Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1192/2022 06.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 may 2013-cü il tarixli, 1(101)-115 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 08 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Bərdə rayonu, Alaçadırlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi iiə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini, narkotik vasitə marixuananı və külli miqdarda psixotop maddə метамфетамин əldə edib saxlamaqla daşımışdır Belə ki, o, şəxsiyyəti naməlum İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən “Tofiq” adlı şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddəni əldə etmə, saxlama və daşıma barədə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarında olan razılaşmaya əsasən “Tofiq” adlı şəxsin ona bildirdiyi, lakin naməlum vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 32,868 qram narkotik vasitə heroin, 16,388 qram narkotik vasitə qurudulmuş marixuana və 3,797 qram psixotrop maddə metamfetamini əldə edib üzərində və yaşadığı mənzildə saxlayaraq daşımış, 26 yanvar 2022-ci il tarixdə saat 01:30-da Bakı şəhəri Sabunçu RPİ-nin PPXB-nün əməkdaşları tərəfindən özünü şübhəli apardığına görə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən “Akkord yaşayış kompleksinin həyətyanı sahəsində saxlanılaraq ünvan 2 ünvanda yerləşən Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə gətirilərək inzibati binada videoçəkiliş ilə onun əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən iki ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 11,460 qram və 2,500 qram olmaqla, ümumi təmiz çəkisi 13,960 qram olan qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və həmin gün saat 04:20-də onun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 ünvanında yerləşən mənzildə axtarış keçirilən zaman yataq otağında iki nəfərlik çarpayının yanında olan ağ rəngli dolabın siyirməsində olan bir ədəd şəffaf sellofanda təmiz çəkisi 16,388 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd bükümdə təmiz çəkisi 18,908 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üç ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,578 qram, 1,939 qram və 1,280 qram olmaqla, ümumi təmiz çəkisi 3,797 qram ağ rəngli kristalşəkilli öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəlidir, iki övladı var. Əvvəllər CM-nin 234.4.3-cü maddəsi ilə 8 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 2018-ci ilin fevral ayında azad olunmuşdur. O, narkotik vasitələrdən istifadə edir. Bərdə rayon sakinidir, Bərdədə dükan işlədirmiş, pandemiyadan sonra dükan bağlanmışdır. Onlayn qaydada paltar satır, ordan qazandığı pulla narkotiki alırmış. O, narkotik vasitə satmamışdır. Satmaq məqsədi olmamışdır. Narkotik vasitəni İran vətəndaşından almamışdır. Narkotiki Balaxanı гясябясиндя 2 nəfər hicablı qızdan almışlar. Qala гясябясиндян Kərim adlı танышы var, qızlar onun tanışı imiş. Onlar üç nəfər 350 manat pul düzəltmişlər. 25 qram kakos –heroin, 5 qram şüşə, 20 qram da nəşə almışlar. Şahid7 və Kərimlə pulu düzəltmişlər. Həmin 350 manatın 120 manatını o, vermiş, Kərim 130 manat vermiş, o da 100 manat vermişdir. Мaşın Əlvanın olмушдур. 26 yanvar 2022-ci il tarixdə saat 01 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, “Akkord yaşayış kompleksi" nin həyətində Əlvana məxsus “Kia Optima” markalı, **-NR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə olarkən polis əməkdaşları onlara yaxınlaşmışlar. Sükan arxasında Kərim oturmuşdur. Əlvan arxada oturmuşdur. O, nəşə çəkirmiş, Kərimlə Əlvan isə iynə vururmuş. Həmin vaxt наркотик васитянин тясириндян anlaqsız imiş. Onda nəşə də var imiş. O, ancaq nəşə çəkir. Narkotik maşındaymış, polis yaxınlaşanda Kərim narkotiki atmaq istəyəndə, polislər görüb narkotiki yerdən götürmüşlər. Onların hər üçünü Sabunçu RPİ-nin 13-cü PB-nə gətirmişlər. 1 gecə 13-cü bölmədə qalmışlar. Səhəri gün Sabunçu polis idarəsinə aparmışlar. 1 gecə də orda qalmışlar. Səhəri gün onu sanksiyaya aparmışlar, bundan sonra Əlvanla Kərimi görməmişdir. Ona da demişlər ki, yaxşı olacaq. Sonra bilmişdir ki, Əlvanla Kərimi buraxmışlar, bundan sonra onu evdəkilərlə hədələmişlər ona görə bütün narkotiki boynuna götürmüşdür. Əlvan və Kərim ümumilikdə 15.000 manat pul verib çıxmışlar, o, isə pul vermədiyinə görə onu tutmuşlar. Hələ nə qədərsə borclu qalmışlar, müstəntiq onları söyürmüş. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, narkotiki mütəmadi, hər gün qəbul edir. Aldıqları narkotik vasitələri təxminən 10 gün istifadə edirmiş. Əvvəllər narkotik vasitənin satışı ilə məşğul olmuş, amma indi aldıqları narkotik vasitələri satmamış, satmaq məqsədi olmamışdır. Onun cibindən təxminən 40 manat pul və siqaret çıxmışdır. Tutulanda əynində qara dəri gödəkçə var imiş. Əlvanla Kərimi buraxmağa razılaşandan sonra hamısını boynuna götürmüşdür. Evində narkotik vasitə olmamışdır. Maşında arxada Əlvan narkotiki bölürmüş, həmin vaxt polis gəlmişdir. Elan olunmuş cinayət işinin 82-83-cü vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olurnmuş imza onun imzasıdır, lakin elan olunmuş protokolu təsdiq etmir. O, narkotik vasitəni Cavid adlı şəxsdən almamış və narkotik vasitəni satmaq məqsədi də olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı və ifadələri elan edilmiş və ifadələrininin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 34-37-ci vərəqələrində olan ifadəsində X5 aşağıdakıları göstərmişdir:«... Hazırda işsiz olduğum üçün maddi problemlərim olduğuna görə asan gəlir əldə etmək məqsədi ilə narkotik satışı ilə məşğul olaraq gəlir etmək qararına gəldim. ...6 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkdiyim zaman İran İslam Respublikasının vətəndaşı olan Tofiq adlı şəxslə tanış oldum. 15 noyabr 2021-ci il tarixdən bugünə kimi yəni, 26 yanvar 2022-ci il tarixədək maddi sıxıntılarım artdığı üçün yenidən narkotik vasitə satışı ilə məşğul oldum. Belə ki, 15 noyabr 2021-ci il tarixdə cəzaçəkmə müəssisəsindən tanıdığım Tofиг ilə "Whatsapp" sosial şəbəkəsi vasitəsilə əlaqə saxlayaraq dedim ki, "maddi vəziyyətim pisdir, narkotik vasitələri sataraq gəlir əldə etmək istəyirəm". Bundan sonra Tofiq dedi ki, "problem yoxdur, mən narkotik vasitələri müəyyən ünvanlara qoydurtduracam, sən həmin ünvanlardan narkotik vasitələri götürərsən, narkotik vasitələri satdıqdan sonra mənə ödəniş edərsən". Beləliklə mən narkotik vasitə satışına başladım. Har dəfə Tofiq narkotik vasitələri müxtəlif ünvanlarda qoydururdu və mən həmin ünvanlardan narkotik vasitələri əldə edərək müxtəlif şəxslərə növündən asılı olaraq müəyyən qiymətə sataraq əldə olunmuş puldan özümə pay ayırmaqla yerdə qalan qalıq pulu ödəmə vasitəsi ilə Tofiqin hesabına köçürürdüm. Belə ki, narkotik vasitənin növündən asılı olaraq Tofiqin hesabına pul göndərirdim. Narkotik vasitə heroinin bir qramını Tofiqdan 10 manata alaraq 15 manata satıram. Narkotik vasitə marixuananın isə bir qramını Tofiqdan 7 manata alaraq 15 manata satırdım. Psixotrop maddə olan metamfetaminin isə bir qramını Tofiqdən 10 manata alaraq 15 manata satırdım. 26 yanvar 2022-ci il tarixdə saat 01 radələrində yaşadığım Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, "Akkord yaşayış kompleksi"nin hayətində tanışım Əlvana məxsus "Kia Optima" markalı, **-NR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə mən, Əlvan və Kərim əyləşərək söhbət edirdik. Bu zaman polis aməkdaşları bizə yaxınlaşaraq özlərini təqdim etdilər, mənim üzərimdə narkotik vasitə olduğu üçün tez bir zamanda polis əməkdaşlarından yayınmaq istədim, lakin bunu polislar gördü və məndən daha çox şübhələnməyə başladılar. …Baxışdan öncə üzərimdə dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyim təklif olundu. Bu səbəbdən mən əynimdəki gödəkçənin cibindən iki ədəd büyük ölçüdə büküm təqdim etdim. Həmin bükümlərin içərisində adını "kakos" kimi bildiyi narkotik vasitə var idi. Bundan başqa səmimi olaraq polis əməkdaşlarına narkotik vasitələrin satışı ilə məşğul olduğumu va üzərimdə aşkar edilmiş narkotik vasitədən başqa yaşadığım Bakı şəhəri, Sabunçu rayonu, ünvan 5 ünvanda yerləşən mənzildə narkotik vasitələr və adını "şüşə" kimi bildiyim psixotrop maddə metamfetamin vardır. Mənim icazəmlə polis əməkdaşları ilə birlikdə yaşadığım Bakı şəhəri, Sabunçu rayonu, ünvan 5 ünvanda yerləşən mənzilə gəldik. Yaşadığım mənzildə polis əməkdaşları axtarışa başladılar, mən isə yaşadığım mənzilin yataq otağında çarpayının yanında olan dolabın siyirməsində gizlətdiyim adını "kakos", "nəşə" kimi tanıdığım narkotik vasitələri və adını "şüşə" kimi bildiyim psixotrop maddəni polis aməkdaşlarına təqdim etdim. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş izahatı və ifadələri təsdiq etmir, imzalar onun imzasıdır, oxumadan imza etmişdir. Elan olunmuş cinayət işinin 267-268-ci vərəqələrində olan təqsirləndirən şəxsin əlavə dindirmə protokoluna və ifadədə olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, o, narkomandır, onun telefon danışıqları olmuşdur. Lakin həmin şəxslərin anket məlumatlarını və telefon danışıqları yadında qalmamışdır. Əlvanla Kərim 15.000 manatı onun yanında verməmişlər. O, bunu Əlvanla Kərimdən sonradan eşitmişdir. O, bilmir Əlvanla Kərim 15.000 manatı hansı polis əməkdaşlarına vermişlər. O, indi məhkəmədə verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Sabunçu RPİ-nin PPXB-də polis nəfəri vəzifəsində xidmət edir. 26 yanvar 2022-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən “Akkord yaşayış kompleksi”nin həyətyanı sahəsində xidməti avtomobildə həmkarı Şahid1 ilə xidmətdə olarkən “Kia Optima” markalı, **-NR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin içəri salonunda işığın tez-tez yanıb-sönməsi diqqətlərini çəkdiyindən Ehtiramla həmin avtomobilə yaxınlaşmışlar. Bu zaman avtomobildə üç nəfər oğlanın olduğunu görmüşlər. Həmin üç nəfər şəxs onları gördükləri zaman çox həyəcanlandıqlarını hiss etmişlər. Onların bu hərəkəti onlarda şübhə yaratdığından onları sorğu-sual etdikləri zaman hiss etmişlər ki, həmin şəxslər tez bir zamanda onlardan uzaqlaşmaq istəyirlər. Həmin şəxslərin özlərini bu qaydada aparmaları şübhələrini daha çox artırdığı üçün onlar həmin yerə kömək çağırmışlar. Onların olduğu yerə həmkarları Şahid3 və Şahid4 gəlmişlər. Onlar avtomobildə əyləşmiş həmin şəxsləri Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə dəvət etmişlər. Həmin şəxslər heç bir etiraz etmədən onlarla birlikdə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə gəlməyə razı olmuşlar. “Kia Optima” markalı, **-NR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin kimə məxsus olması barədə soruşduqda onlardan biri avtomobilin ona məxsus olmasını bildirmişdir. Həmin şəxsə avtomobilini idarə etməsini bildirmişlər. Ehtiram həmin şəxsə bildirmişdir ki, o da sərnişin oturacağında əyləşərək həmin şəxslə gedəcək. Həmin şəxs heç bir etiraz etməmişdir. Digər iki şəxsi isə polis əməkdaşları öz avtomobiliylə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə aparmışlar. 13-cü Polis Bölməsində olarkən məlum olmuşdur ki, həmin üç nəfər şəxs Təqsirləndirilən şəxs, Şahid8 və Şahid7dur. Hər üç nəfərə hüquq və vəzifələri vəkillərinin iştirakı ilə izah edilmişdir. Üzərlərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Şahid8 və Şahid7 üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya predmet, həmçinin üzərində cinayət izləri daşıyan heçnə aşkar olunmamışdır. Lakin, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı könüllü olaraq əynində olan gödəkçənin cibindən iki ədəd büküm təqdim edərək bildirmişdir ki, üzərində olan bükümlərin içərisində adını “kakos” kimi bildiyi heroin vardır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər maddə olan iki ədəd büküm götürülərək qablaşdırılmış, möhürlənərək üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalarla həmin protokol da təsdiq edilmişdir. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs səmimi olaraq etiraf etmişdir ki, üzərində olan narkotik vasitədən başqa yaşadığı mənzildə də narkotik maddələr vardır. O, və həmkarı Ehtiram xidməti ərazilərinə qayıtmalı olduğu üçün Təqsirləndirilən şəxs yaşadığı mənzilə gedə bilməmişlər. O, və həmkarı Ehtiram Hüseynov Şahid7 məxsus “Kia Optima” markalı, **-NR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə videoçəkiliş ilə baxışda iştirak etmişlər. Həmin avtomobilə baxış zamanı avtomobildən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxslə birlikdə PB-nə gətirdikləri digər 2 nəfər Əlvan və Kərim adlı şəxslərin nə üçün buraxıldıqlarını bilmir. O, eşitməmişdir ki, həmin iki nəfər şəxs 15 min manat verib, ona görə onları buraxmışlar. O, belə bir söz eşitməmişdir. Onlara pul təklif etməmişlər. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid1 ifadəsindən görünür ki, sonuncu eyni məzmunlu ifadə verərək Şahid2 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri işləyir. 26 yanvar 2022-ci il tarixdə saat 01 radələrində həmkarı Ehtiram və İbadət onu və həmkarı Şahid4 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən “Akkord yaşayış kompleksi”nin həyətyanı sahəsinə çağırmışlar. Onlar həmin yerə gələrkən Ehtiram ona bildirmişdir ki, 3 nəfər şəxsi PB-nə aparmaq lazımdır. Avtomobili idarə edən şəxslə Ehtiram getmiş, digər 2 nəfər şəxsi isə onlar PB-nə gətirmişlər. PB-də həmin şəxslərin Təqsirləndirilən şəxs, Şahid8 və Şahid7 olduqları məlum olmuşdur. Həmin 3 nəfər şəxsi 13-cü PB-nə təhvil verəndən sonra o və həmkarı Məmmədhəsən xidmət etdikləri əraziyə qayıtmışlar. O, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarışda iştirak etməmişdir. Onları təhvil verdikdən sonra xidməti əraziyə qayıtmışdır. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir təsir və təzyiq olmamışdır. Həmin şəxslərə onlarla getmək təklif olunduqda onlarla gəlmişlər. Lakin onlara qeyri-səmimi cavablar vermişlər, anlaqsız vəziyyətdə imişlər. Təqsirləndirilən şəxslə birlikdə PB-nə gətirdikləri digər 2 nəfər Əlvan və Kərim adlı şəxslərin nə üçün buraxıldıqlarını bilmir. Təqsirləndirilən şəxslə birlikdə PB-nə gətirdikləri digər 2 nəfər Əlvan və Kərim adlı şəxslərin 15 min manat pul verib çıxmaları barədə o, eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 eyni məzmunlu ifadə verərək Şahid3 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 13-cü PB-də əməliyyat müvəkkili işləyir. 26 yanvar 2022-ci il tarixdə həmkarı Şahid6 ilə Sabunçu rayon Polis İdarəsinin 13-cü PB-nin inzibati ərazisində olduqları zaman bölmənin təhqiqatçısı Rafiq Şərifov ona zəng edərək PRX-nin əməkdaşlarının bölməyə şübhəli şəxs gətirdiklərini, həmin şəxsin üzərindən narkotik vasitə aşkar olunduğunu, yaşadığı mənzildə də narkotik olduğunu bildirdiyindən onun yaşadığı mənzilə axtarış aparılacağını bildirmiş və onlar da bölməyə gəlmələrini bildirmişdir. Rafiq Şərifovun bu zəngindən sonra onlar bölməyə gəlmişlər. PB-də ona məlum olmuşdur ki, saxlanılan şəxs Təqsirləndirilən şəxsdur. Şifahi sorğu zamanı S.Ruslan bildirmişdir ki, yaşadığı mənzildə narkotik vasitələr gizlətmişdr. Bundan sonra o, əməliyyat müvəkkili Şahid6 və təhqiqatçı Rafiq Şərifov təqsirləndirilən şəxslə Ruslanın yaşadığı mənzilə getmişlər və videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs yaşadığı mənzilin yataq otağında dolabın içərisindən çox saylı narkotik vasitəyə oxşar bükümlər aşkar olunaraq götürülmüşdür. Həmin bükümlər qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Polis Bölməsində təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsində iştirak etməmişdir. Sonradan bildiyinə görə 3 nəfər saxlanılan şəxsdən bir nəfər təqsirləndirilən şəxsdə narkotik vasitə olmuşdur. O, 2 nəfər saxlanılan şəxslərdən 15 min manat alınması barədə eşitməmişdir. Şəxsən ona həmin 2 nəfər şəxs müraciət etməmişdir. Təqsirləndirilən şəxsə heç bir təzyiq və təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 eyni məzmunlu ifadə verərək Şahid5 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid7 ifadəsindən görünür ki, 25 yanvar 2022-ci il tarixdə saat 21 radələrində tanışı Kərim onun mobil nömrəsinə zəng vurmuş və xahiş edərək demişdir ki, Bakıxanov qəsəbəsində yerləşən Akkord binalarının həyətindədir, əgər evə gedirsə onu da götürsün. Kərimə cavab olaraq demişdir ki, özünə məxsus qırmızı rəngli «Kia Optima» markalı **- NR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onu götürmək üçün Bakıxanov qəsəbəsində yerləşən Akkord binalarının həyətinə gələr. 26 yanvar 2022-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Akkord yaşayış kompleksi” nin həyətinə gəlmişdir. Həyətdə tanışı Kərim və Kərimin vasitəsilə tanıdığı Ruslan olmuşdur. Kərim və Ruslan ona məxsus avtomobilə əyləşmişlər. Onlar üçü avtomobildə söhbət etdikləri zaman xidməti geyimdə olan polis əməkdaşları özlərini təqdim etməklə onlara yaxınlaşaraq harada yaşadıqlarını və gecə vaxtı nə ilə məşğul olduqlarını soruşmuşlar. Bundan sonra polis əməkdaşları onlardan şübhələnmişlər. Polis əməkdaşları bundan sonra onları yaxınlıqda olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə dəvət etmişlər. Heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə gəlmişlər. 13-cü Polis Bölməsində xidməti otaqların birində polis əməkdaşları tərəfindən videogörüntü vasitəsilə onun üzərində və avtomobilində axtarış aparılmışdır. Axtarış zamanı ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan edilmiş hər hansı əşya predmet və ya maddə gəzdirirsə onları özü təqdim etsin. Bu təklifdən sonra əynində olan göy rəngli gödəkçənin sol iç cibindən bir ədəd “Samsung” markalı mobil telefon, “Sobranie” markalı siqaret və qara rəngli tibbi maska, göy rəngli cins şalvarının sağ yan cibimdən “Kia Optima” markalı avtomobilin açarı, gödəkçənin sağ iç cibindən dəridən hazırlanmış bir ədəd pul kisəsi içərisində sürücülük vəsiqəsi, avtomobilə məxsus qeydiyyat şəhadətnaməsi və etibarnaməni təqdim edərək üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya olmadığını bildirmişdir. Bundan başqa ona məxsus qırmızı rəngli “Kia Optima” markalı **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobildə onun icazəsi ilə axtarış aparılarkən qanunazidd heç bir əşya və predmet aşkar olunmamışdır. Çünki, ona məxsus qırmızı rəngli “Kia Optima” markalı **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobildə qanunla dövriyyısi qadağan əşya olmamışdır. Bundan sonra ona məxsus bir ədəd “Samsung” markalı mobil telefon, “Sobranie” markalı siqaret və qara rəngli tibbi maska, “Kia Optima” markalı avtomobilin açarı, dəridən hazırlanmış bir ədəd pul kisəsi içərisində sürücülük vəsiqəsi, avtomobilə məxsus qeydiyyat şəhadətnaməsi və etibarnamə olmaqla özünə geri qaytarılmışdır. Tanışı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid8 ifadəsindən görünür ki, 26 yanvar 2022-ci il tarixdə saat 01 radələrində tanışı Ruslanın yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akkord yaşayış kompleksinin həyətində Əlvan və Ruslan ilə birlikdə olduqları zaman xidməti geyimdə olan polis əməkdaşları onlara yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etməklə özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları harada yaşadıqlarını və gecə vaxtı hara getdiklərini soruşmuşdur. Polis əməkdaşları onlara yaxınlaşdığı üçün çox həyəcanlanmışlar. Bunu görən polis əməkdaşları onlardan şübhələnmişlər. Onları yaxınlıqda yerləşən Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə dəvət etmişlər. Polis əməkdaşlarına heç bir etiraz etmədən onlarla birlikdə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə gəlmişlər. 13-cü Polis Bölməsində xidməti otaqların birində polis əməkdaşları tərəfindən videogörüntü vasitəsi ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı ona təklif olunmuşdur ki, üzərində dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya, predmet və ya maddə gəzdirirsə onları özü təqdim etsin. Bu təklifdən sonra əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon və sol yan cibindən 18 manat pul çıxararaq təqdim edərək demişdir ki, onun üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya, predmet və ya maddə yoxdur. Tanışı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin PPXB-nin polis nəfərləri Şahid1, Şahid2, Şahid3 və Şahid4 raportundan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat təxminən 01:30 radələrində Bakıxanov qəsəbəsində xidmətdə olarkən “**-NR-***” qeydiyyat nişanlı, qırmızı rəngli “Kia Optima” maşınında əyləşən şəxsləri özlərini şübhəli apardıqlarına görə Sabunçu RPİ-nin 13-cü PB-nə dəvət etmişlər. Bölmədə həmin şəxslərin Təqsirləndirilən şəxs, Şahid8 və Şahid7 olduğu müəyyən edilmişdir. Cinayət işinin 16-cı vərəqəsində olan 26 yanvar 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Şahid7 həmin tarixdə tutulmuşdur. Cinayət işinin 27-28-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 26 yanvar 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Şahid7 üzərinə keçirilmiş şəxsi axtarış zamanı şəxsin üzərindən qanunla qadağan edilmiş hər hansı əşya və ya sənəd aşkar edilməmişdir. Cinayət işinin 31-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 26 yanvar 2022-ci il tarixli nəqliyyat vasitəsində axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Şahid7 idarə etdiyi **-NR-*** qeydiyyat nişanlı, qırmızı rəngli “Kia Optima” markalı maşına keçirilmiş axtarış zamanı, avtomaşından qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işinin 92-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 26 yanvar 2022-ci il tarixli tutulmuş şəxsin azad edilməsi haqqında qərardan görünür ki, Şahid7 üzərindən qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilmədiyindən sonuncu azad edilmişdir. Cinayət işinin 45-ci vərəqəsində olan 26 yanvar 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Şahid8 həmin tarixdə tutulmuşdur. Cinayət işinin 56-57-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 26 yanvar 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Şahid8 üzərinə keçirilmiş şəxsi axtarış zamanı şəxsin üzərindən qanunla qadağan edilmiş hər hansı əşya və ya sənəd aşkar edilməmişdir. Cinayət işinin 97-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 26 yanvar 2022-ci il tarixli tutulmuş şəxsin azad edilməsi haqqında qərardan görünür ki, Şahid8 üzərindən qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilmədiyindən sonuncu azad edilmişdir. Cinayət işinin 80-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış şübhəli şəxs Təqsirləndirilən şəxs 26 yanvar 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu üzərinə keçiriləcək şəxsi axtarış zamanı müdafiəçinin iştirakını tələb etmədiyini bildirmişdir. Cinayət işinin 82-83-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 26 yanvar 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlər varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən iki ədəd şəffaf rəngli sellofana bükülmüş, içərisində tünd qəhvəyi rəngli spesifik qoxuya malik maddələri, gödəkçənin sol yan cibindən kirayə qaldığı mənzilin açarını və bir qutu “Rothmans” markalı siqareti çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs iki bükümdə olan maddənin narkotik vasitə “kakos” olduğunu, onları 3 gün əvvəl ümumilikdə 150 manata Nizami rayonu ərazisində yerləşən 30 saylı məktəbin yanından “Cavid” adlı şəxsdən satış məqsədilə alıb üzərində saxlamış, həmin narkotik vasitələrdən kirayə yaşadığı ünvanda da saxladığını və onları təqdim edə biləcəyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində başqa heçnə aşkar edilməmişdir. Təqdim edilmiş iki ədəd büküm qablaşdırılaraq götürülmüş, mənzil açarı və siqaret qutusu Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmışdır. Cinayət işinin 84-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış şübhəli şəxs Təqsirləndirilən şəxs 26 yanvar 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu yaşadığı ünvan 6 ünvanına keçiriləcək axtarış zamanı müdafiəçinin iştirakının olmamasına etiraz etməmişdir. Cinayət işinin 86-87-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 26 yanvar 2022-ci il tarixli axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanında axtarış keçirilmiş, axtarışdan əvvəl Təqsirləndirilən şəxs evdə ola biləcək qanunsuz əşyaları təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzilin yataq otağında çarpayının yanında olan dolabdan bir büküm şəffaf sellofana bükülmüş tünd qəhvəyi rəngli, spesifik iyə malik maddəni, ağ rəngli sellofan torbada olan yaşıl rəngli ot kütləsini və üç ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli kristalşəkilli maddəni çıxarıb təqdim edərək, həmin maddələrin “kakos”, “şüşə” və “marixuana” olduğunu, həmin maddələri 3 gün əvvəl Nizami rayonu ərazisində yerləşən “Qara Qarayev” metrostansiyasının yaxınlığında olan 30 saylı məktəbin yanından “Cavid” adlı şəxsdən 150 manata aldığını bildirmişdir. Axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa heçnə aşkar edilməmişdir. Aşkar edilmiş maddələr qablaşdırılıb götürülmüşdür. Axtarış zamanı videoçəkiliş aparılmışdır. Cinayət işinin 105-109-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 yanvar 2022-ci il tarixli 6/502-7/70 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 160” dairəvi möhür əksi olan “Vət. Təqsirləndirilən şəxs kirayə yaşadığı..marixuana...” yazı və imzalar olan zərfdə 1 ədəd şəffaf sellofanda təmiz çəkisi 16,388 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanadır. Üzərində “Vət. Təqsirləndirilən şəxs kirayə yaşadığı...narkotik maddəyə oxşar maddə” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 18,908 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və üç ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,578 qram, 1,939 qram və 1,280 qram olmaqla, ümumi çəkisi 3,797 qram ağ rəngli kristalşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən…narkotik maddəyə oxşar maddə ….” yazı və imzalar zərfdə 2 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 11,460 qram və 2,500 qram olmaqla, ümumi çəkisi 13,960 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Təqdim olunmuş təmiz çəkisi 18,908 qram, 11,460 qram və 2,500 qram heroinlər xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Heroin 28 iyun 2005-ci tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), Metamfetamin 28 iyun 2005-ci tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 142-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 27 yanvar 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olması soruşulmuş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən iki ədəd bükümdə qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroini təqdim etmişdir. Cinayət işinin 146-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 27 yanvar 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 ünvanda yerləşən mənzilə keçirilən axtarış zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı mənzildə yataq otağında iki nəfərlik çarpayının yanında olan ağ rəngli dolabın siyirməsində olan bir ədəd şəffaf sellofanda bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd bükümdə qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üç ədəd bükümdə ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetamini təqdim etmişdir. Cinayət işinin 169-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin 13-cü PŞ-dən daxil olmuş 08 fevral 2022-ci il tarixli, ***-**** sylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə və psixotrop maddənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 189-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 mart 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" Telekom MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə daxil olan və həmin abonentdən çıxan zənglərin çıxarışları, çıxarışda əks olunan nömrələrin abonentlərinin anket məlumatları, daxil olan və göndərilən “SMS” mətnləri, həmçinin ötürücü antenaların cədvəlini əks etdirən “CD” diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qeyd edilən nömrəsinə X2 məxsus ***- ***-**-** saylı mobil nömrədən “Mene ondan 2 qram getir lazımdı srocnu”, X3 məxsus ***- ***-**-** saylı mobil nömrədən "Ruslan bele eleme amanat at qalada biryer deyim gotusunle”, “Ruslan bu ne ... eliyirsen mene qarwi menim ayniynumu cadir”, X4 məxsus ***-***-**-** saylı mobil nömrədən “Qaqa Lomkadayam ac telfonu bir soz de”, istintaqa məlum olmayan şəxsə məxsus ***-***-**-** saylı mobil nömrədən “Bele eleme qaqa lomkadan olurem telеfonu acmirsan hec olmasa mesaj yaz alinir alinmir” kimi SMS mətnləri aşkar edilmişdir. Cinayət işinin 204-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 08 aprel 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə daxil olan və həmin abonentdən çıxan zənglərin çıxarışları, çıxarışda əks olunan nömrələrin abonentlərinin anket məlumatları, daxil olan və göndərilən “SMS” mətnləri, həmçinin ötürücü antenaların cədvəlini əks etdirən “CD” diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qeyd edilən nömrəsinə X6 məxsus ***-***-**-** saylı mobil nömrədən “ruslan kisisen gedirsense ged bax deyirem bu gune senin payiva qaliya qireninde mal vereninde .... seni gizdedeninde get gedrsense bax qarslasax basqa cur olacax yene deyiren qalaya sey ...”, istintaqa məlum olmayan şəxsə məxsus ***-***-**- ** saylı mobil nömrədən “Qaqa puluynan kola patı 40m”, X10 məxsus ***-***-**-** saylı mobil nömrədən "Bu ne adboydu bele.yatıram men qaqa.torpağa nezaret ele coz nemdi, Kolaya fikir ver beyaq terezide 05 cakdim 2 saat keçdi tezden atdım”, istintaqa məlum olmayan şəxsə məxsus ***-***-**-** saylı mobil nömrədən “Tereziye 04.. 03 getdi.cox nemdi qaqa eıe elemesin düzgünek yaxşıdı”, istintaqa məlum olmayan şəxsə məxsus ***- ***-**-** saylı mobil nömrədən "Abi bu şeydən çəkmisiz Sahib gətirib” kimi SMS mətnləri aşkar edilmişdir. Cinayət işinin 237-246-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı X1 16 may 2022-ci il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi və toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Şahid7 və Şahid8 barəsində Azərbaycan Respublikası CM-nin 234.1, 234.2 və 234.4.1-ci maddələri ilə cinayət təqibi üzrə icraata xitam verilmişdir. Азярбайъан Республикасы ЪПМ-нин 65.1-ъ маддясиндя гейд едилмишдир ки, ъinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət işinin 249-250-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı X1 16 may 2022-ci il tarixli cinayət işi materiallarından cinayət işinin ayrılması və ayrılmış cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədilə külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi üçün cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək bildirmişdir ki, onlar üç nəfər birlikdə tutulmuş, ancaq bütün narkotik vasitələri o, boynuna götürmüşdür, onunla tutulan şəxsləri pul qarşılığında çölə buraxmışlar, o narkotik vasitənin satışı ilə məşğul olmamış, yalnız çəkmişdir. Мящкямя тяркиби тягсирляндирилян шяхс Təqsirləndirilən şəxs мящкямя истинтагы заманы иряли сцрцлмцш иттищамла баьлы ифадясиндя эюстярилян хцсусатлары йухарыда садаланан мцгайисяли гайдада йохламыш вя щямин ифадяни аьыр ъинайят мясулиййятиндян йайынмаг мягсядиля верилмиш ифадя кими гиймятляндирир. Беля ки, тягсирляндирилян шяхсин ибтидаи истинтаг заманы вя мящкямя яряфясиндя вердийи ифадяляр тядгиг едиляркян мцяййян олунмушдур ки, о, она гаршы иряли сцрцлмцш иттищамла баьлы фяргли мязмунда ифадяляр вермякля, иш цзря зиддийятляр йаратмаьа чалышараг ъинайят мясулиййятиндян йайынмаьа чалышмышдыр. Məhkəmə, iş üzrə şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, Təqsirləndirilən şəxs istifadəsində olan nömrəyə daxil olan SMS məlumatlarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar, narkotik vasitə hesab edilən marixuana-kannabisin 5 qramı şəxsi istehlak miqdarından artıq, 500 qramı isə külli miqdar. metamfetaminin 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 201-202-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 02 aprel 2022-ci il tarixli tələbnamədən və cinayət işinin 214-231-ci vərəqələrində olan hökmün kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 may 2013-cü il tarixli, 1(101)-115 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 08 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər -ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə -cinayətin təhlükəli residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və cinayətin təhlükəli residivini yaradır. Təqsirləndirilən şəxs əməli cinayətin təhlükəli residivini yaratdığından məhkəmə cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələblərini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Azərbaycan Respublikası CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Cinayət işinin 233-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 21 aprel 2022-ci il tarixli, 3412 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 234-235-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin 18 aprel 2022-ci il tarixli, 1899 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı – xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X8 vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs əməlində cinayətin təhlükəli residivi olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə həmçinin, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza cəkmişsə onun cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 26 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 69-cu vərəqəsində olan 26 yanvar 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 160-162-ci vərəqələrində olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli 4(008)-75/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 26 yanvar 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonrakı ümumilikdə qalıq çəkisi 32,718 qram olan heroin, 16,338 qram olan marixuana və 3,647 qram olan metamfetamin məhv edilməli, 06 ədəd “CD” diskin cinayət işinin materiallarına əlavə olunub saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (сяккиз) ил müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 26 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonrakı ümumilikdə qalıq çəkisi 32,718 qram olan heroin, 16,338 qram olan marixuana və 3,647 qram olan metamfetamin məhv edilsin. 06 ədəd “CD” diskin cinayət işinin materiallarına əlavə olunub saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1192/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1192/2022
06.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver