Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1196/2021 28.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3 və X2, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Bakı şəhəri, Nizami rayonu, C.ünvan 1 ünvanda yaşamış, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib, cəzasının əvvəli 19 mart 2021-ci il tarixdən hesablanmaqla qəti olaraq 2 il 2 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını çəkməmiş, hazırkı iş üzrə 23 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında, 20 yanvar 2021-ci il tarixdə saat 21 radələrində əvvəllər bir yerdə hərbi xidmətdə olmuş tanışları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 birlikdə şam etmək bəhanəsi ilə ünvan 3 ünvanda yerləşən binanın qarşısına görüşə dəvət edib, orada guya «Şahin» adlı tanışları ilə telefon əlaqəsi yaratmaq adı ilə Zərərçəkmiş şəxs2 üzərində 3 manat dəyərində ***-***-**-** nömrəli simkart, 5 manat dəyərində qoruyucu üzlük, 8 manatlıq kabura olan 650 manat dəyərində «Redmi Note 9s» markalı «M2003J6A1G» modelli, Zərərçəkmiş şəxs1 isə üzərində 6 manat dəyərində ***-***-**-** nömrəli və 10 manat dəyərində ***-***-**-** nömrəli simkartlar olan «Samsung Galaxy A10» markalı «SM- A105F/DS» modelli mobil telefon aparatlarını istəyib aldıqdan sonra Zərərçəkmiş şəxs2 atası Ədalət Mədətov həmin telefona zəng etdikdə, şübhə yaratmamaq məqsədilə atası ilə danışıq aparmaq üçün telefonu Zərərçəkmiş şəxs2 müvəqqəti qaytararaq, aralarında olan razılığa əsasən onunla əlbir olan digər qrup üzvü Zərərçəkmiş şəxs2 yanında dayanıb, sonuncuya nəzarət etməklə oradan telefonla birlikdə uzaqlaşmasının qarşısını almış, telefon danışığı bitdikdən sonra isə yenidən Zərərçəkmiş şəxs2 həmin telefonu istəyib almış və sonuncu, Zərərçəkmiş şəxs1la birlikdə onlara məxsus mobil telefonların geri qaytarılmasını tələb etdikdə, o, üzərində gəzdirdiyi silah qismində istifadə etdiyi təyinatı məlum olmayan bıçağı cibindən çıxararaq açıb tətbiq etməklə hücuma məruz qalmış Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 həyat və sağlamlıqları üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyərək basqın edib əmlaklarını ələ keçirməklə, ümumilikdə Zərərçəkmiş şəxs2 666 manat, Zərərçəkmiş şəxs1 isə 168 manat maddi ziyan vuraraq quldurluq etmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 2018-ci ilin oktyabr ayında hərbi xidmətə çağırılmış və 2020-ci ilin aprel ayınadək hərbi qulluq keçmişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1la birlikdə hərbi xidmətdə olmuşlar. Onlarla yaxşı münasibətləri olmuş, hərbi xidmətdən sonra da Mədət və Mahirlə əlaqə saxlamışdır. O, əsgərlikdən qayıtdıqdan sonra narkotik vasitələrdən istifadə etməyə başlamış, əsasən heroin və metamfetamin qəbul etmişdir. Hərbi xidmətdən sonra Mahir və Mədətlə telefon əlaqəsi saxlamış, sonunculara pula ehtiyacı olduğunu bildirərək pul istəmiş, lakin onların heç biri ona pul verməmişlər. Buna baxmayaraq, sonralar da onlarla telefon əlaqəsi saxlamışdır. 19 yanvar 2021-ci il tarixdə o, Mədətlə telefonla danışarkən görüşmək barədə razılaşmış, onu Nərimanov rayonu ərazisinə dəvət etsələr də, o, pulunun olmamasını bildirərək, Mədətlə Mahiri 8-ci km qəsəbəsinə çağırmışdır. 20 yanvar 2021-ci il tarixdə saat 17-18 radələrində Mədət və Mahirlə Nizami rayonunda «Diqlas» Ticarət Mərkəzinin yanında görüşmüş və söhbət etmişlər. O, yenə də həmin şəxslərə maddi vəziyyətinin ağırlığı barədə danışmış, ona yardım göstərməmələrini irad tutmuşdur. Həmin vaxt məhəllə uşağı olan Fuad da onların yanına gəlmişdir. Birlikdə söhbət edərkən Mədət özünə məxsus mobil telefonu ona vermişdir. Həmin zaman Mahir də onun yaxını olduğunu bildirərək, öz telefonunu ona vermişdir. Bunda sonra o, Mahirlə Mədəti yola salmış və sonuncunun telefonunu götürərək, lombarda qoyub 200 manat pul götürmüşdür. X1 şikayət etdiklərini eşitmiş və polis əməkdaşları onu polis bölməsinə dəvət etmişlər. Orada izahat verərkən bilmişdir ki, Mədət və Mahir guya onun tərəfindən onlara qarşı bıçaq tətbiq edilməsini bildirmişlər. Əslində isə, o, həmin şəxslərə bıçaq çıxarmamış, onlar özləri onun vəziyyətini başa düşərək könüllü mobil telefonlarını ona vermişlər. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2018-ci ilin oktyabr ayında hərbi xidmətə çağırılmış, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs da onunla eyni hərbi hissədə xidmət aparmışlar. Onların hər ikisi ilə yaxşı münasibətləri olmuşdur. 2020-ci ilin aprel ayında onunla Rəşad, may ayında isə Mədət hərbi xidmətdən təxris olunmuşlar. Bundan sonra da onun Mədət və Rəşadla əlaqəsi olmuş, arabir telefonla danışmışlar. Bir dəfə «İnstaqram» sosial şəbəkəsində əlaqə saxlayarkən Rəşad ondan və Mədətdən maddi kömək istəmiş, lakin onların hər ikisi Rəşada işləyərək özlərini zorla dolandırdıqlarını bildirmişlər. 19 yanvar 2021-ci il tarixdə o, Mədətin yaşadığı evə qonaq getmiş və evdə oturub söhbət edən zaman Rəşad Mədətin telefonuna zəng vurmuş və onlar hər üçü birlikdə söhbət etməyə başlamışlar. 2020-ci ilin iyulavqust aylarında o, Tərtər rayonunda olarkən özü üçün 150 manata «Samsung A10» markalı işlənmiş mobil telefon almış və ***-***-**-** mobil telefon nömrəsindən istifadə etmişdir. Telefon əlaqəsi zamanı Rəşad ona və Mədətə 20 yanvar 2021-ci il tarixdə axşam 8-ci km qəsəbəsinə gəlmələrini və hər ikisinin onun qonağı olacaqlarını bildirmişdir. Onlar da Rəşadın təklifini qəbul etmiş və həmin gün saat 18-19 radələrində Mədətlə birlikdə 8-ci km qəsəbəsinə gəlmişlər. Metronun «Neftçilər» stansiyasının yanına gələrək orada avtobusdan düşüb piyada «Diqlas» Ticarət Mərkəzinin yanına getmişlər. Orada Rəşad onları qarşılamış, sonra onlar piyada söhbət edə-edə binaların arasına gəlmişlər. Həmin yerdə onlara əvvəllər tanımadığı Rəşadın deməsinə görə adının Fuad olduğunu bildiyi şəxs yaxınlaşmış və birlikdə söhbət etmişlər. Bağçanın yanına çatdıqda Rəşad Mədətdən tanışları olan Şahinin nömrəsinin telefonunda olub-olmamasını soruşmuş, X7 nömrəsinin onda olduğunu, lakin telefonunda kontur olmadığını bildirmişdir. Bu zaman Rəşad Mədətin telefonunu Şahinin nömrəsinə baxmaq adı ilə alaraq ondan telefonunda danışıq dəqiqəsinin olub-olmamasını soruşmuş, o isə, Rəşada danışıq dəqiqəsinin olmasını bildirdikdə, Rəşad onun telefonunu da götürüb onlardan kənara çəkilmiş və kiminləsə danışmağa başlamışdır. Bu zaman Fuad onların yanlarında qalmışdır. Bir qədər Rəşad telefonla danışdıqdan sonra onların yanına gəlmiş, o, telefonunu istədikdə, Rəşad əskərlikdən qayıtdıqdan sonra onunla görüşməmələrini və ona maddi yardım etməməmələrini irad kimi bildirmişdir. Bu vaxt Rəşadın yanında olan Fuad adlı şəxs isə «mənə qarşı belə bir hərəkət olunsaydı, götürməzdim» dedikdə, Rəşad ona «sənə telefon palojna deyil» deyərək, şalvarının arxa tərəfdən belindən qatlanan bıçağı çıxarıb “bu bıçağı sizə soxmağa imkanım çatır” demişdir. Bundan sonra onlar birlikdə marketə doğru getlmiş və marketdən siqaret alıb çəkə-çəkə avtobuslar tərəfə qayıdarkən Rəşad Mədətə «sabah ya 150 manat pul gətir, ya da təzə telefon gətir, sənin telefonunu qaytarım» demiş, ona isə «sənin telefonunu pulsuz qaytaracacam» demişdir. Onlar avtobuslar olan yerə çatana yaxın isə Rəşad bildirmişdir ki, «sizə belə hörmət edərəm ki, telefonlarınızı lombarda qoyub pul götürərəm, özünüz gedib pulunu ödəyərək telefonları geri götürərsiniz» demişdir. Bu zaman Mədətin telefonuna atası zəng etdiyindən Rəşad telefonu Mədətə vermiş və bıçağı açıb ona doğru tutaraq “kimsə qaçarsa, budundan vuraram” demişdir. Daha sonra Fuada Mədətlə kənara çəkilmələrini, Mədətin telefonla danışarkən sonuncuya qaçmaması üçün nəzarət etməsini, danışıb qurtarandan sonra onların yanlarına qayıtmalarını tapşırmışdır. Bu vaxt Fuad Mədətlə kənara çəkilmiş və daha sonra onlar qayıtdıqda, Rəşad yenidən Mədətdən telefonunu almışdır. Bundan sonra onlar birlikdə avtobusla Mədətgilə qayıtmışlar. Sonra o, Rəşadla telefon əlaqəsi saxlamış, Rəşad səhəri gün üçün görüş təyin etmişdir. Rəşadla razılaşmış, lakin sonradan Rəşad telefonların hər ikisini söndürərək onlara cavab verməmişdir. O, başa düşmüşdür ki, Rəşad onların telefonlarını ələ keçirmişdir, ona görə də, polisə şikayət etmişdir. Hadisə nəticəsində ona ümumlikdə 168 manat ziyan dəymişdir. O, Rəşadın onların üstünə çıxardığı bıçağın əlamətlərini dəqiq görməsə də, həmin bıçağın qatlanan bıçaq olduğunu açılan zaman səsini eşitdiyinə görə başa düşmüşdür. Zərərçəkmiş şəxs1 ona vurulmuş maddi ziyanın ödənildiyini və hazırda Təqsirləndirilən şəxs qarşı iddia tələbinin qalmadığını bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2018-ci ilin oktyabr ayında hərbi xidmətə çağırılmış, əsgərlikdə olduğu zaman Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs tanımış, onların hər ikisi ilə yaxşı münasibətləri olmuşdur. Hərbi xidmətdən sonra da onun Mahir və Rəşadla əlaqəsi davam etmişdir. Bir dəfə «İnstaqram» sosial şəbəkəsində əlaqə saxladıqları vaxt Rəşad ondan və Mahirdən maddi köməklik göstərmələrini xahiş etmiş, lakin onların hər ikisi işləyərək özlərini zorla dolandırdıqlarıını bildirmişlər. Lakin buna baxmayaraq Rəşad yenə də Mahirlə və onunla əlaqəsini davam etdirmiş, hətta «İnstaqram» hesabında əlaqə saxlamaları üçün ona anasının mobil telefon nömrəsini də vermişdir. 19 yanvar 2021-ci il tarixdə Mahir onun yaşadığı evə qonaq gəlmiş və evdə söhbət edərkən Rəşad onun telefonuna zəng vurub danışmışlar. Bu zaman Mahir də Rəşadla danışmışdır. 2020-ci il iyun ayının 1-də o, Müşfiqabad qəsəbəsində telefon mağazasından kredit yolu ilə 650 manata «Redmi Note 9s» markalı mobil telefon almış, həmin telefona ***-***-**-** nömrəli simkart yerləşdirmişdir. Telefon aparatının ekranına 5 manat dəyərində qoruyucu plyonka, 8 manata isə kabura almışdır. O, Mahirlə birlikdə Rəşadla görüşə gedən zaman həmin mobil telefonu da götürmüşdür. Rəşad ona və Mahirə 20 yanvar 2021-ci il tarixdə axşam saatlarında 8-ci km qəsəbəsinə gəlmələrini və onların qonağı olmalarını təklif etmiş, onlar da təklifi qəbul etmişlər. Bundan sonra Mahir öz yaşadığı evə getmiş və 20 yanvar 2021-ci il tarixdə Mahir onun yaşadığı evə gəlmişdir. Təxminən saat 18-19 radələrində o, Mahirlə birlikdə marşrut avtobusla 8-ci km qəsəbəsinə metronun «Neftçilər» stansiyasının yanına gəlmişlər. Orada avtobusdan düşərək piyada «Diqlas» Ticarət mərkəzinin yanına getmişlər, orada Rəşad onları qarşılamışdır. Bundan sonra onlar piyada Rəşadın göstərməsi ilə binaların arasına gəlmişlər. Orada onlara əvvəllər tanımadığı, Rəşadın deməsinə görə adı Fuad olan şəxs yaxınlaşmış və onlar görüşərək birlikdə söhbət etməyə başlamışlar. Bağçanın yanına çatdıqda, Rəşad ondan tanışıları olan Şahinin nömrəsinin onun telefonunda olub-olmamasını soruşmuş, o, Rəşada Şahinin nömrəsinin onda olduğunu, lakin telefonda kontur olmadığını bildirmişdir. Bu zaman Rəşad onun telefonunu Şahinin nömrəsinə baxmaq adı ilə alaraq Mahirdən telefonunda kontur olub-olmamasını soruşmuş, Mahir kontur olduğunu bildirdikdə, Rəşad Mahirin telefonunu götürüb onlardan kənara çəkilmiş və kiminləsə danışmağa başlamışdır. Bu vaxt Fuad onların yanında qalmışdır. Bir qədər Rəşad telefonla danışdıqdan sonra onların yanına gəlmiş, Mahir telefonu Rəşaddan istədikdə, Rəşad yenə də əsgərlikdən qayıtdıqdan sonra onunla görüşməmələrini və ona maddi yardım göstərməmələrini irad kimi bildirmişdir. Həmin zaman yanında olan Fuad isə «mənə qarşı belə bir hərəkət olunsaydı, götürməzdim» demiş, Rəşad Mahirə «sənə telefon palojna deyil» deyərək, şalvarının arxa tərəfdən belindən qatlanan bıçağı çıxararaq «bu bıçağı sizə soxmağa imkanım çatır» sözlərini bildirmişdir. Bundan sonra onlar birlikdə marketə getmiş və siqaret alaraq çəkə-çəkə avtobuslar tərəfə qayıdarkən Rəşad ona «sabah ya 150 manat pul gətir, ya da təzə telefon, sənin telefonunu qaytarım» demiş, Mahirə isə «sənin telefonunu pulsuz qaytaracağam» demişdir. Onlar avtobuslar olan yerə çatana yaxın Rəşad bildirmişdir ki, «sizə belə hörmət edərəm ki, telefonlarınızı lombarda qoyub pul götürərəm, özünüz gedib, pulunu ödəyərək geri götürərsiz» bildirmişdir. Bu zaman onun telefonuna atası zəng etdiyindən, Rəşad telefonu ona vermiş və bıçağı açıb Mahirə doğru tutaraq «kimsə qaçarsa, budundan vuraram» demiş, daha sonra Fuada onunla kənara çəkilməsini, onun telefonla danışarkən qaçmamağı üçün nəzarət etməsini, danışıb qurtarandan sonra onların yanlarına qayıtmasını bildirmişdir. Həmin zaman Fuad onunla kənara çəkilmiş və daha sonra onlar qayıtdıqda, Rəşad yenidən ondan telefonunu almışdır. Bundan sonra onlar birlikdə avtobusla Mədətgilə qayıtmışlar. Sonradan onun telefon nömrəsinin sönülü olduğunu görmüş, Rəşadın onun telefonunu qaytarmayacağını başa düşüb polisə şikayət etmişdir. Zərərçəkmiş şəxs1 hadisə nəticəsində ona ümumlikdə 666 manat ziyan dəydiyini, Rəşadın istifadə etdiyi bıçağın qatlanan bıçaq olmasını səsindən başa düşdüyünü, ona vurulmuş maddi ziyanın ödənildiyini və hazırda Təqsirləndirilən şəxs qarşı iddia tələbinin qalmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs məhəllə uşağı kimi tanımış, çox da yaxın münasibətləri olmamışdır. 20 yanvar 2021-ci il tarixdə saat 16-17 radələrində evdən şəhərə getmək üçün çıxmış, məhəllədə Rəşadla qarşılaşmış və sonuncu ilə salamlaşmışdır. Rəşad ondan borc kimi 200 manat pul verməsini xahiş etmişdir. O isə, Rəşada özünün fəhlə işlədiyini, maddi imkanının yaxşı olmadığını bildirdikdə, Rəşad özünün şəxsiyyət vəsiqəsinin üzərində olmadığını deyib, onun əvəzinə özünün mobil telefonunu lombarda qoyaraq 200 manat pul götürməsini, gələcəkdə özünün pulu ödəyərək mobil telefonu geri qaytaracağını söyləmişdir. O da, Rəşadı tanıdığı üçün razılaşmış, bundan sonra lombarda gedərək oraya özünün şəxsiyyət vəsiqəsini təqdim edərək Rəşadın ona verdiyi mobil telefonu girov qoyub 200 manat pul götürmüşdür. Həmin pulu isə lombarddan çıxardıqdan sonra hamısını Rəşada vermişdir. 22 yanvar 2021-ci il tarixdə işdə olarkən polis əməkdaşları ona zəng vuraraq mobil telefon barədə soruşmuş, ona məlum olmuşdur ki, Rəşad həmin telefonu kimdənsə götürmüş və ona yalandan özünə məxsus olmasını bildirərək, lombarda qoyub pul götürməsini xahiş etmişdir. O, Rəşadın həmin mobil telefon aparatını qanunsuz yolla kimdənsə ələ keçirdiyini bilməmişdir. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid1 göstərmişdir ki, təxminən 2 ildən çoxdur Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 74 ünvanında yerləşən lombardı işlədir. Lombardı VÖEN əsasında işlədir. 20 yanvar 2021-ci il tarixdə fəaliyyət göstərdiyi lombardda olan zaman əvvəllər tanımadığı Şahid2 adlı şəxs lombarda gələrək özünə məxsus «Redmi Note 9S» markalı mobil telefon aparatını girov qoyaraq 200 manat pul götürmək istədiyini bildirmişdir. O, lombardın qaydalarına uyğun olaraq telefonu götürüb baxış keçirmiş və telefonun 200 manat qarşılığında girova qəbul edilməsinin mümkünlüyünü müəyyən etdikdən sonra həmin itelefonu girov götürməklə 200 manat pulu Şahid2 adlı şəxsə vermişdir. O, Elvindən mobil telefonu götürən zaman bu barədə müvafiq sənədləşmə aparmış və mobil telefonu təqdim etmiş şəxs ona əlaqə nömrəsinin ***-***-**-** olmasını, girovluğa qoyduğu mobil telefon aparatının isə təhlükəsizlik kodunun 9927 olmasını bildirmişdir. Həmçinin, girov qoyan zaman həmin şəxs özünə məxsus AZE******** seriyalı şəxsiyyət vəsiqəsini də təqdim etdiyindən bütün qeyd etdiyi göstəricilər onun tərəfindən qeyd edilmişdir. 22 yanvar 2021-ci il tarixdə polis əməkdaşları ona müraciət edərək Şahid2 tərəfindən təqdim edilmiş mobil telefon aparatının cinayət yolu ilə əldə edilməsini bildirmiş və o, polis əməkdaşlarına girov biletinin kserosurətini təqdim etmişdir. 3-4 gün əvvəl bir nəfər qadın ona müraciət edərək mobil telefon aparatının Şahid2 məxsus olmamasını, həmin telefonun onun oğlu olan, adını bilmədiyi və əvvəllər tanımadığı şəxs tərəfindən oğurlandığını bildirərək, ona 200 manat pul ödəmişdir. Ona görə də o, mobil telefon aparatını həmin qadına deyil, polis əməkdaşlarına təqdim edilməli olduğunu bilmişdir. Onun mobil telefon aparatının cinayət yolu ilə əldə edilməsindən xəbəri olmamış, Şahid2 adlı şəxs ona mobil telefon aparatının guya özünə məxsus olmasını bildirmişdir (cild 1, iş vərəqi 94-96). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan baxış keçirilməsi haqqında 22 yanvar 2021-ci il tarixli protokola əsasən, cinayət hadisəsinin baş verdiyi yer ünvan 3 ünvanın qarşısında yerləşir. İstintaq hərəkəti zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə keçirilmişdir (cild 1, iş vərəqi 11-12). İş materiallarına əlavə edilmiş götürmə aparılması haqqında 22 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş 1 ədəd «Samsung Galaxy A10» markalı mobil telefon aparatı götürülmüşdür (cild 1, iş vərəqi 17). Cinayət işinə əlavə edilmiş götürmə aparılması haqqında 22 yanvar 2021-ci il tarixli protokola əsasən, ünvan 5 ünvanda yerləşən lombarddan 1 ədəd girov qəbzi götürülmüşdür (cild 1, iş vərəqi 18-19). Əşyanın tanınmaya təqdim edilməsi haqqında 25 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 tanınma üçün ona təqdim edilmiş mobil telefon aparatları arasından özünə məxsus «Samsung Galaxy A10» markalı mobil telefon aparatını tanımış, həmin telefonun hadisə baş verən gün Təqsirləndirilən şəxs tərəfindən ələ keçirildiyini bildirmişdir (cild 1, iş vərəqi 66). Təqdim edilmiş əşyanın götürülməsi haqqında 27 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Şahid1 tərəfindən 1 ədəd «Redmi Note 9S» markalı mobil telefon aparatı istintaq orqanına təqdim edilmiş və götürülmüşdür (cild 1, iş vərəqi 97). Əşyanın tanınmaya təqdim edilməsi haqqında 27 fevral 2021-ci il tarixli protokola əsasən, həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs2 tanınma üçün ona təqdim edilmiş mobil telefon aparatları arasından özünə məxsus «Redmi Note 9S» markalı mobil telefon aparatını tanımışdır (cild 1, iş vərəqi 98). İş materiallarına əlavə edilmiş 24 yanvar 2021-ci il tarixli üzləşdirmə protokollarından görünür ki, həmin istintaq hərəkətləri zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 sərbəst ifadələrində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə onu ifşa etmişlər (cild 1, iş vərəqi 58-65). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 05 mart 2021-ci il tarixli 483 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs emsional davamsız şəxsiyyət pozuntusu (F60.3) aşkar olunur. Bunu anamnestik məlumatlar və hazırkı psixiatrik müayinənin nəticələri - yeniyetmə yaşından xasiyyətcə əsəbi, emosional reaksiyalara malik olması, hərbi xildmət dövründə davranış pozuntularının qeyd edilməsi, 2 saylı KPX-də müalicə olunması, həmçinin hazırkı müayinə zamanı təqdim etdiyi şikayətləri, ünsiyyətə narazı tərzdə daxil olması, əsəbiliyi, emosional dayamsızlığı təsdiq edir. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs aşkar edilən emosional davamsız şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə emosional davamsız şəxsiyyət pozuntusu qeyd olunmuşdur. Təqsirləndirilən şəxs aşkar edilən emosional davamsız şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür və onun hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 125-126). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 aprel 2021-ci il tarixli 9/1986 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş mobil telefonların satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və istifadədə olması nəzərə alınmaqla, 2021-ci ilin yanvar ayına olan orta bazar qiymətləri təxminən aşağıdakı kimi müəyyən olunur: - 1 ədəd Çin istehsalı, «Redmi» markalı, «M2003J6A1G» modelli mobil telefon - 400 manat; - 1 ədəd Hindistan istehsalı, «Samsung» markalı, «SM-A105F/DS» modelli mobil telefon - 160 manat (cild 1, iş vərəqi 115-117). İş materiallarına əlavə edilmiş 01 iyul 2021-ci il tarixli ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı şikayətləri və tələbləri yoxdur. Cinayət işinə əlavə olunmuş 08 may 2021-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib, cəzasının əvvəli 19 mart 2021-ci il tarixdən hesablanmaqla qəti olaraq 2 il 2 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqi 127-128). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, zərərçəkmiş şəxslərin üzərinə bıçaq çıxarmadığını, həmin şəxslərin mobil telefonlarını özlərinin könüllü ona verdiklərini, quldurluq cinayəti törətmədiyini bildirərək, öz müdafiəsi üçün dəlillər gətirdi. Məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə baxışında tədqiq olunmuş yuxarıda sadalanan çoxsaylı sübutlarla təkzib olunduğuna görə, Təqsirləndirilən şəxs həmin dəlillərini onun cinayət məsuliyyətindən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir. Şərh olunan sübutlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib, cəzasının əvvəli 19 mart 2021-ci il tarixdən hesablanmaqla qəti olaraq 2 il 2 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməlini 20 yanvar 2021-ci il tarixdə, yəni oğurluq cinayətinə görə hökm çıxarılmamışdan əvvəl, həmin iş üzrə həbslə bağlı olmayan qətimkan tədbiri seçildiyi dövrdə törətmişdir. 23 yanvar 2021-ci il tarixdə o, hazırkı iş üzrə şübhəli şəxs qismində tutulmuş və həmin vaxtdan hal-hazıra qədər fasiləsiz olaraq həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə, yəni cinayətlərin məcmusu qaydasında cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət qanunvericiliyinin qeyd olunan müddəalarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırkı hökm üzrə təyin olunacaq cəzaya Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli hökmü ilə təyin olunmuş çəkilməmiş qalan azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə qəti cəza təyin edilməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəzasının əvvəli 23 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Nizami RPİ-nin İstintaq şöbəsi tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 23 yanvar 2021-ci il tarixdən başlayaraq fasiləsiz həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Qeyd olunan müddəaya əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübut hesab olunan 2 ədəd mobil telefonların ibtidai istintaq zamanı zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırkı hökm üzrə təyin olunmuş cəzaya Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli hökmü ilə təyin olunmuş çəkilməmiş qalan 2 il 2 ay 28 gün azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 23 yanvar 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab olunan 2 ədəd mobil telefonların ibtidai istintaq zamanı zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. Məhkəmə məsrəfləri hesab edilən 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Cinayət işi üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev
Məhkəmə qərarları › İş №1(101)-1196/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1196/2021
28.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver