Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1192/2021 21.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi Teyyub oğlunun iştirakları ilə, xx xxxxx 1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Xətai rayon Xalq Məhkəməsinin 21 iyun 1994-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (köhnə redaksiyada) 88-ci maddəsinin 2-ci hissəsinin 1 və 2-ci bəndləri və 145-ci maddəsinin 2-ci hissəsinin 1 və 2-ci bəndləri ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 22 aprel 2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 iyul 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 317-1.1-ci maddələri ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, M.C.Məmmədzadə küçəsi, ev 63 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 22 noyabr 2020-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanda yerləşən binanın zirzəmiyə enmək üçün nəzərdə tutulmuş dəmir barmaqlıqlardan hazırlanmış qapısının kilidini həmin yerdən tapdığı istintaqa məlum olmayan dəmir parçası ilə sındırıb binaya qanunsuz daxil olaraq zirzəmiyə enmək üçün nəzərdə tutulmuş pilləkən qəfəsliyində divara bərkidilmiş 800 manat dəyərində 01 ədəd ağ rəngli, 36 kw, “İmmergas” markalı kombi aparatını divardan söküb aparmaqla gizli olaraq talayaraq oğurluq etmişdir. Bundan başqa o, 10 fevral 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə qeyrisindən qanunsuz olaraq satış məqsədi ilə çəkisi 0,345 qram təşkil edən kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə olan heroini və çəkisi 5,551 qram təşkil edən kustar üsulla hazırlanmış ağ rəngli kristalşəkilli psixotrop maddə olan külli miqdarda metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. 10 fevral 2021-ci il tarixdə saat 17:00-da Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, M.C.Məmmədzadə küçəsi, ev 63 ünvanın qarşısında saxlanılaraq Yasamal rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sağ iç cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 02 ədəd biri ağ, digəri qızılı rəngli plastik flakonda olmaqla qızılı rəngli plastik flakonda 04 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,041 qram, 0,038 qram, 0,044 qram, 0,222 qram olan, cəmi təmiz çəkisi 0,345 qram təşkil edən kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə olan heroin, həmin flakonda 03 ədəd bükümdə olmaqla ayrı-ayrılıqda təmiz çəkiləri 0,108 qram, 0,074 qram, 0,104 qram və digər ağ rəngli plastik flakonda təmiz çəkisi 5,265 qram olan cəmi təmiz çəkisi 5,551 qram təşkil edən kustar üsulla hazırlanmış ağ rəngli kristalşəkilli psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, 2020-ci ilin noyabr ayının 21-dən 22-nə keçən gecə Şahid4 ilə ünvan 5 ünvanda yerləşən binaların həyətindəki zibil qablarına baxa-baxa gedərkən “Kanon” aptekin zirzəmi qapısının üzərində kombi aparatını görmüş və oğurlamaq istəmişdir. Bu barədə Fəridə desə də, sonuncu onunla razılaşmayaraq oradan getmişdir. Kombinin yerləşdiyi divarın olduğu yerə düşən dəmir barmaqlıqlar olan qapının üzərindəki qıfılı ətrafdan tapdığı dəmir parçası ilə qıraraq kombini divardan sökmüş və kirayə yaşadığı ünvan 6 ünvandakı evin giriş hissəsindəki köhnə əşyaların içərisinə qoymuşdur. O, təxminən üç-dörd il narkotik vasitə istifadə etmiş, nartotik vasitələri tanıdığı və ya tanımadığı şəxslərdən almışdır. 10 fevral 2021-ci il tarixdə günorta saatlarında Nəsimi rayonu “Papanin” adlanan yerdə Səbuhi Kərimovdan 40 manat müqabilində heroin və metamfetamin almışdır. Səbuhi biri ağ, digəri qızılı rəngli olan 02 ədəd kiçik plastik qutularda olan heroini və metamfetamini ona vermişdir. Qızılı rəngli qutudakı narkotik vasitələr bükümlərdə olmuş, lakin bükümlərin sayını bilməmişdir. Həmin narkotik vasitəni və psixotrop maddəni cibinə qoyaraq özü istifadə etmək üçün saxlamışdır. 10 fevral 2021-ci il tarixdə saat 16:50-də yaşadığı Yasamal rayonu M.C.Məmmədzadə küçəsi, ev 63 ünvanın qarşısında qonşusu Eldarla dayanan zaman bir neçə nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edəndən sonra onu və Eldarı Yasamal rayon Polis İdarəsinə dəvət etmişlər. Onlar etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə idarəyə getmişlər. Polis idarəsində hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuşdur. Sonra vəkilin, polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən video çəkilişlə üstünə şəxsi axtarış keçirilərkən ona üzərində hər hansı qanunsuz əşya varsa könüllü təqdim olunması təklif edilmişdir. O da gödəkcənin sağ cibindən 02 ədəd plastik qutulardakı metamfetamini və heroini təqdim etmişdir. Həmin narkotik vasitəni və psixotrop maddəni Eldardan aldığını bildirmişdir. O, heroini və metamfetamini özü istifadə etmək üçün almış, heç kəsə narkotik vasitə satmamışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafını, işüzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, 2013-cü ildən ünvan 7 ünvanda yerləşən iki mərtəbəli qeyri yaşayış sahəsinin sahibidir. Binanın ikinci mərtəbəsi hazır olmasa da birinci mərtəbə aptek kimi fəaliyyət göstərir. Binanı istilik sistemi ilə təmin etmək üçün sağ yan tərəfin pilləkən meydançasında 2 il əvvəl 1200 manata almış olduğu “Huayu-K-103 Y+L”markalı universal tipli kombi aparatı quraşdırmışdır. Pilləkənlərın küçəyə çıxış hissəsinə isə qoşa dəmir barmaqlıqlar quraşdırılmışdır. 21 noyabr 2020-ci il tarixdə saat 21 radələrində aptekdən evə getmişdir. 22 noyabr 2020-ci il tarixdə saat 09 radələrində obyektə gəldikdə binanın sağ yan tərəf pilləkən meydançasının dəmir barmaqlıqlarının üzərindəki qıfılın sındırıldığını və zirzəmiyə düşən pilləkənlər üzərində sol divarda qapı üzərində quraşdırılmış kombi aparatının yerindən sökülərək oğurlandığını aşkar etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Hafiz oğlu göstərdi ki, o, Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 10 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla əlaqədar əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul edildikdən sonra həmin məlumatın yoxlanılması ilə bağlı əməliyyat qrupu yaradılmışdır. 10 fevral 2021-ci il tarixdə Şahid2la birlikdə inzibati ərazidə əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar və həmin gün saat 17:00-da Təqsirləndirilən şəxs ünvan 8 ünvanın qarşısında bir nəfər şəxslə dayandığını görüb dərhal onlara yaxınlaşıb saxlamışlar. Həmin şəxslərin Təqsirləndirilən şəxs və Şahid3 oğlu olduğu müəyyən edilmişdir. Onlara qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduqlarını bildirərək Yasamal Polis İdarəsinə getmələrini təklif etmişlər və həmin idarəyə gəlmişlər. Bundan sonra, onlar təhqiqatçı tərəfindən müdafiəçi ilə təmin olunmuş, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və ona hüquq və vəzifələri izah edilmişdir. Sonra videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış keçirməyə başlayarkən təklif olunmuşdur ki, əgər üzərində qanunsuz saxladığı əşyalar varsa könüllü çıxarıb təqdim etsin. O, əynindəki qara rəngli gödəkcənin sağ iç cibindən bir ədəd ağ rəngli, digəri qızılı rəngli 02 ədəd kiçik plastik qutuları çıxarıb könüllü təqdim edərək bildirmişdir ki, ağ rəngli plastik qutunun içindəki maddə psixotrop maddə olan metamfetamin, qızılı rəngli plastik qutunun içindəki narkotik vasitə olan heroin və metamfetamindir. Həmin narkotik vasitələri və psixotrop maddələri həmin gün yaşadığı ünvanın yaxınlığında tanışı Şahid3 özünün istifadəsi üçün almışdır. 02 ədəd plastik qutulara baxış keçirilərkən ağ rəngli qutunun içərisindən ağ rəngli, kristalşəkilli madə, qızılı rəngli qutunun içərisindən 03 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə ağ rəngli kristalşəkilli maddə və 04 ədəd şəffaf rəngli sellefon kəsiyinə bükülmüş vəziyyətdə tünd qəhvəyi rəngli, tozşəkilli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddə olması aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Sonra müvafiq protokol tərtib olunmaqla aşkar olunmuş həmin maddə zərfə qoyulmuş və möhürlənərək götürülmüşdür. Həmçinin təhqiqatçı tərəfindən Şahid3 10 fevral 2021-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş və ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra video çəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış keçirməyə başlayarkən ona təklif olunmuşdur ki, əgər üzərində qanunsuz saxladığı əşyalar varsa, könüllü təqdim etsin. Şahid3 üzərində heç bir qanunsuz əşya və ya predment olmadığını bildirmişdir. Şahid3 üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Sonra müvafiq protokol tərtib olunmuş və imzalanmışdır. Şahid3 saxlanılarkən və ondan əvvəl də narkotik vasitənin satışı ilə məşğul olması müəyyən edilməmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni satan şəxsin X4 olması müəyyən edilmişdir. Həmçinin keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması təsdiqini tapmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 Hafiz oğlunun ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq ounmuş Şahid5 göstərdi ki, Tofiq narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün mütəmadi olaraq ondan narkotik vasitə alaraq istifadə edir. Sonuncu dəfə 09 fevral 2021-ci il tarixdə axşam saatlarında Tofiqə zəng etmiş və 10 manat pul müqabilində heroin almışdır. Tofiqdən həm metamfetamin, həm də heroin almışdır. Həmin narkotik vasitələri və psixotrop maddələri alarkən bir bükümünə 10 manat pul ödəmişdir (cild 1, iş vərəqə 230-233). Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, o, zibil qutularından plastik, sellofon, dəmir və quru çörək yığaraq satır. Tofiqlə 2-3 ildir ki, zibil tullantılarını yığan zaman tanış olmuşdur. Tofiqi ətrafda hamı Əvəz kimi tanıyır. 2020-ci ilin noyabr ayının sonlarında gecə radələrində zibil tullantılarını yığmaq üçün Tofiq ilə birlikdə Yasamal rayonu, Şərifzadə küçəsində olarkən “Kanon” aptekin yanından keçən zaman Tofiq aptekin ətrafına boylanaraq orada olan kombi aparatını oğurlamağı təklif etmişdir. O, oğurluq etməkdən qorxduğunu deyərək Tofiqin təklifindən imtina etmişdir. Tofiq həmin kombini tək oğurlayacağını deyərək oradan uzaqlaşmışdır. 15 dəqiqə sonra Tofiqin çiynində ağ rəngli kombi ilə gəldiyini görmüşdür. Sonra Tofiqlə sağollaşaraq oradan uzaqlaşmış, səhəri gün Tofiqin yaşadığı evə getdikdə oğurladığı kombini həyətində saxladığını görmüşdür. O, narkotik vasitə istifadəçisidir, Tofiq narkotik vasitələrin satışı ilə məşğul olduğuna görə mütəmadi olaraq ondan bir bükümünə 5 və ya 10 manat ödəməklə heroin və metamfetamin almışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, 1-2 ildir ki, narkotik vasitə olan heroin istifadə edir. 10 fevral 2021-ci il tarixdə söhbətləşmək üçün tanışı Tofiqin yanına getmiş, bu zaman polis əməkdaşları onlara yaxınlaşaraq onları Yasamal rayon Polis İdarəsinə dəvət etmişlər. Onlar etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə idarəyə gəlmişlər. Polis idarəsində vəkil dəvət olunmuş, videoçəkilişlə üstünə şəxsi axtarış keçirilərkən ona üzərində hər hansı qanunsuz əşyanın könüllü təqdim olunması təklif edilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən heç bir qanunsuz əşya aşkar olunmamışdır. O, öz istifadəsi üçün heroin alsa da heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Səbuhidən müxtəlif vaxtlarda öz istifadəsi üçün narkotik vasitə almışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 10 fevral 2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcəsinin sağ iç cibindən biri ağ rəngli, digəri qızılı rəngli olan 02 ədəd kiçik plastik qutunu çıxarıb könüllü təqdim edərək, ağ rəngli plastik qutunun içərisində metamfetamin, qızılı rəngli plastik qutunun içərisində isə heroin və metamfetamin olduğunu, həmin narkotik vasitələri yaşadığı ünvanın yaxınlığında tanışı Şahid3 şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd plastik qutulara baxış keçirilərkən ağ rəngli qutunun içərisində ağ rəngli, kristalşəkilli maddə, qızılı rəngli qutunun içərisində isə 03 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə ağ rəngli kristalşəkilli maddə və 04 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş vəziyyətdə tünd qəhvəyi rəngli, tozşəkilli, spesifik qoxuya malik, narkotik vasitə heroinə bənzər maddə olması aşkar edilmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən bpşqa qanunsuz əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi qutulardakı kütlələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan zərfin içərisinə qoyularaq qablaşdırılmış və möhürlənib imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürülmüşdür (cild 01, iş vərəqə 38- 39). 10 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən “İphone” markalı mobil telefon vasitəsi ilə qeydə alınmış və 01 ədəd DVD diskinə köçürülmüş video görüntüdən görünür ki, Yasamal rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X5, Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Hafiz oğlunun, Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin kiçik inspektoru, polis serjantı Şahid2 və müdafiəçinin iştirakları ilə 10 fevral 2021-ci il tarixdə saat 18:57-də şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılacağını elan edir. Təhqiqatçı istintaq hərəkətinin “İphone” markalı mobil telefon vasitəsi ilə aparılacağını bildirir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edildikdən sonra təhqiqatçı hər hansı bir vəsatətlərinin və ya etirazlarının olub-olmadığını soruşur. Təqsirləndirilən şəxs isə heç bir vəsatətinin və ya etirazının olmadığını bildirir. Təhqiqatçı Təqsirləndirilən şəxs saxlanılarkən ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin izah olunubolunmadığını soruşur. Təqsirləndirilən şəxs saxlanılarkən hüquqlarının izah olunmasını və bununla bağlı vəsatətinin və ya etirazının olmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs özü barədə anket məlumatlarını təhqiqatçıya bildirir. Daha sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilir və onun üzərində, yəni paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilir. Bu təklifən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sağ iç cibindən biri ağ rəngli, digəri qızılı rəngli olan 02 ədəd kiçik plastik qutuları çıxarıb könüllü təqdim edərək masanın üzərinə qoyur. Ağ rəngli plastik qutunun içərisində metamfetamin, qızılı rəngli qutunun içərisində heroin və metamfetamin olduğunu, həmin narkotik vasitələri qonşuluqda yaşayan Eldar adlı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd plastik qutulara baxış keçilərkən ağ rəngli qutunun içərisində ağ rəngli kristalşəkilli maddə, qızılı rəngli qutunun içərisində 03 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə ağ rəngli kristalşəkilli maddə və 04 ədəd şəffaf rəngli sellofon kəsiyinə bükülmüş vəziyyətdə tünd qəhvəyi rəngli, tozşəkilli narkotik vasitə heroinə bənzər maddə kütləsi olması aşkar edilir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılır, lakin heç bir əşya aşkar edilmir. Müdafiəçi Təqsirləndirilən şəxs neçə müddətdir narkotik vasitə qəbul etməsini, təqdim etdiyi plastik qutularda neçə bükümdə narkotik vasitə olmasından qabaqcadan məlumatlı olub olmadığını və narkotik vasitələri eyni şəxsdən alıb-almaması ilə bağlı suallar verir. Təqsirləndirilən şəxs 3 il olarki, narkotik vasitə qəbul etdiyini, həmin flakonlarda olan bükümlərin təqribi sayını bildiyini və narkotik vasitələri müxtəlif şəxslərdən aldığını bildirir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd plastik qutulardakı kütlələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılır və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 42 saylı möhürü ilə möhürlənir. Qablaşdırılmış bükülü Təqsirləndirilən şəxs, müdafiəçi və polis əməkdaşları tərəfindən imzalanır. Daha sonra təhqiqatçı şəxsi axtarış və götürmə istintaq hərəkətinin başa çatdığını elan edir (cild 01, iş vərəqə 167-168). Məhkəmə-kimyəvi ekspertizasının 11 fevral 2021-ci il tarixli, 6/621 saylı rəyindən görünür ki, zərfdəki 02 ədəd plastik flakondan birində 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,108 qram, 0,074 qram, 0,104 qram ağ rəngli kristalşəkilli maddə kütlələri və digər flakondakı təmiz çəkisi 5,265 qram, ümumilikdə təmiz çəkiləri 5,551 qram ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, 04 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,041 qram, 0,038 qram, 0,044 qram, 0,222 qram, ümumi təmiz çəkisi 0,345 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 0,265 qram, metamfetaminin qalıq çəkisi 5,451 qram təşkil etmişdir (cild 01, iş vərəqə 74-79). Ambulator X1 11 mart 2021-ci il tarixli, 762 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 01,iş vərəqə 242-243). Ambulator məhkəmə psixiatrik ekspertizasının 04 may 2021-ci il tarixli, 962 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hər hansı psixi xəstəlikdən əziyyət çəkməyib. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik qeyd olunmur, onda emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən emosional davamsız şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək qabiliyyətinə malikdir, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir (cild 02, iş vərəqə 139-140). Cinayət işinin materiallarına əlavə edilmiş 20 mart 2021-ci il tarixli götürmə protokolu ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məxsus bir ədəd “İmmergas” markalı kombi aparatı ünvan 9 ünvandan Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür (cild 02, iş vərəqə 56-60). Məhkəmə əmtəəşünaslıq ekspertizasının 18 may 2021-ci il tarixli, 9/2885 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş, 01 ədəd ağ rəngli, “İmmergas” markalı, 36 kw kombi aparatının istifadə olunması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 700.00 manat müəyyən edilmişdir (cild 02, iş vərəqə 103-104). Əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edimiş eyni cinsli əşyaların arasından özünə məxsus bir ədəd “İmmergas” markalı kombi aparatı tanıyaraq ifadəsini bir daha təsdiq etmişdir (cild 02, iş vərəqə 106). “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 mart 2021-ci il tarixli BKC/LGL- 4319/21 nömrəli məktubla təqdim olunmuş 01 ədəd “CD” diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən 09 yanvar 2021-ci il tarixdə saat 09:25:13-də ***-***-**-** mobil telefon nömrəsinə “əvəz mənə tema saxla 5 kola 2 pati yadan cixmasin sene umudem” məzmunlu, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən 12 yanvar 2021-ci il tarixdə saat 18:13:35-də ***-***-**-** mobil telefon nömrəsinə “Alik yetim ne kola qalib nede pati pul da tam duzelmedi 25 aze kesir var gic olmuşam sene nese var sende meni yig” məzmunlu, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən 12 yanvar 2021-ci il tarixdə saat 20:01:27-də ***-***-**-** mobil telefon nömrəsinə “Salam qaqa menem ferid qaqa bal var temiz bal 300 qr dukanda 25 azedi 15 manata isdemirsen” məzmunlu, 07 fevral 2021-ci il tarixdə saat 00:55:44-də “qaqa cix qapiya isim var tez” məzmunlu, 07 fevral 2021-ci il tarixdə saat 00:58:45-də “Tema lazimdi tecili he yox di puluynan lazimdi tez cvb di “ məzmunlu, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** mobil telefon nömrəsindən ***-***-**-** mobil telefon nömrəsinə 07 fevral 2021-ci il tarixdə saat 23:56:22-də “Nolub problemdi zenge cavab veresen? Bidene 5 manata gore bele is tutmag olmaz ! ozunde dunya gormus yeke oglansan utandignan zengede cavab vermirsen 5 manat ne olan seydiki hec yeri yoxdu “ məzmunlu, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən 12 fevral 2021-ci il tarixdə saat 19:37:43-də ***-***-**-** mobil telefon nömrəsinə “ala sakal cavab verde” məzmunlu, 12 fevral 2021-ci il tarixdə saat 09:43:49-da “Sen cox qedir bilmez adamsan dunen ele and verdinki ve sorada yedin sene soz tapa Bilmirem” məzmunlu, ismarıc göndərilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə 22 yanvar 2021-ci il tarixdə saat 02:54:30-da ***-***-**-** mobil telefon nömrəsinə “Əvəz mənəm azər məni yix konturum qutardi beyax malişnan” məzmunlu, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə 28 yanvar 2021-ci il tarixdə saat 19:03:37-da ***-***-**-** mobil telefon nömrəsinə “gelem indi” məzmunlu, Təqsirləndirilən şəxs istifadəsində olmuş 055-393- 33-45 mobil telefon nömrəsinə 29 yanvar 2021-ci il tarixdə saat 03:23:18-də ***-***-**-** mobil telefon nömrəsinə “Hardasan gelesen yoxsa qapini bagliyim?” məzmunlu, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə 08 fevral 2021-ci il tarixdə saat 13:10:20-də ***-***-**-** mobil telefon nömrəsinə “5 MAN” məzmunlu, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə 10 fevral 2021-ci il tarixdə saat 23:17:35-də ***-***-**-** mobil telefon nömrəsinə “Gagas Rufetdi telefona cavab ver” məzmunlu ismarıc daxil olmuşdur. Bundan başqa baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə ***-***-**-**, ***-***-**-**, ***-***-**- **, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, 055-492- 84-56, ***-***-**-** mobil telefon nömrələri ilə müxtəlif tarixlərdə gecə saatlarında danışıqların olması müəyyən edilmişdir (cild 01, iş vərəqə 163, 220-221). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və müvafiq hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Xətai rayon Xalq Məhkəməsinin 21 iyun 1994-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (köhnə redaksiyadı) 88-ci maddəsinin 2-ci hissəsinin 1 və 2-ci bəndləri və 145-ci maddəsinin 2-ci hissəsinin 1 və 2-ci bəndləri ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 03 fevral 2002-ci il tarixdə Milli Məclisin 01 fevral 2001-ci il tarixli amnistiya qərarının 5-ci maddəsinə əsasən azad edilmişdir. Bundan öaşqa, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 22 aprel 2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Daha sonra o, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 iyul 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 317-1.1-ci maddələri ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 13 fevral 2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 01, iş vərəqə 164-166, 195- 202, 205-207, 209-214). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan əməl az ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulan əməl isə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli və “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarlarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığıüçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş“Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinəəsasən təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin və 2-ci Siyahının 67-ci bəndinə əsasən təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli, 01 saylı qərarına əsasən, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Plenum qərarının 2-ci bəndinə əsasən, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Qeyd olunan Plenum qərarının 19-cu bəndinə əsasən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin Plenum qərarının 20-ci bəndinin 2-ci və 3-cü abzaslarına əsasən, bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3cü və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 fevral 2021-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 10 fevral 2021-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 01, iş vərəqə 26-27, 99-100, 126-127). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 10 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,265 qram təşkil edən narkotik vasitə olan heroin və qalıq çəkisi 5,451 qram təşkil edən psixotrop maddə olan metamfetamin məhv edilməli, 01 ədəd “İmmergas” markalı, 36 kw kombi aparatı Zərərçəkmiş şəxs qaytarılmalı, Təqsirləndirilən şəxs və Şahid3 üzərilərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 02 ədəd “CD-R” markalı disk, 25 fevral 2021-ci il tarixli, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən BKC/LGL-4319/21 nömrəli müşayiət məktubu ilə təqdim olunmuş 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 159 ( bir yüz əlli doqquz) manat 90 (doxsan) qəpik əbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 75, 103). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məhkəmə mərhələsində Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi Teyyub oğlu tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi Teyyub oğlunun vəkil işlədiyi Bakı şəhəri “Pro bono” Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 10 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 0,265 qram təşkil edən narkotik vasitə olan heroin və qalıq çəkisi 5,451 qram təşkil edən psixotrop maddə olan metamfetamin məhv edilsin; - 01 ədəd “İmmergas” markalı, 36 kw kombi aparatı Zərərçəkmiş şəxs qaytarılsın; - Təqsirləndirilən şəxs və Şahid3 üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 02 ədəd “CD-R” markalı disk, 25 fevral 2021-ci il tarixli, “xxxx” MMCdən BKC/LGL-4319/21 nömrəli müşayiət məktubu ilə təqdim olunmuş 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 159 (bir yüz əlli doqquz) manat 90 (doxsan) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun hesabına Müdafiəçi Teyyub oğlu üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1192/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1192/2021
21.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver