Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1194/2024 10.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X1, müdafiəçi - Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1999-cu il tarixdə Bakı şəhərində doğulmuş, orta təhsilli, subay, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, Cəbrayıl rayonu, Şükürbəyli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsi, nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 6 nömrəli məhkəmə iclas zalında saat 17:15-də açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına görə, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, metadon və psixotrop maddə metamfetamin əldə edib saxlamış və daşımışdır. Belə ki, o, tamah niyyəti ilə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, metadon və psixotrop maddə metamfetamin əldə edib sataraq mənfəət əldə etmək üçün şəxsiyyəti istintaqa məlum olmayan «Səid» adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və şəraitdə sonuncunun Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşdirdiyi istintaqa konkret məlum olmayan ünvandan 4 (dörd) ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 20,73 qram, 1200 qram, 750,0 qram və 1250 qram olmaqla ümumi təmiz çəkisi 3220,73 qram (3 kq 220,73 qram) tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 900 qram, kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin və tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı külli miqdarda, yəni 19,2 qram təşkil edən 48 ədəd üzərlərində “Methadone 40” göstəriciləri olan blisterdə 800 ədəd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həbləri əldə edərək satış məqsədi ilə saxlayıb daşıyarkən Nərimanov Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23 sentyabr 2023-cü il tarixdə saat 18:45 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağ evləri yaşayış massivi, 5-ci döngənin yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin ünvan 2 ünvanında yerləşən inzibati binasına gətirilib orada üstündə şəxsi axtarış aparılan zaman əynindəki tünd göy rəngli idman şalvarının qabaq sağ cibindən 1 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi 20,73 qram, sağ çiynindən asıb saxladığı üzərində «Joma» yazısı olan göy rəngli idman çantasının içərisində isə 3 (üç) ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1200 qram, 750,0 qram və 1250 qram olmaqla ümumi təmiz çəkisi 3220,73 qram (3 kq 220,73 qram) tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, habelə həmin çantada 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 900 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin və tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı külli miqdarda, yəni 19,2 qram təşkil edən 48 ədəd üzərlərində “Methadone 40” göstəriciləri olan blisterdə 800 ədəd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həbləri aşkar edilib götürülmüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, əvvəlki işindən çıxdıqdan sonra Bakı şəhəri ərazisində 2-3 aydan bir narkotik maddə olan marixuanadan istifadə etmişdir. “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı Səid adlı şəxs ilə sonradan “Whatsapp” tətbiqi vasitəsilə əlaqə saxlayaraq ona 100 manat məbləğində pul göndərmiş, həmin şəxsin ona dediyi ünvandan narkotik maddəni götürmək üçün getdikdə narkotik maddə həmin şəxsin dediyi ünvanda olmamışdır. “Səid” adlı şəxslə əlaqə saxladıqda ona biraz gözləməli olduğunu demiş, daha sonra 9-10 nəfər polis əməkdaşı gəlib onu saxlayaraq Nərimanov Rayon Polis İdarəsinə aparmışlar. Həmin polis idarəsində bir xeyli gözlədikdən sonra əməliyyatçı Bəylər adlı polis əməkdaşı ona imzalamalı olduğu sənədləri göstərdikdə razılaşmamış, Bəylər adlı polis əməkdaşı ondan pul tələb edərək sonuncuya onun cəzaəçəkmə müəssisəsinə göndərilməsi yox, pul verməsinin maraqlı olduğunu demişdir. O, ilk dəfə narkotik maddə olan bağlamanı orada görmüşdür. İlk dəfə saxlanıldığından, hadisənin şoku ilə təqdim edilən sənədləri imzalamışdır. Orada olan narkotik maddələrin heç biri ona aid olmamışdır. Videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və baxış keçirilən zaman Bəylər adlı polis əməkdaşının əvvəlcədən ona dediyi ifadələri söyləmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadə verdiyini, lakin orada yazılanların doğru olmadığını, şok vəziyyətində həmin sənədləri imzaladığını, 1 dəfə İran İslam Respublikasının vətəndaşı “Səid” adlı şəxsin dediyi yerdən narkotik maddə götürüb istifadə etdiyini, lakin heç vaxt götürüb harasa başqa yerə qoymadığını, Nərimanov Rayon Məhkəməsində olarkən polis əməkdaşlarından çəkindiyi üçün narkotik maddələrin ona məxsus olmadığını demədiyini, polis əməkdaşları tərəfindən ona fiziki zor tətbiq edilmədiyini, lakin psixi zor tətbiq edildiyini, narkotik maddə marixuananın istifadəçisi olduğunu, videoçəkilişdə nümayiş olunan narkotik maddələrin heç birinin ona məxsus olmadığını, saxlanıldığı yerə şəxsi istifadəsi məqsədilə marixuana götürmək üçün getsə də, orada narkotik maddə olmadığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində hər hansısa qanunsuz maddə olmadığını, “Səid” adlı şəxs ona onlayn yolla şəkil göndərdiyini, həmin şəkil vasitəsilə narkotik maddə olan marixuananı götürəcəyini, saxlanılan zaman üzərində ***- ***-**-** saylı mobil nömrəli mobil telefon olduğunu, 23 sentyabr 2023-cü il tarixdə, təxminən saat 16:00 radələrində saxlanıldığını, Nərimanov Rayon Polis İdarəsinə gətirildiyi vaxtı isə xatırlamadığını, videoçəkiliş zamanı nümayiş etdirdiyi çantada isə narkotik maddə olan marixuana, metamfetamin və bir sıra narkotik tərkibli dərmanlar olduğunu, elan olunan ifadədəki imzaların ona məxsus olsa da, həmin ifadədə ona əvvəlcədən deyilənləri dediyini, saxlanıldığı yerdə müşahidə kameralarının olduğunu, onun üzərində heç bir çanta olmadığını, videoçəkiliş zamanı cibindən aşkar olunan narkotik maddələrin Nərimanov Rayon Polis İdarəsində onun cibinə qoyulduğunu, aşkar olunan narkotik maddələrin onun götürmək üçün getdiyi narkotik maddədən çox olduğunu bildirdi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində özünü tam təqsirli bilərək göstərmişdir ki, o, 2023-cü ilin avqust ayının ortalarında “Whatsapp” tətbiqində “Səid” adlı şəxslə tanış olmuş, söhbət əsnasında “Səid” özünü ona İran İslam Respublikasının vətəndaşı kimi təqdim edərək sosial şəbəkə vasitəsilə “nəşə” və “patı” satışı ilə məşğul olduğunu bildirərək pul qazanmaq üçün onunla birlikdə işləməyi təklif etmişdir. “Nəşə” almaq üçün pula ehtiyacı olduğuna görə o, “Səid”-in təklifi ilə razılaşmış, “Səid” narkomanlar arasında “nəşə” kimi tamnan qurudulmuş marixuana, “patı” və ya “şüşə” kimi tanınan metamfetamin və metadon həblərini onun dediyi ünvanlara daşıyıb çatdırmalı olduğunu bildirərək bunun müqabilində hər dəfə ona zəhmət haqqı kimi “nəşə” təşkil edəcəyini və pul verəcəyini vəd etmişdir. “Səid” həmçinin Bakı şəhərində sosial şəbəkə vasitəsilə əsasən “nəşə”, “patı” və metadon satışı ilə məşğul olduğunu, müştəri tapdıqda onunla “Whatsapp” tətbiqi vasitəsilə əlaqə saxlayaraq lazımi ünvana çatdırmaq üçün “nəşə”, “patı” və metadonu gizlətdiyi yerlər barədə ona məlumat verəcəyini demiş, həmin vaxtdan etibarən o, “Səid”-in tapşırığı ilə Bakı şəhərində hazırda xatırlamadığı müxəlif ünvanlardan “nəşə” və “patı” bükümlərini götürüb onun dediyi lazımi ünvanlara daşıyıb çatdırmağa başlamışdır. “Səid” “Whatsapp” vasitəsilə onunla əlaqə saxlayaraq “nəşə” və “patı”-nı gizlətdiyi ünvanın fotoşəkillərini ona göndərmiş, o da həmin ünvana gedib bükümləri götürərək “Səid”-in dediyi ünvanlara daşıyıb çatdırmış, bunun müqabilində hər dəfə “Səid” onun bank kartına müxtəlif məbləğlərdə pul göndərmişdir. Həmçinin “Səid”-in icazəsi ilə qabaqcaban ona deməklə daşıdığı “nəşə” bükümlərindən özü üçün zəhmət haqqı müqabilində 10-15 qram götürmüş və ağrıları olanda siqaretə doldurub yandıraraq tüstüsünü udmaqla qəbul etmişdir. 2023-cü ilin sentyabr ayının ortalarında gecə saatlarında Bakı şəhərində olan zaman “Səid” “+98-***-***-**-**” saylı mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi “Whatsapp” tətbiqi vasitəsilə ona zəng vuraraq Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində üzərində “Joma” yazısı olan göy rəngli idman çantasının içərisində 4 (dörd) ədəd sellofan bağlamada 3 (üç) kiloqrama yaxın “nəşə”, yəni qurudulmuş marixuana, 1 (bir) ədəd sellofan bağlamada 1 (bir) kiloqrama yaxın “patı”, yəni metamfetamin və 1 (bir) ədəd bağlamada metadon həbi gizlətdiyini bildirib həmin “nəşə”, “patı” və metadonu bir müddət sonra deyəcəyi ünvana çatdırmaq üçün gedib götürməyini söyləmiş, “Səid” çantanı gizlətdiyi həmin yerin fotoşəkillərini “Whatsapp” tətbiqi vasitəsilə ona göndərdikdən sonra o, dərhal tanımadığı taksi avtomobilinə əyləşib Abşeron rayonu, Qobu qəsəbəsinə, yəni həmin əraziyə gedərək “Səid”-in göndərdiyi fotoşəkillərə əsasən üzərində “Joma” yazısı olan göy rəngli idman çantasını aşkar edib götürmüş, hər ehtimala qarşı ətrafa göz gəzdirib sakitçilik olduğunu yəqin etdikdən sonra çantanı açıb içərisinə diqqətlə baxdıqda çantanın içərisindəki bağlamalarda “Səid”-in dediyi kimi həqiqətən də “nəşə”, “patı” və metadon həblərinin olduğunu görmüşdür. Bundan sonra o, çantanı götürüb oradan uzaqlaşmış və tanımadığı taksi avtomobilinə əyləşib Bakı şəhərinə qayıdaraq “Səid”-in deyəcəyi ünvana çatdırmaq üçün onun zəngini gözləməyə başlamışdır. 23 sentyabr 2023-cü il tarixdə saat 18 radələrində “Səid” “Whatsapp” tətbiqi vasitəsilə ona zəng vuraraq həmin çantanı Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində əlverişli yerdə gizlətməyini tapşıraraq bu məqsədlə əvvəlcədən çantanı gizlədəcəyi yerin fotoşəkillərini çəkərək göndərməsini istəmiş, həmin gün saat 18 radələrində o, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağ evləri yaşayış massivinə gedərək çantanı gizlətmək üçün əlverişli yer taparaq həmin yerin fotoşəkillərini çəkib “Whatsapp” tətbiqi vasitəsilə “Səid”-ə göndərmişdir. Bir neçə dəqiqə sonra Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağ evləri yaşayış massivi, 5-ci döngənin yaxınlığında dayanıb “Səid”-in zəngini gözləyən zaman iki nəfər mülki geyimli şəxsin ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını söyləyib xidməti vəsiqələrini göstərərək ondan adını, soyadını, habelə yaşadığı ünvanı soruşan zaman o, əvvəlcə adını və soyadını demək istəməmiş, lakin başqa çıxış yolu görməyib adını və soyadını polis əməkdaşlarına bildirərək Suraxanıda yaşadığını demişdir. Polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla onu tanış edib Nərimanov Rayon Polis İdarəsinə dəvət etmişlər. O, həmin vaxt sağ çiynindən asdığı içərisində “nəşə”, “patı” və metadon olan “Joma” markalı idman çantasına və şalvarının qabaq sağ cibində gizləyib saxladığı “nəşə” bağlamasına görə həbs olunacağını başa düşsə də, polis əməkdaşlarının onu diqqətlə müşahidə etdiklərindən imkan tapıb həmin çantanı və cibindəki “nəşə” bağlamasını kənara tullaya bilmədikdən sonra etiraz etməyərək polis əməkdaşlarının müşayiəti ilə Nərimanov Rayon Polis İdarəsinə getmişdir. İdarədə təhqiqatçı tərəfindən ona vəkil təqdim olunmaqla şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, sonra həmin vəkilin, həmçinin polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üstündə axtarış aparılmışdır. Axtarış zamanı polis əməkdaşları ona üstündə qanunsuz əşya və ya maddə varsa, onlara təqdim etməyi təklif etdikdən sonra o, əvvəlcə şalvarının sağ cibindəki “nəşə” bağlamasını çıxarıb stolun üzərinə qoyduqdan sonra sağ çiyinindən asdığı içərisində 3 (üç) ədəd sellofan bağlamada “nəşə”, 1 (bir) ədəd sellofan bağlamada “patı” və digər 1 (bir) ədəd bağlamada metadon həbi olan idman çantasını stolun üstünə qoyub polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi bağlamaları haradan və nə məqsədlə əldə etdiyini soruşduqda o, səmimi etiraf edərək həmin bağlamaları “Səid” adlı şəxsin “Whatsapp” tətbiqi vasitəsilə ona dediyi yerdən götürüb əldə etdiyini bildirmişdir. Axtarış zamanı o, həmçinin şalvarının arxa sağ cibindəki “Redmi” markalı mobil telefonunu, "xxxx" ASC tərəfindən verilmiş plastik bank kartını da çıxarıb könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları bağlamaları və həmin əşyaları diqqətlə gözdən keçirib üstündə axtarış aparılması ilə əlaqədar sənədləşdirmə apararaq protokol tərtib etmiş və ondan aşkar olunmuş həmin bağlamaları, habelə mobil telefonu və bank kartını qablaşdırıb götürmüşlər. O da həmin protokolu və qablaşdırmaları imzalamışdır. “Səid” adlı həmin şəxsin adını, soyadını, atasının adını, yaşayış ünvanını və digər anket məlumatlarını bilməmiş və “Səid” ilk dəfə tanış olarkən özünü ona İlyas kimi təqdim etdiyi üçün mobil telefonunda “Whatsapp” tətbiqində onun adını İlyas kimi yazmışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 23 sentyabr 2023-cü il tarixdə, saat 18:45 radələrində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinə gətirilmiş, polis idarəsində təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə etməklə keçirilmiş şəxsi axtarış və baxış zamanı Təqsirləndirilən şəxs könüllü şəkildə üzərində olan idman çantasından bir neçə bükümü, həmçinin şəffaf sellofan bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etiklərinin “nəşə” və “patı” olduğunu bildirmiş, bundan əlavə onun üzərindən bir neçə həb də aşkar edilmişdir. Aşkar olunmuş narkotik tərkibli maddələr müvafiq qaydada qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid1 saxlanılan vaxt Təqsirləndirilən şəxs tək olduğunu, sonuncunun polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərmədiyini, əməliyyat qrupunda ondan başqa Şahid2 olduğunu, başqa şəxsin əməliyyat tədbirinə cəlb edilmədiyini, daxil olmuş əməliyyat məlumatında onun narkotik maddələri haradan əldə etməsinin olub-olmadığını xatırlamadığını, əməliyyat tədbirinin xidmət etdiyi polis idarəsi tərəfindən keçirildiyindən Təqsirləndirilən şəxs Nərimanov Rayon Polis İdarəsinə dəvət etdiklərini, Təqsirləndirilən şəxs saxlanıldığı yerlə Nərimanov Rayon Polis İdarəsinin arasında nə qədər məsafə olduğunu bilmədiyini, hadisənin üzərindən xeyli vaxt keçdiyindən Təqsirləndirilən şəxs üzərində olan çantanın xüsusiyyətlərini xatırlamadığını, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən heç bir zorakılıq hərəkətləri edilmədiyini, ibtidai istintaqa verdiyi ifadəni təsdiq etdiyini, videoçəkilişdə nümayiş etdirməsi üçün Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən heç bir kütlənin təqdim edilmədiyini bildirdi. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. O, 23 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupunun tərkibində iştirak etmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23 sentyabr 2023-cü il tarixdə, saat 18:45 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, bağ evləri 5-ci döngənin yaxınlığında saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinə gətirilmişdir. Polis İdarəsində təhqiqatçı tərəfindən videoçəkiliş vasitəsilə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və baxış zamanı bir neçə büküm aşkarlanmış, sorğu zamanı Təqsirləndirilən şəxs içərisində müxtəlif tərkibli narkotik maddələr olan həmin bükümləri onlayn yolla İran İslam Respublikasının vətəndaşı “Səid” adlı şəxsin dediyi yerdən götürüb əldə etdiyini bildirmişdir. Aşkar olunmuş narkotik tərkibli maddələr müvafiq qaydada qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid2 Təqsirləndirilən şəxs saxlanılarkən tək olduğunu, polis əməkdaşlarına müqavimət göstərmədiyini, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixi zor tətbiq edilmədiyini, daxil olmuş əməliyyat məlumatının Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə olduğunu, həmin məlumatda Təqsirləndirilən şəxs narkotik tərkibli maddələri haradan əldə etməsi barədə məlumatın olmadığını, Təqsirləndirilən şəxs saxlanılan vaxt üzərində çanta olduğunu, narkotik maddələrin həmin çantadan aşkarlandığını, Təqsirləndirilən şəxs saxlayarkən əməliyyat qrupunun tərkibində özündən başqa Şahid1 iştirak etdiyini, başqa polis əməkdaşlarının olmadığını, ibtidai istintaqa verdiyi ifadəni təsdiq etdiyini bildirdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs Suraxanı və Nərimanov rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1, iş vərəqə 3) xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış qrupunun təşkil olunması haqqında” əmr, qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyataxtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü həmin idarənin əməliyyat müvəkkilləri Vüqar Cavadzadə, Şahid2 və Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 4-6) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:45 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağ evləri 5-ci döngənin yaxınlığında saxlanılaraq Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə gətirilmişdir. Həmin raport polis əməkdaşları Şahid1 və Şahid2 tərəfindən imzalanmışdır. (Cild 1, iş vərəqə 8) xx.xx.2023-cü il tarixli “Cinayət əməlini törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 20; 21- 22) xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” qərar və protokoldan görünür ki, müvafiq istintaq hərəkət zamanı Təqsirləndirilən şəxs könüllü olaraq çiynində asılı vəziyyətdə olan üzərində “JOMA” yazılmış göy rəngli idman çantasının içərisindəki 3 ədəd şəffaf sellofana bükülmüş, içərisində tünd yaşıl rəngli spesifik qoxuya malik ot kütləsini, şəffaf sellofana bükülmüş kristal formalı spesifik qoxuya malik maddəni, şəffaf sellofana bükülmüş dərman həblərini, həmçinin əynində olan tünd göy rəngli idman şalvarının qabaq sağ cibindən 01 ədəd sellofan bükümün içərisində spesifik qoxuya malik tünd yaşıl rəngli ot kütləsini, sol cibindən 1 ədəd “Redmi” markalı mobil telefon və plastik bank kartını masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin idman çantasını içərisində olan 3 ədəd sellofan büküm açıldıqda içərisində tünd yaşıl rəngli spesifik qoxuya malik ot kütləsi və 1 ədəd şəffaf sellofana büküm kristal formalı spesifik qoxuya malik olan maddə aşkar olunduqdan sonra çantanın içərisində olan sellofan bükümdə 48 ədəd üzərində “metadon” yazısı olan dərman həbləri aşkar edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi maddə sübut əhəmiyyəti kəsb etdiyindən götürülərək qablaşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 44 nömrəli möhürü ilə möhürlənmişdir. (Cild 1, iş vərəqə 29; 30-31) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/5033 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 900 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin, 48 ədəd üzərlərində “Methadone 40” göstəriciləri olan blisterdə 800 ədəd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 19,2 qram təşkil edir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbacan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbacan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir. Qeyd: metadon həblərinin ümumi sayı 480 ədəd olmuş, 2 ədəd tədqiqata sərf edildikdən sonra 478 ədəd həb qalıq qalmış, metamfetaminin ümumi təmiz çəkisi 900 qram olmuş, 0,100 qram tədqiqata sərf edildikdən sonra 899,9 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 41-45) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 7/1349 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində «Vətəndaş Təqsirləndirilən şəxs üzərindən...» sözləri yazılmış sellofan bağlamanın içərisində skoçla bağlanmış 04 (dörd) ədəd sellofan bağlamada ayrıayrılıqda təmiz çəkiləri 20,73 qram, 1200 qram, 750,0 qram və 1250 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi-3220,73 qramdır. (3kq 220,73 qram) Qeyd: Marixuananın ümumi çəkisi 3220,73 qram olmuş, 0,2 qram tədqiqata sərf edildikdən sonra 3220,53 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 48-49) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqə 70-72) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)- 1393/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 95-100) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)- 1615/2023 nömrəli qərarından görünür ki, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanunauyğun hesab edilmişdir. (Cild 1, iş vərəqə 117-119) xx.xx.2023-cü il tarixli “Əşyanın maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 4 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 3220,53 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 478 ədəd metadon həbi və 899,9 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut hesab edilmişdir. (Cild 1, iş vərəqə 120-122) Azərbaycan Respubikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqə 146-147) Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X3 xx.xx.2023-cü il tarixli, 13456 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqə 167) xx.xx.2023-cü il tarixli “Videogörüntünün əks olunduğu CD-yə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkətində baş verənlər öz əksini tapmışdır. (Cild 1, iş vərəqə 171) xx.xx.2023-cü il tarixli “Mobil telefona baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “Redmi Note 7” markalı mobil telefonun “Gallery” qovluğunda iş üçün əhəmiyyət kəsb edən fotoşəkillər aşkarlanmışdır. (Cild 1, iş vərəqə 173) xx.xx.2023-cü il tarixli “Diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə “Kolada beledeki o sozden sora senen nese alaram xoruz banlamiyanda seher açılmır ala seni incedi. Adi var? Davy oldu iwinde ol” məzmununda mesaj mətni göndərilmişdir. (Cild 1, iş vərəqə 179) Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X3 Ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə xx.xx.2023-cü il tarixli, 6919 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 181-182) Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X3 Ambulator məhkəmə psixiatrik ekspertizası üzrə xx.xx.2023-cü il tarixli, 3005 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. (Cild 1, iş vərəqə 181-185) xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarda görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş “Redmi Note 7” markalı mobil telefon maddi sübut hesab edilməklə, Nərimanov Rayon Polis İdarəsinə məsul saxlanca verilmiş, xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkətini özündə əks etdirən videogörüntülərin olduğu bir ədəd CD disk maddi sübut kimi tanınmaqla, cinayət işinin materiallarına əlavə olunmuş, iş üzrə ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlər sübut növü kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqə 194-205) Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə gətirdiyi dəlilləri araşdırmış, müdafiə tərəfi ittihamı mübahisələndirdiyi hissələrdəki mövqeyini ona qarşı ibtidai istintaq zamanı psixi zorakılıq edilməsi ilə əlaqələndirmişdir. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində tutulması ərəfəsində polis əməkdaşlarının ona psixi zorakılıq etdiyini desə də, şahidlər Şahid1 və Şahid2 məhkəməyə verdikləri ifadələrində Təqsirləndirilən şəxs tutulmazdan əvvəl və ya sonra heç bir zorakılıq edilmədiyini bildirmişlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatların araşdırılması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına müraciət edilmiş, Təqsirləndirilən şəxs barəsində olan tibbi kitabçanın müvafiq kserosurətləri alınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli 20-12/59 nömrəli məktubuna əsasən Təqsirləndirilən şəxs təcridxanaya daxil olarkən onun bədəni üzərində xəsarət aşkarlanmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində ona edilmiş psixi zorakılıqla bağlı məhkəməyədək icraat zamanı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya məhkəmə nəzarəti qaydasında şikayət etməsi müəyyən edilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona psixi zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, əsaslı şübhə mövcud deyil. O, öz fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, videoçəkiliş zamanı söylədiyi etirafedici ifadəsini ona psixi zorakılığın tətbiq edilməsi nəticəsində verməsi ilə əlaqələndirməklə kifayətlənmişdir. Bu səbəbdən, məhkəmə baxışı zamanı Şahid1 və Şahid2 tərəfindən təqsirləndirilən şəxsə fiziki və ya psixi zorakılıq edilməsi müəyyən edilmədiyindən, həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət vermişdir ki, onun həmin ifadəsi cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində polis əməkdaşları tərəfindən saxlanıldığı yeri mübahisələndirməsə də, polis əməkdaşları tərəfindən 23 sentyabr 2023-cü il tarixdə saat 16 radələrində saxlanıldığını, həmin vaxt üzərində çanta, hər hansı narkotik vasitə və ya psixotrop maddənin olmadığını, narkotik vasitə əldə etmək üçün həmin yerə getdiyini, 9-10 nəfər polis əməkdaşının onun saxlanılmasında iştirak etdiyini, polis əməkdaşları tərəfindən videoçəkilişdən istifadə edilməklə müvafiq istintaq hərəkəti aparılarkən ittihamda qeyd edilən narkotik tərkibli maddə və həbləri təqdim edərək özünə məxsus olduğunu söyləməyə məcbur edildiyini desə də, Şahid1 və Şahid2 məhkəməyə verdikləri ifadələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, bağ evləri 5-ci döngənin yaxınlığında saxlanılarkən əməliyyat tədbirində başqa şəxslərin iştirak etmədiyini, habelə Təqsirləndirilən şəxs videoçəkiliş zamanı nümayiş etdirməsi üçün narkotik maddə kütləsinin təqdim edilmədiyini, sonuncunun hər hansı formada hədələnmədiyini, Təqsirləndirilən şəxs könüllü şəkildə üzərində aşkar olunan narkotik vasitə marixuana, metadon həbləri və psixotrop maddə metamfetamini təqdim etdiyini və həmin maddələrin qablaşdırılıb ekspertizaya göndərildiyini bildirmişdir. Cinayət işinin materiallarında təqsirləndirilən şəxsin başqa polis əməkdaşı tərəfindən saxlanılması ilə bağlı hər hansı mötəbər sənəd də yoxdur, bu hal məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Bundan başqa, cinayət işinin materiallarının 1-ci cildinin 30-31ci vərəqlərində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, habelə məhkəmə istintaqı zamanı həmin protokola əlavə edilmiş diskin tədqiqindən müəyyən edilir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin inzibati binasında aparılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs könüllü olaraq narkotik vasitə marixuana, metadon həbləri və psixotrop maddə metamfetamini təqdim etmiş, aşkarlananlar qablaşdırılıb möhürlənmişdir. Videogörüntüdə əks olunanlar tam olaraq əvvəldən sonadək aydın şəkildə müşahidə edilir. Həmin protokoldan görünür ki, sellofan torba “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 44 saylı möhürü ilə möhürlənmiş, Təqsirləndirilən şəxs və digərləri tərəfindən hər hansı etirazın olması ilə bağlı protokola qeyd edilməmiş, heç bir şikayət və ya vəsatətin daxil olmadığı ilə bağlı qeyd də əlavə olunmuşdur. Keçirilmiş ekspertiza nəticəsində tədqiqata təqdim edilmiş predmetlərin təmiz çəkisi 900 qram psixotrop maddə metamfetamin, 48 ədəd ümumi miqdarı 19,2 qram olan “Methadone 40” göstəriciləri olan “F/M 40” dərman həbi və ümumi çəkisi 3220,73 qram olan narkotik vasitə marixuana olması müəyyənləşmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqini tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət verir ki, onun həmin ifadəsi cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinə zidd olaraq məhkəmə istintaqında başqa məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Bu səbəbdən, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaradaraq, sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi xx.xx.2023-cü il tarixli ifadəsini əsas götürür. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş “Əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar, əmr və raportlar müvafiq qaydada qeydiyyatdan keçirilmiş, həmin əməliyyat qərarı qanuniliyinin yoxlanılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə göndərilmiş, qərarın qanuniliyi yoxlanılmışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin və tərcüməçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi və tərcüməçi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi xx.xx.2023-cü il tarixli ifadəsini, şahidlər Şahid1 və Şahid2 ibtidai istintaq və məhkəmə baxışı zamanı verdikləri ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokolları və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımasına görə ittiham irəli sürülmüşdür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər, psixotrop maddələr- BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Sözügedən Qanunun 21.2-ci maddəsinə əsasən, qazanc əldə etmək məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi, belə şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, habelə onların külli miqdarı müəyyən edilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahıların 1-ci siyahısının 109.1-ci bəndinə əsasən, narkotik vasitə olan qurudulmuş marixuana təmiz halda 5 qramdan artıq çəkidə olduqda şəxsi istehlak miqdarından artıq, 500 qramdan artıq çəkidə olduqda külli miqdar, 111-ci bəndinə əsasən narkotik vasitə olan metadon 0,02 qramdan artıq çəkidə olduqda şəxsi istehlak miqdarından artıq, 1,6 qramdan artıq çəkidə olduqda külli miqdar, 2-ci siyahısının 118-ci bəndinə əsasən, psixotrop maddə metamfetamin 0,15 qramdan artıq çəkidə olduqda şəxsi istehlak miqdarından artıq, 2 qramdan artıq çəkidə olduqda külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən, narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarına görə, şəxsi maraq dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirsə də, məhkəmə baxışı zamanı tədqiq olunmuş mesaj mətnindən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Kolada beledeki o sozden sora senen nese alaram xoruz banlamiyanda seher açılmır ala seni incedi. Adi var? Davy oldu iwinde ol” məzmununda mesaj mətni göndərilmişdir. Göründüyü kimi, müxtəlif şəxslər fərqli vaxtlarda “kola” adı altında narkotik vasitə və ya psixotrop maddə əldə etmək üçün Təqsirləndirilən şəxs mobil nömrəsinə yazmış, Təqsirləndirilən şəxs da narkotik vasitə və psixotrop maddələri satmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən xx.xx.2023-cü il tarixdə şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı 4 ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 20,73 qram, 1200 qram, 750,0 qram və 1250 qram olmaqla ümumi təmiz çəkisi 3220,73 qram narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd sellofan bükümdə təmiz çəkisi 900 qram psixotrop maddə metamfetamin və 19,2 qram təşkil edən 48 ədəd üzərlərində «Methadone 40» göstəriciləri olan blisterdə «F/M 40» göstəricili dərman həbləri aşkar olunaraq götürülmüşdür. Göründüyü kimi, Təqsirləndirilən şəxs aşkarlanmış narkotik vasitə olan qurudulmuş marixuananın təmiz çəkisi şəxsi istehlak üçün nəzərdə tutulduğundan təxminən 644,14 dəfə, psixotrop maddə olan metamfetaminin təmiz çəkisi şəxsi istehlak miqdarından təxminən 6000,0 dəfə və tərkibində narkotik vasitə metadonun təsir maddəsinin təmiz çəkisi şəxsi istehlak miqdarından təxminən 960 dəfə çoxdur. Bundan başqa, həmin Plenum qərarından görünür ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. İş materiallarından, Təqsirləndirilən şəxs məhkəməyədək icraatda verdiyi ifadələrindən görünür ki, o, İran İslam Respublikasının vətəndaşı “Səid” adlı şəxslə cinayətkar əlaqəyə girərək narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı danışıqlar aparmışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən xx.xx.2023-cü il tarixli “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbəyin müəyyən edilməsi üçün hazırki cinayət işindən ayrıca cinayət işi ayrılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Beləliklə, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitə marixuananın, psixotrop maddə metamfetaminin və tərkibində narkotik vasitə metadon olan üzərində «Methadone 40» göstəriciləri əks olunmuş blisterdə “F/M 40” göstəricili dərman həblərinin təmiz çəkilərinin şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair etimad doğuran müvafiq əməliyyat məlumatının olmasına, narkotik vasitənin satışına dair sms mətninin mövcudluğuna və işdə olan digər sübutlara əsasən, habelə təqsirləndirilən şəxs və şahidlərin ifadələrini, cinayət işinin materiallarında olan, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143- 145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Azərbaycan Respublikasının Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarına əsasən, şəxs cinayət qanununun bir maddəsi ilə tövsif olunan bir neçə cinayətin və yaxud çox epizodlu cinayətin törədilməsində təqsirləndirilirsə (məsələn, bir neçə oğurluq və ya davam edən cinayətin bir neçə epizodu) və məhkəmə baxışı nəticəsində bunlardan bəziləri üzrə ittiham təsdiq edilmirsə, bu hallar cinayətin tövsifinin dəyişməsinə səbəb olmadıqda, məhkəmə ittihamın bu hissədə əsassız hesab edilməsi barədə nəticəni və gəldiyi qənaətin motivlərini hökmün təsviri-əsaslandırıcı hissəsində göstərir. 23 sentyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola və ona əlavə edilmiş videodiskə baxış keçirilərkən 48 ədəd hər birində 10 ədəd olmaqla “Methadone 40” göstəriciləri olan “F/M” göstəricili dərman həblərinin aşkarlandığı müəyyən edilmiş, 24 sentyabr 2023-cü il tarixli 3-16-16/2-6/5033 nömrəli ekspert rəyinin təsviri hissəsində də 480 ədəd (48x10) dərman həblərinin tədqiqata təqdim edildiyi və həmin sayda dərman həblərindən tədqiqat zamanı istifadə olunduğu qeyd edilmişdir. Lakin həmin ekspert rəyinin nəticə hissəsində 800 ədəd dərman həblərinin olması göstərilmişdir. Eləcə də, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə digər narkotik vasitə və psixotrop maddələrdən əlavə 800 ədəd dərman həblərinə görə təqsirləndirilən şəxsə ittiham irəli sürülmüşdür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin üzərindən 480 ədəd “Methadone 40” göstəriciləri olan “F/M” göstəricili dərman həbləri aşkarlanmasına baxmayaraq, müvafiq sənədlərdə 800 ədəd yazılması yanlışdır, lakin bu hal cinayətin tövsifinin dəyişməsinə səbəb olmur. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, metadon və psixotrop maddə metamfetamin əldə edib sataraq mənfəət əldə etmək üçün şəxsiyyəti istintaqa məlum olmayan “Səid” adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və şəraitdə sonuncunun Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşdirdiyi istintaqa konkret məlum olmayan ünvandan 4 ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 20,73 qram, 1200 qram, 750,0 qram və 1250 qram olmaqla ümumi təmiz çəkisi 3220,73 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 900 qram, kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin və tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı külli miqdarda, yəni 19,2 qram təşkil edən 48 ədəd üzərlərində “Methadone 40” göstəriciləri olan blisterdə 480 ədəd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həbləri əldə edərək satış məqsədi ilə saxlayıb daşıyarkən Nərimanov Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23 sentyabr 2023-cü il tarixdə saat 18:45 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağ evləri yaşayış massivi, 5-ci döngənin yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin ünvan 2 ünvanında yerləşən inzibati binasına gətirilib orada üstündə şəxsi axtarış aparılan zaman əynindəki tünd göy rəngli idman şalvarının qabaq sağ cibindən 1 ədəd sellofan bağlamada təmiz çəkisi 20,73 qram, sağ çiynindən asıb saxladığı üzərində «Joma» yazısı olan göy rəngli idman çantasının içərisində isə 3 ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1200 qram, 750,0 qram və 1250 qram olmaqla ümumi təmiz çəkisi 3220,73 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, habelə həmin çantada 1 ədəd sellofan bükümdə təmiz çəkisi 900 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin və tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı külli miqdarda, yəni 19,2 qram təşkil edən 48 ədəd üzərlərində “Methadone 40” göstəriciləri olan blisterdə 480 ədəd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həbləri aşkar edilib götürülmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, həmin Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin növünü, çəkisini, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəliliyini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 23 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-kimyəvi ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 170 (bir yüz yetmiş) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 3220,53 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 478 ədəd metadon həb və 899,9 qram psixotrop maddə metamfetamin məhv edilməli, 23 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasını özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, həmin istintaq hərəkəti zamanı götürülmüş 01 ədəd “Redmi Note 7” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X3 xx.xx.2023-cü il tarixli, 6919 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 23 sentyabr 2023-cü il tarixdən hesablansın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 170 (bir yüz yetmiş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 3220,53 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 478 ədəd metadon həb və 899,9 qram psixotrop maddə metamfetamin məhv edilsin. 23 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasını özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın, həmin istintaq hərəkəti zamanı götürülmüş 01 ədəd “Redmi Note 7” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1194/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1194/2024
10.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver