Məhkəmə qərarları › İş №1(101)-1197/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1197/2021

30.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1197/2021 30.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X6 və X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X4, müdafiəçilər- Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Bəybalayev Natiq Həsənpaşa oğlunun və Xırdalan şəhər vəkil bürosunun vəkili X2 iştirakları ilə 30 noyabr 1970- ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam-orta təhsilli, ailəli, 2 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tahir Şükürov küçəsi, ev 12 ünvanda yaşamış, hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan Nəhmətov Hidayət Allahverdi oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə qanunsuz olaraq iki ədəd bükümdə ümumi təmiz çəkisi 20,536 qram, yəni külli miqdarda narkotik vasitə olan heroin, bir ədəd göy rəngli sellofan bükülüdə və on üç ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 97,968 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, 26 yanvar 2021-ci il tarixdə saat 05:00-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanın qarşısında piyada hərəkət edən zaman saxlanılaraq ünvan 2 ünvanda yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlərlə Mübarizə İdarəsinə gətirilərək inzibati binada videoçəkiliş ilə onun üzərində şəxsi axtarış və götürmə hərəkətlərini həyata keçirən zaman əynində olan tünd qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 2,346 qram, yəni külli miqdarda narkotik vasitə olan heroin və bir ədəd kibrit qutusunda təmiz çəkisi 4,076 qram olan narkotik vasitə qurudulmuş marixuana və həmin gün saat 09:30-da onun yaşadığı ünvan 1 ünvanda yerləşən evə videoçəkiliş ilə baxış keçirilən zaman evin həyətinin sağ tərəfində yerləşən anbar kimi istifadə olunan yerdə gizlətdiyi bir ədəd qırmızı rəngli parça torbanın içərisində olan bir ədəd göy rəngli sellofan bükülüdə təmiz çəkisi 48,172 qram və on iki ədəd kibrit qutusunda ayrı- ayrılıqda təmiz çəkiləri 3,744 qram, 3,752 qram, 3,624 qram, 3,922 qram, 3,689 qram, 3,738 qram, 3,889 qram, 3,613 qram, 4,021 qram, 4,238 qram, 3,741 qram, 3,749 qram, ümumi çəkisi 93,892 qram olan narkotik vasitə qurudulmuş marixuana, bir ədəd bükümdə təmiz çəkisi 5,080 qram olan psixotrop maddə metamfetamin, bir ədəd bükümdə təmiz çəkisi 18,190 qram olan narkotik vasitə heroin, iyirmi ədəd həblərdə 0,8 qram olan narkotik vasitə metadon, otuz ədəd kapsulada 4,5 qram olan narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, 26 yanvar 2021-ci il tarixdə saat 05 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində faktiki yaşadığı evin yaxınlığında piyada hərəkət edərkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişdir. Ona polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona narkotik vasitələr və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu deyərək Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlərlə Mübarizə İdarəsində xidməti otaqların birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Üzərində müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməsi təklif olunmuşdur. Əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən bir bükümdə adını kokos kimi bildiyi heroini və “nəşə” adlandırılan marixuananı masanın üzərinə qoymuşdur. Üzərində şəxsi axtarış aparılmışdır. Əynində olan gödəkçənin sol yan cibindən bir ədəd “Kgtel” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi, açar, əynində olan şalvarın sağ yan cibindən siqaret qutusu aşkar edilərək götürülmüşdür. Təqdim etdiyi narkotik maddələrə baxış keçirilmişdir. Sonra həmin kütlələr və elektron tərəzi içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılmışdır. Üzərini müdafiəçisinin iştirakı ilə imzalamışdır. Bir ədəd “Kgtel” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyi üçün bu barədə ona izah verildikdən sonra götürülmüşdür. Digər əşya, yəni açar özünə geri qaytarılmışdır. Sorğu zamanı həmin narkotik maddələrin özünə məxsus olduğunu, həmin narkotik vasitələri İran İslam Respublikası vətəndaşı olan “Səməd” adlı şəxsin vasitəsi ilə əldə etdiyini, bir kibrit qutusunda marixuanam 40-50 manata satdığım, həmçinin faktiki yaşadığı evdə narkotik vasitə saxladığım, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Özünün, müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə ünvan 1 ünvanda yerləşən faktiki yaşadığı ünvana getmişlər. Yaşadığı evin anbarında gizlətdiyi içərisində narkotik maddələr olan qırmızı rəngli parça torbanı təqdim etmişdir. Torbanın içərisindən ona məxsus olan marixuana, heroin, metamfetamin, preqabalin, metadon aşkar olunmuşdur. Həmin kütlələr qablaşdırılmışdır. Üzərini müdafiəçisinin iştirakı ilə imzalamışdır. Yaşadığı evin digər hissələrinə baxış keçirilmişdir. Baxış zamanı qanunla qadağan olunmuş hər hansı əşya, predmet və ya maddə aşkar olunmamışdır. Polis əməkdaşları onu saxlayan zaman yaşadığı evdə heç kim olmamışdır. Yaşadığı evdə narkotik maddə saxladığını heç kim bilməmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, 26 yanvar 2021-ci il tarixdə o, ailəsi ilə yasa getmişdir. Arvadı və oğlu qaynatasıgildə qalmışlar. O, kiçik oğlu ilə evlərinə qayıtmışdır. Polislər hasardan atdandıb onu tutublar. Onu idarəyə gödəkçəsinin sağ yan cibindən bir bükümdə adını kokos kimi bildiyi heroini və “nəşə” adlandırılan marixuana çıxmışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət barədə dediklərinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir, digər mötəbər sübutlarla təkzib olunur və məhkəmə onun bu ifadələrini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş yalan ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri və digər istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 25 yanvar 2021-ci il tarixdə daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri Suraxanı rayonu ərazisində satması göstərilmişdir. Daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tahir Şükürov küçəsində yaşadığı göstərilmişdir. Əməliyyat məlumatı daxil olduğu zaman dərhal əməliyyat qrupu təşkil edilmişdir. Təşkil olunmuş əməliyyat qrupunun rəhbəri təyin olunmuşdur. Həmkarı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühim işlər üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi. Tahir Şükürov küçəsində yerləşən evin yaxınlığına getmişlər. Təqsirləndirilən şəxs şəxsiyyəti daxil olmuş əməliyyat məlumatında tam dəqiq göstərildiyi üçün Təqsirləndirilən şəxs fotoşəkli portal çıxarışından əldə olunmuşdur. Həmkarı Şahid2 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tahir Şükürov küçəsinə gəldikləri zaman Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tahir Şükürov küçəsində piyada hərəkət etdiyini görmüşlər. Xidməti vəsiqələrini Təqsirləndirilən şəxs göstərməklə özlərini təqdim edərək polis əməkdaşları olduqlarını ona bildirmişlər. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu ünvan 3 ünvanda yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə gəlmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati otaqların birində Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş ilə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin cibindən bir ədəd büküm və bir ədəd kibrit qutusu çıxararaq demişdir ki, “bükümün içərisindəki heroin, kibrit qutusunun içərisindəki isə qurudulmuş marixuanadır, bükümün içərisindəki heroini və kibrit qutusunun içərisindəki isə qurudulmuş marixuana İran İslam Respublikası vətəndaşı olan Səməd adlı şəxsin vasitəsi ilə əldə etmişəm, yaşadığım Bakı şəhəri, Suraxanı rayonunda yerləşən evimdə narkotik maddələr saxlayıram”. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tahir Şükürov küçəsində yerləşən evinə getmişlər. Təqsirləndirilən şəxs və onun müdafiəçisi də onlarla birlikdə gəlmişdir. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tahir Şükürov küçəsində yerləşən evinə videoçəkiliş ilə baxış keçirilmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs yaşadığı evdə gizlətdiyi narkotik maddələri könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən anbar kimi istifadə etdiyi yerdən bir ədəd torba təqdim edərək demişdir ki, “təqdim etdiyim torbanın içərisində olan narkotik maddələri İran İslam Respublikasının vətəndaşı olan Səməd adlı şəxsin vasitəsi ilə əldə etmişəm”. Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə baxış keçirilən zaman videoçəkiliş həmkarı Şahid2 tərəfindən aparılmışdır. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş narkotik maddələrə bənzər maddələr tərkibinin dəqiq müəyyən edilməsi məqsədi ilə ekspertiza tədqiqatına göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ifadəsində qeyd etdiklərini təsdiq edərək anoloji ifadə vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 26 yanvar 2021-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan müəyyən edilmişdir ki, 26.01.2021-ci il tarixdə saat 07:00-07:10 aralığında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlərlə Mübarizə İdarəsinin əməliyyatçıları və digər iştirakçılar Təqsirləndirilən şəxs və onun müdafiəçisi X5 iştirakı ilə Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 26 yanvar 2021-ci il tarixli qərara əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlərlə Mübarizə İdarəsinin inzibati binasında videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs əynində olan tünd qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 2,346 qram olan narkotik vasitə heroin və bir ədəd kibrit qutusunda təmiz çəkisi 4,076 qram olan qurudulmuş marixuana və “KGtel” markalı, **********00295 və **********00303 İMEİ kodlu mobil telefon və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüş və həmin görüntüləri özündə əks etdirən üzərində “ZYKLEN” yazısı olan “CD” disk sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan “Evə baxış keçirilməsi və götürmə haqqında” protokoldan müəyyən edilmişdir ki, həqiqətən də, 26.01.2021-ci il tarixdə saat 09:30-09:44 aralığında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X5 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanda yerləşən evin həyətində sağ tərəfdə yerləşən anbar kimi istifadə olunan yerdə Təqsirləndirilən şəxs gizlətdiyi bir ədəd qırmızı rəngli parça torbanın içərisində olan bir ədəd göy rəngli sellofan bükülüdə təmiz çəkisi 48,172 qram və on iki ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,744 qram, 3,752 qram, 3,624 qram, 3,922 qram, 3,689 qram, 3,738 qram, 3,889 qram, 3,613 qram, 4,021 qram, 4,238 qram, 3,741 qram və 3,749 qram olan narkotik vasitə qurudulmuş marixuana, bir ədəd bükümdə təmiz çəkisi 5,080 qram olan psixotrop maddə metamfetamin, bir ədəd bükümdə təmiz çəkisi 18,190 qram olan narkotik vasitə heroin, iyirmi ədəd həblərdə təsir maddəsinin ümumi miqdarı 0,8 qram olan narkotik vasitə metadon, 30 ədəd kapsulada təsir maddəsinin ümumi miqdarı 4,5 qram olan güclü təsir edən maddə preqabalin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan məhkəmə-bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 26 yanvar 2021-ci il tarixli 7/112 nömrəli rəydə qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən” sözləri yazılmış birinci kağız paketdə skoçla bağlanmış bir ədəd göy rəngli sellofan bükülüdə təmiz çəkisi 48,172 qram və on iki ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,744 qram, 3,752 qram, 3,624 qram, 3,922 qram, 3,689 qram, 3,738 qram, 3,889 qram, 3,613 qram, 4,021 qram, 4,238 qram, 3,741 qram və 3,749 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi - 93,892 qramdır. Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş” sözləri yazılmış ikinci kağız paketdə bir ədəd kibrit qutusunda təmiz çəkisi 4,076 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən” sözləri yazılmış birinci kağız paketdə və üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş” sözləri yazılmış ikinci kağız paketdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. İstintaq zamanı təyin edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 26 yanvar 2021-ci il tarixli 6/356 nömrəli rəydə qeyd edilmişdir ki, tədqiqata üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi, yazılar və imzalar qeyd edilmiş iki ədəd kağız paketin içərisində olan: - “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən” sözləri qeyd edilmiş kağız paketin içərisindən bir ədəd bükümdə təmiz çəkisi 2,346 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən” sözləri qeyd edilmiş bir ədəd kağız paketin içərisində bir ədəd bükümdə təmiz çəkisi 5,080 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 18,190 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim olunmuş ümumi sayı 20 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun təsir maddəsinin ümumi miqdarı 0,8 qram (lədəd həbdə 0,04 qram) təşkil edir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir. Təqdim edilmiş 30 ədəd göy-narıncı rəngli kapsulanın tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı 4,5 qram (bir ədəd həbdə preqabalinin təsir maddəsinin miqdarı 0,15 qramdır) olduğu müəyyən edildi. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsin 18.03.2021-ci il tarixli 853 nömrəli rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən dərman preparatlarından sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10 Hüquqi Şəxsin 26.02.2021-ci il tarixli 432 nömrəli rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psiki fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müşahidə edilmir. Həmin dövrdə Təqsirləndirilən şəxs öz əməlinin faktini xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir, o, hazırda Azərbayacan Respublikası CM-in 21 və ya 22- ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan 17.03.2021-ci il tarixli AZF/LGL-6817/21 saylı məktubla Azerfon MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** mobil nömrəsinə daxil olan və həmin abonentdən çıxan zənglərin çıxarışları, çıxarışda əks olunan nömrələrin abonentlərinin anket məlumatları, daxil olan və göndərilən “SMS” mətnləri, həmçinin ötürücü antenaların cədvəlini əks etdirən üzərində ***-*******74 yazısı və imza olan “CD” diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qeyd edilən mobil nömrəsinə istintaqa məlum olmayan şəxsə məxsus ***-***-**-** saylı mobil nömrədən “Emi sandan bir xahiwim var.yari kola isdiyiram 15manat versan manimcun emala gatira bilarsan?Seymurdu”, istintaqa məlum olmayan şəxsə məxsus ***- ***-**-** saylı mobil nömrədən “Ayqaqaw cvb verdee 3 dene tema vacibdi uwaga gel demiwem ozumdede qalmayib tema” ; “ay qaqaw catmiwam burdayam 40man var cvb verde” ; “ayqaqaw men arazmarketi keçdim 2dene tema 20man wuwe lazimdi uje diki duwurem”; “Cixdim gelem 75man”; “Ayqaqaw temaya gedirsense gozde 2.5 mende verim pul gotur biryerde mecunde”; “Lomkada adamin varyoxun soy bele elemede bisen axi gozdirem agliyiram Allahaqi duwmen bele elemez adama sen elisen”; “Mawin varidi men cixdim 20man wuwe duzet yoldayam” ; “ayqaqaw cixdim kenden bidene su .lOman wuwe cvb verde” ; “ay qaqaw 55man var gelem” ; “ayqaqaw yari wuweycun gelem cixdim cvb verde”, X7 məxsus ***-***-**-** saylı mobil nömrədən “X20 Bİdene imkan Daxilinde Acda, X15 X13 Gore Seher 10a Qaldi inşallah, indi X19”, istintaqa məlum olmayan şəxsə məxsus ***-***-**-** saylı mobil nömrədən “Awagda dükan terefdeyem qalxiram piyada 30man pulvar İdene kaki biraz wuwe”; “Ay qaqaw 50man pulnan gelem tropin İqr mal varyoxna nelet 50man butovdu cvb ver cixmiwam uje”, “Ayqaqaw 30man var tropin lazimdi dosta ela tema gelib biraz once gediy getirdiy seni soruwdu zeng eledi acmadun anamcani 30man butov hazirdi ancag tropin”; “ayqaqas Aydının canı 75man catiram size 1.5 kako 06süse cvb ver catiram” ; “Yari wuwe 2dene tropin catmiwam uje cixda 70man butov puldu” ; “ayqaqaw İdene tropincin gelem cvb verde catram”, istintaqa məlum olmayan şəxsə məxsus ***-***-**-** saylı mobil nömrədən “Hidayet tel ac brat menem ELvin tramal verim sene 1 list birdeki 25m pulum var qardawiva 08 qum duzelt gelim go turum gedim iwim var vaxtimda azdi”, istintaqa məlum olmayan şəxsə məxsus ***-***-**-** saylı mobil nömrədən “Ayqaqw menem Qaqu o newe istiyen uwag lOman wuwe istiyir mawinda var cixiram gelem çatanda yigacam cvb ver”, istintaqa məlum olmayan şəxsə məxsus 055- 221-14- 56 saylı mobil nömrədən “Ay qaqaş mənəm Qaqu çatdım sizə tərəf yarı wuwe cixartda”, istintaqa məlum olmayan şəxsə məxsus ***-***-**-** saylı mobil nömrədən “Emi salaaam menem seymur qedirbagi nissan sanny 619 metalik.qaqonu getirirdim yadina duwduu.? Emi derman lazimimdi meti tewkil ede bilersen?”, istintaqa məlum olmayan şəxsə məxsus 055-556- 61-00 saylı mobil nömrədən “Emi salam. Necesen ? Sen mene axirinci torpağ verdin, bu mail kefiyetsiz maldi. Meni trexat eledi. Ozude mail acilmir. imkan varsa, gec deyilse, zeng eliyim danisag” kimi SMS mətnləri aşkar edilmiş və buna görə də, həmin disk sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, sms yazışmaları, habelə cinayət işinin materialları üzrə toplanmış sübutların məcmusu ona elan olunmuş ittihamın əsasını təşkil etdiyinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi kifayət qədər sübut olunmuşdur. Cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə düzgüzn tövsif edilmişdir. O, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs, himayəsində azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən əməlində ağırlaşdırıcı halların olması müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 26 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlama yerində saxlanılan tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkiləri ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi ümumilikdə 97,548 qram olan narkotik vasitə qurudulmuş marixuana, 20,456 qram narkotik vasitə heroin, 5,030 qram psixotrop maddə metamfetamin, on səkkiz ədəd həblərdə təsir maddəsinin ümumi miqdarı 0,72 qram olan narkotik vasitə metadon və iyirmi səkkiz ədəd kapsulada təsir maddəsinin ümumi miqdarı 4,2 qram olan güclü təsir edən maddə preqabalin məhv edilməlidir. İş üzrə evkspertiza xərcləri 154 ( yüz əlli dörd ) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 07(yeddi) il, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.1-ci 02(iki)müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 26 yanvar 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi özrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlama yerində saxlanılan tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkiləri ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi ümumilikdə 97,548 qram olan narkotik vasitə qurudulmuş marixuana, 20,456 qram narkotik vasitə heroin, 5,030 qram psixotrop maddə metamfetamin, on səkkiz ədəd həblərdə təsir maddəsinin ümumi miqdarı 0,72 qram olan narkotik vasitə metadon və iyirmi səkkiz ədəd kapsulada təsir maddəsinin ümumi miqdarı 4,2 qram olan güclü təsir edən maddə preqabalin məhv edilsin. İş üzrə evkspertiza xərcləri 154 ( yüz əlli dörd ) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar