Məhkəmə qərarları › İş №1(101)-1194/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1194/2021

27.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1194/2021 27.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu Hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi - İbayeva Şəhri Adil qızının katibliyi Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları X13 və Dövlət ittihamçısı Zərərçəkmiş şəxsin hüquqi varisi- X5 Müdafiəçilər -Azərbaycan Respublikası Vəkillər kollegiyası Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə xx xxxxxxxx 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Bakı şəhəri. Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi. V.Xəlİlov küçəsi ev 1 OA-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu. Yeni Suraxanı qəsəbəsi, A.Şəfiyev küçəsi 10 nömrəli evdə yaşayan, əvvəllər məhkum olunmamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qisas almaq niyyəti ilə digər şəxsi qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2007-ci ildən başlayaraq spirtli içki qəbul edib sərxoş halda evdə səbəbsiz yerə mübahisələr yaratmaqla onun ünvanına nalayiq sözlər işlədərək mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi istirablar verməsi səbəbindən şəxsi münasibətləri pozulmuş 2004-ci ildən rəsmi nikahda olduğu əri Zərərçəkmiş şəxs 06.03.2021-ci il tarixdə, saat 20 radələrində yaşadıqları ünvan 3 evə sərxoş halda gəlib yenidən səbəbsiz yerə mübahisə yaradaraq ona və azyaşlı övladlarına qarşı nalayiq ifadələr işlətməklə fiziki və psixi istirablar verməsinə görə sonuncunu qəsdən öldürmək qərarına gəlmiş və bu məqsədlə həmin gün saat 23 radələrində yataq otağında çarpayıda uzanmış Zərərçəkmiş şəxs yaxınlaşaraq ümumi istifadədə olan, soyuq silah hesab edilməyən linglə əri Mahir Şıxliyevə qəsdən öldürmək məqsədi ilə çoxsaylı zərbələr vuraraq cəmi 19 ədəd olmaqla - sol gicgah nahiyəsinin 14 ədəd, sol bazu oynağı-kürək nahiyəsinin 5 ədəd əzilmiş-cırılmış yaraları, kəllə qapağı və əsası sümüklərinin sınığı nəticəsində baş beyin qişalarına, qişaları altına, toxumasına, mədəciklərinə qansızına və baş beynin hissəvi evakuasiyası kimi ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla zərərçəkmiş şəxsin ölümü ilə birbaşa səbəbli əlaqəli olan xəsarətləri yetirərək Zərərçəkmiş şəxs qisas məqsədi ilə qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 120.2.9-cu maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 6 sentyabr 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, 2004-cü ildə Zərərçəkmiş şəxs ilə rəsmi nikaha daxil olaraq onunla ailə həyatı qurmuş, birgə nikahlarından övladları - 2005-ci il təvəllüdlü Şahid1 və 2007-ci il təvəllüdlü Şahid2 dünyaya gəlmişdir. Əri Zərərçəkmiş şəxs Yeni Suraxanı qəsəbəsində ayrı-ayrı sexlərdə mebel ustası kimi işləsə də, ailəni normal dolandırmamış, ailələrini isə onun atası və anası dolandırmışdır. Mahir ailə həyatı qurduqlarından 2-3 il sonra, daha doğrusu 2007-ci ildən başlayaraq demək olar ki, hər gün spirtli içkilər qəbul edib tüfeyli həyat tərzi keçirməyə başlamış, hər gün evə sərxoş vəziyyətdə gəlib, onu və uşaqlarını incidərək döymüş, nalayiq sözlərlə təhqir edərək onu dəfələrlə alçaltmışdır. Mahirin ona və övladlarına qarşı bu kimi davranışları barədə atasına deyərək onunla boşanmaq fikrini bildirsə də, atası hər şeyi uşaqlarına bağışlayıb Mahirə güzəştə getməsini ona tövsiyə etmişdir. Mahirin həyatda ancaq bir bacısı olmuş, valideynləri vəfat etmişlər. Son zamanlarda isə Mahir artıq evdə də spirtli içki qəbul edərək daimi olaraq tüfeyli həyat tərzi keçirməyə başlamışdır. 06 mart 2021-ci il tarixdə, saat 20 radələrində Mahir yenə də adəti üzrə sərxoş vəziyyətdə evə daxil olub, evdə əsassız yerə söz-söhbət yaradıb mübahisə etməyə başlamış, «əbəs yerə onunla ailə həyatı qurduğunu, azadlıqda yaşamağın ona yad hisslər olduğunu» deyəndə sərxoş vəziyyətdə olduğuna görə qorxusundan ona heç bir söz deməmişdir. Bu zaman Mahir onu yumruqla vurmaq istəyərkən oğlu Fərid atasının önünə keçib buna mane olmuş, bu vaxt Mahir Fəridin sifətinə yumruq və şillə ilə zərbə vurmuşdur. Fərid zərbələrin təsirindən müvazinətini saxlaya bilməyib yerə yıxılmış və bir anlıq huşunu itirmişdir. Bu zaman Mahir evdə olan stolu belə çevirib, ona qaldırmasını demiş, həmin stolu o qaldırdıqdan sonra isə yenidən onu vuraraq nə üçün qaldırdığını irad tutmuşdur. Az sonra Mahir mətbəx bıçağını əlinə götürüb oğlu Fəridin boğazına dirəyib onu öldürəcəyini demiş, nə qədər etsə də, Mahiri sakitləşdirə bilməmişdir. Mahir əlində bıçaq,- «indi özümdə deyiləm, sabah sizinlə hesablaşacağam» dedikdən sonra uşaqların yatdığı otağa keçib oğlu Elşənin yatdığı açılıb-qatlanan çarpayının üzərində oturub siqaret çəkə-çəkə öz-özünə danışmağa başlamışdır. Bundan sonra da Mahir sakitləşməmiş və həmin çarpayının üzərində uzanıqlı halda yerə tüpürərək onu döşəməni təmizləməyə çağırmışdır. Həmin vaxt Fərid də Mahirin ardınca həmin otağa keçmiş, kiçik oğlu Elşən isə onunla birlikdə yataq otağında qalmışdır. Çox qısa bir müddət sonra qəflətən Fərid qaça-qaça onların yanına gəlib, atasının onu yenə də vurduğunu demişdir. Elə Mahir də Fəridin ardınca otağa daxil olub, otaqdakı anten ötürücü aparatı götürüb onun başına vurmağa başlamış, oğlu Elşən isə atasına mane olaraq onu vurmaqda davam etməsinə imkan verməmişdir. Bu vaxt Elşən də əlindən xəsarət almış, kənara çəkiləndə isə Fərid yenə də onun önünə keçib atasının onu vurmasına imkan verməmişdir. Bundan sonra Mahir Fəridin yatdığı otağa keçmiş, o da Fəridlə Elşəni sakitləşdirib yatırtmışdır. Artıq saat 23 radələrində otaqdan çıxaraq Mahirin uzandığı otağa baxanda, Mahirin açılıb-bağlanan çarpayının üzərində uzanıb siqaret çəkəçəkə əlindəki telefonda meyxanaya qulaq asdığını görmüşdür. Mahir onu müşahid etdiyini görüb, yenidən yerdəki tüpürcəyini silməyini ona bildirdikdə o, artıq Mahirin təklikdə ona nəsə edəcəyini düşünmüşdür. Bu səbəbdən tez evdən həyətə çıxaraq, həyətdə hamam otağının giriş qapısının yanında divara söykənilmiş vəziyyətdə olan və həyətdə müəyyən qazma işlərində uzun illər istifadə etdiyi təxminən 1,5 metr uzunluğunda olan dəmir lingi (lomu) götürüb evə qayıtmışdır. O, Mahirin uzandığı iki girişli otağa dəhlizdən deyil, digər qonşu otaqdan daxil olmuşdur ki, Mahir onu görməsin. Belə ki, otağın həmin girişi Mahirin uzandığı çarpayının baş hissəsinə düşdüyünə görə, o isə Mahirin başının üstü tərəfdən gəldiyinə görə telefona baxan Mahirin onu görmə imkanı olmamışdır. Otağa daxil olan kimi Mahirin onu görmədiyinə əmin olaraq elə qapının ağzından dərhal həmin linglə sağ böyrü üstə yarı bükülü vəziyyətdə uzanmış Mahirin baş nahiyəsindən iki zərbə vurmuş, sonra isə otağı ortasına keçərək Mahirin yatdığı çarpayı ilə üzbə-üz dayanıb yenə də gəmin linglə sağ böyrü üstə yarı bükülü vəziyyətdə uzanmış artıq tam hərəkətsiz olan Mahirin baş nahiyəsindən çoxsaylı zərbələr vurmuşdur. Əlləri və otağın divarları qana boyanmış, zərbələri vurduqdan sonra Mahirin artıq xırıldadığını eşidib zərbələri dayandırmışdır. Bundan sonra otaqdan çıxıb əllərini mətbəxdəki moydadırda yuduqdan sonra əynində olan, üzəri qana bulaşmış köynəyi, yataq pijamasını və idman gödəkçəsini dəyişib, həmin otağa qayıdaraq işığı yandırmadan oturub Mahirin xırıltısının tam kəsilərək öldüyünü dəqiqləşdirmək üçün gözləmişdir. Bir neçə saatdan sonra Mahirin əlinə toxunub əlinin yarı soyuq olduğunu və artıq onun ölmüş olduğunu bilmişdir. Bundan sonra elə hadisə vaxtı Mahirin əlində olmuş mobil telefonu götürüb DİN-in 102 xidmətinə zəng etmişdir. Saat təxminən 04 radələrində yaşadığı ünvana polis əməkdaşları gəldikdən sonra, uşaqlarını yuxudan oyadıb onları yaşadıqları evin yaxınlıqda yaşayan atasıgilin evlərinə yola salmışdır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Əri Mahiri mütəmadi olaraq spirtli içki qəbul edib onunla dalaşdığına, kobud rəftar etdiyinə və ona əzab-əziyyət verdiyinə görə öldürmüş, həmin vaxt Mahir evə gələndə sərxoş vəziyyətdə olmuşdur. Ümumiyyətlə Zərərçəkmiş şəxs evə sərxoş vəziyyətdə gəldiyi zaman tez-tez uşaqları mağazaya göndərib, özünə nisyə spirtli içki, siqaret almağa göndərmiş, arabir hətta belə tapşırıq verərkən uşaqlara,- “gedin nənədən, babadan pul götürün alın” deyə bildirmişdir. Çünki Mahirin mağazaya olan bütün borclarını elə onun atası ödəmişdir. Özü namaz qılan qadın olmuş, spirtli içki və yaxud narkotik maddədən heç vaxt istifadə etməmişdir. O dəfələrlə uşaqlarının mağazaya gedib nisyə siqaret və içki almasına etiraz etsə də, hər dəfəsində Mahir ona uşaqları üzləşdirdiyini bəhanə etmiş və uşaqları mağazaya göndərmişdir. Həmin gün baş vermiş hadisələrin nəticəsində əvvəlcə özünü öldürmək qərarına gəlmiş, lakin uşaqlarının yenə də tüfeyli həyat tərzi keçirən atalarının himayəsinə qalacağını düşündüyündən bu fikrindən daşınmışdır. Zərərçəkmiş şəxs uşaqlar yatdıqdan sonra ona yerdəki tüpürcəyini silməyi təkrar olaraq bildirdiyi zaman, Mahirin az əvvəl götürdüyü mətbəx bıçağının üzərində olduğunu bildirindən, sonuncunun ona bıçaqla xəsarət yetirəcəyini güman etmişdir. Zərərçəkmiş şəxs zərbələr vuraraq onu qətlə yetirdiyi zaman istifadə etdiyi dəmir ling uzun illər onların həyətində olmuş, həmin dəmir lingdən müəyyən həyətyanı, eləcə də qazıntı işlərində istifadə etmişlər. Ərini öldürərkən ancaq həmin dəmir lingdən istifadə etmiş, hadisəni tək törətmiş, həmin vaxt orada ondan başqa heç kim olmamışdır. Uşaqları həmin vaxt yataq otağında yatmışlar. Mahiri öldürəcəyi barədə uşaqlarına heç vaxt heç bir söz deməmiş, bu hadisəni törədəcəyindən uşaqlarının heç birinin məlumatı olmamışdır. Mahirin ona verdiyi əzab-əziyyətdən yaxa qurtarmaq üçün onu öldürmüş, hətta əvvəlcə həmin günü özünü öldürmək istəsə də, sonda uşaqlarının yenə də Mahirin himayəsində qalacaqlarına görə bu fikrindən daşınmışdır. Həmin gün Mahir anten ötürücüsü ilə başına bir dəfə vurmuşdur. Hadisə vaxtı əynində olmuş uzunqol köynək, yataq pijaması və idman gödəkçəsinin üzərində heç bir zədə olmasa da, həmin paltarların üzərində qan izləri olmuşdur. Törətdiyi xüsusilə ağır cinayət hadisəsi barədə DİN-nin 102 xidmətindən başqa heç kimə məlumat verməmişdir. Zərərçəkmiş şəxs qətlə yetirərkən təxminən 10-15 kq ağırlığında qara rəngli, təxminən 1,5 metr uzunluğunda olan dəmir linglə Mahirə təxminən 15-dən çox zərbələr vurmuşdur. Bir daha bildirir ki, saat 23 radələrində Mahirin uzandığı otağa baxanda, Mahirin açılıbbağlanan çarpayının üzərində uzanıb siqaret çəkə-çəkə əlindəki telefonda meyxanaya qulaq asdığını görmüşdür. Həmin vaxt Mahir yatmamış, əksinə onu görüb bir daha yerdəki tüpürcəyini silməyini ona bildirmişdir. Elə buna görə o, həyətdən dəmir lingi götürüb evə qayıtdıqdan sonra Mahirin onu görməməsi üçün uzandığı iki girişli otağa dəhlizdən deyil, digər qonşu otaqdan daxil olmuşdur. Otağın həmin girişi Mahirin uzandığı çarpayının baş hissəsinə düşdüyünə görə, o Mahirin başının üstü tərəfdən otağa daxil olmuş, telefona baxan Mahirin isə onu görmə imkanı olmamışdır. Bütün bu hərəkətlərini o, həmin vaxt oyaq olan Mahirin onu görməməsi üçün etmişdir. Otağa daxil olan kimi Mahirin onu görmədiyinə əmin olaraq elə qapının ağzından dərhal həmin linglə böyrü üstə yarı bükülü vəziyyətdə uzanmış Mahirin baş nahiyəsindən ilk olaraq iki dəfə bərk zərbə vurmuşdur. Yalnız bundan sonra o, otağın ortasına keçərək Mahirin yatdığı çarpayı ilə üzbə-üz dayanıb həmin linglə böyrü üstə yarı bükülü vəziyyətdə uzanmış artıq tam hərəkətsiz olan Mahirin baş nahiyəsindən çoxsaylı zərbələr vurmuşdur. Onun özü heç vaxt mobil telefondan istifadə etməmiş, mobil telefon nömrəsi olmamışdır. Yaxınları İlə əlaqəni isə ancaq şəhərlərarası telefon vasitəsilə əlaqə saxlamışdır. Hadisədən sonra elə Mahirin əlində tutaraq yataqda uzanıb meyxanaya qulaq asdığı mobil telefonunu götürərək DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bütün bu olanları ibtidai istintaq zamanı da dəfələrlə ifadəsində göstərmişdir. Son olaraq göstərdi ki, ona qarşı irəli sürülmüş ittihamla razı deyil. İşinə düzgün baxılıb əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsif edilməsini, hadisədən sonra hadisə barədə DİN-ə məlüumat verməsini, himayəsində iki azyaşlı uşağının olmasını, hadisəni ərinin öz qanunsuz hərəkətləri səbəbindən törətməsini nəzərə alaraq yüngül cəza təyin edilməklə barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olmaları onun özünün qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxsin hüquqi varisi və şahid ifadələri, hadisə ekspertiza rəyləri, maddi sübut və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun mərhum qardaşı Zərərçəkmiş şəxs həyat yoldaşıdır. Hadisədən əvvəlki dövrdə onunla münasibəti həmişə yaxşı olmuşdur və hal-hazırda da aralarında heç bir ədavət, düşmənçilik yoxdur. 08.08.1963-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Mərhum Zərərçəkmiş şəxs doğma qardaşıdır. Lakin əmisi Oqtayın övladı olmadığından o, Mahiri doğulanda xəstəxanadan övladlığa götürmüşdür. Mahir 2004-cü ildə qəsəbə sakini və qonşu kimi tanıdığı Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və onların iki oğlan övladları vardır. Mahirlə arvadı Günayın nigahlarından bir müddət sonra onların aralarındakı münasibətlər pisləşməyə başlamış, belə ki, Mahir demək olar ki, hər gün həddindən artıq spirtli içki qəbul etmiş, tüfeyli həyat tərzi keçirmiş, əsassız yerə ailəsində dava-dalaş salmış, arvadını incitmişdir. Mahir həm də mebel təmiri ilə məşğul olmuşdur. Hazırda ata və anası vəfat etdiklərindən Mahirin ondan başqa heç kimi yoxdur. Mahirgilin ailələrindəki narazılıqlardan onun və Günayın valideynlərinin də məlumatları olmuş, dəfələrlə onları mehriban yaşamağa dəvət etsələr də, lakin təəssüflər olsun ki, bunların heç bir nəticəsi olmamışdır. Mahirin arvadı Günay tərəfindən yaşadıqları evdə öldürülməsi barədə 07 mart 2021-ci il tarixdə günorta saatlarında qəsəbə sakinlərindən eşitmişdir. Günayın Mahiri qarşı ona qarşı kobud, qeyri-etik davranması, onu nalayiq sözlərlə təhqir etməsi, ona bir insan kimi normal münasibət göstərməməsi, ailədə əsassız konfliktlər yaratması, daim spirtli içki qəbul edərək evdə dava-dalaş salması səbəbindən təngə gəlib öldürmüş, bu addımın Günayın sonuncu çıxış yolu olmuş, ona görə də Günaya qarşı heç bir şikayəti və tələbi omamışdır. Zərərçəkmiş şəxs üzərində heç vaxt bıçaq və ya digər başqa bir predmet görməmiş, onun heç kimlə düşmənçiliyi və ya ədavəti olmamışdır. Mahirin ayıq olanda özünü normal aparsa da, ancaq içkili olanda çox aqressiv olmuşdur və Mahirin narkotik maddədən istifadə etməsi barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs qarşı hal-hazırda heç bir şikayəti və maddi tələbi yoxdur. Baş vermiş hadisə ilə bağlı onu bağışlayır və onunla barışmışlar. Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladları olduğu və hal-hazırda həmin uşaqlara Təqsirləndirilən şəxs anası və onun özü baxmaqla, həmin uşaqların tam olaraq valideyn qayğısından kənar qalmamaları üçün Təqsirləndirilən şəxs qanuna uyğun olaraq yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindiriləmiş Şahid1 ifadəsində göstərmişdir ki, mərhum atası Mahir, anası Günay və qardaşı Elşənlə birlikdə anadan olduğu vaxtdan hazırkı dövrə kimi Bakı şəhəri, Suraxanı rayonu, Yeni ünvan 1 ünvanda yaşamışdır. Atası Mahir demək olar ki, hər gün spirtli içki qəbul edib evə gəlmiş, anası ilə dalaşmış, onu nalayiq sözlərlə təhqir etmiş, əsassız yerə ona şiddət göstərmişdir. Atasının sərxoş vəziyyətdə evə gəldiyi vaxtlarda onlar, yəni anası, özü və kiçik qardaşı Elşən qorxduqlarından əsirmişlər. 06 mart 2021-ci il tarixdə saat təxminən 20 radələrində atası Mahir yenə də həddindən artıq sərxoş vəziyyətdə evə gəlmiş, evdə özü, anası və qardaşı Elşən olmuş, atası evə daxil olan kimi heç bir səbəb olmadan anası ilə dalaşıb onu söyməyə başlamış, hətta o, anasına yumruq vurmaq istəyərkən o, anasının önünə keçib atasının anasını vurmasına mane olmuş, bu vaxt atası onun sifətinə yumruqla zərbə vurmuş və o, müvazinətini saxlaya bilməyib yerə yıxılmış, bir anlıq özündə olmamış, sonra yerdən qalxmışdır. Bu zaman atası evdəki stolu da çevirib yerə aşırtmış və anasına qaldırmasını demiş, anası stolu qaldırdıqdan sonra isə yenidən anasını sonra isə qardaşı Elşəni də vurmuşdur. Bundan sonra isə atası Mahir mətbəx bıçağını əlinə götürüb onun boğazına dirəyib onu öldürəcəyini demiş, anası bunun qarşısını almaq üçün çalışmışdır. Daha sonra isə atası əlində bıçaqla,- «indi özümdə deyiləm, sabah sizinlə hesablaşacağam» deyib, onun qardaşı ilə birlikdə yatdığı otağa keçmişdir. O, atasının sakitləşəcəyini düşünüb özü də atasının ardınca həmin otağa keçib, öz çarpayısında uzanmış, atası isə orada olan raskladuşkanın üzərində uzanıb öz- özünə deyinməyə, papiros çəkməyə başlamış, lakin qəflətən yerindən qalxıb onu qulaq nahiyəsindən silllə ilə vurmuş, qorxusundan otaqdan çıxıb anası ilə Elşənin yanma keçmiş, atası da onun ardınca həmin otağa daxil olub, otaqda anten ötürücüsünü, yəni «DVD» aparatını götürüb anasının başına vurmuş və bu vaxt ona kiçik qardaşı Elşən mane olaraq anasını vurmaqda davam etməsinə imkan verməmişdir. Mahir həmin otaqda olduğu vaxt döşəməyə tüpürərək anasını döşəməni təmizləmək üçün hirslə çağıranda anası onu və qardaşı Elşəni sakitləşdirib yatırtmış, onlar yuxuya keçmişlər. Sonradan polis əməkdaşları evlərinə gələndə isə anası onları yuxudan oyadıb babasıgilə getmələrini demiş, o da qardaşı Elşənlə birlikdə babasıgilə gedib hadisəni nənələri Ritaya danışmışdır. Şahid1 ifadəsində həmçinin, həmin evdə valideynləri və qardaşından başqa əvvəllər babası və nənəsinin vəfat etdkləri vaxta kimi yaşadıqlarını, hadisə baş verən günü evlərinə başqa heç kimin gəlmədiyini, həmin vaxt qardaşı Elşənlə birlikdə yataq otağında yatmış olduqlarını, Mahirin həmin vaxt onun sifətindən və bədənindən yumruqla vurduğunu, qardaşı Elşənin isə həmin vaxt əlinin əzildiyini, anasının həyətdən ling götürüb gəldiyini görmədiyini, atası Mahirin anası Günayı, eləcə də Günayın Mahiri əvvəllər bir-birlərini öldürmək fikirlərinin heç vaxt olmadığını, ancaq atası Mahirin anasına həddindən artıq əzab-əziyyət verdiyindən bezib onu öldürdüyünü qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək qardaşı Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, anadan olduğu vaxtdan hazırkı dövrə kimi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi V.Xəlilov küçəsi 10 A nörməli evdə yaşayır. 1976-cı ildə Şahid3 ilə ailə həyatı qurmuş, onların bir oğlan və bir qız övladları vardır. Təqsirləndirilən şəxs onun ikinci qız övladıdır. Günay 2004-cü ildə qəsəbə sakini kimi tanıdıqları Zərərçəkmiş şəxslə ailə həyatı qurmuş və onların iki oğlan övladları vardır. Günay Mahirlə ailə həyatı qurandan son vaxta kimi əri Mahirin amansız rəftarına məruz qalmış, belə ki, Mahir hər gün mütəmadi olaraq spirtli içki qəbul edib evə gələrək Günayla dava-dalaş salmış, onu təhqir etmişdir. Günay Mahirin ona qarşı bu hərəkətləri barədə ona və anasına dəfələrlə demiş, hətta Mahirdən boşanmaq qərarına belə gəlmişdir. Lakin bir valideyn kimi onların da övladlarının olduğunu və buna görə də Mahirə güzəştə gedib ondan boşanmamasıını Günaya bildirmişdir. 07 mart 2021-ci il tarixdə səhər saat təxminən 06 radələrində yaşadığı evdə arvadı Rita nəvələri Fəridlə Elşənin onlara gəlib anaları Günayın Mahiri evdə öldürməsini dediklərini bildirəndə, təxminən 06 radələrində evdən çıxıb qızıgilə getmiş, qızının yaşadığı evə daxil olanda orada artıq polis əməkdaşlarının toplaşdıqlarını görmüş, qızı Günayın həqiqətən də əri Mahiri başına dəmir linglə çoxsaylı zərbələr vuraraq qətlə yetirdiyini dəqiqləşdirmişdir. Qızı Günayın əri Mahiri onunla həmişə kobud rəftar etmiş, ona əzab-əziyyət verdiyinə görə ödürmüşdür. Kürəkəni Mahirin uzun illər spirtli içki qəbul etmiş, narkotik maddələrdən istifadə etməsini görməsə də, hərdən bu hallar onda hiss olunmuşdur. Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs tək qətlə yetirmiş, orada başqa heç kim olmamışdır. Günay uşaqlarını hadisədən əvvəl yatırtmışdır. Təqsirləndirilən şəxs heç vaxt mobil telefon nömrəsi olmamış, onun yaxınları ilə ancaq şəhərlərarası telefonla, yəni ***-***-**-** nömrəli telefonla əlaqə saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 qızı eyni məzmunlu ifadə verərək Şahid4 ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 1969-cu ildə Arif Gülməmmədoğlu ilə ailə həyatı qurduqdan sonra ünvan 2 ünvana gəlin köçmüş, onlarla qonşuluqda mərhum Zərərçəkmiş şəxs valideynləri yaşamışlar. Onların övladları Mahir isə 1976-cı ildə dünyaya gəlmişdir. Mahir həddi-buluğa çatandan sonra tüfeyli həyat tərzi keçirməyə başlamış, heç bir yerdə işləməmiş, avaralıqla məşğul olmuşdur. Nəhayət 2004-cü ildə qəsəbə sakini kimi tanıdığı Günay adlı qadınla Mahir ailə həyatı qurmuş, onların hazırda iki oğlan övladları vardır. Onları ər-arvad kimi tanıdığı vaxtlardan daim onların ailəsində münaqişələr olmuş, bunların səbəbkarı isə həmişə Mahir olmuşdur. Belə ki, Mahir evə sərxoş vəziyyətdə gələrək, evdə arvadına olmazın əzabəziyyətini vermiş, onunla amansız rəftar edirək onu döymüşdür. Günay bunları onlara utandığından bildirməsə də, bir qonşu kimi bunları görüb bilmişdir. Günay çox namuslu və əxlaqlı bir qadın olmuşdur. Mahirin demək olar ki, ayıq vaxtları olmamışdır. Onun bu davranışılarına görə qəsəbədə Mahirlə heç kim əlaqə saxlamamış, hətta elə vaxtlar olmuşdur ki, Günay Mahirin bu hərəkətlərindən cana doyub atasıgilə getmişdir. 07 mart 202l-ci il tarixdə səhər saatlarında evdə olduğu vaxt məhəlləyə polis əməkdaşlarının gəldiklərini görmüş və bilmişdir ki. Mahir 06.03.2021-cİ il tarixdə evə yenə də sərxoş vəziyyətdə gəlib arvadı və uşaqlarını döymüşdür. Hadisədən sonra eşidib bilmişdir ki, Günay öz əri Mahiri başından dəmir linglə başına zərbələr vuraraq öldürmüşdür. Həmin hadisənin hansı şəraitdə baş verdiyi barədə dəqiq məlumatı yoxdur. Mahirin sərxoş vəziyyətdə arvadı Günayı dəfələrlə döyüb onunla və eləcə də uşaqları ilə amansız rəftar etməsi hallarının şahidi olmuşlar, onların aralarındakı mübahisələrin Mahirin sərxoşluq edərək heç bir əsas olmadan yaratdığı münaqişələrə görə yaranmış, Mahirin uzun illər mütəmadi olaraq spirtli içki, hətta narkotik maddələrdən də istifadə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, anadan olduğu vaxtdan ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, A.Şəfiyev küçəsi 7 nörməli evdə yaşayır. Özü ailə həyatı qurmamışdır. Onunla qonşuluqda Təqsirləndirilən şəxs öz ailəsi ilə birlikdə yaşamışdır. Günaygilin evləri ilə onların evlərinin arasında bir ev olmuşdur. Günaygilin ailəsi ilə normal və mehriban qonşuluq münasibətləri olmuşdur. Günay özü çox əxlaqlı, namuslu bir qadın olmuş, lakin onun əri Mahir isə qəsəbədə tüfeyli, alkoqol istifadəçisi kimi tanınmışdır. Belə ki, onun əri Mahir hər gün evə sərxoş vəziyyətdə gəlmiş, evdə arvadına olmazın əzab-əziyyətini vermiş, onunla amansız rəftar etmişdir. Dəfələrlə bir qonşu kimi onların evlərindən Günayın və azyaşlı uşaqlarının qışqırıq səslərini eşitmiş, Mahirin demək olar ki, ayıq vaxtları olmamışdır. Mahirin bu davranışılarma görə qəsəbədə onunla heç kim əlaqə saxlamamışdır. Hətta elə vaxtlar olmuşdur ki. Günay Mahirin bu hərəkətlərindən cana doyub atasıgilə getsə də, lakin sonda Mahir gedib zorla onu evlərindən öz evlərinə gətirmişdir. 07 mart 2021-ci il tarixdə səhər saatlarında qəsəbədə mağazadan çörək almağa gedərkən mağazada eşitmişdir ki. Mahir 06.03.2021-ci il tarixdə evə yenə də sərxoş vəziyyətdə gəlib arvadı və uşaqlarını döymüşdür. Hadisədən sonra hadisə yerinə getdikləri zaman, eşdidib bilmişdir ki, Günay öz əri Mahiri başından dəmir linglə başına zərbələr vuraraq öldürmüşdür. Həmin hadisənin hansı şəraitdə baş verdiyi barədə dəqiq məlumatı yoxdur. Onlar hadisə yerinə gəldikləri vaxt artıq polis işçiləri orada olmuş və hadisə ilə bağlı Günaydan heç nə soruşa bilməmişlər. Mahirin arvadı Günayı sərxoş vəziyyətdə dəfələrlə döyüb onunla və eləcə də uşaqları ilə amansız rəftar etməsi hallarının bir qonşu kim şahidi olmuşlar, onların aralarındakı mübahisələrin isə Mahirin sərxoşluq edərək heç bir əsas olmadan yaratdığı münaqişələr səbəbindən yaranmış, Zərərçəkmiş şəxs həm spirti içki, həm də narkotik vasitələrdən istifadə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 və Şahid8 eyni məzmunlu ifadələr verərək Şahid7 və Şahid6 göstəriklərini bir daha təsdiq etmişlər. Məhkəmə iclasında dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyiynin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsinin eksperti X3 ifadəsində göstərmişdir ki, məhkəmə-tibbi ekspertizasının 07.03.2021-ci il tarixli, 22 nömrəli rəyi onun tərəfindən verilmişdir. Həmin rəyin nəticə hissəsində göstərilən xüsusatları hazırda təsdiq edir. Tərəfindən aparılmış tədqiqat nəticəsində Zərərçəkmiş şəxs bədən səthində kəllə qapağı və əsası sümüklərinin sınığı, baş beyin qişalarına, qişaaltma, toxumasına və mədəciklərinə qansızma və baş beynin hissəvi evakuasiyası, sol gicgah nahiyəsinin və sol bazu oynağı-kürək nahiyəsinin əzilmiş-cırılmış yaralarını müəyyən etmişdir. Həmin xəsarətlər həyati olub, mərhumun ölümündən az əvvəl bərk küt əşya (əşyalar), ola bilsin hadisə yerində müəyyən edilmiş lingin təsirindən törənmişdilər və müstəntiqin ekspertiza təyin edilməsi barədə qərarında göstərilən 06.03.2021-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdilər. Həmin xəsarətlər dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik idilər və mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəli olmuşlar. Zərərçəkmiş şəxs ölümünə səbəb kəllə qapağı və əsası sümüklərinin sınığı nəticəsində baş beyin qişalarına, qişaları altına, toxumasına, mədəciklərinə qansızma və baş beynin hissəvi evakuasiyası olmuşdur. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərdən müyyən olunur ki, ona baş nahiyəsindən yetirilmiş ilk zərbədən sonra Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı hər hansı müqavimət göstərməsi iqtidarında olmamışdır. Zərərçəkmiş şəxs hadisə vaxtı ayıq-və ya yatmış olmasının müəyyən edilməsi onun tərəfindən aparılmış tədqiqat nəticəsində mümkün deyildir. Buna baxmayaraq qeyd edir ki, Zərərçəkmiş şəxs hadisə baş verən anda oyaq və ya yatmış olmasının heç bir fərqi olmadan ilk zərbədən sonra Təqsirləndirilən şəxs qarşı heç bir müqavimət göstərə bilməzdi. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimyəvi tədqiqatı nəticəsində 0.7 % qatılığında etil spirti aşkar edilmişdir ki, etil spirtinin qanda aşkar edilmiş bu qatılığı yüngül dərəcəli alkoqol sərxoşluğu kimi qiymətləndirilir. Həmin yüngül dərəcəli alkoqol sərxoşluğu tibbi baxımından şəxsin köməksiz vəziyyətdə olması kimi qiymətləndirilməsi üçün əsas yaratmır, bu hal həmin şəxsin ona qarşı cinayət törədən şəxsə müqavimət göstərməsinə təsir etmir. Təqsirləndirilən şəxs ifadəsində ilk iki zərbəni Zərərçəkmiş şəxs bir qədər başının yuxarı nahiyəsindən dayanaraq yetirdiyi, sonrakı zərbələri isə yan tərəfində dayanmaqla yetirməsinin mümkünlüyü ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bir nahiyədən çoxsaylı zərbələr yetirməsi səbəbindən xəsarətlərin əmələ gəlməsinə səbəb olmuş hər bir zərbənin dəqiq hansı istiqamətdən yeitrildiyinin müəyyən edilməsi mümkün deyildir. Mərhumun bədənində aşkar edilmiş xəsarətlərin əksəriyyəti xəsarət yetirənin mərhumun sol tərəfindən olmaqla yetirilməsinə uyğun gəlir. Bu hal isə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi kimi ilk dəfə iki zərbəni Zərərçəkmiş şəxs bir qədər başının yuxarı nahiyəsindən dayanaraq yetirdiyinə dair göstərdiyi dəlilləri inkar etmir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tərəflərə elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. “Cinayət işi başlanması və icraata qəbul edilməsi barədə” 07.03.2021-ci il tarixli qərardan görünür ki, 07 mart 2021-ci il tarixdə, saat 05 radələrində Suraxanı RPİ-nin 31-ci PB-nin növbətçi hissəsindən ünvan 3 evdə yaşayan Təqsirləndirilən şəxs 06.03.2021-ci il tarixdə, saat 23 radələrində yaşadığı evdə əri Zərərçəkmiş şəxs qəsdən öldürməsi barədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin 102 zəng mərkəzinə etdiyi müraciəti barədə rayon prokurorluğuna daxil olmuş məlumat və həmin məlumat əsasında toplanmış materiallar əsasında X6 barəsində CM-in 120.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (cild 01, iş vər. 1) “Baxış keçirilməsi haqqında” 07.03.2021-ci il tarixli protokoldan və əlavə edilmiş fotocədvəldn görünür ki, Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunun müstəntiqi tərəfindən, prokurorluğun digər əməkşdaşlarının, Təqsirləndirilən şəxs, ekspert və dəvət edilmiş hal şahidlərinin iştirakları ilə Zərərçəkmiş şəxs qətlə yetirildiyi - ünvan 3 ünvana baxış keçirilmişdir. Bu zaman müəyyən edilmişdir ki, həmin ev həyət tipli 3 otaqlı mənzildir, həyət evinin ümumi giriş qapısı açıq-göyümtül rənglidir. Girişin bir hissəsindən avtomaşın, digər hissəsindən isə insanların istifadə etməsi üçün nəzərdə tutulan dəmir qapılar vardır. Həyətin ümumi uzunluğu 20-25 metrdir. Həyətdə müxtəlif ağac və ağac kolları var, yaşayış sahəsi sağ tərəfdə tikilmişdir. Yaşayış sahəsi ilə üzbəüz içərisində su ilə dolu olan hovuz vardır. Həyətin giriş hissəsində sağ tərəfdə istifadə olunmuş qapı tayı divara söykənilmiş vəziyyətdə yerləşdirilmişdir. Evə daxil olduqda girişdə dəhlizin solunda 1 ədəd paltaryuyan maşın, ondan bir qədər irəlidə divar olan hissədə 1 ədəd moydadır yerləşdirilmişdir. Evin giriş qapısı taxta materiallarından hazırlanmışdır. Girişdən təxminən 1-2 metr irəlidə 30 m2 ölçüdə yataq otağı vardır. Yataq otağında solda iki nəfərlik taxt-divan, divarın qarşısında televizor, televizor altı, kiçik tumba, digər qonşu otaqda məişətdə istifadə olunan müxtəlif ev və məişət əşyaları yığılmışdır. Evin otaqlarında təmir işlərinin aparıldığı özündə əks etdirən əlamətlər – yəni təmir olunmuş hissələr müşahidə olunur. Bütün otaqlardan birbirinə keçmək üçün ayrı-ayrılıqda qapılar vardır. Girişdən sağ tərəfdə isə vətəndaş Təqsirləndirilən şəxs bildirdiyinə görə uşaqların istifadə etdikləri otaq yerləşir. Həmin otaq təxminən 15 m2 ölçüsündədir. Otağa daxil olduqda sağ tərəfdə üzərində çaydan, çaynik olan dörd ayaqlı kustar üsulla hazırlanmış qaz sobası varır. Sağ tərəfdə təxminən 80x60 sm ölçülərdə plastmas materialdan hazırlanmış pəncərə vardır. Otağın döşəməsi taxta materialdandır. Otaqda sol tərəfdə 1 ədəd yataq çarpayısı vardır. Çarpayının üzərində yorğan-döşək və balış vardır. Otağın sonunda divarın dibində isə 1 ədəd tünd qəhvəyi rəngli ayaqları olan açılıb-bağlanan çarpayı yerləşdirilmişdir. Həmin çarpayının üzərində mərhum Zərərçəkmiş şəxs ümumi görünüşü müşahidə olunmuşdur. Meyitin baş nahiyəsinin üzəri iri qan laxtaları ilə örtülmüş çoxsaylı kəsilmiş-deşilmiş yaralar müşahidə olunmaqla, meyit üzü döşəyin üzərində üzü üstədir. İlk baxışda meyitin əynində qara rəngli uzunqol köynək, boz rəngli mayka və boz rəngli alt tuman görünür. Meyitin arxası divar istiqamətindədir. Baş nahiyəsində başından təxminən 10-15 sm aralıq məsafədə üzərində qana bənzər ləkələr olan üzlüklü balış vardır. Meyitin aşkar olunduğu otağın döşəməsində və divarlarında sıçramış çoxlu sayda qanabənzər qırmızımtıl nümunələr müşahidə olunur. Bununla yanaşı, meyitin aşkar olunduğu otağın sağ divarında uzunluğu təxminən 1,5 metr olan ağır çəkili dəmir ling divara söykənilmiş vəziyyətdədir. Otağın işıqlandırılması üçün nəzərədə tutulan elektrik naqilləri kustar üsulla kor-təbii olaraq bir-biriləri ilə birləşdirilmişdir. Baxış zamanı mərhum Zərərçəkmiş şəxs qətlə yetirmiş arvadı – Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş paltarlar – bir ədəd üzərində qana bənzər ləkələri olan qadın pijaması, bir ədəd uzunqol köynək, bir ədəd idman gödəkçəsi müvafiq qaydada götürülmüşdür. Bununla yanaşı hadisə yerindən üzərində qanabənzər ləkələri olan 1 ədəd təxminən 1.5 metr uzunluğunda dəmir ling, eləcə də otağın müxtəlif yerlərindən qanabənzər nümunələr müvafiq qaydada götürülərək qablaşdırılmışdır. Həmçinin baxış zamanı Zərərçəkmiş şəxs meyitinin aşkar olunduğu çarpayının üzərindən qanabənzər ləkələr olan balış üzlüyü də müvafiq qaydada götürülmüşdür. Hadisə yerinin və meyitin fotoşəkilləri “SONY” markalı rəqəmsal fotoaparatla çəkilərək protokola əlavə edilmişdir. (cild 01, iş vər. 3-24) “Şübhəli şəxsin tutulması haqqında” 07.03.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 11.45-də müdafiəçisinin iştirakı ilə CM-in 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 51) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-106/2021 nömrəli, 09.03.2021-ci il tarixli qərarından görünür ki, CM-in 120.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmə müddətinin əvvəli 07.03.2021-ci il tarixdən hesablanmaqla 04 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 85-88) “Təqsirləndirilən şəxsin ifadələrinin yerində yoxlanması haqqında” 09.03.2021-ci il tarixli protokoldan və əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs uzandığı otağa dəhlizdən yox digər otaqdan daxil olmasını, ilk iki zərbəni qapının qarşısında dayanıb vurduqdan sonra Zərərçəkmiş şəxs yan tərəfində keçərək sonrakı zərbələri vurduğunu bildirmişdir. Fotoşəkillərdən Zərərçəkmiş şəxs qatlanıb-açılan yataqda başı Təqsirləndirilən şəxs otağa daxil olduğu qapıya doğru uzanmış olması (meyitin aşkar olunduğu çarpayıdakı duruş vəziyyətinə əsasən) müəyyən edilir. (cild 01, iş vər. 97-103) Suraxanı RPİ-nin 31-ci PB-nin məsul növbətçisinin həmin bölmənin rəisinə olan 07.03.2021-ci il tarixli raportundan görünür ki, məsul növbətçi məruzə edərək 07.03.2021ci il tarixdə, saat 04.39-da DİN-in 102 xidmətindən Y/Suraxanı, Kirov ev 10- dayaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq əri Zərərçəkmiş şəxs ona və övladlarına işgəncə verməsi, döyməsi səbəbindən ərini küt alətlə öldürməsi barədə məlumat daxil olması məruzə edilmişdir. (cild 01, iş vər. 129) Suraxanı RPİ-nin 31-ci PB-nin 26.03.2021-ci il tarixli, 098-4626-1221 nömrəli məktubundan görünür ki, Suraxanı rayonu, yeni Suraxanı qəsəbəsi, A.Şəfiyev küçəsi 10 nömrəli evdə yaşayan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs PB-yə ailə münaqişəsi zəminində müraciət etməmiş və barələrində PB-də heç bir təqsirləndirici material olmamışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs qonşuları, yaxın qohumları ilə profilaktik söhbətlər aparılmış, baş vermiş hadisənin şahidini müəyyən etmək mümkün olmamışdır. (cild 02, iş vər. 1) AR DİN BƏSİİ tərəfindən verilmiş 20.03.2021-ci il tarixli tələbnamə arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 02, iş vər. 05) Suraxanı RPİ-nin 31-ci PB-nin 06.04.2021-ci il tarixli, 098-5388-1221 nömrəli məktubundan görünür ki, verilmiş əməliyyat tapşırığına cavab olaraq 06.03.2021-ci il tarixdə saat 23 radələrində Suraxanı rayonu, yeni Suraxanı qəsəbəsi, A.Şəfiyev küçəsi 10 nömrəli evdə yaşayan Təqsirləndirilən şəxs qzının həyat yoldaşı Zərərçəkmiş şəxs qətlə yetirməsi ilə bağlı bir sıra əməliyyat tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. Ümumilikdə qonşuların verdikləri şifahi məlumatlara əsasən Zərərçəkmiş şəxs mütəmadi olaraq spirtli içki qəbul edərək həyat yoldaşı və uşaqları ilə mübahisə etmişdir. Lakin bütün bunlara baxmayaraq bu barədə 31-ci PB-yə məlumat daxil olmamış və barələrində təqsirləndirici material olmamışdır. (cild 02, iş vər. 12) “Diskə baxış keçirilməsi barədə” 13.04.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli telefonla AR DİN-in 102 xidmətinə 07.03.2021-ci il tarixdə saat 04.35 dəqiqədə zəng edilərək 101 saniyə telefon danışığı aparılmışdır. (cild 02, iş vər. 15) “Diskə baxış keçirilməsi barədə” 13.04.2021-ci il tarixli protokoldan görünür ki, DİNin Növbətçi hissələri idarəetmə xidmətindən daxil olmuş bir ədəd CD diskdə qeyd olunmuş məlumatlara baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs yaşadığı evdə qətlə yetirdikdən sonra mərhumun istifadəsində olmuş ***-***-**-** nömrəli telefonla Azərbaycan Respublikası DİN-nin «102» xidmətinə 07.03.2021-ci il tarixdə saat 04:35 dəqiqədə zəng edərək polis əməkdaşı Babayeva ilə əlaqə saxlayaraq əri Mahirin demək olar ki, hər gün evə sərxoş vəziyyətdə gələrək onunla və uşaqları ilə amansız rəftar edərək, onları döydüyünə və onlara əziyyət verdiyinə görə yaşadıqları Yeni Suraxanı, A.Şəfiyev küçəsi 10 nömrali evdə ağır alətlə başına vurub öldürdüyünü bildirərək, hazırda uşaqlarının evdə yatılı olmalarına görə ünvana tez bir zamanda polis əməkdaşlarının gəlməsini xahiş etmişdir. (cild 02, iş vər. 12) Məhkəmə-tibbi ekspertizasının 07.03.2021-ci il tarixli, 211 saylı və 07.03.2021-ci il tairxli 213 saylı rəylərindən görünür ki, 1980-ci il təvəllüdlü vət. Təqsirləndirilən şəxs və Şahid2 bədən səthində xəsarətlər aşkar edilməmişdir. (cild 02, iş vər. 19-24) Məhkəmə-tibbi ekspertizasının 07.03.2021-ci il tarixli, 211 saylı ekspert rəyindən görünür ki, 2005-ci il təvəllüdlü Şahid1 bədən səthində aşkar edilmiş xəsarət-sağ qulaq seyvanının qançırı bərk küt əşyanın təsirindən törənmişdir. Qərarda göstərilən müdddətdə və şəraitdə, yəni 06.03.2021-ci il tarixdə əmələ gələ bilər və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. (cild 02, iş vər. 25-27) Məhkəmə-tibbi ekspertizasının 07.03.2021-ci il tarixli, 22 nömrəli rəyindən görünür ki. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - kəllə qapağı və əsası sümüklərinin sınığı, baş beyin qişalarına, qişaaltma. toxumasına və mədəciklərinə qansızma və baş beynin hissəvi evakuasiyası, sol gicgah nahiyəsinin və sol bazu oynağıkürək nahiyəsinin əzilmiş-cırılmış yaraları həyati olub, mərhumun ölümündən az əvvəl bərk küt əşya (əşyalar), ola bilsin hadisə yerində müəyyən edilmiş lingin təsirindən törənmişlər, qərarda göstərilən 06.03.2021-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdilər, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb kəllə qapağı və əsası sümüklərinin sınığı nəticəsində baş beyin qişalarına, qişaları altına, toxumasına, mədəciklərinə qansızma və baş beynin hissəvi evakuasiyası olmuşdur. Ölüm meyitin müayinəsindən 8-10 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs bədən səthində yuxarıda göstərilən xəsarətlərdən başqa digər xəsarətlər, eləcə də qarşılıqlı mübarizə şəraitində əmələ gələ biləcək xəsarətlər aşkar edilmədi və xəsarət yetirənlə mərhumun qarşılıqlı vəziyyəti xəsarət yetirən mərhumun sol tərəfindən olmaqla yetirilməsinə uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimyəvi tədqiqatı nəticəsində 0.7 % qatılığında etil spirti aşkar edilmişdir ki, etil spirtinin qanda aşkar edilmiş bu qatılığı yüngül dərəcəli alkoqol sərxoşluğu kimi qiymətləndirilir. (cild 02, iş vər. 29-32) Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 30.03.2021-ci il tarixli, 650 nömrəli rəyindən görünür ki. Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin, ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21.1. 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs emosionallıq, çətin situasiyalardan baş çıxara bilməmək, həssaslıq, konflikt və aqressiv davranışlara meyilli olmamaq, fədakarlıq, başqalarının hiss və yaşantılarına qarşı biganə olmamaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional vəziyyətində çarəsizlik, bezikmə, çıxış yolu tapa bilməmək, dözümsüzlük kimi hallar yaranmışdır. Belə qənaətə gəlinir ki, həmin halların yaranması situasiya (həyat yoldaşının mütəmadi olaraq spirtli içki qəbul etməsi, evdə hər gün səbəbsiz mübahisə yaradaraq onu və uşaqlarını döyməsi, ailəyə baxmaması, təhqir edilməsinə dözə bilməməsi və sair) ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədən zaman fiziloji affekt vəziyyətində olmamışdır. (cild 02, iş vər. 36-39) Məhkəmə-tibbi kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının 13.10.2020-ci il tarixli, 146-2021/MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş və mərhum Zərərçəkmiş şəxs məxsus gödəkçə, köynək, pulover, mayka, alt şalvarı və tumanın üzərində tədqiqat zamanı əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Mərhum Zərərçəkmiş şəxs məxsus və təqdim olunmuş geyim əşyaları üzərində heç bir zədə aşkar olunmadığına görə güman etmək olar ki, mərhum Zərərçəkmiş şəxs meyiti hadisə baş verən anda tədqiqata təqdim edilmiş geyim əşyaları ilə örtülmədiyi üçün onun meyitinin üzərində aşkar olunmuş xəsarətlər həmin geyim əşyalarında əksini tapmamışdır. Ekspertizaya təqdim edilmiş ling zavod üsulu ilə hazırlanmış təsərrüfat- məişət təyinatı lingdir (lom) və soyuq silah hesab olunmur. Tədqiqata təqdim olunmuş ling üzərində aşkar olunmuş qan ləkələri yaxma xarakterli olmaqla, qan mənbəyi ilə (qanlı səthlə) dinamiki kontakt nəticəsində əmələ gəlməyə uyğun gəlir. Təqdim edilən gödəkçə üzərində aşkar olunmuş bəzi qan ləkələri qan mənbəyi ilə (qanlı səthlə) statik (hərəkətsiz) kontakt nəticəsində, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopma nəticəsində əmələ gəlməyə xarakterik hopma şəkilli, bəzi ləkələr qan mənbəyinə (qanlı səthə) cüzi olaraq əlavə kinetik impuls verməklə düşən sıçrantı, bəziləri isə qan mənbəyindən düşən damcı xarakteriklidir. Köynək üzərində aşkar olunmuş bəzi qan ləkələri qan mənbəyinə (qanlı səthə) cüzi olaraq əlavə kinetik impuls verməklə düşən sıçrantı, bəziləri qan mənbəyindən düşən damcı xarakteriklidir. Pulover, mayka və tuman üzərində aşkar olunmuş qan ləkələri qan mənbəyi ilə (qanlı səthlə) statik (hərəkətsiz) kontakt və sonra fiziki kapilarlıq faktoru üzrə səthə hopma nəticəsində əmələ gəlməyə xarakterik hopma şəkillidirlər. Təqdim olunmuş alt şalvarının bəzi sahələri üzərində qan mənbəyi ilə (qanlı səthlə) dinamiki kontakt nəticəsində əmələ gəlməyə uyğun gələn yaxma xarakterli, bəzi sahələrində qan mənbəyinə (qanlı səthə) cüzi olaraq əlavə kinetik impuls verməklə düşən sıçrantı və bəziləri qan mənbəyindən düşən damcı xarakteriklidir. Təqdim olunmuş yastıq üzlüyündə aşkar olunmuş qan ləkələrinin bəziləri qan mənbəyi ilə (qanlı səthlə) statik (hərəkətsiz) kontakt və sonra fiziki kapilarlıq faktoru üzrə səthə hopma nəticəsində əmələ gəlməyə xarakterik hopma, bəzi ləkələr qan mənbəyinə (qanlı səthə) cüzi olaraq əlavə kinetik impuls verməklə düşən sıçrantı və bəziləri qan mənbəyindən düşən damcı xarakteriklidir. Hadisə yerindən götürülmüş nümunələrin (çubuq pambıq topasının) üzərində olan ləkələr ilkin forma və morfoloji əlamətlərini itirdiklərindən, onların əmələ gəlmə mexanizmini təyin etmək mümkün deyildir. (cild 02, iş vər. 40-48) Məhkəmə-tibbi bioloji ekspertizasının 16.04.2021 -ci il tarixli, 160/2021-MTBŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs' qızının şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə qan qrupu: 0/l/-dir. X7 ABO sistemi üzrə qan qrupu A/H /(ll)-dir. Ekspertizaya təqdim olunmuş 01 ədəd balış üzü. 01 ədəd dəmir ling, 02 ədəd pambıq ucluqlu çubuq. X8 məxsus pulover, mayka, tuman, Təqsirləndirilən şəxs qızma məxsus köynək, pijama-şalvar, gödəkçə üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq edildikdə yalnız A və H antigenləri alındı. Beləliklə, bu qan ləkələri ABO sistemi üzrə A/H {1 l) qruplu şəxsə, o cümlədən də X8 məxsus ola bilər. (cild 02, iş vər. 49-55) Bakı şəhəri Suraxanı rayonu X12 tərəfindən verilmiş 31 nömrəli, 30.04.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Yeni ünvan 4 ünvanında qeydiyyatdadır. Təqsirləndirilən şəxs xx xxxxxxxx 1980-ci ildə yuxarıda qeyd olunan tarixdə anadan olmuşdur. O, 1987-ci ildə 89 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub, 1996-cı ildə həmin məktəbi bitirmişdir və heç vaxt işləməyib. Təqsirləndirilən şəxs 2004-cü ildə mərhum Zərərçəkmiş şəxs ilə ailə həyatı qurub va Yeni ünvan 5 ünvanında yaşamışdır. Onların 2 övladı (Şahid1- xx.xx.2005 ci il, Şahid2- xx.xx.2007-ci il) var.Qonşuların dediklərinə görə, Zərərçəkmiş şəxs mütəmadi olara q spirtli içki qəbul edərək həyat yoldaşına və uşaqlarına işgəncələr verirdi.Qonşıların dediklərinə görə, Təqsirləndirilən şəxs yaşadığı küçədə heç bir qonşu ilə ədavəti olmamışdır.Oxuduğu 89 saylı məktəbdə müəllim kollektivi və sinif yoldaşlarının ondan heç bir şikayətləri olmayıb və onun haqqında həmişə müsbət fikirlər söyləyiblər. Ailədə 4 nəfər olublar (atası, anası, qardaşı və özü).Heç vaxt onlar barədə X9 şikayət daxil olmamışdır. (cild 02, iş vər. 83) Bakı şəhəri Suraxanı rayonu X12 tərəfindən verilmiş 32 nömrəli, 30.04.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, mərhum Zərərçəkmiş şəxs xx.xx.1976-cı il tarixində, Yeni ünvan 6 ünvanında anadan olmuşdur. 1983 -cü ildə 89 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub, 1991-ci ildə həmin məktəbin 8-ci sinfini bitirmişdir.O, heç vaxt dövlət işində işləməyib, lakin fərdi iş olanda gedib işləyirdi.Qonşuların dediklərinə görə, mərhum Zərərçəkmiş şəxs yaşadığı evdə daima dava-dalaş salır, hətta spirtli içki qəbul edəndən sonra həyat yoldaşını və azyaşlı uşaqlarını döyürdü, işgəncələr verirdi. Yaşadığı ərazidə olan qonşularla dava-dalaş salardı, nəlayiq söyüşlər söyərdi. Dəfələrlə qonşular tərəfindən xəbərdarlıq edilsə, də öz əməlindən əl çəkməmişdir. (cild 02, iş vər. 84) “Ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsas olmadan xitam verilməsi haqqında 20.05.2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi, şahid ifadələrindən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə ailə həyatı qurduqdan sonra 2007-ci il tarixdən başlayaraq yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu. Yeni Suraxanı qəsəbəsi, A.Şərifov küçəsi ev 10da spirtli içki qəbul edib sərxoş halda evda səbəbsiz yerə mübahisələr yaratmaqla sonuncunun ünvanına nalayiq sözlər işlədərək Azarbaycan Respublikası Cinayət Məcəlləsinin 126 va 127-ci maddələrində göstərilən nəticəlarə səbəb olmayan mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı va psixi istirablar vermakla Günay Sıxaliyevaya azab vermişdir. Zərərçəkmiş şəxs 06.03.2021-ci il tarixdə Suraxanı rayonu, Yeni Suraxanı qasabasi. A.Şarifov küçasi ev 10-da yenidən və spirtli içkili vəziyyətdə gələrək arvadı Günay Şıxəliyevin ünvanına nalayiq ifadələr işlədərək əsassız mübahisə yaratmış va evda olan DVD» aparatını götürüb onun başına vurmuşdur. Zərərçəkmiş şəxs qeyd olunan hərəkətləri Azərbaycan Respublikası CM-nin 133.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətinə səbəb olur. Bundan başqa cinayət işi üzrə Təqsirləndirilən şəxs, oğlu Elşən və Farid Şıxəliyevlərin ifadələrindən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs 06.03.2021-ci il tarixdə yaşadıqları mənzildə oğlu Şahid1 boğazına bıçaq diriyərək səhərisi günü öldürəcəyi ilə hədələmişdir. CM-in 134-cü maddəsinin dispozisyasından görünür ki, hədənin icra ediləcəyi üçün real asaslar olduqda öldürməklə hədələmə cinayət məsuliyyətinə səbəb olur. Hədənin reallığını aks etdirən əsaslardan biri də hədənin həyata keçirilməsinə imkan verən silahın və başqa vasitələrin mövcudluğudur. Zərərçəkmiş şəxs oğlu Şahid1 boğazına dirədiyi əşyanın bıçaq olduğu istintaqla sübuta yetirilmişdir. Qeyd olunan xüsusat Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur Mətanat Sultanova ərizə ilə Suraxanı rayon prokurorluğuna müraciət edərək bildirmişdir ki, qardaşı Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 133.1-ci maddəsi ilə, eyni zamanda barəsində aparılan har-hansı cinayət təqibinə bəraətverici asas olmadan xitam verilməsinə etiraz etmir. Mahir Sıxaliyevin öldüyünü və Matanat Sultanovanın ərizəsini nəzərə alaraq Azərbaycan Respublikası CPM-nin 39,1.5-ci maddəsinə əsasən ********* nömrəli cinayət işi üzrə ölmüş Zərərçəkmiş şəxs Oktay oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 133.1 və 134-cü maddələri ilə cinayət təqibinə bəraətverici əsas olmadan xitam verilmişdir. (cild 02, iş vər. 92-93) “Sübutların qiymətləndirilməsi haqqında” 20.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqın gedişatında ifadəsini dəyişərək 01.05.2021-ci il tarixli əlavə ifadəsində əri Zərərçəkmiş şəxs yatdığı vəziyyətdə deyil, oyaq olduğu vaxt, siqaret çəkəçəkə əlindəki telefonla meyxanaya qulaq asan zaman qəfldən linglə sonuncunun başına çoxsaylı zərbələr vuraraq öldürməsi barədə göstərdikləri öz müdafiəsi üçün gətirdiyi dəlil kimi qiymətləndirilərək rədd edilmiş, Təqsirləndirilən şəxs 09.03.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilərək əlavələr edilməklə ona həmin Məcəllənin 120.2.9-cu maddəsi ilə yenidən ittiham elan edilməsi qərara alınmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 120.2.2, 120.2.4 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayətlərin tərkibi olmadığından cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs yüngül dərəcəli alkoqol sərxoşluğunda olması onun köməksiz vəziyyəti kimi qiymətləndirilməmiş, Zərərçəkmiş şəxs 06.03.2021-ci il tarixdə övladları Elşən və Şahid1 qardaşlarını döyməsi xüsusatı üzrə cinayət işinin başlanması rədd edilmiş, ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsas olmadan xitam verilməsi haqqında 20.05.2021-ci il tarixli qərar nəzərə alınmış, zərərçəkmiş şəxsin hüquqi varisi X2 Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbinin olmamasına dair ifadəsində göstərdikləri Azərbaycan Respublikasi CM-in 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirici hal kimi qiymətləndirilmiş, hadisə yerinə baxış zamanı götürülmüş qanabənzər nümunələr, bir ədəd balış üzü, Təqsirləndirilən şəxs məxsus bir odad uzunqol köynək, bir ədəd pijama-şalvar, bir ədəd idman gödəkçəsi, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş tünd-boz rəngli üçdüymə pulover, boz rəngli mayka, tünd-göy-ağ damalı tuman və bir ədəd dəmir ling (lom) üzərində hadisənin izlərini saxladıqlarından cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiklərinə görə Suraxanı rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına təhvil verilmiş, təqsirləndirilən şəxs, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin dindirilməsi, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması protokolu, hadisə yerinin, telefon alaqələrinə dair məlumatların yazıldığı disklərin baxışının aparılması barədə protokollar, məhkəmə-tibbi ekspertizaları, məhkəmə-tibbi bioloji ekspertizası, məhkəmə-trosoloji, məhkəmə-lifli, məhkəmə-narkoloji, kompleks məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizaları üzrə rəylər və digər sənədlər sübut növü kimi qiymətləndirilsin və toplanmış sübutlar kifayət hesab edilmişdir. (cild 02, iş vər. 95-107) Beləliklə, məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutları müqayisəli qaydada tədqiq edərək, sübutlara hərtərəfli və obyektiv qiymət verməklə belə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması onun özünün etirafedici ifadələri ilə yanaşı, məhkəmə baxışı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən iş üzrə toplanmış obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, maddi sübutlar, müvafiq məhkəmə ekspertiza rəyləri ilə müəyyən edilmiş hallar və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs qəsdən öldürdüyü qənaətinə qənaətinə gəlinmiş və bununla bağlı ona Azərbaycan Respublikası CM-nin 120.2.9-cu maddəsi ilə ittiham irəli sürülmüşdür. Lakin, həmin iş üzrə aparılmış ibtidai istintaq və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədərkən zərərçəkmiş şəxs mərhum Zərərçəkmiş şəxs yatmış vəziyyətdə olması, bununla da aşkar surətdə köməksiz vəziyyətdə olmasını təsdiq edən hər-hansı bir mötəbər, təkzibedilməz sübut əldə edilməmişdir. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarında göstərilmişdir ki, qəsdən adam öldürmə cinayətlərinin ictimai-təhlükəlilik dərəcəsi nəzərə alınaraq məhkəmələrin diqqəti törədilmiş cinayət hadisəsinin hərtərəfli, tam və obyektiv araşdırılması zəruriliyinə cəlb edilsin. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, ibtidai istintaq orqanı bu kimi nəticələrə gələrkən iş materiallarında olan heç bir təkzibolunmaz sübuta istinad etməmiş, yalnız Təqsirləndirilən şəxs ibtidai istintaqın əvvəlki mərhələsi zamanı ifadəsində göstərdiklərinə əsaslanmışdır. Halbu ki, cinayət işinin ikinci cildinin 80-82-ci vərəqlərində olan “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 01.05.2021-ci il tarixli protokoldan, cinayət işinin ikinci cildinin 114-116-cı vərəqlərində olan “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 20.05.2021-ci il tarixli protokoldan və protokolun sonunda aparılmış əlyazma qeydlərdən, cinayət işinin ikinci cildinin 125-ci vərəqində olan “təqsirləndirilən şəxsi və onun müdafiəçilərinin cinayət işinin materialları ilə tanış etmə haqqında” 22.05.2021-ci il tarixli protokolda edilmiş əlyazma qeydlərdən görünür ki, Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs yatmış vəziyyətdə öldürmədiyini bildirib, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə təqsirli bilmədiyini bildirmişdir. İbtidai istintaq orqanı tərəfindən isə bu dəlillər özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirilməklə, əksini sübut edən heç bir dəlil irəli sürülmədən və toplanmadan yalnız təqsirləndirilən şəxsin əvvəlki ifadələrinə istinad edilmiş və həmin ifadələr təqsirləndirilən şəxsə elan edilmiş ittihamı təsdiq edən sübut kimi ittihamın əsasına qoyulmuşdur. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı,bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir. Verilmiş ittihamın mahiyyətindən göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən zərərçəkmiş şəxsin hadisə vaxtı yatmış olması halına istinad edilməklə, sonuncunun təqsirləndirilən şəxsin hərəkətlərinə münasibətdə aşkar surətdə köməksiz vəziyyətdə olması qənaətinə gəlinmişdir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Bu baxımdan məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 06.03.2021-ci il tarixdə törətmiş olduğu ictimai təhlükəli əmələ düzgün hüquqi qiymət verilməsi üçün obyektiv amillərlə subyektiv amillərin qarşılıqlı şəkildə tədqiqi mühüm əhəmiyyət kəsb etməklə, hadisələrin baş vermə mexanizmi və ardıcıllığı, hadisədən əvvəl tərəflərin davranışları, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək qərarına gəlməsi anından sonrakı davranışları (bunun üçün istifadə etdiyi aləti götürməsi və sonrakı hərəkətləri), eləcə də məhz hadisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi nöqtələrin təhlili və tədqiq edilməsi, o cümlədən həmin hallarla Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində göstərdiyi dəlillərin qarşılılıq şəkildə tədqiq edilməsi obyektiv həqiqətin müəyyən edilməsi baxımından zəruridir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsi, 127-ci maddəsinin 2-ci hissəsi və 129-cu maddəsinin 3-cü hissəsinin müddəalarına əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməli, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxmalı və məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Bununla bağlı ilk növbədə qeyd olunmalıdır ki, iş materiallarında Zərərçəkmiş şəxs hadisə zamanı yatmasını təsdiq edən heç bir obyektiv (kamera görüntüsü və s.) sübut yoxdur. Məhkəmə iclasında dindirilmiş şahid ifadələri əsasında baş vermiş hadisələrin təhlili, o cümlədən elə ibtidai istintaq orqanının gəldiyi nəticələr (“Ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsas olmadan xitam verilməsi haqqında 20.05.2021-ci il tarixli qərarda qeyd olunanlar) onu göstərir ki, həqiqətən hadisənin baş verməsindən əvvəl Zərərçəkmiş şəxs döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı va psixi istirablar verməklə Günay Sıxaliyevaya əzab vermiş, hadisə günü isə Şahid1 vuraraq xəsarət yetirməklə (məhkəmə-tibbi ekspertizasının 07.03.2021-ci il tarixli, 211 saylı ekspert rəyi) yetinməmiş, hətta Şahid1 boğazına bıçaq diriyərək səhərisi günü öldürəcəyi ilə hədələmiş, həmçinin yerə tüpürərək Təqsirləndirilən şəxs həmin tüpürcəyi təmizləməyə vadar etməyə çalışmışdır. Məhkəmə iclasında ifadə verərkən Təqsirləndirilən şəxs uşaqlar yatdıqdan sonra Mahirə baxmaq üçün otağa getdiyini, bu zaman Mahirin ona tüpürcəyi silməsini bir daha deməsini, həmin vaxt Mahirdə bıçaq olduğundan sonuncunun təklikdə ona xəsarət yetirəcəyindən qorxduğundan artıq Zərərçəkmiş şəxs öldürmək qərarına gəldiyini bildirmişdir. Göründüyü kimi, hadisələrin təhlil olunan məqamı ilə bağlı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlarla işdə olan sübutlar əsasında müəyən edilmiş hallar, yəni Zərərçəkmiş şəxs artıq bir dəfə yerə tüpürərək onu silməyə vadar etməsi (uşaqların ifadəsi ilə təsdiq olunur), Təqsirləndirilən şəxs Mahirin onu bıçaqla vurmasından qorxması (Mahirdə hadisə vaxtı bıçağın olması və onu oğlu Şahid1 münasibətdə tətbiq etməsi iş materialları ilə mübahisəsiz şəkildə təsdiq olunur) bir-biri ilə uzlaşır ki, məhkəmə həmin halları həqiqətə uyğun hesab edərək, Zərərçəkmiş şəxs hadisə vaxtı yatmamış olmasına dair Təqsirləndirilən şəxs məhkəmə iclasında və ibtidai istintaq zamanı gətirdiyi dəlillərin həqiqətə uyğun olmasına ilkin sübutlar kimi qəbul edir. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs evdən çıxıb dəmir lingi götürməsi və Zərərçəkmiş şəxs ölümünə səbəb olmuş xəsarətləri yetirməsi mərhələsinin də tədqiqi ilə bağlı ilk növbədə qeyd edir ki, Günay Şıxəliyevə məhkəmə iclasında ifadəsində məhz oyaq olan Zərərçəkmiş şəxs otağa daxil olarkən onu görməməsi məqsədi ilə Zərərçəkmiş şəxs olduğu otağa dəhlizdən yox, digər otağın qapısından keçərək daxil olduğunu, ilk iki zərbəni Zərərçəkmiş şəxs onu görmədiyi başının yuxarı hissəsindən endirdiyini bildirmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, “Baxış keçirilməsi haqqında” 07.03.2021-ci il tarixli protokol və əlavə edilmiş fotoşəkillərdən, eləcə də 09 mart 2021-ci il tarixli “təqsirləndirilən şəxs ifadələrinin yerində yoxlanması haqında protokol”dan və əlavə edilmiş fotoşəkillərdən hadisənin baş verdiyi evin həyət tipli 3 otaqlı olmaqla, bütün otaqlardan bir-birinə keçmək üçün ayrı-ayrılıqda qapılar olması (Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs uzandığı otağa məhz sonuncunun onu görməməsi məqsədi ilə dəhlizdən yox digər otaqdan həmin otağa keçməsinin mümkünlüyü təsdiq olunur), Zərərçəkmiş şəxs qatlanıb-açılan yataqda həqiqətən də başı Təqsirləndirilən şəxs otağa daxil olduğu qapıya doğru uzanmış olması (meyitin aşkar olunduğu çarpayıdakı duruş vəziyyətinə əsasən) müəyyən edilir. Bununla yanaşı elə 09 mart 2021-ci il tarixli “təqsirləndirilən şəxsin ifadələrinin yerində yoxlanması haqında protokol”dan və əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs istintaqın həmin mərhələsində belə ifadəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs uzandığı otağa dəhlizdən yox digər otaqdan daxil olmasını, ilk iki zərbəni qapının qarşısında dayanıb vurduqdan sonra Zərərçəkmiş şəxs yan tərəfində keçərək sonrakı zərbələri vurduğunu bildirmişdir, məhkəmə iclasında da həmin məzmunda ifadə verərək, bu kimi gedişatla hərəkət etməkdə məqsədlərinin məhz Zərərçəkmiş şəxs oyaq olduğundan, onun gəlişini görməməsi və öz niyyətini başa çatdıra bilməsi olduğunu bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hərəkət mexanizminin məqsədləri kimi qeyd etdiyi halların, məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyiynin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsinin eksperti X1 ifadəsində göstərdiyi,- “Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərdən müyyən olunur ki, ona baş nahiyəsindən yetirilmiş ilk zərbədən sonra Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı hər hansı müqavimət göstərməsi iqtidarında olmamışdır... Zərərçəkmiş şəxs hadisə baş verən anda oyaq və ya yatmış olmasının heç bir fərqi olmadan ilk zərbədən sonra Təqsirləndirilən şəxs qarşı heç bir müqavimət göstərə bilməzdi... Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi kimi ilk dəfə iki zərbəni Zərərçəkmiş şəxs bir qədər başının yuxarı nahiyəsindən dayanaraq yetirdiyinə dair göstərdiyi dəlilləri inkar edilmədiyi...” kimi xüsusatlarla da qarşılıqlı tədqiq edərək belə hesab edir ki, göstərilənlər həqiqətən də, həmin vaxt çarpayıda uzanmış (yatmamış) Zərərçəkmiş şəxs münasibətdə cinayətkar niyyətini maneəsiz (Zərərçəkmiş şəxs müqaviməti olmadan) başa çatdırması üçün Təqsirləndirilən şəxs tərəfindən edilmiş ağlabatan hərəkətlər olmuşdur. Göstərilənlərin əksini sübut edən hallar olmamaqla yanaşı, məhkəmə hesab edir ki, ittihamda qeyd olunduğu kimi Zərərçəkmiş şəxs yatmış olması və bunu Təqsirləndirilən şəxs cinayəti törətməmişdən qabaq dəqiqləşdirməsi halının real olaraq mövcud olduğu şəraitdə, Təqsirləndirilən şəxs bu qədər planlı şəkildə hərəkət etməsinə lüzum olmamaqla, həmin vaxt hərəkətlərini tam olaraq dərk edən Təqsirləndirilən şəxs münasibətdə ağlabatan olmamışdır. Belə ki, məhkəmə kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 30.03.2021-ci il tarixli, 650 nömrəli rəyi ilə müəyyən edilmiş, Təqsirləndirilən şəxs həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olması, ittiham olunan cinayət əməlini törədən zaman fiziloji affekt vəziyyətində olmamasına dair xüsusatlarla yanaşı, Təqsirləndirilən şəxs hadisədən sonra DİN-in 102 xidmətinə zəng edərkən qeydə alınmış telefon danışığını da bilavasitə tədqiq etməklə, sonuncunun həmin telefon danışığı zamanı kifayət qədər aramla, sakit və səlis şəkildə baş vermiş hadisəni təsvir edərək məlumat verməsini də, Təqsirləndirilən şəxs tərəfindən hadisə zamanı yuxarıda sadalanan addımların məqsədyönlü şəkildə atılmış olmasına dəalət edən hallar kimi qiymətləndirir. Eyni zamanda qeyd olunmalıdır ki, müstəntiq tərəfindən “Sübutların qiymətləndirilməsi haqqında” 20.05.2021-ci il tarixli qərarında təqsirləndirilən şəxsin irəli sürdüyü dəlilləri təkzib edən hal kimi “Diskə baxış keçirilməsi haqqında” 13.04.2021-ci il tarixli protokoldan (Təqsirləndirilən şəxs DİN-in 102 xidməti ilə danışı ilə bağlı) Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs yatdığı vəziyyətdə öldürdüyünü bildirməsi halına istinad edilmişdir ki, məhkəmə qeyd olunan protokolun məzmununda belə bir xüsusatın göstərilməməsini qeyd etməklə yanaşı, həmin telefon danışığını da bilavasitə tədqiq edərək, Təqsirləndirilən şəxs məlum telefon danışığı zamanı belə bir ifadə işlətmədiyinin müəyyən edilmədiyini bir daha vurğulayır və bu halı da istintaq orqanı tərəfindən verilmiş ittihamı əsaslandırmaya uğursuz bir cəhd kimi vurğulayır. Elə həmin qərarda sadalanmış təqsirləndirilən şəxsin irəli sürdüyü dəlilləri təkzib edən hallar kimi meyitin aşkar olunduğu çarpayıdakı duruş vəziyyəti və əynində şalvarın olmamasına da müstəntiq tərəfindən istinad edilmişdir ki, məhkəmə meyitin çarpayıda uzanıqlı olmasının şəxsin uzanmış və yaxud yatmış olmasının birmənalı olaraq müəyyən edilməsi amili kimi qiymətləndirilməsinə dəlalət edən hal kimi qəbul etmir, çünki özlüyündə həmin hal elə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs çarpayıda yatmadan uzanmış olmasını da inkar etmir. Həmin şəxsin əynində şalvarın olmaması xüsusatına gəldikdə isə məhkəmə kollegiyası, bu halın adi məişət davranışları çərçivəsində belə çarpayıda uzanan şəxsin (xüsusilə də artıq gecə saatlarına yaxın) əynindən şalvarını (üst geyimini) çıxarmaqla edə biləcəyi normal bir hal olduğunu, bu halın şəxsin fizioloji baxımdan yatmış və ya oyaq olmasına dair heç bir sübuti əhəmiyyəti olmadığını vurğulayır. Belə ki, yuxu - beyinin fəaliyyət normasının minimal səviyyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji proses olmaqla, şəxsin üst geyimi ilə heç bir bağlılığı yoxdur və hüquqi anlamda müstəntiqin gəldiyi qənaət ilə hadisələrə qiymət verilsə şəxsin əynində üst geyiminin olması sonuncunun yatmamasına dəlalət edən hal kimi qiymətləndirilməklə qəbul edilməlidir ki, bu da absurd bir fikirdən başqa bir şey deyildir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs məhkəmə istinaqı zamanı ifadəsində göstərdiyi hadisə zamanı Zərərçəkmiş şəxs əlində mobil telefon olması, sonuncunun meyxanaya qulaq asması, öldürdükdən sorna isə elə onun telefonunu götürüb DİN-in 102 xidmətinə zəng etməsi ilə bağlı xüsusatlarla əlaqədar aşağıdakıları qeyd edir. “Diskə baxış keçirilməsi barədə” 13.04.2021-ci il tarixli protokoldan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hadisədən sonra DİN-in 102 xidmətinə məhz Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefonla zəng edərək danışmışdır. Təqsirləndirilən şəxs DİN-in 102 xidmətinə zəng etmək üçün Zərərçəkmiş şəxs mobil telefonundan istifadə etməsi halını məhkəmə işin digər faktiki halları ilə, yəni Təqsirləndirilən şəxs özünün istifadəsində mobil telefon olmaması və yaxınları ilə əlaqə saxlayarkən şəhərdaxili telefonlardan istifadə etməsi, hadisəni törətməsindən sonra əllərini yuyub, paltarlarını dəyişdikdən sonra elə Zərərçəkmiş şəxs olduğu otaqda oturub sonuncunun ölümünü dəqiq müəyyən etmək üçün gözləməsi ilə qarşılıqlı tədqiq edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hadisədən sonra məhz Zərərçəkmiş şəxs ölümünü dəqiqləşdirməsindən sonra, sonuncunun meyitinin yanında olan mobil telefonunu götürüb istifadə etməsi ağlabatandır və bu da Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs hadisə zamanı oyaq olmaqla, telefondan istifadə edərək meyxanaya qulaq asmasının mümkünlüyünə dəlalət edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı iş üzrə Təqsirləndirilən şəxs mərhum əri Zərərçəkmiş şəxs məhz yatmış olmaqla köməksiz vəziyyətdə qəsdən öldürdüyü barədə məhkəmə baxışı zamanı heç bir mötəbər və təkzibolunmaz sübut əldə olunmamışdır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinin müddəalarına əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 28.1 və 28.4-cü maddələrinin müddəalarına əsasən məhkəmələr cinayət işlərinə həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinin tələblərinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, məhkəmə iş üzrə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək, hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun zərərçəkmiş şəxs, mərhum Zərərçəkmiş şəxs qarşı törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 120.2.9-cu maddəsi ilə tövsif edilməsinə baxmayaraq, Zərərçəkmiş şəxs onun tərəfindən sonuncunun aşkar surətdə köməksiz vəziyyətdə olduğu zaman (yatarkən) qəsdən öldürüldüyü öz təsdiqini tapmadığı, bununla yanaşı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məhz qəsdən qəsdən həyatdan məhrum etməklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş olduğu məhkəmə istintaqı zamanı öz təsdiqini tapdığı nəzərə alınaraq, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı övladının olmasını, 59.1.8-ci maddəsinə əsasən cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini, 59.1.10-cu maddəsinə əsasən könüllü gəlib təqsirini boynuna almasını, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, 59.2-ci maddəsinə əsasən qadın olmaqla, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan yüngülləşdirici hallar Təqsirləndirilən şəxs vəziyyətini və cəzasını yüngülləşdirdiyindən ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə həmin Məcəllənin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə qəsdən xüsusilə ağır cinayət əməlini törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən o cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu 07 mart 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar: Bakı şəhəri Suraxanı rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılmaqla cinayətin aləti olan bir ədəd dəmir ling (lom), həmçinin hadisə yerinə baxış zamanı götürülmüş qanabənzər nümunələr, bir ədəd balış üzü, Təqsirləndirilən şəxs məxsus bir ədəd uzunqol köynək, bir ədəd pijama-şalvar, bir ədəd idman gödəkçəsi, zərərçəkmiş şəxs, mərhum Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş tünd-boz rəngli üçdüymə pulover, boz rəngli mayka, tünd-göy-ağ damalı tuman hadisə ilə bağlı yarasız vəziyyətdə düşdükləri nəzərə alınaraq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanmalıdır. İş üzrə məhkəmə məsrəfləri, üzərinə həbs qoyulmuş əmlak və mülki iddia olmadığı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 07 mart 2021-ci tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: Bakı şəhəri Suraxanı rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılmaqla cinayətin aləti olan bir ədəd dəmir ling (lom), həmçinin hadisə yerinə baxış zamanı götürülmüş qanabənzər nümunələr, bir ədəd balış üzü, Təqsirləndirilən şəxs məxsus bir ədəd uzunqol köynək, bir ədəd pijama-şalvar, bir ədəd idman gödəkçəsi, zərərçəkmiş şəxs, mərhum Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş tünd-boz rəngli üçdüymə pulover, boz rəngli mayka, tünd-göy-ağ damalı tuman hadisə ilə bağlı yarasız vəziyyətdə düşdükləri nəzərə alınaraq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd CD disk cinayət işinin materiallarında saxlansın. İş üzrə məhkəmə məsrəfləri, üzərinə həbs qoyulmuş əmlak və mülki iddia olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkumlara isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Mahmud Ağalarov Siyavuş Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar