Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1195/2024 06.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X10 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 1992-ci ildə Lənkəran rayonu, Liman şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, 1 (bir) azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş və üzərində ödənilməmiş məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində nömrəsiz evdə kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq saxlamışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə, saat 02:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 2096-cı məhəllədə yerləşən “Dərnəgül” bazarında Zərərçəkmiş şəxs icarə əsasında işlədiyi tikinti materiallarının satışı məntəqəsindən sonuncuya məxsus bir ədədinin dəyəri 36 manat olan 07 ədəd 252 manat dəyərində istifadədə olmuş, normal vəziyyətdə olan, hər biri 6 metr uzunluqda, yan tərəflərinin uzunluğu 10 santimetr və 5 santimetr, dəmir metalının qalınlığı 0,3 santimetr olan dəmir profilləri və bir ədədinin dəyəri 72 manat olan 05 ədəd 360 manat dəyərində istifadədə olmuş, normal vəziyyətdə olan, hər biri 6 metr uzunluqda, 10 santimetr diametrində, dəmir metalının qalınlığı 0,4 santimetr olan boruları gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 612 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində istintaqa məlum olmayan vaxtda, naməlum şəraitdə istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədi ilə qanunsuz olaraq 4,587 qram çəkidə külli miqdarda narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış və xx.xx.2023-cü il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 00:05 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “Şır-Şır" restoranının yaxınlığında saxlanılıb ünvan 3 ünvanında yerləşən 5-ci PB-nin inzibati binasına gətirilərək orada həmin gün saat 01:15-də videoçəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə aparılan zaman əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,587 qram olan qəhvəyi rəngli, tozşəkilli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilərək və həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, oğurluq cinayətini törətmişdir. O, 23 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, “Dərnəgül” bazarında Zərərçəkmiş şəxs icarə əsasında işlədiyi tikinti materiallarının satışı məntəqəsindən 07 ədəd 252 manat dəyərində istifadədə olmuş, 05 ədəd ümumi dəyəri 360 manat məbləğində olmaqla, dəmir profili oğurlamış və Zərərçəkmiş şəxs ziyan vurmuşdur. Sonradan o, həmin dəmirləri 108 manata satmışdır. Bu əməlindən o, peşmandır. O, zərərçəkmiş şəxslə barışmış və sonuncuya vurulmuş zərəri ödəmişdir. O, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamı qəbul etmir. Belə ki, polis əməkdaşları onu küçədə saxlamamışlar, əksinə polislər onu dostunun evindən “götürmüşlər” (saxlamışlar). O, narkotik vasitələrdən şəxsi istifadə edən şəxs olmuşdur. O, narkotik vasitələri törətdiyi oğurluq əməlinin nəticəsində əldə etdiyi gəlirlə almış, yəni narkotik vasitələrin satışı ilə məşğul olaraq gəlir əldə edən şəxs olmamışdır. Əksinə o, oğurluq hesabına narkotik vasitələr əldə etmişdir. Bazarda onun barəsində oğurluq əməlləri ilə əlaqədar çoxlu sayda şikayət olmuşdur. Buna görə də o, bir neçə dəfə Polis bölməsinə düşmüş və polislər onu bir neçə dəfə tutub-buraxmışlar. Ən sonda da polislər onun təqsiri olmadan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə həbs etmişlər. Həmin vaxt onun üzərində narkotik vasitə olmamışdır. Məhkəmə istintaqı davam edən zaman Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsini dəyişərək bildirmişdir ki, o, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində cəmi 1 (bir) qram çəkidə narkotik vasitə heroin olmuş və həmin heroini öz istifadəsi üçün əldə edib üzərində saxlamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman onun üzərində 4,587 qram çəkidə narkotik vasitə heroin olmamışdır. Təqsirləndirilən şəxs qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında əvvəlcə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə heroin olmamasını, sonradan isə bir qədər ifadəsini dəyişərək polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində cəmi 1 (bir) qram çəkidə narkotik vasitə heroin olmasını bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin bu hissədə verdiyi ifadələri cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və bu səbəbdən də qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadələri mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmədə yuxarıda göstərilən məzmunda ifadə verərkən cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, dəmir alış-satışı ilə məşğul olmuşdur. Oğurluq hadisəsindən bir müddət əvvəl o, işlədiyi bazaya dəmir alıb boşaltmışdır. Sonra dəmir bazasından ona məxsus dəmirlər oğurlanmışdır. Həmin oğurluqda Təqsirləndirilən şəxs iştirak etmişdir. Sonra o, Sabirabada getmişdir. Həmin vaxt bazada mühafizəçi işləyən şəxs ona zəng edib demişdir ki, “sənin bazandan oğurluq edilib, qırağa yığılmış dəmir torbalar oğurlanıb”. O da, səhər tezdən yola düşərək bazaya gəlmiş və aşkar etmişdir ki, onun bazasında olan dəmirlər oğurlanmış və sonradan Dərnəgül ərazisində “Santral” elektrik deyilən başqa bir yerə satılmışdır. Həmin dəmirin dəyəri təxminən 250-300 manat təşkil etmişdir. Lakin o, oğurlanmış dəmirin dəyərini tam xatırlamır. Həmçinin o, oğurluğun Təqsirləndirilən şəxs tərəfindən törədildiyini bilir. O, Təbrizi tanıyır və düşünür ki, Təbriz ona qarşı bu hərəkəti törətməməli imiş. Sonradan Təbriz ona zəng edib demişdir ki, “Üzürlü say”. O da, buna görə Təbrizi bağışlamışdır. Onun Təbrizə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq ona aid ittiham üzrə Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, hadisənin üstündən uzun müddət keçməsi ilə əlaqədar o, hadisəni tam xatırlamır. Lakin həmin vaxt yay ayı olmuş və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məlumat daxil olmuşdur. Sonra onlar “Dərnəgül” tərəfdə olan Ə.Rəcəbli küçəsində yerləşən “Şır-Şır” restoranı tərəfə getmişlər və orada Təqsirləndirilən şəxs saxlayaraq Polis bölməsinə dəvət etmişlər. X5 Təbriz üzərində olan narkotik vasitəni könüllü şəkildə təqdim etmişdir. Təbriz özü narkotik vasitə istifadəçisi olmuşdur. Onlara Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olsa da, sonradan Təqsirləndirilən şəxs nakotik vasitələrin satışı ilə məşğul olması öz təsdiqini tapmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verməklə Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 20 ildir ki, metal alqı-satqısı ilə məşğul olaraq ailəsini dolandırır. O, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 2096-cı məhəllədə yerləşən “Dərnəgül” bazarın içərisində səyyari qaydada metal alır. O, əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. 23 iyun 2023-ü il tarixdə, səhər saat təxminən 09:00-10:00 radələrində o, bazarın içində gəzən zaman Təqsirləndirilən şəxs ona yaxınlaşıb bildirmişdir ki, satmaq üçün dəmir gətirmişdir. O, Təbrizi ilk dəfə həmin vaxt görmüşdür. Təbriz dəmirləri bazara “QAZ 3129” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə gətirmişdir. Dəmirlər avtomobilin yuxarı hissəsində, yəni yük yığılmaq üçün olan yerdə olmuşdur. Sonra Təbriz satdığı dəmirləri yerə boşaltmışdır. Dəmirlər köhnə olduğundan o, dəmirləri ümumilikdə 108 manat dəyərində qiymətləndirmişdir. Təbriz də, onunla razılaşaraq dəmirləri 108 manata ona sataraq pulu götürüb getmişdir. Dəmirlər köhnə dəmir profili və dəmir borulardan ibarət olmuşdur. Təbriz çıxıb getdikdən sonra bazara polis əməkdaşları gəlmişlər və onu sorğusual etmişlər. O da, Təbrizdən aldığı dəmirləri polis əməkdaşlarına göstərmişdir. Sonradan o, bilmişdir ki, Təbrizin satdığı dəmirlər oğurluq malı olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növü kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli cinayət işinin ayrılması haqqında qərardan (cild 1, iş vərəqə 130-132) görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 259) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 270-271) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan (cild 2, iş vərəqə 8-11) görünür ki, Təqsirləndirilən şəxs oğurluq cinayətini törətdiyi yerdə əyani olaraq törətdiyi cinayətin üsulu və mexanizmi barədə ətraflı şəkildə ifadə vermişdir. xx.xx.2023-cü il tarixli qəbzdən (cild 2, iş vərəqə 16) görünür ki, həmin gün Zərərçəkmiş şəxs ona məxsus, hər biri 6 metr uzunluqda, yan tərəflərinin uzunluğu 10 sm və 5 sm, dəmir metalının qalınlığı 0,3 sm olan 7 ədəd dəmir profili və hər biri 6 metr uzunluqda, 10 sm diametrində, dəmir metalın qalınlığı 0,4 sm olan 5 ədəd dəmir borunu ibtidai istintaq orqanından təhvil almışdır. xx.xx.2023-cü il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 17-18) görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.2-ci maddəsinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 2, iş vərəqə 20-21) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi haqqında qərardan (cild 2, iş vərəqə 38-40) görünür ki, Nərimanov rayon prokuroru, ədliyyə müşaviri Hidayət Nurəlibəyov ibtidai istintaqı aparan müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatəti müdafiə etməkdən imtina etmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan (cild 2, iş vərəqə 41-43) görünür ki, həmin gün Təqsirləndirilən şəxs MSY-dən azad edilmiş və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli iltizamdan (cild 2, iş vərəqə 44) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı iltizam alınmışdır. xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 3) görünür ki, xx.xx.1992-ci il təvəllüdlü, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 177.2.1-ci maddələri ilə məhkum edilmiş Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddələr gəzdirməsi barədə əməliyyat orqanına məlumat daxil olmuşdur. xx.xx.2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 4-5) görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələr gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 8) görünür ki, həmin gün saat 00:05-də Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 5-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “Şır-Şır” restoranının yaxınlığında saxlanılaraq 5-ci Polis şöbəsinə aparılmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 20) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 21) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 30) görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 34-36) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt onun əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf bükümdə olan kütlə aşkar edilmiş və o, üzərindən aşkar edilmiş bükümün içərisində “heroin” kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə, saat 01:00 radələrində iranlı şəxsin mobil telefon vasitəsi ilə ona göndərdiyi xəritə üzrə gedərək Ramana qəsəbəsindən 200 manata aldığını bildirmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-6/4269 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 45-46) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №174” dairəvi möhür əksi və “...Şübhəli şəxs: Təqsirləndirilən şəxs-imza, iştirakçılar: üç imza, Tərtib etdi: E.Tanarverdiyev-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 4,587 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 59-60) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-854/2023 saylı qərarından (cild 1, iş vərəqə 80-83) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair 5225 nömrəli ekspertiza rəyindən (cild 2, iş vərəqə 94-95) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 2285 nömrəli ekspertiza rəyindən (cild 2, iş vərəqə 97-100) görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə “emosional davamsız şəxsiyyət pozuntusu” qeyd edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilən “emosional davamsız şəxsiyyət pozuntusu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs aşkar edilən “emosional davamsız şəxsiyyət pozuntusu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından mərhum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən hallan düzgün qavrayıb təsvir etmək və istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda əqli inkişafında ruhi xəstəliklə bağlı olmayan gerilik əlamətləri olmamışdır. Təqsirləndirilən şəxs əqli inkişafında hal-hazırda gerilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs onda müəyyən edilən şəxsiyyət pozuntusuna xas olan hövsələsizlik, qıcığa qarşı həssaslıq, kobudluq, inadkarlıq, tez özündən çıxmaq, konfliktə və mübahisəyə meyillilik, eqosentrizm və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə edilmədi. Təqsirləndirilən şəxs cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət törədən zaman onun şüuruna və fəaliyyətinə təsir göstərə biləcək emosional vəziyyətdə olmamışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 110-112) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edilmiş, sonuncu dəfə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 177.2.3-cü maddələri təqsirli bilinməklə həmin Məcəllənin 66.2, 68.2, 67.1-ci maddələrinə əsasən ona 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası və 2.900 manat cərimə cəzası təyin edilmiş, bundan başqa, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. xx.xx.2023-cü il tarixli Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin 6543/2023 saylı cavab məktubundan (cild 2, iş vərəqə 101) görünür ki, əməliyyat yolu ilə Təqsirləndirilən şəxs narkotik vasitə satdığı şəxsləri müəyyən etmək mümkün olmamışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/7964 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 116-117) görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 07 ədəd istifadədə olmuş, normal vəziyyətdə olan, hər biri 6 metr uzunluğunda, yan tərəflərinin uzunluğu 10 santimetr və 5 santimetr, dəmir metalın qalınlığı 0,3 santimetr olan dəmir profilin bir ədədi 36 manat, 07 ədədi isə 252 maat, 05 ədəd istifadədə olmuş, normal vəziyyətdə olan, hər biri 6 metr uzunluqda, 10 santimetr diametrində, dəmir metalının qalınlığı 0,4 santimetr olan borunun bir ədədi 72 manat, 05 ədədi isə 360 manat olmaqla, həmin malların 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 612 (252+360) manat müəyyən edilir. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 122-144) görünür ki, Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsi və həmin maddələr ilə ona yeni məzmunda ittiham elan edilməsi, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,487 qram təşkil edən narkotik vasitə heroinin saxlanılması üçün Binəqədi Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılmasının nəzərə alınması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 157-159) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli ərizədən (cild 3, iş vərəqə 3) görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş ziyan tam şəkildə ödənilmiş və ona görə də onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. xx.xx.2024-cü il tarixli Lənkəran rayon İcra və Probasiya Şöbəsinin cavab məktubundan (cild 3, iş vərəqə 25) görünür ki, məhkum Təqsirləndirilən şəxs 2.900 manat cərimə cəzasını ödəməmişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssisəsinin 3-16-17/21/2-4132024 saylı cavab məktubundan (cild 3, iş vərəqə 27) görünür ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə cəzadan azad olunmuş və o, cəza çəkdiyi müddətdə ona təyin edilmiş 2.900 manat məbləğində cərimə cəzasından heç bir ödəniş etməmişdir. xx.xx.2024-cü il tarixli elektron məhkəmə portalı üzrə çıxarışdan (cild 3, iş vərəqə 26) görünür ki, Təqsirləndirilən şəxs X1 ilə nikahdadır və onların birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü Nurməryam adlı uşağı var. xx.xx.2020-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-201/2020 saylı hökmündən (cild 2, iş vərəqə 52-65) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 177.2.3-cü maddələri təqsirli bilinmiş və həmin Məcəllənin 66.2, 68.2, 67.1-ci maddələrinə əsasən ona 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası və 2.900 manat cərimə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə və müdafiəçi vasitəsilə suallar vermiş, habelə irəli sürülmüş ittihamı əvvəlcə bütövlükdə, sonradan isə ittihamı qismən mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham irəli sürüldüyündən, Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmədə göstərilən hissədə təqsirini boynuna aldığından, törətmiş olduğu oğurluq cinayətinin üsulu, mexanizmi və nəticəsi barədə ətraflı şəkildə etirafedici ifadə verdiyindən, həmçinin bu hissədə ittiham məhkəmədə dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri, eləcə də cinayət işinə əlavə edilmiş digər sübutlarla (dindirmə, hadisə yerinə baxış keçirilməsi, ifadənin yerində yoxlanılmasına dair prosessual hərəkətlərin nəticəsinə dair tərtib edilmiş protokollar və sair sənədlər) təsdiq olunduğundan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bu hissədə qeyd edilməlidir ki, məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bağışladığını, başqa sözlə, sonuncu ilə ilə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini və nəticədə onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirməklə bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Zərərçəkmiş şəxs yuxarıda göstərilən hissədə iradə ifadəsini sərbəst şəkildə bildirməklə Təqsirləndirilən şəxs ilə barışdığından məhkəmə hesab edir ki, tərəflərin barışıq əldə etməsi cinayət işinin mübahisəsiz halıdır. İttihamın digər hissəsinə gəldikdə isə qeyd edilməlidir ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən – təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında obyektiv şəkildə araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, əməliyyat orqanına Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş və onun qanunsuz əməllərinin ifşa edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, xx.xx.2023-cü il tarixdə, saat 00:05 dəqiqədə Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “Şır-Şır" restoranının yaxınlığında saxlanılıb 5-ci PB-nə aparılmış, orada üzərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt onun əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,587 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində tutulduqdan, həm təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra, həm də videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılarkən üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələrin növünü və çəkisini, həmin vasitənin ona məxsus olduğunu mübahisələndirməmiş, əksinə həmin vasitəni xx.xx.2023-cü il tarixdə tanımadığı şəxsdən 200 manata aldığını və həmin narkotik vasitə heroini Ramana qəsəbəsindən gedib götürdüyünü bildirmişdir. Məhkəmə istintaqında isə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadədən tamamilə fərqli məzmunda ifadə verərək polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərində ümumiyyətlə narkotik vasitə olmadığını bildirməklə irəli sürülmüş ittihamı bütovlükdə mübahisələndirmişdir. Lakin məhkəmə istintaqı davam edən zaman Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadəsini bir qədər dəyişərək xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində cəmi 1 (bir) qram çəkidə narkotik vasitə heroin olduğunu və həmin vasitəni şəxsi istifadəsi üçün alıb üzərində daşımaqla saxladığını bildirmişdir. Bu hissədə qeyd edilməlidir ki, məhkəmədə təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman onun üzərindən cəmi 1 (bir) ədəd bükümdə narkotik vasitə heroin aşkar edilmiş, həmin vasitənin çəkisi ekspertiza rəyi ilə 4,587 qram təşkil etmiş, aşkarlanmış kütlə tərkibinə görə eynilik təşkil etmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs üzərindən 1 (bir) qram çəkidə narkotik vasitə heroinin aşkar edilməsi müəyyən edilməmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə digər cinayətlər törətdiyindən, habelə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə də məhkum edildiyindən kifayət qədər təcrübə qazanmış və həmin təcrübədən məhkəmədə məharətlə istifadə etməyə cəhd edərək işin halları ilə bağlı yalan məlumat vermiş və bununla da məsuliyyətdən yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs bu hissədə iddia etdiyi halları işin həqiqi hallarına uyğun olmayan hallar kimi qəbul edir. Beləliklə də, məhkəmə araşdırılmış sübutlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 00:05 dəqiqədə daxil olmuş əməliyyat məlumatı əsasında Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “Şır-Şır" restoranının yaxınlığında saxlanılıb 5-ci PB-nin inzibati binasına aparılmış, orada üzərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt onun əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,587 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, məhkəmə istintaqında Təqsirləndirilən şəxs haradan, hansı qiymətə, kimdən, hansı şəraitdə və nə vaxt külli miqdarda narkotik vasitə heroini əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq zamanı ibtidai istintaq orqanı tərəfindən bu hissədə bir neçə dəfə əməliyyat tapşırıqları verilsə də, əməliyyat yolu ilə qeyd edilən hallar müəyyən edilməmişdir. Lakin xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən külli miqdarda, ümumi təmiz çəkisi 4,587 qram təşkil edən narkotik vasitə heroinin aşkar edilməsi məhkəmə istintaqında öz təsdiqini tapmışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi onun əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs tutulmasından əvvəl onun hərəkətlərini, tutulma şəraiti və tutulması üçün səbəblərin ayrı-ayrılıqda və məcmu halda təhlil edilməsini vacib hesab edir. İlk növbədə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulanadək onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə dəqiq və yoxlanılmış əməliyyat məlumatı olmamış, əksinə cinayət işinə əlavə edilmiş raportlardan görünür ki, əməliyyat orqanına daxil olmuş məlumat onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olmuş, yəni onun konkret olaraq narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat orqanında dəqiq məlumat olmamışdır. Bundan başqa, məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları da Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri əldə edib üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatının daxil olduğunu bildirsələr də, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olmadığını, habelə ibtidai istintaq zamanı bu hissədə əməliyyat tapşırıqlarının verildiyinin və əməliyyat yolu ilə onun kiməsə narkotik vasitələri satmasının müəyyən edilmədiyini bildirmişlər. Başqa sözlə, xx.xx.2023-cü il tarixədək əməliyyat və istintaq orqanında Təqsirləndirilən şəxs kiməsə dövriyyəsi qadağan olunmuş narkotik vasitə satması barədə yoxlanılmış və dəqiq məlumat olmamışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri əldə etməsi, qeyd edilən vasitələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Belə ki, şəxsin üzərindən 1 (bir) ədəd bükümdə külli miqdarda narkotik vasitə heroinin aşkarlanması özü-özlüyündə həmin şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasını, eləcə də onun həmin maddəni satış məqsədi ilə əldə etməsini təsdiq etmir və edə də bilməz. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə ağır cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun narkotik vasitələrin satışı ilə məşğul olması, həmin vasitələrin satışı ilə bağlı kiminləsə danışıq aparması, yazışması, bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitələrin və psixotop maddələrin satışı ilə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, narkotik vasitələri və psixotop maddələri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Ümumiyyətlə cinayət işinin materiallarında Vüsal Sadıqovun narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir sübut yoxdur. Məhkəmə belə qənaətə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini əldə etməsi, üzərində saxlaması və gəzdirməsi, habelə xx.xx.2023-cü il tarixdə onun üzərindən külli miqdarda, yəni 4,587 qram çəkidə narkotik vasitə heroinin aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs onun üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə heroini satmaq məqsədi ilə deyil, əksinə öz istifadəsi üçün qanunsuz olaraq əldə edib saxlamış və daşımışdır. Həmçinin cinayət işinin materiallarında olan məhkəmə-narkoloji rəydən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhər görülür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin çəkisinə gəldikdə isə məhkəmə belə hesab edir ki, 4,587 qram çəkidə narkotik vasitə heroin həmin vasitəni istifadə edən şəxsin bir neçə dəfəlik istifadə dozasını təşkil edir. Bu səbəbdən də Təqsirləndirilən şəxs qeyd edilən çəkidə narkotik vasitə heroini öz şəxsi istifadəsi üçün əldə etməsi daha ağlabatan və inandırıcıdır. Bundan başqa, məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları ayrı-ayrılıqda ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən sonuncunun üzərindən 1 (bir) ədəd bükümdə olan narkotik vasitə heroini öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Hazırkı cinayət işi üzrə şahid ifadələri kifayət qədər ciddi sübutları təşkil edir. Belə ki, şahid ifadələri əsasında da Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini əldə etməsini və onun həmin vasitənin satışı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır. Göstərilənləri məcmu halda nəzərə alaraq, məhkəmə bir daha belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə heroini öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə edib üzərində saxlamış və daşımışdır. İbtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini əldə edib saxlamış və daşımışdır. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübutu əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edə biləcək hər hansı bir sübutu əldə etmədən, başqa sözlə, lazımı sübutları toplamadan ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa, mötəbər və obyektiv sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş narkotik vasitə heroinin çəkisi, yəni külli miqdarda olması təşkil etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu andan ibtidai istintaqın sonunadək eyni məzmunlu etirafedici ifadələr verərək ondan aşkar edilmiş narkotik vasitənin ona məxsus olduğunu və həmin vasitəni satmaq kimi məqsədinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs eyni məzmunlu ifadələr verməsinə baxmayaraq, ibtidai istintaq orqanı onun dəlillərini nəzərə almamış, həmin dəlilləri digər sübutlarla əlaqəli şəkildə araşdırmamış və ittihamın əsaslılığını təsdiq edə biləcək heç bir sübutu əldə etməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə heroinin satışı ilə məşğul olmasını təsdiq edə biləcək hər hansı bir sübut olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə qanunsuz olaraq həmin vasitəni əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamasını və daşımasını müəyyən və təsdiq etmək mümkün olmamışdır. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimallarına və şübhələrinə, eləcə də yoxlanılmamış və öz təsdiqini tapmamış məlumatlara əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində məhz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-1-ci maddələri ilə tövsif edir. Təqsirləndirilən şəxs hər iki cinayət əməlini qəsdən törətmişdir. Onun hər bir əməli ayrı-ayrılıqda başa çatmış cinayətdir. Onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, evli olmaqla 1 (bir) azyaşlı uşağının olmasını, oğurluq cinayəti ilə ittiham üzrə zərərçəkmiş şəxslə barışmasını, vurulmuş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını və psixi xəstlikdən (emosional davamsız şəxsiyyət pozuntusu) əziyyət çəkməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivi müəyyən edilmişdir. Belə ki, o, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 177.2.3-cü maddələri təqsirli bilinməklə həmin Məcəllənin 66.2, 68.2, 67.1-ci maddələrinə əsasən 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası və 2.900 manat cərimə cəzasına məhkum edilsə və xx.xx.2022-ci ildə əsas cəzasının sonu ilə azad olunsa da, cəzadan azad olunduqdan sonra qanunla müəyyən edilmiş 2 (iki) il müddət keçmədiyi halda yenidən qəsdən ağır cinayət törətmişdir. Bu da öz növbəsində cinayətlərin sadə residivini təşkil edir. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş 2.900 manat cərimə cəzasını ödəməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində ödənilməmiş məhkumluğu olsa da, onun azadlıqdan məhrum etmə növündə çəkilməmiş cəzası qalmamışdır. Lakin onun üzərində ödənilməmiş 2.900 manat cərimə cəzası var. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə cəza təyin edilərkən onun üzərində ödənilməmiş 2.900 manat cərimə cəzasının qalması mütləq qaydada nəzərə alınmalıdır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-1-ci maddələri ilə həmin Məcəllənin 66.3 və 65.2-ci maddələrinə əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin ediləcək cəza Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 2.900 manat cərimə cəzası ilə tamamilə birləşdirilməklə ona həm cinayətlərin məcmusu, həm də hökmlərin məcmusu üzrə qəti olaraq azadlıqdan mərhum etmə cəzası və cərimə cəzası təyin edilməlidir. Məhz bu cəzalar təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Belə ki, Təqsirləndirilən şəxs əməllərində həm cinayətlərin məcmusu, həm hökmlərin məcmusu, həm də cinayətlərin sadə residivi var. Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən təyin ediləcək cərimə cəzası müstəqil icra olunmalıdır. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən sadə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli, habelə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək oğurluq cinayəti ilə bağlı şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin ediləcək qəti əsas cəzadan çıxılmalı və üzərində saxlanılacaq əsas cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan narkoloji rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,487 qram təşkil edən narkotik vasitə heroin məhv edilməli, oğurluq cinayəti nəticəsində ələ keçirilmiş 07 ədəd dəmir profil və 05 ədəd dəmir borunun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 142 (yüz qırx iki) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 142 (yüz qırx iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu qaydasında qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(005)-201/2020 saylı hökmü ilə təyin edilmiş və ödənilməmiş 2.900 (iki min doqquz yüz) manat cərimə cəzası ona təyin edilmiş 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına tam birləşdirilməklə Təqsirləndirilən şəxs hökmlərin məcmusu qaydasında qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 2.900 (iki min doqquz yüz) manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş qəti əsas cəzadan çıxılmaqla üzərində 4 (dörd) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın və üzərində saxlanılan cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 10 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş 2.900 (iki min doqquz yüz) manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,487 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin. Oğurluq cinayəti nəticəsində ələ keçirilmiş 07 ədəd dəmir profil və 05 ədəd dəmir borunun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 142 (yüz qırx iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. .Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Azad Məcidov Səbinə Məmmədzadə
Məhkəmə qərarları › İş №1(101)-1195/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1195/2024
06.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver