Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1201/2022 14.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X17 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fərdi qaydada fəaliyyət göstərən vəkili X4 və Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, 25 avqust 1979-cu il tarixdə Dəvəçi rayonunda anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş (Bakı şəhəri Nizami rayon məhkəməsinin 17 iyun 2018-ci tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 4 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş), məhkumluğu ödənilməmiş, Şabran rayonu, Ağalıq Ərazi Dairəsi, Təzəkənd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsi, ev 18, mənzil 76-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, 7 may 1990-cı il tarixdə Masallı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, kassir işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, ev 9, mənzil 11-də qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 203-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 ölkə ərazisində narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirmək məqsədilə istintaqa məlum olmayan vaxtda Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Siyavuş” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək “Siyavuş” adlı şəxs tərəfindən göndərilmiş külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metafetamini Təqsirləndirilən şəxs2 ilə birlikdə istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq əldə edib yaşadıqları Bakı şəhəri, ünvan 1 ünvanına daşıyaraq orada saxlamış, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nəsimi rayonu, “Papanın” adlanan ərazidə mütəmadi olaraq narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə daxil olmuş məlumat əsasında o, xx.xx.2021-ci il tarixdə saat 15:05-də Nəsimi RPİ-nin 20ci PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev küçəsi, ev 18 ünvanının qarşısında saxlanılaraq Nəsimi RPİ-nin 20-ci PBnə gətirilmiş, polis bölməsində üzərinə şəxsi axtarış keçirilən zaman qanunsuz hər hansı bir əşya müəyyən edilməmiş, lakin üzərinə şəxsi aparılan zaman Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə kirayədə yaşadığı mənzildə narkotik vasitə və psixotrop maddə saxlamasını bildirdikdən sonra əməliyyat tədbirlərinin davamı kimi həmin gün saat 20:30-da Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları tərəfindən ünvan 4 ünvanına baxış keçirilərkən mənzilin giriş hissəsindən sağ tərəfdə yerləşən yataq otağındakı taxta konstruksiyalı çarpayının üzərindəki yastığın altına qoyulmuş qara rəngli əl çantasının içərisindən satış məqsədilə əldə etdiyi 4 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 42,262 qram, 28,761 qram, 26,262 qram və 51,005 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdar təşkil edən 148,290 qram eyni tərkibli narkotik vasitə heroin, 5 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 13,850 qram, 0,920 qram, 0,836 qram, 0,401 qram və 0,231 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdar təşkil edən 16,238 qram eyni tərkibli psixotrop maddə metafetamin və arxasında “200g/0,01g” yazısı olan narkotik vasitə və psixotrop maddələrin satışında istifadə etmək məqsədilə əldə edib saxladığı, üzərində narkotik vasitə və psixotrop maddə izləri olan gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, X7 ölkə ərazisində narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirmək məqsədilə istintaqa məlum olmayan vaxtda Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Siyavuş” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək “Siyavuş” adlı şəxs tərəfindən göndərilmiş külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metafetamini Təqsirləndirilən şəxs1la birlikdə istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq əldə edib yaşadıqları Bakı şəhəri, ünvan 1 ünvanına daşıyaraq orada saxlamış, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə mütəmadi olaraq narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə daxil olmuş məlumat əsasında sonuncu xx.xx.2021-ci il tarixdə saat 15:05-də Nəsimi RPİ-nin 20-ci PBnin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev küçəsi, ev 18 ünvanının qarşısında saxlanılaraq Nəsimi RPİ-nin 20-ci PB-nə gətirilmiş, polis bölməsində üzərində şəxsi axtarış keçirilən zaman qanunsuz hər hansı bir əşya müəyyən edilməmiş, lakin üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs1 onunla birlikdə kirayədə yaşadığı mənzildə narkotik vasitə və psixotrop maddə saxlamasını bildirdikdən sonra əməliyyat tədbirlərinin davamı kimi həmin gün saat 20:30-da Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları tərəfindən ünvan 4 ünvanına baxış keçirilərkən mənzilin giriş hissəsindən sağ tərəfdə yerləşən yataq otağındakı taxta konstruksiyalı çarpayının üzərindəki yastığın altına qoyulmuş qara rəngli əl çantasının içərisindən satış məqsədilə əldə etdiyi 4 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 42,262 qram, 28,761 qram, 26,262 qram və 51,005 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdar təşkil edən 148,290 qram eyni tərkibli narkotik vasitə heroin, 5 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 13,850 qram, 0,920 qram, 0,836 qram, 0,401 qram və 0,231 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdar təşkil edən 16,238 qram eyni tərkibli psixotrop maddə metafetamin və arxasında “200g/0,01g” yazısı olan, narkotik vasitə və psixotrop maddələrin satışında istifadə etmək məqsədilə əldə edib saxladığı, üzərində narkotik vasitə və psixotrop maddə izləri olan gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədilə külli miqdarda təmiz çəkisi 2,889 qram olan narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 22 fevral 2022-ci il tarixdə saat 15:30-da özünü şübhəli apardığı üçün Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən ünvan 6 ünvanının qarşısında saxlanılaraq polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki tünd qara rəngli, kənarında ağ rəngli xətt olan idman şalvarının sağ yan cibindən 1 bükümdə 2,889 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı verdiyi ilkin ifadəni qəbul etməmişdir. Belə ki, təxminən 8 il narkotik vasitə olan heroindən istifadə etmişdir. Narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda istifadə etməsi və üzərində daşıması cinayətlərinə görə əvvəllər 2 dəfə CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Sonuncu dəfə 2020-ci ilin oktyabr ayında azadlığa buraxılmışdır. Azadlığa buraxılıdıqdan sonra narkotik vasitə aludəçisi olduğu üçün rəsmi ailəsi ilə birlkdə deyil, digər narkomaniya xəstəliyindən əziyyət çəkən tanışları ilə birlikdə müxtəlif ünvanlarda kirayədə yaşamışdır. Beləliklə, təxminən 2021-ci ilin mart ayında ləqəbi “Mələk”, əsl adı isə Təqsirləndirilən şəxs2 olan şəxslə tanış olmuşdur. Həmin Xanımnaz adlı şəxs özü də narkotik vasitə olan heroindən istifadə etmiş və onun kimi narkomaniya xəstəliyindən əziyyət çəkmişdir. Həmçinin o, Xanımnaz ilə qeyri-rəsmi olaraq münasibətdə olmuşdur. Bununla da, Xanımnazla qərara gəlmişlər ki, bir yerdə ev tutub kirayə yaşasınlar. 19 avqust 2021-ci il tarixdə Xanımnaz ona ünvan 7 ünvanında iki otaqlı mənzil olduğunu və kirayə tutub birlikdə orada yaşa biləcəklərini demiş və o, Xanımnazla razılaşmışdır. Beləliklə, Xanımnazla narkotik vasitə alıb özləri həmin evdə istifadə etmişlər. Arabir yaşadıqları evə Nuranə adlı qadın da gəlmiş, onlarla birlikdə narkotik vasitə istifadə etmişdir. Bir dəfə Xanımnaz ona Abşeron rayonu, Novxanı qəsəbəsi, “Duzlu göl”-ün yaxınlığında narkotik vasitə qoyulduğunu, şəxsi istifadələri üçün gedib onu götürmək lazım olduğunu bildirmişdir. Bundan sonra üçü, yəni o, Nuranə və Xanımnaz birlikdə 22 avqust 2021-ci il tarixdə saat 23-00 radələrində taksi avtomobili ilə tapşırılan ünvana getmişlər. Orada Nuranə avtomobildə qalmış ,Xanımnazla o, narkotik vasitəni götürmək üçün düşmüşlər. Taksi sürücüsünün heçnədən xəbəri olmamışdır. Narkotik vasitəni götürdükdən sonra evə gətirib üçü də istifadə etmişlər. 23 avqust 2021-ci il tarixdə saat 9 radələrində ona zəng gəlmiş və evdən çıxıb getməli olmuşdur. Təxminən saat 10-11 radələrində Xanımnaza zəng edib evə bazarlıq etdiyini və yaxın vaxt ərzində çatacağını demişdir. O, evə çatdıqda isə bir neçə polis əməkdaşı üzərinə gələrək onu tutmağa çalışmışlar. Həmin vaxt qardaşı Sədiyar da orada olmuşdur. Bundan sonra polis əməkdaşlarından biri əlini qandalla bağladıqdan sonra ona tapşırmışlar ki, yaşadığı birinci mərtəbənin qapısını döysün ki, Xanımnaz açsın, polislər özləri isə aşağıda gözləsinlər. Qapını döydükdə Xanımnaz nəsə səs-küy eşitdiyini deyib bu barədə ondan soruşduqda narahat olmamasını, qapını açmasını demişdir. Xanımnaz bir müddət tərəddüd etsə də, qapını açmış və bu vaxt polis əməkdaşları mənzilə daxil olmuşlar. Evdə heç bir videoçəkiliş etmədən axtarış aparmağa başlamışlar. Hamını isə bir otağa yığmışlar. Biraz sonra onu çölə çıxardıb avtomobilə əyləşdirmişlər. Bundan sonra onu Nəsimi RPİ-nin 20-ci PB-nin xidməti otaqlarının birinə aparmış, həmin otaqda üzərində videoçəkiliş olmadan və onu müdafiəçi ilə təmin etmədən şəxsi axtarış keçirilmiş və üzərindən 347 manat qardaşının pulu, həyat yoldaşı Mənsumə Əliyevaya məxsus bank kartı və “Honor” markalı telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Bank kartında həyat yoldaşına məxsus pul olmuş və həmin pulu da çıxardıb qardaşının əməliyyat pulunun üzərinə qoymalı olmuşdur. Qardaşı Sədiyar həmin vaxt sərbəst şəkildə bölmənin dəhlizində olmuşdur. Həmin gün yanında olan həkim Umayev Zaurla qardaşı Sədiyarı sərbəst buraxmışlar. O isə 2 gün 2 gecə Nəsimi RPİ-nin 20-ci PB-də qalmışdır. Polis əməkdaşları onu 2 gün döyərək CM-nin 234.1-ci maddəsi ilə könüllü şəkildə boynuna alıb cəzaçəkmə müəssisəsinə getməyini demişlər, o isə bundan imtina edərək onlarla razılaşmamış, çünki tutulan zaman üzərində narkotik vasitə olmamışdır. Polis bölməsində 2 gün qaldıqdan sonra heç bir sənədi imza etməmişdir. Polis əməkdaşları əlindən tutaraq zorla hansısa sənədi imza etdirməyə çalışmış, ancaq o, yenə də imza etməmişdir. 23 avqust 2021-ci il tarixdə axşam saatlarında polis əməkdaşları onu yaşadığı ünvan 7 ünvanına aparmışlar. O həmin evə daxil olduqda artıq Nuranə ilə Xanımnazın sərbəst şəkildə buraxıldıqlarını və evdə olduqlarını görmüşdür. Polis əməkdaşları ona sakit durmağını və evdə videoçəkilişlə axtarış aparacaqlarını bildirmişlər. Həmçinin bildirmişlər ki, videoçəkiliş zamanı evdə gəzişərək yatdığı yeri, dəhlizi, hamamı və s. yerləri əli ilə göstərsin, lakin o bundan imtina etmişdir. Polis əməkdaşları ona təzyiq göstərsələr də, onların dedikləri ilə razılaşmamışdır. Həmin vaxt orada ona təyin olunmuş, müdafiəçisi Cavadov Qeybulla da orada olmuşdur. Vəkili şahiddir ki, o heç bir sənədi imza etməmişdir. Sonra həmin tarixdə onu 20-ci PB-nə qaytarmış və yalnız 24 avqust 2021-ci il tarixdə onu Nəsimi RPİ-nin MSY-nə aparmışlar. 24 avqust 2021-ci il tarixdən 25 avqust 2021-ci il tarixədək, Nəsimi RPİ-nin MSY-də olmuş, lakin həmin müddət ərzində işini aparan müstəntiqi görməmişdir. 25 avqust 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün onu etapla Nəsimi rayon prokurorluğuna aparmışlar. Orada qəbul zamanı bildirmişdir ki, narkotik vasitənin ona heç bir aidiyyatı yoxdur və heç bir sənədi imza etməmişdir. Lakin buna baxmayaraq onu oradan Nəsimi rayon məhkəməsinə aparmışlar. Məhkəmədə də hər şeyi olduğu kimi bildirsə də, nəticədə Nəsimi rayon məhkəməsinin hakimi barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçmişdir. 20-ci PB-nin əməkdaşları rəsmi sənədlərdə və təhqiqat materiallarında guya onun xx.xx.2021-ci il tarixdə tutulmağını göstərsələr də, o, xx.xx.2021-ci il tarixdən 20-ci PB-də saxlanılmışdır. Üzərinə Nəsimi RPİ-nin 20-ci PB-də şəxsi axtarış keçirilən zaman hər hansı bir narkotik vasitə aşkar olunmamışdır. İştirakı ilə yaşadığı evə axtarış zamanı hər hansı narkotik vasitə aşkar edilməmişdir. Narkotik vasitəni yalnız şəxsi istifadə üçün əldə etmiş, satışı ilə məşğul olmamış və heç kimə narkotik vasitə verməmişdir. İbtidai istintaq zamanı ona dəfələrlə müəyyən sənədləri imzalaması üçün təzyiq göstərilmişdir. Arabir narkotik vasitədən Xanımnaz və Nuranə ilə birlikdə də istifadə etmişdir. Xanımnazın narkotik vasitə satmasının şahidi olmamış, bu barədə məlumatı yoxdur. Yaşadığı evdə həyata keçirilən baxışla bağlı protokolu imza etməmişdir. Şəxsi axarış və evə baxış videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ifadələrində özünü təqsirli bilərək göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməmişdir. Heç bir yerdə işləmədiyi üçün narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olaraq pul əldə etmək fikrinə düşmüşdür. Bu minvalla İran İslam Respublikası vətəndaşı “Siyavuş” adlı şəxslə “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə yaratmışdır. “Siyavuş” ona narkotik vasitələri və psixotrop maddələri əvvəlcədən dediyi ünvandan götürəcəyini, daha sonra həmin narkotik vasitə və psixotrop maddələri sataraq ona 300 manat pul göndərməyini təklif etmişdir. O da “Siyavuş” adlı şəxslə razılaşmışdır. 23 avqust 2021-ci il tarixdə “Siyavuş” adlı şəxsin əvvəlcədən ona “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə atdığı ünvandan, yəni Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən “Araz” marketin qarşısında narkotik vasitə heroini və psixotrop maddə metafetamini götürmüşdür. Narkotik vasitə heroini və psixotrop maddə metafetamini aparıb kirayədə yaşadığı ünvan 10 nömrəli ünvanda yastığın altında əl çantasının içərisində gizlətmişdir. Həmin gün o, saat 15:05 radələrində kirayə yaşadığı ünvan 10 nömrəli ünvanın qarşısında piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini ona təqdim etmişlər. Həmin şəxslər onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Nəsimi RPİ-nin 20-ci PB-nə dəvət etmişlər. Burada dəvət edilmiş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa, təqdim etməsi təklif olunmuşdur. Üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Sonra üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əyinində olan xaki rəngli şalvarının sağ yan cibindən 1 ədəd “Honor” markalı mobil telefon aparatını, 1 ədəd “Kapital Bank” tərəfindən verilmiş üzərində **********301140 rəqəmləri, MS.MANSUMA ALİYEVA sözləri yazılmış bank kartını və sol cibindən 347 manat pulu çıxararaq təqdim etmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi hallar izah olunduqdan sonra 1 ədəd mobil telefon, 347 manat pul ona geri qaytarılmışdır. O, sorğu zamanı İran İslam Respublikası vətəndaşı “Siyavuş” adlı şəxsin vasitəsi ilə narkotik vasitə və psixotrop maddə əldə etdiyini, həmçinin yaşadığı mənzildə narkotik və psixotrop maddə saxladığını, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bununla bağıl onun ərizəsi alınmışdır. Bundan sonra onun, müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə ünvan 10 ünvanına getmişlər. Həmin mənzilin girişindən yataq otağındakı yastığın altındakı əl çantasının içərisində saxladığı 4 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroin, 5 ədəd bükümdə kristalşəkilli, ağ rəngli, psixotrop maddə metafetamin və 1 ədəd elektron tərəzini təqdim etmişdir. Sonra aşkar olunmuş predmetlər qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra evin digər otağına və hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. O, narkotik vasitələri və psixotrop maddələri İran İslam Respublikası vətəndaşı “Siyavuş” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində “Araz” marketin qarşısından götürmüşdür. Özü narkotik maddələrdən istifadə etmişdir. Əvvəllər məhkum olunmuşdur. Nəsimi RPİ-nin 20-ci PB-də axtarış keçirilən zaman ona qarşı hər hansı bir təzyiq və yaxud qanuna zidd hərəkətlərə yol verilməmişdir. Külli miqdarda olan narkotik vasitə heroinin və psixotrop maddə metafetaminin Azərbaycan Respublikası ərazisinə hansı yolla və kimin vasitəsi ilə gətirildiyi barədə məlumatı olmamış, “Siyavuş” adlı şəxs ona sadəcə narkotik vasitə və psixotrop maddəni götürməyini bildirmişdir. “Siyavuş” adlı şəxsdən ilk dəfə idi ki, narkotik vasitə və psixotrop maddələr əldə edərək dövriyyəsini təşkil etmişdir. Narkotik vasitə və psixotrop maddəni həm şəxsi istifadəsi, həm də satmaq üçün əldə etmişdir. Narkotik vasitələri satdığı şəxslərin şəxsiyyəti barədə heç bir məlumatı olmamışdır (cild 1, iş vərəqə 204-206 və 219-221). Təqsirləndirilən şəxs1 məhkəmədə elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş ibtidai istintaq zamanı verdiyi sonrakı ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, heç bir Ruhi-Əsəb dispanserində qeydiyyatda deyil, cinayət işi üzrə ilkin dindirmə zamanı verdiyi ifadəni qəbul etmir. Belə ki, təxminən 8 il olar ki, narkotik vasitə olan heroindən istifadə etmişdir. Törətdiyi narkotik vasitələrin şəxsi istehlak miqdarından artıq miqdarda istifadə etməyi və üzərində daşımağı cinayətlərinə görə əvvəllər 2 dəfə CMnin 234.1-ci maddəsi ilə məhkumluq həyatı yaşamışdır. Sonuncu dəfə 2020-ci ilin oktyabr ayında azadlığa buraxılmışdır. Azadlığa buraxılıdıqdan sonra narkotik vasitə aludəçisi olduğu üçün rəsmi ailəsi ilə bir yerdə deyil, digər narkomaniya xəstəliyindən əziyyət çəkən tanışları ilə birlikdə müxtəlif ünvanlarda kirayədə yaşamışdır. Beləliklə o, təxminən 2021-ci ilin mart ayında ləqəbi “Mələk”, əsl adı isə Təqsirləndirilən şəxs2 olan şəxslə tanış olmuşdur. Həmin Xanımnaz adlı şəxs özü də narkotik vasitə olan heroindən istifadə etmiş və onun kimi narkomaniya xəstəliyindən əziyyət çəkmişdir. Həmçinin o, Xanımnaz ilə qeyrirəsmi olaraq münasibətdə olmuşdur. Bununla da, Xanımnazla qərara gəlmişlər ki, bir yerdə ev tutub kirayədə yaşasınlar və bir yerdə qalsınlar. xx.xx.2021ci i tarixdə Xamnımnaz ona ünvan 7 ünvanında iki otaqlı mənzil olduğunu və kirayə tutub birlikdə orada yaşamaqlarını demiş və o razılaşmışdır. Xanımnaz narkomaniya xəstəliyindən əziyyət çəkməklə narkotikdən istifadədən əlavə narkotik vasitələrin satışı ilə də məşğul olmuşdur. Onun məlumatı olmuşdur ki, X15 Respublikasının vətəndaşından narkotik vasitə alaraq Bakı şəhərində satır. Belə ki, həmin adını bilmədiyi İran vətəndaşı “WhatsApp” vasitəsi ilə Xanımnazla əlaqə saxlayaraq Xanımnaza Bakı şəhərində narkotik vasitəni gizlətdiyi ünvanı demiş, bundan sonra Xanımnaz həmin şəxsin kartına ödəmə terminalları vasitəsi ilə narkotik vasitənin pulunu göndərmiş və əldə etdiyi narkotik vasitəni xırda-xırda tanımadığı şəxslərə satmışdır. Xanımnaz həmin narkotik vasitələrdən ona da pulsuz hədiyyə etmiş və o istifadə etmişdir. Beləliklə o, Xanımnazla birlikdə xx.xx.2021-ci il tarixdə yuxarıda qeyd etdiyi A.Kunanbayev küçəsində yerləşən mənzilə köçmüşlər. xx.xx.2021-ci il tarixdə Xanımnaza bildirmişdir ki, Nicat adlı şəxsdən psixotrop maddə ala bilər. Xanımnaz razılaşdıqdan sonra ona 20 manat pul vermiş və o həmin pulun üstünü düzəldib 50 manat etdikdən sonra həmin tarixdə saat 16-17 radələrində Nicata zəng vurmuş və o Xanımnazla birlikdə 7-ci mikrorayon ərazisində yerləşən köhnə “Bolluq” bazarının yanında Nicat ilə görüşmüşlər. Nicata məxsus “Chevrlote Cruze” markalı, ??-??-631 dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək birlikdə Binəqədi rayonu ərazisində yeləşən Zərifə Əliyeva adına parka gedib parkın yaxınlığında yerləşən zibil qutularının yanında yerdə olan “Kent” siqaret qutusunu göstərib götürməyini bildirmiş və o düşüb həmin qutunu götürüb avtomobilə əyləşmişdir. Avtomobildə qutunu açıb içərisinə baxdıqda orada metafetamin olduğunu görmüşdür. Həmin maddənin təxminən 1 qram çəkisi olmuşdur. O bunun müqabilində Nicata 50 manat pul vermiş və Nicat onu yaşıdığı binanın yaxınlığında düşürərək çıxıb getmişdir. O, evdə həmin metafetamini Xanımnazla birlikdə qəbul etmişdir. Həmin tarixdə saat 23 radələrində yaşadığı evə Xanımnazın rəfiqəsi olan “Gülnar” kimi tanıdığı Şahid6 gəlmiş və Nuranə də həmin orada olan narkotik vasitələrdən istifadə etmiş, yəni Xanımnaz Nuranəni qonaq etmişdir. Həmin vaxtı Xanımnazın mobil telefon aparatında interneti olmadığı üçün ona məxsus olan “Honor” markalı üzərində ***-***-**-** GSM nömrəli mobil telefonla “WhatsApp” vasitəsi ilə İranlı şəxslə danışıq etmiş, həmçinin həmin şəxsə səsli mesajlar göndərmişdir. Avqust ayının 20-dən 21-nə keçən gecə saat 2-4 radələrində Xanımnaz bildirmişdir ki, gedib Novxanı qəsəbəsindən İranlı şəxsin Xanımnaz üçün gizlətdiyi narkotik vasitə olan heroini və psixotrop maddə metafetamini götürmək lazımdır. Bunun üçün taksi sifariş etmişlər və üçü birlikdə Novxanı qəsəbəsinə yola düşmüşlər. Yolda Xanımnaz onun telefonu ilə İranlı olan şəxslə danışmış və taksini Novxanı qəsəbəsində yerləşən “Araz” marketin yaxınlığına sürdürüb saxlatmışdır. Həmin vaxt Nuranə avtomobildə qalmış, o və Xanımnaz isə avtomobildən düşmüşlər. Xanımnaz onun mobil telefonunda İranlının “WhatsApp” vasitəsi ilə atdığı şəkilə baxdıqdan sonra malın yerinin həmin stolbanın dibində gizləndiyini deyərək gedib oradan 2 ədəd bağlama götürüb gəlmiş və onlar həmin taksi ilə yaşadıqları evə qayıtmışlar. Fikrincə, Xanımnaz oradan təxminən 50-60 qram heroin və 15-20 qram metafetamin götürmüşdür. Onlar, yəni, o, Xanımnaz və Nuranə birlikdə kirayələdikləri ünvan 12 ünvanına getmişlər. Xanımnaz özündə olan bükümü evdə açmış və hər biri həmin narkotik vasitələrdən qəbul etmişlər. Səhərə kimi yatmamışlar və xx.xx.2021-ci il tarixdə saat 10 radələrində o özündə olan təxminən yarım qrama yaxın metafetamini saxlamaq üçün Xanımnaza verərək evdən çıxmışdır. Həmin saatda o, qardaşı Sədiyarı həkimə aparmalı olmuşdur. Yasamal rayonu ərazisində yerləşən “Diaqnostika” xəstəxanasının qarşısında qardaşı Sədiyar və sonuncunun dostu Umayev Zaurla görüşmüşdür. X16 tanışı olmuşdur. Xəstəxanada işlərini bitirdikdən sonra Sədiyar, o və qardaşının dostu Zaur ilə birlikdə taksi ilə ünvan 13 ünvanına getmişlər. O, maşından düşən kimi təxminən 6-7 nəfər polis əməkdaşları üzərilərinə gəlib onları evin girişinə salmışlar. Orada polis əməkdaşlarından biri onun əlini qandalla bağladıqdan sonra ona tapşırmışlar ki, yaşadıqları birinci mərtəbənin qapısını döysün ki, Xanımnaz açsın, polislər özləri isə aşağıda gözləsinlər. O, qapını döydükdə Xanımnaz nəsə səs-küy eşitdiyini deyib bu barədə ondan soruşduqda, o bildirmişdir ki, salamatçılıqdır, narahat olmasın və qapını açsın. Xanımnaz bir müddət tərəddüd etsə də, qapını açmış və bu vaxt polis əməkdaşları mənzilə daxil olmuşlar. Evdə heç bir videoçəkiliş etmədən axtarış aparmağa başlamışlar. Hamını isə bir otağa yığmışlar. Biraz sonra onu çölə çıxardıb Zaur Umayevlə birlikdə avtomobilə əyləşdirmişlər. Avtomobildə polis əməkdaşlarından biri onu sorğu-sual edən zaman qorxusundan evdə narkotik vasitə olmadığını demiş, bu zaman həmin polis əməkdaşı əli ilə onun baş nahiyəsindən vurub öz əlində saxladığı və Xanımnaza məxsus olan narkotik vasitəni göstərək “bəs bu nədir?” deyə bildirmişdir. Həmin avtomobillə onları Nəsimi RPİ-nin 20-ci PB-nin xidməti otaqlarının birinə aparmışlar. Həmin polis bölməsinin xidməti otaqlarının birində onun üzərinə videoçəkiliş olmadan və onu müdafiəçi ilə təmin etmədən şəxsi axtarış keçirilmiş və üzərindən 347 manat qardaşının pulu, həyat yoldaşı Mənsumə Əliyevaya məxsus bank kartı və “Honor” markalı telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Bank kartında həyat yoldaşına məxsus pul olmuş və həmin pulu da çıxardıb qardaşının əməliyyat pulunun üzərinə qoymalı olmuşdur. X14 bir otağa salmışlar. Yəqin ki, Nuranə ilə Xanımnazı isə başqa otağa salmışlar. Qardaşı Sədiyar isə sərbəst şəkildə bölmənin dəhlizində olmuşdur. Həmin gün Zaur Umayevlə qardaşı Sədiyarı sərbəst şəkildə buraxmışlar. O isə 2 gün 2 gecə Nəsimi RPİ-nin 20-ci PB-də qalmışdır. Orada qaldığı müddət ərzində Xanımnazın bir neçə dəfə polis əməkdaşları ilə birlikdə gedib narkotik vasitələr alan şəxsləri bir-bir polis bölməsinə daşıdıqlarını və bir müddət sonra sərbəst şəkildə buraxıldıqlarının şahidi olmuşdur. O, polis əməkdaşlarına bildirmişdir ki, ”necə hamını buraxmısızsa məni də elə buraxın”. Həmin polis bölməsində polis əməkdaşları onu 2 gün döyərək CM-nin 234.1-ci maddəsi ilə könüllü şəkildə boynuna alıb cəzaçəkmə müəssisəsinə getməyini demiş və müvafiq sənədləri imza etməyini tələb etmişlər, lakin o imtina etdikdə onu nalayiq ifadələrlə təhqir etdikləri üçün o da söyüşlə cavab verib təhqir etmişdir. Beləliklə, o, polis əməkdaşlarının dedikləri ilə razılaşmamış, yəni 234.1-ci maddəsi ilə sənədləşdirilməyinə razı olmamış, çünki o saxlanılan zaman onun üzərində narkotik vasitə olmamışdır. Evdə olan narkotik vasitələrdən isə yalnız ona aid olan yarım qrama yaxın metafetamin olmuş və həmin metafetamini də şəxsi istifadəsi üçün saxlamışdır. Qalan narkotik vasitəni isə Xanımnaz satış üçün əldə etmişdir. O, polis bölməsində 2 gün qaldıqdan sonra heç bir sənədi imza etməmişdir. Xatırlayır ki, polis əməkdaşları onun əlindən tutaraq zorla hansısa sənədi imza etməyini bildirmiş, lakin yenə də imza etməmişdir. Səhv etmirsə, xx.xx.2021-ci il tarixdə axşam saatlarında polis əməkdaşları onu yaşadığı ünvan 7 ünvanına aparmışlar. O həmin evə daxil olduqda artıq Nuranə ilə Xanımnazın ikisinin də sərbəst şəkildə buraxıldıqlarını və evdə olduqlarını görmüşdür. Polis əməkdaşları ona sakit durmağını və evdə videoçəkilişlə axtarış aparacaqlarını bildirmişlər. Həmçinin bildirmişlər ki, videoçəkiliş zamanı evdə gəzişərək yatdığı yeri, dəhlizi, hamamı və s. yerləri əli ilə göstərsin, lakin o bundan imtina edərək, əgər dediklərini edərsə “mənim var-yoxumu” deyib özünə söyüş qoymuşdur. Polis əməkdaşları ona təzyiq etsələr də, o deyilənlərlə razılaşmamışdır. Həmin vaxt orada ona təyin olunmuş müdafiəçi Cavadov Qeybulla da olmuşdur. Onun vəkili də şahiddir ki, o heç bir sənədi imza etməmişdir. Sonra həmin tarixdə onu 20-ci PB-nə qaytarmışlar və yalnız xx.xx.2021-ci il tarixdə onu Nəsimi RPİ-nin MSY-nə aparmışlar. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək o, Nəsimi RPİ-nin MSY-də olmuş, lakin həmin müddət ərzində işini aparan müstəntiqi görməmişdir. xx.xx.2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün onu etapla Nəsimi rayon prokurorluğuna aparmışlar. Orada qəbul zamanı o bildirmişdir ki, narkotik vasitənin ona heç bir aidiyyatı yoxdur və heç bir sənədi imza etməmişdir, lakin onu oradan Nəsimi rayon məhkəməsinə aparmışlar. Məhkəmədə də hər şeyi olduğu kimi bildirsə də, nəticədə Nəsimi rayon məhkəməsinin hakimi onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçmişdir. Nəsimi RPİ-nin 20-ci PB-də olan zaman onun üzərindəki “Honor” markalı mobil telefon götürülərək polis əməkdaşları tərəfindən Xanımnazla İran vətəndaşının səsli mesajları telefonundan silinmişdir. 20-ci PBnin əməkdaşları rəsmi sənədlərdə və təhqiqat materiallarında guya onun xx.xx.2021-ci il tarixdə tutulmasını göstərsələr də, o, xx.xx.2021-ci il tarixdən 20-ci PB-də saxlanılmışdır. Bundan başqa o verilən suallara cavab olaraq bildirmişdir ki, üzərinə Nəsimi RPİ-nin 20-ci PB-də şəxsi axtarış keçirilən zaman hər hansı bir narkotik vasitə aşkar olunmamış, yaşadığı evə axtarış zamanı isə onun iştirakı ilə hər hansı narkotik vasitə aşkar edilməmiş, aşkar olunmuş Xanımnaza məxsus narkotik vasitəni isə onun iştirakı olmadan aşkar etmişlər və o bununla bağlı axtarış protokolunu imza etməmişdir. Polis əməkdaşlarının xx.xx.2021-ci il tarixdə Xanımnazla yaşadıqları evdən narkotik vasitələri aşkar etməsini qardaşı Sədiyar və sonuncunun dostu Zaur Umayev görmüşlər, Nicatın istifadəsində olan ***-***-**-** nömrəsi ilə o, istifadəsində olan ***-***-**-** nömrəsi ilə əlaqə saxlamışdır (cild 4, iş vərəqə 75-77). Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ilkin və sonrakı ifadələrinin məzmunundan görünür ki, özünün və digər Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməllərini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilirək ifadəsində göstərmişdir ki, 21 avqust 2021-ci il tarixdə saat 23:00 radələrində Nuranə və o, Təqsirləndirilən şəxs1 ünvan 7 ünvanında kirayə tutduğu evində olmuşlar. Təqsirləndirilən şəxs1 həmin evinə arabir getmiş, 1-2 gün qalmışdır. Nuranə isə həmin vaxt qonaq gəlmişdir. Həmin vaxt Nuranə ona bildirmişdir ki, “Saşa” və “Orxan” adlı narkoman tanışları var və təklif etmişdir ki, ikisi birlikdə gedib həmin şəxslərlə birlikdə “Azadlıq” metrostansiyası tərəfdə görüşüb narkotik vasitə istifadə etsinlər. Həmin vaxt Nuranə ilə birlikdə evdən çıxıb sifariş əsasında çağırdıqları taksi avtomobilinə əyləşərək yola düşmüşlər. “Azadlıq” metrostansiyasının yaxınlığında 3 nəfər mülki geyimli şəxs ağ rəngli sedan markalı avtomobillə taksi avtomobilini saxladıb taksi sürücüsünə onun və Nuranənin axtarışda olduqlarını, özlərinin polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin yerdə onu və Nuranəni avtomobildən endirib öz avtomobillərinə əyləşdirərək onları Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə gətirmişlər. Həmin polis əməkdaşlarını əvvəllər görməmiş və tanımamış, polis əməkdaşlarından ikisi özlərini 20-ci PB-nin əməliyyat müvəkkilləri İsmayıl və Ruslan kimi təqdim etmişlər. Avtomobildə olan zaman həmin polis əməkdaşları o və Nuranənin üstbaşını axtarmış və həmin vaxt üzərindən 1 çet (təxminən 0,05qr) narkotik vasitə olan “heroin” aşkar edilmişdir. Üzərində şəxsi axtarış keçirilən zaman İsmayıl adlı əməkdaş mobil telefonla videoçəkiliş aparmışdır. Lakin həmin vaxt nəyəsə görə Nuranənin üzərinə şəxsi axtarış keçirilməmişdir. Ondan aşkar edilərək götürülmüş narkotik vasitə heroini polis əməkdaşları götürmüş və bildirmişlər ki, həmin vasitəni sənədləşdirib onu tutacaqlar. Bundan sonra Nuranə həmin polis əməkdaşlarına bildirmişdir ki, “biz nə edə bilərik ki, bizi sənədləşdirməyəsiniz?”. Ruslan adlı polis əməkdaşı bildirmişdir ki, tanıdıqları Təqsirləndirilən şəxs1la maraqlanırlar, çoxdandır ki, Samirin izindədirlər, lakin Samiri tuta bilmirlər. Ruslan Samirin yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə saxlayıbsaxlamadığını soruşduqda, o səmimi olaraq, həqiqətən də, Samirin evində narkotik vasitələrin olmadığını bildirmişdir. Ruslan ona tapşırmışdır ki, evdə olan zaman Samirin mobil telefon aparatının kontakt hissəsinə baxsın və əgər orada “Aslan 5” adlı iranlı şəxsin adı varsa “qara siyahıdan” çıxarsın. Polis əməkdaşı həmçinin əgər həmin nömrə olmasa ona İran nömrəsi verib həmin nömrəni kontakta əlavə etməsini bildirmişdir. İsmayıl və Ruslan həmçinin bildirmişlər ki, ona və Nuranəyə narkotik vasitə heroin verəcəklər ki, həmin vasitəni Samirin yaşadığı evə yerləşdirsinlər. O məcbur olub polis əməkdaşlarının dedikləri ilə razılaşmış, əks halda polis əməkdaşları üzərindən çıxan narkotik vasitəni sənədləşdirərək onu tutacaqlarını bildirmişlər. Bundan sonra Ruslan adlı polis əməkdaşı Nuranənin mobil telefon nömrəsini götürüb öz nömrəsini də Nuranəyə vermiş və bu cür əlaqə saxlayacağını demişdir. Həmin polis əməkdaşları onu və Nuranəni sərbəst buraxmışlar. Həmin gecə o və Nuranə birlikdə Samirin yaşadığı evə gedib gizlincə Samirin mobil telefon aparatını götürüb orada “Aslan” adlı şəxsin kontakda olub-olmadığını yoxlamış və görmüşlər ki, həmin şəxs kontaktda var, lakin “Qara Siyahı”-ya daxil edilib. Polis əməkdaşlarının tapşırıqlarına əsasən həmin nömrəni “Qara Siyahıdan” çıxartmışdır. Bu barədə Nuranəyə, Nuranə də öz növbəsində Ruslan adlı polis əməkdaşına bildirmişdir. Bir müddət sonra həmin Aslan adlı şəxs Samirə zəng edib hal-əhval tutmuşdur. Samir Aslan ilə danışığını bitirdikdən sonra qara siyahıda olan şəxsin ona zəng etməsinə təəcüblənmiş, lakin bu söhbətin üzərinə çox getməmişdir. Növbəti gün, yəni, 22 avqust 2021-ci il tarixdə günorta saatlarında Nuranə ona bildirmişdir ki, Ruslan adlı polis əməkdaşı ona bildirib ki, Abşeron rayonu, Novxanı qəsəbəsi, “Duzlu göl”-ün yaxınlığında yerləşən işiqforun yanındakı piyada keçidi yol nişanının altında narkotik vasitə heroin qoymuşlar və onlar üçü, yəni o, Nuranə və Samir birlikdə gedib həmin narkotik vasitəni götürməlidirlər. Həmin gün plana əsasən o, Samirdən xahiş etmişdir ki, İran İslam Respublikasının vətənədaşının o və Nuranə üçün gizlətdiyi narkotik vasitəni gedib birlikdə götürsünlər, çünki hava qaranlıqdır, gecə vaxtıdır. Samir onunla razılaşmış və 22 avqust 2021-ci il tarixdə saat 23-00 radələrində Samir, o və Nuranə tanımadıqları taksi avtomobili ilə tapşırılan ünvana getmişlər. Orada Samirdən xahiş etmişdir ki, qorxduğu üçün birlikdə düşsünlər, Nuranə isə avtomobildə qalmışdır. Taksi sürücüsünün heçnədən xəbəri olmamışdır. Samirə qəsdən başqa yeri göstərib orada axtarmağı xahiş etmiş və bir müddət sonra deyilən kimi yol nişanının altından 1 ədəd bükümü götürüb Samirə tapmağı barədə işarə vermiş və taksiyə əyləşərək yaşadıqları evə qayıtmışlar. Evdə Nuranə mobil telefon vasitəsi ilə polis əməkdaşlarına bu barədə məlumat vermişdir. Evə çatdıqdan sonra həmin bükümü açdıqda orada külli miqdarda, yəni təxminən 5 qrama yaxın narkotik vasitə heroin olduğunu görmüşlər. Samirin şübhələnməməsi üçün və ağrıları olduğuna görə həmin narkotik vasitədən hər üçü istifadə etmişlər. Polis əməkdaşları Nuranəyə mobil telefon vasitəsi ilə Samirin əlinə narkotik vasitəni verməməyi, Samirin əlinə keçərsə başqa yerdə gizlətmək ehtimalı olduğundan həmin bükümü özlərində saxlamağı və evdə gizlətməyi bildirmişlər. O da həmin narkotik vasitə olan bükümü evin hamam otağında əlüzyuyanın alt tərəfində özünə məxsus olan çəhrayı rəngli pul kisəsinə qoyub orada gizlətmişdir. Polis əməkdaşları səhərisi gün, yəni 23 avqust 2021-ci il tarixdə səhər saat 10 radələrində yaşadıqları evə gələcəklərini və narkotik vasitəni evdə aşka etdikləri vaxt onun və Nuranənin həmin narkotik vasitənin Samirə aid olduğunu demələrini tapşırmış, bunun qarşılığında isə onu və Nuranəni sərbəst buraxacaqlarını vəd etmişlər. 23 avqust 2021-ci il tarixdə saat 9 radələrində Samirə zəng gəlmiş və Samir evdən çıxıb getməli olmuşdur. Təxminən saat 10-11 radələrində Samir zəng edib evə bazarlıq etdiyini və yaxın vaxt ərzində çatacağını demişdir. Həmin vaxt polis əməkdaşlarının yaşadıqları evin yaxınlığında Samiri gözlədiklərindən məlumatlı olmuşdur. Samir ona zəng etmişdir ki, qapını açsın, Nuranə qapını açmağa getdikdə artıq səs-küy düşmüş və o, pəncərədən boylandıqda Samirin qaçdığını, arxası ilə Ruslan və İsmayılın getdiklərini görmüşdür. Samiri tez saxlayıb göy rəngli “Niva” markalı avtomobilə əyləşdirmişlər. Samirin qardaşı Sədyarın da orada olduğunu görüb Nuranə ilə utandıqları üçün mənzilin qapısını bağlamışlar. Həmin vaxt qapı döyülmüş, çox narahat olmuş və Nuranəyə bildirmişdir ki, “düz eləmirik, bəlkə Samirə qarşı bu cür etməyək?”. Nuranə ona cavabında “başın xarabdı? bura kimi eləmişik, istəyirsən bizim ikimizi içəri göndərsinlər?” demişdir. O, geri çəkilib etməyəcəyini demiş, lakin Nuranə qapını açmış və polis əməkdaşları içəri daxil olmuşlar. Ruslan ondan gizlin olaraq narkotik vasitənin yerini soruşmuş, o da Ruslana gizlincə hamam otağında olan əlüzyuyanın altında gizlətdiyini bildirmişdir. Ruslan həmin yerdən bükümü götürmüş və onların hamısını 20-ci PB-nə aparmışlar. Orada polis əməkdaşları Samiri döymüşlər. 23 avqust 2021-ci il tarixdə saat 21-22 radələrində bildirmişlər ki, Samirin yaşadığı evdə çəkiliş olacaq və Ruslan adlı polis əməkdaşı narkotik vasitə olan bükümü ona verəcəyini, həmin bükümü yataq otağındakı Samirin yatdığı divanın üzərindəki yastığın altına qoymağını demişdir. Onlar birlikdə sözügedən mənzilə gəlmişlər. Orada hamıdan qabaq o, Ruslan və Nuranə onda olan açarla qapını açıb evə daxil olmuşlar. Orada Ruslan bükümü ona verib yastığın altına qoymasını tapşırmış, o da sonuncunun dediyini etmişdir. Bir müddət sonra ora bir neçə polis əməkdaşı, Təqsirləndirilən şəxs1, sonuncuya təyin olunmuş vəkil və 2 nəfər yoldan keçən hal şahidlərinin iştirakı ilə mənzildə axtarış keçirilməyə başlanmışdır. Başlayan kimi polis əməkdaşları ondan bükümün yerini soruşmuş, o da dərhal həmin bükümün yerini göstərmişdir. Polis əməkdaşları həmin bükümü masanın üzərinə qoyub fotoçəkiliş etmişlər. Bundan sonra polis bölməsinə qayıtmışlar. Orada mənizlə baxış barədə protokol tərtib edilmiş və o da hamı kimi həmin protokolu imza etmişdir. Həmçinin izahat vermişdir ki, həmin narkotik vasitə Samirə məxsusdur və Samir narkotik vasitənin satışı ilə məşğul olur. Dediyi kimi, hər şey yuxarıda göstərdiyi kimi yalan və qurma olmuşdur. Təqsirləndirilən şəxs1, o və Nuranə narkotik vasitənin satışı ilə məşğul olmamış, onlar yalnız istifadəçi olmuşlar. Aşkar edilmiş psixotrop maddə metafetamin polis əməkdaşları tərəfindən bükümə yerləşdirilib və Ruslan tərəfindən ona verilmişdir ki, heroinlə bir bükümdə divandakı yastığın altına qoysun. Təqsirləndirilən şəxs1la əvvəllər qeyri-rəsmi birlikdə yaşadığı Taleh adlı şəxs vasitəsilə tanış olmuşdur. Taleh 2021-ci ilin iyun ayında tutulmuş, narkotik vasitə satışı ilə əlaqədar məhkum olunmuşdur. Narkotik vasitə almaq üçün vəsaiti olmadığından Samirin evinə gedib onunla birlikdə narkotik vasitə istifadə etmişdir. 22 fevral 202-ci ildə tutulan zaman üzərindən təxminən 2,8 qram heroin aşkar olunmuş, həmin heroini tanımadığı şəxsdən almışdır. Nuranəni Samir vasitəsilə tanımış, Nuranə Samirin tanışı olmuşdur. Samirin mənzilinə keçirilən baxışda Nuranə, vəkil, hal şahidləri, polis əməkdaşları və o iştirak etmişdir. 2,8 qram heroini 20 manata almışdır. Taleh tutulduqdan sonra maddi cəhətədən çətinlik çəkməyə başlamışdır. Heç kimlə narkotik vasitə satmaq üçün telefon əlaqəsi saxlamamış, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Təxminən 2 il narkotik vasitə heroindən istifadə etmişdir. Samiri təxminən 1 ildir tanıyır. Samirin narkotik vasitə satmasının şahidi olmamış, bu barədə məlumatı yoxdur. Samirin yalnız narkotik vasitə istifadəçisi olduğunu və onda narkotik vasitə olduğunu bilmişdir. Narkotik vasitəni yalnız şəxsi istifadəsi üçün əldə etmişdir. Gündəlik 2 qram heroin istifadə etmişdir. Samir tutulduqdan sonra Nuranə ilə yalnız 1-2 dəfə görüşmüşdür. Samir narkotik vasitəni alıb onunla birlikdə istifadə etmişdir. Şəxsi axtarış və evə baxış videoçəkiliş aparmaqla həyata keçirilmişdir. Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə tam təqsirli olmaları ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 etirafedici ifadələri və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, əsas vəzifələrindən biri narkotik vasitələrin, psixotrop maddələrin və prekusorların qanunsuz olaraq dövriyyəsinə qarşı mübarizə aparmaqdan ibarətdir. 22 fevral 2022-ci il tarixdə təhkim olunduğu inzibati ərazidə Nəsimi RPİ-nin 20-ci PB-in baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ilə birlikdə xidmətdə olarkən, saat 15:30 radələrində ünvan 6 ünvanın qarşısında bir nəfər şəxsin özünü narkotik vasitə istifadə etməklə şübhəli vəziyyətdə apardığını görmüş və həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək həmin şəxsin adını soruşmuşlar. Həmin şəxs özünü Xanımnaz deyə təqdim etmişdir. Həmin şəxslə söhbət zamanı üzərində narkotik vasitə olmasına dair onlarda şübhə yaranmış və bu barədə soruşduqda həmin şəxs üzərində narkoik vasitə olduğunu bildirmişdir. Bundan sonra isə onlar həmin şəxsi Nəsimi RPİ-nin 20-ci PB-nə dəvət etmişlər. Həmin şəxs etiraz etməmiş və onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs2 olduğu müəyyən olunmuşdur. Həmin şəxs polis bölməsinə gətirildikdən sonra PB-nə gətirilən şəxslərin qeydiyyatı kitabında qeydiyyata salınmışdır. Daha sonra narkotik vasitə saxlaması, qəbul etməsində şübhəli olması ehtimal edildiyindən üstünə baxış keçirilməsi məqsədilə bölmə rəhbərliyinə raportla məruzə etmişlər və həmin raportun icrası 20-ci PB-in təhqiqatçısı polis baş leytenantı Mikayıl Bayramova həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 təhqiqatçı Mikayıl Bayramovun xidməti iş otağına aparmışlar. Orada təhqiqatçı Mikayıl Bayramov Təqsirləndirilən şəxs2 hüquqlarını izah edib vəkillərin siyahısı ilə tanış etdikdə, Təqsirləndirilən şəxs2 vəkillərdən Bakı şəhəri 14 saylı Vəkil Bürosundan vəkil istədiyi üçün təhqiqatçı Mikayıl Bayramov 14 saylı Vəkil Bürosundan PB-nə vəkil dəvət etmiş, 14 saylı Vəkil Bürosundan vəkil Elvin Əliyev gəldikdən sonra təhqiqatçı Mikayıl Bayramov müdafiəçini Təqsirləndirilən şəxs2 təqdim etmişdir. Daha sonra təhqiqatçı Mikayıl Bayramov Təqsirləndirilən şəxs2 hüquq və vəzifələrini izah edib üzərində şəxsi axtarış aparılacağını və şəxsi axtarışın videoçəkilişlə aparılacığını bildirmiş, Təqsirləndirilən şəxs2 isə etiraz etməmişdir. Bundan sonra təhqiqatçı Mikayıl Bayramov Təqsirləndirilən şəxs2 üzərində olan əşyaları könüllü çıxarıb stolun üstünə qoymasını təklif etmiş və Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli kənarlarında ağ rəngli xətt olan idman şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli spesifik iyə malik maddəni çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümün içərisində olan maddə barədə sual verilən zaman Təqsirləndirilən şəxs2 həmin bükümün içərisində olan maddənin “kakos” adlı narkotik vasitə olmasını bildirmişdir. Təqsirləndirilən şəxs2 həmin bükümü 21 fevral 2022-ci il tarixdə saat 16 radələrində tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Daha sonra həmin şəffaf büküm zərfə qoyularaq bağlanıb möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, ucadan oxunmuş, heç bir əlavə və şikayət daxil olmadığı üçün iştirak edən hər kəs həmin protokol, eləcə də zərfin üzəri imzalanmışdır. 23 avqust 2021-ci il tarixdə Nəsimi RPİ-nin 20-ci PB-nə Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz əldə olunmasında, üzərində gəzdirməsində, istifadəsində, Bakı şəhəri, Papanin adlı ərazidə satması və kirayə yaşadığı ünvan 14 ünvanında külli miqdarda saxlamasında şübhəli olması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs1 müəyyən olunaraq ifşa olunması istiqamətində Nəsimi RPİ-nin 20-ci PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid5 tərəfindən Nəsimi RPİ-nin rəhbərliyinə raportla məruzə edilərək, Nəsimi RPİ-nin 20-ci PB-də baş əməliyyat müvəkkili, polis mayoru Şahid5 tərəfindən əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Nəsimi RPİ-nin 20-ci PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid5, Nəsimi RPİ-nin 20-ci PB-nin sabiq əməliyyat müvəkkili, polis kapitanı Şahid7 və o, bilavasitə əməliyyat məlumatında göstərilən Bakı şəhəri, ünvan 15 ünvanın qarşısına getmişlər. 23 avqust 2021-ci il tarixdə təxminən saat 15:05 radələrində ünvan 4 ünvanının qarşısında dayanıb gözləyən zaman xarici əlamətlərindən əməliyyat məlumatında göstərilən şəxsin xarici əlamətləri ilə eynilik daşıyan bir nəfər şəxsin özünü şübhəli göstərdiyini və göstərilən ünvanın yaxınlığında tək olaraq gəzdiyini görmüşlər. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və həmin şəxsin adı və soyadını soruşmuşlar. Həmin şəxs adının Samir və soyadının isə Məcidov olmasını bildirdikdə həmin şəxsi Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 buna etiraz etməyərək onlarla birlikdə Nəsimi RPİ-nin 20-ci PB-nin inzibati binasına gəlmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs1 hüquqları izah olunmuşdur. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs1 əynində olan xaki rəngli şalvarının sağ yan cibindən 1 ədəd “Honor” markalı mobil telefon aparatını, 1 ədəd “Kapital Bank” tərəfindən verilmiş, üzərində 4169 7332 1430 1140 rəqəmləri, MS.MANSUMA ALİYEVA sözləri yaılmış bank kartını, sol cibindən 347 manat pulu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 əynində olan paltarlara baxış keçirilmiş və hər hansı qeyri-qanuni əşya və ya maddə aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs1 yaşadığı Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev küçəsi, ev 18 ünvanında 22 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi, Araz marketin qarşısında əldə etdiyi narkotik vasitə heroini və psixotrop maddə metafetamini saxladığını bildirmişdir. Daha sonra şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığı və düzgün tərtib olunduğu üçün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 yaşadığı evdə narkotik vasitə heroin və psixotrop maddə metafetamin saxladığını bildirdiyi üçün yaşadığı ünvan 4 ünvanmdakı evinə baxış keçirilmişdir. Baxış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs1 sözü gedən mənzildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 həmin mənzilin giriş qapısının qarşısında olan qonaq otağının sağ tərəfində yerləşən yataq otağında, sağ tərəfdə quraşdırılan çarpayının üzərində, yastığın altında saxladığı, qara rəngli əl çantasının içərisində olan 4 bükümdə qəhvəyi rəngli, spesifik iyə malik maddə, 5 bükümdə kristalşəkilli, ağ rəngli maddə və 1 ədəd elektron tərəzini təqdim etmişdir. Sonra aşkar olunmuş predmetlər qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra evin digər otağına və hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər olunmamış, fotoşəkillər əlavə olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin o əlavə olaraq bildirmişdir ki, o və 20-ci PB-nin baş əməliyyat müvəkkili Həbbullah Bədələov Təqsirləndirilən şəxs2 22 fevral 2022-ci il tarixdə saat 15:30 radələrində ünvan 6 ünvanın qarşısında saxlayaraq özlərini təqdim edib, polis bölməsinə dəvət etmiş, həmin şəxs də etiraz etmədən razılaşıb polis bölməsinə gəlmişdir. Təqsirləndirilən şəxs2 polis bölməsinə gətirildikdən sonra PB-nə gətirilən şəxslərin qeydiyyatı kitabında qeydiyyata salınmış, daha sonra narkotik vasitə saxlaması, qəbul etməsində şübhəli olması ehtimal edildiyindən üstünə baxış keçirilməsi məqsədilə bölmə rəhbərliyinə raportla məruzə etmişlər və həmin raportun icrası 20-ci PB-nin təhqiqatçısı polis baş leytenantı Mikayıl Bayramova həvalə edilmiş, bundan sonra Təqsirləndirilən şəxs2 təhqiqatçı Mikayıl Bayramovun xidməti iş otağına aparmış və Təqsirləndirilən şəxs2 orada oturacaqda əyləşmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 vəkillərin siyahısı təqdim edilmiş, X7 vəkillərin siyahısını nəzərdən keçirib 14 saylı Vəkil Bürosundan vəkil dəvət edilməsini xahiş etmiş, müdafiəçi Elvin Əliyev gəldikdən sonra təhqiqatçı Mikayıl Bayramov Təqsirləndirilən şəxs2 hüquq və vəzifələrini izah etdikdən sonra yuxarıda qeyd etdiyi qaydada sonuncunun şəxsi axtarışını aparmışdır. X7 üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini 21 fevral 2022-ci il tarixdə saat 16 radələrində tanımadığı şəxsdən 20 manata aldığını qeyd etsə də, keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olsa da, kimlərdən narkotik vasitə alması və satması istiqamətində heç bir məlumat əldə edilməmişdir, bu sahədə əməliyyat-axtarış tədbirləri davam etdirilir, gələcəkdə müsbət məlumat əldə olunarsa rəsmi olaraq əlavə məlumat veriləcəkdir. Təqsirləndirilən şəxs1 saxlanılarkən polis bölməsində onun və ya digər polis əməkdaşları tərəfindən Samirə qarşı hər hansı bir zor və ya hər hansı bir hədə qorxu tətbiq olunmamış, Təqsirləndirilən şəxs1 narkotik maddə olan heroini aldığı şəxsin ifşa olunması istiqamətində hər hansı bir əməliyyat axtarış tədbirləri həyata keçirilsə də, həmin şəxsi müəyyən etmək mümkün olmamışdır, daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs1 müxtəlif şəxslərə narkotik maddələrin satışı ilə məşğul olması müəyyən edilmiş, lakin həmin şəxslərin ifşa olunması və istintaqa təqdim edilməsi istiqamətində tədbirlər davam etdirilir. Binəqədi RPİ-də istintaqa verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı, hər hansı əməliyyat məlumatının olmadığını bildirmə səbəbi həmin vaxt mexaniki səhvə yol verməsi olmuşdur, həmin zaman verdiyi ifadədə göstərilən həmin xüsusat doğru olmamış, Təqsirləndirilən şəxs1 Binəqədi RPİ-də istintaqa verdiyi ifadəsində yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitələrin özünə məxsus olmamasını bildirməsi tamamilə yalandır, belə ki, Təqsirləndirilən şəxs1 şəxsi axtarış zamanı evindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin özünə məxsus olmasını bildirmişdir, Axundova X5 RPİ-də istintaqa verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 evindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin polis əməkdaşlarının istəyilə özü tərəfindən Təqsirləndirilən şəxs1 yaşadığı mənzilə yerləşdirildiyini, həmin narkotik vasitə və psixotrop maddənin Təqsirləndirilən şəxs1 məxsus olmadığını, Təqsirləndirilən şəxs1 saxlanılmamışdan bir müddət əvvəl 20-ci PB-in İsmayıl və Ruslan adlı əməkdaşlarının Xanımnazı saxlayaraq üzərində axtarış keçirdiyini və narkotik vasitə aşkar etdiklərini bildirməsi ilə bağlı xüsusatlar tamamilə yalandır, həqiqətə uyğun deyil və uydurmadır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 tutulan zaman onlara müqavimət göstərməmişdir. Evdə olan narkotik vasitə Təqsirləndirilən şəxs1 tərəfindən onlara təqdim edilmişdir. Təqsirləndirilən şəxs1 tutulan zaman qardaşı yanında olmuşdur. Təqsirləndirilən şəxsin qardaşını tutmamışlar. Təqsirləndirilən şəxs1 narkotik maddə olan heroini aldığı şəxsin ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, həmin şəxsi müəyyən etmək mümkün olmamışdır. 23 avqust 2021-ci il tarixdə daxil olan məlumat yalnız Təqsirləndirilən şəxs1 barəsində olmuşdur. Təqsirləndirilən şəxs2 özünü şübhəli apardığı üçün ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxsləri hadisəyə qədər tanımamış və görməmişdir. Təqsirləndirilən şəxs2 tutulan zaman tək olmuşdur. Baxış keçirmək üçün mənzilə getdikdə orada iki qadın olmuşdur. Şəxsi axtarış və evə baxış videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 və Şahid5 Şahid4 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid7un ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid4 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 2, iş vərəqə 152-154). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 23 avqust 2021-ci il tarixdə saat 20 radələrində yaşadığı ünvan 17 ünvanının qarşısında dayanan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq polis olduqlarını bildirib mənzilə baxış keçirilməsi üçün onu dəvət etmişlər. O, ilk öncə polislərin təklifini rədd etsə də, sonra isə öz razılığı əsasında könüllü olaraq polislər tərəfindən keçirilən baxışda iştrak etmişdir. Baxış zamanı ünvan 18 ünvanında yerləşən birinci mərtəbəyə baxış keçirilmiş, baxış zamanı mənzildən polis əməkdaşları axtarış edərək əl çantasının içərisindən bükümlər götürmüşlər, onun həmin bükümlərin nə olduğundan məlumatı olmamışdır. Həmin polis əməkdaşları aşkar olunmuş əşyaları sənədləşdirmiş və orada olan ondan başqa digər şahidlər və onun iştirakı ilə aşkar olunmuş bükümlər zərfə qoyularaq qablaşdırılmış, o da həmin zərfə imza etmişdir (cild 2, iş vərəqə 34-35). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2un ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid8 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 3, iş vərəqə 129-131). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 22 avqust 2021-ci il tarixdən 23 avqust 2021-ci il tarixə keçən gecə o, rəfiqəsi Təqsirləndirilən şəxs2 yaşadığı, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən mənzilə getmişdir. 23 avqust 2021-ci il tarixdə, axşam saatlarında o qeyd edilən ünvanda olan zaman bir neçə polis əməkdaşı həmin ünvana gələrək axtarış aparmağa başlamış və yataq otağında olan çarpayının üzərindən, yastığın altından, əl çantasında olan narkotik vasitələri aşkar etmişlər. Bundan sonra həmin narkotik vasitələr şahidlərin iştirakı ilə qablaşdırılmış və müvafiq sənədlər tərtib edilərək imzalanmışdır. O, mütamadi olaraq rəfiqəsi Təqsirləndirilən şəxs2 yaşadığı ünvanda qonaq olmuş, həmin müddət ərzində o, Təqsirləndirilən şəxs1, “Siçan” ləqəbli İntiqam adlı şəxsə, Qafar adlı şəxsə, Şamxal adlı şəxsə və tanımadığı digər şəxlərə narkotik vasitə satmasının şahidi olmuşdur. O, bir ilə yaxındır ki, Xanımnazı tanımış, həmin müddətdə də Xanımnazla birlikdə yaşayan Samiri tanımışdır. Xanımnaz narkotik vasitələrdən istifadə etsə də, satışı ilə heç bir zaman məşğul olmamışdır, Təqsirləndirilən şəxs1 isə narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. Xanımnaz Samir ilə sadəcə özünün narkotik vasitə istifadə etməsinə, eləcə də əvvəllər yaşadığı Taleh Hüseynovun ortaq tanışlığına görə yaxınlıq etmiş, Təqsirləndirilən şəxs2 Binəqədi RPİ-də istintaqa verdiyi ifadəsi zamanı bildirdiyi Təqsirləndirilən şəxs1 evindən aşkar edilmiş narkotik vasitələr polis əməkdaşları tərəfindən onunla birlikdə Xanımnazın vasitəsilə evə qoyulması barədə Xanımnazın həmin ifadədə göstərdikləri tamamilə yalandır, həqiqətə uyğun deyildir. Təqsirləndirilən şəxs2 Binəqədi RPİ-də istintaqa verdiyi ifadəsi zamanı bildirdiyi Təqsirləndirilən şəxs1 yaşadığı ünvana baxış keçirilməmişdən bir neçə gün əvvəl Ruslan və İsmayıl adlı polis əməkdaşlarının Xanımnazla onu saxlaması, Xanımnazın üstünə baxış keçirilməsi və üstündən narkotik vasitə aşkar edilməsi ilə bağlı ifadələri tamamilə yalandır, həqiqə uyğun deyildir. Təqsirləndirilən şəxs1 Binəqədi RPİ-də istintaqa verdiyi ifadə zamanı bildirdiyi 2021-ci il tarixdə avqust ayının 20-dən 21-nə keçən gecə saat 2-4 radələrində o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə Novxanı qəsəbəsi, “Araz” marketin yaxınlığında əvvəlcədən İran Respublikası vətəndaşının Xanımnazla razılığına əsasən qoyduğu narkotik vasitəni götürərək yaşadığı ünvana aparması və həmin narkotik vasitənin Xanımnaza məxsus olması ilə bağlı dedikləri tamamilə yalandır, uydurmadır, ümumiyyətlə, belə bir hadisə olmamışdır. Xanımnaz heç bir zaman İran Respublikasının vətəndaşı ilə danışmamış, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır (cild 3, iş vərəqə 155-158). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 23 avqust 2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 20-ci PB-nin yaxınlığında tanışı Şahid9 ilə birlikdə hərəkətdə olan zaman onlara 1 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özünü polis olaraq təqdim etmiş və onları polis bölməsinə dəvət edərək orada şübhəli şəxsin üzərində şəxsi axtarışda hal şahidi kimi iştirak etməklərini xahiş etmişdir. Onlar da həmin polis əməkdaşının dəvətini qəbul edərək birlikdə polis bölməsinə getmişlər. Polis bölməsində olan zaman xidməti otaqlardan birində Samir adlı şəxsin üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ondan başqa 3 nəfər polis əməkdaşı, Samir adlı şəxs, Samir adlı şəxsin vəkili və Şahid9 da iştirak etmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən iştirakçıların hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra isə təhqiqatçı Samir adlı şəxsə üzərində hər hansı qanunsuz əşya olub-olmamasını sual edərək üzərində olan əşyaları təqdim etməsini xahiş etmişdir. Bundan sonra Samir adlı şəxs üzərində olan “Honor” markalı mobil telefonu, 1 ədəd plastik kartı və 347 manat pulu təqdim etmişdir. Bundan sonra təhqiqatçı Samir adlı şəxsin paltarlarında və üzərində şəxsi axtarış keçirmiş, lakin hər hansı əşya aşkar edilməmişdir. Daha sonra isə Samir adlı şəxsdən yaşadığı ünvanda hər hansı qanunsuz əşya olub-olmaması soruşulmuşdur. Samir adlı şəxs isə cavabında yaşadığı ünvanda narkotik vasitə və psixotrop maddə saxladığını bildirmişdir. Bundan sonra şəxsi axtarış dayandırılmış və protokol tərtib edilmişdir. Protokola orada olan hər bir iştirakçı, eləcə də o imza etmişdir. Şəxsi axtarış zamanı polis əməkdaşları tərəfindən hər hansı qanuna zidd hərəkətə yol verilməmişdir (cild 4, iş vərəqə 14-16). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid9un ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid3 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 4, iş vərəqə 11-13). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı şahidlər Şahid5 və Şahid4 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə təsdiq etmişlər (cild 4, iş vərəqə 7-10). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə təsdiq etmişlər (cild 3, iş vərəqə 87-94). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı şahidlər Şahid5 və Şahid4 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə təsdiq etmişlər (cild 4, iş vərəqə 40-49). Cinayət işinin materiallarında olan “DVD diskə baxış keçirilməsi haqqında” protokollardan görünür ki, SMS tarixçəsinin qeyd olunan mobil nömrəyə daxil olan sms mətnlərində aşağıdakılar müəyyən edilmişdir: ***-***-**-** saylı mobil nömrədən xx.xx.2021-cil tarixdə saat 11:00-da daxil olmuş sms mətnində “Samir necəsən nevar ney o x? Samir nolar qadan alaram coox pisem ağrıdan ölürem balalarımızın canı imkan varsa bi raz kola verdə mene”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2021-cil tarixdə saat 22:40-da daxil olmuş sms mətnində “Ustunde bir mnt bele yoxdukı taksiye verib gelsin.piyada gelir.nedeki başqa heçne yoxumuzdu camaata verek.soz verirem el tut sabah günorta pulu vereceyik”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2021 -cil tarixdə saat 22:43-də daxil olmuş sms mətnində “duzeldib verecem problem deyil amma varyoxun təhqir heç vaxt sennen heçne götürmerem az vermişdim men sene 500 ya 1000 manat sen indi mene 110 manata göre mene deyirsen heçne yoxdu Allah kömeyin olsun”, ***-***- **-** saylı mobil nömrədən xx.xx.2021-cil tarixdə saat 03:39-da daxil olmuş sms mətnində “meni 2 saat dogubler senun adva göre men təhqir degilem emoqlu mene bele hörmetsizlik eleme men sınıram lomkadan 2 gündu”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2021-cil tarixdə saat 18:22-də daxil olmuş sms mətnində “men alıb vermişem pulu meni narahat eli у iri er təhqir olaram alemi bir birine qatmasam gerey diyerdilerki samirden almışıq mali”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2021-cil tarixdə saat 16:21-də daxil olmuş sms mətnində “Mənim qaş alanım orda qalıb patı çəkdiyim qab 20 mntda yoxdu düşüb hardasa”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2021-c il tarixdə saat 00:40-da daxil olmuş sms mətnində “Xaiş edirəm xetrim varsa yanında talehin bazarlığına ümumiyyetle talehle bağlı nese lazım olaanda ondan heçne isteme.ikimiz olaanda sebeblerin diyccem”, 055- ***-**-** saylı mobil nömrədən xx.xx.2021-cil tarixdə saat 17:03də daxil olmuş sms mətnində “Ay brat imkan olsa 1 ad ad m eti da göndararsanda gardaşıva”, 070- ***-**-** saylı mobil nömrədən xx.xx.2021-cil tarixdə saat 02:32-də daxil olmuş sms mətnində “yeke kişisen ala temanın içine 2 dene cete göre meni bura getirdin verdim bunu allahverdiye özüve götür başa düşdün kimlerse təhqir ”, 077-703-00- 00 saylı mobil nömrədən xx.xx.2021-cil tarixdə saat ll:45-də daxil olmuş sms mətnində “hamamnan çıxdım çimdim diye lomkam birazda açıldı sen Allaha and verirem tez bir soz denen isun varsa oqlannan goruşum götürüm Öllem”, 077-588- 52-00 saylı mobil nömrədən xx.xx.2021-cil tarixdə saat 10:05-də daxil olmuş sms mətnində “mene Taleh maraqlı deyil onun anasının imkanı var Men Melekden danışıram komck ele ne olar atsın bu zibili xaiş edirem yalvarıram inanki yalvarıram Allaha ki bunu tutsunlar belke canı qurtarar bu zibilden ne olar Allah xatir onu apar müalice müessisesine sen desen gedcr axı ne qeder gec deyil”, həmçinin, SMS tarixçəsinin qeyd olunan mobil nömrədən çıxan sms mətnlərində aşağıdakılar müəyyən edilmişdir: ***-***-**-** saylı mobil nömrədən 055-650- 01-80 saylı mobil nömrəyə xx.xx.2021-cil tarixdə saat 17:23-də daxil olmuş sms mətnində “Şiyələrin lomkadadı ya Əli hardasan”, ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2021-cil tarixdə saat 18:56- da daxil olmuş sms mətnində “işivi qurtaran kimi məni yığ ged vur karta”, 077- ***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2021- cil tarixdə saat 23:29-da daxil olmuş sms mətnində “Noldu dərman cadı malicə davam ediyor”, ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2021-cil tarixdə saat 17:33-də daxil olmuş sms mətnində “Kişi oğlu ya gəl pulu ödə mən gəlsəm eyib olar səndə yoxsan evdə bizə yaraşmaz ac teli”, ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2021-cil tarixdə saat 21:06-da daxil olmuş sms mətnində “Nicat uşaqlar opuskaya gələcəy pul lazımdı”, ***-***-**-** saylı mobil nömrədən 070-598-86- 64 saylı mobil nömrəyə xx.xx.2021-cil tarixdə saat 17:45-də daxil olmuş sms mətnində “Şirxan mənim pulumu ver qardaş belə elcmə Allaha and olsun mənim pulumu ver”, ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2021-cil tarixdə saat 07:28-də daxil olmuş sms mətnində “Nə oldusa özün o şəraiti yaratdın əybi yox mən sənə bu gün nəsə verəcəm hara lazım olsa mən gətirəcəm”, ***-***- **-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2021-cil tarixdə saat 14:14-də daxil olmuş sms mətnində “Ayaz vala az az kökün düzəlt verim”, ***-***-**-** saylı mobil nömrədən 055- ***-**-** saylı mobil nömrəyə xx.xx.2021-cil tarixdə saat 18:38-də daxil olmuş sms mətnində “Ramin brat sən öl bu diyir saba axşam gedəcək dedim eybi yox 05 kola verəcəm hələ burdadı”, ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2021-cil tarixdə saat 02:36-da daxil olmuş sms mətnində “Mən verən maldan çəkən ağzına təhqir", ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2021-cil tarixdə saat 23:58- də daxil olmuş sms mətnində “Nicat hardasan diyir malı atmışam evə qoyub gəldün neynək”, ***-***-**-** saylı mobil nömrədən ***-***-**- ** saylı mobil nömrəyə xx.xx.2021-cil tarixdə saat 09:06-da daxil olmuş sms mətnində “Nicat səhər saat necə olsa belə mənə zəng edərsən Nicat mal mənim üstümdə qalıb diyir ki siz götürmüsünüz gəl görüntülü yığıb ikimiz bir yerdə söyüş söyək bu məndən səni soruşdu dedim gedib elə bilir mən mah götürüb səni gizlədirəm ki sənin yanında söyüş söyə bilməyəcəm ona görə səni gizlədirəm”, ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2021-cil tarixdə saat 20:25-də daxil olmuş sms mətnində “Bariqa səndən pulu mən gör necə alacam”, ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2021-cil tarixdə saat 20:5O-də daxil olmuş sms mətnində “Bariqa tələsmə sənin siyavuş mənə nəqədə səslərvi atıb hamsın atacam patandarda Qalib Hümbətova pulu mən vurmamışam ama sən də qardaşvun yanma gedən vaxdundu”, ***- ***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2021-cil tarixdə saat 23:24-də daxil olmuş sms mətnində “Məni tapacağsan mən səni patandardan tez tapacam tələsmə bariqa pul saba qayıtmasa sən gör nolacaq”, ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2021-cil tarixdə saat 10:28-də daxil olmuş sms mətnində “Kişi oğlu varyoxun təhqir siyavuş mənə pul verməyib siyavuş mənə dedi ki sən ondan pul isdəmə mən alaram sənə verərəm mən dedim ki mən özüm alacam burda daha ona sən qaqonan damşdığvu dimədim”, eləcə də, antenn məlumatlarına dair qovluqda aşağıdakılar müəyyən edilmişdir: Təqsirləndirilən şəxs1 məxsus olan 077- ***-**-** saylı mobil nömrə xx.xx.2021-ci il tarixdə saat 03:49-da Abşeron rayonu, Novxanı kəndi ərazisində olarkən danışıq aparmışdır. (LABS5567O1/LABS5567 MB group/" Abşeron rayonu, Novxanı kəndi"), Təqsirləndirilən şəxs1 məxsus olan ***-***-**-** saylı mobil nömrə sonuncu dəfə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində xx.xx.2021-ci il tarixdə saat 15:35-də istifadə edilmişdir (cild 4, iş vərəqə 69-72). Cinayət işinin materiallarında olan “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, 22 fevral 2022-ci il tarixdə Nəsimi RPİ-nin 20ci PB-nin təhqiqatçısı Mikayıl Bayramov tərəfindən tərtib olunmuş “şəxsi axtarış və götürmə barədə” protokolu və 1 ədəd videogörüntüləri özündə əks etdirən CD disk ilə Təqsirləndirilən şəxs2 üzərindən narkotik vasitəyə bənzər maddənin aşkar olunaraq götürülməsi faktı təsdiq olunmuşdur (cild 1, iş vərəqə 42-49). Cinayət işinin materiallarında olan “mənzilə baxış keçirilməsi və götürmə aparılması” haqqında protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə Nəsimi RPİ-nin 20-ci PB-nin təhqiqatçısı Elşən Rəsulov tərəfindən tərtib olunmuş “mənzilə baxış keçirilməsi və götürmə aparılması” haqqında protokol ilə Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 4 ünvanından narkotik vasitə heroin və psixotrop maddə metafetaminin aşkar edilərək götürülməsi faktı təsdiq olunmuşdur (cild 1, iş vərəqə 178-181). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 fevral 2022-ci il tarixli 6/1111 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə maddə təmiz çəkisi 2,889 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (Qeyd: heroinin təmiz çəkisi 2,889 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 2,839 qram, cild 1, iş vərəqə 54-55). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 avqust 2021-ci il tarixli 6/3669 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən aşkar olunaraq götürülmüş 4 bükümdə maddələr ayrı-ayrılıqda təmiz çəkiləri 42,262 qram, 28,761 qram, 26,262 qram və 51,005 qram olmaqla, ümumi təmiz çəkisi 148,290 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 5 bükümdə maddələr ayrı-ayrılıqda təmiz çəkiləri 13,850 qram, 0,920 qram, 0,836 qram, 0,401 qram və 0,231 qram olmaqla, ümumi təmiz çəkisi 16,238 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. 1 ədəd arxasında “200g/0,01g” yazısı olan gümüşü rəngli elektron tərəzinin üzərində heroinin və metafetaminin izləri vardır, iz şəklində olduğu üçün heroinin və metafetaminin çəkisini və bükümlərdəki heroinlərlə və metafetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır (Qeyd: heroinin təmiz çəkisi 148,290 qram, tədqiqata sərf olundu 0,2 qram, qalıq 148,09 qram, metafetaminin təmiz çəkisi 16,238 qram, tədqiqata sərf olundu 0,15 qram, qalıq 16,088 qram, cild 1, iş vərəqə 186-190). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 fevral 2022-ci il tarixli 4/202 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş cinayət işinin 19-20-ci vərəqələrində Təqsirləndirilən şəxs1 adına olan 23 avqust 2021-ci il tarixdə qeydiyyatdan keçmiş ərizələrdə “İmza” qrafalarındakı, 21-22 vərəqlərində olan 23 avqust 2021-ci il tarixli müdafiəçi seçmək hüququnun izah edilməsi haqqında protokolun 2-ci vərəqində “imza” qrafasındakı, 27-ci vərəqində olan, 23 avqust 2021-ci il tarixli müdafiəçi təqdim etmək barədə protokolda “Şübhəli şəxs” qrafasındakı, 28-29-cu vərəqlərində olan 23 avqust 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərarın 2-ci vərəqində “Şübhəli şəxs” qrafasındakı, 32-33-cü vərəqlərində olan 23 avqust 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokolun 2-ci vərəqində “imza” qrafasındakı, 36-37-ci vərəqlərində olan 23 avqust 2021-ci il tarixli şübhəli şəxs qismində tutulmuş şəxsin hüquq və vəzifələri haqqında bildirişin 2-ci vərəqində “Şübhəli şəxs” qrafasındakı, 38-ci vərəqində olan şübhəli şəxsə hüquq və vəzifələrinin, nədə şübhəli olduğunun, şübhənin mahiyyəti və məzmununun izah edilməsi, tutma protokolunun və bildirişin surətlərinin verilməsi barədə protokolda “Şübhəli şəxs” qrafasındakı, 39-cu vərəqində olan 23 avqust 2021-ci il tarixli şübhəli şəxs təhqiqatçıya və prokurora etiraz etmək hüququnun izah edilməsi haqqında protokolda “1.Şübhəli şəxs” qrafasındakı, 40-cı vərəqində olan 23 avqust 2021-ci il tarixli şübhəli şəxsə müdafiəçiyə etiraz etmək hüququnun izah edilməsi haqqında protokolda “1.Şübhəli şəxs” qrafasındakı, 45-ci vərəqində olan 23 avqust 2021-ci il tarixli protokolda “Şübhəli şəxs” qrafasındakı, 46-47-ci vərəqlərində olan 23 avqust 2021-ci il tarixli şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilməsi və götürülməsi barədə protokolun 1-ci vərəqinin aşağı tərəfindəki 2-ci imzadan, 2-ci vərəqində “Saxlanılan şəxs” qrafasındakı, 48-ci vərəqində olan 23 avqust 22021-ci il tarixli “Mənzilə baxış və götürmə aparılması haqqında” qərarda “Şübhəli şəxs” qrafasındakı, 52-ci vərəqində olan 23 avqust 2021-ci il tarixli ərizədə “İmza:” qrafasındakı, 54-cü vərəqində olan 23 avqust 2021-ci il tarixli protokolda “Şübhəli şəxs” qrafasındakı, 55-56-cı vərəqlərində olan 23 avqust 2021-ci il tarixli mənzilə baxış və götürmə aparılması haqqında protokolun 1-ci vərəqinin aşağı tərəfindəki 1-ci imzadan, 2-ci vərəqində “1.Təqsirləndirilən şəxs1” qrafasındakı, 59-cu vərəqində olan 23 avqust 2021-ci il tarixli ekspertiza təyin edilməsi haqqında qərarı şübhəli şəxsə elan etmək haqqında protokolda “Şübhəli şəxs” qrafasındakı, 64-cü vərəqində olan 24 avqust 2021-ci il tarixli ekspertiza rəyini şübhəli şəxsə elan edilməsi haqqında protokolda “Şübhəli şəxs” qrafasındakı yazılar və imzalar, 74-75-ci vərəqlərində olan 24 avqust 2021-ci il tarixli izahatın 1-ci vərəqində “İmza:” qrafalarındakı və həmin vərəqin aşağı tərəfindəki 2-ci vərəqində “Düzdür”, “Məcidov” olan yazılar və imzalar Təqsirləndirilən şəxs1 tərəfindən imza olunmuşdur (cild 3, iş vərəqə 2-4). Cinayət işinin materiallarında olan 9 mart 2022-ci il tarixli 082-8918-1122 nömrəli əməliyyat tapşırığının cavabından görünür ki, əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən edilmişdir (cild 1, iş vərəqə 109). Cinayət işinin materiallarında olan 20 aprel 2022-ci il tarixli 082-14224-1122 nömrəli əməliyyat tapşırığının cavabından görünür ki, əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən edilmişdir (cild 3, iş vərəqə 163). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 6 aprel 2022-ci il tarixli 1636 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 4, iş vərəqə 24-25). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 22 noyabr 2021-ci il tarixli 4604 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 4, iş vərəqə 22-23). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 148,290 qram olan narkotik vasitə heroin, ümumi təmiz çəkisi 16,238 qram olan psixotrop maddə metafetamin və 1 ədəd üzərində heroinin və metafetaminin izləri olan, arxasında “200g/0,01g” yazısı olan gümüşü rəngli elektron tərəzi, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 1 ədəd zərfin içərisindəki 2,889 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir (cild 4, iş vərəqə 115-149). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 3, iş vərəqə 114). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nizami rayon məhkəməsinin 17 iyun 2018-ci tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 4 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur (cild 1, iş vərəqə 263-266 və cild 2, iş vərəqə 1-12). Təqsirləndirilən şəxs1 törətdiyi əvvəlki cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “az ağır” cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər az ağır cinayət törətməyə görə məhkum olunmuş və vaxtından əvvəl cəza çəkməkdən azad edildikdən sonra 2 il keçmədən yenidən qəsdən ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3 və 83.4-cü maddələrinin tələblərinə əsasən məhkumluğu ödənilməmiş və buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi mövcud olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasının yuxarı həddinin yarısından az ola bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onlar həmin cinayət əməlini törətməkdə təqsirlidir, onların əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran halı, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 23 avqust 2021-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 153-154). Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 22 fevral 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 19-20). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 25 avqust 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 23 avqust 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 233-237). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 22 fevral 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 96-99). Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 22 fevral 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 23 avqust 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 374 manata görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 187 manat tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkiləri 148,09 qram olan narkotik vasitə heroin və 16,088 qram olan psixotrop maddə olan metafetamin və 1 ədəd üzərində heroinin və metafetaminin izləri olan, arxasında “200g/0,01g” yazısı olan gümüşü rəngli elektron tərəzi, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 2,839 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. -“Şəxsi axtarış və götürmə” istintaq hərəkətini özündə əks etdirən 1 ədəd DVD disk və əlavə olaraq 2 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 23 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 22 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 374 manata görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 187 manat tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkiləri 148,09 qram olan narkotik vasitə heroin və 16,088 qram olan psixotrop maddə metafetamin, 1 ədəd üzərində heroinin və metafetaminin izləri olan, arxasında “200g/0,01g” yazısı olan gümüşü rəngli elektron tərəzi, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 2,839 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. -“Şəxsi axtarış və götürmə” istintaq hərəkətini özündə əks etdirən 1 ədəd DVD disk və 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək onlara narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsınlar. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.