Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1202/2025 09.12.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 iştirakı ilə, xx xxxxxx 1978-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşayır və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə təkrarən özgənin əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib, sonuncunu X1 Dubay şəhərindən mobil telefonlar və telefon aksesuarları alıb gətirərək Bakı şəhərində satıb qazanc əldə edəcəkləri ilə bağlı yalan vədlər verib aldatmaqla 2022-ci ilin iyun ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospektində yerləşən “Melisa Park” yaşayış kompleksi ərazisində həmin dövrün milli valyuta məzənnəsi ilə 34000 manat təşkil edən 20000 ABŞ dollarını ələ keçirib, Zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib, sonuncunu X1 Dubay şəhərindən mobil telefonlar və telefon aksesuarları alıb gətirərək Bakı şəhərində satıb qazanc əldə edəcəkləri ilə bağlı yalan vədlər verib aldatmaqla 2022-ci ilin avqust ayında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Şhevrolet Servis”də həmin dövrün milli valyuta məzənnəsi ilə 5950 manat təşkil edən 3500 ABŞ dolları dəyərində 2 ədəd “Samsung” markalı, 1 ədəd “İphone” markalı mobil telefonu, 2 ədəd naqilsiz qulaqcığı, həmin dövrün milli valyuta məzənnəsi ilə 5950 manat təşkil edən 3500 ABŞ dolları, 2022ci ilin sentyabr ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospektində yerləşən “Melisa Park” yaşayış kompleksi ərazisində həmin dövrün milli valyuta məzənnəsi ilə 11900 manat təşkil edən 7000 ABŞ dolları, 2022-ci ilin sentyabr ayının axırlarında həmin ünvanda həmin dövrün milli valyuta məzənnəsi ilə 10200 manat təşkil edən 6000 ABŞ dolları və 2022-ci ilin oktyabr ayının axırlarında həmin ünvanda həmin dövrün milli valyuta məzənnəsi ilə 17000 manat təşkil edən 10000 ABŞ dollarını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, Zərərçəkmiş şəxs1 ümumilikdə 51000 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib, sonuncunu X1 Dubay şəhərindən mobil telefonlar və telefon aksesuarları alıb gətirərək Bakı şəhərində satıb qazanc əldə edəcəkləri ilə bağlı yalan vədlər verib aldatmaqla 10 fevral 2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən ofisdə bir ədədinin dəyəri həmin dövrün milli valyuta məzənnəsi ilə 2142 manat təşkil edən 1260 ABŞ dolları olmaqla cəmi dəyəri 27846 manat olan 13 ədəd “İphone 13 Pro Max” markalı mobil telefonu, 2023-cü ilin fevral ayının ortalarında həmin ünvanda həmin dövrün milli valyuta məzənnəsi ilə 8500 manat təşkil edən 5000 ABŞ dollarını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, Zərərçəkmiş şəxs4 ümumilikdə 36346 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib, sonuncuya X1 Dubay şəhərindən “İphone 14 Pro 128 GB” markalı mobil telefon alıb gətirəcəyi ilə bağlı yalan vəd verib aldatmaqla 28 may 2023-cü il tarixdə Cəlilabad rayonu, Göytəpə qəsəbəsi, ünvan 4 ünvanından “M10” hesabına köçürdüyü 1800 manat və 29 may 2023-cü il tarixdə həmin ünvandan eyni qaydada köçürdüyü 410 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, Zərərçəkmiş şəxs3 ümumilikdə 2210 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edib, sonuncunu X1 Dubay şəhərindən mobil telefonlar və telefon aksesuarları alıb gətirərək Bakı şəhərində satıb qazanc əldə edəcəkləri ilə bağlı yalan vədlər verib aldatmaqla 2023-cü ilin iyun ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospektində yerləşən “Melisa Park” yaşayış kompleksi ərazisində həmin dövrün milli valyuta məzənnəsi ilə 34000 manat təşkil edən 20000 ABŞ dollarını ələ keçirib, Zərərçəkmiş şəxs6 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib, sonuncunu X1 Dubay şəhərindən mobil telefonlar və telefon aksesuarları alıb gətirərək Bakı şəhərində satıb qazanc əldə edəcəkləri ilə bağlı yalan vədlər verib aldatmaqla 2023-cü ilin iyun ayının sonlarında ünvan 5 ünvanında yerləşən “Mado” restoranında həmin dövrün milli valyuta məzənnəsi ilə 8500 manat təşkil edən 5000 ABŞ dolları və 2023-cü ilin iyul ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Keşlə Bazarı”nın qarşısında 2000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, Zərərçəkmiş şəxs2 ümumilikdə 10500 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, O, Zərərçəkmiş şəxs5 20.000 ABŞ dolları almamış, Zərərçəkmiş şəxs1 ona 51.000 manat pul vermiş, Zərərçəkmiş şəxs4 ona 36.300 manat pul verməmiş, onlar alver etmişlər və aralarında 21.000 manat pul qalmışdır. Zərərçəkmiş şəxs3 ona telefon gətirmək üçün pul vermiş, Zərərçəkmiş şəxs6 ona 20.000 ABŞ dolları vermiş, Zərərçəkmiş şəxs2 da ittihamda qeyd olunan pulu ona vermişdir.Belə ki, Anarı çoxdan tanıyır. Dubaya tez-tez getdiyinə görə Anar ona demişdir ki, “qoşulum sənə mən də gedib gəlim”. Anarla və oğluyla dəfələrlə gedib gəlmişlər, onun başı çıxdığı üçün ona da mal almış, malını keçirtmişdir. Niyazi ilə də bir yerdə işləmişlər. Pul alıb onunla işləmişdir. Hikmətdən mal vurmaq üçün pul almış, lakin onunla iş görə bilməmişdir. Orxana da telefonu gətirib çıxara bilməmişdir. Samirə telefon verirdi, çoxdan bir yerdə işləyirlər, aralarında 21.000 pul qalmışdır. Tərlanla da bir yerdə işləmişlər, borcu qalmışdır. Təqsirləndirilən şəxs məhkəmədə cinayət prosesi tərəflərinin suallarını cavablandıraraq göstərmişdir ki, əvvəllər 28-də dükanı vardı, bağlanmışdır. Sonra Dubaya gedib-gəlmiş, telefon gətirmiş, bizneslə məşğul olmuşdur. VÖEN-i vardı. Zərərçəkmiş şəxs5la 20 ildir tanışdır, onun əvvəllər rayonda dükanı olmuş, ora mal gətirmişdir. Zərərçəkmiş şəxs5 ona hər hansı pul verməmiş,bir yerdə gedib, mal almışlar. 2022-ci ilin iyun ayında ona 20.000 pul verməmişdir. Bu günkü gündə aralarında heç bir borc yoxdur. Zərərçəkmiş şəxs1la işləmişlər, Niyazi ona 51.000 manat vermiş, onun ziyanları olmuş, həmin ziyan xarab telefonlar və tutulan mallardan yaranmışdır. Zərərçəkmiş şəxs4lə Dubayda tanış olmuş,bir yerdə qalmışlar, aralarında 36.000 məbləği olmamış, burda ona 13 dənə telefon verərək “sat,əlində fırlat, sonra qaytar” demiş, o da həmin pulları qaytarmışdır. Zərərçəkmiş şəxs3 qonşusudur, bir neçə dəfə telefon istəmiş, o da göndərmişdir. Ona telefon gətirməyi üçün pul vermiş ,lakin onun barəsində bu iş başlamış ,ona stop qoyulmuş, telefonu gətirə bilməmişdir. Zərərçəkmiş şəxs6 ona 20.000 dollar pul vermiş, həmin puldan 19.500 manat qalmışdır. Zərərçəkmiş şəxs2 10.500 manat pul götürmüş, 500 manatın qaytarmış, 10.000-i qalmışdır. Əsas işi görən, ora gedib mal alan özü idi. Malları gətirib özü satırdı, bir yerdə işləyir və qazanc əldə edirdilər. Gedə bilməmiş, mallar tutulmuş və borclar belə yaranmışdır. Həmin malları gətirə bilməməyinin səbəbi bu işlə bağlı stopunun olmasıdır. Stop qoyulmazdan əvvəl ürəyindən əməliyyat olmuş, bir müddət gedə bilməmiş, sonra düzəlmiş, amma şikayət etdikləri üçün stop qoyulmuşdur. Dubaydan gətirəyəci telefonların qiyməti hardasa 80.000 manata yaxındır. Onun telefonu keçirmək üçün verdiyi adam ortada yoxdur, 80.000 manatlıq mal ondadır. Özü gedə bilsəydi həmin adamı tapacaqdı. Həmin adamı tapmaq üçün Turkiyəyə getməlidir, lakin 10 ədəd xarab telefonu Dubayda qalmışdır. Samirlə aralarında olan məbləğ o qədər olmamışdır. Onun Samirə 20.000 manat verəcəyi qalmışdır. Malları ona Bakıda vermişdir . Pulu qaytara bilməməyinin səbəbi odur ki, Gömrükdə ziyana düşmüşdür. Samir ona 13 ədəd telefon vermiş, 5000 dollara mal alıb vermiş, pulu nağd şəkildə verməmişdir. Samirə 5000 dollar qaytarmışdır. Ona nauşniklər də vermişdi satmağa, lakin həmin nauşniklər xarab idi. 20 ədəd nauşnik vermişdi, biri 150 dollar idi. Ziyana düşdüyü üçün pulları qaytara bilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması aşağıdakı sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Dubaya bir-iki dəfə gedib gəlmişlər, sonra o, gedə bilməmişdir. Asif ona demişdir ki, “iş qurmaq məqsədilə mənə pul ver, telefon gətirim satım, qazanc əldə edək” o da vermişdir. Onun etibarından sui istifadə edib onu aldatmışdır. Asifin hazırda ona 19.500 manat borcu qalmışdır. Zərərçəkmiş şəxs6 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, pulu bir dəfəyə vermişdir. Pulu verəndə onun dostu və bir cavan oğlan var idi. X4 həyətlərində vermişdir. O, Dubaya istirahət məqsədilə, idmanla bağlı getmişdir. Asiflə samalyotda da görüşmüşlər , bir oteldə də qalmışlar. Asiflə 28-də tanış olmuşdur. O, özü də telefon alıb satmışdır. Asifin telefonu Dubaydan hansı yollarla gətirdiyindən xəbəri olmuşdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Qısaca olaraq, Asifi 7-8 ildir ki, tanıyır, ona 26 minlik telefon vermiş, əlavə olaraq da 5000 dollar pul vermişdir. Zərərçəkmiş şəxs4 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Asifdə ümumi olaraq 31.300 dollar pulu olmuş, ondan 28 mini qalmışdır. Asifə malları Bakıda vermişdir. Asifi 7-8 ildir ki, tanıyır. Asif elektron mallar satırdı. Asiflə onun alveri bir il çəkmişdir. Asifə ümumi olaraq mal və pulla birlikdə 31.300 dollar pul vermişdir. Asifə həmin pulu 2 dəfəyə vermişdir. 13 ədəd telefon vermiş, bir də 5000 dollar pul vermişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Asifin ona 2210 manat borcu var, özünə telefon almaq üçün ona pul vermişdir. Zərərçəkmiş şəxs3 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, 1800 manat bir və 410 manat bir pul vermişdir. Asif onun qonşusu idi, oradan tanıyırdı. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Asifə 4 dəfəyə 30.000 dollar və ya 51.000 manat pul vermiş, həmin puldan 2000 manat qaytarılıb, 49.000 manatı qalmışdır. Asiflə təyyarədə tanış olmuşlar, malları rəsmi olaraq gömrükdən keçirmişlər. Zərərçəkmiş şəxs1 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, 51.000 manat puldan 2000 manatı qaytarılıb, 49.000 manatı qalmışdır . Mallar hamısı gömrükdən keçirilmişdir. O, maşın zapçastı almaq üçün cəmi 2 dəfə dubaya getmişdir. O, telefon alveri ilə məşğul olmamış, pulu Asifə vermişdir. Asif həmin işlə məşğul olub, ona da qazanc verməli idi. Ona təxminən 5-6 min manat gəlir vermiş, lakin bilmir ki, doğurdan gəlirdi, yoxsa öz pulunu ona qaytarmışdır. Onlar eyni zamanda Asifin tanışından da faizə pul götürmüşlər, o, onun faizini də qaytarırdı. Asif pulu ona faizə verməmişdi, işləmək üçün vermişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə “Melisa Park” yaşayış kompleksinin yaxınlığında onunla iş görmək məqsədi ilə 10000 ABŞ dolları məbləğində pul vəsaiti vermişdir. Təqsirləndirilən şəxs X1 Dubay şəhərindən mobil telefonlar gətirərək Bakı şəhərində həmin mobil telefonları baha qiymətə sataraq qazanc əldə edirdi. Onunla gördükləri iş barədə “WhatsApp” sosial şəbəkəsində yazışmaları mövcuddur. Təqsirləndirilən şəxs narahat olmamağını və həmin işdən qazanc əldə edəcəklərini ona demişdir. O, əlavə olaraq maşınını satmış və satışdan əldə edilən 10000 ABŞ dollar məbləğində pul vəsaitini də təxminən 2022-ci ilin yay aylarında Təqsirləndirilən şəxs vermişdir. Ümumilikdə Təqsirləndirilən şəxs 20000 ABŞ dolları məbləğində pul vəsaiti vermişdir. Ümumilikdə dəymiş ziyandan 2000 manat məbləğində pul vəsaiti geri qaytarılmışdır. Zərərçəkmiş şəxs5 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Təqsirləndirilən şəxs hissəvi şəkildə 20000 ABŞ dolları məbləğində pul vəsaiti verməyi “WhatsApp” sosial şəbəkəsində aralarında olan yazışmalarda öz təsdiqini tapır. Təqsirləndirilən şəxslə aralarında olan razılaşmaya görə satılan mobil telefonlardan əldə edilən qazanc aralarında ikiyə bölünəcəkdi. Təqsirləndirilən şəxs 10000 ABŞ dolları məbləğində pul vəsaiti verdikdən sonra əldə etdiyi qazancı xatırlamır. O, Təqsirləndirilən şəxs qazanc əldə etmək məqsədi ilə pul vəsaiti vermişdir. Təqsirləndirilən şəxs mobil telefonları nəcə və neçə ədəd şəklində gətirdiyi barədə məlumatı yoxdur. O, özü də X1 Dubay şəhərindən mobil telefonlar gətirərək Bakı şəhərində həmin mobil telefonları satmışdır. Sadəcə olaraq o, mütəmadi olaraq X1 Dubay şəhərinə gedə bilmədiyi üçün qazanc əldə etmək məqsədi ilə Təqsirləndirilən şəxs pul vəsaiti vermişdir. Təqsirləndirilən şəxs mobil telefonları gətirdikdən təxminən 6-7 ay sonra mallar tutulmuşdur. Həmin malları götürmək üçün o, rüsum ödəmişdir. Təqsirləndirilən şəxs ona mobil telefonları təhvil verməmişdir. Təqsirləndirilən şəxs pul vəsaitlərini oğlunun vasitəsi ilə verməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Ümumilikdə Təqsirləndirilən şəxs ona 20000 ABŞ dolları məbləğində ziyan vurmuşdur. Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, onun arvadı Yasamal rayonu, 60 nömrəli məktəbdə müəllimə işləyir. Həmin məktəbdə onunla birlikdə Təqsirləndirilən şəxs arvadı da işləyir. Bununla əlaqədar Asiflə münasibəti yaranmışdır. Belə ki, arada bir Asif ona zəng edərək hüquqi məsləhətlər almış, bununla əlaqədar ona yardım etmişdir. Beləliklə də münasibətləri yaranmış, bir neçə dəfə Asiflə görüşüb söhbət etmişdir. Söhbət zamanı bilmişdir ki, Asif Dubay şəhərindən mobil telefon gətirib Bakı şəhərində satır. Bununla əlaqədar Asif, ona iş təklif etmiş, nə qədər pul lazım olduğunu soruşduqda Asif bildirmişdir ki, 25000-30000 ABŞ dolları ilə işləyir. Asifə bu qədər pulu olamdığını dedikdə, sonuncu ona minimum 10000 ABŞ dolları lazım olduğunu demişdir. Belə ki, Asif 1000 ABŞ dollarına mobil telefon aldığını və hər telefona görə 100 ABŞ dolları xeyir qalacağını demişdir. Bu zaman təklif etmişdir ki, Asifə ümumilikdə 10000 manat pul verə bilər. Asif isə bildirmişdir ki, ay ərzində üç dəfə Dubay şəhərinə gedib gələcək, bununla da hər gedişə 500 ABŞ dolları, aya isə 1500 ABŞ dolları qazanc əldə edəcək, həmin pulun yarısı Asifin, yarısı isə özünün olacaqdır. Fikriləşmişdir ki, yalnız pul verəcək, Asif mobil telefonları gətirib satacaq və hər ay 750 ABŞ doları qazanc edəcəkdir. Asiflə razılaşmış və pul düzəltmək üçün ona vaxt verməsini istəmişdir. Beləliklə, 2023-cü ilin iyun ayın sonlarında 5000 ABŞ dollarını Nərimanov rayonu ərazisində yerləşən “Mado” restoranında Asifə vermişdir. Təxminən 10 gün sonra, yəni 2023-cü ilin iyul ayının əvvəlində Nərimanov rayonu ərazisində yerləşən Keşlə bazarının qarşısında Asifə 2000 manat pul vermişdir ki, onun üçün mobil telefon və aksesuarlar gətirsin. Asif də ona narahat olmamasını, gedib, gələnən sonra ona 500 ABŞ dolları xeyir verəcəyini demişdir. Lakin, bundan sonra neçə dəfə Asiflə əlaqə saxlasa da, sonuncu hər dəfə müxtəlif bəhanələr gətirmiş və ona heç bir xeyir verməmişdir. Sonda Asif, onun mobil nömrəsini bloka atmış və onunla əlaqəsi tamam itmişdir. Asif, ələ keçirdiyi puldan ona cəmi 500 manat qaytarmışdır. O, bildirmişdir ki, Təqsirləndirilən şəxs 5000 ABŞ dolları və 2000 manat pulu Dubay şəhərindən mobil telefon gətirmək üçün vermişdir, lakin sonuncu ona heç bir məbləğdə xeyir verməmiş, ələ keçirdiyi puldan 500 manat qaytarmışdır (cild 1, iş vərəqə 134-136). Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Asif Əmrəliyev onun uzaq qohumudur. Asif Dubay şəhərindən mobil telefonlar gətirərək Bakı şəhərində satıb pul qazanmaqla məşğul olmuşdur. Heç bir zaman onunla arasında iş fəaliyyəti olmamışdır. Aralarında heç bir zaman düçmənçilik və ədavət olmamışdır. 21 aprel 2023-cü il tarixdə Cəlilabad şəhərində qohumu Asiflə görüşmüşdür. Onunla görüş zamanı Asif sıxıntıda olduğunu bildirmişdir. Ondan nə məsələ olduğunu soruşduqda Asif Dubay şəhərindən gətirdiyi mobil telefonların gömrükdən buraxılmadığını və mobil telefonların buraxılması üçün 25000 manat pul lazım olduğunu demişdir. Belə ki, 30 aprel 2023-cü il tarixdə bacısının toy mərasimi olacağı üçün Asif bilirdi ki, onda pul olacaq. Asif bildirmişdir ki, toydan qalan pulu və üstünü düzəltməklə ona 25000 manat pul versin ki, mobil telefonları gömrükdən çıxarsın. Daha sonra isə bir ay ərzində pulu qaytaracağını demişdir. Ona bir neçə dəfə bildirmişdir ki, həmin pul bacısı üçündür və verəcəyi təqdirdə gecikmədən bir ay ərzində qaytarsın. Asif narahat olmamağı və pulu bir ay ərzində qaytaracağını demişdir. Beləliklə 30 aprel 2023-cü il tarixdə bacısının toy mərasimindən sonra 25000 manat pul düzəldib həmin gün Cəlilabad rayonu, Göytəpə qəsəbəsində Asifə vermişdir. Asif pulu alaraq narahat olmamağı və pulu bir ay ərzində qaytaracağını demişdir. Lakin, bir ay keçməsinə baxmayaraq Asif pulu qaytarmamışdır. Ona zəng etdikdə müxtəlif bəhanələr gətirərək pulu qaytaracağını demişdir. Lakin, bu günə kimi pulunu qaytarmamışdır (cild 1, iş vərəqə 106-108). Cinayət işinin materiallarında olan 16 və 17 aprel 2024-cü il tarixli “üzləşdirmə” protokollarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı vermiş olduqları ifadələrini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişlər (cild 1, iş vərəqi 72-76 və 77-80). Cinayət işinin materiallarında olan 6 dekabr 2024-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xüsusatları əyani şəkildə hadisə yerində göstərməsi təklif edildi. Təqsirləndirilən şəxs sonuncu pulu tanışı Zərərçəkmiş şəxs2 aldığını bildirdi. Bundan sonra onunla birlikdə ilkin olaraq Nərimanov rayonu, Əhməd Rəcəbli 3 ünvanında yerləşən “Mado” restoranın qarşısına getdilər. Burada olan zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ilkin olaraq 5000 ABŞ dollar pulu restoranda aldığını bildirdi. Həmin pulu o, 2023-cü ilin iyun ayının sonlarında aldığını təxminən 10 gün sonra yəni 2023-cü ilin iyul ayın əvvəli yerdə qalan 2000 manat pulu isə yaşadığı ünvanda aldığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxslə birlikdə Nərimanov rayonu, Əliyar Əliyev ünvanında yerləşən “Keşlə” bazarının qarşısına gəldilər. Burada olan zaman təqsirləndirilən şəxs sonuncu 2000 manat pulu “Keşlə” bazarının qarşısında aldığını deyərək hadisənin əyani şəkil göstərmişdir (cild 1, iş vərəqə 216). Cinayət işinin materiallarında olan 1 dekabr 2024-cü il tarixli “diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi “CD” diskə baxış keçirilən zaman diskdə aşağıdakı məzmunda səs yazıları və ismarıclar müəyyən edilmişdir: -“Belə iş zad görməy istəsən eləsən, telefonda da yaxşı pul var, telefon işində, sadəcə telefon işi elədi ki, pul lazımdı, pul aparır, yəni ki, bax elə şey eləmək olar”, -“Yox, telefon işində yaxşıdı, telefon işində qalır də, birində telefonun 150 dollar fərq edir, 50 dollar gəlişidi, gətirməyə pul verirsən, 100 dollar təmiz pul qalır, 10 dənə alsan 1000 dollar, həftə içində əlindədi, bir həftəyə gəlib çatır, yaxşıdı, telefon işində pul var, prosta çox pul aparır da, pulu çox aparır”, -“Salam Asif, Hikmətdi, sənə dedim axı pulu həftə sonuna kimi ver, 5 min dollar və 1500 manat”, -“Salam, Asif bu gün ayın 26 oldu, səndən xəbər çıxmadı, sənə dedim axı ayın sonuna qədər pulu ver, deyəsən mənim dediyim sənə çatmadı, telefona cavab ver” (cild 1, iş vərəqi 195). Cinayət işinin materiallarında olan 1 dekabr 2024-cü il tarixli “diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 təqdim etdiyi diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Asif adlı şəxsə 28 may tarixdə 1800 manat, 29 may tarixdə 410 manat pul köçürülmüşdür. Bundan başqa diskdə aşağıdakı məzmunda ismarıc vardır: -“Salam Asif, necəsən, nə oldu telefon? Mən nə qədər gözləyəcəm səni?” -“Salam Asif necəsən, nə xəbər telefondan?” -“Telefondan xəbər yoxdu?” -“Hələ yox qaqa, bazar gününə söz veriblər.” -“Alınmasa atarsan karta, day bazar günü də.” (cild 1, iş vərəqə 197). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 52). Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 15 aprel 2024-cü il tarixdən hesablanmaqla 30 iyun 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 102-104). Cinayət işinin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 25 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsinə dair Yasamal Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli qərarı ləğv edilmiş, onun barəsində 30 iyun 2024-cü il tarixədək “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 118-126). Cinayət işinin materiallarında olan 2 dekabr 2024-cü il tarixli “qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, 2 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 205- 206). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1, 158.2.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək nəticəyə gəlir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 69.3-cü maddəsinə əsasən 15 aprel 2024-cü il tarixdən 30 iyun 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu həbsdə və ev dustaqlığında saxlanıldığı 2 (iki) ay 15 (on beş) gün müddət ona təyin edilən cəzaya hesablanmaqla onun üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 249-250). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyan qismən ödənilmişdir (cild 1, iş vərəqə 209- 215). Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 təqdim etdikləri ərizələrdən görünür ki, onlar Təqsirləndirilən şəxs onlara vurulmuş maddi ziyanın ödənilməsini tələb etmişlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edildiyini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsində əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Məhkəmədə onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 9 dekabr 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbs edilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 mülki iddia verməsələr də, məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs onlara vurulan maddi ziyanın ödənilməsini tələb etmişlər. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. İş üzrə mülki iddia, ekspertiza xərcləri və maddi sübutların olmadığı nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 15 aprel 2024-cü il tarixdən 30 iyun 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 2 (iki) ay 15 (on beş) gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 6 (altı) il 3 (üç) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilərək saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən həbs edildiyi 9 dekabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CPM-in 180.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1202/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1202/2025
09.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver