Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1202/2024 09.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri X4 (sədrlik edən), Quliyev Vüqar Elbrus oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Rüstəmov Zaur Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1966-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi 2-ci küçə, döngə 4, ev 24-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə edib daşımış və saxlamışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və ünvandan ümumi təmiz çəkisi 475,0 qram olan narkotik vasitə qurudulmuş marixuananı və ümumi təmiz çəkisi 1003,671 qram olan külli miqdarda narkotik vasitə tiryəki əldə edib üzərində və yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, döngə 9, ev 797 ünvanına daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixində, saat 16 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq DİN-nin BNMİ-nin inzibati binasına gətirilmiş, onun üzərinə Baş İdarənin inzibati binasında şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli pencəyin sol yan cibindən satış məqsədi ilə saxladığı 01 ədəd bükümdə, təmiz çəkisi 58,671 qram külli miqdarda narkotik vasitə olan tiryək, eləcə də əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, döngə 9, ev 797 ünvanındakı yataq otağında olan dolabdan içərisindən satış məqsədi ilə saxladığı 01 ədəd sellofan torbada təmiz çəkisi 945 qram külli miqdarda narkotik vasitə olan tiryək, digər sellofanda narkotik vasitə olan ümumi təmiz çəkisi 475,0 qram qurudulmuş marixuana olan 01 ədəd ağ rəngli sellofan torba aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, istintaqla şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan “Sabir” adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşınması və satışını təşkil edilməsi barədə razılığa gəlib, həmin şəxsin deyəcəyi yerlərə yerləşdirmək məqsədi ilə göndərdiyi istintaqa məlum olmayan vaxtda və ünvandan külli miqdarda narkotik vasitələr olan ümumi təmiz çəkisi 1003,671 qram tiryəki və narkotik vasitə olan ümumi təmiz çəkisi 475,0 qram qurudulmuş marixuananı əldə edib üzərində və yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, döngə 9, ev 797 ünvanında saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixində, saat 16 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq DİN-nin BNMİ-nin inzibati binasına gətirilmiş, onun üzərinə Baş İdarənin inzibati binasında şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli pencəyin sol yan cibindən satış məqsədi ilə saxladığı 1 ədəd bükümdə, təmiz çəkisi 58,671 qram külli miqdarda narkotik vasitə olan tiryək, eləcə də əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, döngə 9, ev 797 ünvanındakı yataq otağında olan dolabdan içərisindən satış məqsədi ilə saxladığı 01 ədəd sellofan torbada təmiz çəkisi 945 qram külli miqdarda narkotik vasitə olan tiryək, digər sellofanda narkotik vasitə olan ümumi təmiz çəkisi 475,0 qram qurudulmuş marixuana olan 1 ədəd ağ rəngli sellofan torba aşkar edilərək götürülmüşdür. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə özünü qismən təqsirli bilərək verdiyi ifadəsində bildirmişdir ki, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. 29 sentyabr 2022-ci il tarixdə, saat 16 radələrində bacısının yaşadığı evdən çıxaraq ünvan 3 ünvanın yaxınlığında piyada hərəkət edən zaman ağ rəngli “Nissan Xtrail” markalı maşın görmüş, həmin maşından 4 nəfər düşərək vəsiqələrini ona göstərmiş, narkotik vasitə istifadə etdiyinə görə onlarla baş idarəyə getməli olduğunu bildirmiş, üstündə narkotik vasitə olub-olmadığını soruşmuş, o da üstündə 02 ədəd siqaretdə marixuana olduğunu demişdir. Həmin vaxt da narkotik vasitə istifadə etmiş, onun təsiri altında olmuş, başı dumanlı olmuşdur. Polis əməkdaşları orada nə etdiyini soruşmuş, o da bacısıgilə gəldiyini demişdir. Əməliyyatçılardan biri onun qeydiyyatda olduğu ünvanın Xırdalan şəhərində olduğunu, orada axtarış etmək lazım olduğunu dedikdə o, qeydiyyatı orada olsa da, həmin ünvanda yaşamadığını, həmin ünvanı sataraq başqa yerdə yaşadığını bildirmişdir. Polis əməkdaşları belə olan halda bacısıgilin evini axtracaqlarını demiş, o isə buna etiraz etmiş və Bilgəh ərazisində olan bağında iki ədəd marixuana kolu olduğunu və özü istifadə etdiyini bildirmişdir. Onlar maşına əyləşərək yola çıxmış, onun istifadəsində olan maşınını isə “Axundov” bağından yuxarıda saxlayaraq onun Bilgəhdəki bağına getmişlər. O polis əməkdaşlarına tək yaşadığını bildirmişdir. Bağında saxladığı “Qanqal” cinsli iti hürməyə başlamış, polis əməkdaşlarından biri digərini üzərində silah olub-olmadığını soruşmuş, digəri isə silahının olmadığını bildirmişdir. Polislər ona həyətə girərək itini bağlamağı tapşırmış, o həyətə daxil olaraq iti bağlamış, sonra polislər həyətə daxil olmuşdurlar. Həyətə girdikdən sonra narkotik vasitənin harada olduğunu ondan soruşmuş, o isə nar ağacının yanında iki ədəd dibçəkdə marixuana kolu olduğunu bildirmişdir. «Nəşə»ni tapdıqdan sonra kolu dibçəkdən çıxarmış, yarpaqlarını çubuqlardan aralayaraq paketə yığıb qablaşdırdıqdan sonra onu Badamdar ərazisində yerləşən idarəyə gətirmişlər. Vəkilin iştirakı olmadan üstünə baxış keçirilməsinə və çəkiliş aparılmasına razılıq vermişdir. Onu axşam saatlarında təxminən 10-11-in yarısı vəkillə birlikdə yenidən bağa aparmışlar. İkinci dəfə bağa gedəndə guya üstündən 58 qram tiryək aşkarlamış, 945 qram tiryəki isə özləri şkafın üstünə atmış, ondan sonra çəkiliş etmişlər. Telefonunun anten məlumatları yoxlanılarsa, bağına 4 dəfə getdikləri məlum olar. Bağda həqiqətən də 475 qram çəkidə narkotik vasitə marixuana olmuşdur. Ondan «kakos» istifadə edib-etmədiyini soruşduqda istifadə etmədiyini bildirmişdir. Üzərində narkotik vasitə olduğundan ona buna uyğun ittiham irəli sürülməyini istədiyini dedikdə onlar 234.1-ci maddə ilə adam tutmadıqlarını bildirmiş, «Hacı» deyə adlandırdıqları polis əməkdaşı onu vuraraq dişini sındırmış, Hacı və Ülfan tiryəki onun üstünə qoymuşlar. Əməliyyat çəkilişində üstündən aşkarlanan narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. Bu barədə prokurora da məlumat vermiş, olanları ona danışmışdır. Lakin barəsində “həbs” qətimkan barədə məsələyə məhkəmədə baxılarkən bu barədə heç nə deməmişdir. O əvvəllər narkotik vasitə istifadə etmiş, sonradan müalicə almış, son zamanlarda isə yalnız «nəşə» çəkmişdir. Cavanlıqda futbol oyunu zamanı ayağı sınmış, ayağına mil qoyulmuşdur, əlilliyi yoxdur, infarkt keçirmiş, öd kisəsində xəstəlik, həmçinin hepatit xəstəliyi vardır. O özünü yalnız üzərində aşkar edilmiş narkotik vasitəyə görə təqsirli bilir. Heç vaxt narkotik vasitə satmamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluğu və ya ədavəti yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühim işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Halhazırda təqaüddədir. 29 sentyabr 2022-ci il tarixdə ona etibarlı mənbədən Təqsirləndirilən şəxs Səbail rayonu ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitənin və psixotrop maddənin üzərində daşıması, dövriyyəsi və istifadəsi barədə məlumat daxil olmuşdur. Bu barədə raportla baş idarə rəisinə yazılı şəkildə məruzə etmiş, əməliyyat qrupu yaradılmış, həmin qrupa o və əməliyyat müvəkkili Şahid1 daxil edilmişdir. Onlar həmin gün, günorta saatlarından sonra Səbail rayonu, Böyük Qala küçəsi 32 ünvanda Təqsirləndirilən şəxs saxlamışlar. Onlar Təqsirləndirilən şəxs Baş İdarəyə dəvət etmiş, idarədə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən edilmiş, ona hüquq və vəzifələri izah edilmiş, həmçinin vəkillə təmin edilmişdir. Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə baxış keçirilərkən əynində olan boz pencəyin sol yan cibindən 1 ədəd büküm aşkar edilmiş, həmin büküm açıldıqda tiryəkə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs sorğu-sual zamanı üzərində aşkar olunan maddənin narkotik vasitə tiryək olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə zərfə qoyularaq möhürlə möhürlənmiş və iştirakçılar, həmçinin onun tərəfindən imzalanmışdır. Daha sonra isə Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yataq otağındakı dolabın içərisindən 1 ədəd ağ rəngli sellofan torbanı təqdim etmiş, həmin sellofan torbaya baxış zamanı bir ədəd sellofan torbadan narkotik vasitə tiryək və 1 ədəd sellofan torbadan isə narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Bu barədə də müvafiq sənədləşmə işləri aparılmışdır. Təqsirləndirilən şəxs onlara narkotikin satışıyla məşğul olmamasını, şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Onlar tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvana bir dəfə baxış keçirilmişdir. Həmçinin onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya mənəvi təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluğu və ya ədavəti yoxdur. Daxil olmuş məlumata əsasən şəxs 29 sentyabr 2022-ci il tarixdə tərəflərindən saxlanılmış, baş idarəyə dəvət olunmuşdur. Əməliyyatın rəhbəri Şahid2 olmuşdur. Baş idarədə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı üzərində narkotik vasitə tiryək olduğunu bildirmiş və onu təqdim etmişdir. Təhqiqatçı ondan başqa yerlərdə də narkotik vasitə saxlayıb-saxlamadığını soruşmuş, o isə yaşadığı ünvanda da narkotik vasitə marixuana və tiryək olduğunu bildirmişdir. Əməliyyat qrupu, təhqiqatçı, müdafiəçi və Təqsirləndirilən şəxs özünün iştirakı ilə yaşadığı Bilgəh ərazisində yerləşən bağ evinə baxış keçirilmişdir. Hazırda tam olaraq xatırlamasa da, evin elə də böyük olmadığı, bir mərtəbəli olması yadındadır, lakin evin neçə otaqlı olması, həyətdə nələrin olması yadında deyildir. Təqsirləndirilən şəxs bağın qapısını özü açmış, içəri daxil olmuşdur. Onlar çəkiliş aparmış, Təqsirləndirilən şəxs yataq otağından hansı formada olmasını tam xatırlamadığı təxminən yarım kiloya yaxın qurudulmuş marixuana və tiryəkə bənzər maddələr aşkar edilmişdir. Bağ evindən başqa heç nə aşkarlanmamış, aşkar olunan narkotik vasitələr orada qablaşdırılaraq götürülmüş, baş idarəyə gətirilmişdir. Şəxsin bağ evinə bir dəfə gedilmiş, baxış keçirilmişdir. Şəxs saxlanıldıqdan etibarən səmimi olmuş, narkotik vasitələri təqdim etmiş, onları iranlı şəxsdən öz istifadəsi üçün aldığını bildirmiş, ona deyiləcək yerə qoyacağını bildirmişdir. Əvvəldən şəxsin evində və ya başqa yerdə narkotik vasitə olması barədə məlumatı olmamışdır. O şəxsin avtomobilini görməmiş, onu idarə etməmiş, avtomobilə baxış keçirilməmişdir. Şübhəli şəxs piyada hərəkətdə olan zaman o və Şahid2 tərəfindən saxlanılmışdır. Onlar şəxsin bağında, dibçəkdə narkotik vasitə aşkar etməmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı X1 tərəfindən tərtib olunmuş, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin x.m.i.ü. baş əməliyyat müvəkkili Şahid2, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1, şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi - Vəkillər Kollegiyasının üzvü, Mərkəz Vəkil Bürosunun X5 tərəfindən imzalanmış 29 sentyabr 2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Səbail rayonu ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs 29 sentyabr 2022-ci il tarixdə, saat 16:00-da Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Səbail rayonu ərazisində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 4 ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq BNMİ-nə gətirilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli pencəyinin sağ yan cibindən 01 ədəd Bilgəh qəsəbəsində yerləşən evinin açarını, sol yan cibindən 01 ədəd sellofan bükümü, sol iç cibindən 1 ədəd eynəyini, əynindəki yaşıl rəngli şalvarının sol arxa cibindən 01 ədəd içərisində GSM nömrə olmayan “İphone” markalı mobil telefonunu, 01 ədəd içərisində ***- ***-**-** GSM nömrəsi olan “Redmi” markalı mobil telefonunu təqdim edərək masanın üzərinə qoydu. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı sonucunun üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi yaşadığı evinin açarı, eynəyi özünə qaytarılsa da, ona məxsus 02 ədəd telefon iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürüldü. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofan bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli, kəksin iyli, narkotik maddə tiryəkə bənzər kütlə olması müəyyən edildi. Həmin sellofan bükümdə aşkar edilmiş kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkildi və qablaşdırılma ilə birlikdə çəkisinin 60 (altmış) qram olması müəyyən edildi. Həmin sellofan büküm 01 (bir) ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırıldı, üzəri “DİN-nin “Zərflər üçün 7 saylı” möhürü ilə möhürləndi və üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürüldü. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümdə olan maddənin narkotik maddə tiryək olduğunu, həmin maddəni ona həm öz istifadəsi üçün, həm də dost-tanışa pay verməsi üçün üzərində saxladığını, həmin maddəni təxminən 01 (bir) il bundan öncə tanış olduğu, nömrəsini telefonunda qeyd etdiyi İran İslam Respublikasının vətəndaşı “Sabir” adlı şəxsin vasitəsilə on gün öncə Qaradağ rayonu ərazisində, gizlədilmiş yerdən götürdüyünü, götürdüyü narkotik maddələrin bir hissəsini özünün Sabunçu rayonunda, yaşadığı evində gizlətdiyini, həmin maddələri ona deyiləcək yerə qoymaqla 1000 manat pul əldə etmək istədiyini, yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını, saxlanılan zaman və baş idarədə olan zaman üzərinə əvvəlcədən baxış keçirilmədiyini, ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirdi. Şəxsi axtarış və götürmə zamanı «Sony» markalı video kameranın videoçəkmə funksiyasından istifadə etməklə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən video çəkilişi aparıldı. Aparılan videoçəkiliş 01 (bir) ədəd DVD diskə yazılaraq protokola əlavə olundu. Şəxsi axtarış və götürmə BNMİ-də yerləşən xidməti iş otaqlarından birində süni işıqlandırma şəraitində keçirildi. Şəxsi axtarış və götürmə 17:50-də başlanmış, 18:00-da yekunlaşmışdır (cild 1, i/v 30-32). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı X1 tərəfindən tərtib olunmuş, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin x.m.i.ü. baş əməliyyat müvəkkili Şahid2, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1, şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi - Vəkillər Kollegiyasının üzvü, Mərkəz Vəkil Bürosunun X5 tərəfindən imzalanmış 29 sentyabr 2022-ci il tarixli “Baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərində saxladığı maddənin narkotik madə tiryək olduğunu, həmin maddələrin qalan hissəsini yaşadığı, ünvan 5 ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirdi. Sonuncunun buna dair razılıq ərizəsi alındıqdan sonra yaşadığı Sabunçu rayonu, Bilgəh qəsəbəsi, döngə 9, ev 797 ünvanına gəlindi. Baxış evin həyətindən, giriş qapısının yanından başlanıldı. Ünvana baxış keçirilmədən öncə şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvanda saxladığını bildirdiyi narkotik tərkibli maddələri təqdim etməsi təklif edildi. Bu təklifdən sonra o, evə daxil olaraq özünün qaldığı yataq otağında, girişdən sağ tərəfdə yerləşən dolabının qapısını açaraq içərisindən 01 ədəd ağ rəngli sellofan torbanı təqdim etdi və narkotik maddələrin qalan hissəsini həmin torbada saxladığını bildiridi. Həmin sellofan torba götürülərək baxış keçirilməsi üçün qonaq otağına gətirildi. Burada həmin sellofan torbaya baxış keçirilən zaman içərisində 01 ədəd sellofan torbada narkotik vasitə tiryəkə bənzər maddə, 01 ədəd sellofan torbada isə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə müəyyən edildi. Aşkar edilmiş maddələrin təxmini çəkilərinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda elektron tərəzi ilə çəkildi. İçərisində narkotik vasitə tiryəkə bənzər kütlə olan bağlamanın çəkisinin 985 (doqquz yüz səksən beş) qram, digər bükümdəki narkotik maddə qurudulmuş marixuanaya bənzər kütlənin çəkisinin isə 496 (dörd yüz doxsan altı) qram olması müəyyən edildi. Aşkar edilmiş maddələr sellofan torbaya qoyularaq qablaşdırıldı. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanın yataq otağından aşkar edilmiş maddələrin narkotik vasitə tiryək və qurudulmuş marixuana olduğunu, həmin maddələri on gün öncə Qaradağ rayonu ərazisindən ona deyilən yerdən götürdüyünü, həmin yerə narkotik maddələrin qoyulmasını ona təxminən 01 (bir) il öncə sosial şəbəkədə tanış olduğu adını “Sabir” kimi bildiyi İran İslam Respublikası vətəndaşının bildirdiyini, həmin şəxsin nömrəsini telefonunda qeyd etdiyini, həmin maddələri deyilən yerlərə qoyması müqabilində 1000 manat pul əldə etməli olduğunu, başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını və bu əməlindən heç kimin məlumatının olmamasını bildirdi. Bundan sonra onun razılığı əsasında həmin yerə vizual baxış keçirilsə də, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilmədi. Baxış süni işıqlanma şəraitində keçirildi, baxış zamanı «Sony» markalı video aparatın video çəkiliş funksiyasından istifadə edilməklə BNMİ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən video çəkilişi aparıldı. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edildi, imzalarla təsdiq edildi. Aparılan video çəkiliş 01 ədəd DVD diskə yazılaraq protokola əlavə olundu. Baxış 19:30da başlanmış, 19:40-a başa çatmışdır (cild 1, i/v 36-37) - Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş və maddi sübut kimi tanınmış DVD disklərə baxış keçirilmiş və baxış zamanı 29 sentyabr 2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” və həmin tarixli “Baxış keçirilməsi və götürmə haqqında” protokollarda qeyd olunanlar öz təsdiqini tapmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 30 sentyabr 2022-ci il tarixli, 6/5615 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə..., Təqsirləndirilən şəxs: - imza, Qablaşdırıldı: V.Həsənquliyev – imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi – 58,671 qram olan tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyə malik maddə kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Tədqiqat obyekti üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş kütlə...,Təqsirləndirilən şəxs: - imza, Qablaşdırdı: V.Həsənquliyev-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd polietilen bağlamada 01 (bir) ədəd bükümdəki təmiz çəkisi- 945 qram olan tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyə malik maddə kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tiryəklə onun yaşadığı ünvandan aşkar edilmiş tiryək xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eynidirlər, ümumi təmiz çəkiləri- 1003,6 qramdır. Tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Tiryəkin ümumi təmiz çəkisi – 1003,6 qram (945 qram və 58,671 qram) olmuş, tədqiqata hər birindən 0,1 qram olmaqla ümumi 0,2 qram sərf edilmiş, 944,9 qram və 58,571 qram olmaqla ümumilikdə 1003,4 qram qalıq qalmışdır (cild 1, i/v 46-48). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə bioloji ekspertizasının 30 sentyabr 2022-ci il tarixli, 7/1127 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan...” yazısı və imzalar olan ağ rəngli polietilen bağlamadakı sellofan torbanın içərisində 01 (bir) ədəd polietilen torbada təmiz çəkisi – 475,0 qram olan bitki mənşəki kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 475,0 qram olmuş, 0,2 qram tədqiqata sərf olunmuş, 474,8 qram qalıq qalmışdır (cild 1, i/v 52-53). - 03 oktyabr 2022-ci il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus ümumi təmiz çəkisi 475 qram qurudulmuş marixuana və ümumi təmiz çəkisi 1003,6 qram tiryək maddi sübut kimi tanınmış və maddələrdən ekspertiza üçün istifadə edilməsi nəzərə alınmış və Sabunçu RPİ-də saxlanılmışdır (cild 1, i/v 95). - xx.xx.2023-cü il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı və evinə baxış zamanı çəkilmiş videogörüntü olan 02 ədəd disk maddi sübut hesab edilmiş və cinayət işinə əlavə edilmişdir (cild 1, i/v 128) - 09 dekabr 2023-cü il tarixli “Telefon məlumatlarına baxış keçirilməsi barədə” protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs və onun hüquqlarının müdafiəçisi Oruc Məmmədovun iştirakı ilə "xxxx" MMC-dən 1 ədəd CD-də daxil olmuş ***-***-**-** GSM nömrələrinə aid məlumatlara baxış keçirilmişdir. Baxış zamanı diskdə «SMS tarixçəsi», «Zənglərin detallaşması», «Zənglərin məxsusluq tarixçəsi» adlı faylların olması müəyyən edilmişdir. İlk növbədə «SMS tarixçəsi» faylı açılmışdır. Həmin faylda iş üçün əhəmiyyətli SMS mətni aşkar edilməmişdir. Bundan sonra zənglərin faylına daxil olunmuşdur. Həmin fayldakı məlumatlar xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixi əhatə edir. Həmin fayla antena dairəsi barədə məlumatlar da daxil olunmuşdur. Müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** GSM nömrələrindən sorğu edilən müddət ərzində "xxxx", Azercell» və Bakcel» abonentləri ilə əlaqə yaratmışdır. GSM nömrəsinin antena dairəsiə dair məlumatlardan məlum olur ki, Təqsirləndirilən şəxs istifadəsindəki ***-***-**-** GSM nömrəsi əsas etibarilə Sabunçu, Ramana qəsəbəsi, Balaxanı, Bakıxanov, Xətai rayonu, Əhmədli qəsəbəsində aktiv olmuşdur. Təqsirləndirilən şəxs telefon nömrəsinə daxil olan və çıxan mesaj mətnlərinə baxış zamanı 12 iyun 2022 tarixdə ***-***-**-** nömrəsindən “emi can imkan olsa falqa getirdə mene”, 30 iyun 2022 tarixdə həmin nömrədən “emi can 10 azn var 5 bundan 5 də bundan bu günlük sabahdan dayanacam”, 02 iyul 2022 tarixdə həmin nömrədən “məndədir nece görüşək verim sənə evdən çıxa bilmirəm mən sen gele biler”, 05 sentyabr 2022 tarixdə ***-***-**-** nömrəsindən “camaat qapıda düzdivara dırmaşır adboy verirsən”.... kimi narkotik vasitənin və psixotrop maddənin satışı ilə bağlı mesajlara rast gəlinmişdir. Protokol tərtib edilərkən iştirak edən təqsirləndirilən Təqsirləndirilən şəxs və onun müdafiəçisindən qeydlərinin protokola daxil etmək tələbi daxil olmamışdır. Protokol oxunmuş və imzalanmışdır. Baxış saat 15:20-də başlanmış, saat 15:45-də başa çatmışdır (cild 2, i/v 54-55) - Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, 07619061 nömrəli məktubundan görünür ki, Sabunçu RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə istintaq edilən ********* nömrəli əməliyyat tapşırığı istiqamətində tərəflərindən əməliyyat axtarış tədbirləri davam etdirilir. Gələcəkdə müsbət nəticə əldə olnursa, əlavə məlumat veriləcəkdir (cild 1, i/v 107). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 X6 X2 11 noyabr 2022-ci il tarixli, 6740 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, i/v 111-112). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin 11 noyabr 2022-ci il tarixli, 2973 saylı rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestməlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs xasiyyətin psixoaptik cizgiləri müəyyən edilir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında qıcığa qarşı həssaslıq aşkar olunur. Hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixoaptik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərin dərk etmək və onları idarə etmək qabiliyyətində olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs sensor-perseptiv proseslərinin fərdi xüsusiyyətləri, hadisə şəraiti nəzərə alınaraq o, iş üçün əhəmiyyətli halları düzgün qavraya bilər. Təqsirləndirilən şəxs başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillilik əlamətləri müəyyən edilmədi. Təqsirləndirilən şəxs-Əlihəsən oğlu qərarın təsviri hissəsində göstərilən hadisə zamanı fizioloji affekt vəziyyətində olmamışdır (cild 1, i/v 113-115). - 29 sentyabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan və həmin tarixli protokoldan, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 oktyabr 2022-ci il tarixli, 4(008)-826/2022 nömrəli, xx.xx.2023-cü il tarixli, 4(008)-58/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 4(008)-898/2023 nömrəli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 29 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, məhkəmənin qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin sonuncu qərarı ilə həbsdə saxlanılmasının müddəti 27 dekabr 2023-cü il tarixədək uzadılmışdır (cild 1, i/v 20, 21, 84-88). - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur (cild 1, i/v 108-110). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının Tibb sanitar hissəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tibbi arayışdan görünür ki, müayinələr nəticəsində Təqsirləndirilən şəxs “Xroniki virus hepatiti C. Keçirilmiş ağciyər vərəmdən sonrakı qalıq əlamətləri. Fəqərə arası disk yırtığı, anamnezdə. Keçirilmiş miokard infarktından sonrakı kardioskleroz” diaqnozları qoyulmuşdur (cild 2, i/v 180). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən tiryək və marixuana (kannabis) Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrdir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə” siyahılara, həmçinin 21 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” siyahılarına əsasən qurudulmuş marixuananın kütləsi 5 qram təşkil etdikdə şəxsi istehlak miqdarından artıq miqdarda (təmiz halda qramlarla), 500 qram olduqda isə külli miqdarda narkotik vasitə, tiryəkin kütləsi 0,5 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 50 qram olduqda isə külli miqdarda narkotik vasitə hesab olunur. Məhkəmə araşdırılması zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, döngə 9, ev 797 ünvanında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşınması və satışını təşkil edilməsi barədə razılığa gəlib, həmin şəxsin deyəcəyi yerlərə yerləşdirmək məqsədi ilə göndərdiyi istintaqa məlum olmayan vaxtda və ünvandan külli miqdarda narkotik vasitələr olan ümumi təmiz çəkisi 1003,671 qram tiryəki və ümumi təmiz çəkisi 475,0 qram qurudulmuş marixuananı qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə edib saxlaması öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: - 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. - 138.2-ci maddəsinə görə isə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin normanın mənasına görə təqsirləndirilən şəxs cinayətin törədilməsində özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. İttihamı, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməlin törədilməsini sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CM-nin 234.4-cü maddəsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə CM-nin 234.4.1-ci, külli miqdarda törədildikdə CM-nin 234.4.3-cü maddəsinin tərkibini yaradır. Həmin maddənin dispozisiyasında CM-nin 234.2-ci maddəsinə istinadən motiv və məqsədin konkret göstərilməsi o deməkdir ki, əvvəla bu əlamətlər əməlin subyektiv cəhətini xarakterizə edən tərkib əlamətləridir və həmin əlamətlərin yoxluğunda, yaxud onların müəyyən edilməsinin sübuta yetirilmədiyi halda təqsirkarın əməlində CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmasından söhbət gedə bilməz. CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin tərkibinin yaranması üçün dörd şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs CM-nin 234.2-ci maddənin dispozisiyasında göstərilən əməlləri satış məqsədilə törətməli, yaxud da narkotik vasitələrin və ya psixotrop maddələrin satışını həyata keçirməlidir; - şəxs belə əməlləri qanunsuz etməlidir; - bu əməlllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməlidir. - narkotik vasitələr və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Hazırki iş üzrə ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs külli miqdarda, həmçinin şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələr – tiryək və qurudulmuş marixuananı üzərində daşımaqla saxlamaqda məqsədinin məhz satış olmasını təsdiq edən sübut məhkəməyə təqdim edilsə də, bu əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsini, narkotik vasitəni kimlərdən, necə və haradan alması, həmçinin kimlərlə əlbir olaraq törədilməsini təsdiq edən hər hansı bir sübut təqdim edilməmişdir. Halbuki bu hallar da təqsirləndirilən şəxsə elan olunmuş ittihamın sübuta yetirilməsində mühüm əhəmiyyət kəsb etmişdir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə bir-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir. İştirakçılığın subyektiv əlamətləri isə odur ki, birincisi iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi də cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etmələrini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər. “CM-nin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 06 may 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də Məcəllənin Xüsusi hissəsinə əsasən “qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adıçəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Beləliklə, Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Cinayətin yalnız qabaqcadan cinayət əlaqəsinə girmiş iki və daha çox icraçı tərəfindən törədildiyi, təşkilatçı, təhrikçi, köməkçinin isə icraçıların törətdikləri cinayətdə iştirak etdiyi halda, onların əməlləri Məcəllənin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin əməli kimi tövsif edilməlidir. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 11-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən olunmamış şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməsi ilə bağlı ümumiyyətlə har hansı bir sübut olmamış, bununla bağlı cinayət təqibi orqanı hər hansı sübut toplamamış, iddia edilən “Sabir” adlı İran İslam Respublikasının vətəndaşının şəxsiyyəti ilə bağlı konkret hallar müəyyən edilməmişdir. Bu səbəbdən ehtimallara əsaslanmaqla cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi ittihamın irəli sürülməsi əsassız olmuşdur. Eyni zamanda, cinayət işinin materialları ilə cinayətin "qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi də müəyyən edilməmişdir. İbtidai araşdırma orqanı tərəfindən cinayətin obyektiv tərəfinin bilavasitə qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsinə dair sübutlar əldə olunmamış, iş materiallarına əlavə edilməmiş, müvafiq istintaq hərəkətləri həyata keçirilməmiş, sadəcə olaraq Təqsirləndirilən şəxs istintaqla müəyyən olunmamış şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə edərərək üzərində daşıdığı və saxladığı qeyd edilməklə kifayətlənilmişdir. Göründüyü kimi işin faktiki hallarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən olunmamış şəxslə aralarında cinayətkar razılaşma olmamış, təqsirləndirilən şəxs ilə narkotik vasitələrin qrup şəklində satışına dair qabaqcadan razılıq əldə edilməmiş, bununla bağlı heç bir mötəbər sübut olmamış və məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin "Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 38-ci bəndinə əsasən irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. İş materiallarından göründüyü kimi təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.4.1-ci maddəsi ilə tövsif edilməsi üçün tələb olunan şərtlərdən yalnız üç şərt – narkotik vasitənin dövriyyəsi ilə bağlı təqsirləndirilən şəxsin qanunsuz hərəkətlər etməsi (narkotik vasitəni qanunsuz olaraq əldə etməsi və üzərində daşıması), belə əməlləri satış məqsədilə törətməsi və bu vasitənin külli miqdarda olması mübahisəsiz sübuta yetirilir, Təqsirləndirilən şəxs istinad olunan əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə törətməsi isə araşdırılmış sübutlarla təsdiq olunmur. Beləliklə də iş üzrə toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli olması müəyyən olunmur. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi çıxarılmalıdır. Məhkəmə eyni zamanda iş üzrə sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni külli miqdarda narkotik vasitələr olan tiryəki və qurudulmuş marixuananı satış məqsədi ilə əldə edib daşıması və saxlaması özü tərəfindən inkar edilsə də, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin istifadəsində olan telefon nömrəsi vasitəsilə aparılmış sms yazışmaları və işin digər materialları ilə tam sübuta yetirilir. Hazırki cinayət işinin araşdırılması zamanı təqsirləndirilən şəxsə məxsus olan telefon nömrəsi ilə aparılmış mesajların mətnlərində müxtəlif növlərdən olan narkotik vasitələrin ondan ödənişlə alınması aşkar görünür. Bundan əlavə Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə tiryək və qurudulmuş marixuananın şəxsi istehlak miqdarından dəfələrlə artıq olması narkotik vasitələrin məhz satış məqsədi ilə əldə edildiyini bir daha təsdiq edir. Məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində 02 ədəd siqaretdə marixuana olması, özünün istifadəsi üçün həyətində dibçəkdə marixuana yetişdirməsi və həmin dibçəkdəki marixuananın polis əməkdaşları tərəfindən götürülməsi, üzərindən və evindən aşkar edilmiş tiryəkin ona aid olmaması barədə ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla, həmçinin şahid ifadələri ilə təkzib edildiyini nəzərə alır. Bundan əlavə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq üzərinə müdafiəçinin iştirakı ilə baxış keçirilən zaman təqdim etdiyi sellofan bükümdə olan maddənin narkotik maddə tiryək olduğunu, həmin maddəni həm öz istifadəsi üçün, həm də dost-tanışa pay verməsi üçün üzərində saxladığını, həmin maddəni təxminən bir il bundan öncə tanış olduğu, nömrəsini telefonunda qeyd etdiyi İran İslam Respublikasının vətəndaşı “Sabir” adlı şəxsin vasitəsilə on gün öncə Qaradağ rayonu ərazisində, gizlədilmiş yerdən götürdüyünü, götürdüyü narkotik maddələrin bir hissəsini özünün Sabunçu rayonunda, yaşadığı evində gizlətdiyini, həmin maddələri ona deyiləcək yerə qoymaqla 1000 manat pul əldə etmək istədiyini, yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını, saxlanılan zaman və baş idarədə olan zaman üzərinə əvvəlcədən baxış keçirilmədiyini, ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmiş, həmçinin barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəmədə verdiyi izahatında narkotik vasitəni könüllü təhvil verməsinin nəzərə alınmasını xahiş etmiş, sonrakı izahatlarında isə üzərindən və evindən aşkar edilmiş kütlələri “Sabir” adlı iranlı şəxsdən Qaradağ rayonu ərazisində 100 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs Çingiz Daşdıyev hazırki məhkəmə baxışı zamanı verdiyi izahatında göstərdiyi halları əvvəllər mübahisələndirməmişdir. İrlandiyanın İngiltərəyə qarşı işi üzrə 20 mart 2018-ci il tarixli Avropa Məhkəməsinin qərarında göstərilmişdir ki, sübutun qiymətləndirməsi üçün “əsaslı şübhələrdən kənar” standartını rəhbər tutaraq sübutetmə prosesini həyata keçirən məhkəmə belə sübut qismində yalnız işin faktiki halları ilə uyğun olan və ya həmin hallarla təkzib edilməyən, habelə, kifayət qədər güclü, aydın əlamətlərə məxsus olan hallar istifadə edə bilər. Bu nöqteyi nəzərdən sübutların toplanılması zamanı tərəflərin davranışı da nəzərdən keçirilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Göründüyü kimi, yuxarıda qeyd edilən kriminal (qanunazidd) hərəkətlərin məqsədi narkotik vasitələri satılmasına yönəldilmiş, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılmasına yönəldilmiş, formal quruluşa malik olan tərkiblərdə olduğu kimi cinayət tərkibinin obyektiv cəhəti ictimai təhlükəli hərəkətdən ibarət olmuş və qanunla qadağan edilən hərəkət törədildiyi andan başa çatmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. - 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 59-cu maddəsinə istinad etməklə Təqsirləndirilən şəxs “Xroniki virus hepatiti C. Keçirilmiş ağciyər vərəmdən sonrakı qalıq əlamətləri. Fəqərə arası disk yırtığı, anamnezdə. Keçirilmiş miokard infarktından sonrakı kardioskleroz” diaqnozlu xəstələklərdən əziyyət çəkməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-cü il tarixdən hesablanmalı, cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ondan 170 (yüz yetmiş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1003,4 qram tiryək, həmçinin 474,8 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut hesab edilmiş Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış, evə baxış, götürmə hərəkətlərinin görüntülərini əks etdirən DVD disklər iş materiallarında saxlanılmalıdır. Bundan əlavə, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-2554/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 26 (iyirmi altı) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 156 (yüz əlli altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 29 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs 170 (yüz yetmiş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1003,4 qram tiryək, həmçinin 474,8 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış, evə baxış, götürmə hərəkətlərin görüntüləri əks etdirən DVD disklər cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 156 (yüz əlli altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Şəlalə Həsənova (sədrlik edən) Vüqar Quliyev Siyavuş Hacıyev
Məhkəmə qərarları › İş №1(101)-1202/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1202/2024
09.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver