Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1201/2024 13.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və X2 Müdafiəçisi: Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay , orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitəni 15 (on beş) manat ödəməklə 01 (bir) ədəd gümüşü rəngli kağızda təmiz çəkisi 0,267 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib üzərində saxlamaqla daşımış və 10 iyun 2023-cü il tarixdə saat 19:00 dəqiqədə Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, ev 94 ünvanının yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanılıb Bakı şəhəri, Xəzər rayonu, Zuğulba qəsəbəsi, Zuğulba prospekti 100 ünvanında yerləşən Xəzər RPİ-nin 2-ci PŞ-nə gətirilərək üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli cins şalvarın sol arxa cibindən 01 (bir) ədəd gümüşü rəngli kağızında təmiz çəkisi 0,267 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq psixotrop maddə metamfetamin və külli miqdarda narkotik vasitə heroin əldə edib Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində üzərində saxlamaqla daşımış, Xəzər rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin əməkdaşları tərəfindən 15 avqust 2023cü il tarixdə saat 21:30 dəqiqədə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Xəzər rayon Polis İdarəsinin inzibati binasında xidməti otaqların birində üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman əynində olan açıq qəhvəyi rəngli şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,231 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və hər birində müvafiq olaraq 0,714 qram, 0,322 qram, 0,277 qram, 0.362 qram və 0,379 qram olmaqla beş ədəd şəffaf sellofan bükümündə ümumilikdə təmiz çəkisi 2,054 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ittihamda yazılanlar doğrudur. Narkotiki həmişə az alsa da, bu dəfə çox almışdır ki, istifadə edərsə hər dəfə gedib gəlməsin. 2 dəfə saxlanılmış, əvvəl tutulsa da, sonra azadlığa buraxılmışdır. Narkotikin yalnız istifadəsi ilə məşğul olmuşdur. Ona qarşı heç bir psixi və ya fiziki təzyiq olmamışdır. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 01 ədəd gümüşü rəngli kağızına bükülmüş bükümdə narkotik vasitə olan heroini 15 manat məbləğində pula almış və şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində yaşadığı Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, ev 94 ünvanının yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq Özlərini təqdim etmiş və onu 2-ci PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs də razılaşıb onlara etiraz etmədən onlarla birlikdə polis şöbəsinə getmişdir. Xəzər RPİ-nin 2-ci PŞ-nin xidməti otaqların birində hüquq və vəzifələri Təqsirləndirilən şəxs izah edildikdən sonra dövlət hesabına vəkil dəvət olumuş və vəkili Təqsirləndirilən şəxs hüquq və vəzifələrini bir daha izah etdikdən sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirmişlər. Həmin vaxtı polis əməkdaşı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz saxladığı əşya olduğu təqdirdə onu çıxarıb təqdim etməyini bildirmiş, sonuncu da əynində olan qara rəngli cins şalvarın sol arxa cibindən 01 ədəd gümüşü rəngli kağma bükülmüş bükümdə narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Polis əməkdaşı tərəfindən həmin bükümü açılaraq içərisinə baxış keçirilmiş, sonra polis əməkdaşları Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olması, nə vaxt və haradan əldə etdiyi barədə soruşmuşlar. Təqsirləndirilən şəxs də həmin gümüşü rəngli kağızma bükülmüş bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, xx.xx.2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 15 manat məbləğində pula aldığını, öz şəxsi istifadəsi üçün üzərində gəzdirməyini bildirmişdir. Bundan sonra həmin 01 ədəd büküm polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, Təqsirləndirilən şəxs tərəfimdən zərfin üzəri imzalandıqdan sonra möhürlənmiş, digər polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və üzərindən hər hansı bir qanunsuz saxladığı əşya aşkar olunmamışdır. Daha sonra bununla bağlı tərtib olunmuş protokol və digər sənədlər Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Bundna başqa 15 avqust 2023-cü il tarixdə saat 21:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsində yaşadığı evin yaxınlığında piyada hərəkətdə olduğu zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmiş və Təqsirləndirilən şəxs özünü təqdim etməyi tələb etmişlər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğuna görə özündən asılı olmayaraq həyəcanlanmış, bu hal polis əməkdaşlarının diqqətini cəlb etmiş, onlar Təqsirləndirilən şəxs şübhələnmiş və onu Xəzər rayon Polis idarəsinin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə Xəzər rayon Polis İdarəsinin inzibati binasına getdikdən sonra ifşa olunacağını dərk edərək üzərində narkotik vasitə və psixotrop maddə metamfetamin olduğunu etiraf etmişdir. Xəzər rayon Polis İdarəsinin inzibati binasında təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmağı haqqında qərar elan olunmuş, müdafiəçi ilə təmin edilmiş, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərimdə videoçəkilişlə şəxsi axtarış aparılacağı izah edilmişdir. Şəxsi axtarış aparılmağa başlamadan öncə Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet varsa təqdim etməyi təklif edilmiş, bundan sonra sonuncu əynində olan açıq qəhvəyi rəngli şalvarın sol yan cibindən beş ədəd şəffaf sellofan bükümü və bir ədəd gümüşü rəngli siqaret kağızma bükülmüş bükümün çıxarıb təqdim edərək həmin bükümlərin içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Daha sonra üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman üzərindən başqa dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin içərisi boş olan ağ rəngli kağız zərfə qoyulmuş, həmin kağız zərf Təqsirləndirilən şəxs tərəfindən imzalanaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarışla bağlı protokol tərtib olunmuş, həmin protokolla tanış olaraq düzgün tərtib olunduğuna əmin olduqdan sonra həmin protokola imza etmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq üzərində 15 avqust 2023-cü il tarixdə aparılan şəxsi axtarış zamanı aşkar edilərək götürülən narkotik vasitə heroini və psixotrop maddə metamfetamini üzərində aparılan şəxsi axtarış zamanı və izahatımda guya internet vasitəsilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı Cəlal adlı şəxsin kart hesabına 400 manat pul köçürdükdən sonra onun guya ona verdiyi ünvan əsasında Bakı-Mərdəkan şossesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində yerləşən piyada keçidinin sağ tərəfindən götürdüyünü və satış məqsədilə gəzdirdiyini bildirməsini, lakin bunun həqiqət olmadığını, üzərində şəxsi axtarış aparılan zaman və izahatı alınarkən çox həyəcanlı olduğuna və bərk qorxduğuna görə bu cür deməsini, əslində isə üzərindən aşkar edilərək götürülən narkotik vasitə heroin və psixotrop maddə metamfetamini 15 avqust 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi ərazisində əvvəllər tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün ümumilikdə 100 manat nağd pula almasını, narkotik vasitəni külli miqdarda əldə etsə də, həmin narkotik vasitəni satış İ məqsədilə əldə etmədiyini və həmin narkotik vasitəni satmaq niyyətində olmadığını,narkotik vasitəni külli miqdar əldə etməyində məqsəd hər dəfə narkotik vasitə heroin əldə etmək üçün yeni şəxslər axtarmaq məcburiyyətində qalmamağmı, özünü ifşa etmək təhlükəsi ilə üzləşməmək olmasını bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Xəzər Rayon Polis İdarəsinin CAŞ-ın kiçik əməliyyat müvəkkili vəzifəsində çalışır. Təqsirləndirilən şəxsi əməliyyat tədbiri zamanı tanımışlar, şəxsi gecə vaxtı saxlamışlar. İdarəyə dəvət olunmuş, üzərindən narkotik vasitə aşkar olunmuşdur. Aşkar olunan narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. O, ikinci epizodda, 15 avqust tarixində olan əməliyyat zamanı iştirak etmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir zor tətbiq etməmişlər, o da polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərməmişdir. Saxlayan zaman üzərində olan narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hazırda Xəzər RPİ-nin 2-ci PŞ-də CA üzrə kiçik əməliyyat müvəkkili vəzifəsində çalışır. 15 avqust 2023-cü il tarixdə Xəzər RPİ-nin CAŞ-ın kiçik əməliyyat müvəkkili polis baş serjantı Şahid4lə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsində bir nəfər şəxsin özünü şübhəli aparmasını görmüşlər. Polis əməkdaşları həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmiş və həmin şəxsdən özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxsdə özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Polis əməkdaşları həmin şəxsdən özünü şübhəli aparmasının səbəbini soruşduqda Təqsirləndirilən şəxs üzrərində narkotik vasitə olmasını demişdir. Şahid3 və Şahid4 Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu Xəzər RPİ-nə dəvət etmiş, o, da razı olaraq onlarla birlikdə Xəzər RPİ-nə gəlmişdir. Xəzər RPİ-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmiş, sonra isə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuş, bu vaxt sonuncu əynindəki açıq qəhvəyi rəngli şalvarın sol yan cibindən beş ədəd şəffaf sellofan bükümü və bir ədəd gümüşü rəngli siqaret kağızma bükülümüş bükümü çıxarıb təqdim edərək həmin bükümlərin içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qablaşdırılmış, üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Aşkar olunmuş bükümlər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılmışdır. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir. Saxlanılan şəxsə qarşı təzyiq olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin CA üzrə əməliyyat müvəkkili polis polkovnik-leytenantıdır. 10 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra Şahid1 və Xəzər RPİ-nin 2- ci PŞ-nin polis sahə rəisi polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 19:00-da ünvan 5 ünvanının yaxınlığında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə Şahid1 və Şahid2 yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını demiş və ondan özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Polis əməkdaşları Nicat5 Babayevə narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu Xəzər RPİ-nin 2-ci PŞ-nə dəvət etmişlər, sonuncu da razı olaraq onlarla birlikdə 2-ci Polis Şöbəsinə gəlmişdir. 2-ci PŞ-də xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmiş, sonra isə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuş, bu vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sol arxa cibindən 01 (bir) ədəd gümüşü rəngli kağıza bükülmüş qəhvəyi rəngli toz şəkilli maddə heroini çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulmuş, bu zaman Təqsirləndirilən şəxs həmin bükümün içərisində heroin kimi tanıdığı narkotik maddə olmasını, həmin büküm onun özünə məxsus olmasını, həmin narkotik maddəni xx.xx.2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 15 manat məbləğində pula almasını bildirmişdir. Təqsirləndirilən şəxsnin üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qablaşdırılmış, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Aşkar olunmuş büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılmış, bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət işi materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs 10 iyun 2023-cü il tarixldə şübhəli şəxs kimi tutulmuş, 12 iyun 2023-cü il tarixdə həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 15 avqust 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Fariz Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və bu zaman o, əynində olan qara rəngli cins şalvarın sol arxa cibindən 01 (bir) ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, təqdim etdiyi narkotik vasitə heroini xx.xx.2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 15 manat məbləğində pula alaraq özü istifadə etməsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş 01 (bir) ədəd gümüşü rəngli kağıza bükülmüş büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Xəzər RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı polis mayoru Azər Səmədov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və bu zaman o, əynində olan açıq qəhvəyi rəngli şalvarın sol yan cibindən 05(beş) ədəd şəffaf rəngli sellofana, 01 (bir) ədəd siqaretin gümüşü rəngli kağzına bükülmüş bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, təqdim etdiyi narkotik vasitə heroini və psixotrop maddə metamfetamini xx.xx.2023-cü il tarixdə İran İslam Respublikası vətəndaşından onlayn qaydada 400 manat məbləğində pula almasını bildirmişdir. Aşkar olunmuş 05(beş) ədəd şəffaf rəngli sellofana, 01 (bir) ədəd siqaretin gümüşü rəngli kağzma bükülmüş büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür İstintaqa təqdim olunan iki ədəd diskdə olan videogörüntüyə baxış keçirilmiş, bu barədə protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 6/3299 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DlN Zərflər üçün №193” dairəvi möhür əksi və “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə:Təqsirləndirilən şəxs-imza,iştirakçılar-üç imza, təhqiqatçı: F.Məmmədov-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi- 0,267 qram olan qəhvəyi toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Heroinin təmiz çəkisi-0,267 qram, tədqiqata sərf edilən miqdar-0,05 qram, qalıq- 0,217 qram. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi-0,267 qram, tədqiqata sərf edildi-0,5 qram, qalıq-0,217 qram. (ekspertiza tədqiqatın dəyəri 92 (doxsan iki) manat) Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/4399 nömrəli rəydən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №43” dairəvi möhür əksləri olan, “Vət.Təqsirləndirilən şəxs üzərindən götürülmüş....”soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 5 (beş) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,714 qram, 0,322 qram, 0,277 qram, 0,362 qram, 0,379 qram, ümumi təmiz çəkisi 2,054 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir,l (bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,231 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir.Heroinin ümumi təmiz çəkisi-2,054 qram, tədqiqata sərf edildi- 0,250 qram, qalıq- 1,804 qram.Metamfetaminin təmiz çəkisi-0,231 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq- 0,181 qram. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi-2,054 qram, tədqiqata sərf edildi- 0,250 qram, qalıq-1,804 qram, metamfetaminin təmiz çəkisi-0,231 qram, tədqiqata sərf edildi-0,50 qram, qalıq-0,181 qram. (ekspertiza tədqiqatın dəyəri 65 (atmış beş) manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli, 3697 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoliji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 15 avqust 2023-cü il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hal müəyyən etməmişdir, cinayətin təkrar törədilməsi cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən edilir ki, ekspert rəylərinin verilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri 157 (yüz əlli yeddi) manat təşkil edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİNin Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,217 qram və 1,804 qram narkotik vasitə heroin, 0,181 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətinin video çəkilişi zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 02 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 157 (yüz əlli yeddi) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı hər günü azadlıqdan məhrum etmə cəzasının 2 (iki) gününə bərabər tutulmaqla, həmin günlər yəni 2 gün təyin edilmiş cəza müddətindən çıxılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 3(üç) il 05(beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan 15 avqust 2023-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 157 (yüz əlli yeddi) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,217 qram və 1,804 qram narkotik vasitə heroin, 0,181 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətinin video çəkilişi zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 02 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-1201/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1201/2024
13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver