Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1193/2024 06.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X6-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X5, X1, X3, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı1, Dövlət ittihamçısı2, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüləri, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs xx xxxxx 1985-ci ildə Ağcabədi rayonu, Hindarx kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, Ağcabədi rayonu Hindarx kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilib, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi; Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və külli miqdarda narkotik vasitə satıb qazanc əldə etmək məqsədi ilə 2023-cü ilin avqust ayından “Tik Tok” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu şəxsiyyəti məlum olmayan başqa şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 30 avqust 2023-cü il tarixdə saat 04:30 radələrində əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncu tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi Azpetrol yanacaq doldurma məntəqəsinin yaxınlığında gizlədilmiş külli miqdarda, yəni təmiz çəkisi 72,251 qram olan heroini və külli miqdarda, təmiz çəkisi 39,745 qram olan psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib, daşımaqla üzərində saxlamış, 30 avqust 2023-cü i! tarixdə saat 05:45 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, “Daş Bazarı” yaxınlığında piyada hərəkət edərkən həmin ərazidə xidmətdə olan Binəqədi RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq, ünvan 2 ünvanında yerləşən Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman, əlində saxladığı torbanın içərisindən 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 70,550 qram və 1,701 qram kimyəvi komponent tərkiblərinə görə eyni olan, ümumi təmiz çəkisi külli miqdarda, yəni 72,251 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 39,447 qram və 0,298 qram, kimyəvi komponent tərkiblərinə görə eyni olan, ümumi təmiz çəkisi külli miqdarda, yəni 39,745 qram ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd səthində narkotik vasitə heroinə məxsus izlər olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ifadələrində göstərdi ki, o, avtomobili saxlayan kimi polis əməkdaşları öz avtomobillərindən düşərək onun yanına yaxınlaşdılar. Onun qoluna qandal vurdular. Polis əməkdaşları ona bir heroini boynuna alması üçün təzyiq göstərildi. O, ibtidai istintaq zamanı o, iki büküm narkotik vasitənin ona aid olmasına dair sənədlərə qol çəkmişdir. O, polis əməkdaşları tərfindən gecə saat 01:00-02:00 arası tutulmuşdur. Hadisə 30 avqust 2023-cü il tarixində baş verib. Binəqədidə o, avtomobilini nasazlıq yarandığına görə saxlamışdır. Onun avtomobilinin içərisinə polis əməkdaşları tərəfindən işıq salındı. O, avtomobildən nəyə görə işıq saldıqlarını soruşmaq üçün düşmüşdür. İttiham aktında göstərilən miqdarda narkotik vasitənin ona aidiyyatı olmayıb. İbtidai istintaq dövründə narkotik vasitənin ona aid olmadığını deməyə imkan vermədilər. Polis əməkdaşları onun kartından 300 manat pulunu çıxardıb götürdülər. İbtidai istintaq vaxtı o, heç kəsə şikayət etməmişdir. O taksi fəaliyyəti ilə məşğul olurdu. O, polislər tərəfindən saxlanılanda bir post patrul maşını var idi. Sonra digər post patrul maşınları gəldi. Onun üzərinə şəxsi axtarış keçirilərkən həyata keçirilən video çəkiliş zamanı müdafiəçi də iştirak edirdi. Narkotik vasitənin tərkibinin necə olduğunu bilmir. Onun üzərindən aşkar olunan plastik kartlar Bəşirov İlkinin adına idi. Avtomobili hadisədən on beş gün sonra sahibinə qaytarıblar. Hadisə vaxtı onun olduğu yerdən 6-cı polis bölməsinə apardılar. Həmin müddət haradasa beş dəqiqə çəkərdi. Onun üzərindəki xəsarətlər Bakı istintaq Təcridxanasına daxil olarkən qeydiyyata alınıb. İbtidai istintaq zamanı üzərinə axtarış keçiriləndə müdafiəçi digər otaqda əyləşmişdi. Onu polis bölməsində səhərə kimi döymüşlər. Onun xəsarətləri olmuş, lakin şikayət etməmişdir. Onu evindən narkotik vasitə çıxaracaqları ilə hədələmişlər. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitə heroin istifadə edir. Təxminən 7-8 gün tutulmamışdan öncə “Tik Tok” sosial şəbəkəsində “Baba” ləqəbli İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş və həmin şəxs ona təklif etmişdir ki, narkotik vasitələri dediyi yerlərə aparıb çatdırsın, bunun müqabilində ona istifadə etmək üçün pul əvəzinə narkotik vasitə verəcəkdir. Təxminən bir həftə öncə bir dəfə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində “Azpetrol” YDM-in yaxınlığında “Baba”nın dediyi yerdən götürdüyü narkotik vasitəni Qaraçuxur qəzəbəsində tanımadığı ünvanda gizlətmiş, bunun müqabilində ona bir bükümdə şəxsi istifadəsi üçün narkotik vasitə heroin götürmüşdür. O, həmin şəxsi heç vaxt görməmiş və yalnız telefon vasitəsi ilə “WhatsApp” ani mesajlaşma tətbiqi üzərindən əlaqə saxlamışdır. Növbəti danışığa əsasən o, 30 avqust 2023-cü il tarixdə saat 04:30 radələrində yenidən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Azpetrol” YDM-in yaxınlığında olan və bildirilən yerə gəlmiş və orada üzərində “www.aptekonline.az" yazısı olan bir ədəd sellofan paketi götürmüş, paketin İçərisinə nəzər saldıqda orada iki ədəd iri həcmli və iki ədəd daha kiçik həcmli şəffaf sellofan bağlamalar, o cümlədən bir ədəd elektron tərəzi olmuşdur. Bundan sonra o, həmin sellofan paketlə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsinə, “Daş Bazarı”nın yaxınlığına gəlmiş və “Baba”dan hara yerləşdirilməsi ilə bağlı ismarıc gözləməyə başlamışdır. Saat təxminən 05:45 dəqiqədə ona polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edib şəxsiyyəti barədə sual vermiş, onların sualını cavablandırdıqdan sonra onu qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün Binəqədi RPİ-nin 6-cı PB-nə gətirmişlər. Polis Bölməsində xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra onun xahişi ilə dövlət hesabına müdafiəçi təqdim edilmiş və o, təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Binəqədi RPİnin 6-cı PB-nin inzibati binasında xidməti otaqlardan birində üzərinə öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş altında baxış keçirilərkən əlində olan üzərində «www.aptekonline.az» sözləri yazılan sellofan torbanın içərisindən 2 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə hesab edilən heroin, 2 ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə hesab edilən metamfetamini, 1 ədəd gümüşü rəngli tərəzini, torbaya özü qoyduğu 1 ədəd Samsung markalı və 1 ədəd Redmi markalı mobil telefonları, içərisində özünə məxsus şəxsiyyət vəsiqəsi, həyat yoldaşı X9ma məxsus şəxsiyyət vəsiqəsi, Hacıyev İbadət və Hacızadə Elvinə məxsus şəxsiyyət vəsiqələri olan cüzdanı çıxarıb təqdim etmişdir. Üzərindən və əlində olan sellofan torbanın içərisindən aşkar olunmuş “heroin” adlanan narkotik vasitə və “metamfetamin” adlanan psixotrop maddə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmişdir. Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi imzamla təsdiq etmişdir. Təxminən 7-8 gün bundan əvvəl sosial şəbəkədə İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş və həmin şəxs təklif etmişdir ki, narkotik vasitələri dediyi yerlərə aparıb çatdırsa, bunun müqabilində istifadə etmək üçün pul əvəzinə narkotik vasitə verəcəkdir. O, İran İslam Respublikasının vətəndaşı ilə razılaşdıqdan sonra xx.xx.2023-cü il tarixdə saat təxminən 04:30 radələrində Suraxanı rayonu Yeni Günəşli qəsəbəsindən narkotik vasitə hesab edilən heroin və psixotrop maddə hesab edilən metamfetamini götürüb Biləcəri qəsəbəsinə gəlmiş, həmin vaxt Biləcəri qəsəbəsi Daş bazarının yaxınlığında dayanıb “Baba”dan cavab gözləyirmiş ki, ünvanı desin, aparıb narkotik vasitəni və psixotrop maddəni çatdırsın. Həmin tərəzi ilə isə narkotik vasitəni çəkib təhvil verməli idi. O, konkret olaraq satışı ilə məşğul olmasa da, narkotik vasitələri dediyi yerlərə aparıb çatdırmalıydı ki, bunun müqabilində istifadə etmək üçün pul əvəzinə narkotik vasitə verilsin. Həmin vaxt ona qarşı heç kim zor tətbiq etməmişdir. Özü çıxılmaz vəziyyətdə qalıb psixotrop maddə metamfetamini və narkotik vasitə heroini polis əməkdaşlarına təhvil vermişdir. Üzərindən aşkar edilən mobil telefonlardan “Samsung” markalı mobil telefon işlək vəziyyətdə deyil, “Redmi” markalı mobil telefonu isə ***-***-**-** mobil telefon nömrəsi ilə istifadə etmişdir. Həmçinin bildirmişdir ki, tutulan ərəfədə ailəsi ilə birlikdə “ASAN Xidmət” mərkəzinə yaxınlaşmalı olduğuna görə ailə üzvlərinin də şəxsiyyət vəsiqələri üzərində olmuşdur. Şahid3 ifadələrində göstərdi ki, 30 avqust 2023-cü il tarixdə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin yaxınlığında Avto Patrulda gecə saat 5-6 radələrində xidmətdə olarkən, Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün patrul çağırışını yandırsaq da, o, onlardan yayınmaq istədi. Şəxsi saxladıqdan sonra portalda axtarışa verdikdə şəxsin əvvəllər narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə məhkum olunduğunu öyrəndilər. Şəxslə profilaktik danışıqlar apardıqda qeyri-səmimi cavablar verdi, daha sonra narkotik vasitə istifadə edib-etmədiyini soruşduqda narkotik vasitə istifadə etdiyini etiraf etdi. Aidiyyəti üzrə bölməyə təmin etdilər, videoçəkiliş vasitəsilə üzərinə baxış keçirildi və üzərindən paketin içərisindən 02 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan metamfetamin və heroin aşkar edildi. Şəxsin üzərindən əlavə olaraq mobil telefon, ailə üzvlərinə aid şəxsiyyət vəsiqələri və elektron tərəzi çıxdı. Təqsirləndirilən şəxs təxminən gecə saat 5-6 radələrində “Daş bazarı” kimi adlanan ərazinin yaxınlığında saxlamışlar. O, piyada idi. Onu bölməyə gətində Təqsirləndirilən şəxs əlində sellofan sumka var idi. Videoçəkiliş zamanı Elgiz səmimi şəkildə həmin sellofanı torbanı təqdim etdi və sellofanın içərisində olan narkotik vasitə olduğunu bildirib, həmin narkotik vasitəni sosial şəbəkədə tanış oldğuduğu İran İslam Respublikasının vətəndaşı tərəfindən kuryer kimi, yəni kiməsə narkotik vasitəni istifadə məqsədilə verdiyini bildirdi. Təqsirləndirilən şəxs heç bir fiziki zor və ya psixi təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs saxlayan zaman onunla birlikdə üç nəfər olmuşlar. Onlar eyni Post Patrul Xidməti avtomobilində idilər.. Təqsirləndirilən şəxsin üzərinə baxış keçirilən zaman iştirak etmişdir. Təqsirləndirilən şəxs Post Patrul Xidməti avtomobilində bölməyə gətirildi. Təqsirləndirilən şəxsi bölməyə gətirən zaman qandaldan istifadə etməmişdilər. Təqsirləndirilən şəx Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitənin dəqiq miqdarını xatırlamır, təxminən biri 70 qram, biri də 40 qram olardı. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman videoçəkilişdən istifadə edilmişdi. Videoçəkiliş polis əməkdaşı tərəfindən həyata keçirildi, lakin adını xatırlamır. Təqsirləndirilən şəxs əlində klyokla yolun qırağında durmuşdu. Onu saxlayan zaman avtomobil ilə deyildi, avtomobilinin harada olduğunu bilmir. Təqsirləndirilən şəxs gecə bir-iki radələrində deyil, səhərə yaxın 5-6 radələrində saxlamışdılar. Elgizin nəqliyyat vasitəsi ilə olmayıb, piyada idi. Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq elektron tərəzi, “Samsung” və “Redmi” markalı 02 ədəd mobil telefon və ailə üzvlərinə aid şəxsiyyət vəsiqəsi çıxdı, pul və ya hər hansı plastik kartlarının çıxmasını xatırlamır. Videoçəkiliş Təqsirləndirilən şəxs bölməyə gətirilməsindən dərhal sonra təmin olunmuşdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid3 ibtidai istintaq zamanı göstərmişdir ki, 30 avqust 2023-cü il tarixdə saat 05:45 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində avtopatrul vasitəsilə xidmət apararkən bir nəfər şəxsin piyada hərəkət edərkən özünü şübhəli apardığını görmüş, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib, onun nə işlə məşğul olduğunu, harada yaşadığını adsoyadını soruşduqda, həmin şəxs verilən suallara yayındırıcı cavablar verməyə başlamışdır. Onlar elektron portal yoxlanış sistemi vasitəsi ilə həmin şəxsin kimliyini müəyyənləşdirərkən məlum olmuşdur ki, o, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə məhkum edilmişdir. Bu səbəbdən onunla aparılan profilaktiki söhbət zamanı həmin şəxs özünü şübhəli apardığı üçün ondan narkotik vasitə istifadə edib-etməməsini soruşmuş, o da, cavabında narkotik vasitə istifadə etdiyini bildirmişdir. Bu səbəbdən onlar onu saxlayaraq Binəqədi RPİ-nin 6-cı polis bölməsinin növbətçi hissəsinə təhvil vermişdir. Bundan sonra polis bölməsində təhqiqatçı Lətif Cənnətov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılmışdır. Bundan sonra onun üzərinə müdafiəçinin iştirakı olmadan onların iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni maddə və ya əşya vardırsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da bu təklifdən sonra əlində saxladığı üzərində “www.aptekonline.az” yazısı olan bir ədəd sellofan torbanın içərisindən 02 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroinə bənzər maddəni və 02 ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetaminə bənzər maddəni, 01 ədəd elektron tərəzini, 01 ədəd "Samsung” markalı və 01 ədəd “Redmi" markalı mobil telefonları, içərisində özünə, arvadı X8, övladları İbadət Hacıyev və Elvin Hacızadəyə məxsus şəxsiyyət vəsiqələri olan bir ədəd qara rəngli cüzdanı təqdim edərək masanın üzərinə qoymuş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən heç nə aşkar edilməmişdir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, sellofan torbanın içərisində olan maddələr 02 ədəd şəffaf sellofan torbada narkotik vasitə heroindir, digər 02 ədəd şəffaf sellofan torbadan olan kütlələr isə psixotrop maddə metamfetamindir, həmin maddələri sosial şəbəkə vasitəri ilə tanış olduğu əslən İran İslam Respublikasından olan tanımadığı şəxsdən əldə etmiş, onun tapşırığı ilə həmin kütlələri deyilən yerə və şəxslərə verməklə şəxsi istifadəsi üçün narkotik vasitə əldə edəcəkdir. Təhqiqatçı tərəfindən qeyd edilən bükümlər elektron tərəzi vasitəsi ilə çəkilmiş və müəyyən olmuşdur ki, narkotik vasitə heroinə bənzər maddələrin çəkiləri ayrı-ayrılıqda 74,26 və 2,16 qram olmuş, psixotrop maddə metamfetaminə bənzər maddələrin isə ayrı-ayrılıqda çəkiləri 41,47 və 0,39 qram olmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 04 ədəd sellofan bükümlər təhqiqatçı tərəfindən götürülərək kağız zərflərə qoyulub qablaşdırılmış, möhürlənmiş və üzəri imzalarla təsdiq olunmuşdur. Şahid1 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar tanıyır. Onunla başqa münasibətləri olmayıb. 30 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində avtopatrul vasitəsilə xidmət apararkən bir nəfər şəxsin özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib, onun kim olduğunu soruşduqdə həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etdi. Onlar onun nə işlə məşğul olduğunu, harada yaşadığını adsoyadını soruşduqda, Elgiz verilən suallara yayındırıcı cavablar verməyə başlaşdı. Bu səbəbdən Eldgizi saxlayaraq Binəqədi RPİ-nin 6-cı polis bölməsinin növbətçi hissəsinə təhvil vermişlər. Polis bölməsində onun üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı Elgizin üzərindən narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edildi. Elgiz barsində əmliyyat tədbiri keçirilməyib. Elgiz saxlanılan zaman Elgizdə maşın olmayıb. Həmin ərəfələrdə ərazidə oğurluq olmuşdu, bu səbəbdən də onu oğurluğda şübhəli kimi bölməyə aparmışlar. Elgizin üzərində axtarış aparalkən çəkilişlə olub, vəkil də iştirak edib. Elgizin üzərində şəxsi axtarış bölmədə aparılıb. Elgiz saxlanılan zaman onun əlində sellefon torba olub. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edir. Şahid2 ifadələrində göstərdi ki, 30 avqust 2023-cü il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 may küçəsində oğurluq hadisəsinə görə Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlayaraq Binəqədi RPİ-nin 6-cı polis bölməsinə apardılar. Polis bölməsində onun üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı Elgizin üzərindən narkotik vasitə, psixotrop maddə, 2 ədəd telefon və 1 ədəd elektron tərəzi aşkar edildi. Elgiz saxlanılarkən müqavimət göstərmədi. Həmin ərəfələrdə ərazidə oğurluq olmuşdu, bu səbəbdən də onu oğurluğda şübhəli kimi bölməyə apardılar. Təqsirləndirilən şəxs saxlanılan zaman yayındırıcı cavablar verirdi. Şəxsi axtarış keçirilərkən iştirak etmişdir. Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbiri olmayıb. Onlar onu xidməti vəzifələrini icra edərəkən, ondan şübhələnib onu saxlaıyblar. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılıb cinayət işinin materiallarına əlavə olunmuş: 30 avqust 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 30 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə Binəqədi RPİ-nin 43cü PB-də videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əlində olan sellofan torbadan iki ədəd bükümdə narkotik vasitə heroin və iki ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar olunmuş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd CD disk protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd CD formatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əlində olan sellofan torbadan iki ədəd bükümdə narkotik vasitə heroin və iki ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/4606 nömrəli rəyindən müəyyən olmuşdur ki, tədqiqata təqdim edilmiş, üzərində .(imza) Əliyev...” sözləri olan 1 Nə-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 70,550 qram olan qəhvəyi rəngli maddə və 4 Nə-İİ zərfdəki bir ədəd bükümd təmiz çəkisi 1,701 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 Nə-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 39,447 qram olan ağ rəngli kristallik hissəciklərən ibarət maddə və 3 Ne-li zərfədki bir ədəd bükümdə təmiz çəkisi 0,298 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata elektron tərəzi təqdim olunmadığından izlərlə bağlı qoyulmuş sual cavablandırılmadı. 1 və 4 Nə-li zərflərdəki narkotik vasitə heroinlər kimyəvi komponent tərkibərinə görə eyni olub ümumi təmiz çəkisi 72,251 qramdır, 2 və 3 Nə-li zərflərdəki psixotrop maddə metamfetaminlər kimyəvi komponent tərkiblərinə görə eyni olub ümumi təmiz çəkisi 39,745 qramdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/5332 nömrəli rəyindən müəyyən olmuşdur ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı...” sözləri yazılmış bağlamadakı bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə numünələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 3086 nömrəli rəyindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağilliq və ya sair psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarında olmuşdur, buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət işi üzrə maddi sübut əhəmiyyəti kəsb edən ümumi təmiz çəkisi 72,251 qram heroin narkotik vasitəsi, təmiz çəkisi 39,745 qram metamfetamin psixotrop maddəsi və bir ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 72,151 qram heroin və 39,645 qram metamfetamin psixotrop maddəsi və 01 ədəd elektron tərəzi iş üzrə təqsirləndirilən şəxs cinayət işinin istintaq materialları ilə tanış olduqdan sonra cinayət işi üzrə yekun qərar qəbul edilənə qədər saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Şəxsi axtarış və götürmə videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntünü özündə əks etdirən 01 ədəd CD disk protokola əlavə edilmişdir. Həmin 01 ədəd CD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İstintaq orqanı Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri tövsif etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyib ifadələrində narkotik vasitə istifadəçisi olduğunu, lakin ittihamda göstərilən narkotik vasitənin ona aid olmadığını, narkotik vasitənin satışı ilə məşğul olmadığını, polis əməkdaşlarının ona zor tətbiq etməsi səbəbindən narkotik vasitəni boynuna götürdüyünü göstərdi. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair ciinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli Qərarında tövsiyyə olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddənin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitlərin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avdanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs bu iddiaları onun Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı ibtidai istintaq zamanı işin faktiki hallarına uyğun verdiyi etirafedici ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, həmin protokola əlavə edilmiş 01 ədəd CD disk, şahid ifadələri, 30 avqust 2023-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyi, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi və işin faktiki halları təkzib olundu. Çünki o, ittiham olunduğu əməli törətdiyi dövrdə anlaqlı olmuş, onun polis əməkdaşları və orqanları ilə gərgin münasibətləri, ədavəti olmamışdır. O, polis əməkdaşları tərəfindən təsadüfən saxlanılmış, onu saxayan polis əməkdaşları onu tanımamışdır. Bu səbəbdən də məhkəmə, onun məhkəmədəki ifadələrində ibtidai istintaq zamanı zorakılağa məruz qalıb təqsirləndirildiyi ittihamın mahiyyəti üzrə etiraf edici ifadələr verməsi barəsindəki iddalarını həqiqətə uyğun olmayan, ibtidai istintaq zamanı verdiyi ifadələrinin obyektiv həqiqətə və işin faktiki hallarına uyğun ifadələr kimi qiymətləndirir və onun ibtidai istintaq zamanı verdiyi ifadələrinə istinad edir. Məhkəmənin bu qənaəti Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona fiziki təsir göstərilməsi ilə bağlı onun bu barədə hüquq-mühafizə orqanına şikayət etməməsi, barəsində qətimkan tədbiri seçilən zaman məhkəmə bunu bəyan etməməsi, həmçinin, məhkəmədə şahid qismində dindirilən və onun saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının ifadələri baxımından da əsaslıdır. Belə ki, məhkəmə bu hallarla bağlı qeyd edir ki, təqsirləndirilən şəxs sərbəst ifadə vermək hüquna malikdir. O, bilə-bilə yalan xəbərçilik etməkdən başqa özünün müdafiəsi üçün göstərdiyi hallara görə məsuliyyət daşımır. O, xəbərçilik etdikdə isə bunu təsdiq edən sübutları da təqdim etməlidir. Əks halda özündə dəqiq faktı nəzərdə tutmayan məlumatın əsassız olaraq yoxlanılması hüquq müstəvisinə çıxarılardı. Bu da hüququ müəyyənlikdən “in abstrakto”-ya, yəni mücərəddiyə, qeyri-müəyyənliyə çevirərdi. Buna isə qanunla yol verilmir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni və psixotrop maddəni satış məqsədiylə əldə etmə, saxlama, daşımada təqsirli bilinməlidir. Məhkəmə, yuxarıda təsvir olunan sübutlar əsasında Təqsirləndirilən şəxs sübuta yetirilən ictimai təhlükəli əməllərini qəsdən və anlaqlı şəkildə törətməsi qənaətinə gəlib onun təqsirli bilinib, əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirildiyi cinayət əməllərini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əməllərə görə həmin maddələrdə nəzərdə tutulan qaydada cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməllərin cinayət olmasını aradan qaldıran hal, cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 162 ( yüz altmış iki ) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləğin dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, ekspertizasının keçirilməsinə sərf edilmiş 162 ( yüz altmış iki ) manat vəsaitin Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılmasını əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 72,151 qram heroin, 39,645 qram psixotrop maddə metamfetamin sərbst dövriyyəsi qadağan olunmuş vasitə və maddələr kimi, 01 ədəd elektron tərəzinin istehalk dəyərini itirmiş əşya kimi məhv edilməsini, iki ədəd sompakt diski (CD) disk cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış psixotrop maddənin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, hazırkı iş üzrə 30 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, 31 avqust 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilib, həmin tarixdə də barəsində həbs qətimkan tədbiri seçilib hazırkı vaxta qədar həbsdə saxlanılır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən həmin halı nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi ibtidai istintaq zamanı təqsirli bilindiyi əməlin törədilməsi halları barəsində etirafedici ifadələr verməsi müəyyən olundu. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış Təqsirləndirilən şəxs tələbnaməsindən və hökmün surətindən müəyyən olmuşdur ki, o, Ağcəbədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qobustan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 il 03 ay 25 gün vaxtından əvvəl şərti azad edilib. Bu səbəbdən, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi onun əməlində cinayətlərin residivini yaradır. Məhkəmə Azərbaycan Respublikası CM-in 76.6.3-cü maddəsinin tələblərinə əsasən qeyd edir ki, şəxs qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin ağır cinayətlər kateqoriyasına aid olduğu nəzərə alır və onun Qobustan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 il 03 ay 25 gün vaxtından əvvəl şərti olunduğu müddətin Azərbaycan Respublikası CMin 67-ci maddəsinə əsasən ona təyin ediləcək cəza ilə qismən toplanılmasını əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivi müəyyən edildi. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan olunmuş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 12 oktyabr 2023-cü il tarixli 6459 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, ekspertiza rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsini və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olmasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il 4 (dörd ) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Qobustan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzadan 01 il 03 ay 25 gün vaxtından əvvəl şərti azad edildiyi müddət Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinin tələblərinə əsasən ləğv edilsin və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tələblərinə əsasən ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 7 (yeddi ) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 30 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına məhkəmə kimyəvi ekspertizasının keçirilməsinə sərf olunmuş 162 (yüz altmış iki) manat vəsait Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Həmin məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərmiş olduğu hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil bürosunun vəkili Müdafiəçi3 ödənilməsi üçün 180 (yüz səksən) manat Azərbaycan Respublikası Vəkillər X4 və Tədris Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs müdafiə xərcindən azad olunsun. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 72,151 qram heroin və 39,645 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilsin, 02 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-1193/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1193/2024
06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver