Məhkəmə qərarları › İş №1(101)-1202/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1202/2022

08.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1202/2022 08.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 17:10-da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs hüquqi varisi - oğlu X4, AR CM-in 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş, cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi – atası Qanuni nümayəndə, müdafiəçisi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, BOLT taksi şirkətində taksi fəaliyyəti göstərmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan AR CM-in 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş, cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 23 dekabr 2021-ci il tarixdə saat 13 radələrində valideynlərinin kirayədə yaşadığı ünvan 2 ünvanına gələrək üzərində gəzdirdiyi cib bıçağı ilə xx xxxx 1959-cu təvəllüdlü anası Zərərçəkmiş şəxs boyun nahiyyəsinin ön-sağ yan səthində aşağı üçdə birində 16 x 3-4 sm ölçüdə kəsilmiş yara, boyun nahiyyəsinin sol yan səthinin orta üçdə birində 2,3 x 0,5 sm ölçüdə kəsilmiş-deşilmiş yara, döş qəfəsinin sağ yarısının ön səthində 1,3 x 0,4 sm ölçüdə kəsilmiş-deşilmiş yara, döş qəfəsinin sol yarısının ön səthində 1,3 x 0,5 sm ölçüdə deşilmiş-kəsilmiş yara, qarın nahiyyəsinin sol yarısının ön səthində 1,3 x 0,5 sm ölçüdə deşilmiş-kəsilmiş yara xəsarətləri yetirib qəsdən öldürmüş və bundan sonra Nəsimi rayon polis idarəsinin 19-cu Polis şöbəsinə gələrək anasını öldürməsi barədə məlumat verib cinayət aləti olan bıçağı polis şöbəsinə təqdim etmişdir. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs ifadə verməkdən imtina edərək, hadisə ilə bağlı xüsusatları xatırlamadığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşı olmuş, birgə nigahdan 3 uşaları vardır. Uşaqların iki oğlan, biri qızdır, oğlanların böyüyü Təqsirləndirilən şəxs, kiçiyi Vaqif Cəfərovdur, sonbeşiyi isə qızı Sevdadır. Sevda ailəlidir, iki uşağı var, əri ilə öz mənzillərində Sumqayıt şəhərində yaşayır. O, arvadı Bəsti və oğlu Vaqiflə ünvan 3 ünvandakı mənzildə kirayədə yaşayırlar. Samir isə xəstəliyinə görə tək, Binəqədi rayonu, 9-cu mikrorayon, Adil Məmmədov küçəsi, ev 57, mənzil 23-də yaşamışdır. Belə ki, Samir ruhi xəstədir və bu səbəbdən onun sakit bir mühitdə olması üçün şərait yaratmışlar. Lakin Samir demək olar ki, hər gün evə gəlmiş, o, Qarabağ bölgəsində yol tikintisndə çalışır və ona görə də ayda bir dəfə üç gün müddətinə evinə gəlir, oğlu Vaqiflə anası isə ikisi evdə qalırlar. Vaqif subaydır, Azərsuda mühəndis işləyir. Samir ali təhsillidir, 2012-ci ildə X3 Təhlükəsizliyi ixtisasını bitirib və 6 il həmin təşkilatda işləmişdir. O, 2012 - 2013-cü illərdə bir il sərhəd qoşunlarında hərbi xidmətdə olmuş, hərbi xidmətdə olarkən Zaqatalada təlim vaxtı avtoqəzaya düşmüş və başından travma almışdır. Hərbi xidmətdən sonra Samir Hava limanında işə düzəlmiş və 6 il işləmişdir. 2015-ci ildə Samir, Şahid3 ilə evlənmiş və yeddi aydan sonra boşanmışlar. Boşanmanın səbəbi isə gəlinin deməsinə görə Samirin əsəbi olması, ona qəzəblənməsi olmuşdur. Bir neçə aydan sonra Samir, yenidən, şəhərdə təsadüfən tanış olduğu Turanə adında Moskva şəhərində yaşamış bir nəfər qızla evlənmiş və bu dəfə də onunla 4 ay yaşamışlar. Samirin səhhətində problemlərin olmasını görüb 2016-cı il də onu 2 saylı Psixiatrik xəstəxanaya aparmış, orda ona şizofreniya dianaqozu qoyulmuşdur. Odur ki, onlar Samirin iş yerinə məlumat vermiş və iş yerində ona ərizəsini yazmağı bildirib işdən azad olunmuş, həmin vaxtdan hadisəyə kimi Samir taksi kimi fəaliyyət göstərməyə başlamışdır. Son iki ildə «Bolt» taksi şirkətində fəaliyyət göstərmiş, Samir 2012-ci ildə sürücülük vəsiqəsini almışdır. Samir hər il xəstəxanada stasionar müalicə almış, sonuncu dəfə isə 2018-ci ildə qeydiyyatda olduğu «saylı Psixiatrik xəstəxanada müalicə almışdır. Müalicədən sonra «depakin» adlanan dərman qəbul etmiş, hadisə barədə Samir özü ona xəbər vermişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə saat 13:55 radələrində Samir onun votsapına anasının qan içində uzanıb qaldığı şəklini göndərmiş və o, şəklə baxdıqdan dərhal sonra silmişdir. O, şəkli saxlaya bilməmiş, Sonra Samir telefonla zəng vurub anasını bıçaqla qətlə yetirdiyini, polisdə olduğunu demişdir. O, Samirə polisdəsənsə telefonu ver polisə demiş, Samir telefonu polisə vermiş və polis Samirin özünün gəlib anasının öldürdüyünü deməsini demişdir. O, həmin dəqiqə Bakıya yola düşmüş, şəhərə gələndə Samirin dediklərinin həqiqət olduğunu bilmişdir. Məhkəmədə zərərçəkmişin hüquqi varisi qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Samir ali təhsilli olmaqla müxtəlif yerlərdə işləmiş, 2011-ci ildə hərbi xidmətdə olarkən avtoqəza keçirmiş, ruhi xəstəliklə bağlı işdən azad olunmuşdur. Samir həmin vaxtdan taksiçiliklə məşğul olmuş, Samir xəstəliyi ilə bağlı psixotrop dərmanlar qəbul etmişdir. Onun xəstəliyi kəskinləşən vaxtlarda onlardan ayrı Binəqədi rayonundakı mənzildə tək yaşamış, xx.xx.2021-ci il tarixdən xəstəliyi kəskinləşdiyinə görə Binəqədi rayonundakı mənzildə qalmışdır. 23 dekabr 2021-ci il tarixdə saat 14 radələrində atası ona zəng vurub Samirin anasını Öldürdüyünü demiş, o da dərhal evə gəlmiş və evdə anasının meyitini qonaq otağında görmüşdür. Samir 2015-ci ildə Gülnar adlı qızla evlənmiş, 2017-ci ildə boşanmışlar. Hadisədən 10 gün əvvəl Samir Gülnarla barışmağa cəhd etmiş, Gülnarda onu rədd etmiş, ona görə də Gülnarı öldürəcəyini anasına danışmış, lakin onlar bunu ciddi qəbul etməmişlər. Samirin xəstəliyi kəskinləşən vaxtlarda yalnız anasına qarşı aqressiv olmuş, hətta bir il əvvəl anası ilə mübahisə edərək onu itələmiş və onu təhqir etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2015-ci ilin sentyabr ayında atasının dostu X5 Cəfərovla ailə qurmuşdur. Samir ilk günlərdən özünü qeyri-adekvat aparmış, ona hər şeyi qadağan etmiş, o, evdə ola-ola mənzilin qapısını çöldən bağlayıb getmişdir. Əsassız olaraq ona qışqırıb-bağırmış, onu valideynləri ilə danışmağı qadağan etmişdir. O, bu barədə valideynlərinə, eləcə də Samirin valideynlərinə demiş, bir müddət Samirlə yaşamış və nəhayət valideynlərinə gəlib Samiri aparmalarını xahiş etmişdir. O, atasına hər şeyi danışıb Samirin psixi xəstə olduğunu demiş, boşanmaq istədiyini, onu buradan aparmasını xahiş etmiş, atası Samir və valideynləri ilə danışmış, sonra onlar məhkəmə yolu ilə boşanmışlar. Boşandıqdan sonra o, Qazaxstana valideynlərinin yanına getmiş, Samirin xəstə olması barədə, sonuncunun valideynlərinə də demişdir. Samir onu sosial şəbəkələrdə izləyib barışmaq istədiyni bildirmiş və nəhayət xx.xx.2021-ci il tarixdə onun iş yerinə gələrək onunla görüşmək istədiyini bildirmiş, o, qorxduğu üçün Samirə evə gəlməsini demiş və həmin gün axşam Samir onun yaşadığı evə gəlmiş və barışmaq istədiyini, yenidən onunla ailə qurmaq istədiyni bildirmişdir. O, Samirə yox cavabı versə də Samir bu günə kimi evlənməmişdirsə, onda şansı var deyib, getmişdir. Samirin anası Bəstini öldürməsi barədə 2022-ci ilin yanvar ayının əvvəllərində eşitmiş, lakin səbəbini isə bilməmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ailəlidir Sumqayıt şəhərində yaşayır. Təqsirləndirilən şəxs qardaşıdır. Samir ali təhsilli olmaqla müxtəlif yerlərdə işləmişdir. Samir hərbi xidmətdə olarkən avtoqəza keçirmişdir. Hərbi xidmətdən sonra Azalda işləmiş, 2016-cı ildə ruhi xəstəliklə bağlı 2 saylı Psixiatriya xəstəxanasında stasionar müalicə olunmağa başlamış, ona «şizofreniya» diaqnozu qoyulmuş, xəstəliyi ilə bağlı işdən azad olunmuş və həmin vaxtdan taksiçiliklə məşğul olmuş, Samir iki dəfə evli olmuş, hər iki evlilik çox çəkməmiş, boşanmalarının səbəbi onun əsəbi olması olmuş, Samir xəstəliyi ilə bağlı psixotrop dərmanlar qəbul etmiş, xəstəliyi kəskinləşən vaxtlarda Samir onlardan ayrı Binəqədi rayonundakı mənzildə tək yaşamış, xx.xx.2021-ci il tarixdə günorta radələrində atası ona zəng vurub Samirin anasını öldürdüyünü, yaşadıqları ünvana getməsini tapşırmış, odur ki, o, dərhal anasına zəng vurmuşsa da telefona cavab verən olmamış, sonra Samirə zəng edib soruşduqda, Samir anasını öldürdüyünü, indi isə polisə getdiyini demişdir. Odur ki, valideynlərinin yaşadıqları evə gəlmiş və evdə anasının meyitini qonaq otağında görmüşdür. Məhkəmədə ifadəsi elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Samir mərhum Zərərçəkmiş şəxs oğludur. Samir bir neçə ildir ruhi xəstədir. Samir ali təhsillidir. Hərbi xidmətdə olanda avtoqəza keçirmiş, Samir 2 dəfə evli olmuş, hər dəfə də əsəbi olması səbəbindən boşanmışdır. Gəlinlərin deməsinə görə Samir əsəbləşəndə yoldaşını döyürmüş. Son vaxtlar birinci yoldaşını görüb yenə barışmağa cəhd edib. Lakin qız etiraz edib. Odur ki, Samir anasına bu barədə danışıb və qızı öldürəcəyini demişdir. Hadisə günü saat 13 radələrində bacısı Bəsti ilə telefonla danışmışdır. Həmin vaxt Bəsti Samir gəldi demiş, o isə dur Samirə yemək ver, sonra danışarıq demiş və bundan sonra xəstə olduğu üçün və halı yaxşı olmadığına görə təkrar Bəstiyə zəng vurmamışdır. Saat 17-18 radələrində Samirin Bəstini öldürdüyünü bilmişdir. Samirin xəstəliyi ilə bağlı bu hərəkəti etdiyini düşünür. Son vaxtlar Bəsti ona Samirin vəziyyətinin yenə pisləşdiyini, aqressivləşdiyini, bir hadisə törədə biləcəyindən qorxduğunu demişdir. Belə ki, Bəstinin ailəsində kiminləsə problemi olmamış, sadəcə olaraq Samirin son vaxtlar xəstəliyinin kəskinləşməsi bu hadisə ilə nəticələnmişdir. O, bacısına Samiri xəstəxanaya qoysun deyəndə, Bəsti ərinin Qarabağda işdə olduğunu, gələndə Samiri xəstəxanaya aparacağını demişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizanın xx.xx.2021-ci il tarixli 133 saylı rəyindən görünür ki; 1) Zərərçəkmiş şəxs meyitində 01 (bir) ədəd kəsilmiş yara və 04 (dörd) ədəd deşilmiş- kəsilmiş yara aşkar olunmuşdur, o cümlədən: 2) Boyun nahiyəsinin ön-sağ yan səthinin aşağı 1/3-də iri ölçülü kəsilmiş yarası (16x3- 4sm). Yara boyun nahiyəsinin ön səthindən başlayaraq köndələn-çəp istiqamətdə gedir və sağ qulaq sırğalığı bərabərliyində tamamlanır. Yaranın ən dərin hissəsi 3 sm-dir. Yaranın gedişi boyunca hər iki yuxu arteriyası və daxili vidaci venaları tam, traxeya isə hissəvi kəsilmişdir. Yara ayaqaltından 133 sm məsafədədir. 3) Boyun nahiyəsinin sol yan səthinin orta 1/3-də 2,3x0,5 sm ölçüdə kənarları hamar, yuxarı ucu iti, aşağı ucu küt olan deşilmiş-kəsilmiş yara vardır Yaranın aşağı kənarı ayaq altından 134 sm məsafədədir. Yara saat sferblatının 5 və 11 rəqəmlərini birləşdirən xətt üzrə yerləşmişdr. Yara kanalının istiqaməti öndən-1 arxaya, soldan-sağa və bir qədər yuxarıdan- aşağıya doğru gedərək boyun əzələlərində kor qurtarır. Yara kanalının ümumi dərinliyi 3 sm-dir. 4) Döş qəfəsinin sağ yarısının ön səthində sağ süd vəzinin üst səthində Vİ-Vİİ qabırğaarası sahədə 1,3x0,4sm ölçüdə kənarları hamar, yuxan ucu küt, aşağı ucu iti olan deşilmiş-kəsilmiş yara vardır. Yaranın aşağı kənarı ayaq altından 121sm məsafədədir. Yara saat sferblatının 5 və 11 rəqəmlərini birləşdirən xətt üzrə yerləşmişdir. Yara kanalının istiqaməti öndən-arxaya, yuxarıdan-aşağıya və bir qədər sağdan-sola doğrudur gedərək döş və qarın boşluqlarına nüfuz edərək diafraqmanı və qaraciyəri yaralayır. Yara kanalının ümumi dərinliyi 8 sm-dir. 5) Döş qəfəsinin sol yarısının ön səthində sol süd vəzinin ön hissəsində Vİ-Vİİ qabırğaarası sahədə 1,3x0,5 sm ölçüdə kənarları hamar, yuxan ucu küt, aşağı ucu iti olan deşilmiş-kəsilmiş yara vardır. Yaranın aşağı kənarı ayaq altından 121 sm məsafədədir. Yara saat sferblatının 5 və 11 rəqəmlərini birləşdirən xətt üzrə yerləşmişdir. Yara kanalının istiqaməti öndən-arxaya, yuxarıdan-aşağıya və bir qədər soldan-sağa doğru gedərək daxilə nüfuz etmir və əzələ arasında qurtarır. Yara kanalının ümumi dərinliyi 1,5 sm-dir. 6) Qarın nahiyəsinin sol yarısının ön səthində 1,3x0,5 sm ölçüdə kənarları hamar, yuxarı ucu küt, aşağı ucu iti olan deşilmiş-kəsilmiş yara vardır. Yaranın aşağı kənarı ayaq altından 90 sm məsafədədir. Yara saat sferblatının 6 və 12 rəqəmlərini birləşdirən xətt üzrə yerləşmişdir. Yara kanalının istiqaməti öndən arxaya, soldan-sağa və bir qədər aşağıdanyuxarıya doğru gedərək qarın boşluğuna nüfuz edir və böyük piyliyi zədələyir. Yara kanalının ümumi dərinliyi təxminən 5-6 sm-dir. Qeyd olunan xəsarətlər həyatidirlər, Zərərçəkmiş şəxs ölümündən az əvvəl yaranmışlar.

1. Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş kəsilmiş və deşilmiş- kəsilmiş yaralar ülgüclə və küpə malik yastı tiyə tipli hər-hansı bir deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər.

2. Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlərdən boyun nahiyəsinin önsağ yan səthinin aşağı 1/3-nin hər iki yuxu arteriyası və daxili vidaci venaların tam, traxeyanın isə hissəvi kəsilməsi ilə müşayiət olunan kəsilmiş yarası, döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfuz edərək qara ciyərin böyük payını zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, qarın nahiyəsinin sol yarısının ön səthinin daxilə nüfuz edərək böyük piyliyi zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarasından hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə, boyun nahiyəsinin sol yan səthinin deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmanın əlamətlərinə malikdirlər.

3. Zərərçəkmiş şəxs ölümünə səbəb boyun nahiyəsinin hər iki yuxu arteriyasının, vidaci venaların, traxeyanın, diafraqmanın, qaraciyərin və böyük piyliyin yaralanmaları ilə müşayiət olunan boyun nahiyəsinin kəsilmiş, eləcə də döş qəfəsinin və qarın nahiyəsinin deşilmiş-kəsilmiş yaralarının törətdiyi kəskin qanitirmə olmuşdur.

4. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, vət. Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (xx.xx.2021 ci il tarixdə saat 17:30-da başlamışdır) təxminən 4-6 saat əvvəl baş vermişdir.

5. Zərərçəkmiş şəxs bədən səthindəki deşilmiş-kəsilmiş yaraların ölçülərinə, onların bir ucunun iti, digər ucunun isə küt olmasına və yara kanallarının dərinliyinə əsasən demək olar ki, həmin yaralar tiyəsinin uzunluğu 7- 8 sm-dən az olmayan, eni iti ucundan 7-8 sm aralıda 1,3 sm-dən çox olmayan, kəsəri və küt tərəfi olan bıçaqla yetirilmişdir, həm ekspertizaya təqdim edilmiş bıçağı ilə və həm də ona oxşar digər bıçaqlarla yetirilə bilərdilər.

6. Zərərçəkmiş şəxs xəsarətlər yetirildikdən sonra, o dəqiqələrlə ölçülən qısa zaman kəsiyində məqsədyönlü hərəkətlər etmək (danışmaq, köməyə çağırmaq, müəyyən məsafəni qət etmək və s.) iqtidarında olmuşdur.

7. Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş deşilmiş-kəsilmiş yaralar yetirilərkən o, ayaqüstü, oturaq, yarımoturaq və uzanmış vəziyyətlərdə ola bilərdi.

8. Zərərçəkmiş şəxs uşaqlıq yolundan və düz bağırsaq möhtəviyyatından götürülən tamponların məhkəmə-tibbi tədqiqi zamanı spermatozoidlər aşkar olunmamışdır.

9. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (iş vərəqə 172-178) İş materiallarında olan məhkəmə-tibbi-bioloji ekspertizanın xx.xx.2022-ci tarixli 60/2022-MTBŞ saylı rəyindən görünür ki,

1. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: A-beta/H//İİ/.

2. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: A-beta/İİ/ /sonuncunun şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən/.

3. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs qızma məxsus xalat, ev geyimikofta, iki ədəd tursik, kalqotka, Təqsirləndirilən şəxs məxsus cins şalvar, hadisə yerindəki kreslo üzərindən götürülmüş kreslo örtüyü, optik eynək, qatlanan cib bıçağı üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A, H antigenləri və əksər ləkələrdə həmçinin beta aqqlyutinini də alındı. Beləliklə, UBS А-beta H. İİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi Zərərçəkmiş şəxs qızma və eyni qruplu Təqsirləndirilən şəxs/ əgər hadisə zamanı onda qanaxma ilə müşahidə olunan xəsarətlər olubsa və onun qanında müşayiətçi H antigeni olduğu təqdirdə məxsus ola bilər.

4. Təqdim edilən Təqsirləndirilən şəxs məxsus gödəkcə, kofta, köynək, bir cüt ayaqqabı, digər tay corab üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır. (iş vərəqə 214-219) İş materiallarında olan kompleks məhkəmə-tibbi-kriminalistik və məhkəməkriminalistik ekspertizanın 47 MTKŞ/2022 saylı rəyi ilə müəyyən edilmişdir ki, Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs qızma məxsus mavi rəngli koftanın ön səthində bir qədər sağda bir ədəd, ön səthində solda bir ədəd, ön səthinin aşağı sol nahiyəsində bir ədəd, qara rəngli xalatının ön səthində sağda bir ədəd, ön səthində solda bir ədəd və ön səthinin sol aşağı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr deşilmişkəsilmiş zədələr olub, iti olan ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir və ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni konstruktiv xüsusiyyətə malik digər bıçağı ilə törənməsi inkar olunmur. Zərərçəkmiş şəxs məxsus paltarların (xalat və kofta) üzərində aşkar edilmiş deşilmişkəsilmiş zədələr onun döş qəfəsinin ön səthində və qarnın sol yarısının ön səthində olan eyni xarakterli xəsarətlərlə yerləşməsinə görə nisbi olaraq uyğun gəlirlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs qızma məxsus kalqotka, trusik, və qadın tumanı üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı cib bıçağıdır və soyuq silah hesab edilmir. Həmin ekspertizaların rəyindən görünür ki, Zərərçəkmiş şəxs qızma məxsus xalat, ev geyimi-kofta, iki ədəd tursik, kalqotka, Təqsirləndirilən şəxs məxsus cins şalvar, hadisə yerindəki kreslo üzərindən götürülmüş kreslo örtüyü, optik eynək, qatlanan cib bıçağı üzərində zərərçəkmiş Zərərçəkmiş şəxs qanı vardır və paltarındakı zədələr Təqsirləndirilən şəxs polisə təqdim etdiyi bıçaqla yetirilmişdir. (iş vərəqə 220-226) İş üzrə kompleks stasionar məhkəmə-psixatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 15 saylı və təkrar stasionar məhkəmə-psixatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-d il tarixli 49 saylı rəylərindən görünür ki, Təqsirləndirilən şəxs cinayət törədərkən «kəllə-beyin travması ilə əlaqədar olan üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntusu» formasında psixi patalogiyadan əziyyət çəkmişdir, ittiham olunduğu cinayət əməlini sayıqlama fikirlərinin təsiri altında törətdiyi üçün öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır, təqsirləndiyi cinayət əməlinə münasibətdə anlaqsız vəziyyətdə olmuş və onun əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırda da əziyyət çəkdiyi psixi xəstəliyə xarakterik olan sayıqlama fikirlərinin təsiri altında olduğunu və keçən müddət ərzində heç bir müalicə almadığı üçün psixi vəziyyətinin kəskinləşdiyi, sayıqlama fikirlərinin hələ də davam etdiyi müşahidə edildiyindən onun stasionar şəraitdə məcburi müalicəyə ehtiyacı vardır. Buna görə də Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 95.0.4-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsləhət görülmüşdür. Təqsirləndirilən şəxs hadisə zamanı keçirdiyi psixi-emosional vəziyyət onda müəyyən edilən psixi xəstəliklərlə şərtlənmişdir. Təqsirləndirilən şəxs ona ittiham edilən əməli törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. (iş vərəqə 198-204; 265-272) İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 23 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə hadisə yerinə gələrək anasının meyitini və harada qətlə yetirdiyini göstərmişdir. (iş vərəqə 03-23) Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyul 2022-ci il tarixli “təkrar komisyon stasionar məhkəmə-psixatrik ekspertizasının təyin edilməsi haqqında” qərarına əsasən təyin edilmiş AR Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 xx.xx.2022-ci il tarixli, 98 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda «kəllə-beyin travması ilə əlaqədar olan üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntusu» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.20) müəyyən edilir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər, verilmiş ifadələr, anamnestik məlumatlar (Əvvəllər fərdi qaydada psixiatra müraciət etməsi, psixiatrik tibb müəssisəsində müalicə alması, 9 saylı şəhər poliklinikasının psixiatriya kabinetdə ambulator müşahidəyə götürülməsi, 2 nömrəli X1 ‘kəskin şizofreniyayabənzər psixotik pozuntu F23.2” və “şizofreniya, paranoid forma” diaqnozu İlə dəfələrlə stasionar müalicələr alması, 11 fevral 2022-ci il tarixdə aparılan elektroensefaloqrafik müayinənin nəticəsində beyin qabığı və qabıqaltı mərkəzlər arasında əlaqələrin zəifləməsi əlamətlərinin nəzərə çarpdığının qeyd olunması) və hal- hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin şöbədə müayinədə olduğu müddət ərzində özünü narahat aparması, əsəbi olması, tibb personalına qəzəbli baxışlarla baxması, heç kimlə ünsiyyətdə olmaması, geyiminə və təmizliyinə az fikir verməsi, ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində öz şəxsiyyətinə, zamana, məkana və ətraf mühitə görə bələdliyinin formal olaraq saxlanılması, zahiri görünüşünə görə səliqəsiz olması, narahat və gərgin görünməsi, acıqlı şəkildə ətrafa baxması, təfəkkürünün torpid xarakter daşıması, patoloji müfəssəlliyin qeyd olunması, kəskin produktiv psixopatoloji simptomatika kimi müxtəlif məzmunlu sayıqlamaların aşkar edilməsi, emosional reaksiyalarında dəyişkən, əhval- ruhiyyə fonunun disforik olması, ekspertizanın keçirilməsi məqsədini düzgün başa düşməməsi, onun gedişinə və nəticəsinin necə olacağına maraq göstərməməsi, öz gələcək aqibətinə laqeyd yanaşması və s.) sübut edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs aşkarlanan psixi patologiya tezliklə qüvvəyə minəcək klassifikatorda - psixi, davranış və yaxud neyroinkişaf pozuntularının beynəlxalq təsnifatının 11-ci baxışında «Başqa yerdə təsnif edilən pozuntularla və ya xəstəliklərlə əlaqəli ikincili psixi və davranış sindromları» rubrikasında 6E61.1 kodu altında «İkincili psixotik sindrom, sayıqlamalarla» olaraq qeyd edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törətməzdən əvvəl və həmin əməlini törədərkən «Kəllə-beyin travması ilə əlaqədar olan üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntusu» formasında psixi patologiyadan əziyyət çəkmişdir. Bunun nəticəsində Təqsirləndirilən şəxs həmin anda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda da «Kəllə-beyin travması ilə əlaqədar olan üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntusu» formasında psixi patologiyadan əziyyət çəkir. Həmin pozuntu onun cəzaçəkmə müəssisəsi şəraitində saxlanılmasına İmkan vermir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs «Kəllə-beyin travması ilə əlaqədar olan üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntusu» formasında psixi patologiyadan əziyyət çəkir. Cinayət işi materiallarına və tibbi sənədlərə əsasən Təqsirləndirilən şəxs psixi vəziyyəti 2016-cı ilin sentyabrında kəskinləşmiş, bununla əlaqədar olaraq psixiatriya profilli tibb müəssisəsinə yerləşdirilmişdir. Aldığı müalicə nəticəsində psixi vəziyyəti stabilləşmişdir. Ümumi qəbul edilmiş qaydalara görə, psixi pozuntulu şəxs mütəmadi müalicə aldığı təqdirdə həmin pozuntunun gedişində yaxşılaşma vəziyyətinə nail olunur və belə bir vəziyyət saxlanılır. Lakin psixi pozuntulu şəxs müalicəsini dayandırdıqda onun əziyyət çəkdiyi patologiyanın kəskinləşməsi qaçılmaz olur. Təqsirləndirilən şəxs hal-hazırkı iş üzrə cinayət əməlini törədərkən onun əziyyət çəkdiyi psixi pozuntu kəskinləşmə mərhələsində olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən əziyyət çəkdiyi «Kəllə-beyin travması ilə əlaqədar olan üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntusu» nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidannda olmamışdır. Buna görə Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlinə münasibətdə anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs «Kəllə-beyin travması ilə əlaqədar olan üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntusu» xəstəliyinin təsiri nəticəsində cinayət əməlini törətməsi və onda həmin xəstəliyə xas olan sayıqlama fikirlərinin davam etməsi belə nəticəyə gəlməyə əsas verir ki, onda mövcud olan psixi pozuntular müalicə olmadığı təqdirdə onun təkrar cinayət törətməsi ehtimalı qalacaq. Təqsirləndirilən şəxs gələcəkdə də cinayət əməli törədə biləcəyinin qarşısını almaq məqsədi ilə onda qeyd olunan psixi pozuntuların müalicə olunması tələb olunur. Təqsirləndirilən şəxs barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinin məsləhət görülməsində güdülən başlıca məqsəd onun əziyyət çəkdiyi psixi pozuntunun gedişində yaxşılaşma vəziyyətinin yaranmasına nail olmaqdır Yoxlanılan şəxs Təqsirləndirilən şəxs «Kəllə-beyin travması ilə əlaqədar olan üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntusu» formasında psixi pozuntudan əziyyət çəkdiyinə görə onun məcburi qaydada müalicə olunmasına ehtiyacı vardır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs simulyasiya (xəstəlik görüntüsünün yaradılması) və imitasiya (xəstəlik əlamətlərinin yamsılanması) kimi vəziyyətin mümkünlüyü tamamilə təkzib olunur. Çünki Təqsirləndirilən şəxs müşahidə olunan «Kəllə-beyin travması ilə əlaqədar olan üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntusu» formasında psixi pozuntu müxtəlif simptomların birləşdiyi və psixi fəaliyyətin ayrı-ayrı sahələrini əhatə edən əlamətlərin təzahür etdiyi bir patologiyadır. Həmin mürəkkəb patologiyaya xas əlamətlərin simulyasiya və imitasiya hesabına yaradılması olduqca çətindir, belə bir cəhd edilərmişsə də, həmin süni vəziyyəti yaratmaq üçün təqsirləndirilən şəxs psixiatriya sahəsində müəyyən edilən əlamətləri əzbər bilməli, onun yaradıcı şəxsiyyətə xas bir istedadı olmalıdır. Lakin bu vəziyyəti bir dəfə yamsılamaq olarsa belə, onu uzun müddət saxlamaq və eyni ilə təkrarlamaq müvafiq təhsil və bacarığı olmayan bir insan tərəfindən mümkün deyildir. Bundan əlavə qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs psixi pozuntular cinayət əməlini törətməzdən xeyli müddət əvvəl 2016-cı ildən təzahür etmiş, dəfələrlə psixiatriya xəstəxanasında müalicə olunmuş və psixi pozuntuları həkim-psixiatrlar tərəfindən təsvir edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Samir Rahim oğlunda öz davranışını qəsdən psixi pozuntu vəziyyətinə uyğunlaşdırması, simulyasiya və yamsılama kimi hallar inkar edilir. Psixiatriya yardımı haqqında Azərbaycan Respublikası Qanununun tələbinə görə, psixi pozuntusu olan şəxsin bilavasitə özü və yaxud ətrafdakılar üçün təhlükəli olması aşkarlandığı təqdirdə həmin şəxs yubadılmadan psixiatriya stasionarına yerləşdirilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əziyyət çəkdiyi psixi xəstəliyə xarakterik olan sayıqlama fikirlərinin təsiri altında olması və keçən müddət ərzində heç bir müalicə almadığı üçün psixi vəziyyətinin kəskinləşməsi, sayıqlama fikirlərinin hələ də davam etməsi onun ixtisaslaşdırılmış stasionar şəraitdə intensiv və daimi müşahidə altında məcburi müalicəyə ehtiyacının olduğunu göstərir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.4-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məsləhət görülməsi məhz bununla izah olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 97.4-cü maddəsinə əsasən öz psixi vəziyyətinə görə ətrafdakılar və özü üçün təhlükəli olan, intensiv və daimi müşahidə tələb edən şəxslərə ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin edilə bilər. İş materiallarında olan AR Səhiyyə Nazirliyi 2 nömrəli X2 24 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ilk dəfə xx.xx.2016-cı il tarixdən xx.xx.2016cı il tarixədək, təkrarən xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, sonuncu dəfə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 2 nömrəli X1 stasionar müalicədə olmuşdur. (iş vərəqə 70) İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(006)-282/2022 nömrəli qərarından görünür ki, xx xxxxxx 1989-cu ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında pasport qeydiyyatında olan Təqsirləndirilən şəxs cinayət prosessual qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. (iş vərəqə 278- 280) İş materiallarında olan AR DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 157) Beləliklə, məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan əməli anlaqsız vəziyyətdə törətməsi tam sübuta yetirilmişdir. AR Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 477.3-cü maddəsinə əsasən, şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. AR CM-in 97.4-cü maddəsinə əsasən, öz psixi vəziyyətinə görə ətrafdakılar və özü üçün təhlükəli olan, intensiv və daimi müşahidə tələb edən şəxslərə ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin edilə bilər. Məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan əməli anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə, AR CM-in 95.0.4-cü maddəsinə əsasən onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Nəsimi rayon prokurorluğunda saxlanılan mərhum zərərçəkmiş Zərərçəkmiş şəxs meyitinin əynində olmuş paltarlar – 01 ədəd qara rəngli uzunqol xalat, 01 ədəd göy rəngli uzunqol xalat, 01 ədəd boz rəngli yun materialdan hazırlanmış kalqotka, 01 ədəd qara rəngli uzun qadın alt tumanı, 01 ədəd qara rəngli qısa yun qadın alt tumanı, hadisə yerindən götürülmüş kreslo örtüyü, optik eynək, cinayətin aləti olmuş 01 ədəd bıçaq qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, mərhum zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus “X9 Prime Duas” markalı mobil telefon, Təqsirləndirilən şəxs əynindən götürülmüş paltarlar – göy rəngli cins şalvar, qara rəngli kəmər, mavi rəngli sviter, albalı rəngli gödəkcə, qara rəngli idman ayaqqabısı qərar qanuni qüvvəyə mindikdən sonra mərhum zərərçəkmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, mərhum zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 01 cüt sırğanın onun hüquqi varisi – oğlu X6 xx.xx.2022-ci il tarixli qəbz əsasında təhvil verilməsi nəzərə alınmalıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, həbsdə saxlanılma müddətinin əvvəli 23 dekabr 2021-ci il tarixdən hesablanmaqla, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. (iş vərəqə 48; 103-104) Məhkəmə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına və Təqsirləndirilən şəxs hazırda saxlanıldığı AR ƏN PX-nin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 468-477-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə,

qərara aldı:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən, cinayət məsuliyyətindən azad edilsin, AR CM-in 95.0.4-cü maddəsinə əsasən onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına və AR ƏN PX-nin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə maddi sübutlar - Nəsimi rayon prokurorluğunda saxlanılan mərhum zərərçəkmiş Zərərçəkmiş şəxs meyitinin əynində olmuş paltarlar – 01 ədəd qara rəngli uzunqol xalat, 01 ədəd göy rəngli uzunqol xalat, 01 ədəd boz rəngli yun materialdan hazırlanmış kalqotka, 01 ədəd qara rəngli uzun qadın alt tumanı, 01 ədəd qara rəngli qısa yun qadın alt tumanı, hadisə yerindən götürülmüş kreslo örtüyü, optik eynək, 01 ədəd bıçaq qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, mərhum zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus “X9 Prime Duas” markalı mobil telefon, Təqsirləndirilən şəxs əynindən götürülmüş paltarlar – göy rəngli cins şalvar, qara rəngli kəmər, mavi rəngli sviter, albalı rəngli gödəkcə, qara rəngli idman ayaqqabısı qərar qanuni qüvvəyə mindikdən sonra mərhum zərərçəkmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, mərhum zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 01 cüt sırğanın onun hüquqi varisi – oğlu X6 xx.xx.2022-ci il tarixli qəbz əsasında təhvil verilməsi nəzərə alınsın. Qərardan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Əhməd Quliyev Hakimlər: Azər Paşayev Rasim Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar