Məhkəmə qərarları › İş №1(101)-1195/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1195/2021

04.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1195/2021 04.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Hüseynova Aytac Faiq qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi: X2 Təqsirləndirilən şəxs müdafiəçisi “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1980-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbayacan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, 1-ci qrup əlil, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 29 177.2.3 və 232.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışıları X4 və şəxsiyyəti istintaqla müəyyən edilməmiş «Ruslan» adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında Zərərçəkmiş şəxs Abşeron rayonu. Saray qəsəbəsi, Vəli Axundov küçəsində yerləşən 12A saylı fərdi yaşayış evində 4000 manat pul olduğunu hesab edərək, həmin pulu oğurlamaq barədə aralarında razılığa gələrək, öz niyyətlərini həyata keçirmək üçün 03 oktyabr 2018-ci il tarixdə saat 18 radələrində birlikdə Zərərçəkmiş şəxs hasarının üstündən keçməklə evinin həyətinə gəlmiş, Əli Abbasov və «Ruslan» adlı şəxs pəncərəni açıb qanunsuz olaraq evə yəni yaşayış sahəsinə daxil olub, o isə ev sahiblərinin gələcəyi halda xəbər vermək üçün həyətdə dayanıb müşahidə aparmış, yaşayış sahəsinə qanunsuz daxil olan şəxslər isə evdə pul tapmadıqlarından Əli Abbasov həmin evin yataq otağında divara söykədilmiş vəziyyətdə olan xüsusi icazə ilə Zərərçəkmiş şəxs məxsus 1200 (bir min iki yüz) manat dəyərində 01 ədəd U-880566 №-li keçmiş SSRİ dövlətində zavod üsulu ilə Tula silah zavodunda istehsal olunmuş TOZ-34-28 modelli, çaxmaqsız, şaquli vəziyyətdə hamar qoşa lüləli ov tüfəngi olan odlu yivsiz silahı götürüb pəncərədən ona ötürmüş və o, həmin silahı götürməklə öz cinayət əməlinin ictimai təhlükəliliyini dərk edərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında yasayiş sahəsinə qanunsuz daxil olaraq talamış, 4000 manat pulu tapmadıqlarından öz iradəsindən asılı olmayan səbəblərdən əməllərini başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla bağlı özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, hadisədən əvvəl şəxsiyyəti ona məlum olmayan və hazırda ölmüş olan Qulu adlı şəxs ona ov silahı verərək onu satmağını xahiş etdi. Həmin silahın satışından əldə olunan pulu bir hissəsini Quluya verəcəkdi və müəyyən hissəsi onun olacaqdı. Qulu adlı şəxs həmin silahı narkotik vasitə satdığı şəxslə barter etdiyini bildirdi. O həmin ov silahını satmazdan əvvəl onun kimə məxsus olmasını sorğulayırdı. Ov silahının həqiqətən sahibi olması ona sonradan məlum olan həmkəndlisi olan İntiqam adlı şəxsin olduğu və 2018-ci ildə onun yaşadığı evdən oğurlandığını bildi. Bundan sonra İntiqam adlı şəxs onunla dəfələrlə əlaqə saxlayaraq silahın ona məxsus olduğunu bildirib silahı ona qaytarmağını xahiş etdi. Lakin o silahın İntiqam adlı şəxsə məxsus olmasından şübhə edirdi və əgər silahı ona versəydi Qulu adlı şəxsə pul verə bilməyəcəkdi. Buna görə də həmin silahı İntiqama verməkdən imtina etdi. Bir dəfə İntiqamla telefonla danışdıqdan sonra çayxanada idi və yanında Əli və Ruslan var idi. Onlara əgər İntiqamın yenidən silahı istəyəcəyi halda silahın onlara məxsus olmasını deyəcəyini bildirdi. Bundan sonra İntiqama 400 manat pul verəcəyi halda silahı ona verəcəyini bildirdi. Bundan bir neçə gün sonra Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldı. Orada ona guya həmin silahı İntiqamın evindən oğurladığı məzmunda ifadə verəcəyi halda onu buraxacaqlarını bildirdilər və o da onların dediyi formada ifadəni imzaladı. O tutulduğuna görə Ruslan silahı gizlətdiyi yerdən götürüb İntiqama vermişdi. Məhkəmə iş materiallarını araşdıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 29 1772.3 və 232.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun atasıdır və sonuncu 10 yanvar 2021-ci il tarixdə dəqiqləşdirilməmiş respirator çatmamazlığı diaqnozu ilə vəfal etmişdir. Mərhum atası Zərərçəkmiş şəxs 03 oktyabr 2018-ci il tarixdə saat 12 radələrində yaşadığı ünvan 3 ünvanından onun yaşadığı Saray qəsəbəsindəki evinə, təmir isləri aparması üçün gəlmişdir. Həmin gün təxminən saat 20 radələrində mərhum atası İntiqam evinə qayıtmış və təxminən yarım saatdan sonra ona zəng edərək, evinə qayıdan zaman, evin qonaq otağının dəmir barmaqlığı olmayan plastik pəncərəsinin açıq olduğunu və yataq otağında divara söykədilmiş vəziyyətdə saxladığı 1200 manat dəyərində olan 01 ədəd qoşa lüləli, TO3-34 markalı 28 kalibirli ov tüfənginin oğurlandığını aşkar etdiyni bildirmişdir. Hazırda ov tüfəngi qaytarılmış və onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Yusif oğlu ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkili vəzifəsində işləyən zaman, ünvan 3-da yaşayan mərhum Zərərçəkmiş şəxs ərizəsi əsasında 04.10.2018-ci il tarixdə Azərbaycan Respublikası CMnin 232.-ci maddəsi başlanılmış cinayət işı üzrə, cinayətin kim tərəfdən törədilməsi, cinayətin açılması istiqamətində tərəfindən bir sıra-əməliyyat axtarış tədbirləri keçirilsə də, həmin cinayətin kim tərəfdən törədilməsini müəyyən etmək mümkün olmamışdır. 2020-ci ilin dekabr ayında mərhum Zərərçəkmiş şəxs onun mobil nömrəsinə zəng edərək, evindən ov silahının oğurlanması ilə bağlı məlumatının olduğunu bildirmişdir. Bundan sonra o, İntiqamla görüşmüş və sonuncu ona həmin cinayətin Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən törədildiyni bildirmişdir. Daha sonra o Təqsirləndirilən şəxsm yerini müəyyən edib sonuncunu Abşeron RPİ-nə dəvət etmiş. Rəşadla birlikdə avtomobildə idarəyə gəldikləri zaman Təqsirləndirilən şəxs səmimi etiraf edərək, həmin cinayətin özü ilə birlikdə «Əli və Ruslan» adlı şəxslər tərəfindən törədildiyini bildirmişdir. 28 dekabrda 2020-ci il tarixdə mərhum Zərərçəkmiş şəxs onun istifadəsində olan mobil nömrəsinə zəng edərək, 03 oktyabr 2018-ci il tarixdə evindən oğurlanmış özünə məxsus ov tüfəngini yaşadığı evin həyətində aşkar etdiyni bildirmişdir. Həmin məlumat əsasında rəhbərliyə müraciət etmiş, bundan sonra müstəntiq tərəfindən Zərərçəkmiş şəxs yaşadığı evinin həyətinə baxış keçirilmiş və baxış zamanı qeyd olunan ov tüfəngi aşkar olunaraq götürülmüşdür. Daha sonra «Əli» adlı şəxsin X4 olduğu tərəfindən müəyyən olunmuş, lakin Əli Abbasovun yerini və «Ruslan» adlı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Bu istiqamətdə əməliyyat- axtarış tədbirləri davam etdirilir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 29 1772.3 və 232.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 29 1772.3 və 232.2.1-ci maddələri ilə töfsif edilmişdir. Cinayət işində olan ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs 10 yanvar 2021-ci il tarixdə dəqiqləşdirilməmiş respirator çatmamazlıq nəticəsində ölmüşdür. Cinayət işi materiallaından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsi yerində yoxlanılmış və o, ifadəsində göstərdiklərini hadisə yerində bir daha əyani şəkildə göstərmişdir. İfadənin yerində yoxlanılması zamanı foto, video çəkilişlər aparılmış və tərtib olunmuş protokola əlavə edilmişdir. Cinayət işi materiallaından görünür ki, 28.12.2020-ci il tarixdə iş üzrə Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu. Saray qəsəbəsi. V.A.xundox' küçəsində yerləşən evin həyətyanı sahəsinə keçirilmiş baxış zamanı, oradan U-880566 №-li silah, SSRİ dövlətində, zavod üsulu ilə d ula silah zavodunda istehsal olunmuş. TOZ-34-28 modelli şaquli vəziyyətdə olan hamar qoşa lüləli ov tüfəngi aşkar edilərək götürülmüşdür. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiatlar İdarəsindən alınmış 13.01.202İ-ci il tarixli. 21/28R nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd U-880566 №-li silah keçmiş SSR-i dövlətində zavod üsulu İlə Tula silah zavodunda istehsal olunmuş TOZ-34-28 modelli. çaxmaqsız, şaquli vəziyyətdə olan hamar qoşa lüləli ov tüfəngidir, odlu yivsiz silahdır. Silah texniki cəhətdən sazdır və hər iki lülədən atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan kustar üsulla heç bir əlavə dəyişiklik edilməmişdir. DİN KTİ-nin güllə-giliz kartotekasında yalnız yivli odlu silahların qeydiyyatı aparıldığından qərarın 3-cü sualına cavab verilməmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizasından alınmış 11.03.2021- ci ii tarixli. 73 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki. ekspertiza tədqiqatına təqdim olunan bir ədəd keçmiş SSR-i dövlətində zavod üsulu ilə Tula silah zavodunda istehsal olunmuş TOZ-34-28 modelli, çaxmaqsız, şaquli vəziyyətdə olan hamar qoşa lüləli ov tüfənginin işlənmə dərəcəsi nəzərə alınmaqla hazırki vəziyyətdə 2018-ci ilin oktyabr ayına orta bazar qiyməti ilə dəyəri 1200,0 manat müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə prosesində özünü oğurluqda iştirak etməməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq, özünü müdafiə üsulu kimi qiymətləndirir və hesab edir ki, o cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edir. İbtidai istintaqda Təqsirləndirilən şəxs ifadə verərək, bildirmişdir ki, təxminən 2018-ci ilin avqust ayında yaşadığı məhəllədəki çayxanada «Əli» adlı şəxslə təsadüfən tanış olduqdan sonra, onun kimi narkotik istifadəçəsi olduğunu bilmişdir. Bundan sonra münasibətləri daha da yaxınlaşmış, tez-tez görüşüb hal-əhval tuturmuşlar. 2018-ci ilin sentyabr ayının təxminən 28-də yaşadığı məhəllədə görüşdükləri vaxt, «Əli» ona Saray qəsəbəsində içərisində 3-4 min manat pul olan heç kimin yaşamadığı bir ev tanıdığım bildirib, həmin evdən oğurluq elməyi təklif elmiş və onun da həmin vaxtı pula ehtiyacı olduğuna görə, sonuncu ilə razılaşmışdır. Həmin ərəfədə onun bacısının həyat yoldaşı vəfat eldiyinə görə «Əli» adlı şəxs ilə yas mərasiminin 7-ci günüdən, yəni 02 oktyabr 2018- ci ildən sonra həmin evə oğurluğa gedəcəkləri barədə razılığa gəlmişlər. Bu səbəbdən də 02.10.2018-ci ildə saat təxminən 18 radələrində yas məclisinin sonunda onlar məhəllədə görüşüb səhər həmin evə oğurluğa necə gedəcəklərini planlaşdırmışlar. Səhəri gün. razılaşdıqları kimi Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində «Əli» adlı şəxslə görüşmüşdür. Həmin vaxtı onun yanında Sumqayıt şəhəri 17-ci mikrorayonda yaşayan əvvəllər tanıdığı «Ruslan» adlı şəxsdə olmuşdur. Əli adlı şəxs. Ruslana da onlarla birlikdə oğurluğa getməyi təklif etmişdir. Ruslan onlarla razılaşdıqdan sonra, birlikdə avtobusla Sumqayıt şəhərindən. Abşeron rayonu. Saray qəsəbəsinə getmişlər. Saat təxminən 18 radələrində onlar Əlinin bələdçiliyi ilə piyada oğurluq edəcəkləri evin yanma getmişlər. İki mərtəbəli fərdi yaşayış evinin işıqları yanmadığına görə onlar evdə heç kimin olmadığına əmin olub, hasardan aşaraq həyətə daxil olmuşlar. Evin pəncərəsi yerdən hündür məsafədə olduğundan. Əli ilə Ruslan onun çiyninə çıxaraq, pəncərəni açıb evə daxil olmuşlar. O. həyətdə qalıb onları gözləmiş, təxminən 10-15 dəqiqədən sonra Əli evə daxil olduqları pəncərədən ona 01 ədəd, lülələri üst-üstə olan ov tüfəngini verib, sonra Ruslanla birlikdə evin pəncərəsindən həyətə tullanmışlar. Əli həmin evi axtardıqlarını, lakin ov tüfəngindən başqa oğurlamaq üçün münasib heç nə tapmadıqlarını bildirmişdir. Bundan sonra onlar həyətə daxil olduqları yerdən, hasarı aşaraq küçəyə çıxmışlar. Əli əynindəki gödəkçəsini çıxarıb oğurladıqları ov tüfəngini büküb əlində götürmüşdür. Onlar piyada oradan uzaqlaşıb Saray qəsəbəsindəki «Tərlan» şadhq sarayının yaxınlığından taksiyə minib Sumqayıt şəhəri 17-ci mikrorayona getmişlər. Əli oğurladıqları ov tüfəngini ertəsi günü satacağını deyib, həmin tüfəngi onlarla birlikdə Sumqayıt şəhəri 39 nömrəli məktəbin idman meydançasına gedib tüfəngi oradakı oturacaqların arxasında gizlətmişdir. Ertəsi gün. saat təxminən 15-16 radələrində onlar həmin meydançanın yanında görüşmüşlər. Əli adh şəxs, tüfəngi satmaq istədiyi tanışma zəng edib tüfəngi 400 manata satmaq istədiyini demişdir. 15-20 dəqiqədən sonra təxminən 37-38 yaşında olan, qarayanız dolu bədənli, tanımadığı şəxs “Priora" markalı avtomobillə onların yanlarına gəlmişdir. Əli oğurladıqları tüfəngi gizlətdiyi yerdən götürüb onlarla birlikdə həmin avtomobilə minib tüfəmgi həmin şəxsə göstərmişdir. Həmin şəxsdə tüfəngə baxıb bəyənmiş və Əliyə 400 manat pul verdikdən sonra tüfəngi götürüb oranı tərk etmişdir. Bundan sonra Əli həmin puldan 150 manat ona. 100 manat da Ruslana vermişdir. Oğurluq yolu ilə əldə etdikləri pulu 2-3 gün ərzində şəxsi ehtiyaclarına xərcləmişlər. Cinayət işində olan X6 Fondunun 24.12.2020-ci il tarixli ********** saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs 1-ci qrup əlildir Cinayət işində olan 23.12.2020-ci il il tarixli tutma protokolundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs oğlu həmin tarixdən tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun hər bir normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu andan, yəni 23.12.2020-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini məqsədə müvafiq sayır. Məhkəmə Təqsirləndirilən şəxs 1-ci qrup əlil olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.3 maddələri ilə təqsirli bilinməklə, 2 (iki) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.2.1-ci maddəsi ilə təqsirli bilinməklə 5 (beş) il müddətinə, azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs oğluna 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 23.12.2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Eldar İsmayılov Cavid Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar