Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1192/2025 04.12.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: X9 oğlunun sədrliyi ilə, Hakimlər: X7 və İmanova Nigar Arzu qızından ibarət tərkibdə, Qafarova- Məmmədova Turan Zakir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Sabunçu rayonu, X8, Elşən Məhərrəmli küçəsi, 6-cı döngə, ev 6, mənzil 8 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.1 və 193-1.3.1-ci maddələri ilə, xx.xx.1979-cu ildə Tovuz rayonu, Aşağı Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Aşağı Quşçu kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.1 və 193-1.3.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 mütəşəkkil dəstə üzvləri ilə birlikdə aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını təkrar ələ keçirmiş, həmçinin cinayət yolu ilə əldə edildiyini biləbilə həmin əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək və cinayət törətmiş şəxslərin məsuliyyətdən yayınmaları üçün onlara kömək etmək məqsədilə, cinayət yolu ilə əldə edilmiş əmlakdan istifadə etməklə təkrar maliyyə əməliyyatlarını həyata keçirərək həmin əmlakı leqallaşdırmışdır. Belə ki, o, Ukrayna vətəndaşları X4 və digərləri ilə birlikdə mütəşəkkil dəstə halında 13 noyabr 2023-cü ildən etibarən yaşadığı Bakı şəhəri, Xəzər Rayonu, Pirallahı qəsəbəsi, Dübəndi bağ massivində yerləşən evdən və Bakı şəhəri ərazisindəki digər ünvanlardan süni intellektin imkanlarından istifadə edərək Azərbaycan Respublikasının Prezidenti və ölkənin digər rəhbər vəzifəli şəxslərinin səsinin təqlid olunması üsulu ilə internetin Azərbaycan seqmentinin istifadəçilərinə yönəlmiş “SOCAR İnvest” və digər şirkətlər üzrə əslində mövcud olmayan müxtəlif “layihələr”ə investisiya edərək gəlir əldə etmək adı altında aldatma yolu ilə onun adına qeydiyyata alınmış 4169 7385 5246 7890 nömrəli bank kartına və ***-***-**-** saylı “M10” elektron pul kisəsinə köçürməklə 4169 7388 1715 0661 nömrəli bank kartının istifadəçisi Zərərçəkmiş şəxs4 20, 22 və 23 noyabr 2023-cü il tarixlərində ümumilikdə 2795 manat, 5239 1517 4165 1270 bank kartının istifadəçisi Zərərçəkmiş şəxs1 24 və 27 noyabr 2023-cü il tarixlərində ümumilikdə 2800 manat, 4169 7388 7204 7448 və 4169 7388 9889 9582 nömrəli bank kartlarının istifadəçisi Zərərçəkmiş şəxs5 24 və 27 noyabr 2023-cü il tarixlərində ümumilikdə 1480 manat, 4098 5844 7122 1513 və 5239 1517 9090 2798 nömrəli bank kartlarının istifadəçisi Zərərçəkmiş şəxs3 22 və 23 noyabr 2023-cü il tarixlərində ümumilikdə 6045 manat olmaqla, cəmi 13120 manat məbləğində xeyli miqdarda özgənin əmlakını təkrar ələ keçirmiş və həmin tarixlərdə 4169 7385 5246 7890 nömrəli bank kartına, ***-***-**-** saylı telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi “M10” elektron pul kisəsinə daxil olmuş cinayət yolu ilə əldə edildiyini bilə-bilə mütəşəkkil dəstə halında həmin pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək, üzvlərin məsuliyyətdən yayınması üçün kömək etmək məqsədilə pul vəsaitlərini ayrı-ayrı bank kartlarına və elektron pul kisələrinə yerləşdirərək maliyyə əməliyyatlarını həyata keçirməklə ümumilikdə 13120 manat məbləğində pul vəsaitini təkrar leqallaşdırmışdır. Təqsirləndirilən şəxs2 mütəşəkkil dəstə üzvləri ilə birlikdə aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını təkrar ələ keçirmiş, həmçinin cinayət yolu ilə əldə edildiyini biləbilə həmin əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək və cinayət törətmiş şəxslərin məsuliyyətdən yayınmaları üçün onlara kömək etmək məqsədilə, cinayət yolu ilə əldə edilmiş əmlakdan istifadə etməklə təkrar maliyyə əməliyyatlarını həyata keçirərək həmin əmlakı leqallaşdırmışdır. Belə ki, o, Ukrayna vətəndaşları X4 və digərləri ilə birlikdə mütəşəkkil dəstə halında 13 noyabr 2023-cü ildən etibarən yaşadığı Tovuz rayonunun Aşağı Quşçu kəndində süni intellektin imkanlarından istifadə edərək Azərbaycan Respublikasının Prezidenti və ölkənin digər rəhbər vəzifəli şəxslərinin səsinin təqlid olunması üsulu ilə internetin Azərbaycan seqmentinin istifadəçilərinə yönəlmiş “SOCAR İnvest” və digər şirkətlər üzrə əslində mövcud olmayan müxtəlif “layihələr”ə investisiya edərək gəlir əldə etmək adı altında aldatma yolu ilə onun adına qeydiyyata alınmış 4169 7388 2862 2963 nömrəli bank kartına köçürməklə ***-***-**-** nömrəli “M10” elektron pul kisəsinin istifadəçisi Zərərçəkmiş şəxs1 24 noyabr 2023-cü il tarixində ümumilikdə 1280 manat, 4169 7388 9576 7444 nömrəli bank kartının istifadəçisi Zərərçəkmiş şəxs2 isə 23 noyabr 2023-cü il tarixində ümumilikdə 2800 manat olmaqla, cəmi 4080 manat məbləğində özgənin əmlakını təkrar ələ keçirmiş və həmin tarixlərdə 4169 7388 2862 2963 nömrəli bank kartına daxil olmuş cinayət yolu ilə əldə edildiyini bilə-bilə mütəşəkkil dəstə halında həmin pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək, üzvlərin məsuliyyətdən yayınması üçün kömək etmək məqsədilə pul vəsaitlərini ayrı-ayrı bank kartlarına və elektron pul kisələrinə yerləşdirərək maliyyə əməliyyatlarını həyata keçirməklə ümumilikdə 4080 manat məbləğində pul vəsaitini təkrar leqallaşdırmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin noyabr ayında evdə olduğu vaxt ərzində ona xarici nömrədən mesaj yazmışlar. Mesajda ona part-time iş təklif olunmuş, ilk əvvəl işinin nədən ibarət olacağını ona açıqlamışlar. Ona bir sayt atmışıar, həmin sayta daxil olmuş, balansda 10 və ya 20 manat pul olmuş, həmin pul ilə alqı-satqı etməli olmuşdur. Alqı-satqını etdikdən sonra ondan tələb etmişlər ki, sayta yenidən pul qoyub alış etsin. Onlarla razılaşmamış, etməyəcəyini demişdir. Bundan 30-40 dəqiqə sonra ona yenidən mesaj yazaraq başqa bir iş təklif edə biləcəklərini demişlər. İşin mahiyyətini ona açıqlamış, demişlər ki, onun yerinə investisiya edəcəklər, gələn gəlirdən sonra onunla danışacaqlar. Sosial şəbəkələrdə görmüşdür ki, bu yolla bəzi vətəndaşlar gəlir əldə etmişlər. Ona görə də onların bu təklifi ilə razılaşmış, ondan M10 hesabı və Kapital Bank kartı istəmişlər. Kartının 16 rəqəmli şifrəsini və M10 hesabını onlara vermişdir. Bundan sonra ona məlumat verəcəklərini demişlər. Bir müddət heç nə etmədən gözləmişdir, Whatsappda həmişə online görünmüş, amma yazdığı mesajlara cavab verməmişlər. İki-üç gün sonra onu Yeni Yasamalda yerləşən 29-cu polis bölməsinə dəvət etmişlər. Bölmədə telefonuna baxış keçirilmiş, başına gələnlər barədə olduğu kimi ifadə vermişdir. Onlarla arasında telefon danışığı olub-olmadığını, onları əvvəlcədən tanıyıb tanımadığımı soruşmuşlar. Aralarında telefon danışığı olmadığını bildirmiş, ifadəsini aldıqdan sonra onu buraxmışlar. Ordan çıxdıqdan sonra Kapital Banka zəng etmiş, özünə qarşı dələduzluq olunduğunu demişdir. Kapital Bank əməkdaşları onun bütün hesablarını dondurmuşlar. Ondan sonra Kapitalbanka gedib bütün hesablarını bağlatdırmaq istəyəndə, orda ona bildirmişlər ki, onun 2300 manat banka borcu var. Bunun nece olduğunu soruşmuş, orda adına 2300 manat kredit götürüldüyü bildirilmişdir. 2300 manatı banka ödəmişdir. Bundan sonra bankla aralarındakı müqaviləyə xitam verilmişdir. İyul ayına kimi onu polis bölməsinə dəvət etməmişlər. Ramana qəsəbəsi, Südçülük Sovxozunda yaşamış, həmişə evində olmuşdur. Həmin müddətdə onu axtaran olmamışdır. Pirallahı rayonunda əmisi yaşayır. Beş-altı günlük onun yanında qalmaq üçün getmişdir. Qapıdan çıxanda onu saxlamış, DTX-dan gəldiklərini bildirmişlər. Onu hansı səbəbdən həbs etdiklərini soruşmuş, idarəyə getdikdən sonra aydınlaşdıracaqlarını demişlər, amma heç nə deməmişər. Ona tədqim edilən sənədlərə baxmış, orda şahid qismində tanınmışdır. Telefonuna da baxış keçirmişlər. Orda heç bir sübut olmamışdır. Onu dindirmişlər. İşi aparan müstəntiq orda olmuş, ona demişlər ki, sənlik heç nə yoxdur, sadəcə onlarla telefonda danışdığın üçün sənin məsuliyyətin var. Özü də aldanmışdır, mütəşəkkil dəstə olduqlarını, onu da bu işə qatdıqlarını bilsə heç vaxt bu işə girməzdi. İttiham aktında göstərilmişdir ki, əvvəllər məhkum olunmuşdur. Amma səhv məlumatdır. O, 6 ildən artıq müddətdə Almaniyada yaşamış, heç vaxt məhkum olunmamış, polisə düşməmişdir. Sadəcə Almaniyada oranın İXM-nə görə 300 Euro cərimə olunmuş, cəriməni ödəmişdir. Bunu müstəntiqə bildirmişdir. 2021-ci ildə Azərbaycana qayıtmış, o vaxtdan işləmiş, qazanmış, polislə heç vaxt problemi olmamışdır. Təqsirləndirilən şəxs1 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, onu ilk dəfə 29-cu polis bölməsinə çağırılmış, konkret olaraq yazışdığı adamları tanıyıb-tanımadığını soruşmuşlar, cavabı xeyr olmuşdur. Yazışmalardan əlavə telefonla danışığı olub-olmadığını soruşmuşlar, cavabında xeyr demişdir. Çünki heç bir telefon danışığından söhbət gedə bilməzdi. Whatsapda yazışmış, orda da bildirmiş, telefonunu alıb baxmışlar. Yazışmalar dururdu. Bölmədə ifadəsini almışlar, ifadəsini alanın adı səhv etmirsə Ağcəbədidən olan Fuad adlı təhqiqatçı olmuş, e-mail hesabı onda mövcud olmuş, Whatsap söhbəti olmamış, əməliyyat keçirməmiş, onun heç bir məlumatı olmamış, ondan heç bir şey tələb olunmamış, konkret olaraq ondan bank hesabı və m10 tələb olunmuş, ona investisiya edəcəklərini demişlər. 3-4 gün ərzində mobil tətbiq onlarda olmuş, telefonuna başqa proqram da yazmış, onlara kodunu göndərmiş, düşünür ki, bu proqram vasitəsilə telefonun idarəsi onlarda olmuşdur. Telefonu iphone markalı olmuş, birbank həmin vaxt ərzində onda olmamış, onlarda olmuşdur, hesabı izləməyəcəkdi, onsuz da içində pul yox idi. Onlar ödəyəcəkdilər. Mobil tətbiq onlarda olmasa, ona pul verməzdilər. Bilsəydi eləməzdi. Polis bölməsindən çıxdıqdan sonra aldadıldığının fərqinə varmış, nömrəsini də dəyişmişdir ki, onunla heç bir şəkildə əlaqə saxlaya bilməsinlər. Necə deyərlər, qorxmuşdur. Görsəydi ki, belə məbləğlər danışılır, hansı ki, biri gəlib 6000 manat məbləğ göstərmişdir, biganə qalacaq şəxs deyildir. Anlayardı ki, burda yolunda getməyən nəsə var. Telefondan nəisə silməmişdir. Whatsap nömrəsini dəyişmişdir. Whatsap nömrəsini də dəyişəndə də məlumdur ki, hər şey silinir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ona yazaraq iş təklifi etmişlər, o nə iş olduğunu soruşmuş, onun kartının məlumatlarını istəmişlər. Hər 10, 20, 50 manat, hər nə qədər pul ödənilsə ona 1-2 manat pulunu verəcəklərini demişlər. O da bunun bir qorxulu tərəfinin olub-olmadığını soruşmuş, elə bir problem olmadığını demişlər. Bir neçə gün sonra ona yazıb nə dediyini soruşmuşlar, o da demişdir ki, birinci qorxmuşdur. Sonra razı olub kartını vermişdir. Telefonunda birbank hesabı və kartının hesabı olmuşdur. Telegramdan ona kartına pul gələcəyini, ordan da istənilən yerə köçürəcəklərini demişlər. Bunun alqı-satqı kimi bir oyun olduğunu demişlər. O da bununla ona nə olacağını soruşmuş, kartında 1550 manat pulu olmuş, demişlər ki, sən də birinci pul yükləməlisən. O da nəyə yükləməli olduğunu soruşmuşdur. O 1550 manat pulu evinin darvazası olmadığı üçün yığıb saxlamış, darvaza da 2200 manata olmuş, fikirləşmişdir ki, alverin zəif vaxtıdır, internetdən xeyli pul qazanmaq olar. İndi bütün günü televizorda reklam var ki, kartınızı verməyin, 2023-cü ildə elə bir reklam gəlmədiyi üçün bilməmişdir. Bilsə kartını verməzdi. 45 ildə Tovuz rayonundan qırağa çıxmamışdır. 2- 3 gün sonra görmüşdür ki, kartına 800 manat, 920 manat, bir də 1200 manat pul gəlmiş, sonra getmişdir. Pul gedəndən qorxmuş, kartını bağlamış, yazmışdır ki, 1550 manat pulu da gedib. Telegramda “y,p,g” hərflərlə işarəsi olmuş, ona narahat olmamasını yazmışlar. Beləliklə pulu getmişdir. Ondan sonra onu Bakıya gətirmişlər. Bakıda ifadəsini almışlar. O da izahatını vermişdir. Ondan kartına gələn pulu çıxarıbsanmı deyə soruşmuşlar, o da mobil tətbiqinin burda olduğunu demişdir. Demişdir ki, hesabla gör mən buradan 1 manat götürmüşəmsə, nə istəyirsiz eləyin. Onu müvəqqəti saxlama yerinə salmışlar, axşam izahat götürmüşdülər, səhər də bir izahat götürmüşlər. Ondan sonra axşama kimi saxlamışlar. Axşam saat 9-da ona demişlər ki, yol pulun varmı, onun da cibində 40 manatı olmuş, onu 20 yanvara qədər yola salmışlar, ordan da avtovağzaldan Tovuza getmiş, yenə mağazada işləmişdir. Aradan bir xeyli keçmiş, iyun ayında mağazada oturmuşdur, iki nəfər adam içəri girmiş, bir dənə satılıq telefonu olmuş, onu satacağını düşünüb sevinmişdir. Gələn şəxslərdən biri cibindən sənəd çıxardıb DTX-nın işcisi olduğunu, getməli olduqlarını demişdir. O hara gedəcəyini soruşduqda heç nə deməməsini bildirmişlər. Onun telefonu, 5-6 dənə də ekranı qırıq telefonları, komputeri də yığıb maşına minib Tovuz rayon prokurorluğuna getmiş, sonra da Bakıya gəlmişlər, indiyə qədər DTX, polislə işi olmamışdır. 45 yaşına kimi bir dəfə polisə getməmişdir. Fikirləşmişdir ki, keçən dəfə polisə apardılar, yoxladılar yenə yoxlasınlar, nə var göz qabağındadır. Axşam saat 11-12-də onu Dövlət Təhlükəsizlik Xidmətinə gətirmişlər. Orda onu 2 gün saxlayıb, izahat alıb buraxacaqlarını demişlər. O da axşama kimi gözləmiş, axşam müstəntiqin otağında bir gecə yatmış, səhər açılmış, saat 9-10-a işləmiş X1 çağırmışlar. Fariz Babayev demişdir ki, səni mən tutmuşam. O da nə etdiyini soruşmuşdur. Keçən dəfə də polis bölməsinə aparılıb buraxıldığını, bu dəfə də saxlayıb sonra buraxacaqlarını demişdir. Orda da ifadə vermiş, ona vəkil lazım olduğunu demişlər. Vəkilin nəyə lazım olduğunu bilməmişdir. Bir nəfər ağsaqqal kişi gətirmiş, bu sənin vəkilindir demişlər. 10-15 dəq onu vəkillə buraxmışlar. Vəkilə demişdir ki, qardaşına desin ki, burdadır, çünki rayondan gələndən heç kimlə danışmamışdır. Vəkil razılaşıb qardaşının nömrəsini almışdır. Burda izahat yazmış, görmüşdür ki, adına prezidentin adından süni intellekt yazılmış, o sünii intellekt nədir bilməmiş, televizordan eşitmişdir. Ondan sonra hansısa SOCAR-ın adından nəsə etdiyini demişlər, telefonu orda, komputerim orda, hamısı orda, əgər o bu işləri görübsə, ona güllələnmə verilsin. Lakin bu işləri görməmişdir. O hər zaman prezidentin siyasətini dəstəkləmişdir. Müstəntiq ona demişdir ki, bilirəm bunları eləməmisən, zarafatyana demişdir ki, “Sonanın yetimçələrinə qoşulubsan” iki-üç günlük, o da səhvsiz insan olmadığını, bir səhv etdiyini demişdir. Adi adam gedir maşınla radara düşür, hər adamın başına gəlir. Burda kimisə aldatmamış, kimləsə danışmamışdır. Müstəntiq ona küçə uşaqlarına qoşulduğunu demişdir. Sonra onu 9 ay 14 gün 272-ci, bir də 178-ci maddə ilə həbs etmişlər, o əməllərin heç birini eləməmişdir. Komputerinə baxılmış, heç nə yoxdu demişlər, telefonunda nəsə olduğunu demişlər. Martın 14-ü onu çağırmışlar, gəlmiş, vəkili də orda olmuş, o demişdir ki, məni buraxın gedim, 9 ay yarımdır məni burda saxlıyırsız. Müstəntiq demişdir ki, əvvəlki maddəni götürmüşük, 193-1-ci maddəni vermişik. Bunun nə maddə olduğunu soruşmuş, pul legallaşdırma deyə müstəntiq cavab vermişdir. Kimin pulunu legallaşdırdığını, kimin ondan şikayət etdiyini soruşmuşdur. Deyəcəyik desələr də ona 10 ayda heç nə deməmişlər. Təqsirləndirilən şəxs2 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, 1550 manat darvazanın pulu olub, o da gedib, 500-600 manat qazanacağını, darvaza alacağını düşünmüşdür. İş təklifi alqı-satqı işi olaraq ona təklif etmişlər. Orda başqa-başqa mallar olduğunu, bahalı əşyalar olduğunu telegramda yazmışlar. Əvvəl xırda məbləğ olmuş, üstündən 3 il keçmişdir, təxmini 1080 manat, bir də 800 manat pul gəlmiş, pulu köçürmüş, getmişdir. Sonra özünün də 1550 manat pulu getmiş, ondan sonra kartını bağlamışdır. Sonra Bakıya gəlmiş, əvvəl gedib Kapital bankdan kartını bağlatdırmış, pulunun getməsinə görə oradan çıxarış almış, kartına daxil olan-çıxan məbləğ hamısı orada olmuşdur. Ona iş təklif edən şəxs alqı-satqı etdiyini, o adama satırıq, pul ona getməlidir deyə bildirmişdir. 500 manat qazanar, evinə darvaza alar deyə düşünmüşdür. Ona görə də 1 ildir ki, bağlı həyat şəraitindədir. 1550 manat pulu hara getdi deyə yazıb soruşmuşdur, mənim pulumu qaytar demişdir. Ona gözlə narahat olma demişlər, o da 1 gün gözləmişdir. Səhər yazmış, onlayn olduğu görünmüş, yazmışdır ki, qardaş sən hər kimsən, mənim pulumu qaytar. Ondan sonra həmin şəxs onu bloklamış, ona mesaj getmiş, ancaq cavab gəlməmiş, sonra onu polis idarəsinə çağırmışlar. Kartına məbləğ gəlmiş, getmiş, bir də görmüşdür ki, kartı boşdur. Telegramdan yazmışdır ki, 1550 manat pulu da buradan gedib, pulunu qaytarsınlar, kasıb adamdır, kişidir, qadındır bilmir. Ona rahat olmağını demişlər. Noyabr və ya dekabr ayının 27-si bloklama ilə bağlı müraciət etmişdir. İşin halları və dəlilləri: Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafedici ifadələrini, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxslərin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, 2023-cü ildə, noyabr ayında “whatsapp” sosial şəbəkəsi vasitəsilə Angelina adlı qadın yazmış və online iş təklif etmişdir. Bu iş alış-verişlə məşğul olmaq və satdığı məhsuldan faiz əldə etməklə bağlı olmuş, təklif ilə razılaşmış və bir müddət bu işlə məşğul olmuşdur. Bir müddətdən sonra onunla əlaqəni kəsmişlər. İlk öncə satdığı məhsul diş pastası olmuş, sonra krem və digər məhsulların satışını etmişdir. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, İş online platformada alış-verişdən ibarət olmuş, qısa müddət ərzində alışveriş etmiş, “M10” tətbiqinə 100 manat məbləği hissə-hissə olaraq keçmiş, başqa hesablara pul köçürmüş, ümumilikdə 2800 manat pul köçürmüş, yazışdığı adamlar ilə Azərbaycan dilində yazışmış, səsli olaraq bu şəxslərlə danışmamış, pulları köçürməyi ilə bağlı təlimatda 2800 manat məbləğində pulu tam şəkildə göndərməməyini bildirirmişlər. İbtidai istintaq dövründə verdiyi ifadəni təsdiq etmiş, həmin şəxslər ona gec cavab verdiklərinə görə onlardan pulunu tələb etmiş, Sərdar Niftəliyevi tanımamış, pul göndərəndə bankda ad və soyad görünmüş, ilk dəfə 1000 manat pul göndərəndə ona cavab gəlməmiş, 2800 manat pul atandan sonra ona cavab gəlməli imiş. Yazışmalarda Anjelina xanımla əlaqə qurmuş, 40cı Polis Bölməsinə müraciət etmiş, Sərdarla danışığı olmamış, Angelinanı fiziki olaraq görməmiş, yalnız şəkilini görmüş, 2800 manat vəsait özünə məxsus olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadə verərək göstərmişdir ki, 20 sentyabr 2023-cü il tarixdə ona xarici nömrədən mesaj daxil olmuş, mesaj online satış platforması ilə bağlı olmuş, müəyyən məhsulların satışında iştirak etməli olmuşdur. Satışların müqabilində ona faiz veriləcəkdi. Bütün danışıqlar “whatsapp” tətbiqi vasitəsilə olmuş, ilk olaraq Bella adlı xanım ona depozit kimi 5 manat balans yerləşdirmiş, ilk 2-3 məhsulda gəlirinin 20 manat olduğunu bildirmişlər və onun kartına həmin pulu göndərmişlər. Bu pulu əldə etdikdən sonra onlara inanmağa başlamış, bu məsələdən sonra onların bir daha təkliflərini qəbul etməyə başlamışdır. Satışlarda gəlir əldə etmiş, lakin o pulu götürə bilməmişdir. Ona demişlər ki, gərək gəliri 1000 manat olsun ki, pulu çıxarda bilsin. Kartına heç bir artıq ödəniş olmamışdır. Şübhələnməyə başlamış və onun zənglərinə cavab verilməmişdir. Ümumilikdə 5 kart hesabına 11600 manat məbləğində ödəniş etmişdir. Şəxslərə “Birbank” tətbiqi vasitəsilə pul göndərmişdir. 5 satış olmalı idi, satışlar 1000 manatdan yuxarı olmamalı idi. 5 satışdan 4-nü etmiş, sonuncu satış üçün olan əşya don olmuş, həmin donun qiymətini 5600 manat qeyd etmişlər, amma donun öz qiyməti 100-150 manat olmuşdur. Bu ödənişi qəbul etməmiş və razılaşmanın şərtlərinin pozulduğunu bildirmişdir. Sonra pulu çıxarmaq istəyəndə təxmini 4000 manat vergi verməli olduğunu bildirmişlər. Onlara qəbz təqdim etmələrini bildirmiş, qanuna əsasən vergini dövlət idarələrində və ya terminallarda ödəyəcəyini demişdir. Onlar sonradan nömrəsini bloka atmışlar. Həmin nömrəyə internetsiz adi bir zəng edəndə həmin nömrəyə bir xanım cavab vermiş və bu şəxslərlə əlaqəsi olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, fəaliyyəti ödəniş edib malı almaq olmuş, onlar satışı həyata keçirib ona faizlə ödəniş etmişlər. Ümumilikdə 11600 manat ödəniş etmişdir. Əvvəl Bella ilə danışmış, sonra Azərbaycan nömrəsi ilə danışmış, həmin Azərbaycan nömrəsinə yığanda yaşlı xanım cavab vermiş və bu məsələ ilə əlaqələrinin olmadığını bildirmişdir. Pul köçürmələrini xarici yox, yerli banka etmiş, köçürməni edəndə tətbiqdə sadəcə ad və soyadın baş hərfi görünmüş, Bella ona pul köçürməyini demiş, Bella ona ödənişi həyata keçirmək üçün qısa vaxt vermişdir ki, nəsə düşünməsin. Bu məsələdə ona cəmi 19 manat pul verilmiş, bu məsələ 2-3 gün davam etmiş, platformada hesabında 18000 manat olmuş, ona 5 satış edəndən sonra bu məbləği verəcəklərini demişlər, sonradan nömrəsinə cavab verməmişlər və ancaq həmişə aktiv (online) olmuşlar. Onlardan pul tələb edəndə ona cavab yazmamışlar. ABB-nin sosial şəbkədə yerləşən səhifəsinə girib baxmamışdır. Onlar elə bir tərzdə inandırmışlar ki, səhifəyə baxmağa ehtiyac olmamışdır. Kartla pulu göndərəndə sistemdə məhsulun alındığı göstərilmişdir. Aldığı malın onlar tərəfindən satılması ilə bağlı məlumat həmin şəxslər tərəfindən bildirilmişdir. Onun kartına pul göndərməmişlər, sadəcə onun qazancını internetdə göstərmişlər. Bella demişdir ki, 5 satış etməlidir, 5 satışdan sonra qazancı götürməlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, ona xarici nömrədən whatsapa mesaj gəlmiş, mesajda qeyd olunmuşdur ki, internet vasitəsilə əlavə qazanc əldə etmək istəyirsiniz ya yox? Qazancın nədən ibarət olduğunu soruşmuş, demişlər ki, biz hazırda satış platformasını inkişaf etdiririk. Onu işkişaf etdirmək üçün müştərilər olmalıdır, alqı-satqı olmalıdır. O da bunun üçün nə etmək lazım olduğunu soruşmuş, demişlər ki, məhsulları bəyənməlisiz, like qoymalısız, hər “like”-a görə sizə pul veriləcək. Onların tapşırıqları olmuş, linklər göndərmişlər, o “like” etmiş, bundan sonra onun kartına pul göndərmişlər. Bir az bu şəkildə işləmişlər. Sonra demişlər ki, başqa bir layihə var, qoşulmaq istəyərsinizmi? O tapşırığın nədən ibarət olduğunu soruşmuş, Telegram sosial şəbəkəsindəki “ED-shop” və “Mine- SPSHOP” adlı platformadan məhsulları alacağını, sonra geri qaytarma edəcəyini demişlər. Bu zaman misal üçün bir məhsula 30 manat ödəyibsə, geri qaytarma zamanı əvəzində 39 manat ona qayıdacaq. O təkliflə razılaşmış, ona link göndərmişlər, həmin linkdən o platformaya qoşulmuş, qeydiyyatdan keçmişdir. Qeydiyyatdan keçərkən ad soyadını, telefon nömrəsini və ünvanını qeyd etmişdir. Nəticədə adına hesab açılmışdır. Birinci alışı etmək üçün həmin hesaba pul atmalı olmuş, ilk dəfə 30 manat pul qoymuşdur. Ona link göndərəcəklərini, həmin linkdən alış etməli olduğunu demişlər. Sual vermişdir ki, ehtiyacı yoxdur axı, niyə almalıdır? Cavab olaraq bildirmişlər ki, alın sonra geri qaytararsız. Kartına 30 manat yükləmiş və onların göndərdiyi linkdəki məhsulu almışdır. Aldıqdan sonar geri qaytarma etməsini demişlər. Geri qaytarma etmiş, bundan sonra balansına 39 manat qaytarılmışdır. Hesabına 30- 50-100 manat atmış, sonra pulunu nə vaxt qaytaracaqlarını soruşmuş, cavab olaraq bildirmişlər ki, pulu qaytarmaq üçün ikinci mərhələyə keçməlidir. İkinci mərhələ də odur ki, balansa 300 manat pul köçürmək lazım idi. 300 atmayacağı təqdirdə balansdakı digər pulların batacağını bildirmişlər. Bu minvalla balansa 300, daha sonra 980, daha sonra 1400, 1400 pullar yığılmış, 1280 manat Təqsirləndirilən şəxs2 göndərmişdir. Təqsirləndirilən şəxs1 isə 1400+1400 manat şəklində pul atmışdır. Ümumilikdə balansda 5007 manat pul olmuş, faktiki 4080 manat göndərmişdir. Hazırda da balansında həmin məbləğ görünür, amma çıxara bilmir. Pul köçürdüyü kartın adından axtarmağa başlamış, həmin oğlanı facebook sosial şəbəkəsindən tapmış, Xətai rayon polis idarəsinə müraciət etmiş, ona bildirmişlər ki, kartlar artıq istifadə olunmur. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, 1400+1400 manat göndərməyinin səbəbi iki məhsul almalı halda səhvən bir məhsul seçməsi olmuş, proqram bloklanmış, ona demişlər ki, proqram blok olub, o pulu geri çəkmək olmur. Proqramı bərpa etmək üçün yenidən 1400 manat ödənməlidir ki, blok açılsın və pulu geri çəkmək mümkün olsun. O da yenidən 1400 manat ödəmişdir. Pulu öz M10 hesabından Zöhrabovun kartına göndərmiş, 1400+1400 manatı Rafiqin hesdabına ödəmiş, özləri tapşırıq verəndə demişlər ki, Təqsirləndirilən şəxs1 kartıına göndər. 1280 manatı hissə hissə Təqsirləndirilən şəxs2 kartına göndərmişdir. Ona konkret kart göndərmişlər, pulları ora köçürməyi tapşırılmışdır. Platformada göndərilən pulun geri qaytarılması funksiyası da olmuş, kredit kartından M10-a, M10-dan bu platformadaki hesabına pul köçürmüşdür. Ona mesaj göndərən nömrə Britaniya şirkətinin nömrəsi olmuş, əməliyyatı etmək üçün kartı göndərmişlər ki, pulu o karta yükləsin. Facebookda bütün Təqsirləndirilən şəxs1lara və Təqsirləndirilən şəxs2lərə mesaj göndərmiş, bir neçəsi cavab vermişlər ki, biz o adam deyilik. Birinci mərhələdə göndərilən linkə sadəcə “like” qoymuş və şəklini göndərmişdir ki, “like” etmişdir. Balansda 5007 manat görünmüş, faktiki 4080 manat pul köçürmüşdür. 20 manat M10 hesabına geri qaytarmışlar. Ondan istifadə etmişdir. Yazışmalar normal Azərbaycan dilində yazılmış, a,ə hərfləri istifadə etmişlər. Fikirləşmişdir ki, Azərbaycanlı birini işləmək üçün tutublar. Teleqramda iki nəfər işləmiş, tapşırığı verən qadın olmuş, pul köçür deyən kişi olmuş, ona ümumilikdə 4080 manat ziyan dəymiş, Rafiqlə bir başa ünsiyyət qurmamış, onun sadəcə kartını göndərmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadə verərək göstərmişdir ki, Whatsapdan ona iş təklifi ilə bağlı mesaj gəlmiş, təklifi qəbul etmiş, göndərilən linkə daxil olmuş və məhsulları bəyənmişdir. Bundan sonra ikinci mərhələyə keçmiş, ikinci mərhələ teleqram üzərindən olmuş, teleqramda qrup üzvləri çox olmuş, qrup yarandıqdan sonra birinci 20 manat dəyərində məhsulu atmışlar. Həmin məhsuldan 29 manat qaytarılmalı idi. Onu qaytarmışlar, ikinci mərhələdə 50 manat dəyərində məhsul göndərmişlər, onun alışını etmiş, həmin məhsulun geri qaytarmasından 65 manat pul geri balansına qayıtmalı imiş və həmin 65 manatı atmışlar. Amma demişlər ki, siz bu mərhələdən keçə bilməzsiniz. Bunun üçün ödəniş tələb edilir. 20 oldu 300 manat, 300 manat oldu 800 manat. 1600 manata kimi başqa bir şəxsin kartına pul göndərilmiş, 1600 manatdan etibarən Təqsirləndirilən şəxs1 kartına göndərilməyə başlamış, 1600 manat göndildikdən sonra texniki şöbədə problem olduğunu demişlər. 1645 manat ödəməlidir ki, bütün ödədiyi pullar balansdan çıxsın və o pullar geri qaytarılsın. Adına yaradılan balansda hesabında ödədiyi məbləğlər göstərilmiş, amma çıxara bilməmişdir. Müraciət etmişdir ki, hesabındakı pulları çıxara bilmir. Cavab olaraq bildirmişlər ki, 6045 manat pul ödəməlidir. Fikirləşmişdir ki, onsuz da gedən pullar gedib. Onların batmaması üçün deyilən məbləği göndərsin onlara. 2000+2000+2045 manat şəklində pulları göndərmiş, bundan əvvəl də 1600 manat göndərmiş, ümumilikdə Təqsirləndirilən şəxs1 kartına 7657 manat pul göndərmişdir. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, Rafiqin kartına 1612, 2000, 2000, 2045 manat ödəmiş, ona iki kart nömrəsi vermişlər. Digər şəxsin barəsində istintaq gedir. Karta pulu göndərəndən sonra kabinetdə balansda göstərilmiş, ona yazan Anna adlı şəxs olmuş, amma pulları Rafiqin kartına göndərmişdir. Aldadıldığını öyrəndikdən sonra birinci dəfə Füzuli RPŞ-nə müraciət etmişdir. Dəymiş ziyanı tam şəkildə tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadə verərək göstərmişdir ki, 2023-cü ilin noyabr ayının ortalarında whatsapına xarici nömrədən iş təklifi ilə bağlı mesaj gəlmişdir, dənizçidir. 2023-cü ilin yanvar ayında iş qəzası keçirtdiyinə görə o vaxtdan bəri işsizdir. Bu mesaja reaksiya vermiş, onu teleqrama yönəltmişlər. Ora getmiş, videolar göndərəcəklərini, onları bəyənəcəyini, bunun müqabilində ona pul verəcəklərini demişlər. Bundan sonra ona daha əlverişli iş təklif etdiklərini bildirmişlər. Link göndərmiş, adına hesab açmışlar. O linkdən daxil olmuş, tapşırıqlar vermişlər, məhsullar göndərəcəklərini, o məhsulları alacağını, bunun qarşılığında ona faiz verəcəklərini demişlər. Təkliflə razılaşmış, birinci dəfə 30 manat qarşılığında 39 manat qaytarmışlar. Yavaş yavaş məbləğ qalxmış, bir dəfə 500 manat göndərmiş, göndrilən məhsuldan 500 manat dəyərində 1 ədəd almaq əvəzinə 2 ədəd məhsul almışdır. Səhvlik olduğuna görə hesabı blok edilmişdir. Ona blokun açılması üçün 980 manat göndərməli olduğunu demişlər. 980 manatı da göndərmiş, bu dəfə də nəyəsə görə blok açılmamışdır. Ondan sonra 2800 manat pul istəmişlər. Bu mərhələyə qədər dəfələrlə soruşmuşdur ki, pulunu qaytaracaqlar? Demişlər bəli. Kartında 2800 manat pulu olmadığı üçün pulunu geri istəmiş, demişlər ki, balansdakı pulu ona qaytara bilməzlər, amma belə bir kömək edə bilər ki, 1400 manat dəyərində məhsul alsın, o 1400 manat pulu olmadığını bildirmiş, teleqramda pulunu istəmiş, onu qrupdan silmiş, blok etmişlər, əlaqəsi kəsilmiş, pulunu qaytarmamışlar. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, ümumilikdə 1480 manat pul köçürmüş, pul köçürərkən heç kimin adını görməmiş, istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş, pulları öz kartından verilən karta köçürmüş, kartln kimin adına qeyd olunduğunu xatırlamamış, Kapitalbankın kartından köçürtmüş, geri qaytarılan pulu onun M10 hesabına köçürmüşlər, ordan çıxarıb xərcləmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: 07 iyun 2024-cü il tarixli tutulma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 06 iyun 2024-cü il saat 18:00-dan hesablanmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqi 86-87) 07 iyun 2024-cü il tarixli tutulma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 06 iyun 2024-cü il saat 18:00-dan hesablanmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqi 110-111) Bakı şəhəri Səbail rayon Məhkəməsinin 4(009)-257/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqi 186- 189) Bakı şəhəri Səbail rayon Məhkəməsinin 4(009)-256/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqi 162- 165) Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 4169 7385 5246 7890 nömrəli bank kartı ilə aparılmış maliyyə əməliyyatlarına 07 iyul 2024-cü il tarixli baxış protokolundan görünür ki, həmin bank kartına 24 və 27 noyabr 2023-cü ildə Zərərçəkmiş şəxs1 məxsus 5239 1517 4165 1270 nömrəli bank kartından müvafiq qaydada hər dəfə 1400 manat, 23 noyabr 2023-cü ildə Zərərçəkmiş şəxs3 məxsus 5239 1517 9090 2798 nömrəli bank kartından ardıcıl olaraq 2000 manat, 2000 manat və 2045 manat, 24 noyabr 2023-cü ildə Zərərçəkmiş şəxs5 məxsus 4169 7388 9889 9582 nömrəli bank kartından 500 manat, 27 noyabr 2023-cü ildə Zərərçəkmiş şəxs5 məxsus 4169 7388 7204 7448 nömrəli bank kartından isə 980 manat, 20 noyabr 2023-cü ildə Zərərçəkmiş şəxs4 məxsus 4169 7388 1715 0661 nömrəli bank kartından ardıcıl olaraq 12 manat, 28 manat, 662 manat, 20 manat, 1000 manat, 873 manat, 200 manat pul vəsaiti köçürülmüşdür. (Cild 2, iş vərəqi 34-35) Zərərçəkmiş şəxslərin mütəşəkkil dəstənin üzvləri ilə Whatsapp yazışmalarından görünür ki, onlar tərəfindən zərərçəkmiş şəxslərə investisiya layihələri ilə bağlı müxtəlif tarixlərdə yazışmalar aparılmışdır. (Cild 1, iş vərəqi 202-220) Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 4169 7388 2862 2963 nömrəli bank kartı ilə aparılmış maliyyə əməliyyatlarına 13 sentyabr 2024-cü il tarixli baxış protokolundan görünür ki, həmin bank kartına 23 noyabr 2023-cü ildə Zərərçəkmiş şəxs2 məxsus 4169 7388 9576 7444 nömrəli bank kartından ardıcıl olaraq 1000 manat, 1000 manat və 800 manat pul vəsaiti köçürülmüşdür. (Cild 2, iş vərəqi 132) Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi “M10” elektron pul kisəsi ilə aparılmış maliyyə əməliyyatları haqqında məlumatların elektron formada əldə olunması ilə bağlı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarına əsasən "xxxx" MMC-nin 01 iyul 2024-cü il tarixli PPO- LEG/0991/2024 nömrəli məktubu ilə daxil olmuş CD diskə keçirilmiş 10 iyul 2024-cü il tarixli baxış protokolundan görünür ki, həmin elektron pul kisəsindən 23 noyabr 2023-cü ildə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 4169 7388 2862 2963 nömrəli bank kartına ardıcıl olaraq 300 manat və 980 manat pul vəsaiti köçürülmüşdür. (Cild 2, iş vərəqi 40) Ukrayna Milli Polisinə göndərilmiş 05 iyun 2024-cü il tarixli 3-39-9/2-2566/24 nömrəli sorğunun cavabından görünür ki, investisiya adı altında yalan məzmunlu elanlar əsasında kompüter məlumatlarının saxtalaşdırılması, eləcə də kompüter məlumatlarının qanunsuz ələ keçirilməsi və aldatma yolu ilə xeyli miqdarda özgənin əmlakının təkrar ələ keçirilməsi və həmin əmlakın leqallaşdırılması faktlarına dair başlanılmış cinayət işi çərçivəsində aparılmış istintaq hərəkətləri zamanı Ukrayna vətəndaşı X3 yaşadığı yer üzrə axtarış zamanı ona məxsus “Apple” markalı notbukun yaddaşında “SOCAR_Noize Team” və “SOCAR_URC-Team” adlı cədvəl formasında məlumat aşkar edilmişdir. Həmin cədvəldə “AZ (Azərbaycan) etiketli 102 nəfər Azərbaycan Respublikasının vətəndaşına, eləcə də Zərərçəkmiş şəxs1 aid məlumat əks olunmuşdur. (Cild 2, iş vərəq 58-103) Təqsirləndirilən şəxs2 məxsus “Samsung Galaxy S20 Ultra” markalı mobil telefon cihazına keçirilmiş 01 avqust 2024-cü il tarixli baxış protokolundan görünür ki, həmin mobil telefonda quraşdırılmış “Telegram” sosial şəbəkəsi tətbiqetməsində “Mina”, “X12”, “Del Monte-Angel”, “Liliana”, “Gulare”, “Nuray Ahmedzade”, “Humay Çingizova”, “İrade Abbasova”, “ayselbotbonus”, “Del Monte-William”, “Cordell Weaver” və digər bu kimi istifadəçilərə yaranma mənbəyindən asılı olmayaraq əlavə qazanc əldə etmək niyyətini özündə ehtiva edən müxtəlif yazışmaları aşkar edilmişdir. (Cild 2, iş vərəqi 42) Tovuz Rayonu İcra Hakimiyyəti Başçısının Aşağı Quşçu kənd İƏD üzrə nümayəndəliyinin 25 iyun 2024-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Aşağı Quşçu kəndində ailəsi ilə birlikdə yaşadığı müddət ərzində ümumi olaraq müsbət xarakterizə olunmuşdur. (Cild 1, iş vərəqəsi 224-231) Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 30 yanvar 2025-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı müddət ərzində ümumi olaraq müsbət xarakterizə olunmuşdur. (Cild 2, iş vərəqəsi 247) Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 05 aprel 2017-ci ildə hədə qorxu faktına görə Almaniya Federativ Respublikasının Bottrop Rayon Məhkəməsinin 22 noyabr 2017-ci il tarixli qərarına əsasən, AFR Cinayət Məcəlləsinin 241.1-ci maddəsi ilə təqsirli bilinərək hər günü 10 avro həcmində olan 30 günlük pul ödənişi ilə cərimə olunmuşdur. (Cild 2, iş vərəqəsi 222) Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (Cild 2, iş vərəqəsi 221) Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim olunmuş pul tələbinə dair ərizədən görünür ki, cavabdehlər Təqsirləndirilən şəxs1 2800 manat, Təqsirləndirilən şəxs2 1280 manat pulun və ödədiyi 61 manat dövlət rüsumunun alınıb ona verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs4 tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs5 tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 193-1.3.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.2-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə, yaxud da əmlak hüquqlarının əldə etməsinə yönəlmiş olsun. Həmin qərarın 5-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsinə əsasən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması cinayətinin predmeti qismində Azərbaycan Respublikasının Cinayət Məcəlləsində təsbit edilmiş cinayətlərin törədilməsi nəticəsində birbaşa və ya dolayı yolla əldə olunmuş hər hansı pul vəsaitləri, daşınar və ya daşınmaz, maddi və ya qeyri-maddi əmlak nemətləri, o cümlədən virtual aktivlər və əmlaka mülkiyyət hüquqlarını və maraqlarını təsdiq edən hüquqi alətlər və sənədlər çıxış edir. “Cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması cinayətinə dair işlər üzrə məhkəmə təcrübəsi, habelə cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərancam vermə cinayətinə dair bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 fevral 2023-cü il tarixli Qərarının 8-ci bəndinə əsasən leqallaşdırma cinayətinin obyektiv cəhətini cinayət yolu ilə əldə olunmuş əmlakın həqiqi mənbəyini gizlətmək və ya predikativ cinayəti törətmiş şəxsin məsuliyyətdən yayınması üçün ona kömək etmək məqsədi ilə, yəni cinayət yolu ilə əldə olunmuş gəlirlərə qanuni görkəm vermək üçün CM-in 193-1.1.1 və 193-1.1.2-ci maddələrində təsbit edilmiş aşağıdakı hərəkətlərin törədilməsi təşkil edir: -konversiya; -köçürülmə; -predikativ cinayətin predmetindən istifadə etməklə maliyyə əməliyyatları və ya digər əqdlərin həyata keçirilməsi (CM-in 193-1.1.1-ci maddəsi); -predikativ cinayətin predmetinin həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam verilməsinin, onların yerdəyişməsinin, əmlaka olan hüquqların və ya onların kimə məxsus olmasının ört-basdır edilməsi və ya gizlədilməsi (CM-in 193-1.1.2-ci maddəsi). Konversiya dedikdə, cinayət yolu ilə əldə olunmuş əmlakın başqa aktivlərə (məsələn bir valyutada pulun başqa valyutada pula, qiymətli kağızlara) çevrilməsi ehtiva olunur. Köçürülmə dedikdə, əmlakın başqasının adına keçirilməsi (o cümlədən, başqasının adına keçirilməsi görüntüsünün yaradılması) və yaxud rəsmi və ya qeyri-rəsmi yollarla, nağd və ya nağdsız xaricə çıxarılması başa düşülür. Maliyyə əməliyyatları dedikdə, pul vəsaitləri ilə istənilən əməliyyatın, yəni nağd və nağdsız qaydada hesablaşmaların, kassa əməliyyatlarının, o cümlədən hesaba mədaxil etmənin, müxtəlif hesablarda yerləşdirilmənin, başqa valyutaya çevrilmənin, qiymətli kağızların əldə edilməsinin, xaricə köçürülməsinin və daha sonra bankdakı hesaba qaytarılmasının və s. həyata keçirilməsi ehtiva olunur. Həmin Qərarın 5-ci bəndinə əsasən cinayətdən başqa digər hüquq pozuntusu, o cümlədən inzibati xəta kimi təsnif edilən əməl predikativ hüquq pozuntusu hesab edilmir. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadələrini, zərərçəkmiş şəxslərin ifadələri, habelə iş üzrə toplanmış və yuxarıda sadalanmış digər sübut növləri ilə birgə müqayisə etməklə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.1 və 193-1.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini qəsdən törətmişlər. Həmin əməllər başa çatmış cinayətdir. Təsnifatına görə Cinayət Məcəlləsinin 178.3.1 və 193-1.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlər ağır cinayətlərdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 və 193-1.3.1-ci maddələri ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.1 və 193-1.3.1-ci maddələrinin sanksiyası həddində, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinin tələblərinə əsasən azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 178.3, 178.4, 179.3 və 179.4-cü maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş qəzblərdən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs1 hesabına 2800 manat, Zərərçəkmiş şəxs4 hesabına 2795 manat, Zərərçəkmiş şəxs3 hesabına 6045 manat, Zərərçəkmiş şəxs5 hesabına 1600 manat, X2 hesabına 6560 manat pul vəsaiti ödənilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilməli və həmin maddə üzrə icraata xitam verilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsi cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal cinayətlərin texniki vasitələrdən istifadə etməklə törədilməsi olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal cinayətin texniki vasitələrdən istifadə etməklə törədilməsi olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. AR CM-in 56.1.2-ci maddəsinin tələbinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilməsi müəyyən edilir. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşlar, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanması müəyyən edilmişdir. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 183.1-ci maddəsinin tələblərinə əsasən zərər çəkmiş şəxslərin məhkəmədə mülki iddia vermə hüquqları vardır. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, cavabdehlər Təqsirləndirilən şəxs1 2800 manat, Təqsirləndirilən şəxs2 1280 manat pulun və ödədiyi 61 manat dövlət rüsumunun alınıb ona verilməsini məhkəmədən xahiş edir. Məhkəmə kollegiyası mülki cavabdeh Təqsirləndirilən şəxs1 tərəfindən 2800 manat məbləğində pulun Zərərçəkmiş şəxs1 ödənildiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi Təqsirləndirilən şəxs2 1280 manat pulun və 61 manat dövlət rüsumunun alınıb Zərərçəkmiş şəxs1 verilməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bu səbəbdən məhkəmə hazırki iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Cinayət Məcəllənin 99-1.1.3-cü maddəsində isə cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. İş üzrə maddi sübutlar Təqsirləndirilən şəxs1 məxsus Apple İphone 12 Pro və Təqsirləndirilən şəxs2 məxsus Samsung Galaxy S20 Ultra markalı mobil telefonlar hökm qanuni qüvvəsini aldıqdan sonra təqsirləndirilən şəxslərin yaxın qohumlarına qaytarılsın. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Dələduzluq cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il, “Cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması cinayətinə dair işlər üzrə məhkəmə təcrübəsi, habelə cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərancam vermə cinayətinə dair bəzi məsələlər haqqında” xx.xx.2023-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Hökm etdi : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 193-1.3.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona 02 il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi–məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.3 və Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddələrinə əsasən o, Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və həmin maddə üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 6 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.1 və 193-1.3.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsi ilə 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 193-1.3.1-ci maddəsi ilə 02 il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi–məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 07 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzaları qismən toplamaqla, əlavə cəzanın əsas cəzaya tam birləşdirilməsi yolu ilə ona qəti olaraq 02 il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 6 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia ərizəsi təmin olunsun, 1280 manat pul və 61 dövlət rüsumu Təqsirləndirilən şəxs2 tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin. İş üzrə maddi sübutlar Təqsirləndirilən şəxs1 məxsus Apple İphone 12 Pro və Təqsirləndirilən şəxs2 məxsus Samsung Galaxy S20 Ultra markalı mobil telefonlar mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra təqsirləndirilən şəxslərin yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov Hakimlər: Nigar İmanova Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(101)-1192/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1192/2025
04.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver