Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1199/2021 18.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxx 1979-cu ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 (üç) azyaşlı uşağı olan, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, lakin üzərində məhkumluğu olmayan, Cəlilabad şəhəri, M.Hadi küçəsi, ev 40-da qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq ünvan 3, yeni massivdə nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri maddələri ilə, xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, döngə 2, ev 59-da qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq ünvan 1 ünvanında nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmiş, daşımış və saxlamış, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik etmiş, həmçinin təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış, daşımış və göndərmişdir. İttiham aktından, həmçinin görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik etmiş,həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış, daşımış və göndərmişdir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 ilə bağlı gəldiyi nəticəyə görə, o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən naməlum tarixdə, vaxtda və şəraitdə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 20,180 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq yaşadığı ünvan 3, yeni massivdə yerləşən nömrəsiz fərdi yaşayış evinin zirzəmisində gizlədərək saxlamış, həmçinin qanunsuz olaraq külli miqdarda narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik göstərmə, təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və göndərmə barədə qohumu Təqsirləndirilən şəxs2 ilə, eləcə də şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Məmmədhüseyn” adlı şəxslə və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 aralarındakı cinayətkar razılaşmaya əsasən İran İslam Respublikasının vətəndaşı “Məmmədhüseyn” adlı şəxsin qeyriləri vasitəsi ilə naməlum tarixdə, vaxtda və şəraitdə İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla qanunsuz keçirməklə satışını təşkil edib birgə qazanc əldə etmək məqsədi ilə göndərdiyi və istintaqa məlum olmayan tarixdə, vaxtda və şəraitdə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində Güzdək daş karxanası istiqamətində uzanan yolun 3-cü kilometrliyində yol kənarındakı torpaq sahədə 1 (bir) ədəd sarı rəngli sellofan torbanın içərisində gizlədilib yerləşdirilmiş külli miqdarda ümumilikdə 11275 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə əldə etmək üçün İran İslam Respublikasının vətəndaşı “Məmmədhüseyn” adlı şəxsin təlimatı əsasında 07 yanvar 2021-ci il tarixdə axşam saatlarında öz qohumu Təqsirləndirilən şəxs2la birlikdə özünün idarə etdiyi “Chevrolet Cruze” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisinə getdikdən sonra həmin külli miqdarda narkotik vasitə heroini orada Güzdək daş karxanası istiqamətində uzanan yolun 3-cü kilometrliyində yol kənarındakı torpaq sahədə 1 (bir) ədəd sarı rəngli sellofan torbada gizlədilmiş yerdən Təqsirləndirilən şəxs2la birgə götürüb satış məqsədi ilə əldə edib saxlayaraq daşımış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz əməlləri barədə daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 07 yanvar 2021-ci il tarixdə, saat 21:38-də Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində Güzdək daş karxanası istiqamətində uzanan yolun 3-cü kilometrliyində yol kənarındakı torpaq ərazidə saxlanıldıqdan dərhal sonra həmin gün saat 21:43-dən etibarən orada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərinə baxış keçirilərkən həmin külli miqdarda narkotik vasitə heroin Təqsirləndirilən şəxs1 əlində saxladığı və təqdim etdiyi 1 (bir) ədəd sarı rəngli sellofan torbanın içərisindən ayrıayrılıqda təmiz çəkiləri 2550 qram, 3170 qram, 2990 qram və 2565 qram olmaqla, 4 (dörd) ədəd bağlamada aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra həmin faktla bağlı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və qeyrilərinin barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə başlanmış cinayət işi üzrə aparılan istintaq zamanı Təqsirləndirilən şəxs1 yaşadığı evdə narkotik vasitələr saxladığına dair əsaslı şübhələr yarandığından 19 yanvar 2021-ci il tarixdə, saat 17:00-dan etibarən Təqsirləndirilən şəxs1 yaşayış yeri olan ünvan 3, yeni massivdə yerəşən nömrəsiz fərdi yaşayış evində axtarış aparılarkən Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin 20,180 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana 1 (bir) ədəd şəffaf sellofan bükümdə olmaqla üzərində «Digital Scale» sözləri yazılmış 1 (bir) ədəd qara rəngli elektron tərəzi ilə birlikdə həmin evin zirzəmisindən 1 (bir) ədəd mavi rəngli sellofan torbanın içərisində aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs2 ilə bağlı gəldiyi nəticəyə görə, o, qanunsuz olaraq külli miqdarda narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik göstərmə, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və göndərmə barədə qohumu Təqsirləndirilən şəxs1 ilə, eləcə də şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Məmmədhüseyn” adlı şəxslə və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs2 aralarındakı cinayətkar razılaşmaya əsasən İran İslam Respublikasının vətəndaşı “Məmmədhüseyn” adlı şəxsin qeyriləri vasitəsi ilə naməlum tarixdə, vaxtda və şəraitdə İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla qanunsuz keçirməklə satışını təşkil edib birgə qazanc əldə etmək məqsədi ilə göndərdiyi və istintaqa məium olmayan tarixdə, vaxtda və şəraitdə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində Güzdək daş karxanası istiqamətində uzanan yolun 3-cü kilometrliyində yol kənarındakı torpaq sahədə 1 (bir) ədəd sarı rəngli sellofan torbanın içərisində gizlədilib yerləşdirilmiş külli miqdarda ümumilikdə 11275 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə əldə etmək üçün İran İslam Respublikasının vətəndaşı “Məmmədhüseyn” adlı şəxsin təlimatı əsasında 07 yanvar 2021-ci il tarixdə axşam saatlarında öz qohumu Təqsirləndirilən şəxs1lə birlikdə sonuncunun idarə etdiyi “Chevrolet Cruze” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisinə getdikdən sonra həmin külli miqdarda narkotik vasitə heroini orada Güzdək daş karxanası istiqamətində uzanan yolun 3-cü kilometrliyində yol kənarındakı torpaq sahədə 1 (bir) ədəd sarı rəngli sellofan torbada gizlədilmiş yerdən Təqsirləndirilən şəxs1lə birgə götürüb satış məqsədi ilə əldə edib saxlayaraq daşımış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz əməlləri barədə daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 07 yanvar 2021-ci il tarixdə, saat 21:38-də Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində Güzdək daş karxanası istiqamətində uzanan yolun 3-cü kilometrliyində yol kənarındakı torpaq ərazidə saxlanıldıqdan dərhal sonra həmin gün saat 21:43-dən etibarən orada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərinə baxış keçirilərkən həmin külli miqdarda narkotik vasitə heroin Təqsirləndirilən şəxs1 əlində saxladığı və təqdim etdiyi 1 (bir) ədəd sarı rəngli sellofan torbanın içərisindən ayrıayrılıqda təmiz çəkiləri 2550 qram, 3170 qram, 2990 qram və 2565 qram olmaqla, 4 (dörd) ədəd bağlamada aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, “Facebook” sosial şəbəkəsi vasitəsi ilə Məmmədhüseyn adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Məmmədhüseyn narkotik vasitələrin alqı-satqısı ilə məşğul olduğunu ona bildirmişdir. O, Məmmədhüseynlə danışan zaman sonuncu ona narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmağı təklif etmişdir. Onun da maddi imkanı zəif olduğundan o, Məmmədhüseynin təklifi ilə razılaşmışdır. Razılaşma belə olmuşdur ki, Məmmədhüseyn İrandan ona narkotik vasitə və psixotrop maddələr göndərməli olmuş, o da Məmmədhüseynin göndərdiyi narkotik vasitələri sataraq narkotik vasitələrin pulunu sonuncuya göndərməli olmuşdur. Bundan sonra 07 yanvar 2021-ci il tarixdə Məmmədhüseyn ona zəng edərək narkotik vasitə və psixotrop maddələri Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində Güzdək daş karxanasına gedən yolun kənarında avtomobil təkəri qoyulduğu yerin yaxınlığından götürə biləcəyini ona demişdir. Məmmədhüseyn ona demişdir ki, “orada 150 qram “kakos” və 100 qram “şüşə” olacaq”. O da Məmmədhüseynin sözü ilə öz xalası oğlu Təqsirləndirilən şəxs2la birlikdə həmin yerə getmiş və Məmmədhüseynin dediyi yerdə olan narkotik vasitə və psixotrop maddələri oradan götürmək istədikdə, polislər onları tutmuşlar. O, Məmmədhüseynin göndərdiyi narkotik vasitə və psixotrop maddələri satmaq məqsədi ilə gedib həmin ərazidən götürmək istəmişdir. Lakin ittiham aktında göstərilmiş çəkidə narkotik vasitə həmin vaxt orada olmamışdır. İttiham aktında göstərilmiş çəkidəki narkotik vasitələri onlara polislər “yükləmişlər”. Təqsirləndirilən şəxs ifadəsində, həmçinin özünü Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bildiyini, lakin orada 2 (iki) kiloqram çəkidə narkotik vasitənin olmadığını bildirmişdir. Məmmədhüseynin dediyi yerdə cəmi 150 qram “kakos” və 100 qram “şüşə” olmuşdur. Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.2-ci maddələri ilə ona bəraət verilməsini, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə isə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, taksi fəaliyyəti ilə məşğul olmuşdur. Eyni zamanda onun kompüterdən başı yaxşı çıxdığından o, kompüter proqramçısı kimi də işləmişdir. Təqsirləndirilən şəxs1 onun xalası oğludur. O, Elçindən borca 200-300 manat pul istəmişdir. Elçin də bunun əvəzində ondan Abşeron rayonu, Qobu qəsəbəsinə aparmağını xahiş etmiş və orada kimdənsə 200 manat pul götürüb ona verəcəyini bildirmişdir. O da Elçinlə razılaşmış və onlar birlikdə Abşeron rayonu, Qobu qəsəbəsinə getmişlər. Onlar ora çatdıqda maşından düşmüşlər. O, kənarda gözləmiş və bu zaman Elçinin tutulduğunu görmüşdür. Sonra onu da tutmuşlar və onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. İdarədə videoçəkilişdən istifadə edilməklə narkotik vasitələrə baxış keçirilmişdir. Elçinin götürdüyü sellofan torbada 4 (dörd) ədəd büküm olmuşdur. Lakin onun həmin bükümlərə heç bir aidiyyəti olmamışdır. Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və ona bütün ittiham üzrə bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə aidiyyətinin olmaması, həmçinin aşkarlanmış narkotik vasitə və psixotrop maddələrin çəkisinin az olması, eləcə də Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə aidiyyətinin olmaması ilə bağlı hissədə verdikləri ifadələrini məhkəmə cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyrisəmimi və işin faktiki halları ilə təkzib edilən ifadələr kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxslərin ayrı-ayrılıqda məhkəmə istintaqında verdikləri ifadələri mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında fərqli məzmunda ifadə verərək cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşlər. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Banditizm və digər təhlükəli cinayətlərlə mübarizə şöbəsində xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 07 yanvar 2021-ci il tarixdə onun xidmət etdiyi Baş İdarəyə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. O, daxil olmuş əməliyyat məlumatı barədə rəhbərliyə raportla məruzə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 qanunsuz əməllərinin ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və bu məqsədlə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik ona həvalə olunmuşdur. Bundan sonra onlar əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi zərurəti ilə əlaqədar həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduqları yer barədə aldıqları məlumat üzrə hərəkət edib Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində Güzdək daş karxanası istiqamətində olan yolun 3-cü kilometrliyinə getmişlər və orada əməliyyat mövqelərini tutmuşlar. Bir neçə dəqiqədən sonra həmin ərazidə Güzdək daş karxanasına doğru gedən yolun kənarındakı, avtomobil təkəri qoyulan yerdən bir az da irəliyə doğru bir qara rəngli “Chevrolet Cruze” markalı avtomobil gələrək orada dayanmışdır. Avtomobilin sükanı arxasından Təqsirləndirilən şəxs1, avtomobilin salonundan sərnişin kimi Təqsirləndirilən şəxs2 düşərək bir neçə saniyə ərzində yol kənarında torpaq təpənin arxa tərəfinə keçmişlər və qısa müddət ərzində Təqsirləndirilən şəxs1 oradan əlində 1 (bir) ədəd sellofan torba tutmuş vəziyyətdə Təqsirləndirilən şəxs2la birlikdə avtomobilə doğru geri qayıtmışlar. Onlar dərhal həmin şəxslərə yaxınlaşaraq sonuncuları tutmuşlar. Sonra onlar özlərini həmin şəxsə təqdim etmişlər və həmin şəxslərə də özlərini təqdim etmələrini təklif etmişlər. Əlində sellofan torba tutmuş şəxs özünü Təqsirləndirilən şəxs1 kimi, digər şəxs isə özünü Təqsirləndirilən şəxs2 kimi onlara təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 izah etmişlər ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılmasına səbəb sonuncuların narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə onlara daxil olmuş məlumat olmuşdur. Sonra onlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəbul edilmiş qərarla tanış etmişlər. Yaranmış zərurətlə əlaqədar onlar elə həmin yerdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə, daşıdıqları əşyalara və avtomobilə baxış keçirilməli olduqlarını bildirdikdə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin vaxt həmin yerdə üzərlərinə baxış keçirilməsinə etiraz etməmişlər. Bundan sonra əməliyyat qrupunun üzvü olan təhqiqatçı tərəfindən onların iştirakları ilə videoçəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərində və avtomobildə qanunsuz saxlanılan narkotik vasitə və psixotrop maddələr, eləcə də digər qadağan olunmuş əşya və predmet varsa təqdim etmələri təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əlindəki sarı sellofan torbanı onlara təqdim edərək bildirmişdir ki, torbanın içərisində “kakos" adı ilə tanınan narkotik vasitə heroin və “şüşə” adı ilə tanınan psixotrop maddə metamfetamin olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 həmin sellofan torbanı açaraq torbanın içərisindən 4 (dörd) ədəd bağlamanı çıxarıb baxışa təqdim etmişdir. Həmin 4 (dörd) ədəd bağlama onların tərəfindən açılıb baxıldıqda həmin bağlamaların hər birinin içərisindən narkotik vasitə heroinə bənzər vasitə aşkar olunmuşdur. Lakin torbada psixotrop maddə metamfetaminə oxşar hər hansı maddə olmamışdır. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 həmin narkotik vasitə heroini ona satmaq üçün İran İslam Respublikasında yaşayan tanışı Məmmədhüseyn adlı şəxsin göndərdiyini, həmçinin Məmmədhüseynin narkotik vasitəni həmin yerə qoydurduğunu və telefon vasitəsi ilə ona bu barədə məlumat verərək həmin heroin torbasını oradan götürməyi ona tapşırdığını, Məmmədhüseynin ona telefonda qeyd edilən torbanın içərisində psixotrop maddə metamfetaminin olduğunu bildirmişdir. Məmmədhüseyn torbanın içərisində psixotrop maddənin olmasını bildirsə də, torbada psixotrop maddə metamfetamin olmamışdır. Torbada ancaq narkotik vasitə heroin olmuşdur. O, Məmmədhüseynin göndərdiyi narkotik vasitəni satdıqdan sonra heroinin hər bir qramına görə Məmmədhüseynə 11 (on bir) manat pul ödəməli olmuşdur. O, əvvəllər də bu qaydada Məmmədhüseyndən narkotik vasitə və psixotrop maddələr alaraq satmışdır. O, içərisində narkotik vasitə olan torbanı Məmmədhüseynin dediyi yerdən gəlib götürməyi və avtomobillə birlikdə daşımağı öz xalası oğlu Təqsirləndirilən şəxs2 təklif etmişdir. Təqsirləndirilən şəxs2 da xalası oğlu Təqsirləndirilən şəxs1lə razılaşmışdır. Təqsirləndirilən şəxs1 əlində saxladığı sellofan torbada aşkar edilmiş 4 (dörd) ədəd bağlamada olan narkotik vasitə heroinə bənzər maddə elə sellofan torbadaca götürülüb qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə də baxış keçirilmişdir. Təqsirləndirilən şəxs1 üzərindən 1 (bir) ədəd “Kapitalbank” banka aid plastik bank kartı da aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 üzərindən başqa əşya aşkar edilməmişdir. Həmçinin, baxış zamanı Təqsirləndirilən şəxs2 üzərindən qanunsuz heç bir əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 da xalası oğlu Təqsirləndirilən şəxs1 dediklərini bir daha təsdiq edərək bildirmişdir ki, həmin narkotik vasitəni götürüb daşımaq üçün həmin yerə birlikdə gəlməyi Təqsirləndirilən şəxs1 təklif etmiş və bu işin müqabilində Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 200 (iki yüz) manat pul verəcəyini vəd etmişdir. Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs1 təklifi ilə razılaşaraq həmin narkotik vasitənin olduğu torbanı götürmək üçün Təqsirləndirilən şəxs1 idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobildə Elçinlə birlikdə gəlmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 özünün razılığı və iştirakı ilə “Chevrolet Cruze” markalı avtomobilin salonuna baxış keçirilmişdir. Həmin vaxt avtomobilin salonundan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus olan mobil telefonlar aşkar edilmiş və həmin telefonlar iş üzrə əhəmiyyət kəsb edə biləcəyindən götürülmüşdür. Həmin yerdə sənədləşmə işlərinin aparılması üçün əlverişli şərait olmadığından onlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 istifadəsində olan “Chevrolet Cruze” markalı avtomobillə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Orada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün vəkillər dəvət edilərək təqdim olunmuşdur. Sonra aparılmış prosessual hərəkətlərlə bağlı protokol tərrtib olunmuş və bütün iştirakçılar tərəfindən həmin protokolun doğruluğu təsdiq olunmuşdur. Bundan başqa, sonradan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində başlanmış cinayət işi üzrə aparılan istintaq dövründə, yəni 19 yanvar 2021-ci il tarixdə o, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu ərazisində ünvanını xatırlamadığı fərdi yaşayış evində Təqsirləndirilən şəxs1 arvadı Şahid5 razılıq ərizəsi əsasında aparılan axtarış və götürmə prosesində də iştirak etmişdir. Həmin ünvanda axtarış aparılarkən qeyd edilən evin zirzəmisindən 1 (bir) ədəd mavi rəngli sellofan torbanın içərisindən 1 (bir) ədəd qara rəngli elektron tərəzi və tərəzinin yanında da 1 (bir) ədəd şəffaf sellofan bükümdə, təxminən 22 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi aşkar edilərək götürülmüşdür. Evə baxış keçirilərkən Şahid5 bildirmişdir ki, evin zirzəmisindən aşkar edilmiş elektron tərəzidən və sellofan bükümdə qurudulmuş marixuanadan, o cümlədən sözügedən əşyaların olduğu sellofan torbadan evə baxış keçirilənədək xəbəri və məlumatı olmamış, qeyd edilən torba və torbanın içərisindəki əşyalar çox güman ki, əri Təqsirləndirilən şəxs1 məxsus olmuşdur. Belə ki, əri Təqsirləndirilən şəxs1 tutulmamışdan əvvəl evin zirzəmisinə daima Təqsirləndirilən şəxs1 girib-çıxmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X6, Şahid4 və İbrahimov llham Səfər oğlu oxşar məzmunlu ifadə verməklə digər Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Şahid5 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 2011-ci ildə Təqsirləndirilən şəxs1 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və bu nikahdan onların 3 (üç) azyaşlı uşağı var. Onların böyük övladı olan qızı Tabəsin 8 (səkkiz) yaşı, ortancıl övladı qızı Zəhranın 6 (altı) yaşı, kiçik övladı olan oğlu Nihatın isə 4 (dörd) yaşı var. Əri Təqsirləndirilən şəxs1 07 yanvar 2021-ci il tarixdə qohumu Təqsirləndirilən şəxs2 ilə birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olma cinayətinə görə polis əməkdaşları tərəfindən tutulmuşdur. Tutulan vaxta qədər əri Təqsirləndirilən şəxs1 rəsmi olaraq heç yerdə işləməmişdir. Təqsirləndirilən şəxs1 iş tapdıqda tikinti-inşaat işlərində fəhləlik etməklə məşğul olmuşdur. Təqsirləndirilən şəxs1 və Elçinin qohumu Təqsirləndirilən şəxs2 əvvəllər qanunsuz olaraq narkotik maddələrin dövriyyəsi ilə məşğul olub-olmamaları, eləcə də barələrindəki cinayət işi üzrə narkotik maddəni haradan, kimdən, hansı yolla əldə etmələri barədə onun heç bir məlumatı olmamışdır. O, Elçinin və sonuncunun qohumu Elmanın əməlləri barədə heç nə bilməmişdir. O, 07 yanvar 2021-ci il tarixdə eşitmişdir ki, əri Təqsirləndirilən şəxs1 qohumu Təqsirləndirilən şəxs2la birlikdə narkotik maddə əldə edib saxlama cinayətinə görə tutulmuşdur. Bundan başqa, onun heç bir məlumatı olmamışdır. Yaşadığı ünvan 3 ünvanında nömrəsiz fərdi evin zirzəmisindən aşkar edilmiş mavi rəngli sellofan torbadan və torbanın içindəki elektron tərəzidən, hansısa qurudulmuş bitki kütləsindən onun ümumiyyətlə xəbəri və məlumatı olmamışdır. Sadəcə evdə axtarış aparılan zaman o, belə bir şeyin aşkar olunduğunu görmüşdür. Həmin bitki kütləsinin hansı maddə olub-olmaması ona da məlum olmamışdır. Qeyd edilən torba və torbanın içindəki əşyalar çox güman ki, əri Təqsirləndirilən şəxs1 aid olmuşdur. Çünki Təqsirləndirilən şəxs1 tutulmamışdan əvvəl evin zirzəmisinə Elçindən başqa heç kəsə girib-çıxmamışdır. Təqsirləndirilən şəxs1 zirzəmidə hansı əşyaları saxlaması barədə onun məlumatı olmamışdır. O, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən 07 yanvar 2021-ci il tarixdə tutulduqdan sonra evin zirzəmisinə daxil olmamışdır. O, əvvəllər heç vaxt əri Elçinin narkotik maddə qəbul etdiyini görməmiş, həmçinin bunu hiss etməmişdir. O, ümumiyyətlə narkotik maddələri tanımır. Eləcə də o, yaşadıqları evdə və evin zirzəmisində əri Elçin tərəfindən hər hansı narkotik maddə saxlanıldığını da müşahidə etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadəsini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 yanvar 2021ci il tarixli raportdan (cild 1, iş vərəqə 5) görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaları, satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edərək saxlamaları və daşımaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 yanvar 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 6-7) görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifşa olunuraq tutulması barədə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 yanvar 2021-ci il tarixli raportdan (cild 1, iş vərəqə 10) görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin gün saat 21:38-də Abşeron rayonu, Qobu qəsəbəsi, Güzdək daş karxanasına gedən yolun 3-cü kilometrliyində Təqsirləndirilən şəxs1 idarə etdiyi “Chevrolet Cruze” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılmış və həmin vaxt Təqsirləndirilən şəxs1 əlində olan sarı rəngli sellofan torbanın içərisində olan üzəri sarı rəngli yapışqan lentlə bağlanmış 4 (dörd) bağlamanın içərisində narkotik vasitə heorinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 yanvar 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 19) görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 yanvar 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 20) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 yanvar 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 35) görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 yanvar 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 36) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 yanvar 2021-ci il tarixli baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokoldan (cild 1, iş vərəqə 43-46) görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaları, satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə edərək saxlamaları və daşımaları barədə daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 07 yanvar 2021ci il tarixdə, saat 21:38-də Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində Güzdək daş karxanası istiqamətində uzanan yolun 3-cü kilometrliyində yol kənarındakı torpaq ərazidə saxlanıldıqdan dərhal sonra həmin gün saat 21:43-dən etibarən həmin ərazidə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə baxış keçirilmiş və baxış keçirilərkən Təqsirləndirilən şəxs1 əlində saxladığı 1 (bir) ədəd sarı rəngli sellofan torbanın içərisində olan üzəri sarı rəngli yapışqan lentlə bağlanmış 4 (dörd) ədəd bağlamanın hər birinin içərisindən narkotik vasitə heroinə oxşar maddələr aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/77 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 65-69) görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs1 əlində saxladığı sellofandan aşkar edilərək götürülmüş..." yazısı olan polietilen bağlamadakı 4 (dörd) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 2550 qram, 3170 qram, 2990 qram və 2565 qram olmaqla, ümumi təmiz çəkisi 11275 qram (11 kiloqram 275 qram) qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 yanvar 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 97-98) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsi ilə bağlı təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 yanvar 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 111- 112) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsi ilə bağlı təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 yanvar 2021-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-28/2021 saylı qərarından (cild 1, iş vərəqə 146-151) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli 07 yanvar 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 yanvar 2021-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-27/2021 saylı qərarından (cild 1, iş vərəqə 152-157) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli 07 yanvar 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 175) görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 176) görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər bir dəfə məhkum olunmuş, lakin onun üzərində ödənilməmiş məhkumluğu olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 yanvar 2021-ci il tarixli təqsirləndirilən şəxsin yaşayış yerində axtarış və götürmə istintaq hərəkətlərinin aparılması haqqında qərardan (cild 1, iş vərəqə 178-179) görünür ki, Təqsirləndirilən şəxs1 faktiki yaşadığı ünvanda axtarışın aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 yanvar 2021-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 184) görünür ki, Şahid5 Fazil qızı yaşadığı ünvan 3, yeni massivdə yerləşən nömrəsiz fərdi yaşayış evində axtarış və götürmə istintaq hərəkətlərinin aparılmasına etiraz etməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 yanvar 2021-ci il tarixli axtarış və götürmə haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 185-203) görünür ki, ünvan 3, yeni massivdə yerləşən nömrəsiz fərdi yaşayış evində axtarış və götürmə istintaq hərəkətləri həyata keçirilərkən həmin evin zirzəmisindən 1 (bir) ədəd mavi rəngli sellofan torbanın içərisindən 1 (bir) ədəd şəffaf sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar təxminən 22,20 qram çəkidə qurudulmuş bitki kütləsi və üzərində «Digital Scale» sözləri yazılmış 1 (bir) ədəd qara rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 yanvar 2021-ci il tarixli xasiyyətnamədən (cild 1, iş vərəqə 234) görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olunur və onun barəsində heç bir şikayət daxil olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 yanvar 2021-ci il tarixli arayışdan (cild 1, iş vərəqə 235) görünür ki, Təqsirləndirilən şəxs2 ailə üzvləri arvadı X1, 2011-ci il təvəllüdlü qızı Asiman Muradovadan və 2015-ci il təvəllüdlü qızı Aysu Muradovadan ibarətdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 yanvar 2021-ci il tarixli xasiyyətnamədən (cild 1, iş vərəqə 241) görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xarakterizə olunur və onun barəsində heç bir şikayət daxil olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 yanvar 2021-ci il tarixli arayışdan (cild 1, iş vərəqə 242) görünür ki, Təqsirləndirilən şəxs1 ailə üzvləri arvadı Şahid5 Fazil qızından və 3 (üç) azyaşlı uşağından ibarətdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 fevral 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/109 saylı ekspertiza rəyindən (cild 2, iş vərəqə 75-77) görünür ki, iş üzrə götürülmüş 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 20,180 qram bitki mənşəli kütlə - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 avqust 2020-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən və 12 fevral 2021-ci il tarixli qəbzdən (cild 2, iş vərəqə 59) görünür ki, Təqsirləndirilən şəxs1 tutulduğu gün idarə etdiyi “Chevrolet Cruze” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobil X14 məxsus olmuş və həmin nəqliyyat vasitəsi 12 fevral 2021-ci il tarixdə Fərid Əliyevə saz vəziyyətdə qaytarılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 fevral 2021-ci il tarixli və 16 fevral 2021-ci il tarixli “əldə edilmiş telefon danışıqlarına və ötürülən məlumatlara dair diskdə olan məlumatlara baxış keçirilməsi” haqqında protokollardan (cild 2, iş vərəqə 8-57, iş vərəqə 63-73) görünür ki, ***-***-**-** mobil nömrənin X4 adına, ***- ***-**-** mobil nömrənin isə Təqsirləndirilən şəxs2 adına "xxxx" MMC-də qeydiyyatdan keçməsi müəyyən edilmişdir. Həmçinin, baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrə ilə digər Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***- **-** mobil nömrə arasında 18 sentyabr 2020-ci il, saat 18:55-dən 07 yanvar 2021-ci il, saat 17:35-dək olan dövr ərzində müxtəlif tarixlərdə və vaxtlarda çoxsaylı telefon danışıqlarının qeydə alınması müəyyən edilmişdir. Eləcə də, baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil nömrə ilə digər Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrə arasında 18 sentyabr 2020-ci il, saat 18:55dən 07 yanvar 2021-ci il, saat 17:35-dək olan dövr ərzində müxtəlif tarixlərdə və vaxtlarda çoxsaylı telefon danışıqlarının qeydə alınması müəyyən edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 yanvar 2021-ci il tarixli qərarına əsasən "xxxx" MMC-dən 09 fevral 2021-ci il tarixli AZF/LGL-552/21 nömrəli məktubla əldə edilmiş 1 (bir) ədəd diskdə olan məlumatlara baxış keçirilmişdir. Baxış zamanı ***-***-**-** mobil nömrənin "xxxx" MMC-də X3 adına qeydiyyatdan keçməsi müəyyən edilmişdir. Həmçinin, baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrə ilə digər Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil nömrə arasında 10 oktyabr 2020-ci il, saat 16:28-dən 07 yanvar 2021-ci il, saat 18:37-dək olan dövr ərzində müxtəlif tarixlərdə və vaxtlarda çoxsaylı telefon danışıqlarının qeydə alınması müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 fevral 2021-ci il tarixli Abşeron Rayon Məhkəməsinin 5(012)-08/2021 saylı qərarından (cild 2, iş vərəqə 83-84) görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair 07 yanvar 2021-ci il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 mart 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X11 Hüquqi X10 X7 796 saylı rəyindən (cild 2, iş vərəqə 124-125) görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X11 Hüquqi X10 X7 1140 saylı rəyindən (cild 2, iş vərəqə 126-127) görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 may 2021-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-425/2021 saylı qərarından (cild 2, iş vərəqə 114-116) görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri 07 avqust 2021-ci il tarixədək uzaıdlmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 may 2021-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-426/2021 saylı qərarından (cild 2, iş vərəqə 117-119) görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri 07 avqust 2021-ci il tarixədək uzaıdlmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 may 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 128-145) görünür ki, Təqsirləndirilən şəxs1 əməllərinin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 32.5,206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinə tövsif edilməsi, Təqsirləndirilən şəxs2 əməllərinin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 32.5,206.3.2, 234.4.1 və 234.4.3cü maddələrinə tövsif edilməsi, təqsirləndirilən şəxslərə sözügedən maddələr üzrə yeni məzmunda ittihamın elan edilməsi, tədqiqatdan sonra qalıq çəkisi 11274,2 qram təşkil edən narkotik vasitə heroinin, qalıq çəkisi 20,160 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananın, 1 (bir) ədəd “Digital Scale” sözləri yazılmış elektron tərəzinin maddi sübut kimi tanınması və saxlanması üçün Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilməsi, şəxsi axtarış və evə baxış keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 may 2021-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 149-151) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri üzrə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 may 2021-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 164-165) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri üzrə yeni məzmunda ittiham elan edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüşlər, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçiləri vasitəsi ilə suallar, o cümlədən müxtəlif vəsatətlər vermişlər, eyni zamanda onlara qarşı irəli sürülmüş ittihamı ayrı-ayrılıqda mübahisələndirmişlər. Təqsirləndirilən şəxslər tərəfindən onların hər birinə qarşı irəli sürülmüş ittihamın mübahisələndirilməsinə baxmayaraq, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur və həmin sübutlar əsasında cinayət hadisəsinin həqiqətən baş verməsi, Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində, Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün tərkib əlamətlərinin olması və həmin cinayət əməllərinin təqsirləndirilən şəxslər tərəfindən qəsdən törədilməsi tam təsdiq olunur. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci əsasən təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmiş, daşımış və saxlamış, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik etmiş, həmçinin təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış, daşımış və göndərmişdir. Məhkəmə istintaqında, həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik etmiş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış, daşımış və göndərmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitə heroini birbaşa olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə keçirmələrini təsdiq edə biləcək heç bir hal müəyyən edilməmişdir. Cinayət işinin materiallarında bununla bağlı heç bir sübut mövcud deyil. İbtidai istintaq orqanı bu hissədə natamam araşdırma aparmış və mütləq qaydada müəyyən edilməli olan halları, yəni təqsirləndirilən şəxslərdən aşkar edilmiş narkotik vasitənin nə vaxt və hansı üsulla Azərbaycan Respublikasının ərazisinə keçirilməsi istiqamətində heç bir səmərəli araşdırma aparmamışdır. Məhkəmə bu hissədə ibtidai istintaq orqanının fəaliyyətinə tənqidi yanaşır. Lakin məhkəmə istintaqında təqsirləndirilən şəxslərin Məmmədhüseyn adlı şəxslə sonuncunun istifadəsində olan və İran İslam Respublikasının milli mobil operatoruna məxsus mobil nömrə vasitəsi ilə cinayət əlaqəsinə girmələri, başqa sözlə, külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikasının ərazisinə keçirdikdən sonra həmin vasitələri ölkə ərazisində realizə edilməsi istiqamətində razılığa gəlmələri, əldə edilmiş razılığa əsasən onların birbaşa olaraq Məmmədhüseynin tapşırıq və sifarişlərini icra etmələri tam şəkildə öz təsdiqini tapmışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Məmmədhüseyn adlı şəxslə, o cümlədən istintaqa məlum olmayan digər şəxslərlə cinayət əlaqəsinə girərək İran İslam Respublikasının ərazisindən Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitələrin keçirilməsində köməkçi qismində iştirak etmişlər, habelə narkotik vasitələr qanunsuz şəkildə ölkə ərazisinə keçirildikdən sonra qabaqcadan əlbir bir qrup şəxs halında həmin narkotik vasitələrin realizə edilməsində birgə iştirak etmişlər. Ölkə ərazisinə qanunsuz şəkildə keçirilmiş narkotik vasitələrin realizə edilməsi isə mütləq qaydada həmin narkotik vasitələrin qanunsuz şəkildə əldə edilməsində, saxlamasında, daşınmasında və satılmasında ifadə olunur. Başqa sözlə, qanunsuz şəkildə ölkə ərazisinə keçirilmiş narkotik vasitələri əldə etmədən, saxlamadan, daşımadan və satmadan həmin vasitələrin realizə edilməsi mümkün deyil. Təqsirləndirilən şəxs1 tutularkən onun əlində sarı rəngli sellofan torbanın olması, həmin torbanın içərisində 4 (dörd) ədəd bağlamada narkotik vasitə heroinin olması, bundan başqa, Təqsirləndirilən şəxs1 yaşadığı evin zirzəmisindən 20,180 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın və 1 (bir) ədəd elektron tərəzinin aşkar edilməsi cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 150 qram çəkidə “kakosun” (narkotik vasitə heroinin) və 100 qram çəkidə “şüşənin” (psixotrop maddə metamfetaminin) onda olmasını bildirsə də, onun bu hissədə göstərmiş olduğu dəlil ağlabatan və inandırıcı deyil. Məhkəmə bu hissədə təqsirləndirilən şəxslərin məhkəmə istintaqında verdikləri ifadələri səmimi və inandırıcı saymır. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər bircə dəfə də olsun aşkarlanmış narkotik vasitənin çəkisini, növünü, həmin vasitənin olduğu bükümlərin sayını mübahisələndirməmişlər. Əksinə Təqsirləndirilən şəxs1 Məmmədhüseyn adlı İran İslam Respublikasının vətəntdaşının onlara məhz həmin çəkidə narkotik vasitə heroini göndərməsini və onların da həmin narkotik vasitəni götürüb sataraq qazanc əldə edəcəklərini bildirmişlər. Başqa sözlə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı aşkarlanmış narkotik vasitənin növünü və çəkisini etiraf etməklə prosessual hərəkətlərin nəticələrinə dair zəruri sənədləri imzalamaqla aşkar edilmiş narkotik vasitənin növünü və çəkisini dəfələrlə təsdiq etmişlər. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər məhkəmə istintaqında aşkar edilmiş narkotik vasitələnin çəkisini mübahisələndirməklə məsuliyyətlərini azaltmaq məqsədi güdmüşlər. Əks nəticəyə gəlmək üçün heç bir əsas müəyyən edilməmişdir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143- 146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində, Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün tərkib əlamətləri mövcuddur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs1 tərəfindən qəsdən törədilmiş cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 tərəfindən qəsdən törədilmiş cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edir. Cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli əməlləri nəticəsində baş vermiş və bu cinayətlərin törədilməsində onlar bilavasitə təqsirlidirlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməlidirlər və həmin cinayətlərə görə cinayətlərin məcmusu qaydasında ədalətli şəkildə cəzalandırılmalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətlərin hər birinin xarakterini, ictimai təhlükəlilik dərəcələrini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cavan və evli olmalarını, Təqsirləndirilən şəxs1 himayəsində 3 (üç) azyaşlı uşağının olmasını, Təqsirləndirilən şəxs2 himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, onların yaşayış yeri üzrə müsbət xarakterizə olmalarını, habelə onların ailədə yeganə qazanc gətirən şəxs olmalarını onların hər birinə nisbətdə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini, onların cəzasını yüngülləşdirən halları, onların əməllərində cəzanı ağırlaşdıran halların olmadığını, aşkar edilmiş narkotik vasitənin çəkisini (11 (on bir) kiloqramdan çox olması), həmin vasitələrin müxtəlif növlərə aid olmalarını, həmin cinayətlərin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitənin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanın sağlamlığına ziyanını, həmin əməllərdən birinin (narkotik vasitələrin qaçaqmalçılığı) transmilli cinayətə aid olmasını, eləcə də, işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların təqsirli bilindikləri maddələr üzrə yuxarı həddə, yəni sərt azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir, təyin edilmiş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanmalı və onlara azadlıqdan məhrum etmə növündə sərt qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmçinin, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq qəti azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxslərin həbsdə saxlanıldığı müddət qəti cəza müddətinə daxil edilməli və onlara təyin ediləcək qəti cəzanın əvvəli onların tutulduğu vaxtdan, yəni 07 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Rayonlararası X11 Hüquqi X10 X7 rəylərindən görünür ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Həmçinin, hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkəcəkləri müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir, lakin onlar ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 11274,2 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 20,160 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana və 1 (bir) ədəd “Digital Scale” sözləri yazılmış elektron tərəzi məhv edilməli, 1 (bir) ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 186 (yüz səksən altı) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 186 (yüz səksən altı) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi üzrə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri üzrə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 07 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi üzrə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 13 (on üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 07 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 11274,2 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 20,160 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana və 1 (bir) ədəd “Digital Scale” sözləri yazılmış elektron tərəzin məhv edilsin, 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 186 (yüz səksən altı) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1199/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1199/2021
18.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver