Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1199/2024 25.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Qanunçuluq” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Ağsu rayonu, Nüydü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Ağsu rayonu, Nüydü kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Qobu qəsəbəsi, X10, nömrəsiz fərdi evdə yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (qərarın təsviri əsaslandırıcı hissəsində – CM) 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə edib üzərində və idarə etdiyi avtomobildə saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə edib satmaq məqsədi ilə İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən, şəxsiyyəti istintaqla müəyyən edilməmiş «Şahram» adlı şəxslə və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2023-cü ilin avqust ayının sonlarında əvvəlcədən aralarında olan razılaşmaya əsasən cinayət qrupunun naməlum üzvü tərəfindən gizlədilmiş Bakı şəhəri, Qaradağ rayonu ərazisində quraşdırılmış “Bakı 80 km” yazısı olan lövhənin yaxınlığından külli miqdarda 1045,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı və külli miqdarda 2119,333 qram çəkidə psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq, bir hissəsini üzərində, digər hissəsini idarə etdiyi “Hyundai Accent” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış, 31 avqust 2023-cü il tarixdə, saat 22:00-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq ünvan 2 ünvanda yerləşən Binəqədi RPİ-nin 40-cı PB-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofan torbada külli miqdarda təmiz çəkisi 29,333 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürüldükdən sonra 01 sentyabr 2023-cü il tarixdə, saat 00:20-də idarə etdiyi “Hyundai Accent” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman sol arxa oturacağın üzərindəki 01 ədəd qara rəngli idman çantasının içərisindən 01 ədəd sellofan torbada təmiz çəkisi 1045,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd bağlamada təmiz çəkisi 2090 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin və həmin idman çantasının içərisindən səthində narkotik vasitə olan marixuananın və psixotrop maddə olan metamfetaminin izləri olan 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində olarkən yanından keçən avtomobildən şübhələnmişdir. Binəqədi rayonu, Sulutəpə qəsəbəsində kirayə yaşadığı evinə gələrkən evə 100 metr qalmış Oba marketə daxil olmuş və çıxarkən polis əməkdaşları onu saxlamışlar. Saxlanılan zaman onda 50 qram metamfetamin, 95 qram marixuana olan narkotik maddələr olmuşdur. Həmin narkotik maddələri aldığı 2 gün olardı, narkotik maddələrdən istifadə etmiş və istifadə etdikdən sonra nə qədər qaldığını bilmir. Binəqədi RPİ-nin 40-cı PB-yə gətirilmiş və polis əməkdaşları onu buraxmaq üçün 20 min manat pul istəmişlər. Polis əməkdaşları Binəqədi rayonu, Sulutəpə qəsəbəsindəki kirayə evdə birlikdə yaşadığı xanımı da saxlayacaqlarını və bunun olmaması üçün aşkar olunan narkotik maddələrin miqdarını artıracaqlarını bildirmişlər. O da həmin xanımın saxlanılmaması üçün polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. İran İslam Respublikası vətəndaşı barədə heç bir məlumatı yoxdur. Aşkar olunan tərəzi ona aid deyil. O, suallara cavab olaraq bildirmişdir ki, aşkar olunan narkotik maddələrin miqdarının artırılması ilə bağlı polis əməkdaşları ilə razılaşmağı sadəcə birlikdə yaşadığı xanımın saxlanılmaması üçün olmuşdur. 50 qram metamfetamin və 95 qram marixuananı Abşeron rayonu, Qobu qəsəbəsində tanımadığı bir şəxsdən almışdır. Qeyd etdiyi narkotik maddənin hər iki növündən də istifadə edir. Narkotik maddəni gündəlik istifadə edir və günlük istifadə etdiyi həcmi bir qram olar. O, saxlanılmamışdan əvvəl kondisoner və tikinti ustası kimi fəaliyyət göstərmişdir. 50 qram metamfetamin, 95 qram marixuananı 500 manata əlbəəl verib almışdır. O, saxlanılarkən üzərində telefonu, 730 manat pulu və avtomobilinin açarı olmuş, 730 manat pul və digər əşyaları da baxış keçirilərkən ona qaytarılmışdır. Qeyd etdiyi narkotik maddələri almağına səbəb ucuz olması olmuşdur. Əvvəllər də bir neçə dəfə həmin şəxsdən narkotik maddə almışdır. Əvvəl aldıqları ilə sonuncu aldığında qiymət fərqi olmuşdur. Saxlanılan zaman hava yenicə qaralırdı. Saxlanıldıqdan sonra 1 saat avtomobildə gözlədikdən sonra Binəqədi RPİ-nin 40-cı PB-ə gətirilmişdir. Onun üzərinə baxış həm saxlanılarkən, həm də Binəqədi RPİ-nin 40-cı PB-də həyata keçirilmişdir. Binəqədi rayonu, Sulutəpə qəsəbəsindəki kirayə evdə birlikdə yaşadığı xanım tanışıdır. Həmin xanım narkotik maddə istifadə etdiyini bilmir. Daimi yaşadığı yer Abşeron rayonu, Qobu qəsəbəsində valideyni və qardaşı ilə yaşayırlar. Əvvəllər şirkətdə işləmiş və ordan ayrılmağı 2 il olar, sonralar özü iş götürüb işləmişdir. Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yaşamağına səbəb xanım tanışı ilə qalmağıdır. Həmin kirayə evdə daimi yaşamır, Abşeron rayonu, Qobu qəsəbəsindəki evə gəlirdi. Binəqədi RPİ-nin 40-cı PB-də ona qarşı hər hansı fiziki, psixi təsir və təzyiq olmamışdır. Polis əməkdaşları ifadəsini dəyişəcəyi təqdirdə xanım tanışını da saxlayacaqlarını bildirmişlər. Hazırki ifadəsində bunları deməyinə səbəb xanım tanışının tutulmayacağını bilməyidir. Aldığı narkotik maddələrdən istifadə edib qalan hissəsini kirayə yaşadığı evə qoyacaqdı. Binəqədi rayonu, Sulutəpə qəsəbəsindəki kirayə evdə birlikdə yaşadığı xanımın adı Könüldür. Saxlanıldıqdan sonra Könülə bu barədə məlumat vermişdir. Onun saxlanılma vaxtı xx.xx.2023-cü il tarixdə təxminən, saat 18:00-19:00 olardı. Onu saxlayan 2 nəfər polis əməkdaşı olmuş, lakin, sonrdan 2-3 nəfər polis əməkdaşı gəlmişdir. Saxlanıldıqdan 1 saat sonra Binəqədi RPİ-nin 40-cı PB-yə gətirilmişdir. Binəqədi RPİ 40-cı PB-ə gətirildikdən iki saat sonra narkotik maddələrin həcminin artırılması barədə təklif olunmuşdur. Həmin təklifdən təxminən bir-iki saat sonra üzərinə baxışla əlaqədar çəkiliş həyata keçirilmişdir. İttiham aktında qeyd olunan İran İslam Respublikası vətəndaşı ilə heç bir əlaqəsi olmamışdır. İttiham aktında qeyd olunan narkotik maddələrin satışı ilə bağlı hissələri qəbul etmir, həmin narkotik maddələri sadəcə istifadə üçün almışdır. 50 qram metamfetamin, 95 qram marixuana olan narkotik maddələr üzərində olmamış, avtomobildə olmuş, elektron tərəzi isə onun deyil. Onu saxlayan polis əməkdaşları arasında Şahid1 da olmuş, Şahid2 tanımır və görməmişdir. Üzərinə baxış keçirilən zaman dəqiq xatırlamasa da, onu saxlayan polis əməkdaşları arasında Şahid2 olmamışdır. Onu öz avtomobili ilə deyil, polisin xidməti avtomobili ilə Binəqədi RPİ-nin 40-cı PB-yə aparmışlar. Şahid2 tərəfindən ona qarşı psixi təsir olmamışdır. O, ifadəsi elan edildikdən sonra verilən suallara cavab olaraq bildirmişdir ki, elan olunan ifadəsində qeyd olunan Şahram adlı şəxs real şəxs deyil və ifadəsində elə bir şəxs adı bildirməmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki-psixi təzyiq olmamış və yalnız yanında olan Könül xanıma görə sonuncuların dediklərini qəbul etmişdir. Elan olunmuş ifadəsində aşkar olunan narkotik maddənin çəkisi, tərəzilərin aşkar olunmağı və Şahram adlı şəxsin adını bildirməyi ilə bağlı hissələr yanlış qeyd olunmuşdur. İfadəsində qeyd olunan 1045 qram marixuana olan, 2090 qram metamfetamin olan narkotik maddələrlə və 2 ədəd tərəzinin aşkar olunması ilə bağlı qeydlərlə narazıdır. Onda olan narkotik maddələr avtomobilinin saxlanc yerində olmuşdur. K.Dadaşova onda narkotik maddə olduğunu və daşıdığını bilməmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən K.Dadaşova da iştirak etmişdir. Polis əməkdaşları ilə K.Dadaşovanın buraxılmasına əvvəlcədən razılaşdığından şəxsi axtarışda narazılıq bildirməmişdir. Özünə məxsus olan narkotik maddələr 50 və 95 qram olmuş, lakin, 30 qramı polis əməkdaşları özləri üzərinə qoymuşlar. Digər narkotik maddələrin də avtomobildə aşkarlanması ilə bağlı polis əməkdaşları ilə razılaşmışdır. Polis əməkdaşları tərəfindən K.Dadaşovanın buraxılması qarşılığında narkotik maddənin əlavə çəkisini götürməyi təklif olunmuşdur. Üzərinə şəxsi axtarış keçirilməmiş polis əməkdaşları K.Dadaşovanı onunla əlbir kimi qeyd edəcəklərini, ya da əlavə çəkidə narkotik maddə və ya psixotrop maddə üzərinə götürməyi təklif etmişlər, o da bu təkliflə razılaşmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 31 avqust 2023-cü il tarixdə, saat təxminən 22 radələrində ünvan 4 ünvanın yaxınlığında idarə etdiyi «Hyundai Accent» markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün yaxınlaşan zaman, iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq, özlərini polis əməkdaşları kimi təqdim etmiş və ona narkotik vasitələri qanunsuz olaraq üzərində saxlamasındə şübhəli olduğumu bildirmişlər. Barəsində olan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu və yanında olan qeyri-rəsmi ailə münasibətində yaşadığı X5 RPİ-nin 40-cı PB-nin inzibati binasına dəvət etmişlər. Orada hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş, ona hüquq və vəzifələri izah edilməklə, buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçimin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı o, əynində olan göy rəngli şalvarının sol yan cibindən 01 ədəd sellofan torbada olan metamfetamini masanın üzərinə qoymuş, daha sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarının sağ yan cibindən 01 ədəd açar, 01 ədəd üzərində ***- ***-**-**, ***-***-**-** sim kart nömrəsi olan “Samsung” markalı mobil telefon, 730 manat pul və 01 ədəd “4098 5844 7135 1393” nömrəli plastik bank kartı aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı üzərimdən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi metamfetamin elektron tərəzidə çəkildikdə, çəkisi 30 qram təşkil etmişdir. Bundan sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd “Samsung” markalı mobil telefon, 01 ədəd “4098 5844 7135 1393” nömrəli plastik bank kartı götürülmüş, 01 ədəd açar və 730 manat pul isə özünə qaytarılmışdır. Üzərindən aşkar olunmuş kütlə özünə məxsusdur, həmin kütləni sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Şahram” adlı şəxsin vasitəsi ilə iki gün əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində “Bakı 80 km” yazısı olan plakatın yaxınlığında gizlədilmiş yerdən başqa şəxslərə çatdırmaq məqsədi ilə götürmüş, bunun müqabilində 500 manat pul alacaqmış. Narkotik vasitələri başqa şəxslərə bağışlamamış və satmamışdır. Daha sonra o, üzərindən aşkar edilmiş matemfetamindən əlavə olaraq, idarə etdiyi «Hyundai Accent» markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr olduğunu, həmin idarə etdiyi avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Eyni zamanda X3 onun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasından xəbəri olmamışdır. Şəxsi axtarışdan sonra onun, müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə 40-cı PB-nin həyətində saxlanılan «Hyundai Accent» markalı, **-SX-*** dövlət qeyidyyat nişanlı avotmobilin yanına getmişlər. Avtomobilə baxış zamanı, avtomobildə qanunla qadağan edilmiş kütlənin təqdim edilməsi təklif olunmuşdur. Təklifdən sonra o, avtomobilin sol arxa oturacağının üzərindən 01 ədəd qara rəngli idman çantasının içərisindən 01 ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuananı, 01 ədəd bağlamada psixotrop maddə olan metamfetamin kütləsini və 02 ədəd elektron tərəziləri təqdim etmişdir. Bundan sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuananın çəkisi 01 kq 57 qram, metafetaminin çəkisi 01 kq 911 qram olmuşdur. Daha sonra həmin kütlələr və elektron tərəzilər qablaşdırılmış, möhürlənmiş və üzəri özü, Könül, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Daha sonra idarə etdiyi avtomobilin digər hissələrinə baxış keçirilmiş, narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş metamfetamindən əlavə idarə etdiyi avtomobildən aşkar olunmuş kütlələrin və elektron tərəzilər özünə məxsusdur. Həmin kütlələri sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Şahram” adlı şəxsin vasitəsi ilə iki gün əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində “Bakı 80 km” yazısı olan plakatın yaxınlığında gizlədilmiş yerdən başqa şəxslərə çatdırmaq məqsədi ilə götürmüş, bunun müqabilində isə 500 manat pul alacaqmış. O, narkotik vasitələrin satışı ilə məşğul olmur, narkotik vasitələri göstəriləcək yerlərə qoyacaqdı, işi bundan ibarətdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs Binəqədi rayon ərazisində saxlayaraq Binəqədi RPİ-nin 40-cı PB-yə gətirmişlər. Binəqədi RPİ-nin 40-cı PB-də Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və üzərindən 30 qram metamfetamin olan narkotik maddə aşkarlanmışdır. Təqsirləndirilən şəxs şəxsi avtomobilində əlavə narkotik maddə olduğunu bildirmiş, sonuncunun avtomobilinə də baxış keçirmişlər və oradan 1 kq marixuana olan və 2 kq metamfetamin olan narkotik maddələr aşkarlanmışdır. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, daxil olmuş məlumat Təqsirləndirilən şəxs haqqında olmuşdur. Məlumatın məzmunu narkotik maddənin qanunsuz dövriyyəsi, saxlanılması və satışı ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs haqqında ilk dəfə belə bir məlumat qərəzsiz və mötəbər mənbədən daxil olmuşdur. Təqsirləndirilən şəxs narkotik maddələrin çəkisinin az olması ilə bağlı bildirdikləri yanlışdır. Təqsirləndirilən şəxs 5 kq narkotik maddə əldə etdiyini və onun 2 kq çəkidə olan hissəsini payladığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik maddəni İran İslam Respublikası vətəndaşından Qaradağ rayonu ərazisində əldə etdiyin bildirmişdir. Həmin şəxs barədə araşdırılma aparılsa da şəxsi müəyyənləşdirmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs saxlayarkən yanında xanım tanışı da olmuşdur. Şəxsi ehtimalına görə həmin xanım da Təqsirləndirilən şəxsla birlikdə iştirakçıdır, lakin, xanım olduğunu nəzərə almışlar. Təqsirləndirilən şəxs həmin xanıma görə narkotik maddənin çəkisinin artırılmasının ona təklif edilməsi ilə bağlı ifadəsi yanlışdır. İbtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs axşam saat 22:00-23:00 saxlamışlar. Təqsirləndirilən şəxs saxladıqları ərazi Xocasən və ya Sulutəpə ərazisi olmuşdur. Təqsirləndirilən şəxs və xanım tanışı saxlanılarkən avtomobilin içərisində deyil, yanında olmuşdur. Hər iki şəxsi Təqsirləndirilən şəxs avtomobili ilə Binəqədi RPİ-nin 40-cı PB-yə gətirərkən avtomobili hansı polis əməkdaşının idarə etdiyini xatırlamır. Hər iki şəxs avtomobilin arxa oturacağında əyləşmişlər, lakin, digər polis əməkdaşının arxa oturacaqda və ya qabaq oturacaqda əyləşdiyini dəqiq xatırlamır. Təqsirləndirilən şəxs xanım tanışının üzərinə baxış keçirilməmiş, bunun səbəbini təhqiqatçı bilir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, daxil olmuş məlumat əsasında xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Binəqədi rayonu, R.Allahverdiyev küçəsində öz avtomobilinin yanında saxlayıb Binəqədi RPİ 40-cı PB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs şəxsi avtomobili ilə Binəqədi RPİ 40-cı PB-yə gətirmişlər. Binəqədi RPİ 40-cı PB-də təhqiqatçı və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində olan narkotik maddə metamfetamini təqdim etmiş və avtomobilində saxladığı başqa narkotik maddə olduğunu bildirmişdir. Belə olduqda Təqsirləndirilən şəxs avtomobilinə videoçəkilişlə baxış keçirilmiş və Təqsirləndirilən şəxs avtomobilində olan narkotik maddələri təqdim etmişdir. Təqsirləndirilən şəxs aşkarlanan narkotik maddələri İran İslam Respublikası vətəndaşından əldə etdiyini və pul qarşılığında onun qeyd etdiyi yerlərə çatdıracağını bildirmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən yanında qeyri-rəsmi münasibətdə olduğu xanım olmuşdur. Təqsirləndirilən şəxs öz şəxsi avtomobilinin yanında saxlanılmış və həmin avtomobillə Binəqədi RPİ 40-cı PB-yə gətirilmişdir. Təqsirləndirilən şəxs avtomobili Binəqədi RPİ-nin 40-cı PB-in avtomobil duracağında saxlanılmış və Təqsirləndirilən şəxs avtomobilin qapısını bağlayaraq açarı özü ilə götürmüşdür. Binəqədi RPİ-nin 40-cı PB-də prosessual hərəkətlər yerinə yetirildikdən sonra Təqsirləndirilən şəxs narkotik maddələrin bir hissəsinin avtomobildə olduğunu bildirdiyinə görə avtomobilə baxış keçirilmiş və Təqsirləndirilən şəxs qeyd etdiyi narkotik maddələri təqdim etmişdir. Avtomobilə baxış keçirilən zaman avtomobilin qapısını Təqsirləndirilən şəxs özü açıb və arxa oturacaqda saxladığını bildirmişdir. Avtomobildə aşkarlanan narkotik maddələr avtomobilin yük yerində olmamışdır. Təqsirləndirilən şəxs Binəqədi RPİ 40-cı PB-yə o və Şahid1 gətirmişlər. Dəqiq xatırlamır, yəqin ki, avtomobilin arxa oturacağında Təqsirləndirilən şəxs, xanım tanışı əyləşmiş və digər polis əməkdaşı da qabaq oturacaqda əyləşmişdir. Təqsirləndirilən şəxs üzərindən çıxan narkotik maddə 30 qram metafetamin olmuşdur. Lakin, avtomobildən çıxan narkotik maddələr bir kiloqramdan artıq olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında narkotik maddələrin çəkisi ilə bağlı bildirdiyi ifadələr yanlışdır və aşkar olunan narkotik maddələrin çəkisi nə qədər olubsa o qədər qeyd olunmuşdur. Əməliyyat məlumatı digər polis əməkdaşına daxil olmuş və o əməliyyat tədbirinin iştirakçısı olmuşdur. Təqsirləndirilən şəxs gecə saat 22:00-da saxlamışlar. İbtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs və xanım tanışını Binəqədi RPİ-nin 40-cı PB-yə gətirərkən, hər iki şəxs avtomobilin arxa oturacağında əyləşmiş, lakin, polis əməkdaşlarından birinin qabaq oturacaqda və ya arxa oturacaqda oturduğunu dəqiq xatırlamır. Təqsirləndirilən şəxs saxlanldıqdan sonra 10-15 dəqiqə ərzində Binəqədi RPİ-nin 40-cı PB-yə gətirilmişdir. Təqsirləndirilən şəxs xanım tanışına o və sonuncunu şöbəyə gətirən digər polis əməkdaşı sual verməmiş, təhqiqatçı sual vermişdir. Təqsirləndirilən şəxs xanım tanışının üzərinə baxış keçirilməmişdir. Buna səbəb həmin xanım haqqında əməliyyat məlumatının daxil olmaması və şübhəli şəxs olmamasıdır. Xanımı şahid olaraq Binəqədi RPİ-nin 40-cı PB-yə dəvət etmişlər və sonuncu da gəlmişdir. Təqsirləndirilən şəxs hazırda dediklərini özünü müdafiə üçün bildirir. Təqsirləndirilən şəxs tərəfindən bildirilən narkotik maddələrin çəkisinin artıq qeyd olunması ilə bağlı ifadəsi yanlışdır və videoçəkiliş zamanı özü də Qaradağ rayonundan həmin narkotik maddələri əldə etdiyini bildirmişdir. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla birlikdə əşyalarını sonuncunun avtomobili ilə xalasıgildən götürüb anasıgilə aparırdılar. Polis əməkdaşları onları Sulutəpə qəsəbəsində Oba ya da Al marketin qarşısında saxlamışlar. Onları saxlayan 4 nəfər polis əməkdaşı olmuşdur. Polis əməkdaşlarından bir nəfər onu saxlamış, bir nəfər Təqsirləndirilən şəxs qollarını qandallamış, digər iki nəfər isə Təqsirləndirilən şəxs avtomobilini axtarmışlar. Təqsirləndirilən şəxs narkotik maddə istifadə etməyini sonuncunu müalicə etməyini istəyəndə bilmişdir. Təqsirləndirilən şəxs ağırlarının olduğunu və müalicə etməyini istəmişdir. Saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs polis əməkdaşları ilə danışıqlar aparmış və bir neçə saat sonra Binəqədi RPİ-nin 40-cı PB-yə aparmışlar. Polis əməkdaşı Binəqədi RPİ-nin 40-cı PB-də saat 00:00 olduğundan yazacağı izahatı növbəti günün tarixinə, yəni, xx.xx.2023-cü il tarixinə yazmağını bildirmişdir. Daha sonra polis əməkdaşları onu Təqsirləndirilən şəxs Sulutəpə qəsəbəsində kirayə götürdüyü evə aparmışlar. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıdığı 5 ildir, sonuncularla qonşu olmuşlar. Onu tibb bacısı kimi evlərinə dəvət etmişlər və bundan sonra Təqsirləndirilən şəxs tanımışdır. Polis əməkdaşları onları Binəqədi RPİ-nin 40-cı PB-yə öz xidməti avtomobili ilə aparmışlar. Təqsirləndirilən şəxs avtomobilin başqa polis əməkdaşı aparmışdır. Təqsirləndirilən şəxs hansı vaxtdan narkotik maddə istifadə etdiyini bilmir, lakin, ona müalicə üçün kömək istəyəndə istifadə etdiyini bilmişdir. Təqsirləndirilən şəxs narkotik maddənin satışı ilə məşğul olmasını, bu barədə kimləsə əlaqə saxlamasının şahidi olmamışdır. Polis əməkdaşları Təqsirləndirilən şəxs ilə onu saxladıqdan sonra Sulutəpə qəsəbəsindəki kirayə evi polis əməkdaşlarına göstərmək üçün ora getmişlər. Polis əməkdaşları Təqsirləndirilən şəxs pul qabını istəmişlər. Təqsirləndirilən şəxs pul qabında olan bank kartlarının istifadə olunmadığını bildirmişdir. Təqsirləndirilən şəxs pul qabında 700 manatdan çox pul olmuşdur. Təqsirləndirilən şəxs polis əməkdaşlarına valideyni bilmədən onları buraxmağı bildirmişdir, lakin, polis əməkdaşı, “700 manatla səni buraxacam?” deyə bildirmişdir. Saxlanıldıqları günün gecəsi saat 00:00-da izahat yazmış və sonra polis əməkdaşı onu Təqsirləndirilən şəxs Sulutəpə qəsəbəsində kirayə götürdüyü evə aparmışdır. Təqsirləndirilən şəxs ilə o, Binəqədi RPİ-nin 40-cı PB-yə aparılarkən həmin bölməyə birlikdə daxil olmuşlar, lakin, sonra onu ayrı otağa, Təqsirləndirilən şəxs isə başqa yerə aparmışlar. Bundan sonra Təqsirləndirilən şəxs MSY-də görmüş və polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs əşyaları ona verilmişdir. Təqsirləndirilən şəxs MSY-də görəndə onu da saxlayacaqlarını və qarşılığında polis əməkdaşlarının dediklərini qəbul etməyi sonuncuya təklif etdiyini bildirmişdir. Polis xidməti avtomobili ilə Binəqədi RPİ-nin 40-cı PB-yə aparılarkən avtomobildə hər hansı şübhəli predmet görməmişdir. Binəqədi RPİ-nin 40-cı PB-də yazdığı izahat hansı saatda və Təqsirləndirilən şəxsla birlikdə saxlanılmağı barədə olmamışdır. Təqsirləndirilən şəxs ilə qonşu olmuşlar və ailəvi gediş-gəlişləri olmuşdur. Təqsirləndirilən şəxs onların evinə, o da sonuncuların evinə getmişdir, lakin, müntəzəm gediş-gəlişləri olmamışdır. Bəzən sistem köçürülməsi üçün Təqsirləndirilən şəxs evinə getmişdir. Təqsirləndirilən şəxs saxlanılmamışdan əvvəl Sulutəpə qəsəbəsində olan evi 1 ay olardı kirayə götürmüşdür. Həmin evi kirayə götürməyinin səbəbini bilmir. Təqsirləndirilən şəxs Sulutəpə qəsəbəsindəki kirayə götürdüyü evə sistem köçürmək üçün bir ayda 3-4 dəfə getmişdir. Təqsirləndirilən şəxs hansı işlərlə məşğul olduğunu görməmişdir. Hadisə baş verən gün Abşeron rayonu, Xırdalan qəsəbəsində xalasıgildə olan əşyalarını Təqsirləndirilən şəxsla birlikdə sonuncunun avtomobili ilə anasıgilə aparırdılar. Valideynləri Təqsirləndirilən şəxs saxlanılmasını bilmədiyindən və həmin gün Binəqədi RPİ-nin 40-cı PB-də Təqsirləndirilən şəxs tək tanışı o, olduğundan Təqsirləndirilən şəxs üzərindən aşkar olunan şəxsi əşyaları ona verilmişdir. Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 40-cı PB-də MSY-ə aparılanda polis əməkdaşı tərəfindən sonuncunun şəxsi əşyaları ona verilmişdir. Binəqədi RPİ-nin 40-cı PB-də o, saxlanıldığı otaqda bir nəfər kişi polis əməkdaşı və bir nəfər qadın polis əməkdaşı olmuşdur. Qeyd etdiyi şəxslərdən başqa otaqda kiminsə olduğunu xatırlamır. Daha sonra polis əməkdaşları Təqsirləndirilən şəxs onu saxladıqları otağa gətirmişlər və onunla sonuncunu yan-yana dayandırmışlar. Həmin an onları saxlayan polis əməkdaşlarından biri otaqda olmuşdur. Təqsirləndirilən şəxs ona Binəqədi RPİ-nin 40-cı PB-də narkotik maddənin satışı ilə bağlı nəsə deməmişdir. Polis əməkdaşları onları saxlayarkən Təqsirləndirilən şəxs narkotik maddənin satışına görə saxladıqlarını bildirdikdə bu barədə ilk dəfə məlumatı olmuşdur. Polis əməkdaşları onları saxlayarkən Təqsirləndirilən şəxs niyə saxladıqlarını soruşaraq narazılıq bildirirdi. Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilərkən o da orada iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməmişdir. Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilərkən bükülmüş vəziyyətdə olan nəsə aşkar olunmuş, lakin, nə olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs narazılıqlar bildirsə də videoçəkilişdə narazılıq bildirməmiş, çünki, qorxmuş və o da qorxmuşdur deyə narazılıq bildirməmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı videoçəkiliş olmamış və Təqsirləndirilən şəxs üzərindən nəsə aşkarlanmamışdır. Polis əməkdaşları tərəfindən onun buraxılması qarşılığında narkotik maddənin əlavə çəkisini götürməsi Təqsirləndirilən şəxs təklif olunmuşdu. Polis əməkdaşları onu da saxlayacaqlarını bildirmişlər. Təqsirləndirilən şəxs üzərinə baxışın keçirilmədiyini bildirdikdə polis əməkdaşlarının onları saxlayan vaxtı nəzərdə tutmuşdur. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə xidmətdə olduğu zaman, xx.xx.1997-ci il tarixdə Ağsu rayonu, Nüydü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Ağsu rayonu, Nüydü kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Qobu qəsəbəsi, X10 nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satış məqsədi ilə əldə edib üzərində saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədilə idarənin rəhbərliyinə qərarla müraciət edilmişdir. Daxil olmuş mötəbər məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin və müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikası DİNnin BNMİ-nin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin qrupun rəhbəri özü, qrupun üzvü isə DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 təyin olunmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 22:00-da Təqsirləndirilən şəxs olduğu ehtimal olunan ünvan 4 ünvanının yaxınlığına getmişlər. Orada qabaqcadan xarici görkəmi və əlamətləri barədə məlumatlı olduqları Təqsirləndirilən şəxs, idarə etdiyi «Hyundai Accent» markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yaxınlaşan zaman, sonuncunun yanında bir nəfər əvvəllər tanımadıqları qadın da olmuşdur. Qeyd olunan şəxslərə yaxınlaşaraq, özlərini təqdim etdikdən sonra, Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz əldə etmə, saxlama və gəzdirməsində şübhəli olduğunu bildirib, birlikdə Binəqədi RPİ-nin 40-cı PB-nə getmələrini təklif etmişlər. Həmin şəxslər təklifdən imtina etməyərək, onlarla birlikdə Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati binasına getmişlər. Bölmədə həmin qadının xx.xx.1990-cı il təvəllüdlü X4 olduğu müəyyən olunmuşdur. Bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra, faktın araşdırılması DİN-nin BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru Anar Aslanova həvalə olunmuş və video çəkiliş vasitəsi ilə onların, Könül Dadaşovanın və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. K.Dadaşovanın isə üzərinə şəxsi axtarış keçirilməmiş, belə ki, həmin şəxsin barəsində onlara heç bir məlumat daxil olmamışdır. Bundan əlavə K.Dadaşovadan şifahi olaraq, Təqsirləndirilən şəxsla nə əlaqəsinin olması barədə soruşulduqda sonuncu, Təqsirləndirilən şəxsla qeyri-rəsmi ailə münasibətində olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, təhqiqatçı tərəfindən sonuncuya hüquq vəzifələri izah olunmuş, üzərində qanunsuz saxlanılan, gəzdirilən əşya və ya maddənin olduğu halda könüllü təqdim olunması təklif edilmiş, təklifdən sonra sonuncu əynində olan göy rəngli şalvarının sol yan cibindən bir ədəd sellofan torbanı, sağ yan cibindən mobil telefonu, pul əskinazlarını və plastik kartı təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi torbanın içərisində psixotrop maddə metamfetamin olduğu, bundan əlavə idarə etdiyi “Hyundai Accent” markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində də narkotik vasitə və psixotrop maddələrin olduğunu bildirmişdir. Təhqiqatçı tərəfindən təqdim olunmuş torba açılaraq və içərisində olan maddə kütləsi tərəzidə çəkildikdən sonra qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür. Bu barədə protokol tərtib olunduqdan sonra, həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmış, yuxarıda göstərilən iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs öz razılığı ilə idarə etdiyi “Hyundai Accent” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmişdir. Həmin avtombilin sol arxa oturacağının üzərindən bir ədəd qara rəngli idman çantasının içərisindən bir ədəd sellofan torba, bir ədəd bağlama və iki ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs bir ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuana, bir ədəd bağlamada isə psixotrop maddə metamfetamin olduğunu, üzərindən və avtomobilindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələri o, sosial şəbəkələrin birində tanış olduğu özünü iran vətəndaşı kimi təqdim edən «Şahram» adlı şəxsin vasitəsi ilə iki gün əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində gizlədilmiş yerdən başqa şəxslərə çatdırmaq məqsədi ilə götürdüyünü və bunun müqabilində 500 manat məbləğində vəsait alacağını bildirmişdir. Aşkar olunmuş kütlələr tərəzidə çəkildikdən sonra qablaşdırılmış, bu barədə də təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və bütün iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələrindən görünür ki, digər Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadələri təkrarlayaraq, ibtidai istintaqda eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan qərardan görünür ki, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (l cild i.v. 1) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilmişdir. (l cild i.v. 3) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə BNMİ-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (l cild i.v. 4-5) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 22:50-də CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 22:00-da tutulmuş hesab edilmişdir. (l cild i.v. 20) xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs göy rəngli şalvarının sol yan cibindən 1 ədəd sellofan torbada ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütləni masanın üzərinə qoymuş, sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sağ yan cibindən 1 ədəd açar, 1 ədəd üzərində ***-***-**-**, ***-***-**-** sim kart nömrəsi olan “Samsung” markalı mobil telefon, 730 manat pul və 1 ədəd “4098 5844 7135 1393” nömrəli plastik bank kartı aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş, metamfetaminə bənzər kütlənin çəkisi 30 qram olmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Şahram” adlı şəxsin vasitəsi ilə 2 gün əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində gizlədilmiş yerdən başqa şəxslərə çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində 500 manat pul alacağını, narkotik vasitələri başqa şəxslərə bağışlamadığını və satmadığını, üzərindən başqa idarə etdiyi Hyundai accent markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr olduğunu, həmin idarə etdiyi avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, daha əvvəl üzərinə baxış keçirilmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. (l cild i.v. 29-30, 84-85) xx.xx.2023-cü il tarixli “avtomobilə axtarış və götürmə aparılması haqqında” protokoldan, xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs avtomobildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, avtomobilə baxış zamanı sonuncunun avtomobilinin sol arxa oturacağının üzərindən 1 ədəd qara rəngli idman çantasının içərisindən 1 ədəd bağlamada açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, 1 ədəd bağlamada açıq rəngli, kristal formalı psixotrop maddə olan metamfetaminə bənzər kütləni və 2 ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi 1 kq 57 qram, metamfetaminə bənzər kütlənin çəkisi 1 kq 914 qram olmuşdur. Sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Şahram” adlı şəxsin vasitəsi ilə 2 gün əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində gizlədilmiş yerdən başqa şəxslərə çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində 500 manat pul alacağını, narkotik vasitələri başqa şəxslərə bağışlamadığını və satmadığını, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, daha əvvəl avtomobilinə baxış keçirilmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. (l cild i.v. 36-37, 84-85) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/1-6/4645 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “… Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş…” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 29,333 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Üzərində “… Təqsirləndirilən şəxs idarə etdiyi Hyundai Accent markalı…” sözləri olan kağız yapışdırılmış qara rəngli idman çantasındakı bir ədəd bağlamada təmiz çəkisi 2090 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir, iki ədəd elektron tərəzinin səthində psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cuzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Zərfdəki və çantadakı psixotrop maddə metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 2119,333 qramdır. (İ cild i.v. 42-47) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-7/1233 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd sellofan torbada təmiz çəkisi 1045,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuanadır. Təqdim edilmiş iki ədəd elektron tərəzilərdə narkotik vasitə olan marixuananın cuzi miqdarda hissəcikləri vardır. Hissəciklər cuzi miqdarda olduğu üçün, təqdim edilmiş marixuana ilə müqayisəli tədqiqat aparılmadı. (İ cild i.v. 48-52) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild i.v. 63-64) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(001)-932/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (İ cild i.v. 91-96) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ cild, i.v. 120) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X11 Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 7139 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild i.v.132-133) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 3045 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Anamnezində psixoaktiv maddələrdən sui-istifadə müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (İ cild i.v. 134-136) xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və avtomobilinə baxış keçirilməsini əks etdirən 02 ədəd DVD disklər maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs götürülmüş 2119,133 metamfetamin, 1044,95 qram qurudulmuş marixuana, 02 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmişdir. (İ cild i.v. 137-146) Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, saxlanılan zaman onda 50 qram metamfetamin, 95 qram marixuana olması, aşkar olunan narkotik maddələrin miqdarının artırılması ilə bağlı polis əməkdaşları ilə razılaşmağının birlikdə yaşadığı xanımın saxlanılmaması üçün olması, İran İslam Respublikası vətəndaşı ilə heç bir əlaqəsinin olmaması, narkotik maddələri şəxsi istifadəsi üçün alması, elektron tərəzinin ona aid olmaması və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar, o cümlədən şəxsi axtarış və götürmə aparılması haqqında protokol, avtomobilə axtarış və götürmə aparılması haqqında protokol və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Məhkəmə xüsusi olaraq vurğulayır ki, videoçəkilişlə aparılan şəxsi axtarışı və avtomobilə baxış zamanı Təqsirləndirilən şəxs tam sərbəst şəkildə üzərindən və avtomaşınından aşkar olunmuş kütlələri İran İslam Respublikasının vətəndaşı “Şahram” adlı şəxsin vasitəsi ilə iki gün əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində gizlədilmiş yerdən başqa şəxslərə çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində 500 manat pul alacağını səmimi etiraf edir. Bundan sonra ibtidai istintaq orqanına da qeyd etdiyi həmin hallarla bağlı ardıcıl etiraf ifadələri verir. Müdafiə tərəfinin vəsatət ilə dindirilmiş şahid X3 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə sonuncunun təqsirləndirilən şəxslə yaxın münasibətdə olması K.Dadaşovanın Təqsirləndirilən şəxs mənafeyinə uyğun, həqiqətə uyğun olmayan ifadə verməsini daha inandırıcı edir. Məhkəmə K.Dadaşovanın məhkəmə istintaqı zamanı verdiyi ifadələrə tənqidi yanaşaraq ifadəsində göstərilən halları işin halları ilə uyğunluq təşkil edən və obyektiv həqiqəti əks etdirən xüsusatlar kimi qəbul etmir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X9 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, cəza təyin edərkən CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halı nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 22:50-də CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 22:00-da tutulmuş hesab edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(001)-932/2023 saylı qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 153 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə hesabına keçirilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Binəqədi RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 2119,133 qram psixotrop maddə metamfetamin, 1044,95 qram narkotik vasitə qurudulmuş marixuana, 02 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və avtomobilinə baxış keçirilməsini əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 2119,133 qram psixotrop maddə metamfetamin, 1044,95 qram narkotik vasitə qurudulmuş marixuana, 02 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və avtomobilinə baxış keçirilməsini əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 153 (yüz əlli üç) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(101)-1199/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1199/2024
25.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver