Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1195/2022 08.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Məhəmməd Hüseyn oğlu Əkbərov, X3 Qəniyev və İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi- X2, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhər “Kredo” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 6 Hərbi Hissə ünvanında qeydiyyatda olmaqla, faktiki ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 28 yanvar 2022-ci il tarixdə səhər saatlarında sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Baba” adlı şəxsə köçürmə yolu ilə 500 manat pul ödədikdən sonra sonuncunun istintaqla müəyyən edilməsi mümkün olmayan qaydada ünvan 3 ünvanın yaxınlığında yerləşdirdiyi istintaqa 01 ədəd qara rəngli polietilen bükümdə təmiz çəkisi 2525 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və 01 ədəd açıq qəhvəyi rəngli karton bükümdə təmiz çəkisi 8.590 qram olan ağrəngli kristallik hissəciklərdən ibarət küstar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini həmin gün saat 20:00 radələrində qeyd edilən yerdən qanunsuz olaraq satış məqsədi ilə əldə etməklə üzərində saxlayaraq daşımış xx.xx.2022-ci il tarixdə saat 20:25 dəqiqədə Yasamal rayon Polis İdarəsinin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 4 ünvanın yaxınlığında saxlanılaraq Yasamal rayon Polis İdarəsinin inzibati binasına gətirilib üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd açıq qəhvəyi rəngli karton bükümdə təmiz çəkisi 8.590 qram olan ağrəngli kristallik hissəciklərdən ibarət küstar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin və əlində saxladığı qara rəngli polietilen torbanın içərisində 01 ədəd qara rəngli polietilen bükümdə təmiz çəkisi 2525 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, subaydır və hazırki iş üzrə tutulmamışdan əvvəl valideyinləri ilə birlikdə ünvan 2 ünvanında yaşamışdır. Təxminən bir il yarım olar ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Narkotik maddələri ayrı-ayrı vaxtlarda sosial şəbəkələr vasitəsilə tanış olduğu şəxsiyyətləri barədə məlumatları olmadığı şəxslərdən almışdır. 28 yanvar 2022-ci il tarixdə saat təxminən 20:00 radələrində ünvan 6 ünvanının yaxınlığında piyada hərəkət edərkən 1 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özünü ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmiş və onu Yasamal rayon Polis İdarəsinin inzibati binasına dəvət etmişdir. O, polis əməkdaşı ilə razılaşmış və onlar birlikdə Yasamal rayon Polis İdarəsinə gəlmişlər. Xidməti otaqda olarkən ondan üstündə, paltarında, paltarlarının ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş və o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd açıq qəhvəyi rəngli karton bükümdə təxminən 8,590 qram psixotrop maddə olan metamfetamini və sağ əlində saxladığı qara rəngli polietilen torbanın içərisindəki 01 ədəd qara rəngli polietilen bükümdə narkotik vasitə olan heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra üzərində axtarış aparılmağa başlanılmış və əynində olan şalvarın cibindən içərisində ***-***-**-** mobil nömrə olan “Samsung A 12 ” markalı mobil telefonun aşkar olunaraq götürülmüşdür. Daha sonra ondan üzərində aşkar olunmuş narkotik vasitəni haradan əldə etməsi və nə məqsədlə üzərində gəzdirməsi barədə soruşulduqda o, üzərindən aşkar olunmuş 8.590 qrama yaxın psixotrop maddə olan metamfetamini sosial şəbəkə vasitəsilə tanış olduğu İran İslam Respublikası vətəndaşı “Baba” adlı şəxsdən xx.xx.2022-ci il tarixdə sifariş verdiyini və həmin psixotrop maddə olan metamfetamini ünvan 7 ünvanın yaxınlığından götürdüyünü bildirmişdir. Üzərindən aşkar olunmuş 2525 qram narkotik vasitə olan heroin büküm ona məxsus olmamış və həmin büküm ona üzdən tanımadığı və adını bilmədiyi polis əməkdaşı tərəfindən verilmişdir. Həmin vaxt polis əməkdaşı ona demişdir ki, həmin narkotik vasitəni üzərində saxlasın, çünki üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetamin külli miqdardadır, götürmüş olduğu narkotik vasitənin heç bir əhəmiyyəti olmayacaq və belə olan halda ona, yüngül maddə ilə köməklik edəcəklər. Bu səbəbdən o, həmin vaxt üzərindən aşkar olunmuş 2525 qram narkotik vasitə olan heroinin ona məxsus olduğunu bildirmişdir. Həmin polis əməkaşının adını bilmir. “Baba” adı ilə tanıdığı şəxsi heç vaxt görməmişdir, onunla sosial şəbəkə vasitəsilə tanış olmuşdur. Həmin şəxsdən cəmi 2-3 dəfə narkotik vasitə almışdır. Sonuncu dəfə, yəni 28 yanvar 2022-ci il tarixdə “Baba” adı ilə tanıdığı şəxsin hesab nömrəsinə göndərdiyi 170 manat müqabilində 8,590 qram metamfetamin almışdır. O, heç bir zaman narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış və üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetamini şəxsi istifadəsi üçün almışdır. O, saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilən zaman, ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. Özünü yalnız psixotrop maddələrin istifadəsinə görə təqsirli bilir. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsini əks etdirən videogörüntülər, ekspertiza rəyləri və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Yasamal rayon Polis İdarəsinin X1 əməliyyat müvəkkili vəzifəsində işləyir. 28 yanvar 2022ci il tarixdə Təqsirləndirilən şəxs adlı şəxsin külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə olunması və Bakı şəhəri Yasamal rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun və Yasamal rayon Polis İdarəsinin X1 əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu təşkil edilmişdir. Həmin tarixdə axşam saatlarında onlar ünvan 8 ünvanın yaxınlığında olduqları zaman orada piyada şəkildə hərəkətdə olan xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib saxladıqları şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən edərək, ona külli miqdarda narkotik və psixotrop maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə olunması və Bakı şəhəri Yasamal rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib onu Yasamal rayon Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyib onlarla birlikdə Polis İdarəsinə gəlmiş və orada xidməti otaqların birində ona hüquqları izah olunduqdan sonra hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkiliş aparılmalqa üzərinə baxış keşirildiyi zaman Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən açıq qəhvəyi rəngli kartona və rəngsiz yapışdırıcıya bükülmüş bükümü və sağ əlində olan qara rəngli sellofan 01 ədəd bükümü təqdim etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd qara rəngli “Samsung” markalı mobil telefon aşkar edilmişdir. Sorğusual zamanı Təqsirləndirilən şəxs qara rəngli gödəkcəsinin sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin psixotrop maddə olan metamafetamin, həmçinin sağ əlində olan qara rəngli sellofanın içərisində olan qara rəngli sellofana və rəngsiz yapışıdırıcıya bükülmüş kütlənin isə narkotik vasitə olan heroin olduğunu və həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini İran İslam Respublikasının vətəndaşı “Baba” adlı şəxsin vasitəsilə xx.xx.2022-ci il tarixdə saxlanılmadan əvvəl əldə etməsini bildirmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və Yasamal rayon Polis İdarəsində olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin Yasamal Rayon Polis İdarəsinin X1 əməliyyat müvəkkili Şahid2 digər Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermiş və öz ifadəsi ilə iş üzrə tərtib olunmuş raportlarda və istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmununda qeyd olunan xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2022ci il tarixli qərardan görünür ki, Yasamal RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Murad Solanov tərəfindən 28 yanvar 2022-ci il tarxidə səhər saatlarında sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Baba” adlı şəxsə köçürmə yolu ilə 500 manat pul ödədikdən sonra sonuncunun istintaqla müəyyən edilməsi mümkün olmayan qaydada ünvan 9 ünvanın yaxınlığında yerləşdirdiyi istintaqa 01 ədəd qara rəngli polietilen bükümdə təmiz çəkisi 2525 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və 01 ədəd açıq qəhvəyi rəngli karton bükümdə təmiz çəkisi 8.590 qram olan ağrəngli kristallik hissəciklərdən ibarət küstar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini həmin gün saat 20 radələrində qeyd edilən yerdən qanunsuz olaraq satış məqsədi ilə əldə etməklə üzərində saxlayaraq daşımış xx.xx.2022-ci il tarixdə saat 20:25 dəqiqədə Yasamal RPİ-nin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 9 ünvanın yaxınlığında saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilib üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd açıq qəhvəyi rəngli karton bükümdə təmiz çəkisi 8.590 qram olan ağrəngli kristallik hissəciklərdən ibarət küstar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin və əlində saxladığı qara rəngli polietilen torbanın içərisində 01 ədəd qara rəngli polietilen bükümdə təmiz çəkisi 2525 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülməsi faktına görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılması və icraata qəbul edilməklə ibtidai istintaqın aparılması qərara alınmışdır. (cild 01, iş vər. 1) İşdə olan “şübhəli şəxsin tutulması haqqında” 28 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 21). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 28 yanvar 2022-ci il tarixli protokol və həmin istintaq hərəkətinin keçirilməsinin videogörüntüsü yazılmış diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan qara rəngli gödəkcənin sağ cibindən aşkar olunmuş 01 ədəd psixotrop maddə olan metamfetamin və sağ əlində saxladığı qara rəngli sellofanın içərisindəki 01 ədəd qara rəngli polietilen bükümdə narkotik vasitə heroin bükümü, 01 ədəd “Samsung” markalı mobil telefon aşkar olunmuşdur.Cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən həmin narkotik vasitə heroin bükümü,psixotrop maddə olan metamfetamin və 01 ədəd “Samsung” markalı mobil telefon götürülmüşdür (cild 01, iş vər.32-33, 70). Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/580 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Təqsirləndirilən şəxs ...” sözləri olan bir ədəd bükümdə təmiz çəkisi 8,590 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop metamfetamindir, 01 ədəd bağlamada təmiz çəkisi 2525 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 01, iş vər. 41-48). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 30 yanvar 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və müdafiəçinin iştirakı ilə ona həmin maddə ilə ittiham elan olunmuşdur. (cild 1, iş vər. 56-57). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-76/2022 saylı, 30 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 28 yanvar 2022-ci il tarixdən hesablanaraq «həbs» qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vər. 85-86). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki,Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər.97). Məhkəmə-narkoloji ekspertizanın xx.xx.2022-ci il tarixli 2140 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehdiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 128-129). Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 1076 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyt çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlaməltəi aşkar olunmayıb Həmin dövürdə, öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 01, iş vər. 130-131). İşdə olan “cinayət işinin materiallarından digər cinayət işinin ayrılması barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, İran İslam Respublikasının vətəndaşı “Baba” adlı şəxsin barəsində ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılması barədə qərar qəbul olunmuşdur (cild 01, iş vər. 169-171). Məhkəmə iclasında nümayiş etdirilməklə cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd «DVD» diskdə olan videgörüntülərə baxış keçirilmiş və baxış zamanı həmin videogörüntülərdə “Şəxsi axtarış və götürmə aparılması haqqında” 28 yanvar 2022-ci il tarixli protokolun məzmununda qeyd olunan halların əyani olaraq öz əksini tapması müəyyən edilmişdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında narkotik vasitə heroinin xalis çəkisi 2 qramdan yuxarı aşkar olunması külli miqdar, habelə İİ siyahının 67-ci bəndinə əsasən 2 qram pxisotrop maddə olan metafetamin külli miqdar hesab edilir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək ış materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, maddi sübut və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu kimi ifadələri öz məsuliyyətini yüngülləşdirmək məqsədi ilə verilmiş və onun yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması, onun özünün işin faktiki hallarına uyğun olan ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv sübutların məcmusu ilə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı həmçinin işin digər halları nəzərə alınmalıdır. Məhkəmə yuxarıda qeyd edilən faktiki halların nəzərə alıb Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifı məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini qismən etiraf edib peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə ağır cinayət əməlini törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli faktiki olaraq azadlığının məhdudlaşdırıldığı 28 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu müəyyən olunduğundan (hazırki vaxtda əlilliyinin olmaması nəzərə alınmaqla) , məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə maddi sübutlar: AR DİN Yasamal RPİ-nin növbətçi hissəsinin saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmaqla, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalmış,- ümumi çəkisi 8.540 qram psixotrop maddə metamfetamin və 2524 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs oğlunun üzərinə xx.xx.2022-ci il tarixdə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntülər olan bir ədəd «DVD» disk və "xxxx" MMC tərəfindən təqdim olunmuş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 81 manat (səksən bir) manat Təqsirləndirilən şəxs dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 10 (on) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 28 yanvar 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar: AR DİN Yasamal RPİ-nin növbətçi hissəsinin saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmaqla, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalmış,- ümumi çəkisi 8.540 qram psixotrop maddə metamfetamin və 2524 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs oğlunun üzərinə xx.xx.2022-ci il tarixdə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntülər olan bir ədəd «DVD» disk və "xxxx" MMC tərəfindən təqdim olunmuş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri cəmi 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surətinin Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər, apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1195/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1195/2022
08.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver