Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1192/2024 10.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs digər şəxslə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə edilən əşya tətbiq etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmək qərarına gəlib 15 avqust 2023-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Rəşid Behbudov küçəsində yerləşən Dendroloji parkın ərazsində üzərində gəzdirdiyi cib bıçağını nümayiş etdirib zərərçəkmiş Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək, Zərərçəkmiş şəxs məxsus 300 manat dəyərində olan “Honor 9X lite” markalı mobil telefonu və içərisində 314,36 manat pul olan “Leobank” kartını ələ keçirdikdən sonra “Honor 9X lite” markalı mobil telefonu satmış və kartdan 38 manat 86 qəpik xərcləməklə zərərçəkmişə ümumilikdə 338 manat 86 qəpik ziyan vurmaqla quldurluq etmişdir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Təqsirləndirilən şəxs məhkəmə zamanı özünü Azərbaycan `təqsirli bilməyərək göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla ünsiyyəti olmamışdır. 15 avqust 2023-cü il tarixdə tanışı X5 ilə birlikdə Zərərçəkmiş şəxs ilə görüşmüşlər. Daha sonra onlar Anara məxsus evə getmişlər. Evdən çıxdıqdan sonra o, İlkindən telefonunu baxmaq üçün istəmiş telefonu aldıqdan sonra qaytarmamışdır. Telefonla birlikdə İlkinə məxsus bank kartını da götürmüşdür. O həmin vaxt bir neçə dəfə İlkinə telefonu qaytarmaq istəsə də İlkin polisə şikayət edəcəyini deyərək oradan uzaqlaşmışdır. O da telefonu götürüb telefon mağazalarının birində təxminən 50-60 manat müqabilində satmış, əldə etdiyi pulu isə xərcləmişdir. İlkindən götürdüyü bank kartı ilə isə marketlərin birindən 30-40 manat məbləğində alış-veriş etdikdən sonra qırıb atmışdır. Hadisə günü onda bıçaq olmamışdır, İlkinin üzərinə bıçaq çıxartmamışdır, Anar Niftəliyevlə qabaqcadan cinayət törətmək barədə razılığa gəlməmiş və əlbir olmamışlar. Təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan olunaraq tədqiq edilmiş ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, uşaq vaxtlarında atası Qələndər, İki il bundan qabaq isə anası Fəridə dünyasını dəyişmişdir. Ailədə tək övlad olmuş, bacısı və qardaşışı yoxdur. Bakı şəhəri, Binəqədi rayonu 30 nömrəli orta məktəbdə təhsil almış, X1 yoldaşıdır, X5 isə Coşqunun qardaşıdır. O, Anarı Coşquna görə tanımışdır. Onun əsl adı Anar olsada, hamı onu Nurlan deyə çağırır. 15 avqust 2023-cü il tarixdə saat 12 radələrində Anar zəng edərək Hüseyn adlı cinsi azlıqla görüşəcəyini, onunla cinsi əlaqədə olacağını, görüşə gəlməyini və Hüseynlə cinsi əlaqədə olmağını bildirdikdə o, Anara cinsi azlıqla əlaqədə olmaq istəmədiyini, lakin görüşə gələ biləcəyini bildirmişdir. Beləliklə saat 13 radələrində o, Anarla 4-cü mkr dairəsinin yaxınlığında görüşmüş və saat 18 radələrinə kimi Anarla bir yerdə olmuşdur. Saat 18 radələrində onlar sonradan adını İlkin bildiyi, lakin adının Hüseyn olduğunu deyən şəxslə Zərifə Əliyeva adına parkda görüşmüşlər və Anar onu özünü Hüseyn kimi təqdim edən İlkinlə tanış etmişdir. Onlar üçüü gəzə-gəzə piyada “Pitomnik” adlanan ərazidə Anargilə məxsus yaşayış olmayan köhnə evə getmişlər. Həmin evdə Anar İlkinlə cinsi münasibətdə olmuş və təxminən yarım saatdan sonra onlar evdən çıxıb 200 metr piyada hərəkət etdikdən sonra o, İlkini üzərində olan bıçaqla qorxudub mobil telefonunu əlindən almaq qərarına gəlmişdir. Ona görədə o, üzərində olan bıçağı çıxararaq İlkinin üstünə tutub onu bıçaqla vuracağı ilə hədələyərək əlində olan “Honor 9X lite” markalı telefonu istəmişdir. İlkin ilk olaraq telefonu vermək istəməsədə o, yenədə onu bıçaqla qorxudub telefonu əlindən almışdır. İlkin telefonunu istəyən zaman o, yenədə onu bıçaqla hədələyərək telefonun və telefonun kaburasmda olan “Leobanka” məxsus kartın kodunu istəmişdir. Həmin vaxt İlkin qorxaraq Anara baxdıqda sonuncu “lazım deyil” sözlərini işlətmişdir. Lakin o, əlində olan bıçağı İlkinə tərəf tutaraq telefonun və bank kartının kodunu istədikdə İlkin ona bıçaqla xəsarət yetirəcəyindən qorxub qaçaraq oradan uzaqlaşmışdır. Həmin vaxt İlkin qaçmağa başlamış o, isə onu çağırsada İlkin gəlməmişdir. Bundan sonra o, Anarla orada qalmayaraq öz aralarında məsləhətləşmişlər ki, telefonu satıb pul əldə etsinlər. Bu məqsədlədə 20 yanvar metrostansiyasınm yaxınlığına gəlmişlər. Orada o, telefonun kaburasımn arxasında olan Leobanka məxsus kartı götürüb özünə və Anara 20 manatlıq siqaret və su alməşdır. O, kartla siqaret və su aldıqdan sonra kartı sındırıb 20 yanvar metrostansiyasınm yaxınlığında tullamışdır. Daha sonra o, İlkinə məxsus telefonu satmaq üçün 20 yanvar metrosunun yaxınlığında yerləşən mobil telefonların alışı və satışı ilə məşğul olan mağazalara getmişlər. İlk daxil olduqları mağaza telefona 30 manat pul verdiyi üçün o, qiymətdə razılaşmamışdır. Daha sonra bir neçə mağazayada telefonu göstərsələrdə heç kim almamışdır. İlk daxil olduqları mağazada ona məxsus şəxsiyyət vəsiqəsinin kseosurətini çıxartmışlar və şəxsiyyət vəsiqəsinin surəti Anarda qalmışdır. Telefonu heç kim almadığı üçün yenidən ilk dəfə daxil olduqları mağazaya gəlmişlər. Lakin bu dəfə mağzaya o, daxil olmamış, Anar özü tək daxil olmuşdur. Təxminən 5-10 dəqiqədən sonra Anarla mağazada olan satıcı mağazadan çıxaraq qonşu mağazaya getmişlər. 10-15 dəqiqədən sonra Anar gələrək telefonu 35 manata satdığını bildirmişdir. Bundan sonra onlar birlikdə 3 mkr dairəsi tərəfə getmiş, orada əldə olunan pulnan yemək yeyərək ayrılmışlar. O, Anardan ayrılıb getdikdən sonra yolda cibindən cib dəsmalını götürən zaman bir tərəfi alışqan olan bıçaq cibindən düşmüşdür (cild 1, iş vərəqi 139-141). Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, təxminən 6 ay bundan əvvəl sosial şəbəkədə Nurlan adlı şəxslə tanış olmuşdur. Nurlanın əsl adı Anar olmuşdur. Onların bir müddət dost kimi münasibətləri olmuş bir neçə dəfə görüşmüşlər. Hadisə günü yenə onlar görüşdükdə Anar tanışı Təqsirləndirilən şəxsla birlikdə gəlmişdir. Anarla İbrahimin söhbətlərindən özü üçün nəsə təhlükə olacağını hiss etsə də oradan uzaqlaşmaq üçün artıq gec olmuşdur. İbrahim ondan telefonunun markasını soruşmuş, daha sonra bıçaq çıxardaraq bıçağı onun böyrünə dirəmiş, telefonu alıb markasına baxmış lakin dəfələrlə istəsə də telefonu qaytarmamışlar. Telefonun arxasında özünə məxsus bank kartı olmuşdur. O Anarla İbrahimə polisə şikayət edəcəyini söyləmiş, qorxduğundan hadisə yerindən sürətlə yeriyərək uzaqlaşmağa başlamışdır. İbrahimlə Anar ikisi də birlikdə arxasıca gəlmiş guya telefonu ona qaytaracaqlarını söyləmişlər. Telefonu qaytarmaq üçün imkanları olsa da onlar telefonu və bank kartını qaytarmamışlar. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 4-cü kurs tələbəsidir. Mahiyyəti üzrə bildirmək istəyir ki, təxminən 6 ay bundan əvvəl o, sosial şəbəkədə Nurlanla tanış olmuş, tanış olduqdan sonra onunla ilk dəfə olaraq görüşmüş və görüş zamanı Nurlanla cinsi münasibətdə olmuşdur. Sonradan təxminən 03 ay Nurlanla danışmamışdır. 2023-cü ilin avqust ayında İnstaqram sosial şəbəsində Nurlanın şəkli təsadüfən qabağına çıxdıqda ona yazmışdır. Sonradan Nurlan ona görüşməyi və görüşə dostu İbrahimində gələcəyini demişdir. Hətta o, Özü İbrahimlə də telefonda danışmışdır. Beləliklə 15 avqust 2023-cü il tarixdə saat 18 radələrində o, Nurlan və İbrahim Binəqədi rayonunda yerləşən Zərifə Əliyeva adma parkda görüşmüşlər. Görüşdükdən sonra piyada Həzrət Əli adına məscidə tərəf gedərək yaxınlıqda kimsənin olmadığı evə getmişlər. Orada ilk olaraq İbrahim onunla cinsi əlaqədə olmaq istəsədə münasibətləri alınmamışdır, Daha sonra o, Nurlanla cinsi münasibətdə olmuşdur. Təxminən yarım saatdan sonra onlar evdən çıxaraq təxminən 200 metr piyada hərəkət etdikdən sonra İbrahim üzərindən bıçaq çıxararaq onun üstünə tutub onu bıçaqla vuracağı ilə hədələyərək əlində olan “Honor 9X lite” markalı telefonu ani olaraq əlindən almışdır. O, telefonunu ondan istəyən zaman İbrahim yenədə onu bıçaqla hədələyərək telefonun və telefonun kaburasında olan “Leobanka” məxsus kartın kodunu istəmişdir. Həmin vaxt o, qorxaraq Nurlana baxdıqda birinci İbrahimə “lazım deyil” sözlərini desədə İbrahim əlində olan bıçağı onun qarın nahiyyəsinə söykəyərək telefonun və bank kartının kodunu istədiyi üçün o, İbrahimin bıçaqla xəsarət yetirəcəyindən qorxub qaçaraq oradan uzaqlaşmışdır. Həmin vaxt İbrahim və Nurlan bir qədər arxasınca gəldikdən sonra gözdən itmişlər. Bundan sonra o, tanımadığı bir qadına yaxınlaşaraq ondan mobil telefonunu alıb hadisə barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. O, əlavə olaraq ifadəsində gösərmişdir ki, Nurlan bildiyin şəxsin əsl adnın Anar olduğunu sonradan bilmiş, həmçinin İbrahim onun üzərinə bıçaq tutsada sonuncu ona bıçaqla heç bir xəsarət yetirməmişdir, hadisə nəticəsində ona 650 manat maddi ziyan dəymişdir. Belə ki, “Honor 9X lite” markalı telefonun təxminən 300 manat olardı, “Leobanka” məxsus kartın içərisində isə 350 manat pul olmuşdur. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, metronun 20 yanvar metrostansiyasınm yaxınlığında telefon mağazasında işləyir. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində iki nəfər şəxs mağazaya gələrək Honor 9X lite markalı mobil telefonlarını satmaq istədiklərini bildirmişlər. O, telefona baxdıqdan sonra onu 50 manata ala biləcəyini dedikdə onlar razılaşmayaraq çıxıb getmişdirlər. Bir qədər sonra həmin iki nəfər şəxsdən biri gələrək telefonu satmağa razılaşmışdır. O, şəxsiyyət vəsiqəsi istədikdə həmin şəxs şəxsiyyət vəsiqəsinin surətini təqdim etmiş və arxasında “oğurluq və girov deyil telefon özümə məxsusdur” sözlərini yazdıqdan sonra həmin şəxsə 50 manat pul vermişdir. O, telefonu aldıqdan sonra onu satışa qoymuş və səhəri günü xx.xx.2023-cü il tarixdə tanımadığı şəxsə 90 manata satmışdır. O, əlavə olaraq ifadəsində göstərmişdir ki, telefonu alan zaman onun oğurluq olduğunu bilməmişdir. Məhkəmə zamanı əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəldən tanımışdır. 2023-cü ildə tarixini dəqiq xatırlamadığı vaxtda Təqsirləndirilən şəxsla birlikdə Zərərçəkmiş şəxs ilə Nəsimi metrosu yaxınlığında görüşmüşlər. Görüşdükdən sonra yaxınlıqdakı parka tərəf düşmüşlər. İbrahim İlkindən telefonuna baxmaq üçün istəmişdir. İbrahimdə bıçaq olmamışdır. İbrahim telefonu qaytarmaq istəməyəndə dəfələrlə İbrahimə telefonu qaytarmaq lazım olduğunu bildirmiş, lakin İbrahim ona: “İşinlə məşğul ol”,- deyərək, telefonu yenə də İlkinə qaytarmamışdır. İlkin uzaqlaşıb getdikdən sonra İbrahimlə birlikdə 20 yanvar ərazisinə getmiş, sonradan isə ayrılmışlar. Təqsirləndirilən şəxs telefonu satan zaman orada olmamış, Təqsirləndirilən şəxsla cinayət törətmək barədə qabaqcadan razılaşmamış və əlbir olmaışlar. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 26) xx.xx.2023-cü il tarixli şübhəli şəxsin MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan etmək mümkün olmadığından Binəqədi RPİnin MSY-dən azad edilmişdir (cild 1, iş vərəqi 46). xx.xx.2023-cü illi təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CMin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, iş vərəqi 52-53). xx.xx.2023-cü illi tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 67-69). xx.xx.2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əməli CM-in 181.2.5-ci maddəsindən həmin Məcəllənin 181.2.1 və 181.2.5-ci maddələrinə tövsif edilmişdir (cild 1, iş vərəqi 95). 28 noyabr 2023-cü il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsini hadisə yerində təsdiq etmişdir (cild 1, iş vərəqi 118-121). 21 avqust 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə istintaq hərəkəti keçrilən zaman Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 48-50). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2715 saylı məhkəmə-psixatrik ekspertizası üzrə ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dğvrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görədə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da ğz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 110-112) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alnmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 78). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. İş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə, üzləşdirmə protokoluna, iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etməklə bağlı basqın edib quldurluq etməsi təsdiqini tapmışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələri müqayisəli şəkildə təhlil edərək Zərərçəkmiş şəxs məxsus Honor 9X lite markalı mobil telefonu və sonuncuya məxsus bank kartını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs qarşı qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə edilən əşya (hazırki iş üzrə bıçaq) tətbiq edilməklə həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla müşayiət olunan hərəkətlər etməməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşır, törətdiyi cinayət əməlinin iş üzrə toplanmış və məhkəmə baxışı zamanı tədqiq edilmiş mümkün sübutlarla tam təsdiq olunduğunu nəzərə alaraq işin faktiki hallarına uyğun hesab etmir. Məhkəmə təqsirləndirilən şəxsin və məhkəmə zamanı əlavə şahid kimi dindirilmiş X2 hadisə zamanı bıçaqdan istifadə edilməməsi, onların qabaqcadan əlbir olaraq həmin cinayət əməlini törətməmələri barədə ifadələrini işin faktiki hallarına uyğun hesab etmir, Təqsirləndirilən şəxs ibtidai stintaq zamanı verdiyi ifadəsini, zərərçəkmiş şəxsin, Şahid ibtidai istintaq və məhkəmə zamanı verdikləri ifadələri işin faktiki hallarına daha uyğun hesab edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.5-ci maddələrinin sankisyasında səkkiz ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.5-ci maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur.http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 №-li qərarının 23-cü bəndinə əsasən CM-in 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər; Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-in 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun; özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-in 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun; quldurluq basqını nəticəsində zərərçəkmişin sağlamlığına qəsdən yüngül və ya az ağır zərər yetirilərsə, həmin əməl quldurluq cinayətinin tərkibi ilə əhatə olunur və əməlin əlavə olaraq CM-in 127, 128-ci maddələri ilə də tövsif edilməsi tələb olunmur. Həmin qərarda qeyd olunmuşdur ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Quldurluq cinayəti isə özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası işin hallarına və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində tutulan cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 3 (üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 21 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 3 (üç) gün müddətin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmasını, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcının 21 avqust 2023-cü il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMin 62 və 70-ci maddələrinin tətbiqinə əsas görmür. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış – Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surəti cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddianın, məhkəmə məsrəflərinin və cinayət işi üzrə müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 3 (üç) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 8 (səkkiz) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün cəza saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 21 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış – Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surəti cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddianın, məhkəmə məsrəflərinin və cinayət işi üzrə müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Quliyev
Məhkəmə qərarları › İş №1(101)-1192/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1192/2024
10.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver