Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1193/2023 26.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1990-cı il tarixdə Kəlbəcər rayonunun Çəpli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Sarıdaş kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 06 dekabr 2022-ci il tarixdə, saat 05 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 53 ünvanında yerləşən “Palermo” klubunun köməkçi otağında müştəri qismində ona təqdim olunmuş hesabın dəyərinin yüksək olması səbəbindən həmin klubda mühafizəçi işləyən Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs ona yumruq zərbəsi vuraraq sağlamlığına yüngül dərəcəli bədən xəsarəti yetirməsinə əsəbləşib qisas almaq məqsədilə üzərində olan zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik soyuq silah hesab edilməyən ümumi təyinatlı qatlanan ov bıçağı ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə qəsdən vuraraq sonuncuya ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsinin sol yarısının ön səthinin sol plevra və qarın boşluğuna nüfuz edərək hemopnevmotoraksla müşayiət olunan diafraqmanın sol tərəfini və dalağı zədələyən 1 ədəd deşilmiş-kəsilmiş yarası; döş qəfəsinin sol yarısının periton boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası; döş qəfəsinin sol yarısının daxilə nüfuz etməyən 1 ədəd deşilmiş-kəsilmiş yarası; sağ dizin iç səthinin 1 ədəd kəsilmiş yarası xəsarətlərini yetirərək qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 6 dekabr 2022-ci il tarixdə saat 03 radələrində Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən “Palermo” klubuna getmiş, orada 2 bokal pivə içmiş, saat 05 radələrində ofisiantdan hesabı istəmiş, ofisiant hesabın 100 manat təşkil etdiyini bildirmiş, o, həmin şəxsə etiraz edərək iki bakal spirtli içki olan pivənin 100 manata olmadığını, həmin pivələrin klubda satılması nəzərə alınmaqla maksimum 10 (on) manat edəcəyini bildirmiş və bu səbəbdən də 100 manatlıq hesabı ödəməyəcəyini bildirmişdir. Bundan sonra barda işləyən Zərərçəkmiş şəxs onu bir otağa çağırmış, həmin otağa daxil olan kitmi Yusif yumruqla onun üzündən vurmuş, o da əsəbiləşərək həmişə üzərində gəzdirdiyi bıçaqla Yusifi vurmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan edilmiş ifadəsində göstərmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilir, 05 dekabr 2022-ci il tarixdə saat 22 radələrində Ramana qəsəbəsində yerləşən “Vegas” adlı kafeyə daxil olub orada spirtli içki olan pivə qəbul etdikdən sonra saat 02 radələrində, həmin kafe bağlandıqdan sonar, içki içməyə davam etmək məqsədilə Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən, həmin vaxt açıq olan “Palermo” klubuna yaxınlaşmış, saat 03 radələrində həmin kluba daxil olub giriş qapısından sağ tərəfdə yerləşən 7-ci masada əyləşmişdir. Ona yaxınlaşan qadm cinsindən olan ofisiantdan spirtli içki olan pivə gətirməsini xahiş etmişdir. Həmin vaxt klubda onun əyləşdiyi masadan əlavə 2-3 stolda müştəri var imiş. Müştərilərin əylənməsi üçün canlı olmayan musiqi birləşdirilmişdi. O, bir qədər oturub spirtli içki olan pivə içdikdən sonraa yenidən ikinci dəfə pivə sifariş etmiş, həmin qadın cinsindən olan ofisiant onun sifarişini icra etmişdir. Saat 05 radələrində onun masasına xidmət edən ofisiantdan hesabı istəmişdir ki, ödədikdən sonra yaşadığı evə getsin. Həmin ofisiant bardan hesabı öyrənməklə ona yaxınlaşıb 100 (yüz) manat təşkil etdiyini bildirmişdir. O, ofisianta etiraz edərək iki bokal spirtli içki olan pivənin 100 manata olmadığını, həmin pivələrin klubda satılması nəzərə alınmaqla maksimum 10 (on) manat edəcəyini bildirmiş və bu səbəbdən də 100 manatlıq hesabı ödəməyəcəyini bildirmişdir. Bundan sonra həmin qadm ofisiant bara yaxınlaşaraq onun hesabı ödəməyəcəyini bildirdikdən sonra barın ətrafında olan klubun 3 nəfər əməkdaşı həmin ofisiantla ona yaxınlaşmışlar, onların içindən bir nəfər ona hesabı ödəməli olduğunu bildirmişdir. O, bir daha hesabı ödəməyəcəyini bildirdikdə həmin bir nəfər şəxs ona kənara çəkilib söhbət etməyi təklif etmişdir. O, həmin şəxslə birlikdə kənarda yerləşən kiçik otağa daxil olduqda bir ədəd masa və divan var imiş. Masanın baş tərəfində sonradan adı ona Zərərçəkmiş şəxs kimi məlum olan şəxs oturmuş, o, isə divanda əyləşmişdir, Həmin şəxs o, içəri daxil olduqdan sonra hesabı ödəməli olduğunu bildirmişdir. O, yalnız içmiş olduğu spirtli içki pivənin qarşılığı olaraq 10 manat pul ödəyə biləcəyini bildirmişdir. Həmin Yusif adlı şəxs isə bir daha pulu ödəməli olduğunu ona bildirdikdə ödəməyəcəyi ilə bağlı artıq sözlə mübahisə yarandığından həmin Yusif adlı şəxs onun baş nahiyyəsindən yumruqla vurmağa başlamış, sonra o, yerə yıxıldıqda təpiklə də baş nahiyyəsindən vurmağa başlamışdır, həmin vaxt Yusif onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Hadisənin belə cərəyan etdiyini görüb həmin onu vuran şəxsə fiziki cəhətdən ondan güclü olduğundan gücünün çatmayacağını, həmçinin ünvanına söyülən söyüşlə bağlı Yusif adlı şəxsdən qisas almaq məqsədilə üzərində olan açılıb-bağlanan, tutacağı qızılı və qəhvəyi rəngli olan bıçağı gödəkçəsinin sol cibindən çıxararaq Yusifə doğru yerdən qalxıb hərəkət etmiş və sağ əlində olan bıçaqla onun sol döş qəfəsi və sağ baldır nahiyy əl ərindən ardıcıl bir neçə zərbə endirmişdir. Qeyd etmişdir ki, o, həmin zərbələri endirərkən ürək nahiyyəsinə deyil bir qədər aralı endirmişdir ki, həmin şəxsi öldürməsin, yalnız qorxutsun ki, bir daha ona xəsarət yetirməsin, həmçinin ondan aralansın. Əlavə olaraq bildirmişdir ki, həmin şəxsə bıçaqla xəsarət yetirərkən öz sağ əlinin barmağında da kəsilmiş xəsarət yaranmışdır, həmin xəsarəti ona hər hansı bir digər şəxs yetirməmişdir, həmçinin həmin şəxsə bıçaqla xəsarət yetirərkən onunla çox yaxm məsafədə imiş və həmin vaxt bıçaqla həmin şəxsin həyati orqanlarından vurub xəsarət yetirmək, nəticədə isə ölümünə səbəb ola bilərmiş, lakin o, bunu etməmiş, həmin şəxsi yalnız belə formada xəsarət yetirməklə cəzalandırmaq istəyirmiş. Bu vaxt Yusif sol əli ilə baş nahiyyəsindən iki ardıcıl yumruq zərbəsi endirmiş və o, geriyə doğru, yəni divana yıxılmış və zərbənin təsirindən divandan qalxa bilməmişdir. Həmin vaxt içəri daxil olan şəxslər Yusifin bədən nahiyyəsindən qan axdığını görüb Yusifi otaqdan çıxarıb tibb müəssisəsinə aparmaq üçün çıxış qapısına doğru hərəkət etmişlər. O isə həmin ərəfədə otaqda qalıb polis əməkdaşlarının hadisə yerinə yaxınlaşmasını gözləyirmiş. Sonradan isə polis əməkdaşları hadisə yerinə gələrək onu 25-ci Polis Şöbəsinə dəvət etmişlər. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 06 dekabr 2022-cı il tarixdə klubda olan kiçik otaqda olduğum zaman saat 05 radələrində həmin kluba sonradan adı ona Təqsirləndirilən şəxs kimi məlum olan şəxs müştəri qismində gəlmiş və 7-ci masada əyləşmişdir. Həmin şəxs masa arxasında əyləşdiyi vaxt ərzində spirtli içki olan 3 stəkan viski, 3 ədəd “Red Bull”, 1 ədəd qəlyan və 2 musiqi sifariş etmişdir. Onun ümumilikdə hesabı 100 manat təşkil etmişdir. Həmin şəxs masasına xidmət edən qadın cinsindən olan ofisiantdan hesabı istədikdə həmin ofisiant bardan hesabı dəqiqləşdirərək həmin şəxsə hesabın 100 manat təşkil etdiyini bildirmişdir. Həmin şəxs isə hesabın çox olduğunu və ödəmək istəmədiyini bildirmişdir. Odur ki, həmin ofisiant ona yaxınlaşaraq bu barədə məlumat vermişdir. O da həmin masaya yaxınlaşıb həmin Cavid adlı şəxsin yanında oturmaqla hesabı niyə ödəmək istəmədiyini maraqlanmışdır. Həmin şəxs hesabda göstərilən içkiləri içmədiyini, yalnız iki ədəd pivə içdiyini və hesabın həmin miqdardan az etdiyini bildirmişdir. O isə burada müştərinin sifariş etdiyi içkilərin gətirildiyini bildirmişdir. Həmin şəxs ona keçib sakit bir yerdə söhbət etməyi təklif etmişdir. O da həmin şəxsə klubdakı kiçik otağa keçməyi bildirmişdir. Odur ki, ikisi birlikdə həmin otağa getmişlər. Otağa keçdikdə o, baş tərəfdə, həmin şəxs isə qapıdan girdikdə sağ tərəfdə yerləşən divanda əyləşmiş və onlar söhbətə başladıqda həmin şəxs Ramanada yaşadığını və qarşısına hər hansı bir şəxs çıxa bilmədiyini bildirib ondan içmədiyi içkilərə görə hesabın alınmasının doğru olmadığını sərt şəkildə bildirmiş, odur ki, həmin şəxsin bu məzmunda danışması ilə bağlı aralarında sözlə mübahisə başlamış, həmin şəxs divandan qalxıb ona tərəf gəlmək istədikdə o, yumruqla həmin şəxsin baş nahiyyəsindən bir zərbə endirmiş, bu vaxt həmin şəxs gödəkçəsinin cibində olan açılıbbağlanan, tutacağı qəhvəyi rəngli bıçağı çıxarıb ona tərəf gəldikdə o, həmin şəxsə “məni bıçaqla vurub qorxutmaq istəyirsən” dedikdə həmin şəxs sağ əlində olan bıçağı onun döş qəfəsi nahiyyəsinə yönəldərək ardıcıl üç zərbə endirmişdir. O, həmin şəxsin əlində olan bıçağı ondan almaq istəyərkən bıçaq sağ baldır nahiyyəsindən də xəsarət yetirmişdir. O, bıçağı həmin şəxsin əlindən almağa müvəffəq olduqdan sonra sol əli ilə baş nahiyyəsindən yumruqla iki zərbə endirmişdir. Həmin vaxt onun huşu özündən gedərək bir anlıq divana yıxılmışdır. Həmin vaxt klubda işləyən digər əməkdaşlar otağa daxil olduqda onun bədənindən qan axdığım görüb təcili tibbi yardıma zəng vurmuşlar. Hadisə yerinə yaxınlaşan təcili tibbi yardım avtomobili ona ilkin tibbi yardım göstərilməklə “X4”nə çatdırmışdır. Həmin tibb mərkəzində əməliyyat olunmuşdur. Hadisə baş verən tarixdən bir müddət sonra Təqsirləndirilən şəxs ilə barışmışdır, onun barəsində şikayəti yoxdur. Əlavə olaraq qeyd etmişdir ki, sağ əlindəki xəsarət Təqsirləndirilən şəxs yumruqla vurarkən yaranmışdır. (1-ci cild iş vərəqi 54-55). Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri sübut kimi qəbul edir. İşdə olan 06 dekabr 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Nizami rayonu, Q.Qarayev prospekti 53 nömrəli ünvanda yerləşən “Palermo” klubunda saat 05 radələrində hadisənin baş verməsi göstərilmiş, hadisə yerində olan video müşahidə kameralarının görüntülərinin köçürüldüyü 01 ədəd DVD disk, həmçinin hadisə yerindən zərərçəkmiş şəxsə xəsarət yetirilmiş bıçaq müəyyən edilərək götürülmüşdür (1-ci cild iş vərəqi 3-10). İşdə olan 07 dekabr 2022-ci il tarixdə maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus və baş vermiş hadisə zamanı əynində olmuş 01 (bir) ədəd qolsuz mayka, 01 (bir) ədəd vodalazka (sviter), 01 (bir) ədəd cins şalvar, 01 (bir) ədəd idman şalvarı və 01 (bir) tay corab X2 götürülmüşdür.əsi göstərilmişdir (1-ci cild iş vərqəi 44). İşdə oln “DVD” diskə baxış keçirilməsi haqqında 28 yanvar 2023-cü il tarixdə tərəfimdən tərtib edilmiş protokolda göstərilmişdir ki, 06 dekabr 2022-ci il tarixdə saat 05 radələrində kişi cinsindən olan şəxsin əynində qara rəngli gödəkçə və cins şalvarda giriş qapısından kluba daxil olduğu, masanın arxasında oturduğu, daha sonra həmin masa arxasından bir nəfər klubun əməkdaşı ilə otağa tərəf getməsi müşahidə olunur. Təqsirləndirilən şəxs həmin görüntüdə olan şəxsin özü olduğunu, həmçinin onunla birlikdə otağa tərəf gedən şəxsin Zərərçəkmiş şəxs olduğunu qeyd etmişdir (1-ci cild iş vərəqi 103).. İşdə olan əşyanın tanınmaya təqdim edilməsi haqqında protkoldan görünür ki, 06 dekabr 2022-ci il tarixdə zərərçəkmiş şəxsə qarşı tətbiq edərək xəsarət yetirdiyi və sonradan hadisə yerinə baxış zamanı müəyyən edilərək götürülmüş bir ədəd bıçaq ilə bağlı təqsirləndirilən şəxsin vermiş olduğu ifadəsini dəqiqləşdirmək məqsədi ilə Təqsirləndirilən şəxs tanınmaya həmin bıçaq təqdim edilmiş və Təqsirləndirilən şəxs digər tanınmaya verilmiş bıçaqların arasında dəqiq olaraq həmin bıçağı tanıyaraq seçmişdir (1ci cild iş vərəqi 35). İşdə olan məhkəmə-tibb ekspertizası üzrə xx.xx.2023-cü il tarixli TS13 №-li ekspert rəyindən görünür;
1. Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının ön səthinin sol plevra və qarın boşluğuna nüfuz edərək hemopnevmotoraksla müşayiət olunan diafraqmamn sol tərəfini və dalağı zədələyən 1 ədəd deşilmiş-kəsilmiş yarası; döş qəfəsinin sol yarısının perıton boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası; döş qəfəsinin sol yarısının daxilə nüfuz etməyən 1 ədəd deşilmiş-kəsilmiş yarası; sağ dizin iç səthinin 1 ədəd kəsilmiş yarası; sağ əlin V daraq sümüyünün distal ucunun qapalı yerdəyişmiş sınığı olmuşdur;
2. Qeyd olunan sınıq bərk küt əşyanın təsirindən, digər xəsarətlər deşiçi-kəsiçi əşyanın (əşyaların, ola bilsin bıçağın) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə, alınmaları mümkündür;
3. Dərəcələrinə görə döş qəfəsinin sol yarısının daxilə nüfuz etməyən 1 ədəd deşilmişkəsilmiş yarası və sağ dizin iç səthinin 1 ədəd kəsilmiş yarası həm ayrı-ayrılıqda, həm də ki, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Dərəcəsinə görə sağ əlin V daraq sümüyünün sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AGİR zərər vurmaya aiddir. Dərəcəsinə görə döş qəfəsinin sol yarısının ön səthinin sol plevra və qarın boşluğuna nüfuz edərək hemopnevmotorakslə müşayiət olunan diafraqmamn sol tərəfini və dalağı zədələyən 1 ədəd deşilmiş-kəsilmiş yarası və döş qəfəsinin sol yarısının periton boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası həm ayrı-ayrılıqda, həm də ki, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AGİR zərər vurmaya aiddir.
4. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş deşilmiş-kəsilmiş xəsarətlərin bıçaqla yetirilmiş olduğu halda həmin xəsarətlərin yalnız tibbi sənədlərə əsasən eyni və ya bir neçə bıçaqla yetirilib-yetiriməməsi barədə konkret fikir söyləmək mümkün deyildir. Bu məsələni həll etmək üçün Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan paltarların məhkəmə-kriminalistik müayinəsinin aparılması məqsədəuyğundur (1-ci cild iş vərəqi 116- 120). İşdə olan kompleks məhkəmə-kriminalistik və bioloji ekspertiza üzrə xx.xx.2023-cü il tarixli 66/2023-MTBŞ №-li ekspert rəyindən görünü ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: 0(1) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus alt şalvarı, mayka, sviter, corabın 1 tayı və cins şalvar üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “H” antigeni alındı. Belə olan halda bu qan ləkələri Oalfa, beta(İ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər (1-ci cild iş vərəqi 121-126). İşdə olan kompleks məhkəmə-kriminalistik və bioloji ekspertizası üzrə xx.xx.2023-cü il tarixli 48/MTKŞ-2023 №-li ekspert rəyindən görünür ki; - Təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus qolsuz maykanın ön səthinin sol yarısında və arxa səthinin sol yarısında, vodalazkanın (sviterin) ön səthinin sol yarısında və sol yan nahiyəsində çoxsaylı dəlib-keçən zədələr var. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. - Zərərçəkmiş şəxs məxsus cins şalvarın və idman şalvarının hər birinin sağ ayağının içəri yan hissəsində bir ədəd dəlib-keçən zədə var. Bu zədə kəsilmiş zədədir, kəsici kənara malik hər hansı bir iti alətin təsirindən törənə bilər; - Zərərçəkmiş şəxs məxsus qolsuz maykanın və vodolazkanın ön səthinin sol yarısında olan üç ədəd deşilmiş-kəsilmiş zədə ilə, onun döş qəfəsinin sol yarısında olan üç ədəd xəsarət, cins şalvarın və idman şalvarının hər birinin sağ ayağının içəri yan hissəsində olan bir ədəd kəsilmiş zədə ilə onun sağ diz nahiyyəsində olan xəsarət yerləşməsinə görə uyğunluq təşkil edir və üst-üstə düşür. Zərərçəkmiş şəxs məxsus qolsuz maykanın və vodolazkanın arxa səthində və sol yan nahiyyəsində olan bəzi zədələrə uyğun, onun bədən səthində uyğun xəsarətlər aşkar edilmədi ki, bu da zədələrin yetirilmə mexanizmi, şəraiti, qatlanma nəticəsində yaranmasının mümkünlüyü ilə izah oluna bilər; - Zərərçəkmiş şəxs məxsus paltarlar üzərində olan zədələr, təqdim edilmiş bıçağın tiyəsinin müxtəlif dərinlikdə batması nəticəsində törənə bilər; - Zərərçəkmiş şəxs məxsus bir tay corabın üzərində zədə aşkar edilmədi. - Təqdim olunmuş bıçaq zavod üsulu ilə, deşici-kəsici xassəyə malik, soyuq silah hesab edilən ümumi təyinatlı qatlanan ov bıçaqlarının analoqu üzrə hazırlanmışdır. Lakin bıçağın fıksatoru tiyəni tərpənməz saxlamadığına, tiyəsi asanlıqla qatlandığına və hərəkətli olduğuna görə soyuq silahların tələblərinə cavab vermir və hazırda soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmişdir. - Zərərçəkmiş şəxs məxsus paltarların üzərində olan deşilmiş-kəsilmiş və kəsilmiş zədələrin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur (1-ci cild iş vərqəi 127-133). İşdə olan ambulator-məhkəmə psixiatrik ekspertiza üzrə xx.xx.2023-cü il tarixli 58 №~li ekspert rəyindən görünür ki, cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlirəm ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (1-ci cild iş vərəqi 113-115). İşdə olan sübutların qiymətləndirilməsi haqqında protkoldan görünür ki, hadisə baş verən zaman Zərərçəkmiş şəxs əynində olmuş 01 (bir) ədəd qolsuz mayka, 01 (bir) ədəd vodalazka (sviter), 01 (bir) ədəd cins şalvar, 01 (bir) ədəd idman şalvarı və 01 (bir) tay corab, bır ədəd bıçaq və 01 ədəd DVD disk maddi sübut hesab edilmiş, cinayət işinə əlavə edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək Nizami RPİ-də maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir (1ci cild iş vərəqi 149-157 və 175). İşdə olan zərərçəkmş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq və məhkəməyə təqdim etdiyi ərizələrdən görünür ki, o, təqsirləndirilən şəxs Caid Tağıyevlə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. İşdə olan şübhəli şəxsin tutulması haqqında 06 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (1-ci cild iş vərəqi 24). İşdə olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 06 dekabr 2022-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 57-87). Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə kollegiyası toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə zamanı Zərərçəkmiş şəxs bıçaqla vuraraq sonuncuya xəsarətlər yetirməsini etiraf etmişdir. Təqsirləndirilən şəxs 08 dekabr 2022-ci il tarixdə keçirilən ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı da hadisə yerini göstərərək Zərərçəkmiş şəxs bıçaqla vuraraq sonuncuya xəsarətlər yetirməsini təsdiq etmişdir. Bundan əlavə ibtidai istintaq və məhkəmə zamanı dindirilmiş zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs da ifadə verən Təqsirləndirilən şəxs bıçaqla onu vuraraq xəsarətlər yetirməsini təsdiq etmişdir. Bundan başqa kompleks məhkəmə-kriminalistik və bioloji ekspertiza üzrə xx.xx.2023-cü il tarixli 48/MTKŞ-2023 №-li ekspert rəyi ilə Zərərçəkmiş şəxs məxsus paltarların üzərində olan deşilmiş-kəsilmiş və kəsilmiş zədələrin, ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmamış və xəsarətin müddətinin 06 dekabr 2022-ci il tarixə, yəni hadisə baş verən tarixə, uyğun gəlməsi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vuraraq sonucuya sağlamlığa ağır zərər vuran xəsarət yetirməsi təsdiq olunur, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-cü maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halın olması və cəzasını ağırlaşdıran halların olmaması və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri də nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən, yəni Təqsirləndirilən şəxs törətdiyi əməli nəzərdə tutan Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddi olan 8 il müddətə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən - 6 (altı) ildən artıq ola bilməz. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxsa cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halın olmasını, Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzədə tutulan cəzasını ağırlaşdıran halların olmamasını, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa halları nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında alternativsiz olaraq nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla) və sınaq müddəti müəyyən edilməklə təyin olunacaq azadlıqdan məhrum etmə cəzanın şərti tətbiq olunmasını cəza siyasətinin tələblərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikasının CM-in 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası CM-in 58.3 və 70.2-ci maddələrində göstərilən hallar Təqsirləndirilən şəxs barəsində tətbiq ediləcək cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini həm məqsədəmüvafiq, həm də mümkün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi, cəzasını ağırlaşdıran halların olmaması, həmçinin zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmaması, təqsirini etiraf etməsini Təqsirləndirilən şəxs şəxsiyyətinin ictimai təhlükəli olmamasını göstərir, həmçinin ona təyin ediləcək cəzanın real icra edilməsinin onun ailəsinin həyat şəraitinə mənfi təsir göstərə bilməsi də təyin ediləcək cəzanın real icra edilmədən şərti olaraq tətbiq edilməsini mümkün edir. Azərbaycan Respublikası CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübüt etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası CM-in 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək,müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının, Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsini «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2010-cu il tarixli qərarındakı hüquqi mövqeyi baxımından da əsaslı hesab edir. Belə ki, həmin qərarda qeyd edilmişdir ki, şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). Şərti məhkum etmə cəza növü olmasa da cəzanın bir çox xüsusiyyətlərini özündə ehtiva edir. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “ … şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir”. Bununla yanaşı qeyd olunmalıdır ki, şərti məhkum etmə cəzanın məhkəmə hökmü ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq etməni və belə şəxs üçün müəyyən məhrumiyyətlərin olmasını özündə ehtiva edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs 06 dekabr 2022-ci il tarixdən 26 iyul 2023-cü il tarixədək həbsdə olduğu 7 ay 20 gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxsa cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, һabelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, həmçinin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa halları nəzərə alaraq barəsində törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında alternativsiz olaraq nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının (Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla) təyin edilməsini, 06 dekabr 2022-ci il tarixdən 26 iyul 2023-cü il tarixədək həbsdə olduğu 7 ay 20 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmasını, ədalət və humanizm prinsipləri baxımından həmin Məcəllənin 70-ci maddəsinin tətbiq olunmasını və sınaq müddəti müəyyən edilməklə təyin olunacaq azadlıqdan məhrum etmə cəzanın şərti tətbiq olunmasını, sınaq müddəti ərzində üzərində nəzarətin həyata keçirilməsini yaşayış yeri üzrə Bakı şəhəri Probasiya Şöbəsinə həvalə edilməsini, davranışı ilə islah olunmasını sübut etməyi və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifə olaraq onun üzərinə qoyulmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir İş üzrə maddi sübutlar – Bakı şəhəri Nizami rayon polis idarəsinə təhvil verilmiş Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 1 (bir) ədəd qolsuz mayka, 1 (bir) ədəd sviter, 1 (bir) ədəd cins şalvar, 1 (bir) ədəd idman şalvarı və 1 (bir) tay corab, o cümlədən 1 ədəd bıçaq məhv edilməli, 1 ədəd DVD formatlı disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. İş üzrə mülki iddia və ekspertiza xərcləri yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəza – 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab olunsun və ona 2 il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışına nəzarət etmək yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin və sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etmək və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifə olaraq onun üzərinə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə zalında dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübutlar - Bakı şəhəri Nizami rayon polis idarəsinə təhvil verilmiş Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 1 (bir) ədəd qolsuz mayka, 1 (bir) ədəd sviter, 1 (bir) ədəd cins şalvar, 1 (bir) ədəd idman şalvarı və 1 (bir) tay corab, o cümlədən 1 ədəd bıçaq məhv edilsin, 1 ədəd DVD formatlı disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəflərinin və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Vüqar Quliyev