ASC-yə məxsus **********013348 saylı bank kartından mobil bank tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs2 adına rəsmiləşdirilmiş "xxxx" ASC-yə məxsus **********698685 saylı bank kartına köçürülməsini, həmin kartdan isə əvəzləşdirmə və digər hesablaşma qaydasında Suriya Ərəb Respublikası ərazisindəki həmin terrorçu təşkilatların üzvü Elşən Mustafayev vasitəsilə bir hissəsinin Şükür Həmidliyə, yerdə qalan digər hissəsinin isə sonuncu vasitəsilə qeyrilərinə çatdırılaraq verilməsini təmin etməklə qəsdən təkrar terrorçuluğu maliyyələşdirmişdir.

5. Təqsirləndirilən şəxs2 30 sentyabr 2013-cü il tarixdə Azərbaycan Respublikasını tərk edib əvvəlcə Türkiyə Respublikasına oradan isə Suriya Ərəb Respublikasına gedərək orada 2013-cü ilin oktyabr ayından hazırkı tarixədək olan müddətdə ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədi ilə yaradılmış cinayətkar birliklərin (təşkilatların) tabeçiliyində olan silahlı qrupların nümayəndələrinin birliyinə qoşulmaqla həmin silahlı qrupların tərkibində Azərbaycan Respublikasının hüdudlarından kənarda dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Hələb, İdlib şəhərləri və digər ərazilərdə təşkil edilən silahlı münaqişələrdə, yəni Suriya silahlı qüvvələrinə qarşı aparılan döyüşlərdə iştirak edib, həmin silahlı qrupların digər üzvləri ilə cinayətkar birlik (cinayətkar təşkilat) halında odlu silah və silah qismində istifadə olunan digər predmetlərdən istifadə etməklə terrorçuluq hərəkətləri törədən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3,214.2.1, 12.3,214.2.3, 12.3,214-1, 12.1,218.2 və 283-1.3-cü maddələri ilə barəsində axtarış elan edilmiş X8, 24 iyul 2015-ci il tarixdə Gürcüstan istiqamətində Azərbaycan Respublikasını tərk edib əvvəlcə Türkiyə Respublikasına oradan isə Suriya Ərəb Respublikasına gedərək orada 2015-ci ilin avqust ayından hazırkı tarixədək olan müddətdə ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədi ilə yaradılmış “İraq və X61” (İŞİD), və digər cinayətkar birliklərin (təşkilatların) tabeçiliyində olan silahlı qrupların nümayəndələrinin birliyinə qoşulmaqla həmin silahlı qrupların tərkibində Azərbaycan Respublikasının hüdudlarından kənarda dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Hələb, İdlib şəhərləri və digər ərazilərdə təşkil edilən silahlı münaqişələrdə, yəni Suriya silahlı qüvvələrinə qarşı aparılan döyüşlərdə iştirak edib, həmin silahlı qrupların digər üzvləri ilə cinayətkar birlik (cinayətkar təşkilat) halında odlu silah və silah qismində istifadə olunan digər predmetlərdən istifadə etməklə terrorçuluq hərəkətləri törədən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3,214.2.1, 12.3,214.2.3, 12.3,214-1, 12.1,218.2 və 283-1.3-cü maddələri ilə barəsində axtarış elan edilmiş X24 və qeyriləri ilə dini fanatizm zəminində cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə olunma mənbəyindən asılı olmayaraq pul vəsaitlərinin tamamilə və qismən, bilavasitə və dolayısı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214 və 283-1-ci maddələrində nəzərdə tutulmuş - terrorçuluq, yəni cinayətkar birlik (cinayətkar təşkilat) halında odlu silah və silah qismində istifadə olunan digər predmetlərdən istifadə etməklə ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətlər (terror aktı) törətmə və Azərbaycan Respublikası vətəndaşlarının dini düşmənçilik və dini radikalizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda Suriya Ərəb Respublikası ərazisində aparılan silahlı münaqişələrdə iştirak etmə əməllərinin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası tərəfindən 15 avqust 2014-cü il tarixli 2170 (2014) saylı qətnamə ilə terrorçu təşkilat kimi tanınmış “İraq və X61” (İŞİD) və digər belə terrorçu təşkilatlar tərəfindən hazırlanmasının, təşkil olunmasının, törədilməsinin, eləcə də terrorçu kimi X8, X24 və terrorçu təşkilatın digər üzvlərinin maliyyələşdirilməsi üçün istifadə olunacağını bilərək əvvəlcədən əldə olunmuş razılığa və qrup üzvləri arasındakı vəzifə bölgüsünə əsasən, Elşən Mustafayevin tapşırığı ilə 2023-cü ilin əvvəllərindən 24 aprel 2024-cü il tarixə qədər olan müddətdə Azərbaycan Respublikasından Suriya Ərəb Respublikasına pul göndərmək istəyən Təqsirləndirilən şəxs1 və digərləri tərəfindən Şükür Həmidliyə, eləcə də qeyrilərinə çatdırılması məqsədilə müxtəlif banklara məxsus mobil bank tətbiqləri və ödəniş terminalları vasitəsilə ayrı-ayrı vaxtlarda və məbləğlərdə, ümumilikdə 30.000 (otuz min) manat pul vəsaitinin vahid niyyətlə davamlı şəkildə özünün adına rəsmiləşdirilmiş istifadəsində olan "xxxx" ASC-yə məxsus **********698685 saylı bank kartına köçürülməklə həmin kartda Bakı şəhərində toplanmasını və 01 may 2024-cü il tarixdə Sumqayıt şəhərində Elşən Mustafayevin həmin cinayətlə əlaqəsi olmayan anası Şahid5 və bacısı Şahid6 çatdırmaqla əvəzləşdirmə və digər hesablaşma üsulları ilə həmin pul vəsaitinin bir hissəsinin Suriya Ərəb Respublikasında olan Elşən Mustafayevə, sonuncu tərəfindən isə Şükür Həmidliyə, yerdə qalan digər hissəsinin isə onlar tərəfindən qeyrilərinə verilməsini təmin edib qəsdən terrorçuluğu maliyyələşdirmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3, X8 və qeyriləri ilə dini fanatizm zəminində cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə olunma mənbəyindən asılı olmayaraq pul vəsaitlərinin tamamilə və qismən, bilavasitə və dolayısı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214 və 283-1-ci maddələrində nəzərdə tutulmuş - terrorçuluq, yəni cinayətkar birlik (cinayətkar təşkilat) halında odlu silah və silah qismində istifadə olunan digər predmetlərdən istifadə etməklə ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətlər (terror aktı) törətmə və Azərbaycan Respublikası vətəndaşlarının dini düşmənçilik və dini radikalizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda Suriya Ərəb Respublikası ərazisində aparılan silahlı münaqişələrdə iştirak etmə əməllərinin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası tərəfindən 15 avqust 2014-cü il tarixli 2170 (2014) saylı qətnamə ilə terrorçu təşkilat kimi tanınmış “İraq və X61” (İŞİD) və digər belə terrorçu təşkilatlar tərəfindən hazırlanmasının, təşkil olunmasının, törədilməsinin, eləcə də terrorçu kimi X5 və terrorçu təşkilatın digər üzvlərinin maliyyələşdirilməsi üçün istifadə olunacağını bilərək bu məqsədlə əvvəlcədən əldə olunmuş razılığa və qrup üzvləri arasındakı vəzifə bölgüsünə əsasən, sonuncunun tapşırığı ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən ünvan 8 ünvanında yerləşən 21023 saylı “MilliÖN” elektron ödəmə terminalı vasitəsilə 22 may 2024-cü il tarixdə adına rəsmiləşdirilmiş istifadəsində olan "xxxx" ASC-yə məxsus **********698685 saylı bank kartına yüklənən 280 (iki yüz səksən) manat məbləğində pul vəsaitini toplayaraq 23 may 2024-cü il tarixdə Bakı şəhərindən mobil bank tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs3 adına rəsmiləşdirilmiş "xxxx" ASC-yə məxsus **********982253 saylı karta köçürülməsini və daha sonra sonuncu tərəfindən nağdlaşdırılaraq ABŞ dollarına konvertasiya edilməklə 165 (yüz altmış beş) ABŞ dolları məbləğində "xxxx" MMC-nin ünvan 10da yerləşən 3 saylı poçt filialının 92 saylı şöbəsindən Elşən Mustafayevin tapşırığına əsasən 24 may 2024-cü il tarixdə şəxsiyyəti istintaqla dəqiqləşdirilməyən Türkiyə Respublikasında olan Mansour Bılala göndərilməsini, oradan isə həmin pul vəsaitinin bir hissəsinin Suriya Ərəb Respublikası ərazisindəki həmin terrorçu təşkilatların üzvü Elşən Mustafayevə, yerdə qalan digər hissəsinin isə sonuncu vasitəsilə qeyrilərinə çatdırılaraq verilməsini təmin etməklə qəsdən təkrar terrorçuluğu maliyyələşdirmişdir.

6. Təqsirləndirilən şəxs3 30 sentyabr 2013-cü il tarixdə Azərbaycan Respublikasını tərk edib əvvəlcə Türkiyə Respublikasına oradan isə Suriya Ərəb Respublikasına gedərək orada 2013-cü ilin oktyabr ayından hazırkı tarixədək olan müddətdə ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədi ilə yaradılmış cinayətkar birliklərin (təşkilatların) tabeçiliyində olan silahlı qrupların nümayəndələrinin birliyinə qoşulmaqla həmin silahlı qrupların tərkibində Azərbaycan Respublikasının hüdudlarından kənarda dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Hələb, İdlib şəhərləri və digər ərazilərdə təşkil edilən silahlı münaqişələrdə, yəni Suriya silahlı qüvvələrinə qarşı aparılan döyüşlərdə iştirak edib, həmin silahlı qrupların digər üzvləri ilə cinayətkar birlik (cinayətkar təşkilat) halında odlu silah və silah qismində istifadə olunan digər predmetlərdən istifadə etməklə terrorçuluq hərəkətləri törədən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3,214.2.1, 12.3,214.2.3, 12.3,214-1, 12.1,218.2 və 283-1.3-cü maddələri ilə barəsində axtarış elan edilmiş X8 və qeyriləri ilə dini fanatizm zəminində cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə olunma mənbəyindən asılı olmayaraq pul vəsaitlərinin tamamilə və qismən, bilavasitə və dolayısı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214 və 283-1-ci maddələrində nəzərdə tutulmuş - terrorçuluq, yəni cinayətkar birlik (cinayətkar təşkilat) halında odlu silah və silah qismində istifadə olunan digər predmetlərdən istifadə etməklə ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətlər (terror aktı) törətmə və Azərbaycan Respublikası vətəndaşlarının dini düşmənçilik və dini radikalizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda Suriya Ərəb Respublikası ərazisində aparılan silahlı münaqişələrdə iştirak etmə əməllərinin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası tərəfindən 15 avqust 2014-cü il tarixli 2170 (2014) saylı qətnamə ilə terrorçu təşkilat kimi tanınmış “İraq və X61” (İŞİD) və digər belə terrorçu təşkilatlar tərəfindən hazırlanmasının, təşkil olunmasının, törədilməsinin, eləcə də terrorçu kimi X8 və terrorçu təşkilatın digər üzvlərinin maliyyələşdirilməsi üçün istifadə olunacağını bilərək bu məqsədlə Elşən Mustafayevin tapşırığı ilə Təqsirləndirilən şəxs2 tərəfindən "xxxx" ASC-yə məxsus **********698685 saylı bank kartından onun adına rəsmiləşdirilmiş istifadəsində olan "xxxx" ASC-yə məxsus **********982253 saylı bank kartına 23 may 2024-cü il tarixdə Bakı şəhərindən mobil bank tətbiqi vasitəsilə köçürülmüş 280 manat məbləğində pul vəsaitini Bakı şəhərində toplamağa nail olub, həmçinin X8 və qeyriləri ilə dini fanatizm zəminində cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında eyni məqsədlə 2023-cü ilin avqust ayından 23 sentyabr 2024-cü il tarixədək olan müddətdə Elşən Mustafayevin tapşırığı ilə şəxsiyyəti istintaqla dəqiqləşdirilməyən digər şəxslər tərəfindən qeyd edilən müddət ərzində onun adına rəsmiləşdirilmiş istifadəsində olan "xxxx" ASC-yə məxsus **********914605 və **********982253 saylı bank kartlarına ödəniş terminalları və mobil bank tətbiqləri vasitəsilə ayrı-ayrı vaxtlarda və məbləğlərdə köçürülən pul vəsaitlərini Bakı şəhərində toplamağa nail olub, həmin vəsaitlərin nağdlaşdırılaraq xarici valyuta ABŞ dollarına konvertasiya edilməklə "xxxx" ASC-nin Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 26 C və "xxxx" MMC-nin 3 saylı poçt filialının Bakı şəhəri, Nizami rayonu, Şahid10 küçəsi 7 ünvanında yerləşən 142 saylı və ünvan 10da yerləşən 92 saylı şöbələrindən “Western Union” və digər beynəlxalq surətli pul köçürmə sistemləri üzərindən Elşən Mustafayevin tapşırığı ilə sonuncunun ona adlarını təqdim etdiyi şəxsiyyəti istintaqla dəqiqləşdirilməyən Türkiyə Respublikasında olan Hamam Huseynə 29 avqust 2023-cü il tarixdə 108 ABŞ dolları, Bechenoune Rabaha 31 oktyabr 2023-cü il tarixdə 100 ABŞ dolları, Benmansour Abdelhamıda 12 yanvar 2024-cü il tarixdə 100 ABŞ dolları, Mansour Bılala 24 may 2024-cü il tarixdə 165 ABŞ dolları, X22 10 iyun 2024-cü il tarixdə 100 ABŞ dolları, Mekatı Mustaphaya 03 sentyabr 2024-cü il tarixdə 580 ABŞ dolları və Halıd Hamzaya 23 sentyabr 2024-cü il tarixdə 200 ABŞ dolları ABŞ dolları olmaqla, ümumilikdə 1353 (min üç yüz əlli üç) ABŞ dolları (2300,1 manat ekvivalentində) məbləğində vahid niyyətlə davamlı şəkildə köçürülməsini, oradan isə bir hissəsinin Suriya Ərəb Respublikası ərazisindəki həmin terrorçu təşkilatların üzvü Elşən Mustafayevə, yerdə qalan digər hissəsinin isə sonuncu vasitəsilə qeyrilərinə çatdırılaraq verilməsini təmin etməklə qəsdən terrorçuluğu maliyyələşdirmişdir.

Təqsirləndirilən şəxslərin təqsirli olmalarına dəlalət edən sübutlar aşağıdakılardan ibarətdir:

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərin heç birini tanımır. Onun tərəfindən 300 manat məbləğində pul tanımadığı bank kartına göndərilmişdir. Ola bilsin ki, həmin pulu o, sədəqə kimi göndərmişdir. Hadisənin üzərindən uzun müddət keçdiyindən hadisənin təfərrüfatlarını tam xatırlamır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid bank kartının nömrəsini çox adama verdiyini, təqsirləndirilən şəxsləri heç vaxt görmədiyini, xaricə pul köçürtmədiyini, konkret olaraq kimə pul göndərdiyini xatırlamadığını, tanışlarından Suriyada yaşayan kiminsə olmadığını, bir dəfə Suriyada olan zəlzələ ilə əlaqədar olaraq Suriyada olan şəxslərə pul göndərdiyini, lakin müharibə ilə bağlı Suriyaya pul göndərmədiyini, Təqsirləndirilən şəxs2 adını eşitmədiyini, yalnız ibtidai istintaq zamanı pul göndərdiyi kart hesabının Təqsirləndirilən şəxs2 məxsus olduğunu bildiyini, bəzən tanışlarının ona pul verərək online olaraq müəyyən bir kart hesabına göndərməsinin xahiş olunduğunu, xeyriyyə işlərini fərqli-fərqli insanların təşkil etdiyini, kiminsə ehtiyacı olanda onun tanışlarının bu barədə paylaşım etdiklərini, konkret olaraq kimin elanında təqsirləndirilən şəxsin kartını gördüyünü xatırlamadığını bildirmişdir.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Xəqani qardaşının qaynıdır. 2013-cü ildə ailəlikcə Suriyaya köçmək qərarına gəlmişlər. Ondan 4 ay öncə həyat yoldaşı Suriyaya getmiş, daha sonra qardaşı və qızı ilə birlikdə Suriyaya getmişlər. Təxminən 10 il ərzində Suriyada yaşamışlar. 2023-cü ildə dövlət xətti ilə Azərbaycana geri qayıtmışlar. Xəqanini cəmi bir dəfə görmüşdür. Qardaşı onlara alacağı ev üçün ayırdığı pulu Xəqani vasitəsi ilə onlara vermişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid Elşən Mustafayevin onun qardaşı olduğunu, Reyhan Ömərovanın qardaşının ikinci həyat yoldaşı olduğunu, Həmidli Şükür ad və soyadlı şəxsi tanımadığını, təqsirləndirilən şəxslərdən yalnız Xəqanini tanıdığını, öz bank kartından Xəqaniyə pul göndərmədiyini, Xəqaninin onlara pul göndərdiyini, övladları atasız olduğundan X62 adlı təşkilatdan yardım aldıqlarını, bu yardımı Küveyt, Qətər kimi iqtisadi cəhətdən güclü dövlətlərin təşkil etdiyini, həmin yardımdan yararlanmaq üçün Elşənin ona köməklik etdiyini, kartına pul gəldiyi zaman Elşənin özünün ona bu barədə bildirdiyini və kartını yoxlamasını dediyini, sonradan Azərbaycana qayıtdıqda Elşənin onun kartına 400 manat göndərildiyini bildirirərək kart hesabını yoxlamasını istədiyini, kart hesabımı yoxladıqda, həqiqətən də kartına 400 manat yatırılmasını gördüyünü, Xəqaninin nə işlə məşğul olduğunu bilmədiyini, ümumiliyyətlə Suriyada yaşamadığını, evlə bağlı verilən pulun necə əldə edilməsindən xəbərinin olmadığını, müstəntiqin tələbi ilə qardaşından həmin pulu haradan əldə etməsini soruşduğunu, qardaşının yoldaşı üçün Suriyada ev tikilməli olduğunu, qardaşından soruşduqda Xəqaninin ona pul verməli olduğunu, həmin pulun isə qardaşının öz yoldaşına verəcəyini bildirdiyini, qardaşının ona həmin evin pulunun necə yığıldığı və nə qədər müddətdə yığılması barədə məlumat vermədiyini, Xəqanini məhz həmin pulu verdikdə gördüyünü, evin pulunun yığılması üçün hər hansı bir yardım kompaniyasının keçirilməsi ilə əlaqədar məlumatının olmadığını, bildiyi qədəri ilə Suriyada olan bir evin satılmalı olduğunu, həmin pul vasitəsilə yeni evin alınmalı olduğunu, o vaxta qədər Xəqani haqqında hər hansı bir məlumatının olmadığını, Xəqaninin ümumiliyyətlə Suriyada yaşamadığını, yalnız onun bacısının, yəni, öz qardaşının yoldaşının Suriyada yaşadığını bildirmişdir.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Xəqani onun oğlunun qaynıdır. Suriyada yaşayan zaman onların öz evi olmuşdur. Oğlu Elşən həmin evi tez-tez ev dəyişməmək üçün tikmişdi. Sonradan oğlu onlara orada qalmamağı, Azərbaycana qayıtmağı bildirmiş və həmin evi satmışdır. Həmin ev 11500 dollara satılmışdı. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid Şükürlü Həmid ad və soyadlı şəxsi tanımadığını, Elşənin hazırda evində olduğunu, Elşənin barəsində axtarış elan edildiyini, bildiyi qədəri ilə Elşənin terror hadisələri ilə əlaqəsi olduğundan barəsində axtarış elan edildiyini, oğlunun Azərbaycan Respublikası vətəndaşı olduğunu, Suriyada müharibədə iştirak etdiyini, Xəqaninin onlara 30000 manat verdiyini, evin öz pulundan əlavə olaraq böyük qızının qayınanasının 1000 dollar pul verdiyini, pulun Suriyaya necə çatdıralacağını bilmədiyini, evin pulu ilə bağlı 30000 manat pul verdiyini, Elşənin ona müraciət edərək Suriyada olan ailəsi üçün pul göndərməli olduğunu və ona yardım etməsini xahiş etdiyini, təxminən 10000 dollar pul çatdırmalı olduğunu, əlavə olan pulların insanların sədəqə məqsədi ilə göndərdiyi pullar olduğunu, oğlunun evlə əlaqədar olan məsələlər barədə yalnız bacısı ilə danışdığını, Xəqaninin yoldaşı ilə birlikdə həmin pulu gətirdiyini, özünün pul verilən zaman iştirak etmədiyini, Xəqanini pulu gətirdiyi gün küçədə gördüyünü, Xəqanini xeyriyyəçi kimi tanıdığını, Xəqaninin Suriya ilə əlaqələrinin olduğunu bilmədiyini, Xəqaninin bacısının Suriyada yaşadığını, X14 bacısı, yəni öz arvadı üçün ev tikdiyini, onun əvəzində də Xaqaninin onlara ev almaq üçün pul verdiyini, hazırda Elşənin Suriyada yaşadığını bildirmişdir.

10. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid20 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri, ümumiliyyətlə, tanımır. Sual veriləcəyi təqdirdə cavab verə bilər. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid Xəqani adlı şəxsi tanımadığını, Suriyaya 100 manat göndərdiyini, pulu göndərdiyi kart hesabının sahibini tanımadığını, Şahid6 ilə Suriyada tanış olduğunu, 10 il Suriyada yaşadığını, Aytənin ondan pul istəmədiyini, bir nəfərin ehtiyacı olduğundan həmin pulu köçürtdüyünü, bir dəfə ona 300-400 dollar məbləğində yardım məqsədi ilə pul göndərildiyini, göndərdiyi pulun təyinatı üzrə xərclənməsini bilmək üçün Suriya ilə əlaqə saxladığını, göndərdiyi pul ilə bazarlıq edildiyini, həmin bazarlıqla alınan malların fotoşəklinin ona göndərildiyini, ona göndərilmiş 300-400 dollar məbləğində pulun o, Suriyada olan zaman göndərildiyini, həmin pulları bölüb ehtiyac sahiblərinə verdiyini, Suriya üçün köçürülən yardım vəsaiti ilə silah alınmasına şahid olmadığını, Suriyadan 2022-ci ildə gəldiyini, həmin vaxt müharibənin tam bitmədiyini bildirmişdir.

11. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanımıram. O, Suriyada olan qardaşına pul göndərmək məqsədi ilə Xəqani ilə əlaqə saxlamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid Ramin Məmmədovun qardaşı olduğunu, Raminin başqa cinayət işi ilə əlaqədar olaraq cinayət məsuliyyətinə cəlb edildiyini, qardaşı barəsində əvvəlcə axtarış elan edildiyini, onun cinayət məsuliyyətindən yayınmaq üçün əvvəlcə Gürcüstan Respublikasına, daha sonra Türkiyəyə qaçdığını, sonradan isə Suriyada qalmaq daha asan olduğundan Suriyaya qaçdığını, qardaşına köməklik məqsədi ilə kirayə haqqını və özünə ərzaq almaq üçün 340 manat və 375 manat olmaqla ayrı-ayrı vaxtlarda Xəqaniyə pul köçürtdüyünü, qardaşının Xəqaninin kartını göndərərək ora pul göndərməsini xahiş etdiyini, qardaşının namaz qıldığını, pul göndərdiyi zaman qardaşının Suriyada olduğunu, qardaşı ilə münasibəti soyuq olduğundan orada nə işlə məşğul olması barəsində xəbərinin olmadığını, qardaşının hazırda həbsdə olduğunu, qardaşına pulun necə çatdıralacağı barədə məlumatının olmadığını, həmin kart hesabının nömrəsini ailə üzvlərinə göndərildiyini, pulu həmin hesaba göndərdiyini, bildiyinə görə qardaşının hərbi əməliyyatlarda iştirak etmədiyini, qardaşının Suriyada bir neçə ay qaldığını bildirmişdir.

12. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanımır. Ramazan ayında fitrə vermək məqsədi ilə kart hesabına pul göndərmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid həyat yoldaşının kartından Xəqaninin kartına pul göndərdiyini, özünün paltar ticarəti ilə məşğul olduğunu, pul göndərdiyi kartın nömrəsini İdris adlı şəxsin ona verdiyini, İdrisin oğlu Sultanın Suriyada yaşadığını, Sultanın orada nə işlə məşğul olmasını bilmədiyini, terror qruplarına qoşulması ilə bağlı məlumatının olmadığını, Xəqaniyə pulu göndərəndə Sultanın Azərbaycanda olduğunu, İdrisin ona göndərdiyi kartı yaxınları ilə paylaşdığını, kartı yaxınları ilə paylaşmaqda məqsədinin daha çox sədəqə yığılmasına köməklik etmək olduğunu, həmin kart hesabını WhatsApp platformasında paylaşdığını xatırlamadığını, sədəqə məqsədi ilə fərqli kartlara da pul göndərdiyini, göndərdiyi pul vasitəsi ilə ev alınacağını bilmədiyini, hərbi əməliyyatlarla əlaqədar pul göndərmədiyini, həmin kart hesabına cəmi 2 dəfə pul göndərdiyini, pulun təyinatı üzrə xərcləndiyini araşdırmadığını bildirmişdir.

13. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən heç birini tanımır. Köməklik etmək məqsədi ilə kart paylaşılmış, o, kartın kimə məxsus olmasını bilməmişdir.

14. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Anarla Şəkidə məsciddə tanış olmuşlar. Anar onun kartı vasitəsi ilə Azərbaycana aid olan kartlara pul göndərmişdir. Həmidli Şükür adlı şəxsi tanımır. O özü heç kəsə yardım etməmişdir.

15. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, bu işlə əlaqədar, ümumiliyyətlə, məlumatı yoxdur. Anarın əslində Suriyaya pul köçürtdüyü ilə bağlı məlumatı ona Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları vermişlər. O, DTX-da ifadə verdikdə də bildirmişdir ki, bu işdən xəbəri yoxdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid Anarı çoxdandır ki, tanıdığını, Anarın kartına heç vaxt pul köçürtmədiyini, DTX-nın əməkdaşlarına Anarın necə bir insan olması və xasiyyəti haqqında ifadə verdiyini, Anarı yaxşı insan və xeyriyyəçi kimi tanıdığını, Anarın xaricə gedib-getmədiyini bilmədiyini, bildiyi qədəri ilə Anarın bacısı ailə quraraq Türkiyəyə köçdüyünü, Anarın ona Suriyaya getməsi ilə bağlı heç bir söz demədiyini, Təqsirləndirilən şəxs2 adlı və soyadlı şəxsi tanımadığını, DTX-da ifadə verən zaman müstəntiqin ona bir neçə şəxsin adını çəkərək onları tanıyıb-tanımadığı barədə sual versə də həmin şəxslərdən yalnız Anarı tanıdığını dediyini bildirmişdir.

16. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, onun bu işdən xəbəri yoxdur. Dövlət Təhlükəsizlik Xidməti onu çağıranda bu hadisədən xəbəri olmuşdur. O, təqsirləndirilən şəxslərdən heç birini tanımır. Qardaşı ona sədəqə məqsədi ilə kiməsə yardım etmək istəyirsə göndərəcəyi karta pul göndərməsini bildirmişdir. Həmin karta 100 manat köçürmüşdür. O, ümumiliyyətlə, gücü çatdığı qədər insanlara köməklik etməyə çalışır.

17. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki,o, Anarı çoxdan tanısa da, bu işlə əlaqəsi yoxdur. Anarın istifadə etdiyi kart onun olsa da, Anarın onun kartından hansı formada və məqsədlə istifadə etməsini bilməmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid Anarla 2018-ci ildən bəri tanış olduqlarını, Şəkidə bir məhəllədə yaşadıqlarını, birlikdə məscidə gedərək namaz qılıdıqlarını, kartını sədəqə məqsədi ilə istifadə olunması üçün Anara verdiyini, həmin vaxt Şəkidə yalnız onun kart hesabının olduğunu, Anardan başqa digər tanışlarına da kartını verdiyini, sədəqə üçün yığılmış pulun 250-300 manatdan artıq olmadığını, Həmidli Şükür adlı və soyadlı şəxsi tanımadığını, Şükürün Suriyaya getdiyini Anardan eşitdiyini, Şükürü şəxsən tanımadığını, pulların Suriyaya köçürülməsi ilə əlaqədar məlumatının olmadığını, ibtidai istintaq zamanı ona təzyiq göstərilmədiyini, müstəntiqin sualının cavabında Anarın onu aldatdığını bildirdiyini, Anar tutulduqdan Anarın onları aldatdığını anladığını, Təqsirləndirilən şəxs2 adlı və soyadlı şəxsi tanımadığını, karta yığılmış puldan öz şəxsi ehtiyacları üçün istifadə etmədiyini, ona göndərilən pulu çıxardıb Anara verdiyini, Anarın Şəki şəhəri daxili kimlərəsə köməklik etdiyini düşündüyünü bildirmişdir.

18. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid23 ifadəsində göstərmişdir ki, Elçin onun iş yoldaşı olmuşdur. Elçin Türkiyəyə getmiş, sonra isə qayıtmışdı. Sonradan bilmişlər ki, Elçin əslində Türkiyədə olmayıbmış. Bakıya qayıtdıqdan sonra Elçin yardım məqsədi ilə sədəqə yığmağa başlamışdır. Onlar Elçinə belə şeylərlə məşğul olmamasını bildirmişlər. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid Elçinlə qapı mağazasında bir yerdə işlədiklərini, Elçinin sürücü olduğunu, Elçinin maaşının az olmasından gileylənərək ev tikmək istədiyini və Türkiyəyə gedərək yüksək maaşlı işdə işləyəcəyini bildirdiyini, Elçinin Türkiyədən sonra başqa dövlətə getdiyini Suriyada zəlzələ olan vaxt bildiklərini, Elçinlə görüntülü danışdığını, Elçinin harada yaşadığını bilmədiyini, Şükür adlı şəxsi tanımadığını, Elçindən Suriyaya getmə səbəbini soruşduqda kömək niyyəti ilə getdiyini bildirdiyini, Elçinlə əlaqə saxlayaraq onun necə olması barədə ailəsinə məlumat verdiyini, Elçinlə bir dəfə videogörüntülü zənglə danışdıqlarını, Elçinin ona Suriyadan şəkil və ya video göndərmədiyini, həmin danışıq zamanı Elçinin yemək bişirdiyini, Elçinin hər hansı qruplaşmada iştirak etməsi ilə əlaqədar məlumatının olmadığını, Təqsirləndirilən şəxs2 adlı və soyadlı şəxsi tanımadığını bildirmişdir.

19. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid24 ifadəsində göstərmişdir ki, Elçinlə iş yoldaşı olmuşlar. Elçinin kartına heç vaxt pul köçürməmişdir. Bildiyi qədəri ilə Elçin Elşən adlı şəxsə pul köçürdüyünə görə tutulduğunu, Elçinlə iş yoldaşı olduqlarını, sonradan dost olduqlarını, Elçin tutulana kimi dost münasibətində olduqlarını, Elçinin hansı səbəbdən işdən ayrıldığını bilmədiyini, o, işə başlayanda Elçinin artıq işdən çıxdığını, onun bildiyinə görə Elçinin Türkiyəyə tır şoferi işləməyə getdiyini, Elçinin Suriyaya getməsindən xəbərdar olduqlarını, dediyinə görə Suriyaya köməklik məqsədi ilə getdiyini, Elçin Suriyada olan zaman onunla əlaqə saxladığını, Elçinlə bir-birilərinə Suriyada baş verən hadisələrlə bağlı video və şəkillər göndərdiklərini, bu videoların “İnstagram”-da paylaşılan xəbərlərdən ibarət olduğunu, Elçinin Elşənin səs yazısını ona göndərdiyini, həmin səs yazısının məzmununun Hol kampına getməklə əlaqədar olduğunu, səs yazısının dəqiq məzmunu xatırlamadığını, Elçinin ona videolar göndərdikdən sonra onları silməsini tələb etdiyini, onun nəyə görə belə bir şey istədiyini bilmədiyini, Elçinin döyüş və ya silah səsi göndərdiyini xatırlamadığını, Elçinin ona Elşənlə birlikdə səs göndərmədiyini, ibtidai istintaq zamanı ona təzyiq göstərilmədiyini, müstəntiqə hadisələri necə bildirmişsə eyni formada yazıldığını, Elçin Suriyada olan zaman onunla danışmadığını, Elçin Bakıya qayıtdıqdan sonra onunla tanış olduğunu bildirmişdir.

20. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid22 ifadəsində göstərmişdir ki, Elçinə pul köçürüb-köçürmədiyini bilmir. Kasıb bir ailəyə köməklik etmək məqsədi ilə pul göndərmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid Xəqani adlı şəxsi tanımadığını, pulu Elçinin göndərdiyi karta göndərdiyini, həmin kartın Elçinin şəxsi kartı olubolamamasını bilmədiyini, Elçinin ona kasıb bir ailəyə soyuducu alındığını və imkanı olarsa həmin soyuducunun kreditinin bağlanmasında yardımçı ola biləcəyini soruşduğunu, başqa şəxslərə də maddi köməklik etdiyini, Elçini, bir ildir ki, tanıdığını, Elçinin onun dostu olduğunu bildirmişdir.

21. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Qurban bayramı ilə əlaqədar olaraq Suriyaya yardım məqsədi ilə pul göndərmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid kartı ona Suriyada yaşayan bir qadının göndərdiyini, həmin karta pul göndərdiyini, Xəqani adlı şəxsi tanımadığını, pul göndərdiyi kartın kimə məxsus olduğunu bilmədiyini, əvvəllər Suriyaya pul göndərmədiyini, pulun Suriyaya göndərilməsindən xəbərinin olduğunu, kartın hansı dövlətə məxsus kart olduğunu xatırlamadığını, həmin karta 350 manat pul göndərdiyini, özünün ehtiyacı olanlara maddi köməklik göstərmək istədiyini və təklif etdiyini, həmin şəxsin adının Aytən olduğunu, Aytənin ondan pul istəmədiyini, ona yığılmış pulla alınmış qoyunun kəsilməsinə dair video göndərilmədiyini, həmin şəxslə Suriyada olan müharibə ilə əlaqədar heç bir söhbət etmədiklərini bildirmişdir.

22. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid18 ifadəsində göstərmişdir ki, qızı Suriyada yaşadığından o, Suriyaya pul göndərirmiş. Pul göndərdiyi kartın kimə məxsus olduğunu bilmirdi. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid ildə 10-12 dəfə qızı üçün Suriyaya pul göndərdiyini, hər hansı müharibə ilə əlaqədar olaraq Suriyaya pul göndərmədiyini, Xəqani adlı şəxsi tanımadığını, ilk dəfə idi ki, Suriyaya pul köçürülməsi üçün "xxxx" ASC-yə məxsus bir karta pul göndərdiyini, həmin karta 270 dollar məbləğində pul göndərdiyini, həyat yoldaşının ona həmin kartı göndərərək həmin karta pul göndərməsini bildirdiyini, həmin pulun qızına çatdırıldığını bildirmişdir.

23. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Ramazan ayında maddi köməklik etmək məqsədi ilə karta pul göndərmişdir. Kartın kimə aid olduğunu bilməmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid Xəqani adlı şəxsi tanımadığını, baqşa şəxslərə də yardım məqsədi ilə pul göndərdiyini, pul göndərdiyi kartı hər hansı sosial şəbəkədə görüb-görməməsini xatırlamadığını, Suriyada yaşayan tanışının olmadığını, həmin karta 1 manat pul göndərdiyini bildirmişdir.

24. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Ramazan ayında fitrə zəkatı olaraq 100 manat məbləğində pulu həmin karta göndərmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid pulu fitrə olaraq göndərdiyini, Xəqani adlı şəxsi tanımadığını, kartı ona İsmayıl adlı şəxsin göndərdiyini, həmin karta cəmi 1 dəfə pul göndərdiyini, başqa şəxslərə də pul göndərdiyini, hər dəfə göndərdiyi pulun yardım məqsədləri üçün sərf edilib-edilmədiyini yoxladığını bildirmişdir.

25. Şahidlər Şahid2 Oqtay oğlu, Şahid13, Şahid14, Şahid16, Şahid19 və Şahid21 məhkəmə iclaslarında iştirak etmədiklərindən onların ibtidai istintaq zamanı verdikləri ifadələr elan edilmişdir.

26. “Pul köçürülməsi üzrə ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən Türkiyə Respublikasında olan X70 Behra adlı şəxsə 608,78 ABŞ dolları, FatimaAlnazeef adlı şəxsə 300 ABŞ dolları, Khatib Maysoun adlı şəxsə 94 ABŞ dolları, Talhan Kabbish adlı şəxsə 267 ABŞ dolları, X72 adlı şəxsə 522 ABŞ dolları, X41 adlı şəxsə 232 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür (cild 01; i.v.14-24).

27. “Kompakt diskə baxış keçirilməsi haqqında” 04 aprel 2024-cü il tarixli protokoldan görünür ki, DTX 5-ci baş idarəsindən xx.xx.2024-cü il tarixli 9-1038 saylı məktubla istintaqa təqdim edilən cinayət işinin başlanmasına əsas olmuş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin xx.xx.2024-cü il tarixli 3-21-28/2-312/2024 saylı məktubu ilə əldə edilmiş 1 ədəd kompakt diskə keçirilən xx.xx.2024-cü il tarixli baxış protokol və protokola əlavə edilən sənədlərin məzmunundan görünür ki, AR vətəndaşı xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1: “X21” ASC-nin Şəki filialından “Western Union” beynəlxalq pul köçürmə sistemi vasitəsilə xx.xx.2018-ci il tarixdə Khatib Maysoun adlı şəxsə Türkiyə Respublikası istiqamətində 94 ABŞ dolları məbləğində, “X21” ASC-nin Şəki filialından “Western Union” beynəlxalq pul köçürmə sistemi vasitəsilə xx.xx.2019-cu il tarixdə Talhah Kabbish adlı şəxsə Türkiyə Respublikası istiqamətində 267 ABŞ dolları məbləğində, “X21” ASC-nin Şəki filialından “Western Union” beynəlxalq pul köçürmə sistemi vasitəsilə xx.xx.2020-ci il tarixdə X42 adlı şəxsə Türkiyə Respublikası istiqamətində 232 ABŞ dolları məbləğində, “X21” ASC-nin Şəki filialından “Western Union” beynəlxalq pul köçürmə sistemi vasitəsilə xx.xx.2021-ci il tarixdə Fatima Alnazeef adlı şəxsə Türkiyə Respublikası istiqamətində 300 ABŞ dolları məbləğində, “X21” ASC-nin Şəki filialından “Western Union” beynəlxalq pul köçürmə sistemi vasitəsilə xx.xx.2022-ci il tarixdə Fadı EL Hacı adlı şəxsə Türkiyə Respublikası istiqamətində 522 ABŞ dolları məbləğində, "xxxx" ASC-nin Şəki filialından “Western Union” beynəlxalq pul köçürmə sistemi vasitəsilə xx.xx.2023-cü il tarixdə X69 Behra adlı şəxsə Türkiyə Respublikası istiqamətində maddi yardım adı altında 608,78 ABŞ dolları məbləğində sürətli pul köçürmələri qeydə alınmışdır (cild 01; i.v.59-82).

28. “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” 06 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 “Whatspp” mobil tətbiqində İraq mobil operatoruna məxsus +**********588 saylı mobil nömrənin istifadəçisinin xx.xx.2024-cü il tarixdə saat 14:43 dəqiqədə ona göndərdiyi 1:44 saniyədən ibarət video fayla cavab olaraq onun həmin tarixdə 22:44-də 2:25 saniyədən ibarət “Alaykum salam və rəhmətullahi və barakatu Allah razı olsun Allah qorusun sizi əxi vay vay necə palçıq olubdu əxi nəsə danışanlara heç qulaq verməyə dəyməz ee Allaha həmd olsun mənim yanımda elə adamlar yoxdu ama əlbəttə ki var buralarda da ağzımız isti yerdədi oralara da qalıb hələ dil uzatmaq nətərdi vəziyyət nağayrursuz nətər gedir işlər güclər əxi gəncəli qardaş yazmışdı mənə vəziyyəti bildim orda nə var nə yox indi görək nə olur axı bu ara bir az qarışıqdı vəziyyət ümumiyyətlə burda keçən ildən düşən imam zad söhbətləri özün bilirsən yəni burda özbaşına hərəkət eliyənlər zad dağıtdı qoydu burda uşaqların çoxusunu bölündü burda da uşaqlar baxmadılar elm əhlinə fikir vermədilər ay əxi başa saldıq qanmadılar ona görə bir az ayrılıq düşübdü yəni nəyə görə danışıram bunu ay əxi Allaha həmd olsun inşallah yenə nəsə bir şey yığılacaq nə qədər vaxta olara bilmirəm ama inşallah ki mən əlimdən gələni edəcəm görüm hardan tapıram nə qədər tapa bilirəm əvvəlki kimi çoxluq olanda əlbəttə çoxluqdan hərə bir şey gətirir verir bitir də ama belə bölünmə zad olanda darmadağın olur vəziyyət indi əxi 2 günə də atam çıxır Allahın izni ilə onun da vaxtını 15 gün uzadıblar elə deyirlər ayın 21-ə qalıb fevralın başım o işlərə qalıbdı fevralın bu aralar da fikrimdədi bu o gəncəli Azər də deyibdi mənə inşallah görək nətər olur nə qədər vaxta demirəm day nə vaxta olar ama əlimə bir şey düşsə əxi deyəcəm yəni yığa bilsəm sənə xəbər eliyəcəm bir şey” məzmunlu səsli ismarıc yazılması müəyyən edilmişdir (cild 01; i.v.174-175).

29. “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” 09 aprel 2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Şükür ona səs göndərərək Suriyada qoşulduğu “Heyəti Təhrir” qruplaşması daxilində xainlər və münafiqələr aşkarlandığını, bəzi xəyanətlər olduğunu qeyd edir, sınır, yəni sərhəd bölgələrində nöbətlərin, yəni sərhəd mühafizəsinin davam etdiyini, hələ ki hərbi əməliyyatların olmadığını, bəzən onların, yəni Əsəd qüvvələri və müttəfiqlərinin atış açdığını, bəzən burdan, yəni “Heyəti Təhrir” qruplaşmasının üzvlərinin həmin qüvvələrə atış açdığını, qarşılıqlı atışmalar olduğunu bildirir. Ancaq aktiv hərbi əməliyyatların hələ ki, olmadığını qeyd edir. Şükür Allaha dua edir ki, qruplarının üstünə onları doğru şəkildə idarə edəcək rəhbərlər gətirsin. Şükür həmçinin cihadın fitnələr olan dövründə olduqlarını, fitnələrlə mübarizə apardıqlarını bildirir. O, da Şükürə cavabında adını xatırlamadığı Şəkidə bir qardaşla danışdığını, sonuncunun Suriyada baş verənlər barədə ona məlumat verdiyini demişdir.

30. 11.02.2024-cü il tarixdən o, Şükürlə video görüntülü danışmaq barədə söhbət etmiş, daha sonra Şükür Suriyadan ona təbiətə dair foto və videolar göndərmiş, amma onlar telefonun yaddaşında qalmamışdır. Şükür xx.xx.2024-cü il tarixdə ona orada Suriyada kənddə müsəlmanların yığılıb məscid tikdiyini, hələ ki açılış olmadığını bildirmiş və “bu şərəfsizlərə yaxındı deyə əxi rusların qabaqda hardasa iki kilometr qabaqda nöqtəsi var rusların nə vaxt ürəkləri istəsə atırlar əxi ona görə çox da bu kəndə önəm vermirdilər əsgəri nöqtədi belə deyəkyəni mədənilər qalmır çox az qalır qoyunu inəyi olanlar qalır onun dışında heç kim qalmır” məzmunlu sözlər demiş, məscidin yaxınlığında rus qüvvələrinin tez-tez atəş açdığını, kəndin əsgəri bir ərazi olduğunu, mədəni yəni sivil adamların çox az qaldığını, əsasən mücahid döyüşçülərin o kənddə olduğunu qeyd etmişdir. Şükürün konkret Suriyanın hansı kəndini nəzərdə tutduğunu o, dəqiq bilməmiş, sonra Şükür “bu kəndin adı “Pxeyr” kəndi di bura əxican Ksır var oranı azad edəndə bu şərəfsizlər hardasa əxi bir gündə qardaşlar and içirki düzdü mən həmin günü görməmişəm mən uzaqda olmuşam görənlər and içir ki 200 dənə baramil atıb bu baramil var ee bizdə əxi 220 litrlik baramillər mazot dizel zad qoyurlar əxi o baramilin içini əxi onlar “TNT” ilə doldururlar içinə də nə gəldi atırlar dəmir parçaları şrup qayka əxi partlayıcı şey eliyirlər o partlayan kimi şrup qayka çıxır insanlara dəyir kimə dəysə həm zəhərləyir həm də yaralayır belə yəni ki şərəfsizlik edirlər həmin o düzəltdiyi şeydən 200 dənə atıblar əxi bu kəndə balaca bi kəndə 200 dənə atıblar bir gündə şərəfsizlər ” məzmunlu sözlər deyərək, onlarla döyüşən Suriya və rus qüvvələrinin istifadə etdiyi silahlardan bəhs etmişdir.

31. Növbəti xx.xx.2024-cü il tarixdə danışıqlarında Şükür Şəkidən olan bir nəfər barəsində maraqlanmış, ancaq o, Şükürün tam olaraq kimi soruşduğunu başa düşməmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə o, işlədiyi mağazada olarkən Şükürlə video zənglə danışmaq istəmiş, yanında bir tanışının olduğunu bildirmişdir. Şükür buna cavabında “sənin tanıdığın etibarlı adamdısa yanında danışa bilərik problem yoxdur” məzmunlu sözlər demişdir. Bundan sonra onlar 17 dəqiqə video görüntü ilə danışmışlar. Daha sonra Şükür ona səs ataraq “HTŞ” tərkibində xainlərin aşkarlandığını, tutulduğunu, onlar barədə istintaq getdiyini bildirmiş və bu barədə ətraflı danışaraq çoxlu fitnələr olduğunu, bunun çox pis nəticələnə biləcəyini, orada minlərlə silahlı mücahid olduğunu, fitnə olacağı təqdirdə silahların işə düşə biləcəyini, qırğın ola biləcəyini bildirir, “HTŞ” qrupunun ən sağlam əqidəli qrup olduğunu, digərlərinin isə problemli qruplar olduğunu qeyd etmişdir. Daha sonra o, “əxi bunu dinlədim indi ay əxi indi bu istintaqdakı 4-5 nəfər buların son məqam olaraq çevriliş orda azad hakimiyyət qurmaq yoxsa Əsədə birləşdirmək istəyirdilər yoxsa öz Azad Suriya qurmaq yoxsa bular rejimi dəyişdirmək istəyirdilər yəni hakimiyyəti şəriyyəti buların ajanlığı ortaya çıxıbdı? Bular neyləmək istəyirdilər? Bu adamlar Allah qorusun danışırsan gözümün qabağına gəlir deyirəm əə nətər işlərdi” məzmunlu sözlər işlədərək həmin xainlərin məqsədlərini soruşmuşdur.

32. 23.02.2024-cü il tarixdə Şükür ona “bir qardaş var əqidəsi var dünən mənə dedi ki inşallah ki üzümüzə gələn həftəyə bir onun əqidəsini şey eləməy istəyirəm görüm üstünə 500 manat qoya bilirəm ona da demişdim əxi burda borclar falan var durum belədi demişdi əxi əlimdən gələni edəcəyəm deyir həm indi əqidə parasını göndərim həm orda qardaşlar zad yığılın ət yeyin həm də əlimdən gələni deyir sənə şey leiyəcəm deyirəm əxi inşallah ki onu ya mən sənə perevod eliyərəm yada ki ay əxi elə sən deyən də iş düzəlirsə Allahın izni ilə danışarsan düz qoş eliyərsiz öz aranızda həm də faiz də az çıxar baxma da ikisi bir yerdə gələndə faiz də az çıxır” məzmunlu səs ataraq, Azərbaycandan Suriyaya özünə pul göndərmək istəyən bir qardaş olduğunu, onun da göndərmək istədiyi pulu birləşdirib göndərəcəkləri təqdirdə az bank faizi çıxacağını qeyd etmişdir.

33. 23.02.2024-cü il tarixdə axşam saatlarında o, Şükürə yazaraq harada olduğunu ilə maraqlanmış, sonuncu isə “Makardayam axi Qerargahda” məzmunlu sözlər yazmışdır.

34. 05.03.2024-cü il tarixdə o, Şükürə “nağayrırsan nətərdi vəziyyət şükür salamtçılıqdı bizdə ay əxi mən sənə bir iki günə inşallah xəbər eliyirəm kodu bi dənə şey eliyəy də Allahın izni ilə demək olar ki hazırdı şey məsələ” məzmunlu sözlər deyərək, göndərəcəyi pulun hazır etdiyini bildirmiş və pulu göndərmək üçün kod istəmişdir.

35. 06.03.2024-cü il tarixdə o, Şükürə “əxi nağayrırsan nətərsən inşallah bu gün gör günortaya kodu deyə bilirsən günorta göndərim Allahın izni ilə bir dənə mənə xəbər eliyərdin inşallah” məzmunlu səs atmış, Şükür isə ona “Allah razı olsun Seyfullah tamam əxi inşallah əxi mən sənnən rahatlıq eliyim heç səni yola izə şey eləmiyəcəm əxican mən neyniyim əxi bir qardaş var o qardaşın mən kartını verim sən bi dənə o qardaşın kartına at əxican o qardaşın kartına yüklə çerez o uje özü perevod eliyicək Allahın izni ilə tamam mı? Sənə də rahat əxi nə poçta getmə əxi nə də banka getmə gözəl qardaş birbaşa onun kartına vur inşallah yəni karta kartdan da vura bilərsən karta hansısa bankomatdan da vura bilərsən sənə də uyğun olar inşallah qardaş da sağlam qardaşdı narahat olma inşallah” məzmunlu səs ataraq kod əvəzinə pulu deyəcəyi adamın kartına vurmağı xahiş etmiş, bir də banka və ya poçta getməyin əzizyyət olacağını bildirmiş, pulu həmin karta vurmağı, kartın sahibinin pulu özünə çatdıracağını qeyd etmişdir.

36. 15.03.2024-xx.xx.2024-cü il tarixlərində o, Şükürlə Ramazan ayının necə keçdiyi barədə danışmış, sonuncu da nöbətdə, yəni sərhəd mühafizəsində olduğunu, 2 günə evə geri gələcəyini qeyd etmişdir. O, isə Şükürə “nağayrırsan gözəl insan canın başın vəziyyət həə evdəsən yoxsa postdasan? Arada arxayınçılıq olanda bi dənə şey elə görüntülü danışaq” məzmunlu səs ataraq, postda olub-olmadığını soruşmuşdur. Daha sonra “iftar yerindəsən maşallah nuş olsun nağayrırsan nətər gedir vəziyyət? Nətər gedir orda ramazan salamatçılıqdı? Kanallar yükləmişəm yenə telegram baxıram aktivlikdi əlhəmdulillah aktivlikdi yenə rejimdən vururlar həə? Rejimdə həə? Görüm nağayrırsan uşaqlar nətərdi salamatçılıqdı yaxşılıqdı?” məzmunlu səs atmışdır.

37. 24.03.2024-cü il tarixdə o, Şükürə “həə nuş olsun nə məsələdi ay əxi orda bir xəbərlər oxudum ki hansısa qrup nə bilim nəsə özünə qoşulmayanlarla tədbir görəcəkdi nə deyir o bir arxayançılıq olanda mənə bir səs atardın görüm nə məsələdi telegramdan izləyirəm görüm nə məsələdi xəbərlər yayılır ama tam göstərilən kimi deyil də aydın döyül də yəni sən daha yaxşı bilərsən onları” məzmunlu səs ataraq Suriyadakı vəziyyəti soruşmuş, Şükür də cavabında “Exican inqilab isteyirler Bide burda köhne ceysulhur Hürriyet isteyir hts istemir uje bu işinde bawjnda hızib el tehrir durur onlarında destekleri Amerika ve xarici dovletlerden gelir Yeni exi sözün qisasi bunlar deyirlerki biz ne qaide ne hts ne bawqa hecne istemirik biz Oz muvatanlarimizi isteyirik yeni özgür ordu ve hürriyet. Allah qorusun axi fitne zamanidi Allah bizlere musulmanlara doğru olanı nesib etsin ve ona tabe olmaqi ehsan etsin” məzmunlu cavab vermişdir. O, da “həə başa düşdüm ay əxi ay əxi indi bunların istədiyi özgür Suriya deyəndə yəni burda islam dövləti kimi istəyirlər? Adı Suriya olsun islam dövləti kimi? Yoxsa özgür demokratik Suriya dövləti? Belə başa düşdüm ki bular demokratik belə adi özgür Suriya dövləti istəyirlər Allah qorusun nətər olacaq bu işlərin axırı Allah yaxşı eləsin” məzmunlu səs atmışdır.

38. Şükür Həmidli ilə “Whatsapp” mobil tətbiqi üzərindən +**********588 saylı mobil nömrə vasitəsilə apardığı danışıqlar ümumilikdə əsasən ümumi məişət söhbətləri, onun Şükürdən hal-əhval tutmağı, Suriyada baş verən siyasi bə hərbi proseslər, Şükür Həmidlinin bu barədə fikirləri, sonuncunun HTŞ tərkibində fəaliyyəti, onun Şükürə pul göndərməyi və s.. məsələlər barədə olmuşdur (cild 01; i.v.206-216; 219-243).

39. 15 aprel 2024-cü il tarixli “Fotoşəkil üzrə tanıma” protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 15 aprel 2024-cü il tarixli fotoşəkil üzrə tanınma protokolu ilə ********* saylı cinayət işi üzrə barəsində axtarış elan edilərək qiyabi həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs xx.xx.1996-cı il təvəllüdlü X16 tanımış, məktəbdə oxuduğu vaxtlarda Şəki şəhərində Şükür Həmidli ilə tanış olduğunu, 2015-ci ildən sonra sonuncu ilə üzbəüz görüşmədiyini, ancaq sosial şəbəkələr üzərindən “video zəng” funksiyasından istifadə etməklə dəfələrlə danışdığını qeyd etmişdir (cild 01; i.v.247- 249).

40. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X50 tərəfindən verilmiş 17 aprel 2024-cü il tarixli, 1036 saylı ambulator məhkəməpsixiatrik ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 üzvi emosional-labil pozuntu müəyyən edilir. Onda müəyyən edilən qeyri-psixotik pozuntular o dərəcədə ifadə olunmayıb ki, o, törədilmiş əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəlilik dərəcəsini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Onun əməli AR CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür (cild 02; i.v.113- 115).

41. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf nə Nəqliyyat Nazirliyi "xxxx" MMC tərəfindən verilmiş 20 may 2024-cü il tarixli 866/2024 saylı məktuba əlavə edilmiş pul köçürmələrinə dair siyahıdan görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən X10 30 sentyabr 2016-cı il tarixdə 30 manat, X11 10 iyun 2017-ci il tarixdə 23 manat, X17 11 noyabr 2017-ci il tarixdə 100 manat, X12 19 may 2019-cu il tarixdə 20 manat məbləğində pul vəsaiti göndərilmişdir (cild 02; i.v.146).

42. “Kompakt diskə baxış keçirilməsi haqqında” 11 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən Türkiyə Respublikasında olan şəxslərə 08 iyun 2021-ci il tarixdə Alımov Rustam adlı şəxsə 342,58 manat, 31 avqust 2021-ci il tarixdə həmin şəxsə yenidən 372,97 manat, 20 oktyabr 2021-ci il tarixdə Asur Bayan adlı şəxsə Kayumov Alısehr adlı şəxsə 60 ABŞ dolları, 20 oktyabr 2021-ci il tarixdə Asur Bayan adlı şəxsə 344,1 manat, 21 oktyabr 2021-ci il tarixdə həmin şəxsə 200 ABŞ dolları, 06 dekabr 2021-ci il tarixdə Sarı Kubılay adlı şəxsə 345,42 manat, 18 dekabr 2021-ci il, 01 fevral 2022-ci il, 19 aprel 2022-ci il tarixlərdə Kyumov Alısher adlı şəxsə 346,9, 199,54 və 1400,02 manat, 28 aprel 2022-ci il tarixdə Bekmuradov Boburbek adlı şəxsə 250 ABŞ dolları, 19 may 2022-ci il tarixdə Jumaboev Habıbjon adlı şəxsə 449 ABŞ dolları, 17 may 2022-ci il tarixdə həmin şəxsə yenidən 252 ABŞ dolları, 16 iyul 2022-ci il tarixdə Amal Rhassal adlı şəxsə 200 ABŞ dolları, 18 iyul 2022-ci il tarixdə Zayed Mohammed adlı şəxsə 350 ABŞ dolları, 12 avqust 2022-ci il tarixdə Aldahkıl Samı adlı şəxsə 400 ABŞ dolları, 06 sentyabr 2022-ci il tarixdə Afassı İmane adlı şəxsə 600 ABŞ dolları, 16 sentyabr 2022-ci il tarixdə həmin şəxsə yenidən 273 ABŞ dolları, 11 noyabr 2022-ci il tarixdə Chaou Sofian adlı şəxsə 485 ABŞ dolları, 02 dekab 2022-ci il tarixdə X63 adlı şəxsə 219 ABŞ dolları, 12 dekabr 2022-ci il tarixdə X57 adlı şəxsə 990 ABŞ dolları, 31 yanvar 2023-cü il tarixdə Benhadı Mohamed adlı şəxsə 200 ABŞ dolları, 13 fevral 2023-cü il tarixdə Zhumashova Saıragul adlı şəxsə 258 ABŞ dolları, 27 fevral 2023-cü il tarixdə Boussakine Aziz adlı şəxsə 120 ABŞ dolları, 03 mart 2023-cü il tarixdə Essaddıkı Tıhanı adlı şəxsə 88 ABŞ dolları, 09 mart 2023-cü il tarixdə Ratmı Khalıl adlı şəxsə 67 ABŞ dolları, 03 aprel 2023-cü il tarixdə Majıdı Abdennacer adlı şəxsə 99 ABŞ dolları, 19 aprel 2023-cü il tarixdə X64 adlı şəxsə 62 ABŞ dolları, 18 aprel 2023-cü il tarixdə Dkaır Omar adlı şəxsə 427 ABŞ dolları, 25 aprel 2023-cü il tarixdə X71 adlı şəxsə 925 ABŞ dolları, 31 avqust 2023-cü il tarixdə Ettahırı Othmane adlı şəxsə 110 ABŞ dolları, 09 dekabr 2023-cü il tarixdə Ata Aynur adlı şəxsə 65 ABŞ dolları məbləğində pul göndərmişdir (cild 02; i.v.226-231).

43. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspetizası Mərkəzi tərəfindən məhkəmə-fonoskopik ekspertizasının 31 may 2024-cü il tarixli, 3-16-16/2-4/664-4/714 saylı rəydən görünür ki, ekspertizaya təqdim edilmiş 01 ədəd üzərində “Tədqiqat səsləri” xüsusi qeydi olan “verbatim” markalı DVD-R diskdə olan mübahisəli fonoqramlardakı tədqiqi hissəsi verilmiş yazılı mətnlərdə “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs1 məxsusdur. Həmin fonoqramlarda qeydə alınan danışıqlarda montaj əlamətləri müəyyən olunmadı (cild 04; i.v.11-20).

44. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X50 tərəfindən verilmiş 02 iyul 2024-cü il tarixli, 1930 saylı ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 psixi xəstəliyin əlamətləri aşkar olunmur. O, törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabliyyətinə malik olmuşdur. O, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabliyyətinə malikdir. Ömərov X2 Respublikası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altma düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur (cild 04; i.v.248-251).

45. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspetizası Mərkəzi tərəfindən məhkəmə-fonoskopik ekspertizasının 23 avqust 2024-cü il tarixli, 4/1158-4/1163 saylı rəydən görünür ki, ekspertizaya təqdim edilmiş 01 ədəd ağ rəngli diskdə olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərdə “K2” kimi işarə olunmuş diktorun səsli nitqi-Təqsirləndirilən şəxs2 məxsusdur. Həmin fonoqramlarda qeydə alınan danışıqlarda montaj əlamətləri müəyyən olunmadı (cild 05; i.v.199-218).

46. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X50 tərəfindən verilmiş 19 avqust 2024-cü il tarixli, 135 saylı stasionar məhkəmə psixiatrik ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 üzvi mənşəli emosionallabil pozuntu müəyyən edilir. Hazırki ekspertiza zamanı yoxlanılan Təqsirləndirilən şəxs1 vəziyyətini özünə məxsus qabardaraq reallığa uyğun olmayan, müxtəlif qarışıq fikirlər söyləməklə özünün ağır psixi xəstə olması təəssüratını yaratmağa çalışması, davranışında xəstəlik görüntüsünün yaradılmasına xidmət edən əlamətlər, bəzi əlamətlərin həqiqətdə olduğuna nisbətən xeyli şişirtməsi onun aqravasiya etdiyini göstərir. Onun barəsində tibb xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Onda müəyyən edilən qeyri-psixotik pozuntular o dərəcədə ifadə olunmayıb ki, o, törədilmiş əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəlilik dərəcəsini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Onun əməli AR CM-nin 21.1 və 22.1-ci maddələrinin təsiri altına düşmür (cild 05; i.v.233-238).

47. 02 oktyabr 2024-cü il tarixli “Fotoşəkil üzrə tanıma” protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 keçirilmiş fotoşəkil üzrə tanınma zamanı iş üzrə təqsirləndirilən şəxs X5 fotoşəklini tanıyaraq, həmin şəxsin barəsində ifadə verdiyi Suriyanın İdlib şəhərində olan “Usama” ləqəbli şəxs olduğunu, sonuncunu Suriyada olarkən gördüyünü və 2-3 dəfə sosial şəbəkələr üzərindən video zənglə danışdığını, Usamaya çatdırılması üçün bir neçə dəfə beynəlxalq pul köçürmə sistemləri ilə Türkiyə vasitəsilə Suriyaya pul göndərdiyini qeyd etmişdir (cild 06; i.v.110-112).

48. 02 oktyabr 2024-cü il tarixli “Fotoşəkil üzrə tanıma” protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 keçirilmiş fotoşəkil üzrə tanınma zamanı iş üzrə Təqsirləndirilən şəxs1 fotoşəklini tanıyaraq, həmin şəxsin barəsində ifadələrində göstərdiyi “Seyfullah” dini ləqəbli Şəki şəhərində şirniyyat satışı aparan mağazada işləmiş Anar adlı şəxs olduğunu, sonuncu vasitəsilə Abdulvahab adlı şəxslə tanış olub Suriyaya getdiyini bildirmişdir (cild 06; i.v.114-116).

49. 02 oktyabr 2024-cü il tarixli “Fotoşəkil üzrə tanıma” protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 keçirilmiş fotoşəkil üzrə tanınma zamanı ********* saylı cinayət işi üzrə barəsində axtarış elan edilmiş X9 fotoşəklini tanıyaraq, həmin şəxsin Suriyanın İdlib şəhərində olan HTŞ-nin üzvü əslən Şəki rayonundan olan Abdulvahab adlı şəxs olduğunu, sonuncunu Suriyada olarkən gördüyünü, Suriyaya Abdulvahabın vasitəsilə getdiyini, orada olarkən onu edam etdirməklə hədələdiyini bildirmişdir (cild 06; i.v.118- 120).

50. 03 oktyabr 2024-cü il tarixli “Fotoşəkil üzrə tanıma” protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 keçirilmiş fotoşəkil üzrə tanınma zamanı xx.xx.1992-ci il təvəllüdlü X13 oğlunun fotoşəklini tanıyaraq, onun Suriyanın İdlib şəhərində yaşayan əslən Şəki şəhərindən olan “Musab” dini ləqəbli Tural Bağırov olduğunu, Suriyadan Türkiyəyə keçmək üçün Musabdan 1000 dollar borc aldığını, Bakıya qayıdan kimi xx.xx.2023-cü il tarixdə həmin pulu Musaba göndərdiyini, Musabla “Vatsapp” üzərindən +**********912 saylı mobil nömrə ilə danışdığını, Suriyada olarkən sonuncunu dəfələrlə gördüyünü bildirmişdir (cild 06; i.v.189-191).

51. “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” 19 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 məxsus +**********55 mobil nömrə ilə +**********89 mobil nömrə arasında mütəmadi səsli danışıqlar aparılmış, Təqsirləndirilən şəxs3 həmin nömrəyə “Əxi hansı verdiy axı pul gəldi”, “Əxican o 4000 dediyin budu”, +**********89: “Yoo, yoo əxi hardasa 2-3 həftə bundan qabaq sənə dedim ee yazacaqlar sənə sənin nömrəni vermişəm yox 4 min yoxa çıxdı əxi bilmirən nə məsələdisə”, Təqsirləndirilən şəxs3: “Bildim də dedin yazacaqlar mən də göndərdim axı başqası yadıma gəlmir yenə heç nə ee olsun Allaha həmd olsun problem yoxdu”; “Təqsirləndirilən şəxs3: “Əxi mən Türkiyəyə gəlsəm ora keçsəm sizin yanınıza prosta məni orda bu İsmayılgil zad tutdurar ee ora keçən kimi məni tutdurub edam elətdirər”; +**********89: “Sən Türkiyəyə keçsən mən o şeynən danışaram qardaşnan danışaram onu sənə tərtib eliyər gün açığı danışdıq vaxtın var zəng elə” “Mən həqiqi qorxuram əxi sənə görə qorxuram birdən nəsə olar eliyər düzdü ee eliyirik Allah üçün ama tədbirli iş görmək lazımdı özüvü yandırmamalısan”; +**********89 nömrədən yönləndirilmiş video- Videoda odlu silah atəşlərinə bənzər səslər eşidilir avtomaşın görünür sona yaxın avtomaşının yanması müşahidə edilir, ərəb dilində danışığa bənzər səslər eşidilir. +**********89: “Poz sonra əxi”; Təqsirləndirilən şəxs3: “Yaxşı əxi yaxşı narahat olma”.(cild 06; i.v.217-233).

52. 08 oktyabr 2024-cü il tarixli “Fotoşəkil üzrə tanıma” protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 08 oktyabr 2024-cü il tarixli fotoşəkil üzrə tanınma protokolu ilə iş üzrə təqsirləndirilən şəxs xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs3 tanımış, həmin şəxsin ifadələrində göstərdiyi Elçin adlı “AbuÖmər” ləqəbli şəxs olduğunu, həmin şəxsi “Abdulvahab” ləqəbli şəxslə əlaqələndirdiyini, Elçinin ***-***-**-** saylı nömrənin istifadəçisi olduğunu, onunla 1 dəfə görüşdüyünü, Elçinin 2023-cü ilin əvvəllərində “Abdulvahab”ın vasitəsilə Suriyaya gedib qayıtdığını bildirmişdir (cild 06; i.v.165-267).

53. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf nə Nəqliyyat Nazirliyi "xxxx" MMC tərəfindən verilmiş 01 noyabr 2024-cü il tarixli, 2048/2024 saylı məktuba əlavə edilmiş pul köçürmələrinə dair siyahıdan görünür ki, Təqsirləndirilən şəxs3 tərəfindən 19 iyun 2023-cü il tarixdə Hamouch Ayoub adlı şəxsə 1000 ABŞ dolları, 31 oktyabr 2023-cü il tarixdə Bechenoune Rabah adlı şəxsə 100 ABŞ dolları, 12 yanvar 2024-cü il tarixdə Benmansour Abdelhamıd adlı şəxsə 100 ABŞ dolları, 24 may 2024-cü il tarixdə Mansour Bilal adlı şəxsə 165 ABŞ dolları, 10 iyun 2024-cü il tarixdə X26 adlı şəxsə 100 ABŞ dolları, 03 sentyabr 2024-cü il tarixdə Mekatı Mustapha adlı şəxsə 580 ABŞ dolları, 23 sentyabr 2024-cü il tarixdə Halıd Hamza adlı şəxsə 200 ABŞ dolları, 03 iyun 2024-cü il tarixdə Onal Celal adlı şəxsə 332 ABŞ dolları məbləğində pul vəsaitləri köçürülmüşdür (cild 19; i.v.92-93).

54. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X50 tərəfindən verilmiş 21 oktyabr 2024-cü il tarixli, 3197 saylı ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 psixi xəstəliyin əlamətləri aşkar olunmur. Psixi xəstəlikdən əziyyət çəkmir. O, törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabliyyətinə malik olmuşdur. O, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabliyyətinə malikdir. Əzizov X7 Respublikası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altma düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur (cild 19; i.v.137-139).

55. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspetizası Mərkəzi tərəfindən məhkəmə-fonoskopik ekspertizasının 16 yanvar 2025-ci il tarixli, 4/1775-4/1769 saylı rəydən görünür ki, ekspertizaya təqdim edilmiş 01 ədəd ağ rəngli optik diskdə olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərdə “K1” kimi işarə olunmuş diktorun səsli nitqi-Təqsirləndirilən şəxs3 məxsusdur. Həmin fonoqramlarda qeydə alınan danışıqlarda montaj əlamətləri müəyyən olunmadı (cild 19; i.v.215-222).

56. “Maddi sübut kimi tanıma və cinayət işin materiallarına əlavə edilməsi haqqında” 05 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd göy rəngli “X65 8” markalı, “M1908C3JG” model mobil telefon aparatı və üzərinə quraşdırılmış +**********39 saylı sim kart, Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd qara rəngli “Xiaomi POCO C 40” markalı, “220333QPG” model mobil telefon aparatı və üzərinə quraşdırılmış +**********06 və +**********19 sim kartlar, Təqsirləndirilən şəxs3 məxsus 01 ədəd ağ-qara rəngli “Samsung Galaxy A13” markalı, “SM-A137F/DS model mobil telefon və üzərinə quraşdırılmış +**********55 və +**********33 sim kartlar, Təqsirləndirilən şəxs2 adına rəsmiləşdirilmiş "xxxx" ASC-yə məxsus 01 ədəd 4169- 7385-8569-8685 nömrəli bank kartı maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (cild 19; i.v.228-229).

Təqsirləndirilən şəxslərin müdafiələri üçün irəli sürdüyü dəlillər aşağıdakılardır:

57. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 214-1-ci maddəsi elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, heç vaxt terrorçuluğu maliyyələşdirməmişdir. O, insanlara köməklik məqsədi ilə pul yığmışdır. Bunu sübut edən hallar iş materiallarında öz əksini tapmışdır. Həmin pullarla ərzaq alınmış, habelə palatka qurulmuşdur. İş materiallarında adı çəkilən şəxs Həmidli Şükür mənim sinif yoldaşı olmuşdur. O, Suriyaya gedərək orda yaşamağa başlamış, imkanı zəif olduğundan ondan maddi yardım etməsini istəmişdir. O da bacardığı qədər Şükürə sədəqə niyyəti ilə pul vermişdir. Heç vaxt silah və ya bomba almamış, nə də onun pulu ilə həmin əşyalar alınmamışdır. Buna dair hər hansı sübut da yoxdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs 2014-cü ildən Həmidli Şükürü tanıdığını, Şükürün də əvvəllər Şəki şəhərində yaşadığını, yaxın məktəblərdə oxuduqlarını və dostluq münasibətlərinin olduğunu, Şükür 2015-ci ildə Suriyaya getdikdə özünün hələ ibadət etmədiyini, əvvəllər birlikdə içki də içdiklərini, sonradan özü ibadətə başlayanda Şükürün ona yazaraq ibadət etdiyini eşitdiyini bildirdiyini, özünün bunu təsdiqlədiyini, bir müddət sonra Şükürün ondan maddi kömək istədiyini, onunla sosial media üzərindən əlaqə saxladığını, bacardıqca Şükürə köməklik etdiyini, bir müddət sonra Şükürün ona Suriyanın şimalına qaçmış şəxslərin şəkillərini göndərərək onların ərzaqa ehtiyaclarının olduğunu və imkanı olarsa daha çox pul göndərməsini xahiş etdiyini, bundan sonra Şükürə pul göndərdiyini, Şükürün onun göndərdiyi pullarla alınmış ərzaqların, sevinmiş uşaqların şəkillərini ona göndərdiyini, onların “İŞİD” təşkilatı ilə heç vaxt əlaqələrinin olmadığını, Şükürün konkret olaraq terrorçuluqla məşğul olduğunu bilmədiyini, ondan nə işlə məşğul olduğunu soruşduqda Şükürün Suriyada evləndiyini, orada yaşadığını, əsgər olduğunu, İŞİD-in üzvü olmadığını, Türkiyə dəstəkli olan ordunun tərkibində döyüşdüyünü bildirdiyini, əqidələri bir olduğu üçün Şükürü dəstəklədiyini, onun göndərdiyi pullarla silah alınmadığını, Şükürün özünə Abdullah ləqəbini götürdüyünü, Şükürün 2018-ci ildə ona yazmaqda məqsədinin onunla hal-əhval tutmaq, ibadət etməsini soruşmaq olduğunu, öz maddi problemlərindən danışdıqdan bir neçə aydan sonra az-az ona pul göndərməyə başladığını, Şükürgilin ordusunun Suriyadakı hakimiyyətə qarşı döyüşdüyünü, hazırda Şükürgilin ordusunun Suriyada hakimiyyətdə olduğunu, özünün Şəkidə şəki halvası satmaqla məşğul olduğunu, aylıq 450-500 manat gəlirinin olduğunu, Şükürün istədiyi pulları sədəqə olaraq göndərdiyini, Şəkidə ehtiyacı olan şəxslərə də yardım etdiyini, özünün öz vəsaiti ilə 30-50 manat sədəqə göndərməyə imkanının çatdığını, ittihamda qeyd olunan pulları özünün göndərdiyini, həmin pulların yalnız öz pulları olmadığını, başqa şəxslərdən də pul yığıb Şükürə göndərdiyini, onun üçün yardım etdiyi şəxsin harada olmasının fərqinin olmadığını, özünün nəinki Şəkidə və Suriyada, eyni zamanda Rusiyada və Türkiyədə olan ehtiyacı olan şəxslərə maddi yardımlar etdiyini, ittihamda adı çəkilən onlara pul göndərməsi iddia olunan şəxsləri tanımadığını, Şükürün göstərişlərinə əsasən pulu türk bank hesablarına göndərdiyini, Şükürün yalnız sonuncu dəfə ona müharibədə iştirak etməsi ilə əlaqədar post göndərdiyini, Şükürdən elə bir video tələb etmədiyini, Şükürün ona video göndərərək orada qış olduğunu, oraların palçıq olduğunu bildirərək ondan maddi yardım istədiyini, orada olan şəxslərin onun göndərdiyi pulla odun alıb qızındıqlarını, Şükürün ona heç vaxt pul olmadığı təqdirdə müharibədə mübarizə apara bilməyəcəklərini söyləmədiyini, onun məqsədinin Şükürgilin mübarizə aparmalarına yardım etmək olmadığını, Şükürün ona göndərdiyi pulları hara xərcləməsi ilə bağlı hesabat göndərmədiyini, sadəcə olaraq göndərdiyi pulların hamısı özünə aid olmadığından ona yardım məqsədi ilə pul vermiş şəxslərə pulun təyinatı üzrə istifadə edilməsini sübut etmək üçün Şükürdən videolar göndərməsini istədiyini, Şükürdən tələb etməsə də, Şükürün ona ac uşaqları doydurduqlarının videolarını göndərdiyini, Mustafayev Elşəni, Mussadini ləqəbli şəxsi və Xəqanini tanımadığını, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilk dəfə ibtidai istintaqda gördüyünü, Şəkidə sədəqə yığdığını, pulun onun kartına göndərildiyini, Şəkidə və Suriyada olan yardım videolarını WhatsApp statusunda paylaşdığını, terrorçuluğu maliyyələşdirməklə bağlı Şükürün ondan pul istəmədiyini, Şükürgilin Rusiya dəstəkli Bəşər-Əsədə qarşı döyüşdüklərini, indiki Suriya prezidentinin Şükürgillə eyni cəbhədə vuruşduğunu, hazırda onların qrupunun hakimiyyətdə olduğunu, Şükürün terrrorçuluqla əlaqədar pul istədiyini bilsə idi, ona pul göndərməsinin mümkün olmadığını, Şükürün ona pulu terrorçuluqla əlaqədar xərclədiyini heç vaxt söyləmədiyini, özündən soruşduqda Şükürün pulu öz ailəsinə və qonşusunun ehtiyaclarına xərclədiyini bildirdiyini, Şükürün göndərdiyi pulun hara xərcləməsi barədə ona məlumat verdiyini, Şükürün heç vaxt ona bomba, silah sursat aldığı ilə bağlı bir söz demədiyini, barələrində ittiham aktı tərtib edilən zaman artıq Suriyada çevriliş olduğunu, Təqsirləndirilən şəxs3 Şəkidən tanıdığnı və yerli olduqlarını, Azərbaycandan olan yardım məqsədi ilə mənə pul göndərmək istəyən şəxslərin onun şəxsi kart hesabına pulları göndərdiklərini, Suriyadan tanımadığı şəxslərin ondan pul göndərməsini istəmədiklərini, onun kartına pul atan şəxslərin bəzilərini tanısa da, bir çoxunu tanımadığını, heç kəsin ona xaricdən pul göndərmədiyini, Suriyadan yalnız Şükürü tanıdığını, Şükürün heç vaxt iştirak etdiyi hərbi əməliyyatlar barədə ona məlumat vermədiyini, Şükürün heç vaxt ondan müharibə ləvazimatlarının alınması üçün pul istəmədiyini, Şükürdən müharibə ləvazimatlarını haradan almalarını soruşmadığını, 08 dekabrda çevriliş olandan sonra müstəntiqin onların əsl nümayəndəsi olduqları qrupların adlarını dəyişərək bilərəkdən onların “İŞİD” təşkilatının üzvü olduqlarını yazdığını, Ömər və Elçini işin ilkin ibtidai istintaqı keçirilən zaman tanıdığını, fevral ayında 360 manat Şükürə göndərən zaman Şükürün ona fərqli kart ataraq ora pul göndərməsini xahiş etdiyini, Şükürün göndərdiyi karta pul göndərdiyini, hadisə zamanı kartın məhz Təqsirləndirilən şəxs2 məxsus olmasını bilmədiyini, tutulmamışdan öncə Təqsirləndirilən şəxs2 tanımadığını, pulu göndərəndən sonra qəbzi Şükürə göndərdiyini, onun marağı olduğundan Suriyada gedən vətəndaş müharibəsini də araşdırdığını, Şükürün bank kartının olmadığını, orada kart sisteminin işləmədiyini, bu səbəbdən özünün türk kartlarına pul göndərmədiyini, Türkiyədə olan bəzi şəxslərin oradan pul çıxardıqlarını və Suriyaya göndərdiklərini, vasitəçiliyi edən şəxslərin də həmin puldan öz paylarını götürdüklərini bildirmişdir.

58. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 214-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ittiham aktında göstərilmiş şəxs Elşən onun yeznəsidir. Elşən ondan xahiş edərək onun Suriyada yaşayan anası və bacısı üçün yardımların yığılması üçün şəxsi kart hesabını istəmişdir. O, bu səbəbdən Elşənə öz kartını vermişdir. Əvvəl tanımadığı şəxslər 100-200 manat pul göndərmiş, sonradan Elşənin ailəsi Suriyadan qayıtmış, o, Elşənin ailəsinə yığılmış pulu təqdim etmişdir. Karta pul gəlməyə davam etmiş, nəticədə 30000 manat pul yığılmış və o, həmin pulu Elşənin ailəsinə vermişdir. Sonuncu dəfə 360 manat pul kartına gəldikdən sonra tutulmuşdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs Elşənin onun bacısının həyat yoldaşı olduğunu, bacısının Suriyada yaşadığını, bacısını ibadətlə əlaqədar olaraq 2013-də Suriyaya köçdüyünü, o vaxtdan bəri orada yaşadığını, orada Elxan adlı şəxslə evli olduğunu, həmin vaxtlar o, bacısı ilə Elxanla evli olduğuna görə əlaqə saxlamadığını, sonradan Elxanın azadlıqdan məhrum edildiyini, həmin hadisədən sonra bacısının 2021-2022-ci illərdə Elşənlə evləndiyini, bacısıgilin Suriyada ev alaraq orada yaşamağa başladıqlarını, özünün ev almaqda onlara maddi köməklik etdiyini, orada bank sistemi olmadığından müxtəlif şəxslərin vasitəçiliyi ilə bacısına pul göndərdiyini, vasitəçilərin də öz hissələrini həmin puldan götürdüklərini, onlara nə qədər pul göndərdiyini xatırlamadığını, Elşənlə evləndikdən sonra bacısına pul göndərmədiyini, Elşəni pul qazanan biri kimi tanıdığını, bacısı Elşənlə evləndiyi vaxt Suriyada müharibə olmadığını, Elşəndən bacısını Azərbaycana göndərməsini xahiş etdiyini, Elşənlə Sumqayıtda ev almaq barədə söhbətlərinin olmadığını, Elşənin anası və bacısı çox kasıb olduqları üçün onlara yardım yığdıqlarını, 2022-ci ildən bəri 30000 manat pul yığıldığını, 30000 manat yığıldıqdan sonra pulun hamısını xırda-xırda çıxararaq Elşənin anası və bacısına verdiyini, yardım yığılan zaman məqsədin ev almaq olduğu üçün pulun çox məbləğdə yığılmasını gözlədiyini və sonda onu Elşənin ailəsinə təqdim etdiyini, nəticədə onların ev aldıqlarını, Elşənin heç vaxt ondan döyüş əməliyyatlarını maliyyələşdirməklə bağlı heç bir pul istəmədiyini, Elşənin ləqəbinin Usama olduğunu, onun kartına göndərilmiş pulların konkret olaraq kimlər tərəfindən göndərildiyini bilmədiyini, həmin pulların yardım məqsədi ilə göndərildiyini, Elşənin ondan xahiş etdiyi yardımla əlaqədar pullar onun şəxsi hesabına gəldiyindən Elşənlə olan yazışmalarında tez-tez işlətdiyi “opşi hesab” ifadəsini həmin yardım üçün nəzərdə tutulan hesabı bildirmək üçün istifadə etdiyini, Elşənin ondan pulun türk kartı ilə göndərilməsini xahiş etdikdə, onun təklifini qəbul etmədiyini, hazırda bacısının Suriyada Elşənlə birgə yaşadığını, Elşəni cinayətkar kimi tanımadığını, qısa zamanda bu qədər çox pulun yığılmasının onun tanışlarının yardımı ilə olduğunu, Ərəb ölkələrində insanların özlərinin adlarının dəqiqləşdirmək üçün atalarının adları ilə çağırıldıqlarını, problem olar deyə Elşənə Türkiyə vasitəsilə pul göndərməyə çəkindiyini, ona heç vaxt Suriyadakı müharibələrin maraqlı olmadığını, bacısına pul göndərməkdə məqsədinin ona köməklik etmək olduğunu, əvəzləşmə məsələsini müstəntiqdən eşitdiyini, ondan öncə əvəzləşmə məsələsindən xəbərinin olmadığını bildirmişdir.

59. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 214-1-ci maddəsi elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, barəsində açılan ittiham ilk dəfə “HEYƏTİ TƏHRİRİ ŞAM (HTŞ)” adlı dəstə barəsində verilmişdir. Lakin sonradan müstəntiq həmin qrupun artıq hakimiyyətə gəldiyini demiş, bu qrupla əməkdaşlıq barədə onlara ittiham verilməsi mümkün olmadığından sonradan ittihama “İraq və X61” nin qeyd edilmişdir. Həmin vaxt ittihamdan narazılıq etmişdir. Bu zaman qeyd etmişdir ki, Suriyada hazırda hakimiyyətə gələn birliyə bir zamanlar onlar yardım etmişlər. Onlar terorist olsa idi və onlar terorist fəaliyyətinə dəstək məqsədilə yardım etsə idilər, indi o şəxslər hakimiyyətdə olmazdılar. Məhkəmə iclasında verilmiş suala cavab olaraq təqsirləndirilən şəxs Elşənə atdığı 360 manat pulu özünün götürdüyünü, pulun məbləğinin yalnız 360 manat olmadığını, müxtəlif vaxtlarda 360, 200 və olmaqla pullar yığaraq onlara göndərdiyini, indi Elşən adlı şəxsin Suriyada hakimiyyədə vəzifəli şəxs olduğunu və zabit kimi xidmət etdiyini, Elşənin əvvəl də “HEYƏTİ TƏHRİRİ ŞAM (HTŞ)” adlı dəstənin üzvü olduğunu və heç vaxt terorist kimi fəaliyyət göstərmədiyini, yetimlərə və dul qadınlara kömək etmək məqsədilə Suriyadakı tanışlara pul göndərdiyini, 2018-ci ildən sonra İdlib şəhərində müharibənin olmadığını və pulu 2023-cü ildə göndərdiyini, müharibə olmadığı üçün onları maliyyələşdirmək kimi bir məqsədinin olmadığını, Elşənin ona İdlibdə baş verənlərlə bağlı şəkillər yolladığını, 2023-cü ilin avqust ayından pul yığaraq yardım göndərməyə başladığını, 2024-cü ilin oktyabr ayınadək pul göndərdiyini, ümumilikdə 15 dəfə yardım göndərdiyini, Elşənin hər dəfə ona atdığı pulu hara xərclədiyini göstərən video və ya şəkil çəkib göndərdiyini, İraq və X46 İdlibdə heç vaxt hakimiyyətdə olmadığını, İraq və X61 barədə heç nə bilmədiyini, Suriyada 2023-cü ildə olduğunu və o dövrdə İraq və X46 orada olmadığını, müstəntiq İraq və X46 adını çəkən zaman müstəntiqə sənədlərə imza etməyəcəyini bildirdiyini, İraq və X53 ittihama daxil etdiklərini eşidən kimi sənədləri imzalamaqdan imtina etdiyini, onların dəstək olduqları “HEYƏTİ TƏHRİRİ ŞAM (HTŞ)” adlı dəstə hakimiyyətə gəldiyi üçün həmin adı ittihamda qeyd etmədiklərini, “HEYƏTİ TƏHRİRİ ŞAM (HTŞ)” adlı dəstəkdə Şükürün polis kimi işlədiyini, Şükürün hazırda da hakimiyyətdə olduğunu və Suriyada vəzifə tutduğunu, Xəqanini ilk dəfə burda, məhkəmə iclasında gördüyünü, ibtidai istintaq zamanı Xəqanini görmədiyini, pulu Suriyaya çatdırmaq üçün bank kartı yox, kodlardan istifadə etdiklərini, ödənişləri ilk əvvəl Türkiyəyə vasitəsi ilə göndərdiyini, Türkiyədə fəaliyyət göstərən “X54”nun fəaliyyətini təsdiq edən sənədi məhkəməyə təqdim edə biləcəyini, Suriya ərazisinə qanuni yolla keçdiyini, Təqsirləndirilən şəxs1ı Şəkidə yaşayan dövlərdə tanıdığını, aralarında ibtidai istintaq zamanı üzləşmə aparılmadığını, Anarla heç bir əlaqəsinin olmadığını, iş materiallarında olan bir neçə sənədə “İraq və X61”nin adı çəkildiyi üçün imza etdiyini bildirmişdir.

Hüquqi məsələlər:

60. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:

61. 214-1-ci maddəsinə əsasən əldə olunma mənbəyindən asılı olmayaraq, pul vəsaitlərinin və ya digər əmlakın tamamilə və yaxud qismən, bilavasitə və ya dolayısı ilə bu Məcəllənin 102, 214, 214-2, 214-3, 215, 219, 219-1, 219-2, 226, 227, 227-1, 270-1, 277, 278, 279, 280, 282 və 283-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin şəxs və ya qrup (dəstə, təşkilat) tərəfindən hazırlanmasının, təşkil olunmasının və ya törədilməsinin, yaxud terrorçunun və ya terrorçu qrupun (dəstənin, təşkilatın) maliyyələşdirilməsi üçün istifadə olunacağım bilərək pul vəsaitlərinin və ya digər əmlakın qəsdən toplanılması və ya verilməsi on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

62. 214.1-ci maddəsinə əsasən terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

63. 283-1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarını və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçirmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma və ya belə qrupa rəhbərlik etmə doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Cəza təyini zamanı nəzərə alınmalı olan hallar:

64. “Şübhəli şəxsin tutulması haqqında” 04 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 04 aprel 2024-cü il tarixdə, saat 14:40-dan tutulmuş hesab edilmişdir (cild 01; i.v.121-122).

65. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 4(009)-155/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 04 aprel 2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v. 168-170).

66. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 08 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə məlumat yoxdur (cild 01; i.v.176).

67. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 12 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur (cild 03; i.v.73).

68. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 4(009)-306/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 11 iyun 2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 03; i.v. 112-116).

69. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 4(009)-384/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 04 ay olmaqla, 04 dekabr 2024-cü il tarixədək uzadılmışdır (cild 04; i.v. 274-275).

70. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 4(009)-385/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 04 ay olmaqla, 04 dekabr 2024-cü il tarixədək uzadılmışdır (cild 04; i.v. 276-277).

71. “Şübhəli şəxsin tutulması haqqında” 02 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 02 oktyabr 2024-cü il tarixdə, saat 11:50-dən tutulmuş hesab edilmişdir (cild 06; i.v.93-94).

72. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 4(009)-528/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbsetmənin əvvəli 02 oktyabr 2024-cü il tarixdən hesablanmaqla 02 ay 02 gün müddətə, 04 dekabr 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir (cild 06; i.v. 199-200).

73. 1247, 3670 və 3763 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2014-cü il təvəllüdlü (X28), xx.xx.2018-ci il təvəllüdlü (X35) və xx.xx.2023-cü il təvəllüdlü (X29) uşaqları var (cild 19; i.v.3-5).

74. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, 4(009)-628/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 05 ay olmaqla, 04 may 2025-ci il tarixədək uzadılmışdır (cild 19; i.v.129-130).

75. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, 4(009)-627/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 05 ay olmaqla, 04 may 2025-ci il tarixədək uzadılmışdır (cild 19; i.v.131-133).

76. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, 4(009)-626/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 həbsdə saxlanılma müddəti 04 ay olmaqla, 04 aprel 2025-ci il tarixədək uzadılmışdır (cild 19; i.v.134-136).

77. 644, 1347, 1348 və 543 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2008-ci il təvəllüdlü (X20), xx.xx.2010-cu il təvəllüdlü (X18), 08 dekabr 2014-cü il təvəllüdlü (X25) və xx.xx.2020-ci il təvəllüdlü (X30) uşaqları var (cild 19; i.v.205-208).

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:

78. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır;

79. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir;

80. 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkirlər;

81. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.

82. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

83. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.

84. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.

85. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

86. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

87. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verilmiş ifadələri, şahidlərin ifadələri, müvafiq ekspert rəyləri, təqsirləndirilən şəxslərin istifadələrində olan mobil telefona daxil olan və göndərilmiş yazışmalar, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146).

88. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək Suriyaya maddi yardımı terroçuluğu maliyyələşdirmək üçün deyil, orada olan kasıb və ya yardıma ehtiyacı olan insanlara kömək məqsədi ilə göndərdiyini bildirsə də, o, ibtidai istintaq zamanı tamamilə fərqli məzmunda ifadə verərək göstərmişdir ki, o, əvvəllər müntəzəm olaraq dini ibadətlərini yerinə yetirməmiş, lakin sonradan 2016-2017ci illərdən İslam dininin “Sələfi” təriqəti, başqa sözlə “Hənbəli” məzhəbi üzrə dini ibadətlərini mütəmadi yerinə yetirməyə başlamışdır. Dini ləqəbi “Seyfullah”-dır. Gündəlik olaraq namaz qılır və digər ibadətlərini yerinə yetirir. O, hələ orta məktəbdə oxuduğu vaxtlardan Şəki şəhər sakini X24 ilə tanış olmuşdur. Şükür Həmidli və o, təxminən eyni yaşlardadırlar, onlar eyni məktəbdə oxumasalar da, bir-birilərini tanımışlar. Həmin illərdə nə o, nə də Şükür dini ibadətlə məşğul olmamışdır. Məktəbi bitirəndən sonra Şükürlə əlaqələri kəsilmişdir. O, sonrakı illərdə təxminən 2015-2016-cı illərdə Şəkidə olan ortaq tanışlarından Şükür Həmidlinin təxminən 2015-ci ildə Azərbaycanı tərk edərək Suriyaya getdiyini, orada Suriya hökumətinə (Əsəd qüvvələrinə) və onun müttəfiqləri Rusiya qüvvələrinə qarşı mübarizə aparan müxtəlif silahlı qrupların tərkibində kafirlərə qarşı aparılan “cihad”a qoşulduğunu eşitmişdir. Təxminən 2018-ci ilin əvvəllərində Şükür Həmidli ona sosial şəbəkə üzərindən mesaj yazmağa başlamışdır. O, hazırda Şkürün ona “Facebook” və ya “Telegram” sosial şəbəkəsi üzərindən yazdığını dəqiq xatırlamır. Onun “Facebook” da “Təqsirləndirilən şəxs1” adlı profili olmuşdur. Təxminən 2-3 ildir ki, həmin profili işlədir. “Telegram” sosial şəbəkəsində isə ***-***-**-** saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmiş, orada da adı “Təqsirləndirilən şəxs1” olmuşdur. Şükür Həmidli ona ilk dəfə mesaj yazanda tanışlıq vermiş, hal-əhvalını soruşmuş, ortaq tanışlarından onun namaza gəldiyini, ibadətə başladığını eşitdiyini bildirmişdir. O, da təsdiqləmiş, namaza başladığını qeyd etmişdir. Şükür ilk dəfə ona yazanda illəridir ki əlaqələri kəsildiyindən çox sevinmişdir. Şükür Həmidlinin dini ləqəbi “Abdulvahab”, onun isə “Seyfullah”dır. Onunla mesajlaşdığı ilk vaxtlarda X33 “CƏBHƏT ƏN-NÜSRƏ” adlı qrupun tərkibində Əsəd qüvvələrinə qarşı döyüşərək “cihad” etmişdir. Bildiyi qədərilə Şükür həmin vaxt orada “Nusra” cəbhəsinin tərkibindəki “Azəri Camaatı” adlanan qrupda olmuşdur. Şükür ona yazandan sonra o, mütəmadi olaraq sonuncu ilə danışmağa başlamış, söhbətlər zamanı Şükür 2015-ci ildən Suriyaya getdiyini, aparılan döyüşlərdə ayağından yaralandığını ona demişdir. Onlar təxminən ayda 1 dəfə sosial şəbəkə üzərindən danışıb əlaqə saxlamışlar. Şükür Həmidli tez-tez nömrəsini dəyişmiş, özü ona xatırlamadığı müxtəlif xarici ölkə nömrələrindən (Suriya və Türkiyə) “Whataspp” üzərindən yazmışdır. Söhbətlərdən birində Şükür ona da Suriyaya gəlib, X34 və sonuncunun müttəfiqləri ruslara qarşı “CƏBHƏT ƏN-NÜSRƏ” tərəfindən aparılan döyüşlərdə həmin qrupun tərkibində iştirak etməyi, “cihad”a qoşulmağı təklif etmişdir. Ancaq həmin vaxtlar onun atası həbsdə olduğundan, evdə ana və bacılarına işləyərək tək o, baxdığından, ailəsini dolandırmaq zərurəti olduğundan Suriyaya gedərək cihada qoşula bilməmişdir. Bundan əlavə o, ümumiyyətlə ora getməkdən şəxsi iradəsilə imtina etmiş, çünki ilk növbədə ərəb dilini öyrənmək, təhsilini davam etdirmək niyyəti olmuşdur. Təxminən 2018-ci ilin yay aylarında mesajlaşmalar zamanı Şükür Həmidli ona maddi vəziyyətinin yaxşı olmadığını, pula ehtiyacı olduğunu bildirmişdir. O, həmin vaxt işləmədiyindən onun da maddi vəziyyəti yaxşı olmamışdır. Amma onun Şəkidə hazırda adlarını xatırlamadığı bir neçə dindar dostları, tanışları olmuşdur. O, həmin şəxslərə müraciət edərək bir az özündən, bir az da qeyd edilən şəxslərdən təxminən 100 ABŞ dolları vəsait toplamışdır. Ancaq Şükürə göndərmək üçün pul aldığı şəxslərə pulu onlardan nə üçün istədiyini, Suriyada “cihadda” olan Şükürə göndərəcəyini deməmişdir. Yazışmalar zamanı Şükür ona pulu adını xatırlamadığı Türkiyədə yaşayan ərəb millətindən olan şəxsin adına köçürməyi tapşırmışdır. Təxminən 2018-ci ilin sentyabr ayının sonunda o, 100 ABŞ dollarını Şəki şəhərində “Unibank” filialından “Western Union” vasitəsilə Türkiyəyə Şükürün dediyi şəxsin adına göndərmiş və müvafiq çekin şəklini çəkib Şükürə mesajla atmışdır. Bundan 2-3 saat sonra Şükür ona yazaraq pulun Suriyada özünə çatdırıldığını bildirmişdir. Lakin o, Türkiyədən pulun Suriyada olan Şükürə necə çatdırıldığını dəqiqliklə bilməmişdir. Amma həmişə Şükür ondan pulun köçürmə çekinin şəklini istəmiş və həmin şəkillə Suriyada pulu müvafiq şəxslərdən aldığını qeyd etmişdir. Dediyi kimi 1-ci dəfə Şükürə pulu 2018-ci ildə göndərmişdir. Ondan sonra təxminən 7-8 aydan bir Şükür Həmidliyə pullar göndərməyə başlamışdır. Onun özünün də maddi vəziyyətin yaxşı olmadığından Şükürə tez-tez pul göndərə bilməmiş, amma imkan tapdıqca, dost-tanışdan sədəqə adı ilə pul yığdıqda pulları toplayıb Şükürə göndərmişdir. Ancaq ona sədəqə adı ilə pul verən şəxslər pulu onun Suriyada “cihadda” olan Şükür Həmidliyə göndərdiyini bilməmiş, yəni o, bu barədə sədəqə adı ilə pul yığdığı şəxsləri məlumatlandırmamışdır. O, 2018-ci ildən 2024-cü ilin aprel ayına kimi Şükür Həmidliyə hissə-hissə olmaqla ümumilikdə təxminən 2000-2500 ABŞ dolları pul göndərmişdir. Bu pulları o, öz adından “Unibank” və "xxxx"nun Şəkidəki filiallarından “Western Union” vasitəsilə Şükürün dediyi Türkiyədəki adamlara göndərmiş, sonradan həmin şəxslər onun dəqiq bilmədiyi hansısa yolla pulu Şükürə çatdırmışlar. Çünki hər dəfə Şükür dediyi adamların adına o, pul göndərəndən 2-3 saat sonra ona yazaraq göndərdiyi pulun özünə çatdığını yazmışdır. Sonuncu dəfə o, təxminən 2024-cü ilin fevral ayının sonu mart ayının əvvəllərində Şükür Həmidliyə 360 manat (təxminən 200 ABŞ dolları) pul göndərmişdir. Həmin pulu o, Şəki sakini tanışı ***-***-**-** saylı nömrənin istifadəçisi Şahid1 adlı şəxsin kartından Şükürün dediyi şəxsin kartına köçürmüşdür. Suriyada hakimiyyətinə qarşı döyüşən “CƏBHƏT ƏN-NÜSRƏ” adlı qrup dağılandan sonra Şükür orada fəaliyyət göstərən digər qrup “HEYƏTİ TƏHRİRİ ŞAM (HTŞ)” adlı dəstəyə qoşulmuşdur. Həmin qrup da Əsəd qüvvələrinə qarşı döyüşür. Bildiyi qədərilə Şükür hazırda həmin qrupun tərkibində İdlib şəhərində məskunlaşmışdır. Şükür bir neçə dəfə istifadəsində olan silahla ona foto və videolarını göndərmişdir. Həmin foto və videolar onun telefonunun yaddaşında (X65 8) qalmışdır. Şükür hətta bir neçə dəfə qoşulduğu “cihad” aparan qrupların nəzarəti altında olan ərazilərdə “ribata”, yəni mühafizəyə çıxdığına dair ona foto və videolar göndərmişdir.

89. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsindəki xüsusatlar iş materiallarında olan çoxsaylı sübutlarla təsdiq olunmuş və həmin sübutlarla onun məhkəmə istintaqı zamanı irəli sürdüyü dəlillər tamamilə təkzib olunmuşdur.

90. Belə ki, iş materiallarında olan “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” 06 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 “Whatspp” mobil tətbiqində İraq mobil operatoruna məxsus +**********588 saylı mobil nömrənin istifadəçisinin xx.xx.2024-cü il tarixdə saat 14:43 dəqiqədə ona göndərdiyi 1:44 saniyədən ibarət video fayla cavab olaraq onun həmin tarixdə 22:44-də 2:25 saniyədən ibarət “Alaykum salam və rəhmətullahi və barakatu Allah razı olsun Allah qorusun sizi əxi vay vay necə palçıq olubdu əxi nəsə danışanlara heç qulaq verməyə dəyməz ee Allaha həmd olsun mənim yanımda elə adamlar yoxdu ama əlbəttə ki var buralarda da ağzımız isti yerdədi oralara da qalıb hələ dil uzatmaq nətərdi vəziyyət nağayrursuz nətər gedir işlər güclər əxi gəncəli qardaş yazmışdı mənə vəziyyəti bildim orda nə var nə yox indi görək nə olur axı bu ara bir az qarışıqdı vəziyyət ümumiyyətlə burda keçən ildən düşən imam zad söhbətləri özün bilirsən yəni burda özbaşına hərəkət eliyənlər zad dağıtdı qoydu burda uşaqların çoxusunu bölündü burda da uşaqlar baxmadılar elm əhlinə fikir vermədilər ay əxi başa saldıq qanmadılar ona görə bir az ayrılıq düşübdü yəni nəyə görə danışıram bunu ay əxi Allaha həmd olsun inşallah yenə nəsə bir şey yığılacaq nə qədər vaxta olara bilmirəm ama inşallah ki mən əlimdən gələni edəcəm görüm hardan tapıram nə qədər tapa bilirəm əvvəlki kimi çoxluq olanda əlbəttə çoxluqdan hərə bir şey gətirir verir bitir də ama belə bölünmə zad olanda darmadağın olur vəziyyət indi əxi 2 günə də atam çıxır Allahın izni ilə onun da vaxtını 15 gün uzadıblar elə deyirlər ayın 21-ə qalıb fevralın başım o işlərə qalıbdı fevralın bu aralar da fikrimdədi bu o gəncəli Azər də deyibdi mənə inşallah görək nətər olur nə qədər vaxta demirəm day nə vaxta olar ama əlimə bir şey düşsə əxi deyəcəm yəni yığa bilsəm sənə xəbər eliyəcəm bir şey” məzmunlu səsli ismarıc yazılması müəyyən edilmişdir.

91. Həmçinin, “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” 09 aprel 2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Şükür Təqsirləndirilən şəxs1 səs göndərərək Suriyada qoşulduğu “Heyəti Təhrir” qruplaşması daxilində xainlər və münafiqələr aşkarlandığını, bəzi xəyanətlər olduğunu qeyd edir, sınır, yəni sərhəd bölgələrində nöbətlərin, yəni sərhəd mühafizəsinin davam etdiyini, hələ ki hərbi əməliyyatların olmadığını, bəzən onların, yəni Əsəd qüvvələri və müttəfiqlərinin atış açdığını, bəzən burdan, yəni “Heyəti Təhrir” qruplaşmasının üzvlərinin həmin qüvvələrə atış açdığını, qarşılıqlı atışmalar olduğunu bildirir. Ancaq aktiv hərbi əməliyyatların hələ ki, olmadığını qeyd edir. Şükür Allaha dua edir ki, qruplarının üstünə onları doğru şəkildə idarə edəcək rəhbərlər gətirsin. Şükür həmçinin cihadın fitnələr olan dövründə olduqlarını, fitnələrlə mübarizə apardıqlarını bildirir. Anar isə Şükürə cavabında adını xatırlamadığı Şəkidə bir qardaşla danışdığını, sonuncunun Suriyada baş verənlər barədə ona məlumat verdiyini demişdir.

92. Növbəti xx.xx.2024-cü il tarixdə danışıqlarında Şükür Şəkidən olan bir nəfər barəsində maraqlanmış, ancaq o, Şükürün tam olaraq kimi soruşduğunu başa düşməmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə o, işlədiyi mağazada olarkən Şükürlə video zənglə danışmaq istəmiş, yanında bir tanışının olduğunu bildirmişdir. Şükür buna cavabında “sənin tanıdığın etibarlı adamdısa yanında danışa bilərik problem yoxdur” məzmunlu sözlər demişdir. Bundan sonra onlar 17 dəqiqə video görüntü ilə danışmışlar. Daha sonra Şükür Anara səs ataraq “HTŞ” tərkibində xainlərin aşkarlandığını, tutulduğunu, onlar barədə istintaq getdiyini bildirmiş və bu barədə ətraflı danışaraq çoxlu fitnələr olduğunu, bunun çox pis nəticələnə biləcəyini, orada minlərlə silahlı mücahid olduğunu, fitnə olacağı təqdirdə silahların işə düşə biləcəyini, qırğın ola biləcəyini bildirir, “HTŞ” qrupunun ən sağlam əqidəli qrup olduğunu, digərlərinin isə problemli qruplar olduğunu qeyd etmişdir. Daha sonra o, “əxi bunu dinlədim indi ay əxi indi bu istintaqdakı 4-5 nəfər buların son məqam olaraq çevriliş orda azad hakimiyyət qurmaq yoxsa Əsədə birləşdirmək istəyirdilər yoxsa öz Azad Suriya qurmaq yoxsa bular rejimi dəyişdirmək istəyirdilər yəni hakimiyyəti şəriyyəti buların ajanlığı ortaya çıxıbdı? Bular neyləmək istəyirdilər? Bu adamlar Allah qorusun danışırsan gözümün qabağına gəlir deyirəm əə nətər işlərdi” məzmunlu sözlər işlədərək həmin xainlərin məqsədlərini soruşmuşdur.

93. 23.02.2024-cü il tarixdə Şükür Anara “bir qardaş var əqidəsi var dünən mənə dedi ki inşallah ki üzümüzə gələn həftəyə bir onun əqidəsini şey eləməy istəyirəm görüm üstünə 500 manat qoya bilirəm ona da demişdim əxi burda borclar falan var durum belədi demişdi əxi əlimdən gələni edəcəyəm deyir həm indi əqidə parasını göndərim həm orda qardaşlar zad yığılın ət yeyin həm də əlimdən gələni deyir sənə şey leiyəcəm deyirəm əxi inşallah ki onu ya mən sənə perevod eliyərəm yada ki ay əxi elə sən deyən də iş düzəlirsə Allahın izni ilə danışarsan düz qoş eliyərsiz öz aranızda həm də faiz də az çıxar baxma da ikisi bir yerdə gələndə faiz də az çıxır” məzmunlu səs ataraq, Azərbaycandan Suriyaya özünə pul göndərmək istəyən bir qardaş olduğunu, onun da göndərmək istədiyi pulu birləşdirib göndərəcəkləri təqdirdə az bank faizi çıxacağını qeyd etmişdir.

94. 05.03.2024-cü il tarixdə Anar Şükürə “nağayrırsan nətərdi vəziyyət şükür salamtçılıqdı bizdə ay əxi mən sənə bir iki günə inşallah xəbər eliyirəm kodu bi dənə şey eliyəy də Allahın izni ilə demək olar ki hazırdı şey məsələ” məzmunlu sözlər deyərək, göndərəcəyi pulun hazır etdiyini bildirmiş və pulu göndərmək üçün kod istəmişdir.

95. 06.03.2024-cü il tarixdə Anar Şükürə “əxi nağayrırsan nətərsən inşallah bu gün gör günortaya kodu deyə bilirsən günorta göndərim Allahın izni ilə bir dənə mənə xəbər eliyərdin inşallah” məzmunlu səs atmış, Şükür isə ona “Allah razı olsun Seyfullah tamam əxi inşallah əxi mən sənnən rahatlıq eliyim heç səni yola izə şey eləmiyəcəm əxican mən neyniyim əxi bir qardaş var o qardaşın mən kartını verim sən bi dənə o qardaşın kartına at əxican o qardaşın kartına yüklə çerez o uje özü perevod eliyicək Allahın izni ilə tamam mı? Sənə də rahat əxi nə poçta getmə əxi nə də banka getmə gözəl qardaş birbaşa onun kartına vur inşallah yəni karta kartdan da vura bilərsən karta hansısa bankomatdan da vura bilərsən sənə də uyğun olar inşallah qardaş da sağlam qardaşdı narahat olma inşallah” məzmunlu səs ataraq kod əvəzinə pulu deyəcəyi adamın kartına vurmağı xahiş etmiş, bir də banka və ya poçta getməyin əzizyyət olacağını bildirmiş, pulu həmin karta vurmağı, kartın sahibinin pulu özünə çatdıracağını qeyd etmişdir.

96. 15.03.2024-xx.xx.2024-cü il tarixlərində o, Şükürlə Ramazan ayının necə keçdiyi barədə danışmış, sonuncu da nöbətdə, yəni sərhəd mühafizəsində olduğunu, 2 günə evə geri gələcəyini qeyd etmişdir. O, isə Şükürə “nağayrırsan gözəl insan canın başın vəziyyət həə evdəsən yoxsa postdasan? Arada arxayınçılıq olanda bi dənə şey elə görüntülü danışaq” məzmunlu səs ataraq, postda olub-olmadığını soruşmuşdur. Daha sonra “iftar yerindəsən maşallah nuş olsun nağayrırsan nətər gedir vəziyyət? Nətər gedir orda ramazan salamatçılıqdı? Kanallar yükləmişəm yenə telegram baxıram aktivlikdi əlhəmdulillah aktivlikdi yenə rejimdən vururlar həə? Rejimdə həə? Görüm nağayrırsan uşaqlar nətərdi salamatçılıqdı yaxşılıqdı?” məzmunlu səs atmışdır.

97. 24.03.2024-cü il tarixdə o, Şükürə “həə nuş olsun nə məsələdi ay əxi orda bir xəbərlər oxudum ki hansısa qrup nə bilim nəsə özünə qoşulmayanlarla tədbir görəcəkdi nə deyir o bir arxayançılıq olanda mənə bir səs atardın görüm nə məsələdi telegramdan izləyirəm görüm nə məsələdi xəbərlər yayılır ama tam göstərilən kimi deyil də aydın döyül də yəni sən daha yaxşı bilərsən onları” məzmunlu səs ataraq Suriyadakı vəziyyəti soruşmuş, Şükür də cavabında “Exican inqilab isteyirler Bide burda köhne ceysulhur Hürriyet isteyir hts istemir uje bu işinde bawjnda hızib el tehrir durur onlarında destekleri Amerika ve xarici dovletlerden gelir Yeni exi sözün qisasi bunlar deyirlerki biz ne qaide ne hts ne bawqa hecne istemirik biz Oz muvatanlarimizi isteyirik yeni özgür ordu ve hürriyet. Allah qorusun axi fitne zamanidi Allah bizlere musulmanlara doğru olanı nesib etsin ve ona tabe olmaqi ehsan etsin” məzmunlu cavab vermişdir. O, da “həə başa düşdüm ay əxi ay əxi indi bunların istədiyi özgür Suriya deyəndə yəni burda islam dövləti kimi istəyirlər? Adı Suriya olsun islam dövləti kimi? Yoxsa özgür demokratik Suriya dövləti? Belə başa düşdüm ki bular demokratik belə adi özgür Suriya dövləti istəyirlər Allah qorusun nətər olacaq bu işlərin axırı Allah yaxşı eləsin” məzmunlu səs atmışdır.

98. Bununla yanaşı, Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin xx.xx.2024cü il tarixli 3-21-28/2-312/2024 saylı məktubu ilə əldə edilmiş 1 ədəd kompakt diskə keçirilən xx.xx.2024-cü il tarixli baxış protokol və protokola əlavə edilən sənədlərin məzmunundan görünür ki, AR vətəndaşı xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1: “X21” ASC-nin Şəki filialından “Western Union” beynəlxalq pul köçürmə sistemi vasitəsilə xx.xx.2018-ci il tarixdə Khatib Maysoun adlı şəxsə Türkiyə Respublikası istiqamətində 94 ABŞ dolları məbləğində, “X21” ASC-nin Şəki filialından “Western Union” beynəlxalq pul köçürmə sistemi vasitəsilə xx.xx.2019-cu il tarixdə Talhah Kabbish adlı şəxsə Türkiyə Respublikası istiqamətində 267 ABŞ dolları məbləğində, “X21” ASC-nin Şəki filialından “Western Union” beynəlxalq pul köçürmə sistemi vasitəsilə xx.xx.2020-ci il tarixdə X42 adlı şəxsə Türkiyə Respublikası istiqamətində 232 ABŞ dolları məbləğində, “X21” ASC-nin Şəki filialından “Western Union” beynəlxalq pul köçürmə sistemi vasitəsilə xx.xx.2021-ci il tarixdə Fatima Alnazeef adlı şəxsə Türkiyə Respublikası istiqamətində 300 ABŞ dolları məbləğində, “X21” ASC-nin Şəki filialından “Western Union” beynəlxalq pul köçürmə sistemi vasitəsilə xx.xx.2022-ci il tarixdə Fadı EL Hacı adlı şəxsə Türkiyə Respublikası istiqamətində 522 ABŞ dolları məbləğində, "xxxx" ASC-nin Şəki filialından “Western Union” beynəlxalq pul köçürmə sistemi vasitəsilə xx.xx.2023-cü il tarixdə X69 Behra adlı şəxsə Türkiyə Respublikası istiqamətində maddi yardım adı altında 608,78 ABŞ dolları məbləğində sürətli pul köçürmələri qeydə alınmışdır.

99. Məhkəmə göstərilən sübutları tədqiq edib Təqsirləndirilən şəxs1 ilə Şükür Həmidli arasında olan danışıqların məzmununu, həmin danışıqların məhz müharibə və döyüşlərlə bağlı olduğunu, X39 Salamzadəyə buna dair fotoşəkillər və videolar göndərdiyini, məhz Şükür Həmidlinin istəyi ilə Təqsirləndirilən şəxs1 müxtəlif şəxslərəTürkiyə istiqamətində beynəlxalq pul köçürmələri etdiyini nəzərə alaraq Təqsirləndirilən şəxs1 məhz terrorçu qrupu maliyyələşdirmək məqsədi ilə müxtəlif bank hesablarına pul vəsaitləri göndərməsinin tam sübuta yetirilməsi qənaətinə gəlir.

100. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək hər hansı terrorçu qrupu maliyyələşdirmədiyini, Elşənin onun bacısının əri olduğunu, əvvəllər bacısına yardım üçün pul göndərdiyini, yardım kimi yığılmış pulları Elşənin bacısı və anasına ev almaları üçün verdiyini, özünü ona elan edilmiş ittihamda təqsirli bilmədiyini göstərsə də, məhkəmə onun məhkəmə iclasında verilmiş ifadəsini işin həqiqi halları ilə uzlaşmayan özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir.

101. Belə ki, ibtidai istintaq zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində vurğulamışdır ki, Usama onunla sosial şəbəkələr üzərindən əlaqə saxlayıb danışarkən həmçinin bildirmişdir ki, Suriyada satdığı evin pulunu Usama özü Suriyada kasıbkusuba və ehtiyac sahiblərinə verəcəkdir, Azərbaycandan həmin ehtiyac sahiblərinə pul göndərmək istəyən şəxslər isə pulları onun kartına atacaqdır, o, isə həmin pulları toplayıb ev almaq üçün Usamanın anasına çatdıracaqdır. X56 satdığı evin pulunu birbaşa Azərbaycana göndərə bilmədiyindən, Azərbaycandan ora gedəcək pulları, yəni ayrı-ayrı şəxslərin Azərbaycandan Suriyaya göndərəcəyi vəsaitləri həmin evin pulu ilə onun vasitəsilə əvəzləşdirmək istəmişdir. Azərbaycandan Suriyaya pul göndərmək istəyən şəxsləri o, tanımamış, həmin şəxsləri Usama tanımışdır. Pulu bu formada əvəzləşdirməyi Usama ona təklif etmiş, o, da razılaşmışdır. Usamanın onun kartına toplanan təxminən 28.656 manat məbləğində pula bərabər Suriyada ehtiyac sahiblərinə pul verib-vermədiyini o, dəqiqliklə bilmir, güman edir ki, Usama Suriyada satdığı evin pulundan ehtiyac sahiblərinə yardım etmişdir.

102. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 və Şahid5 da ifadələrində ev almaları üçün Xəqaninin onlara pul verdiyini, bildiyi qədəri ilə Elşənin terror hadisələri ilə əlaqəsi olduğundan barəsində axtarış elan edildiyini, Elşənin Suriyada müharibədə iştirak etdiyini, Elşənin Suriyada olan evi satdığını bildirmişlər.

103. Bundan savayı, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 Usamaya “Assalamu aleykum. Əxi, bir xəbər çıxmadı? Kəfil oldular o şeyə yoxsa qaldı? Sonra gec olar burda da şey eliyəmmərik. Heç olmasa qaytarım mallarını özlərinə əgər alınmırsa.” məzmunlu səs ataraq, əsir kamplarında fitrə pulunu paylayacaq kiminsə bu işə kəfil olub-olmamağı ilə maraqlanmış, adam tapılmayacağı təqdirdə pulu fitrə verən şəxslərə geri qaytarmaq istədiyini demişdir. Daha sonra o, Usamaya “Əxi, alınmır hə deyəsən?Sən özün orda həll eliyə bilərsən? Heç olmasa elə eliyəy.” məzmunlu səs atmış, yəni göndəriləcək pulu kamplara deyil, öz yaxınındakı ehtiyac sahiblərinə paylamağı xahiş etmişdir. Usama isə “Əssəlamu Aleykum və rəhmətullah. Əxi, haqqını halal elə, unutdum sənə deməyə. Alınacaq. Dünənləri xəbər eləməliydi. Dedi halı yoxuymuş,xəstəymiş. İnşallah alınacaq. Yox mən də istəmirəm.Bu tərəfə lazım deyil. Qoy onlar şey olsun, paylansın.” məzmunlu səs atmış və bu işin alınacağını, pulun bu tərəfə yəni Usamanın olduğu yerə lazım olmadığını, o tərəfdə yəni kamplarda daha ehtiyaclı şəxslər olduğunu bildirmişdir. Daha sonra Usama ona “Fso əxi. Mən sənə kart atım, at onu. İnşallah mən burdan həll eliyəcəm.” məzmunlu səs atmış, o, da Usamanın göndərdiyi karta sədəqə paylanması üçün 440 manat göndərmişdir. Həmin kartın kimə məxsus olduğunu o, bilmir. Usama “mən burdan həll eliyəcəm.” deyərkən pulun Azərbaycanda paylanacağını nəzərdə tutmuşdur. Usama ona bundan sonra “İnşallah, əxi bura atarsan 440 manatı.Mən burdakı sarrafnanda danışmışam. Uje yarıyoldadı pul. İnşallah ki həll elədik.” məzmunlu səs atmış, o, isə bu səsin mənasını başa düşməmiş, sadəcə pulun bayramdan qabaq fitrə kimi çatdığını başa düşmüşdür. Daha sonra Usama ona “Bunun obşu hesaba aidiyyəti yoxdu da, əxi. Yəni səndən də çıxdı, məndən də çıxdı.” məzmunlu sözlər atmış, yəni bu pulun sonuncunun ailəsi üçün yığılan ev puluna aid olmadığını bildirmiş, aralarında olan ümumi hesaba qatmamağı xahiş etmişdir.

104. Göründüyü kimi, Təqsirləndirilən şəxs2la Usama ləqəbli şəxs arasında Usamanın satdığı evin pulunu Suriyada terroru maliyyələşdirmək üçün istifadə etməsi, Təqsirləndirilən şəxs2 isə ayrı-ayrı şəxslərdən yardım adı ilə topladığı pul vəsaitlərini Azərbaycanda Usamanın anası və bacısına ev almaları üçün verməsinə dair razılıq əldə edilərək Xəqaninin Suriyaya göndərəcəyi pullar Usamanın satdığı evin pulu ilə əvəzləşdirilmişdir ki, bu da Təqsirləndirilən şəxs2 məhkəmə iclasında irəli sürdüyü dəlillərin əsassız olmasının göstəricisidir.

105. Bundan başqa, iş materiallarında olan “Kompakt diskə baxış keçirilməsi haqqında” 11 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən Türkiyə Respublikasında olan şəxslərə 08 iyun 2021-ci il tarixdə Alımov Rustam adlı şəxsə 342,58 manat, 31 avqust 2021-ci il tarixdə həmin şəxsə yenidən 372,97 manat, 20 oktyabr 2021-ci il tarixdə Asur Bayan adlı şəxsə Kayumov Alısehr adlı şəxsə 60 ABŞ dolları, 20 oktyabr 2021-ci il tarixdə Asur Bayan adlı şəxsə 344,1 manat, 21 oktyabr 2021-ci il tarixdə həmin şəxsə 200 ABŞ dolları, 06 dekabr 2021-ci il tarixdə Sarı Kubılay adlı şəxsə 345,42 manat, 18 dekabr 2021-ci il, 01 fevral 2022-ci il, 19 aprel 2022-ci il tarixlərdə Kyumov Alısher adlı şəxsə 346,9, 199,54 və 1400,02 manat, 28 aprel 2022-ci il tarixdə Bekmuradov Boburbek adlı şəxsə 250 ABŞ dolları, 19 may 2022-ci il tarixdə Jumaboev Habıbjon adlı şəxsə 449 ABŞ dolları, 17 may 2022-ci il tarixdə həmin şəxsə yenidən 252 ABŞ dolları, 16 iyul 2022-ci il tarixdə Amal Rhassal adlı şəxsə 200 ABŞ dolları, 18 iyul 2022-ci il tarixdə Zayed Mohammed adlı şəxsə 350 ABŞ dolları, 12 avqust 2022-ci il tarixdə Aldahkıl Samı adlı şəxsə 400 ABŞ dolları, 06 sentyabr 2022-ci il tarixdə Afassı İmane adlı şəxsə 600 ABŞ dolları, 16 sentyabr 2022-ci il tarixdə həmin şəxsə yenidən 273 ABŞ dolları, 11 noyabr 2022-ci il tarixdə Chaou Sofian adlı şəxsə 485 ABŞ dolları, 02 dekab 2022-ci il tarixdə X63 adlı şəxsə 219 ABŞ dolları, 12 dekabr 2022-ci il tarixdə X57 adlı şəxsə 990 ABŞ dolları, 31 yanvar 2023-cü il tarixdə Benhadı Mohamed adlı şəxsə 200 ABŞ dolları, 13 fevral 2023-cü il tarixdə Zhumashova Saıragul adlı şəxsə 258 ABŞ dolları, 27 fevral 2023-cü il tarixdə Boussakine Aziz adlı şəxsə 120 ABŞ dolları, 03 mart 2023-cü il tarixdə Essaddıkı Tıhanı adlı şəxsə 88 ABŞ dolları, 09 mart 2023-cü il tarixdə Ratmı Khalıl adlı şəxsə 67 ABŞ dolları, 03 aprel 2023-cü il tarixdə Majıdı Abdennacer adlı şəxsə 99 ABŞ dolları, 19 aprel 2023-cü il tarixdə X64 adlı şəxsə 62 ABŞ dolları, 18 aprel 2023-cü il tarixdə Dkaır Omar adlı şəxsə 427 ABŞ dolları, 25 aprel 2023-cü il tarixdə X71 adlı şəxsə 925 ABŞ dolları, 31 avqust 2023-cü il tarixdə Ettahırı Othmane adlı şəxsə 110 ABŞ dolları, 09 dekabr 2023-cü il tarixdə Ata Aynur adlı şəxsə 65 ABŞ dolları məbləğində pul göndərmişdir.

106. Məhkəmə göstərilən sübutları tədqiq edib Təqsirləndirilən şəxs2 məhz terrorçu qrupu maliyyələşdirmək məqsədi ilə müxtəlif bank hesablarına pul vəsaitləri göndərməsinin, o cümlədən, eyni məqsədlə, Usama ləqəbli şəxslə pul vəsaitlərini əvəzləşdirməsinin tam sübuta yetirilməsi qənaətinə gəlir.

107. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 məhkəmə iclasında özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək hər hansı terrorçu qrupu maliyyələşdirmədiyini iddia etsə də, onun da məhkəmə iclasında verdiyi ifadələr iş materiallarında olan sübutlarla təkzib edilmişdir.

108. Belə ki, Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, təxminən 2017-ci ildən mütəmadi olaraq dini ibadətlərini yerinə yetirməyə başlamış, 2019-cu ildən isə İslam dininin Əhlü-Sünnə istiqaməti üzrə Sələfi məzhəbi ilə ibadətlərini davam etdirmişdir, hazırda da həmin əqidədədir. İstifadəsində olan “**-UN-***” dövlət qeydiyyat nişanlı Opel Astra markalı maşın vardır və onunla fərdi qaydada taksi fəaliyyəti göstərir. Dini ləqəbi, yəni kunyası “AbuÖmər”dir. Ona dindar qardaşlar arasında həmişə “AbuÖmər” deyə müraciət etmişlər. Oğlunun adı Ömər olduğu üçün o, özünə bu dini ləqəbi seçmişdir. Təxminən 2022-ci ilin sonu 2023-cü ilin əvvəllərində o, sosial şəbəkələr vasitəsilə ərəbi dilini öyrədən şəxs kimi Şəki şəhərində şirniyyat mağazasında satıcı işləyən “Seyfullah” dini ləqəbli Anar adlı şəxslə tanış olmuşdur. Anar təxminən 25-30 yaşlarında Sələfi əqidəsində olan bir şəxs olmuşdur, soyadını dəqiq bilmir, fotoşəklini görsə tanıya bilər. Anarla tanış olduğu zaman söhbətlərindən sonuncunun atasının həbsdə olduğunu öyrənmişdir. Söhbətləri əsnasında Anar özünün Suriyaya gedib “cihada” qoşulmaq istədiyini, kafirlərə qarşı döyüşmək istədiyini bildirmiş, həmçinin Suriyada İdlib şəhərində əslən Şəkidən olan təxminən 2014-2015-ci illərdə Suriyaya gedərək cihada qoşulmuş, müxtəlif silahlı qrupların tərkibində döyüşərək yaralanmış “Abdulvahab” dini ləqəbli Şükür adlı tanışı olduğunu qeyd etmiş, həmin şəxsin köməkliyi ilə Türkiyə vasitəsilə Suriyaya getmək istədiyini demişdir. Anar həmçinin həm maddi cəhətdən imkanı olmadığından, həm də həyat yoldaşı Anarın Suriyaya getməsini istəmədiyindən Suriyaya gedəcəyi təqdirdə Dövlət Təhlükəsizliyi Xidmətinə məlumat verəcəyindən ehtiyat etdiyindən Suriyaya hələki gedə bilmədiyini qeyd etmişdir. O, Suriyaya gedib cihada qoşulması üçün pul məsələsində sonuncuya köməklik edə biləcəyini demiş, ancaq həyat yoldaşı ilə bağlı məsələni özünün həll etməli olduğunu bildirmişdir. Bu müddət ərzində Anarın Suriyaya getməsi onda olan məlumata qeyd edilən səbəblərdən alınmamışdır. Bu əsnada Anar onu əslən Şəki rayonundan olan Suriyanın İdlib şəhərində yaşayan Heyəti-Təhriri-Şam (HTŞ) adlı qruplaşmanın üzvü “Abdulvahab” dini ləqəbli Şükür adlı şəxslə tanış etmişdir. Şükürlə o, “Whatsapp” mobil tətbiqi üzərindən söhbətləşməyə başlamışdır. Şükürün istifadə etdiyi mobil nömrəni dəqiq xatırlamır, amma həmin nömrə xarici mobil operatorlara məxsus nömrə olmuşdur. O, özü isə təxminən 3-4 ildir ki ***-***-**-**, 6-7 ildir ki, ***-***-**-** saylı mobil nömrədən birlikdə istifadə edir. Söhbətləri zamanı o, Şükürə “mən Suriyaya gələrək Hol və Roj əsir düşərgələrinə getmək istəyirəm, orada dəstəyə ehtiyacı olan qadın və uşaqlara kasıblara yardım etmək istəyirəm, onların əsir düşərgələrindən çıxarılmasına köməklik etmək istəyirəm” məzmunlu sözlər demişdir. “Abdulvahab” ləqəbli Şükür isə ona “sən çıx gəl bura, mən sənə HTŞ-də zamin duraram, burda biz sənə kömək edərik gedərsən əsir düşərgələrinə” məzmunlu sözlər bildirmişdir. Bundan sonra o, Şükürün təklifi ilə Suriyaya getməyə qərar vermişdir. xx.xx.2023-cü il tarixdə İstanbul istiqamətində Azərbaycanı tərk etmiş, İstanbulda olduğu vaxt xx.xx.2023-cü il tarixdə gecə saatlarında zəlzələ olmuş, o, avtobusla İstanbuldan Suriya ilə sərhəddə olan Hatay şəhərinə gəlmiş, orada 1 həftə qalmışdır. Bundan sonra Abdulvahab ləqəbli Şükür onu Hatayda adını bilmədiyi qaçaqçı ilə əlaqələndirmiş, təxminən 2023-cü ilin fevral ayının ortalarında o, sərhədi qaçaqçının köməkliyi ilə keçmiş və Suriyanın Atma şəhərinə gəlmişdir. Orada taksiyə minib İdlib şəhərinə getmiş, İdlibdə onu Abdulvahab ləqəbli Şükür qarşılamış və öz yaşadığı evə aparmışdır. 1 həftə Şükürün evində qalmış, bundan sonra Şükür onu subay HTŞ əsgərlərinin yaşadığı İdlibin Yaqubiyyə kəndində “Makar” deyilən bir evə gətirmişdir. İdlib şəhərinə tez-tez hücumlar olduğundan HTŞ öz əsgərlərini kəndlərdə olan evlərdə saxlamışdır. Həmin evdə HTŞ-nin azərbaycanlı olan “Abu-Hənin” və “Abu-Saat” adlı subay əsgərləri yaşamışlar. Həmin şəxslərin əsl adlarını və digər müəyyənedici məlumatları bilmir. Onunla birgə evdə qeyd etdiyi 2 nəfər qalmış, həmin evə HTŞ-nin tez-tez ayrı-ayrı əsgərləri gəlib-getmiş, ancaq evdə qalmamışlar. Həmin əsgərlər növbə ilə “ribat”, yəni mühafizəyə HTŞ-nin nəzarətində olan postlara gedib-gəlmişlər. Həmin postlar Suriya hökumətindən qorunmaq üçün qurulmuş və Bəşər Əsəd qüvvələrinin hücum edə biləcəkləri istiqamətlərdə olmuşdur. Əsgərlərin hər birində köhnə “Kalaşnikov” markalı avtomat silahı və digər adlarını bilmədiyi silahlar olmuşdur. Silahları onlar həmin evdə saxlamışlar. O, həmin evdə təxminən 4 ay qalmış, həmin əsgərlər ribata getdikləri müddətdə o, evdə tək olmuşdur. “Abu-Hənin” və “Abu-Saat” adlı şəxslər təxminən 2022-ci ildə birlikdə Suriyaya gəlib HTŞ qruplaşmasına qoşulmuşlar. Həmin şəxslər onun keçmiş hərbçi olduğunu bildiklərindən bir neçə dəfə ona da ribata getməyi, yəni silahla HTŞ-nin mühafizə postlarına çıxmağı təklif etmişlər. O, isə onlara Suriyada HTŞ qüvvələri tərəfindən silahlı təlim görmədiyimdən postlara çıxmaq istəmədiyini bildirmişdir. Ümumiyyətlə ona orada eşitdiklərindən HTŞ qruplaşmasının özünün təlimə cəlb etmədiyi şəxslərə silah vermədiyi məlum olmuşdur. Ona Abdulvahab və HTŞ-nin digər üzvləri həmin müddətdə bir neçə dəfə silahlı təlimlərə cəlb edilməyi təklif etsə də o, müxtəlif bəhanələrlə bundan yayınmışdır. Çünki dini məsələlərdə onlarla arasında fikir ayrılıqları olduğunu görmüşdür. Əsgərlər mühafizəyə postlara gedəndə o, boş vaxtlarında evdə qalmış, hərdən çıxıb çöldə gəzmişdir. O, HTŞ-yə üzv kimi həmin vaxt qəbul edilmədiyindən ona silah verməmişlər. Bir dəfə o, maşınla HTŞ-nin postlarını da gəzmiş, postlarda silahlı əsgərlərin növbəyə çıxdığını görmüş, özü isə postda növbəyə çıxmamışdır. Suriyaya gəldikdən sonra o, Abdulvahabın vasitəsilə “Musab” ləqəbli +**********912 saylı mobil nömrənin istifadəçisi olan əslən Şəki rayonundan olan Tural Bağırov adlı 30-35 yaşlı, arıq, çənəsi azca uzun, qulaqları iri bir şəxslə tanış olmuşdur. “Musab” Abdulvahabla birlikdə 2015-ci ildə Suriyaya getmişdir. Onlardan eşitdiklərinə görə Abdulvahab, Musab və Əfqan İsayev adlı şəxs Şəki rayonundan 3-ü bir yerdə Suriyaya getmişlər. O, Suriyada olduğu müddətdə X67 Suriya Ordusu deyilən qruplaşmanın türməsində olmuşdur. O, Əfqanla üzbəüz gəlməsə də bir neçə dəfə adını Musab və Abdulavahabdan eşitmişdir. X3 Abdulvahab ləqəbli Şükür, Musab ləqəbli Tural Bağırov, Əfqan İsayev adlı şəxslər olmuşdur. O, Suriyada olduğu vaxt Musab ləqəbli şəxsə Türkiyədən pullar göndərilmiş, o, həmin şəxslə birgə həmin pullara ərzaq alıb ehtiyacı olanlara paylamışdır. Musab HTŞ-nin əsgəri olmadığından, silahı olmamışdır. Ancaq Abdulvahabın HTŞ-nin polis işçisi-əmniyət işçisi kimi Makarov tipli tapança silahı olmuşdur. Abdulvahab Suriyada gedəndə döyüşlərdə yaralandığından ayağı axsımışdır. Abdulvahab Suriyada HTŞ-nin adamı kimi Azərbaycandan ora gedən şəxsləri HTŞ-nin nəzarətində olan ərazilərə qəbul etmək, oradan çıxarmaq işinə baxmışdır. O, Suriyada olduğu müddətdə HTŞ azərbaycanlı üzvləri subay şəxslərə, yəni onun kimi tək olan şəxslərə aylıq ərzaq yardımı etmiş və “makar”a aylıq olaraq təxminən 30-40 dollar pul vermişlər. Abdulvahab da əvvəllər “Cəbhətul-Nusra” adlı qruplaşmada olmuş, sonradan həmin qruplaşma dağıldığından Abdulvahab HTŞ-yə keçmişdir. Ümumiyyətlə “Cəbhətul-Nusra” HTŞ-nin əvvəlki adıdır. Suriyada Hol və Roj kamplarında PKK kürd qüvvələri tərəfindən saxlanılan qadınlar və uşaqlar əsasən həyat yoldaşları İŞİD qüvvələrində iştirak edib vəfat etmiş şəxslərdir. Bu səbəbdən də HTŞ üzvləri həmin kamplara maddi yardım etməmişlər, çünki İŞİD-lə HTŞ üzvləri arasında dini və digər mövzularda təfriqə və ixtilaf mövcud olmuşdur. O, bir müddət HTŞ-nin əsgərlərinin yaşadığı makar deyilən evdə qalandan sonra Abdulvahabdan onu Hol və Roj kamplarına aparmağını istəmiş, ancaq sonuncu həmin düşərgələrdə saxlanılan qadınlar İŞİD üzvləri olduğundan və onlar HTŞ üzvlərini təkfir etdiyindən, yəni müsəlman yox, kafir hesab etdiklərindən oraya getməyin mümkün olmadığını, onun HTŞ-nin nəzarətində olan yerlərdə yaşayaraq həmin qruplaşmaya qoşulmaqla silah əldə edib mühafizə postlarına çıxmalı olduğunu bildirmişdir. Bu mövzuda onun Abdulvahabla 1-2 dəfə güclü mübahisəsi yaranmışdır. Abdulvahab hətta bir neçə dəfə onu özünə məxsus Makarov tipli tapança ilə hədələmiş, HTŞ-yə qoşulmağı və ribata çıxmağı tələb etmişdir. O, isə razılaşmamış və söhbətləri zamanı o, HTŞ-nin dini düşüncələrini bəyənmədiyini, etiqadlarının bir olmadığını, özünün dini düşüncələrinin başqa olduğunu bildirmişdir. Abdulvahab isə ona “sən kafirsən xəvaricsən bizi təkfir edirsən” məzmunlu sözlər demişdir. Abdulvahab ona “islamda xəvaricləri öldürün deyə əmr vardır və istəsək səni burada edam edə bilərik” məzmunlu hədə gəlmişdir. O, təxminən 2023-cü ilin may ayının ortalarına kimi həmin makar deyilən yerdə yaşamış və orada bir az da qalacağı təqdirdə Abdulvahab və HTŞnin digər üzvlərinin onu öldürtdəcəyini başa düşmüşdür. Abdulvahab hər dəfə onu təhdid edəerək “mən sənə zamin durub səni Suriyaya HTŞ-nin nəzarəti olan yerə gətirmişəm sən isə burda bizi təkfir edirsən bizi xəvaric kafir adlandırırsan səni burda edam edəcəyik” məzmunlu sözlər deymişdir. Qeyd olunan səbəbdən o, oradan qaçıb canını qurtarmaq qərarına gəlmişdir. Bu səbəbdən də o, onu ora gətirən qaçaqçı ilə əlaqə saxlamış, makarda olan əsgərlər ribatda olarkən Abdulvahaba xəbər vermədən makardan qaçmış, təxminən 2023-cü ilin may ayının ortalarında qaçaqçı vasitəsilə Suriyadan Türkiyəyə keçmiş, türk polisi onu tutmuş, o, təxminən 2 həftə türk polisi tərəfindən saxlanmış və xx.xx.2023-cü il tarixdə Azərbaycana deport edilmişdir. Azərbaycana qayıtdıqdan sonra fərdi qaydada taksi kimi fəaliyyətini davam etdirmişdir. Suriyada olduğu müddətdə o, “Abdulvahab” vasitəsilə “Abu İsmayıl” ləqəbli HTŞ-də elmi məsələlərə nəzarət edən və azərbaycanlı mücahidlərə dini mövzularda dərslər keçən Səxavət adlı azərbaycanlı ilə də tanış olmuşdur. Səxavət Abdulvahab və Musabdan əvvəl Suriyaya gələrək “Cəbhətul-Nusra” –ya qoşulmuşdur. O, Səxavətlə Suriyada olarkən bir dəfə mübahisə etmişdir. Belə ki, makar deyilən yerdə qalarkən Səxavət o, evdə olmadığı zaman onun telefonunu açıb baxmış, bu zaman o, otağa daxil olub bunu görmüş, icazəsiz telefonuna baxdığı üçün sonuncu ilə mübahisə etmiş, ancaq həmin vaxt HTŞ üzvləri tərəfindən ölüm və edamla hədələndiyi üçün Səxavətlə çox dərin mübahisə edə bilməmişdir. Azərbaycana qayıdandan sonra sonuncu ilə telefon vasitəsilə əlaqə saxlayıb danışmış və mübahisə etmişdir. Söhbət zamanı Səxavət onun telefonuna baxarkən onun HTŞ-ni pislədiyinə, Azərbaycanda olan şəxslərə orada əsl islam qaydaları ilə yaşanılmadığına dair mesajlarını gördüyünü bildirmişdir. Onlar onu İŞİD-çi - xəvaric adlandırmış, onu təkfir etmişlər. O, da HTŞ-nin dini ideyalarını bəyənməmişdir.

109. Bundan əlavə, Təqsirləndirilən şəxs3 "xxxx" MMC və "xxxx" ASC vasitəsilə adına Türkiyə istiqamətində aparılmış beynəlxalq pul köçürmələri barədə ifadəsində göstərmişdir ki, o, faktları təsdiq edir, həmin köçürmələrini o, aparmışdır. Həmin əməliyyatlardan 1 əməliyyat üzrə ona Türkiyədən pul göndərilib, yerdə qalan digər köçürmələr isə onun adından xaricə edilmiş köçürmələrdir, həmin köçürmələri o, özü şəxsən etmişdir. Xaricə Türkiyəyə köçürdüyü bütün pullar Suriyaya Musab və Usama adlı şəxslərə çatdırılmaq üçün edilmişdir.

110. Həmçinin, xx.xx.2024 14:32-də o, Usamaya səs ataraq hisslərini cilovlaya bilmədiyini demiş və “amma əxi belə adamlar mən həmişə demişəm ki belə adamların yeri buralar deyil ee Allah nəsib eləsin oralardı hirslərini cilovlaya bilməyən adamların yeri o tərəflərdi Allah bizə nəsib eləsin bacıları xilas eliyək” məzmunlu sözlər işlətmişdir. Bu zaman o, Usama ilə birlikdə Roj və Hol kamplarında əsir saxlanılan müsəlman qadınları xilas etmək barədə danışmış, daha sonra Usamaya “Əxi Allaha həmd olsun ən azından biz Allaha ümid edib nəsə eləməyə çalışırıq riyadan Allaha sığınıram Allah riyadan yazmasın nə sənin nə mənim elədiklərimi adamlar var ki inanki qorxusundan üyüdürlər Suriyanın S hərfi gələndə bilmirlər hara deşik axtarırlar o gün status paylaşmışdım ee mən sədəqə ilə bağlı bacılarnan bağlı əə mənə bir-iki nəfər yazıb Allah onları islah etsin özünü fikirləşmirsən qardaşları fikirləş əə bu nədi bir dənə qorxuya düşüblər deyirəm ee utanmırlar ee sədəqədən ötrü adam qorxar utanmırlar yəni elə adamlara baxanda mən şükür eliyirəm gecə-gündüz” məzmunlu səs atmış, Suriyaya sədəqə kimi pul göndərmək adı gələndə, Azərbaycanda dindar qardaşların pul vermək istəmədiyini qorxduğunu bildirmişdir. Usama isə ona səs ataraq, yaxın vaxtlarda inşallah əsir qadınları xilas edəcəklərini bildirmiş, daha sonra ondan Qusar rayonunda baş verən hadisələr barədə soruşmuşdur. O, 2024-cü ilin avqust ayının sonları sentyabr ayının əvvəllərində mətbuatdan Qusarda hüquq-mühafizə orqanları ilə “Meşə Qardaşları” adlı qruplaşmanın üzvləri arasında atışmalar olduğunu eşitmişdir. O, da eşitdikləri barədə Usamaya məlumat vermişdir.

111. xx.xx.2024-cü il tarixdə Usama bir türk tanışının onu aldatdığını, Hol və Rojda olan qadınlara pul göndərəcəyini deyib onu arxayın saldığını, Usamanın öz cibindən onlara yardım etdiyini, ancaq türkün pulu qaytarmadığını bildirmişdir. O, həmin türkü tanımamışdır, sadəcə Usama söhbət zamanı başına belə bir iş gəldiyini bildirmişdir.

112. 27.09.2024-cü il tarixdə Usama ona “Lap yaxşı əxi elə yanlarındasansa elə onlara da de bu qrup var idi “X68 Davet” mən onda indi adminəm də elə də qalır olur, o qrupu nəsə işə salmaq olar əxi o tərəf üçün? Nəsə eləməy olar şey məsələn? yoxsa elə denən o boyda qruplar dayanıb deyirsən bu işləyəcək?” məzmunlu səs atmış, “Vatsapp” tətbiqində bir tanışının “X68 Davet” adlı yardım qrupu olduğunu, həmin qrupu aktivləşdirərək orada Suriya üçün yardım yığıb-yığmamaq barədə danışmışdır. Sonrakı səslərdə Usama həmin qrupun sahibinin Yusuf adlı şəxs olduğunu, həbs edildiyini, Qazaxdan olan yoldaşına hətta onun da 1 dəfə maddi yardım etdiyini demişdir. Həqiqətən də o, bir dəfə Usamanın xahişi ilə Qazaxdan olan bir qadına maddi yardım kimi 100 manat göndərmişdir. Usama söhbətləri zamanı bu yardım qrupunun onun yardım etdiyi qadının yoldaşı Yusufun qrupu olduğunu onun diqqətinə çatdırmış və həmin qrupun Yusuf həbs ediləndən sonra işlədilmədiyini bildirmişdir. Usama onu da həmin qrupa əlavə etmiş və işlətməyini xahiş etmişdir. O, həmin qrupa yardımla bağlı bir dəfə paylaşım etmiş, ancaq sonradan həbs edildiyi üçün qrupun fəaliyyətindən məlumatı olmamışdır. Usama ona Yusufun narkotik məsələlərinə görə həbs edildiyini bildirmiş, Qazaxdan olan arvadından bu məsələyə görə boşandığını qeyd etmişdir.

113. 30.09.2024-cü il tarixdə Usama ona “O dəfə sənə şey vermişdim ee demişdim yazıcaqlar sənə o şeyə görə əmanət bacıya o yazacaq sabah sənə inşallah onu həll eliyərsən də əxican yəni bacıyadı da şey deyil bildin yəni kişi zad söhbəti yoxdu əxi ortada olsa mən qarışmaram əxi həm sənin güvənliyin üçün həm də onların” məzmunlu səs atmış və Suriyada bir nəfər bacıya pul çatmalı olduğunu, həmin pulu Azərbaycanda ona verəcəklərini bildirmiş, həmçinin bu mövzuda Suriyada olan kişilərə pul göndərməkdən söhbət getmədiyini, yəni təhlükəli nəsə olmadığını qeyd etmişdir. Usama bunu onun və həmin pul göndərəcək şəxslərin təhlükəsizliyi üçün etdiyini demişdir. xx.xx.2024-cü il tarixə qədər olan danışıqlarda onlar həmin şəxs barədə söhbət etmiş, sonuncunun ona 700 dollar verəcəyini ancaq hələ gətirib çatdırmadığını bildirmişlər. Usama həmin şxəsin nömrəsini ona verərək bildirmişdir ki, bu şəxs ona 700 dollar pul çatdıracaq, o, da həmin pulu Suriyaya göndərək, özü də həmin pulu bir bacıya verəcəkdir. Sonradan o, xx.xx.2024-cü il tarixdə həbs edildiyi üçün həmin şəxs pulu ona çatdıra bilməmişdir.

114. 02.09.2024-cü il tarixdə danışıqları zamanı Usama ondan yoldaşının qardaşı DTX tərəfindən həbs edilən Xəqani barədə maraqlanmağı istəmiş, vəkillərin Xəqaninin tezliklə azadlığa çıxacağını dediyini bildirmişdir.

115. 02.09.2024-cü il tarixdə o, yalandan Usamaya səs ataraq bandotdelə, yəni DİN BAŞ Mütəşəkkil Cinayətkarlıq idarəsinə çağrıldığını, orada Suriyaya pul göndərdiyi üçün onu sorğu-sual edib təhqir etdiklərini demişdir. Əslində belə bir fakt olmamışdır. Sadəcə o, bu sözləri Usamaya sonuncunun ondan uzaqlaşması, yəni artıq Suriyaya pul göndərməyini istəməməsi üçün etmişdir. Çünki o, mətbuatdan ordan-burdan dindar qardaşların çoxunun Suriyaya pul göndərmə işinə görə Azərbaycanda həbs edildiyini eşitmişdir. Yəni o, çalışmışdır ki, Usama ondan uzaqlaşsın, pul göndərməyini istəməsin. Bunu açıq şəkildə sonuncuya deyib xətrinə dəymək istəmədiyimdən yalandan guya polisə çağırılıb tənbeh edilərək sonuncu dəfə tutulmaq barədə xəbardarlıq aldığını qeyd etmişdir. 116.xx.xx.2024 10:40-da o, Usamaya “Əxi mənim Türkiyəyə deportum var ee mən bilmirəm hansı yolnan çıxmaq istəyirəm Azərbyacandan bilmirəm ee yazıram o tərəflərə zada bütün günü yazışırıq “Dövliyəynən” Xorasan yolu səhih oldu orda Dövliyə quruldu prosta dövlət qururlar ama gizlincə o qədər əmniyə eliyirlər əmniyət eliyirlər gizlində qurublar hələki çoxalmaları üçün səhih oldu prosta yolu kimsə sızıb aradan suka çıxıb tutublar neçə nəfər qardaşları gedəndə burdan neçə nəfər gedib tutulubdu tutulma da istihbarat tutub dövliyəyə aidiyyəti yoxdu aa eləbil ki biliblər hara gedir tutub qabağın alıblar Taliban eliyib şərəfsiz tutub əsarətdədilər içəridə nə deyirəm yolları bağlayıblar” məzmunlu səs atmış və Azərbaycandan getmək istədiyini, X19rulduğunu eşitdiyini, oranın nümayəndələri ilə Telegram üzərindən danışdığını, ora gedib qoşulmaq istədiyini, ancaq hələki yolların bağlı olduğunu bildirmişdir. Daha sonra o, Usamaya “Əxi mən Türkiyəyə gəlsəm ora keçsəm sizin yanınıza prosta məni orda bu İsmayılgil zad tutdurar ee ora keçən kimi məni tutdurub edam elətdirər” məzmunlu səs atmış, yenidən Suriyaya gedəcəyi təqdirdə orada Suriyadan HTŞ-nin icazəsi olmadan qaçdığı üçün Abu İsmayıl ləqəbli Səxavətin onu tutdurub edam etdirəcəyini qeyd etmişdir. xx.xx.2024 11:00-də Usama ona döyüş videosu göndərmiş və videoya baxıb silməyini xahiş etmişdir. O, da siləcəyini qeyd etmişdir. Bu videonun dəqiq harada çəkildiyini, Usamanın həmin döyüşlərlə əlaqəsi olub-olmadığını, Usamanın həmin videonu silməyini hansı səbəbdən istədiyini dəqiq bilməmişdir. Ümumiyyətlə Usama çox zaman səs və video atandan sonra onları silməyini istəmişdir.

117. Təqsirləndirilən şəxs3 istifadəsində olan mobil telefonla “Whatsapp” mobil tətbiqində +**********912 saylı mobil telefon nömrəsi ilə “Musab” adı ilə yaddaşa qeyd edilmiş şəxs ilə xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində apardığı səsli, fotoşəkil, video, yazılı mesajlaşmalar ilə tanış olaraq ifadəsində göstərmişdir, +**********912 saylı mobil nömrənin istifadəçisi “Musab” dini ləqəbli Tural Bağırov adlı şəxsdir, hazırda Suriyadadır. Sonuncu ilə xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində səsli, fotoşəkil, video, yazılı mesajlaşmalar aparmışdır. xx.xx.2024-cü il tarixdə onlar mesajlaşaraq hal-əhval tutmuş, o, tez-tez Usama ilə danışdığını Musabı soruşduğunu demişdir. Musab bir neçə gün əvvəl İdlibdə Usama və Said adlı şəxslə rastlaşdığını qeyd etmişdir. Said Usamanın bacısın əridir. O, Musabla Usamanın öz anası və bacısını Azərbaycana göndərməsi barədə söhbət etmişdir.

118. xx.xx.2024 14:35-də o, Musaba səs ataraq “Mən də hazırlaşıram dana Usamayla danışım yol eləsin o gün danışmışam deyirəm əə səhraya zada yol ver çıxaq gedəy ee Hol kampına burda əxi zəlilliydi ee əxi oturduqca adam oturur oturduqca adam qalır Usama bir tanış var onnan danışır hər gün deyirəm yol aç yol aç deyir əə bir dəfə vurulmusan da müsəlman bir yerdən 2 dəfə vurulmaz bir dəfə başın poxa gedib gəlmisən mən sənə deyir sağlam yol olmasa deməyəcəm də sağlam yol axtarırıam görüm səhraya nə bilim Hol kampına Rof kampına Xasakiyə qardaşlar Xasakiyə girməy istəyirlər bir az plan qururlar demişəm şey olsa məni adə aparın mən də məşq eliyirəm də başlamışam dayan video atım bax” məzmunlu sözlər demiş, Usama vasitəsilə plan quraraq Hol kampına Rof kampına Xasakiyə kamplarına gedib orada əsir olan müsəlman qadın və uşaqları qurtarmaq istədiyini bildirmiş, Musab da ondan ehtiyatlı olmağı xahiş etmişdir.

119. xx.xx.2024 10:08-də o, Musabla bayramlaşaraq sonuncuya “Ay Musab xəbərin oldu Xəqanini tutdular altından Şükür çıxdı şərəfsiz onun da 12-ci adam oldu tutuldu əxi 11 idi bu da 12 hamısının altından Şükür çıxdı qabağına MTN qoydu Şükürün səsini ki göndərmisən bax Şükür deyir ki Xəqaninin paketi çatdı Xəqani də Usama var ee qardaş orda onun qaynıdı bu Şükürü öldürün də orda qardaş camaatı poxa sala-sala gedir” məzmunlu səs atmış, bu zaman Usamanın yoldaşının qardaşı Xəqaninin DTX tərəfindən həbs edildiyini, bu işin səbəbkarının Abdulvahab ləqəbli Şükür olduğunu bildirmiş, Xəqanini Şükürün tutdurduğunu qeyd etmişdir. Hətta Şükürün bundan qabaq 12 nəfər də tutdurduğunu demişdir. O, bütün bunları “Usama”dan eşitmiş, yəni şəxsi olaraq Xəqani ilə münasibəti olmamışdır. Bu sözlərin hamısını o, Usamadan eşitmişdir. xx.xx.2024 10:14-də o, Musaba səs ataraq Seyfullah, yəni Şəkidən olan Anarın və Xəqaninin bir-birinə Suriyada Abdulvahaba çatdırmaq üçün pul göndərdiklərini və həbs edildiklərini qeyd etmişdir. O, bütün bunları Usama ilə olan söhbətləri zamanı eşitmiş, Musaba demişdir. Musab da Seyfullahın, yəni Anarın tutulmasından məlumatlı olduğunu qeyd etmişdir. xx.xx.2024 00:23-də o, Musaba “Həm də bir az buralarda aləm qarışıb bir-birinə tappatapdı qardaşları tuta-tuta gedirlər bu noyabrda şey olasıdı bütün dünya başçıları Azərbaycana gəlməlidi ona görə qorxularından tuta-tura gedirlər ona görə çox sıx-sıx yazışmıram” məzmunlu səs atmış, dindar qardaşların son günlərdə Azərbaycanda çox tutulduğunu, bu səbəbdən də teztez yazıb əlaqə saxlamadığını bildirmişdir. Daha sonra o, Musaba “Əxican bu sözsöhbətlərə görə qardaşları tappatap aparırlar da şeyə görə noyabrda 450.000 adam gələcək Bakıya hardasa 54-55 dənə şey gəlməlidi ölkə prezidenti ona görə qardaşları yığışdırırlar aparırlar ona görə məni işdən də çıxandan sonra nə zəng eliyirlər nə bir şey eliyirlər qınamıram insanın qınadığı başına gələr mən sizin yanınıza gəlib getmişəm deyə çox qorxurlar sora əxi sədəqədi əxi day vermirlər mana bilirlər ki o tərəfə göndərirəm o tərəfnən əlaqəm var vermirlər obşum qırıb atıblar da məni Allaha həmd olsun, Usama deməsin öz torpağımda qəribəm əxi, həə ona görə nə pul göndərə bilirəm, nə sədəqə yığammıram əxi heç kim heç nə vermir işdən də çıxmışam işsizəm taksi işləyirdim öz maşınımla onu da ki ləğv elədilər əxi imtahanlar dalbadal gəldi ona görə belə qərib qalmışam sözüm də nəyə yəni sədəqə zad heç nə eliyə bilmirəm özüm belə birtəhər keçinirəm dolanıram Allaha həmd olsun qardaşları da Allah islah eləsin dəhşət qorxuya düşüblər ee dəhşət bir az adamı aparıblar deyə Allahın yazdığından başqa heç nə gəlməyəcək başımıza mən o etiqaddayam bəziləri elə bilir ki nəsə gələcək başına bilmirəm ay əxi sizin vəziyyətiniz nətərdi ay əxi nətər dolanırsız?” məzmunlu səs atmış, işdən çıxandan ətrafında olan tanışlarının o tərəfə, yəni Suriyaya pul göndərdiyini bildiklərindən ona sədəqə vermədiklərini, qorxduqlarını bildirmişdir. xx.xx.2024-cü il tarixdə daha sonra o, Musabla Said, Abdulvahab və Usama barədə söhbətlər etmiş, Musab ona Said və Usamanın Abdulvahaba onu Suriyadan HTŞ-nin əlindən Musabın qaçırdığını dediyini bildirmiş və ondan nəyə görə Saidə bu məzmunlu sözlər dediyini soruşmuşdur. O, isə Saidə belə söz demədiyini bildirmişdir. Onlar uzunuzadı bu məsələ ətrafında mesajlaşmalar aparmışlar. Musab Abdulvahabın HTŞ-nin əmniyət təşkilatında işlədiyini, bu məsələnin HTŞ üzvlərinə çatacağı təqdirdə, öz həyatı üçün problem olacağını bildirmişdir. xx.xx.2024 12:31-də o, Musaba səs ataraq “Usamayla danışıb eliyirsən ? eşitdim o gün DTX-ya getmək istəyiblər Usama deyir Musaba özüm dedim ki yolun uzaqdı gəlmə o birisilərə dedim onlar da söz verdi ama gəlmədilər telefonlarına da zəng çatmadı götürmədilər o qardaşlar yatır içəridə bir dənə sözdən dolayı oları çıxartmağa” məzmunlu sözlər demiş, bu zaman Səbuhi adlı Şəkilinin HTŞ-nin türməsindən çıxarılması məsələsi barədə danışmışdır. Belə ki, bir neçə il bundan əvvəl Suriyaya getmiş və ailəsi tərəfindən öldü bilinən Səbuhi adlı Şəkidən olan şəxs sən demə ölməyibmiş və Suriyada HTŞ-nin türməsində saxlanırmış. Bunu ona Usama demiş, orada ətrafında olan dost-tanışı yığıb gedib sonuncunu türmədən çıxarmaq istədiyini qeyd etmişdir. Səsli mesajda o, “DTX” deyərkən HTŞ-nin türməsini nəzərdə tutmuş, Abdulvahab HTŞ-nin təhlükəsizlik işçisi olduğu üçün Usama Abdulvahab vasitəsilə Səbuhini türmədən çıxara biləcəyini düşünmüşdür. Daha sonra o, Musaba “Mən nağayrım ay əxi bilmirəm bilirsən ya yox Xorasana yığırlar da milləti təzədən o vaxt kı kimi İslam dövləti qururlar düzdü ee cihad zad yoxdu vuruşmaq zad dövlət qururlar yaşayırlar orda prosta yolu bağladılar bir ara açdılar sora təzədən bağladılar hələ ki bağlayıblar kafirlərin xəbəri oldu deyə görəy ora hazırlaşıram əxi ailə ilə bu dəfə gedəcəm ora hicrət eliyəcəm inşallah yəni buralar ləzzət eləmir əxi hicrət eləmək lazımdı qardaşlar gedib burdan iki dənəsi Şəkili olub ikisi də uşağ idi hicrət elədilər ordadılar bir az əmniyət güclüdü axı danışmaq olmur olarnan bir az qorxurlar da o vaxtkı kimi deyil ya da sizin yanınızdakı kimi deyil nətər gəldi danışım eliyim gizlində qururlar dövləti hələ ki 7000 əsgəri var həə indi niyyət eləmişəm ora hicrət eləməyə ailəynən gedəcəm ora birbaşa Xorasana getmək bir az rahat idi yollar bağlandı açılsın inşallah Namiqnən gedirəm, tanıyırsan da Dövliyyəçi Namiq mənə qərarlar verirdi ee orda gedirəm arada çay içməyə dönər yeməyə siz neynirsiz? Usama uzaqdı sənə görüşə bilmirsiz?” məzmunlu səslər atmış, Xorasanda yeni İslam dövləti, yəni İŞİD qurulduğunu, ora hicrət edib onların sıralarına qoşulmaq istədiyini bildirmişdir. Daha sonra o, Musaba “Ora yox ora o boyda gəldim getdim Allah səndən başqa heç kimi sevdirmədi ama buraları da istəmirəm küfr diyarların istəmirəm Allah nəsib eləsin bir yerdə olaq Allah yolunda çiyin-çiyinə savaşaq eyni etiqad üzrə Allahın razı qaldığı İslam dövləti qurulsun çiyin-çiyinə orda vuruşaq inanki darıxıram sənin üçün yadıma gəlir sənnən ağlımıza gələni elədiyimiz vaxtlar” məzmunlu sözlər demişdir. Daha sonra isə “Əxi deyirəm Allaha həmd olsun məni ora gətirən Abdulvahab oldu, onnan danışdıq elədik o pis uşaq deyil ee uşaq olaraq yaxşı uşaqdı, prosta etiqadı çürükdü, bizi də bu ayıran dində bizi ayıran etiqad məsələsidi yəni bilirsən nətərdi sən uşaq deyilsən də yəni bu din islam gəldi atanı oğula qardaşı qardaşa düşmən elədi bir insan əgər müsəlmanam deyirsə Allahın qoyduğu yolnan getməlidi, bizi ayıran bu şeylərdi, atanı oğuldan ayıran şey Şükürlə məni ayırmaya bilər? Olar sapıkdı mən sapık deyirəm sən deyirsən mən burda imam var ki dalında namaz qılmıram qılanları da heç birini təkfir eləmirəm Şükür gətirdi Şükürü sevirdim guya telefonda ay cihad belə ay filan şey belə gəldim səni tanımırdım Allah səni mənə tanıtdı səni sevdim Allah üçün sevdim ama Şükürü sevmədim sevə bilmədim orda heç birini sevə bilmədim Allah qəlbləri etiqad üzərində birləşdirir burdada qardaşlar var ki görüşürürük ama sevə bilmirsən ama qardaş var ki səndən heç nəyi keçmir ama sevirsən Namiq əxi Namiq mənim həyatda bir bacım var da qardaşım yoxdu doğma bir bacım onu çox istəyirəm ama Allah Namiqi mənə elə sevdirdi ki mən dırnağına dəyişmərəm yəni mən Namiqi bacımdan qat-qat çox istəyirəm Allah qəlbləri birləşdirir söhbət odu əxi Allah sənnən bizim qəlbimizi birləşdirdi, mən diləyirəm zatən mənim burda qalmaq fikrim yoxdu, əməllər niyətə görədi, bütün günü niyyətim var ki hicrət edim inşallah sağlam bir bir dəfə hicrət elədim başım daşa dəydi istəyirəm bu dəfə başım daşa dəyməsin müsəlman bir dəfə batar da iki dəfə batmaz ona görə istəyirəm ki araşdırım eliyim sağlam yerə hicrət edim Allah da bizi birləşdirsin bu dünyada da o dünyada da” məzmunlu ifadələr işlətmişdir. Musab isə cavabında “Doğru deyirsən, Allah müsəlmanları bir bayraq altından birləşdirsin Allah razı olsun yolunu açıq eləsin araşdır əxi 100 ölç bir biç sora inşallah şey elə” məzmunlu sözlər deyib hər şeyi diqqətlə araşdırmağı sonra qərar verməyi xahiş etmişdir.

120. Təqsirləndirilən şəxs3 istifadəsində olan mobil telefonla “Whatsapp” mobil tətbiqində +**********66 saylı mobil telefon nömrəsi ilə “Xeyal Topqapi”adı ilə yaddaşa qeyd edilmiş şəxs ilə apardığı mesajlaşmalar barəsində ifadəsində göstərmişdir ki, +**********66 mobil nömrənin istifadəçisi onun “Topqapı” mağazalar şəbəkəsində iş yoldaşı olmuş, Şahid21 adlı şəxsdir. xx.xx.2024-cü il tarixdə Xəyal ona yazaraq Topqapıda onlarla birgə işləmiş Abdulsaməd adlı şəxsin tutulduğunu demişdir. Abdulsəməd DTX tərəfindən terrorçuluğun maliyyələşdirilməsinə, yəni Suriyaya pul göndərməyə görə həbs edilmişdir. Xəyal mesajlaşma zamanı ona bu barədə məlumat vermiş və “Oraynan danışdığına görə əxi DTX aparıb atası ilə danışdım elədim 4 aydan sora iş kəsəcəklər ya bu gün ya sabah gedəcəm atası ilə görüşməyə” məzmunlu sözlər işlətmiş, oraynan danışmaq deyərkən Suriyada kiminləsə əlaqəsi olmasından, həmin şəxslə əlaqə saxlamasından bəhs etmiş, ancaq açıq çəkildə “Suriya” adını işlətməmişdir. Xəyal Abdulsəmədin atası ilə danışıb bu məlumatları aldığını bildirmişdir. O, isə cavabında “Əxi başa düşmədim ee nətər danışdığına görə ee məndən çox danışan yoxdu nətər olur o onu aparırlar çox maraqlı bir şey oldu məndən çox danışan yoxdu nətər olur onu aparırlar” məzmunlu sözlər deyib, Suriyada olan Usama, Musab ilə tez-tez danışdığımı, yəni ondan çox ora ilə danışan olmadığını, bəs onu niyə tutmadıqlarını soruşmuşdur. Xəyal isə “Narahat olma da əxi can sənin də vaxtın var” məzmunlu zarafat etmişdir. O, isə cavabında “Canbala məni onsuz da hər ay çağırırlar da ə onu çağırıb qulaqburması verib buraxacaqlar danışmağa görə adam tuturlar? Yardım zad eləmiyibsə silahlı qruplaşmaya yardım zad eləmiyibsə heç nə eliyə bilməyəcəklər inşallah” məzmunlu sözlər demişdir. O, bu sözləri özündən uydurub demişdir. Yəni əslində onu hansısa hüquq-mühafizə orqanına çağırmamışlar, yəni elə-belə söz gəlişi bu sözləri demişdir. Xəyal isə cavabında “Eleyib Diyesen” məzmunlu cavab verərək, Abdulsəmədin Suriyada hansısa silahlı və terror qruplaşmalarına maddi yardım etdiyini bildirmişdir. Şahid21 ittiham edildiyi əməllərə hər hansı formada aidiyyəti yoxdur.

121. Təqsirləndirilən şəxs3 istifadəsində olan mobil telefonla “Whatsapp” mobil tətbiqində +**********63 saylı mobil telefon nömrəsi ilə “Ömər Əli” adı ilə yaddaşa qeyd edilmiş şəxs ilə apardığı mesajlaşmalar barədə ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə telefona “Ömər Əli” adı ilə qeyd etdiyi Ömər qardaşı Əlinin səsini ona göndərmişdir. Əli dediyim kimi ailəsinin dediyinə görə Əfqanıstana gedərək “Vilayəti- Xorasan” adlı İslam dövlətinə qoşulmuşdur. Səsli mesajda Əli internet və telefon olmamasından şikayət etmiş və “muaskar”da, yəni təlimdə olarkən “ribat”a yəni mühafizəyə çıxdığını bildirmişdir. Əli Əfqanıstana getməzdən əvvəl hələ onunla birgə “Topqapı”da işləyərkən Şəkidən olan 18-20 yaşlarında 3 nəfər tanışının artıq Əfqanıstana gedərək “Vilayəti-Xorasan”a qoşulduğunu demişdir. Əlinin qardaşı Ömər Əlinin səsini ona sadəcə iş yoldaşı kimi birgə işlədikləri üçün atmış, yəni o, özü Əli ilə Əfqanıstana gedəndən sonra hər hansı əlaqə qurmamış, Əli bu səsi yəqin ki ailəsinin narahat olmaması və sağ olduğunu bilməsi üçün göndərmişdir.

122. Təqsirləndirilən şəxs3 istifadəsində olan mobil telefonla “Whatsapp” mobil tətbiqində +**********71 saylı mobil telefon nömrəsi ilə “TƏRLAN-ÜRƏY” adı ilə yaddaşa qeyd edilmiş şəxs ilə xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində apardığı mesajlaşmalar barədə ifadəsində göstərmişdir ki, +**********71 saylı mobil nömrənin istifadəçisi barəsində istintaqa ifadə verdiyi Tərlan adlı tanışıdır, sonuncunu “Topqapı” mağazasında işləyərkən tanımış, normal münasibətləri olmuşdur. xx.xx.2024-cü il tarixdə o, Tərlana sonuncunun özünün də olduğu fotoşəkil göndərmişdir. Həmin fotoşəkil onun kirayə yaşadığı evdə çəkilmişdir. Fotoda divardan asılan bayraqlar “İŞİD”, “HTŞ” və “Əl-Qaidə” qruplarının istifadə etdiyi bayraqlar olmuşdur. xx.xx.2024-cü il tarixdə o, Tərlana mesaj göndərib, daha sonra silir və “Əxi tez oxu silin qardaş indi səsləri atacaq tappatap” məzmunlu səs atır. Tərlan da həmin səsə qulaq asıb ona “sil” məzmunlu mesaj yazmışdır. Həmin vaxt o, Tərlana Suriyada olan tanışı “Usama”nın səslərini göndərmiş, daha sonra silməyi tələb etmiş, Tərlan da silmişdir. Həmin səslər “Vilayəti-Xorasan” adlı təşkilata qoşulduğunu eşitdiyi Əli adlı şəxs barəsində olmuşdur. Usama Suriyada, Əli isə Xorasanda olsa da, Usama uzun illərdir Suriyada olduğundan və əlaqələri geniş olduğundan Xorasandakı qolu olan həmin təşkilat və üzvləri barədə də məlumat əldə edə biləcəyindən Əli barədə sonuncudan soruşmuşdur ki, barəsində nə isə məlumat öyrənib ona desin. Usama həmin suallarına cavabında “Vilayəti-Xorasan” adlı təşkilata qoşulmağa gedən tanışlarından birinin həbs edilərək İraq kəşfiyyatına təhvil verildiyini bildirmiş, Əlinin də çox güman ki tutulacağını demişdir. O, Usamanın səslərini Tərlana sonuncu da Əlini tanıdığı və Topqapıda birlikdə işlədikləri üçün göndərmiş, Tərlanın da bu barədə məlumatlı olmasını istəmişdir. Ancaq bu məsələlər həssas mövzular olduğu üçün, yəni hüquq mühafizə orqanlarının diqqətində olduğundan o, sonradan kiminsə əlinə keçməməsi və Tərlana, ona və Əliyə problem olmaması üçün Tərlandan səsə qulaq asıb mesajı silməyi xahiş etmişdir.

123. Bununla yanaşı, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf nə Nəqliyyat Nazirliyi "xxxx" MMC tərəfindən verilmiş 01 noyabr 2024-cü il tarixli, 2048/2024 saylı məktuba əlavə edilmiş pul köçürmələrinə dair siyahıdan görünür ki, Təqsirləndirilən şəxs3 tərəfindən 19 iyun 2023-cü il tarixdə Hamouch Ayoub adlı şəxsə 1000 ABŞ dolları, 31 oktyabr 2023-cü il tarixdə Bechenoune Rabah adlı şəxsə 100 ABŞ dolları, 12 yanvar 2024-cü il tarixdə Benmansour Abdelhamıd adlı şəxsə 100 ABŞ dolları, 24 may 2024-cü il tarixdə Mansour Bilal adlı şəxsə 165 ABŞ dolları, 10 iyun 2024-cü il tarixdə X26 adlı şəxsə 100 ABŞ dolları, 03 sentyabr 2024-cü il tarixdə Mekatı Mustapha adlı şəxsə 580 ABŞ dolları, 23 sentyabr 2024-cü il tarixdə Halıd Hamza adlı şəxsə 200 ABŞ dolları, 03 iyun 2024-cü il tarixdə Onal Celal adlı şəxsə 332 ABŞ dolları məbləğində pul vəsaitləri köçürülmüşdür.

124. “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” 19 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 məxsus +**********55 mobil nömrə ilə +**********89 mobil nömrə arasında mütəmadi səsli danışıqlar aparılmış, Təqsirləndirilən şəxs3 həmin nömrəyə “Əxi hansı verdiy axı pul gəldi”, “Əxican o 4000 dediyin budu”, +**********89: “Yoo, yoo əxi hardasa 2-3 həftə bundan qabaq sənə dedim ee yazacaqlar sənə sənin nömrəni vermişəm yox 4 min yoxa çıxdı əxi bilmirən nə məsələdisə”, Təqsirləndirilən şəxs3: “Bildim də dedin yazacaqlar mən də göndərdim axı başqası yadıma gəlmir yenə heç nə ee olsun Allaha həmd olsun problem yoxdu”; “Təqsirləndirilən şəxs3: “Əxi mən Türkiyəyə gəlsəm ora keçsəm sizin yanınıza prosta məni orda bu İsmayılgil zad tutdurar ee ora keçən kimi məni tutdurub edam elətdirər”; +**********89: “Sən Türkiyəyə keçsən mən o şeynən danışaram qardaşnan danışaram onu sənə tərtib eliyər gün açığı danışdıq vaxtın var zəng elə” “Mən həqiqi qorxuram əxi sənə görə qorxuram birdən nəsə olar eliyər düzdü ee eliyirik Allah üçün ama tədbirli iş görmək lazımdı özüvü yandırmamalısan”; +**********89 nömrədən yönləndirilmiş video-Videoda odlu silah atəşlərinə bənzər səslər eşidilir avtomaşın görünür sona yaxın avtomaşının yanması müşahidə edilir, ərəb dilində danışığa bənzər səslər eşidilir. +**********89: “Poz sonra əxi”; Təqsirləndirilən şəxs3: “Yaxşı əxi yaxşı narahat olma”.

125. Məhkəmə sadalanan sübutların hər birini məhkəmə iclasında tədqiq edərək Təqsirləndirilən şəxs3 məhkəmə iclasında verdiyi ifadəsinin cinayət məsuliyyətindən kənarda qalmasına yönəlik ifadə kimi qiymətləndirərək onun verilmiş ittihamda təqsirinin tam sübuta yetirilməsi qənaətindədir.

126. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır.

127. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərarındakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxslərin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan istintaq hərəkətinin protokolları, onların telefonlarından aşkar edilmiş yazışmaların mətni ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı verdiyi ifadələri özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirir.

128. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, təqsirləndirilən şəxslərin istifadələrində olan mobil telefonda olan yazışmaların, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri əməllər Cinayət Məcəlləsinin 214-1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur.

129. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir.

130. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM- 59.2), cinayətin açılmasına fəal kömək etməsini (CM-59.1.10) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

131. Təqsirləndirilən şəxs1 cinayəti təkrar (CM-61.1.1), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən (CM-61.1.3), dini düşmənçilik və dini fanatizm zəminində törətməsini (CM-61.1.6) onun cəzasını ağırlaşdıran hallar qismində nəzərə alınır.

132. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində yetkinlik yaşına çatmayan (CM-59.2) və azyaşlı uşaqlarının olmasını (CM- 59.1.4), cinayətin açılmasına fəal kömək etməsini (CM-59.1.10) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

133. Təqsirləndirilən şəxs2 cinayəti təkrar (CM-61.1.1), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən (CM-61.1.3) dini düşmənçilik və dini fanatizm zəminində törətməsi (CM- 61.1.6) onun cəzasını ağırlaşdıran hallar qismində nəzərə alınır.

134. Məhkəmə Təqsirləndirilən şəxs3 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM- 59.2), himayəsində azyaşlı uşaqlarının olmasını (CM-59.1.4) və cinayətin açılmasına fəal kömək etməsini (CM-59.1.10) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

135. Təqsirləndirilən şəxs3 cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən (CM- 61.1.3) dini düşmənçilik və dini fanatizm zəminində törətməsi (CM-61.1.6) onun cəzasını ağırlaşdıran hallar qismində nəzərə alınır.

136. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların hər birinin şəxsiyyəti, cəzalarını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır.

137. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 AR Cinayət Məcəlləsinin 214-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır.

138. Məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 AR Cinayət Məcəlləsinin 214-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır.

139. Məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs3 AR Cinayət Məcəlləsinin 214-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır.

140. İş üzrə maddi sübutlar- Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd göy rəngli “X65 8” markalı, “M1908C3JG” model mobil telefon aparatı və üzərinə quraşdırılmış +**********39 saylı sim kart hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs1 yaxın qohumlarına, Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd qara rəngli “Xiaomi POCO C 40” markalı, “220333QPG” model mobil telefon aparatı və üzərinə quraşdırılmış +**********06 və +**********19 sim kartlar, Kapital Bank” ASC-yə məxsus 01 ədəd 4169-7385-8569-8685 nömrəli bank kartı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs2 yaxın qohumlarına, Təqsirləndirilən şəxs3 məxsus 01 ədəd ağ-qara rəngli “Samsung Galaxy A13” markalı, “SM-A137F/DS model mobil telefon və üzərinə quraşdırılmış +**********55 və +**********33 sim kartlar hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs3 yaxın qohumlarına qaytarılmalıdır.

141. Ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxslərdən tutulub dövlət büdcəsinə keçirilməlidir.

142. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.

143. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur.

144. İş üzrə mülki iddia yoxdur.

145. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.

146. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir.

147. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi3 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir.

148. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq,

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 214-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 04 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 214-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 11 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 214-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 02 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar- Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd göy rəngli “X65 8” markalı, “M1908C3JG” model mobil telefon aparatı və üzərinə quraşdırılmış +**********39 saylı sim kart hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs1 yaxın qohumlarına, Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd qara rəngli “Xiaomi POCO C 40” markalı, “220333QPG” model mobil telefon aparatı və üzərinə quraşdırılmış +**********06 və +**********07 sim kartlar, Kapital Bank” ASC-yə məxsus 01 ədəd 4169-7385-8569-8685 nömrəli bank kartı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs2 yaxın qohumlarına, Təqsirləndirilən şəxs3 məxsus 01 ədəd ağ-qara rəngli “Samsung Galaxy A13” markalı, “SM-A137F/DS model mobil telefon və üzərinə quraşdırılmış +**********55 və +**********33 sim kartlar hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs3 yaxın qohumlarına qaytarılsın. Ekspertiza tədqiqatlarının dəyəri 750 manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs1 hüquqlarını məhkəmə iclaslarında dövlət hesabına müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına, məhkəmə istintaqı zamanı sərf edilmiş 80 iş saatına görə (30 saat 6 manatdan, 50 saat 11 manatdan hesablanmaqla) 730 manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs3 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi3 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 330 manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Presedent” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxslərə hökmün təqdim edildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Nigar İmanova Hakimlər: Kamil Əliyev Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar