Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-120/2023 20.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X87 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, X76, Ümid Məhərrəm oğlu Abdullayevin katibliyi ilə, Dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X48, Dövlət ittihamçısı1, Dövlət ittihamçısı2, Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, "Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi3, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Müdafiəçi4, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “ Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi1, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi5, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi6, zərərçəkmiş şəxsin nümayəndəsi: Nümayəndə, təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 iştirakları ilə, Təqsirləndirilən şəxs1 (xx.xx.1975-ci ildə Biləsuvar rayonu Ağalıkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, himayəsində 1 azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu Ağalıkənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4,312.2 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə, Təqsirləndirilən şəxs2 (xx.xx.1964-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə, Təqsirləndirilən şəxs3 (xx.xx.1992-ci ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, himayəsində 2 azyaşlı uşağı olan, işləməyən, İİİ qrup əlil, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Seyidlər kəndində qeydiyyatda olmaqla Göygöl rayonu Yeni Qızılca kəndində faktiki yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə, Təqsirləndirilən şəxs4 (xx.xx.1966-cı ildə Qubadlı rayonunun Sarıyataq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Qubadlı rayon uşaq və gənclər şahmat idman məktəbində məşqçi müəllim vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Qubadlı rayonunda qeydiyyatda olmaqla ünvan 3 ünvanında faktiki yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə, Təqsirləndirilən şəxs5 (xx.xx.1964-cü ildə Naxçıvan MR, Şərur rayonu, Sədərək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ortaixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ünvan 5 ünvanında faktiki yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 32.4,312.2 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək vahid niyyətlə xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə hüquq verən saxta rəsmi sənəddən vahid niyyətlə istifadə etmişdir. Belə ki, o,aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq əlillik dərəcəsinin alınmasına kömək göstərilməsi ilə bağlı 2017-ci ilin mart ayının sonlarından 2017-ci ilin sentyabr ayının sonlarınadək olan müddətdə özünə müraciət etmiş ayrı-ayrı şəxslərə qabaqcadan əlbir olduğu həmin şəxsin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hüquqşünası olmasını sonuncunun istəyi ilə bildirib, həmin nazirlikdə yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən məsələni müsbət həll etdirə biləcəyini qeyd edilən ərəfədə qabaqcadan əlbir olduğu həmin şəxs ilə birlikdə Bakı şəhərində müxtəlif ünvanlarda görüşləri zamanı həmin şəxslərə yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar ayrı-ayrı şəxslərin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni sağlam olmalarına baxmayaraq, əlillik dərəcəsinin təyin edilməsinə görə özləri vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini ayrı-ayrı şəxslərə qabaqcadan əlbir olduğu həmin şəxs ilə aralarındakı cinayətkar niyyətə uyğun olaraq şəxsən yalandan bildirərək, həmin şəxslərlə razılaşmaqla sövdələşib, eyni niyyətlə həmin şəxslərə məxsus müxtəlif məbləğdə, o cümlədən, 2017-ci ilin mart ayının sonlarında Şahid1 məxsus 9.400 (doqquz min dörd yüz) manat məbləğində, 2017-ci ilin iyun ayının əvvəllərində Şahid2 məxsus 4.000 (dörd min) manat məbləğində, 2017-ci ilin iyun ayının əvvəllərində Şahid3 məxsus 4.000 (dörd min) manat məbləğində, 2017-ci ilin iyun ayının əvvəllərində X34 məxsus 4.000 (dörd min) manat məbləğində, 2017-ci ilin iyun ayının əvvəllərində Şahid4 məxsus 4.000 (dörd min) manat məbləğində, 2017-ci ilin iyul ayının ortalarında Şahid7 məxsus 3.500 (üç min beş yüz) manat məbləğində, 2017-ci ilin avqust ayının əvvəllərində Şahid8 məxsus 5.000 (beş min) manat məbləğində, 2017-ci ilin avqust ayının əvvələrində X9 məxsus 2.000 (iki min) manat məbləğində, 2017-ci ilin avqust ayının sonlarında Şahid5 məxsus 4.000 (dörd min) manat məbləğində, 2017-ci ilin sentyabr ayının əvvəllərində Şahid9 məxsus 3.500 (üç min beş yüz) manat məbləğində və 2017-ci ilin sentyabr ayının əvvəllərində Şahid10 məxsus 7.000 (yeddi min) manat məbləğində olmaqla, göstərilən qaydada 11 şəxsə məxsus ümumilikdə 50.400 manat məbləğində pul vəsaitini Bakı şəhəri, Yasamal rayonu, Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının qarşısında şəxsən alıb qabaqcadan əlbir olduğu həmin şəxs ilə aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edib, bundan sonra, həmin şəxs tərəfindən guya Şahid2 “Qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri, beyin silkələnməsi, hipertensiv sindrom, postravmatik ensefalopatiya, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları (ayda 10-12 dəfə), kəllə daxili hipertenziya, vagovegetativ krizlər, koordinator-statik pozğunluqlar, diensefal sindrom, kəskin asteno-nevrotik sindrom” diaqnozu ilə əlillik səbəbi ümumi xəstəlik olmasına dair 0063003AABCS nömrəli “Forma 88” əsasında sağlamlıq vəziyyətinin xx.xx.2017-ci il tarixdə qiymətləndirilərək həmin tarixdə birinci dərəcəli müddətsiz əlillik müəyyən edilərək təyinat aparılması görüntüsü yaradan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sistemindən xx.xx.2017-ci il tarixdə çap edilmiş sonuncu müayinəyə dair məlumat vərəqəsini 2017-ci ilin avqust ayında, guya Şahid5 “Qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri, beyin silkələnməsi, hipertensiv sindrom, postravmatik ensefalopatiya, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları (ayda 10-12 dəfə), kəllə daxili hipertenziya, vago-vegetativ krizlər, koordinator-statik pozğunluqlar, diensefal sindrom, kəskin asteno-nevrotik sindrom” diaqnozu ilə əlillik səbəbi ümumi xəstəlik olmasına dair 0063003AABBJ nömrəli “Forma 88” əsasında sağlamlıq vəziyyətinin xx.xx.2017-ci il tarixdə qiymətləndirilərək həmin tarixdə birinci dərəcəli müddətsiz əlillik müəyyən edilərək təyinat aparılması görüntüsü yaradan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sistemindən xx.xx.2017-ci il tarixdə çap edilmiş sonuncu müayinəyə dair məlumat vərəqəsini 2017-ci ilin iyul ayında, guya Şahid9 “Şizofreniyanın paranoid forması, dərin psixi qüsur halı, fasiləsiz tip gedişli özünə xidmətin pozulması, kənar şəxsin köməyinə ehtiyacı var” diaqnozu ilə əlillik səbəbi ümumi xəstəlik olmasına dair 4083003AACK8 nömrəli “Forma 88” əsasında sağlamlıq vəziyyətinin xx.xx.2017-ci il tarixdə qiymətləndirilərək həmin tarixdə birinci dərəcəli müddətsiz əlillik müəyyən edilərək təyinat aparılması görüntüsü yaradan guya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sistemindən xx.xx.2017-ci il tarixdə çap edilmiş sonuncu müayinəyə dair məlumat vərəqəsini 2017-ci ilin sentyabr ayında, guya X15 “Hipertoniya xəstəliyi İİ-İİ, baş beyin qan dövranının sol orta beyin arteriyası hövzəsində gedən hemorrogik tip insultun nəticəsi, sağ tərəfli hemiplegiya, mator və sensor afaziya, sol beyin yarımkürəsində hematoma, çanaq orqanları funksiyasının əhəmiyyətli dərəcədə pozulması” diaqnozu ilə əlillik səbəbi ümumi xəstəlik olmasına dair 0175003AAJNC nömrəli “Forma 88” əsasında sağlamlıq vəziyyətinin xx.xx.2017-ci il tarixdə qiymətləndirilərək həmin tarixdə birinci dərəcəli müddətsiz əlillik müəyyən edilərək təyinat aparılması görüntüsü yaradan guya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sistemindən xx.xx.2017-ci il tarixdə çap edilmiş sonuncu müayinəyə dair məlumat vərəqəsini 2017-ci ilin sentyabr ayında,guya X16 “Şizofreniyanın paranoid forması, dərin psixi qüsur halı, fasiləsiz tip gedişli özünə xidmətin pozulması, kənar şəxsin köməyinə ehtiyacı var” diaqnozu ilə əlillik səbəbi ümumi xəstəlik olmasına dair 0063003AAB6C nömrəli “Forma 88” əsasında sağlamlıq vəziyyətinin xx.xx.2017-ci il tarixdə qiymətləndirilərək həmin tarixdə birinci dərəcəli müddətsiz əlillik müəyyən edilərək təyinat aparılması görüntüsü yaradan guya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sistemindən xx.xx.2017-ci il tarixdə çap edilmiş sonuncu müayinəyə dair məlumat vərəqəsini 2017-ci ilin sentyabr ayında, guya X5 “Hipertoniya xəstəliyi İİ-İİ, baş beyin qan dövranının sol orta beyin arteriyası hövzəsində gedən hemorrogik tip insultun nəticəsi, sağ tərəfli hemiplegiya, mator və sensor afaziya, sol beyin yarımkürəsində hematoma, çanaq orqanları funksiyasının əhəmiyyətli dərəcədə pozulması” diaqnozu ilə əlillik səbəbi ümumi xəstəlik olmasına dair 0063003ABB6L nömrəli “Forma 88” əsasında sağlamlıq vəziyyətinin xx.xx.2017-ci il tarixdə qiymətləndirilərək həmin tarixdə birinci dərəcəli müddətsiz əlillik müəyyən edilərək təyinat aparılması görüntüsü yaradan guya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sistemindən xx.xx.2017-ci il tarixdə çap edilmiş sonuncu müayinəyə dair məlumat vərəqəsini 2017-ci ilin sentyabr ayında, guya Şahid7 “Müştərək travma, bel fəqərəsinin sınığı, S.32.0, fəqərə sütunu-onurğa travmasından sonrakı vəziyyət 191.0. fəqərənin fəsadlaşmış sınıq çıxığından sonrakı vəziyyəti paraplegiya, çanaq orqanlarının funksiya pozuntusu” diaqnozu ilə əlillik səbəbi ümumi xəstəlik olmasına dair 0175003AAB5J nömrəli “Forma 88” əsasında sağlamlıq vəziyyətinin xx.xx.2017-ci il tarixdə qiymətləndirilərək həmin tarixdə birinci dərəcəli müddətsiz əlillik müəyyən edilərək təyinat aparılması görüntüsü yaradan guya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sistemindən xx.xx.2017-ci il tarixdə çap edilmiş sonuncu müayinəyə dair məlumat vərəqəsini 2017-ci ilin oktyabr ayında hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə əlbir olduğu şəxsin qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamasından sonra həmin saxta rəsmi sənədləri saxta olduğunu biləbilə sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində yuxarıda adları qeyd edilən şəxslərə təqdim edib istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə qeyd edilən 11 nəfərə məxsus cəmi 50.400 (əlli min dörd yüz) manat məbləğində pul vəsaitini əlbir olduğu şəxsi ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, əlbir olduğu həmin şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə hüquq verən saxta rəsmi sənəddən vahid niyyətlə istifadə etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı olan şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq əlillik dərəcəsinin alınmasına köməklik göstərilməsi ilə bağlı 2017-ci ilin iyun ayının əvvəllərindən 2017-ci ilin avqust ayının sonlarınadək olan müddətdə cinayətdən xəbərsiz Şahid64 vasitəsi ilə özlərinə müraciət etmiş ayrı-ayrı şəxslərə qabaqcadan əlbir olduğu həmin şəxsin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hüquqşünası olmasını sonuncunun istəyi ilə bildirib, həmin nazirlikdə yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən məsələni müsbət həll etdirə biləcəyini qeyd edilən ərəfədə qabaqcadan əlbir olduğu əlbir olduğu həmin şəxs ilə birlikdə cinayətdən xəbərsiz Şahid64 vasitəsi ilə Bakı şəhərində müxtəlif ünvanlarda görüşləri zamanı yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar ayrı-ayrı şəxslərin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni sağlam olmalarına baxmayaraq, əlillik dərəcəsinin təyin edilməsinə görə özləri vasitəsilə birbaşa yolla maddi nemət olan müxtəlif məbləğdə pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini ayrı-ayrı şəxslərə qabaqcadan əlbir olduğu əlbir olduğu həmin şəxs ilə aralarındakı cinayətkar niyyətə uyğun olaraq cinayətdən xəbərsiz Şahid64 vasitəsi ilə yalandan bildirərək, həmin şəxslərlə razılaşmaqla sövdələşib, eyni niyyətlə həmin şəxslərə məxsus müxtəlif məbləğdə, o cümlədən, 2017-ci ilin iyun ayının əvvəllərində Şahid64 məxsus 9.000 (doqquz min) manat məbləğində, 2017-ci ilin avqust ayının əvvəllərində Şahid66 məxsus 4.000 (dörd min) manat məbləğində, 2017-ci ilin avqust ayının əvvəllərində X65 məxsus 4.000 (dörd min) manat məbləğində və 2017-ci ilin avqust ayının sonlarında X104 məxsus 4.000 (dörd min) manat məbləğində olmaqla, göstərilən qaydada 4 şəxsə məxsus ümumilikdə 21.000 manat məbləğində pul vəsaitini Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon Bakı metropoliteninin “Nəsimi” stansiyası qarşısında cinayətdən xəbərsiz Şahid64 almaqla qabaqcadan əlbir olduğu əlbir olduğu həmin şəxs ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə qeyd edilən 4 nəfərə məxsus cəmi 21.000 (iyirmi bir min) manat məbləğində pul vəsaitini əlbir olduğu həmin şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək vahid niyyətlə xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq əlillik dərəcəsinin alınmasına kömək göstərilməsi ilə bağlı 2017-ci ilin aprel ayının sonlarından 2018-ci ilin yanvar ayının əvvəllərinədək olan müddətdə qabaqcadan əlbir olduğu həmin şəxs ilə özü vasitəsi ilə müraciət etmiş ayrı-ayrı şəxslərə qabaqcadan əlbir olduğu həmin şəxsin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hüquqşünası olmasını sonuncunun istəyi ilə bildirib, həmin nazirlikdə yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən məsələni müsbət həll etdirə biləcəyini qeyd edilən ərəfədə qabaqcadan əlbir olduğu əlbir olduğu həmin şəxs ilə aralarındakı cinayətkar niyyətə uyğun olaraq Bakı şəhərində müxtəlif ünvanlarda görüşləri zamanı yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar ayrı-ayrı şəxslərin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni sağlam olmalarına baxmayaraq, onlara əlillik dərəcəsinin təyin edilməsinə görə özləri vasitəsilə birbaşa yolla maddi nemət olan müxtəlif məbləğdə pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini qabaqcadan əlbir olduğu həmin şəxs ilə aralarındakı cinayətkar niyyətə uyğun olaraq şəxsən yalandan bildirərək, həmin şəxslərlə razılaşmaqla sövdələşib, eyni niyyətlə həmin şəxslərə məxsus müxtəlif məbləğdə, o cümlədən, 2017-ci ilin aprel ayının sonlarında Şahid36 məxsus 3.000 (üç min) manat məbləğində, 2017-ci ilin iyun ayının əvvəllərində Şahid37 məxsus 2.500 (iki min beş yüz) manat məbləğində, 2017-ci ilin sentyabr ayının ortalarında Şahid38 məxsus 3.000 (üç min) manat məbləğində, 2017-ci ilin avqust ayının ortalarında X25 məxsus 3.500 (üç min beş yüz) manat məbləğində, 2017-ci ilin oktyabr ayının sonlarında X17 məxsus 3.500 (üç min beş yüz) manat məbləğində, 2017-ci ilin noyabr ayının sonlarında Şahid39 məxsus 5.000 (beş min) manat məbləğində, 2017-ci ilin dekabr ayının əvvəllərində Şahid40 məxsus 5.000 (beş min) manat məbləğində, 2017-ci ilin dekabr ayının əvvəllərində X83 məxsus 6.500 manat məbləğində, 2017-ci ilin dekabr ayının ortalarında X35 məxsus 4.000 (dörd min) manat məbləğində, 2018-ci ilin yanvar ayının əvvəllərində Şahid43 məxsus 4.500 (dörd min beş yüz) manat məbləğində, 2018-ci ilin yanvar ayının əvvəllərində Şahid44 məxsus 6.000 (altı min) manat məbləğində olmaqla, göstərilən qaydada 11 şəxsə məxsus ümumilikdə 46.500 manat məbləğində pul vəsaitini Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 185 ünvanında alaraq qabaqcadan əlbir olduğu həmin şəxs ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə qeyd edilən 11 nəfərə məxsus cəmi 46.500 (qırx altı min beş yüz) manat məbləğində pul vəsaitini həmin şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışları yuxarida sözü gedən şəxs və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq əlillik dərəcəsinin alınmasına köməklik göstərilməsi ilə bağlı 2017-ci ilin oktyabr ayının ortalarından 2018-ci ilin aprel ayının əvvəllərinədək olan müddətdə özlərinə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs4 vasitəsi ilə müraciət etmiş ayrı-ayrı şəxslərə qabaqcadan əlbir olduğu yuxarida sözü gedən şəxsin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hüquqşünası olmasını sonuncunun istəyi ilə bildirib, həmin nazirlikdə yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən məsələni müsbət həll etdirə biləcəyini qeyd edilən ərəfədə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs4 vasitəsi ilə Bakı şəhərində müxtəlif ünvanlarda görüşləri zamanı yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar həmin şəxslərin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni sağlam olmalarına baxmayaraq, əlillik dərəcəsinin təyin edilməsinə görə özləri vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini ayrı-ayrı şəxslərə qabaqcadan əlbir olduğu yuxarida sözü gedən şəxs və Təqsirləndirilən şəxs4 ilə aralarındakı cinayətkar niyyətə uyğun olaraq sonuncu vasitəsi ilə yalandan bildirərək, həmin şəxslərlə razılaşmaqla sövdələşib, eyni niyyətlə həmin şəxslərə məxsus müxtəlif məbləğdə, o cümlədən, 12 oktyabr 2017-ci il tarixdə Şahid55 məxsus 7500 (yeddi min beş yüz) manat, 18 noyabr 2017-ci il tarixdə Şahid67 məxsus 7.500 (yeddi min beş yüz) manat məbləğində, 23 noyabr 2017-ci il tarixdə Şahid68 məxsus 5.890 (beş min səkkiz yüz doxsan) manat məbləğində, 28 noyabr 2017-ci il tarixdə Şahid69 məxsus 8.000 (səkkiz min) manat məbləğində, 03 dekabr 2017-ci il tarixdə Şahid49 məxsus 7.400 (yeddi min dörd yüz) manat məbləğində, 05 dekabr 2017-ci il tarixdə Şahid50 məxsus 8.000 (səkkiz min) manat məbləğində, 09 dekabr 2017-ci il tarixdə Şahid56 məxsus 6000 (altı min) manat məbləğində, 14 dekabr 2017-ci il tarixdə Şahid51 məxsus 5.000 (beş min) manat məbləğində, 14 dekabr 2017-ci il tarixdə X36 məxsus 6.500 (altı min beş yüz) manat məbləğində, 05 fevral 2018-ci il tarixdə Şahid52 məxsus 8.000 (səkkiz min) manat məbləğində, 24 fevral 2018-ci il tarixdə X18 məxsus 5.000 (beş min) manat məbləğində, 24 fevral 2018-ci il tarixdə Şahid53 məxsus 5.000 (beş min) manat məbləğində, 27 fevral 2018ci il tarixdə Şahid54 məxsus 10.000 (on min) manat məbləğində, 05 aprel 2018-ci il tarixdə X49 məxsus 4.500 (dörd min beş yüz) manat məbləğində olmaqla, göstərilən qaydada 14 şəxsə məxsus ümumilikdə 94.290 manat məbləğində pul vəsaitini Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 185 ünvanında qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs4 vasitəsi ilə alaraq qabaqcadan əlbir olduğu yuxarida sözü gedən şəxs və Təqsirləndirilən şəxs4 ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə qeyd edilən 14 nəfərə məxsus cəmi 94.290(doxsan dörd min iki yüz doxsan) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək vahid niyyətlə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq əlillik dərəcəsinin alınmasına kömək göstərilməsi ilə bağlı 2017-ci ilin aprel ayının əvvəllərindən 2018-ci ilin fevral ayının əvvəllərinədək olan müddətdə özünə cinayətdən xəbərsiz Şahid11 və Şahid12 vasitəsi ilə müraciət etmiş ayrı-ayrı şəxslərə sonuncular vasitəsi ilə qabaqcadan əlbir olduğu digər şəxsin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hüquqşünası olmasını sonuncunun istəyi ilə bildirib, həmin nazirlikdə yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən məsələni müsbət həll etdirə biləcəyini qeyd edilən ərəfədə qabaqcadan əlbir olduğu həmin şəxslə birlikdə cinayətdən xəbərsiz Şahid11 və Şahid12 vasitəsi ilə Bakı şəhərində müxtəlif ünvanlarda görüşləri zamanı yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar ayrı-ayrı şəxslərin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni sağlam olmalarına baxmayaraq, əlillik dərəcəsinin təyin edilməsinə görə özləri vasitəsilə birbaşa yolla maddi nemət olan müxtəlif məbləğdə pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini ayrı-ayrı şəxslərə qabaqcadan əlbir olduğu həmin şəxslə aralarındakı cinayətkar niyyətə uyğun olaraq cinayətdən xəbərsiz Şahid11 və Şahid12 vasitəsi ilə yalandan bildirərək, sonuncular vasitəsilə həmin şəxslərlə razılaşmaqla sövdələşib, eyni niyyətlə həmin şəxslərə məxsus müxtəlif məbləğdə, o cümlədən, 2017-ci ilin may ayının sonlarında X19 məxsus 3.700 (üç min yeddi yüz) manat məbləğində, 2017-ci ilin may ayının sonlarında Şahid18 məxsus 3.700 (üç min yeddi yüz) manat məbləğində, 2017-ci ilin may ayının sonlarında Şahid19 məxsus 3.700 (üç min yeddi yüz) manat məbləğində, 9 iyun 2017ci il tarixdə X84 məxsus 3.700 (üç min yeddi yüz) manat məbləğində, 9 iyun 2017-ci il tarixdə Şahid20 məxsus 3.000 (üç min) manat məbləğində, 9 iyun 2017-ci il tarixdə Şahid21 məxsus 3.000 (üç min) manat məbləğində, 9 iyun 2017-ci il tarixdə Şahid22 məxsus 3.700 (üç min yeddi yüz) manat məbləğində, 11 iyun 2017-ci il tarixdə Şahid23 məxsus 3.650 (üç min altı yüz əlli) manat məbləğində, 11 iyun 2017-ci il tarixdə Şahid24 məxsus 3.700 (üç min yeddi yüz) manat məbləğində, 11 iyun 2017-ci il tarixdə Şahid25 məxsus 3.700 (üç min yeddi yüz) manat məbləğində, 11 iyun 2017-ci il tarixdə Şahid26 məxsus 3.700 (üç min yeddi yüz) manat məbləğində, 11 iyun 2017-ci il tarixdə Şahid27 məxsus 3.700 (üç min yeddi yüz) manat məbləğində, 2017-ci ilin iyun ayının sonlarında Şahid28 məxsus 3.700 (üç min yeddi yüz) manat məbləğində, 2017-ci ilin avqust ayının ortalarında Şahid29 məxsus 3.700 (üç min yeddi yüz) manat məbləğində, 2017-ci ilin avqust ayının sonlarında Şahid30 məxsus 4.500 (dörd min beş yüz) manat məbləğində, 2017-ci ilin avqust ayının sonlarında Şahid31 məxsus 1.700 (bir min yeddi yüz) manat məbləğində, 2017-ci ilin sentyabr ayının əvvəllərində Şahid33 məxsus 3.700 (üç min yeddi yüz) manat məbləğində, 2017-ci ilin sentyabr ayının əvvəllərində Şahid34 məxsus 3.700 (üç min yeddi yüz) manat məbləğində, 2018-ci ilin fevral ayının əvvəllərində X26 məxsus 3.900 (üç min doqquz yüz) manat məbləğində və 2018-ci ilin aprel ayının əvvəllərində Şahid32 məxsus 8.000 (səkkiz min) manat məbləğində, olmaqla, göstərilən qaydada 20 nəfər şəxsə məxsus ümumilikdə 75.850 manat məbləğində pul vəsaitini Bakı şəhəri, Nizami rayonu, Bakı Metropoliteninin “Koroğlu” stansiyasının qarşısında almaqla aldatma və etibardan sui-istifadə etmə yolu ilə qeyd edilən 20 nəfərə məxsus cəmi 75.850 (yetmiş beş min səkkiz yüz əlli) manat məbləğində pul vəsaitini digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində cinayətdən xəbərsiz Şahid11 və Şahid12 vasitəsilə vahid niyyətlə ələ keçirərək həmin şəxslə aralarında bölüb külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək vahid niyyətlə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o,aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 və digər şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq əlillik dərəcəsinin alınmasına kömək göstərilməsi ilə bağlı 2017-ci ilin oktyabr ayının ortalarından 2018-ci ilin aprel ayının əvvəllərinədəkolan müddətdə özünə müraciət etmiş ayrı-ayrı şəxslərə qabaqcadan əlbir olduğu həmin şəxsin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hüquqşünası olmasını sonuncunun istəyi ilə bildirib, həmin nazirlikdə yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən məsələni müsbət həll etdirə biləcəyini qeyd edilən ərəfədə qabaqcadan əlbir olduğu həmin şəxslə, Təqsirləndirilən şəxs2 ilə aralarındakı cinayətkar niyyətə əsasən şəxsən Bakı şəhərində müxtəlif ünvanlarda görüşləri zamanı yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar həmin şəxslərin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni sağlam olmalarına baxmayaraq, əlillik dərəcəsinin təyin edilməsinə görə özləri vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini ayrı-ayrı şəxslərə qabaqcadan əlbir olduğu həmin şəxs və Təqsirləndirilən şəxs2 ilə aralarındakı cinayətkar niyyətə uyğun olaraq şəxsən yalandan bildirərək, həmin şəxslərlə razılaşmaqla sövdələşib, eyni niyyətlə həmin şəxslərə məxsus müxtəlif məbləğdə, o cümlədən, 12 oktyabr 2017-ci il tarixdə Şahid55 məxsus 7.500 (yeddi min beş yüz) manat məbləğində, 18 noyabr 2017-ci il tarixdə Şahid67 məxsus 7.500 (yeddi min beş yüz) manat məbləğində, 23 noyabr 2017-ci il tarixdə Şahid68 məxsus 5.890 (beş min səkkiz yüz doxsan) manat məbləğində, 28 noyabr 2017-ci il tarixdə Şahid69 məxsus 8.000 (səkkiz min) manat məbləğində, 03 dekabr 2017-ci il tarixdə Şahid49 məxsus 7.400 (yeddi min dörd yüz) manat məbləğində, 05 dekabr 2017-ci il tarixdə Şahid50 məxsus 8.000 (səkkiz min) manat məbləğində, 09 dekabr 2017-ci il tarixdə Şahid56 məxsus 6.000 (altı min) manat məbləğində, 14 dekabr 2017-ci il tarixdə Şahid51 məxsus 5.000 (beş min) manat məbləğində, 14 dekabr 2017-ci il tarixdə X36 məxsus 6.500 (altı min beş yüz) manat məbləğində, 05 fevral 2018-ci il tarixdə Şahid52 məxsus 8.000 (səkkiz min) manat məbləğində, 24 fevral 2018-ci il tarixdə X18 məxsus 5.000 (beş min) manat məbləğində, 24 fevral 2018-ci il tarixdə Şahid53 məxsus 5.000 (beş min) manat məbləğində, 27 fevral 2018-ci il tarixdə Şahid54 məxsus 10.000 (on min) manat məbləğində, 05 aprel 2018-ci il tarixdə X49 məxsus 4.500 (dörd min beş yüz) manat məbləğində olmaqla, göstərilən qaydada 14 şəxsə məxsus ümumilikdə 94.290 manat məbləğində pul vəsaitini Bakı şəhəri, Yasamal rayonu Bakı Metropoliteninin “Elmlər Akademiyası” və “İnşaatçılar” stansiyalarının qarşısında alaraq qabaqcadan əlbir olduğu həmin şəxs və Təqsirləndirilən şəxs2 ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə qeyd edilən 14 nəfərə məxsus cəmi 94.290(doxsan dörd min iki yüz doxsan) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs5 qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə hüquq verən saxta rəsmi sənəddən təkrarən istifadə etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq əlillik dərəcəsinin alınmasına köməklik göstərilməsi ilə bağlı 2017-ci ilin aprel ayının sonlarından 2017-ci ilin iyun ayının sonlarınadək olan müddətdə cinayətdən xəbərsiz tanışı X66 vasitəsi ilə özlərinə müraciət etmiş ayrı-ayrı şəxslərə qabaqcadan əlbir olduğu digər şəxsin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hüquqşünası olmasını sonuncunun istəyi ilə bildirib, həmin nazirlikdə yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən məsələni müsbət həll etdirə biləcəyini qeyd edilən ərəfədə qabaqcadan əlbir olduğu həmin şəxs ilə cinayətdən xəbərsiz X66 vasitəsi ilə Bakı şəhərində müxtəlif ünvanlarda görüşləri zamanı həmin şəxslərə yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar ayrı-ayrı şəxslərin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni sağlam olmalarına baxmayaraq əlillik dərəcəsinin təyin edilməsinə görə özləri vasitəsilə birbaşa yolla maddi nemət olan müxtəlif məbləğdə pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini ayrı-ayrı şəxslərə qabaqcadan əlbir olduğu həmin şəxs ilə aralarındakı cinayətkar niyyətə uyğun olaraq cinayətdən xəbərsiz X66 vasitəsi ilə yalandan bildirərək, sonuncu vasitəsilə həmin şəxslərlə razılaşmaqla sövdələşib, eyni niyyətlə həmin şəxslərə məxsus müxtəlif məbləğdə, o cümlədən, 2017-ci ilin aprel ayının sonlarında Şahid47 məxsus 3.000 (üç min) manat məbləğində, 2017-ci ilin may ayının ortalarında X67 məxsus 5.200 (beş min iki yüz) manat məbləğində, 2017-ci ilin iyun ayının əvvəllərində X85 məxsus 5.500 (beş min beş yüz) manat məbləğində və 2017-ci ilin iyun ayının ortalarında X37 məxsus 5.500 (beş min beş yüz) manat məbləğində olmaqla, göstərilən qaydada 4 şəxsə məxsus ümumilikdə 19.200 manat məbləğində pul vəsaitini ünvan 8 ünvanında cinayətdən xəbərsiz X20 almaqla qabaqcadan əlbir olduğu həmin şəxs ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, bundan sonra, sonuncu tərəfindən hüquq verən rəsmi sənəd hesab edilən, guya X68 “Generalizə olunmuş idopatik eplepsiya və epileptik sindromla tez-tez təkrarlanan tonik-klonik qıcolma tutmalarla xoşxassəli kəllədaxili hipertenziya” diaqnozu ilə əlillik səbəbi ümumi xəstəlik olmasına dair 4405003AABNU nömrəli “Forma 88” əsasında sağlamlıq vəziyyətinin xx.xx.2017-ci il tarixdə qiymətləndirilərək həmin tarixdə birinci dərəcəli müddətsiz əlillik müəyyən edilərək təyinat aparılması görüntüsü yaradan guya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sistemindən xx.xx.2017-ci il tarixdə çap edilmiş sonuncu müayinəyə dair məlumat vərəqəsini 2017-ci ilin may ayında, guya X27 “Generalizə olunmuş idopatik epilepsiya və şizofreniya paranoid forması” diaqnozu ilə əlillik səbəbi ümumi xəstəlik olmasına dair 4083003AABBT nömrəli “Forma 88” əsasında sağlamlıq vəziyyətinin xx.xx.2017-ci il tarixdə qiymətləndirilərək həmin tarixdə birinci dərəcəli müddətsiz əlillik müəyyən edilərək təyinat aparılması görüntüsü yaradan guya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sistemindən xx.xx.2017-ci il tarixdə çap edilmiş sonuncu müayinəyə dair məlumat vərəqəsini 2017-ci ilin iyun ayında, guya Şahid47 “Generalizə olunmuş idopatik eplepsiya və şizofreniya paranoid forması” diaqnozu ilə əlillik səbəbi ümumi xəstəlik olmasına dair 4083004AABBS nömrəli “Forma 88” əsasında sağlamlıq vəziyyətinin xx.xx.2017-ci il tarixdə qiymətləndirilərək həmin tarixdə ikinci dərəcəli müddətsiz əlillik müəyyən edilərək təyinat aparılması görüntüsü yaradan guya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasının sistemindən xx.xx.2017-ci il tarixdə çap edilmiş sonuncu müayinəyə dair məlumat vərəqəsini 2017-ci ilin iyun ayında Bakı şəhərində istintaqa məlum olmayan yerdə istifadəsində olan kompüterlə tərtib edilib, əksi çap qurğusu (printer) vasitəsilə kağız daşıyıcı üzərində çıxarılmaqla hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə digər şəxsin qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamasından sonra həmin saxta rəsmi sənədləri saxta olduğunu bilə-bilə sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində cinayətdən xəbərsiz X66 vasitəsi ilə yuxarıda adları qeyd edilən şəxslərə təqdim edib istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə qeyd edilən 4 nəfərə məxsus cəmi 19.200 (on doqquz min iki yüz) manat məbləğində pul vəsaitini Samirə Mirzəyeva ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində cinayətdən xəbərsiz Səyyarə Tağıyeva vasitəsilə vahid niyyətlə ələ keçirərək digər şəxs ilə aralarında bölüb xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, həmin şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində biləbilə hüquq verən saxta rəsmi sənəddən istifadə etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə digər şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq əlillik dərəcəsinin alınmasına köməklik göstərilməsi ilə bağlı 2017-ci ilin iyun ayında özünə cinayətdən xəbərsiz Şahid63 vasitəsi ilə müraciət etmiş X50 cinayətdən xəbərsiz Şahid63 vasitəsi ilə qabaqcadan əlbir olduğu həmin şəxsin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hüquqşünası olmasını sonuncunun istəyi ilə bildirib, həmin nazirlikdə yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən məsələni müsbət həll etdirə biləcəyini qeyd edilən ərəfədə cinayətdən xəbərsiz Şahid63 vasitəsi ilə ünvan 9 ünvanında görüşləri zamanı yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Afaq Heydərovanın xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni sağlam olmasına baxmayaraq, əlillik dərəcəsinin təyin edilməsinə görə özləri vasitəsilə birbaşa yolla maddi nemət olan 4.000 (dörd min) manat məbləğdə pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini qabaqcadan əlbir olduğu həmin şəxs ilə aralarındakı cinayətkar niyyətə uyğun olaraq cinayətdən xəbərsiz Şahid63 vasitəsi ilə yalandan bildirərək, cinayətdən xəbərsiz sonuncu vasitəsilə onunla razılaşmaqla sövdələşib, eyni niyyətlə 07 iyun 2017-ci il tarixdə X50 məxsus 4.000 (dörd min) manat məbləğində pul vəsaitini Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 61 ünvanında yerləşən “Komfort” şadlıq evinin qarşısında cinayətdən xəbərsiz Şahid63 vasitəsi ilə ələ keçirib həmin şəxs ilə aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edərək, bundan sonra, sonuncu tərəfindən hüquq verən rəsmi sənəd hesab edilən, guya X38 “G 30.0 erkən Alsheymer xəstəliyi, qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri, postravmatik ensefalopatiya, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları (ayda 7-8 dəfə) kəllədaxili hipertenziya vago-vegetativ krizlər, koordinator-statik pozğunluqlar, diensefal sindrom, kəskin asteno-nevrotik sindrom” diaqnozu ilə əlillik səbəbi ümumi xəstəlik olmasına dair 4083603BBCDD nömrəli “Forma 88” əsasında sağlamlıq vəziyyətinin xx.xx.2017-ci il tarixdə qiymətləndirilərək həmin tarixdə ikinci dərəcəli müddətsiz əlillik müəyyən edilərək təyinat aparılması görüntüsü yaradan guya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sistemindən xx.xx.2017-ci il tarixdə çap edilmiş sonuncu müayinəyə dair məlumat vərəqəsi 2017-ci ilin iyun ayında Bakı şəhərində istintaqa məlum olmayan yerdə istifadəsində olan kompüterlə tərtib edilib, əksi çap qurğusu (printer) vasitəsilə kağız daşıyıcı üzərində çıxarılmaqla hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə həmin şəxsin təkrarən qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamasından sonra həmin saxta rəsmi sənədləri saxta olduğunu biləbilə sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində cinayətdən xəbərsiz Şahid63 vasitəsi ilə X50 təqdim edib təkrarən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Afaq Heydərovaya məxsus cəmi 4.000 (dörd min) manat məbləğində pul vəsaitini həmin şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində cinayətdən xəbərsiz Şahid63 vasitəsilə vahid niyyətlə ələ keçirib sonuncu ilə aralarında bölməklə təkrarən dələduzluq etmiş, həmin şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə hüquq verən saxta rəsmi sənəddən təkrarən istifadə etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2016-cı ilin sonu 2017-ci ilin əvvəllərində həyat yoldaşı Elnurəni və qızı Aysunu müalicə etdirmək məqsədi ilə Bakı şəhərində yerləşən X88 aparmışdır. Orada hamının əlillik dərəcəsi düzəltdirmək üçün Natiq adlı şəxsə yaxınlaşdığını gördüyündən o da Natiqə yaxınlaşmış və həyat yoldaşına əlillik dərəcəsi düzəltmək istədiyini bildirmişdir. Natiq ona bu işlə məşğul olan Samirə adlı qadını məsləhət görmüş və Samirənin istifadəsində olan ***-***-**-** və 077 ***- **-** mobil nömrələrini ona verərək Samirə ilə əlaqə saxlamağını bildirmişdir. O da öz istifadəsində olan ***-***-**-** nömrəsi ilə Samirənin qeyd olunan mobil nömrəsinə zəng etmiş və Samirəyə onun nömrəsini X62 Natiq adlı şəxsin verdiyini demişdir. O, əvvəlcə Samirəyə arvadı Elnurə Həsənovaya əlillik sənədi düzəltmək istədiyini demiş, Samirə də ona köməklik göstərə biləcəyini dediyi üçün Samirə ilə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən X80 görüşmüşlər. O, Samirə ilə görüşəndə arvadına əlillik sənədi düzəltmək istədiyindən Samirə ona əlillik sənədinin 4000 manat pul müqabilində düzələcəyini, həmin məbləğin yarısını əvvəlcə, sonra isə qalan pulu verəcəyini izah edib həmin məbləğlə razılaşmış və görüşlərindən iki gün sonra Samirə ilə yenə X80 görüşmüş və orada arvadı Elnurənin iştirakı ilə Samirəyə 2000 manat pul və arvadının şəxsiyyət vəsiqəsini vermişdir. O, həmin Mərkəzdə qalaraq orada Şahid64 adlı qadınla tanış olmuşdur. Söhbət zamanı Şahid64 nəvəsinə və qızına əlillik sənədi düzəltmək istədiyini dedikdə o, Şahid64 arvadı Elnurəyə Samirə adlı qadının vasitəsilə əlillik sənədi düzəltdirdiyini və qarşılığında ilk öncə Samirəyə 2000 manat pul verdiyini və sənəd düzələndən sonra əlavə 2000 manat da verəcəyini demişdir. Şahid64 da ondan Samirə adlı qadının mobil nömrəsini istəmiş, o da Samirənin nömrəsini Şahid64 vermişdir. Şahid64 onun yanında Samirə ilə mobil telefon vasitəsi ilə əlaqə saxlamış və nömrəsini ondan aldığını deyib vəziyyəti Samirəyə bildirmiş və onlar mobil telefonda razılığa gəlmişlər. Lakin Şahid64 Samirə ilə mobil telefonda danışdıqdan sonra Samirə Mirzəyeva ona zəng edib, Elmiranı yaxşı tanımadığını və Elmiradan pulları alıb Samirəyə verməyini və buna görə də ona hörmət edəcəyini demişdir. O, Samirəyə 2000 manat verdikdən sonra Samirə ilə əlaqə saxlayıb Samirənin ona vəd etdiyi pensiya işinin nə yerdə olduğunu maraqlandıqda Samirə ona narahat olmamağı, işlərin qaydasında olduğunu və 75 gün ərzində sənədin kartla birlikdə hazır olacağına söz vermişdir. Samirə ona əlavə olaraq qohumlardan kiminsə əlilliklə pensiyaya çıxmaq istəyən olarsa xəbər etməyini və aldığı pullardan da ona da verəcəyinə söz vermişdir. O, Samirənin bu sözlərinə inanmış və qohumlardan eləcə də tanışlardan əlillik sənədini düzəltdirmək istəyən şəxsləri axtarmağa başlamışdır. Həmin müddət ərzində o, ayrı-ayrı şəxslərə əlilliklə bağlı pensiya düzəltdirməkdən ötrü müxtəlif vaxtlarda və məbləğlərdə 30 nəfərə yaxın şəxsin pullarını alıb Samirəyə vermiş və hər bir şəxsin işinə görə Samirə ona 150-200 manat civarında pul vermişdir. Həmin müddət ərzində onun Samirə ilə münasibətləri daha da yaxınlaşaraq Samirə 2 dəfə onun yaşadığı Biləsuvar rayonu Ağalıkənd kəndinə, o isə ailəsi ilə birlikdə Samirənin Bakı şəhərində yaşadığı evə 3-4 dəfə getmişdir. Beləliklə, ona müraciət edən 30 nəfərə yaxın şəxsin bir qisminə pensiya təyin edilsə də bir çox şəxsin pensiya məsələsi həll edilməmiş və sonradan pensiyası təyin edilən şəxslərin də pensiyaları kəsilərək həmin şəxslərin yanında pis vəziyyətə qalmışdır. Onun bu işləri görməkdə məqsədi işsiz olduğu üçün ailəsinin dolanışığını təmin etmək olmuş və hər pensiya üçün müraciət edən şəxsin pulundan Samirə Mirzəyeva ona 150-200 manat pul vermişdir. Ona görə də pensiyaya çıxmaq istəyən şəxslərə bu barədə deyib onları maraqlandırmaqla özü də pul qazanmışdır. X69 ona özünün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hüquqşünası olduğunu demiş və yaxasında hər zaman nazirliyin işçisi olduğunu təsdiq edən yarlığı gəzdirmişdir. Samirə ona həmin nazirlikdə yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən pensiya işlərini müsbət həll etdirə biləcəyini və istənilən şəxsin xəstəliyinin olub-olmamasından asılı olmayaraq pensiyaya çıxartmaq imkanı olduğuna onu inandırmış və həqiqətən də dediyini bəzi şəxslərə münasibətdə yerinə yetirmişdir. O, 2017-ci ilin mart ayının sonlarında Şahid1 məxsus 9.400 manat, 2017-ci ilin iyun ayının əvvəllərində Şahid2 məxsus 4.000 manat, 2017-ci ilin iyun ayının əvvəllərində Şahid3 məxsus 4.000 manat, 2017-ci ilin iyun ayının əvvəllərində X34 məxsus 4.000 manat, 2017-ci ilin iyun ayının əvvəllərində Şahid4 məxsus 4.000 manat, 2017-ci ilin iyul ayının əvvəllərində Şahid5 məxsus 4.000 manat, 2017-ci ilin iyul ayının ortalarında Şahid7 məxsus 3.500 manat, 2017-ci ilin avqust ayının əvvəllərində Şahid8 məxsus 5.000 (beş min) manat, 2017-ci ilin avqust ayının əvvəllərində X9 məxsus 2.000 manat, 2017-ci ilin sentyabr ayının əvvəllərində Şahid9 məxsus 3.500 manat, 2017-ci ilin sentyabr ayının əvvəllərində Şahid10 məxsus 7.000 manat məbləğində olmaqla pul vəsaitini Bakı şəhəri, Yasamal rayonu, Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının qarşısında şəxsən Samirə Mirzəyevaya vermiş, Samirə də hər dəfə həmin şəxslərin pulundan çıxardıb ona 150-200 manat pul vermiş, həmin şəxslərə bu barədə bir söz deməmiş və pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Samirə Mirzəyeva bəzi şəxslərin adlarına xəstəliyə dair sənəd hazırlatdırıb həmin sənədləri ona təqdim etmiş və o da öz növbəsində həmin sənədləri pul verən şəxslərə göstərib onların pensiyası ilə məşğul olduğuna dair onları inandırıb bəzən pensiyanın düzəlməsi uzandığından sənədin hələ sistemdə oturmadığına dair izah da vermişdir. Həmin xəstəliklərin adları dəqiq yadında qalmasa da qeyd olunan sənədlər kimlərin adlarına tərtib edilmişdirsə onları istintaq zamanı könüllü olaraq təqdim etmiş, həmin sənədlərdə ona müraciət etmiş şəxslərin ad, soyad, ata adı, xəstəliyin diaqnozu, əlillik səbəbi ümumi xəstəlik olmasına dair “Forma 88”-in nömrəsi, sağlamlıq vəziyyətinin qiymətləndirilərək onun müddətsiz və ya müddətli olmasını göstərən göstəricilər olmaqla sənəd guya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasının sistemindən çap edilmiş sonuncu müayinəyə dair məlumat vərəqələri olmuşdur. Həmin vərəqələri Samirə Mirzəyeva özü ona təqdim etmiş və sənədlərin necə və harada hazırlanmasından məlumatı olmamışdır. Onun işi həmin sənədləri müraciət edən şəxslərə təqdim etməkdən ibarət olmuşdur. Özünə məxsus torpaq sahəsini və evini satıb zərərçəkmişlərə pulların cox hissəsini ödəmişdir. Samirəyə 50.000 (əlli min) manata qədər pul vermiş, həmin puldan Samirə ona 3900 manat pulu qaytarmışdır. O, törətmiş olduğu cinayət əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2017-ci ilin mart ayının sonları, aprel ayının əvvəllərində Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən Dənizçilər poliklinikasında olarkən X69 ilə tanış olmuşdur. Samirə ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində hüquqşünas vəzifəsində işlədiyini, xəstəliyinin olubolmamasından asılı olmayaraq kimə lazımdırsa pensiya düzəltməkdə köməklik edə bildiyini demişdir. Samirə ona mülki vətəndaşların pensiya məsələsini bir nəfər üçün təxminən 2500- 5000 manat arası, keçmiş hərbçilərin pensiya məsələsini isə 4000-10000 manat arası məbləğə düzəldə biləcəyini demişdir. O da 2017-ci ilin aprel ayından başlayaraq 2018-ci ilin aprel ayının 4-dək Samirənin sözünə əsasən qonşuluğunda yaşayan Elbardan 16 nəfərin işinin düzəlməsi üçün, yəni pensiya almalarına köməklik etmək üçün hissə-hissə olmaqla cəmi 108.290 manat pul almış və eyni zamanda öz qohum və tanışlarından 18 nəfərdən hissə-hissə olmaqla ümumilikdə 73.500 manat pul alaraq həmin pulları Samirə Mirzəyevaya vermişdir. Onun pul aldığı 18 nəfərin hamısı mülki vətəndaşlar, Elbarın pul aldığı vətəndaşlar isə əsasən hərbçilər olmaqla Qarabağ müharibəsinin iştirakçıları olmuşdur. O, Samirə ilə danışıb pensiya almaq istəyən şəxs haqqında məlumatları vermiş, Samirə də adam haqqında məlumatlara uyğun olaraq ona işin həlli üçün lazım olan məbləği deməklə həmin məbləğləri həm öz adamlarına, həm də Təqsirləndirilən şəxs4 öz adamlarına deməsini bildirmişdir. Samirənin deməsinə əsasən mülki adamlar əlillik dərəcəsindən asılı olaraq 160- 230 manat, hərbçilərin pensiyasının baza hissəsi isə 35.000-40.000 manat arası olmaqla hər ay 500 manat pensiya pulu alacaqdılar. Samirə mülki adamların pensiya işini 3-4 aya, hərbçilərin işini isə təxminən bir ilə düzəldəcəyinə vəd vermişdir. Həmin pul verən adamların arasında bacısı Şahid40 da olmuşdur. Maisə pensiya məsələsinin həlli üçün onun vasitəsilə Samirəyə 5000 manat pul vermişdir. Samirə söz vermişdir ki, guya Maisənin insan sağlamlığına ziyan vuran hansısa kondisioner zavodunda işləməsi barədə sənəd düzəldəcək və Maisə aylıq 500 manat pul pensiya alacaqdır. X145 əmək kitabçası açdıraraq onun evində sənədi imzalatdırmışdır. Həmin 5000 manat pulu ünvan 11 ünvanında avtomobilin salonunda Samirəyə Rasimin iştirakı ilə vermiş və Samirəyə verdiyi hər bir şəxsin pulundan Samirə özü ona 150-300 manat civarında pul vermişdir. Lakin Təqsirləndirilən şəxs4 ona müraciət etmiş şəxslərin pullarına görə o, Elbara pul verməmişdir. Samirə ondan aldığı pulları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində hansısa vəzifəli şəxsə verməklə bu işləri həll etdiyini demişdir. Lakin Samirə deyilən vaxtda və zamanda pensiya işlərinin əksəriyyətini həll etmədiyi üçün Samirənin onu və Elbarı aldatdığını başa düşərək polisə şikayət etmişdir. Samirə qeyd olunan həmin məbləğlərdən cəmi ona 1000 manat pul qaytarmış, Samirə həmin məbləği 2018-ci ilin avqust ayında iki dəfəyə evində işləyən Zülfiyyə adlı qadın vasitəsilə, daha sonra isə 500 manat pulu onun sürücüsü əslən Maştağa kəndindən olan Məhəmməd adlı şəxslə yaşadığı evə göndərmişdir. Məhəmməddən başqa Samirənin Fərhad adlı sürücüsü də olmuşdur. Ona müraciət etmiş şəxslərə, eləcə də Elbara pensiya işlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində hüquqşünas işləyən Samirə Mirzəyeva adlı şəxs vasitəsilə həll etdiyini bildirmişdir. Özünə və Təqsirləndirilən şəxs4 vasitəsilə ona müraciət etmiş ayrı-ayrı şəxslər qohum və tanışlarından ibarət olmaqla 2017-ci ilin aprel ayının sonlarında X51 pensiyası düzəldilməsi üçün Şahid36 məxsus 3.000 manat, 2017-ci ilin avqust ayının əvvəllərində Şahid37 məxsus 2.500 manat, 2017-ci ilin avqust ayının ortalarında Şahid38 məxsus 3.000 manat, 2017-ci ilin avqust ayının ortalarında X25 məxsus 3.500 manat, 2017-ci ilin oktyabr ayının sonlarında X17 məxsus 3.500 manat, 2017-ci ilin noyabr ayının sonlarında Şahid39 məxsus 5.000 manat, 2017-ci ilin dekabr ayının əvvəllərində Şahid40 məxsus 5.000 manat, 2017-ci ilin dekabr ayının əvvəllərində X83 məxsus 6.500 manat, 2017-ci ilin dekabr ayının ortalarında X28 pensiyası düzəldilməsi üçün Şahid42 Məhəmməd oğluna məxsus 4.000 manat, 2018-ci ilin yanvar ayının əvvəllərində Şahid43 məxsus 4.500 manat məbləğində, 2018-ci ilin yanvar ayının əvvəllərində Şahid44 məxsus 6.000 manat məbləğində olmaqla, göstərilən qaydada pensiya təyinatı aparılmayan 11 nəfər şəxsə məxsus pul vəsaitini Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 185 ünvanında Samirə ondan alaraq hər bir şəxsə görə ona qohum və tanış olmalarına baxmayaraq, tanışların verdiyi aşağı məbləğdə olan pulun üstündən 150 manat, yuxarı məbləğdə verilən puldan isə 300 manat götürməklə qalan pulları Samirəyə vermişdir. Samirə verdiyi pulları TSEK sədrlərindən Pərviz adlı şəxsin adını çəkməklə onunla işini qurduğunu və pulları ona verməklə pensiya işlərini həll etdiyini demişdir. Samirə Mirzəyevanın şirin dili və yalan vədləri adamı özünə cəlb etmiş və ona görə də həmin işi görməklə ona inanmışdır. O, hazırda törətmiş olduğu əməldən peşmandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun anadangəlmə hər iki ayağının pəncə hissəsinin içəriyə doğru əyilməsi olduğundan 3-cü qrup əlildir. 2016-cı ildə aldığı pensiya məbləğinin artırılması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş, lakin ona rəsmi cavab verilməmişdir. 2017-ci ilin mart ayında sol ayağının cərrahiyyə əməliyyatı olunması üçün Bakı şəhərinə gəlib Travmatologiya İnstitutuna müraciət edərək həkim müayinəsindən keçmişdir Xəstəxanada olarkən dəhlizdə bir nəfər əvvəllər tanımadığı Samirə adlı qadın yaxınlaşıb onun xəstəliyi ilə maraqlanıb ona yazığı gəldiyini demişdir. Sonra Samirə onun pensiya alıb-almaması və ailəsi haqqında maraqlandıqda 3-cü qrup əlil olduğunu demişdir. Samirə ona kömək edib əlillik qrupunu 1-ci dərəcə etdirə biləcəyinə vəd vermişdir. O, Samirənin harada işləməsini və bunu necə etdirə biləcəyini soruşduqda Samirə ona artıq 15-16 ildir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hüquqşünası vəzifəsində işlədiyini və əlillik dərəcəsinin verilməsi işinə baxdığını bildirmişdir. Samirə ona pensiya işlərinin qanuni şəkildə nazirlik səviyyəsində həll ediləcəyini və pul qarşılığında şəxsləri əlilliklə təqaüdə çıxara biləcəyini izah etmişdir. O, Samirədən onun 1-ci qrup əlillik dərəcəsi almasının xərcinin nə olacağını soruşduqda Samirə onun vəziyyətini nəzərə alıb güzəşt ediləcəyini demişdir. Samirə özünün ***-***-**-** saylı mobil telefon nömrəsini verib işə tələsdiyini sonra əlaqə saxlamasını demiş, həmçinin onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsini də götürmüşdür. Təxminən 10 gün sonra Samirə onun istifadəsində olan 070 500-29-50 saylı mobil nömrəsinə zəng vurub hazırda Gəncə şəhərində olduğunu deyib, görüşməyi təklif etmişdir. O da atası ilə birlikdə Gəncə şəhəri Nərimanov parkının yaxınlığında köhnə avtovağzalın yanında Samirə ilə görüşmüşlər. Samirə ona izah etdiyi kimi atasına da pensiya işi ilə bağlı məlumat verib kömək etmək istədiyini dedikdə təkrar pensiya işinin xərcini soruşanda Samirə güzəştli formada ona 1-ci qrup əlillik dərəcəsini 3200 manata həll edə biləcəyini demişdir. Samirə həmin məbləğin bir hissəsini əvvəlcədən, qalan hissəni isə məsələ həll olunduqdan sonra aybaay ona ödəməyini bildirmişdir. Sonradan Samirəyə zəng vuraraq 1000 manat pul düzəltdiyini demişdir. 2017-ci ilin aprel ayında Bakı şəhərinə gəlmiş, Samirə ilə “Nizami” metrosunun yanında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binasının metro tərəfdən olan qapısında görüşmüşlər. Sonra onlar bir qədər aşağı düşərək ağ rəngli “Vaz- 2106” markalı dövlət qeydiyyat nişanının sonu 116-la bitən maşında oturmuşlar. Samirə maşını sürən şəxsin sürücüsü Fərhad olduğunu demişdir. O, maşında Samirəyə 1000 manat pulu və şəxsiyyət vəsiqəsinin surətini vermişdir. Samirə də 3 ay müddətinə onun işini həll edəcəyini demişdir. Həmin vaxt Samirə onu Buzovna tərəfdə olan evinə aparmış ona çay qonaqlığı vermişdir. Samirənin evini ona tanıtdırmaqda məqsədi onda inam yaratmaq olmuşdur. Həmin vaxt söhbət əsnasında Samirə ona xəstəliyinin olub-olmamasından asılı olmayaraq tanışlarından kimsə əlillik dərəcəsi almaq istəsə onların da işlərini həll etməkdə imkanı olduğunu bildirmişdir. Samirə ona həyat yoldaşı X52 da əlillik dərəcəsi düzəldə biləcəyini demişdir. O, həyat yoldaşının heç bir xəstəliyi olmadığını desə də Samirə onu arxayın salıb arvadının işini həll edəcəyinə söz vermişdir. Sonra o, yaxın qohum və dostlarına Samirənin təklifi barədə bildirmişdir. Göygöl rayon sakinləri Şahid11 və Şahid12 ayrı-ayrı yaxın qohum və tanışları müraciət edərək həmin şəxslərin vasitəsilə X19 pensiya düzəldilməsi üçün qohumu Şahid26 tərəfindən verilmiş 3.700 manat, Şahid18 məxsus 3.700 manat, Şahid19 məxsus 3.700 manat, mərhum X84 məxsus 3.700 manat, Şahid20 məxsus 3.000 manat, Şahid21 məxsus 3.000 manat, Şahid22 məxsus 3.700 manat, Şahid23 məxsus 3.650 manat, Şahid24 məxsus 3.700 manat, X53 təyin edilməsi üçün əri Şahid25 məxsus 3.700 manat, X39 pensiya düzəldilməsi üçün Şahid26 məxsus 3.700 manat, X54 pensiya düzəldilməsi üçün əri Şahid27 məxsus 3.700 manat, X4 pensiya düzəldilməsi üçün əri Şahid28 məxsus 3.700 manat, X21 pensiyasının dərəcəsinin dəyişdirilməsi üçün anası Şahid29 3.700 manat, X29 pensiyası düzəldilməsi üçün qaynatası Şahid30 məxsus 4.500 manat, X30 pensiyasının düzəldilməsi üçün atası Şahid31 məxsus 1.700 manat, Şahid32 özünə və arvadına pensiya düzəldilməsi üçün 8.000 manat, Şahid33 məxsus 3.700, X40 pensiya düzəldilməsi üçün əri Şahid34 məxsus 3.700 manat və X22 pensiyasının düzəldilməsi üçün qohumu Şahid35 məxsus 3.900 manat məbləğində pullarını alaraq Samirə Mirzəyevaya verməzdən əvvəl həmin məbləğlərin üstündən 300 və ondan artıq məbləğləri götürüb qalan pulları Samirəyə vermişdir. Samirə də hər bir şəxsə görə ona 150-200 manat civarında pul vermişdir. Samirə həmin şəxsləri 3 ay ərzində əlilliklə pensiyaya çıxartmalı olsa da həmin müddətdən də artıq vaxt keçməsinə baxmayaraq pensiya təyin olunmamışdır. Samirə nazirliyin sistemində problem olduğunu, səbrli olmağı və pensiya işlərinin tezliklə düzələcəyini bildirmişdir. O, pensiya işlərinin həll olunmasında özünün də marağı olduğuna görə adı çəkilən şəxslərin pullarını şəxsən və ya qeyd olunan vasitəçilərlə alıb Samirə Mirzəyevaya verib özü də pul qazanmış və həmin pulları şəxsi məqsədləri üçün xərcləmişdir. O, Samirə Mirzəyevadan şəxslərin xəstəlik məsələsini necə həll edəcəyini soruşduqda Samirə xəstəxanalarla danışıb həmin adamların adlarını ora yazdırmaqla bu işi həll edəcəyini dedikdə o, Samirədən həmin şəxslərin xəstəxanalarda stasionar yatıb-yatamadığını soruşduqda Samirə ona belə izah etmişdir ki, şəxs heç bir yerdə xəstə kimi yatmayacaq sadəcə adına sənədlər yazılacaq, belə olan halda Samirənin gördüyü işin saxta olduğunu başa düşsə də, yenə razılıq vermişdir. Bundan başqa, Samirə həmin şəxslərə qaytarılması üçün ona 21900 (iyirmi bir min doqquz yüz) manat məbləğində pul qaytarmış, qalan pulu isə qaytarmamışdır. Təqsirləndirilən şəxs3 məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyət olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsinin bir qismi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, müxtəlif şəxslərdən aldığı pulları Bakı şəhəri, Nizami rayonu, Bakı Metropoliteninin “Koroğlu” stansiyasının qarşısında Samirə Mirzəyevaya vermiş, həmin məbləğlərdən Samirə Mirzəyeva ona 20.000 (iyirmi min) manata qədər hörmət olaraq pul vermişdir. Təqsirləndirilən şəxs3 bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsində olan həmin hissəni təsdiq etmir, Samirə ona 20.000 (iyirmi min) manat pul verməmişdir, Samirə ona hər şəxsə görə 150-200 manat pul vermişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs4 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ayrı-ayrı şəxslərə əlilliklə pensiya təyin edilməsi üçün qonşusu Təqsirləndirilən şəxs2yla birlikdə X41 müraciət edərək pensiya təyin edilməsindən ötrü tanışlarından müxtəlif məbləğlərdə külli miqdarda pullar alaraq həmin pulları Təqsirləndirilən şəxs2 vasitəsilə Samirə Mirzəyevaya vermişdir. Samirə Mirzəyeva ona həmin pullardan heç bir məbləğdə pul verməmişdir. Ruhəngiz 2017-ci ilin təxminən aprel ayında ona bir nəfər qadın tanışı olduğunu və həmin qadının pensiya məsələləri ilə məşğul olduğunu demişdir. Ruhəngiz ona həmin qadının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində hüquqşünas işlədiyini bildirmiş və həmin qadın vasitəsilə ona pul müqabilində 2-ci qrup əlillik pensiyası düzəltdirməyi təklif etdikdə, əvvəl razılıq verməsə də sonradan razılaşmışdır. Samirə ilə bir tədbirdə tanış olmuş, Samirə özünü ona təqdim edib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baş hüquqşünas işlədiyini, əri Rasimin isə Milli Təhlükəsizlik Nazirliyinin zabiti olduğunu demişdir. O, vaxtilə DİO-da işlədiyi üçün 2000-ci ildən təqaüd aldığını bildirmiş və söhbət əsnasında Samirə ona 4000 manat müqabilində birdəfəlik müavinət və İİ dərəcəli əlillik pensiyası düzəldə biləcəyini demiş və bu məzmunda aralarında danışıq olmaqla Ruhəngizi də tanıdığını bildirmişdir. 07 sentyabr 2017-ci il tarixdə o, Samirəyə çatdırması üçün Rühəngizin evində 4000 manat pul vermiş, Samirə pensiya məsələsinin 3 aya düzələcəyini demişdir. Sonrakı vaxtlarda Samirə Ruhəngiz vasitəsilə başqa pul müqabilində pensiya almaq istəyən adam olsa ona müraciət etməyi təklif etmişdir. O, qohum və tanışlarına bu barədə dedikdə razılıq verənlər olduğundan pensiya almaq istəyən tanışının adını Ruhəngizə, o da Samirəyə deməklə Samirə həmin adamın yaşını və digər halları nəzərə alıb pensiyanı düzəldə biləcəyi məbləği ona demiş və həmin adamdan əvvəlcə sənədlərini, yəni şəxsiyyət vəsiqəsinin əsllərini, hərbçilərin hərbi biletini, müharibə veteranı vəsiqələrinin və əmək kitabçalarının əsllərini alıb Ruhəngizə vermiş, Samirə həmin sənədləri yoxlayıb sonra məbləğləri deyərək bu qaydada məsələ həll olunmuşdur. O, özündən başqa 16 nəfərdən 2017-ci ilin oktyabr ayından başlayaraq 2018-ci ilin aprel ayına kimi müxtəlif məbləğlərdə pul alıb Samirəyə çatdırması üçün Ruhəngizə yaşadığı evdə 108.290 (yüz səkkiz min iki yüz doxsan) manat pul vermiş, pul aldığı vətəndaşlardan 8 nəfəri hərbçi, qalan 9 nəfər isə mülki şəxs olmuşdur. Ruhəngizin və Samirənin vəd verdikləri müddətin keçməsinə baxmayaraq 2 nəfərdən başqa kiminsə pensiyası düzəlməmiş, alınmama səbəbini Ruhəngiz də Samirədən soruşduqda ona komissiyanın işi uzatdığını, narahat olmamağı, tezliklə düzələcəyini, şəxslərin hələ xəstəxanada yatmalı və müddətin keçməli olduğunu izah etmişlər. Samirə pulu alınan şəxslərdən Akif, Tahir, Sərdar, Vüqar və Əhmədin TSEK-dən müayinədən keçmələrinə dair müəyyən sənədləri göndərmiş, lakin vaxt keçməsinə baxmayaraq heç bir iş alınmamışdır. O, bundan sonra istifadəsində olan 055 ***-**-** nömrəsindən Samirənin hazırda xatırladığı 077 ***-**-** nömrəsinə və digər nömrələrinə zəng edib Samirə ilə telefonla danışmış və Samirə ona işlərin bir az da uzandığını deyib səbrlə gözləməyi demişdir. 2018-ci ilin təxminən oktyabr ayında Ruhəngizin iştirakı ilə Bakı şəhəri, Nizami rayonu “Sevinc” kinoteatrının yaxınlığında açıq hava şəraiti olan çayxanada Samirə ilə görüşüb danışaraq Samirəyə Ruhəngiz vasitəsilə verdiyi pulları soruşaraq ona çatıb-çatmadığını xəbər aldıqda verdiyi pulların qəpiyinə qədər ona çatdığını Samirə etiraf etmişdir. O, Samirədən pulları tələb etdikdə onun başının altına yastıq qoyaraq hər dəfə vaxt uzatmış, o, isə işlərin uzandığını görüb daha heç bir işin alınmasını istəmədiyini və camaat pulunu ondan tələb etdiyi üçün verdiyi pulları geri qaytarmağı tələb etmişdir. Samirə narahat olmamağı pulları hissə-hissə qaytaracağına söz vermişdir. O, 2018-ci ilin noyabr ayının əvvəllərində Ruhəngizlə birlikdə Samirənin yaşadığı evə getmiş, Samirə evdə onları qəbul etmiş, təxminən 1 saata yaxın söhbət edərək Samirədən yenə pullarını tələb etdikdə Samirə əri Rasimə zəng edib onunla telefonda danışaraq acıqla “sənin mənim evimdə nə işin var?!” sualını verdikdə pulunu xoşluqla istəməyə gəldiyini bildirmiş, sonra Samirə telefonla kiməsə zəng edib yüksək səsə qoyaraq “Abbas müəllim, Elbar və Ruhəngiz mənim evimə hücum çəkiblər” dediyindən evdən çıxıb getmiş və Ruhəngizlə birlikdə Samirədən pul ala bilmədikləri üçün rəsmi olaraq hüquq mühafizə orqanlarına şikayət etmişlər. Ona müraciət etmiş ayrı-ayrı şəxslər dedikdə qohum və tanışlarına əlilliklə bağlı pensiya təyinatına görə 12 oktyabr 2017-ci il tarixdə Şahid55 məxsus 7.500 manat, 18 noyabr 2017-ci il tarixdə Şahid67 məxsus 7.500 manat, 23 noyabr 2017-ci il tarixdə Şahid68 məxsus 5.890 manat, 28 noyabr 2017-ci il tarixdə Şahid69 məxsus 8.000 manat, 03 dekabr 2017-ci il tarixdə Şahid49 məxsus 7.400 manat, 05 dekabr 2017-ci il tarixdə Şahid50 məxsus 8.000 manat, 09 dekabr 2017-ci il tarixdə Şahid56 məxsus 6.000 manat, 14 dekabr 2017-ci il tarixdə Şahid51 məxsus 5.000 manat, həmin tarixdə X36 məxsus 6.500 manat, 05 fevral 2018-ci il tarixdə Şahid52 məxsus 8.000 manat, 24 fevral 2018-ci il tarixdə X18 məxsus 5.000 manat, 24 fevral 2018-ci il tarixdə Şahid53 məxsus 5.000 manat, 27 fevral 2018-ci il tarixdə Şahid54 məxsus 10.000 manat, 05 aprel 2018-ci il tarixdə X49 məxsus 4.500 manat məbləğində olmaqla pul vəsaitlərini alıb Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 185 ünvanında Təqsirləndirilən şəxs2 yaşadığı evində vermiş, həmin məbləğdən ona nə Ruhəngiz, nə də Samirə heç bir məbləğdə pul verməmişdir. O, Şahid55 məxsus 7.500 manat ziyanı, Şahid68 məxsus 5.890 manat ziyanı, X36 məxsus 6.500 manat ziyanı tam ödəmiş, Şahid67 məxsus 7.500 manat ziyandan 5000 manat, Şahid50 məxsus 8.000 manat ziyandan 6000 manat, Şahid56 məxsus 6.000 manat ziyandan 1000 manat, Şahid51 məxsus 5.000 manat ziyandan 3000 manat, X18 məxsus 5.000 manat ziyandan 3600 manat, Şahid53 məxsus 5.000 manat ziyandan 1500 manat, X49 məxsus 4.500 manat ziyandan 4000 manat ödəmiş, Şahid69 məxsus 8.000 manat ziyandan, Şahid49 məxsus 7.400 manat ziyandan, Şahid52 məxsus 8.000 manat ziyandan, Şahid54 məxsus 10.000 manat ziyandan ödəniş etməmişdir. Təqsirləndirilən şəxs4 məhkəmədə ona verilən suallara cavab olaraq bildirmişdir ki, müxtəlif şəxslərdən aldığı pulları Ruhəngizin vasitəsilə Samirəyə vermişdir. İbtidai istintaq zamanı Samirə ilə Ruhəngiz üzləşərkən Samirə onun verdiyi pulları Rühəngiz vasitəsil ilə aldığını etiraf etmişdir. Samirə özünü ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baş hüquqşünası kimi, əri Rasimi isə Dövlət təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim etmişdir. Vətəndaşlardan aldığı pullardan 50 min manatı öz hsabına qaytarmışdır. Samirə özü ona tapşırmışdır ki, pulları Ruhəngiz vasitəsilə ona çatdırsın. Samirə özü əlilliklə bağlı sənədlərə baxıb, müxlətif məbləğlərdə qiymət deyirmiş, o da həmin məbləğdə qiymətləri vətəndaşlara demişdir. Vətəndaşlara qaytardığı pulun 10 min manatını Rühəngiz vermiş, qalan pulu isə o özü vətəndaşlara ödəmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs5 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2016-cı ilin axırlarında Əhmədli qəsəbəsində kirayədə qaldığından həmin vaxt övladlarından birinin ali məktəbə təqdim etməsi üçün sağlamlıq arayışı lazım olmuşdur. O, həmin arayışı almaq üçün Xətai rayonu Əhmədli qəsəbəsi, Cavanşir küçəsində “qaçqınlar” bazarının yanındakı 5 mərtəbəli binanın birinci mərtəbəsində yerləşən, camaat arasında “Morskoy poliklinika” kimi adlanan poliklinikaya getmişdir. Poliklinikada sağlamlıq arayışını Rüxsarə həkimin verdiyini bilib ona müraciət etdikdə həmin vaxt həkimin yanında bir nəfər tanımadığı şəxs olmuş və Rüxsarə həkim həmin şəxslə pensiya barədə söhbət etmişlər. Rüxsarə həkimin yanında olan şəxs çıxıb getdikdən sonra o, həkimlə söhbət etmiş və həkimdən pensiya ilə bağlı nə iş gördüyünü soruşduqda Rüxsarə həkim ona istəyən şəxs olsa pul müqabilində əlillik dərəcəsi almaqda köməklik edə biləcəyini bildirmişdir. Rüxsarə həkim ona əlillik dərəcəsini Samirə Mirzəyeva adlı qadın vasitəsilə həll etdiyini demişdir. O, Rüxsarə həkimin iş otağında olanda Samirə Mirzəyevanı ora çağırıb onunla tanış etmişdir. Samirə istənilən şəxsə xəstəliyinin olubolmamasından asılı olmayaraq əlillik pensiya təyin etdirə bildiyini demişdir. X69 özünü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hüquqşünası kimi təqdim etdiyi üçün ona inanmışdır. X69 ilə əlaqəyə girib, aralarında olan söhbətə uyğun olaraq tanıdığı tanışlara əlillik dərəcəsinin alınmasına köməklik göstərilməsi ilə bağlı 2017-ci ilin aprel ayının sonlarından 2017-ci ilin iyun ayının sonlarınadək olan müddətdə Bakıxanov qəsəbəsindən tanıdığı X66 vasitəsi ilə ona müraciət etmiş ayrı-ayrı şəxslərin əlillik dərəcəsi üzrə pensiyaya çıxmalarından ötrü onların pullarını almışdır. X69 deməsinə görə pensiya işlərini nazirlikdə yüksək vəzifədə işləyən səlahiyyətli tanışının vasitəsilə müsbət həll etdirəcəyini bildirmişdir. Səyyarə Tağıyevanın təqdim etdiyi şəxslər sağlam olmalarına baxmayaraq əlillik dərəcəsinin təyin edilməsinə görə Samirə Mirzəyeva işi müsbət həll edəcəyinə söz vermişdir. Samirə Mirzəyevanın dediklərini olduğu kimi Samirənin iş yeri və səlahiyyətli şəxs vasitəsilə iş gördüyünü Səyyarə xanıma bildirmiş, 2017-ci ilin aprel ayının sonlarında Şahid47 məxsus 3.000 (üç min) manat məbləğində, 2017-ci ilin may ayının ortalarında X67 məxsus 5.200 (beş min iki yüz) manat məbləğində, 2017-ci ilin iyun ayının əvvəllərində X85 məxsus 5.500 (beş min beş yüz) manat məbləğində, 2017-ci ilin iyun ayının ortalarında X37 məxsus 5.500 (beş min beş yüz) manat məbləğində və 2017-ci ilin iyun ayının sonlarında X10 məxsus 5.500 (beş min beş yüz) manat məbləğində olmaqla, göstərilən qaydada 5 şəxsə məxsus ümumilikdə 24.700 manat məbləğində pul vəsaitini Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşadığı evdə X20 alaraq həmin pulları Samirə Mirzəyevaya vermiş, Samirə həmin puldan ona hər adama görə 200-300 manat pul vermişdir. Samirə həmin adları qeyd olunan şəxslərdən X68, X27, Şahid47 müxtəlif xəstəliklərdən ibarət diaqnozlu, əlillik səbəbi, “Forma 88”-in nömrəsi və sağlamlıq vəziyyətinin qiymətləndirilərək təyinat aparılmasına dair guya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sistemindən çap edilmiş sonuncu müayinəyə dair məlumat vərəqələrini ayrı-ayrılıqda hardasa tərtib edib saxtalaşdırmaqla hazırlamasından sonra həmin saxta rəsmi sənədləri ona vermiş, o da öz növbəsində Səyyarə Tağıyevaya təqdim etmiş və sonuncu da həmin adamlara vermişdir. 2017-ci ilin iyun ayında arvadının dayısı oğlu Şahid63 vasitəsi ilə müraciət etmiş X50 pensiya təyin etdirməkdən ötrü Şahid63 4.000 (dörd min) manat məbləğdə pul vəsaitini Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Komfort” şadlıq evinin qarşısında alıb Samirə Mirzəyevaya elə orada verməklə Samirə həmin puldan ona 500 manat pul vermişdir. Samirə Mirzəyeva əvvəlki şəxslərin adına tərtib edilmiş saxta sənədlərdən olduğu kimi X42 da adına saxta sənəd tərtib edərək bir müddət sonra həmin sənədi ona verib Yadulla vasitəsilə Afaqa çatdırmışdır. Samirə əlillik dərəcəsi barədə müayinə sənədini Suraxanı tibbisosial ekspert komissiyasının sədri Pərviz adlı şəxsdən əldə etdiyini demiş, həmçinin 4-5 dəfə Samirə ilə Suraxanı TSEK-in qarşısına getmiş, lakin həyətdə gözləmiş, Samirə idarəyə girib-çıxaraq əlillik dərəcəsi barədə müayinə sənədini götürmüşdür.O, bilavasitə Şahid17yla görüşməmiş və yanında olmamışdır. O, qeyd olunan müayinə sənədinin saxta olmasını bilməmiş, lakin xəstə olmayan adama əlillik dərəcəsi verildiyi üçün başa düşmüşdür ki, həmin sənəd qanunsuz düzəlmişdir. O, törətdiyi cinayətə görə peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs5 məhkəmədə ona verilən suallara cavab olaraq bildirmişdir ki, hər şəxs üçün Samirə tərəfindən ona 100-150 manat pul veilmiş, 1-2 iş üçün isə 300 manat vermişdir. Vətəndaşlardan aldığı pulların hamısını Samirəyə vermişdir. 8-10 nəfər şəxs olub ki, onlar 2- 3 min manat pul vermişlər. Anar Xudiyevin 3500 manat pulunu Səyyarə ona vermişdir. Samirə özünü ona vəzifəli şəxs kimi yox, hüquqşünas kimi təqdim etmişdir. Pulları Səyyarə vətəndaşlardan alıb ona vermiş, o da həmin pulları Samirəyə vermişdir. Vətəndaşlara dəyən zərərin bir qismini Samirənin köməyi ilə ödəmişlər. Sənədlər veriləndə onların saxta olduğunu bilməmişdir, pensiya verilməsi dayandırıldıqdan sonra sənədlərin saxta olduğunu bilmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, təmsil etdiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə hər-hansı ziyan dəyməsə də təqsirləndirilən şəxslər özünü ƏƏSMN-nin hüquqşünası kimi təqdim etmiş Samirə Mirzəyeva ilə qabaqcadan olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girərək, Nazirliyin hüquqlarının və qanuni mənefelərinin pozulmasına səbəb olduqları üçün onların qanuna müvafiq qaydada cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş X66 ifadəsində göstərmişdir ki, həyat yoldaşı 2000-ci ildə ölmüşdür. Kiçik oğlu Teymur Qarabağ müharibəsi əlili olduğu üçün pensiya məsələsi ilə bağlı 2015-ci ildə Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə getmiş, orada təsadüfən Təqsirləndirilən şəxs5 görüb tanış olmuşdur. Sonra onunla ailəvi dostluq edərək həyat yoldaşı ilə onlara gəlib-getmişdir. Pərviz 2017-ci ilin təxminən aprel ayında ona əlillik dərəcəsi düzəldən bir tanışı olduğunu, istəyən olsa pul müqabilində həmin şəxs vasitəsilə əlillik dərəcəsi düzəldə biləcəyini demişdir. Pərviz ona əgər pensiya almaq istəyən adam gətirsə, həmin adamlardan pul almaqla ona müəyyən məbləğdə hörmət edəcəyini demişdir. Həmin ərəfədə uzun illərdir tanıdığı Şahid47 özünə və oğlu Anara pensiya düzəltdirmək istəmiş, lakin pensiya düzəltdirə bilməmişdir. O, Pərvizdən bir adamın əlillik dərəcəsi neçəyə düzələr soruşduqda Pərviz ona bir nəfər üçün 4500-5500 manat pul lazım olduğunu demişdir. O, həmin məbləği Farizəyə demiş və Farizə 2017-ci ilin aprel ayının ortalarında öz yaşadığı evdə ona xəstəlik sənədlərini və 3000 manat pul gətirib vermiş və pensiya düzələndən sonra qalan pulu verəcəyini bildirmişdir. O, elə həmin günü Pərvizi öz evinə çağırmış və Farizənin 3000 manat pulunu və xəstəlik sənədlərini Pərvizə verdikdə Pərviz ona əlillik dərəcəsini Samirə adlı qadın vasitəsilə düzəltdiyini və artıq Farizənin sənədlərini və pulunu Samirəyə çatdırıb, yaxın günlərdə Farizənin əlillik dərəcəsinin düzələcəyini bildirmişdir. Sonra Pərviz əlavə də istəyən varsa pulunu alıb gətirməyi təklif etdikdə bu barədə Farizəyə dedikdə sonuncu razılaşmış və oğlu Anar Xuduyevin xəstəlik sənədlərini və 5200 manat pulu gətirib ona vermişdir. Farizə əlavə 3 nəfər başqa qohumlarının da real xəstəliklərinin olduğunu və pensiya almaq istədiklərindən onların sənədlərini və pullarını qəbul edib həll etməyi xahiş etdikdə elə həmin günü Pərvizi evinə çağırıb Anarın sənədlərini və 5200 manat pulu Pərvizə vermiş, Farizənin digər qohumları barədə də məlumat verdikdə Pərviz həmin şəxslərin hamısının eyni vaxtda pensiya işlərinin həll olunması üçün sənədlərini və pullarını alıb gətirməyini bildirmişdir. Farizə 2017-ci ilin aprel ayının sonlarında birinci İlduzə Fərhadovanın xəstəlik sənədlərini və 5500 manat pulunu, daha sonra Könül Muradovanın xəstəlik sənədlərini və 5500 manat pulunu, sonra Səidə İbişovanın xəstəlik sənədlərini və 5500 manat pulunu gətirib ona yaşadığı evində vermiş və pulu aldığı günlərdə Pərvizi çağırıb sənədləri və pulu öz evində tam şəkildə ona vermiş, lakin Pərvizin həmin puldan Samirəyə nə qədər verməsi və nə qədərini özünə götürməsini bilməmişdir. O, Farizəgillə danışmış və pensiya düzələndən sonra Farizə özü də daxil olmaqla, cəmi 5 nəfər alacaqları birinci ayın pensiya məbləğini ona hörmət olaraq verəcəklərini söz vermişlər. Anar hərbi komissarlığa sənəd təqdim etməli olduğundan pensiya işinin birinci həll olunmağını xahiş etdiyindən bu barədə Pərvizə demiş və Anarın gözündə xəstəlik olduğu üçün Pərviz ona Anarla birlikdə “Zərifə Əliyeva” adına Göz Xəstəlikləri xəstəxanasına gəlməyini bildirmiş və Anarla həmin xəstəxanaya getmişdir. Pərviz onları orada gözləmiş və az sonra Samirə adlı qadın xəstəxanaya gəlmişdir. O, Samirəni birinci dəfə orada görmüş və Pərviz onu Samirə ilə tanış etmişdir. O, Pərvizlə xəstəxananın həyətində gözləmiş, Samirə isə Anarı xəstəxanaya aparıb təxminən yarım saat sonra çıxmış və əlillik sənədinin hazır olmasını gözləməyini demişdir. Pərviz 2017-ci ilin iyun ayında ona Anardan başqa digər 4 nəfərin əlillik dərəcəsi ilə bağlı Tibbi-Sosial Ekspert Komissiyasının müayinə sənədini gətirmiş və həmin sənədləri şəxslərin özləri qeydiyyatda olduqları yer üzrə Dövlət Sosial Müdafiə Fondunun müvafiq şöbələrinə pensiya təyinatı aparılması üçün təqdim etmələrini dedikdə Anarın sənədini soruşmuş, Pərviz həmin sənədin də hazır olacağını bildirmişdir. Farizəgilin onda etibarnamələri olduqları üçün onların adından əlillik dərəcəsi ilə bağlı sənədlərini qeydiyyatda olduqları yer üzrə Dövlət Sosial Müdafiə Fondunun Sabunçu və Qaradağ rayon şöbələrinə təqdim etdikdə hər iki şöbədən həmin şəxslərin sənədlərinin bazada olmadığını demişlər. Bir müddət sonra təkrar getsə də yenə həmin söz deyildiyindən Pərvizi çağırıb sənədləri ona verib ya bu işi həll etməyi, ya da adamların pullarını qaytarmağını demişdir. Pərviz ona Samirə ilə danışdığını və yaxın günlərdə həll olunacağını bildirmişdir. X155 ilə birlikdə onun evinə gəlmiş, Samirə onu arxayın salıb narahat olmamağı, sənədlərin qeydiyyata alındığı bazada qəza olduğunu, kompüterlərdə problem yarandığını və tezliklə problem aradan qalxaraq məsələnin öz həllini tapacağını, pul verən adamların pensiyalarını alacaqlarını bildirmişdir. Bu minvalla əlavə 2-3 ay da keçmiş, lakin heç bir nəticə olmamışdır. O, Samirə ilə telefonla danışmış, Samirə hər dəfə söz versə də yenə iş alınmamış və sonra Samirə telefonlarına cavab verməmişdir. Anar isə səbrsizlik edərək tez-tez gəlib-getmiş və pensiya işləri alınmadığı üçün pulunu tələb etmişdir. Anar bir dəfə ondan ərizə yazıb polisə şikayət edəcəyini göstərdiyindən məcbur olub Kürdəxanıda olan 12 sot bağ sahəsinin 6 sotunu Anarın adına keçirtmiş və Anar da anası daxil olmaqla digər 3 nəfərin pulunu özü vermişdir. O, bu məsələdə ziyana düşmüş, Pərviz və Samirə onu aldadıb onlara verilən 5 nəfərin pulunu ələ keçirmişdirlər. Şahid Səyyarə Tağıyeva məhkəmədə ona verilən suallara cavab olaraq bildirmişdir ki, müxtəlif şəxslərdən aldığı pulları Pərvizə vermiş, Pərviz isə həmin pulları Samirəyə verdiyini demişdir. Samirə ilə onu Pərviz tanış etmişdir. Sonra pensiyalar düzəlməyən Samirə ilə özü də telefonla danışmış, Samirə ilə danışarkən Samirə ona demişdir ki, «verilən pullar mənlikdir», sonra isə telefon zənglərinə cavab verməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid15 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun anasıdır. 2017-ci ilin yaz-yay aylarında işi ilə bağlı uşaqlarını anasının yanında qoyduğundan axşamçağı işdən çıxıb anasıgilə getmiş və evin qarşısında ağ rəngli xarici “CİP” avtomobilə oxşar bir maşının dayandığını və sükan arxasında bir nəfər kişinin əyləşdiyini görmüşdür. O, evə daxil olarkən evdə tanımadığı bir qadının olduğunu görüb salamlaşıb anasından həmin qadının kim olduğunu soruşduqda anası həmin qadının adının Samirə olduğunu və Sosial Müdafiə Nazirliyində hüquqşünas işlədiyini demişdir. Samirəni anası ilə yola salarkən həmin avtomaşında oturan şəxsi tanış edib əri Rasim olduğunu və aeroportda Dövlət Təhlükəsizlik Xidmətində işlədiyini demişdir. Sonradan Samirə anası ilə ailəvi dostluq etmiş, onların evinə tez-tez gəlib-getmişdir. Samirə və əri Rasim anasıgilə gələndə bir neçə dəfə anasının Samirəyə pul verdiyini görmüş və bunun səbəbini soruşduqda Samirənin pensiya işləri ilə məşğul olduğunu demiş, eyni zamanda bəzi hallarda Samirə özü gələ bilmədiyindən əri Rasim gəlib anasından pul götürmüşdür. Bundan başqa, qonşuluqda yaşayan Elbar adlı şəxsdən də anası 100.000 manatdan artıq pul alıb Samirə və Rasimə vermiş, lakin Rasim və Samirə anasını, Elbarı və digər şəxsləri də aldadaraq pullarını ələ keçirmiş və qaytarmamışlar. Şahid15 məhkəmədə ona verilən suallara cavab olaraq bildirmişdir ki, anası Rühəngizin Samirəyə pul verdiyini dəfələrlə görmüş, Samirə özü gəlməyəndə də əri Rasim gəlib anası Rühəngizdən pulları almışdır. Anası Rühəngizdən eşitmişdir ki, Samirə Sosial Müdafiə Nazirliyində hüquqşünas işləyir, pensiya işləri ilə məşğul olur, əri Rasim isə aeroportda Dövlət Təhlükəsizlik Xidmətində işləyir. Samirə onun qohumlarından pensiya təyin etdirəcəyini deyib 15 min manat pul alıb. 2 dəfə 500 manat olmaqla 1000 manat pulu isə geri qaytarıb. O, Samirəyə qızıl satmamış, anası X32 müxtəlif məbləğlərdə pulları verməsinə dair Şahid14 ilə aralarında qeydə alınmış danışıqları CD diskə köçürmüşdür. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid36 ifadəsində göstərmişdir ki, Samirə Mirzəyeva və Təqsirləndirilən şəxs2 tanıyır. Onun qızı Kəmalənin oğlu Arif 2016-cı ildə Nazənin adlı qızla tanış olaraq 2017-ci ildə sentyabr ayının sonlarında onunla ailə həyatı qurmuşlar. Beləliklə Nazəninin anası Təqsirləndirilən şəxs2 ilə əlaqələri yaranmışdır. 2017-ci ilin mart ayında çərşənbə axşamı Novruz bayramı ərəfəsində Ruhəngizgildə qonaqlıq təşkil edilmiş və bayramlaşmağa gələrkən həmin tədbirdə Ruhəngizin qohumları ilə yanaşı, Samirə adlı bir qadın da iştirak etmişdir. Həmin ərəfədə Kəmalə gözündən əməliyyat olunmuş və Ruhəngizin bacısı Maisə onun səhhəti ilə maraqlandıqda hər şeyin qaydasında olduğunu demişdir. Samirə ondan qızının gözünün əməliyyat olunmasına görə pensiya alıb-almadığını soruşduqda heç bir pensiya almadığını dedikdə Samirə ona demişdir ki, gözə görə yüksək pensiya verilir və bu işdə onun qızına köməklik edə bilər. O, bunun üçün nə etmək lazım olduğunu soruşduqda Samirə onun qızının əməliyyat olunmasına dair xəstəlik sənədlərini və üstündə 3000 (iki min) manat şirinlik kimi pul versə bu iş düzəldə biləcəyini demişdir. Samirə özünün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində hüquqşünas işlədiyini və nazirlikdə pensiya işlərini həll etdiyini desə də Samirənin bu işləri görməyə birbaşa səlahiyyəti olmamış və ona görə də hansısa “TSEK sədrinə” pul verməklə pensiya işini həll etdiyini demişdir. Lakin həmin şəxsin kim olduğunu bilməmişdir. 2017-ci ilin aprel ayının sonlarında qızı Kəmalənin şəxsiyyət vəsiqəsinin surəti, əmək kitabçasının surəti, xəstəlik sənədinin surəti və cəmi 3000 manat pulu Ruhəngizin yaşadığı evində Rühəngizə vermiş və həmin pulu sənədlərlə birlikdə Ruhəngiz Samirəyə vermişdir. Samirə Kəmalənin İ qrup əlil kimi pensiyasını 3-4 aya həll edəcəyini desə də xeyli vaxt keçdiyindən iş uzanmışdır. Samirə ilə arasında olan bu söhbətdən qızı Kəmalə sonradan bilmişdir. 2017-ci ilin dekabr ayının sonları 2018-ci ilin yanvar ayının ortaları ərəfəsində Samirə Ruhəngizə zəng edərək Kəmalənin pensiya kartının hazır olduğunu və gedib götürməyi dedikdə qızı Kəmalə ilə "xxxx"ın Nərimanov ofisinə yaxınlaşıb Kəmalənin adına heç bir pensiya bank kartı olmadığını öyrəndikdən sonra Ruhəngizə zəng edib Samirənin yalan danışdığını bildirmişdir. O, Kəmalə Quliyevanın əlilliklə təqaüdə çıxmasından ötrü özünə məxsus 3000 manat pulu Təqsirləndirilən şəxs2 vasitəsilə Samirə Mirzəyevaya vermiş, sonradan həm özünün, həm də Ruhəngizin aldandığını başa düşərək Ruhəngizdən 3000 manat pulu istəməsə də Ruhəngiz həmin 3000 manat pulu hissə-hissə tam olaraq ona geri qaytarmışdır. Ona dəyən zərər Rühəngiz tərəfindən ödənilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid48 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanımır. Şahid47 onun xalası qızıdır. Arvadı Səidə belindən əməliyyat olunmuş, ona pensiya təyin edilməsini düşünərək, Səidə xalası Farizə ilə bu barədə söhbət etmişdir. Farizə də Səidəyə İ-ci qrup əlilliyə görə pensiya təyin edilməsi üçün 2017-ci ilin iyun ayının əvvəllərində 5500 manat pul istəmişdir. O da 5500 manat pulu aparıb Farizəyə vermişdir. Pulun verilməsindən xeyli vaxt keçməsinə baxmayaraq, Səidənin pensiya işi alınmamamış, ona görə də pulunu Farizədən tələb etmişdir. Farizə də bir neçə ay bundan əvvəl həmin pulu ona qaytarmışdır. Hazırda ona dəyən zərər ödənilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid42 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanımır. O, anadangəlmə gözdən 1-ci qrup əlildir. X138 həyat yoldaşı X70 doğuş zamanı zədə aldığı üçün onda nevroloji problemlər yaranmış və Gülnar üçün əlillik pensiyası düzəltmək istəmişdir. Lakin sənədləşmə işləri çətin olduğundan heç bir yerə müraciət etməmişdir. Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin üzvü olan Şahid41 fəal olduğunu və bir neçə nəfərə hansısa sənəd işində kömək etdiyini bilib, Şəfəqlə Gülnarın pensiya məsələsi ilə bağlı söhbət edəndə o, bir nəfər şəxsin 3 ay müddətində 4000 manat pul müqabilində aylıq 150 manat əlillik pensiyası düzəltdiyini demişdir. O da bu təkliflə razılaşaraq, 2017-ci ilin dekabr ayının ortalarında yaşadığı evdə özünə məxsus 4000 manat pulu və Gülnarın xəstəlik sənədlərini Şəfəqə vermişdir ki, Şəfəq tanışı vasitəsilə Gülnarın pensiya məsələsini həll etsin. Lakin həmin pulun Şəfəqə verilməsindən Gülnarın xəbəri olmamışdır. O, Şəfəqə pul verdikdən 4 ay keçməsinə baxmayaraq pensiya işinin alınmadığını görüb, Şəfəqlə bu barədə maraqlandıqda Şəfəq həmin pulu ona qaytarmışdır. Şahid42 məhkəmədə ona verilən suallara cavab olaraq bildirmişdir ki, Samirəni tanımamışdır, o, pulu Şəfəqə vermiş və Şəfəqdən də almışdır. Ona dəyən zərər ödənildiyi üçün təqsirləndirilən şəxslərə qarşı şikayəti və ya tələbi yoxdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Mirzəyeva Samirəni tanıyır. X55 onun həyat yoldaşıdır. X99 vasitəsilə əslən Biləsuvar rayonundan olan Niyaməddin adlı şəxsin pensiya işləri ilə məşğul olduğunu və sağlamlıq vəziyyətindən, yəni xəstə olub-olmamasından asılı olmayaraq istənilən şəxsə əlillik dərəcəsi ilə pensiya düzəltdiyini bilmişdir. Həyat yoldaşı Aygünə pensiya düzəldilməsindən ötrü Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon ərazisində yerləşən Göz xəstəxanasının yanında 2017-ci ilin fevral ayının sonu mart ayının əvvəllərində Təqsirləndirilən şəxs1la görüşmüş, Niyaməddin Aygünün müddətsiz, birinci dərəcəli əlil kimi aylıq 250 manat pensiya alacağına dair vəd verib, bu işin 5400 manata həll olunacağını demişdir. 2017-ci ilin mart ayının əvvəllərində Bakı şəhəri Nəsimi rayonu 4-cü mkr ərazisində yerləşən Göz xəstəxanasının yanında Saidə Rzayevanın iştirakı ilə Niyaməddinə 2000 manat pul, 3-4 gün sonra yenə həmin yerdə Saidə Rzayevanın iştirakı ilə 2000 manat pul, 2017-ci ilin mart ayının sonlarında isə Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının qarşısında 1400 manat pul vermişdir. Niyaməddin ona Aygünün pensiya işini 1-2 ay ərzində həll edəcəyini demişdir. O da özünün də pensiyaya çıxmağından ötrü Niyaməddinlə danışaraq ona 5400 manat verməli olsa da, onun və həyat yoldaşının işləri bir yerdə olduğundan onun pensiyasını 4000 manata həll edəcəyini demişdir. Niyaməddin ümumilikdə ondan 9400 manat pul almışdır. Bir müddət vaxt keçməsinə baxmayaraq, Aygün Mehdiyevanın pensiya məsələsi düzəlməmiş, Niyaməddin hər dəfə müxtəlif bəhanələr gətirib onu inandırmağa çalışmışdır. Niyaməddin demişdir ki, guya X15 müxtəlif xəstəliklərdən ibarət əlillik səbəbi ümumi xəstəlik olmasına dair 0175003AAJNC nömrəli “Forma 88” əsasında sağlamlıq vəziyyətinin xx.xx.2017-ci il tarixdə qiymətləndirilərək həmin tarixdə birinci dərəcəli müddətsiz əlillik müəyyən edilərək təyinat aparılması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sistemindən xx.xx.2017-ci il tarixdə çap edilmiş, sonuncu müayinəyə dair məlumat vərəqəsini 2017-ci ilin sentyabr ayının sonlarında Bakı şəhəri Nəsimi rayonu 4-cü mkr. ərazisində yerləşən Göz xəstəxanasının qarşısında ona verib işin düzəldiyini bildirmişdir. O da həmin sənədi aparıb Tibbi Sosial Ekspert Komissiyasına təqdim etmiş, təxminən 1 ay sonra müəyyən olunmuşdur ki, həmin sənəd saxtadır. O başa düşmüşdür ki, Niyaməddin onu aldadır. O, Niyaməddin ilə əlaqə saxlamaq istəsə də Niyaməddinin telefonları bağlı olmuşdur. O, Niyaməddinin yaşadığı Biləsuvar rayonu Ağalıkənd kəndinə getmiş və onun aldatmasının səbəbini soruşmuşdur. Niyaməddin də demişdir ki, Aygünün pensiya işinin düzəlməsi üçün pulu Samirə Mirzəyeva adlı şəxsə versə də Samirə işi düzəltmədiyi üçün onu pis vəziyyətə qoyub və ona görə onun pulunu qaytara bilmir. X33 pul almağını etiraf etməsə də ona inanmamışdır. Çünki Niyaməddini dəfələrlə taksi kimi Samirənin yaşadığı Maştağa qəsəbəsindəki evinə aparmış və saatlarla Niyaməddini Samirənin evinin qarşısında gözləmişdir. Niyaməddinin Samirənin evinə əli boş getməklə əlində sənədlərlə çıxdığını da görmüşdür. O, əvvəllər Samirə ilə Niyaməddini bir yerdə görsə də Samirənin nə işlə məşğul olduğunu bilməmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, Niyaməddinlə Samirə ayrı-ayrı şəxslərə pensiya düzəldilməsi işi ilə məşğuldurlar. Niyaməddini onun evinə aparıb saatlarla qapıda maşında əyləşib onu gözləməyindən belə başa düşmuşdur ki, Samirə Mirzəyeva vəzifəli şəxs olmaqla Niyaməddin ona iş gətirir və Samirə də bu işləri həll edir. Niyaməddinə 9400 manat pul vermiş, həmin pul isə ona qaytarılmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid41 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Ruhəngizi və Samirəni tanıyır. 1996-cı ildən “İ” qrup gözdən əlildir. O, Təqsirləndirilən şəxs2 ilə təxminən 2015-ci ilin may ayında qonşuları Səbinəgildə tanış olmuşdur. 2017-ci ilin oktyabr ayında Səbinənin evində olanda Ruhəngiz ora Samirə adlı bir qadınla gəlmiş və o, Samirəni ilk dəfə orada tanımışdır. Söhbət əsnasında Samirə onun yaşayış şəraitini soruşub özünün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində hüquqşünas vəzifəsində işlədiyini, həyat yoldaşı Rasimin isə aeraportda təhlükəsizlik xidmətinin əməkdaşı olduğunu demişdir. Samirə ondan xəstəliyi olub pensiya ala bilməyən qohum tanışlarının olub-olmadığını soruşduqda bir neçə qohum və tanışının xəstə olsalar da pensiya ala bilmədiyini dedikdə Samirə həmin adamların sənədlərini gətirib baxmağını və pul müqabilində köməklik edib onlara pensiya düzəltdirmək imkanı olduğunu demişdir. Bundan sonra o, əmisi qızı X56, bacısı X93, qaynı arvadı X11, qızı Şəbnəmin oxuduğu məktəbdə müəllim işləyən Əsəd müəllimin gəlini X70, dayısı qızı Şahid43 ilə, əmisi oğlu Şahid45, qonşusu Goranboy rayonu Yuxarı Ağcakənd kəndində yaşayan Şahid44 ilə əlaqə saxlamış və onlara pensiya düzəldən tanışı olduğunu demişdirlər. Belə ki, Səliqədə çənə qüsuru, Şəhla, Sehranə, Gülcahan və Təhminə nevroloji xəstəliklər, Gülnar doğuş zamanı kəllə-beyin travması alaraq həmin xəstəliklərdən əziyyət çəkmiş, həmçinin Əsəd müəllimin qohumu Rüsalənin 1 böyrəyi olmadığından onlar xəstə və daimi müalicə alsalar da, pensiya alınması üçün müvafiq səhiyyə müəssisəsinə müraciət etməmişlər. Hətta Samirə həmin şəxslərdən bacısı Şəhla və Təhminəni onun evində görüb tanımış, sonra Samirə həmin 7 nəfərin şəxsiyyət vəsiqələrinə baxıb Ruhəngizin həmin şəxslərin pensiya məsələsinin düzəlməsi üçün lazım olan məbləği deyəcəyini bildirmişdir. İlkin olaraq həmin şəxslərin şəxsiyyət vəsiqələrinin əsllərini Ruhəngizin bacısı qızı X43 yaşadığı ünvan 13 ünvanında Samirəyə vermişlər. O, özü əlil olmaqla bu işlərdən anlayışı olduğu üçün həmin şəxslərin əlilliyə görə pensiyaya çıxmasına görə poliklinikalarda xəstəlik kitabçasının açılıb-açılmadığını dəfələrlə Samirə xanımdan soruşduqda onu arxayın salaraq heç bir narahatçılıq olmadığını və həmin şəxslərin pullarını “TSEK” sədrlərinə verməklə əlillik dərəcələri üzrə pensiya işlərini həll etdiyini izah etməklə onu inandırmışdır. Ondan sonra Ruhəngiz ona Səliqə, Şəhla və Təhminəyə pensiya təyin edilməsi üçün hərəsinin 4000 manat pul verməli olduğunu demişdir. O, Səliqənin pensiya işi üçün 4000 manat pulu 2017-ci ilin oktyabr ayının sonlarında Ruhəngizin bacısı qızı Səbinənin yaşadığı evdə Samirənin deməsinə əsasən ona çatdırması üçün Ruhəngizə vermişdir. Samirə ona həmin şəxsin pensiyasının 3 ay müddətinə həll olunacağını bildirmişdir. Bundan sonra qaynı arvadı Təhminənin pensiya işi üçün 4000 manat və bacısı Şəhlanın pensiya işi üçün isə 3500 manat pulu 15 noyabr 2017-ci il tarixdə Səbinənin evində Samirənin deməsinə əsasən ona çatdırması üçün Ruhəngizə vermişdir. Samirə həmin şəxslərin də pensiyalarının 3 ay müddətinə düzələcəyinə söz vermişdir. 2017-ci ilin dekabr ayının ortalarında Əsəd müəllimin yaşadığı Bakı şəhəri Nərimanov rayonu ərazisindəki evindən əvvəlcə 4000 manat pulu gəlini Gülnar Hümbətovanın pensiya işi üçün götürmüş, elə həmin günü pulu qonşusu Səbinənin yaşadığı evdə Ruhəngizə vermişdir. Bundan 2 gün sonra Əsəd müəllimin qohumu Rüsalənin pensiya işi üçün 4000 manat pulu yenə Bakı şəhəri Nərimanov rayonu ərazisində Əsəd müəllimin yaşadığı həmin evdən götürüb istifadəsində olan ***-***-**-** mobil nömrəylə Ruhəngizin istifadəsində olan 050 ***-**-** mobil nömrəsi ilə əlaqə saxlayıb onunla yenə Səbinəgildə görüşüb 4000 manat pulu əlbəəl Ruhəngizə vermişdir. 2018-ci ilin əvvəllərində isə əlilliklə pensiya işinin məbləğ artdığından Sehranə üçün 4500 manata, Gülcahan üçün isə 6000 manat pul istəmişlər. Həmin şəxslərin pulunu da 2018-ci ilin yanvar ayının əvvəllərində yenə Səbinənin evində Samirəyə çatdırması üçün Ruhəngizə vermişdir. 2018-ci ilin aprel ayında Samirə Səliqə, Şəhla və Təhminəyə 1-ci qrup əlillik pensiyaları təyin edildiyini bildirmişdir. Səliqəyə Dövlət Sosial X90 rayon şöbəsindən, Şəhla və Təhminəyə isə Şamaxı rayon şöbəsindən, eləcə də Rüsaləyə pensiya təyin edilmiş, 2018-ci ilin iyun ayında Səliqə, Şəhla və Təhminə 3 aylıq pensiya məbləğini birdən almışlar. Lakin növbəti ay onların pensiyaları kəsiləndən sonra qeyd olunan DSMF-in rayon şöbələrindən zəng vurub onların pensiyalarında saxtakarlıq olduğu üçün pensiya verilməsi dayandırılmış, lakin Samirə Gülnar, Sehranə və Gülcahanın pensiyasını ümumiyyətlə düzəltməmiş və təyinat aparılmamışdır. O, Ruhəngizdən və Samirədən 7 nəfərin pullarını geri qaytarmasını tələb etmiş, lakin nə o, nə də Ruhəngiz Samirəni tapa bilməmişlər. Samirə telefonunu bağlamış, Samirənin istifadəsində çox nömrələr olduğundan həmin nömrələrlə əlaqə saxlasa da ona cavab verən olmamışdır. Qeyd edilən 7 nəfər narazı qalaraq pullarını ona verdikləri üçün ondan tələb etmişlər. Ona görə də banklardan kredit və qohumlardan borca pul götürüb hissə-hissə həmin şəxslərin pullarını tam olaraq qaytarmışdır. İstintaq dövründə müstəntiq Əflatun Səlimov ona dəymiş ziyandan 13000 (on üç min) manat pul qaytarmış, qalan 17000 (on yeddi min) manat pulu isə qaytarılmamışdır. Samirə TSEK sədri işləyən Pərviz adlı şəxsin vasitəsilə pensiya təyin etdirəcəyini demişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid45 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanımır. Şahid41 onun əmisi qızı, həyat yoldaşı Sehranənin isə bibisi qızıdır. Şəfəq 1-ci qrup əlil olmaqla, Bakı şəhərində yaşayır. Sehranə Şəfəqgildə olarkən, orada söhbət zamanı Şəfəq Sehranə və Səliqəyə Ruhəngiz adlı qadının vasitəsilə tanıdığı Samirə adlı qadının pul müqabilində əlillik pensiyası düzəltmək imkanı olduğunu bildirmişdir. O da Sehranənin və Gülcahanın birlikdə 10500 manat pulunu Şəfəqə vermişdir ki, onlar üçün pensiya düzəltdirsin. Lakin həmin pulların Ruhəngizə və ya Samirəyə catıb-catmadığını bilməmişdir. Cünki pensiya işləri düzəlmədiyindən Şəfəq Gülcahanın 6000 manat pulunu və ona məxsus 4500 manat pulu tam şəkildə qaytarmışdır. Ona görə də hazırda heç kimdən şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid39 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Samirə Mirzəyevanı və Təqsirləndirilən şəxs2 taniyir. Təqsirləndirilən şəxs2 böyük qızı Əfsanə onunla qonşudur. 2017-ci ilin sentyabr ayında belindən əməliyyat olunmuşdur. Bir müddət sonra təsadüfən qonşusu Əfsanənin evində olarkən əvvəllər tanımadığı Samirə adlı qadın ora gəlmişdir. Əfsanə Samirənin onun anası Ruhəngizin rəfiqəsi olduğunu bildirmişdir. Samirə onun çətinliklə yeridiyini görüb soruşduqda, o da belindən əməliyyat olunduğumu demişdir. Samirə ona pensiya düşdüyünü və pul müqabilində əlillik pensiyası düzəldə biləcəyini dedikdə Əfsanə də Samirənin həqiqətən pensiya düzəltdiyini demişdir. Samirə 7000 manat pul müqabilində ona 1-ci qrup əlillik pensiyası düzəldəcəyini və aylıq 500 manat pensiya alacağını vəd etmişdir. O da o qədər pulu olmadığını deyəndə Samirə 5000 manat pul müqabilində ona aylıq 250 manatlıq pensiya düzəldə biləcəyini demişdir. O, qızıllarını sataraq cəmi 5000 manat pul düzəltmiş və 2017-ci ilin noyabr ayında Əfsanənin evində Samirəyə verilməsi üçün 5000 manat pulu Ruhəngizə vermişdir. Samirə ən uzağı 1- 2 aya pensiya işinin düzəldəcəyini desə də 2 ay keçməsinə baxmayaraq, pensiya məsələsi düzəlməmişdir. Ruhəngizlə əlaqə saxlayıb işin nəticəsi barədə soruşduqda Ruhəngiz Samirəyə zəng vurmuş, Samirə hər dəfə müxtəlif bəhanələr gətirib Ruhəngizə gözləməyini və yaxın günlərdə pensiya işinin düzələcəyini desə də pensiya işi həll olunmamışdır. Ruhəngiz onunla yanaşı başqa qohumlardan da pul alıb pensiya düzəlməsi üçün Samirəyə vermişdir və həmin adamların heç birinin işi həll olunmamışdır. X100 pensiya işini həll etmədiyi və pulları qaytarmadığı üçün Samirənin barəsində polisə şikayət etmişdir. O, pulunun qaytarılması üçün Samirəyə müraciət etməmişdir. Onun pulunu Ruhəngizin qızı Əfsanə qaytarmışdır. Ona görə heç kimdən şikayətçi deyil. Şahid39 məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında müəyyən ziddiyət olduğunu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, Samirəyə 3000 manat pul müqabilində ona aylıq 250 manatlıq pensiya düzəltməsi ilə əlaqədar pul vermişdir. Şahid39 bildirmişdir ki, o, pensiya üçün Samirəyə 3000 manat yox, 5000 manat pul vermişdir. İfadəsinin həmin hissəsi düz yazılmayıb. Həmin 5000 manat pulu da Əfsanə ona qaytarmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid32 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 Firdudin oğlunu tanıyır, onunla ədavəti, düşmənçiliyi və qohumluq münasibətləri yoxdur. O, uşaq vaxtı travma aldığından baş-beynində sıxılma və narahatçılıq olmuşdur. 2017-ci ilin payız aylarında həmyerlisi Təqsirləndirilən şəxs3la Bakı şəhərində söhbət edərkən Turac ona pensiyaa işləri ilə məşğul oldunu deyərək xəstəliyinin olmasını bildiyindən 4000 manat müqabilində ona pensiyaya çıxmağında köməklik edə biləcəyini demişdir. Həmin pul müqabilində Turac onu 3 ay ərzində 2-ci dərəcəli əlilliyə görə müddətsiz pensiya təyin etdirəcəyini demişdir. O, arvadı Eldanə Məmmədova böyrək xəstəliyindən əziyyət çəkdiyi üçün belə qərara gəlmişdir ki, hər ikisinin xəstəliklə bağlı pensiyaya çıxması üçün Turaca müraciət etsin. 2018-ci ilin mart ayının əvvəllərində Turacla danışıb Bakı şəhəri Nizami rayonu Bakı Metropoliteninin “Neftçilər” stansiyası qarşısında görüşüb əvvəlcə Turaca 5000 manat, bundan bir ay sonra isə eyni ünvanda 2018-ci ilin aprel ayının əvvəllərində Turaca 3000 manat pul vermişdir. O, deyilən vaxtdan da artıq müddət gözləməsinə baxmayaraq nə özünün, nə də arvadının pensiya işi həll edilməmiş və artıq aldanıldığını başa düşərək Turacdan pulunu geri tələb etmişdir. Turac hər dəfə müxtəlif bəhanələr gətirmiş, sonradan pulu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən Samirə adlı qadına verdiyini demişdir. O, həmin qadını tanımamış, görməmiş, lakin Turacı tanıdığından və 8000 manat pulu Turaca verdiyi üçün həmin pulu ondan tələb etmişdir. Ona dəyən 8000 manatın zərərin 1000 manatını Turac ödəyib, qalan 7000 manatı isə ödənilməyib. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid52 ifadəsində göstərmişdir ki, 1991-ci ilin yay aylarında İ Qarabağ döyüşlərində 2 il iştirak edərək heç bir xəsarəti və yarası olmamış, lakin Qarabağ müharibəsi iştirakçısı olmaqla aylıq 80 manat pensiya almışdır. O, 2017-ci ilin təxminən yanvar ayının ortalarında Sumqayıt şəhərində kiminsə hüzründə qohum-əqraba ilə söhbət zamanı Elbarın pensiya işləri ilə məşğul olduğunu eşitmiş və Qarabağ döyüşlərində iştirak etdiyi üçün ona da əlavə pensiya düşüb-düşməməsi barədə Elbardan soruşmuş, ünvan 14 ünvanında Elbar müharibə iştirakçısı olmağına dair vəsiqəni və hərbi biletin surətini ondan alaraq kiməsə göstərəcəyini deyib təxminən 1 həftə sonra ona bu sənədlərlə əlavə pensiya düşdüyünü və aylıq 400-500 manat pensiya alacağını bildirmişdir. Elşad və Şahid67 qardaşları ondan əvvəl pensiya işinin düzəlməsi və gələcəkdə pensiya almalarından ötrü Elbara müraciət etdiklərindən o, Elbardan bu işlərin necə və hansı yolla həll ediləcəyini soruşduqda Elbar ona pensiya məsələlərini həll edən bir tanışı olduğunu və həmin şəxs vasitəsilə 8000 manat pul müqabilində aylıq 500 manata yaxın pensiya olmaqla onu əlilliklə pensiyaya çıxarda biləcəyini demişdir. 2018-ci ilin fevral ayının əvvəllərində ünvan 15 ünvanında Elbarla görüşüb 8000 (səkkiz min) manat pulu təklikdə ona vermiş və Elbar 6-7 ay ərzində pensiya işinin həll ediləcəyini bildirmişdir. Lakin deyilən vaxtdan artıq müddət keçməsinə baxmayaraq pensiya işi düzəlməmişdir. Təxminən bir il sonra Elbar tanıdığı adamlarım işdən çıxarıldığını, pensiya işinin alınmadığını və həmin adamların sənədləri və pulları geri qaytarmadıqlarını bildirdikdə artıq aldandığını və ona qarşı dələduzluq edildiyini anlamışdır. O, Elbarın şəxsən kimisə pensiyaya çıxartmaq səlahiyyəti olmadığını və bu işi kiminsə vasitəsilə həll etdiyini əvvəlcədən başa düşmüşdür. Elbar ondan və başqa adamlardan da pensiya məsələsi ilə bağlı pul almış, Təqsirləndirilən şəxs4 onun pensiya məsələsini düzəltməkdə maddi marağı olmuşdur. Hazırda şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid21 ifadəsində göstərmişdir ki, 2014- 2015-ci illərdə əsəb xəstəliyindən əziyyət çəkdiyindən Bakı şəhərində adını xatırlamadığı özəl tibb müəssisəsində müalicədə olmuş, həmin xəstəliklə bağlı ayaqlarında kəskin ağrılar yaranmağa başlamışdır. Onun əslən Kəlbəcər rayonundan olmaqla Göygöl rayonu Üçtəpə kəndində yaşayan tanışı Şahid12 ilə yaxın münasibəti olmuş, xəstəliyi ilə bağlı xəstəxanaya əlilliyin təyin edilməsindən ötrü müraciət etməmişdir. Lakin Nəsimi ilə 2017-ci ilin yay aylarında qeyd olunan xəstəliklə bağlı söhbət edərkən Nəsimi ona bir nəfər tanışı olduğunu və həmin şəxsin onun pensiya işini düzəldə biləcəyini, bunun qarşılığında 3000 manat pul və şəxsiyyət vəsiqəsinin surətinin lazım olduğunu bildirmişdir. O, əlilliklə bağlı təqaüdə çıxmaqdan ötrü 2017-ci ilin iyun ayının əvvəllərində 3000 manat pulu və şəxsiyyət vəsiqəsinin surətini Gəncə şəhəri Nərimanov parkının qarşısında Şahid12 vermiş, Nəsimi həmin pul müqabilində 3 ay ərzində onu ya 3-cü ya da 2-ci dərəcəli əlilliklə bağlı pensiya təyin etdirməli olsa da, 3 ay vaxt keçməsinə baxmayaraq iş düzəlməmiş və Nəsimi onun pulunu dərhal geri qaytarmışdır. Nəsiminin pulu Təqsirləndirilən şəxs3 və ya Samirə Mirzəyevaya verməsindən xəbəri olmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid13 ifadəsində göstərmişdir ki, 2011-ci ildən taksi fəaliyyəti ilə məşğul olmaqla “London”, “8555”, “Profis MMC”-nin “Fayton taksi” və 189 taksi xidmətlərində taksi sürücüsü kimi fəaliyyət göstərməklə ailəsinin dolandırmışdır. Samirə Mirzəyevanı 2017-ci ilin sentyabr ayından tanıyır. Samirə ilə tanışlığa səbəb öz qızı ilə Samirənin qızı Zəhranın Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 187 nömrəli tam orta məktəbdə eyni sinifdə oxumaqları olmuşdur. O, fasilələrlə Samirə Mirzəyevaya ümumilikdə 1 il 6 ay müddətində taksi xidməti göstərmişdir. Samirə onun taksi kimi istifadə edərək haqqını vermiş, Samirəyə taksi kimi xidməti gün ərzində olmaqla bəzən günortaya qədər, bəzən səhərdən axşama qədər olmuşdur. Samirə Mirzəyeva ona Vəkil Bürosunda vəkil işlədiyini və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hüquqşünası olduğunu demişdir. Samirə telefonda danışarkən müxtəlif şəxslərə də özünü vəkil və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hüquqşünası kimi təqdim etmişdir. Bəzən nazir Sahil Babayevin qəbuluna düşdüyünü də demişdir. O, Samirə Mirzəyevaya 2-3 ay xidmət göstərdikdən sonra bilmişdir ki, Samirə ayrı-ayrı şəxslərin xəstəliklə bağlı təqaüdə çıxarılmasından ötrü Suraxanı rayonuna Tibb komissiyasında işləyən Pərviz adlı şəxsin yanına dəfələrlə gedib-gəlmişdir. Samirə Pərvizin iş yerinə getmiş, dəfələrlə Bilgəh qəsəbəsində Pərvizə məxsus “Walksvagen” markalı qara rəngli dövlət nömrə nişanını xatırlamadığı avtomaşında Pərvizlə söhbət etmişdir. Samirə telefonda danışarkən kiməsə ayrı-ayrı adamlara Pərviz həkim vasitəsilə pensiya təyin etdirdiyini demişdir. Bir dəfə Bilgəh qəsəbəsinə Pərviz həkimin yaşadığı evə Samirə və başqa 2 qadını aparmış, həmin vaxt qadınlar kimlərisə təqaüdə çıxartmaqdan ötrü vermiş olduqları pullarını istəmişlər. Samirənin əri Rasim bir böyük ağsaqqal kimi atası Yaşardan xahiş edərək Pərviz həkimlə danışmağı və onlara dəyən ziyanı ödəmək üçün qabağa düşməyini xahiş etmişdir. Onun atasının adı sənəddə Balarza olsa da camaat arasında Yaşar deyə müraciət edirlər. 2018-ci ilin yay aylarında Bilgəh qəsəbəsində yolun kənarında çayxanaların birində özü, atası, Rasim və Pərviz həkim oturub təxminən 1 saat söhbət etmişlər. Söhbətin şahidi olaraq Rasim Pərviz həkimə hansısa şəxslərin pensiya işləri alınmadığı üçün pullarını geri istəmiş və orada 100.000 (yüz min) manatlardan söhbət getmişdir. Pərviz həkim Samirədən pensiya işlərinə görə pul aldığını etiraf edərək 10.000 (on min) manat verə biləcəyini desə də Rasim həmin məbləğlə razılaşmamışdır. Pərviz həkim Rasimə Samirənin ona o qədər pul vermədiyini demiş və Rasimdən pensiyaya çıxmaq üçün müraciət edən şəxslərin siyahısını istəmişdir. Bu söhbətdən sonra Rasim ona bir vərəqdə bir cərgədən ibarət ancaq şəxslərin adları yazılmış siyahını Pərviz həkimə Maştağa yolunda Azpetrol YDM-in yanında əlbəəl verdikdə Pərviz həkim ondan şəxslərin soyadlarını soruşduqda onun məlumatı olmadığını bildirmiş və Rasimə zəng edib aydınlaşdıracağını demişdir. 2018-ci ilin payız aylarında Pərviz həkim Samirə Mirzəyevanın bacısı Zülfiyyə ilə Bilgəh qəsəbəsində yolun kənarında görüşmüş, Zülfiyyə onun maşınına minərkən əlində pulla dolu paket olmuşdur. Zülfiyyə Pərviz həkimin camaata qaytarmaqdan ötrü 10.000 (on min) min manat pul verdiyini demişdir. Samirə Mirzəyeva müxtəlif şəxslərlə Bakı şəhərində görüşməklə yanaşı, o cümlədən rayonlara da gedərək ayrı-ayrı şəxslərlə görüşmüşdür. O, Samirəni bir neçə dəfə də Şamaxı rayonuna aparmış, Samirə Şamaxı rayon xəstəxanasında Aygün adlı qadınla görüşmüşdür. Samirə Şamaxı şəhərində Hacı Əzizxan adlı şəxslə də görüşmüşdür. X101 qohumlarına Bakı şəhərindən sosial evlər təşkil etməli olduğunu onların arasında bu mövzuda telefonda söhbət olarkən eşitmişdir. O, X140 rayonunda sələmə pul verən şəxs kimi Samirə Mirzəyevanın ondan sələmə pul almasının şahidi olmamış və Samirə yolboyu bu barədə heç nə deməmişdir. X141 qohumlarına Bakı şəhərində sosial ev təşkil edəcəyindən danışmışdır. Süleyman həkimi Samirə vasitəsilə tanımışdır. İki dəfə Samirə ona paketdə 1300 və 1500 manat pul vermiş, o da pul olan paketləri Süleyman həkimə catdırmışdır. Bir dəfə də Süleyman ona 1000 manat pul vermişdir ki, Samirəyə çatdırsın. O öz atasına pensiya düzəldilməsi ilə bağlı Samirəyə 4000 manat pul vermiş, lakin pensiya iş alınmadığı üçün Samirə onun pulunu geri qaytarmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid26 ifadəsində göstərmişdir ki, 1989-cu il təvəllüdlü qızı Şəhla Əmrahova 4 ildir ki, ailəsindən boşanmış və himayəsində 2 azyaşlı övladı vardır. Şəhlanın səhhətində qıcolmaları tez-tez baş verdiyindən bu xəstəlikdən əziyyət çəkmiş, bununla bağlı xəstəxanalarda müalicədə olmuş, lakin pensiya işinin həlli üçün rəsmi qaydada harasa müraciət olunmamışdır. O, Natiqlə 2017-ci ilin yaz aylarının əvvəllərində söhbət edərkən qızının xəstəliyi olduğundan əlilliyə görə pensiyaya çıxmalı olduğunu dedikdə söhbət əsnasında Natiq ona demişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən bir nəfər qadın tanışı var və qızını 3700 manat pul müqabilində əlilliklə pensiyaya çıxarda bilər. O, bu barədə bir müddət düşünmüş, həmçinin bacısı oğlu X44 ilə aralarında söhbət edərkən Hikmətin də hansısa xəstəliyi olduğundan hər ikisinə görə pensiya düzəlməsi üçün Natiqə müraciət etmək qərarına gəlmişlər. Belə ki, Şəhla Əmrahovanın və bacısı oğlu X12 pensiya işini Şahid11 dediyi kimi Əmək Nazirliyində işləyən hansısa qadının vasitəsilə düzəltmək üçün 2017-ci ilin iyun ayının əvvəllərində hər biri üçün 3700 manat olmaqla ümumilikdə 7400 manat pulu və hər ikisinin şəxsiyyət vəsiqələrinin surətlərini Gəncə şəhərində yerləşən köhnə avtovağzalın yanında Nərimanov parkında əlbəəl Şahid11 vermişdir. Natiq 3-4 ay ərzində həmin şəxslərə 1-ci dərəcəli əlil kimi pensiya təyin etdirəcəyini demişdir. Lakin deyilən vaxt keçməsinə baxmayaraq pensiya işləri düzəlməmiş və Natiqdən pulunu geri tələb etmişdir. Natiq pulun verilməsini yubatdıqda onunla görüşüb pulu kimə verdiyini və bu işi kimin vasitəsilə düzəldəcəyini konkret olaraq maraqlandıqda Natiq ona 7400 manat pulu həmyerliləri Turac adlı şəxsə, Turacın da öz növbəsində pulu adını sonradan bildiyi guya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı olan Samirə Mirzəyeva adlı qadına verdiyini, həmin qadının bunları aldatdığını demişdir. Natiq hətta ona Bakı şəhərində Samirə Mirzəyeva ilə Turacı görüşdürdüyünü, görüş zamanı Samirənin ayrı-ayrı şəxslərə əlilliklə bağlı təqaüd təyin edilməsindən ötrü Turacdan pul aldığını etiraf etdiyini bildirmişdir. Natiq onun həmyerlisi olduğu üçün işini təmənnasız həll etməyə söz vermişdir. Natiqə bu işə görə əlavə pul verməmişdir. Natiq demişdir ki, pulu Turaca vermişdir, onun tanıdığı həkimi var, pensiya işini həmin həkim düzəldəcək. Hazırda onun pulu qaytarılmayıb, Natiq söz vermişdir ki, 5 ay müddətində pensiya işi düzələcək, lakin düzəlməmişdir. Sonradan bilmişdir ki, onu aldadıblar. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid11 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Samirə Mirzəyeva və Təqsirləndirilən şəxs3 tanıyır.Təqsirləndirilən şəxs3 onun kirvəsinin bacanağı oğlu olmaqla bir həmyerli kimi Turacı çoxdan tanımış və münasibətləri olmuşdur. O, Turacın pensiya işlərinin düzəlməsində tanışı olduğunu eşitmiş və bu barədə Gəncə şəhəri Nərimanov parkında Turacla görüşüb söhbət edərkən Turac ona tanışı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən Samirə adlı qadın vasitəsilə istənilən şəxsi əlilliyə çıxartmaq imkanı olduğunu bildirmişdir. O, 1-ci dərəcəli əlilliyə görə pensiya təyin olunmasına görə Gəncə şəhəri, Nərimanov parkında 2017-ci ilin may ayının sonlarında Turaca Kəlbəcər rayonu Bağırlı kənd sakini X19 görə 3700 manat pul, Kəlbəcər rayon Bağırlı kənd sakini Şahid18 görə 3700 manat pul, Tərtər rayonu Çardaxlı kənd sakini Şahid19 görə 3700 manat pul, Gəncə şəhərində yerləşən Zabitlər evinin qarşısında 2017-ci ilin iyun ayının 11-də Bərdə rayonu Qarağacı kəndində doğulmuş Ağdam rayonu Şurabad kənd sakini Şahid23 görə 3650 manat pul, Göygöl şəhər sakini Şahid24 görə 3700 manat pul, Kəlbəcər rayonu İlyaslar kənd sakini olmaqla Bakı şəhəri Suraxanı rayonunda yaşayan X53 görə 3700 manat pul, Kəlbəcər rayonu Bağırlı kənd sakini olmaqla məcburi olaraq Gəncə şəhəri Gülüstan qəsəbəsində məskunlaşmış X39 görə 3700 manat pul, Kəlbəcər rayonu Cəmilli kənd sakini olmaqla məcburi olaraq Göygöl şəhərində yaşayan X54 görə 3700 manat pul vermişdir. Həmin şəxslərə pensiya təyin olunmadığı üçün verdiyi pulları geri tələb etmişdir. Samirə Mirzəyevanı ilk dəfə Turacgilin yaşadığı Göygöl rayonu Yeni Qızılca kəndində görmüşdür. Sonradan isə Bakı şəhərində Samirə və əri Rasimlə görüşüb Turacın pulları Samirə və Rasimə verib-verməməsini dəqiqləşdirmişdir. O, 2018-ci ilin may ayında Bakı şəhəri, Nizami rayonu ərazisində metronun “Qara Qarayev” stansiyası yaxınlığında özü, baldızı oğlu Şahid12, Turac və onun atası Firudinlə birlikdə Rasim, Samirə və Samirənin sürücüsü Məmmədrza ilə görüşmüşdür. O, pulunu Samirə və Rasimdən tələb etdikdə sonuncu Turacın Samirəyə pul verdiyi şəxslərin siyahısını göstərib Şəhla Əmirovadan başqa qalan şəxslərin pullarını aldıqlarını və hər həftədə bir nəfərin pulunu qaytaracağını vəd etmişdir. Bu söhbətdən sonra 2 həftə ardıcıl olaraq 2 şəxsin pulu qaytarılmış, qalan şəxslərin pulları isə qaytarılmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun qardaşıdır və onunla Biləsuvar rayonu, Ağalıkənd kəndində yaşayır. 2017-ci ilin iyun ayının əvvəllərində Niyaməddin ona Bakı şəhərində olan Samirə adlı qadının 4000 manat müqabilində əlillik sənədi düzəltdiyini demişdir. Bundan sonra o, Niyaməddinin yaşadığı evdə Samirə ilə görüşərək öz şəxsiyyət vəsiqəsini və 4000 manat pulu Samirəyə vermişdir. Pulu verəndən sonra Samirə ona 75 gün sonra sənədlərinin hazır olacağını və narahat olmamasını demişdir. Bu söhbətdən 2 ay sonra Niyaməddin ona şəkli əks olunan bir sənəd gətirmiş və həmin sənədin əlillik sənədi olduğunu, əlavə plastik bank kartını Samirənin verəcəyini demişdir. Lakin 10-15 gün gözləsə də heç bir bank kartı gəlməmişdir. Bundan sonra Samirənin Niyaməddinə verdiyi sənədi həyat yoldaşı ilə birlikdə Biləsuvar rayonunda olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DSMF-yə təqdim etdikdə həmin sənədi yoxlatmış və həmin sənədin saxta olduğunu bilmişdir. O, bu barədə Niyaməddinə deyib pulunu ondan geri istəmiş, lakin Samirə Niyaməddinə sənədin saxta olmadığını və işi Bakı şəhərində düzəldəcəyinə söz vermişdir. Niyaməddin pensiya işlərini Samirə Mirzəyeva vasitəsilə düzəltmiş, çünki Niyaməddin rəsmi olaraq heç yerdə işləməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun qaynı oğludur. Niyaməddin hər hansı rəsmi dövlət işində işləməsə də Niyamədinin ayrı-ayrı şəxslərə əlilliklə bağlı pensiya sənədi düzəltməsini bildiyindən 2017-ci ilin aprel-may aylarında Niyamədindən ona əlilliklə pensiyaya çıxmağından ötrü köməklik göstərməyini xahiş etmişdir. Niyaməddin ona əlilliklə bağlı pensiya işlərini Bakı şəhərində yaşayan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçisi olan Samirə adlı qadın vasitəsi ilə düzəltdiyini və Samirənin bunun qarşılığında 4000 manat məbləğində pul istədiyini demişdir. 2017-ci ilin iyun ayının əvvəllərində Niyaməddin ona zəng edib Samirənin onlarda olduğunu demişdir. O, Niyaməddinin yaşadığı Biləsuvar rayonu Ağalıkənd kəndindəki evinə getmiş, Niyaməddinin evində 4000 manat pulu və sənədi Niyaməddinə vermişdir. Niyaməddin də həmin pulu Samirəyə vermişdir. Samirə əlillik sənədinin təxminən 2 aya hazır olacağını deyib onu arxayın salmış, lakin deyilən vaxtdan çox vaxt keçməsinə baxmayaraq onun işi həll edilməmiş və aldanıldığını başa düşərək Biləsuvar rayon polis şöbəsinə müraciət edib ərizə yazmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 əmisi oğlunun qaynı olmaqla bir həmyerli kimi Turacı çoxdan tanıyır və uzaq da olsa qohumluq münasibətləri vardır. O, təsadüfən yaşadığı kənddə Turacın pensiya işlərinin düzəlməsində tanışı olduğunu eşitdiyindən bu barədə kənddə görüşüb söhbət edərkən Turac ona tanışı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən Samirə adlı qadın vasitəsilə istənilən şəxsi əlilliyə çıxartmaq imkanı olduğunu bildirmişdir. O, 2017-ci ilin iyun ayının 9-da Gəncə şəhərində yerləşən Nərimanov parkının qarşısında Kəlbəcər rayonu Dəmirçidam kəndində qeydiyyatda olmaqla yaşamış X84 (1-ci dərəcəli əlillik) görə 3700 manat pul, Kəlbəcər rayonu Keştək kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri Gülüstan qəsəbəsində yaşayan Şahid20 (2-ci dərəcəli əlillik) görə 3000 manat pul, Kəlbəcər rayonu Keştək kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri Gülüstan qəsəbəsində yaşayan Şahid21 (2-ci dərəcəli əlillik) görə 3000 manat pul, Kəlbəcər rayonu Lev kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri Avtozavod qəsəbəsində yaşayan Şahid22 (1-ci dərəcəli əlillik) görə 3700 manat pul, 2017-ci ilin sentyabr ayının əvvəllərində 1-ci dərəcəli əlilliklə bağlı pensiya təyin olunmasına görəBakı şəhərində Kəlbəcər rayonu Armudlu kəndində qeydiyyatda olmaqla Göygöl rayonu Mollacəlilli kəndində yaşayan Şahid33, Kəlbəcər rayonu Zallar kəndində qeydiyyatda olmaqla Göygöl rayonu Murovdağ qəsəbəsində yaşayan X71 və Samux rayonu Qırmızı Samux qəsəbəsində yaşayan X72 görə hər birindən 3700 manat pul olmaqla ümumilikdə 14800 manat pulu Turaca vermiş, Turac isə həmin pulu Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən metronun “Koroğlu” stansiyası qarşısında Samirə Mirzəyevaya vermişdir. O, Samirə Mirzəyevanı ilk dəfə Turacgilin yaşadığı Göygöl rayonu Yeni Qızılca kəndində görmüş, sonradan isə Bakı şəhərində Samirə və əri Rasimlə görüşüb Turacın pulları Samirə və Rasimə verib-verməməsini dəqiqləşdirmişdir. O, 2018-ci ilin may ayında Bakı şəhəri, Nizami rayonu ərazisində metronun “Qara Qarayev” stansiyası yaxınlığında özü, qohumu Natiq, Turac və onun atası Firudinlə birlikdə Rasim, Samirə və Samirənin sürücüsü Məmmədrza ilə görüşmüş, pulunu Samirədən tələb etdikdə sonuncu hər həftədə bir nəfərin pulunu qaytaracağını vəd etsə də, ona heç bir məbləğdə nə Turac, nə də Samirə tərəfindən pul qaytarılmamışdır. Sonradan Turac ona 14.800 manat pulu qaytarmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid27 ifadəsində göstərmişdir ki, Şahid11 kirvəsinin dayısı oğlu olmaqla yaxın münasibətləri vardır. O, Natiqlə 2017-ci ilin aprel-may aylarında söhbət edərkən arvadının onurğa sütunu fəqərəsində xəstəliyi olduğundan əlilliyə görə pensiyaya çıxmalı olduğunu dedikdə söhbət əsnasında Natiq ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən tanışı olduğunu və arvadını əlil kimi 3700 manat pul müqabilində pensiyaya çıxardılmasında köməklik edə biləcəyini demişdir. X102 pensiya işinin həlli üçün 2017-ci ilin iyun ayının 11-də 3700 manat pulu və Aygün Xıdırovanın şəxsiyyət vəsiqəsinin əslini yaşadığı evin qarşısında Şahid11 vermiş, Natiq 3 ay ərzində Aygünə 1-ci dərəcəli əlil kimi pensiya təyin ediləcəyini desə də, 3 ay vaxt keçməsinə baxmayaraq pensiya işi düzəlməmiş və Natiqdən pulunu tələb etdikdə Natiq pulu əslən Kəlbəcərdən olmaqla Göygöl rayonu Yeni Qızılca kəndində yaşayan Təqsirləndirilən şəxs3, Turacın da öz növbəsində Bakıda özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı kimi təqdim edən Samirə Mirzəyeva adlı qadına verdiyini bildirmişdir. O, Samirə adlı şəxsi görməmiş, tanımamış və əlaqəsi olmamışdır. Lakin sonradan Natiq ona demişdir ki, Bakı şəhərində Samirə Mirzəyeva ilə Turacı görüşdürmüş və görüş zamanı Samirə Turacdan pul aldığını etiraf etmişdir. Natiq onun qohumu olduğu üçün işini təmənnasız həll edəcəyinə söz vermiş və bu işə görə ona pul verməmişdir. Sonradan Natiq onun pulunu vermişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid55 ifadəsində göstərmişdir ki, 1-ci Qarabağ döyüşlərində iştirak etmiş və Qarabağ müharibəsi iştirakçısı kimi aylıq 80 manat pensiya almışdır. O, Elbarı uşaqlıqdan tanıyır və Elbar onun uzaq qohumudur. 2017-ci ilin təxminən oktyabr ayında Elbarla söhbət zamanı Elbar pensiya məsələlərini həll edən bir tanışı vasitəsilə 7500 manat pul müqabilində Qarabağ döyüşlərində iştirak etdiyinə görə verilməyən əmək haqqı əvəzinə 23000 manat və birdəfəlik kompensasiya kimi pul verilə biləcəyini, həmçinin ona əlillik pensiyası düzəldərək hər ay 330 manat pul alacağını bildirdikdə Elbarın bu təklifi ilə razılaşıb 12 oktyabr 2017-ci il tarixdə Sumqayıt şəhəri 26-cı məhəllədə yaşadığı evin yanında Elbarla görüşüb 7500 manat pul və şəxsi sənədlərinin əsillərini vermiş, sonradan Elbar həmin sənədlərin əsillərini ona qaytarmışdır. Elbar sənədləşmə işlərinin təxminən 4 ay çəkəcəyini və həmin müddət ərzində pensiya işinin həll olunacağına söz vermişdir. O, deyilən vaxtı gözləmiş, lakin həmin müddətdən də artıq zaman keçməsinə baxmayaraq onun pensiya işi düzəlməmiş və aldanıldığını başa düşərək Elbardan pulunu geri istəmişdir. 2018-ci ilin sonlarına qədər Elbar hər dəfə vaxt alsa da sonda pensiya işinin alınmadığını və pul verdiyi adamın pulu qaytarmadığını dedikdə Elbara pul verdiyi adamı onunla tanış etməsini xahiş etmiş, Elbar isə həmin iş düzəldən adamı onunla tanış etməmiş və onun pulunu tanımadığı bir qadına verdiyini bildirmişdir. Elbar ondan başqa adamlardan da pensiya işinə görə pul almış və həmin şəxslərin də pensiya işləri həll olunmamışdır. Onun oğlu İİ Qarabağ döyüşlərində şəhid olandan sonra Elbar onun pulunu gətirib tam olaraq qaytarmışdır. O, Elbarın pensiya işlərində araçılıq etdiyini və kimisə pensiyaya çıxartmaq imkanı və səlahiyyəti olmadığını bilərək Elbarın bu işi həmin qadınla birlikdə maddi maraq qarşılığında etdiyini başa düşmüş, lakin həmin qadını görməmiş və tanımamışdır. Təqsirləndirilən şəxs4 7500 manat pul vermiş, sonuncu da həmin pulu ona qaytarmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid53 ifadəsində göstərmişdir ki, 1-ci Qarabağ döyüşlərində iştirak etmiş və Qarabağ müharibəsi veteranı olsa da bununla bağlı heç bir sənədi tapılmadığı üçün hal-hazırda sənəd üzrə müharibə iştirakçısı hesab edilməmişdir. O, 2010-cu ildə bel yırtığından əməliyyat olunmuş və evdə xəstəlik sənədləri yığılıb qalmışdır. 2017-ci ilin təxminən fevral ayının ortalarında Sumqayıt şəhəri kolxoz bazarı ətrafında Elbarla söhbət zamanı Elbarın pensiya işləri ilə məşğul olduğunu bilmiş və özü üçün əlillik dərəcəsi almaqdan ötrü Elbara müraciət etmişdir. Elşadla Elxan ondan əvvəl pensiya işinin düzəlməsi və gələcəkdə pensiya almasından ötrü Elbara müraciət etdiklərindən onların hər birinin təxminən 7000-8000 manat aralığında pul verdiklərini özləri və Elbar ona ayrılıqda demişdir. O, Elbardan bu işlərin necə və hansı yolla həll ediləcəyini soruşduqda Elbar ona Əmək nazirliyində işləyən pensiya məsələlərini həll edən bir tanışı olmaqla həmin şəxs vasitəsilə 5000 manat pul müqabilində ona aylıq 256 manat pensiya təyin edilərək 2-ci qrup əlilliyə çıxartmaqda köməklik edəcəyinə söz vermişdir. Təxminən 2 həftə sonra Sumqayıt şəhəri kolxoz bazarının qarşısında Elbarla görüşüb ona xəstəlik sənədlərini, şəxsiyət vəsiqəsi, hərbi biletin surətini və 5000 (beş min) manat pulu vermişdir. Elbarın deməsinə görə 6 aydan 1 ilə qədər müddət ərzində pensiya işi həll olunmalı idi. Lakin həmin müddətdən də artıq zaman keçməsinə baxmayaraq pensiya işi düzəlməmiş və bununla da aldanıldığını başa düşmüşdür. O, Elbarın şəxsən kimisə pensiyaya çıxartmaq səlahiyyəti olmadığını və bu işi kiminsə vasitəsilə həll etdiyini bilə-bilə Elbara 5000 manat pulu vermişdir. Elbar pensiya işləri ilə məşğul olduğundan başqa adamlardan da pensiya məsələsi ilə bağlı pul almışdır. O, Elbardan pulunu tələb etdikdə Elbar ona tanıdığı adamların işdən çıxarıldığını və həmin adamların sənədləri və pulları qaytarmadıqlarını bildirməklə dediyinə görə onun pensiya işinin pulunu hansısa qadına verməklə bu işləri görmüş, hətta Elbar tanımadığı bir qadınla onu telefonda danışdırmış və tanımadığı həmin qadın yalvar-yaxar edərək pullarını qaytaracağına söz vermiş, ancaq telefonda danışdığı qadını görməmiş və tanımamışdır. Təqsirləndirilən şəxs4 onun pensiya məsələsini düzəltməkdə maddi marağı olmuşdur. Elbar bu günə kimi ona 2019-cu ilin avqust ayında 1500 (bir min beş yüz) manat pul qaytarmış, 3500 manatını isə qaytarmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid51 ifadəsində göstərmişdir ki, 1-ci Qarabağ döyüşlərində iştirak etmiş və Qarabağ müharibəsi veteranı olmaqla aşağı məbləğdə pensiya almışdır. 2017-ci ilin təxminən dekabr ayında tanışı Elbarla söhbət zamanı Elbar onun ağciyərində xəstəliyinin olmasına baxmayaraq bununla bağlı pensiya almadığını bilmiş və ona pensiya məsələlərini həll edən bir tanışı vasitəsilə pul müqabilində ona əlillik pensiyası düzəldə biləcəyini və nəticədə ayda təxminən 500 manat civarında pensiya ala biləcəyini demişdir. O, Elbara bu barədə dəqiq məlumatı olmadığını, düzəldə bilərsə maraqlanıb həll etməyini və həmin pensiyanı ona hansı məbləğin müqabilində düzəldə biləcəyini öyrənməyi xahiş etmişdir. Bir müddət sonra Elbar yenidən onunla görüşüb pensiya düzəldən şəxslə danışıb maraqlanaraq 5000 manat müqabilində ona pensiya düzəldə bilməklə hər ay 500 manat pul alacağına əmin etmişdir. O, Elbarın bu təklifi ilə razılaşıb həmin məbləği düzəltmiş və 14 dekabr 2017-ci il tarixdə Nobel prospektində Elbarın evinin yaxınlığında Elbara 5000 manat pul, hərbi bilet, veteranlıq vəsiqəsi və digər şəxsi sənədlərin əsillərini vermiş, sonradan Elbar həmin sənədlərin əsillərini ona qaytarıb sənədləşmə işlərinin 5-6 ay çəkəcəyini və nəticədə həmin müddətə pensiya işinin düzələcəyinə onu inandırmış, lakin həmin müddətdən də artıq vaxt keçməsinə baxmayaraq onun pensiya məsələsi düzəlməmiş, 2018-ci ilin sonlarında Elbar ona pensiya işinin alınmadığını və pul verdiyi adamın pulu qaytaracağını desə də qaytarmamışdır. O, Elbara pul verdiyi adamı onunla tanış etməyini desə də heç bir halda Elbar həmin adamı onunla tanış etməmiş və pulunu qaytaracağına söz vermişdir. Elbar onun pensiya işinin düzəlməsi üçün pulunu bir qadına verdiyini və həmin qadından pulu ala bilmədiyini demişdir. Elbar ondan başqa da adamlardan pensiya məsələsi ilə bağlı pul almış, Elbarın pul verdiyini dediyi həmin qadınla heç vaxt görüşməmiş və onun pensiya məsələsini Elbarın hansı qaydada düzəldəcəyini bilməmişdir. Hazırda Elbar ondan aldığı 5000 manat pulu ona geri qaytarmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid56 ifadəsində göstərmişdir ki, 1-ci Qarabağ döyüşlərində iştirak etmiş və Qarabağ müharibəsi iştirakçısı kimi aylıq 80 manat pensiya almışdır. 2017-ci ilin təxminən dekabr ayında tanışı Elbarla söhbət zamanı Elbar onun veteran olmağına baxmayaraq az məbləğdə pensiya aldığını bilmiş və pensiya məsələlərini həll edən bir tanışı vasitəsilə pul müqabilində ona əlavə Qarabağ əlilliyi pensiyası düzəldə biləciyini dedikdə bu barədə Elbardan maraqlanmasını xahiş etmiş, Elbar maraqlanıb 6000 manat pul müqabilində ona əlillik pensiyası düzəldərək hər ay 450-470 manat civarında pensiya alacağını bildirdikdə Elbarın bu təklifi ilə razılaşıb bir neçə gün sonra 2017-ci ilin dekabr ayının sonlarında Saray qəsəbəsində yaşadığı evin yaxınlığında 1001 xırdavat mağazasının qarşısında Elbarla görüşüb ona 6000 manat pul və şəxsi sənədlərinin əsillərini vermiş, sonradan həmin sənədlərin əsilləri ona qaytarılmışdır. Elbar sənədləşmə işlərinin təxminən 5 ay çəkəcəyini və həmin müddət ərzində pensiya işinin həll olunacağına söz vermişdir. O, deyilən vaxtı gözləmiş, lakin həmin müddətdən də artıq zaman keçməsinə baxmayaraq onun pensiya işi düzəlməmiş və aldanıldığını başa düşərək Elbardan pulunu geri istəmişdir. 2018-ci ilin mart ayı ərəfəsində Elbar 09 fevral 2018-ci il tarixli, 510 nömrəli Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarının surətini ona verib, sənədinin hazır olduğunu və DSMF-nin Qubadlı şöbəsində yoxlatdırmağını dedikdə, o, həmin sənədə baxıb, sonra Elbardan hərbi həkim komissiyasından keçmədiyi halda, bunun necə düz ola bildiyini soruşduqda Elbar bütün işləri qaydasına qoyduğunu və narahat olmamağını demişdir. O, deyilən vaxtı gözləmiş, lakin həmin müddətdən də artıq zaman keçməsinə baxmayaraq onun pensiya işi düzəlməmişdir. O, aldanıldığını başa düşərək, Elbardan pulunu geri istəmişdir. 2018-ci ilin sonlarına qədər Elbar ondan hər dəfə vaxt alsa da sonda pensiya işinin alınmadığını və pul verdiyi adamın pulu qaytarmadığını dedikdə, Elbara pul verdiyi adamı onunla tanış etməsini xahiş etmişdir. Elbar da onu yaşadığı evin yaxınlığında Ruhəngiz adlı qadının evinə apararaq, onu həmin qadından pulunu tələb etməyi demişdir. Həmin vaxt məlum olmuşdur ki, həmin qadın da onun pensiya işinə görə pulu başqa bir qadına vermişdir. O, həmin Rühəngizdən üzrxahlıq edib, oranı tərk etmişdir. Sonra o, Elbara demişdir ki, «pulumu sənə vermişəm, səndən də tələb edirəm». Bundan sonra Elbar onun pulunu qaytarmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid54 ifadəsində göstərmişdir ki, 25 ildir yüksək təzyiqdən əziyyət çəkməklə son dövrlərdə xəstəliyi yaranmış və bu xəstəliklərlə əlaqədar qeydiyyatda olduğu Bakı şəhəri 7 nömrəli poliklinikada ona pensiya düşüb-düşmədiyini həkimlərə müraciət edib maraqlandıqda ona pensiya düşmədiyini bildirmişlər. Bundan bir qədər sonra onunla Yevlax şəhərində 10 il bir sinifdə oxumuş Şahid52 ilə aralarında xəstəlik və pensiya ilə əlaqədar söhbət zamanı Bahadur ona həmyerlisi olan Elbar adlı şəxsin pensiya işləri ilə məşğul olduğunu və özünün pensiya işinə görə Elbara 8000 manat pul verdiyini demişdir. 2018-ci ilin fevral ayının ortalarında Bahadur Elbarın əlaqə nömrəsini ona verərək onunla Bakı Metropoliteninin “Elmlər Akademiyası” stasnsiyası yaxınlığında görüşüb pensiya işini hansı qaydada həll edəcəyini Elbardan soruşduqda Elbar ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən hansısa adını bilmədiyi hüquqşünas qadın tanışının vasitəsilə həll etdiyini bildirmişdir. Elbarın deməsinə görə onun iş stajı çox olduğuna görə aylıq 500 manat pensiya kəsiləcəyini və bu işi 10000 (on min) manata uzağı 6 ay ərzində həll edəcəyinə söz vermişdir. O, hətta Elbardan Bahadurdan nə üçün 8000 manat, ondan isə 10000 manat istədiyini soruşduqda X113 döyüşlərində iştirak etdiyi üçün pensiyalarının fərqli yollarla həll olduğundan məbləğdə də fərq yaranmasını izah etmiş, Elbarın bu təklifinə etiraz etməmiş və təxminən 2018-ci ilin fevral ayının sonlarında Bakı şəhəri Yasamal rayonu Bakı Metropoliteninin “Elmlər Akademiyası” stansiyası qarşısında Təqsirləndirilən şəxs4lə görüşüb 10000 (on min) manat pulu, şəxsiyyət vəsiqəsi və hərbi biletinin surətini ona vermişdir. Elbarın deməsinə görə 6 ay ərzində pensiya məsələsi həll olunmalı olduğundan deyilən vaxtı gözləmiş, lakin həmin müddətdən də artıq zaman keçməsinə baxmayaraq onun pensiya işi düzəlməmişdir. Təxminən bir neçə ay sonra Nazirlikdə vəzifə dəyişikliyi olduğundan Elbar işlərin daha da uzanacağını bildirmiş və daha çox vaxt keçərək artıq aldandığını başa düşmüş və buna görə də Elbardan pulunu tələb etdikdə Elbar pulları verdiyi qadından ala bilmədiyini və səbrli olmağı desə də bugünə kimi ona heç bir məbləğdə pul qaytarmamışdır. Sonradan eşitmişdir ki, Elbar təkcə ondan və Bahadurdan deyil, Sumqayıt və Bakı şəhərində yaşayan Qubadlı sakinlərini pensiyaya çıxartmaq adı ilə onların pullarını almış, lakin heç bir müsbət nəticə olmamışdır. O, Elbarın pensiya işlərində araçılıq etdiyini və kimisə pensiyaya çıxartmaq imkanı və səlahiyyəti olmadığını bilərək Elbarın bu işi həmin vəzifəli hüquqşünas qadınla birlikdə maddi maraq qarşılığında etdiyini başa düşmüş, lakin həmin qadını görməmiş və tanımamışdır. Hazırda Elbar ondan aldığı 10.000 manat pulu ona geri qaytarmayıb, həmin pulu ondan tələb edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid68 ifadəsində göstərmişdir ki, 1-ci Qarabağ döyüşlərində iştirak etsə də veteranlıqla bağlı pensiya almamış, 1998-ci ildə bel nahiyəsindən cərrahiyyə əməliyyatı keçirmiş və 2-ci qrup əlillik pensiyası alır. O, həmyerlisi Elbarı uşaqlıqdan tanıyır və 2017-ci ilin təxminən oktyabr ayında Elbarla söhbət zamanı Elbar onun veteran olmağına baxmayaraq, veteranlıqla bağlı pensiya almadığını, yalnız 2-ci qrup əlilliyə görə pensiya aldığını bilib pensiya məsələlərini həll edən bir tanışı olduğunu və pul müqabilində ona veteranlıq pensiyası düzəltməklə ayda 350 manat, həmçinin əlavə 150 manat prezident təqaüdü olmaqla 2-ci qrup əlillik pensiyası ləğv edilib aylıq 500 manat pensiya almaqda ona köməklik edə biləcəyini demişdir. O, Elbara həmin pensiyanı hansı məbləğ müqabilində düzəldə biləcəyini soruşduqda bir müddət sonra Elbar pensiya düzəldən şəxslə danışıb 6000 manat müqabilində ona veteranlıq pensiyası düzəldə biləcəyini dedikdə bir neçə gün ərzində həmin pulu qohum və tanışlarından bir hissəsini manat və bir hissəsini ABŞ dolları ilə düzəldib 2017-ci ilin oktyabr ayının sonlarında öz evində Elbarla görüşmüş, pulu, hərbi bilet və digər şəxsi sənədlərini Elbara vermiş, Elbar pulun dollar hissəsini manata çevirib cəmi 5890 manat olmaqla həmin məbləğə razılaşmışdır. Elbar sənədləşmə işlərinin 5-6 ay çəkəcəyini və həmin müddət ərzində ona pensiya düzələcəyinə söz vermişdir. Lakin həmin müddətdən də bir neçə ay keçməsinə baxmayaraq, onun pensiya işi düzəlməmişdir. Təxminən bir il sonra Elbar pensiya işinin alınmadığını və pul verdiyi şəxsin pulu qaytaracağına söz versə də pulun qaytarılması yubandığından Elbarın pul verdiyi adamı onunla tanış etməyini bildirmişdir. Lakin Elbar pul verdiyi həmin adamı onunla tanış etməmişdir. Sonradan Elbar onun pensiya işinin düzəldilməsi üçün pulunu tanımadığı qadına verdiyini və həmin qadından pulu ala bilmədiyini demişdir. Sonra Elbarın ondan başqa da adamlardan pul aldığı məlum olmuşdur. Elbar ona vurulmuş 5890 manat ziyanı tam şəkildə ona geri qaytarmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid69 ifadəsində göstərmişdir ki, o, uşaqlıqdan rəssamlıqla məşğul olmaqla ailəsinin dolanışığını təmin edir. O, 2005-ci ildə üz sinirinin parezi xəstəliyi keçirtsə də buna görə müalicə alaraq sağalmış, hər hansı ciddi xəstəliyi yoxdur və xəstəliyi olmadığına görə qeydiyyatda olduğu poliklinikaya pensiya ilə bağlı rəsmi olaraq müraciət də etməmişdir. O, 2017ci ilin yay aylarında qardaşıgildə həyətdə domino oynayarkən Elbar və başqa şəxslər də orada olmuş və ümumi söhbət zamanı Elbar ona pensiya işləri ilə məşğul olduğunu və xəstəliyin olubolmamasından asılı olmayaraq, istənilən şəxsə 8000 manat pul müqabilində pensiya düzəldə bildiyini demişdir. O, Elbarla bu barədə danışdıqda Elbar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində hüquqşünas işləyən hansısa qadın vasitəsilə ona pensiya işində köməklik edə biləcəyini və 8000 manat pul qarşılığında adını hansısa zəhərli zavodların birinə yazdırıb guya hansısa xəstəliklə pensiyaya çıxardıb aylıq 400 manata qədər pensiya alacağına söz vermişdir. O, Elbarın bu təklifi ilə razılaşaraq 2017-ci ilin noyabr ayının sonlarında Elbarla əlaqə saxlayıb Bakı şəhəri Səbail rayonu Bakı Metropoliteninin “İçərişəhər” stnasiyası qarşısında görüşərək 8000 (səkkiz min) manat pulu və şəxsiyyət vəsiqəsinin surətini Təqsirləndirilən şəxs4 vermiş və Elbar 1 il ərzində pensiya işinin həll olunacağını və həmin müddət ərzində müəyyən sənədlərin toplanacağını bildirdikdə etiraz etməyib razılaşmış, lakin həmin müddətdən də artıq müddət keçməsinə baxmayaraq, onun pensiya işi düzəlməmişdir. Təxminən bir neçə ay sonra Nazirlikdə vəzifə dəyişikliyi olduğundan Elbar işlərin daha da uzanacağını dediyindən deyilən vaxtdan da çox vaxt keçmiş, artıq aldandığını başa düşmüş və Elbardan pulunu tələb etdikdə Elbar ondan başqa da digər şəxslər üçün pensiyaya görə pulları verdiyi qadından ala bilmədiyini və işlərinin həll olunmadığını deyib səbrli olmağı bildirmişdir. Elbar bu günə ona heç bir məbləğdə pul qaytarmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid67 ifadəsində göstərmişdir ki, o və əkiz qardaşı Şahid49 əslən Qubadlı rayonundan olan Təqsirləndirilən şəxs4lə bir sinifdə oxumuşlar. Elbar onun qardaşı X81 rayon polis şöbəsində işləmişdir. O, 1-ci Qarabağ müharibəsi döyüşlərində iştirak etmiş və buna görə aylıq 80 manat pensiya almışdır. 2017-ci ilin payız aylarının sonunda Elbar ona adını xatırlamadığı qadın tanışı olduğunu və ona əlillik pensiyası düzəltməkdə köməklik edəcəyini bildirsə də Elbarın bunu hansı üsul və qaydada həll edəcəyini bilməmiş, lakin Elbar ona 7500 manat pul müqabilində İİ qrup əlil kimi pensiya təyin etdirməklə ən azı 350 manat pensiya alacağına söz vermişdir. O, Qarabağ müharibəsinin iştirakçısı kimi ayda 80 manat pul almaqla həmin məbləğ ailəsinin dolanışığına çatmamış və ona görə də Elbarın dediyi təkliflə razılaşmışdır. 2017-ci ilin noyabr ayında 7500 (yeddi min beş yüz) manat pulu və şəxsiyyət vəsiqəsinin əslini Elbara Sumqayıt şəhərində kolxoz bazarının qarşısında vermişdir. Elbar ona 3 ay ərzində pensiyasının düzələcəyini bildirmişdir. Lakin deyilən vaxtdan xeyli keçməsinə baxmayaraq, işin həll olunmadığını görərək Elbardan sənədini və pulunu tələb etmiş, Elbar isə hər dəfəsində ona səbrli olmağı demişdir. Elbar tək onun deyil, eləcə də qardaşı və bir neçə tanışlarının pensiya işlərinin həll edilməsindən ötrü tanımadığı qadına pul verdiyini desə də həmin qadını görməmiş, tanımamış, həmçinin Elbarın həmin qadına pul verib-vermədiyini bilməmişdir. O, Elbarın kimisə pensiyaya çıxartmaq səlahiyyəti və imkanı olmadığını bilərək pensiya işlərinə görə vermiş olduqları pulları Elbar kiməsə verməklə həll etməli imiş. Hazırda Elbar ona vurulmuş 7500 manat ziyandan 6000 manat pulunu hissə-hissə qaytarmışdır. Qalan 1500 manat pulu isə qaytarmamışdır, həmin pulu Elbardan tələb edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid43 ifadəsində göstərmişdir ki, Şahid41 onun həm bibisi qızı, həm də həyat yoldaşının əmisi qızıdır. O, 2017-ci ilin noyabr ayının ortalarında baldızı Səliqə ilə birlikdə uşağını Bakıya xəstəxanaya gətirmiş və həmin günü Şəfəqin yaşadığı evdə olarkən söhbət zamanı Şəfəq ona tanışı Ruhəngizin Samirə adlı tanışının pul müqabilində əlillik pensiyası düzəltdiyini bildirmişdir. Onun özündə sinir xəstəliyi olduğu üçün bu barədə düşünüb razılığını bildirmişdir. 2017-ci il noyabr ayının 10-da Samirə Şəfəqin evinə getmiş, pensiya düzəlməsi məsələsini Şəfəq həmçinin baldızı Səliqəyə, Şəfəqin bacısı Şəhla və qaynının həyat yoldaşı Təhminəyə dediyindən onlar da pensiya düzəltdirmək istədiklərindən Şəfəqin evində olmuşlar. Şəfəqin evində Samirə onlarla söhbət edib bəzi suallar vermiş və sonda aylıq 150 manat pensiya təyin edilməsi üçün 4500 manat pul müqabilində ona 1-ci qrup əlillik pensiyasını 6 ay ərzində həll edəcəyini və 6-cı ayda 3 ayın pensiya məbləğini bir dəfəyə, sonra isə aybaay pensiyasını alacağını bildirmişdir. 05 yanvar 2018ci il tarixdə yenidən Bakıya qayıdıb Şəfəqin evinə gəlmiş və Şəfəqə 4500 manat pul vermişdir. Lakin bir neçə neçə ay keçməsinə baxmayaraq onun pensiya işi həll olunmasa da Səliqə Nağıyevanın pensiya işi düzələrək Səliqə cəmi bir ay pensiya aldıqdan sonra pensiya verilməsi dayandırılmışdır. O, Şəfəqdən 4500 manat pulunu geri qaytarmasını istəmiş, Şəfəq isə onun və digərlərinin pulunun Samirəyə verildiyini və Samirənin aldığı pulları qaytarmadığını göstərmişdir. Hazırda isə Şəfəq onun 4500 manat pulumu qaytardığı üçün , heç bir hikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid5 ifadəsində göstərmişdir ki, 7 ildir ki, şəkər xəstəliyindən əziyyət çəkir və bununla bağlı 2017-ci ilin fevral-mart aylarında Bakı şəhərində Ak.Mirqasımov adına Respublika Klinik xəstəxanasında stasionar müalicələrdə olmuş, bu xəstəlikdən sonra ona əlilliklə bağlı pensiya təyin edilə biləcəyini düşünərək, 2017-ci ilin yay aylarında Biləsuvar rayon sakini Şahid6 vasitəsilə Təqsirləndirilən şəxs1 müraciət etmiş, Niyaməddin isə Samirə adlı qadınla telefon əlaqəsi saxlamış, Samirə Niyaməddinə bu işin qarşılığında, yəni onun İ qrup əlilliyə çıxarılmağından ötrü 5000 (beş min) manat pul və şəxsiyyət vəsiqəsinin əslini vermək lazım olduğunu bildirmişdir. O, 4000 (dörd min) manat pulu 2017-ci ilin avqust ayının 20-dən sonrakı tarixdə şəxsən Şahid6 Biləsuvar rayonu mərkəzi məscidin həyətində vermişdir. Sonradan Şahid6 ona adına tərtib edilmiş 1 ədəd əlillik sənədinin kserosurətini vermiş, təxminən 1 ay sonra ona imtina mesajı gəlmişdir. Bundan sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 və Şahid6 Samirə adlı qadının vasitəsi ilə düzəltdiyi sənədlər saxtadır. O, Şahid6 və Təqsirləndirilən şəxs1 pulunu tələb etmiş, lakin onlar onun pulunu qaytarmamışlar. Onlardan pulunu tələb edən zaman onların hər ikisi bildirmişlər ki, pulu Bakı şəhərində Samirə adlı qadına vermişlər. Niyaməddin ona Samirənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı olduğunu, lakin konkret olaraq hansı vəzifədə işlədiyini deməmişdir. O və iki qohumu üçün də pensiya düzəldilməsi üçün Şahid6 10.000 manat pul vermişdir. 10.000 manat pulu Şahid6 Niyaməddinin yanında vermiş, o da cibinə qoymuşdur. Həmin puldan ona 1000 manat pul qaytarılmış, lakin qalan pulu qaytarılmayıb. Məhkəmədə Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində məhkəmədə ifadə vermiş Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid61 ifadəsində göstərmişdir ki, 2-ci qrup gözdən əlildir. Qardaşı Şahid60 Şamaxı rayonunda sonradan ad və soyadının Samirə Mirzəyeva olmasını bildiyi qadınla tanış olmuş, həmin qadın özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması şöbəsinin rəisi kimi təqdim edib, dövlət proqramına uyğun olaraq Bakı şəhəri Yasamal və Səbail rayonları ərazisində əlillərə nazirlik tərəfindən tikiləcək güzəştli sosial mənzil verilməsini təmin etdirə biləcəyini və bunun qarşılığında pul vermək lazım olduğunu bildirmişdir. Şamaxı rayonunda görüşləri zamanı Samirə Mirzəyeva əlil olduğundan ona dövlət tərəfindən ev verilməsi üçün 20.000 manat pul istəmiş və həmin pulu nazirlikdə işləyən vəzifəli şəxsə verəcəyini demişdir. O, buna razılıq verdikdən sonra həmin pulu Samirə xanıma çatdırılmasından ötrü Şamaxı rayonunda qardaşı Şahid60 vermişdir. Bakı şəhəri, Yasamal rayonu ərazisində əlillər üçün tikiləcək güzəştli 3 otaqlı mənzillə təmin edilməsinə görə qardaşı Şahid60 da 20.000 manat məbləğdə pul vəsaitini 2019-cu ilin noyabr ayının sonlarında Şamaxı şəhəri Mərkəzi Xəstəxananın qarşısında Samirə Mirzəyevaya vermişdir. Samirə mənzillərin əlillərə yeni il ərəfəsində veriləcəyini, lakin sosial mənzillərin təmiri ilə əlaqədar tamamlama işlərinin uzandığını və Novruz bayramına qədər reallaşaraq bütün qeydiyyata düşmüş bir sıra əlillərin evlərinə köçəcəyinə onu və qardaşını inandırmış, həmin vaxtdan da artıq zaman keçməsinə baxmayaraq, müsbət nəticə olmamışdır. Həmin sosial ev verilməsi ilə bağlı Samirə Mirzəyeva ilə əlaqə saxlanılsa da qardaşının telefonlarına cavab verilməmiş və artıq Samirə Mirzəyeva tərəfindən aldanılaraq ona qarşı dələduzluq edildiyini başa düşmüşdür. X103 tərəfindən ona dəymiş ziyan olan 20.000 manat və dayısı oğlu Tiflis isə 15.000 manat pul tam şəkildə ödənilmişdir. Samirədən heç bir şıkayətləri və tələbləri yoxdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid60 qardaşı Şahid61 ilə yni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid62 ifadəsində göstərmişdir ki, qızı Dürdanə İsmiyeva 1-ci qrup gözdən əlildir. Şahid60 onun dayısı oğlu olmaqla Şamaxı rayonunda yaşayır. Samirə Əzizxan tanış olmuş Samirə özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması şöbəsinin rəisi kimi təqdim etmişdir. Samirə dövlət proqramı ilə Bakı şəhəri Yasamal və Səbail rayonları ərazisində əlillərə nazirlik tərəfindən tikiləcək güzəştli sosial mənzil verilməsini təmin etdirə biləcəyini və bunun qarşılığında pul vermək lazım olduğunu Əzizxana bildirmişdir. Samirə onun qızı Dürdanə əlil olduğundan ona dövlət tərəfindən ev verilməsi üçün 15.000 manat pul istəmiş və həmin pulu nazirlikdə işləyən vəzifəli şəxsə verəcəyini demişdir. O, buna razılıq verdikdən sonra həmin pulu Samirə xanıma çatdırılmasından ötrü Şamaxı rayonunda Şahid60 vermişdir. Bakı şəhəri, Yasamal rayonu ərazisində əlillər üçün tikiləcək güzəştli 3 otaqlı mənzillə təmin edilməsinə görə Şahid60 da 15.000 manat məbləğdə pul vəsaitini 2019-cu ilin dekabr ayının əvvəllərində Şamaxı şəhəri Mərkəzi Xəstəxananın qarşısında Samirə Mirzəyeva vermişdir. Samirə mənzillərin əlillərə yeni il ərəfəsində veriləcəyini, lakin sosial mənzillərin təmiri ilə əlaqədar tamamlama işlərinin uzandığını və Novruz bayramına qədər reallaşaraq bütün qeydiyyata düşmüş bir sıra əlillərin evlərinə köçəcəyinə onu və qohumunu inandırıb həmin vaxtdan da artıq zaman keçməsinə baxmayaraq, müsbət nəticə olmamışdır. Həmin sosial ev verilməsi ilə bağlı Samirə Mirzəyeva ilə əlaqə saxlanılsa da qohumu Əzizxanın telefonlarına cavab verilməmiş və artıq Samirə Mirzəyeva tərəfindən aldanılaraq ona qarşı dələduzluq edildiyini başa düşmüşdür. Samirə Mirzəyeva ona vurulmuş 15.000 manat ziyanv hazırda tam şəkildə ödəmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid63 fadəsində göstərmişdir ki, 1993-cü ildə doğulduğu Sədərək rayonunda ermənilərə qarşı döyüşmüş və həmin döyüş nəticəsində nevroz əsəb xəstəliyi tutmuşdur. Bu xəstəliklə bağlı uzun illərdir ki, bir çox xəstəxanalarda müalicə almış, həmçinin o, 2017-ci ilin yanvar ayında Nərimanov rayonunda yerləşən 1 saylı Ruhi-Əsəb Dispanserində əsəbə qarşı müalicə almışdır. Həmin müalicənin nəticəsi olaraq dispanserdən ona “uzun gedişli kəskin ifadəli qarışıq davranış və emosiyaların pozuntuları tez-tez baş verən dekapensasiyaları” diaqnozu qoyularaq xəstəlik çıxarışı vermişlər. O, əlillik pensiyası almağı ilə bağlı müvafiq sənəd verilməsi üçün həmin xəstəlik çıxarışı ilə birlikdə Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən poliklinikaya şifahi müraciət etsə də ona pensiya düşmədiyi bildirilmişdir. Onun bacısı qızının həyat yoldaşı Təqsirləndirilən şəxs5 xeyli müddətdir ki, müxtəlif şəxslərə əlillik pensiyası verilməsini təşkil etdiyini bilmişdir. Buna görə də Pərvizlə görüşüb əlillik almağı ilə bağlı probleminin olduğunu dedikdə Pərviz ona köməklik edəcəyini bildirmişdir. O, xəstəlik sənədlərini Pərvizə vermiş, Pərviz həmin sənədləri lazımi adamlara göstərəcəyini və sonra ona həmin işin həlli üçün lazım olan məbləği deyəcəyini bildirmişdir. Bir müddət sonra Pərviz onunla görüşüb ona əlillik pensiyasının düzəlməsi üçün 2200 manat pul lazım olduğunu dedikdə həmin məbləği verməyə razı olmuşdur. Daha sonra Hövsan qəsəbəsində yaşadığı evdə Pərvizə 2200 manat pul vermişdir. Pərviz ona 10-15 gün müddətinə pensiya kartının düzələcəyinə söz vermişdir. Bütün işləri Pərviz özü həll etmiş, lakin Pərviz pensiya məsələsinin kimin vasitəsilə həll edəcəyi barədə heç bir məlumat verməmişdir. Daha sonra Pərvizlə söhbət zamanı əlavə dost, tanış və qohumlardan kiminsə xəstəliyinin olub-olmamasından asılı olmayaraq pensiya düzəltmək istəyən olsa ona müraciət etməyini bildirmişdir. 2017-ci ilin oktyabr ayında həyat yoldaşının əmisi qızı X86 onların evinə gəlmiş və Afaq da pensiya almaq istədiyini deyib ona köməklik etməyini xahiş etdikdə bu barədə Pərvizə demişdir. Pərviz 4000 manat müqabilində Afaqa əlillik pensiyası düzəldə biləcəyini dedikdə bu barədə Afaqa demiş və sonuncu razılaşmışdır. 11 oktyabr 2017-ci il tarixdə Afaq onun evinə gəlib ona 4000 manat pul vermiş və 12 oktyabr 2017-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 61 ünvanında yerləşən “Komfort” şadlıq evinin yanında Pərvizlə görüşüb 4000 manatı təklikdə Pərvizə vermişdir. Təxminən 20 gün sonra Pərviz ona Bakıxanov qəsəbəsindəki həmin parkda Afaqa aid Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumat kağızını vermiş, bir-iki gün sonra həmin sənədi öz evində Afaqa vermişdir. Pərviz ona ən uzağı bir aya Afaqın pensiya işinin düzələcəyini desə də bir ay və daha çox müddət keçməsinə baxmayaraq Afaqın pensiyası düzəlməmişdir. 2018-ci ilin fevral ayında ona pensiya verilməsi dayandırılmış, o, yazılı şəkildə Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə müraciət etsə də ona cavab verilməmişdir. Pərviz pensiya məsələsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən Samirə adlı qadın vasitəsilə həll etdiyini, Samirənin ya bu işləri həll edəcəyini, ya da pulları qaytaracağını bildirmişdir. Hətta Pərviz onu Samirənin Maştağa qəsəbəsində yerləşən evinə də aparmış, lakin Samirə evdə olmamışdır. Samirə cəmi bir dəfə ona telefonla zəng edib görüşüb söhbət etməyini demişdir. Lakin o, uzaqda olduğu üçün Samirə ilə görüşləri baş tutmamış və nəticədə Pərviz onun pullarını qaytarmamışdır. Sonda pul qaytarmayacağını dediyindən Pərvizdən polisə şikayət etmiş, şikayətdən sonra Pərviz hissə-hissə Afaqın 4000 manatını qaytarmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid58 ifadəsində göstərmişdir ki, X69 ilə 2021-ci ilin fevral-mart ayı ərəfələrində Bakı şəhəri Zığ qəsəbəsində yaşayan və falçılıqla məşğul olan Sevda adlı qadının vasitəsi ilə tanış olmuşdur. Sevda onu Samirə ilə tanış edərkən Samirənin “pensiya düzəltməkdə” köməklik edə biləcəyini demişdir. Həmin ərəfədə anası Şahid59 2-ci qrup əlilliyinin təkrar müayinədən keçməsinə 2-3 ay vaxt qaldığından həmin 2-ci qrup əlilliyin ləğv edilərək 1-ci qrup əlillik alınması üçün Samirə əvvəlcə 3500 manat istəsə də sonda 3000 manat məbləğində işi həll edəcəyinə razılaşmışlar. Həmin razılığa əsasən xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu Zığ qəsəbəsində Sevdanın evində onun iştirakı ilə Samirə Mirzəyevaya 1500 manat pul vermişdir. X130 rayon Quzanlı qəsəbəsində yaşadığı evə bir neçə dəfə gəlib-getmiş və gəlib-gedərkən söhbət zamanı Samirə onun azyaşlı xx.xx.2008-ci il təvəllüdlü övladı X73 pensiya düzəldilməsi və bacısı Günelin xx.xx.2015-ci il təvəllüdlü övladı X57 pensiya vaxtının uzadılması məqsədilə hissə-hissə 8750 manat pulunu almışdır. Həmin pulun 8500 manatını nağd qaydada Samirənin şəxsən özünə, 250 manatı isə Ağdam rayonundan “E-manat” ödəmə terminalı vasitəsilə Samirənin ona göndərdiyi karta yollamışdır. O, xx.xx.2021-ci il tarixdə ünvan 16 ünvanında 1.500 (bir min beş yüz) manat, Ağdam rayonu Quzanlı qəsəbəsində yaşadığı evdə xx.xx.2021-ci il tarixdə 1.500 (bir min beş yüz) manat, xx.xx.2021-ci il tarixdə 3.500 (üç min beş yüz) manat, 2021-ci ilin mart ayının sonlarında 1.000 manat və 01 aprel 2021-ci il tarixdə yenə yaşadığı evdə 1.000 manat məbləğində pul vəsaitini Samirəyə vermişdir. Sonradan ona məlum olmuşdur ki, Samirə öz əməllərini gizlətməklə özünə olan inamı möhkəmləndirməkdən ötrü guya anası Şahid59 “Qazanılmış böyrək kistası, böyrəklərin poliskistozu, başqa rubrikalarda təsnif edilən digər xroiki xəstəliklər zamanı rast gəlinən anemiya, renal anemiya, xroniki böyrək xəstəliyi V mərhələ, xroniki böyrək çatmazlığı V mərhələ, proqramlı hemodializ (həftədə 3 dəfə 4 saat), böyrəyin digər zədələnmələrinə görə ikincili hipertenziya, nefrogen hipertenziya” diaqnozu ilə əlillik səbəbi ümumi xəstəlik olmasına dair 0097003AASL9 nömrəli “Forma 88” əsasında sağlamlıq vəziyyətinin xx.xx.2021-ci il tarixdə qiymətləndirilərək həmin tarixdə birinci dərəcəli müddətsiz əlillik müəyyən edilərək təyinat aparılması görüntüsü yaradan guya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sistemindən xx.xx.2021-ci il tarixdə çap edilmiş sonuncu müayinəyə dair məlumat vərəqəsini 2021-ci ilin mart ayında hardasa hazırlatdırıb xx.xx.2021-ci il tarixdə yaşadığı evdə ona vermişdir. Samirə Mirzəyeva ilə arasında olan və ondan 8500 manat almasına dair 01 aprel 2021-ci il tarixli əlyazma qəbzin surətini, eləcə də anası Şahid59 ilə Samirə Mirzəyeva arasında olan qəbzləri, Samirə Mirzəyevaya pul verməsini təsdiq edən audio səs və video görüntüləri könüllü olaraq istintaqa təqdim etmişdir. Samirə Mirzəyeva hazırki Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin qardaşı oğlu ilə əlaqələri olduğunu və bütün işləri onun köməkliyi ilə edəcəyini bildirmişdir. O, 1500 manat pulu Samirəyə Zığ qəsəbəsində vermiş, 250 manatı isə Ağdam rayonundan “E-manat” ödəmə terminalı vasitəsilə Samirənin ona göndərdiyi karta göndərmişdir. Samirə 4 həftə dalbadal şənbə və bazar günləri Aqdam rayonunun Quzanlı kəndinə onlara gəlmişdir. O da Samirəni evində qəbul etmiş, ona 1000 manat, 1500 manat da evində vermişdir. Samirə Mirzəyeva onlara gələndə əsasən Sevda, Elvin, Gülnarə adlı şəxslərlə gəlmişdir. Samirə həmişə eyni şəxslərlə gəlmirmiş. Onların videoları və səs yazıları da onda vardır. Samirə əvvəlllər hər şeyi inkar edirmiş, hətta videonun montaj olduğunu deyirmiş. Ona dəymiş ziyan olan 8750 manat pulu Samirə Mirzəyevadan tələb edir. Məhkəmədə Şahid59 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində Şahid58 ifadəsindəki xüsustları təsdiq etmşdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid47 ifadəsində göstərmişdir ki, oğlu Anar Xuduyevin anadangəlmə sağ gözündə xəstəlik olduğundan hərbi xidmətdə olmamışdır. Onun və Anarın xəstəliyi olduğundan əlilliklə bağlı pensiyaya çıxmaqdan ötrü DSMF-nin Sabunçu şöbəsində X66 ilə tanış olaraq bu barədə danışmışdır. 2017-ci ilin təxminən mart-aprel aylarında Səyyarə ona əlillik dərəcəsi düzəldən tanışı olduğunu, istəyən olsa pul müqabilində həmin şəxs vasitəsilə əlillik dərəcəsi düzəltməkdə köməklik edə biləcəyini bildirmişdir. Onun və oğlunun xəstəlikləri olduğundan pensiya almaq istəmiş, ancaq pensiya işlərindən anlayışları olmadığı üçün ala bilməmişlər. Səyyarə Pərviz adlı tanışının pensiya işlərini Samirə adlı qadın vasitəsilə görməklə bir nəfərin pensiyaya çıxması üçün təxminən 4000-5500 manat pul lazım olduğunu dedikdə bu təkliflə razılaşmış və Pərvizi 1 dəfə DSMF-də görmüşdür. O, əsəb xəstəliyindən əziyyət çəkmiş və 2017-ci ilin aprel ayının ortalarında özünə İİİ qrup əlillik təyin edilməsi üçün Səyyarənin yaşadığı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən evində 3000 manat pulu və xəstəlik sənədlərini Səyyarəyə vermişdir. Anarın isə gözündə xəstəlik olduğundan Səyyarə ilə bu barədə danışıb, razılıq aldıqdan sonra oğluna İ qrup əlilliyə görə pensiya təyin edilməsi üçün 2017-ci ilin may ayının ortalarında 5200 manat pulu və xəstəlik sənədlərini gətirib Səyyarəyə həmin ünvanda vermişdir. Anar 2017-ci ilin may ayı ərəfəsində Səyyarə ilə birlikdə “Z.Əliyeva” adına Göz Xəstəlikləri xəstəxanasına getmişlər. Anar xəstəxanadan gəldikdən sonra ona bildirmişdir ki, Pərviz adlı şəxs onları xəstəxanada qarşılamış, sonra Samirə adlı qadın gələrək xəstəxananın içərisinə aparmış, lakin Samirə Anarla həkimin yanına daxil olmamışdır. Anar xəstəxanada yarım saat həkim müayinəsindən keçmiş, gözünün zəif olmasına görə ona əlillik dərəcəsi təyin oluna bilməz deyilmişdir. Anar bunu Səyyarəyə, Samirəyə və Pərvizə dedikdə Samirə “gedin əlillik sənədinin hazır olmasını gözləyin” demişdir. Daha sonra Pərviz 2017-ci ilin iyun ayında oğlundan başqa onun əlillik dərəcəsi ilə bağlı Tibbi-Sosial Ekspert Komissiyasının müayinə sənədinin hazır olduğunu dediyindən Səyyarəyə etibarnamə verərək adından həmin sənədi qeydiyyatda olduğu yer üzrə Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə təqdim etməsini xahiş etmişdir. DSMF-dən Səyyarəyə sənədlərin bazada olmadığı barədə məlumat verilmişdir. Bir müddət sonra Səyyarə təkrar getsə də yenə həmin söz deyilmiş, ona görə də Səyyarə Pərvizi çağırıb sənədi ona verib demişdir ki, “ya bu işi həll etsin ya da pulları qaytarsın”. Səyyarə ona Pərvizin Samirə ilə danışıb pensiya işlərinin həll olunacağını, narahat olmamağı, sənədlərin qeydiyyata alındığı bazada qəza olduğunu, kompüterlərdə problem yarandığını, tezliklə problem aradan qalxaraq öz həllini tapacağını bildirmişdir. Səyyarənin dediyinə görə Pərviz ortada vasitəçi olmaqla əsas işi Samirə xanım görmüş və Samirə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı olmaqla pensiya işlərində adları sistemə salan şəxs kimi onlara təqdim edilmişdir. Bu minvalla 2-3 ay da keçmiş, lakin heç bir nəticə olmamış və buna görə də oğlu Anar Səyyarədən pullarını tələb etmişdir. Bundan başqa bacısının qızı X85 İ qrup əlilliyə görə pensiya təyin edilməsi üçün 2017-ci ilin iyun ayının əvvəllərində 5500 manat pul, digər bacısı qızı X37 İ qrup əlilliyə görə pensiya təyin edilməsi üçün 2017-ci ilin iyun ayının ortalarında 5500 manat pul, həmyerlisi Maştağa kəndində yaşayan X10 İ qrup əlilliyə görə pensiya təyin edilməsi üçün 5500 manat pulu 2017-ci ilin iyun ayının sonlarında Səyyarənin yaşadığı evdə özünə vermişdir. Həmin puldan Səyyarə ona hansısa məbləğdə pul verməmiş, Səyyarə bu üç nəfər şəxsin də pensiya işlərini Pərviz və Samirə adlı qadın vasitəsilə həll etdiyini demişdir. Səyyarə qeyd edilən pulları qaytarmaq üçün Kürdəxanıda adına olan 12 sot bağ sahəsinin 6 sotunu oğlu Anarın adına rəsmiləşdirməklə onlara vurulmuş ziyanı tam olaraq ödəmiş ona görə də Səyyarədən heç yerə şikayət etməmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş X94 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Pərvizi tanıyır. O, anadangəlmə sağ gözündə astikmatizm xəstəliyindən əziyyət çəkir, ona görə də hərbi xidmətdə olmamışdır. Anası Şahid47 və onun xəstəliyi olduğundan əlilliklə bağlı təqaüdə çıxmaqdan ötrü anası X114 adlı qadının onlara əlillik dərəcəsi düzəldəcəyini bildirmişdir. Səyyarə adlı qadın pensiya işini Təqsirləndirilən şəxs5 adlı şəxsin vasitəsilə, Pəriz Əliyevin isə Samirə adlı qadının vasitəsilə düzəldəcəyini demişdir. Anası Farizə 2017-ci ilin aprel ayının ortalarında özünə İİİ qrup əlillik təyin edilməsi üçün Səyyarənin yaşadığı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən evində 3000 manat pulu və xəstəlik sənədlərini Səyyarəyə vermişdir. Onun isə gözündə xəstəlik olduğundan Səyyarə ilə bu barədə danışıb, razılıq aldıqdan sonra ona İ qrup əlilliyə görə pensiya təyin edilməsi üçün 2017-ci ilin may ayında 5200 manat pulu və xəstəlik sənədlərini Səyyarəyə vermişdir. 2017-ci ilin may ayı ərəfəsində Səyyarə ilə birlikdə “Z.Əliyeva” adına Göz Xəstəlikləri xəstəxanasına getmişlər. Pərviz adlı şəxs onları xəstəxanada qarşılamış, orada həkim müayinəsindən keçmişdir. Bir müddət gözləmişlər, lakin pensiya işi həll olunmamışdır. Səyyarənin dediyinə görə Pərviz ortada vasitəçi olmaqla əsas işi Samirə xanım görmüşdür. Samirə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı olmaqla pensiya işlərində adları sistemə salan şəxs kimi onlara təqdim edilmişdir. Beləliklə 2-3 ay da keşmiş, lakin pensiya işi alınmamışdır. Sonra anası Farizə Səyyarədən pullarını tələb etməyə başlamışdır. Hazırda heç bir şikayət və tələbləri yoxdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid50 ifadəsində göstərmişdir ki, o, son 5-6 il ərzində heç yerdə işləməmiş və əvvəllər 5 il müddətində Pozitron şirkəti olan parnikdə zərərli sahədə işlədiyi üçün qohumu Elbarla söhbət əsnasında sonuncu onu bir tanışı vasitəsilə yüksək məbləğdə pensiyaya çıxarda biləcəyini demişdir. Onun pensiya işlərindən anlayışı olmadığı üçün qeydiyyatda olduğu poliklinikaya müraciəti olmamış və ona pensiya düşüb-düşmədiyini poliklinikada olan həkimlərə müraciət edib maraqlanmamışdır. O, həyatda sağlam insan olmaqla vaxtilə zərərli sahədə işləsə də hər hansı xəstəlikləri olmamışdır. O, heç yerdə işləmədiyi üçün özünə pensiya təyin etdirmək istəmiş, 2017-ci ilin oktyabr-noyabr aylarında Elbarla aralarında söhbət zamanı əri Elbardan pensiya işlərinin necə həll olunacağını xəbər aldıqda Elbar onlara Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən tanış hüquqşünas qadınla münasibəti olduğunu və həmin qadın vasitəsilə onun pensiya işini həll edəcəyini bildirmişdir. Elbar guya onun adının Sumqayıt şəhərində hansısa zərərli zavodların birinə yazılmaqla iş stajı yaranacağını, hansısa xəstəliklə onu həmin qadın vasitəsilə zavoddan pensiyaya çıxartmaqla köməklik edəcəyini izah etmişdir. Elbarın deməsinə görə ona kəsiləcək aylıq pensiya 700 manat olmaqla bu işin qarşılığında Elbar həmin qadına 8000 manat məbləğində pul verib işi həll etməli idi. 2017-ci ilin dekabr ayının əvvəllərində Elbar onlara gələrək onun pensiya işinin həlli üçün yaşadıqları ünvan 18 ünvanında 8000 (səkkiz min) manat pulu alaraq bu işi 6 ay ərzində həll edəcəyini demiş, lakin həmin müddətdən də artıq vaxt keçməsinə baxmayaraq onun pensiya məsələsi düzəlməmiş və Elbardan bu işin alınmamasın səbəbini soruşduqda Nazirlikdə vəzifə dəyişikliyi olduğundan işlərin bir az uzanacağını demişdir. Hazırda Elbar 8000 manat pul ona ödəmişdir. Ona görə də şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid35 ifadəsində göstərmişdir ki, əslən Kəlbəcər rayonunun Seyidlər kəndindən olmaqla hazırda Göygöl rayonu Yeni Qızılca kəndində yaşayan Təqsirləndirilən şəxs3 tanıyır və Turac söhbət zamanı ona demişdir ki, Bakı şəhərində tanıdığı Samirə adlı xanım pensiya işləri ilə məşğul olur və istənilən adamı pensiyaya çıxarda bilər. Göygöl rayonu Üçtəpə kəndində yaşayan bibisi qızı X58 həm böyrək, həm də qıcolma xəstəlikləri olduğundan Göygöl rayon Mərkəzi xəstəxanasında müalicə almış, lakin rəsmi olaraq pensiya təyinatı ilə əlaqədar səhiyyə müəssisəsinə müraciət etməmişdir. Turac Esmiranın pensiya işini 3900 manat pul müqabilində həll edə biləcəyini demişdir. O, Turacın pensiya işi ilə bağlı təklifi barədə Esmira ilə danışarkən sonuncu razılığını bildirmiş və 2018-ci ilin fevral ayının əvvəllərində 3900 manat pulu avtobus sürücüsü vasitəsilə Bakı şəhərində olan Turaca göndərmişdir. Turac pulu Bakı şəhərində Samirə Mirzəyeva adlı qadınla görüşüb ona verdiyini demişdir. Turac 3-4 ay ərzində Esmiraya 2-ci dərəcəli əlilliyə görə pensiya təyin ediləcəyini demişdir. Lakin Esmiraya pensiya təyin edilmədiyi üçün Turacdan pulunu tələb etdikdə Turac pulu tanışı Samirə adlı şəxsə verdiyini bildirsə də o, Samirə Mirzəyevanı görməmiş və tanımamışdır. Turac ona məxsus 3900 manat pulu bugünə qədər qaytarmamışdır. 3900 manat pulumu Turacdan tələb edir. Məhkəmədə Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun əmisi oğludur. Niyaməddin hər hansı rəsmi dövlət işində işləməsə də onun ayrı-ayrı şəxslərə əlilliklə bağlı pensiya sənədi düzəltməsini bilmişdir. 2017-ci ilin aprel-may aylarında Niyamədindən ona da əlilliklə bağlı pensiyaya çıxmasından ötrü köməklik göstərməsini xahiş etmişdir. Niyaməddin ona əlilliklə bağlı pensiya işlərini Bakı şəhərində yaşayan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçisi olan Samirə adlı qadın vasitəsi ilə düzəltdiyini və Samirənin bunun qarşılığında 4000 manat məbləğində pul istədiyini demişdir. 2017-ci ilin iyun ayının əvvəllərində Niyaməddin ona zəng edib Samirə xanımın onlarda olduğunu demiş, o, Niyaməddinin yaşadığı Biləsuvar rayonu Ağalıkənd kəndindəki evinə getmişdir. Niyaməddinin evində 4000 manat pulu və şəxsiyyət vəsiqəsini Niyaməddin vasitəsilə Samirəyə vermişdir. Samirə əlillik sənədinin təxminən 2 aya hazır olacağını deyib onu arxayın salmış, lakin deyilən vaxtdan çox vaxt keçməsinə baxmayaraq onun işi həll edilməmiş və aldanıldığını başa düşərək Biləsuvar rayon polis şöbəsinə müraciət edib ərizə yazmışdır. Məhkəmədə Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, həmyerlisi Vüqar ona Bakı şəhərində tanış olduğu Təqsirləndirilən şəxs1 bir nəfər tanışı vasitəsilə 3500 manata pensiya, yəni əlillik sənədi düzəltdiyini demişdir. 2017-ci ilin iyul ayında Vüqarla birlikdə Goranboy rayonu Xoylu kəndi ərazisinində Niyaməddinlə görüşmüş, şəxsiyyət vəsiqələrinin surətini və hər biri ayrı-ayrılıqda 3500 manat pulu Niyaməddinə vermişlər. Niyaməddin onlara təxminən 3 aya pensiya işinin hazır olacağını demişdir. Lakin həmin vaxtda vəd verdiyi əməli yerinə yetirməmişdir. O, Nizaməddinə məxsus mobil nömrə ilə əlaqə saxlayaraq əlillik sənədini düzəlibdüzəlməməsini soruşmuş, Niyaməddin ona hər dəfə narahat olma sənəd düzələcək deyib bəhanələr gətirmişdir. Bundan sonra Niyaməddindən verdiyi 3500 manat pulu istəmiş, lakin Niyaməddin pulu qaytarmaqdan imtina edərək həmin pulu başqa şəxsə verdiyini deyərək telefonlarına cavab verməmiş və tez-tez telefon nömrələrini dəyişmişdir. Onun xəstəliyi olmamış, hər hansı tibb müəssisəsinə, eləcə də Bakı şəhərində 15 saylı şəhər poliklinikasına müraciət etməmişdir. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən adına tərtib edilmiş Forma 88: 0175003AAB5J İ dərəcəli əlillik sənədinin necə və harada düzəldilməsindən məlumatı olmamış və Niyaməddin həmin sənədi ona verməmişdir. Məhkəmədə Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, işlədiyi Biləsuvar rayon mərkəzi bazarında ərzaq mağazasında Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur. O, Niyaməddindən harada işlədiyini soruşduqda ona cavabında ƏƏSMN-də baş müfəttiş işlədiyini bildirmişdir. X14 rayon Ağalıkənd kəndində yaşadığını bilmişdir. O, Niyaməddinə xəstə olduğunu, xəstəliklə əlaqədar pensiya almaq istədiyini, lakin savadsız olduğuna görə hara müraciət edəcəyini bilmədiyini bildirmişdir. Niyaməddin də bildirmişdir ki, xəstə olsa da da pul verməsə pensiya almağı mümkün deyil. Niyaməddin onu Bakıya aparıb xəstəxanaya yerləşdirməklə birinci qrup əlillik alacağına söz vermişdir. Niyaməddin ona bu işin 4000 (dörd min) manata həll olunduğunu, ona hörmət olaraq 3500 manata 2-3 ay ərzində həll edəcəyini demişdir. O, Niyaməddinə 2016-cı ilin dekabr ayından 2017-ci ilin may ayına qədər 1500 manatlıq ərzaq məhsulu vermiş, qalan 2000 manat pulu isə 2017-ci ilin sentyabr ayında Biləsuvar rayonu mərkəzi bazarında vermişdir. Niyaməddinin dediyi vaxtdan da artıq vaxt keçməsinə baxmayaraq, ona pensiya təyin olunmadığı üçün aldanıldığını başa düşərək bu barədə Biləsuvar rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş və Niyaməddin onun pulunu tamamilə qaytarmışdır. Məhkəmədə Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 2017-ci ilin iyun ayında Goranboy rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsinin müdiri vəzifəsində işləyən Afina Həsənovanın xidməti otağında görüb tanımışdır. X91 Abasovu ona Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı kimi təqdim etmiş və Niyaməddin ona istənilən şəxsə xəstəliyinin olubolmamasından asılı olmayaraq əlillik dərəcəsi ilə pensiya düzəldə biləcəyini deyərək işlətdiyi nömrələrdən birini ona vermiş, pensiya düzəltmək istəyən olsa onunla əlaqə saxlamağını bildirmişdir. Onların arasında olan bu söhbətdən Afina həkimin xəbəri olmamışdır. Bundan bir neçə ay sonra təxminən 2017-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs1la əlaqə saxlamış və ona elə də ciddi xəstəliyi olmayan əmisi və dayısı oğluna xəstəliklə pensiya düzəltmək imkanı olub-olmadığını soruşduqda Təqsirləndirilən şəxs1 işi boynuna götürüb onunla razılaşmışdır. Təqsirləndirilən şəxs1 bu işin qarşılığında hər biri üçün 3500 manat pul istəmişdir. O, bu barədə əmisi oğlu Hümbət Zeynalov və dayısı oğlu Məzahir Vəliyevə dedikdə hər ikisi razılaşmış ona hər biri 3500 manat pul və şəxsiyyət vəsiqələrinin surətlərini vermişdirlər ki, Niyaməddin onlara əlilliklə bağlı pensiya təyin etdirsin. O, ümumilikdə 7000 (yeddi min) manat pulun 3500 manatını təxminən 2017-ci ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri Yasamal rayonu metronun “20 Yanvar” stansiyası qarşısında Təqsirləndirilən şəxs1 vermişdir. 2-3 gün sonra isə 2017-ci ilin sentyabr ayında ikinci dəfə 3500 manat pulu yol maşını ilə Təqsirləndirilən şəxs1 Bakı şəhərinə yollamışdır. Təqsirləndirilən şəxs1 həmin işləri 2-3 ay ərzində həll edəcəyini desə də nəticəsi olmamış, Niyaməddindən işin düzəlməməsinin səbəbini soruşduqda o, həmin pulu Bakı şəhərində pensiya işləri ilə məşğul olan Samirə adlı qadına verdiyini, Samirənin onu pis vəziyyətə qoyduğunu bildirmişdir. O, pulu Niyaməddinə verdiyi üçün sonuncudan pulunu tələb etmişdir. Niyaməddinə pensiya işlərinə görə pulu verərkən Niyaməddin özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən şəxs kimi təqdim edərək pensiya işlərinin həll edilməsi üçün kimdənsə bu işləri xahiş etməklə həll edəcəyini demiş, lakin həmin şəxsin adını çəkməmişdir. O, Təqsirləndirilən şəxs1 Samirə adlı qadına pul verib-vermədiyini dəqiq bilməsə də Sabunçu rayon Polis Şöbəsində ifadə verməyə gedərkən Samirə adlı qadını orada görmüş, həmin vaxt Niyaməddinlə Samirənin arasında bir-birinə külli miqdarda pulların alınıb-verilməsindən, eləcə bir-birinə qaytardıqları məbləğlərin miqdarında mübahisələr etməklə bu məzmunda söhbətlər getmişdir. O, qohumlarının pullarını tam olaraq çoxdan qaytarmış və ziyan ona dəymişdir. Niyaməddin işlətdiyi telefon nömrələrini tez-tez dəyişdiyi üçün onu tapa bilməmiş və ondan pulunu geri qaytarmaqdan ötrü 2 dəfə Niyaməddinin yaşadığı Biləsuvar rayonu Ağalıkənd kəndinə getmiş, Niyaməddin ona verdiyi puldan hissə-hissə 6300 manat qaytarmış, qalan 700 manatı isə qaytarmamışdır. Məhkəmədə Şahid14 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, X69 onun həyat yoldaşıdır. O, Niyaməddin Abbasovu, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Şəmkir rayon sakini Şahid64, Səidə Rzayevanı həyat yoldaşı Samirə Mirzəyeva vasitəsilə tanımışdır. Həmin şəxslərin sonradan həyat yoldaşı X64 rayon Polis idarəsinə şikayət etdiklərini bilmişdir. Niyaməddinin Elmiradan və digər şəxslərdən pul alıb Samirəyə verdiyini bildiyi üçün Elmira, Səidə və Niyaməddinlə danışmış, Elmira xanıma 15000 manat, Səidə xanıma iki dəfəyə 11100 manat və Niyaməddinə 3900 manat pul qaytarmışdır. O, özünü heç bir vaxt Dövlət Təhlükəsizlik Xidmətinin işçisi kimi təqdim etməmiş və həmin şəxslərdən əlbəəl heç bir vaxt pul almamışdır. O, Təqsirləndirilən şəxs2 evinə bir dəfə oğlu Yusifin təklifinə əsasən həyətyanı sahəyə girib sadəcə həyətyanı sahəsini ona göstərmiş, nə Ruhəngizin, nə də qızı Əfsanənin evində olmamışdır. Məhkəmədə Şahid16 Usmanovnanın ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, 2016-cı ilin dekabr ayının sonlarında xəstəliyi ilə bağlı Bakı şəhəri Xətai rayon ərazisində yerləşən 9 nömrəli poliklinikada olarkən təsadüfən X69 ilə tanış olmuşdur. Samirənin şirin dilli danışığı, xoş davranışını bəyəndiyindən Samirəylə dostlaşmış və bir-birilərinin evlərinə gediş-gəlişləri yaranmışdır. Samirə ona Sosial Pensiya Fondunda işlədiyini, əlilliklə bağlı pensiya təyin etdirə bildiyini demişdir. Onun qeyri-rəsmi yaşadığı Kərəm Qorçiyevin kürəkəni Təqsirləndirilən şəxs4 də pensiya işi ilə məşğul olmaqla Samirə Mirzəyeva və Təqsirləndirilən şəxs2 vasitəsilə bu işləri gördüyünü demişdir. 2018-ci ilin noyabr-dekabr aylarında Elbar ondan Samirəgilə gedib Ruhəngiz vasitəsilə Samirə Mirzəyevaya ayrı-ayrı şəxslərin pensiya işlərinin həll olunması üçün verdiyi təxminən 170.000 (yüz yetmiş min) manat məbləğində pulların geri qaytarılmasında köməklik etməyini xahiş etmişdir. 2018-ci ilin dekabr ayında onunla birlikdə Ruhəngiz və qızı Əfsanə Samirənin yaşadığı Bakı şəhəri, Xəzər rayonu Maştağa kəndindəki evinə getmiş, Samirəgildə bacısı Zülfiyyə və uşaqları olmuşdur. Onların arasında kimlərinsə pensiya işləri ilə bağlı pul söhbəti olmuş, lakin Samirəgilin evinə polis gəldiyindən söhbət yarımçıq qalmış və sona çatdırmaq mümkün olmamışdır. Məhkəmədə Şahid19 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, Şahid11 qardaşının vasitəsilə tanımaqla yaxşı münasibətləri olmuşdur. O, çobanlıqla məşğul olmaqla heyvandan brüselyoz xəstəliyi tutaraq həmin xəstəlikdən əziyyət çəkmiş və bununla bağlı Tərtər rayon Mərkəzi xəstəxanasında müalicədə olmuş, lakin pensiya işinin həlli üçün rəsmi qaydada harasa müraciət etməmişdir. Natiqlə 2017-ci ilin yaz aylarında söhbət edərkən xəstəliyi olduğundan əlilliyə görə təqaüdə çıxmalı olduğunu dedikdə Natiq ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən bir nəfər qadın tanış adam olduğunu, onu əlilliklə təqaüdə çıxara biləcəyini demişdir. O, 2017-ci ilin may ayının sonlarında 3700 manat pulu və şəxsiyyət vəsiqəsinin əslini Gəncə şəhərində yerləşən köhnə avtovağzalın yanında Nərimanov parkında əlbəəl Şahid11 vermişdir. Natiq həmin pul müqabilində ona 3 ay ərzində 1-ci dərəcəli əlilliklə bağlı pensiya təyin etdirməli olsa da deyilən vaxtdan da çox vaxt keçməsinə baxmayaraq əlilliklə pensiya işi düzəlməmiş və Natiqdən pulunu tələb etmişdir. Natiq pulun qaytarılmasını yubatdıqda onunla görüşüb pulu kimə verdiyini və bu işi kimin vasitəsilə düzəldəcəyini konkret olaraq maraqlandıqda Natiq ona 3700 manat pulu həmyerlisi olan Turac adlı şəxsə, Turac da öz növbəsində həmin pulu adını sonradan bildiyi guya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı olan Samirə Mirzəyevaya adlı qadına verdiyini, həmin qadının bunları aldadaraq onun işini düzəltmədiyini demişdir. O, nə Turacı, nə də Samirəni görməmişdir. Lakin bildiyinə görə Natiq Bakı şəhərində Samirə Mirzəyeva ilə Turacı görüşdürmüş və həmin görüş vaxtı Samirə Turacın ona ayrı-ayrı şəxslərin əlilliklə pensiya təyin edilməsindən ötrü pul verdiyini etiraf etmişdir. Natiq onun işini təmənnasız həll etməli idi və bu işə görə ona əlavə pul verməmişdir. Məhkəmədə Şahid20 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, əslən Kəlbəcər rayonundan olmaqla Göygöl rayonu Üçtəpə kəndində yaşayan tanışı Şahid12 ilə yaxın münasibəti vardır. O, ağır şəkər xəstəliyindən əziyyət çəkir və 2011-ci ildə infarkt keçirtmişdir. Həmin xəstəliklərlə bağlı bütün sənədlərini toplayıb xəstəxanaya təqdim etmiş və xəstəxanada bu xəstəliklərlə bağlı əlillik təyin edilməyəcəyini dediklərindən daha heç yerə müraciət etməmişdir. Nəsimi ilə 2017-ci ilin yay aylarında xəstəliyi ilə bağlı söhbət edərkən Nəsimi ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən tanışı olduğunu və həmin şəxsin əlilliklə onu təqaüdə çıxara biləcəyini, bunun qarşılığında 3000 manat pul və şəxsiyyət vəsiqəsinin surətinin lazım olduğunu bildirmişdir. O, əlilliklə bağlı təqaüdə çıxmaqdan ötrü 2017-ci ilin iyun ayının ilk ongünlüyündə 3000 manat pulu və şəxsiyyət vəsiqəsinin surətini Gəncə şəhəri Nərimanov parkının qarşısında Şahid12 vermişdir. Nəsimi həmin pul müqabilində 3-4 ay ərzində onu 2-ci dərəcəli əlilliklə pensiyaya çıxartmaqda köməklik göstərməli olsa da, 3 ay vaxt keçməsinə baxmayaraq pensiya işi düzəlməmiş və Nəsimidən pulunu tələb etdikdə Nəsimi 4 aydan sonra onun pulunu geri qaytarmışdır. O, Nəsiminin kimisə pensiyaya çıxartmaq səlahiyyəti olmadığını bilərək həmin pulu kiməsə verdiyini dərk etsə də konkret olaraq pulu Təqsirləndirilən şəxs3 və ya Samirə Mirzəyevaya verməsindən xəbəri olmamışdır. Məhkəmədə Şahid22 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, Kəlbəcər rayonundan olan həmyerlisi Şahid12 qardaşının bacanağının oğlu olmaqla yaxın münasibəti vardır və aralarında ədavət və düşmənçilik yoxdur. Onun ürəyində ağrılar olduğundan əvvəlki kimi iş qabiliyyəti olmadığı üçün evdə müalicə almış, lakin pensiya işinin həlli üçün rəsmi qaydada hansısa səhiyyə müəssisəsinə müraciət etməmişdir. O, Nəsimi ilə 2017-ci ilin iyun ayında söhbət edərkən xəstəliyindən söz düşmüş və Nəsimi ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən bir nəfər qadın tanış olduğunu və həmin şəxsin onun pensiya işini düzəldə biləcəyini, bunun qarşılığında 3700 manat pul və şəxsiyyət vəsiqəsinin surətinin lazım olduğunu bildirmişdir. O, bu təkliflə razılaşaraq 2017-ci ilin iyun ayının əvvəllərində 3700 manat pulu və şəxsiyyət vəsiqəsinin surətini yaşadığı Gəncə şəhəri Cavadxan qəsəbəsi nömrəsiz fərdi evdə Nəsimiyə əlbəəl vermişdir. Nəsimi həmin pul müqabilində 5-6 ay ərzində ona 1-ci dərəcəli əlilliklə pensiya təyin edilməsinə köməklik göstərməli olsa da həmin müddət ərzində pensiya iş düzəlməmiş və Nəsimidən pulunu tələb etdikdə 6 ay sonra öz evində Nəsimi pulunu geri qaytarmışdır. O, Nəsiminin kimisə pensiyaya çıxartmaq səlahiyyəti olmadığını bilərək həmin pulu kiməsə verdiyini dərk etsə də konkret olaraq pulu Təqsirləndirilən şəxs3 və ya Samirə Mirzəyevaya verməsindən xəbəri olmamışdır. Məhkəmədə Şahid23 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, dayısı X74 ilə Şahid11 kirvə olmaqla çox yaxın münasibətləri vardır. O, mədəsində kəskin ağrılar olduğundan bununla bağlı Bərdə rayon Mərkəzi xəstəxanasında müalicə almış və səhhətində olan narahatçılıqla bağlı sağlamlıq imkanı məhdudlaşdığından əlilliklə pensiyaya çıxa biləcəyini düşünmüş, lakin bu işlərdən anlayışı olmadığından dayısı Nazimə müraciət etmiş və sonuncu Natiqlə 2017-ci ilin iyun ayında söhbət edərkən Natiq dayısına əlilliyin təyin edilməsində köməklik edə biləcək tanışı olduğunu, bunun qarşılığında 3700 manat pul və şəxsiyyət vəsiqəsinin surətinin lazım olduğunu bildirmişdir. Onun 3650 manat pulu olduğundan həmin məbləğə razılaşmışdırlar. Natiqin kimisə əlil kimi təqaüdə çıxartmaq imkanı olmasa da, bu işi həll etmək üçün kiməsə müraciət edəcəyini deyirdi. O, həmin şəxsləri tanımamış və görməmişdir. 2017-ci ilin iyun ayının 11-də razılaşdıqları kimi 3650 manat pulu və şəxsiyyət vəsiqəsinin surətini Gəncə şəhəri Nərimanov parkının qarşısında Şahid11 şəxsən özü əlbəəl vermişdir. Natiq həmin pul müqabilində 1 ay ərzində ona 1-ci dərəcəli əlilliyə görə pensiya təyin etdirməli idi. Lakin qeyd edilən müddətdə pensiya işi düzəlməmiş və buna görə də Natiqdən pulunu tələb etmişdir. Natiq bu işin həll olunması üçün verdiyi 3650 manat pulu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşına verdiyini demiş və bununla bağlı dəfələrlə Natiqə pulunun qaytarılmasını desə də nəticə olmamışdır. O, Natiqin kimisə pensiyaya çıxartmaq səlahiyyəti olmadığını bilərək həmin pulu kiməsə verməklə pensiya işini həll etdiyini dərk etsə də konkret olaraq Təqsirləndirilən şəxs3 və ya Samirə Mirzəyevaya verməsindən xəbəri olmamışdır. Məhkəmədə Şahid24 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, 2006-cı ildə ərindən boşandıqdan sonra ona heç vaxt aliment ödənişi edilməmiş və valideynləri yaşamağına köməklik göstərmişlər. Böyrəyində ağrılar olduğundan Göygöl rayon Mərkəzi xəstəxanasında həkim müayinəsində olmuş, səhhətində olan xəstəliklə bağlı əlilliklə pensiyaya çıxa biləcəyini düşünmüş, əmisi oğlu Natiqlə 2017-ci ilin iyun ayında bu barədə söhbət edərkən Natiq ona əlilliyin təyin edilməsində köməklik edə biləcək tanışı olduğunu, bunun qarşılığında 3700 manat pul və şəxsiyyət vəsiqəsinin surətinin lazım olduğunu bildirmişdir. O, Natiqin kimisə əlil kimi təqaüdə çıxartmaq səlahiyyəti və imkanı olmadığını başa düşərək bu işi həll etmək üçün verdiyi pulu Natiqin kiməsə verməklə həll edəcəyini bilmiş və Natiqin bu təklifi ilə razılaşmışdır. O, 2017-ci ilin iyun ayının 11-də 3700 manat pulu və şəxsiyyət vəsiqəsinin surətini yaşadığı Göygöl rayonu H.Əliyev prospekti 56 ünvanında Şahid11 şəxsən əlbəəl vermiş və Natiq 3-4 ay ərzində ona 1-ci dərəcəli əlil kimi pensiya təyin ediləcəyini desə də, deyilən vaxt keçməsinə baxmayaraq əlilliklə pensiya işi düzəlməmiş və bundan sonra Natiqdən pulunu tələb etdikdə Natiq bu işin həll olunması üçün pulu kimlərəsə verdiyini demişdir. Bununla bağlı dəfələrlə Natiqdən pulunu tələb etmiş, 2021-ci ilin əvvəllərində Natiq onun pulunu tam qaytarmışdır. Məhkəmədə Şahid28 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, arvadı X3 hər iki böyrəyində xəstəlik olduğundan kəskin ağrılar yaranmış və Tərtər rayon Mərkəzi Xəstəxanasında müalicələrdə olsa da, həmin xəstəliyə görə heç bir xəstəxanaya əlilliyin təyin edilməsindən ötrü müraciət etməmişdir. Onun əslən Kəlbəcər rayonundan olmaqla Göygöl rayonu Üçtəpə kəndində yaşayan həmyerlisi Şahid12 ilə yaxın münasibəti vardır və tez-tez əlaqə saxlayıb görüşmüşlər. O, Nəsimi ilə 2017-ci ilin yay aylarında arvadının xəstəliyi ilə bağlı aralarında söhbət edərkən Nəsimi ona demişdir ki, bir nəfər tanışı var və həmin şəxs əlilliklə Zərqələmi 3700 manat müqabilində pensiyaya çıxarda bilər. Bu barədə evdə arvadı ilə danışıb razılaşaraq Zərqələmin əlilliklə bağlı pensiyaya çıxmasından ötrü 2017-ci ilin iyun ayının əvvəllərində 3700 manat pulu və Zərqələm İsgəndərovanın şəxsiyyət vəsiqəsinin surətini Gəncə şəhəri Nərimanov parkının qarşısında Şahid12 vermişdir. Nəsimi həmin pul müqabilində Zərqələmi 1-ci dərəcəli əlil kimi pensiyaya çıxardılmasında köməklik göstərməli və 3 ay ərzində pensiya işi həllini tapmalı idi. Lakin 3 ay vaxt keçməsinə baxmayaraq pensiya işi düzəlməmiş və Nəsimi onun 3700 manat pulunu tam olaraq geri qaytarmışdır. O, Nəsiminin kimisə pensiyaya çıxartmaq səlahiyyətinin olmadığını bilərək həmin pulu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində hansısa tanışına verməklə pensiya işinin həll ediləcəyini başa düşmüş, ancaq pulu Nəsiminin pulu konkret olaraq kiməsə verib-vermədiyindən xəbəri olmamışdır. Məhkəmədə Şahid29 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, əslən Kəlbəcər rayonundan olmaqla Göygöl rayonu Yeni Qızılca kəndində yaşayan Təqsirləndirilən şəxs3 tanıyır, onunla ədavəti və düşmənçiliyi yoxdur. X1 ruhi xəstəliyi olduğundan ona 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. 2017-ci ilin avqust ayında Turac ona 3700 manat müqabilində Şakirin əlillik dərəcəsinin 1-ci dərəcəyə dəyişdirə biləcəyini demişdir. Şakir Abdullayev 2-ci dərəcə əlil olmaqla 61 manat pensiya almış, 1-ci dərəcə əlil kimi pensiyasının 150 manata yaxın artacağını düşünərək, onunla razılaşmışdır. Gəncə şəhərində yerləşən "xxxx" ASC-nin filialından 2000 manat kredit götürmüş və özündə olan 1700 manatı da həmin pulun üstünə qoyub cəmi 3700 manat pulu 2017-ci ilin avqust ayının ortalarında Gəncə şəhərində yerləşən İcra Hakimiyyətinin yaxınlığında qohumları İqbalın yanında Turaca vermişdir. O, Turacın kimisə pensiyaya çıxartmaq və əlillik dərəcəsinin dəyişdirilməsi kimi səlahiyyətinin olmadığını bilərək bu işi kimin vasitəsilə düzəldəcəyini və pulu kimə verdiyini soruşduqda Turac ona açıqlama verməmiş və ən uzağı 5 aya kimi oğlunun əlillik dərəcəsinin 2-ci qrupdan 1-ci qrupa dəyişdirilərək pensiya işinin düzələcəyini bildirmişdir. Bu söhbətin üstündən 5 ay keçməsinə baxmayaraq Şakirin pensiya məsələsi düzəlməmiş və aldanıldığını başa düşərək dəfələrlə Turacın yaşadığı evə gedib pulunu geri tələb etdikdə ona məlum olmuşdur ki, Turac ondan başqa digər şəxslərə də pensiya düzəltməsi üçün onlardan pul almış, lakin konkret olaraq kimdən və hansı məbləğdə pul almasından məlumatı olmamışdır. Turac aldığı pulları Bakı şəhərində yaşayan Samirə adlı qadına verdiyini və Samirənin də pulları qaytarmadığını bildirmişdir. Turaca verdiyi 3700 manat pul ona məxsus olmaqla Turac tərəfindən tam olaraq geri qaytarılmışdır. Məhkəmədə Şahid30 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, gəlini X75 qadın xəstəliyindən əziyyət çəkmiş və 2017-ci ilin yay aylarında həmyerlisi Nəzakətdən Turac adlı həmyerlilərinin ayrı-ayrı şəxslərin pensiya çıxmasında köməklik etdiyini eşitdiyindən Turaca zəng edərək gəlini X45 əlilliklə pensiyaya çıxartmaqdan ötrü xahiş etdikdə Turac ona bu işin 4500 manata həll olunacağını demiş, aralarında razılaşdıqdan sonra 2017-ci ilin avqust ayının sonlarında Bakı şəhəri Sabunçu rayonu Zabrat 1 qəsəbəsində yolun kənarında görüşüb Turaca 4500 manat pulu və gəlini Rəna Bayramovanın şəxsiyyət vəsiqəsinin surətini vermişdir. Həmin pul müqabilində Turac Rənanı 1-ci dərəcəli əlilliklə təqaüdə çıxartmalı idi. Turacın bu işi kimin vasitəsilə gördüyünü bilməmiş, lakin 3-6 ay ərzində pensiya işinin həll olunacağını vəd etmişdir. Bu söhbətin üstündən xeyli vaxt keçməsinə baxmayaraq pensiya işi həll edilməmiş və aldanıldığını başa düşərək pulunu Turacdan geri tələb etmişdir. Turac hər dəfə müxtəlif bəhanələr gətirmiş, sonradan pulu Samirə adlı soyadını bilmədiyi bir nəfər qadına verdiyini demişdir. O, həmin qadını tanımamış, görməmiş və ancaq Turacdan pulunu tələb etmişdir. Turac onun pulunu 2019-cu ildə tam olaraq qaytarmışdır. Məhkəmədə Şahid31 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, əslən Kəlbəcər rayonunun Seyidlər kəndindən olmaqla hazırda Göygöl rayonunun Yeni Qızılca kəndində yaşayan həmyerlisi Təqsirləndirilən şəxs3la aralarında söhbət zamanı ona demişdir ki, pensiya işləri ilə məşğul olur və istənilən adamı pensiyaya çıxarda bilər. Onun xx.xx.2005-ci il təvəllüdlü qızı Aytən Verdiyevada anadangəlmə beyindaxili təzyiq, böyrək çatışmazlığı xəstəlikləri olduğundan sağlamlıq imkanlarının məhdud olduğunu və əlilliklə pensiyaya çıxarılmaqla həmin pulu uşağının dərmanlarına sərf etməyi düşünərək Təqsirləndirilən şəxs3 müraciət etmiş və köməklik göstərməyini xahiş etmişdir. Turac ona qızının əlilliklə pensiyaya çıxarılmasından ötrü yaşı az olduğuna görə bu işin 1700 manat müqabilində 3 ay müddətində düzələcəyini demişdir. O, bu barədə evdə qərarlaşıb razılaşdıqdan sonra 2017-ci ilin avqust ayının sonlarında Gəncə şəhərində yerləşən köhnə avtovağzalın qarşısında 1700 manat pulu və qızının şəxsiyyət vəsiqəsinin surətini Təqsirləndirilən şəxs3 vermiş və bu işi Turacdan hansı qaydada həll edəcəyini soruşduqda Turac ona adını xatırlamadığı hansısa qadına verməklə həll edəcəyini bildirmişdir. O, 3 ay müddətdən də artıq vaxt gözləməsinə baxmayaraq artıq pensiya işinin həll edilmədiyini görmüş və aldanıldığını başa düşərək pulunu Turacdan tələb etməyə başlamış, Turac onun pulunu tam olaraq qaytarmışdır. Məhkəmədə Şahid33 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, 16-17 bundan əvvəl ərindən rəsmi qaydada boşanaraq aliment ödənişi olmadan tək ana kimi 3 uşağı böyütmək çətin olmuş, eləcə də səhhətində yaranmış böyrək ağrılarından əziyyət çəkmiş, buna görə Gəncə şəhəri Abbas Səhhət adına xəstəxanada, sonradan isə Göygöl rayon Mərkəzi xəstəxanasında müalicələrdə olmuş, lakin həmin xəstəliklərlə bağlı pensiya almaqdan ötrü rəsmi olaraq səhiyyə müəssisəsinə müraciət etməmiş, çünki sənəd toplanması işlərindən anlayışı olmamışdır. Kəlbəcər rayonundan olmaqla Göygöl rayonu Üçtəpə kəndində yaşayan həmyerlisi Şahid12 ilə təxminən 2017-ci ilin sentyabr ayında bu xəstəliklə bağlı söhbət edərkən Nəsimi ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən tanışı olduğunu və həmin şəxsin əlilliklə onu pensiyaya çıxartmaqda köməklik edə biləcəyini, bunun qarşılığında 3700 manat pul vermək lazım olduğunu bildirmişdir. O, əlilliklə bağlı pensiyaya çıxmaqdan ötrü 2017-ci ilin sentyabr ayının əvvəllərində 3700 manat pulu və şəxsiyyət vəsiqəsinin əslini Göygöl rayonu Üçtəpə kəndində Şahid12 əlbəəl vermiş və Nəsimi həmin pul müqabilində onu 3 ay ərzində 1-ci dərəcəli əlilliyə görə pensiya təyin etdirəcəyini demiş, lakin 3 ay vaxt keçməsinə baxmayaraq pensiya işi düzəlməmiş və aldanıldığını başa düşərək Nəsimidən pulunu tələb etmiş və Nəsimi 2 aydan sonra onun pulunu tam olaraq geri qaytarmışdır. Məhkəmədə Şahid37 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun baldızıdır. 2017-ci ilin iyun ayında Ruhəngizin evində olarkən həmin vaxt Ruhəngizgildə qonaq olmuş Samirə adlı qadınla tanış olmuş, Samirəyə revmatizm və sümük yeyilməsi xəstəliyindən əziyyət çəkdiyini buna görə əlillik pensiyası almaq istədiyini, lakin əlillik pensiyası ilə bağlı heç bir dövlət orqanına müraciət etmədiyini bildirmişdir. Samirə ona demişdir ki, pul müqabilində köməklik edib 3 ay müddətində ona aylıq 200 manat olmaqla 1-ci qrup əlillik pensiyası düzəltdirə bilər. Ruhəngiz də təsdiq etmişdir ki, həqiqətən də Samirə pensiya düzəldə bilir və hətta bir neçə nəfərə pensiya düzəltmişdir. O, Ruhəngizə və Samirəyə inanmış və 5000 manat müqabilində ona 1-ci qrup əlillik pensiyası düzəldə biləcəklərini dedikdə o qədər məbləğə imkanı çatmadığını, yalnız 2500 manat pul düzəldib verə biləcəyini demiş, Samirə həmin 2500 manatla razılaşıb kömək edəcəyinə söz vermiş, sonra rayona qayıtmış və qızıllarını satıb 2500 manat pulu düzəldib 2017-ci ilin yay aylarında Lənkəran rayonundan Bakı istiqamətində işləyən adını xatırlamadığı avtobus sürücüsü vasitəsilə Ruhəngizə göndərmişdir. Sonra Ruhəngizlə telefonla danışıb 2500 manatı sürücüdən götürüb Samirəyə verdiyini bilmişdir. Lakin 3 ay keçməsinə baxmayaraq pensiya məsələsi düzəlməmişdir. O, Samirə ilə telefonla əlaqə saxlamamış, bu barədə Ruhəngizlə danışmış və işin nəticəsini soruşduqda Ruhəngiz Samirəyə zəng vurmuş, Samirə də hər dəfə müxtəlif bəhanələr gətirib ona gözləməyini bildirmişdir. Ruhəngiz onunla yanaşı başqa qohumlardan da pul alıb pensiya düzəlməsi üçün Samirəyə pul vermiş və həmin adamların heç birinin işi həll olunmamışdır. Məhkəmədə Şahid38 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 yaşadığı evin bir hissəsində ailəsi ilə birlikdə kirayədə yaşamış və yaxşı münasibətləri olmuşdur. Onun səhhətində damar genişlənməsi və onurğasında fəqərə sürüşməsi olduğundan kəskin ağrıları yaranmışdır. 2017-ci ilin təxminən avqust ayında Ruhəngizin evində olanda orada Samirə adlı qadınla ilk dəfə görüb tanış olmuşdur. Samirə onu Ruhəngizin qohumu bilmiş və söhbət əsnasında Samirə ona 3000 manat pul müqabilində xəstəliyinə görə aylıq 160 manat olmaqla 2-ci qrup əlillik pensiyasını düzəltməklə həmin məbləğin ildən ilə artacağını demişdir. Samirə özünü ona Ruhəngizin yanında hüquqşünas vəkil kimi təqdim etmiş və o, pensiya düzəlməyindən ötrü kimə müraciət edə biləcəyini bilməmiş, həmçinin Ruhəngiz Samirənin bir neçə adama pensiya düzəltdiyini deyib arxayın olduğundan Samirənin təklifi ilə razılaşmış və rayona qayıdıb həyətində olan inəklərini satıb 3000 manat pul düzəldib 2 həftə sonra Bakı şəhərinə gələrək 2017-ci ilin sentyabr ayında Ruhəngizin yaşadığı Bakı şəhəri Xətai rayonu Nobel pr-ti 185 ünvanında Ruhəngizin yanında Samirəyə 3000 (üç min) manat pulu, əmək kitabçasını və şəxsiyyət vəsiqəsinin surətini vermişdir. Samirə ona ən geci 6 ay ərzində pensiya işinin həll olunacağını desə də, deyilən vaxtdan xeyli vaxt keçməsinə baxmayaraq pensiya işi alınmamış, aldanıldığını başa düşərək pulunu Samirədən geri qaytarmağı tələb etmiş, lakin pulu qaytarılmamışdır. Ona təqdim edilmiş barəsində X116 adına Milli Oftalmologiya Mərkəzində tərtib edilmiş xx.xx.2018-ci il tarixli tibbi rəydən xəbəri olmamış və həmin tibbi rəyi Bakı şəhəri 26 saylı Birləşmiş şəhər xəstəxanasına təqdim etməmişdir. Məhkəmədə Şahid40 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun bacısıdır. 2017-ci ilin əvvəllərində Ruhəngizin evində Samirə adlı qadını görüb tanış olmuş, Samirə ona vəkil işlədiyini və yaxın müddətdə Dövlət Sosial Müdafiə Fonduna hüquqşünas kimi işə düzələcəyini demişdir. Samirə ona yaxşı pensiya almağı üçün 5000 manat pul müqabilində adını hansısa kimyəvi zavoda işçi kimi yazdırmaqla aylıq 500 manat pensiya ala biləcəyini demişdir. Ruhəngiz də Samirənin həqiqətən pensiya işləri ilə məşğul olduğunu və hətta bir neçə nəfərə pensiya düzəltdiyini təsdiq etdiyinə görə onlara inanmış və Samirənin təklifi ilə razılaşmışdır. 2017-ci ilin sonlarında Ruhəngizgilin evində Ruhəngiz 3000 manat pulu Samirəyə vermiş, bundan bir neçə gün sonra 2000 manatı isə Ruhəngizin qızı Nazənindən borc alaraq Ruhəngizlə birlikdə onun qızı Nazəninin yaşadığı Əhmədli qəsəbəsində olan binanın yanında Samirəyə vermişdir. Samirə təxminən 2 aya pensiya işinin düzələcəyini demiş, 10-15 gün sonra Ruhəngizin yaşadığı evində Samirə onu çağırtdırıb adına yazılmış əmək kitabçasına imza çəkdirib həmin kitabçanı özü ilə götürüb aparmış, işlərin qaydasında olduğunu, məhkəmədən qərar alacağını demişdir. O, əlilliklə pensiyaya çıxmağından ötrü Təqsirləndirilən şəxs2 və özünün vasitəsilə Samirə Mirzəyevaya ümumilikdə 5000 manat pul vermiş, Samirə Mirzəyeva özünü vəkil kimi təqdim etməklə bu işi kiminsə vasitəsilə düzəldəcəyini və həmin pulu düzəldən adama verəcəyini demiş, lakin həmin şəxsin kim olduğunu deməmişdir. O, istifadəsində olan 051 ***-**-** nömrəsindən Samirənin hazırda yadında qalmayan nömrələrinə zəng etmiş, deyilən vaxtdan keçməsinə baxmayaraq pensiya məsələsi düzəlməmişdir. Ruhəngiz də Samirəyə zəng vurduqda Samirə hər dəfə müxtəlif bəhanələr gətirib ona gözləməyini bildirmişdir. Məhkəmədə Şahid44 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, həyat yoldaşı Kəlbəcər rayonunun İlyaslar kəndindən olmaqla Goranboy rayonu Veyisli kəndində məskunlaşmış Şahid45 və atası Məzahir Nağıyevlə dost olmaqla yaxşı münasibətləri vardır. Onun həm qadın, həm də əsəb xəstəliyi olduğu üçün Naftalanda müalicələrdə olmuş və bu xəstəliklərlə əlilliklə pensiyaya çıxa biləcəyini düşünmüşdür. Vüsal həyat yoldaşı İsmayıla Şəfəq adlı qohumu vasitəsilə 6000 manat pul müqabilində əlilliyə görə pensiya təyin etdirə biləcəyini demiş, əri İsmayıl 2018-ci ilin yanvar ayının əvvəllərində Şahid45 Goranboy rayonunda 6000 manat pul vermiş, Vüsal isə həmin pulu Bakı şəhərində yaşayan Şəfəq adlı qohumuna vermişdir. O, Şəfəqi görməmiş, tanımamış və bu işi kimin vasitəsilə həll edəcəyini bilməmiş, lakin pulları verməmişdən əvvəl Şahid45 deməyinə əsasən bilmişdir ki, Şəfəq də bu işi kiminsə vasitəsilə həll edəcəkdir. Vüsal həmin puldan özünə götürməmişdir. Şəfəq onu İ qrup əlil kimi pensiyaya çıxartmaqla 3-5 ay müddətində pensiya işinin həll olunacağını Vüsal vasitəsilə bildirmiş, lakin deyilən vaxtdan da çox vaxt keçməsinə baxmayaraq, pensiya işi düzəlməmiş və Vüsal həmin 6000 manat pulu birdəfəlik 2019-cu ilin noyabr ayında tam qaytarmışdır. Məhkəmədə Şahid64 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, Bakı şəhərində X80 Təqsirləndirilən şəxs1la tanış olmuş və söhbət əsnasında Niyaməddin ona Samirə adlı qadın vasitəsi ilə arvadına əlillik sənədi düzəltdiyini, həmin sənədin düzəldilməsi üçün Samirəyə əvvəlcə 2000 manat pul verdiyini, sənədlər hazır olduqdan sonra isə əlavə 2000 manat da pul verəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs1 Samirə ilə onu tanış etməsini xahiş etmiş, Niyaməddin Samirənin mobil nömrəsini ona vermiş və Samirə ilə əlaqə saxlayıb, Samirəyə nömrəni Niyaməddindən aldığını deyərək qızına və nəvəsinə əlillik sənədi düzəltmək istədiyini bildirmiş, Samirə ona hər birinə görə 4000 manat pul lazım olduğunu bildirdikdə razılaşmış, lakin deyilən vaxtda pulu olmadığı üçün Samirə ilə görüşə bilməmişdir. 2017-ci ilin iyun ayının ortalarında 8000 manat pul düzəldib Bakı şəhərinə gəlmiş və Samirə ilə Qaradağ rayonu ərazisində yerləşən Sədərək TM-in “Elit” mağazasının qarşısında görüşə Niyaməddinlə birlikdə getmiş və Niyaməddinin vasitəsilə Samirəyə 8000 manat pul, həmçinin qızının və nəvəsinin şəxsiyyət vəsiqələrini vermişdir. Samirə ona əlillik sənədlərinin 75 günə həll olunacağını və əlavə adam olarsa xəbər etməyini bildirmişdir. O, Samirəyə inanmış və əlillik sənədi istəyən qohum və tanışlarına məlumat verdikdə qohumu Şahid66 4000 manat, Şərifə Qasımovadan 4000 manat və Tahir Yusifovdan isə 4000 manat pul almış və əlavə olaraq 1000 manat da nəvəsinə görə olmaqla cəmi 13000 manat pulla birlikdə onların şəxsiyyət vəsiqələrini 2017-ci ilin iyun ayının axırlarında Niyaməddin və sonuncunun tanışı olan Hacı Əkbərlə birlikdə Samirənin dediyi 6-cı mkr ərazisində “Anar” şadlıq sarayının yanına gedərək Samirəyə vermişdir. Sonra Samirə ona Tibbi Sosial Ekspert Komissiyasının kserosurət olan sənədini gətirib vermiş, həmin sənədlərin saxta olduğu müəyyən edilərək Samirə tərəfindən aldandığını başa düşüb bu barədə Niyaməddinə demişdir. O, Samirəyə Niyaməddin vasitəsilə verdiyi cəmi 21000 manat pulu tələb etdikdə Samirə pulları qaytarmaqdan imtina etmiş və ona görə də bu barədə Qaradağ rayon Polis İdarəsinə şikayət etmiş, istintaq zamanı ona cəmi 15000 manat pul qaytarılmış və qalan pulu isə qaytarılmamışdır. Məhkəmədə Şahid65 və Şahid66 ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunmuşdur. Onlar həmin ifadələrində Şahid64 ifadəsində göstərilən xüsusatları təsdiq etmişlər. Məhkəmədə Şahid67 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, əkiz qardaşı Şahid49 əslən Qubadlı rayonundan olan Təqsirləndirilən şəxs4lə bir sinifdə oxumuş və sonuncu onun qardaşı X81 rayon polis şöbəsində işləmişdir. O, İ Qarabağ müharibəsi döyüşlərində iştirak etmiş və buna görə aylıq 80 manat pensiya almışdır. 2017-ci ilin payız aylarının sonunda Elbar ona adını xatırlamadığı qadın tanışı olduğunu və ona əlillik pensiyası düzəltməkdə köməklik edəcəyini bildirsə də Elbarın bunu hansı üsul və qaydada həll edəcəyini bilməmiş, lakin Elbar ona 7500 manat pul müqabilində İİ qrup əlil kimi pensiya təyin etdirməklə ən azı 350 manat pensiya alacağına söz vermişdir. O, Qarabağ müharibəsinin iştirakçısı kimi ayda 80 manat pul almaqla həmin məbləğ ailəsinin dolanışığına çatmamış və ona görə də Elbarın dediyi təkliflə razılaşmışdır. 2017-ci ilin noyabr ayında 7500 (yeddi min beş yüz) manat pulu və şəxsiyyət vəsiqəsinin əslini Elbara Sumqayıt şəhərində kolxoz bazarının qarşısında vermiş, Elbar ona 3 ay ərzində pensiyasının düzələcəyini bildirmişdir. Lakin deyilən vaxtdan xeyli keçməsinə baxmayaraq, işin həll olunmadığını görərək Elbardan sənədini və pulunu tələb etmiş, Elbar isə hər dəfəsində ona səbrli olmağı demişdir. Elbar tək onun deyil, eləcə də qardaşı və bir neçə tanışlarının pensiya işlərinin həll edilməsindən ötrü tanımadığı qadına pul verdiyini desə də həmin qadını görməmiş, tanımamış, həmçinin Elbarın həmin qadına pul verib-vermədiyini bilməmişdir. O, Elbarın kimisə pensiyaya çıxartmaq səlahiyyəti və imkanı olmadığını bilərək pensiya işlərinə görə vermiş olduqları pulları Elbar kiməsə verməklə həll etməli idi. Elbar ona vurulmuş 7500 manat ziyandan 4300 manat pulu hissəhissə qaytarmış, 3200 manat isə hələ qaytarmadığından Elbardan şikayətçidir. Məhkəmədə Şahid57 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, o, 2018-ci ildən özünə ünvanlı dövlət sosial yardım düzəltdirmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəfələrlə müraciət etdiyindən müxtəlif cüzi səbəblər əsas gətirilməklə ona 7 dəfə imtina verilmişdir. İşlədiyi kafenin icarədarı Soltan ona bir tanışı olduğunu və həmin şəxs vasitəsilə müxtəlif aztəminatlı ailələrə verilən sosial evlərdən, yəni MİDA-nın verdiyi evlərdən ona da ev alıb verməkdə köməklik edə biləcəyini demişdir. O, Soltanın bu təklifi ilə razılaşandan sonra onu 2020-ci ilin dekabr ayının sonlarında X69 ilə qardaşının yaşadığı evdə tanış edib həmin xanımın geniş əlaqələrinin olmasını və ona sosial evin alınmasında məhz həmin xanımın köməklik edəcəyini bildirmişdir. Samirə dövlət tərəfindən imkansız və uşağını təkbaşına böyüdən analara pul müqabilində sosial evlər veriləcəyini dediyindən bu barədə Samirənin təklifinə etiraz etməmişdir. O, Samirə Mirzəyevanın nə işlə məşğul olduğunu soruşduqda Samirə özünü Sosial Müdafiə Nazirliyində işçi olduğunu və sosial yardım, pensiya, sosial evlərin və əlillərə maşınların verilməsi işləri ilə məşğul olduğunu demişdir. O, Samirə Mirzəyevanın təklifini çox düşünüb götür-qoy etdikdən sonra 2009-cu ildən həmin vaxtadək ev almaq məqsədilə topladığı 5000 (beş min) manat pulu xx.xx.2021-ci il tarixdə saat 17 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi sahə 12 nömrəsiz fərdi evdə özünün şəxsiyyət vəsiqəsi və qızı Zəhra İskəndərlinin həm doğum şəhadətnaməsini, həm də şəxsiyyət vəsiqəsinin əsillərini ilə birlikdə X92, anası Surə Mustafayeva, gəlinləri Vəfanın yanında vermişdir. Samirə Mirzəyeva ona 2021-ci ilin aprel ən uzağı may ayında Bakı şəhəri Sabunçu rayonu, Məmmədli dairəsi yaxınlığında tam təmirli 3 otaqlı ev veriləcəyinə söz vermişdir. Samirə Mirzəyeva ona istifadəsində olan 051 360-70-25, 051 ***-**-** və 070 ***-**-** mobil nömrələrini vermiş və həmin nömrələrlə əlaqə saxlayıb Samirə ilə bu barədə yazışmışdır. Sonra bir neçə dəfə Samirə Mirzəyeva ilə görüşmüş və 2021-ci ilin mart ayında Samirə onun yaşadığı evə gəlib ona evin rahatlıqla və tez bir zamanda dövlət tərəfindən verilməsi üçün əlavə olaraq 2000 (iki min) manat pul verməli olduğunu izah etmişdir. O, Samirədən verdiyi sənədlərin əsillərini istəmiş, qızı Zəhranın şəxsiyyət vəsiqəsini və doğum haqqında şəhadətnaməsini qaytarmış, ona məxsus şəxsiyyət vəsiqəsinin isə sosial ev alınanadək onda qalmalı olduğunu bildirmişdir. Bundan sonra o, yaşadığı evdə anası Sura və gəlinləri Vəfanın yanında xx.xx.2021-ci il tarixdə 2000 manat pulu Samirəyə vermişdir. 2021-ci ilin aprel ayından iyun ayının əvvəlinədək Samirə ilə mütəmadi olaraq “WhatsApp” proqramı vasitəsilə yazışmış və bir-birilərinə səs yazıları göndərmişlər. Samirə hər dəfəsində ona səbrli olmağı, darıxmamağı və işlərin həll olunacağını və bu işləri hansısa vəzifəli şəxsə dediyini və onun əli ilə düzələcəyini demişdir. 2021-ci ilin iyun ayında Samirə Mirzəyeva ilə söhbət edərkən 2-3 gün ərzində 3 otaqlı evə yerləşəcəyini demiş, lakin həmin müddətin keçməsinə baxmayaraq, aldanıldığını başa düşərək Samirədən verdiyi 7000 manat pulu tələb etdikdə Samirə 7000 manat puldan 5000 manat pulu Soltana verdiyini, həmin məbləği Soltandan tələb etməli olduğunu dedikdə o, həmin pulu Samirəyə verdiyi üçün ondan tələb etmiş, bu söhbətdən 2 gün sonra Samirə Mirzəyevanın mobil telefonuna zəng etsə də Samirənin mobil nömrəsinə zəng çatmamış və artıq ona qarşı dələduzluq edildiyini başa düşərək bu barədə polisə şikayət etmişdir. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri üzrə təqsirli olmaları özlərinin qismən etirafları, şahidlərinin ifadələri, ekspertiza rəyləri ilə yanaşı məhkəmədə tədqiq edilmiş digər sübutlarla tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs5 06 sentyabr 2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 sentyabr 2018-ci il tarixdə barəsində Xətai rayon məhkəməsinin qərarı ilə «həbs» qətimkan tədbiri seçilmiş, 24 oktyabr 2018-ci il tarixdə Təqsirləndirilən şəxs5 barəsində seçilmiş «həbs» qətimkan tədbiri Xətai rayon məhkəməsinin «ev dustaqlığı qətimkan tədbiri» ilə əvəz edilmiş, xx.xx.2018-ci il tarixdə onun barəsində müstəntiq tərəfindən «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından məlum olur ki, 28 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından məlum olur ki, 01 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından məlum olur ki, 01 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs4 təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından məlum olur ki, 02 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından məlum olur ki, X31 Təqsirləndirilən şəxs2 ümumilikdə ayrı-ayrı şəxslərə əlillik dərəcələri təyin etdirmək üçün 58.000 (əlli səkkiz min) manat pul aldığını təsdiq edən səs yazıları vardır. Cinayət işinin materiallarında olan kompleks məhkəmə-fonoskopik ekspertizasının 2 iyun 2021-ci il tarixli, 4/137-4/141 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. CD diskdə olan tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqlarda “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi X41, “Q2” kimi işarə olunmuş diktorun səsi və nitqi Şahid15, “Q3” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs2, “Q4” kimi işarə olunmuş diktorun səsi və nitqi Şahid16 Usmanovnaya məxsusdur. Cinayət işinin materiallarına əlavə olunmuş Şahid15 tərəfindən təqdim olunmuş 1 ədəd xarici yaddaş qurğusu olan CD diskdə 38 dəqiqə 12 saniyədən ibarət olan audio səs yazısında olan danışıqlara keçirilmiş 22 yanvar 2021-ci il tarixli baxış protokolundan görünür ki, Samirə Mirzəyevaya verilən pullarla bağlı Şahid15 və Samirə Mirzəyevanın əri Şahid14 arasında telefon danışıqları olmuşdur. Cinayət işinin materiallarında olan kompleks məhkəmə-fonoskopik ekspertizasının 2 iyun 2021-ci il tarixli, 4/137-4/141 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş CD diskdə olan diskdə olan tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqlarda danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Şahid14, “Q2” kimi işarə olunmuş diktorun səsi və nitqi Şahid15 məxsusdur. Təqsirləndirilən şəxs3 ifadələrində ayrı-ayrı şəxslərə əlillik dərəcələri təyin etdirmək üçün Samirə Mirzəyevaya müxtəlif məbləğlərdə olan pulları verməsinə dair onunla arasında qeydə alınmış danışıqları CD diskə köçürərək istintaqa təqdim etdiyindən iş materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs3 tərəfindən ibtidai istintaqa təqdim olunmuş 1 ədəd xarici yaddaş qurğusu olan ümumilikdə 11 ədəd fayldan ibarət audio səs yazılarında Samirə Mirzəyevanın istifadəsində olmuş +**********40 nömrəli və Təqsirləndirilən şəxs3 istifadəsində olmuş +**********90 nömrəli mobil telefonlar arasında Təqsirləndirilən şəxs3 Samirə Mirzəyevaya əlillik pensiyası təyin olunması adı ilə pulların müxtəif şəxslərdən alınaraq verilməsi barədə telefon danışıqları olmuşdur. Cinayət işinin materiallarında olan kompleks məhkəmə-fonoskopik ekspertizasının 2 iyun 2021-ci il tarixli, 4/137-4/141 nömrəli rəyindən qeyd olunan hissədə görünür ki, ekspertizaya təqdim olunmuş CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. CD diskdə olan tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqlarda danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K3” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs3, “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi X41 məxsusdur. Cinayət işinin materiallarında olan 07 yanvar 2022-ci il tarixli baxış protokolundan görünür ki, Şahid58 təqdim etdiyi səs yazısı və “WhatsApp” sosial proqramı vasitəsilə aparılan yazışmalarda Şahid58 X69 tərəfindən aldadılması barədə Şahid58, Şahid59 və digər şəxslər arasında telefon danışıqları olmuşdur. Cinayət işinin materiallarında olan kompleks məhkəmə-fonoskopik və kompüter texniki ekspertizasının 11 fevral 2022-ci il tarixli, 4/69-4/71 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “BİNGO” markalı və 1 ədəd “Kodak” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı tədqiqatı tələb olunan danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarət olmaqla CD disklərdə olan mübahisəli fonoqramlardakı şəxslərin səsi eyniləşdirici tədqiqat üçün yararlıdır. Ekspertizaya təqdim olunmuş 1 ədəd “BİNGO” markalı və 1 ədəd “Kodak” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı tədqiqatı tələb olunan danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi X41 məxsusdur. Ekspertizaya təqdim olunmuş disklərdə olan mübahisəli audio və videofonoqramlardakı danışıq hissələrində montaj əlamətləri müəyyən olunmamışdır. Cinayət işinin materiallarında olan məhkəmə-xətşünaslıq ekspertizasının 14 fevral 2022-ci il tarixli, 4/67 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Şahid58 ilə X31 adlarından olan xx.xx.2021-ci il tarixli qəbzin aşağı hissəsində “Mən X2 Güldən Allahverdi qızında 8500 m. pul aldım xx.xx.2021 Mirzəyeva” yazıları və “Mirzəyeva” yazısı önündəki imza, Şahid59 ilə X31 adından olan xx.xx.2021-ci il tarixli qəbzdə “Mən Şahid59 X41 3500 azn-dən 1500 azn verdim 20 gün ərzində də 2000 azn gətirəcəm imza M.Rəfiqə Fərman qızı X8 4.İİİ.2021” yazılarından aşağıda “(X69)” yazıları önündəki imza X69 tərəfindən icra olunmuşdur. Cinayət işinin materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs3 əlilliklə bağlı ona müraciət edən şəxslərdən aldığı pulların tarixi, məbləği, əlillik dərəcələri və əlillik təyini zamanı alınacaq pensiyanın məbləğini özündə əks etrdirən dəftərçədə qeydiyyatını aparmaqla həmin dəftərçəni könüllü olaraq ibtidai istintaqa təqdim etmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs3 tərəfindən təqdim edilmiş dəftərçəyə keçirilmiş 08 yanvar 2022-ci il tarixli baxış protokolundan görünür ki, dəftərçənin 1-ci vərəqində “Tur xx.xx.2017 Kifayət 1 Göznən 230 m 3800 manat Samirəyə verdim”, “ Tur xx.xx.2017 Nayib 1 Qurub Göznən 230 manat 3800 manat verdim”, “N+ xx.xx.2017 Şahid24 1 Qurub Mən aldım 3600 m Samirəyə verdim 3300 manat”, dəftərçənin 2-ci vərəqində “N+ xx.xx.2017 Şəhla Əmirova 1 Qurub Mən aldım 3700 manat Samirəyə verdim 3300 m”, “N+ xx.xx.2017 Hikmət Zenalov 1 Qurub Mən aldım 3700 1 Qurub Samirəyə verdim 3300 m”, “N+ xx.xx.2017 Şahid19 1 Qurub 3700 manat. Mən aldım Samirəyə verdim 3300 m”, dəftərçənin 3-cü vərəqində “N xx.xx.2017 Aygün Xıdırova 1 Qurub Mən aldım 3700 manat Samirəyə verdim 3400 m”, “N xx.xx.2017 Güldanə Aliyeva 1 Qurub Mən aldım 3700 m Samirəyə verdim 3300 manat”, “N xx.xx.2017 Şöhrət 1 Qurub aldım aldım 3700 manat. Samirəyə verdim 3300 m”, dəftərçənin 4-cü vərəqində “N xx.xx.2017 Sənəm Hüseyinova 1 Qurub Mən aldım 3700 manat Samirəyə verdim 3300 manat”, “N xx.xx.2017 Abdullah Hüseynov 1 Qurub Mən aldım 3700 manat Samirəyə verdim 3300 manat”, dəftərçənin 5-ci vərəqində “N xx.xx.2017 Nazı 1 Qurub Mən aldım 3700 manat Samirəyə verdim 3300 m”, “Nə xx.xx.2018 Yasəmən 1 Qurub Mən aldım 3700 man Samirəyə verdim 3300 m”, dəftərçənin 6-cı vərəqində “Nə xx.xx.2018 Sultan 1 Qurub Mən aldım 3700 manat Samirəyə verdim 3300 m”, “Nə xx.xx.2018 Elarə 1 Qurub Mən aldım 3700 manat Samirəyə verdim 3300 m”, “Nə xx.xx.2018 Tağı 1 Qurub Məni aldım 3700 m Samirəyə verdim 3300 m”, dəftərçənin 7-ci vərəqində “X156 1 Qurub Mən almışam 400 m Samirə verdim 3300 manat. Silinən”, “X157 1 Qr Mən aldım 3700 manat Samirəyə verdim 3300 manat”, dəftərçənin 8-ci vərəqində “Turac xx.xx.2018 Bayramova Rəna 1 Quru Mən aldım 4500 manat Samirəyə verdim 3800 manat”, “Nə Şirin 3 Qurub Mən aldım 2900 man Samirəyə verdim 2600 manat”, dəftərçənin 9-cu vərəqində “Nə Temur 1 Qurub Mən aldım 3700 manat Samirəyə verdim 3300 manat”, “Tura Mahir 1 Qurub Mən aldım 4000 manat Samirəyə verdim 3100 manat”, dəftərçənin 10-cu vərəqində “X158 1 Qurub Mən aldım 3900 manat Samirəyə verdim 3100 manat”, “Turac İnqlab 1 Qurub Mən aldım 5000 manat Samirəyə verdim 3800 man”, “Verdiyev Aytən uşaq işi Mən aldım 1700 m Samirəyə verdim 1500 manat” və dəftərçənin 11-ci vərəqində “Turac Bəsti 1Qurub Mən aldım 3500 manat Samirəyə verdim 3200 ma” əlyazma yazıları qeyd olunmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə-xətşünaslıq ekspertizasının 14 fevral 2022-ci il tarixli, 4/67 nömrəli rəyindən görünür ki,“Tur xx.xx.2017 Kifayət 1 Göznən 230 m 3800 manat Samirəyə verdim”, “ Tur xx.xx.2017 Nayib 1 Qurub Göznən 230 manat 3800 manat verdim”, “N+ xx.xx.2017 Şahid24 1 Qurub Mən aldım 3600 m Samirəyə verdim 3300 manat”, dəftərçənin 2-ci vərəqində “N+ xx.xx.2017 Şəhla Əmirova 1 Qurub Mən aldım 3700 manat Samirəyə verdim 3300 m”, “N+ xx.xx.2017 Hikmət Zenalov 1 Qurub Mən aldım 3700 1 Qurub Samirəyə verdim 3300 m”, “N+ xx.xx.2017 Şahid19 1 Qurub 3700 manat. Mən aldım Samirəyə verdim 3300 m”, dəftərçənin 3-cü vərəqində “N xx.xx.2017 Aygün Xıdırova 1 Qurub Mən aldım 3700 manat Samirəyə verdim 3400 m”, “N xx.xx.2017 Güldanə Aliyeva 1 Qurub Mən aldım 3700 m Samirəyə verdim 3300 manat”, “N xx.xx.2017 Şöhrət 1 Qurub aldım aldım 3700 manat. Samirəyə verdim 3300 m”, dəftərçənin 4-cü vərəqində “N xx.xx.2017 Sənəm Hüseyinova 1 Qurub Mən aldım 3700 manat Samirəyə verdim 3300 manat”, “N xx.xx.2017 Abdullah Hüseynov 1 Qurub Mən aldım 3700 manat Samirəyə verdim 3300 manat”, dəftərçənin 5-ci vərəqində “N xx.xx.2017 Nazı 1 Qurub Mən aldım 3700 manat Samirəyə verdim 3300 m”, “Nə xx.xx.2018 Yasəmən 1 Qurub Mən aldım 3700 man Samirəyə verdim 3300 m”, dəftərçənin 6-cı vərəqində “Nə xx.xx.2018 Sultan 1 Qurub Mən aldım 3700 manat Samirəyə verdim 3300 m”, “Nə xx.xx.2018 Elarə 1 Qurub Mən aldım 3700 manat Samirəyə verdim 3300 m”, “Nə xx.xx.2018 Tağı 1 Qurub Məni aldım 3700 m Samirəyə verdim 3300 m”, dəftərçənin 7-ci vərəqində “X156 1 Qurub Mən almışam 400 m Samirə verdim 3300 manat. Silinən”, “X157 1 Qr Mən aldım 3700 manat Samirəyə verdim 3300 manat”, dəftərçənin 8-ci vərəqində “Turac xx.xx.2018 Bayramova Rəna 1 Quru Mən aldım 4500 manat Samirəyə verdim 3800 manat”, “Nə Şirin 3 Qurub Mən aldım 2900 man Samirəyə verdim 2600 manat”, dəftərçənin 9-cu vərəqində “Nə Temur 1 Qurub Mən aldım 3700 manat Samirəyə verdim 3300 manat”, “Tura Mahir 1 Qurub Mən aldım 4000 manat Samirəyə verdim 3100 manat”, dəftərçənin 10-cu vərəqində “X158 1 Qurub Mən aldım 3900 manat Samirəyə verdim 3100 manat”, “Turac İnqlab 1 Qurub Mən aldım 5000 manat Samirəyə verdim 3800 man”, “Verdiyev Aytən uşaq işi Mən aldım 1700 m Samirəyə verdim 1500 manat” və dəftərçənin 11ci vərəqində “Turac Bəsti 1Qurub Mən aldım 3500 manat Samirəyə verdim 3200 ma” yazılar Təqsirləndirilən şəxs3 tərəfindən icra olunmuş və qeyd olunan yazılarda qeyri-adi psixofizioloji vəziyyətdə icra olunma əlamətləri müşahidə olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sistemindən xx.xx.2017-ci il tarixdə çap edilmiş sonuncu müayinəyə dair məlumat vərəqəsindən görünür ki, həmin sənəddə Şahid5 “Qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri, beyin silkələnməsi, hipertensiv sindrom, postravmatik ensefalopatiya, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları (ayda 10-12 dəfə), kəllə daxili hipertenziya, vago-vegetativ krizlər, koordinator-statik pozğunluqlar, diensefal sindrom, kəskin asteno-nevrotik sindrom” diaqnozu ilə əlillik səbəbi ümumi xəstəlik olmasına dair 0063003AABBJ nömrəli “Forma 88” əsasında sağlamlıq vəziyyətinin xx.xx.2017-ci il tarixdə qiymətləndirilərək həmin tarixdə birinci dərəcəli müddətsiz əlillik müəyyən edilərək təyinat aparılması qeyd edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sistemindən xx.xx.2017-ci il tarixdə çap edilmiş sonuncu müayinəyə dair məlumat vərəqəsindən görünür ki, həmin sənəddə Şahid2 “Qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri, beyin silkələnməsi, hipertensiv sindrom, postravmatik ensefalopatiya, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları (ayda 10-12 dəfə), kəllə daxili hipertenziya, vago-vegetativ krizlər, koordinator-statik pozğunluqlar, diensefal sindrom, kəskin asteno-nevrotik sindrom” diaqnozu ilə əlillik səbəbi ümumi xəstəlik olmasına dair 0063003AABCS nömrəli “Forma 88” əsasında sağlamlıq vəziyyətinin xx.xx.2017-ci il tarixdə qiymətləndirilərək həmin tarixdə birinci dərəcəli müddətsiz əlillik müəyyən edilərək təyinat aparılması qeyd edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sistemindən xx.xx.2017-ci il tarixdə çap edilmiş sonuncu müayinəyə dair məlumat vərəqəsindən görünür ki, həmin sənəddə Şahid9 “Şizofreniyanın paranoid forması, dərin psixi qüsur halı, fasiləsiz tip gedişli özünə xidmətin pozulması, kənar şəxsin köməyinə ehtiyacı var” diaqnozu ilə əlillik səbəbi ümumi xəstəlik olmasına dair 4083003AACK8 nömrəli “Forma 88” əsasında sağlamlıq vəziyyətinin xx.xx.2017-ci il tarixdə qiymətləndirilərək həmin tarixdə birinci dərəcəli müddətsiz əlillik müəyyən edilərək təyinat aparılması qeyd edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sistemindən xx.xx.2017-ci il tarixdə çap edilmiş sonuncu müayinəyə dair məlumat vərəqəsindən görünür ki, həmin sənəddə X15 “Hipertoniya xəstəliyi İİ-İİ, baş beyin qan dövranının sol orta beyin arteriyası hövzəsində gedən hemorrogik tip insultun nəticəsi, sağ tərəfli hemiplegiya, mator və sensor afaziya, sol beyin yarımkürəsində hematoma, çanaq orqanları funksiyasının əhəmiyyətli dərəcədə pozulması” diaqnozu ilə əlillik səbəbi ümumi xəstəlik olmasına dair 0175003AAJNC nömrəli “Forma 88” əsasında sağlamlıq vəziyyətinin xx.xx.2017-ci il tarixdə qiymətləndirilərək həmin tarixdə birinci dərəcəli müddətsiz əlillik müəyyən edilərək təyinat aparılması qeyd edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sistemindən xx.xx.2017-ci il tarixdə çap edilmiş sonuncu müayinəyə dair məlumat vərəqəsindən görünür ki, həmin sənəddə X16 “Şizofreniyanın paranoid forması, dərin psixi qüsur halı, fasiləsiz tip gedişli özünə xidmətin pozulması, kənar şəxsin köməyinə ehtiyacı var” diaqnozu ilə əlillik səbəbi ümumi xəstəlik olmasına dair 0063003AAB6C nömrəli “Forma 88” əsasında sağlamlıq vəziyyətinin xx.xx.2017-ci il tarixdə qiymətləndirilərək həmin tarixdə birinci dərəcəli müddətsiz əlillik müəyyən edilərək təyinat aparılması qeyd edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sistemindən xx.xx.2017-ci il tarixdə çap edilmiş sonuncu müayinəyə dair məlumat vərəqəsindən görünür ki, həmin sənəddə X5 “Hipertoniya xəstəliyi İİ-İİ, baş beyin qan dövranının sol orta beyin arteriyası hövzəsində gedən hemorrogik tip insultun nəticəsi, sağ tərəfli hemiplegiya, mator və sensor afaziya, sol beyin yarımkürəsində hematoma, çanaq orqanları funksiyasının əhəmiyyətli dərəcədə pozulması” diaqnozu ilə əlillik səbəbi ümumi xəstəlik olmasına dair 0063003ABB6L nömrəli “Forma 88” əsasında sağlamlıq vəziyyətinin xx.xx.2017-ci il tarixdə qiymətləndirilərək həmin tarixdə birinci dərəcəli müddətsiz əlillik müəyyən edilərək təyinat aparılması qeyd edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sistemindən xx.xx.2017-ci il tarixdə çap edilmiş sonuncu müayinəyə dair məlumat vərəqəsindən görünür ki, həmin sənəddə Şahid7 “Müştərək travma, bel fəqərəsinin sınığı, S.32.0, fəqərə sütunu-onurğa travmasından sonrakı vəziyyət 191.0. fəqərənin fəsadlaşmış sınıq çıxığından sonrakı vəziyyəti paraplegiya, çanaq orqanlarının funksiya pozuntusu” diaqnozu ilə əlillik səbəbi ümumi xəstəlik olmasına dair 0175003AAB5J nömrəli “Forma 88” əsasında sağlamlıq vəziyyətinin xx.xx.2017-ci il tarixdə qiymətləndirilərək həmin tarixdə birinci dərəcəli müddətsiz əlillik müəyyən edilərək təyinat aparılması qeyd edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sistemindən xx.xx.2017-ci il tarixdə çap edilmiş sonuncu müayinəyə dair məlumat vərəqəsindən görünür ki, həmin sənəddə X68 “Generalizə olunmuş idopatik eplepsiya və epileptik sindromla tez-tez təkrarlanan tonik-klonik qıcolma tutmalarla xoşxassəli kəllədaxili hipertenziya” diaqnozu ilə əlillik səbəbi ümumi xəstəlik olmasına dair 4405003AABNU nömrəli “Forma 88” əsasında sağlamlıq vəziyyətinin xx.xx.2017-ci il tarixdə qiymətləndirilərək həmin tarixdə birinci dərəcəli müddətsiz əlillik müəyyən edilərək təyinat aparılması qeyd edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sistemindən xx.xx.2017-ci il tarixdə çap edilmiş sonuncu müayinəyə dair məlumat vərəqəsindən görünür ki, həmin sənəddə X27 “Generalizə olunmuş idopatik epilepsiya və şizofreniya paranoid forması” diaqnozu ilə əlillik səbəbi ümumi xəstəlik olmasına dair 4083003AABBT nömrəli “Forma 88” əsasında sağlamlıq vəziyyətinin xx.xx.2017-ci il tarixdə qiymətləndirilərək həmin tarixdə birinci dərəcəli müddətsiz əlillik müəyyən edilərək təyinat aparılması qeyd edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sistemindən xx.xx.2017-ci il tarixdə çap edilmiş sonuncu müayinəyə dair məlumat vərəqəsindən görünür ki, həmin sənəddə Şahid47 “Generalizə olunmuş idopatik eplepsiya və şizofreniya paranoid forması” diaqnozu ilə əlillik səbəbi ümumi xəstəlik olmasına dair 4083004AABBS nömrəli “Forma 88” əsasında sağlamlıq vəziyyətinin xx.xx.2017-ci il tarixdə qiymətləndirilərək həmin tarixdə ikinci dərəcəli müddətsiz əlillik müəyyən edilərək təyinat aparılması qeyd edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sistemindən xx.xx.2017-ci il tarixdə çap edilmiş sonuncu müayinəyə dair məlumat vərəqəsindən görünür ki, həmin sənəddə X38 “G 30.0 erkən Alsheymer xəstəliyi, qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri, postravmatik ensefalopatiya, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları (ayda 7-8 dəfə) kəllədaxili hipertenziya vago-vegetativ krizlər, koordinator-statik pozğunluqlar, diensefal sindrom, kəskin asteno-nevrotik sindrom” diaqnozu ilə əlillik səbəbi ümumi xəstəlik olmasına dair 4083603BBCDD nömrəli “Forma 88” əsasında sağlamlıq vəziyyətinin xx.xx.2017-ci il tarixdə qiymətləndirilərək həmin tarixdə ikinci dərəcəli müddətsiz əlillik müəyyən edilərək təyinat aparılması qeyd edilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-sənədlərin texniki ekspertizasının 8 avqust 2018-ci il tarixli, 18619 nömrəli rəyindən görünür ki, X7, Şahid9, X23, Şahid7, Şahid2 adına olan sənədlər elektrofotoqrafik çoxaldıcı çap qurğuda (surətçıxaran, lazer printer və s.) hazırlanmışdır. Ekspertiza tədqiqatına təqdim edilmiş X7, Şahid9, X23, Şahid7, Şahid2 adına olan Tibbi-Sosial Exsret Komissiyasında sonuncu müayinəyə dair məlumat verilməsi adlı sənədlər ekspertizaya nümunə qismində təqdim edilmiş Tibbi-Sosial Ekspert Komissiyasından götürülmüş blank nümunəsi ilə eynilik təşkil etmir. Cinayət işinin materiallarından məlum olur ki, X69 ilə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Şahid58 arasında və Şahid14 ilə Şahid15 arasında olan danışıqların köçürüldüyü 4 ədəd CD disk, həmçinin Təqsirləndirilən şəxs3 istintaqa təqdim etdiyi dəftərçə və 11 ədəd Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənədlərin əsilləri hazırki cinayət işinə əlavə edilməklə maddi sübut qismində tanınmışdır. Cinayət işinin materiallarından məlum olur ki, iş üzrə ibtidai istintaq dövründə müəyyən edilmiş dələduzluq cinayət əməli üzrə vurulmuş ziyan 361.990 manat olmaqla ayrı-ayrı tarixlərdə 214.090 manatməbləğdə pul vəsaiti təqsirləndirilən şəxslər tərəfindən vətəndaşlara ödənilmişdir. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri üzrə təqsirli olmaları zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatı, şahidlərin ifadələri, ekspertiza rəyləri ilə yanaşı məhkəmədə tədqiq edilmiş digər sübutlarla tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alımış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Cinayət işinin materiallarına əlavə olunmuş Lənkaran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-519/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünün surətindən məlum olur ki, Təqsirləndirilən şəxs1 təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il 5 (beş) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Göygöl rayonu İcra Hakimiyyəti Başçısının Yeni Qızılca kənd İƏD nümayəndəliyindən daxil olmuş xx.xx.2021-ci il tarixli, 212 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Mamedov X60 rayonu Seyidlər kəndində qeydiyyatda olmasına baxmayaraq Göygöl rayonu Yeni Qızılca kəndində ailəsi ilə müvəqqəti olaraq məskunlaşmış və yaşayış yerindən müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə olunmuş Bakı şəhər İcra Hakimiyyəti Xətai rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 66 saylı MKİS-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, 653 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 Qubadlı rayonunda qeydiyyatda olmaqla hazırda ailəsi ilə birlikdə ünvan 21 ünvanında yaşayır və yaşayış yerindən müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə olunmuş Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin 118 saylı MKİS-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, 141 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 22 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və yaşayış yerindən müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə olunmuş Bakı şəhər Sabunçu rayonu İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi İnzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 27 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs5 ünvan 24 ünvanında qeydiyyatsız yaşayır və yaşayış yerindən müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə olunmuş Biləsuvar rayon İcra Hakimiyyəti başçısının Ağalıkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 216 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Abasov X13 rayonu Ağalıkənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və yaşayış yerindən müsbət xarakterizə olunur. Cinayət işinin materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2009-cu il tarixli X59 adında bir yetkinlik yaşına çatmayan övladı vardır. Cinayət işinin materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs3 himayəsində xx.xx.2014-cü il təvəllüdlü X119 və xx.xx.2016-cı il təvəllüdlü X95 adlı 2 yetkinlik yaşına çatmayan övladları vardır. Cinayət işində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi zərərçəkmiş şəxs və Nazirlik tərəfindən daxil olmuş xx.xx.2022-ci il tarixli etibarnamədə Nazirlik adından məhkəmə proseslərində, hüquq mühafizə orqanlarında zərərçəkmiş şəxsin nümayəndəsi qismində iştirak etmək Nümayəndə həvalə edildiyindən Nümayəndə zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır. Beləliklə məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 CM-in 178.3.2 və 320.2-ci, Təqsirləndirilən şəxs2 CM-in 178.3.2, Təqsirləndirilən şəxs3 CM-in 178.3.2, Təqsirləndirilən şəxs4 CM-in 178.3.2 və Təqsirləndirilən şəxs5 CM-in 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələrində nəzərdə tutulan əməlləri törətmələrini, əməllərində cinayət tərkibinin olmasını, bununla da onların təqsirlərini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə təqsirləndirilən şəxslərin məhkəmədə verdiyi ifadələrini həqiqi ifadələr kimi qəbul etmir və həmin ifadələri özlərini cinayət məsuliyyətindən yayınmaq üçün uydurulmuş və işin faktiki hallarına uyğun olmayan ifadələr kimi qiymətləndirir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxslərin əməlləri Azərbaycan Respublikası CM-in yuxarıdaki maddələri ilə düzgün tövsif edilmiş, lakin düzgün olmayaraq həmin şəxslərə Azərbaycan Respublikası CM-in 32.4,312.2-ci maddəsi ilə də ittiham verilmişdir. Məhkəmə çıxışları mərhələsində dövlət ittihamçısı öz çıxışında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 hər birinin ittihamindan Azərbaycan Respublikası CM-in 32.4,312.2ci maddəsi ilə olan hissəsindən imtina etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312.1-ci maddəsinə əsasən rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsini, həmin Məcəllənin 312.2-ci maddəsi isə vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət verməni və ya təkrar rüşvət verməni nəzərdə tutur. Məhkəmə, qeyd etməyi lazım bilir ki, cinayət-hüquq elmində səlahiyyətli vəzifəli şəxsə çatdırmaq adı ilə rüşvət verən şəxsdən pulu və ya digər əmlakı alan və vədinə əməl etmək niyyətində olmayaraq həmin pulu (əmlakı) öz xeyrinə ələ keçirən şəxsin hərəkətləri yalançı vasitəçilik (psevdovasitəçilik) adlandırılır. “Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin “Qeyd” hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli qərarına əsasən, rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib. Qeyd olunmalıdır ki, yalançı vasitəçinin hərəkətləri rüşvət verməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Hətta yalançı vasitəçiyə qarşı rüşvət verməyə cəhdə təhrik etmə ittihamının irəli sürülməsi də burada vəziyyəti dəyişmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun həmin tarixli qərarına əsasən, yalançı vasitəçilik birbaşa olaraq dələduzluğun üsulu kimi göstərilmişdir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslərin niyyəti zərərçəkmiş şəxslərin pullarını ələ keçirmək məqsədi daşıdığından və ümumiyyətlə hər hansı bir korrupsiya razılaşmasının əldə olunmasına çalışmadığından göstərilən əməllərin korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilmədiyindən, əksinə əmlakla bağlı olan ictimai münasibətlərə zərər vurmağa yönəldiyindən və bu əməllər yekunda Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə tam əhatə olunduğundan, təqsirləndirilən şəxsin CM-nin 32.4,312.2-ci maddəsi ilə məhkum olunmasına və cəzalandırılmasına dair ittiham hökmünün çıxarılması əsassız hesab edilməlidir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilən məsələ barəsində izahını da nəzərə alır. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023-cü il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli qərarlarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli qərardadında təsbit edilmiş hüquqi yanaşmaya görə, psevdo vasitəçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik kimi görünən hərəkətlər dələduzluğun üsuludur və yalançı vasitəçinin əməli korrupsiya cinayətinin obyektinə zərər vurmur, yəni belə vəsitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, əmlak münasibətlərinə zərər vurmağa yönəlir və əməli dələduzluq cinayəti ilə tam əhatə olunur. Bu baxımdan yalançı vasitəçinin əməli yalnız dələduzluq kimi qiymətləndirilməlidir. Təqsirləndiriləın şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 müxtəlif şəxslərdən aldıqları puları aldatma yolu ilə əldə etmişlər, onlar həmin şəxslərin xeyinə hər hansı hərəkət etmək, onlara kömək etmək niyyəti olmamış, rüşvət vermədə yalançı vasitəçilik etməklə əməlləri korrupsiya cinayətinin obyektinə - dövlət qulluğunun mənafeyinə deyil, yalnız əmlak münasibətlərinə zərər vurmağa yönəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarından irəli gələn və yuxarıda qeyd olunan tövsiyyələr, müəyyən olunduğu kimi, Azərbaycan Respublikası CM-nin 178-ci maddəsində ehtiva olunan əlamətlər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs5 cinayət əməllərində əhatə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X118 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 23-cü bəndinə əsasən, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət- prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. Həmin Məcəllənin 38.4-cü maddəsinin tələbinə görə, cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir. Həmin Məcəllənin 39.2-ci maddəsinin tələbinə görə, hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.6-cı maddəsinə əsasən, dövlət ittihamçısı bu Məcəllənin 40.2-ci maddəsində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları məhkəmədə aşkar edərsə, təqsirləndirilən şəxsin barəsində cinayət təqibindən imtina edilməsini bildirməyə haqlıdır. Həmin Məcəllənin 43.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunanları nəzərə alaraq məhkəmə bu nəticəyə gəlir ki, dövlət ittihamçısının təqsirləndirilən şəxslər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə verilmiş ittiham üzrə ittihamdan imtinası qəbul edilməli və həmin maddə ilə onların barəsində cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxslərin törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər törətdikləri əməllərə görə təqsirli bilinib cəzalanmalıdırlar. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs5 təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə irəli sürülmüş ittihamlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən həmin maddə ilə onlara cəza təyin edilməməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onların islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs5 cəzasını yüngülləşdirən hallar dələduzluq cinayət əməli nəticəsində dəymiş ziyanın qismən ödənilməsidir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs5 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar himayəsində bir yetkinlik yaşına çatmayan övladının olması və dələduzluq cinayət əməli nəticəsində dəymiş ziyanın qismən ödənilməsidir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasınıı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar himayəsində 2 yetkinlik yaşına çatmayan övladlarının olması və dələduzluq cinayət əməli nəticəsində dəymiş ziyanın xeyli hissəsini ödəməsidir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar dələduzluq cinayət əməli nəticəsində dəymiş ziyanın qismən ödənilməsidir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs4 cəzasını yüngülləşdirən hallar cinayət əməli nəticəsində dəymiş ziyanın böyük hissəsini ödəməsidir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilməli, barəsində “həbs” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirələn şəxs Təqsirləndirilən şəxs1 məhkəmə zalından həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Təqsirləndirilən şəxs1 barəsində olan Lənkaran Ağır Cinayətlər Məhkəməsinin 1(099)- 519/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü müstəqil icra olunmalıdır. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilməli, barəsində “həbs” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirələn şəxs Təqsirləndirilən şəxs5 məhkəmə zalından həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin ümumi rejimi cəzaçəkmə müəssisələrində cəza çəkmələri müəyyən olunmuşdur. Bu səbəbdən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs5 cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs5 ibtidai istintaq zamanı 06 sentyabr 2018-ci il tarixdən 27 noyabr 2022-ci il tarixdək şübhəli şəxs, «həbs» və «ev dustaqlığı»da saxlanıldığı 2 ay 21 gün müddət ona təyin olunan əsas cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs5 cəzasının əvvəli 20 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli 20 oktyabr 2023-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəzaya məhkum edilməsini, onun tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən tam təcrid edilmədən də islah edilməsi mümkün olduğundan, onunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiı daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməli və ona təyin edilmiş cəza şərti olaraq tətbiq edilməklə üzərində sınaq müddəti müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin dəyişdirilərək barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan bədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edilməsi məsələsini müzakirə edərkən hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəzaya məhkum edilməsini, onun tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 cəmiyyətdən tam təcrid edilmədən də islah edilməsi mümkün olduğundan, onunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksisı daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməli və ona təyin edilmiş cəza şərti olaraq tətbiq edilməklə üzərində sınaq müddəti müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 üzərində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin dəyişdirilərək barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan bədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Göygöl rayon İcra və Probasiyi şöbəsinə tapşırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs4 cəza təyin edilməsi məsələsini müzakirə edərkən hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddələri ilə təqsirli bilinərək cəzaya məhkum edilməsini, onun tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs4 cəmiyyətdən tam təcrid edilmədən də islah edilməsi mümkün olduğundan, onunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ğb maddəsinin sanksisı daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməli və ona təyin edilmiş cəza şərti olaraq tətbiq edilməklə üzərində sınaq müddəti müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 üzərində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin dəyişdirilərək barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan bədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalıdır. İş üzrə üzərə mülki idda yoxdur. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə münasibətdə xüsusi müsadirə tətbiq oluna bilməz. İş üzrə maddi sübutlar olan X69 ilə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Şahid58 arasında və Şahid14 ilə Şahid15 arasında olan danışıqların köçürüldüyü 4 ədəd CD disk, həmçinin Təqsirləndirilən şəxs3 istintaqa təqdim etdiyi dəftərçə və 11 ədəd Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənədlərinin əsillərinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Cinayət işi üzrə ekspertizasının dəyəri 1.061,52 manat təşkil edir. Həmin məbləğ Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 hər birindən 212 manat 30 qəpik olmaqla alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may tarixli 2018-ci il 202 nömrəli qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 06 (altı) manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs4 göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, "Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi3 700 (yeddi yüz) manat məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 314.2, 345-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə verilmiş ittiham üzrə dövlət ittihamçısının ittihamdan imtinası qəbul edilsin, iş üzrə həmin maddə ilə olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə irəli sürülmüş ittihamlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin maddə ilə ona cəza təyin edilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzasının əvvəli 20 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində olan Lənkaran Ağır Cinayətlər Məhkəməsinin 1(099)- 519/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü müstəqil icra olunsun. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirələn şəxs Təqsirləndirilən şəxs1 məhkəmə zalından dərhal həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasına göndərilsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə verilmiş ittiham üzrə dövlət ittihamçısının ittihamdan imtinası qəbul edilsin, iş üzrə həmin maddə ilə olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs5 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə irəli sürülmüş ittihamlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin maddə ilə ona cəza təyin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs5 ibtidai istintaq zamanı 06 sentyabr 2018-ci il tarixdən 27 noyabr 2018-ci il tarixdək şübhəli şəxs, «həbs» və «ev dustaqlığı»da saxlanıldığı 2 (iki) ay 21 gün müddət ona təyin olunan əsas cəzadan çıxılsın və onun üzərində qəti olaraq 1 (bir) il 9 (doqquz) ay 9 (doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzasının əvvəli 20 oktyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirələn şəxs Təqsirləndirilən şəxs1 məhkəmə zalından dərhal həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxansına göndərilsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə verilmiş ittiham üzrə dövlət ittihamçısının ittihamdan imtinası qəbul edilsin, iş üzrə həmin maddə ilə olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə verilmiş ittiham üzrə dövlət ittihamçısının ittihamdan imtinası qəbul edilsin, iş üzrə həmin maddə ilə olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Göyçay rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə verilmiş ittiham üzrə dövlət ittihamçısının ittihamdan imtinası qəbul edilsin, iş üzrə həmin maddə ilə olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Cinayət işi üzrə ekspertizasının dəyəri 1.061,52 manat təşkil edir. Həmin məbləğ Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 hər birindən 212 manat 30 qəpik olmaqla alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə maddi sübutlar olan İş üzrə maddi sübutlar olan X69 ilə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Şahid58 arasında və Şahid14 ilə Şahid15 arasında olan danışıqların köçürüldüyü 4 ədəd CD disk, həmçinin Təqsirləndirilən şəxs3 istintaqa təqdim etdiyi dəftərçə və 11 ədəd Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənədlərinin əsillərinin cinayət işinin materiallarında saxlanılması nəzərə nəzərə alınsın. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs4 göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, "Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi3 700 (yeddi yüz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan təqsirləndirilən şəxslərə hökmün surətini aldıqdan) 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-120/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-120/2023
20.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver