Məhkəmə qərarları › İş №1(101)-1202/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1202/2021

10.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1202/2021 10.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhər 7 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxsin hüquqi varisi: X1 və onun nümayəndəsi: fərdi fəaliyyət göstərən vəkil Nümayəndə iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə dövlət ittihamçısının cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Məhkəmə baxışı iclasında dövlət ittihamçısı yazılı vəsatət verərək təqsirləndirilən şəxs X2 hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğunun müəyyən edildiyini və buna görə də barəsində olan cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Dövlət ittihamçısı vəsatətini aşağıdakılarla əsaslandıraraq göstərdi ki, Təqsirləndirilən şəxs 24 aprel 2021-ci il tarixdə yenidən ittiham elan edilərkən ona ittiham irəli sürülmüşdür həmçinin ondan ötrü ki, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 etibarından sui istifadə edərək Çin Xalq Respublikasından gətirdiyi avadanlıqların karqoda olduğunu, həmin avadanlıqları satıb gəlir əldə edəcəyini vəd verib buna onu inandıraraq etimadını qazanıb etibarından sui istifadə etməklə 2019-cu ilin noyabr ayında Bakı şəhəri ərazisində 31800 manat məbləğində xeyli miqdarda pulunu ələ keçirib dələduzluq etməyə cəhd etmiş, lakin öz iradəsindən asılı olmayan səbəblərdən cinayət əməlini başa çatdıra bilməmişdir. Lakin istintaq orqanı 24 aprel 2021-ci il tarixli qərarın nəticə hissəsində törədilmiş cinayət əməlinə görə məsuliyyət nəzərdə tutan cinayət qanunun maddəsini göstərməmişdir. Eyni zamanda, cinayət işi üzrə tərtib olunmuş ittiham aktının nəticəvi hissəsində də yuxarıda qeyd edilən ittihamın təsviri verilsə də, nəticəvi hissəsində cinayət qanununun maddəsi düzgün əks etdirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 223.3.2-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər qeyd olunmaqla ittihamın mahiyyəti göstərilməlidir. Azərbaycan Respublikası CPM-nin 223.4-cü maddəsinə əsasən qərarın nəticə hissəsində şəxsin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar və törədilmiş cinayətə görə məsuliyyət nəzərdə tutan cinayət qanununun maddəsi göstərilir. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələblərinə tam əməl edilməmiş, ədalətli məhkəmə araşdırılmasının aparılmasına imkan verən təminatlar ibtidai istintaq zamanı gözlənilməmiş, təqsirləndirilən şəxsin müdafiə hüququ, eləcə də ittiham aktının tərtibi ilə bağlı tələblər pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası CPM-nin 289.3.1 maddəsinə əsasən müstəntiq ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm halları, göstərməli, CPM-nin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilməlidir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 32-ci bəndində qeyd edilmişdir ki, CM-nin 17.1-ci maddəsinə əsasən, CM-nin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Qanunun bu tələbi baxımından, şəxs CM-nin eyni maddəsi ilə nəzərdə tutulmuş həm başa çatmış, həm də başa çatmamış dələduzluq cinayətləri törətdikdə o, həmin əməllərə görə CM-nin müvafiq maddələri ilə təqsirli bilinir və ona cinayətlərin məcmusu üzrə deyil, başa çatmış cinayətə görə vahid cəza təyin edilir. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 təkrarən külli miqdarda əmlakını ələ keçirərək dələduzluq etməsi epizodundan başqa onun əməlində təkrarən tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 31800 manat məbləğində xeyli miqdarda pulunu dələduzluqla ələ keçirilməsinə cəhd edilməsi ilə bağlı Azərbaycan Respublikası CM-nin 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələri üzrə rəqəm ifadəsi ilə cinayətin əlamətləri, yəni daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildiyindən Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi dövlət ittihamçısının vəsatəti ilə razı olduqlarını və təmin edilməsini xahiş etdilər. Təqsirləndirilən şəxs və müdafiəçisi dövlət ittihamçısının vəsatəti ilə bağlı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə, dövlət ittihamçısının vəsatətində göstərdiklərini araşdıraraq və CPM–in yuxarıda qeyd edilən tələbinə əsasən dövlət ittihamçısının cinayət işinin baxılması xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatəti olduğu halda məhkəmənin həmin vəsatəti təmin etməli olmasının imperativ xarakter daşımasını nəzərə alıb hesab edir ki, vəsatət təmin edilməli, cinayət işinin baxılmasına xitam verilməli və təqsirləndirilən şəxsə daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə, dövlət ittihamçısının vəsatətində göstərdiklərini əsaslı və qanuni hesab edərək belə qənaətə gəlir ki, vəsatətdə göstərilən hallar təqsirləndirilən şəxsə daha ağır ittiham irəli sürülməsi üçün kifayətdir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.2-ci və 321-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Dövlət ittihamçısı vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və təqsirləndirilən şəxsə daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Sədrlik edən hakim Əfqan Hacıyev Hakimlər Telman Hüseynov Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar