Məhkəmə qərarları › İş №1(101)-1196/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1196/2023

27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1196/2023 27.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X16 Kərimovun sədrliyi, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X10-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8 dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, müdafiəçilər – Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxx 1968-ci ildə Gədəbəy rayonu, Fərzah kəndində anadan olmuş, ailəli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olub həmin ünvandada yaşamış, hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9 və 145.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qızı Şahid2 ilə sevgi münasibətində olan, görüşüb söhbət etmək məqsədi ilə gizlin onun evinə gəlmiş Zərərçəkmiş şəxs bu hərəkətlərindən xəbər tutub 26 avqust 2022-ci il tarixdə sonuncuya zəng vuraraq qızı ilə bir daha görüşməməsi və onun yaşadığı evə gəlməməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq, Zərərçəkmiş şəxs 06 sentyabr 2022-ci il saat 23:50 radələrində onun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Rəsul Rza küçəsində yerləşən nömrəsiz fərdi evinə gəldikdə təsadüfən Zərərçəkmiş şəxsla evinin həyətində rastlaşıb onu tutaraq həyətindəki qaraja salıb, ona xəbərdarlıq etməsinə məhəl qoymadan hansı səbəbə görə yenidən evinə gəlməsini soruşub irad tutmuş, qızı ilə aralarında intim münasibət olmasını güman edib şübhələnərək ondan qisas almaq niyyəti ilə qəsdən onu öldürmək qərarına gəlib bu məqsədlə qarajdan götürdüyü yapışqan lent, ip və kilimi avtomobilinin yük yerinə qoyaraq, eləcə də həmin iplə 2006-cı il təvəllüdlü olmaqla onun üçün aşkar surətdə yetkinlik yaşma çatmayan Zərərçəkmiş şəxs əl-qolunu ön hissədən bağlayaraq istifadəsində olan “Toyota Prado” markalı, Az **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa oturacağında əyləşdirib 07 sentyabr 2022-ci il tarixdə gecə saat 01:10 radələrinədək, təxminən bir saat müddətində əl-qolu bağlı vəziyyətdə, iradəsinə zidd olaraq özünə məxsus həmin nəqliyyat vasitəsində saxlayıb sərbəst hərəkət etmək imkanını məhdudlaşdıraraq Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Albalılıq yaşayış massivində ünvansız əraziyə gətirib adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, 07 sentyabr 2022-ci il tarixdə gecə saat 01:10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Albalılıq yaşayış massivində, ünvansız boş ərazidə sonuncunu avtomobildən düşürdükdən sonra əl-qoluna bağladığı ipi açıb yerə ataraq onunla söhbət etmək istədiyini bildirib qızı Şahid2 ilə aralarında cinsi əlaqənin olub-olmaması, əgər olmuşdursa indiyədək harada və necə görüşmələri, habelə hansı vaxtdan bəri görüşdükləri barədə onu sorğu sual edərkən Zərərçəkmiş şəxs ona qızı ilə 2022-ci ilin aprel ayından bəri görüşdüklərini, bəzən onların evinin bağında, bəzən isə öz evində dəfələrlə cinsi əlaqədə olmalarını bildirdikdən sonra o, cinayətkar əməllərini davam etdirib sonuncunu qəsdən öldürməkdən ötrü yetkinlik yaşına çatmayan, fiziki cəhətdən zəif olduğundan ona müqavimət göstərmək iqtidarında olmayan, bu səbəbdən onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs baş və bədən nahiyələrinə sillə, yumruq zərbələri vurub ona sol gicgah-təpə nahiyəsinin dərialtı hematoması ilə nəticələnən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirib yerə yıxdıqdan sonra qəsdən öldürməyə yönəlmiş niyyətini başa çatdırmaq üçün az əvvəl yerə atdığı ipi götürüb sonuncunun boğazına dolayıb sıxaraq ona boynunun orta 1/3-də üfüqi vəziyyətdə yerləşmiş qapanan ikıqath stranqulyasiya şırımı və stranqulyasiya şırımı boyunca boyunun yumşaq toxumalarına qansızma ilə nəticələnən, ölümü ilə birbaşa səbəbli əlaqəli olan, boyun üzvlərinin ilgəklə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya (ilgəklə boğma) ilə müşayiət edilən, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilib ifadələrində göstərdi ki, 24 avqust 2022-ci il tarixidə gecə saatlarında həyətdən səs gəldiyini eşidib yuxudan ayılmışdır. O, həyətə çıxanda kiminsə darvazadan tullandığını görmüşdür. O da həmin şəxsin oğru olduğunu düşünüb onu tutub öz həyətlərinə gətirərək, ona bir-iki dəfə sillə vurmuşdur. Həmin şəxs isə adının Hüseynağa olduğunu, oğru olmadığını, qızı Günayı sevdiyini dedi. O, Hüseynağaya onun və qızının yaşlarının balaca olduğunu deyib, dərsləri ilə məşğul olmağı tapşırıb onu yola salmışdır. Səhərisi gün, yəni 25 avqust tarixdə qızıyla görüşəndə qızı ona Hüseynağanın onu biabır etməklə hədələdiyini demişdir. O da əsəbləşərək öz qızını sillə ilə vurub telefonunu qızının əlindən almışdır. Həmin günü axşamı o, Hüseynağa ilə söhbət etməyə getmişdir. Hüseynağaya bir-iki dəfə sillə vurmuş və bu yaşda qızı ilə evliliyi düşünməyin düzgün olmadığını, hər şeyin qaydası olduğunu başa salmışdır. Sonra o, Hüseynağanı öz maşını ilə evinin qarşısında düşürmüşdür. 28 avqust 2022-ci il tarixində atası vəfat etmişdir. Başları yas mərasiminə qarışmışdır. Bir-iki gün sonra Günay dedi ki, Hüseynağa ona öz evlərinin pəncərəsində telefon gətirib verib ki, onunla danışmasa onu biabır edəcək. O, telefonla bağlı Hüseynağaya zəng edib onu tənbeh etmişdir. Bundan sonra onun qonşusu ona evlərinin həyətindən tanımadığı oğlanın çıxdığının gördüyünü dedi. O da yenidən Hüseynağaya zəng vuraraq onu tənbeh etmişdir. Bir neçə gün sonra o, oğlunun idman köynəyini götürmək üçün evlərinə qayıdanda, Hüseynağanın onların həyətindən çıxdığını görmüşdür. Bu sentyabr ayının 6-da olub. Evə gələndə axşam təxminən saat 23:00 radələri olardı. O da Hüseynağanı tutub qaraja apararaq, onu təneh etmiş, lakin bunun faydasının olmadığını gördükdə onu qorxutmaq qərarına gəlib onun əll-qolunu bağlayaraq maşına mindirib dəniz kənarına aparmışdır. Dəniz kənarında Hüseynağanın əl-qolunu açmışdır. Hüseynağa dənizkənarında qızı ilə dəfələrlə cinsi əlaqədə olduğunu, qızının cinsi əlaqədə olması ilə bağlı videoçəkilişlərinin telefonunda saxladığını, bunu həm anasının, həm də bacısının bildiyini dedi. Həmçinin onlar dənizkənarına gedərkən yolda Hüseynağa qızını ona verməyə məcbur olduğunu demişdi. O, bütün bunları eşitdikdə özünü saxlaya bilməyərək, Hüseynağanı boğaraq öldürmüşdür. Onun Hüseynağanı öldürmək niyyəti olmayıb. O, Hüseynağadan qızı ilə cinsi əlaqədə olub-olmaması ilə bağlı heç nə soruşmamışdır. Hüseynağa özü ona qızı ilə cinsi əlaqədə olduğunu demişdir. O, Hüseynağanı öldürdükdən sonra onu maşında saxlamış, sonra isə meyidi Qaradaq rayonunda basdırmışdır. Törətdiyi əməldən peşimandır. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, Gədəbəy rayonunda doğulmuşdur, 1976-cı il tarixdən etibarən Bakı şəhərinə köçüb burada yaşamağa başlamışdır. 1990-ci il tarixdən etibarən isə hazırda yaşadığı Bakı şəhəri, ünvan 4 ünvanında yaşayır. Əvvəllər iki dəfə qeyri rəsmi nikahla evli olmuş, lakin ailə-məişət zəminində yaranmış münaqişələr səbəbindən ayrılmışdır, təxminən 2005-ci il tarixdə isə Qanuni nümayəndə ilə rəsmi nikaha daxil olmuşdur. Onların birgə nikahından iki qız, bir oğlan olmaqla üç övladı vardır. Oğlu Tuncay və qızı Təranə orta məktəbin 11-ci sinif şagirdidirlər. Onlar universitetə hazırlığına getdikləri və həmin evdən hazırlıqlara olan məsafə daha yaxın olduğu üçün Qara Qarayev metrosu yaxınlığında yerləşən digər evində qalırlar. Kiçik qızı Şahid2 isə 2007-ci il təvəllüdlüldür və orta məktəb şagirdidir. xx.xx.2022-ci il tarixdə təxminən saat 02 radələrində o, yaşadığı evdə olarkən evin həyətindən səs gəldiyini eşitmişdir. Bayıra çıxdıqda bir nəfər cavan oğlanın həyətin hasarından bayıra hoppanıb keçdiyini görmüş, bundan sonra o, dərhal həyətdən bayıra çıxmış və hasarın qarşısında onu saxlamışdır. Ona həmin vaxt 2 şillə zərbəsi vurmuş və onu oğru zənn etdiyi üçün evdən nə oğurladığını soruşmuşdur. O isə bildirdi ki, adı Hüseynağadır və kiçik qızı Günayı sevdiyi üçün evə gəlmişdir, Günaya qarşı fikri ciddidir, onunla evlənmək istəyir. O, isə ona bildirmişdir ki, “siz hələ uşaqsınız, evlənən yaşınız deyil. Böyüyüb iş və sənət sahibi olduqdan sonra el adəti ilə elçi gələndə qızı sənə verib-verməyəcəyim barədə fikirləşərəm.” Belə ki, əsl adının Hüseynağa olduğunu sonradan bildiyi həmin oğlan ona birdaha onların evinə gəlməyəcəyi barədə söz verib getmişdir.O, bu barədə həmin axşamın səhəri, yəni 25 avqust 2022-ci il tarixdə arvadı Gülnara evin həyətində Hüseynağa adlı bir nəfər cavan oğlanı gördüyünü və Günayın dalınca gəldiyini bildirmişdir. Gülnar da həmin oğlanı hələ iki ay əvvəl, 2022-ci ilin iyun ayında evlərinin həyətində tutduğunu və ona evə gəlməyi qadağan etdiyini bildirmişdir. O, Hüseynağanı evin həyətində tutan zaman elə bilmişdir ki, onun hələ qızı Günayla əlaqəsi yoxdur, sadəcə olaraq Günayı görmək üçün ilk dəfədir ki evin həyətinə girmişdir. Lakin, Gülnarın həmin oğlanı hələ iki ay əvvəl də evin həyətində tutduğunu bildirdikdən sonra başa düşmüşdür ki, həmin Hüseynağa qızı Günayın dalınca bir neçə aydır ki, gəlir və çox güman ki, qızı Günay da onunla danışır. 2022-ci ilin avqust ayında qızı Günayı digər övladları kimi universitetə hazırlıq məşğələlərinə getməsi üçün Qara Qarayev metrosunun yaxınlığındakı evlərinə aparmışdır və Günay həmin evdə qalmışdır. 25 avqust 2022-ci il tarixdə gecə saatlarında Hüseynağanı evimizin həyətində tutduğu gecənin səhəri günü evdə olan söz-söhbətlər zamanı arvadı Gülnarın da Hüseynağanı hələ 2022-ci ilin iyun ayında evin həyətində tutdğunu bildikdən sonra Gülnarı da götürüb Qara Qarayev metrosunun yanında yerləşən evlərinə getmişdir və Günayı çağırıb ona oğlanla çoxdan görüşdüyünü bildiyini deyib təhbeh etmək üçün ona 1-2 sillə vurmuşdur. Günaya həmin oğlanla görüşməsini qadağan etmiş və əsəbləşib Hüseynağaya zəng etməsini və onunla danışmaq istədiyini bildirmişdir. Çünki Hüseynağaya da onların çoxdan görüşdüyünü artıq bildiyini demək istəmişdir. Belə ki, Günay istifadəsində olan telefonla Hüseynağaya zəng etmiş, o, Günaydan telefonu alıb Hüseynağayla telefonla danışmış və ona telefonda demişdir ki, “sənə zəng edəcəm gəl görüşək.” Hüseynağa ilə görüşmək istəməkdə məqsədi isə onu son dəfə tənbeh etmək olmuşdur. Belə ki, bundan sonra qızı Günayın telefonunu almış və ona telefon istifadə etməyi qadağan etmişdir. 25 ya 26 avqust 2022-ci il tarixdə isə Hüseynağanın istifadəsində olan telefon nömrəsinə zəng edib onu görüşə çağırmış, Hüseynağa ilə həmin gün günorta saatlarında saat 16 radələrində Bilgəh qəsəbəsində görüşmüşdür. Ona idarə etdiyi Prado markalı avtomobilə oturmasını və qızı Günay barədə söhbət etmək üçün onunla getməsini təklif etmişdir. Hüseynağa onun avtomobilinə oturmuş və o, Hüseynağanı Bilgəh qəsəbəsində boş əraziyə aparmışdır. Orada avtomobildən düşmüş, onu təhbeh etmək üçün döyməyi qərara almışdır. Belə ki, qızı ilə 2022-ci ilin iyun ayından görüşdüyünü ona bildiyini demiş və onu sillə yumruqla döymüşdür. Orada ona qızından əl-çəkməyi və bir daha qızının dalınca gəlməməyi tapşırmışdır. Bundan sonra isə Hüseynağanı idarə etdiyi avtomobili ilə aparıb yaşadığı evin yanında düşürtmüşdür. Həmin gündən 2 gün sonra, xx.xx.2022-ci il tarixdə atası Mixayıl vəfat etmiş, başları onun yas məclisinə qarışmışdır. Bir neçə gün sonra 06 sentyabr 2022-ci il tarixdə saat 21 radələrində o, işdən çıxıb Bilgəh qəsəbəsində yaşadıqları evə gəlmiş, həmin gün oğlu Tuncay da Bilgəh qəsəbəsindəki evlərinə gəlmiş, onlar birlikdə oturub yemək yemiş, çay içmişlər. X29 metrosunun yanındakı evlərinə aparmışlar. Arvadı Gülnar arabir Qara Qarayev metrosunun yanındakı evi təmizləyirmiş. Buna görə həmin gün də Gülnara bildirmişdir ki, Tuncayı aparan zaman o da onunla birlikdə gəlsin. Belə ki, bi, yəni oğlu Tuncay, arvadı Gülnar və o, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Bilgəh qəsəbəsindəki yaşadıqları evdən çıxmış və birlikdə Qara Qarayev metrosunun yanında yerləşən evlərinə getmişlər. Orada biraz oturmuş, Gülnar evi təmizləməyə başlamışdır. O, çay içmiş, biraz oturmuşdur. Oğlu Tuncay məşqə getdiyi üçün həmin günün səhəri günü məşqdə olmalı imiş. Tuncay demişdir ki, idman köynəyi yadından çıxıb Bilgəh qəsəbəsindəki evdə qalıb. Onu götürmək lazımdır. Həmin vaxt arvadı Gülnarı evi təmizləyib qurtarmadığı üçün o evin təmizlik işlərini görüb qurtaranadək oğlunun idman köynəyini gətirmək üçün evdən çıxmışdır və Bilgəh qəsəbəsindəki evlərinə yola düşmüşlər. Bilgəh qəsəbəsində yaşadıqları evə çatmış və avtomobili evin həyətindəki qaraja salmışdır. Onların küçəsi ensiz olduğundan və avtomobili küçədə saxlayarkən digər avtomobillərin keçməsinə mane olduğundan, habelə evin həyətində isə oturmaq üçün stol-stullar qoyduları üçün və evin həyətinə avtomobilini düz istiqamətdə sala bilmədiyi üçün evə gələn kimi avtomobili adətən birbaşa qaraja sahr.Bundan başqa da həmçinin həmin gün işi ilə əlaqədar qarajdan yol ölçən metrə və sair avadanlıqlar götürməli olduğu üçün xx.xx.2022-ci il tarixdə təxminən saat 23 radələrində Bilgəh qəsəbəsində yaşadığım evə çatıb idarə etdiyim Prado markalı avtomobili evin qarajına salmışdır. Evin qarajına avtomobili daxil etdikdən sonra qarajda səhər işə gedərkən asfalt çəkmək üçün işinə lazım olan bəzi avadanlıqları axtarıb tapmış və avtomobilinin baqajına qoymuşdur. Onu da qeyd etmişdir ki, evinin qarajında elektrik işıq lampası, həmçinin işinə görə lazım olan müxtəlif avadanlıqlar vardır və buna görə də qarajda saxladığı avadanlıqlardan bəzilərini həmin vaxt avtomobilinə qoymuşdur. Belə ki, avtomobili qaraja saldıqdan sonra bir neçə dəqiqə qarajda qaldıqdan sonra qaraj qapısından evin həyətinə keçmişdir. Evin həyətinə keçərkən Hüseynağanın evin həyətindən bayıra çıxmaq istədiyini görmüşdür. O, Hüseynağaya yaxınlaşıb onu qolundan tutmuş və evin həyətində nə gəzdiyini soruşmuşdur. Ona əvvəl də evinə gəlməməyi barədə xəbərdarlıq etdiyindən və onun buna məhəl qoymadığı ağlına gəldiyi üçün əsəbləşmiş və onu qolundan tutub qaraja aparmışdır. Qarajda ona bir iki sillə vurmuş, sonra isə onun əl-qolunu bağlamış və onu qarajda qızı ilə aralarında nə kimi münasibət olması barədə sorğu sual etməyə başlamışdır. Hüseynağa qızı ilə aralarında nə kimi münasibətin olması, nə vaxtdan bəri danışmaları, harada görüşmələri, aralarında indiyədək cinsi əlaqədə olub olmaması barədə verdiyi suallara cavab verməkdən yayınmağa çalışmış və o, Hüseynağanın onun qızı ilə olan münasibətlərini, aralarında nə kimi əlaqə olması, cinsi əlaqədə olub- olmadıqlarını bilmək istəmişdir. Çünki, bilmişdir ki, qızı Günayı döysə də Günay ona Hüseynağa ilə aralarında nə kimi münasibət olması barədə düzgün məlumat verməyəcək. Bir neçə dəqiqə Hüeynağanı sorğu sual etmiş, onu döyəcəyi ilə hədələmişdir, lakin o, qızma aralarında nə kimi münasibət olduğunu açıqlamamışdır. O, Hüseynağaya təzyiq etməklə nəticə əldə edə bilməyəcəyini görüb onunla xoş danışmaqla və onu guya “kişi kimi” səmimi olmağı və hər şeyi açıqlayacağı təqdirdə qızı Günayla danışmağına icazə verəcəyini bildirib onu ələ almaq ağlına gəlmişdir. Buna görə də Hüseynağanı qarajda ona məxsus Prado markalı avtomobilə əyləşdirmiş və onunla evdən kənara gedib yolboyu səmimi söhbət etmək istədiyini bildirmişdir. Belə ki, Hüseynağa qarajda ona məxsus Prado markalı avtomobildə arxa oturacaqda oturmuşdur. Bundan sonra o, arajdan evin həyətinə keçmiş, evin həyətində cəmi 1 ədəd işıq lampası yanmış vəziyyətdə olduğundan və həyət nisbətən qaranlıq olduğundan həyətin digər işıqlarını da yandırıb oğlu Tuncayin köynəyini axtarmağa başlamışdır. Çünki, Tuncay bildirmişdi ki, ona məxsus idman köynəyi yadından çıxıb evin həyətində stolun üstündə qalıb. Belə ki, o, köynəyi axtarmaq istəyərkən evin həyət işıqlarını yandırdığı üçün bacısı Nazilə evin həyətinə çıxıb niyə qayıtdığını soruşmuş, o, isə Naziləyə bildirmişdir ki, Tuncayin köynəyini götürmək üçün gəlmişdir. Bu zaman qızı Günay da evin həyətinə çıxmış, o, Tuncayin köynəyini sellofanda stolun üstündən götürüb qaraja girmiş və qarajın qapısını açıb avtomobili bayıra, yəni küçəyə çıxarmışdır. Bu zaman avtomobildən düşmək istəyəndə bacısı Nazilənin qaraja onun dalınca girdiyini görmüşdür. Nazilə Hüseynağanı görməsin deyə avtomobili sürüb getmişdir. Düşünmüşdür ki, qarajın qapısını Nazilə özü bağlayar. Belə ki, idarə etdiyi avtomobillə Hüseynağanı Bilgəh qəsəbəsi, Vişnyovka deyilən, Albalılıq yaşayış massivi ərazisində yerləşən boş əraziyə aparmışdır. xx.xx.2022-ci il tarixdə gecə saat 00 radələrində dənizkənarına çatmış, o və Hüseynağa avtomobildən düşmüş, o, Hüseynağanın əl-qolunu açmış, bundan sonra onunla söhbət edib qızı ilə nə zamandan görüşdüyünü, aralarında yaxın əlaqə, yəni intim münasibətin olub-olmadığını soruşmuş və bildirmişdir ki, “düzünü bilmək istəyirəm, əgər səmimi olub düzünü desən Günayın səninlə danışmağına icazə verəcəm və elçi gəlib onu istəyəndə Günayı sənə verəcəm.” Onun bu sözlərindən sonra Hüseynağa Günayla 2022-ci ilin fevral ayından münasibəti olduğunu, onunla bir neçə aydır ki, yaxın əlaqəsi, yəni intim münasibətdə olduqlarını bildirmişdir. O,Hüseynağadan Günayla harada və nə zaman cinsi əlaqəsinin olmasını soruşduqda, Hüseynağa gecələr onların evinə gələrək evin həyətində, bəzən isə onların evində cinsi əlaqədə olduqlarını bildirmişdir. Hüseynağanın bu sözlərini eşitdikdən sonra o, bərk əsəbləşmiş və Hüseynağanı sillə və yumruqla vurmağa başlamışdır. Hüseynağa da həmin vaxt ona müqavimət göstərməyə başlamış və ona sillə və yumruqla zərbələr vurmuşdur. Lakin, onun çəkisi Hüseynağanın çəkisindən çox, eləcə də boyu Hüseynağadan hündür olduğundan, yəni ondan daha güclü olduğundan Hüseynağaya vurduğu zərəblər nəticəsində o, yerə yıxılmış və Hüseynağa yerdə olan zaman yerdə olan ipi götürüb onun üstünə oturmuş və ipi boğazına salıb boğmağa başlamışdır. İplə boğazını sıxıb nəfəsi kəsilənədək onu boğmuşdur. Öldüyünü gördükdən sonra isə peşmançılıq hiss keçirmiş, lakin, onu öldürdüyündən və tutulacağından qorxduğu üçün Hüseynağanın meyitini gizlətməyi qərara almışdır. Bundan sonra meyitin əl-qolunu, ayaqlarını yapışqan lentlə və iplə bağlayıb meyiti qatlamış və avtomobilində olan xalçaya büküb avtomobilin baqajına qoymuşdur.Bundan sonra avtomobili ilə Qara Qarayev metrosu yaxınlığında yerləşən evinə gedib, arvadı Gülnarı oradan götürüb evə gətirmişdir. Lakin Gülnara bu barədə heçnə deməmiş, Gülnar da baqajda meyit olduğunu bilməmişdir.Evə gəldikdən sonra həyəcandan yata bilməmiş, səhərədək Hüseynağanın meyiti avtomobilin baqajında qalmışdır. xx.xx.2022-ci il tarixdə təxminən səhər saat 08 radələrində o, idarə etdiyi avtomobilə əyləşib Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək Ticarət Mərkəzinin arxasında işlədiyi yerin yaxınlığında olan boş əraziyə getmiş, günortayadək orada gözləyib, ətrafa göz gəzdirmişdir ki, Hüseynağanın meyitini orada torpağa basdırsın.Həmin ərazidə işləyən insanların seyrəldiyini gördükdən sonra Hüseynağanın meyitinin avtomobilinin baqajından götürüb boş ərazidə olan çuxura atmış, sonra əli ilə meyitin üstünə torpaq töküb çuxurun təxminən 2 metr dərinliyi olduğunu və əli ilə doldura bilməyəcəyini görüb, həmin ərazidə olan asfalt qazıyan maşınla çuxurun üzərinə xeyli torpaq töküb, meyitin üstünü tamamilə bağlamışdır ki, meyiti heç kim tapa bilməsin. Meyiti basdırdığı ərazi Sədərək Ticarət Mərkəzinin balansındadır və o, Sədərək Ticarət Mərkəzinə aid traktorların təmiri işi ilə məşğul olduğu üçün həmin traktorların açarları bəzən onda olurmuş. Rəsmi müqavilə əsasında işləməsə də günəmuzd olaraq çalışmışdır.Təmirə ehtiyacı olan asfalt çəkən maşınları təmir edirmiş və buna görə də çox vaxt həmin maşınların açarları onda olurmuş. Asfalt qazıyan maşınlar onun Hüseynağanı basdırdığı yerin yaxınlığında, təxminən 50-60 metr aralıda saxlanılmışdır. Belə ki, o, Hüseynağanın meyitini çuxura atdıqdan sonra açarı onda olan asfalt qazıyan maşınlardan biri ilə torpaq tökərək həmin çuxurun üstünü örtmüşdür. Bundan sonra isə yaşadığı evə qayıtmış, cinayət törətdiyi barədə isə heç kimə məlumat verməmişdir. Hadisə baş verən zaman onun istifadəsində ***-***-**-** saylı telefon nömrəsi olmuşdur, Hüseynağanın telefon nömrəsini isə xatırlamır. Zərərçəkmiş şəxs öldürməyi əvvəlcədən planlaşdırmamışdır. xx.xx.2022-ci il tarixdə onu yaşadığı evin həyətində tutduqdan sonra onu Albalılıq yaşayış massivinə aparıb orada söhbət edən zaman onun qızı ilə intim münasibətini olduğunu bildikdən sonra əsəbləşib onu öldürmüşdür. Onu öldürməyi barədə isə heç kəsə məlumat verməmişdir. xx.xx.2022-ci il tarixədək, yəni Zərərçəkmiş şəxs evinin həyətində tutanadək o, qızı Şahid2 Zərərçəkmiş şəxsla cinsi əlaqədə olmağını bilməmiş, lakin, görüşdüyünü bilmişdir. Onların cinsi əlaqədə olmalarını Hüseynağa özü ona onunla xx.xx.2022-ci il tarixdə gecə saat 01 radələrində Bilgəh qəsəbəsində Albalılıq yaşayış massivində söhbət edərkən etiraf etmişdir. Zərərçəkmiş şəxs öldürməkdə ona kimsə kömək etməmişdir. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə saat 23 radələrində onların evinə gələcəyini ona heç kəs deməmişdir.Onun bu barədə məlumatı olmamışdır.Bu barədə ona heç kəs məlumat verməmişdir. O, hadisə baş verməzdən əvvəl xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Bilgəh qəsəbəsində Azərbaycan qadını küçəsi ilə hərəkət edib yaşadığı evə getmiş, evin həyətində Hüseynağa ilə rastlaşıb onu tutduqdan sonra idarə etdiyi avtromobilimlə İstanbul Meyhane adlı restoranın qarşısına deyil, əslində Vişnyovka qəsəbəsi, bağlar massivinə, yaşayış olmayan boş əraziyə aparmış, orada avtomobildən düşdükdən sonra Hüseynağa ilə söhbət edən zaman o, ona qızı ilə cinsi əlaqədə olduğunu bildirdiyi üçün onlar əlbəyaxa olmuş və onu yerə yıxdıqdan sonra boğazına ipi salaraq onu boğaraq öldürmüşdür. Hadisə Vişnyovka qəsəbəsi, bağlar massivində, boş ərazidə baş vermişdir.Orada onu öldürdükdən sonra isə onun meyitini iplə, əllərini skoçla bağlayaraq büküb kilimə qoymuş və meyiti avtomobilin baqajına qoymuşdur,daha sonra isə oradan Maştağa-Zağulba yolunu çıxıb, oradan da Mərdəkan Aeroport yoluna çıxmış və gecə saat 03 radələrində arvadı X30 prospektindəki evlərindən götürüb evə qayıtmışdır. Hadisə əvvəlki ifadələrində göstərdiyi kimi baş vermişdir və həmin ifadələrində göstərdiyi xüsusatlar hamısı doğrudur, yalnız Hüseynağanı öldürdüyümyeri səhv göstərmişdir. O, cinayəti törətdiyini etiraf etməzdən əvvəl 14-cü polis bölməsinə 2-3 dəfə çağırılıb orada sorğu sual edilmişdir və tutularaq cinayət məsuliyyətinə cəlb edilmək istəmədiyi üçün cinayəti törətdiyini etiraf etmək istəməmişdir. Polis əməkdaşları tərəfindən xeyli sorğu sual olunduqdan sonra Hüseynağanı dəniz kənarında öldürdüyünü bildirərək onun meyitini dənizə atdığını göstərmişdir. Lakin, dəniz kənarında meyitin aşkar edilmədiyini bildirdikləri üçün o, meyiti basdırdığı yeri doğru olaraq Qaradağ rayonu, Sədərək Ticarət Mərkəzinin arxa hissəsində basdırdığını bildirmişdir. Əvvəlcədən Hüseynağanı dəniz kənarında öldürdüyünü göstərdiyi üçün və hadisənin yerini düzgün göstərməyərək əlavə maddə ilə cinayət məsuliyyətinə cəlb edilməkdən ehtiyat etdiyi üçün istintaq zamanı da Hüseynağanı dəniz kənarında öldürdüyünü göstərmişdir. 050-613-31- 73 saylı telefon nömrəsinin sahibi Fariz adlı şəxsdir. Fariz onun işlədiyi Sədərək Ticarət Mərkəzinin yanındakı sexdə günəmuzd fəhlə kimi işləyir. Asfalt hazırlanarkən gələn daş-çınqılın boşaldılması, asfalt hazırlayan cihazın təmizlənməsi və sair kimi işlərin görülməsinə ehtiyac yarandıqda o, Farizi həmin işləri görməsi üçün sexə çağırmışdır. Göstərilən tarixlərdə və saatlarda da Fariz ona işlə əlaqədar zəng vurub danışmışdır. Əlavə olaraq qeyd edir ki, onun Hüseynağanı öldürəcəyini heç özü də planlaşdırmamışdır və hadisələrin təsadüfi gedişatı nəticəsində onu öldürmüşdür. Buna görə də nə Farizin, nə də başqa bir kimsənin onun bu cinayəti törətməsindən xəbəri olmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X9 ifadələrində göstərdi ki, iəqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır,onunla hər hansı münasibəti olmamışdır, qətlə yetirilən X2 onun qardaşıdır.25 avqust 2022-ci il tarixdə yaşadığı evdə olarkən qardaşı Hüseynağa paltarları toza bulaşmış və döyülmüş halda evə gəlmişdi. O, Hüseynağadan nə olduğunu soruşduqda Hüseynağa dedi ki, danışdığı və sevdiyi Günayın atası Babək onu yaşdıqları evə çağıraraq qızı ilə danışdığı üçün onu döymüşdür. O, bunu eşidəndən sonra polisə şikayət etmək istəsə də qardaşı şikayət etmək istəmədi. O da qardaşına Günayla danışmamasını tapşırmışdır. Hadisə günü o, Hüseynağaya zəng etsə də ona zəng çatmamışdır. O sonra polis bölməsinə şikayət etmişdir. Polis bölməsində ona məlum olmuşdur ki, Günayın atası Təqsirləndirilən şəxs qardaşı Hüseynağanı öldürmüşdür. Hüseynağanın instaqram səhifəsindən Günayla danışdığı həmin mesajların şəkilini çəkib özündə saxlamışdır. O, qardaşının heç bir səhvi olmamışdır. Günay özü qardaşı ilə könüllü cinsi əlaqədə olub və onların evinə dəfələrlə gəlib. Onun qardaşının heç bir səhvi olmayıb. Onun anası qardaşını və Günayı onların evinə gəlməməsi üçün tənbeh edib. O, təqsirləndirilən şəxsdən şikayətçidir. Onun ömürlük azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində zərərçəkmiş şəxsin hüquqi varisi X9 göstərmişdir ki, anası Pikə qardaşı Hüseynağa ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən evlərində yaşamışlar. Ailədə 4 uşaq olmuşlar. İki bacısı və bir qardaşı vardır. Bacısı Fatimə evlidir, Bakı şəhərində başqa ünvanda ailəsi ilə birlikdə yaşayır. Digər bacısı Tamara isə təhsil alması ilə əlaqədar Fatimə ilə birlikdə yaşayır. X17 rayonu Bilgəh qəsəbəsində yerləşən 142 nömrəli orta məktəbin 9-cu sinifində təhsil almışdır. 2022-ci ilin avqust ayının sonlarında bacısı Tamara ilə söhbət edərkən ona bildirmişdir ki, digər bacısı Fatimə qardaşı Hüseynağanın instaqram sosial şəbəkəsindəki səhifəsində Günay adlı qızla yazışdığını görmüşdür. Lakin, bu barədə qardaşı ilə danışmağa çəkinmişdir. 25 avqust 2022-ci il tarixdə o, yaşadıqları evdə olarkən qardaşı Hüseynağanın əynindəki paltarlar toza bulaşımış və özü isə döyülmüş halda evə gəlmişdir. O, Hüseynağadan nə olduğunu soruşduqda Hüseynağa bildirmişdir ki, danışdığı Günay adlı qızın atası Babək onu yaşdıqları evə çağırmış və qızı ilə danışdığı üçün onu döymüşdür. O, isə bunu eşitdikdən sonra polisə şikayət etmək istəsə də qardaşı Hüseynağa polisə bu barədə şikayət etmək istəməmişdir. Bundan sonra 2022-ci ili sentyabr ayının təxminən 1i ya 2-si tarixində qardaşı Hüseynağa ona bildirmişdir ki, Günayın atası Babək ona zəng edib telefonda demişdir ki, “daha dələduzluq eləmirsən, ağlın gəldi başına”. Hüseynağa həmçinin bildirmişdir ki, həmin zəngdən sonra Babək ona bir dəfə də zəng edib Günayın ona zəng edib etmədiyini soruşmuş və zəng etdiyi təqdirdə bunu ona bildirməsini tələb etmişdir. 06 sentyabr 2022-ci il tarixdə o, anası və qardaşı Hüseynağa yaşadıqları evdə olarkən Hüseynağanın istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng gəldiyini görmüşdür. Hüseynağa telefonu götürüb başqa otağa keçmiş, bir neçə dəqiqə sonra qayıtmışdır. O, Hüseynağadan ona kimin zəng etdiyini soruşmuşdur.Hüseynağa bildirmişdir ki, Günayın ailəsindən ona zəng edib onu yaşadıqları evə çağırıblar. O, isə onların evinə getməməsini, ümumiyyətlə Günay adlı həmin qızla damşmamasmı ona tapşırmışdır. Bundan sonra isə o, çox yorğun olduğu üçün yatmışdır.Anası Pikə də həmin gün tez yatmışdır. xx.xx.2022-ci il tarixdə saat 07 radələrində yuxudan durub işinə getmiş, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində işdən qayıdıb yaşadıqları evə gəlmişdir. Anası tanışları olan bir qadınla birlikdə evdən çıxmışdır. O, isə evdə yemək yeyib, çay içmiş, təxminən saat 20 radələrində anası Pikə evə gəlmiş və qardaşı Hüseynağanın gecə saatlarından etibarən evdə olmadığını gördüyünü, Hüseynağaya zəng etsə də ona zəng çatmadığını bildirmişdir.Bundan başqa həmçinin anası bildirmişdir ki, Hüseynağanı soruşmaq üçün Babəkgilin yaşadığı evə getmiş, Babək və bacıları onu təhqir edib qovmuşlar. O, dərhal DİN-in 102 xidmətinə zəng etmiş və qardaşı Hüseynağanın danışdığı Günay adlı qızgilə getdiyini və qardaşına qarşı orada cinayət olduğunu bildirmişdir. Çünki, xx.xx.2022-ci İl tarixdə Günaygildən qardaşına zəng edib onu evlərinə çağırmışlar və bunu qardaşı ona bildirmişdir. Bundan sonra anası və o, polis bölməsinə ərizə ilə müraciət etmişlər. Polis bölməsində araşdırma aparılarkən məlum olmuşdur ki, Günay adlı qızın atası Təqsirləndirilən şəxs qardaşı Hüseynağanı öldürmüşdür. Belə ki, Şahid2 polis bölməsində polis əməkdaşları tərəfindən sorğu sual edilərkən bildirmişdir ki, Nazilə adlı bibisi qardaşı Hüseynağanı evə çağırmış, Günaya və qardaşı Hüseynağaya çay vermiş, bundan sonra evin həyətinin işıqlarını söndürüb qardaşı Babəkin gəldiyini, buna görə də Hüseynağaya getməsini bildirmişdir. Hüseynağa evdən çıxdıqdan sonra küçə qapısından çıxmamışdır. Təxminən 5 dəqiqə sonra Babək evə daxil olub bacısına bildirmişdir ki, “Baqaja qoyub aparacam.” Bu zaman Günay ondan soruşmuşdur ki, “kimi? Hüseynağanı?” atası isə həmin vaxt Günayı sillə ilə vurmuşdur. Bundan sonra Günayı evdə mətbəxdə saxlayıb özləri evin həyətinə çıxmış və rus dilində danışmışlar. Günay onların rus dilində danışmasını başa düşməmişdir. Onlar 20 dəqiqə evin həyətində qaldıqdan sonra bibisi evə daxil olmuş, atası Babək isə getmişdir. Buna görə də bildirirlər ki, qardaşı Hüseynağam Babək, onun bacısı Nazilə əlbir olub öldürmüşdür Qardaşı Hüseynağanın öldürülməsindən hətta Babəkin adlarını bilmədiyi digər bacısı, bacısının əri, Babəkin oğlu Tuncay və Babək arvadı Gülnarın da məlumatları olmuşdur və onları da cinayətin törədilməsində şübhəli şəxs kimi görürlər. X6 cinsi əlaqədə olmasından Hüseynağanın evdən çıxıb qayıtmamasmdan sonra onun məlumatı olmuşdur. X13 instaqram səhifəsindən həmin mesajları şəkilini çəkib özündə saxlayıbmış. Belə ki, xx.xx.2022-ci il tarixdə qardaşı Hüseynağanın evdən çıxıb geri qayıtmaması barədə polisə müraciət etdikdən sonra bacısı Fatimə Hüseynağa ilə Günayın mesajlarını ona mesajla göndərdikən sonra onun onların cinsi əlaqədə olması barədə məlumatı olmuşdur. Şahid Qanuni nümayəndə ifadələrində göstərdi ki, məhkəmədə təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Zərərçəkmiş şəxs əvvəllər tanımışdır. Hüseynağanı bir neçə dəfə həytəində Günayla görüşəndə tutuub onu tənbeh etmişdir. Onun özü və onun ailəsi ilə hər hansı münasibətələri olmayıb. Onun qızı Cünayın başına gələnlərdən həyat yoldaşı Babək Hüseynağanı öldürdükdən sonra xəbəri olub. O, qızının sevgilisi olduğunu bilməmişdir. Onlar ailəlikcə eyni evdə yaşayıblar. Onun həmin vaxtı hadisədən xəbəri olmayıb. O, oğlan öldürüləndən sonra qızına təcavüz edildiyini öyrənmişdir. Qızı Hüseynağanı istəmirdi. Atası qızından oğlan yazdığına görə telefonu almamışdı, dərslərinə yaxşı hazırlaşması üçün almışdı. Hüseynağa şantaj eliyirdi ki, “atana münasibətdə olduğumuzu” deyəcəm. O, həmin gün digər evi təmizləməyə getmişdir. Hadisə olan gün o, bina evində olmuşdur. O gec olduğuna görə yatmışdır, Hüseynağanın onların evinə girdiyini eşitməmişdir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində şahid Qanuni nümayəndə göstərdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu, S.Vurğun küçəsi ev 10-da ailəsi ilə birlikdə yaşamışdır. Ailədə 5 nəfər olmuşlar. Əri Təqsirləndirilən şəxs Mixail oğlu, övladları Şahid5, qızları Təranə Quliyeva və Şahid2, qayınatası X18 birlikdə yuxarıda qeyd etdiym ünvanda yaşamışdır. Oğlu Şahid5 və qızı Təranə Quliyeva universitet imtahanına hazırlaşmaq üçün məşğələlərə getdiklərinə görə onlara məxsus Qara Qarayev metrosunun yaxınlığında yerləşən evlərində yaşamışlar. 2022-ci ilin iyun ayında qayınatasının səhhəti pisləşdiyi üçün Ukrayna Respublikasında yaşayan baldızı Nazilə qayınatasının qulluğunda durmaq üçün Azərbaycana gəlib onların evində qalmışdır. 2022-ci ilin iyun ayında instaqram sosial şəbəkəsində özünə məxsus instaqram səhifəsində özünü Emin adı ilə ona təqdim etmiş bir oğlanla tanış olmuşdur. Həmin oğlanla təxminən iki ay ərzində instaqram sosial şəbəkəsində yazışmışlar. İki dəfə isə onunla görüşmüşdür. Lakin, aralarında cinsi əlaqə olmamışdır. 2022-ci ilin elə həmin ayında Sabunçu rayonu, Bilgəh qəsəbəsində yaşadıqları evin həyətində axşam saatlarında iki dəfə ayrıayrı tarixlərdə 16-17 yaşlarında bir cavan oğlanı tutmuşdur. Ondan kim olduğunu, nəyə görə evə girdiyini soruşduqda o, bildirmişdir ki, adı Hüseynağadır, qızı Günayı görmək üçün onların yaşadığı evə gəlir. O, isə Hüseynağa adlı həmin oğlanı tənbeh edərək ona bir daha onların evinə gəlməməsi və qızı ilə danışmamasını tapşırmışdır. 2022-ci ilin avqust ayında qızı Günay onun telefonunda instaqramda olan yazışmalarını görmüş və bu barədə baldızları Nazilə və Adiləyə məlumat vermişdir.Bundan sonra evdə aralarında dava-dalaş düşmüşdür. Evdə yaranmış söz söhbət zamanı əri Babək də bu məsələdən xəbərdar olmuş və onunla ayrılacağını və boşanacağını bildirmişdir. O, əsəbləşib Günayın da Hüseynağa adlı bir oğlanla danışdığını və hətta həmin oğlanın yaşadığı evə gəldiyini və həyətdə həmin oğlanı tutub qovduğunu baldızları Naziləyə və Adiləyə bildirmişdir. Bundan sonra Babəkin də Günayın Hüseynağa adlı oğlanla görüşməsi barədə məlumatı olmuşdur. 2022-ci ilin avqust ayında, hələ bu söhbətlər olmazdan əvvəl Günayı da universitetə hazırlaşmaq üçün məşğələlərə getməsindən ötrü aparıb Qara Qarayev metrosunun yaxınlığında yerləşən evlərinə qoymuşlar ki, Günay da orada qalsın. Bu söhbət olandan sonra da X37 metrosunun yaxınlığında olan evlərində olmuşlar. Günayın Hüseynağa adlı oğlanla münasibətinin olmasını Babək bildikdən sonra o, 25 avqust 2022-ci il tarixdə onunla birlikdə Qarayev metrosunun yaxınlığında yerləşən evlərinə getmişlər. Babək həmin evə daxil olan kimi Günayı yanma çağırıb Günaya 2 sillə vurmuş və oğlanla danışdığını bildiyini ona demişdir. Günaydan telefonunu gətirib ona verməsini tələb etmiş, Günay telefonunu gətirib atası Babəkə vermişdir. Babək Günaydan tələb etmişdir ki, həmin oğlana zəng etsin. Günay Hüseynağaya zəng etmiş və Babək telefonu alıb Hüseynağayla danışmış və onu telefonda söymüşdür. Bundan sonra isə Günaydan istifadəsində olan telefonunu almış və telefon istifadə etməyi ona qadağan etmişdir. Bundan sonra isə onlar qayıdıb Bilgəh qəsəbəsindəki yaşadıqları evə gəlmişlər. 28 avqust 2022-ci il tarixdə qayınatası Mixayıl Bilgəh qəsəbəsində yaşadıqları evdə vəfat etmişdir. Onlar hüzur məclisini təşkil etmiş və qayınatasının vəfat etməsi ilə əlaqədar Günay da Qara Qarayev metrosunun yaxınlığında yerləşən evlərindən Bilgəh qəsəbəsindəki evlərinə gəlmiş və orada qalmağa başlamışdır. Qayınatasının vəfatından sonra Günayla bağlı olan sözsöhbətlərin unudulduğunu düşünmüşdür. Çünki, evdə aralarında bu barədə artıq söhbət olmamışdır. 06 sentyabr 2022-ci il tarixdə o, Bilgəh qəsəbəsindəki evdə olarkən Babək evə gəlmiş, Babək bildirmişdir ki, oğlu Tuncay da birazdan evə gələcək. Tuncay da gəldikdən sonra onlar yemək yeyib çay içmişlər. Babək Tuncayı apararkən o, da Babəkə bildirmişdir ki, Qara Qarayev metrosunun yanında olan evi yığışdırmalıdır, buna görə də onlarla birlikdə ora getmək istəyir. Bundan bir qədər sonra isə Tuncay evə gəlmiş, yemək yemiş və çay içmişdir. Daha sonra isə, həmin gün, yəni xx.xx.2022-ci il tarixdə saat 22 radələrində o, Tuncay və Babək Babəkin istifadəsində olan Toyota Prado markalı avtomobillə Bilgəh qəsəbəsində yaşadıqları evdən Qara Qarayev metrosunun yaxınlığındakı evə getmişlər. Orada o, evi yığışdırmağa başlamışdır. Biraz keçdikdən sonra oğlu Tuncay bildirmişdir di ki, onun idman köynəyi Bilgəh qəsəbəsindəki evdə qalıb və o, sabah idmana gedərkən həmin köynəyi geyməlidir. Babək həmin vaxt bildirmişdir ki, evi təmizlənib qurtaranadək Bilgəh qəsəbəsinə gedib köynəyi götürüb gələcək. O, həmin vaxt evi təmizləməklə məşğul olduğu üçün Babəklə geri qayıtmamışdır. Bundan sonra isə Babək çıxıb getmiş, o, isə Qara Qarayev metrosunun yaxınlığında yerləşən evlərində qalmışdır. xx.xx.2022-ci il tarixdə təxminən gecə sat 03-04 radələrində Babək evə qayıtmış, o, isə həmin vaxt yatmışdır. Babək onu oyatmış və bildirmişdir ki, “qayıdaq Bilgəh qəsəbəsindəki evimizə.” xx.xx.2022-ci il tarixdə o, Babəklə birlikdə onun idarə etdiyi Prado markalı avtomobildə Bilgəh qəsəbəsindəki evlərinə qayıtmış, o, qayıdan kimi çox yorğun olduğu üçün yatmışdır. Səhər yuxudan duranda görmüşür ki, Babək artıq getmişdir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında 3 nəfər qadın yaşadıqları evə gəlmiş, Hüseynağanın bacıları və anası olduqlarını bildirmişlər. Onlar Hüseynağanı guya onlarm gizlətdiyini və ona nəisə etdiklərini demişlər. Babək və bacıları Nazilə və Adilə isə Hüseynağam gizlətmədiklərini, Hüseynağanın harada olmasından xəbərsiz olduqlarını bildirmişlər. Bundan sonra isə Hüseynağanın anası və bacısı onlarla mübahisə edib şikayət edəcəklərini bildirmişlər. xx.xx.2022-ci il tarixdə polis əməkdaşları yaşadıqları evə gəlmiş və onları 14-cü polis bölməsinə aparıb orada hadisə ilə əlaqədar sorğu sual etmişlər. xx.xx.2022-ci il tarixdə təkrar onlar polis bölməsində aparılıb sorğu sual edilərkən Babək bildirmişdir ki, Hüseynağanı öldürmüşdür.Babək Hüseynağanı öldürdüyünü 14-cü polis bölməsində bildirdikdən sonra o, Babəkin Hüseynağanı öldürdüyünü bilmişdir. Ona qədər isə onun bu barədə məlumatı olmamışdır. X32 Zərərçəkmiş şəxs öldürəcəyini və ya öldürüdüyünü əvvəlcədən bilməmişdir. xx.xx.2022-ci il tarixədək, yəni Zərərçəkmiş şəxs onlar evinə gələnədək o, Şahid2 Zərərçəkmiş şəxsla cinsi əlaqədə olmağını bilməmişdir.Onun Hüseynağa ilə Günayın cinsi əlaqədə olmağından məlmatı olmamışdır. Lakin, görüşdüyünü bilmişdir. Günay Sabunçu RPİ-nin 14-cü PB-də xx.xx.2022-ci il tarixdə izahat verərkən Hüseynağa ilə cinsi əlaqədə olmağını bildirdikdən sonra onun Günayla Hüseynağanın cinsi əlaqədə olmasından məlumatı olmuşdur. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə onların yaşadığı Bilgəh qəsəbəsindəki evə gələcəyini bilməmişdir, bu barədə onun məlumatı olmamışdır. Zənn edir ki, əri Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürməsində ona heç kəs kömək etməmişdir. Qara Qarayev metrosunun yaxmndakı evlərindən qayıdarkən əri Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin baqajına baxmamış və ona görə də orada meyit və ya hər hansı predmet olduğunu görməmişdir. Şahid5 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs onun atasıdır. 06 sentyabr 2022-ci il tarixdə o, valideynlərinin yaşadığı Bilgəh qəsəbəsindəki evlərinə getmişlər. Evdə yemək yemiş, həmin gün də yenidən Qara Qarayev metrostansiyasınm yaxınlığında yerləşən evlərinə qayıtmışdır. Onu evə təxminən saat 22:00 radələrində atası onu Qara Qarayev metrostansiyasının yaxınlığında yerləşən evlərinə apararkən anası Gülnarı da həmin evdə təmizlik işləri görülməsinə ehtiyac olduğundan onlarla gəlməsini demişdir və üçü birlikdə atasının istifadəsində olan Toyota Prado markalı avtomobillə Bilgəh qəsəbəsində yaşadıqları evdən Qara Qarayev metrosunun yaxınlığındakı evlərinə getmişlər. Orada anası evi yığışdırmağa başlamışdır. Həmin vaxt o, bir gün sonra idmana getməli olduğundan, paltarlarını yığarkən idman köynəyini Bilgəhdəki evlərində unutduğunu, lakin vacib olduğundan atasına bu barədə bildirib köynəyini gətirməsini xahiş etmişdir. Atası Babək köynəyi gətirmək məqsədilə Bilgəhə gedib-gələcəyini, həmin müddət ərzində də anasını evdəki işlərini yekunlaşdırmasma zaman yaranacağını düşünərək çıxıb getdi. Səhər oyandıqda anası və atasının evdə olmadıqlarını görmüşdür və atasının gec saatlarda gələrək anası apardığını bilmişdir. Həmçinin idman köynəyi də evdə olduğundan bunu anlamışdır. Təxminən 5-6 gün sonra isə atası Babəkin polis tərəfindən saxlanılması barədə eşitmişdir və ona bundan sonra məlum olmuşdur ki, atası, bacısı Günayın bir nəfər Hüseynağa adlı oğlanla danışması barədə eşidərək həmin oğlanı öldürmüşdür. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Şahid5 ibtidai istintaq zamanı göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu, S.Vurğun küçəsi ev 10-da ailəsi ilə birlikdə yaşamışdır. Ailədə 5 nəfər olmuşlar. Atası Təqsirləndirilən şəxs Mixail oğlu, bacıları Şahid2 və Təranə Quliyeva ilə birlikdə yuxarıda qeyd etdiyi ünvanda yaşamışlar. O və bacısı Təranə Quliyeva universitet imtahanına hazırlaşmaq üçün məşğələlərə getdiklərinə görə Bilgəh qəsəbəsindəki evlərində deyil, Qara Qarayev metrosunun yaxınlığında yerləşən digər evlərində yaşamışlar. 2022-ci ilin yanvar ayından etibarən isə bacısı Günay da, Qara Qarayev metrosunun yaxınlığında yerləşən evlərinə onların yanına köçüb, evlərinə yaxın 238 nömrəli orta məktəbə getməyə başlamışdır. Belə ki, 06 sentyabr 2022-ci il tarixdə o, valideynlərinin yaşadığı Bilgəh qəsəsbəsindəki evlərinə getmişlər. Evdə yemək yemiş, çay içmişdir. Belə ki, o, həmin gün yenidən Qara Qarayev metrostansiyasınm yaxınlığında yerləşən evlərinə qayıtmalı olmuşdur və onu evə atası aparmalı olmuşdur.Artıq saat təxminən 22 radələrində atası onu Qara Qarayev metrostansiyasınm yaxınlığında yerləşən evlərinə apararkən anası Gülnarı da həmin evdə təmizlik işləri görülməsinə ehtiyac olduğundan onlarla gəlməsini demişdir və üçü birlikdə atasının istifadəsində olan Toyota Prado markalı avtomobillə Bilgəh qəsəbəsində yaşadıqları evdən Qara Qarayev metrosunun yaxınlığındakı evlərinə getmişlər. Orada anası evi yığışdırmağa başlamışdır. Həmin vaxt o, bir gün sonra idmana getməli olduğundan, paltarlarını yığarkən idman köynəyini Bilgəhdəki evlərində unutduğunu , lakin vacib olduğundan atasına bu barədə bildirib köynəyini gətirməsini xahiş etmişdir. Atası Babək köynəyi gətirmək məqsədilə Bilgəhə gedib-gələcəyini, həmin müddət ərzində də anasını evdəki işlərini yekunlaşdırmasma zaman yaranacağını düşünərək çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə gecə saat 02 radələrində atası onun istifadəsində olan 050-382-37- 09 saylı mobil telefon nömrəsinə zəng edib ona anası Gülnarı götürmək və Bilgəhdəki evlərinə aparmaq üçün ora gəldiyini, hazırda yolda olduğunu bildirib anası Gülnara da hazırlaşmasını deməyi tapşırmışdır. O, anası Gülnara onu götürmək üçün atasının gələcəyini və hazırlaşmalı olduğunu deyib yatmışdır. Səhər oyandıqda isə artıq anası və atasının evdə olmadıqlarını görmüşdür və atasının gec saatlarda gələrək anası apardığını bilmişdir. Həmçinin idman köynəyi də evdə olduğundan bunu anlamışdır. Təxminən 5-6 gün sonra isə atası Babəkin polis tərəfindən saxlanılması barədə eşitmişdir və ona bundan sonra məlum olmuşdur ki, atası, bacısı Günayın bir nəfər Hüseyağa adlı oğlanla danışması barədə eşidərək həmin oğlanı öldürmüşdür. Lakin, onun bu barədə tam ətraflı olaraq hər hansı bir başqa məlumatı yoxdur, ailə üzvlərindən də bu barədə tam olaraq soruşa bilməmişdir, ona da ətraflı məlumat verən olmamışdır. Bir müddət əvvəl bacısı Günayla atası arasında Günayın hansısa oğlanla danışmasına görə atasının bacısını danlamasmı barədə eşitsə də, lakin o, adətən Qara Qarayev metrostansiyasınm yaxınlığındakı evlərində yaşadıqlarından, bu barədə də ətraflı heçnə bilmir, həmçinin öz dərslərini olduğundan daha çox dərslərində maraqlanmağa çalışmışdır.X23 Zərərçəkmiş şəxs öldürəcəyini və ya öldürüdüyünü bilməmişdir. Şahid1 ifadələrində göstərdi ki, məhkəmə tərəfindən ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs Mikayıl oğlunu tanımır. Onunla heç bir ədavəti və yaxınlığı yoxdur. Oğlu Hüseynağa təxminən 2022-ci ilin may ayından Günay adlı qızla danışırmış. Hüseynağa özü ona demişdir ki, Günayı sevir, buna görə onunla danışır. Hətta 2022-ci ilin may ayında o, evdə olarkən Hüseynağa Şahid2 evə gətirib Günayı onunla tanış etmişdir. O onlara çay vermiş, biraz söhbət edib evdən çıxmışlar. Bir müddət sonra Hüseynağa ilə Günay yenə də evə gəlmiş, Günay evə daxil olduqdan sonra Hüseynağanın otağına girib qapını bağlamışdır. Günayın bu hərəkəti onun xoşuma gəlməmişdir. Buna görə də bundan sonra Hüseynağaya daha Günayı evə gətirməməsini tapşırmışdır. 25 avqust 2022-ci il tarixdə o digər qızı Fatimənin yaşadığı evdə olarkən qızı Leyla ona zəng edib bildirmişdir ki, oğlu Hüseynağanı danışdığı Günay adlı qızın atası Babək döymüşdür. O, evə qayıtdıqdan sonra bu barədə polisə ərizə ilə müraciət etmək istəsə də, Hüseynağa imkan verməmişdir. Onlar, yəni qızı Leyla və o, Hüseynağadan nə olduğunu soruşduqda o, bildirmişdir ki, danışdığı Günay adlı qızın atası Babək onu yaşdıqları evə çağırmış və qızı ilə danışdığı üçün döymüşdür. 06 sentyabr 2022-ci il tarixdə o, qızı Leyla və oğlu Hüseynağa yaşadıqları evdə olmuşlar. O həmin gün saat 11 radələrində yatmışdır. 07 sentyabr 2022-ci il tarixdə gecə saat 02:00 radələrində yuxudan oyandıqda görmüşdür ki, Hüseynağa evdə deyil. O, Babəkgildən Hüseynağanın harada olduğunu soruşmuş, lakin, Günayın atası Babək və bacıları onu söyüb evdən qovmuşlar. Bundan sonra o, evinə qayıtmışdır. Ortancıl qızı Leyla işdən evə gəldikdən sonra ona Hüseynağanın evdə olmadığını bildirmişdir. Leyla bildirmişdir ki, dünən axşam, yəni 06 sentyabr 2022-ci il tarixdə axşam saat 22:00 radələrində Hüseynağaya Günaygilin evindən zəng gəlmiş və Hüseynağanı onların evinə çağırmışlar. Bundan sonra qızı Leyla DİN-in 102 xidmətinə zəng edib Hüseynağaya qarşı Günaygilin evində cinayət baş verməsi barədə məlumat vermişdir. 07 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində o, qızı Leyla və polis əməkdaşları ilə birlikdə Babəkgilin evinə getmiş, bundan sonra Babək və ailə üzvləri polis bölməsinə aparılmışdır. Müraciəti əsasında polis bölməsində araşdırma aparılarkən məlum olmuşdur ki, oğlu Hüseynağanı Şahid2 atası Təqsirləndirilən şəxs öldürmüşdür. X24, onun bacısı Nazilə əlbir olub öldürmüşdür. Oğlu Hüseynağanın öldürülməsindən hətta Babəkin adlarını bilmədiyi digər bacısı, bacısının əri, Babəkin oğlu Tuncay və Babəkin arvadı Gülnarın da məlumatları olmuşdur və onları da cinayətin törədilməsində şübhəli şəxs kimi görür. Şahid2 və Zərərçəkmiş şəxs cinsi əlaqədə olmaları barədə onun məlumatı olmamış, onların cinsi əlaqədə olması barədə polisdə araşdırma aparılarkən məlumatı olmuşdur. Şahid2 özü bu barədə polis bölməsində danışarkən onun həmin məsələdən məlumatı olmuşdur. X33 Quliyeva ilə münasibət saxlayan zaman ona mütəmadi bildirirdi ki, hərbi xidmətə gedib qayıtdıqdan sonra Günay ilə evlənəcək. Hətta o da oğlu Hüseynağaya bildirmişdir ki, hərbi xidmətə gedib qayıtmazdan əvvəl onu Günay ilə nişanlasınlar. Şahid2 və Zərərçəkmiş şəxs cinsi əlaqədə olmalarına dair onun hər hansı məlumatı olmamışdır. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 göstərmişdir ki, ailəsi ilə birlikdə ünvan 6 ünvanında qızı ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun oğlu olmuşdur. X25 rayonu, Bilgəh qəsəbəsində yerləşən 142 nömrəli orta məktəbin 9-cu sinifində oxumuşdur. Oğlu Hüseynağa təxminən 2022-ci ilin may ayından Günay adlı qızla danışırmış. Hüseynağa özü ona demişdir ki, Günayı sevir , buna görə onunla danışır. Hətta 2022-ci ilin may ayında o, evdə olarkən Hüseynağa Şahid2 evə gətirib Günayı onunla tanış etmişdir. O, onlara çay vermiş, biraz söhbət edib evdən çıxmışlar. Bir müddət sonra Hüseynağa ilə Günay yenə də evə gəlmiş, Günay evə daxil olduqdan sonra Hüseynağanın otağına girib qapını bağlamışdır. Günayın bu hərəkəti onun xoşuna gəlməmişdir. Buna görə də, bundan sonra Hüseynağaya daha Günayı evə gətirməməsini tapşırmışdır. 25 avqust 2022-ci il tarixdə o, digər qızı Fatimənin yaşadığı evdə olarkən qızı Leyla ona zəng edib bildirmişdir ki, oğlu Hüseynağanı danışdığı Günay adlı qızın atası Babək döymüşdür.O, evə qayıtdıqdan sonra bu barədə polisə ərizə ilə müraciət etmək istəsə də, Hüseynağa imkan verməmişdir. Onlar, yəni qızı Leyla və o, Hüseynağadan nə olduğunu soruşduqda o, bildirmişdir ki, danışdığı Günay adlı qızın atası Babək onu yaşdıqları evə çağırmış və qızı ilə danışdığı üçün onu döymüşdür. 06 sentyabr 2022-ci il tarixdə o, qızı Leyla və oğlu Hüseynağa yaşadılan evdə olmuşlar. O, həmin gün saat 11 radələrində yatmışdır. xx.xx.2022-ci il tarixdə gecə saat 02 radələrində yuxudan oyandıqda görmüşdür ki, Hüseynağa evdə deyil. Səhər açılanadək Hüseynağanın istifadəsində olan telefon nömrəsinə ardıcıl zəng etsə də onun nömrəsinə zəng çatmamışdır. Bu barədə böyük qızı Fatiməyə məlumat vermişdir. Fatimə demişdi ki, polisə müraciət etmək lazımdır. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində o, Şahid2 yaşadığı evə getmiş, Günaygilin evində atası Babək ona qapını açmışdır. O, Babəkgildən Hüseynağanın harada olduğunu soruşmuş, lakin, Günayın atası Babək və bacıları onu söyüb evdən qovmuşlar. Bundan sonra o, evinə qayıtmışdır.Ortancıl qızı Leyla işdən evə gəldikdən sonra o, Hüseynağanın evdə olmadığını ona bildirmişdir. Leyla bildirmişdir ki, dünən axşam, yəni xx.xx.2022-ci il tarixdə axşam saat 22 radələrində Hüseynağaya Günaygilin evindən zəng gəlmiş və Hüseynağanı onların evinə çağırmışlar.Bundan sonra qızım Leyla DİN -in 102 xidmətinə zəng edib Hüseynağaya qarşı Günaygilin evində cinayət baş verməsi barədə məlumat vermişdir. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində o, qızı Leyla və polis əməkdaşları ilə birlikdə Babəkgilin evinə getmiş, bundan sonra Babək və ailə üzvləri polis bölməsinə aparılmışdır. Müraciəti əsasında polis bölməsində araşdırma aparılarkən məlum olmuşdur ki, oğlu Hüseynağanı Şahid2 atası Təqsirləndirilən şəxs öldürmüşdür.X24, onun bacısı Nazilə əlbir olub öldürmüşdür. Oğlu Hüseynağanın öldürülməsindən hətta Babəkin adlarını bilmədiyi digər bacısı, bacısının əri, Babəkin oğlu Tuncay və Babək arvadı Gülnarın da məlumatları olmuşdur və onları da cinayətin törədilməsində şübhəli şəxs kimi görür. Şahid2 və Zərərçəkmiş şəxs cinsi əlaqədə olmaları barədə onun məlumatı olmamış, onların cinsi əlaqədə olması barədə polisdə araşdırma aparılarkən məlumatı olmuşdur. Şahid2 özü bu barədə polis bölməsində danışarkən onun həmin məəslədən məlumatı olmuşdur. X33 Quliyeva ilə münasibət saxlayan zaman ona mütəmadi bildirirmiş ki, hərbi xidmətə gedib qayıtdıqdan sonra Günay ilə evlənəcək. Hətta o, da oğlu Hüseynağaya bildirmişdir ki, hərbi xidmətə gedib qayıtmazdan əvvəl onu Günay ilə nişanlasınlar. Hərbi xidmətə gedib qayıtdıqdan sonra isə onun üçün toy etsinlər. Oğlu Hüseynağa da onunla razılaşmışdır. Oğlu Hüseynağanın istifadəsində ***- ***-**-** saylı da telefon nömrəsi olmuşdur. Şahid2 ifadələrində göstərdi ki, məhkəmə tərəfindən ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs onun atasıdır. 2022-ci ilin fevral ayında instaqram sosial şəbəkəsində olan ona məxsus profilə Hüseynağa mesajlar yazıb ondan xoşu gəldiyini və onunla sevgili olmaq istədiyini bildirmişdir. O, Hüseynağanın bu təklifinə razı olmuşdur. Beləliklə də Hüseynağa ilə münasibətləri 2022-ci ilin fevral ayında başlamış və onlar mart ayından görüşməyə başlamışlar. O, 142 nömrəli məktəbdə təhsil almışdır. O, hazırlıqlara gedərkən Hüseynağa onlara gəlmişdir və onlar görüşmüşlər. Münasibətləri bir müddət belə davam etmişdir. 2022-ci ilin aprel ayından isə onlar Hüseynağa ilə cinsi əlaqədə olmağa başlamışlar. İlk dəfə 14 aprel 2022-ci ildə Hüseynağa özlərinin yaşadığı Bilgəh qəsəbəsindəki evlərində ona zor tətbiq edib onunla cinsi əlaqədə olmuşdur. Hətta, bir dəfə Hüseynağa onu evlərinə dəvət edib anası ilə də tanış etmişdir. Hüseynağa onu anasına sevdiyi qız kimi təqdim etmişdir. 25 avqust 2022-ci il tarixdə o, Qara Qarayev metrosunun yaxınlığında yerləşən evlərində olan zaman atası Babək və anası Gülnar həmin evə gəlmişdir. Atası evə gələn kimi onu çağırıb demişdir ki, “oğlanla danışdığını və görüşdüyünü bilirəm”. Onun istifadə etdiyi telefonu gətizdirib Hüseynağanı yığmağı tələb etmişdir. O, Hüseynağanı yığmaqdan imtina etdikdə atası ona iki sillə vurmuşdur. O, Hüseynağanı yığmış və atası ondan telefonunu alıb Hüseynağanı telefonda söymüşdür və onunla görüşməsini Hüseynağadan tələb etmişdir. Hüseynağa isə telefonla danışarkən atasına bildirmişdir ki, “Günayla işiniz olmasın, hara desəz gələcəm”. Bundan sonra isə atası onun istifadəsində olan mobil telefonunu ondan almış və ona telefon istifadə etməyi qadağan etmişdir. Həmin günün səhəri günü evdə olan planşetlə instaqram səhifəsinə daxil olub Hüseynağanı yığmışdır. Hüseynağa ilə danışarkən o, bildirdi ki, 25 avqust 2022-ci il tarixdə axşam saatlarında atası Babək onu yığıb görüşə çağırmış, o, onun atası Babəklə Bilgəh qəsəbəsində yerləşən 142 nömrəli məktəbin yanında görüşmüşdür. Atası onu idarə etdiyi avtomobilə əyləşdirib tanımadığı yerə aparmış, orada onu avtomobildən düşürüb sillə və təpiklə döymüşdür. Hüseynağa orada atasına onu sevdiyini bildirmişdir. Bundan sonra isə atası ona bildirmişdir ki, “nə vaxt böyüyərsən, elçi gələrsiz, onda qızı sənə verərəm”. Bundan sonra isə Hüseynağanı gətirib məktəbin yanında düşürmüşdür. Hüseynağa həmin vaxt öz şəkillərini də çəkib ona instaqram vasitəsi ilə göndərmişdir. Doğurdan da Hüseynağanın üz nahiyəsində qızartı və şişkinlik, yəni zədələr olduğunu görmüşdür. O, bir neçə gün Qara Qarayev metrosunun yaxınlığında yerləşən evlərdə qalmış, bir neçə gün orada qaldıqdan sonra 28 avqust 2022-ci il tarixdə babası vəfat etdiyi üçün o, ünvan 7 ünvanında yerləşən evlərinə gəlib orada qalmışdır. Yaşadığı evdə olarkən bibisi Şahid4 ilə bu barədə söhbət etmişdir. Nazilə onun Hüseynağa ilə danışdığını bilirdi. Belə ki, 2022-ci ilin sentyabr ayının əvvəllərində, təxminən 1-i ya 2-si tarixlərində bibisi Nazilə ilə evdə söhbət edərkən bibisi ona bildirmişdir ki, Hüseynağanın yaşadığı evə gəlməyinə və onunla münasibət saxlamağına görə artıq onların ailəsi qəsəbədə hörmətdən düşüb. Hətta qonşulardan da artıq Hüseynağanın onların evlərinə gəldiyini görənlər olmuşdur. Buna görə də onu atasının icazəsi ilə bir neçə illik yaşamaq üçün Ukrayna Respublikasına özü ilə aparıb orada yanında saxlamaq istədiyiyni dedi. O da bibisi ilə Ukraynaya getmək istəmiş, lakin Hüseynağadan icazə almaq üçün ona yığıb onu görüşə çağırıb Nazilə ilə birlikdə Maştağa qəsəbəsində yerləşən geyim dükanında olarkən Hüseynağa da ora gəldi. O da orada Hüseynağa ilə görüşmüşdür. O, Hüseynağanı bibisi Naziləyə təqdim etmişdir. Hüseynağa gəldikdən sonra onlar Hüseynağa ilə birlikdə Maştağa qəsəbəsində geyim dükanlarının yaxınlığında olan parka getmişlər. Parkda oturacaqda təxminən beş dəqiqə oturub söhbət etmişlər. X1 evlənib-evlənmək istəmədiyini soruşdu. Hüseynağa da onunla evlənmək istədiyini bibisi Naziləyə dedi. Bibisi isə ona dedi ki, hələ tezdir, 18 yaşma çat, əsgərliyə get qayıt, bir iş tapıb işlə, daha sonra gəlib Günayı atasından istərsən. Bu söhbətdən sonra bibisi evə qayıdaq deyib, Hüseynağaya da onların yanıyla gəlməməsini tapşırdı. Onlar parkda Hüseynağa ilə sağollaşıb qayıdarkən Hüseynağa bibisindən xahiş etmişdir ki, onu qısamüddətli də olsa da görməyinə icazə versin. Bibisi Nazilə isə Hüseynağanın xahişinə imkan olanda görüşməyinizə icazə verərəm deyib Hüseynağa ilə sağollaşıb vidalaşıb Maştağa qəsəbəsindən avtobusa minib Bilgəh qəsəbəsindəki yaşadıqları evə gəlmişlər. Həmin gün anası Gülnar da evdə olmuş, lakin anasının onların Hüseynağa ilə görüşdüklərindən xəbəri olmamışdır. 06 sentyabr 2022-ci il tarixdə axşam saat 21:00 radələrində atası Babək evə gəlib, qardaşı Tuncayın idmanla bağlı rayona yarışa gedəcəyini, ona görə birazdan evə gəlib idman paltarlarını götürəcəyini, sonra isə özünün X29 metrosunun yaxınlığında yerləşən evlərinə aparacağını deyib anası X34 metrosunun yanında yerləşən evi təmizləmək lazım olduğunu və Tuncayı rayona yola salan zaman Tuncaya nəsə lazım olsa kömək etsin deyə anası Gülnara da onunla həmin evə getməyi təklif etdi. Anası Gülnar da atası və qardaşı ilə birlikdə Qara Qarayev metrosunun yanında yerləşən evlərinə getməyə razı oldular. Atası Babək, anası və bibisi ilə o biri evlərinə getmək barədə danışarkən atası bildirdi ki, özü də orada qalacaq, Bilgəhdəki evə qayıtmayacaq. Anası Gülnar atası Babəklə birlikdə bundan əvvəl də arabir Qara Qarayev metrosunun yanında yerləşən evlərinə gedib orada qalıb qardaşı və bacısına baş çəkirdilər. Anası da evi təmizləyirdi. Buna görə həmin gün də anası atası və qardaşı Tuncayla həmin evə getmək barədə razılaşmışdır. Bundan təxminən yarım saat sonra qardaşı Tuncay evə gəldi, saat 22:00 radələrində atası Babək, qardaşı Tuncay və anası Gülnar atasına məxsus «Prado» markalı avtomobilə oturub Qara Qarayev metrosunun yanında yerləşən evlərinə getdilər. Bibisi Nazilə ilə o, evdə ikisi qalmışdır. Atası və anası evdən çıxdıqdan sonra o, bibisindən xahiş etmişdir ki, telefonunu versin, Hüseynağanı evə çağırıb söhbət etsinlər. Bibisi nəyə görə Hüseynağanı evə çağırmaq istədiyini soruşduqda o, bildirmişdir ki, ona Ukrayna Respublikasına getmək istədiyini bildirim və qayıdandan sonra məni alıb almayacağı barədə sən də onunla söhbət et. Əgər razı olsa, mən səninlə Ukraynaya müvəqqəti yaşamaq üçün gedərəm. Bundan sonra bibisi Nazilə Hüseynağanı evə çağırmağına razı olmuşdur. O, bibisi Nazilənin telefonunu götürüb «WhatsApp» vasitəsilə Hüseynağanın telefonuna zəng etmiş və onunla danışıb onlara gəlib-gələ bilmədiyini soruşmuşdur. Hüseynağa bildirmişdir ki, gələ bilər. Bundan sonra Hüseynağa ilə danışdıqdan təxminən 40 dəqiqə sonra, 06 sentyabr 2022-ci il tarixdə təxminən saat 23:50 radələrində Hüseynağa onların yaşadığı evə gəlmişdir. O, Hüseynağanı evin içərisində qarşılamış və bibisi Nazilə də onunla salamlaşdı. Hüseynağa və bibisi evin qonaq otağında oturmuş, o, çay gətirmiş və bibisi Nazilə, Hüseynağa və o, üçü birlikdə oturub çay içmişlər. O, söhbət zamanı Hüseynağaya bildirmişdir ki, bibisi onu özü ilə Ukraynaya aparmaq istəyir. Nazilə də dedi ki, Günayı özüm ilə Ukraynada yaşamağa aparmaq istəyirəm. Sən də bir az böyü, on səkkiz yaşına çatarsan, ondan sonra Günayı gətirərəm, o vaxt istəsən elçi göndərib Günayı atasından istəyərsən. Günay Ukraynada olan zaman da səninlə danışmağına şərait yaradaram. O, özü də həmin vaxt Hüseynağaya bildirmişdir ki, əgər sən razı olarsansa, mən bibimlə gedərəm. Hüseynağa da dedi ki, onun Ukraynaya getməyinə razıdır, əsas odur ki, onu vaxtı çatanda ona ərə versinlər. O, bir neçə dəfə Hüseynağa gilin evinə getmişdir. O, Hüseynağagildə olarkən Hüseynağa onunla zorla cinsi əlaqədə olmuşlar. Hüseynağa ona zor tətbiq edib, onu soyundurmuşdur. Hüseynağa anası da evdə idi. Hüsenağa onu zorladıqdanq sonra o, Hüsyenağanın anasına Hüseynağanın ona zor tətbiq etdiyiyni demişdir. Hüseynağa onu zorladıqdan sonra o, beş-altı dəfə yenə Hüseynağa ilə cinsi əlaqədə olmuşlar. Onda də Hüsyenağa onu zorlamışdır. O, dəfələrlə Hüseynağagilin evlərində birlikdə qalmışlar. O, Hüseynağa ilə könüllü cinsi əlaqədə olmayıb. Hüseynağa onu məcbur edib. Onu zorlayan şəxslə bundan sonra onunla könüllü görüşməsinin səbəblərini bilmir. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Şahid2 göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu, S.Vurğun küçəsi ev 10-da ailəsi ilə birlikdə yaşamışdır. Ailədə 5 nəfər olmuşlar. Atası Təqsirləndirilən şəxs Mixail oğlu, qardaşı Şahid5, bacısı Təranə Quliyeva və babası X18 ilə birlikdə yuxarıda qeyd etdiyi ünvanda yaşamışdır. Qardaşı Şahid5 və bacısı Təranə Quliyeva universitet imtahanına hazırlaşmaq üçün məşğələlərə getdiklərinə görə onlar ikisi Bilgəh qəsəbəsindəki evlərində deyil, onlara məxsus Qara Qarayev metrosunun yaxınlığında yerləşən evlərində yaşamışlar. 2022-ci ilin yanvar aymadək o, Bilgəh qəsəbəsində yerləşən 142 nömrəli orta məktəbin 9-cu sinifində oxumuşdur. Zərərçəkmiş şəxs ilə həmin məktəbdə oxumuşlar. Hüseynağa 8-ci sinifdə oxumuşdur. Lakin, onunla tanış olduqdan sonra bilmişdir ki, Hüseynağa ondan bir yaş böyükdür. 2022-ci ilin yanvar ayından isə ailəsində alınmış qərara görə o, Qara Qarayev metrosunun yaxınlığında yerləşən evlərinə köçəcəkmiş və orada universitetə hazırlıq imtahanı üçün məşğələlərə gedəcəkmiş. Buna görə də 2022-ci ilin yanvar ayında Bilgəh qəsəbəsində yerləşən oxuduğu məktəbdən çıxıb Qara Qarayev metrosunun yaxınlığında yerləşən evinə yaxın 238 nömrəli orta məktəbə getməyə başlamışdır. 2022-ci ilin fevral ayında instaqram sosial şəbəkəsində olan ona məxsus profilə Hüseynağa mesajlar yazıb ondan xoşu gəldiyini və onunla sevgili olmaq istədiyini bildirmişdir. O, Hüseynağanın bu təklifinə razı olmuşdur. Belə ki,Hüseynağa ilə münasibətləri 2022-ci ilin fevral ayında başlamış və onlar mart ayından görüşməyə başlamışlar. O, hazırlıqlara gedərkən Hüseynağa onun dalınca gəlirmiş və onlar görüşürmüşlər. Münasibətləri bir müddət belə davam etmişdir. 2022-ci ilin aprel ayından isə onlar Hüseynağa ilə cinsi əlaqədə olmağa başlamışlar. İlk dəfə 14 aprel 2022-ci ildə o, Hüseynağa ilə Hüseynağa və ailəsinin yaşadığı Bilgəh qəsəbəsindəki evlərində öz razılığı ilə təbii yolla cinsi əlaqədə olmuşdur. Hüseynağa cinsi əlaqədə olmaq üçün ona hər hansı psixi və ya fiziki zor tətbiq etməmişdir. Hüseynağa ilə cinsi əlaqədə olmaqlarını isə Hüseynağanın ailə üzvlərindən heç kim bilməmişdir. Çünki, onların evində heç kəs olmayanda Hüseynağa onu evlərinə aparmışdır və onlar cinsi əlaqədə olmuşlar. Hətta, bir dəfə Hüseynağa onu evlərinə dəvət edib anası ilə də tanış etmişdir. Hüseynağa onu anasına sevdiyi qız kimi təqdim etmişdir. Münasibəti davam etdikcə sonralar artıq o da Hüseynağanı Bilgəh qəsəbəsində yerləşən yaşadığı evə çağırmışdır. Hüseynağa gecə saatlarında onun dəvəti ilə evlərinin hasarını atlayıb həyətə düşürmüş. O, isə evdən gizlicə həyətə çıxırmış və onlar gecə saat 02-03 radələrində, hamı yatdıqdan sonra evin həyətində, evin bağ olan hissəsində Hüseynağa ilə cinsi əlaqədə olurmuşlar. Belə ki, 2022-ci ilin avqust ayında o, Qara Qarayev metrosunun yaxınlığında yerləşən evlərinə köçüb hazırlıqlara getmək üçün orada qalmağa başlamışdır. 25 avqust 2022-ci il tarixdə o, Qara Qarayev metrosunun yaxınlığında yerləşən evlərində olan zaman atası Babək və anası Gülnar həmin evə gəlmişdir. Atası evə gələn kimi onu çağırıb ona mənə demişdir ki, “oğlanla danışdığını və görüşdüyünü bilirəm”. Onun istifadə etdiyi telefonu gətizdirib Hüseynağanı yığmağını tələb etmişdir. O, Hüseynağanı yığmaqdan imtina etdikdə atası ona iki sillə vurmuşdur. O, Hüseynağanı yığmış və atası ondan telefonu alıb Hüseynağanı telefonda söymüşdür və onunla görüşməsini Hüseynağadan tələb etmişdir. Hüseynağa isə telefonla danışarkən atası ona bildirmişdir ki, “Günayla işiniz olmasın, hara desəz gələcəm”.Bundan sonra isə atası onun istifadəsində olan mobil telefonunu almış və ona telefon istifadə etməyi qadağan etmişdir. Həmin günün səhəri günü evdə olan planşetlə instaqram səhifəsinə daxil olmuş və Hüseynağanı yığmışdır. Hüseynağa ilə danışarkən o, bildirmişdir ki, 25 avqust 2022-ci il tarixdə axşam saatlarında atası Babək onu yığıb görüşə çağırmış, o atası Babəklə Bilgəh qəsəbəsində yerləşən 142 nömrəli məktəbin yanında görüşmüşdür. Atası onu idarə etdiyi avtomobilə əyləşdirib tanımadığı yerə aparmış, orada onu avtomobildən düşürüb sillə və təpiklə döymüşdür. Hüseynağa orada atasına onu sevdiyini bildirmişdir. Bundan sonra isə atası ona bildirmişdir ki, “nə vaxt böyüyərsən, elçi gələrsiz, onda qızı sənə verərəm” Belə ki, bundan sonra isə Hüseynağanı gətirib məktəbin yanında düşürmüşdür. Hüseynağa həmin vaxt öz şəkillərini də çəkib ona instaqram vasitəsi ilə göndərmişdir. Doğurdan da Hüseynağanın üz nahiyəsində qızartı və şişkinlik, yəni zədələr olduğunu görmüşdür.O, bir neçə gün Qara Qarayev metrosunun yaxınlığında yerləşən evlərində qalmış, bir neçə gün orada qaldıqdan sonra 28 avqust 2022-ci il tarixdə babası vəfat etdiyi üçün o, həmin evdən çıxıb ünvan 7 ünvanında yerləşən evlərinə gəlmişdir. Yaşadıqları evdə olarkən Nazilə kimi çağırdıqları bibisi Şahid4 ilə bu barədə söhbət etmişdir. Bibisi Nazilə də onun Hüseynağa ilə danışdığımı artıq bilirmiş. Çünki, ona bu barədə anası Gülnar demişdir. Anası Gülnar isə Hüseynağam 2022-ci ilin təxminən iyun ayında onların evinin həyətində tutmuş, ona kim olduğunu, nəyə görə onların həyətinə gəldiyini soruşduqda Hüseynağa anasına onu sevdiyi üçün həyətə gəldiyini bildirmişdir. Buna görə də həmin vaxtdan sonra anası Gülnar onun Hüseynağa ilə danışdığını bilmişdir. Atası Babək də evdə bu barədə söz-söhbət olduqdan sonra onun Hüseynağa ilə danışdığını bilmişdir. Belə ki, 2022-ci ilin sentyabr ayının əvvəllərində, təxminən 1-i ya 2-si tarixlərində bibisi Nazilə ilə evdə söhbət edərkən bibisi ona bildirmişdir ki, Hüseynağanın yaşadığı evə gəlməyinə və onunla münasibət saxlamağına görə artıq onların ailəsi qəsəbədə hörmətdən düşüb. Hətta qonşulardan da artıq Hüseynağanın onların evinə gəldiyini görən olmuşdur. Buna görə də bildirmişdir ki, onu atasının icazəsi ilə bir neçə il orada yaşamaq üçün Ukrayna Respublikasına özü ilə aparmaq istəyir və orada yanında saxlamaq istəyir. O, isə Hüseynağanı burada qoyub ora getməyəcəyini ona bildirmişdir. Bibisi Nazilə bildirmişdir ki, Hüseynağa ilə telefonla danışmağına Ukraynada olanda şərait yaradacaq.Bir neçə il keçdikdən və Hüseynağa böyüdükdən sonra onların evlənməsinə icazə verməsi üçün atasını da razı salar. O, bibisi Naziləyə bildirmişdir ki, Hüseynağa onun müvəqqəti olaraq Ukrayna Respublikasına getməyinə razı olarsa o, Ukraynaya gedər. Əks halda onu zorla Ukrayna Respublikasına göndərərlərsə özünü Öldürəcəyini ona bildirmişdir. Belə ki, bu söhbətlərdən sonra atası onun telefonunu ondan aldığı üçün və Hüseynağa ilə görüşməməyinə nəzarət etməyi bibisi Naziləyə tapşırdığı üçün o, Hüseynağa ilə danışa və görüşə bilmirmiş. Buna görə də təxminən 01 sentyabr 2022-ci il tarixdə o, yaşadıqları evdə olarkən bibisi Naziləyə bildirmişdir ki, “mənə Hüseynağa ilə danışmağıma icazə ver ki, mən Hüseynağa ilə notbuk vasitəsi ilə danışım və Hüseynağa mənim müvəqqəti olaraq Ukrayna Respublikasına getməyimə və qayıtdıqdan sonra ailə quracağımıza razı olarsa mən səninlə Ukraynaya gedərəm.” Buna görə də bibisi Nazilə ona Hüseynağa ilə notbukda instaqram vasitəsi ilə danışmağına icazə vermişdir. Həmin tarixdən, yəni 01 sentyabr 2022-ci il tarixdən etibarən o, bir neçə gün instaqram sosial şəbəkəsində Hüseynağa ilə mesajlaşmışdır. Belə ki, 07 sentyabr 2022-ci il tarixdə onun ad günüm olacaqmış. Buna görə də ad gününə 2-3 gün qalmış bibisinə bildirmişdir ki, ona ad günündə hədiyyə olaraq pal-ltar alsın. 05 sentyabr 2022-ci il tarixdə bibisi Nazilə ilə yaşadıqları evdə danışan zaman qərara almışlar ki, 06 sentyabr 2022-ci il tarixdə saat 11 radələrində bibisi ilə Maştağa qəsəbəsindəki geyim dükanlarına gedib pal-paltara baxacaqlar. O, 05 sentyabr 2022-ci il tarixdə Hüseynağa ilə instaqram sosial şəbəkəsi vasitəsi ilə danışarkən ona bildirmişdir ki, ”sabah səhər 11 radələrində bibisi ilə Maştağa qəsəbəsinə gedəcəyik, ora gəl orda səni görüm.” Bibisi Naziləyə isə həmin gün axşam saatlarında demişdir ki, Hüseynağa ilə danışan zaman ona demişdir ki,”sabah Maştağada olacağıq, ora gəl, səni görüm” Bibisi Nazilə əvvəl etiraz etsə də, onun Hüseynağanı görməyinə mane olmaması üçün ona təkid etdiyinə görə onunla razılaşmışdır. 06 sentyabr 2022-ci il tarixdə o, bibisi Nazilə ilə birlikdə ikisi Sabunçu rayonunun Maştağa qəsəbəsinə ad gününə görə ona pal-paltar almaq üçün getmişdir. Maştağa qəsəbəsinə gedərkən yolda olan zaman bibisinin istifadəsində olan telefonu almış, Hüseynağanın istifadəsində olan ***- ***-**-** saylı mobil telefon nömrəsinə zəng etmişdir. Bibisinin istifadəsində olan telefondakı nömrə babası Mixayıl Quliyevə məxsus olmuş, babası Mikayıl 28 avqust 2022-ci il tarixdə öldükdən sonra onun istifadəsində olan 055-406-13- 84 saylı mobil telefon nömrəsini bibisi Nazilə istifadə etməyə başlamışdır. Belə ki, özündə telefon olmadığı üçün Maştağa qəsəbəsinə gedərkən yolda olan zaman o, bibisi Nazilədən telefonu almış və onun istifadəsində olan babası Mixayıl Quliyevə məxsus ***-***-**-** saylı telefon nömrəsindən Hüseynağanın istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib ona Maştağa qəsəbəsinə çatdığımı və Maştağa qəsəbəsində, parkın yaxınlığında olan geyim dükanlarının yanma gəlməsini bildirmşdir. Belə ki, o, bibisi Nazilə ilə birlikdə Maştağa qəsəbəsinə çatıb geyim dükanlarına baxan zaman Hüseynağa gəmiş və o, Hüseynağa ilə orada görüşmüşdür. Həmin vaxt Hüseynağanı bibisi Naziləyə təqdim etmişdir. Bibisi Nazilə ilə paltarlara baxdıqdan və Hüseynağa gəldikdən sonra biz Hüseynağa ilə birlikdə yeriyərək Maştağa qəsəbəsində geyim dükanlarının yaxınlığında olan parka getmişlər. Parkda oturacaqda təxminən 5 dəqiqə oturub söhbət etmişlər.X1 evlənib evlənmək istəmədiyini soruşmuş, Hüseynağa isə onu sevdiyini və onunla evlənmək istədiyini bibisi Naziləyə bildirmişdir. Bibisi isə ona bildirmişdir ki, “hələ tezdir, 18 yaşma çat, əsgərliyə get qayıt, bir iş tapıb işlə, daha sonra gəlib Günayı atasından istəyərsən”. Bu söhbətdən sonra bibisi ona demişdir ki, “qayıdaq evə” Hüseynağaya isə onların yanı ilə gəlməməsini tapşırmışdır. Onlar parkda Hüseynağa ilə sağollaşıb qayıdarkən Hüseynağa bibisindən xahiş etmişdir ki, onu qısamüddətli də olsa da görməyinə icazə versin. Bibisi Nazilə isə Hüseynağanın xahişinə “imkan olanda görüşməyinizə icazə verərəm” deyə cavab vermişdir və onlar Hüseynağa ilə sağollaşmışlar. Maştağa qəsəbəsindən avtobusa minib Bilgəh qəsəbəsindəki yaşadıqları evə gəlmişlər.Həmin gün anası Gülnar da evdə olmuş, lakin anasının onların Hüseynağa ilə görüşdüklərindən xəbəri olmamışdır. 06 sentyabr 2022-ci il tarixdə axşam saat 21 radələrində atası Babək evə gəlmiş və bildirmişdir ki, qardaşı Tuncay rayona idmanla bağlı yarışa gedəcək, ona görə birazdan evə gəlib idman paltarlarını götürəcək, daha sonra isə o, X29 metrosunun yaxınlığında yerləşən evlərinə aparacaq.Bu zaman atası Babək anası X34 metrosunun yanında yerləşən evi təmizləmək lazım olduğunu və Tuncayı rayona yola salan zaman Tuncaya nəsə lazım olsa kömək etsin deyə anası Gülnara da onunla həmin evə getməyi təklif etmişdir. Anası Gülnar da atası və qardaşı ilə birlikdə Qara Qarayev metrosunun yanında yerləşən evlərinə getməyə razı olmuşlar. Atası Babək anası və bibisi ilə o biri evlərinə getmək barədə danışarkən bildirmişdir ki, gedərkən özü də orada qalacaq, Bilgəhdəki evə qayıtmayacaq. Anası Gülnar atası Babəklə birlikdə bundan əvvəl də atası ilə birlikdə arabir Qara Qarayev metrosunun yanında yerləşən evlərinə gedib orada qalır, qardaşı və bacısına baş çəkirmiş və evi təmizləyirmiş, onlara ev işlərində kömək edirmişi. Buna görə həmin gün də anası atası və qardaşı Tuncayla həmin evə getmək barədə razılaşmışdır. Belə ki, bundan təxminən yarım saat sonra qardaşı Tuncay evə gəlmiş, yemək yemiş, çay içmiş, daha sonra isə saat 22 radələrində atası Babək, qardaşı Tuncay və anası Gülnar atasına məxsus Prado markalı avtomobilə oturub Qara Qarayev metrosunun yanında yerləşən evlərinə getmişlər.Bibisi Nazilə ilə o, evdə ikisi qalmışlar. Bundan təxminən yarım saat sonra atası və anası evdən çıxdıqdan sonra o, bibisindən xahiş etmişdir ki, telefonu versin, Hüseynağanı evə çağırsın, söhbət etsinlər. Bibisi nəyə görə Hüseynağanı evə çağırmaq istədiyini soruşduqda o, bildirmişdir ki, “ona Ukrayna Respublikasına getmək istədiyini bildirim və qayıdandan sonra məni alıb almayacağı barədə sən də onunla söhbət et.” Əgər razı olsa mən onunla Ukraynaya müvəqqəti yaşamaq üçün gedər.Bundan sonra bibisi Nazilə Hüseynağanı evə çağırmağına razı olmuşdur. O, bibisi Nazilənin telefonunu götürüb vatsap vasitəsi ilə Hüseynağanın telefonuna zəng etmiş və onunla danışıb bizə gəlib-gələ bilmədiyini soruşmuşdur. Hüseynağa bildirmişdir ki, gələ bilər. Bundan sonra Hüseynağa ilə danışdıqdan təxminən 40 dəqiqə sonra, 06 sentyabr 2022-ci il tarixdə təxminən saat 23:40- 23:50 radələrində Hüseynağa onların yaşadıqları evə gəlmişdir. O, Hüseynağanı evin içərisində qarşılamış və bibisi Nazilə də onunla salamlaşmışdır. Hüseynağa və bibisi evin qonaq otağında oturmuş, o, çay gətirmiş və bibisi Nazilə, Hüseynağa və o, üçü birlikdə oturub çay içmişlər.O, söhbət zamanı Hüseynağaya bildirmişdir ki, bibisi onu özü ilə Ukraynaya aparmaq istəyir. Bibisi Nazilə də söhbəti davam etdirərək bildirmişdir ki, “Günayı özü ilə Ukraynada yaşamağa aparmaq istəyirəm. Sən də biraz böyü, 18 yaşma çatarsan, ondan sonra Günayı gətirərəm, o vaxt istəsən elçi göndərib Günayı atasından istəyərsən. Günay Ukraynada olan zaman da səninlə danşmağma şərait yaradaram” O, özü də həmin vaxt Hüseynağaya bildirmişdir ki, “əgər sən razı olarsansa mən bibimlə gedərəm.” Hüseynağa demişdir ki, onun Ukraynaya getməsinə razıdır, əsas odur ki, onu vaxtı çatanda ona ərə versinlər. Bibisi həmçinin ondan gələcəkdə nə işində işləmək istəməsi, ali məktəbə qəbul olmaq istəyib-istəməməsi kimi suallar vermiş, Hüseynağa da bibisinə cavab vermişdir. Bundan sonra o, Hüseynağaya yenə də çay vermək üçün mətbəxə keçmiş və Hüseynağanı da ikilikdə söhbət etmək üçün mətbəxə çağırmışdır. Bibisi isə qonaq otağında qalmışdır. Onlar bir neçə dəqiqə də evin mətbəxində oturub Hüseynağa ilə söhbət etmişdir, artıq həmin vaxt saat 23:50 radələri olarmış, bibisi mətbəxə gəlmiş və Hüseynağaya bildirmişdir ki, “daha gecdir, sən get, biz də yataq.” Hüseynağa onunla və bibisi ilə sağollaşmışdır. Mətbəxdən çıxarkən bibisi bildirmişdir ki, gözlə, qoy dəhlizin işığını söndürüm, evdən çıxan zaman qonşulardan kim isə sənin həyətdən çıxdığını görər. Buna görə bibisi Nazilə dəhlizin işığını söndürmüşdür. Hüseynağa mətbəxdən çıxıb getmiş, o və bibisi isə Hüseynağanın arxasınca getməmişlər və onlar zal otağa keçmişlər. Bundan təxminən 15 dəqiqə sonra evin həyətinin işığı yanmış, o, bayıra baxdıqda görmüşdür ki, atası həyətdədir. Bibisi həyətə çıxmış və atası ona rus dilində nəisə demişdir. Bibisi də ona rus dilində cavab vermiş, o, evin qapısının ağzına çıxmış və atasının niyə görə evə qayıtdığını bibisindən soruşmuş, bibisi Nazilə bildirmişdir ki, “qardaşı Tuncayın rayona getmək üçün idman köynəyi yaddan çıxıb evdə qalmış, atası da qayıdıb ki onu götürsün.” Atası təxminən 2-3 dəqiqə evin həyətində qalmış, nəisə axtarmış və 2-3 dəqiqə sonra evin həyətində olan qaraja girmiş, bibisi də onun dalınca getmişdir. Bu zaman dərhal o, da ayaqqabısını geyinib onların ardınca qaraja girmiş və görmüşdür ki, atası Babək artıq istifadəsində olan Prado markalı avtomobili qarajdan çıxarmışdır, avtomobil artıq küçədədir, bibisi Nazilə isə qarajın qapısını bağlayır. O, avtomobili arxa tərəfdən gördüyü üçün avtomobilin içərisində kimin olduğunu bilməmişdir. Atası getdikdən bir neçə dəqiqə sonra o, Hüseynağanın istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng etmiş, lakin həmin nömrəyə zəng çatmamışdır. O, həmin gecəni yatmış, səhəri gün isə yuxudan duran kimi mütəmadi olaraq Hüseynağanın həmin telefonuna dəfələrlə zəng etsə də onun nömrəsinə zəng çatmamışdır. Bundan sonra isə xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Hüseynağanın bacıları və anası onların yaşadığı evə gəlmişdir. O, onların qarşısına çıxmasa da səs küyü eşitmişdir.Onlarla bibiləri Nazilə və Adilə söhbət etmiş, lakin aralarında mübahisə yaranmışdır. Hüseynağanın bacılarının danışığından məlum olmuşdur ki, Hüseynağa xx.xx.2022-ci il tarixdə gecə saat 23 radələrində onların evinə gəlməzdən qabaq onlara gələcəyi barədə ailə üzvlərinə məlumat vermişdir. Belə ki, həmin vaxt bibiləri ilə Hüseynağanın ailə üzvlərinin arasında mübahisə yarandıqdan sonra onlar getmişər. xx.xx.2022-ci il tarixdə səhər saatlarında isə onların hamısını, yəni evdə olan anası atası bibisi Naziləni və onu polis bölməsinə aparmışlar. Orada onlardan izahat alıb buraxmışlar. xx.xx.2022-ci il tarixdə isə təkrar onları polis bölməsinə dəvət edib aparmışlar və yenidən sorğu sual zamanı o, Hüseynağanın sonuncu dəfə xx.xx.2022-ci il tarixdə onlara gəldiyini və ondan sonra onu görmədiyini, hazırda ifadəsində göstərdiklərini polis əməkdaşlarına da bildirmişdir. Bundan sonra eşitmişdir ki, atası Babək polis və prokurorluq əməkdaşlarına sorğu sual zamanı Hüseynağanı xx.xx.2022-ci il tarixdə gecə saatlarında onların evinin həyətində görüb tutub aparıb öldürdüyünü etiraf etmişdir. Məhz ondan sonra o, Hüseynağanın öldürüldüyünü bilmişdir. Həmin vaxtadək isə onun harada olması barədə məlumatı olmamışdır. xx.xx.2022-ci il tarixədək, yəni Zərərçəkmiş şəxs onların evinə gələnədək bibisi Şahid4 onun Zərərçəkmiş şəxsla cinsi əlaqədə olmağını bilməmişdir. Lakin, görüşdüklərini bilmişdir. O, Sabunçu RPİ-nin 14-cü PB-də xx.xx.2022ci il tarixdə izahat verərkən Hüseynağa ilə cinsi əlaqədə olmağını bildirdikdən sonra bibisi Nazilənin bu barədə məlumatı olmuşdur. Atası Təqsirləndirilən şəxs Hüseynağanı öldürəcəyini bilməmişdir və ya bu barədə ona kimsə məlumat verməmişdir.Babəkin Hüseynağanı öldürdüyünü xx.xx.2022-ci il tarixdə polis və prokurorluq əməkdaşlarına etiraf etdikdən sonra onun bu barədə məlumatı olmuşdur. Ona heç kəs bu barədə məlumat verməmişdir. Bibisi Şahid4 atası Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürəcəyini və ya öldürdüyünü bilməmişdir. Bu barədə onunla aralarında hər hansı danışıq olmamışdır. Zənn edir ki, atası Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürməsində ona kimsə kömək etməmişdir. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə onların evinə gələcəyini atası Təqsirləndirilən şəxs heç kəs deməmişdir. Çünki, Hüseynağanın onların evinə nə vaxt gələcəyini əvvəlcədən konkret olaraq heç kəs bilməmişdir. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində atası, anası və qardaşı Bilgəh qəsəbəsində yaşadıqları evdən çıxıb getdikdən sonra Hüseynağa ilə görüşmək və Ukraynaya getmək və qayıtdıqdan sonra ailə quracaqları barədə danışmaq onun ağlına gəldiyi üçün Hüseynağanı evə çağırmağı o, istəmişdir və bu barədə bibisi Nazilədən xahiş etdikdən sonra bibisi onun Hüseynağanı çağırmasına razı olmuşdur. Zərərçəkmiş şəxs bacısı Leyla Şeydabəyovanm ifadəsində onun barəsində göstərdiyi, yəni guya onun polis bölməsində sorğu sual edilərkən “bibisi Nazilənin Hüseynağanı evə çağırması, ona və Hüseynağaya çay verməsi, bundan sonra evin həyətinin işıqlarını söndürüb Babəkin gəldiyini, buna görə də Hüseynağaya getməsini bildirməsi, təxminən 5 dəqiqə sonra Babəkin evə daxil olub Naziləyə “Baqaja qoyub aparacan?’ deməsi, bu zaman “kimi? Hüseynağanı?” deyə onun atasından soruşması, atasının isə həmin vaxt onu sillə ilə vurması, bundan sonra onu evdə mətbəxdə saxlayıb özləri evin həyətinə çıxması və rus dilində danışması, atasıgilin rus dilində danışmasını başa düşməməsi, onların 20 dəqiqə evin həyətində qaldıqdan sonra bibisinin evə daxil olması, atası Babəkin isə getməsi” kimi sözləri deməsi doğru deyil. O, Hüseynağanı xx.xx.2022-ci il tarixdə yaşadıqları evə bibisi Nazilə deyil, Ukraynaya getmək mövzusunda danışmaq üçün və Hüseynağanı görmək üçün o özü çağırmışdır, lakin onu çağırarkən bibisi Nazilədən razılıq aldığını polis bölməsində demişdir. Bundan başqa, bibisinin evin həyətinin işıqlarını söndürdüyünü deməmişdir, ifadəsində göstərdiyi kimi bildirmişdir ki, Hüseynağa evdən çıxmazdan əvvəl qonşular Hüseynağanın onların evindən çıxmasını görməsin deyə bibisi Nazilə evin dəhlizinin işığını söndürmüşdür. Evin həyətinin işıqları isə Hüseynağa gələndə onsuz da hamısı yanılı olmamışdır. Cəmi 1 ədəd işıq yanılı qalmışdır. Polis bölməsində də sorğu sual edilərkən bibisinin xüsusi olaraq işıq söndürdüyünü deməmişdir. Hazırda qeyd etdiyi kimi bildirmişdir. Bundan əlavə də qeyd edir ki, o, polis bölməsində sorğu sual edilərkən Hüseynağanın evdən çıxmasından 5 dəqiqə sonra atası Babəkin evə gəlib bibisinə “baqaja qoyub aparacam” sözlərini dediyini bildirməmişdir. Hüseynağa evdən çıxdıqdan təxminən 15 dəqiqə sonra atası Babək evə gəlmiş, bibisin rus dilində nəisə demiş, bibisi isə ona rus dilində cavab vermişdir. O, atasının evə nəyə görə gəldiyini bibisindən soruşduqda bibisi bildirmişdir ki, Babək evə qardaşı Tuncaya məxsus idman köynəyini götürmək üçün gəlmişdir. Atasının evin həyətində 20 dəqiqə qalıb bibisi ilə danışmasını deməmişdir.Bildirmişdir ki, atası təxminən 3-4 dəqiqə evin həyətində qalmış , nəisə axtarmış, 3-4 dəqiqə sonra qaraja getmiş, onun ardınca bibisi Nazilə, onların ardınca da o, evin qarajına getmişdir. Qaraja daxil olduqda görmüşdür ki, atası Babəkin maşını qarajdan bayrda küçədədir, bibisi isə qarajın qapısını bağlayır.Hadisələrin necə baş verməsini Leyla Şeydabəyovanm ifadəsində göstərdiyi kimi deyil, hazırki ifadəsində qeyd etdiyi kimi təsvir etmişdir. Şahid Mamedova Nazila ifadələrində göstərdi ki, məhkəmə tərəfindən ona təqsirləndirilən şəxs qismində təqdim olunan şəxs Təqsirləndirilən şəxs Mixaıl onun qardaşıdır. O, hadisəni polis şöbəsində öyrənmişdir. Ona polis şöbəsində Babəkin oğlanı öldürdüyünü dedilər. Hüsyenağa ilə Günayın cinsi əlaqədə olduqlarını da sonradan öyrənmişdir. O onlara cinsi münasibətdə olmaları üçün hər hansı bir şərait yaratmamışdır. Onlar Günayla parka həmin şəxsi görmək üçün getməmişdilər. Onlar parka gedib əyləşdikdən on-on beş dəqiqə sonra zərərçəkmiş şəxs gəlmişdir. Günay onun telefonundan zərərçəkmişə zəng etmişdir. O, Günayın nə vaxt Hüseynağanı parka çağırdığını bilmir. Hüseynağanın Günayla cinsi əlaqədə olduğunu da bilmir. Hadisə olan gecə Hüseynağanı evə Günay çağırmışdı. Onların evdəki söhbəti beş-on dəqiqə çəkmişdi. O ilk öncə Hüseynağanın evə girməyinə icazə verməmişdir, lakin oğlanı dəhlizdə görəndə ona içəri çağırmışdır. Hüseynağa Günayla görüşüb getdi. O da Hüseynağa getdikdən sonra qapını bağlamışdır. O, qapını bağlayanda Babəki görməmişdir. Hadisədən sonra Günay dedi ki, Hüseynağa ona təcavüz edib, sonra isə Günayı hədələmişdir. Hüseynağa getdikdən on beş dəqiqə sonra Babək gəlmişdir. O, qaraja girəndə Babək yox idi. O, Babəkin Hüseynağanı öldüməsi barədə polis şöbəsindən öyrənmişdir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Şahid4 göstərmişdir ki, Ukrayna Respublikasında yaşamışdır. 1986-cı ildən Ukrayna Respublikasına köçmüşdür. Azərbaycanda ailə qurub Ukraynaya köçmüşdür. Həmin vaxtdan etibarən Ukrayna Respublikasının Donetsk şəhərində yaşamışdır. Bir qız övladı, bir oğlan övladı vardır. Donetsk şəhərində həkim ginekoloq işləmişdir. Bir neçə ildir ki, təqaüdə çıxmışdır. 2022-ci ilin fevral ayında Ukrayna Respublikasından atasına baş çəkmək üçün Azərbaycana gəlmişdir. Atası Mixayıl Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən qardaşı Babəkin yaşadığı evdə qaldığı üçün o, həmin evdə qahnışdır. 2022-ci ilin fevral ayında Ukrayna ilə Rusiya arasında müharibə başladığından və o, Ukraynaya qayıda bilmədiyi üçün bir neçə ay Babəkgilin yaşadığı Bilgəh qəsəbəsindəki evdə qalmışdır. 2022-ci ilin may ayında isə Ukraynaya qayıtmışdır. 2022-ci ilin iyun ayında atasının səhhəti pisləşdiyi üçün o, 2022-ci ilin iyul ayında yenidən Ukrayna Respublikasından Azərbaycana qayıtmışdır. Bakı şəhərində Babəkgilin yaşadığı evdə atasının yanında qalmışdır. 06 avqust 2022ci il tarixdə qardaşı Təqsirləndirilən şəxs qızı Şahid2 bacısı Adiləyə anası Gülnarın instaqram sosial şəbəkəsində başqa oğlanla münasibətdə olması ilə bağlı mesajları gətirib göstərmişdir. Adilə bu barədə ona və böyük qardaşı Adilə məlumat vermişdir. Qardaşı Adil isə bu barədə Babəkə məlumat vermişdir. Bir neçə gün sonra Babək özü izləyib Gülnarın əlində telefon instaqram sosial şəbəkəsində başqa oğlanlarla mesajlaşmasını tutmuşdur. Bundan sonra Babək qərara gəlmişdir ki, Gülnardan ayrılsın. Gülnarla aralarında olan razılığa əsasən Gülnar məhkəməyə boşanmaq üçün müraciət etmişdir. Günay anası Gülnarın başqa oğlanla yazışmasını ifşa etdiyi üçün Gülnar da qızı Günayın Hüseynağa adlı oğlanla görüşdüyünü, oğlanın Günaya görə həyətə gəldiyini onlara bildirmişdir. Həmin vaxtdan etibarən o, Günayın Hüseynağa adlı həmin oğlanla görüşdüyünü bilmişdir. Babək də Gülnarın məlumat verməsindən sonra Günayın Hüseynağa adlı oğlanla görüşdüyünü bilmişdir. Babək Günayın və Gülnarın telefonlarını onlardan almışdır ki, telefon işlədib əxlaqsız əməllərlə məşğul olmasınlar. Günayın görüşdüyü Hüseynağa adlı oğlan onların yaşadıqları Bilgəh qəsəbəsindəki evin həyətindən çıxan zaman hətta qonşulardan da kim isə görüb onu Babəkə demişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə atası Bilgəh qəsəbəsində yerləşən yaşadıqları evdə vəfat etmişdir. Atasınm vəfat etməsi, habelə Günayın Hüseynağa adlı oğlanla yaşadıqları evdə görüşməsi barədə qəsəbədə söz-söhbətlərin gəzməsini Babəkin eşitməsi onu sarsıtmışdır. Buna görə də o, özlüyümdə fikirləşmişdir ki, Günayı özü ilə Ukrayna Respublikasına aparsın ki, burada adı daha çox ləkələnməsin. 2022-ci ilin sentyabr ayının əvvəllərində Günaya onu Ukraynaya Respublikasına aparmaq istədiyini bildirmişdir. Lakin, Günay bildirmişdir ki, Hüseynağam sevir, onunla ailə quracaq və buna görə də Hüseynağanı burda qoyub onunla Ukraynaya getmək istəmir. O, Günayın danışığından başa düşmüşdür ki, onun Hüseynağa adlı həmin oğlanla ayrılmaq fikri yoxdur. Hətta bundan sonra münasibətlərini daha da dərinləşdirəcək və sonu peşmançılıq olacaq, yəni oğlana öz bəkarətini verəcək və məsələ daha da pisləşəcək. O, Günaya bildirmişdir ki, “sən hələ uşaqsan burda qalıb bütün nəslin adını batıracaqsan, atandan icazə alıb səni özümlə Ukraynaya aparacam. Bir-iki il orada qalarsan, hər şey qayıdandan sonra qayıdarsan.” Günay isə əsəbləşib ağlamış və and içib bildirmişdir ki, “əgər atamı razı salıb məni zorla özünlə Ukraynaya aparsan özümü öldürəcəm.” O, Günayın belə davranışını və onu Ukraynaya məcburi aparmaq istəməyinə sərt reaksiyasını görüb onun doğurdan da özünə qəsd edə biləcəyini düşünmüşdür. Ona görə qərara almışdır ki, Günayı xoşluqla və ona xoş münasibət göstərərək onu Ukraynaya özü ilə müvəqqəti aparmaq üçün razı salsın. Aralarında birinci dəfə bu söhbət olan günün səhəri günü o, Günayla yaşadıqları evdə danışan zaman yenə də onunla Ukraynaya getməyə razı olarsa orada ona Hüseynağa ilə telefonla danışmasına şərait yaradacağım və hətta 17-18 yaşı tamam olan zaman Ukraynadan qayıdarkən atası Babəklə danışıb onun Hüseynağa adlı oğlanla evlənməsi üçün razılıq alacağını demişdir. Bu məzmunda Günayla xoş dillə danışdıqdan sonra Günay bildirmişdir ki, əgər Hüseynağa da onun Ukraynaya getməsinə və qayıtdıqdan sonra onunla evlənməsinə razı olarsa onda Günay onunla Ukraynaya gələr. Günayın bu cür şərt qoymasına görə o, fikirləşmişdir ki, öz nəzarəti ilə Günayın Hüseynağa adlı oğlanla danışıb əlaqə qurmasına şərait yaradacaq və Günay Hüseynağa adlı oğlanla danışıb razılaşdıqdan sonra onunla Ukrayanaya gəlməyə razı olacaq. Buna görə də Günaya bildirmişdir ki, Hüseynağa ilə onun nəzarəti İlə danışmağına icazə verir. Bundan sonra təxminən 2 sentyabr 2022-ci il tarixdə Günay evdə olan özünə məxsus notbuk vasitəsi ilə instaqram sosial şəbəkəsində Hüseynağa ilə yazışmağa başlamışdır. İki-üç gün Günay onun nəzarəti ilə Hüseynağa ilə notbukda yazışmışdır. Lakin, o, Günayla Hüseynağanın gün ərzində uzun müddət danışmağına icazə verməmişdir. Günayın Hüseynağa ilə danışmağına şərait yaratmaqda əsas məqsədi Günayı xoşluqla yola gətirib atasının razılığı ilə özü ilə Ukrayna Respublikasına aparmaq olmuşdur. Belə ki, 5 sentyabr 2022-ci il tarixdə Günay ona bildirmişdir ki, 7 sentyabr 2022-ci il tarixdə olan ad günü münasibəti ilə gedib ona pal-paltar alsın. Günaya palpaltar almaq üçün Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən geyim mağazalarına getməyə qərar vermişlər. Günay ona bildirmişdir ki, Hüseynağanı da Maştağa qəsəbəsinə çağırmaq istəyir və onu 5 dəqiqəlik də olsa orada görmək istəyir. O, əvvəl ona etiraz etmiş, daha sonra Günayın küsdüyünü görüb onu narazı salmamaq üçün Hüseynağa adlı oğlanı onların getdiyi yerə çağırmasına razı olmuşdur. Bundan sonra Günay Hüseynağa ilə notbukda instaqram sosial şəbəkəsi vasitəsi ilə danışmış və ona 06 sentyabr 2022-ci il tarixdə Maştağa qəsəbəsinə gedib orada alış-veriş edəcəyini bildirib ona da ora gəlməsini demişdir. Bu söhbətin səhəri günü, yəni 06 sentyabr 2022-ci il tarixdə onlar Bilgəh qəsəbəsində yaşadıqları evdən çıxıb avtobusla Maştağa qəsəbəsinə getmişlər. Yolda olan zaman Günay ondan istifadəsində olan telefonu alıb Hüseynağanın istifadəsində olan, hazırda xatırlamadığı nömrəsinə zəng etmiş və ona Maştağa qəsəbəsinə çatdıqlarını, geyim dükanlarının yanında olduqlarını bildirmişlər. Atası Mixayıl vəfat edəndən sonra ona məxsus ***-***-**-** saylı telefon nömrəsini o, isitfadə etməyə başlamışdır.Çünki, o, Ukraynadan Bakıya qayıdandan sonra Azərbaycan Respublikasındakı mobil operatorlara məxsus hər hansı nömrə almamışdır.Ukrayna nömrəsi istifadə etmişdir və həmin nömrənin də yalnız vatsapım istifadə edə bilmişdir.Belə ki, həmin gündən bir neçə gün əvvəl Günayın özünün telefonunu atası əlindən aldığı üçün və özünün telefonu olmadığı üçün yolda olan zaman onun istifadə etdiyi, atasına məxsus ***-***-**-** saylı telefon nömrəsindən Hüseynağaya zəng edib ona Maştağa qəsəbəsində olan geyim dükanlarının yanma gəlməsini bildirmişdir.O, Günayla Maştağa qəsəbəsinə çatıb biraz geyim dükanlarına baxmış, təxminən yarım saat sonra Hüseynağa adlı oğlan həmin geyim dükanlarının yanma gəlmiş və Günay Hüseynağanı ona təqdim etmişdir. O, vaxtadək Hüseynağanı görməmişdir və onunla danışmamışdır. Hüseynağa gəldikdən sonra onlar onunla birlikdə Maştağa qəsəbəsində olduqları yerin yaxınlığında yerləşən parka getmişlər. O, yorulduğu üçün parkda oturacaqda oturmuşdur. Hüseynağa ilə Günay da onun yanında oturmuşlar. O, Hüseynağadan Günayla evlənib evlənmək istəmədiyini soruşmuşdur.Hüseynağa isə Günayı sevdiyini və onunla evlənmək istədiyini ona bildirmişdir. O, isə Hüseynağaya bildirmişdir ki, “hələ tezdir, 18 yaşma çat, əsgərliyə get qayıt, bir iş tapıb işlə, daha sonra gəlib Günayı atasından istəyərsən”. Bu söhbətdən sonra o, Günaya demişdir ki, “daha bəsdir, qayıdaq evə”. Hüseynağaya isə kənardan görən olar deyə onların yanma gəlməməsini tapşırmışdır. Maştağa qəsəbəsindən avtobusa minib Bilgəh qəsəbəsindəki yaşadıqları evə gəlmişlər. 06 sentyabr 2022-ci il tarixdə təxminən saat 14 radələrində qardaşı Babək Bilgəh qəsəbəsində yaşadıqları evə gəlmiş və bildirmişdir ki, oğlu Tuncay rayona idmanla bağlı yarışa gedəcək, ona görə birazdan evə gəlib idman paltarlarını götürəcək, daha sonra isə o, X29 metrosunun yaxınlığında yerləşən evlərinə aparacaq. Bu zaman qardaşı Babək arvadı X34 metrosunun yanında yerləşən evi təmizləmək lazım olduğunu və Tuncayı rayona yola salan zaman Tuncaya nəsə lazım olsa kömək etsin deyə arvadı Gülnara da onunla həmin evə getməyi təklif etmişdir. Gülnar Babəklə birlikdə Qara Qarayev metrosunun yanında yerləşən evlərinə getməyə razı olmuşdur. Babək Gülnarla və onunla o biri evlərinə getmək barədə danışarkən bildirmişdir ki, gedərkən həmin gün özü də orada qalacaq, Bilgəhdəki evə qayıtmayacaq. Belə ki, bundan təxminən yarım saat sonra Babəkin oğlu Tuncay evə gəlmişdir, yemək yemiş, çay içmişdir. Daha sonra isə saat 22 radələrində Babək, oğlu Tuncay və Babəkin arvadı Gülnar Babəkə məxsus Prado markalı avtomobilə oturub Qara Qarayev metrosunun yanında yerləşən evlərinə getmişlər. Günayla o, evdə ikisi qalmışdır. Bundan təxminən yarım saat sonra Günay ondan xahiş etmiş və demişdir ki, “telefonu ver, zəng edim, Hüseynağanı evə çağırım, söhbət edək.” O, nəyə görə Hüseynağam evə çağırmaq istədiyini soruşduqda Günay bildirmişdir ki, “ona Ukrayna Respublikasına getmək istədiyini deyim və qayıdandan sonra mənimlə ailə qurub-qurmayacağı barədə sən də onunla söhbət et.Əgər razı olsa mən səninlə Ukraynaya müvəqqəti yaşamaq üçün gedərəm.” Bundan sonra o, Günayın Hüseynağanı evə çağırmağına razı olmuşdur. Günay ona məxsus telefonu götürüb vatsap vasitəsi ilə Hüseynağanın xatırlamadığı telefon nömrəsinə zəng etmiş və onu evə çağırmışdır.Bundan sonra Hüseynağa ilə danışdıqdan sonra, 06 sentyabr 2022ci il tarixdə təxminən saat 23:40- 23:50 radələrində Hüseynağa onların yaşadıqları evə gəlmişdir. Hüseynağa onunla və Günayla salamlaşmış və onlar evin qonaq otağında oturmuşlar. Günay Hüseynağaya ilə söhbət zamanı bildirmişdir ki, “bibim məni özü ilə Ukraynaya aparmaq istəyir.” O, da həmin vaxt Hüseynağaya demişdir ki “Günayı özü ilə Ukraynada yaşamağa aparmaq istəyirəm. Sən də biraz böyü, 18 yaşma çatarsan, ondan sonra Günayı gətirərəm, o vaxt istəsən elçi göndərib Günayı atasından istəyərsən. Günay Ukraynada olan zaman da səninlə danşmağma şərait yaradaram” Hüseynağa demişdir ki, Günayın Ukraynaya getməyinə razıdır, Günay qayıdandan sonra ailə qurmaq məsələsinə baxarlar.” Bundan sonra Günay və Hüseynağa mətbəxə keçmiş və evin mətbəxində oturub Hüseynağa ilə söhbət etmişlər. Artıq saat 00:30 radələri olmuş və o, düşünmüşdür ki, daha gecdir və yatmaq istəyir. Ona görə də Günayın və Hüseynağanın yanma mətbəxə keçib Hüseynağaya daha gec olduğunu və getməsini bildirmişdir. Hüseynağa mətbəxdən çıxarkən dəhlizin işığını söndürmüşdür ki, evdən çıxan zaman qonşulardan kimsə Hüseynağanın onların evindən çıxdığını görər. Hüseynağa mətbəxdən çıxıb getmiş, o və Günay isə Hüseynağanın arxasınca getməmişlər və onlar zal otağa keçmişlər. Bundan təxminən 15 dəqiqə sonra evin həyətinin işıqları yanmış, o, bayıra çıxdıqda görmüşdür ki, qardaşı Babək gəlmişdir. O, Babəkdən rus dilində nəyə görə gəldiyini soruşduqda o, da ona rus dilində cavab verib bildirmişdir ki, Tuncayın idman köynəyi yadından çıxıb, evdə qalıb, sabah rayona getməlidir, ona görə onu götürməyə gəlmişdir. Babək evin həyətində olan stolun üstündən Tuncayın köynəyini tapıb götürüb evin həyətində olan qaraja girmişdir. O, da Babəkin ardınca yavaş-yavaş gedərək qaraja girmişdir. O, qaraja daxil olanda Babək artıq Toyota Prado markalı avtomobili qarajdan çıxarmışdır və avtomobil qarajın qapısının qarşısında olmuşdur, lakin qaranlıq olduğu üçün avtomobilin içərisi görünmürmüş.Ona görə də avtomobilin içərisində kiminsə olub olmadığını görməmişdir. O, qarajın qapısını bağlayıb evə qayıtmışdır. Həmin gecə gec olduğu üçün artıq o, yatmışdır. Həmin günün səhəri, yəni xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Hüseynağanın bacıları və anası onların yaşadıqları evə gəlmişdir. Hüseynağanın onların evində olub-olmadığını soruşmuşlar. O, onlara Hüseynağanın onların evində olmadığını bildirmişdir. Həmin vaxt bacısı Adilə də onların evində olmuşdur. Hüseynağanın bacıları onları təhqir etmişdir və guya Hüseynağanı gizlətdiklərini və ya ona nəisə etdiklərini bildirmişlər. Buna görə də aralarında mübahisə yaranmışdır. Babək də həmin vaxt evdə olmuşdur.Onlar getdikdən sonra o, Babəkdən Hüseynağanı doğrudan da görüb görmədiyini soruşmuşdur. O, isə bildirmişdir ki, Hüseynağanı görməmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında isə onların hamısını, yəni Günayı, Babəki, onu, Gülnarı polis əməkdaşları gəlib polis bölməsinə aparmışlar. Orada onu sorğu sual edib buraxmışlar. xx.xx.2022-ci il tarixdə isə təkrar onları polis bölməsinə dəvət edib aparmışlar və yenidən sorğu sual zamanı o, Hüseynağanın sonuncu dəfə xx.xx.2022-ci il tarixdə onları gəldiyini və ondan sonra onu görmədiyini, hazırda ifadəsində göstərdiklərini polis əməkdaşlarına da bildirmişdir. Bundan sonra eşitmişdir ki, Babək polis və prokurorluq əməkdaşlarına sorğu sual zamanı Hüseynağanı xx.xx.2022-ci il tarixdə gecə saatlarında onların evinin həyətində görüb tutub aparıb öldürdüyünü etiraf etmişdir. Məhz ondan sonra o, Hüseynağanın öldürüldüyünü bilmişdir. Həmin vaxtadək isə onun harada olması barədə məlumatı olmamışdır. Zərərçəkmiş şəxs evdən yola salarkən evin həyət işıqlarını və evin içərisində olan işıqları söndürməmişdir. Evin işıqlarının bir hissəsi həmişə sönülü olurmuş. Bir hissəsi isə yandırılmış vəziyyətdə qalırmış.Hüseynağa gələndə də, gedəndə də evin və həyətin işıqlarının bir hissəsi sönmüş vəziyyətdə olmuşdur.X20 Zərərçəkmiş şəxs öldürəcəyini bilməmişdir, bu barədə məlumatım olmamışdır, heç ağlına belə gətirə bilməzmiş ki, Babək onu öldürər. xx.xx.2022-ci il tarixədək, yəni Zərərçəkmiş şəxs onların evinə gələnədək o, Şahid2 Zərərçəkmiş şəxsla cinsi əlaqədə olmağını bilməmişdir. Lakin, görüşdüklərini bilmişdir. Günay Sabunçu RPİ-nin 14-cü PBdə xx.xx.2022-ci il tarixdə izahat verərkən Hüseynağa ilə cinsi əlaqədə olmağını bildirdikdən sonra onun Günayla Hüseynağanın cinsi əlaqədə olmasından məlumatı olmuşdur. Günay Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürəcəyini və ya öldürdüyünü bilməmişdir. Bu barədə ona da hər hansı söz deməmişdir və ya aralarında bu barədə danışıq olmamışdır. Zənn edir ki, qardaşı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürməsində ona kimsə kömək etməmişdir. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə saat 23 radələrində onların evinə gələcəyini o, Təqsirləndirilən şəxs deməmişdir.Bu barədə qardaşı Təqsirləndirilən şəxs əvvəlcədən məlumatı olmamışdır. Hüseynağanın onların evinə nə vaxt gələcəyini əvvəlcədən konkret olaraq heç kəs bilməmişdir. Çünki, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Babək, arvadı Gülnar və oğlu Tuncay Bilgəh qəsəbəsində yaşadıqları evdən çıxıb getdikdən sonra Hüseynağa ilə görüşmək və Ukraynaya getmək və qayıtdıqdan sonra ailə quracağı barədə danışmaq ağlına gəldiyi üçün onu evə çağırmağı Günay istəmiş və bu barədə ondan xahiş etdikdən sonra o, Hüseynağanı çağırmağına razı olmuşdur. Əlavə olaraq bildirir ki, Günay və o, polis bölməsində sorğu sual edilərkən ayrı ayrılıqda olmuşlar. Ona görə Günayın konkret olaraq orada nə dediyini bilmir. Lakin, Leyla Şeydabəyovanm ifadəsində göstərdiyi həmin xüsusatlarla bağlı bildirir ki, Hüseynağam xx.xx.2022-ci il tarixdə yaşadıqları evə o, yox, Ukraynaya getmək mövzusunda danışmaq üçün və Hüseynağanı görmək üçün Günay çağırmış, lakin Hüseynağam çağırarkən ondan razılıq almışdır. Bundan başqa Hüseynağa gəlməzdən əvvəl evin həyətinin işıqlarını o, söndürməmişdir.Hüseynağa evdən çıxmazdan əvvəl qonşular Hüseynağanın onların evindən çıxmasını görməsin deyə o, evin dəhlizinin işığını söndürmüşdür. Evin həyətinin işıqları isə Hüseynağa gəlməzdən əvvəl onsuz da bir hissəsi sönmüş vəziyyətdə olmuşdur. Bundan başqa da qeyd edir ki, Hüseynağanın evdən çıxmasından 5 dəqiqə sonra qardaşı Babək evə gəlib ona “baqaja qoyub aparacam” sözlərini deməmişdir. Hüseynağa evdən çıxdıqdan təxminən 15 dəqiqə sonra Babək evə gəlmiş, ondan rus dilində oğlu Tuncaym idman köynəyinin yerini bilib-bİlmədiyimi soruşmuşdur, o isə ona rus dilində cavab verərək köynəyi görmədiyini bildirmişdir. Daha sonra isə Tuncaym köynəyini Babək özü evin həyətində axtarmağa başlamış və o, da evə keçib köynəyi axtararkən Babək demişdir ki, köynəyi evin həyətində tapmışdır. Bundan sonra isə Babək demişdir ki, “mən gedirəm.” Babəkin həmin vaxt ondan köynəyin yerini rus dilində soruşması və onun Babəkə rus dilində cavab verməsi hər hansı xüsusi bir şeylə əlaqəli deyil. O, uzun müddət Ukraynada yaşadığı üçün qardaşları və bacısı ilə danışdığı zaman həm azərbaycanca, həm də rus dilində danışmışdır. Ona görə də Babək onu həmin vaxt rus dilində dindirmişdir. Əlavə olaraq qeyd edir ki, Babək evin həyətində 20 dəqiqə qalıb onunla danışmamışdır. X11 ifadəsində göstərdiyi kimi deyil, hazırda onun ifadəsində qeyd etdiyi kimi baş vermişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş, 10 sentyabr 2022-ci il tarixli Təqsirləndirilən şəxs şübhəli şəxsin dindirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərin baş verməsi halları barəsində ətraflı ifadələr vermişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş, 12 seyntyabr 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs meyitinin aşkar edildiyi yer Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində, Sədərək Ticarət Mərkəzinin arxa giriş hissəsinin yannda yerləşən ünvansız boş ərazidir. Sədərək Ticarət Mərkəzinin arxa girişi avtomobillərin keçməsinə nəzarət üçün şlaqbaum qoyulmuş keçidlərdən ibarətdir. Həmin keçdilə üzbəüz dayandıqda keçdiidn sol hissəsindən həmin boş əraziyə yol gedir. Həmin yol torpaq Örtüklüdür.Yolun olduğu ərazidə sağ və sol hissələrdə qum yığılmış təpəciklər vardır. Torpaq yolun sol tərəfində Sədərək Ticarət Mərkəzinin tikinti təsərrüfat işləri ilə məşğul olmaq üçün inşa edilmiş müəssisə, bayır divarları sarı rənglə boyanmış bir mərtəbəli tikili olduğu görünür. Həmin tikilinin qarşısında asvaltçəkən və yer qazan maşınlar vardır. Torpaq örtüklü yolun sağ hissəsi isə Sədərək Ticarət Mərkəzinin arxa giriş qapısından daxil olduqdan sonra ticarət mərkəzinin içərisinə doğru uzanan avtomobil yoludur. Həmin torpaq yolla Sədərək Ticarət Mərkəzinin arxa girişindəki avtomobil yoluna paralel olaraq təxminən 200 metr yola paralel istiqamətdə hərəkət etdikdən sonra yolun sağ hissəsində su çəni olduğu görünür. Su çəninin arxa hissəsində qazılmış çuxur olduğu görünür. Çuxurun dərinliyi təxminən 1, 5 metrdir. Həmin çuxur Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürdükdən sonra basdırdığı və onun ifadəsinin yerində yoxlanılması zamanı meyitin aşkar edilərək çıxarıldığı çuxurdur. Çuxurun ətrafı isə torpaq örtüklü boş ərazidir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş, 11 sentyabr 2022-ci il tarixli meyitə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, meyitin əynində aşağıdakı paltarlar vardır: Ön və arxa hissəsində “POLM ANGEL” yazısı olan qara rəngli uzunqol köynək; Ön hissədə “GOOD”, “THİNGS”, “GOOD THİNGS” yazıları olan yaşımtıl-qara qısaqol köynək; Qara rəngli cins şalvar; Qara-boz rəngli “HLWZ” yazıları olan trusik; 1 cüt qara rəngli idman ayaqabısı və 1 tay qara corab. Paltarlar torpağa, gilə və çürümə myesinə bulaşmışdır. Uzanıqlı vəziyyətdə boyu 165 sm-dir. Meyit düzgün bədən quruluşludur, 14- 17 yaşlarına uyğun gəlir. Meyitin dəri örtükləri çirkli yaşılımtıl-qəhvəyi rəngdədir. Əllə yoxlanıldıqda meyit soyuqdur. Meyit ləkələri bədənin arxa və yan səthinə yerləşmişdir, epidermis qatı soyulduğu üçün tünd qırmızı rəngdə izlənili, barmaqla təzyiq edildikdə rəngi itmir. Yoxlanılan adi əzələ qruplarında meyit qacıması yoxdur. Baş tükləri yüngül təzyiqdən dəri ilə birlikdə soyulu, 4-5 sm uzunluğunda qara saçı vardır. Sol gicgah-təğə nahiyəsində 8,5x7,5 sm ölçüdə dərisi bulanıq qırmızı rəngli qançırlaşmış yumşaq konsistensiyası hematoma vardır. Əllə müayinə edildikdə kəllə sümüklərində patoloji hərəkətlilik yoxdur. Göz almaları gözyuvalarından xaricə doğru qabarmışdır, forma və quruluşunu itirmişdir, qüzehli gişa qəhvəyi rəngdədir. Əllə müayinə edildikdə burun və üz skleti sümükləri tamdır. Ağzı açıqdır, dil ağız boşluğunda xaricə doğru çıxmışdır. Ağzında olan dişləri təbiidir. Dodaqların selikli qişası bulanıq və çəhrayımtıl rəngdədir, zədəsizdir. Xarici qulaq keçəçəkləri sərbəstdir, zədəsizdir, qulaq seyvanı qığırdaqları tamdır. Boynu düzgün formalıdır. Meyitin boynunda 119 və 105 sm uzunluqda qara rəngli pres ipi vardır. Qeyd olunan ip boyunun orta 1/3 nü bir neçə dəfə dolanıb düyün vurularaq ilgək əmələ gətirmişdir. İlgək açıldı. Boyunun orta 1/3-d\ 30x0, 8x0,6 sm ölçüdə 2 qat stranqulyasiya şirimi vardır. Əllə müayinə edildikdə boyun fəqərələri tamdır. Döş qəfəsi simmetrikdir, əllə müayinə edildikdə qabırğalarda patoloji hərəkətlilik müəyyən olunmur. Əllə müayinə edildikdə kürək və onurğa sütunu tamdır. Qarnı döş qəfəsi səviyyəsindən bir qədər hündürdə yerləşmişdir, dərisi bir qədər gərgindir. Üzərində xəsarət yoxdur. Xarici cinsiyyət üzvləri kişi tipli olub, sünnətlidir, düzgün inkişaf etmişdir, zədəsizdir. Arxa keçəcək dəliyi örtülüdür, ətraf dərisi zədəsizdir. Sağrıları yana çəkdikdə anus dəliyi “qıf” şəkillidir, şüaya bənzər büküşlər hamarlaşmamışdır. Əllə müayinə edildikdə çanaq sümükləri tamdır. Meyitin xarici müyinəsində çürümə dəyişikliyi fonunda digər xəsarətlər aşkar edilmədi. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X15” X35 10 sentyabr 2022-ci il tarixli 220 saylı ekspertiza rəyindən və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyiti müayinə edilərkən boyunun orta 1/3-də üfüqi vəziyyətdə yerləşmiş qapanan ikiqatlı stranqulyasiya şırımı və stranqulyasiya şırımı boyunca boyunun yumşaq toxumalarına qansızma; sol təpə-alm nahiyəsinin dərialtı hematoması müəyyən edilmişdir. Xəsarətlər həyatidir, Zərərçəkmiş şəxs ölümündən az əvvəl törənmişlər. Xəsarətlərdən boyunun orta 1/3-də üfüqi vəziyyətdə yerləşmiş qapanan ikiqatlı stranqulyasiya şırımı və stranqulyasiya şırımı boyunca boyunun yumşaq toxumalarına qansızma ilgəyin təsirindən əmələ gəlmişdir, meyitin boynundan açılmış sintetik materialdan olan ipdən hazırlanmış ilgəyin təsirindən əmələ gələ bilər və dərəcəsinə görə ümumilkdə canlı şəxslərdə sağamlığa ağır zərərvurmanm əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Sol təpə-alm nahiyəsinin dərialtı hematoması isə bərk-küt əşya təsirindən törənmişdir, canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmanm əlamətləinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəsi yoxdur. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb boyun üzvlərinin ilgəklə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya (ilgəklə boğma) olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 2-4 sutka əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs arxa keçəcək dəliyində xəsarət aşkar olunmadı. Meyitin arxa keçəcək nahiyəsindən götürülmüş tamponun məhkəmə-tibbi tədqiqi zamanı spermatozoidlər aşkar olunmadı. Mərhum Zərərçəkmiş şəxs meyitində kəskin çürümə dəyişikliyi fonunda yuxarıda qeyd olunan xəsarətlərdən başqa digər xəsarətlər aşkar edilmədi. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş əzələdə məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş, xx.xx.2022-ci il tarixli “Telefon danışıqlarına dair məlumat olan diskə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətindən Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsi ilə daxil olmuş telefon nömrələrinin anten dairələrini, paralelliyi, sms və zənglərə dair məlumatları əks etdirən bir ədəd CD-diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, CD-diskin 12-ci qovluğunda xx.xx.2022-ci il tarixdə gecə saat 01:11-də, yəni cinayət hadisəsinin törədildiyi vaxta yaxın zamanda yalnız təqsirləndirilən şəxsə məxsus ***-***-**- ** saylı telefon nömrəsinin ünvan 10 ünvanında əhatə dairəsində olduğu görünür. Eləcə də, həmin qovluğa baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsi ilə xx.xx.2022-ci il tarixdə saat 01:11-dən xx.xx.2022-ci il saat 20:43-dək olan müddətə eyni hərəkət trayektoriyası üzrə hərəkətdə olmaqla paralel olaraq anten dairəsi göstərən hər hansı nömrə yoxdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş, xx.xx.2022-ci il tarixli BPİ-nin DYPİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, 046-50211 saylı məktubla göndərilmiş cədvəldə Təqsirləndirilən şəxs idarə etdiyi Toyota Prado markalı, **-NF-*** dövlət nişanlı avtomobilin xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə olan hərəkət trayektoriyasından görünür ki, xx.xx.2022-ci il tarixdə saat 23:10 radələrində Bakı şəhəri Qara Qarayev prospektindən, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi istiqamətində Azərbaycan qadım küçəsi ilə gecə saat 03:10-da Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsi-Q. Qaray ev prospekti kəsişməsi istiqamətində, xx.xx.2022-ci il tarixdə, Lökbatan qəsəbəsi, 28 may küçəsi Dəmiryol keçidi və Qaradağ istiqamətində hərəkətdə olmuşdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş, Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 05 dekabr 2022-ci il tarixli, 3250 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməllərini törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilməyib. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hadisə zamanı öz hərəkətlərinə cavab vermək və ya onlara rəhbərlik etmək qabliyyətində olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddələrinin təsiri altına düşümür. Təqsirləndirilən şəxs hazırda da Öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar edilmir. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.3-cü maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməllərini törədərkən psixi-emosional halında qəzəb, aqressiya yaranmışdır. Həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməllərini törədərkən fizioloji affekt halında olmamışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş, Məhkəmə-tibbi-kriminalistik ekspertizasının 09 dekabr 2022-ci il tarixli 613- MTKŞ/2022 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mərhum X4 məxsus kapüşonlu köynək, köynək, şalvar, tuman, corabın bir tayı və idman ayaqqabısı üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynək və şalvar əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş şahid Məmmədova Naziliaya məxsus don üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Şahid5 məxsus köynək və şort əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Şahid2 məxsus köynək və şalvar əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş şahid Qanuni nümayəndə məxsus şalvarın sağ yan tikişi üzərində aşkar edilmiş bir ədəd natamam sökülmə zədəsi, şalvarın müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilib-dartılması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş şahid Qanuni nümayəndə qızma məxsus köynək üzərində əhəmiyət kəsb edən İnər hansı bir zədə aşkar olunmadı. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Məhkəmətibbi-bioloji ekspertizasının 12 dekabr 2022-ci il tarixli 771/2022-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meytindən götürülmüş əzələ nümunəsinə görə ABO sistemi üzrə qrup göstəricisi: AB/H//İV/. Nazillia Mamedovanm ABO sistemi üzrə qan qrupu: B-alfa/H//lİİ/. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: B/lll/. /Şəxsiyyəti təsdiq edən sənədlər üzrə portal axtarış vərəqəsinin kserosurətinə əsasən/ Şahid2 ABO sistemi üzrə qan qrupu: AB/İV/. Qanuni nümayəndə ABO sistemi üzrə qan qrupu: A/ll/. Şahid5 ABO sistemi üzrə qan qrupu: 0/1/. /Sonuncuların şəxsiyyət vəsiqələrinin kserosurətlərinə əsasən/ Ekspertizaya təqdim edilən mərhum Zərərçəkmiş şəxs məxsus cins şalvar, papaqlı idman koftası, qısaqol mayka, trusik, meyitin büküldüyü kilim üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A,B,H antigenləri alındı. Beləliklə, bu qan ləkələri AB/H//İV/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum Zərərçəkmiş şəxs məxsus ola bilər. Göstərilən maddi sübutlar üzərindəki ləkələrdə B/İİİ/ qruplu Təqsirləndirilən şəxs, şahid qismində dindirilmiş B/H//İİİ/ qruplu Şahid4nm, A/ll/ qruplu Qanuni nümayəndə və 0/1/ qruplu Şahid5 qanlarının olması yalnız həmin ləkələrdə qarışıq qanın olduğu halında mümkündür/əgər onlarda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarətlər olubsa/. Təqdim edilən Şahid4 məxsus don üzərindəki ləkədə qan, Zərərçəkmiş şəxs məxsus bir cüt idman ayaqqabısı, bir tay corab, Təqsirləndirilən şəxs məxsus qısaqol köynək, Şahid2 qızma məxsus qısaqol kofta, idman şalvarı, Qanuni nümayəndə qızma məxsus qısaqol kofta, idman şalvarı, Şahid5 məxsus qısaqol mayka, idman şortiki üzərində qana bənzər şübhəli hər hansı bir ləkə aşkar olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, gəldiyi bütün nəticələri əsaslandırmalıdır, lakin bu o demək deyildir ki, məhkəmə gəldiyi nəticəyə əsas olmuş bütün halları təsvir etməlidir. Məhkəmənin bu qənaəti İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X19rşı (19 aprel 1994-cü il) işində (51 b bəndi) gəldiyi qənaəti baxımından da əsaslıdır. Məhkəmə həmin qərarında qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüquqi tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o, demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2002-ci il tarixli, 3 nömrəli qərarının 13-cü bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı, bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs ifadələrində göstərdi ki, Zərərçəkmiş şəxs onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olmamış, ona qarşı müqavimət göstərmiş, hətta ona zərbələr endirərək xəsarət də yetirmişdir. Məhkəmədə onun bu ifadələri əsaslı şübhələrlə müşahidə olundu. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 2490A saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı istintaq təcridxanasının tibb sanitar hissəsində müayinə edilərkən onun üzərində sol qulaq seyvanı və hər iki bazu nahiyəsində qançırlar müəyyən edilmişdir. Sol qulaq seyvanının qançırı tibb sanitar hissəsində müayinədən 3-5 gün, hər iki bazu qançırları isə 9-11 gün əvvələ uyğun gəlməklə, hadisənin baş verdiyi gün, yəni xx.xx.2022- c i il tarixdə əmələ gəlməyə xarakterik deyil. Beləliklə məhkəmə sözügedən ekspert rəyinə əsaslanaraq, Təqsirləndirilən şəxs bu ifadələrini özünün müdafiəsinə yönələn faktiki əsassız ifadələr kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmədə ifadələrində göstərdi ki, Zərərçəkmiş şəxs əl-qolunu bağlayıb təxminən bir saat müddətində iradəsinə zidd olaraq özünə məxsus “Toyota Land-Cruiser Prado” markalı avtomobilin arxa oturacağında saxlayıb sərbəst hərəkət etmək imkanını məhdudlaşdırmışdır. Məhkəmə qeyd edir ki, adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrumetmə cinayətlərində azadlıqdan məhrumetmənin müddətinin əməlin tövsifinə heç bir təsiri yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9 və 145.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmiş, yəni yetkinlik yaşına çatmayan şəxsi adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etməklə onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs Zərərçəkmiş şəxs öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs ittiham olunduğu əməlləri qəsdən törətməsinin sübüta yetirildiyi qənəaətinə gəlib onun əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9 və 145.2.3-cü maddələri ilə tövsüf olunmasını əsəaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini qəsdən törətməsi qənaətinə gəlir və bu səbəbədən də onun bu əməllərə görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi əvvəllər məhkum olunmaması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddələrində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxsun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsinin sankasiyasında müddətli azadlıqdan məhrum etmə cəzası ilə bərabər, həmin əmələ görə ömurlük azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulduğunu nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs müddətsiz,yəni ömürlük həbs cəsası təyin etmək üçün əsas müəyyən olunmadı. Çünki məhkəmədə Təqsirləndirilən şəxs bu əməli törətməsinə səbəb zərəçəkmiş şəxsin onun yetkinlik yaşına çatmayan qızına qarşı törətdiyi əxlaqsız hərəkətlər olması, təqsirləndirilən şəxsin həmin əməli törətməmişdən qabaq dəfələrlə Zərərçəkmiş şəxs qızının uşaq olduğunu deyib onu bu hərəkətlərdən əl çəkdirməyə çalışması, lakin sonuncunun buna məhəl qoymayaraq öz əməllərini davam etdirməsi nəticəsində törədilməsi müəyyən olundu. Bu səbəbdən də Təqsirləndirilən şəxs ömürlük cəza verilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə, göstərilənlərlə bərabər qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməllərin törədilməsi şəraitini, onun törətdiyi əməlin hallarını nəzərə alıb ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulan cəzaların aşağı həddlərində nəzərdə tutulan hədlərdə cəza təyin olunmasını mümkün saymır. Çünki məhkəmənin qənaətinə görə o, baş vermiş əmllərə qarşı adekvat münasibət göstrməyə meyilli deyildir. Qanuna münasibətdə münaqişədədir. Əks halda o, qızına qarşı törədilmiş əməli bildikdən sonra, qurbana qəsd yox, onu hüquq mühafizə orqanlarına təhvil verərdi. O, is bunu etməyib, bu əməlləri törətmişdir və boğub qətlə yetirdiyi şəxsi öldürmək ismədiyini iddia edir. Onun bu iddiası da məhkəmədə təkzib olundu. Məhkəmə, X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzasının həddini müəyyən edərkən həmin əməl nəticəsində baş vermiş ictimai təhlükəli nəticələrin, o cümlədən də qanunvericiliklə xüsusi ilə ağır cinayətlər kateqoriyasına aid olunmuş cinayətin baş verməsini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9 maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayətlər və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddələrinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. Məşkəmə, cinayət qanunun qeyd edilən tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəza çəkmə müddətinə aid edildiyindən nəzərə alıb Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməsini və ona təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 10 sentyabr 2022-ci il tarixdən hesablanmalı olmasını əsaslı sayır. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını təyin etmək qərarına gəldiyindən, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirini hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə cinayət işi üzrə maddi sübutların taleyini həll edərkən qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs meyitinin üzərindən götürülmüş paltarları, meyitin üzərindən açılaraq götürülmüş ip, skoç və kilim istehlak dəyərini itirdiyi üçün məhv edilməlidir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X9 və mərhum Zərərçəkmiş şəxs anası Şahid1 Təqsirləndirilən şəxs qarşı mülki idda verərək törədilmiş cinayət nəticəsində onlara dəymiş maddi zərərə görə 36136 manat, hüquqi varisi X9qa dəymiş mənəvi zərərə görə 6000 (altı min) manat, anası Şahid1 dəymiş mənəvi zərərə görə 7000 (yeddi min) manat, mülki iddia üçün ödənilmiş 238 (iki yüz otuz səkkiz) manat dövlət rusumunun, cəmi 49136(qırx doqquz min yüz otuz altı) manat pulun Təqsirləndirilən şəxs tutularaq onlara ödənilməsini xahiş etdilər. Məhkəmədə bu mülki iddia müzakirə olunarkən X3 mərhum Zərərçəkmiş şəxsin hüquqi varisi olub, cinayət prosessinin iştirakçısı olması, Şahid1 isə prosess iştirakçısı olmadığı müəyyən olundu. Bu səbəbdən də məhkəmə, mülki iddianın yalnız zərərçəkmiş şəxsin hüquqi varisi X5 dəymiş mənəvi zərər hissəsində müzakirə olunmasını əsaslı sayır. Çünki iddiaçı maddi zərərin ümumiliyini göstərib, həmin maddi zərərin dəyməsini təsdiq edən sübutları təqdim etmədi. Şahid1 Hüsyenağa qızı isə proses iştirakçısı deyildir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi Zərərçəkmiş şəxs qətlə yetirilməsi ilə yekunlaşan xüsusilə ağır cinayət nəticəsində X3 mənəvi iztirablara məruz qaldığını və ona mənəvi zərər dəydiyini qəbul edir. X9 ona dəymiş maddi zərəri 6000 (altı min) manat həcmində qiymətləndirmişdir. Məhkəmə törədilmiş əməlin xarakterini və nəticələrini, həmin əməlin X3 daxili inamı əsasında qiymətləndirildiyini və tələb olunan məbləğin ağlabatan olduğunu nəzərə alıb idianı həmin hissədə təmin edilməsini, iddianın digər hissədə baxılmamış saxlanılmasını və iddiaçılara həmin hallara bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olmasının izah edilməsini əsaslı sayır. Məhkəmə tərəfindən hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs qanunla müəyyən olunmuş xüsusi müsadirə edilməli olan əmlakı müəyyən edilmədi. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü 3 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən 45 (qırx beş) saat hüqüqi yardım göstərilməsi və bu səbəbdən də ona 270 (iki yüz yetmiş) manat ödənilməli olması müəyyən olundu. Məhkəmə bu məbləğin dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, Təqsirləndirilən şəxs həmin məbləği ödəməkdən azad olunmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9 və 145.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9 -cu madəsi ilə 17 (on yeddi ) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 145.2.3-cü maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələblərinə əsasən, ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 18 (on səkkiz ) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 10 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxsin hüquqi varisi X9 və mərhum Zərərçəkmiş şəxs anası Şahid1 Təqsirləndirilən şəxs qarşı verdikləri onlara dəymiş 36136 manat məbləğində maddi zərərin, X5 dəymiş mənəvi zərərə görə 6000 (altı min) manat, anası Şahid1 dəymiş mənəvi zərərə görə 7000 (yeddi min) manatın, iddia üçün ödənilmiş 238 (iki yüz otuz səkkiz) manat dövlət rüsumunun, cəmi 49136 (qırx doqquz min yüz otuz altı) manat pul ödənilməsinə dair iddiaları qismən təmin edilsin, Təqsirləndirilən şəxs X3 mənəvi iztirablara məruz qaldığına və ona dəymiş mənəvi zərərə görə 6000 (altı min) manat, iddia üçün ödənilmiş 238 (iki yüz otuz səkkiz) manat tutulub X5 ödənilsin. Mülkü iddia digər hissədə baxılmamış saxlanılsın və zərərçəkmiş şəxsin hüquqi varisi X5 və mərhum Zərərçəkmiş şəxs anası Şahid1 Hüsyenağa qızına iddianın baxılmamış hissəsinə dair mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olmasını izah edilsin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Sabunçu rayon prokurorluğuna təhvil verilmiş Zərərçəkmiş şəxs meyitinin üzərindən götürülmüş paltarları, meyitin üzərindən açılaraq götürülmüş ip, skoç və kilim istehlak dəyəri olmayan əşyalar kimi məhv edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün 270 (iki yüz yetmiş) manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər X7 və Tədris mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Novruz Kərimov Hakimlər Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar