Məhkəmə qərarları › İş №1(101)-1200/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1200/2024

06.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1200/2024 06.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X5 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, psixoloq-mütəxəssis X3, müdafiəçi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, Bakı şəhəri, Qaradağ rayonu, Müşfıqabad qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 16 avqust 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və hal hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs təqsirkar üçün aşkar surətdə 14 yaşına çatmayan zərərçəkmiş şəxsin köməksiz vəziyyətdə olmasından istifadə edib onu rüsvay edəcəyi hədəsi ilə qeyritəbii yolla cinsi əlaqədə olaraq seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Belə ki, o, 2023-cü ilin aprel ayının ortalarında xx xxxxx 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ilə “Lalafo.az” saytında tanış olmuş, Zərərçəkmiş şəxs “İphone” markalı mobil telefonu satmaq adı ilə ilkin ödəniş kimi 74 manat pul almış, mobil telefonu və ya aldığı ilkin ödənişi geri qaytaracağına inandırıb 2023-cü ilin may ayının əvvəllərində istintaqla dəqiq müəyyən edilməyən tarixdə sonuncunun yaşadığı Abşeron rayonu, Atyalı qəsəbəsində yerləşən “Rahat” marketin yaxınlığından öz motosikleti ilə götürərək yaşadığı ünvan 3 ünvanında yerləşən yaşayış binasının damma aparmış, orada Zərərçəkmiş şəxs qeyri-təbii yolla cinsi əlaqədə olmağa məcbur etmiş, zərərçəkmiş şəxs etiraz etdikdə onu rüsvay edəcəyini bildirib köməksiz vəziyyətdə olmasından istifadə edərək zor tətbiq etmə hədəsi ilə sonuncu ilə arxa keçəcək nahiyəsi vasitəsilə qeyri-təbii yolla cinsi əlaqədə olaraq təqsirkar üçün aşkar surətdə 14 yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri edərək cinsi ehtirasını pozğun formada təmin etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, “Lalafo.az” saytında tərəfindən 250 manat müqabilində mobil telefon satışa qoyulmuş, telefonu satacağı zərərçəkmiş şəxs dayısının yoldaşının şəklini, şəxsiyyət vəsiqəsini ona ataraq qadın olduğunu bildirmişdir. Mobil telefonun alınması üçün zərərçəkmiş şəxs tərəfindən ilkin ödəniş təqdim edilmiş, qalan pul vəsaitinin hissə-hissə ödənilə biləcəyi barədə aralarında razılıq əldə edilmişdir. Pulun tam hissəsinin ödənilməsindən sonra telefonu zərərçəkmiş şəxsə verməyi nəzərdə tutmuş, zərərçəkmiş şəxs telefonun pulunu ona iki gün ərzində verəcəyini bildirmişdir. Telefona görə ilkin ödənişi ona görə əldə etmişdir ki, Bahəddin sonuncuya dayısının arvadının şəxsiyyət vəsiqəsini göndərmişdir. Lakin Bahəddinin dayısının arvadının adını bilməmiş, onun yaşının 30-dan çox olduğunu güman etmişdir. Həmin saytdan başqa, “whats app” mobil tətbiqi vasitəsilə də Bahəddinlə danışmışdır. Bahəddin ödənişi gecikdirdiyinə görə ondan şübhələnməyə başlamış, sonradan onunla danışan şəxsin oğlan olduğunu bilmişdir. Bahədinin oğlan olduğunu bildikdən sonra ondan valideynlərinin olub-olmamasını soruşmuşdur. Zərərçəkmiş şəxsi ilk dəfə məktəbin yanında ona 20 dollar pul verərkən görmüşdür. Bahəddin onun yaşadığı evdə olmamışdır.20 dollar verib getdikdən sonra Bahəddin telefon vasitəsilə danışıqlar zamanı ona 30 manat, 60 manat müqabilində görüşməyi təklif etsə də sonuncu ilə razılaşmamışdır. Bahəddinin başqa şəxslər tərəfindən əxlaqsız hərəkətlərə məruz qalması barədə zərərçəkmiş şəxsin anasına bildirmişdir. Zərərçəkmiş şəxsin anası onun nömrəsini uşaqla yazışarkən görüb ona yazmağa başlamışdır. Sonuncu barəsində polisə şikayət edildikdən sonra Polis Bölməsindən çağırılmış, könüllü olaraq Polis Bölməsinə getmişdir. Bahəddinlə onun heç bir yaxın münasibəti olmamışdır. Polis bölməsində olarkən qarşısına narkotik vasitə qoyulmuş, 3 gün 10-cu Polis Bölməsində, 2 gün isə müvəqqəti saxlama yerində olarkən ona qarşı təzyiq olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan X1 ifadə verərək göstərmişdir ki, elan saytında mobil telefon axtararkən Hikmətin sayta yerləşdirdiyi elan qarşısına çıxmış, telefonla bağlı Hikmətə mesaj yazmışdır. Hikmət ona ilkin olaraq 40 manat verməsini daha sonra məbləğin qalan hissəsini verməsini bildirmişdir. Hikmət bir müddət sonra ona pulu gecikdirdiyinə görə əlavə pul verməli olduğunu bildirmiş, bundan sonra Hikmətlə məktəbin yanında görüşərək ona 20 dollar məbləğində pul vermişdir. Hikmətlə bir müddət “Whats app” mobil tətbiqində yazışmağa başlamışdır. Hikmətlə görüşdükdən sonra sonuncu ondan kiminlə qaldığını soruşmuş, o da evdəkilər barədə ona məlumat vermişdir. Hikmətlə mobil telefonla bağlı danışmaq üçün getmiş və onların söhbət mövzusu yalnız mobil telefon olmuşdur. Pulunu ödədiyi təqdirdə mobil telefonun ona verilməməsini gördüyündən əslində bacıya malik olmasa da Hikməti aldatmaq məqsədilə ona şəkil göndərərək guya həmin şəxsin onun bacısı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ya telefonun pulunun hamısını verməsini ya da ki, evdəkilərin şəkilinin atılmasını ondan tələb etmişdir. O, dayısının yoldaşının şəklini Hikmətə atmış, lakin təqsirləndirilən şəxs ondan dayısının arvadının “lüt” şəkilinin göndərilməsini tələb etmişdir. Hikmətin evdəkilərin şəklinin göndərməsi məzmununda ona mütəmadi olaraq yazdığı mesajlar anası tərəfindən aşkar edilmişdir. İbtidai istintaq zamanı həm aralarında həyata keçirilən üzləşmə, həm də dindirilməsi zamanı Hikmətin onunla cinsi əlaqədə olduğunu bildirsə də Hikmət onunla cinsi əlaqədə olmamışdır. Həmin ifadəni verərkən yanında psixoloq olsa da anası olmamış, anasının otaqdan çıxmasını özü müstəntiqdən xahiş etmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir tələb və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadə verərək göstərmişdir ki, oğlunun mobil telefonla mütəmadı olaraq danışdığını gördükdən bir gün sonra mobil telefonunu alıb, yoxlamağa başlamış, telefonda Hikmətin yazdığı mesajları görmüşdür. Həmin mesajlar Hikmətlə Bahəddin arasında telefon alqı-satqısı həyata keçirməsi məzmununda olmuşdur. Hikmət eyni zamanda Bahəddinə bacısının, anasının, dayısı arvadının şəkillərinin göndərilməsini xahiş etmişdir. Oğlu Bahəddin ona Hikmətlə evin damına gedərək orada cinsi əlaqədə olduqlarını demişdir. Hal- hazırda isə anasından qorxduğu üçün ona o vaxt bu məzmunda məlumat verdiyini söyləmişdir. Məhkəmə-tibbi ekspertizasının 14 avqust 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs arxa keçəcək dəliyi nahiyəsində aşkar edilmiş dəyişikliklər onunla dəfərlə cinsi əlaqədə olma hallarına uyğundur. Arxa keçəcək nahiyəsində qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər istisna olmaqla, hər hansı bir xəsarət və ya xəsarət izi aşkar olunmadığı üçün müddət haqqında fikir söyləmək mümkün deyil. Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı xəsarət və xəsarət izi aşkar olunmamışdır ( Cild 1, iş vərəqi 36-38). 29 avqust 2023-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı anomaliya və patologiya aşkar edilməmişdir (cild 1, iş vərəqi 181-183). 28 avqust 2023-cü il tarixli ambulator məhkəmə-psixatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməli dövründə hər hansı bir pisixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 185-186). 13 sentyabr 2023-cü il tarixli ambulator məhkəmə-psixatrik ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu bu barədə düzgün məlumat verə bilər. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır. Zərərçəkmiş şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Zərərçəkmiş şəxs həmçinin ona qarşı törədilən əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Zərərçəkmiş şəxs ona qarşı törədilən cinayətin ictimai təhlükəliliyini dərk edir. Bu iş üzrə yoxlanılan şəxs təqsirləndirilən şəxs qismində keçmədiyi üçün onun anlaqlı olub-olmaması, məcburi müalicəyə ehtiyacının olub-olmaması barəsində qoyulmuş suallar ona şamil edilmir. Zərərçəkmiş şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Zərərçəkmiş şəxs ona qarşı cinayət törədilərkən psixi-emosional halında həyəcan yarana bilərdi. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı nəzərə alınmaqla, o öz hərəkətlərinin mahiyyətini dərk edə bilərdi ( cild 1, iş vərəqi 187-190). 15 avqust 2023-cü il tarixli Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasındakı üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərilən xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir( cild 1, iş vərəqi 87-90). İş materiallarına əlavə edilmiş “Whatsapp” proqramında yazılmış sms mətnlərindən görünür ki, Təqsirləndirilən şəxs sms yazışmalarında Zərərçəkmiş şəxs ilə mesajlaşarkən sonunsuya anasından xoşu gəldiyini, anası ilə tanış olmaq istədiyini, daha sonra yazışmalarında Bahəddinin anası Naibə olduğunu bilirərək Qanuni nümayəndə “oğluvun xxxx sahib çıx, oğluvun nəyi kimlərlə nələr etdiyini, nə özünü, nə uşağını biabır eləmə ay bala, biabır olmamaq üçün başqalarını oğlundan soruş, otur fikirləş ona görə, qızının şəkillərini, dayısı arvadının şəkillərini atır ona buna, oğlun kimlə gəldi gedir olur, ama istəmirəm biabır olasan, ondansa əl-ələ verib hər şeyi düzəltmək istəyirəm, oğluvunda, sənində həyatında olmaq istəyirəm” sözlərini yazmışdır ( Cild 1, iş vərəqi 11-30). 5 oktyabr 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Müşfıqabad qəsəbəsi, 5D nömrəli yaşayış binasının damıdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin evinə qonaq aparmaq məqsədilə həmin ünvana gətirmiş, evində qonaq olduğu üçün həmin dama çıxartmış və etirazlarına baxmayaraq binanın damında heç kim olmadığından əmin olduqdan zərərçəkmiş şəxsin etirazlarına baxmayaraq ayaqüstü yarım saata yaxın onunla cinsi əlaqədə olmuşdur ( cild 1, iş vərəqi 149-203). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1 və 177.2.3-cü maddələri ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən 04 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Cinayət Məcəlləsinin 70-ci maddəsi ilə həmin cəza 4 il sınaq müddəti ilə şərti hesab edilmişdir. 17 iyul 2020-ci ildə cəza müddəti başa çatmışdır. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cu maddəsinə əsasən 17 iyul 2023-cü il tarixdən 19 iyul 2023-cü il tarixədək həbsdə olduğu müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanmışdır (cild 1, iş vərəqi 126,174-179). 16 noyabr 2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur (cild 1, iş vərəqi 196). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə qeyd edir ki zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə 14 yaşına çatmayan şəxs barəsində törədilməsi üzrə cinayət məsuliyyəti isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətlərinə yol verməməsi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, əvvəla təqsirləndirilən şəxs ümumiyyətlə zərərçəkmiş şəxsin onun evini tanımaması, müstəntiq tərəfindən hadisə yerinə baxış istintaq hərəkətinin “səhnələşdirilməsi” və zərərçəkmiş şəxsin həmin yerə aparılması barədə ifadəsi zərərçəkmiş şəxs tərəfindən təkzib edilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsini təkzib edərək təqsirləndirilən şəxsin onun barəsində seksual xarakterli zorakılıq hərəkətlərinə yol vermədiyini bildirsə də həqiqətən Təqsirləndirilən şəxs evi yerləşən binanın damına çıxması halını etiraf etmişdir. Digər tərəfdən Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olan telefon nömrəsinə “Whats up” tətbiqi vasitəsilə daxil olmuş smslərdən görünür ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə “Bilirsenki seni çox istirem”, “sen menum ureyimsen coz istirem seni”, daha sonra anasına “ oqluvun da seninde həyatında olmaq isteyirem” məzmunda məsajlar yazmışdır. Məhkəmə həmçinin zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə pulla görüşməyi təklif etməsi və bu təklifdən sonra yalnız zərərçəkmiş şəxsə “düzgün yol göstərməsi” məqsədilə onunla görüşməsi barədə sonuncunun ifadələrini həqiqətə uyğun hesab etmir. Belə ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə telefonun qiyməti kimi müəyyənləşdirilmiş məbləğin əsas hissəsini ödədikdən belə təklif irəli sürməsi “ağlabat” hesab edilməməlidir. Məhkəmə, həmçinin, zərərçəkmiş şəxsin bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti daşımadığını, yetkinlik yaşına çatmayan şəxs olduğunu, ibtidai istintaq dövründə verdiyi ifadələrini dəyişdirməsini səbəblərini izah edə bilməməsi səbəbindən ibtidai istintaq dövründə verdiyi ifadələtini sübut kimi qəbul edir və qiymətləndir. Beləliklə, məhkəmə üzləşdirmə, ifadənin yerində yoxlanılması digər istintaq hərəkətləri protokolllarını, zərərçəkmiş şəxsin və şahidin ifadələrini ekspertiza rəylərini, habelə iş üzrə toplanmış və yuxarıda sadalanmış digər sübut növləri ilə birgə müqayisə etməklə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini qəsdən törətmişdir. Həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarına əlavə edilmiş sənəddən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 6 fevral 2022-ci il təvəllüdlü bir azyaşlı övladı var. Bundan başqa Zərərçəkmiş şəxs məhkəmə iclasında Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü, zərərçəkmiş şəxslə barışıq əldə etməsini həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10— 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinin mənasına görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs Müqbil oğlunun zərərçəkmiş şəxslə barışıq əldə etməsi kimi yüngülləşdirici halın olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsi tətbiq edilməklə təqsirli bilindiyi həmin Məcəllənin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin dörddə üçündan artıq olmayan müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 2 il azadlıqdan məhrum etmə cəzası ona təyin ediləcək cəza ilə qismən toplanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (Cild 1, iş vərəqə 54), Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 14 avqust 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 122-123). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə 17 iyul 2023-cü il tarixdən 19 iyul 2023-cü il tarixədək həbsdə olduğu müddət ona təyin ediləcək cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 14 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmə zamanı onun hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində 36 (otuz altı) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına 216 (ik yüz on altı) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 15 il azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılaraq ona qəti olaraq 15 (on beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 17 iyul 2023-cü il tarixdən 19 iyul 2023-cü il tarixədək həbsdə olduğu müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 15 (on beş) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 14 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəmə mərhələsində göstərilmiş 36 (otuz altı) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi 25 saylı Vəkil Bürosunun hesabına 216 (iki yüz on altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar