Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1198/2021 29.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X4 və X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X3, müdafiəçi Bakı şəhəri, 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1993-cü ildə Bərdə şəhərində anadan olmuş, AR vətəndaşı, subay, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük savxozunda fərdi evdə yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş, hal-hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3, 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələri əldə etmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Tahir» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 2020-ci ilin mart ayında istifadə etdiyi mobil telefonun “Whatsapp” proqramı vasitəsi ilə “Tahir” adlı şəxsin qeyd etdiyi ünvandan, yəni Bakı şəhəri, Nizami rayonu, metronun «Qara Qarayev» stansiyasının yaxınlığında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 1640 ədəd ağ/qırmızımtıl-qəhvəyi dərman kapsullarında təsiredici maddələrinin ümumi miqdarı 492 qram olan güclü təsir edən maddə preqabalin preparatını, 100 ədəd yaşıl rəngli, bir tərəflərində “V” işarəsi həkk olunmuş tabletlərdə təsiredici maddələrinin ümumi miqdarı 19 qram olan psixotrop maddə MDMA (metilendioksimetamfetamin, ekstazi) preparatını, bitki mənşəli kütlələrin tərkibində sintetik kannabinoidlərə aid 0,105 qram olan MDMB-4en- PİNACA adlı maddəni, ümumi təmiz çəkisi 74,883 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, təmiz çəkisi 59.125 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, təmiz çəkisi 9.789 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq kirayədə yaşadığı ünvan 4 ünvanına gətirərək saxlamış, bundan sonra satış məqsədi ilə Şahid5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 27.03.2020-ci il tarixdə istifadə etdiyi mobil telefonu vasitəsi ilə göstərişinə əsasən Şahid5 Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanına gedib mənzildən satış məqsədi ilə qanunsuz olaraq, 01 (bir) ədəd şəffaf sellofan paketdə təmiz çəkisi 39,460 qram olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib, həmin şəffaf sellofan paketi əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibində saxlamaqla daşımış, 27 mart 2020-ci il tarixdə saat 21:10 radələrində Nərimanov RPİ-nin və Nərimanov RPİ 17-ci PŞ-nin əməkdaşları tərəfindən Şahid5 ünvan 5 ünvanının yaxınlığında saxlanılaraq ünvan 6a yerləşən Nərimanov RPİ-nin inzibati binasına gətirilmiş və orada üzərinə baxış keçirilən zaman əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan paketdə təmiz çəkisi 39,460 qram olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüş, bundan sonra Nərimanov RPİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvan 4 ünvanında axtarış və götürmə aparılaraq mənzildə paltar dolabının içərisində aşkar edilmiş qırmızı rəngli yol çantasında 01 ədəd paketdə külli miqdarda 1074 ədəd ağ/qırmızımtılqəhvəyi dərman kapsullarında təsiredici maddələrinin ümumi miqdarı 322.2qram olan güclü təsir edən maddə preqabalin preparatı, külli miqdarda 50 ədəd yaşıl rəngli, bir tərəflərində “V” işarəsi həkk olunmuş tabletlərdə təsiredici maddələrinin ümumi miqdarı 9.5qram olan psixotrop maddə MDMA (metilendioksimetamfetamin, ekstazi) preparatı, bir ədəd skoçla bağlanmış sellofanda, iki ədəd şəffaf sellofan paketdə, bir ədəd folqalı paketdə olan bitki mənşəli kütlələrin tərkibində sintetik kannabinoidlərə aid 0,079qram çəkidə MDMB-4en- PİNACA adlı maddə, bir ədəd şəffaf sellofan paketdə təmiz çəkisi 35,423qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, mənzildə aşkar edilərək götürülmüş və ünvan 6a yerləşən Nərimanov RPİ-nin inzibati binasında açılaraq içərisinə baxış keçirilmiş seyfin içərisindən külli miqdarda 01 ədəd paketdə 566 ədəd ağ/qırmızımtı qəhvəyi dərman kapsullarında təsiredici maddələrinin ümumi miqdarı 169.8qram olan güclü təsir edən maddə preqabalin preparatı, külli miqdarda 50 ədəd yaşıl rəngli, bir tərəflərində “V” işarəsi həkk olunmuş tabletlərdə təsiredici maddələrinin ümumi miqdarı 9,5 qram olan psixotrop maddə MDMA (metilendioksimetamfetamin, ekstazi) preparatı, üzərində “Mentos-Pure Fresh” yazısı olan 01 ədəd plastik qabda külli miqdarda təmiz çəkisi 59.125qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd polietilen torbacıqda külli miqdarda təmiz çəkisi 9.789qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 18(on səkkiz) ədəd kiçik şəffaf sellofan paketdə və iki ədəd şəffaf sellofan paketdə olan bitki mənşəli kütlələrin tərkibində sintetik kannabinoidlərə aid 0,026qram çəkidə MDMB- 4en-PİNACA adlı maddə aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Tahir» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 26 noyabr 2020-ci il tarixdə saat 12 radələrində istifadə etdiyi mobil telefonun “Whatsapp” proqramı vasitəsi ilə “Tahir” adlı şəxsin qeyd etdiyi ünvandan, yəni Bakı şəhəri, Nizami rayonu, metronun «Qara Qarayev» stansiyasının yaxınlığında yerləşən «Ruslan» marketin arxası tərəfdə məhəllədə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi sayı 386 ədəd olan həblərdə əsas təsiredici maddənin ümumi miqdarı 65,940 qram olan psixotrop maddə metilendioksimetamfetaminin (MDMA) preparatı, 15 ədəd sellofan bükümlərdə ümumi çəkisi 247,540 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 04 ədəd şəffaf sellofan bükülüdə ümumi çəkisi 16,736 qram çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 10 ədəd şəffaf sellofan bükülüdə ümumi çəkisi 10,779 qram bitki mənşəli kütlələrin tərkibində sintetik kannabinoidlərə aid 0,096 qram çəkidə 5CL-ADB-A adlı maddə əldə edərək daşıyaraq özündə saxlamış, 27 noyabr 2020-ci il tarixdə saat 17:00 radələrində axtarışda olması ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Nərimanov RPİ 17-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, metronun «Həzi Aslanov» stansiyasının çıxışı yaxınlığında saxlanılaraq ünvan 10 ünvanında yerləşən Nərimanov RPİ 17-ci PŞ-nin inzibati binasına gətirilmiş və orada üzərinə baxış keçirilən zaman əlində olan açıq bənövşəyi rəngli üzərində «Levis» yazılan sellofan torbanın içərisində olan qara rəngli sellofan torbanın içərisindən 01 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 47,102 qram narkotik vasitə kokain, ümumi sayı 386 ədəd olan, 108 ədəd yaşıl rəngli romb şəkilli, 10 ədəd üzərində «Heineken» göstəriciləri olan açıq-yaşıl rəngli dördkünc formalı, 6 ədəd mavi rəngli dairəvi formalı, 262 ədəd üzərində «Red Bull» göstəricisi olan açıq-yaşıl rəngli dörd künc formalı, ümumi sayı 386 ədəd külli miqdarda olan həblərdə əsas təsiredici maddənin ümumi miqdarı 65,940 qram (16,2 qram+1,5 qram+1,08, qram+47, 16qram) olan psixotrop maddə metilendioksimetamfetaminin (MDMA) preparatı, 15 ədəd sellofan bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 234,220 qram, 0,890 qram, 0,997 qramf 0,990 qram, 0,949 qram, 0,920 qram, 0,989 qram, 0,980 qram, 0,952 qram, 0,950 qram, 0,995 qram, 0,890 qram, 0,903 qram, 0,945 qram, 0,970 qram, ümumi çəkisi 247,540 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 04 ədəd şəffaf sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,100 qram, 4,291 qram, 4,183 qram, 4,162 qram, ümumi çəkisi 16,736 qram çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 10 ədəd şəffaf sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,008 qram, 1,033 qram, 1,037 qram, 1,143 qram, 1,123 qram, 1,119 qram, 1,109 qram, 1,138 qram, 1,026 qram, 1,043 qram, ümumi çəkisi 10,779 qram bitki mənşəli kütlələrin tərkibində sintetik kannabinoidlərə aid 0,096 qram çəkidə 5CL- ADB-A adlı maddə aşkar edilərək götürülmüşdür.. Məhkəmə iclasında təqsitləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 4 il olar Bakı şəhərində yaşayır. Əvvəllər marixuana istifadə etsə də, bir il olar ki, heç vaxt narkotik vasitə istifadə etməmiş, həmişə narkotik vasitəni əslən İran İslam Respublikası vətəndaşı olan Tahir adlı şəxsdən telefonla danışır, metronun Qara Qarayev stansiyasında müəyyən yerə qoyur və o, da gedib götürür. 2020-ci ilin mart ayında Tahir adlı şəxs hazırda nömrəsini xatırlamadığı vatçap nömrədən onun istifadəsində olan və Tahirin özü tərəfindən ona verilmiş nömrəsinə zəng etmiş və bildirmiş ki, Qara Qarayev metrosunun yaxınlığından narkotik vasitəni götürsün. O, da Tahirin dediyi, hal-hazırda xatırlamadığı yerə gedib Tahirin narkotik vasitəni götürmüşdür. Oradan kirayədə yaşadğı ünvan 12 ünvanına gəlmişdir. Mənzildə Tahirin ona qoyduğu sellofan torbanı açmış və içərisində çəkilərini və saylarını xatırlmadığı nakrotik vasitələr marixuana və heroin, psixotrop maddələr və həblər aşkar etmişdir. Həmin maddələrin bir hissəsini qırmızı rəngli yol çantasının içərisinə, bir hissəsini isə balaca dəmir seyfin içərisinə yığmışdır. Bir neçə gündən sonra Tahir onunla əlaqə saxlayıb demiş ki, marixuananın bir hissəsini götürsün və deyəcəyi yerə qoysun. O, evdən kənarda olduğundan tanışı Romaya zəng etmiş və yaşadığı evə gedib qoyduğu yerdən bir iri büküm marixuananı götürüb özündə saxlamasını, sonradan dediyi yerə qoymasını bildirmişdir. Romada onunla razılaşıb yaşadığı evə gedib marixuananı dediyi yerdən götürmüşdür. Lakin sonradan ona məlum olmuş ki, Romanı polis əməkdaşları narkotiklə tutublar. Bu xəbəri aldıqdan sonra o, bir daha yaşadığı evə getməmiş və gizlənmişdir. 26 noyabr 2020-ci il tarixdə Tahir vatçap nömrədən ona zəng etmiş və bildirmiş ki, Qara Qarayev metrosunun yanında “Ruslan” marketin arxası tərəfdə məhəllədə sellafona narkotik vasitə qoymuşdur. Ondan xahiş etmiş ki, həmin narkotiki götürüb, sonra özü deyəcəyi adama aparıb versin. Buna görə ona həmin yerdə 1000 manat pul saxladığını da bildirmişdi. O, Tahirin dediyi yerdən gedib bir ədəd sellafonda narkotik vasitələri və 1000 manat pulu götürmüşdür. Sonra Tahir adlı şəxslə əlaqə saxlamış, bildirmiş ki, narkotiki də götürsün, aparıb Həzi Aslanov metrosunun yanında bir yerə qoysun. 27 noyabr 2020-ci il tarixdə saat 17 radələrində o, avtobusla “Həzi Aslanov” metrosunun yaxınlığına getmişdir. Metronun yaxınlığında olan zaman ona mülki geyimdə olan polis əməkdaşları yaxınlaşmışlar, özlərini təqdim edib Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları olduqlarını bildirmişlər, axtarışda olduğu üçün onu saxlamışlar. Sonra əlindəki sellafonda nə olmasını soruşmuşlar. O, yalan danışmağın bir əhəmiyyət kəsb etmədiyini başa düşüb əlindəki maddələrin narkotik vasitə olmasını bildirmişdir. Sonra polis əməkdaşları onu 17-ci PŞ-nə dəvət etmişlər. İdarədə ona üzərində olan əşyaları təqdim etməyi dedikdə, o, əynində olan qara rəngli cins şalvarının sol cibindən 1 ədəd qara rəngli VİNSTON markalı siqaret qutusunu, 1 ədəd göy rəngli alışqanı, 537 manat punu, həmin şalvarın sağ cibindən 1 ədəd qara rəngli XİAOMİ markalı mobil telefonu və 1 ədəd qara rəngli Samsung markalı mobil telefonu və əlində olan açıq bənövşəyi rəngli üzərində “LEVİS” yazılan sollafanı təqdim etmişdir. Həmin sollafanın içərisində qara rəngli sollfananın içərisindən 14 bükümdə yaşıl rəngli narkotik maddəyə bənzər ot şəkilli bükümü, 2 ədəd hər birində 50 ədəd olmaqla müxtəlif rəngli həb şəkilli dərman preparatına bənzəyən maddəni, 1 ədəd iri sollafana bükülmüş şəffaf rəngli bərk kristal formalı narkotik maddəyə bənzər bükümü, 286 ədəd müxtəlif rəngli həb şəkilli dərman preparatını və 1 ədəd adi sellafanda ağ rəngli bərk formalı maddəni təqdim etmiş, həmin sollafanın içərisində qara rəngli sollafananın içərisindən 14 bükümdə yaşıl rəngli narkotik maddəyə bənzər ot şəkilli bükümün narkotik vasitə olan marixuana, 2 ədəd hər birində 50 ədəd olmaqla müxtəlif rəngli həb şəkilli dərman preparatına bənzəyən maddənin psixotrop vasitə olan ekstazi, 1 ədəd iri sollafana və 14 ədəd bükümdə bükülmüş şəffaf rəngli bərk kristal formalı narkotik maddəyə bənzər bükümün narkotik vasitə olan metanfetamin, 286 ədəd müxtəlif rəngli həb şəkilli dərman preparatının psixotrop vasitə olan ekstazi və 1 ədəd adi sollafanda ağ rəngli bərk formalı maddənin narkotik maddə olan kokain olmasını və aşkar edilən narkotik maddələrin ona məxsus olmasını bildirmişdir. Həmin narkotik maddələri 26 noyabr 2020-ci il tarixdə saat 12 radələrində Nizami rayonu, Qara Qarayev metrosunun yanında onlayn üsulla kuryer kimi əvvəllər tanımadığı və hər hansı anket məlumatını bilmədiyi İran İslam Respublikası vətəndaşından başqa yerə çatdırmaq üçün 1000 manat müqabilində əldə etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları ondan başqa harada hər hansı qanunsuz əşya saxlayıb-saxlamamağını soruşanda, o, təqdim etdiyi narkotikdən başqa heç bir yerdə qanunsuz əşya və ya narkotik maddə saxlamadığını bildirmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri və digər istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təxminən 2-3 aydır ki, marixuana və bonsaidən çəkmək üsulu ilə istifadə edir.. Başqa digər narkotik vasitələrdən istifadə etmir. Ailəli olduğundan mütəmadi olaraq ailəsi ilə birlikdə ünvan 13 ünvanda yaşayır. Ara-sıra, 4-5 ildir ki, tanıdığı və aralarında dostluq münasibətləri olan Nicatın kirayədə yaşadığı ünvan 14 ünvana gedib gəlmiş, amma orda qalmamışdır. Nicatın evinin qarşısında piyada gəzib, Nicatın zəngini gözlədiyi zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb Nərimanov RPİ-nə aparmışlar. Nərimanov RPİ-ndə təklif etdilər ki, üzərində narkotik maddə və ya digər maddələri könüllü təqdim etsin. Onun üzərində narkotik vasitə olmamışdır. Ona deyiblər ki, Nicatın evindən narkotik çıxıb, sən boynuna götürməlisən ki, guya ona narkotiki kiməsə çatdırmaqda köməklik etmisən. O, boyun qaçıranda ona təziqlər etməyə başlayıblar. Ona zor tətbiq ediblər. O, təsirlər və təziqlərə tab gətirməyərək adından yazılmış ifadələrə imza etmişdir. Müstəntiq ona söz vermişdir ki, o, bu ifadəyə imza etsə, onu buraxacaqlar, o da aldanıb imza etmişdir. Bundan başqa polis əməkdaşları tərəfindən ona təklif olunmuş ki, Nicatla birlikdə yaşadığı evi göstərsin. O, evi göstərməyi və evdə axtarış aparılmasına etiraz etməmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Yusifov küçəsi ev 24A, məznil 96 saylı mənzildə axtarış və götürmə aparılmasına etiraz etməməyi barədə ərizə yazmışdır. 28 mart 2020-ci il tarixdə gecə polis əməkdaşları ilə birlikdə həmin ünvana gəlmişlər. Orada qapını Nicatın ona verdiyi açarla açıb içəri daxil olmuşlar. Sonra polis əməkdaşları tərfindən mənzildə axtarış aparılmış və mənzilin yataq otağında yerləşən paltar dolabın içərisindəki qırmızı rəngli yol çantasının içərisindən, 41 bükümdə, ümumilikdə 1124 ədəd həb, onlardan 50 ədəd həb yaşıl rəngli olmaqla üzərində V yazısı həkk olunmuşdur. Qalan 1074 ədəd kapsul formalı olmaqla eyni görünüşə, yəni bir tərəfi ağ, digər tərəfi isə qəhvəyi rəngli həblər olmuşdur. Bundan başqa həmin çantanın içərisində tünd yaşıl rəngli, spesifik iyə malik, qurudulmuş ot kütləsi olan ayrı-ayrılıqda bükülmüş 05 ədəd büküm və üzərində Constant yazısı olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan sonra dolabda 01 ədəd ağ rəngli dəmir seyf aşkar olunmuşdur. Polis əməkdaşları tərəfindən həmin seyfdə qablaşdırılaraq götürülmüşdür. Nərimanov RPİ-nin inzibati binasına qayıtdıqdan sonra, orada seyfin açılması və içərisində olan əşyalara baxış keçirilməsinə etirazı olmamasına dair ərizə yazmışdır. Polis əməkdaşları tərəfindən onun iştirakı ilə inzibati binanın 3-cü mərtəbəsində yerləşən 48 saylı otaqda seyfin arxa divarı sındırılmaqla açılmış və içərisinə baxış keçirilərkən, içərisindən 25 ədəd şəffaf rəngli polietilen torbaların içərilərindən ümumilikdə 616 ədəd həb, onlardan 50 ədəd həb yaşıl rəngli olmaqla üzərində V yazısı həkk olunmuşdur. Qalan 566 ədəd kapsul formalı olmaqla eyni görünüşə, yəni bir tərəfi ağ, digər tərəfi isə qəhvəyi rəngli həblər olmuşdur. Bundan başqa həmin seyfin içərisində tünd yaşıl rəngli, spesifik iyə malik, qurudulmuş ot kütləsi olan ayrıayrılıqda polietilen poketlərə bükülmüş 20 ədəd büküm, üzərində “X17” yazıları yazılmış 01 ədəd plastik qabın içərisində ağ rəngli kristal halında olan maddələr və 01 ədəd şəffaf polietilen torbanın içərisində sarımtıl-qəhvəyi rəngli kristal halında olan 06 ədəd maddə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hazırda Nərimanov RPİ 17-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində, polis mayoru rütbəsində xidmət edir. Nərimanov RPİ İŞ-si tərəfindən Təqsirləndirilən şəxs Naiq oğlu barəsində axtarış elan edilmişdir. 27 noyabr 2020-ci il tarixdə saat 17 radələrində o və Nərimanov RPİ 17-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkilləri Şahid3 və Şahid4 ilə birlikdə keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs metronun «Həzi Aslanov» stansiyasının çıxışı yaxınlığında müəyyən edilərək tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanlarkən əlində bənövşəyi rəngli üzərində «Levis» yazısı olan selofan torba olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs Nərimanov RPİ 17-ci PŞ-nə gətirmişlər. Axtarışda olan Təqsirləndirilən şəxs tərəflərindən saxlanması barədə müvafiq protokol tərtib edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs barəsində müvafiq tədbirlərin görülməsi Nərimanov RPİ 17-ci PŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Orxan Əliyevə həvalə edilmişdir. X13 tərəfindən Təqsirləndirilən şəxs izah etdilmiş ki, üzərində narkotik vasitə saxlamasından şübhələndikləri üçün üzərinə axtarış və götürmə aparacaqlar. Bundan sonra təhqiqatçı Orxan Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izahat edib, hüquqlarının təmin olunmasından ötrü vəkil dəvət edilmişdir. Sonra iştirakçıların iştirakı ilə otaqların birində video çəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs təklif etdilmiş ki, üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol cibindən 1 ədəd qara rəngli VİNSTON markalı siqaret qutusunu, 1 ədəd göy rəngli alışqanı, 537 manat punu, həmin şalvarın sağ cibindən 1 ədəd qara rəngli XİAOMİ markalı mobil telefonu və 1 ədəd qara rəngli Samsung markalı mobil telefonu və əlində olan açıq bənövşəyi rəngli üzərində “LEVİS” yazılan sollafanı təqdim etmişdir. Həmin sellofan torbaya baxış keçirilmiş və içərisində qara rəngli sollfananın içərisindən 14 bükümdə yaşıl rəngli narkotik maddəyə bənzər ot şəkilli büküm, 02 ədəd hər birində 50 ədəd olmaqla müxtəlif rəngli həb şəkilli dərman preparatına bənzəyən maddə, 01 ədəd iri sollafana bükülmüş şəffaf rəngli bərk kristal formalı narkotik maddəyə bənzər büküm, 286 ədəd müxtəlif rəngli həb şəkilli dərman preparatı və 01 ədəd adi sollafanda ağ rəngli bərk formalı maddə aşkar edilmişdir. Sorğu sual zamanı Təqsirləndirilən şəxs həmin sellofanın içərisində qara rəngli sollafananın içərisində 14 bükümdə yaşıl rəngli narkotik maddəyə bənzər ot şəkilli bükümün narkotik vasitə olan marixuana, 02 ədəd hər birində 50 ədəd olmaqla müxtəlif rəngli həb şəkilli dərman preparatına bənzəyən maddənin psixotrop vasitə olan ekstazi, 01 ədəd iri sellofana və 14 ədəd bükümdə bükülmüş şəffaf rəngli bərk kristal formalı narkotik maddəyə bənzər bükümün metanfetamin, 286 ədəd müxtəlif rəngli həb şəkilli dərman preparatının psixotrop vasitə olan ekstazi və 01 ədəd adi sollafanda ağ rəngli bərk formalı maddənin narkotik maddə olan kokain olduğunu və ondan aşkar edilən narkotik maddələrin ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik maddələri 26 noyabr 2020-ci il tarixdə saat 12:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində onlayn üsulla kuryer kimi əvvəllər tanımadığı və hər hansı anket məlumatını bilmədiyi İran İslam Respublikası vətəndaşından başqa yerə çatdırmaq üçün 1000 manat müqabilində əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 14 bükümdə yaşıl rəngli narkotik maddəyə bənzər ot şəkilli büküm, 02 ədəd hər birində 50 ədəd olmaqla müxtəlif rəngli həb şəkilli dərman preparatına bənzəyən maddə, 01 ədəd iri sellofana bükülmüş şəffaf rəngli bərk kristal formalı narkotik maddəyə bənzər büküm, 286 ədəd müxtəlif rəngli həb şəkilli dərman preparatı və 01 ədəd adi sellafanda ağ rəngli bərk formalı maddə özünün, müdafiəçisinin və digər iştirakçıların iştirakı ilə zərfə qoyaraq 219 №-li möhürlə möhürlənmişdir. Bundan sonra X13 tərəfindən protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunmuş Şahid4 Şahid2 ifadəsinə uyğun ifadə vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, Nərimanov RPİ 17-ci PŞ-nin CA üzrə kiçik inspektoru vəzifəsində, polis serjantı rütbəsində xidmət edir. 27 mart 2020-ci il tarixdə təxminən saat 21 radələrində xidməti zərurətlə əlaqədar Nərimanov RPİ CAŞ-nin CA üzrə kiçik inspektoru X7 ilə birlikdə ünvan 15 ünvanın yaxınlığında olduqları zaman, bir nəfər şəxsin hərəkətləri və davranışı ilə, yəni yeriyərkən səndələdiyini və özünü şübhəli aparmasını müşayiət etmişlər. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib, ondan özünü təqdim etməyini təklif edən zaman həmin şəxs davranışı və onlarla danışan zaman gözlərinin axmasını, verilən suallara qeyri müəyyən cavab verməsi ilə şübhələrini daha da artıraraq oradan uzaqlaşmağa cəhd göstərmişdir. Onlar həmin şəxsi saxlayaraq Nərimanov RPİ-nə gətirib növbətçi hissəyə təqdim etmişlər. Müəyyən olunmuş ki, həmin şəxs Şahid5dur. Şahid5 tərəflərindən saxlanması Nərimanov RPİ-nin rəisi, polis polkovniki Vaqif Müslümova raportla məruzə olunmuşdur. Bundan sonra Şahid5 barəsində müvafiq tədbirlərin görülməsi Nərimanov RPİ TŞ-nin təhqiqatçısı, polis kapitanı Orxan Məmmədova həvalə edilmişdir. X6 tərəfindən Şahid5 izah etdilmiş ki, üzərində narkotik vasitə saxlamalarından şübhələndikləri üçün üzərinə axtarış və götürmə aparacaqlar. Bundan sonra otaqların birində video çəkilişdən istifadə etməklə Şahid5 təklif etdilmiş ki, üzərində qanunla dövriyyəsi qadağan edilmiş narkotik maddə və ya buna bənzər digər maddələr varsa könüllü təqdim etsin. Şahid5 əynində olan olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən şəffaf polietilen torbaya doldurulmuş, içərisində tünd yaşıl rəngli, spesifik iyə malik, qurudulmuş ot kütləsi olan 01 ədəd bükümü, həmin gödəkçənin sol yan cibindən 01 ədəd qara rəngli «Samsung» markalı mobil telefonu, əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən 01 ədəd bir manatlıq pul əskinazı, həmin şalvarın sol yan cibindən ağ rəngli alşqanı və gümüşü rəngli metaldan hazırlanmış 01 ədəd açarı çıxarıb təqdim etmişdir. Sorğu zamanı Şahid5 bildirmiş ki, təqdim etdiyi 01 ədəd bükümün içərisində olan maddə narkotik vasitə marixuanadır, həmin narkotik vasitə marixuananı 27 mart 2020-ci il tarixdə dostu Nicat adlı şəxsin kirayə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Yusifov küçəsi ev 24A, 96 saylı mənzildən götürüb üzərində saxlamışdır. Şahid5 tərəfindən təqdim edilmiş maddə X6 tərəfindən götürülərək qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra X6 tərəfindən protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Şahid5 təklif olunmuş ki, Nicatla birlikdə yaşadığı evi göstərsin. Şahid5 evi göstərə biləcəyini və evdə axtarış aparılmasına etiraz etmədiyini bidirmişdir. Şahid5 evdə axtarış və götürmə aparılmasına etiraz etməməyi barədə ərizə yazmşdır. 28 mart 2020-ci il tarixdə saat 00:00 radələrində Şahid5 göstərməsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Yusifov küçəsi ev 24A, ünvanına gəlmişlər. Orada onlara bir nəfər yaxınlaşaraq adının Şakir olduğunu və Nicatın dayısı olduğunu bildirmişdir. Onlar ona Nicatın evində narkotik vastələrin saxlanılmasından şübhələndikləri üçün evə baxış keçirilməsi zərurəti yarandığını bildirmişlər. Şakir adlı şəxs mənzilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və baxışın onun iştirakı ilə keçirilməsini xahiş etmişdir. Bundan sonra mənzildə keçiriləcək baxışda iştirak etmələri üçün 2 nəfər hal şahidləri dəvət olunmuş və onlara hüquq və əzifələri izah olunmuşdur. Bundan sonra 96 saylı mənzilin qapısını Şahid5 olan açarla açıb içəri daxil olmuşlar. Sonra mənzildə videoçəkiliş aparılmaqla axtarış aparılmış və mənzilin yataq otağında yerləşən paltar dolabın içərisindəki qırmızı rəngli yol çantasının içərisindən, 41 bükümdə, ümumilikdə 1124 ədəd həb aşkar olunmuşdur. Onlardan 50 ədəd həb yaşıl rəngli olmaqla üzərində V yazısı həkk olunmuşdur. Qalan 1074 ədəd kapsul formalı olmaqla eyni görünüşə, yəni bir tərəfi ağ, digər tərəfi isə qəhvəyi rəngli həblər olmuşdur. Bundan başqa həmin çantanın içərisində tünd yaşıl rəngli, spesifik iyə malik, qurudulmuş ot kütləsi olan ayrı-ayrılıqda bükülmüş 05 ədəd büküm və üzərində Constant yazısı olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan sonra dolabda 01 ədəd ağ rəngli dəmir seyf aşkar olunmuşdur. Həmin seyfin qapısı bağlı idi, lakin seyfin arxa hissəsində laqonda aparatı ilə işlər aparıldığı və arxa hissəsində bir qədər aralama izi aşkar olunmuşdur. Seyfdə olan açıq yerindən seyfin içərisində bir çox əşya olduğu görülmüşdür. Lakin seyfin açılması üçün evdə avadanlıq olmadığından təhqiqatçı tərəfindən həmin seyfdə qablaşdırılaraq götürülmüşdür. Nərimanov RPİ-nin inzibati binasında, Şahid5, vəkilin, X6un, Nərimanov RPİ CAŞ-nin CA üzrə kiçik inspektoru X5 və onun iştirakı ilə videoçəkiliş aparılmaqla Nərimanov RPİ-nin inzibati binasının 3-cü mərtəbəsində yerləşən 48 saylı otaqda ünvan 12 ünvanından götürülmüş seyfin arxa divarı lomla sındırılmaqla açılmış və içərisinə baxış keçirilərkən, içərisindən 25 ədəd şəffaf rəngli polietilen torbaların içərilərindən ümumilikdə 616 ədəd həb aşkar olunmuşdur. Onlardan 50 ədəd həb yaşıl rəngli olmaqla üzərində V yazısı həkk olunmuşdur. Qalan 566 ədəd kapsul formalı olmaqla eyni görünüşə, yəni bir tərəfi ağ, digər tərəfi isə qəhvəyi rəngli həblər olmuşdur. Bundan başqa həmin seyfin içərisində tünd yaşıl rəngli, spesifik iyə malik, qurudulmuş ot kütləsi olan ayrı-ayrılıqda polietilen poketlərə bükülmüş 20 ədəd büküm, üzərində “X17” yazıları yazılmış 01 ədəd plastik qabın içərisində ağ rəngli kristal halında olan maddələr və 01 ədəd şəffaf polietilen torbanın içərisində sarımtıi-qəhvəyi rəngli kristal halında olan 06 ədəd maddə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəm bioloji ekspertizasının 28.03.2020ci il tarixli 7/105 №-li rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş üzərində “Vətəndaş Şahid5...01 ədəd büküm...” sözləri yazılmış kağız paketdə bir ədəd şəffaf sellofan paketdə təmiz çəkisi 39,460qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə kimyəvi ekspertizasının 28.03.2020-ci il tarixli 6/324 №-li rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, ünvan 16 ünvandan paltar dolabından aşkar olunmuş 01 ədəd paketdə 566 ədəd ağ/qırmızımtı qəhvəyi dərman kapsullarında təsiredici maddələrinin ümumi miqdarı 169.8qram olan preqabalin preparatı müəyyən edildi, 50 ədəd yaşıl rəngli, bir tərəflərində “V” işarəsi həkk olunmuş tabletlərdə təsiredici maddələrinin ümumi miqdarı 9,5qram olan MDMA (metilendioksimetamfetamin, ekstazi) preparatı müəyyən edildi, üzərində “Mentos- Pure Fresh” yazısı olan 01 ədəd plastik qabdakı təmiz çəkisi 59.125qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir; 01 ədəd p/e torbacıqda təmiz çəkisi 9.789qram sarımtıl- qəhvəyi rəngli briket formalı maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Metamfetamin və MDMA (metilendioksimetamfetamin, ekstazi) “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ), Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ), Preqabalin (Lirika, Paden və s.) “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə bioloji ekspertizasının 29.03.2020-ci il tarixli 7/108 №-li rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş yol çantasında bir ədəd skoçla bağlanmış sellofanda, iki ədəd şəffaf sellofan paketdə, bir ədəd folqalı paketdə olan bitki mənşəli kütlələrin tərkibində sintetik kannabinoidlərə aid MDMB- 4en-PİNACA adlı maddə vardır. Onun çəkisi - 0,079qram təşkil edir. Tədqiqata təqdim olunmuş bir ədəd skoçla bağlanmış sellofanda, iki ədəd şəffaf sellofan paketdə, bir ədəd folqalı paketdə olan bitki mənşəli kütlələr tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş yol çantasında bir ədəd şəffaf sellofan paketdə təmiz çəkisi 35,423qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkottk vasitə olan qurudulmuş marixuanadır. Təqdim olunmuş bir ədəd elektron tərəzinin üzərində narkotik vasitələrin hissəcikləri yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə bioloji ekspertizasının 29.03.2020-ci il tarixli 7/107 №-li rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş ağ kağız üzərində « ...Şübhəli şəxs imza R.Əzizov...» sözləri yazılmış polietilen torbada 18(on səkkiz) ədəd kiçik şəffaf sellofan paketdə və iki ədəd şəffaf sellofan paketdə olan bitki mənşəli kütlələrin tərkibində sintetik kannabinoidlərə aid MDMB-4en-PİNACA adlı maddə vardır. Onun çəkisi - 0,026qram təşkil edir. Tədqiqata təqdim olunmuş 18 (on səkkiz) ədəd kiçik şəffaf sellofan paketdə və iki ədəd şəffaf sellofan paketdə olan bitki mənşəli kütlələr tərkiblərinə görə eynidirlər. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə kimyəvi ekspertizasının 29.03.2020-ci il tarixli 6/323 №-li rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, ünvan 16 ünvandan Nicata məxsus yol çantasından aşkar olunmuş 01 ədəd paketdə 1074 ədəd ağ/qırmızımtıl- qəhvəyi dərman kapsullarında təsiredici maddələrinin ümumi miqdarı 322.2qram olan preqabalin preparatı müəyyən edildi, 50 ədəd yaşıl rəngli, bir tərəflərində “V” işarəsi həkk olunmuş tabletlərdə təsiredici maddələrinin ümumi miqdarı 9.5 qram olan MDMA (metilendioksimetamfetamin, ekstazi) preparatı müəyyən edildi. 1074 ədəd preqabalin preparatı kimyəvi tərkiblərinə görə eyni ünvanda olan paltar dolabından aşkar olunmuş 566 ədəd preqabalin preparatı ilə kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 50 ədəd MDMA tabletləri eyni ünvanda olan paltar dolabından aşkar olunmuş 50 ədəd MDMA tabletləri ilə kimyəvi tərkiblərinə görə eynilik təşkil edirlər. MDMA (metilendioksimetamfetamin, ekstazi) “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in siyahısına (Siyahı İ), Preqabalin (Lirika, Paden və s.) “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə kimyəvi ekspertizasının 28.11.2020-ci il tarixli 6/2611 №-li rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs...” sözləri olan 1№ - li kağız paketdəki bir ədəd sellofan bükümdə təmiz çəkisi 47,102 qram olan ağ rəngli tozşəkilli maddə narkotik vasitə kokaindir, ümumi sayı 386 ədəd olan (108 ədəd yaşıl rəngli romb şəkilli, 10 ədəd üzərində “Heineken” göstəriciləri olan açıq-yaşıl rəngli dördkünc formalı, 6 ədəd mavi rəngli dairəvi formalı, 262 ədəd üzərilərində “Red Bull” göstəricisi olan açıq-yaşıl rəngli dördkünc formalı həblər) həblərin əsas təsiredici maddəsi metilendioksimetamfetamindir (MDMA) və həmin həblərin tərkibində metilendioksimetamfetaminin (MDMA) təsiredici maddəsinin ümumi miqdarı 65,940 qramdır (16,2 qram + 1,5 qram + 1,08 qram + 47,16 qram). 2 №-li kağız paketdəki 15 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 234,220 qr., 0,890 qr., 0,997 qr., 0,990 qr., 0,949 qr., 0,920 qr., 0,989 qr., 0,980 qr., 0,952 qr., 0,950 qr., 0,995 qr., 0,890 qr., 0,903 qr., 0,945 qr., 0,970 qr., ümumi təmiz çəkisi 247,540 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim olunan metamfetamin və metilendioksimetamfetamin- MDMA 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Kokain 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə bioloji ekspertizasının 28.11.2020-ci il tarixli 7/832 №-li rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılan zaman..” sözləri yazılmış zərfdə 04 (dörd) ədəd şəffaf sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 1)4,100qram, 2)4,291 qram, 3)4,183qram və 4)4,162qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümimi çəkisi - 16,736 qramdır. Tədqiqata təqdim olunmuş 04 (dörd) ədəd şəffaf sellofan bükülüdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Həmin kağız paketdə 10 (on) ədəd şəffaf sellofan bükülüdə ayrı- ayrılıqda təmiz çəkiləri: 1) 1,008 qram, 2) 1,033 qram, 3) 1,037 qram, 4) 1,143 qram, 5) 1,123 qram, 6)1,119 qram, 7) 1,109 qram, 8) 1,138 qram, 9) 1,026 qram, 10) 1,043 qram, ümumi çəkisi 10,779 qram olan bitki mənşəli kütlələrin tərkibində sintetik kannabinoidlərə aid olan 5CL- ADB-A adlı maddə vardır. Onun çəkisi - 0,096 qramdır. Tədqiqata təqdim edilmiş 10 (on) ədəd sellofan bükülüdə olan bitki mənşəli kütlələr tərkiblərinə görə eynidirlər. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş ambulator məhkəmə psixiatrik ekspertizasının 29.01.2021-ci il tarixli, 200 №-li rəyindən görünür ki, 1. Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əzab çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqh hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal- hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyətinə özü və ətrafdakılara qarşı təhlükə əhəmiyyəti kəsb etmir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə narkoloji ekspertizasının 29.04.2021-ci il tarixli, 1320 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən ASİLLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, hal- hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş 28 mart 2020-ci il tarixli «axtarış və götürülmə aparılması barədə» protokolundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi ev 24A, məznil 96 saylı mənzildə axtarış və götürmə aparılmış və mənzilin yataq otağında yerləşən paltar dolabın içərisindəki qırmızı rəngli yol çantasının içərisindən, 41 bükümdə, ümumilikdə 1124 ədəd həb aşkar olunmuşdur. Onlardan 50 ədəd həb yaşıl rəngli olmaqla üzərində V yazısı həkk olunmuşdur. Qalan 1074 ədəd kapsul formalı olmaqla eyni görünüşə, yəni bir tərəfi ağ, digər tərəfi isə qəhvəyi rəngli həblər olmuşdur. Bundan başqa həmin çantanın içərisində tünd yaşıl rəngli, spesifik iyə malik, qurudulmuş ot kütləsi olan ayrı-ayrılıqda bükülmüş 05 (beş) ədəd büküm və üzərində Constant yazısı olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan sonra dolabda 01 ədəd ağ rəngli dəmir seyf aşkar olunmuşdur. Həmin seyfin qapısı bağlı idi, lakin seyfin arxa hissəsində laqonda aparatı ilə işlər aparıldığı və arxa hissəsində bir qədər aralama izi aşkar olunmuşdur. Seyfdə olan açıq yerindən seyfin içərisində bir çox əşya olduğu görülmüşdür. Lakin seyfin açılması üçün evdə avadanlıq olmadığından təhqiqatçı həmin seyf qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş 28 mart 2020-ci il tarixli «axtarış və götürmə aparılması barədə» protokolundan görünür ki, Nərimanov RPİ-nin inzibati binasının 3-cü mərtəbəsində yerləşən 48 saylı otaqda ünvan 4 ünvanından götürülmüş seyfin arxa divan lomla sındırılmaqla açılmış və içərisinə baxış keçirilərkən, içərisindən 25 ədəd şəffaf rəngli polietilen torbaların içərilərindən ümumilikdə 616 ədəd həb aşkar olunmuşdur. Onlardan 50 ədəd həb yaşıl rəngli olmaqla üzərində V yazısı həkk olunmuşdur. Qalan 566 ədəd kapsul formalı olmaqla eyni görünüşə, yəni bir tərəfi ağ, digər tərəfi isə qəhvəyi rəngli həblər olmuşdur. Bundan başqa həmin seyfin içərisində tünd yaşıl rəngli, spesifik iyə malik, qurudulmuş ot kütləsi olan ayrı-ayrılıqda polietilen poketlərə bükülmüş 20 (iyirmi) ədəd büküm, üzərində “X17” yazıları yazılmış 01 (bir) ədəd plastik qabın içərisində ağ rəngli kristal halında olan maddələr və 01 (bir) ədəd şəffaf polietilen torbanın içərisində sarımtıl-qəhvəyi rəngli kristal halında olan 06 (altı) ədəd maddə aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş 27 noyabr 2021-ci il tarixli «şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə» protokolundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlanmazdan əvvəl ona təklif olunmuş ki, üzərində olan əşyaları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol cibindən 1 ədəd qara rəngli VİNSTON markalı siqaret qutusunu, 1 ədəd göy rəngli alışqanı, 537 manat punu,həmin şalvarın sağ cibindən 1 ədəd qara rəngli XİOMİ markalı mobil telefonu və 1 ədəd qara rəngli Samsung markalı mobil telefonu və əlində olan açıq bənövşəyi rəngli üzərində “LEVİS” yazılan sollafanı təqdim etmişdir. Həmin sollafanın içərisində qara rəngli sollfananm içərisindən 14 bükümdə yaşıl rəngli narkotik maddəyə bənzər ot şəkilli bükümü, 2 ədəd hər birində 50 ədəd olmaqla müxtəlif rəngli həb şəkilli dərman preparatına bənzəyən maddəni, 1 ədəd iri sellofana bükülmüş şəffaf rəngli bərk kristal formalı narkotik maddəyə bənzər bükümü, 286 ədəd müxtəlif rəngli həb şəkilli dərman preparatını və 1 ədəd adi sollafanda ağ rəngli bərk formalı maddəni təqdim etmiş, həmin sellofanın içərisində qara rəngli sellofananın içərisindən 14 bükümdə yaşıl rəngli narkotik maddəyə bənzər ot şəkilli bükümün narkotik vasitə olan marixuana, 2 ədəd hər birində 50 ədəd olmaqla müxtəlif rəngli həb şəkilli dərman preparatına bənzəyən maddənin psixotrop vasitə olan ekstazi, 01 ədəd iri sellofana və 14 ədəd bükümdə bükülmüş şəffaf rəngli bərk kristal formalı narkotik maddəyə bənzər bükümün narkotik vasitə olan metanfetamin, 286 ədəd müxtəlif rəngli həb şəkilli dərman preparatının psixotrop vasitə olan ekstazi və 1 ədəd adi sollafanda ağ rəngli bərk formalı maddənin narkotik maddə olan kokain olmasını və ondan aşkar edilən narkotik maddələrin ona məxsus olmasını bildirmişdir. Vət.Təqsirləndirilən şəxs həmin narkotik maddələri 26.11.2020-ci il tarixdə saat 12:00 radələrində Nizami rayonu,Qara Qarayev prospektində onlayn üsulla kuryer kimi əvvəllər tanımadığı və hər hansı anket məlumatını bilmədiyi İran İslam Respublikası vətəndaşından başqa yerə çatdırmaq üçün 1000 manat müqabilində əldə etdiyini bildirmişdir. Vətəndaş Təqsirləndirilən şəxs təqdim etdiyi 14 bükümdə yaşıl rəngli narkotik maddəyə bənzər ot şəkilli büküm, 2 ədəd hər birində 50 ədəd olmaqla müxtəlif rəngli həb şəkilli dərman preparatına bənzəyən maddə, 1 ədəd iri sellofana bükülmüş şəffaf rəngli bərk kristal formalı narkotik maddəyə bənzər büküm, 286 ədəd müxtəlif rəngli həb şəkilli dərman preparatı və 1 ədəd adi sellofanda ağ rəngli bərk formalı maddə özünün, müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə zərfə qoyaraq 219 №-li möhürlə möhürlənmişdir. Nərimanov RPİ TŞ-nin təhqiqatçısı, polis kapitanı X8 tərəfindən iş üzrə ünvan 4 ünvanında axtarış və götürülmə aparılması zamanı, Azərbaycan Respublikası CPM-nin 245.3-cü maddəsinə uyğun olaraq aparılmış videoçəkilişin yazıldığı 2(iki) ədəd DVD diskə müstəntiqin xidməti kompüterinin DVD qurğusu vasitəsi ilə baxış keçirilərkən, 28 mart 2020ci il tarixdə axtarış və götürülmənin prosessual tələblərə uyğun və protokolda əks olunmuş qaydada aparıldığı bir daha müəyyən edilmişdir. Nərimanov RPİ TŞ-nin təhqiqatçısı, polis kapitanı X8 tərəfindən iş üzrə ünvan 4 ünvanından götürülmüş seyfə axtarış və götürmə aparılması zamanı, Azərbaycan Respublikası CPM-nin 245.3-cü maddəsinə uyğun olaraq aparılmış videoçəkilişin yazıldığı 1(bir) ədəd DVD diskə müstəntiqin xidməti kompüterinin DVD qurğusu vasitəsi ilə baxış keçirilərkən, 28 mart 2020-ci il tarixdə axtarış və götürmənin prosessual tələblərə uyğun və protokolda əks olunmuş qaydada aparıldığı bir daha müəyyən edilmişdir. Nərimanov RPİ 17-ci PŞmin təhqiqatçısı, polis polkovnik-leytenantı X11 tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs şəxsi axtanşı və götürmə aparılması zamanı, Azərbaycan Respublikası CPM-nin 246.3-cü maddəsinə uyğun olaraq aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD diskə müstəntiqin xidməti kompüterinin DVD qurğusu vasitəsi ilə baxış keçirilərkən, 27 noyabr 2021-ci il tarixdə şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmənin prosessual tələblərə uyğun və protokolda əks olunmuş qaydada aparıldığı bir daha müəyyən edilmişdir. Məlumatlara baxış keçirilməsi barədə protokoldan görünür ki, "xxxx" MMC tərəfindən təqdim edilmiş məlumatlara baxış keçirilmiş və müəyyən edilmişdir ki, 07.03.2020-ci il tarixdə saat 16:43:58-də 050-823- 66-67 (Şahid5) nömrədən ***-***-**-** (Təqsirləndirilən şəxs) nömrəsinə «Galiram ora mana bon 1 verrrersen qayidiram yaşamala axsam san qalana hazir olacag pulu. wanim qaradi yaman bibiogliynan galira.» mətnli SMS göndərilmişdir. İş üzrə ünvan 4 ünvanında aşkar edilib götürülmüş 35,423 qram çəkidə olan narkotik vasitə marixuana, 294,231 qram çəkidə tərkibində sintetik kanabinoidlərə aid MDMB-4en- PİNACA adlı maddə olan bitki mənşəli kütlələr, 50 ədəd psixotrop maddə olan MDMA tabletlər, 1074 ədəd güclü təsir edən maddə olan preqabalin kapsulaları, həmçinin 01 ədəd elektron tərəzi, 01 ədəd qırmızı rəngli yol çantası, kiçik həcmli boş polietilen kisəciklər, 01 ədəd silindrik formalı karton qutu, seyfdən aşkar edilib götürülmüş 59,125 qram çəkidə olan psixotrop maddə metamfetamin, 50 ədəd psixotrop maddə olan MDMA tabletlər, 9.789 qram çəkidə olan narkotik vasitə heroin, 566 ədəd güclü təsir edən maddə olan preqabalin kapsulaları, 46,18 qram çəkidə tərkibində sintetik kanabinoidlərə aid MDMB-4en-PİNACA adlı maddə olan bitki mənşəli kütlələr, həmçinin 01 ədəd dəmir seyf, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 47,102 qram narkotik vasitə kokain, ümumi sayı 386 ədəd olan, 108 ədəd yaşıl rəngli romb şəkilli, 10 ədəd üzərində «Heineken» göstəriciləri olan açıq-yaşıl rəngli dördkünc formalı, 6 ədəd mavi rəngli dairəvi formalı, 262 ədəd üzərində «Red Bull» göstəricisi olan açıq-yaşıl rəngli dörd künc formalı həblərdə əsas təsiredici maddənin ümumi miqdarı 65,940 qram(16,2 qram+1,5 qram+1,08 qram+47,16 qram) olan psixotrop maddə metilendioksimetamfetaminin (MDMA) preparatı, ayrı-ayrılıqda təmiz çəkiləri 234,220 qram, 0,890 qram, 0,997 qram, 0,990 qram, 0,949 qram, 0,920 qram, 0,989 qram, 0,980 qram, 0,952 qram, 0,950 qram, 0,995 qram, 0,890 qram, 0,903 qram, 0,945 qram, 0,970 qram, ümumi çəkisi 247,540 qram olan psixotrop maddə metamfetamin, ayrı-ayrılıqda təmiz çəkiləri 4,100 qram, 4,291 qram, 4,183 qram, 4,162 qram, ümumi çəkisi 16,736 qram çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, ayrı-ayrılıqda təmiz çəkiləri 1,008 qram, 1,033 qram, 1,037 qram, 1,143 qram, 1,123 qram, 1,119 qram, 1,109 qram, 1,138 qram, 1,026 qram, 1,043 qram, ümumi çəkisi 10,779 qram bitki mənşəli kütlələrin tərkibində sintetik kannabinoidlərə aid 0,096 qram çəkidə 5CL-ADB-A adlı maddə, bundan başqa Təqsirləndirilən şəxs şəxsi axtarış və götürülmə aparılması zamanı, Azərbaycan Respublikası CPM-nin 246.3-cü maddəsinə uyğun olaraq aparılmış videoçəkilişin yazıldığı 1(bir) ədəd DVD disk, ünvan 4 ünvanında axtarış və götürülmə aparılması zamanı, Azərbaycan Respublikası CPM-nin 245.3-cü maddəsinə uyğun olaraq aparılmış videoçəkilişin yazıldığı 2(iki) ədəd DVD disk və ünvan 4 ünvanından götürülmüş seyfə axtarış və götürmə aparılması zamanı, Azərbaycan Respublikası CPM-nin 245.3-cü maddəsinə uyğun olaraq aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD diskin maddi sübut kimi tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs elan olunmuş ittihamda özünü təqsirli bilməməsi özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni, psixotrop maddələri və güclü təsir edən maddələri əldə etməsi, saxlaması və daşıması istintaq zamanı toplanmış mötəbər təkzib edilməz sübutlarla öz təsdiqini tam tapmışdır. Beləliklə, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, sms yazışması, habelə cinayət işinin materialları üzrə toplanmış sübutların məcmusu ona elan olunmuş ittihamın əsasını təşkil etdiyinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməllərini törətməsi kifayət qədər sübut olunmuşdur. Cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3, 240.3.2-ci maddələri ilə tövsif edilməli və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə istintaqı zamanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasın Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən halların olması müəyyən olunmadı. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən əməlində ağırlaşdırıcı halların olması müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27 noyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 27 noyabr 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Nərimanov RPİ-də saxlanılan tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkiləri 1640 ədəd ağ/qırmızımtıl-qəhvəyi dərman kapsullarında təsiredici maddələrinin ümumi miqdarı 492 qram olan güclü təsir edən maddə preqabalin preparatı, 100 ədəd yaşıl rəngli, bir tərəflərində “V” işarəsi həkk olunmuş tabletlərdə təsiredici maddələrinin ümumi miqdarı 19 qram olan psixotrop maddə MDMA (metilendioksimetamfetamin, ekstazi) preparatı, bitki mənşəli kütlələrin tərkibində sintetik kannabinoidlərə aid 0,105 qram olan MDMB-4en- PİNACA adlı maddə, ümumi təmiz çəkisi 74,883 qram olan narkotik vasitə qurudulmuş marixuana, təmiz çəkisi 59.125 qram olan psixotrop maddə olan metamfetamin, təmiz çəkisi 9.789 qram olan narkotik vasitə heroin, təmiz çəkisi 39,460 qram olan qurudulmuş marixuana, 01 ədəd paketdə külli miqdarda 1074 ədəd ağ/qırmızımtıl-qəhvəyi dərman kapsullarında təsiredici maddələrinin ümumi miqdarı 322.2 qram olan güclü təsir edən maddə preqabalin preparatı, külli miqdarda 50 ədəd yaşıl rəngli, bir tərəflərində “V” işarəsi həkk olunmuş tabletlərdə təsiredici maddələrinin ümumi miqdarı 9.5 qram olan psixotrop maddə MDMA (metilendioksimetamfetamin, ekstazi) preparatı, bir ədəd skoçla bağlanmış sellofanda, iki ədəd şəffaf sellofan paketdə, bir ədəd folqalı paketdə olan bitki mənşəli kütlələrin tərkibində sintetik kannabinoidlərə aid 0,079qram çəkidə MDMB-4en-PİNACA adlı maddə, bir ədəd şəffaf sellofan paketdə təmiz çəkisi 35,423 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd paketdə 566 ədəd ağ/qırmızımtı qəhvəyi dərman kapsullarında təsiredici maddələrinin ümumi miqdarı 169.8 qram olan güclü təsir edən maddə preqabalin preparatı, külli miqdarda 50 ədəd yaşıl rəngli, bir tərəflərində “V” işarəsi həkk olunmuş tabletlərdə təsiredici maddələrinin ümumi miqdarı 9,5 qram olan psixotrop maddə MDMA (metilendioksimetamfetamin, ekstazi) preparatı, üzərində “Mentos-Pure Fresh” yazısı olan 01 ədəd plastik qabda külli miqdarda təmiz çəkisi 59.125 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd polietilen torbacıqda külli miqdarda təmiz çəkisi 9.789 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 18 ədəd kiçik şəffaf sellofan paketdə və iki ədəd şəffaf sellofan paketdə olan bitki mənşəli kütlələrin tərkibində sintetik kannabinoidlərə aid 0,026 qram çəkidə MDMB- 4en-PİNACA adlı maddə, ümumi sayı 386 ədəd olan həblərdə əsas təsiredici maddənin ümumi miqdarı 65,940 qram olan psixotrop maddə metilendioksimetamfetaminin (MDMA) preparatı, 15 ədəd sellofan bükümlərdə ümumi çəkisi 247,540 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 04 ədəd şəffaf sellofan bükülüdə ümumi çəkisi 16,736 qram çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 10 ədəd şəffaf sellofan bükülüdə ümumi çəkisi 10,779 qram bitki mənşəli kütlələrin tərkibində sintetik kannabinoidlərə aid 0,096 qram çəkidə 5CL-ADB-A adlı maddə, qara rəngli sellofan torbanın içərisindən 01 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 47,102 qram narkotik vasitə kokain, ümumi sayı 386 ədəd olan, 108 ədəd yaşıl rəngli romb şəkilli, 10 ədəd üzərində «Heineken» göstəriciləri olan açıq-yaşıl rəngli dördkünc formalı, 6 ədəd mavi rəngli dairəvi formalı, 262 ədəd üzərində «Red Bull» göstəricisi olan açıq-yaşıl rəngli dörd künc formalı, ümumi sayı 386 ədəd külli miqdarda olan həblərdə əsas təsiredici maddənin ümumi miqdarı 65,940 qram, ümumi çəkisi 10,779 qram bitki mənşəli kütlələrin tərkibində sintetik kannabinoidlərə aid 0,096 qram çəkidə 5CL- ADB-A adlı maddə, 01 ədəd elektron tərəzi, 01 ədəd qırmızı rəngli yol çantası, kiçik həcmli boş polietilen kisəciklər, 01 ədəd silindrik formalı karton qutu, 01 ədəd seyf məhv edilməlidir. 4 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə evkspertiza xərcləri 568,62 (beş yüz altmış səkkiz manat, almış iki qəpik) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3, 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3-cü maddəlri ilə 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olumuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 27 noyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübut olan və Nərimanov RPİ-də saxlanılan tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkiləri 1640 ədəd ağ/qırmızımtıl-qəhvəyi dərman kapsullarında təsiredici maddələrinin ümumi miqdarı 492 qram olan güclü təsir edən maddə preqabalin preparatı, 100 ədəd yaşıl rəngli, bir tərəflərində “V” işarəsi həkk olunmuş tabletlərdə təsiredici maddələrinin ümumi miqdarı 19 qram olan psixotrop maddə MDMA (metilendioksimetamfetamin, ekstazi) preparatı, bitki mənşəli kütlələrin tərkibində sintetik kannabinoidlərə aid 0,105 qram olan MDMB-4en- PİNACA adlı maddə, ümumi təmiz çəkisi 74,883 qram olan narkotik vasitə qurudulmuş marixuana, təmiz çəkisi 59.125 qram olan psixotrop maddə olan metamfetamin, təmiz çəkisi 9.789 qram olan narkotik vasitə heroin, təmiz çəkisi 39,460 qram olan qurudulmuş marixuana, 01 ədəd paketdə külli miqdarda 1074 ədəd ağ/qırmızımtıl-qəhvəyi dərman kapsullarında təsiredici maddələrinin ümumi miqdarı 322.2 qram olan güclü təsir edən maddə preqabalin preparatı, külli miqdarda 50 ədəd yaşıl rəngli, bir tərəflərində “V” işarəsi həkk olunmuş tabletlərdə təsiredici maddələrinin ümumi miqdarı 9.5 qram olan psixotrop maddə MDMA (metilendioksimetamfetamin, ekstazi) preparatı, bir ədəd skoçla bağlanmış sellofanda, iki ədəd şəffaf sellofan paketdə, bir ədəd folqalı paketdə olan bitki mənşəli kütlələrin tərkibində sintetik kannabinoidlərə aid 0,079qram çəkidə MDMB-4en-PİNACA adlı maddə, bir ədəd şəffaf sellofan paketdə təmiz çəkisi 35,423 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd paketdə 566 ədəd ağ/qırmızımtı qəhvəyi dərman kapsullarında təsiredici maddələrinin ümumi miqdarı 169.8 qram olan güclü təsir edən maddə preqabalin preparatı, külli miqdarda 50 ədəd yaşıl rəngli, bir tərəflərində “V” işarəsi həkk olunmuş tabletlərdə təsiredici maddələrinin ümumi miqdarı 9,5 qram olan psixotrop maddə MDMA (metilendioksimetamfetamin, ekstazi) preparatı, üzərində “Mentos-Pure Fresh” yazısı olan 01 ədəd plastik qabda külli miqdarda təmiz çəkisi 59.125 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd polietilen torbacıqda külli miqdarda təmiz çəkisi 9.789 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 18 ədəd kiçik şəffaf sellofan paketdə və iki ədəd şəffaf sellofan paketdə olan bitki mənşəli kütlələrin tərkibində sintetik kannabinoidlərə aid 0,026 qram çəkidə MDMB- 4en-PİNACA adlı maddə, ümumi sayı 386 ədəd olan həblərdə əsas təsiredici maddənin ümumi miqdarı 65,940 qram olan psixotrop maddə metilendioksimetamfetaminin (MDMA) preparatı, 15 ədəd sellofan bükümlərdə ümumi çəkisi 247,540 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 04 ədəd şəffaf sellofan bükülüdə ümumi çəkisi 16,736 qram çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 10 ədəd şəffaf sellofan bükülüdə ümumi çəkisi 10,779 qram bitki mənşəli kütlələrin tərkibində sintetik kannabinoidlərə aid 0,096 qram çəkidə 5CL-ADB-A adlı maddə, qara rəngli sellofan torbanın içərisindən 01 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 47,102 qram narkotik vasitə kokain, ümumi sayı 386 ədəd olan, 108 ədəd yaşıl rəngli romb şəkilli, 10 ədəd üzərində «Heineken» göstəriciləri olan açıq-yaşıl rəngli dördkünc formalı, 6 ədəd mavi rəngli dairəvi formalı, 262 ədəd üzərində «Red Bull» göstəricisi olan açıq-yaşıl rəngli dörd künc formalı, ümumi sayı 386 ədəd külli miqdarda olan həblərdə əsas təsiredici maddənin ümumi miqdarı 65,940 qram, ümumi çəkisi 10,779 qram bitki mənşəli kütlələrin tərkibində sintetik kannabinoidlərə aid 0,096 qram çəkidə 5CL- ADB-A adlı maddə, 01 ədəd elektron tərəzi, 01 ədəd qırmızı rəngli yol çantası, kiçik həcmli boş polietilen kisəciklər, 01 ədəd silindrik formalı karton qutu, 01 ədəd seyf məhv edilsin. 4 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə evkspertiza xərcləri 568,62 (beş yüz altmış səkkiz manat, almış iki qəpik) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1198/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1198/2021
29.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver