Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1198/2020 23.11.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1960-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, üzərində ödənilməmiş məhkumluğu olan, işləməyən, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, 127 ünvanda qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Bağlar massivində nömrəsiz yeni tikilidə kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə Şabran rayonu, Ağalıq kəndi ərazisində “Bakı-Xaçmaz” magistral nəqliyyat yolunun kənarında yerləşən meşə zolağından yabanı halda bitmiş çətənə kollarından qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda ümumi təmiz çəkisi 11 kiloqram 800 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisi, narkotik vasitə hesab edilən qurudulmamış marixuananı yığıb əldə edərək çantaya dolduraraq üzərində saxlamaqla Bakı şəhərinə daşıyaraq gətirmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon X9 Axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxxxxxxx 2020-ci il tarixdə, təxminən saat 20:30da ünvan 3 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə gətirilmiş, orada inzibati otaqların birində saat 21:40-da üzərinə keçirilən şəxsi axtarış zamanı, sağ əlində olan 1 (bir) ədəd üzərində tünd göy rəngli zolaqla ağ xətli yük çantasının içərisində 11 kiloqram 800 qram çəkidə, yəni külli miqdarda narkotik vasitə qurudulmamış marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, xx xxxx 2020-ci il tarixdə məhkəmə qərarı əsasında cəzadan vaxtından əvvəl azad olunmuşdur. O, türmədən çıxdıqdan sonra Pirşağı qəsəbəsində yerləşən dədə-baba bağ evində tək yaşamışdır. O, orada yaşadığı müddətdə heç kəslə ünsiyyəti olmamışdır. O, uzun müddət türmədə cəza çəkdiyindən tanışı və dostu olmamışdır. O, bağda tək tənha yaşamışdır. O, təkliyə dözə bilməmişdir. Belə yaşamaq ona çətin olduğundan polisə gedərək 3-5 illik yenidən türməyə getmək qərarına gəlmişdir. O, düşünmüşdür ki, polislər yüngül maddə ilə onun işini rəsmiləşdirirlər və o, 3-5 il “içəridə” yatdıqdan sonra çıxıb çöldə ölər. Bu məqsədlə o, avtobusla Əzizbəyov metrosuna getmişdir. O, Əzizbəyov metrosunun yaxınlığında avtobusdan düşmüş və piyada Nərimanov rayon Polis İdarəsinə getmişdir. Polis İdarəsində o, aşağıda növbətçi işləyən polisə demişdir ki, “cinayət axtarış şöbəsindən bir nəfər gəlib məni qəbul etsin”. Sonra orada işləyən Vüqar adlı şəxs gəlmişdir. Vüqar adlı şəxs ona kömək edəcəyini bildirmişdir. Vüqar adlı şəxs, həmçinin ona demişdir ki, “narahat olma sənin problemini həll edəcəyik”. Sonra onu Gənclikdə yerləşən bir parka aparmışlar və ona balaca çanta vermişlər. Polislər çantanı ona verdikdə demişlər ki, “sən bu parkın içi ilə get”. O da polislərin dediyi kimi etmişdir. O, bir qədər parkın içi ilə getdikdən sonra polis əməkdaşları ona yaxınlaşmışlar və tutmuşlar. Sonra onu İdarəyə aparmışlar və İdarədə onun çantasından çoxlu miqdarda marixuana çıxmışdır. Orada ondan həmin marixuananın ona məxsus olub-olmamasını soruşmuşlar. O da həmin marixuananın ona məxsus olduğunu polislərə bildirmişdir. Həmçinin, o, həmin marixuananı Şabran rayonunda meşədən satmaq üçün yığıdığını bildirmişdir. Polislər onu necə öyrədiblərsə, o da həmin məzmundan ifadə vermişdir. Təqsirləndirilən şəxs ifadəsində, həmçinin bildirmişdir ki, o, heç vaxt Şabran rayonunda olmamış və oradan marixuana yığmamışdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və barəsində bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon X9 axtarış şöbəsinə X7 qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması, gəzdirməsi, istifadə etməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə raportla Polis İdarəsinin rəhbərliyinə məruzə edilmiş və bundan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunmuşdur. Bundan sonra o, Nərimanov rayon Polis İdarəsinin digər polis əməkdaşları Şahid3 və Şahid1 ilə birlikdə ünvan 3 ünvanının qarşısına getmiş və orada Təqsirləndirilən şəxs müəyyən etmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Onlar Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra sonuncuyu Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla Polis İdarəsinə getməsinə dair etiraz etməmişdir. Onlar birlikdə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin CAŞ-nə getmişlər və bu barədə raportla idarənin rəhbərliyinə məruzə edilmişdir. Müvafiq araşdırmanın aparılması təhqiqatçıya həvalə olunmuşdur. Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması məqsədi ilə müdafiəçi dəvət olunmuşdur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində və yük çantasında dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa onları könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs sağ əlində saxladığı 1 (bir) ədəd üzərində tünd göy rəngli zolaqları və ağ xətlər olan yük çantasını təqdim etmiş və çantanın içərisində narkotik vasitə qurudulmamış marixuananın olduğunu bildirmişdir. Onlar həmin çantanın içərisinə baxdıqlarında çantanın içərisində spesifik iyə malik, yaşıl ot halında kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin marixuananı xx xxxxxxxx 2020-ci il tarixdə Şabran rayonu ərazisində nəzarətsiz meşə sahəsindən yığaraq Bakı şəhərinə satmaq məqsədi ilə gətirdiyini bildirmişdir. Qeyd olunanlardan sonra Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilmiş və həmin vaxt sonuncunun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd 5 manatlıq pul əskinazı, 2 (iki) ədəd 1 manatlıq pul əskinazı, həmin şalvarın sol yan cibindən ona məxsus şəxsiyyət vəsiqəsi, 1 (bir) ədəd alışqan və 1 (bir) qutu “Prima” siqareti aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş ot kütləsi qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imzalanaraq möhürlənmişdir. Qeyd olunanlardan başqa Təqsirləndirilən şəxs üzərindən başqa əşya və predmet aşkar edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 və Şahid3 oxşar məzmunlu ifadə verməklə Şahid2 ifadələrində göstərdiyi xüsusatları təsdiq etmişlər. Şahid4 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki,o, Şabran rayon “X4” rəis əvəzi vəzifəsində işləyir. O, ixtisasca aqronomdur. xx xxxxxxx 2020-ci il tarixdə o, əvvəllər tanımadığı, lakin həmin gün şəxsiyyəti ona məlum olmuş Təqsirləndirilən şəxs iştirakı ilə sonuncu tərəfindən meşə zolağında yığılmış narkotik tərkibli çətənə kollarının yığdığı yerə keçirilmiş baxış zamanı aqronom-mütəxəssis kimi dəvət olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs meşə zolağında çətənə kollarını yığdığı yeri göstərmişdir. O da həmin yerə, eləcə də torpaq sahəsinə baxmış, bir neçə yerdən torpaq sahəsinin nümunəsini götürərək əlləmişdir. O, qeyd olunan torpaq sahəsinin münbitliyini, həmin yerdə müxtəlif növ ağacların, kol və kosların yabanı halda bitdiyini müşahidə etmişdir. Beləliklə də, o, həmin ərazidə yabanı halda çətənə və digər bitkilərin bitməsinin mümkünlüyü müəyyən edilmiş və bu barədə mütəxəssis rəyi vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan olunmuş şahid ifadəsini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 5-6) görünür ki, xx xxxx 1960-cı il təvəllüdlü Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə onun barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 13) görünür ki, Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 27-28) görünür ki, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 20:30 radələrində Təqsirləndirilən şəxs üzərində və yaxud əlindəki yük çantasında dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyaları varsa könüllü təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs da sağ əlində tutduğu 1 (bir) ədəd üzərində tünd göy rəngli zolaqla üzərində ağ xətlər olan yük çantasını təqdim edərək içərisində narkotik vasitə olan marixuananın olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin marixuananı xx xxxxxxxx 2020-ci il tarixdə Şabran rayonu ərazisində nəzarətsiz meşə sahəsindən yığaraq Bakı şəhərinə satmaq məqsədi ilə gətirdiyini bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd üzərində C 12357159 nömrəli 5 (beş) manatlıq pul əskinazı, 2 (iki) ədəd üzərlərində F 57265368 və F 65930771 nömrələri olan 1 (bir) manatlıq pul əskinazları, həmin şalvarın sol yan cibindən üzərində AA ******* nömrəli özünə məxsus şəxsiyyət vəsiqəsini, üzərində “X10” yazısı olan 1 (bir) ədəd alışqanı, “Prima” markalı siqaret qutusunu təqdim etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli şübəhli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 38-39) görünür ki, Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qəbzdən (cild 1, iş vərəqə 40) görünür ki, ümumilikdə 7 (yeddi) manat məbləğində pul, “Prima” markalı siqaret qutusu və 1 (bir) ədəd alışqan Təqsirləndirilən şəxs qaytarılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli mütəxəssis rəyindən və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 46-48) görünür ki, Təqsirləndirilən şəxs əlindəki çantadan aşkar edilmiş yaşıl ot kütləsinin bitki yarpaqlarının hamısı bütövlükdə çətənə bitkisinin yarpaqları olduğu, onların yabanı halda bitdiyi, heç bir kultivasiyaya məruz qalmadığı və həmin yabanı çətənə bitkisinin tərkibində narkotik maddələr olması, bitki kütlənin qurudulmamış marixuana olduğu müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/591 nömrəli məhkəmə-bioloji ekspertiza rəyindən (cild 1, iş vərəqə 50-51) görünür ki, tədqiqata təqdim edilmiş və Təqsirləndirilən şəxs götürülmüş çantada təmiz çəkisi 11800 qram (11 kiloqram 800 qram) bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanadır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 62-63) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1056/2020 saylı qərarından (cild 1, iş vərəqə 81-85) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(005)-754/2020 saylı qərarından (cild 1, iş vərəqə 114) görünür ki, Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qanunauyğun hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2561 saylı rəyindən (cild 1, iş vərəqə 125) görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə etməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olunan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşdan yuxarı olan kişilərə və 55 yaşdan yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tələbnaməsindən (cild 1, iş vərəqə 115-118) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə cinayət törətməyə görə məhkum olunmuş və hazırki cinayət işi üzrə ittihamla bağlı cinayət əməlini törədərkən onun üzərində ödənilməmiş məhkumluğu olmuşdur. Belə ki, o, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 135-138) görünür ki, Təqsirləndirilən şəxs çantasından aşkar edilmiş qurudulmamış marixuananı Şabran rayonu ərazisində yığdığı yeri tam dəqiqliyi ilə əyani şəkildə göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 143-145) görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşıdığı narkotik vasitə hesab edilən qurudulmamış marixuananı Şabran rayonu, Ağalıq kəndi ərazisində “Bakı-Xaçmaz” nəqliyyat yolunun kənarında yerləşən meşə zolağından səpələnmiş və yabanı halda bitmiş çətənə kollarından tək yığaraq çantasına dolduraraq Bakı şəhərinə satmaq üçün gətirdiyini, meşə zolağında həmin çətənə bitki kollarından yaşıl yarpaqlan əli ilə dərib yığdığı yeri tam dəqiqliyi ilə göstərdikdən sonra, mütəxəsis-aqranom tərəfindən qeyd olunan və göstərilən meşə sahəsində torpaq sahəsinin münbütlüyü qara rəngdə olması, həmin ərazidə müxtəlif növ ağacların, kolların və bitkilərin olması müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli mütəxəssis rəyindən (cild 1, iş vərəqə 146) görünür ki, Şabran rayonu, Ağalıq kəndi ərazisində “Bakı-Xaçmaz” nəqliyyat magistral yolunun sol kənarında sıx meşə ərazisində Təqsirləndirilən şəxs göstərdiyi sahədə torpaq sahəsinin münbitliyinə görə həmin sahədə çətənə bitkiləri, göbələk, digər yabanı bitkilərin və kolların özbaşına, kultivasiya edilmədən bitməsi mümkündür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 150-159) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yeni məzmunda ittihamın elan edilməsi, onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət təqibinə xitam verilməsi, 1 (bir) ədəd üzərində tünd göy rəngli zolaqları və ağ xətlər olan yük çantasının və çantanın içərisindən aşkar edilmiş təmiz çəkisi 11800 qram (on bir kiloqram səkkiz yüz qram) olan narkotik vasitə qurudulmamış marixuananın maddi sübut kimi tanınması, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 11,799,8 qram olan narkotik vasitə olan qurudulmamış marixuananın saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi haqqında videogörüntünü əks etdirən 1(bir) ədəd diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan olunması haqqında qərardan (cild 1, iş vərəqə 162-162) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yeni məzmunda ittiham elan olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli arayışdan (cild 1, iş vərəqə 180) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon Polis İdarəsinin inzibati binasının yerləşdiyi ünvanda, yəni Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, 127 saylı ünvanda qeydiyyatdadır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xasiyyətnamədən (cild 1, iş vərəqə 181) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş videoçəkilişdən görünür ki, xx xxxxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə dəvət edilmiş müdafiəçinin iştirakı ilə keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlindəki yük çantanı polis əməkdaşına təqdim edərək içərisində marixuananın olduğunu, həmin narkotik vasitə marixuananı satmaq məqsədi ilə Şabran rayonu ərazisində yerləşən meşədən yığdığını bildirmiş, eləcə də çantanın içərisində olan narkotik vasitənin çəkisini mübahisələndirməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2011-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən (cild 1, iş vərəqə 120-123) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinərək 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Andrey X1rşı” işi üzrə X11 Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisinin vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona qarşı irəli sürülmüş ittihamın mübahisələndirilməsinə baxmayaraq, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur və həmin sübutlar əsasında cinayət hadisəsinin həqiqətən baş verməsi, yəni Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin bütün əlamətlərinin olması və cinayət əməlinin qəsdən törədilməsi tam təsdiq olunur. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının (1-ci Siyahı) 12-ci bəndinə əsasən - təmiz halda 2500 (iki min beş yüz) qramdan artıq çəkidə qurudulmamış marixuana külli miqdar təşkil edir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə dəvət olunmuşdur. Polis İdarəsində inzibati otaqların birində videoçəkiliş vasitəsi ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışda Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məqsədi ilə dəvət edilmiş müdafiəçi də iştirak etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əlində olan yük çantasının içərisində külli miqdarda, yəni 11 kiloqram 800 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuana aşkar edilmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs çantada olan 11 kiloqram 800 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuananı xx xxxxxxxx 2020-ci il tarixdə Şabran rayonu, Ağalıq kəndi ərazisində “Bakı-Xaçmaz” magistral nəqliyyat yolunun kənarında yerləşən meşə zolağında yabanı halda bitmiş çətənə kollarından yığdığını bildirmişdir. Həmçinin, o, həmin narkotik vasitəni Bakı şəhərində satmaq məqsədi ilə yığdığını bildirmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı 11 kiloqram 800 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuananın ona məxsus olmamasını, eləcə də narkotik vasitənin çəkisini mübahisələndirməmişdir. Ümumiyyətlə Təqsirləndirilən şəxs ibtidai istintaqın əvvəlindən cinayət işinə məhkəmə istintaqında baxılanadək ona irəli sürülmüş ittihamı, eləcə də ona məxsus çantadan aşkarlanmış narkotik vasitənin növünü, çəkisini, həmin narkotik vasitənin ona məxsus olmasını mübahisələndirməmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsiniməhkəmə cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadələr kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəni mötəbər sübut hesab etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ibtidai istintaq zamanı verdiyi ifadələrdən tamamilə fərqli məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşdür. Təqsirləndirilən şəxs çantasından aşkar edilmiş narkotik vasitənin növünü, həmin vasitənin çəkisini və həcmini (11 kiloqram 800 qram), habelə aşkarlanmış narkotik vasitənin çəkisinin qanunla müəyyən edilmiş çəkidən, yəni 2500 (iki min beş yüz) qramdan artıq olması ona dəlalət edir ki, təqsirləndirilən şəxs həmin narkotik vasitəni məhz satış məqsədi ilə əldə edərək (Şabran rayonu ərazisində yerləşən meşədən yığaraq) saxlamış və daşımışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 11 kiloqram 800 qram çəkidə qurudulmamış marixuananıəldə edib (meşədən yığıb) üzərində saxlamaqla Bakı şəhərinə gətirməsində (daşımasında) məqsədi həmin narkotik vasitəni satmaq və ya digər formada əvəzli şəkildə özgəninkiləşdirmək olmuşdur. Başqa nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilmədi. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143- 146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri mövcuddur. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş və qəsdən törədilmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edir. Həmin cinayət əməli onun tərəfindən qəsdən törədilmiş və bu cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, Aşumov X8 Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşlı olmasını (60 yaşdan yuxarı) Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Bundan başqa, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2011-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinərək 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, lakin Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2011-ci il tarixli qərarı ilə onun cəzası 9 (doqquz) il 6 (altı) ay müddətinədək endirilmişdir. Həmçinin, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən (2 ay 12 gün) vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Hazırki cinayət işi üzrə cinayət əməli törədilən vaxt Təqsirləndirilən şəxs üzərində çəkilməmiş cəzası olmasa da, əvvəlki cinayət əməlinə görə onun məhkumluğu ödənilməmişdir. Bu hal isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivini təşkil edir. Ona görə də məhkəmə təhlükəli residivi Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qəbul edir və nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən isə təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2020-ci il tarixli qərarında göstərilmişdir ki, məhkumluq yalnız şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir, şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayəthüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83cü maddəsinin şərh edilməsinə dair” 2009-cu il 25 may tarixli Qərarı). Cinayət qanunvericiliyində cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, habelə yetkinlik yaşına çatmayan şəxslər barəsində fərqli məhkumluğun ödənilməsi müddətləri nəzərdə tutulmuşdur. Belə ki, Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə müvafiq olaraq, böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə, xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində isə onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır (Məcəllənin 83.4-cü maddəsi). Məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər də Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini, habelə digər cinayət əməllərini törətmiş, sonuncu dəfə törətdiyi cinayətə görə məhkəmə tərəfindən o, cəzasının çəkilməmiş hissəsindən məhkəmə qərarı əsasında şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Onun barəsində məhkəmə tərəfindən humanist qərar çıxarılsa da, o, dövlətin ona göstərmiş olduğu humanist addımdan və ona göstərilmiş güzəştdən heç bir nəticə çıxarmamışdır. Başqa sözlə, o, törətdiyi əməllərdən nəticə çıxarmamış və islah olunmamış, əksinə cinayət törətməyə daha da meyilli olmuşdur. Belə olduğu halda, Cinayət Məcəlləsinə əsasən Təqsirləndirilən şəxs daha sərt (ağır) cəza təyin edilməlidir. Lakin məhkəmə Təqsirləndirilən şəxs yaşlı olmasını (60 yaşdan yuxarı), o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, o cümlədən cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin imperativ tələbləri nəzərə alınmaqla ədalətli şəkildə cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs daha sərt (ağır) cəzanın təyin edilməsi onu daha ciddi məhrumiyyətlərə düçar edə bilər. Bu hal isə məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasına uyğun məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə görə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Habelə təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda xx xxxxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2561 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə etməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin onun 60 yaşı olması səbəbindən ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halın olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmamalıdır. Lakin o, yaşadığı ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsində saxlanılan və qalıq çəkisi 11,799,8 qram olan narkotik vasitə qurudulmamış marixuana və 1 (bir) ədəd çanta hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi haqqında videogörüntünü əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarına saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 89 (səksən doqquz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Bakı şəhəri Nərimanov rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 11,799,8 qram olan narkotik vasitə qurudulmamış marixuana və 1 (bir) ədəd çanta hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi haqqında videogörüntünü əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarına saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1198/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1198/2020
23.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver