Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1199/2022 12.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı1, müdafiəçi - Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 3-də qeydiyyatda olan, həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda, yəni 2875,394 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 152,653 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini alıb əldə edərək daşımaqla üzərində və yaşadığı evdə saxlamış, həmin narkotik vasitə heroindən 0,662 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini atası X3 pay vermiş, 20 yanvar 2022-ci il tarixdə, saat 10:00-da Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq Suraxanı rayon Polis İdarəsinə aparılmış, orada onun üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 2 (iki) ədəd şəffaf polietilen bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 2,396 qram və 1,219 qram olmaqla, ümumi təmiz çəkisi 3,615 qram, şəffaf plastik qabda 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,959 qram və 2,144 qram olmaqla, ümumi təmiz çəksi 4,103 qram, 1 (bir) ədəd linza qabında üzərində «L» yazısı olan hissəsində təmiz çəkisi 1,080 qram, 6 (altı) ədəd şəffaf polietilen bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,993 qram, 2,303 qram, 2,055 qram, 0,987 qram, 3,251 qram və 1 (bir) ədəd kağız bükümdə təmizi çəkisi 1,245 qram olmaqla, ümumi təmiz çəkisi 11,834 qram açıq qəhvəyi rəngli tozşəkilli, öz aralarında kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 (bir) ədəd salfetə bükülmüş şəffaf polietilen bükümdə təmiz çəkisi 141,722 qram, 1 (bir) ədəd linza qabında üzərində «R» yazısı olan hissəsində təmiz çəkisi 2,363 qram, 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 1,062 qram ağ rəngli kristallardan ibarət, öz aralarında kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində keçirilən axtarış və götürmə istintaq hərəkəti zamanı həmin evdən 1 (bir) ədəd bağlamada təmiz çəkisi 2815 qram, 12 (on iki) ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,146 qram, 2,257 qram, 3,585 qram, 4,060 qram, 3,149 qram, 4,261 qram, 2,606 qram, 2,640 qram, 4,044 qram, 3,424 qram, 3,024 qram və 2,904 qram olmaqla, ümumi təmiz çəkisi 39,100 qram açıq qəhvəyi rəngli, öz aralarında və üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlərlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 (bir) ədəd şəffaf polietilen bükümdə təmiz çəkiləri 0,042 qram və 4 (dörd) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,064 qram, 1,642 qram, 2,729 qram və 2,029 qram olmaqla, ümumi təmiz çəkisi 7,464 qram öz aralarında və üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminlərlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 (bir) ədəd üzərində heroinin və metamfetaminin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, narkotik vasitə olan marixuanadan arabir istifadə etmiş, lakin mütəmadi olaraq narkotik vasitə istifadəçisi olmamışdır. Onun 60 yaşlı atası Rasib Süleymanov dörd ildir ki, narkotik vasitə istifadəçisidir və bu səbəbdən də atası Rasib polislər tərəfindən saxlanılmışdır. Atası ilə yanaşı polislər onu, onun yeznəsini, onun əmisi oğlunu və evdə işləyən ustanı da tutmuşlar. Onun atasının üzərindən az miqdarda narkotik vasitə aşkar edilmişdir. Həmin narkotik vasitəni o, özü atasına vermişdir. Belə ki, atası narkotik vasitə istifadəçisi olduğundan ondan narkotik vasitə almağı xahiş etmiş, o da atası üçün narkotik vasitələrin satışı ilə məşğul olan tanımadığı şəxslərdən narkotik vasitə almışdır. Polis əməkdaşlarından biri ona özünü təqsirli bildiyi halda atasını və saxlanılmış digər üç şəxsi, yəni yeznəsini, əmisi oğlunu və ustanı buraxacaqlarını demişdir. O da razılaşaraq ittiham aktında göstərilmiş növdə və çəkidə olan narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. Bundan sonra polislər onu və atasını tutmuşlar, yeznəsini, əmisi oğlunu və ustanı isə buraxmışlar. İbtidai istintaq zamanı o, qorxduğu üçün hazırda verdiyi ifadəsindən fərqli məzmunda ifadə vermişdir. Ümumiyyətlə o, könüllü şəkildə ifadə verməmişdir. Polis əməkdaşları ona yazılı şəkildə çoxlu sayda sənədlər təqdim etmişlər, o da oxumadan həmin sənədləri imzalamışdır. O, polis əməkdaşları tərəfindən səhər vaxtı tutulsa da, axşam saatlarında videoçəkilişlə evinə baxış keçirmişlər və guya ittiham aktında göstərilmiş çəkidə, növdə narkotik vasitələr aşkar etmişlər. Halbuki həmin vaxt evdə narkotik vasitə aşkar edilməmiş, yalnız atasının üzərində az miqdarda narkotik vasitə olmuşdur. İbtidai istintaq zamanı o, sənədləri imzalamaqla hansı məsuliyyətin altına girdiyini dərk etməmişdir. Məhkəmə tərəfindən ona hüquq və vəzifələri izah olunarkən o, elan olunmuş ittihamın mahiyyətini başa düşmüşdür. İttiham aktında göstərilmiş heç bir hal həqiqət deyil. Doğrudur, dediklərinə dair onun əlində heç bir sübut yoxdur, lakin səmimi şəkildə bildirir ki, onunla birlikdə tutulan şəxslərin buraxılması müqabilində o, məsuliyyəti üzərinə götürmüşdür. Həqiqətdə isə ittiham aktında göstərilmiş narkotik vasitələr ona məxsus olmamışdır. O, polis əməkdaşları tərəfindən saxlanıldığı, həmçinin şöbədə dindirildiyi vaxt ona qarşı hər hansı bir zorakılıq tətbiq edilməmiş, habelə İstintaq Təcridxanasına təhvil verildiyi zaman tibbi müayinədən keçirilərkən onun üzərində heş bir xəsarət olmamışdır. Təsirləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanına verdiyi ifadəsi ilə məhkəmə istintaqında verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyətlər olduğundan məhkəmə onun ibtidai araşdırma orqanına verdiyi ifadəsini elan etməklə tədqiq etmək məcburiyyətində qalmışdır. Belə ki, onun ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən iki ildir ki, narkotik maddələri çəkmək yolu ilə istifadə edir. 20 yanvar 2022-ci il tarixdə, saat 10:00 radələrində o, yaşadığı evin qarşısında olan zaman Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində mülki geyimdə olan şəxslər ona yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra onun narkotik vasitənin əldə edilməsi, saxlanması və istifadəsində şübhəli olduğunu deyərək onu Suraxanı rayon Polis İdarəsinə dəvət etmişlər. O da razılaşaraq polis əməkdaşları ilə birlikdə Suraxanı rayon Polis İdarəsinə getmişdir. Polis İdarəsində ona hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuş, o isə etiraz etməyərək əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd salfetin içərisində olan şəffaf rəngli bükümün içərisində ağ rəngli metafetaminə bənzər maddə, bir ədəd qara rəngli plastik qabın içərisində iki ədəd şəffaf sellofanda qəhvəyi rəngli heroinə bənzər maddə, bir ədəd üzəri «Ç Çərşənbə Wednesday» həkk olunmuş şəffaf plastik qabın içərisində iki ədəd şəffaf sellofanda qəhvəyi rəngli heroinə bənzər maddə, bir ədəd plastik linza qapağının içərisində olan sol hissəsində ağ rəngli metafetaminə bənzər maddə və sağ hissəsində qəhvəyi rəngli heroinə bənzər maddə, bir ədəd siqaret kağızı bükümdə ağ rəngli metafetaminə bənzər maddə, altı ədəd şəffaf sellofanda qəhvəyi rəngli heroinə bənzər maddə, bir ədəd siqaret kağızı bükümdə qəhvəyi rəngli heroinə bənzər maddə olan narkotik vasitələri və həmin gödəkçənin sağ yan cibindən «Samsung» markalı mobil telefonu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Ondan həmin bükümlərin içərisində nə olması və nə vaxt, kimdən əldə etməyi barədə soruşulmuş, o da həmin bükümlərin içərisində narkotik maddə «kakos» və «şüşə» olduğunu, onları ayrı-ayrılıqda bir qramını 15 (on beş) manata İran İslam Respublikasının vətəndaşı «İsi» adlı şəxsdən onlayn vasitəsi ilə əldə etdiyini bildirmişdir. Bundan sonra yuxarıda göstərilən narkotik vasitələr və mobil telefon götürülərək ayrı-ayrılıqda zərflərə qoyulub qablaşdırılmış və üzəri o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Bundan sonra üzərində axtarış həyata keçirilmiş və hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və ya götürülməmişdir. Bundan sonra ondan evə baxış keçirilməsi barədə icazə almışlar, etiraz etməmiş və evinə baxış keçirilməsi üçün razılıq vermişdir. Yaşadığı evə, yəni ünvan 2 ünvanına polis əməkdaşları və vəkilinin iştiraki ilə baxış keçirilmişdir. Yaşadığı evin qonaq otağında güzgülü dolabın içərisində dörd ədəd siqaret kağızı bükümdə narkotik vasitəyə bənzər ağ rəngli kristal şəkilli narkotik vasitələr, həmin dolabın içərisində bir ədəd tərəzi və həmin dolabın içərisində olan göy rəngli sellofan torbadan üç ədəd kibrit qutusunun içərisində heroinə bənzər narkotik vasitə və qonaq otağında oturacaq kreslonun arxasında sarı rəngli şəffaf sellon torbada heroinə bənzər narkotik vasitə aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitəyə bənzər maddələr və tərəzi qablaşdırılaraq o və digər iştrakçılar tərəfindən imzalanmışdır. O, narkotik vasitə və psixotrop maddələrdən istifadə etmiş, lakin narkotik maddələrin satışı ilə məşğul olmamışdır. O, öz istifadəsi üçün narkotik vasitə heroin və psixotrop maddə metafetamini əldə edib istifadə etmişdir. İran İslam Respublikasının vətəndaşı olan «İsi» adlı şəxsdən bir qram «şüşə» və «kakosu» ayrı-ayrılıqda 15 (on beş) manata onlayn vasitəsi ilə əldə etmiş və istifadə etmişdir. O, polis tərəfindən hər hansı təzyiqə məruz qalmamışdır. Təqsirləndirilən şəxs elan olunan ifadə ilə məhkəmə istintaqında verdiyi ifadəsi arasındakı fərqi və ziddiyyəti ibtidai istintaq zamanı verdiyi ifadəni oxumadan imzalaması ilə əlaqədar təsdiq etmədiyini, məhkəmədə verdiyi ifadəsinin doğru və həqiqət olduğunu bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, 20 yanvar 2022-ci tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq saxlaması, istifadəsi etməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Daxil olmuş məlumat rəisə raportla məruzə olunduqdan sonra ondan, işlədiyi Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat tədbiri yalnız Təqsirləndirilən şəxs barəsində keçirilmişdir. Həmin gün saat 10:00-da onlar ünvan 1 ünvanının yaxınlığında xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsə yaxınlaşaraq özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirərək həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadəsi etməsi, üzərində saxlaması və satışı ilə məşğul olmasında şübhəli olduğunu bildirmişlər və məsələnin araşdırılması məqsədi ilə həmin şəxsi Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs isə etiraz etməyərək onlarla birlikdə Polis İdarəsinə getmişdir. Polis İdarəsinə Təqsirləndirilən şəxs başqa atası və ya digər qohumu dəvət olunmamışdır. Suraxanı rayon Polis İdarəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmiş, videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Bundan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd salfetkanın içərisində olan bükümü, bir ədəd qara rəngli plastik qabın içərisində olan iki ədəd bükümü, bir ədəd başqa plastik qabın içərisində olan iki ədəd bükümü, bir ədəd göz üçün istifadə olunan linza qapağının içərisində olan iki ədəd bükümü, bir ədəd siqaret kağızına bükülmüş bükümü, altı ədəd şəffaf sellofana bükülmüş bükümü, bir ədəd siqaret kağızına bükülmüş bükümü və əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd «Samsung» markalı mobil telefonu çıxararaq onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə hansı vasitə olması, haradan əldə etməsi ilə bağlı suallar verildikdə, o, həmin bükümlərin içərisində «kakos» kimi tanıdığı narkotik vasitə və «şüşə» kimi tanıdığı psixotrop maddələr olduğunu, həmçinin həmin narkotik vasitə və psixotrop maddələrin bir qramını 15 (on beş) manata adını xatırlamadığı İran İslam Respublikasının vətəndaşından aldığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin bükümlər təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmışdır. Sonra şəxsi axtarış davam etdirilmiş, lakin həmin vaxt Təqsirləndirilən şəxs üzərindən qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs yaşadığı mənzildə narkotik vasitə olduğunu dediyi üçün Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə dair etirazının olub-olmaması soruşulmuş, sonuncu da etirazının olmadığını bildirmiş, habelə bu barədə ərizə də təqdim etmişdir. Sonra onlar birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən evə gedib orada baxış keçirmişlər. Baxış keçirilən zaman həmin evin otağında dolabdan bir ədəd qara rəngli qutunun içərisindən bir ədəd büküm, digər bir qara rəngli qabın içərisindən on altı ədəd büküm, bir ədəd elektron tərəzi və həmin otaqda yatağın altından bir ədəd böyük bağlama aşkar edilərək götürülmüşdür. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində «kakos» və «şüşə» kimi tanıdığı narkotik vasitə və psixotrop maddələrin olduğunu, həmin narkotik vasitə və psixotrop maddələrin bir qramını 15 (on beş) manata adını bilmədiyi İran İslam Respublikasının vətəndaşından aldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi davam etdirilmiş, lakin başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra keçirilmiş əməliyyat tədbirinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Şahid3 ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəflərindən yaşadığı evdə deyil, yaşadığı evin yaxınlığındakı küçədə saxlanılmış, habelə Təqsirləndirilən şəxs nə şəxsi axtarışa, nə də yaşadığı evə baxış keçirilməsinə dair protokola etirazı olmamış, üzərindən və yaşadığı evdən aşkar edilmiş vasitə və maddələrin özünə məxsus olduğunu, həmin vasitə və maddələri iranlı şəxsdən alıb sonradan satdığını bildirmişdir. Süleyman Zülfüqarov üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin başqa şəxsə, o cümlədən atasına məxsus olmasını bildirməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı rayon Polis İdarəsində olduğu zaman ona qarşı polis əməkdaşları tərəfindən hər hansı zorakılıq, fiziki və ya psixi təsir göstərilməmişdir. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs atasına aid hər hansı miqdarda narkotik vasitə aşkar edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 Şahid3 ifadəsində qeyd etdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin 20 yanvar 2022-ci il tarixli raportundan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda 15 mart 1990-cı ildə Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması, habelə həmin vasitə/maddələri saxlaması və istifadə etməsi göstərilmişdir (iş vərəqi 04). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin 20 yanvar 2022-ci il tarixli qərarı, protokolu və Polis İdarəsinin 726-096-22 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupunun yaradılması qərara alınmış və həmin tədbir keçirilmişdir (iş vərəqi 06- 08). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin 20 yanvar 2022-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 10:00 radələrində ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq saat 10:15-də Polis İdarəsinə aparılmışdır (iş vərəqi 11). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Suraxanı rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin 20 yanvar 2022-ci il tarixli qərarı və protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 10:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməklə əlaqədar şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 21-22). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Suraxanı rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin 20 yanvar 2022-ci il tarixli qərarı və protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı onun əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 1 (bir) ədəd salfetin içərisində olan büküm, 1 (bir) ədəd qara rəngli plastik qabın içərisində olan 2 (iki) ədəd büküm, 1 (bir) ədəd başqa plastik qabın içərisində olan 2 (iki) ədəd büküm, 1 (bir) ədəd linza qapağının içərisində olan 2 (iki) ədəd büküm, 1 (bir) ədəd siqaret kağızına bükülmüş büküm, 6 (altı) ədəd şəffaf sellofana bükülmüş büküm, 1 (bir) ədəd siqaret kağızında olan büküm və əynində olan həmin qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd «Samsung» markalı mobil telefon aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilərək cinayət işinin materiallarına əlavə olunmuşdur (iş vərəqi 31, 33-34). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs 20 yanvar 2022-ci il tarixli ərizəsindən görünür ki, onun yaşadığı ünvan 4 ünvanında baxış və götürmə aparılmasına etirazı olmamışdır (iş vərəqi 35). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Suraxanı rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin 20 yanvar 2022-ci il tarixli protokolundan görünür ki, həmin tarixdə vətəndaş Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən evinə keçirilmiş baxış zamanı həmin evin otağında dolabdan 1 (bir) ədəd qara rəngli qutunun içərisində olan 1 (bir) ədəd büküm, digər bir qara rəngli qabın içərisində olan 16 (on altı) ədəd büküm, 1 (bir) ədəd elektron tərəzi və həmin otaqda yatağın altından 1 (bir) ədəd iri ölçülü bağlama aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilərək cinayət işinin materiallarına əlavə olunmuşdur (iş vərəqi 36). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 yanvar 2022-ci il tarixli 6/395 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...» yazısı və imzalar olan üç ədəd zərfdəki 1 (bir) ədəd salfetə bükülmüş şəffaf polietilen bükümdə təmiz çəkisi 141,722 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; qara rəngli plastik qabda 2 (iki) ədəd şəffaf polietilen bükümdə ümumi təmiz çəkisi 3,615 qram açıq qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; üzərində «Çərşənbə…» yazısı olan şəffaf plastik qabda 2 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi 4,103 qram açıq qəhvəyi rəngli təzşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 1 (bir) ədəd linza qabda, üzərində «L» yazısı olan hissəsində təmiz çəkisi 1,080 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; üzərində «R» yazısı olan hissəsində təmiz çəkisi 2,363 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 6 (altı) ədəd şəffaf polietilen bükümdə və 1 (bir) ədəd kağız bükümdə ümumi təmiz çəkisi 11,834 qram açıq qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 1,062 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində «vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş...» yazısı və imzalar olan 3 (üç) ədəd zərfdəki, 1 (bir) ədəd bağlamada təmiz çəkisi 2815 qram açıq qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 12 (on iki) ədəd şəffaf polietilen bükümdə ümumi təmiz çəkisi 39,100 qram açıq qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 1 (bir) ədəd şəfaf polietilen bükümdə təmiz çəkisi 0,042 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 4 (dörd) ədəd bükümdə ümumi təmiz çəkisi 7,464 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 1 (bir) ədəd elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin təmiz çəkisini müəyyən etmək mümkün deyildir. Vətəndaş Təqsirləndirilən şəxs yaşadığı evdən və üzərindən aşkar edilərək götürülmüş heroinin ümumi çəkisi 2874,732 qram (2 kq, 874,732 qr) təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər; metamfetaminin ümumi çəkisi 152,653 qram təşkil edir və həmin metamfetaminlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in; metafetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxildirlər; spektral cədvəllər və aktın surəti protokola əlavə edilmişdir; aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manat müəyyən edilmişdir (iş vərəqi 44-52). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Suraxanı rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin 21 yanvar 2022-ci il və həmin Polis İdarəsinin İstintaq Şöbəsinin eyni tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi istintaqın davam etdirilməsi üçün istintaq aidiyyatı üzrə Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş və müvafiq qaydada icraata qəbul olunmuşdur (iş vərəqi 55- 56 və 59-60). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 22 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir (iş vərəqi 65-66). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 22 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (iş vərəqi 68-70). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-43/2022 nömrəli 22 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 20 yanvar 2022-ci il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqi 88-93). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 11 mart 2022-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən çəkilmiş videogörüntüləri özündə əks etdirən DVD diskə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs əvvəlcə üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsinin təklif edilməsi, Təqsirləndirilən şəxs isə əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1 (bir) ədəd salfetin içərisində olan bükümü, 1 (bir) ədəd qara rəngli palastik qabın içərisində olan 2 (iki) ədəd bükümü, 1 (bir) ədəd başqa plastik qabın içərisində olan 2 (iki) ədəd bükümü, 1 (bir) ədəd linz qapağının içərisində olan 2 (iki) ədəd bükümü, 1 (bir) ədəd siqaret kağızına bükülmüş bükümü, 6 (altı) ədəd şəffaf sellofana bükülmüş bükümü, 1 (bir) ədəd siqaret kağızında olan bükümü və həmin qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd «Samsung» markalı mobil telefonu çıxarıb təqdim etməsi, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulduqda onun həmin bükümlərin içərisində «kakos» və «şüşə» kimi tanıdığı narkotik maddələr olduğunu, həmin narkotik maddələrin hər bir qramını 15 (on beş) manatdan «İsi» adlı İran İslam Respublikasının vətəndaşı olduğunu bidiyi, lakin ünvanını və digər məlumatlarını bilmədiyi şəxsdən aldığını bildirməsi, sonra aşkar edilmiş həmin bükümlərin götürülərək qablaşdırılması, daha sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın davam etdirilməsi və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilərək cinayət işinə əlavə olunmuşdur (iş vərəqi 114). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 11 mart 2022-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilərkən çəkilmiş videogörüntüləri özündə əks etdirən DVD diskə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsi, əvvəlcə ondan yaşadığı evdə saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsinin təklif edilməsi, Təqsirləndirilən şəxs yaşadığı həmin evin otağında dolabdan bir ədəd qara rəngli qutunun içərisində olan 1 (bir) ədəd büküm, digər bir qara rəngli qabın içərisində olan 16 (on altı) ədəd büküm, 1 (bir) ədəd elektron tərəzi və həmin otaqda yatağın altından 1 (bir) ədəd iri ölçülü bağlama aşkar edilərək götürülməsi, sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində «kakos» və «şüşə» kimi tanıdığı narkotik maddələr olduğunu, həmin narkotik maddələrin hər bir qramını 15 (on beş) manatdan «İsi» adlı İran İslam Respublikasının vətəndaşından aldığını bildirməsi, sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxışın davam etdirilməsi, başqa hər hansı bir qanunsuz əşya və ya maddə aşkar edilməməsi müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilərək cinayət işinə əlavə olunmuşdur (iş vərəqi 115). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 22 mart 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 118-119). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis bölməsinin 29 mart 2022-ci il tarixli, 098-1752-1222 nömrəli məktubundan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır (iş vərəqi 120). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» X8 04 aprel 2022-ci il tarixli 2728 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır (iş vərəqi 121). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 05 aprel 2022-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman aşkar edilərək götürülmüş bir ədəd «Samsung» markalı mobil telefona keçirilmiş baxış zamanı həmin mobil telefonda iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmiş və bununla bağlı protokol tərtib edilərək cinayət işinin materiallarına əlavə olunmuşdur (iş vərəqi 122). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 07 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işi üzrə onun əməlinə düzgün hüquqi qiymət verilməsindən ötrü ayrıca material ayrılaraq ********* nömrəli cinayət işinə əlavə edilmişdir (iş vərəqi 124). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» X8 təkrar Ambulator- X1 07 aprel 2022-ci il tarixli, 1669 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı var və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 145-146). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin sübutların qiymətləndirilməsi haqqında 10 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamın məzmununa əlavə və dəyişiklik edilməklə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin nəzərə alınması, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş, barəsində məhkəmə-kimyəvi ekspertizası təyin edilərək müvafiq rəylər alınmış, ümumilikdə 2874,732 qram təşkil edən narkotik vasitə heroinin, 152,653 qram təşkil edən psixotrop maddə metamfetaminin və 1 (bir) ədəd elektron tərəzinin iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2873,852 qram təşkil edən narkotik vasitə heroinin, qalıq çəkisi 152,353 qram təşkil edən psixotrop maddə metamfetamin və 1 (bir) ədəd elektron tərəzinin Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilməsi, istintaq zamanı şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması, habelə evə baxış zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 2 (iki) ədəd diskin iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün sübut qismində tanınaraq cinayət işinə əlavə olunması, Təqsirləndirilən şəxs 2874,732 qram çəkidə narkotik vasitə heroini, 152,653 qram çəkidə psixotrop maddə metamfetamini əldə etdiyi naməlum şəxsin şəxsiyyətini müəyyən edərək istintaqa təqdim edilməsi məqsədilə ********* saylı cinayət işindən ayrıca icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işinin ayrılması və icraata qəbul edilərək istintaqının aparılması qərara alınmışdır (iş vərəqi 151- 162). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 10 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yeni məzmunda ittiham elan olunmuşdur (iş vərəqi 168-170). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-300/2022 nömrəli 19 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 (iyirmi) gün müddətə, yəni 08 iyun 2022-ci il tarixədək uzadılmışdır (iş vərəqi 144-149). Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. «X4 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olfevralaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olfevralaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olfevralaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə və 2-ci Siyahısının 67-ci bəndinə əsasən – təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin və təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin - külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs kimdən, hansı qiymətə, ümumiyyətlə əvəzli və ya əvəzsiz şəkildə, habelə hansı şəraitdə, nə vaxt külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsini və satmasını müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq orqanı qeyd edilən xüsusatlarla bağlı faktiki olaraq heç bir araşdırma aparmamış, yəni Təqsirləndirilən şəxs kimdən, hansı tarixdə, hansı mənbədən və hansı şəraitdə külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz şəkildə əldə etməsini müəyyən etməmişdir. Halbuki qeyd edilən məsələlərin ətraflı şəkildə araşdırılması qanunla müəyyən edilmiş qaydada ibtidai istintaqı həyata keçirən səlahiyyətli şəxsin üzərinə qoyulmuş əsas vəzifələrdən birini təşkil edir və ibtidai istintaq orqanı tərəfindən göstərilən halların ətraflı şəkildə araşdırılması ölkədə real şəkildə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb edilməsində müstəsna rol oynayır. Ən vacib məsələ isə ondan ibarətdir ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham, həmçinin onun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsini də ehtiva edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı, həmçinin cinayət hadisəsinin baş vermə vaxtının müəyyən edilməsi ən vacib vəzifələrdən biri kimi təsbit edilmişdir. Bu isə o deməkdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsi ilə bağlı ittiham irəli sürdüyü halda, mütləq qaydada onun satış məqsədi ilə qanunsuz olaraq külli narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsi vaxtını mötəbər sübutlarla müəyyən etməli idi. Lakin məhkəməyə aydın olmayan səbəblərdən ibtidai istintaq orqanı üzərinə düşən vəzifəni icra etməyə cəhd belə etməmişdir. Məhkəmə bu hissədə ibtidai istintaq orqanının fəaliyyətinə tənqidi yanaşır və bu səbəbdən də aparılmış ibtidai istintaqı natamam və qüsurlu ilkin araşdırma kimi qəbul edir. Buna baxmayaraq, məhkəmə istintaqında Təqsirləndirilən şəxs 20 yanvar 2022-ci il tarixdə, təxminən saat 10:00-da Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 5 ünvanının yaxınlığında saxlanılması təsdiq olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs Suraxanı rayon Polis İdarəsinə aparılmış, orada onun üzərində şəxsi axtarış keçirilmiş və həmin vaxt onun əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 2 (iki) ədəd bükümdə, ümumi təmiz çəkisi 3,615 qram, digər 2 (iki) ədəd bükümdə, ümumi təmiz çəksi 4,103 qram, 1 (bir) ədəd linza qabında üzərində «L» yazısı olan hissəsində təmiz çəkisi 1,080 qram, 6 (altı) ədəd bükümdə və 1 (bir) ədəd kağız bükümdə, ümumi təmiz çəkisi 11,834 qram narkotik vasitə heroin və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 141,722 qram, 1 (bir) ədəd linza qabında üzərində «R» yazısı olan hissəsində təmiz çəkisi 2,363 qram, 1 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi 1,062 qram psixotrop maddə metamfetamin və həmin tarixdə yaşadığı ünvan 1 ünvanında yerləşən evin qonaq otağından 1 (bir) ədəd bağlamada təmiz çəkisi 2815 qram, 12 (on iki) ədəd bükümdə ümumi təmiz çəkisi 39,100 qram olan narkotik vasitə, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,042 qram, 4 (dörd) ədəd bükümdə ümumi təmiz çəkisi 7,464 qram olan psixotrop maddə metamfetamin və 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Yuxarıda göstərilən hallar məhkəmə istintaqında dindirilmiş şahid ifadələri və prosessual hərəkətlərin nəticəsini əks etdirən protokollar ilə tam şəkildə təsdiq olunmuşdur. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edərkən, bir hissəsini üzərində, qalan hissəsini yaşadığı evdə saxlayarkən, habelə bir hissəsini üzərində daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi onun əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs tutulmasından əvvəl onun hərəkətlərini, barəsində polis əməkdaşlarına daxil olmuş əməliyyat məlumatının mahiyyətini, onun tutulma şəraitini, tutulması üçün səbəbləri və cinayət işinin materiallarında olan sənədlərin ayrı-ayrılıqda və məcmu halda təhlil edilməsini vacib hesab edir. Belə ki, Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədbiri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, onun barəsində əməliyyat orqanına daxil olmuş əməliyyat məlumatı kifayət qədər ciddi əhəmiyyətə malik olan sübutdur. Məhkəmə istintaqında dindirilmiş və Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirində iştirak etmiş polis əməkdaşları ifadələrində bildirmişlər ki, onlara daxil olmuş əməliyyat məlumatı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması, üzərində saxlaması, daşıması və istifadə etməsi ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı narkotik vasitə və psixotrop maddələrin ona məxsus olmamasını, habelə heç vaxt narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamasını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs qeyd edilən hissədə məhkəmə istintaqında vermiş olduğu ifadəsini inandırıcı hesab etmir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs belə məzmunda ifadə verməklə həqiqəti gizlətmək, eləcə də cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı düzgün olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürmüşdür. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tam şəkildə tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə etməsi, üzərində və yaşadığı evdə saxlaması, eləcə də üzərində daşıması tam şəkildə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran digər hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin növünü, çəkisini, olduğu bükümlərin sayını, qeyd edilən qadağan olunmuş əşyalarla yanaşı, həmçinin onun yaşadığı evdən elektron tərəzinin aşkar edilməsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 20 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan və tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» X8 təkrar Ambulator-X1 07 aprel 2022-ci il tarixli, 1669 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, ona cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq saxlanılması üçün Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş və ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 2873,852 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 152,353 qram təşkil edən psixotrop maddə metamfetamin və 1 (bir) ədəd elektron tərəzi məhv edilməli, şəxsi axtarış və götürmə aparılması, habelə evə baxış zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, həmin Məcəllənin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinsin və ona 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 20 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş və ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 2873,852 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 152,353 qram təşkil edən psixotrop maddə metamfetamin və 1 (bir) ədəd elektron tərəzi məhv edilsin, 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1199/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1199/2022
12.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver