Məhkəmə qərarları › İş №1(101)-1199/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1199/2025

15.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1199/2025 15.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X12 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi “M.B.M” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Naxçıvan MR, Ordubad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, Naxçıvan MR, Ordubad rayonu, Disər kəndində qeydiyyatda olmaqla yaşamış barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ:

1. Cinayət işinin ibtidai istintaq materiallarına görə, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan “Möhsüm” adlı şəxslə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib, saxlama, daşınması və gələcəkdə satışının həyata keçirilməsi barədə razılığa gəlib, həmin şəxsin göndərdiyi və “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsi ilə bildirdiyi istintaqa məlum olmayan ünvandan ümumi təmiz çəkisi 1855,0 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlayaraq daşımış, 19 yanvar 2025-ci il tarixdə saat 03:15-də ünvan 1 ünvanın qarşısında özünü şübhəli apardığı üçün Sabunçu RPİ-nin Cinayət Axtarışı şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb Sabunçu RPİ-nin 13-cü PŞ-yə aparılaraq, həmin tarixdə saat 04:10-da xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əlində saxladığı 01 ədəd sellofan torbanın içərisindən iki ədəd sellofan bağlamalarda külli miqdarda ayrıayrılıqda təmiz çəkiləri 870,0 qram və 985,0 qram, ümumi çəkisi 1855,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulurmuş marixuana aşkar edilib götürülmüşdür.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

2. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin Cinayət Axtarış şöbəsinin kiçik inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci ildə saat 03:15-də Sabunçu RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə inzibati ərazidə xidmətdə olarkən əvvlki ratsiya vasitəsi ilə onunla əlaqə saxlayıb yanına çağırmışdır. Şahid1 onun yanına yaxınlaşdıqda ona ünvan 3 ünvanının qarşısında əlində sellofan torba saxlayan Təqsirləndirilən şəxs göstərərək sonuncunun onu gördükdə həyacanlanlı şəkildə oradan çıxıb getməyə çalışdığını bildirmişdir. Təqsirləndirilən şəxs kənardan müşahidə etdikdə həqiqətən onun hərəkətləri şübhə yaratdığı üçün onun şəxsiyyətini müəyyən etmək məqsədi ilə onlar Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini təqdim edərək xidməti vəsiqələrini göstərib şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsiyyətini təsdiq edən sənədi olmadığını bildirmiş, onlar əvvəlkinə birlikdə Sabunçu RPİ-nin 13-cü PŞ-yə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs artıq onlardan yayına bilməyəcyini dərk edib onların təklifi ilə birlikdə 13-cü PŞ-yə getmişdir. Sonuncu barədə toplanmış materiallar üzrə araşdırmanın aparılması 13-cü PB-nin baş təhqiqatçısı Fərhəng Hüseynova tapşırılmışdır. 13-cü PŞ-də xidməti otaqların birində təhqiqatçı Fərhəng Hüseynov tərəfindən Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilməsinin səbəbi, hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçiriləcəyi izah edilmiş, hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi ilə təmin ediləcəyi bildirilmiş və Təqsirləndirilən şəxs ona təqdim olunmuş vəkillərinin siyahısından hüquqlarının müdafiəsi üçün vəkil Şamil Alıyevi seçmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunan əşya və ya predmetin olubolmaması soruşulduqda sonuncu əlində olmuş ağ rəngli sellofan torbanı masanın üzərinə qoyaraq içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin marixunanın satışını həyata keçirmək və qazanc əldə etmək məqsədi ilə İİR-nın vətəndaşı Möhsün adlı şəxsdən əldə etdiyini bildirmişdir. Təqdim etdiyi sellofan torbaya baxış zamanı sellofan torbanın içərisində iki ədəd qara rəngli ayrı-ayrılıqda bükümlər aşkar edilərək onların içərisinə baxış keçirilmişdir. Bükümlərin içərisində yaşıl rəngli spesifik qoxuya malik ot kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, bir neçə ildir ki, narkotik vasitə və psixotrop maddələr qəbul etmiş, həmin maddələri anket məlumatlarını bilmədiyi şəxslərdən müxtəlif ünvanlardan müxtəlif qiymətələrdə alıb istifadə etmişdir. xx.xx.2025-ci ildə gecə saatlarında yaşadığı evdə olarkən dostu Bəhruzun 12 yaşlı oğlu X7 istifadə etdiyi mobil telefonun whatsapp proqramı vasitəsi ilə əvvəllər tanıdığı İİR-nın vətəndaşı Möhsün adlı şəxslə əlaqə saxlayıb özü istifadə etmək üçün narkotik vasitə istəmişdir. Möhsün isə Təqsirləndirilən şəxs bir ədəd sellofan torbanın içərisində iki ədəd bağlamanı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində bir ünvana yerləşdirəcəyini, həmin bağlamanı oradan götürərək özündə saxlamasını, sonra sonuncunun bildirdiyi məkana qoyması qarşılığında Təqsirləndirilən şəxs 1.000 manat məbləğində pul verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs də qazanc əldə etmək məqsədi ilə Möhsün adlı şəxslə razılaşmışdır. Sonuncu dostunun oğlu Ümidin mobil telefonuna ünvanı göndərdikdən sonra taksi sifariş verib həmin məkanı taksi sürücüsünün mobil telefonuna göndərmişdir. Taksi ilə Bakıxanov qəsəbəsində yerləşən «Kapital bank»ın yaxınlığına gedib Möhsünün göndərdiyi məkanın ətrafını axtarıb ağ rəngli sellofan torbanı tapıb içərisində iki ədəd qara bağlama olduğunu görmüşdür. Həmin bağlamanı götürüb ərazidən uzaqlaşmaq istədikdə saxlanılmışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərində qanunla dövriyyəsi qadağan edilən hər hansı əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. Sonuncu tərəfindən təqdim edilmiş bükümlər təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Bununla bağlı təhqiqatçı tərəfindən protokol tərtib olunaraq doğruluğu onun, Şahid1, vəkil və Təqsirləndirilən şəxs tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Sabunçu RPİnin 13-cü PŞ-də olduğu müddət ərzində hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və ya təsirlərə məruz qalmamışdır. Məhkəmə iclasında Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlayarkən əlində sellofan torba olmasına baxmayaraq, onlar həmin torbanın içərisində narkotik vasitə olan marixuana olmasını bilməmiş və təqsirləndirilən şəxs də bu barədə onlara heç bir məlumat verməmişdir. Bu səbəbdən onlar orada şəxsin üzərinə axtarış keçirməmişlər.

3. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 ondan əvvəl məhkəmə iclasında ifadə vermiş Şahid2 ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə verərək göstərmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan ağ rəngli sellofan torbanı masanın üzərinə qoyaraq içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin marixunanın satışını həyata keçirmək və qazanc əldə etmək məqsədi ilə İİR-nın vətəndaşı Möhsün adlı şəxsdən əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlayarkən əlində sellofan torba olmasına baxmayaraq, onlar həmin torbanın içərisində narkotik vasitə olan marixuana olmasını bilməmiş və təqsirləndirilən şəxs də bu barədə onlara heç bir məlumat verməmişdir. Bu səbəbdən onlar orada şəxsin üzərinə axtarış keçirməmişlər.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 7/122 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş iki ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 870,0 qram və 985,0 qram, ümumi çəkisi 1855,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qeyd: Marixuananın ümumi çəkisi: - 1855,0 qram, tədqiqata cəmi sərf edildi - 0,1 qram (hər obyektdən 0,05 qram), qalıq – 1854,9 qram. Aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manat təşkil edir (i/v 34-37).

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 7/171 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş iki ədəd sellofan bağlamalarda marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: Marixuananın ümumi çəkisi: - 1854,9 qram, tədqiqata cəmi sərf edildi - 0,4 qram (hər obyektdən 0,2 qram), qalıq – 1854,5 qram. Aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manat təşkil edir (i/v 133-135).

6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X3 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 632 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 131-132).

7. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 356 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Sonuncu ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Sonuncunun hərəkətləri Azərbaycan Respublikasının CM-in 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır (i/v 136-139).

8. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, şəxsi axtarışın gedişatını əks etdirən 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, digər maddi sübut Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış 1854,5 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut qismində tanınaraq saxlanılması üçün Sabunçu RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir (i/v 141-150).

9. Şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2025-ci ildə saat 04:10-dan 04:30-dək Sabunçu RPİ-nin 13-cü PŞ-də qeydə alınmışdır. X1 tərəfindən Təqsirləndirilən şəxs Şahid1, Şahid2 və müdafiəçi X8 iştirakları ilə hüquq və vəzifələri izah olunduqdan sonra, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilir və üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmet varsa təqdim etməsi təklif olunur. Bundan sonra Təqsirləndirilən şəxs əlində olan ağ rəngli, üzərində «style in baku» sözləri yazılmış sellofan torbanı masanın üzərinə qoyur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, lakin üzərində qanunla dövriyyəsi qadağan edilən əşya və predmet aşkar edilmir. Sonuncu tərəfindən təqdim olunmuş sellofan torbanın içərisinə baxış keçirildikdə torbanın içərisində 02 (iki) ədəd qara rəngli sellofanın olduğu, bükümlərə baxış keçirdikdə içərisində yaşıl rəngli, spesifik qoxuya malik olan ot kütləsi aşkar edilir. Təhqiqatçı tərəfindən verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs torbanın içərisində narkotik vasitə qurudulumuş marixuana olduğunu, İİR-nın vətəndaşı Möhsün adlı şəxslə watsapp proqramı vasitəsi ilə əlaqə saxlayaraq 1.000 manat məbləğində pul qarşılığında sonuncunun göndərdiyi məkandan götürüb, daha sonra bildirəcəyi məkana qoymaqla satışını həyata keçirməli olduğunu bildirir. Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş 01 ədəd sellofan torbanın içərisində olmuş iki ədəd qara rəngli sellofan bükümlər müvafiq qaydada qablaşdırılıb təhqiqatçı tərəfindən götürülür (i/v 29).

10. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1988-ci ildə Ordubad rayonu, Başkənd kəndində anadan olmuş, bu barədə xx.xx.1988-ci ildə Ordubad rayon Vənən kənd İcra nümayəndəliyi tərəfindən 31 №li doğum haqqında akt qeydi tərtib olunmuşdur (i/v 115).

11. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-1040/2022 saylı hökmündən və tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci ildən hesablanmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən onun əməli məhkəmə tərəfindən həmin Məcəllənin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə tövsif edilmiş və cəzası 02 il 06 ay müddətə endirilmişdir. Daha sonra Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 02 ay 02 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2024-cü ildə cəza müddəti bitdiyi üçün idarənin qeydiyyatından çıxarılmışdır (i/v 126-130).

12. Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(003)-660/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 02 ay 02 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (i/v 117- 121).

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

13. Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikasının CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamış, sadəcə istifadəçisi olmuşdur. Belə ki, xx.xx.2025-ci ildəgecə saat 01:00 radələrində dostu ilə birlikdə şəxsi istifadələri üçün narkotik vasitə əldə etmək məqsədilə Bakıxanov qəsəbəsinə getmişlər. Həmin vaxt polis əməkdaşları onları saxlamış və onlar narkotik vasitəni götürməmişlər. Polis əməkdaşları ilə birlikdə avtomobildə gedərkən polis əməkdaşlarından biri ona içərisində narkotik vasitə olan bağlama vermişdir. Dostu ilə onu bölməyə aparmış və orada onları ayrı-ayrı otaqlara salmışlar. Polis əməkdaşları ona qarşı fiziki təzyiq göstərməsələr də, psixoloji təsirlər etmiş və o, bundan sonra polis əməkdaşlarının dedikləri ilə razı olmuşdur. Ümumiyyətlə onun telefonu və ittiham aktında qeyd etdikləri kimi iranlı ilə yazışması olmamışdır.

14. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci ildə gecə saatlarında yaşadığı evdə olarkən Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları adalanan ərazidə yaşayan, dostu Bəhruzun 12 yaşlı oğlu X7 istifadə etdiyi mobil telefonun whatsapp proqramı vasitəsi ilə əvvəllər tanıdığı İİR-sı vətəndaşı Möhsün adlı şəxslə əlaqə saxlayıb şəxsi istifadəsi üçün narkotik vasitə istəmişdir. Ümidin istifadə etdiyi mobil nömrəni bilməmişdir. Möhsün adlı şəxs bir ədəd sellofan torbanın içərisində iki ədəd bağlamanı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində bir məkana yerləşdirəcəyini, həmin bağlamanı götürüb özündə saxlamasını, daha sonra onun dediyi məkana qoyması qarşılığında ona 1.000 manat məbləğində pul verəcəyini bildirmişdir. O, da qazanc əldə etmək məqsədi ilə Möhsünlə razılaşmışdır. Sonuncu onun dostunun oğlu Ümidin mobil telefonuna ünvanı göndərdikdən sonra taksi sifariş verib həmin ünvanı taksi sürücüsünün mobil telefonuna göndərmişdir. Taksi ilə Bakıxanov qəsəbəsində yerləşən «Kapital bank»ın yaxınlığına gedib Möhsünün göndərdiyi ünvanın ətrafını axtarıb ağ rəngli sellofan torbanı taparaq içərisində iki ədəd qara bağlama olduğunu görmüşdür. Həmin bağlamanı götürüb taksiyə yaxınlaşarkən mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, xidməti vəsiqələrini göstərib ondan şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini təklif etmişlər. Üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığından və əlində saxladığı torbanın içərisində narkotik vasitə olan qurudulumuş marixuana olduğundan həbs oluna biləcəyindən qorxub həyacanlanmış və polis əməkdaşlarından yayınıb getməyə cəhd etmişdir. Lakin polis əməkdaşları onun bu hərəkətlərindən və verdikləri suallara tam cavab vermədiyini görüb şübhələnərək onlarla birlikdə Sabunçu RPİ-nin 13-cü PŞ-yə getməsini bildirmişlər. Artıq polis əməkdaşlarından yayına bilməyəcəyini başa düşüb onlarla birlikdə 13-cü PŞ-yə getmişdir. Orada polis əməkdaşları raport yazıb onu şöbəyə təhvil vermişlər. Polis şöbəsində ona təhqiqatçı tərəfindən polis şöbəsinə gətirilməsinin səbəbi, hüquq və vəzifələri izah edilmiş, üzərinə şəxsi axtarış keçiriləcəyi, hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi ilə təmin olunacağı bildirilmiş, vəkil seçmək üçün Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkillərin siyahısı təqdim olunmuşdur. Siyahıdan vəkil X2 və sonuncu polis şöbəsinə dəvət olunaraq ona təqdim olunmuşdur. Vəkilin iştirakı ilə bir daha ona polis şöbəsinə gətirilməsiniin səbəbi, hüquq və vəzifələri izah edilmiş, sonradan üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla dövriyyəsi qadağan olunan əşya və ya predmetin olubolmaması soruşulduqda o, əlində tutduğu ağ rəngli sellofan torbanı masanın üzərinə qoyaraq içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin marixunanın satışını həyata keçirmək və qazanc əldə etmək məqsədi ilə İİR-nın vətəndaşı Möhsün adlı şəxsdən əldə etdiyini bildirmişdir. Təqdim etdiyi sellofan torbaya polis əməkdaşları tərəfindən baxış keçrilmiş, sellofan torba müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş təqdim etdiyi bağlamadan başqa üzərindən qanunla dövriyyəsi qadağan edilən əşya və ya predmet aşkar edilməmişdir. Bununla bağlı protokol tərtib edilərək ucadan oxunmuş, doğruluğu onun, axtarışda iştirak etmiş polis əməkdaşları və müdafiəçinin imzaları ilə təsdiq edilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və Sabunçu RPİ-nin 13-cü PŞ-də olduğu müddətdə ona qarşı hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq edilməmişdir. Həmçinin bildirmişdir ki, İİR-nın vətəndaşı Möhsün adlı şəxslə təsadüfən sosial şəbəkədə tanış olmuş, sonuncunun anket məlumatlarını, hansı ünvanda yaşadığı barədə məlumatı olmamışdır. Möhsün adlı şəxsin mobil nömrəsini dostunun oğlu Ümidin mobil telefonuna yazmış, sonradan da nömrəni silmişdir. Həmçini əvvəllər İİR-nın vətəndaşı Möhsündən satış məqsədi ilə psixotrop maddə və ya narkotik vasitə almamış və satmamışdır. Dostu Bəhruz və sonuncunun oğlu Ümidin bu barədə məlumatları olmamış, Ümidin onun telefonundan istifadə etməklə Möhsülə əlaqə saxlaması və narkotik vasitə əldə etməsi barədə məlumatı və ya hər hansı bir marağı olmamışdır. Yaşadığı ünvanda və ya hər hansı bir digər ünvanda narkotik vasitə və ya psixotrop maddə saxlamamışdır. Məhkəmə iclasında verilmiş suallara Təqsirləndirilən şəxs cavab olaraq bildirmişdir ki, ümumiyyətlə onun mobil telefonu olmamış və Möhsün adlı şəxsi tanımamışdır. O, narkotik vasitə istifadəçisi olmuş və narkotik vasitəni əldən-ələ alırmış. Saxlanıldığı gün narkotik vasitəni əldə etməmiş polis əməkdaşları onu saxlamış və bölməyə gedərkən avtomobildə içərisində narkotik vasitə marixuana olan bağlamanı ona vermişlər. Həmçinin bildirmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini polis əməkdaşlarının psixoloji təzyiqi altında vermişdir. Daha sonra əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsifedilməsini məhkəmədən xahiş etmişdir.

Hüquqi məsələlər:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:

15. Maddə 234.4.3. Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

16. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

17. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

18. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 19.Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 20.Maddə 56.1.3. Xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

21. Maddə 18.1. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.

22. Maddə 83.3.3. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur.

23. Maddə 65.2. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.

24. Maddə 93.1.2. cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir.

25. Maddə 99-1.2. məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.

26. Maddə 318.1. Məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:

27. Maddə 28.5. Şəxslərin cinayət törətməkdə təqsirli olmalarına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

28. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

29. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. 30.Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 31.Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. 32.Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

33. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

34. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. 35.Maddə 193.2. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir). 36.Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

“Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

37.“Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”na əsasən narkotik vasitə olan marixuananın kütləsi 5 qram təşkil etdikdə xeyli miqdardan, 500 qram olduqda isə külli miqdarda hesab olunur.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

38. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

39. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

40. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

41. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı:

42. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 9 saylı Qərarı:

43. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

44. Qərarın 12-ci bəndi. CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilibtörədilməməsi məsələsi həll olunarkən “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs” və 12 “mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CM-in 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayəthüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarı:

45. Qərarın 1-ci bəndi. Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı:

46. Məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

Avropa Məhkəməsinin president hüququ:

47. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olubolmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikasının CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikasının Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri).

Məhkəmənin hüquqi dəyərləndirməsi:

48. Bununla da, məhkəmə ibtidai istintaq orqanının təqdim etdiyi sübutları hərtərəfli araşdıraraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə hesab edilən marixuana əldə etmə, saxlama və daşıma cinayətinin törədilməsi faktı mübahisəsiz olaraq tam sübuta yetirilir. Amma məhkəmə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan marixuananı əldə etmə, saxlama və daşıma epizodu üzrə cinayətinin törədilməsi faktı kimi qiymətləndirilməsini əsassız hesab edir.

49. Belə ki, Azərbaycan Respublikasının CM-in 234.4.1-ci maddəsinin tövsifedici əlaməti kimi Azərbaycan Respublikasının CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi nəzərdə tutulmuşdur.

50. Halbuki, məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı təqsirləndirilən şəxsin “şəxsiyyəti istintaqa məlum olmayan İİR-ın vətəndaşı Möhsün adlı şəxs ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan marixuana əldə edərək saxlayaraq daşıması” barədə verilmiş ittiham, yəni Azərbaycan Respublikasının CM-in 234.4.1-ci maddəsi ilə olan ittiham üzrə təqsirliliyi ittihamçı tərəfindən sübuta yetirilməmişdir (hökmün 27-ci bəndi).

51. Belə ki, cinayət qanununun mənasına görə qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülür. Cinayət Məcəllənin 34.2-ci maddəsinin mənasına görə Məcəllənin 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 9 saylı Qərarında da eyni hüquqi mövqe əks olunmuşdur. (hökmün 46-cı bəndi).

52. Hazırkı cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs halında, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak edərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan marixuananı əldə etmə, saxlama və daşıma cinayətini törətməsini təsdiq edən hər hansı sübut, yəni tərəflərin qabaqcadan sövdələşməsini təsdiq edən mobil telefon vasitəsilə danışıqları, hər-hansı səs yazısı, sms məlumatları, foto şəkillər və sair müəyyən edilməmişdir (hökmün 29-cu bəndi).

53. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs CM-in 234.4.1-ci maddəsi ilə ittiham verərkən sonuncunun konkret olaraq kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Möhsüm” adlı şəxslə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib, saxlama, daşınması və gələcəkdə satışının həyata keçirilməsi barədə razılığa gələrək əldə edib saxlayaraq daşıması kimi” göstərməklə kifayətlənmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur.

54. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ibtidai araşdırma orqanı şəxsə ittiham elan edərkən qanunvericiliyin tələblərinə müvafiq olaraq onun nədən müdafiə olunmalı olması hüququnu tam təmin etməmiş, “Mövsüm” adlı şəxsin kim olması, harada yaşaması və ya cinayətin subyekti olub-olmaması və sair hallar müəyyən etməmiş, habelə dövlət ittihamçısı tərəfindən də məhkəmə istintaqı zamanı belə sübutlar təqdim edilməmişdir.

55. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı qeyrisi ilə qabaqcadan əlbir olmaqla narkotik vasitə əldə etməmiş, narkotik vasitəni birlikdə daşımamış, satmamış, narkotik vasitənin satışından əldə olunan gəliri kiminləsə bölməmiş və bununla bağlı hər hansı şəxsə vəd verməmişdir (hökmün 44-cü bəndi).

56. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanının belə yanaşması cinayət mühakimə icraatının vəzifələri, habelə cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri ilə ziddiyyət təşkil etməklə bərabər, həm də hüquq düşüncəsi anlayışı ilə də uzlaşmır. Cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən konkret iş üzrə şəxsi qənaəti ifadə edən daxili inam və hüquqi biliklərin səviyyəsinin göstəricisi olan hüquq düşüncəsi yalnız sübutların tədqiqinə, sübutların qiymətləndirilməsi isə qanun və vicdan rəhbər tutulmaqla sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmalıdır. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsini təsdiq edən heç bir sübutun mövcud olmadığı bir vəziyyətdə ehtimallar əsasında nəticəyə gəlinərək şəxslərə həmin ittihamın irəli sürülməsi yolverilməzdir. Məhkəmə, daxili inamın və hüquq düşüncəsinin fərdi xarakterli olduğunu nəzərdə saxlamaqla, onların hər bir halda yalnız obyektiv, qərəzsiz və tam araşdırılmış sübutlara söykənməli olduğunun mübahisəsizliyini vurğulayır.

57. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan marixuananı əldə etmə, saxlama və daşıma cinayəti kimi deyil, onun tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə hesab olan marixuananı əldə etmə, saxlama və daşıma cinayəti kimi qiymətləndirilməsini qanuni və əsaslı mövqe hesab edir.

58. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikasının CPM-in 318.1-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi ilə bağlı bəndin, yəni Azərbaycan Respublikasının CM-in 234.4.1-ci maddəsinin çıxarılmasını əsaslı hesab edir (hökmün 26-cı bəndi).

59. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan marixuananı əldə etmə, saxlama və daşıma cinayətini törətməsini qismən etiraf etsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan videogörüntülər, ekspert rəyləri və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur.

60. Məhkəmə, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı polis əməkdaşları tərəfindən edilmiş psixi təzyiqlər nəticəsində əlində olan sellofan torbadan aşkar edilmiş narkotik vasitənin ona məxsus olduğunu bildirməsi və narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır.

61. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bu ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir.

62. Belə ki, şübhəli şəxsin izahatı, şübhəli şəxsin və təqsirləndirilən şəxsin dindirilməsi (i/v 30-31, 42-45, 58-61), şəxsi axtarış və götürmə aparılması haqqında protokollardan (i/v 27-28) görünür ki, təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə özünü tam təqsirli bilərək narkotik vasitələri satış məqsədilə əldə etməsini bildirmiş, məhkəməyədək istintaq dövründə protokolları və digər sənədləri imzalamışdır. Həmçinin şübhəli şəxs qismində saxlanılarkən iş materialları ilə tanış olmuş, heç bir fiziki və psixi təzyiqə məruz qalmadığını bildirmişdir.

63. Həmçinin məhkəmə iclasında şəxsi axtarış və götürmə aparılmasının gedişatını özündə əks etdirən DVD diskdə olan video görüntülərdə də müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs içərisində 02 ədəd bükümdə narkotik vasitə marixuana olan sellofan torbanı təqdim edərək həmin narkotik vasitəni İİR-nın vətəndaşı Möhsün adlı şəxsdən 1.000 manat məbləğində pul qarşılığında sonuncunun göndərdiyi məkandan götürüb, daha sonra bildirəcəyi məkana qoymaqla satışını həyata keçirmək məqsədilə əldə etdiyini bildirmişdir (İ cild i/v 29).

64. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıyır.

65. Bundan başqa məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə olan marixuanın xeyli miqdarından təxminən 371 dəfə, külli miqdarından təxminən 3.71 dəfə artıq olması bir daha təsdiq edir ki, o, narkotik vasitələri məhz satış məqsədi ilə əldə etmişdir (hökmün 36-cı bəndi).

66. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş, həmçinin residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz (hökmün 15 və 23-cü bəndləri). 67.Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır.

68. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cavan olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir.

69. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal kimi cinayətin residivini müəyyən etmişdir.

70. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci ildə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarı ilə 01 ay 28 gün vaxtından əvvəl şərti azad olunmuşdur; 2) Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə həmin Məcəllənin 185.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay islah işləri cəzasına məhkum edilmiş və Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya Qərarının 1.5-ci bəndinə əsasən cəzadan azad edilmişdir; 3) Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək və həmin Məcəllənin 68.1.3, 67.1-ci maddələri tətbiq edilməklə qəti olaraq ona 04 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin hökm Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə sonuncunun cəzası 03 il 09 ay müddətə endirilmiş və xx.xx.2019-cu ildə cəzanın sonu ilə azad olunmuşdur; 4) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən onun əməli məhkəmə tərəfindən həmin Məcəllənin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə tövsif edilmiş və cəzası 02 il 06 ay müddətə endirilmişdir. Daha sonra Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 02 ay 02 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2024-cü ildə cəza müddəti bitdiyi üçün idarənin qeydiyyatından çıxarılmışdır (i/v 105-107).

71. Bununla da, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə cəzanın sonu ilə azad olunmasına baxmayaraq, iki il keçmədən, yəni xx.xx.2025-ci ildə yenidən qəsdən ağır cinayət törətmişdir (hökmün 21 və 22-ci bəndlər).

72. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici, ağırlaşdırıcı halı, yəni cinayətin residivinin olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını və yenidən eyni xarakterli cinayət törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

73. Təqsirləndirilən şəxs məhkumluğu olan şəxs hesab edildiyindən cəzaçəkmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (hökmün 20-ci bəndi).

74. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci ildə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci ildə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə onun barəsində xx.xx.2025-ci ildən hesablanmaqla barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (i/v 16, 75-80).

75. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu xx.xx.2025-ci il ildən hesablanmalı və həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (hökmün 31-ci bəndi).

76. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır ((i/v 131-132), (hökmün 24-cü bəndi)).

77. İş üzrə maddi sübut olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, digər maddi sübut Sabunçu RPİ-nin Növbətçi Hissəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış 1854,5 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir (hökmün 33-cü bəndi).

78. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertiza xərci 72 (yetmiş iki) və 72 (yetmiş iki) manat olmaqla cəmi 144 (bir yüz qırx dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir.

79. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “M.B.M” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir (hökmün 35-ci bəndi).

80. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir (hökmün 25 və 36-cı bəndləri).

81. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

82. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKMETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 19 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə sübut kimi tanınmış 01 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Sabunçu RPİ-nin Növbətçi Hissəsində saxlanılan iş üzrə maddi sübut keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1854,5 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 144 (bir yüz qırx dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “M.B.M” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 saata görə 264 (iki yüz altmış dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “M.B.M” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı və elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar