Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1194/2025 08.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X3 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, müdafiəçi - Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Lənkəran rayonu, Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli , orta təhsilli, əvvəllər Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-1, 234.1-ci maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, Lənkəran şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr bazarı ərazisində gündəlik evlərdə yaşayan, barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün silah qismində istifadə edilən əşyayla təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın etməklə quldurluq etmiş, bundan başqa o, satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddələri əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 20 noyabr 2024-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 102 ünvanında yerləşən Zərərçəkmiş şəxs2ə müştəri qismində daxil olaraq vitrindən hər birinin qiyməti 7 manat 29 qəpik olmaqla ümumi qiyməti 43 manat 74 qəpik olan 6 ədəd şüşə qabiaşmada 47,5 qram çəkidə olan “Nescafe Gold” markalı kofe məhsullarını, hər birinin qiyməti 2 manat 30 qəpik olmaqla, ümumi qiyməti 23 manat olan 90 qramlıq 10 ədəd “Alpen Gold” markalı şokalad məhsullarını əlində olan sellofan paketə yığıb ödəniş etmədən marketdən çıxıb uzaqlaşarkən həmin marketdə satıcı işləyən Zərərçəkmiş şəxs1 bunu görüb marektin yaxınlığında - Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 102 ünvanı ilə C.Naxçıvanski küçəsinin kəsişməsində ona yaxınlaşaraq marketin əmlakını qaytarmasını tələb edərkən o, Zərərçəkmiş şəxs1 qol nahiyəsindən yumuruqla vurub özü ilə əvvəlcədən götürdüyü təyinatı istintaqa məlum olmayan bıçağı cibindən çıxararaq həmin bıçağı nümayiş etdirməklə hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək "xxxx" market MMCyə məxsus 66 manat 74 qəpik dəyərində əmlakı ələ keçirərək quldurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs satış məqsədi ilə ümumi təmiz çəkisi 1,591 qram, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, 21 noyabr 2024-cü il tarixdə saat 00:30-da Bakı şəhəri, Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin və Daxili İşlər Nazirliyinin X10 Alayının 5-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən Nizami rayonu, ünvan 5 ünvanın qarşısında 20 noyabr 2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 102 nömrəli ünvanda yerləşən "xxxx" marketin əmlakını ələ keçirməsi ilə bağlı şübhəli şəxs qismində saxlanılarkən onun üzərində narkotik vasitə və ya psixotrop maddələrin olmasına dair yaranmış əsaslı şübhələrə görə Nizami rayonu, Qara Qarayev prospekti, 81 A nömrəli ünvanda yerləşən Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə aparılmış, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarının sol yan cibindən 1 (bir) ədəd şəffaf sellofanda, içərisində hər biri sellofan paketə bükülmüş 4 (dörd) ədəd bükümdə xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olmaqla ayrıayrılıqda təmiz çəkiləri 0,283 qram, 0,423 qram, 0,426 qram, 0,459 qram, ümumi təmiz çəkisi 1,591 qram olan ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və arxa sağ cibindən 1 (bir) ədəd üzərində metamfetamin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, həbs olunduğu gün 20 noyabrda "xxxx" marketdən 10 ədəd şokolad və 6 ədəd kofe götürüb marketi tərk etmişdir. Hadisədən 1 saat sonra polis əməkdaşları onu bölməyə aparmışdır. Gecə saat 00:30-da yarısı çəkilişlər olmuş, daha sonra Nizami Rayon Məhkəməsinə aparılmışdır. Qətimkan tədbiri seçilərkən məhkəmədə hakimə bölmədə olarkən su və dönər aldırıb yedikdən sonra çəkiliş vaxtı özündə olmadığını bildirmişdir. Rauf adlı müstəntiq narahat olmamağını bildirmişdir. O, bölmədə olduğu 3 ay ərzində analizə göndərilməyini tələb etsə də onu analizə göndərməmişlər. Daha sonra işini başqa müstəntiqə vermişlər. Müstəntiq tanımadığı qızı göstərərək onu bıçaqla hədələdiyini və qoluna yumruqla vurduğunu iddia eləmiş, o isə belə bir şey olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, o, marketdən şokolad və kofeni götürəndə kassada işçi olmamışdır. Ehtiyacı olduğu üçün marketdən oğurladıqlarını tanımadığı şəxslərə satmışdır. Oğurluqdan sonra Nizami rayonunda 8-ci km bazarında polislər tərəfindən saxlanılmışdır. Videoçəkiliş zamanı narkotik vasitəsini özünə məxsus kimi göstərmişdir. Aqil adlı əməliyyatçı tərəfindən narkotik vasitələri üzərinə qoyulmuşdur. Əvvəllər məhkum olunmuşdur.Özündə olmadığı üçün üzərindən narkotik vasitə aşkar edilməsinə dair istintaq hərəkətinin keçirilməsində iştirak etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələrini, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin, şahidin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, hadisə günü axşam saatlarında marketdə tək olmuşdur.Təqsirləndirilən şəxs içəri girmiş, həmin vaxt o, kassanın yanında olmuşdur.Həmin şəxsdən şübhələndiyi üçün ona yaxınlaşmış, sonuncu ona kofe istədiyini bildirmişdir.O, kofenin olduğu yeri göstərdikdə həmin şəxs o kofedən istəmədiyini, gedib ”Oba” marketə baxacağını bildirmişdir. Sonra onu başqa müştəri çağırmış və o, qayıdan zaman kofelərin yerində olmadığını görmüşdür. Müştəri kimi axtardığını soruşduqda kofelərin yerində olmadığını bildirmiş, müştəri ona əlində çanta olan şəxsin marketdən indi çıxdığını bildirmişdir. Həmin şəxsin arxasınca gedib əlindəki çantasından dartanda sonuncu onun qolunu burmuşdur. Ona “qayıt,səsini çıxartma” demişdir. Əlində bıçağa oxşar predmet olmuşdur. Zərərçəkmiş şəxs1 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirdi ki, onu qolundan itələyib qaçaraq getmiş və o da marketə qayıtmışdır.Hadisə günü küçədə heç kim olmamış və qaranlıq olmuşdur.Həmin şəxs onui görüb qaçmağa başlamışdır. Ona “başına oyun açaram, səsini çıxartma” demişdir. Zərərçəkmiş şəxs1 elan olunaraq tədqiq olunmuş ibtidai istintaq zamanı verdiyi ifadələrdən görünür ki, 20 noyabr 2024-cü il tarixdə saat 20 radələrində işədiyi Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospketi 102 ünvanında yerləşən Zərərçəkmiş şəxs2də olmuşdur. Bu zaman marketdə bir neçə müştəri olmuşdur. Marketdə olan tanımadığı müştərilərdən biri ona müraciət edərək şkolad məhsulları ilə maraqlandığını deyərək onların yerini soruşmuş, o da həmin şəxsə məhsulların yerini göstərmişdir. Bir qədər sonra marketdə olan müştərilərdən biri onu səsləyərək bir nəfərin marketdən götürdüyü məhsulları götürüb pul ödəmədən çıxdığını bildirmişdir. O, dərhal qapıdan çıxıb müştərinin göstərdiyi istiqamətə baxmış və bir az əvvəl marketdə müştəri kimi dolanan ondan şokaladların yerini soruşan şəxsin əlində sellofan paketlə iti addımlarla uzaqlaşdığını görmüşdür. Həyəcanlı şəkildə marketin əməkdaşı Gülnarəni səsləmiş, Gülnarə ona çatan kimi o, həmin şəxsin arxasınca qaçıb onu səsləməyə başlayıb “dayan, hara aparırsan pulunu vermədən” deyə qışqırmışdır. Həmin şəxs onun səsini eşidən kimi addımlarını sürətləndirmişdir və küçənin başından sağa tərəf istiqamətlənmişdir. O da həmin şəxs kimi küçənin başından ona çatıb əlini atıb onun əlindəki sellofan paketdən yapışıp ucadan “ver bura hara aparırsan?” demişdir. Həmin şəxs sellofan paketi özünə tərəf çəkərək onun əlindən almağına imkan verməmiş və həmin məhsulları “Oba” marketdən aldığını bildirmiş, o, təkrar əlini sellofan paketə atdıqda həmin şəxs sol qolundan yumruq zərbəsi vurmuş və addımlamağa cəhd etmişdir.O, “qancıq, qışqırıb camaatı başıma yığma deşərəm səni bıçaqla” demişdir. Həmin şəxsin bıçağı əlində ona tərəf tutmasından, ona xəsarət yetirə biləcəyindən qorxub geri qayıtmışdır. Marketə çatdıqda o, qorxusundan ağlamışdır. Burada onu marketin işçisi Gülnarə qarşılamışdır. O, baş verənləri Gülnarəyə danışmışdır. Bundan sonra o, zəng edib hadisə ilə bağlı mağaza müdiri Nümayəndə məlumat vermişdir. Bir qədər sonra Nümayəndə marketə gəlmişdir. Gülnarə Nümayəndə hadisəni onun dediyi formada danışmışdır. Gülnarə onun dediyindən əlavə olaraq Nümayəndə hadisənin törədənlərin iki nəfər olduğunu bildirmişdir. O, həmin vaxt həyəcanlı olduğundan bu sözün üstünə çox getməmişdir. Onlar kameralara baxış keçirmişlər. Kameralara baxış keçirdikdə müəyyən etmişlər ki, hadisəni törətmiş şəxs marketin açıq vitrinində olan 06 ədəd 47,5 qram çəkidə, şüşə qablaşmada olan “Nescafe Gold” markalı kofe məhsullarını götürüb əlində olan sellofan paketə qoyur. O, daha sonra kassanın yaxınlığında olan açıq vitrindən iki dəfə “Alpen gold” markalı şokalad məhsulları götürür. Onun hansı sayda “Nescafe Gold” markalı kofe məhsulları götürməsini görüntü vasitəsilə müəyyən etmək mümkün olsa da hansı sayda “Alpen Gold” markalı şokaladları götürməsini müəyyən etmək mümkün olmamış bu səbəbdən də Nümayəndə “Alpen Gold” markalı şokaladların stokda olan sayı ilə vitrində qalan sayını tutuşdurmuş və 53 ədəd “Alpen Gold” markalı şokaladın kəsir gəldiyini müəyyən etmişdir. Bundan sonra Nümayəndə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək hadisə ilə bağlı məlumat vermişdir. Bir qədər sonra marketə polis əməkdaşları gəlmişdir. Dindirmə zamanı ona verilən suallara cavab olaraq bildirmişdir ki, əməli törədən şəxs tək olmuş, onun yanında kimisə görməmişdir. Gülnarə yanılaraq Nümayəndə onların iki nəfər olmasını bildirmişdir. Belə ki, Gülnarə də həmin vaxt oğurluq edən şəxsin mağazadakı davranışlarından şübhələnmiş, hadisədən sonra onların ayrı-ayrı adamlar olduğunu düşünmüşdür. Sonradan onun eyni adam olduğunu anlamışdır. Həmin şəxs mağazadan oğurluq edərkən mağazada başqa müştərilərdə, həmçinin mağazada müşahidə kameraları da olmuşdur. Lakin onun həmin şəxsə çatmasından sonra baş verənlərə heç kim şahidlik etməmişdir, yəni onun həmin şəxsin əlində olan paketə əl atmağına, həmin şəxsin həmin paketi qaytarmamağına, onu vurmağına və ona bıçaq çəkməyinə kiminsə şahid olmasını görməmişdir. Həmin şəxs onun sol qolunun bazu nahiyəsindən vurmuş, həmin şəxsin onu vurmağı nəticəsində ağrı hiss etsə də heç bir xəsarət almamışdır. Həmin şəxs əlini əynində olan şalvarın cibinə atıb oradan təqribən 15 sm ölüçdə olan alət çıxarmış, o, ilk öncə nə olduğunu anlamamış, lakin bıçağı onun başıyla parelel məsafəyə qaldırıb göstərdikdə bıçaq olduğunu görmüşdür. Həmin şəxs bıçağın sapından tutduğundan o, yalnızca bıçağın tiyəsini görə bilmişdir. Ona verilən “Siz marketdə olan müştərilərdən birinin sizə Təqsirləndirilən şəxs məhsulların pulunu ödəmədən getdiyini dediyini bildirirsiniz, həmin şəxsi tanıyırsınızmı, onun barəsində nə bilirsiniz?” sualına cavab olaraq bildirmişdir ki, onu tanımır, onu birinci dəfə idi görmüş, onun haqqında heç nə bilmir. O, orta yaşlarda bir qadın olmuş, həmin qadın mağazanın giriş qapısından durarkən Təqsirləndirilən şəxs səbətdə saxladığı məhsulları götürüb onun yanınca çıxıb getmişdir. Həmin qadın da onu səsləyib bu barədə məlumat vermişdir. Hadisənin görüntülərinə baxış keçirdikdə də həmin qadının onu səsləməsi görünür. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində şahid qismində dindirilməsi, ifadəsinin yerində yoxlanılması, Təqsirləndirilən şəxs ilə arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı bildirdiklərini təsdiq etdiyini bildirmişdir. Dindirmə zamanı ona verilən “Siz təhqiqat zamanı təhqiqatçıya verdiyiniz izahatınızda bıçaqla hədələnmədiyinizi, Nümayəndə zəng vuran zaman həyəcanlı olduğunuz üçün yanlış məlumat verdiyinizi bildirmisiniz. Beləliklə, sizin izahatınız ilə şahid qismində verdiyiniz ifadə, ifadənizin yerində yoxlanılması və Təqsirləndirilən şəxs ilə aranızda olan üzləşmə zamanı qeyd etdikləriniz arasında əhəmiyyətli ziddiyyət yaranmışdır. Bunu nə ilə izah edirsiniz?” sualına cavab olaraq bildirmişdir ki, hadisə onun şahid qismində verdiyi ifadədə qeyd etdiyi kimi olmuşdur. O, həmin sözlərini ifadəsinin yerində yoxlanılması zamanı və Təqsirləndirilən şəxs ilə üzləşmə zamanı da bildirmişdir. O, təhqiqatçıya ilkin olaraq hadisəni olduğu kimi, yəni ifadəsində qeyd etdiyi kimi danışmışdır. Lakin, dediklərinin təhqiqatçıya inandırıcı gəlmədiyini gördükdə o, qorxmuşdur ki, Təqsirləndirilən şəxs bu əməli sübuta yetməz və o, məsuliyyətə cəlb olunar. Bu səbəbdən də izahat verərkən hadisəni törətmiş şəxsin onu bıçaqla hədələmədiyini, həyəcanlı olduğu üçün bu cür dediyini bildirmişdir. Lakin, hadisə ifadəsində qeyd etdiyi kimi olmuşdur. O, Təqsirləndirilən şəxs çatıb oğurladığı məhsulları əlindən almağa çalışdıqda Təqsirləndirilən şəxs buna mane olmuş, onun qolundan yumruqla vurmuş, o, Təqsirləndirilən şəxs məhsulları verməsinin yenidən tələb etdikdə Təqsirləndirilən şəxs ətrafa adamlar toplaşacağından qorxub ona bıçaq çəkmiş və geri qaytarmayacağı təqdirdə onu vuracağını bildirmişdir. Təqsirləndirilən şəxs onun sol qolunun bazu nahiyəsindən yumuruqla vurması nəticəsində o, fiziki ağrı hiss etsə də xəsarət almamışdır. Təqsirləndirilən şəxs onu bıçaqla vurmamış, bıçağı sadəcə ona göstərərək vuracağı ilə hədələmişdir. O da qorxub uzaqlaşmışdır (cild 1, iş vərəqə 114- 116, 154-156). Zərərçəkmiş şəxs1 elan olunmuş ifadə ilə bağlı ona ünvanlanan sualları cavablandırarkən bildirdi ki, əlindəki predmetin arxa hissəsini görmüşdür. Onun fikrincə əlindəki bıçaq olmuşdur. Əlində olan predmetin arxa hissəsi dəmir olmuşdur. Arxasınca qaçanda əlində nəsə olduğunu görməmişdir. Həmin predmeti cibindən çıxartdığını görməmiş,ona yaxınlaşanda həmin predmet əlində olmuşdur. Təqsirləndirilən şəxsə qarşı şikayəti vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, sahə müvəkkili Şahid2 "xxxx" marketdə oğurluq hadisəsinin olduğunu bildirmişdir. Həmin əraziyə getdikləri zaman şəxsə yaxınlaşmışlar, oğurluq hadisəsi barədə Şahid2 ona suallar verməyə başlamış, lakin həmin şəxs suallardan yayınmışdır. Bu zaman Şahid2 onun üzərinə baxış keçirtməmiş, onu bölməyə təmin etməklərini bildirmiş, raport əsasında şəxsi təhqiqatçı Murad Mirzəyevə təhvil vermişlər. Şahid2, Murad Mirzəyev və müdafiəçinin iştirakı ilə onun üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərindən bir ədəd tərəzi və 4 ədəd içərisində psixotrop maddə olan büküm çıxmışdır. Şahid4 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, məlumat Şahid2 tərəfindən verilmişdir. Emin,o və sahə müvəkkili Şahid2 birlikdə həmin şəxsə yaxınlaşmışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi zamanı o da iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş bükümlərin özünə aid olduğunu bildirmişdir. Sahə müvəkkilinin verdiyi suallardan yayınmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir təsir, şiddət göstərilməmişdir. Təqsirləndirilən şəxs oğurluqla bağlı verilən suallardan yayınmışdır. Təqsirləndirilən şəxs onların xidməti maşınları ilə bölməyə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, vətəndaşların verdiyi məlumat əsasında inzibati ərazidə xidmət edərkən şübhəli hesab etdikləri şəxsə yaxınlaşmışlar və üzbəüz gəldikləri üçün həmin şəxsin qaçmağa şəraiti olmamışdır. Həmin şəxs oğurluqda şübhəli bilinmiş, onu Polis Bölməsinə təhvil vermişlər. Üzərinə baxış keçirilərkən narkotik vasitə aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev 102 ünvanında "xxxx" marketdə xırda oğurluq hadisəsinin baş verməsi ilə əlaqədar növbətçi hissəyə 20 noyabr tarixində məlumat daxil olmuşdur.”Al” marketdə kamera görüntülərinə baxdıqdan sonra Təqsirləndirilən şəxs yerini müəyyən etmiş və çevik polis alayının əməkdaşları ilə birlikdə Naxçıvanski 61 ünvanının yaxınlığında şəxsə yaxınlaşıb ona özlərini təqdim etmişlər. Həmin şəxsə "xxxx" marketdə xırda oğurluq hadisəsinin baş verməsi ilə əlaqədar şübhəli bilindiyi barədə bildirmişlər və həmin vaxt şəxs özünü şübhəli aparmışdır. Onlar həmin şəxsi Polis Bölməsində təhqiqatçıya təhvil vermişlər və təhqiqatçı,müdafiəçi və onların iştirakı ilə videoçəkilişlə şəxsin üzərindən bükümlər və tərəzi aşkar edilmişdir. Şahid2 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirdi ki, Təqsirləndirilən şəxs ona yaxınlaşdıqları zaman qaçmaq istəmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi zamanı o da orada iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş bükümlərin ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixoloji təsir,şiddət göstərilməmişdir. "xxxx" marketdə xırda oğurluq hadisəsinin baş verməsi ilə əlaqədar şübhəli bilindiyi barədə Təqsirləndirilən şəxs məlumat vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, hal-hazırda hadisənin baş verdiyi 3161 kodlu marketdə müdir köməkçisi işləyir. Marketdə növbədə Mahirə adlı əməkdaş və o olmuşdur.Hadisə günü Mahirənin “apardı” deyə qışqırdığını eşitmişdir. Mahirə həmin şəxsin arxasınca qaçmışdır. Kamerada təqsirləndirilən şəxsin üzü tam dəqiq görünməmiş, lakin kofeləri və şokoladları götürdüyünü görmüşdür.Mahirə qayıdıb gəldikdə həmin şəxsin onun qolunu burduğunu bildirmişdir. Şahid1 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, Mahirə həmin şəxsin ona qarşı bıçaq çıxardığını demişdir. Mahirə ilə birlikdə işləyirlər və hər gün onu görür. “102” Zəng Xidmətinə mağazanın müdiri zəng etmişdir. Oğurlanmış malların pulunun onun əmək haqqısından tutulub-tutulmadığını dəqiq bilmir. Məhkəmə iş üzrə dindirilmiş təqsiləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. 20 noyabr 2024-cü il tarixli raportdan görünür ki, Nümayəndə həmin tarixdə Daxili İşlər nazirliyinin “102” Xidmətinə zəng edərək marketdən iki nəfər kişinin 53 ədəd “Alpen Gold” markalı şokoladlar və 6 ədəd şüşə bankada olan “Nescafe” markalı kofeni oğurladıqları, qadın işçinin onları gördükdə bıçaqla hədələyib marketdən qaçmaları barədə məlumat vermişdir (cild 1, iş vərəqə 3). 20 noyabr 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 102 ünvanında yerləşən Zərərçəkmiş şəxs2dir (cild 1, iş vərəqi 8). 21 noyabr 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol və həmin protokola əlavə edilmiş müvafiq istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs 20 noyabr 2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 102 ünvanında yerləşən "xxxx" marketdən təxminən 40-50 ədəd şkolad və 5-6 ədəd kofe məhsullarını oğurlayaraq 8-ci kilometr bazarı ətrafında tanımadığı şəxslərə satmaqla 20-30 manat qazanc əldə etdiyini, həmi pulları şəxsi ehtiyaclarına xərclədiyini bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofanda içərisində hər biri sellofan paketə bükülmüş, ağ rəngli, kristal şəkilli, spesifik iyə malik 04 ədəd bükümləri və sağ arxa cibindən 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələrin “patı” kimi tanıdığı maddələr olduğunu, bir gün əvvəl “Xalqlar körpüsü”nün yaxınlığında tanımadığı şəxsdən ümümilikdə 60 manata əldə etdiyini, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir.Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd işlək vəziyyətdə olan elektron tərəzinin uzun müddətdir ki, özündə olduğunu, həmin tərəzidən narkotik vasitə alarkən aldanmamaq üçün, eyni zamanda tanışlarına pay verərkən çəkisini ölçmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir (cild 1, iş vərəqə 36-37, 84). 21 noyabr 2024-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi zərflər üçün №164 dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 4 ədəd büküm və tərəzi Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki, 04 ədəd bükümdə ayrı-ayrılqıda təmiz çəkiləri 0,283 qram, 0,423 qram, 0,426 qram, 0,459 qram olmaqla ümumi təmiz çəkisi 1,591 qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Təqdim edilmiş bir ədəd elektron tərəzinin üzərində metamfetamin izləri vardır. Ekspertiza tədqiqatından sonra metamfetaminin qalıq çəkisi 1,391 qram təşkil etmişdir (cild 1, iş vərəqə 45-49). 17 fevral 2025-ci il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakı şəhəri, Q.Qarayev prospekti 102 ünvanında yerləşən Zərərçəkmiş şəxs2də baş vermiş hadisə ilə bağlı həmin marketin kameraları vasitəsilə qeydə alınmış videogörüntülərə baxış zamanı müəyyən edilmişdir ki, əynində boz rəngli jaket, başında kapuşon olan Təqsirləndirilən şəxs əlində sellofan paketlə marketin açıq vitrinlərinin arası ilə gəzişməsi, daha sonra vitrindən 06 ədəd sayda sonradan 47.5 qram çəkidə şüşə qablaşmada “Nescafe Gold” markalı kofe məshulu olduğu müəyyən edilmiş kofe məhsullarını götürərək sellofan paketə yığması görünür. Diskdə olan digər videofayldakı görüntüyə baxış zamanı Təqsirləndirilən şəxs əlində olan içərisinə 06 ədəd kofe məhsulları yığdığı sellofan paketi giriş-çıxış qapısının yanında yerə qoyulmuş market səbətinə qoyması müşahidə edilir. O, əlində olan sellofanı market səbətinə qoyduqdan sonra kassanın qarşsında sağa-sola gedir. Kassa aparatının arxasında dayanmış marketin kassiri X1 aparatının olduğu masanın arxasından çıxıb uzaqlaşmasından sonra o, kassanın yaxınlığında açıq vitrindən videogörüntülərlə dəqiq sayının və markasının müəyyən edilməsi mümkün olmayan, lakin araşdırma zamanı 90 qram çəkidə olan “Alpen Gold" markalı şokalad olduğu müəyyən edilən məhsulları ilkin olaraq qeyri-müəyyən sayda götürüb market səbətinin içərisinə qoyduğu sellofan paketə qoyması, daha sonra yenidən həmin vitrindən araşdırma zamanı 90 qram çəkidə olan “Alpen Gold” markalı şokalad olduğu müəyyən edilən məhsulları qeyri-müəyyən sayda götürərək market səbətinin içərisə qoyduğu sellofan paketə qoyması, qoyduqdan sonra həmin sellofan paketi götürüb kassaya yaxınlaşmadan, məhsulların pulunu ödəmədən qapıdan çıxararaq sağ tərəfə doğru getməsi görünür. Həmin görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs pul ödəmədən qapıdan çıxmasını görən onun dalınca gələn qadının bununla bağlı marketin kassirinə məlumat verməsi, əli ilə Təqsirləndirilən şəxs getdiyi istiqaməti göstərməsi müşahidə edilir. Bundan sonra kassir Zərərçəkmiş şəxs1 həmin qadının yanına gələrək onun göstərdiyi istiqamətə baxır, marketin digər işçisini çağırır, həmin qadın işçi onun yanına gəldikdən sonra Zərərçəkmiş şəxs1 onun arxasıca gedir (cild 1, iş vərəqə 126- 127). 17 fevral 2025-ci il tarixli təqsirləndirilən şəxsin ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi xüsusatları bir daha əyani şəkildə hadisə yerində göstərmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 131-136). 17 fevral 2025-ci il tarixli şahidin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, şahid Zərərçəkmiş şəxs1 ifadəsində bildirdiyi xüsusatları bir daha əyani şəkildə hadisə yerində göstərmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 137-139). 18 fevral 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (cild 1, iş vərəqə 140-142). 18 fevral 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Şahid2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (cild 1, iş vərəqə 143-145). 28 fevral 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,391 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində metamfetamin izləri olan 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və saxlanması üçün Bakı şəhəri Nizami rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş istintaq hərəkətinin, Zərərçəkmiş şəxs2dən götürülmüş videogörüntülərin əks olunduğu 03 ədəd disk sübut növü kimi qiymətləndirilərək cinayət işinin materiallarına əlavə edimişdir (cild 1, iş vərəqə 210-222). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.2-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqına görə cinayət məsuliyyəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.1-ci maddəsində nəzərdə tutulmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 mart 2005-ci il tarixli qərarına əsasən törədilmə üsuluna görə soyğunçuluq və quldurluq cinayətlərinin bir birindən fərqləndirilmə meyarı kimi zərərçəkmişin həyatı və ya sağlamlığı üçün bu hərəkətlərin xarakteri və təhlükəlilik dərəcəsi, həmçinin baş vermiş və ya baş verə biləcək nəticə nəzərə alınmaqla həll edilməsi məsələsi əsas götürülmüşdür. Həmin Qərarın beşinci bəndinin məzmunundan aydın olur ki, təqsirləndirilən şəxsin açıq talama ilə bağlı hərəkətləri, yəni soyğunçuluq əməli həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayət edildiyi hallarda əməl quldurluq kimi tövsif edilməlidir. Bundan başqa, quldurluq və soyğunçuluq cinayət əməlləri bir birindən bitmə anına görə fərqlənir. Belə ki, yuxarıda göstərilən Ali Məhkəmənin Plenum Qərarının 7-ci bəndinə əsasən quldurluq cinayətinin bitmə anı əmlakın götürülüb-götürülməməsindən asılı olmayaraq zərərçəkmiş şəxsin əmlakının talanması məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılsa da soyğunçuluq cinayəti təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) bitmiş hesab edilir. Göründüyü kimi quldurluq əməli iki obyektə –mülkiyyət və insan həyat və sağlamlığının qorunması ilə bağlı ictimai münasibətlərə qəsd etdiyi etdiyindən cinayətin bitmə anı basqın andan başa çatır, soyğunçuluq əməli isə hətta zərərçəkmiş şəxsin həyat və sağlamlığı üçün təhlükəli olmayan zorakılıqla müşayiət edildiyi təqdirdə belə əmlak ələ keçirilə bilərsə bitmiş hesab olunur, talanmalı əmlak ələ keçirilə bilmədiyi təqdirdə isə təqsirləndirilən şəxsin əməli davam etdirilərək həyat və sağlamlıq üçün təhlükəli olan zorakılığa çevrildiyi və ya belə zorakılıq hədəsi ilə müşayiət edildikdə əməl quldurluq cinayət kimi tövsif edilir. Həmin Qərarın 25-ci bəndinə əsəsən silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X9 16-cı bəndinin 3-cü abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edib-etməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın 2-ci Siyahısının 118-ci bəndinə əsasən 0,15 qram və daha artıq çəkidə (2 qrama qədər) psixotrop maddə metamfetamin xeyli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitəsinin və elektron tərəzinin özünə məxsus olmaması, Zərərçəkmiş şəxs2 mağazasından oğurluq edən zaman zərərçəkmiş şəxsə bıçaq nümayiş etdirməməsi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları tam təkzib olunur. Məhkəmə təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə qənaətə gələrkən o hallara istinad edir ki, cinayət işi materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə protokolunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125.2-ci maddəsinə əsasən mötbərliliyinin şübhə altına alınması üçün əsaslar müəyyən edilməmiş, müdafiə tərəfi həmin sübutun sübutlar siyasından çıxarılması barədə əsaslı dəlilllər təqdim etməmişdir. Digər tərəfdən məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar edilən psixotrop maddənin çəkisi az olsa da bükümlərdə olması, elektron tərəzini üzərində daşıması, şəxsi axtarışa məruz qalarkən elektron tərəzini üzərində daşıması səbəbi kimi həmçinin pay verərkən miqdarını müəyyən etməsini bildirməsi kimi işin faktiki hallarına dəlalət edərək hesab edir ki, ibtidai istintaq orqanı onun əməlində Cinayət Məcəlləsinin 234.2-ci maddəsində göstərilən əməlim mövcudluğu barədə düzgün nəticəyə gəlmişdir. Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə elan edilmiş ittihamla razı olmayaraq üzərində hər hansı bıçaq alətinin olmaması barədə təqsirləndirilən şəxsin dəlilləri isə məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs1, Şahid1 ifadələri, 102 məlumat xidmətinə cinayət haqqında verilən ilkin məlumatın məzmunu və cinayət işi materiallarına əlavə edilmiş digər sənədlər ilə təkzib edilmişdir. Beləliklə, məhkəmə, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır, Cinayət Məcəlləsinin 234.2-ci maddəsində göstərilən cinayət əməli isə az ağır cinayətdir. Qeyd olunan əməl təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir və başa çatmış cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci və 234.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi əlamətinin olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən barəsində cəzasını ağırlaşdıran hal kimi nəzərə alır və qiymətləndirir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 12 yanvar 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 11 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 17 mart 2010-cu il tarixli qərarı ilə onun əməli Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsinə tövsif edilərək üzərində qəti olaraq 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 06 mart 2015-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 mart 2015-ci il tarixli qərarı ilə 01 il 03 ay 16 gün şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmin qərar Bakı Apellyasiya Məhkəməsinin 11 noyabr 2015-ci il tarixli qərarı ilə ləğv edilmiş o, 01 il 03 ay 16 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını çəkmək üçün cəzaçəkmə müəssisəsinə göndərilmiş, Azərbaycan Respublikasının prezidentinin 17 mart 2016-cı il tarixli 1903 nömrəli əfv sərəncamı ilə cəzadan azad edilmişdir. İmişli Rayon Məhkəməsinin 24 yanvar 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 21 gün islah işləri cəzasına məhkum edilmiş, 26 aprel 2018-ci il tarixdə cəzası başa çatmışdır, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-1, 234.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 13 may 2022-ci il tarixli qərarı ilə cəzası 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 avqust 2024-cü il tarixli qərarı ilə 06 ay 02 gün şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cild 1, iş vərəqə 102- 104,105-112). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törədilməsi cinayətin residivi hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzasını yüngülləşdirən halların olmaması, barəsində cinayətin residivi kimi cəzasını ağırlaşdıran halın olmasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci və 66.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla 181.2.5 və 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 06 ay 02 gün hissəsi hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzanı ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 noyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 27), Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş (cild 1, iş vərəqə 76-80), həbs etmənin əvvəlinin 21 noyabr 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 21 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. 28 fevral 2025-ci il tarixli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. X4 Sistemindən alınan məlumata əsasən Təqsirləndirilən şəxs 04 noyabr 2024-cü il tarixdə Lənkəran rayonu Mərkəzi Xəstəxanasında (F19x2) diqanozu ilə dispanser qeydiyyatındadır (cild 1,iş vərəqə 208- 209). Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkamoniyadan məcburi müalicə təyin olunmamalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Nizami rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,391 qram təşkil edən psixotrop maddə metamfetamin və üzərində metamfetamin izləri olan 01 ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş istintaq hərəkətinin, Zərərçəkmiş şəxs2dən götürülmüş videogörüntülərin əks olunduğu 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 45). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onların hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, məhkəmə zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 28 aprel 2025-ci il tarixədək göstərilmiş xidmət müqabilində 6 manat, 28 aprel 2025-ci il tarixdən sonra 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 36 (8+28) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi ödənilməsi məqsədilə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına 356 (üç yüz əlli altı) (48+308) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci, maddələrini rəhbər tutaraq, məhkəmə, Hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci və 234.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanmaqla ona 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 06 ay 02 gün hissəsi hazırki hökmlə təyin edilmiş 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 21 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübut –Bakı şəhəri Nizami rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,391 qram təşkil edən psixotrop maddə metamfetamin və üzərində metamfetamin izləri olan 01 ədəd elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş istintaq hərəkətinin, Zərərçəkmiş şəxs2dən götürülmüş videogörüntülərin əks olunduğu 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 114 ( bir yüz on dörd ) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş 36 (otuz altı) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına 356 (üç yüz əlli altı)manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-1194/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1194/2025
08.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver