Məhkəmə qərarları › İş №1(101)-1195/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1195/2023

18.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1195/2023 18.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə2, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1, müdafiəçi “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi, mütəxəssis (müəllim-psixoloq) X1 iştirakı ilə xx.xx.1986-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, "xxxx" MMC-də komendant işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 95, mənzil 5-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 24, mənzil 81-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair iş üzrə icraat materiallarına qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında aşkar surətdə 14 yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü qızı Zərərçəkmiş şəxs birlikdə yaşadıqları həmin ünvandakı mənzilin qonaq otağında olan divanın üzərində, 26 dekabr 2020-ci il günorta saatlarında Zərərçəkmiş şəxs əynində olan alt paltarını dizinə qədər endirərək arxa tərəfini özünə tərəf çevirib belini aşağı əyərək arxa keçəcəyini əli ilə tutaraq arxa keçəcəyinin şəklini çəkmiş, 07 fevral 2021-ci il tarixdə saat təxminən 14 radələrində həmin ünvandakı mənzilin qonaq otağında olan divanın üzərində öz cinsiyət orqanını çıxarıb əli ilə bir qədər oynadaraq Zərərçəkmiş şəxs əlindən tutub cinsiyət orqanına sığal çəkdirdikdən sonra başından yavaş tutaraq cinsiyət orqanına yaxınlaşdırıb cinsiyət orqanından öpdürərkən cinsiyət orqanının Zərərçəkmiş şəxs ağzında olan zaman şəklini çəkmiş, 20 iyun 2021-ci il tarixdə günorta saat təxminən 16 radələrində həmin ünvandakı mənzilin qonaq otağında olan divanın üzərində əyninədə olan şalvarı çıxararaq Zərərçəkmiş şəxs yanına çağırmış və əlindən tutub cinsiyət orqanına sığal çəkdirərək cinsi ehtirasını pozğun formada təmin edərək vahid niyyətlə əhatə olunan qəsdlə aşkar surətdə on dörd yaşına çatmayan şəxsin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmə iclasında cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qızıdır. Belə ki, o, 2016-cı ilin may ayında Qanuni nümayəndə2 ilə rəsmi nigaha daxil olmuş, xx xxxx 2017-ci il tarixdə Ayan dünyaya gəlmişdir. Həyat yoldaşı Nigarla konfliktləri olurdu. Lakin həmin konfliktlər çox kəskin olmasa da arvadı ilə olan münasibətlərə normal deməzdi. Onun azyaşlı uşaqlara qarşı anormal maraqları olmamışdır. Kənar qadınlarla tanışlığı və intim münasibətləri olmuşdur. Onun mobil telefonu var, instaqramda da səhifəsi olmalıdır. Lakin o xatırlamır ki, qızına qarşı əxlaqsız hərəkətlər etsin, onun çılpaq şəkillərini çəkib başqa şəxslərə göndərsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə ibtidai araşdırma zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan edilərək müəyyən edilmişdir ki, təxminən üç il müddətdir ki, onun tərəfindən arvadına qarşı cinsi istəyi yoxdur, xasiyyətləri uyğun gəlməməsindən sonuncu ilə aralarında soyuq münasibət yaranmışdır. Təxminən iki il bundan öncə özünə məxsus mobil telefonla Telegram sosial şəbəkəsinə daxil olmuş, orada olan saytlardan birində uşaq porno filimləri olmuşdur. O, bundan sonra mütamadi olaraq həmin porno filimlərə baxmağa başlamışdır. Təxminən 2020-ci ilin dekabr ayının 26-da günorta saatlarında qızı ilə evdə tək olan zaman o, qonaq otağında divanda uzanmışdır. Həmin vaxt əlində mobil telefonda Telegram sosial şəbəkəsində uşaq porno filmlərinə baxırmış. O, filmlərə baxa baxa ehtiraslanmış, bundan sonra qızı Ayanı yanına çağırmışdır. Ayanı divanın üzərinə çıxarmış, Ayana onun sözünə baxmağı deyib əynində olan alt paltarını dizinə qədər endirmişdir. Bundan sonra Ayanın arxa tərəfini özünə tərəf çevirib belini aşağı əyərək arxa keçəcəyini əlilə tutaraq şəklini çəkmişdir. Bundan sonra kiminsə görəciyəndən qorxaraq Ayanın paltarını geyindirmişdir. 07 fevral 2021ci il tarixdə günorta saatlarında təxminən 14 radələrində o, və qızı Ayan evdə tək olan zaman yenə Ayanla şəkil çəkmək qərarına gəlmişdir. O, divanda uzanıb əynində olan şalvarı yarıya qədər endirmiş və Ayanı yanına çağırmışdır. Ayan yanına gəlmiş və o, Ayanı divanın üzərinə çıxarmışdır. Bundan sonra öz cinsiyət orqanımı çıxarıb əlilə bir qədər oynadaraq Ayanın əlindən tutub cinsiyət orqanına sığal çəkməyə başlamışdır. Ayan bir qədər sığal çəkdikdən sonra o, ayanın başından yavaş tutaraq cinsiyət orqanına yaxınlaşdırmış və opməyini demişdir. Ayan onun cinsiyət orqanından öpən zaman özümə məxsus mobil telefon vasitəsi ilə şəklini çəkmişdir. 20 iyun 2021-ci il tarixdə günorta saatlarında təxminən 16 radələrində o, və qızı Ayan evdə tək olan zaman yenə Ayanla şəkil çəkmək qərarına gəlmişdir. O, divanda uzanıb əynində olan şalvarı çıxarmış və alt paltarında Ayanı yanına çağırmışdır. Ayan yanına gəlmiş və o, sonuncunu divanın üzərinə çıxarmışdır. Bundan sonra öz cinsiyət orqanını çıxarıb əlilə bir qədər oynadaraq Ayanın əlindən tutub cinsiyət orqanıma sığal çəkməyə başlamışdır. Ayan bir qədər sığal çəkdikdən sonra o, Ayanın əli ilə onun cinsiyət orqanına sığal çəkən vaxt şəkil çəkmiş, həmin vaxtdan sonra o, Ayana yaxın getməmişdir. O, qızı Ayanla çəkdiyi şəkilləri özümə məxsus mobil telefonda saxlamışdır. «Sweet Meet» sosial şəbəkəsində Samir adı ilə qeydiyyatdan keçərək Günay adlı şəxslə tanış olmuşdur. Bir qədər Günayla sosial şəbəkədə danışdıqdan sonra sonuncuya adının və soyadının Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Günay isə ona bildirmişdir ki, adı Ayseldir. Onlar bir neçə gün onunla danışdıqdan sonra sonuncu ilə cinsi əlaqədə olmaq qərarına gəlmişdir. Ayselin cinsi istəyini artırmaq üçün sonuncuya qızı Ayanla çəkdiyi şəkilləri göndərmişdir. Ayselə bildirmişdir ki, əgər istəsə görüşə gələn zaman qızını da gətirər. Aysel onunla razılaşmamışdır. Bundan sonra onun barəsində şikayət etmişdir. Məhkəmə iclasında azyaşlı Zərərçəkmiş şəxs ifadə vermək təklif edilmiş, lakin Zərərçəkmiş şəxs ifadə verməkdən imtina etmiş, bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək müəyyən edilmişdir ki, atası Elnur, anası isə Nigardır. Atası və anası işləyir, o, isə uşaq baxçasına gedir. Anası evdə olmayanda atası Elvin paltarını soyunub lüt halda onun tumuşunu soyundurub «mənim tötüşümü, mıtışımı 3 dəfə opürdü». Atasının alt paltarı ağ rəngdə olmuşdur. Atası ilə o, birlikdə evdə olan zaman çox vaxtları tumuşla evdə gəzir, əynində tumuşdan başqa heç nə olmurdu. O, da «atamın mıtışınan iki dəfə öpdüm». Sonra bədənindən boynundan öpmüşdür. Atası Elvin ona demişdir ki, «onun mıtışınanan öpüm». O, atasının «mıtışınan» öpmüşdür. O, atamın sinəsindən və qarnından da opürmüş. Sonra onlar bir yerdə uzanmış, atası onun «tötüşü»ndən öpmüş, o, da atasının «tötüşünən» öpmüşdür. Atası onun «mıtışı»ndan öpmüş, o, da atasının mıtışınan öpmüşdür. Sonra atası «mıtışını» onun belinə sürtmüşdür. Atası ona deyirmiş ki, bu barədə heç kimə deməsin. O, da buna görə də bu barədə heç kimə və anasına bir söz demirdi. Atası onunla bu hərəkətləri yalnız ikisi evdə olan zaman edir, evdə kimsə olanda bunu etmirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi olan Qanuni nümayəndə2 ifadə vermək təklif edilmiş, lakin o öz hüquqlarından istifadə edərək əri olan Təqsirləndirilən şəxs barəsində ifadə verməkdən imtina etmişdir. Bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Kəyan oğlu ilə 2016-ci ilin may ayının ortalarında rəsmi nigaha daxil olmuşlar. Birgə nigahdan xx.xx.2017-ci il təvəllüdlü Zərərçəkmiş şəxs dünyaya gəlmişdir. 01 sentyabr 2022-ci il tarixdə Nizami RPİ-nin İŞ-də qızı Ayanın mütəxəsis, psixoloq və onun iştirakı ilə dindirməsi zamanı ona məlum olmuşdur ki, həyat yoldaşı Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda o, evdə olmadığı zaman bir neçə dəfə özü soyunaraq qızı Ayanı da soyundurmuş və qızına qarşı seksual hərəkətlər etmişdir. Qızı Zərərçəkmiş şəxs ifadəsi alınan zaman heç bir şəkildə təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs şəxsən görməsə də sosial şəbəkələrdə o özünü Emin adı ilə təqdim etmiş, Emin onunla yazışarkən onun səhifəsinə öz azyaşlı qızının çılpaq şəkillərini, qızı ilə etdiyi seksual xarakterli hərəkətlərin şəkillərini ona göndərmişdir. Təqsirləndirilən şəxs yazışmada ona bildirmişdir ki, qızının 4 yaş 8 ayı vardır, sonuncu ilə 4 yaşı olandan bəri seksual xarakterli hərəkətlərlə məşğul olmuş, qızını öz maşınında digər qadınların yanında əxlaqsız hərəkətlər etməyə məcbur etmiş, hətta başqa bir kişiyə də öz qızına qarşı əxlaqsız hərəkətlər etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs bu hərəkətləri ona o qədər pis təsir etmişdir ki, o, Nərimanov RPİ-nin 17-ci PB-nə şikayət etmiş, Təqsirləndirilən şəxs onun telefonuna göndərdiyi qızına qarşı etdiyi əxlaqsız hərəkətləri əks etdirən fotogörüntüləri təqdim etmişdir. Polis əməkdaşları ondan xahiş etmişlər ki, Təqsirləndirilən şəxs ifşa etmək üçün onunla yazışmanı bir şey olmadığı kimi davam etdirsin. O da yazışmanı davam etdirmiş, nəhayət 31 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Nərimanov metrostansiyasının yanına görüşə dəvət etmiş, Təqsirləndirilən şəxs ora gələn zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxslə ünsiyyətdə olduğu zaman onun psixi xəstə olmasını hiss etməmiş, hətta Təqsirləndirilən şəxs ona demişdir ki, həyat yoldaşı ilə intim münasibətləri olmadığı üçün o münasibətləri qızı ilə yaşayır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Şahid1 Bakı şəhəri Nərimanov RPİ-nin 17ci PŞ-nə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, SWEET MEET sosial şəbəkəsindən xx.xx.2022-ci il tarixdə özünü Samir adı altında təqdim edən şəxs ona yazaraq 5 yaşlı qızının soyundurub şəkillərini ona ataraq əxlaqsız təkliflər edərək onu narahat etməyə başlamışdır. Xahiş edir bu şəxsin tutulmasında ona köməklik edilsin. Məhkəmədə elan edilib araşdırılmış Qanuni nümayəndə2 Arif qızının Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, qızı xx.xx.2017-ci il təvəllüdlü Zərərçəkmiş şəxs psixoloqla söhbət zamanı bildirmişdir ki, atası Təqsirləndirilən şəxs tərəfindən ona qarşı seksual xarakterili hərəkətlər olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış «telefonun götürülməsi və yaddaşında olan foto və videogörüntülərə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli məktubdan müəyyən olunur ki, Şahid1 tərəfindən internetdə tanış olduğu özünü Samir kimi təqdim edən şəxsin qızı olduğunu deyərək göndərdiyi pornoqrafik şəkilləri təqdim etmişdir. Məhkəmədə elan edilib araşdırılmış «telefonun götürülməsi və yaddaşında olan foto və videogörüntülərə baxış keçirilməsi haqqında» 30 avqust 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung Galaxy» markalı qara rəngli mobil telefon aparatına baxış keçirilərkən telefonun «qalareya» bölməsində müxtəlif foto və video görüntülərin olması, həmin görüntülərin müxtəlif xarici ölkələrdə çəkilmiş uşaq porno videolarından ibarət olması müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «mobil telefon aparatına baxş keçirilməsi haqqında» 01 sentyabr 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş «Samsung» markalı «A40» modelli mobil telefon aparatına baxış keçirilərkən telefon aparatının foto və kideo çəkilişləri yaddaşda saxlama bölməsi olan «Qalareya» bölməsinə daxil olduqda uşaq porno filmləri olması, o cümlədən «İnstagram» səhifəsinə daxil olduqda «Emin.veliyev077» adı altında «nəzrin» adlı şəxslə yazışması müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2022-cı il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibb ekspertizasının 09 sentyabr 2022-ci il tarixli, 769 saylı rəyindən müəyyən olunur ki, X6 bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs arxa keçəcəkdə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi. Məhkəmədə elan edilib araşdırılmış kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2407 saylı rəyindən müəyyən olunur ki, halhazırkit psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlinir ki, Zərərçəkmiş şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Aparılmış eksperimaental-psixoloji müayinənin nəticələrindən görünür ki, Zərərçəkmiş şəxsəqli və psixi inkişafı normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Cinayət işi materiallarında görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilmiş suallara əsasən kağızın üzərində özünün və atasının cinsiyyət orqanını təsvir etmişdir. Zərərçəkmiş şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, lakin azyaşlı olması ilə əlaqədar ona qarşı edilən hərəkətlərin xarater və mənasını dərk etməmişdir. Zərərçəkmiş şəxs azyaşlı olduğundan qərarın təsviri hissəsində göstərilən hadisə zamanı həmin hərəkətlərin xarakter və mahiyyətini dərk etməmiş, həmin vaxt onun şüuruna və fəaliyyətinə təsir göstərə biləcək emosional vəziyyətdə olmamışdır. Zərərçəkmiş şəxs ünsiyyətçilik, fəallıq, şıltaqlıq kimi xarakterik xüsusiyyətlə malikdir. Zərərçəkmiş şəxs azyaşlı olduğundan onunla edilən hərəkətlərin xarakter və mənasını dərk etməmişdir. Zərərçəkmiş şəxs ona qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl, baş vermiş hadisə zamanı və hadisədən sonra psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Zərərçəkmiş şəxs azyaşlı olması ilə əlaqədar ona qarşı edilən hərəkətlərin xarakter və mənasını dərk etmədiyindən, hadisə zamanı müqavimət göstərməmişdir. Zərərçəkmiş şəxs əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri qeydə alınmadı. Zərərçəkmiş şəxs atasına qarşı sosial asılılığına və bağlılığına görə hadisə zamanı təlqinə qapıla və onun təsir altında hərəkət edə bilərdi. Həmçinin Zərərçəkmiş şəxs azyaşlı olduğundan təlqinə qapıla və başqalaranın təsiri altında hərəkət edə bilərdi. Zərərçəkmiş şəxs özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilmədi. Zərərçəkmiş şəxs idrak prosesləri (diqqət, hafizə, təfəkkür, qavrayış və s.), intellektual imkanları yaş xüsusiyyətlərinə uyğundur, əqli və psixi inkişafında gerilik əlamətləri qeydə alınmır. Zərərçəkmiş şəxs baş verənləri yadda saxlamaq qabiliyyətinə malik olduğundan o, hal-hazırda və ifadə verərkən baş verənləri düzgün təsvir edib daşına bilər. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 2939 saylı rəyindən müəyyən olunur ki, yuxarıda göstərilənlərə əsasən belə qərara gəlirəm ki, Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinin ambulator şəraitdə düzgün qiymətləndirmək, törətdiyi əməl dövründə anlaqlı olub-olmamasını müəyyənləşdirmək çətinlik törətdiyindən daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə-psixiatrik şöbəsinə göndərilməsi zəruridir. Məhkəmədə elan edilib araşdırılmış komisyon stasionar məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 151 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs aşkarlanan psixi patologiya yaxın dövrdə qüvvəyə minəcək psixi, davranış və yaxud neyroinkişaf pozuntularının beynəlxalq təsnifatının 11-ci baxışında «Başqa yerdə təsnif edilən pozuntularla və ya xəstəliklərlə əlaqəli ikincili psixi və davranış sindromları» rubrikasında 6E68 kodu altında «ikincili şəxsiyyət dəyişikliyi» olaraq qeyd edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsvimri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törədən zaman «Üzvi mənşəli şəxsiyyət pozuntusu» formasında psixi patologiyadan əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs aşkarlanan psixi patologiya əsasən cinsi djavranış pozuntusu ilə özünü göstərmişdir. Belə ki, baş-beyin toxumasının üzvü zədələnməsi fonunda mərkəzi sinir sisteminin fəaliyyətinin pozulması nəticəsində Təqsirləndirilən şəxs seksual tabu (cinsi qadağa) sistemini nəzarətdə saxlamaq və cinsi davranışını iradəsinə tabe etdirmək qabiliyyətini itirmişdir. Elmi ədəbiyyatdakı məlumata görə anlaqsızlığın tibbi meyarlarının intelektual və iradi komponentləri ayırd edilir. Bunlardan hər hansı birinin olması artıq anlaqsızlıq yaradır. Buna görə Təqsirləndirilən şəxs intellektual tərəfdən çatışmazlığa malik olmasa da, cinsi davranışı pozuntulu formada təzahür etmişdir. Onun hal-hazırda təqsirləndirildiyi cinayət əməlinin qəribəliyi və həmin əməlini həyata keçirərkən qeyri-adekvat davranması da məhz bundan qaynaqlanır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinsayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai əməli törətdikdən sonra da «üzvi mənşəli şəxsiyyət pozuntusu» formasında psixi patologiyadan əziyyət çəkir, yəni Təqsirləndirilən şəxs həmin psixi patologtiya hazırda da davam edir. Buna görə Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs istər ictimai təhlükəli-cinayət əməlini törədərkən, istərsə də həmin əməli törətdikdən sonra «üzvi mənşəli şəxsiyyət pozuntusu» formasında psixi patologiyadan əziyyət çəkmiş, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini qəflətən baş vermiş güclü ruhi həyacan «affekt» vəziyyətində törədə bilmədiyini aydınlaşdırılması məhkəməpsixatrik ekspertizasının kompetensiyasına aid deyildir. Həmin sualın cavablandırılması məhkəmə-psixoloji ekspertizasının səlahiyyətinə aiddir. Hal-hazırki müayinə zamanı yalnız məhkəmə-psixiatrik ekspertizasının səlahiyyətinə aid olan suallar cavablandırılmışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ifadə vermək, baş verənləri düzgün qavrayıb təsvir etmək və digər məhkəmə istintaq hərəkətlərinin aparılmasında iştirak etmək, öz prosessual hüquq və vəzifələrini şəxsən həyata keçirmək iqtidarında deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən anlaqsız olması, istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinin olmaması əvvəlki suallarda cavablandırılmışdır. Hüquq və psixiatriyaya aid elmi ədəbiyyətdakı məlumatlara əsasən «anlaqlılıq» və «anlaqsızlıq» terminləri yalnız cinayət hadisəsinin törədildiyi münasibətdə işlədilə bilər. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs «üzvi mənşəli şəxsiyyət pozuntusu» formasında psixi patologiyaya müvafiq əlamətlər müəyyən edilir. Hal-hazırda psixi fəaliyyət vəziyyətinə görə onun barəsində Azərbaycan Respublikasının CM-nin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirinin tətbiq edilməsi məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış təkrar komisyon stasionar məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 22 saylı rəyindən müəyyən olunur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs «üzvi mənşəli şəxsiyyət pozuntusu, cinsi davranış pozuntusu ilə» (psixi və davranış pozuntularının beynəlxplq təsnifatının 10—cu baxışında kodu F07.0) müəyyən edilir. Bunu cinayət işi materiallarından çıxarışlar və anamnestik məlumatlar (5 yaşında kəlləbeyin travması alması, yeniyetmə yaşlarında əsəbilikdən və baş ağrılarından əziyyət çəkməsi, bunu keçirdiyi cərrahi əməliyyatlar və aldığı kəllə-beyin travmasından sonra yarandığını bildirməsi) və hal hazırki psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin şöbədə müayinədə olduğu müddət ərzində geyiminə və təmizliyinə o qədər də fikir verməməsi, özünü narahat aparması, palatadakı digər şəxslərlə ünsiyyət qurmaq istəməməsi, xırda qıcığa, səs-küyə dözümsüz olması, əhvali-ruhiyəsinin dəyişkən olması, tez-tez əsəbləşməsi, bəzən aqressiv davranması, yuxusunun rejimə uyğun olmaması, ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində zahirən səliqəsiz olması, zamana görə bələdliyinini zəifləməsinin müəyyən edilməsi, simasında narazılıq ifadəsinin olması, narahat və gərgin görünməsi, söhbəitə həvəssiz, qeyri-fəal şəkildə qoşulması, produktiv verbal kontakt qurmaqda çətinlik yaranması, suallara qısa cavablar verməsi, təfəkkürünün lənğ tempdə, torpid xarakterli olması, əhvalruhiyyə fonunda bir qədər enmə müşahidə edilməsi, yaddaşında zəiflik, diqqətində dağınıqlıq müəyyən edilməsi, emosional sahədə dəyişkənlik müşahidə edilməsi, söhbət zamanı əsəbi və bir qədər aqressiv olması, məsuliyyət hissinin azalması, proqnozlaşdırma qabiliyyətinin zəifləməsi, törətdiyi əmələ münasibətdə laqeyd olması, sanki adi bir halğ baş verməsi kimi təəsurat yaranması, həyacan və utanc hissi keçirməməsi, hal-hazırki psixi və yaranmış situasiyaya qarşı formal tənqidi münasibət bəsləməsi və s.) sübut edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs aşkarlanan psixi patologiya yaxın dövrdə qüvvəyə minəcək psixi, davranış və yaxıd neyroinkişaf pozuntularının beynəlxalq təsnifatının 11-ci baxışında «başqa yerdə təsnif olunan pozuntularla və ya xəstəliklərlə əlaqəli ikinci psixi və davranış sindromları» rubrikasında 6E68 kodu altında «ikincili şəxsiyyət dəyişikliyi» olaraq qeyd edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs istər ictimai təhlükəli-cinayət əməlini törədərkən, istərsə də həmin əməli törətdikdən sonra «üzvi mənşəli şəxsiyyət pozuntusu» formasında psixi patologiyadan əziyyət çəkmiş, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs müəyyən edilən «üzvi mənşəli şəxsiyyət pozuntusu» hal-hazırda davam etdiyindən onun barəsində Azərbaycan Respublikasının CMnin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirinin tətbiq edilməsi məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1017 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təstiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. Məhkəmə bpaxışı zammanı dövlət ittihamçısının vəsatətinə əsasən Təqsirləndirilən şəxs barəsində məhkəmənin 05 iyun 2023-cü il tarixli qərarı ilə təkrar komisyon stasionar məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş, təkrar komisyon stasionar məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 89 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşür, CM-nin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibb xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs prosessual fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğudan müəyyən olunur ki, o əvvəllər məhkum olunmamışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət törətdikdə və hal-hazırda psixi xəstə olmaqla cəmiyyət üçün təhlükəli olaraq qalmaqda davam etdiyindən və məcburi müalicəyə ehtiyacı olduğundan barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat başlanmışdır. Təqsirləndirilən şəxs öz pisixi vəziyyətinə görə iş üzrə icraatda iştirak edə bilmədiyindən xx.xx.20223-cü il tarixli qərarla anası Qanuni nümayəndə1 onun qanuni nümayəndəsi kimi tanınmışdır. Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinə əsasən, ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir. Həmin Məcəllənin 93.1.1-ci maddəsinin tələbinə görə, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 94-cü maddəsinə əsasən, tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1.1-93.1.4-cü maddələrində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 95.0.3-cü maddəsinə əsasən, məhkəmə tərəfindən təyin edilən tibbi xarakterli məcburi tədbirlərdən biri də ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicədir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 468-ci maddəsinə əsasən, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat bu Məcəllənin 468-478-ci maddələri ilə nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla bu Məcəllənin ümumi qaydaları əsasında aparılır. Həmin Məcəllənin 477.3-cü maddəsinə əsasən, şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsini və onun məhkəmə baxışı zamanı da anlaqsız vəziyyətdə olmasını sübuta yetirilmiş hesab edərək belə nəticəyə gəlir ki, o, yuxarıda qeyd olunan maddələrlə cinayət məsuliyyətindən azad olunmalı, ekspertlərin rəyinə və həmçinin Azərbaycan Respublikası CMnin 95.0.3-cü maddəsinin tələblərinə uyğun olaraq, ona ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbir təyin olunmalıdır. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik EKspertiza Mərkəzi” X10 rəhbərliyinə həvalə edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri qərar qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş yazışmaların mətnlərini özündə əks etidirən 14 vərəqədən ibarət çıxarışlar cinayət işinin materiallarında saxlanılmalıdar. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 468 və 477-ci maddələrinin, Azərbaycan Respublikası CM-nin 93.1.1, 93.2, 94, 95.0.3, 97.1-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən və hazırda anlaqsız vəziyyətdə olduğundan cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunsun. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi» X10 rəhbərliyinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri qərar qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cinayət işinin materiallarına əlavə edilmiş yazışmaların mətnlərini özündə əks etidirən 14 vərəqədən ibarət çıxarışlar cinayət işinin materiallarında saxlanılsın. Qərardan 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən hakim: Rasim Sadıxov Hakimlər: Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar