Məhkəmə qərarları › İş №1(101)-1196/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1196/2024

25.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1196/2024 25.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X9 və X2 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1963-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağdaş rayonu, Aral Bir kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Gülşən Qurbanova küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan meramfetamini əldə edərək saxlamış və daşımışdır. Belə ki, M.M.X11 Respublikasının vətəndaşı kimi özünü təqdim edən “Ənvər” adlı şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib istintaqa məlum olmayan vaxtda və şəraitdə, naməlum mənbədən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 409,791 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda ümumi təmiz çəkisi 2,155 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Gülşən Qurbanova küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə daşıyıb gələcəkdə satışını həyata keçirmək üçün təmiz çəkiləri 14,072 qram, 14,238 qram, 131,221 qram və 250,260 qram olan heroini ayrı-ayrı hissələrə böldüyü 04 ədəd sellofan bükümdə və təmiz çəkiləri 990 qram, 985 qram və 180 qram olan metamfetamini ayrı-ayrı hissələrə böldüyü 03 ədəd sellofan bükümdə yaşadığı evin həyətyanı sahəsində olan yarımtikilinin yanında torpağa basdıraraq gizlətməklə saxlamışdır. Onun külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında xx.xx.2023-cü il tarixdə Bakı Şəhər Baş Polis İdarəsinin Kiber məkanda narkotiklərlə mübarizə şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 17:10-da o, Bakı şəhəri, Sabunçu rayonu, Kürdaxanı qəsəbəsi G.Qurbanova küçəsində yerləşən 304 saylı tam orta məktəbin yaxınlığında saxlanıldıqdan sonra yaşadığı evində özünün razılığı və iştirakı ilə videoçəkiliş aparılmaqla baxış və götürmə keçirilən zaman evinin həyətyanı sahəsində olan yarımtikilinin yanında əvvəlcədən basdırılmış torpaqdan çıxarılmaqla satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 04 ədəd sellofan bükümdə eyni tərkibli ayrı-ayrılıqda təmiz çəkiləri 14,072 qram, 14,238 qram, 131,221 qram və 250,260 qram ümumi təmiz çəkisi 409,791 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və 03 ədəd sellofan bükümdə eyni tərkibli ayrı-ayrılıqda təmiz çəkiləri 990 qram, 985 qram və 180 qram ümumi təmiz çəkisi 2155 qram olan ağ rəngli, kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini, habelə narkotik vasitə və psixotrop maddələrin kütləsini müəyyən etməklə satışını təşkil etmək üçün hissələrə bölmək məqsədi ilə istifadə etdiyi üzərində narkotik vasitə heroinə məxsus mikrohissəciklər olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi 304 saylı orta məktəbin yaxınlığında olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşıb Bakı Şəhər Baş Polis İdarəsinin Kiber məkanda narkotiklərlə mübarizə şöbəsinin əməkdaşları olduqlarını bildirərək ondan özünü təqdim etməsini xahiş etmişdilər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları ona narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində, daşınmasında və saxlanmasında şübhəli olduğunu bildirib onu Bakı Şəhər Baş Polis İdarəsinə dəvət etmiş, o, da buna etiraz etməyərək idarəyə gəlmiş, orada ona təqdim olunmuş siyahıdan seçdiyi vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış aparılacağı izah olunmuş, hüquq və vəzifələri barədə bildiriş təqdim olunmuşdur. Bundan sonra xidməti otaqların birində ona hüquqların müdafiə etmək üçün vəkil təqdim edilmiş, üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılacağı təkrar izah olunduqda o, heç bir etirazın olmadığını bildirmişdir. Daha sonra üzərində şəxsi axtarış keçirilmiş, hər hansı qanunla gəzdirməsi qadağa olunmuş əşya və predmet aşkar olunmamış, lakin, istifadə etdiyi “Samsung” markalı mobil telefon araşdırma üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Sorğu zamanı yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi 304 saylı orta məktəbin yaxınlığında yerləşən yarımtikilinin həyətində torpağın altında təxminən 2 kiloqram çəkidə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin gizlətdiyini bildirmişdir. Yaşadığı yarımtikilinin həyətyanı sahəsinə baxışı keçirilməsinə etirazın olmadığını bildirib bu barədə ərizə vermişdir. Daha sonra polis əməkdaşlarının iştirakı ilə yaşadığı yarımtikiliyə gedilmiş və ora çatdıqda ona videogörüntü ilə yenindən hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra üzərində olan açarla yarımtikilinin həyətinin qapısını açmış, içəri daxil olduqda o, yarımtikilinin həyətyanı sahəsində sellofan torbaya bükülmüş vəziyyətdə torpağa bastırdığı içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan bir ədəd qırmızımtıl rəngli sellofan torbanı torpağı qazaraq çıxarıb təqdim etmiş, həmin torbanın içərisindən 01 ədəd qara rəngli və 02 ədəd şəffaf rəngli sellofan torbanı çıxartmışdır. Qara rəngli torbanı açıb içərisindən 01 ədəd sarı rəngli sellofan torbanı çıxartmış, 01 ədəd sarı rəngli torba açıb içərisindən 02 ədəd şəffaf sellofan bağlamanı çıxartmış, sonra 03 ədəd şəffaf rəngli bükümlər çəkildikdə çəkisinin ümumilikdə 2255,0 qram olması müəyyən edilmişdir. 04 ədəd şəffaf sellofan bükümlər çəkildikdə çəkisinin ümumilikdə 460,0 qram olması müəyyən edilmiş, sonra o, həyətyanı sahədə olan yatacaq yerinin yanından 01 ədəd elektron tərəzini təqdim etmişdir. Həmin bükümlər və elektron tərəzi qablaşdırılmış və möhürlənmiş, həmin qablaşdırmaların üzəri o, və iştirakçılar tərəfindən imzalanmış, şəxsi axtarış və baxış keçirilməsi barədə protokollar tərtib edilmiş və o, həmin protokolları imzalamışdır. Həmçinin məhkəmə islasında əlavə olaraq bildirmişdir ki, üzərində aşkar edilmiş “Samsung” markalı mobil telefon özünə məxsusdur, onun gizli şifrəsi “7777” olub. Həmin mobil telefonda olan yazışmalar ona aiddir, eləcə də Ənvər adlı İran İslam Respublikası vətəndaşı kimi özünü ona təqdim edən şəxsin nömrəsi, səs yazması və onun göndərdiyi narkotik vasitələrin əvvəlcədən çəkdiyi videogörüntülərdə mövcud olduğunu bildirmişdir. O, özünə məxsus “Samsung” markalı mobil telefonun yaddaşında olan videogörüntülər, fotoşəkillərin ona aid olduğunu, həmin mobil telefonda o, +(994)70-868-77-46 nömrə altında qeydiyyatdan keçdiyini və orada mövcud olan yazışmaların özünə məxsus olduğunu, eləcə də mobil telefonun yaddaşında olan fotoşəkillərdə və videogörüntülərdə elektron tərəzidə çəkdiyi narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı kimi özünü təqdim edən Ənvər adlı şəxsdən aldığını, özünə məxsus mobil telefonda +98-***-***-**-** saylı mobil nömrə altında qeydiyyatdan keçirilmiş istifadəçisi “EJUB” adlı şəxs kimi qeyd etdiyini, lakin həmin adamın əsil adının Ənvər olduğunu bildirmişdir. Belə ki, o, Ənvərdən “qeolokasiya” (konum) vasitəsi ilə narkotik vasitə olan heroini və psixotrop maddəni aldıqdan sonra, pul müqabilində sonucunun dediyi müştəriləri üçün gizli formada yenə də “konum” vasitəsi ilə çatdırıb müxtəlif yerlərdə gizli olaraq basdırmış və həmin yerlərdən lokasiyanı Ənvərə “Whatsapp” proqram vasitəsi ilə göndərmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefonu oğlu Zaurun arvadı Sevincə 2023-cü ilin təxminən iyul ayında vermiş, daha sonra həmin mobil telefonu nəvəsi işlətmişdir. Lakin ona gördüyü işlə əlaqədar həmin telefon lazım olduğundan sözü gedən mobil telefonu nəvəsindən müvəqqəti olaraq istifadə üçün götürmüşdür. Şahid3 və digər ailə üzvlərinin onun narkotik vasitələrin və psixotrop maddələrin Ənvər adlı şəxsdən əldə etməsi barədə heç bir məlumatları olmamışdır. Həmçinin bildirmişdir ki, narkotik vasitələri uzun müddət ərzində, polis əməkdaşları tərəfindən tutulmamışdan əvvəl son 4 ay ərzində mütəmadi olaraq istifadə etmiş, gündəlik narkotik vasitələrin istifadə etdiyi miqdar təxminən 0.8-1.2 qram təşkil etmişdir. O, “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə konum (lokasiya nöqtələri) Ənvər adlı şəxsdən almış və təyin edilmiş yerlərdən onun üçün naməlum şəxs tərəfindən gizlədilmiş narkotik vasitələri gedib götürmüşdür. O, psixotrop maddə metamfetamini təxminən 5-6 kiloqram miqdarında narkotik vasitə heroini isə təxminən 21-25 kiloqram miqdarda Ənvərdən satış məqsədi ilə deyil, yalnız öz istifadəsi üçün almışdır. Həmçinin məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, narkotik vasitələrinin onda olmasını və harada gizlətdiyini, yalnız polis əməkdaşlarının onun mobil telefonuna baxış keçirildikdən sonra demişdir, bundan başqa heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, narkotik maddələri almaqda məqsədi onu başında olan xərçəng xəstəliyinin müalicəsi ilə əlaqəli olmuş, məqsədi isə ağrılarının qarşısını almaq olmuşdur, həmçinin ona qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki və psixi təzyiq edilməmişdir. Daha sonra özünü qismən təqsirli bilməsini, yaşlı olmasını, məhkumluğunun olmamasını nəzərə alaraq barəsində ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD və CD disklərdə olan videogörüntülər, mobil telefonda olan foto-şəkillər, audio yazılar, sms yazışmaları və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhər BPİ-nin Kiber məkanda narkotiklərlə mübarizə şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrinin qanunsuz dövriyyəsi ilə daşınmasında, saxlanmasında, istifadə edilməsi barəsində Bakı Şəhər BPİ-nin Kiber məkanda narkotiklərlə mübarizə şöbəsinə məlumat daxil olmuşdur. Ona görə də sonuncunun müəyyən edilməsi üçün tərəfindən xx.xx.2023-cü il tarixdə “Əməliyyat axtarış tədbirlərinin keçirləməsinə dair” qərar qəbul edilmişdir. Əməliyyat qrupunun üzvü Bakı Şəhər BPİ-nin Kiber məkanda narkotiklərlə mübarizə şöbəsinin operatoru Şahid2 ilə birlikdə xx.xx.2023-cü il tarixdə, saat 17:10-da Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Kürdaxanı qəsəbəsi, G.Qurbanova küçəsində yerləşən 304 saylı tam orta məktəbin yaxınlığında saxlanılaraq üzərində şəxsi axtarış aparılması üçün Baki Şəhər BPİ-nə gətirilmişdir. Baki Şəhər BPİ-nin İstintaq və təhqiqat idarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı Seymur Xəlilzadə tərəfindən Baki şəhər 13 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı Təqsirləndirilən şəxs təqdim edilmiş və o, Altay Hüseynovun tərəfindən hüquqlarının müdafiə edilməsini istəmişdir. Daha sonra müdafiəçi A.Hüseynov polis idarəsinə dəvət olunaraq şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim edilmiş və M.Mahmduovun razılığı əsasında A.Hüseynov onun hüquq müdafiəçisi kimi dövlət hesabına təyin edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs saxladıqdan sonra təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edilməklə, ona hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş təqdim edilmişdir. Həmçinin onun üzərində video kameradan istifadə edib çəkiliş aparılmaqla şəxsi axtarış aparılacağı bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş sonuncu əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd üzərində ***-***-**-** saylı mobil nömrəsi olan “Samsung” markalı mobil telefonu və bir ədəd açar təqdim etmişdir. Sonuncunun üzərində saxlanması, daşınması və dövriyyəsi qadağan edilmiş əşya aşkar edilməmişdir. Bundan sonra M.Mahmduov Kürdaxanı qəsəbəsində yaşadığı evin həyətində psixotrop maddə metamfetamin və narkotik vasitə olan heroin olduğunu və onları sellofan torbalarda yerə basdıraraq gizlətdiyini bildirmişdir. Ona görə də, onlar Sabunçu rayonu, Kürdaxanı qəsəbəsi, G.Qurbanova küçəsində yerləşən 304 saylı tam orta məktəbin yaxınlığında olan Təqsirləndirilən şəxs yaşadığı evin yanına getmiş, Təqsirləndirilən şəxs müdafiəçisi A.Xəlilovun ərizə ilə müraciət edərək, yaşadığı ünvanına polis əməkdaşları tərəfindən baxış aparılmasına etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs yarımtikilinin həyətyanı sahəsinə qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilmiş əşya və predmetin olub-olmaması barədə sual edilməklə həmin əşyaların olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Sonuncu yarımtikilinin həyətyanı sahəsində sellofan torbaya bükülmüş vəziyyətdə torpağa basdırdığı narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu bildirib torpağı qazaraq bir ədəd qırmızımtıl rəngli sellofan torbanı çıxararaq təqdim etmişdir. Həmin qırmızımtıl rəngli torba açıldıqda içərisindən 01 ədəd qara rəngli sellofan torba və 02 ədəd şəffaf rəngli sellofan torba, qara rəngli torba açıldıqda içərisində 01 ədəd sarı rəngli sellofan torba, 01 ədəd sarı rəngli torba açıldıqda içərisindən 02 ədəd şəffaf sellofan bağlama, həmin bağlamada 03 ədəd ağ rəngli şəffaf sellofan bükümün içərisindən ağ rəngli kristallik formada olan psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Digər şəffaf rəngli torba açıldıqda içərisində 04 ədəd bükümdə qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzə maddə aşkar edilmiş, həmin 03 ədəd şəffaf rəngli bükümlərdə içərisindən ağ rəngli kristallik formada olan psixotrop maddə metamfetaminə bənzər kütlə çəkildikdə çəkisinin ümumilikdə 2255 qram olması müəyyən edilmişdir. 04 ədəd şəffaf sellofan bükümlərdə içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə çəkildikdə çəkisinin ümumilikdə 460 qram olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs həyətyanı sahədə olan yatacaq yerinin yanından 01 ədəd elektron tərəzini təqdim etmişdir. Həmin bükümlər və elektron tərəzi qablaşdırılıb möhürlənmiş, həmin qablaşdırmaların üzərində iştirakçılar tərəfindən imzalar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələri bir neçə ay əvvəl sosial şəbəkə vasitəsi ilə tanış olduğu “Ənvər” adlı İran İslam Respublikasının vətəndaşından satış məqsədi ilə aldığını və müştəri tapdıqda satmaq üçün həyətyanı sahəsinə torpağın altında basdıraraq gizlətdiyini, aşkar edilmiş maddələrdən təxminən 02 (iki) kiloqramını satdığını, satışı təşkil edən zaman həmin kütlələri “Ənvər” adlı şəxsin onlayn qaydada göndərdiyi məkanlara aparıb qoyaraq gizlətdiyini, hər kiloqram üçün “Ənvər” adlı şəxsdən qazanc olaraq 300 (üç yüz) manat pul aldığını, həmin kütlələrin çəkisini müəyyən etmək üçün baxış zamanı aşkar edilmiş tərəzidən istifadə etdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və baxış keçirilməsi və götürmə aparılması ilə bağlı protokollar tərtib edilmiş, həmin protokollar ucadan oxunmuş protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edilmişdir. Məhkəmə iclasında verilmiş suallara Şahid1 cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı onlar tərəfindən hər hansı qanunsuz hərəkətlər edilməmişdir, həmçinin sonuncu narkotik vasitələrinin onda olmasını və harada gizlətdiyini polis şöbəsinə gəldikdən sonra dərhal deyil, yalnız onlar tərəfindən Təqsirləndirilən şəxs istifadəsində və üzərində olan mobil telefonuna baxış keçirildikdən sonra müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhər BPİ-nin Kiber məkanda narkotiklərlə mübarizə şöbəsinin əməliyyat müvəkkili Şahid2 ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, həqiqətəndə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncu Kürdaxanı qəsəbəsində yaşadığı evin həyətində psixotrop maddə metamfetamin və narkotik vasitə olan heroin olduğunu və onları sellofan torbalarda yerə basdıraraq gizlətdiyini bildirmiş, bundan sonra o, Şahid1la birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin yanına getmiş, sonuncuya yarımtikilinin həyətyanı sahəsinə qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilmiş əşya və predmetin olub-olmaması barədə sual edilməklə həmin əşyaların olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Sonuncu yarımtikilinin həyətyanı sahəsində sellofan torbaya bükülmüş vəziyyətdə torpağa basdırdığı narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu bildirib torpağı qazaraq bir ədəd qırmızımtıl rəngli sellofan torbanı çıxararaq təqdim etmişdir. Həmin qırmızımtıl rəngli torba açıldıqda içərisindən 01 ədəd qara rəngli sellofan torba və 02 ədəd şəffaf rəngli sellofan torba, qara rəngli torba açıldıqda içərisində 01 ədəd sarı rəngli sellofan torba, 01 ədəd sarı rəngli torba açıldıqda içərisindən 02 ədəd şəffaf sellofan bağlama, həmin bağlamadan 03 ədəd ağ rəngli şəffaf sellofan bükümün içərisindən ağ rəngli kristallik formada olan psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Digər şəffaf rəngli torba açıldıqda içərisində 04 ədəd bükümdə qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzə maddə aşkar edilmiş, həmin 03 ədəd şəffaf rəngli bükümlərdə içərisindən ağ rəngli kristallik formada olan psixotrop maddə metamfetaminə bənzər kütlə çəkildikdə çəkisinin ümumilikdə 2255 qram olması müəyyən edilmişdir. 04 ədəd şəffaf sellofan bükümlərdə içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə çəkildikdə çəkisinin ümumilikdə 460 qram olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs həyətyanı sahədə olan yatacaq yerinin yanından 01 ədəd elektron tərəzini təqdim etmişdir. Həmin bükümlər və elektron tərəzi qablaşdırılıb möhürlənmiş, həmin qablaşdırmaların üzərində iştirakçılar tərəfindən imzalar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələri bir neçə ay əvvəl sosial şəbəkə vasitəsi ilə tanış olduğu “Ənvər” adlı İran İslam Respublikasının vətəndaşından satış məqsədi ilə aldığını və müştəri tapdıqda satmaq üçün həyətyanı sahəsinə torpağın altında basdıraraq gizlətdiyini, aşkar edilmiş maddələrdən təxminən 02 (iki) kiloqramını satdığını, satışı təşkil edən zaman həmin kütlələri “Ənvər” adlı şəxsin onlayn qaydada göndərdiyi məkanlara aparıb qoyaraq gizlətdiyini, hər kiloqram üçün “Ənvər” adlı şəxsdən qazanc olaraq 300 (üç yüz) manat pul aldığını, həmin kütlələrin çəkisini müəyyən etmək üçün baxış zamanı aşkar edilmiş tərəzidən istifadə etdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və baxış keçirilməsi və götürmə aparılması ilə bağlı protokollar tərtib edilmiş, həmin protokollar ucadan oxunmuş protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edilmişdir. Məhkəmə iclasında verilmiş suallara Şahid2 cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı onlar tərəfindən hər hansı qanunsuz hərəkətlər edilməmişdir, həmçinin sonuncu narkotik vasitələrinin onda olmasını və harada gizlətdiyini polis şöbəsinə gəldikdən sonra dərhal deyil, yalnız onlar tərəfindən Təqsirləndirilən şəxs istifadəsində və üzərində olan mobil telefonuna baxış keçirildikdən sonra müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bacısının qayınatasıdır. X6 təxminən 15 il əvvəl Təqsirləndirilən şəxs oğlu Zaur Mahmudovla ailə həyətı qurmuşdur. Sonuncu narkotiklərin aludəçisi olduğu üçün onu Maştağa qəsəbəsində yerləşən xəstəxanaya müalicə keçmək üçün dəfələrlə özü göndərmişdir. Eləcə də o, Təqsirləndirilən şəxs narkotik vasitələrdən uzun müddət ərzində istifadə etdiyini və asılı olduğunda bilirmiş, ona görə də, Təqsirləndirilən şəxs Kürdəxanı qəsəbəsində ayrıca tikili fərdi evdə tək yaşamışdır. Lakin Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrinin satışı ilə məşğul olması barədə heç bir məlumatı olmamışdır. Təxminən 5-6 ay əvvəl o, özünə məxsus “Samsung A32” markalı mobil telefonu az yaşlı bacısı oğlu İbrahim Məcidova hədiyyə olaraq vermişdir. Sonradan isə Təqsirləndirilən şəxs həmin “Samsung A32” markalı mobil telefonu özünə götürüb işlətdiyini bilmişdir. Qohumu Təqsirləndirilən şəxs sonuncu dəfə 2023-ci ilin sentyabr ayın əvvəllərində yaşadığı evdə görüşmüşdür. O öz evində adətən tək olurmuş, arada-bir nəvələri onun evinə qonaq gəlmişlər. Təqsirləndirilən şəxs qolunda problem olduğu üçün onun heç bir yerdə işləməməsinə baxmayaraq sonuncu dəfə yanına gedəndə onun evində təmir işləri getdiyini görmüş, sonuncunun narkotik vasitələrin istifadəçi olmasına baxmayaraq, onun narkotik vasitələrin satışı ilə məşğul olmasını barədə məlumatı olmamış, lakin tutulduqdan sonra onun narkotik vasitələrin satışı ilə məşğul olması və Kürdaxanı qəsəbəsində yerləşən fərdi evini həmin pulla tikib təmir etməsini bilmişdir. “Samsung A32” markalı telefonu bacısı oğluna verməmişdən əvvəl yaddaşda olan fotoşəkilləri silməmişdir. Orda olan fotoşəkillərin bir qismini özünə aid olduğunu demiş, lakin təxminən xx.xx.2023-cü il tarixdən sonra olan fotoşəkillər ona aid olmadığını və yaddaşda həmin tarixdən olan media fayıları Təqsirləndirilən şəxs tərəfindən çəkildiyini demişdir. O, həmçinin bildirmişdir ki, Z.Mahmudovun narkomaniyadan müalicə alıb çıxdığını və ona görə də, atası Məhəmmədlə birlikdə narkotik vasitə istifadə etmədiyini, eləcə də, onunla narkotik və psixotrop maddələrin satışda da əlbir olmadığını düşündüyünü demişdir. O, heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri harada gizlətməsi barədə heç bir məlumatı olmamış, lakin onun heç bir yerdə işləmədən evi təmir etməsi, eləcə də, yaşadığı fərdi evin həyətində kiçik bir xəndək kimi yerin qazması, bundan başqa onun bacısı oğlu İbrahimə hədiyyə kimi verdiyi “Samsung A32” markalı mobil telefonu 2023-cü ilin avqust ayından özünə götürüb qəfildən işlətməsi ona şübhəli gəlmişdir. Baxmayaraq ki, Təqsirləndirilən şəxs heç vaxt “sensorlu və kameralı” telefon işlətməmiş, mütəmadi olaraq istifadəsində sadə “knopkalı” telefonlar olmuşdur. Həmin telefonu bacısı və özü uşağa qaytarılmasını barədə Təqsirləndirilən şəxs necə dəfə deyilməsinə baxmayaraq o mobil telefonu uşağa verməmiş, hətta aralarında kiçik bir mübahisə olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs telefon ona iş üçün lazım olduğunu və qısa zamanda qaytaracağını demişdir. Cinayət işinin 26-cı vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 112-118-ci vərəqələrində olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023cü il tarixdən hesablanmaqla 04 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 52-58-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/4900 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərlərində “vətəndaş Təqsirləndirilən şəxs yaşadığı...” sözləri olan 1№-li bağlamadakı 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 990 qram, 985 qram, 180 qram ümumi təmiz çəkisi 2155 qram olan ağ rənglu kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir, 2№-li bağlamadakı 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 14,072 qram, 14,238 qram, 131,221 qram, 250,260 qram ümumi təmiz çəkisi 409,791 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, karton qutudakı bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi – 2156 qram tədqiqata sərf edildi – 0,100 qram, qalıq – 2154,9 qram. Heroinin ümumi təmiz çəkisi – 409,791 qram tədqiqata sərf edildi – 0,100 qram, qalıq – 409,691 qram. Cinayət işinin 53-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat müəyyən edilmişdir. Cinayət işinin 183-184-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 6564 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-ci il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrinin tibbi məqsədlərə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərinin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə “ qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 186-189-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 2826 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət işinin 101-102-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumilikdə 409,691 qram çəkidə narkotik vasitə heroin, 2154,9 qram çəkidə psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Cinayət işinin 209-231-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs yaşadığı ünvanda aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 409,691 qram çəkidə narkotik vasitə heroin, 2154,9 qram çəkidə psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınanaraq Bakı Şəhər BPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD disk, media fayllar köçürülmüş 01 ədəd CD disk, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefon və şəxsi axtarışın gedişatını əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 155-156-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 226-1-ci maddəsinin 1-ci hissəsi və 55-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.1994-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 38-ci vərəqəsində olan ərizədən görünür ki, Təqsirləndirilən şəxs onun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, G.Qurbanova küçəsi 304 saylı tam orta məktəbin arxasında yerləşən yarımtikilinin həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etmir. Cinayət işinin 35-36 və 40-41-ci vərəqələrində olan şəxsi axtarış aparılması və baxış keçirilməsi haqqında DVD diskinə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin diskdə 02 videogörüntü vardır. 1-ci görüntü xx.xx.2023-cü il tarixdə saat 18:44dən 18:55-dək qeydə alınmışdır. Bakı şəhər BPİ-nin istintaq və təhqiqat idarəsinin təhqiqat şöbəsinin inzibati binasında təhqiqatçı X4 özünü və digər iştirakçıları təqdim edir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması sual edildikdə sonuncu üzərində heç bir qanunsuz əşyanın olmadığını və yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən yarımtikilinin həyətində təxminən 2 kiloqram çəkidə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini 01 ədəd torbada torpağa basdıraraq saxladığını və yarımtikilinin həyətinə baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, sonuncunun əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd üzərində ***-***-**-** mobil nömrəsi olan “Samsung” markalı mobil telefonu və 01 ədəd açar aşkar olunur. Sonuncunun üzərindən aşkar olunmuş 01 ədəd “Samsung” markalı mobil telefon araşdırma üzrə əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülür, 01 ədəd açar Təqsirləndirilən şəxs özünə qaytarılır. Təhqiqatçı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı qanunsuz, yəni psixi və ya fiziki hərəkətlərin edilib-edilməməsi soruşduqda sonuncu bele halın olmadığını bildirir. 2-ci görüntü xx.xx.2023-cü il tarixdə, saat 20:35-dən 20:55-dək Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, G.Qurbanova küçəsi 304 saylı tam orta məktəbin arxasında yerləşən yarımtikilinin həyətyanı sahəsində qeydə alınmışdır. Bakı şəhər BPİ-nin istintaq və təhqiqat idarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı özünü və digər iştirakçıları təqdim edir. Daha sonra Təqsirləndirilən şəxs yarımtikilinin həyətyanı sahəsinə qanunla əldə edilməsi saxlanılması və daşınması qadağan edilmiş əşya və predmetin olub-olmaması sual edilərək olduğu təqdirdə təqdim etməsi təklif olunur. Sonuncu yarımtikilinin həyətyanı sahəsində sellofan torbaya bükülmüş vəziyyətdə torpağa basdırdığı narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu bildirib torpağı qazaraq bir ədəd qırmızımtıl rəngli sellofan torbanı çıxararaq təqdim edir. Həmin qırmızımtıl rəngli torba açıldıqda içərisindən 01 ədəd qara rəngli sellofan torba və 02 ədəd şəffaf rəngli sellofan torba aşkar edilir, qara rəngli torba açıldıqda içərisində 01 ədəd sarı rəngli sellofan torbanın olması aşkar edilir, 01 ədəd sarı rəngli torba açıldıqda içərisindən 02 ədəd şəffaf sellofan bağlamanın olması aşkar edilir. Həmin 03 ədəd ağ rəngli şəffaf sellofan bükümün içərisindən ağ rəngli kristallik formada olan psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilir. Digər şəffaf rəngli torba açıldıqda içərisində 04 ədəd bükümdə qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzə maddə aşkar edilir. Həmin 03 ədəd şəffaf rəngli bükümlərdə içərisindən ağ rəngli kristallik formada olan psixotrop maddə metamfetaminə bənzər kütlə çəkildikdə çəkisinin ümumilikdə 2255 qram olması, 04 ədəd şəffaf sellofan bükümlərdə içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə çəkildikdə çəkisinin ümumilikdə 460 qram olması müəyyən edilir. Daha sonra Təqsirləndirilən şəxs həyətyanı sahədə olan yatacaq yerinin yanından 01 ədəd elektron tərəzini təqdim edir. Həmin bükümlər və elektron tərəzi qablaşdırılıb möhürlənərək həmin qablaşdırmaların üzəri iştirakçılar tərəfindən imzalanır. Sonuncuya həmin maddələri haradan əldə etməsi barədə sual olunduqda o, həmin maddələri 2-3 ay əvvəl başqa şəxsin vasitəsilə tanıdığı İran İslam Respublikasının vətəndaşından aldığını, həmin şəxsin adının “Ənvər” olduğunu, həyətindən çıxan maddələri Hövsan ərazisindən götürdüyünü, həmin şəxslə sosial şəbəkə vasitəsilə danışdığını, onların lokasiyasını atdığını götürdüyü malları kiməsə verməli olduğunu, aşkar edilmiş torbalardan başqa birinində olduğunu, lakin həmin torbanı deyilən adama verdiyini, həmin torbada da maddənin miqdarının 2 kq olduğunu, həmin kütlələri “Ənvər” adlı şəxsin onlayn qaydada göndərdiyi məkanlara aparıb qoyaraq gizlətdiyini, hər kiloqram üçün “Ənvər” adlı şəxsdən qazanc olaraq 300 (üç yüz) manat pul aldığını,həmin kütlələrin çəkisini müəyyən etmək üçün baxış zamanı aşkar edilmiş tərəzidən istifadə etdiyini bildirir. Cinayət işinin 84-92-ci vərəqələrində olan “Samsung” markalı mobil telefona baxış keçirilməsi haqqında DVD diskinə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, Bakı şəhər BPİ-nin istintaq və təhqiqat idarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı Ə.A.Məmmədov həmin telefona baxış keçirir. Baxış zamanı telefonun “Whatsapp” proqram təminatına daxil olduqda orada +(994)70-868-77-46 nömrənin həmin proqram təminatından istifadə edilməsi üçün qeydiyyatdan keçirildiyi görünür. “Whatsapp” proqramına daxil olduqda orada “EJUB” adında mobil telefonun yaddaşına saxlanılmış İran İslam Respublikasına aid olan +98-***-***-**-** saylı mobil nömrə altında qeydiyyatdan keçirilmiş istifadəçi müşahidə edilir. “EJUB” adlı istifadəçinin profil şəkilində 02 nəfər 30-38 yaşlarında naməlum kişi cinsində olan şəxslər görünür. Həmin şəxsin “bir ədəd səsli mesaj və “???”, “???” mesajların göndərdiyi görünür. Səsli mesaja qulaq asdıqda naməlum şəxs kişi səsinə aid olan səslə “Salam, nətərsən nə var nə yox, evdə eşikdə, salamatçılıqdı?” “İki gün səsini eşitmədim dedim görüm nə olub.”, ”Bura bax sənə ot demişdim nə oldu?” heyvanlar acından qırılır.” sözlərini deyilir. Daha sonra “Whatsapp” proqramında olan “ELWEN” adı altında +**********83 saylı mobil nömrənin və “JACER” adı altında +994-55- 59-18-18 saylı mobil nömrənin yaddaşa vurulan istifadəçilərin və digər yaddaşda saxlanılan istifadəçilərin dialoq pəncərələrinə daxil olduqda orada yazılı və səsli mesajların olmadığı (mesajlar silinib) müəyyən edilir. Bundan başqa telefonun “Galeri” adlı papkasında olan “Whatsapp” papkasında xx.xx.2023-cü il tarixdə saat 20.23-də çəkilmiş İMG-20230913-WA0030 nömrəli, xx.xx.2023-cü il tarixdə, saat 20:21-də çəkilmiş İMG- 20230913-WA0031 nömrəli və digər fotoşəkillərdə elektron tərəzidə içərisində narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər kristal formasında maddələr sellofan torbada foto-şəkli müəyyən edilir. Həmçinin xx.xx.2023-cü il tarixli, saat 22:17-də çəkilmiş İMG-20230913-WA0017 nömrəli fotoşəkildə yerə borunun altında gizlədilmiş sellofan torbaları, müxtəlif işıq dirəklərin və bitki kollarının yaxınından çəkilmiş fotoşəkillər də görünür. xx.xx.2023-cü il tarixli, saat 22:28-də çəkilmiş İMG-20230913-WA0019 nömrəli fotoşəkildə daş hasarın dibində dördbucaq formada qazılmış və içində daş parçaları, İMG- 20230913-WA0019 nömrəli fotoşəkildə qırmızı rəngdə **********036476 saylı “Kapital Banka” aid plastik bank kartını görünür. Daha sonra xx.xx.2023-cü il tarixli, saat 22:28-də çəkilmiş VİD-20230913-WA0008.mp4 nömrəli 01 dəqiqə 17 saniyə həcmində olan videogörüntüdə təqsirləndirilən şəxs M. Mahmudovun səsi eşidilir, sonuncu 01 ədəd içərisində narkotik vasitə heroinə bənzər sellofan torbanı çəkir və bildirir ki “axşamın xeyir dədə nə var nə yox neyliyisən dədə? Dünənki işlətdiyim tərəzidir, səndə canlı bax gör artıq çəkirsə nədirsə bax.” Sonra 100 qram çəkidə əşya çəkir və daha sonra onu başqa elektron tərəzidə çəkir və orada həmin əşya yüz qram çəkisi olduğu göstərir. Sonra isə həmin şəxs bildirir ki, “ tərəzi Vallah dümbə-düzdü, nətər bunlarını əskik gəlir, mən and içməyi xoşlamıram, kişilikdən deyil”, “Beyaxdan o gədə sənin klientin başımı xarab edib, tərin içindəyəm”, “Yəni bax bellədi beş on dənə artıq istiyirlər bax” ifadələrini işlədir. Növbəti xx.xx.2023-cü il tarixdə, saat 16:39-da çəkilmiş VİD-20230906-WA0015.mp4 nömrəli 28 saniyə həcmində olan videogörüntüdə daş hasarın altında içərisində narkotik vasitə heroinə bənzər yığılmış 20 ədəd sellofan torbalar görünür. Həmin görüntüdə Təqsirləndirilən şəxs səsi eşidilir, sonuncu “bax dədə hamısını bax belə sellofana salmışam, sərmişəm, başqa bir sözün qulluğum var dədə?” “İstəyirsən şəkillərində çəkim atım amma nəyə lazımdı ki video varda?” sözlərini deyir. xx.xx.2023-cü il tarixdə, saat 14:49-da çəkilmiş VİD-20230906-WA0015.mp4 nömrəli 28 saniyə həcmində olan videogörüntüdə bir ədəd elektron tərəzi və üzərində narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli kütlə görünür. Həmin videogörüntüdə Təqsirləndirilən şəxs səsi eşidilir, sonuncu “mənim qardaşım bu vəziyyətdə” “03 dənə sellofanın içində idi”, “elə bir bu qabaqkı var idi kopiya ona oxşayır”, “Görək Allah eləsin yaxşı alınsın əziyyətimiz riskimiz hədər getməsin”, “şəkil atmıram tay video varda”, “Palçıq kimidir indi bunu sellofanları salacam sən diyən kimi bir az hava vursun” “Mən prosto indi bağdayam hər dəqiqə şeyliyəmirəm uşaq var yanımda görməsin, gəlmişdi çıxdı getdi indi, qıraq deyil öz nəvəmdi” belə narahat olma, birdə ki bunlar hərəsi bir dənədir da hərəsi 01 kilodur da?” “Davay oldu” ifadələrini işlədir. Bundan sonra Təqsirləndirilən şəxs yuxarıda göstərilən görüntülər və orada olan əşyalar özünə məxsus olduğunu, fotoşəkillərdə və videogörüntülərdə tərəzidə çəkdiyi narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirir. Həmçinin həmin narkotik vasitə olan heroini və psixotrop maddəni sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı kimi özünü təqdim edən Ənvər adlı şəxsdən aldığını, lakin onun adını “EJUB” kimi telefonunda qeyd edilən adlı şəxsdən əldə etdiyini, həmin şəxsdən o, “qeolokasiya” vasitəsi ilə narkotik vasitə olan heroini və psixotrop maddəni aldıqdan sonra, pul müqabilində sonucunun dediyi müştəriləri üçün gizli formada çatdırması üçün müxtəlif yerlərdə basdırdığını və həmin yerlərdən lokasiyanı “EJUB”a göndərdiyini, basdırdığı yerləri yuxarıdakı 10,11 və 12 nömrəli fotoşəkillərdə əks olunduğunu bildirir. Cinayət işinə əlavə edilmiş “Oksigen” Klinik xəstəxanasının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs serebral atrofiya əlamətləri, hər iki serebral hemisferdə əsasən sentrum semiovale səviyyəsində və frontoparietal paylarda subkortikal və periventrikulyar ağ maddədə, bəziləri birləşməyə meyilli mm-ik ölçülü xronik işemik qliotik ocaqlar müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən heroinin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda narkotik vasitə hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarında izah olunur ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır” (qərarın 9-cu bəndi). Beləliklə, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan meramfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsini qismən etiraf etsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD və CD disklərdə olan videogörüntülər, sonuncunun istifadəsində olan mobil telefonda saxlanılan foto-şəkillər, audio yazılar, sms yazışmaları və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Onun əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmalı və həmin maddələrin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin miqdarı və 7 ədəd bükümün olması sonuncunun həmin maddələrin məhz satış məqsədi ilə əldə edildiyini bir daha təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Göründüyü kimi, yuxarıda qeyd edilən kriminal (qanunazidd) hərəkətlərin məqsədi narkotik vasitələri satılmasına yönəldilmiş, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılmasına yönəldilmiş, formal quruluşa malik olan tərkiblərdə olduğu kimi cinayət tərkibinin obyektiv cəhəti ictimai təhlükəli hərəkətdən ibarət olmuş və qanunla qadağan edilən hərəkət törədildiyi andan başa çatmışdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi, narkotik vasitəni və psixotrop maddənin külli miqdarda olmasına baxmayaraq yalnız özünün ağrılarının qarşısının almaq məqsədilə şəxsi istifadəsi üçün əldə etməsi, həmin maddələrin satışı ilə məşğul olmaması və bu əməlləri tamah məqsədi ilə etməməsi barədə ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, şəxsi axtarış və götürmə aparılması (i/v 35-36), baxış keçirilməsi (i/v 40-41), şübhəli şəxsin izahatı (i/v 42-44), şübhəli şəxsi və təqsirləndirilən şəxsin dindirmə, mobil telefona baxış keçirilməsi protokollarından (i/v 67-69, 81-83, 84-92) və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan görünür ki, (i/v 112-118), təqsirləndirilən şəxs istər məhkəməyədək istintaq dövründə istərsədə məhkəmədə özünü təqsirli bilərək törətdiyi əməli könüllü olaraq tam etiraf etmiş, məhkəməyədək istintaq dövründə protokolları və digər sənədləri imzalamışdır. Həmçinin şübhəli şəxs qismində saxlanılarkən iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını bildirmişdir. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş DVD diskdə olan (şəxsi axtarış və götürmə aparılması) video görüntülərdə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olmaması olmadığını və yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən yarımtikilinin həyətində təxminən 2 kiloqram çəkidə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini 01 ədəd torbada torpağa basdıraraq saxladığını və yarımtikilinin həyətinə baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirir. Daha sonra sonuncunun üzərinə şəxsi axtarış keçirilir və əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd üzərində ***-***-**-** mobil nömrəsi olan “Samsung” markalı mobil telefon və 01 ədəd açar aşkar olunur. Sonuncunun üzərindən aşkar olunmuş 01 ədəd “Samsung” markalı mobil telefon araşdırma üzrə əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülür. Həmçinin, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı qanunsuz, yəni psixi və ya fiziki hərəkətlərin edilməməsini bildirir (i/v 35-36). Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş DVD diskdə olan (baxış keçirilməsi) video görüntülərdə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 20:35dən 20:55-dək Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, G.Qurbanova küçəsi 304 saylı tam orta məktəbin arxasında yerləşən yarımtikilinin həyətyanı sahəsinə baxış keçirilir. Sonuncu yarımtikilinin həyətyanı sahəsində sellofan torbaya bükülmüş vəziyyətdə torpağa basdırdığı narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu bildirib torpağı qazaraq bir ədəd qırmızımtıl rəngli sellofan torbanı çıxararaq təqdim edir. Həmin qırmızımtıl rəngli torba açıldıqda içərisindən 01 ədəd qara rəngli sellofan torba və 02 ədəd şəffaf rəngli sellofan torba aşkar edilir, qara rəngli torba açıldıqda içərisində 01 ədəd sarı rəngli sellofan torbanın olması aşkar edilir, 01 ədəd sarı rəngli torba açıldıqda içərisindən 02 ədəd şəffaf sellofan bağlamanın olması aşkar edilir. Həmin 03 ədəd ağ rəngli şəffaf sellofan bükümün içərisindən ağ rəngli kristallik formada olan psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilir. Digər şəffaf rəngli torba açıldıqda içərisində 04 ədəd bükümdə qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzə maddə aşkar edilir. Həmin 03 ədəd şəffaf rəngli bükümlərdə içərisindən ağ rəngli kristallik formada olan psixotrop maddə metamfetaminə bənzər kütlə çəkildikdə çəkisinin ümumilikdə 2255 qram olması, 04 ədəd şəffaf sellofan bükümlərdə içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə çəkildikdə çəkisinin ümumilikdə 460 qram olması müəyyən edilir. Daha sonra Təqsirləndirilən şəxs həyətyanı sahədə olan yatacaq yerinin yanından 01 ədəd elektron tərəzini təqdim edir. Həmin bükümlər və elektron tərəzi qablaşdırılıb möhürlənərək həmin qablaşdırmaların üzəri iştirakçılar tərəfindən imzalanır. Sonuncuya həmin maddələri haradan əldə etməsi barədə sual olunduqda o, həmin maddələri 2-3 ay əvvəl başqa şəxsin vasitəsilə tanıdığı İran İslam Respublikasının vətəndaşından aldığını, həmin şəxsin adının “Ənvər” olduğunu, həyətindən çıxan maddələri Hövsan ərazisindən götürdüyünü, həmin şəxslə sosial şəbəkə vasitəsilə danışdığını, onların lokasiyasını atdığını götürdüyü malları kiməsə verməli olduğunu, aşkar edilmiş torbalardan başqa birinində olduğunu, lakin həmin torbanı deyilən adama verdiyini, həmin torbada da maddənin miqdarının 2 kq olduğunu, həmin kütlələri “Ənvər” adlı şəxsin onlayn qaydada göndərdiyi məkanlara aparıb qoyaraq gizlətdiyini, hər kiloqram üçün “Ənvər” adlı şəxsdən qazanc olaraq 300 (üç yüz) manat pul aldığını,həmin kütlələrin çəkisini müəyyən etmək üçün baxış zamanı aşkar edilmiş tərəzidən istifadə etdiyini bildirir (i/v 40-41). Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş digər DVD diskdə olan (mobil telefona baxış keçirilməsi) video görüntülərdə müəyyən edilmişdir ki, telefonun “Whatsapp” proqram təminatına daxil olduqda orada +(994)70-868-77-46 nömrənin həmin proqram təminatından istifadə edilməsi üçün qeydiyyatdan keçirildiyi görünür. “Whatsapp” proqramına daxil olduqda orada “EJUB” adında mobil telefonun yaddaşına saxlanılmış İran İslam Respublikasına aid olan +98-***-***-**-** saylı mobil nömrə altında qeydiyyatdan keçirilmiş istifadəçi müşahidə edilir. “EJUB” adlı istifadəçinin profil şəkilində 02 nəfər 30-38 yaşlarında naməlum kişi cinsində olan şəxslər görünür. Həmin şəxsin “bir ədəd səsli mesaj və “???”, “???” mesajların göndərdiyi görünür. Səsli mesaja qulaq asdıqda naməlum şəxs kişi səsinə aid olan səslə “Salam, nətərsən nə var nə yox, evdə eşikdə, salamatçılıqdı?” “İki gün səsini eşitmədim dedim görüm nə olub.”, ”Bura bax sənə ot demişdim nə oldu?” heyvanlar acından qırılır.” sözlərini deyilir. Daha sonra “Whatsapp” proqramında olan “ELWEN” adı altında +**********83 saylı mobil nömrənin və “JACER” adı altında +994-55- 59-18-18 saylı mobil nömrənin yaddaşa vurulan istifadəçilərin və digər yaddaşda saxlanılan istifadəçilərin dialoq pəncərələrinə daxil olduqda orada yazılı və səsli mesajların olmadığı (mesajlar silinib) müəyyən edilir. Bundan başqa telefonun “Galeri” adlı papkasında olan “Whatsapp” papkasında xx.xx.2023-cü il tarixdə saat 20.23-də çəkilmiş İMG-20230913-WA0030 nömrəli, xx.xx.2023-cü il tarixdə, saat 20:21-də çəkilmiş İMG- 20230913-WA0031 nömrəli və digər fotoşəkillərdə elektron tərəzidə içərisində narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər kristal formasında maddələr sellofan torbada foto-şəkli müəyyən edilir. Həmçinin xx.xx.2023-cü il tarixli, saat 22:17-də çəkilmiş İMG-20230913-WA0017 nömrəli fotoşəkildə yerə borunun altında gizlədilmiş sellofan torbaları, müxtəlif işıq dirəklərin və bitki kollarının yaxınından çəkilmiş fotoşəkillər də görünür. xx.xx.2023-cü il tarixli, saat 22:28-də çəkilmiş İMG-20230913-WA0019 nömrəli fotoşəkildə daş hasarın dibində dördbucaq formada qazılmış və içində daş parçaları, İMG- 20230913-WA0019 nömrəli fotoşəkildə qırmızı rəngdə **********036476 saylı “Kapital Banka” aid plastik bank kartını görünür. Daha sonra xx.xx.2023-cü il tarixli, saat 22:28-də çəkilmiş VİD-20230913-WA0008.mp4 nömrəli 01 dəqiqə 17 saniyə həcmində olan videogörüntüdə Təqsirləndirilən şəxs səsi eşidilir, sonuncu 01 ədəd içərisində narkotik vasitə heroinə bənzər sellofan torbanı çəkir və bildirir ki “axşamın xeyir dədə nə var nə yox neyliyisən dədə? Dünənki işlətdiyim tərəzidir, səndə canlı bax gör artıq çəkirsə nədirsə bax.” Sonra 100 qram çəkidə əşya çəkir və daha sonra onu başqa elektron tərəzidə çəkir və orada həmin əşya yüz qram çəkisi olduğu göstərir. Sonra isə həmin şəxs bildirir ki, “ tərəzi Vallah dümbə-düzdü, nətər bunlarını əskik gəlir, mən and içməyi xoşlamıram, kişilikdən deyil”, “Beyaxdan o gədə sənin klientin başımı xarab edib, tərin içindəyəm”, “Yəni bax bellədi beş on dənə artıq istiyirlər bax” ifadələrini işlədir. Növbəti xx.xx.2023-cü il tarixdə, saat 16:39-da çəkilmiş VİD-20230906-WA0015.mp4 nömrəli 28 saniyə həcmində olan videogörüntüdə daş hasarın altında içərisində narkotik vasitə heroinə bənzər yığılmış 20 ədəd sellofan torbalar görünür. Həmin görüntüdə Təqsirləndirilən şəxs səsi eşidilir, sonuncu “bax dədə hamısını bax belə sellofana salmışam, sərmişəm, başqa bir sözün qulluğum var dədə?” “İstəyirsən şəkillərində çəkim atım amma nəyə lazımdı ki video varda?” sözlərini deyir. xx.xx.2023-cü il tarixdə, saat 14:49-da çəkilmiş VİD-20230906- WA0015.mp4 nömrəli 28 saniyə həcmində olan videogörüntüdə bir ədəd elektron tərəzi və üzərində narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli kütlə görünür. Həmin videogörüntüdə Təqsirləndirilən şəxs səsi eşidilir, sonuncu “mənim qardaşım bu vəziyyətdə” “03 dənə sellofanın içində idi”, “elə bir bu qabaqkı var idi kopiya ona oxşayır”, “Görək Allah eləsin yaxşı alınsın əziyyətimiz riskimiz hədər getməsin”, “şəkil atmıram tay video varda”, “Palçıq kimidir indi bunu sellofanları salacam sən diyən kimi bir az hava vursun” “Mən prosto indi bağdayam hər dəqiqə şeyliyəmirəm uşaq var yanımda görməsin, gəlmişdi çıxdı getdi indi, qıraq deyil öz nəvəmdi” belə narahat olma, birdə ki bunlar hərəsi bir dənədir da hərəsi 01 kilodur da?” “Davay oldu” ifadələrini işlədir. Bundan sonra Təqsirləndirilən şəxs yuxarıda göstərilən görüntülər və orada olan əşyalar özünə məxsus olduğunu, fotoşəkillərdə və videogörüntülərdə tərəzidə çəkdiyi narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirir. Həmçinin həmin narkotik vasitə olan heroini və psixotrop maddəni sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı kimi özünü təqdim edən Ənvər adlı şəxsdən aldığını, lakin onun adını “EJUB” kimi telefonunda qeyd edilən adlı şəxsdən əldə etdiyini, həmin şəxsdən o, “qeolokasiya” vasitəsi ilə narkotik vasitə olan heroini və psixotrop maddəni aldıqdan sonra, pul müqabilində sonucunun dediyi müştəriləri üçün gizli formada çatdırması üçün müxtəlif yerlərdə basdırdığını və həmin yerlərdən lokasiyanı “EJUB”a göndərdiyini, basdırdığı yerləri yuxarıdakı 10,11 və 12 nömrəli fotoşəkillərdə əks olunduğunu bildirir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs izahatında məhkəməyədək istintaq dövründə polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkətlərin edilməməsini bildirmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər: qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini, yaşlı olmasını və məhkumluğunun olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını, yaşadığı evin həyətyanı sahəsindən aşkar edilən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin miqdarını (460 və 2,255 qram), təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı xx.xx.2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 6564 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarışın gedişatını əks etdirən 01 ədəd DVD və 02 CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə digər maddi sübut təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məxsus və Bakı Şəhər BPİ-nin maddi sübutları saxlama yerində saxlanılan 01 ədəd “Samsung” markalı mobil telefon sonuncuya(ailə üzvlərinə) qaytarılmalı, Bakı Şəhər BPİ-nin maddi sübutları saxlama yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 409,691 qram çəkidə narkotik vasitə heroin, 2154,9 qram çəkidə psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 81 (səksən bir) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 15 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD və 02 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məxsus və Bakı Şəhər BPİ-nin maddi sübutları saxlama yerində saxlanılan 01 ədəd “Samsung” markalı mobil telefon sonuncuya (ailə üzvlərinə) qaytarılsın. İş üzrə maddi sübut Bakı Şəhər Baş Polis İdarəsinin Təchizat şöbəsində maddi sübutları saxlama otağında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 409,691 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 2154,9 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Verdiktum” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar