Məhkəmə qərarları › İş №1(101)-1203/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1203/2021

02.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1203/2021 02.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi2, X10 iştirakları ilə, xx xxx 1950-ci il tarixdə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, təqaüdçü, əvvəllər məhkum olunmamış, evli, Bakı şəhəri İ.Qutqaşenli küçəsi ev 3, mənzil 26-da qeydiyyatda olan və yaşayan, barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası ƏN-nin PX-nin 3 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.4, 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə istintaqa Reitenbax Valentin, Rudolf Kalan, Yens Petç adı ilə məlum olan və istintaqa adları məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olaraq, 2017-ci ilin dekabr ayından Bakı şəhəri Nərimanov rayonu ərazisində mütəmadi görüşlər keçirdərək özünü Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının rəhbər vəzifəli şəxslərinin yaxın qohumu kimi təqdim edib, onun etibarını qazanaraq, sonuncunun X22 QSC "xxxx" Kommersiya Bankında olan bank hesabına pul yerləşdirməsinə dair müqavilənin surətini əldə etdikdən sonra həmin müqavilədə Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin rekvizitlərinə dair məlumatları ələ keçirib, Reitenbax Valentin adından imzalanmış, Rudolf Kalan adlı şəxsin adından elektrofotoqrafik çoxaldıcı qurğuda çap edilmiş imza olan Zərərçəkmiş şəxs VR Energie GmbH-ın mülkiyyəti kimi 50 000 000(əlli milyon) ABŞ dolları məbləğin etibar edilməsinə dair 16.01.2010-cu il tarixli alman, rus və azərbaycan dillərində «Protokoll mit tagesordnungspunkten» adlı saxta sənəddən, elektrofotoqrafik çoxaldıcı qurğuda çap edilmiş üzərində «VPEnergie GmbH Deutschland» və s. yazıları olan möhür əksi, elektrofotoqrafik çoxaldıcı qurğuda çap edilmiş Valentin Reitenbach və Rudolf Kalan adlı şəxslərin adından imzalar olan Zərərçəkmiş şəxs inanılmış şəxs və VR Energie GMBH-in məsləhətçisi kimi 50 000 000(əlli milyon) ABŞ dolları məbləğində humantiar və məqsədyönlü istifadəsindən ötəri prioritet banklardan birinə verilməsi üçün pul vəsaitlərinin etibarlı hesaba köçürüldükdən sonra müvəkkilin hesabı və vəsaitləri idarə etmək üçün şirkətin vəkili kimi özünün, yəni Təqsirləndirilən şəxs GPSUNET ofisinin açılması və Azərbaycan Respublikasında işin təşkili üçün əlavə etibarnamə verməsinə dair 17.01.2010cu il tarixli rus və azərbaycan dillərində saxta etibarnamədən, Reitenbax Valentin adından imzalanmış, Rudolf Kalan adlı şəxsin adından elektrofotoqrafik çoxaldıcı qurğuda çap edilmiş imzası olan özünə, müqavilələr hazırlamaq, imzalamaq VR Energie GmbH banklarda təmsil etmək və s. səlahiyyətlər verilən 31.01.2019-cu il tarixli ingilis, alman, rus və azərbaycan dillərində «Resolusion on the board (ROB)» adlı saxta sənəddən, elektrofotoqrafik çoxaldıcı qurğuda çap edilmiş üzərində «X28 v.d.Höhe» yazıları olan möhür əksli, elektrofotoqrafik çoxaldıcı qurğuda çap edilmiş Yens Peç adlı şəxsin adından imza olan Bakı şəhərində GPCUNETin infrastrukturunun yaradılması, Zərərçəkmiş şəxs 50 000 000(əlli milyon) ABŞ dolları etibar edilməsi, həmin məbləğin prioritet bankların birindəki hesaba köçürülməsinə dair «HRB 11018 X9» adlı rus, alman və azərbaycan dillərində 11.02.2019-cu il tarixli saxta razılaşmadan, elektrofotoqrafik çoxaldıcı qurğuda çap edilmə yolu ilə möhür əksli VR Energie GmbH şirkətinin strukturuna dair 11.02.2019-cu il tarixli «HRB 11018 X9» saxta sənəddən və Bakı Apellyasiya Məhkəməsinin hakimi Kəmalə Abıyevaya ünvanlanmış 25.11.2019-cu il tarixli üzərindəki möhür əksi və imzalar printerdə çap edilmiş özünün Zərərçəkmiş şəxs 50 000 000(əlli milyon) ABŞ dolları verməsi və həmin məbləğin təyinatı üzrə istifadə olunmamasına dair şikayət məzmunlu məktubdan bilə-bilə istifadə edib, 30 yanvar 2019-cu il tarixdə Bakı şəhər Səbail rayon məhkəməsinə iddia ərizəsi ilə, 03 oktyabr 2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına apellyasiya şikayəti ilə və 14 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına kasassiya şikayəti ilə müraciət edərək Zərərçəkmiş şəxs LPO QSC "xxxx" KB-nin bank hesabındakı pul vəsaitinin "xxxx"a keçirilməsi barədə QSC "xxxx" KB və Azərbaycan Əmanətlərin sığortalanması fondu üzərinə öhdəlik qoyulmasına dair qətnamə qəbul edilməsinə nail olmaqla Zərərçəkmiş şəxs məxsus, xüsusilə külli miqdarda, yəni 75 186 305,11(yetmiş beş mil yon yüz səksən altı min üç yüz beş manat 11 qəpik) manat nisbətində 44 227 238,35(qırx dörd milyon iki yüz iyirmi yeddi min iki yüz otuz səkkiz ABŞ dolları, 35 sent) ABŞ dolları məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, lakin Bakı şəhər Səbail rayon məhkəməsinin 15 iyun 2019-cu il tarixli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 dekabr 2019-cu il tarixli qərardadları və Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 avqust 2020-ci il tarixli qərarı ilə onun iddia tələbi təmin edilmədiyindən öz iradəsindən asılı olmayan səbəbdən əməlini başa çatdıra bilməmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 29, 178.4, 320.2-ci maddələri ilə irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 1978-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünas fakultəsini bitirdikdən sonra 1989-cu ilin sentyabr ayınadək Gəncə şəhərində DİN-in X29 baş müstəntiq vəzifəsində, 1989-cu ilin sentyabr ayından 24 yanvar 1990-cı ilədək Nəqliyyatda Baş Polis İdarəsinin baş müstəntiqi, 24 yanvar 1990-cı ildən Naxçıvan MR, Nəqliyyatda Baş Polis İdarəsinin baş müstəntiqi, 1991-ci ilin sonlarından 1993-cü ilin iyul ayınadək Naxçıvan MR DİN-də baş müstəntiq vəzifəsində, 1993-cü ilin iyul ayından 2000-ci ilin dekabr ayınadək qeyri-rəsmi olaraq Azərbaycan Respublikası Milli X15 üzrə Qanunvericilik şöbəsində müşavir vəzifəsində işləmiş, 2007-ci ildə Daxili İşlər Nazirliyindən polis polkovniki rütbəsində təqaüdə çıxmış, bundan sonra Azərbaycan Respublikasında bir sıra Ali məktəblərdə hüquq üzrə mühazirələr oxumuş, hələ 1983-cü ildə SSRİ Daxili İşlər Nazirliyinin X16 müdafiə edib, hüquq elmləri namizədi adını almışdır. 2007ci ildə o, Azərbaycan Respublikası Ali Məktəblərinin biri tərəfindən göndərişlə Macarıstan Respublikasının Budapeşt şəhərində keçirilən müşavirə zamanı Macarıstan Parlamentinin üzvü olan milliyətcə macar Rudolf Adamla tanış olmuş, daha sonra Rudolf Adamın vasitəsilə «VR Energie GmBH»nin prezidenti Reitenbax Valentin və maliyyə direktoru Rudolf Kalan ilə tanış olmuşdur. O, Reitenbax Valentinin təklifi ilə «VR Energie GmBH»nin hüquq şöbəsinin rəhbəri vəzifəsinə təyin edilmiş, bir müddət sonra Reitenbax Valentinin əmri ilə «VR Energie GmBH»nin maliyə fondları əsasında yaradılmış X23 X37 Humanitar Fondunun Azərbaycan üzrə rəhbəri təyin olunmuşdur. Həmin fond dünya Dövlətləri üzrə ianə paylamaqla məşğul olur. Zərərçəkmiş şəxs 2006-cı ildən tanıyır. Onunla ilk dəfə Bakı şəhər Baş Polis İdarəsinin köhnə inzibati binasının qarşısında təsadüfən görüşmüşdür. Belə ki, həmin vaxt, o, Bakı şəhər BPİ-nin rəis müavini olan dostu Məmməd Məmmədovun yanına ziyarətə gəlmişdir. Zərərçəkmiş şəxslə polisin inzibati binasının girişində salamlaşmış, onun Məmməd Məmmədovun yanından çıxdığını növbətçi hissədən öyrəndikdən sonra Məmməd Məmmədovdan həmin şəxsin kim olduğunu soruşmuş, o da ona Rişad haqqında məlumat verərək: “bir nəfər yaxın yoldaş xahiş edib, mən də ona köməklik etdim” demiş bundan sonra o, bir daha Zərərçəkmiş şəxs görməmişdir. 2007-ci ilin əvvəllərində o, Almaniyanın Düseldorf şəhərində olarkən Hötenin büstünün yanında təsadüfən 2-ci dəfə Zərərçəkmiş şəxslə raslaşmış, onlar ikisi də bir birilərini sifətdən tanımış və orada söhbət edib o Rişadın, Rişad isə onun adını bilmişdir. Söhbət əsnasında Rişad ona bildirmişdir ki, “gəmiçiliklə məşğul olan bir nəfər dostu var, onun işinə kömək etmək üçün Düseldorfa gəlmişdir”. O da ona ümumdünya qurumunda işlədiyini bildirmişdir. Həmin vaxt o, ona +41 -lə başlayan öz İsveç nömrəsini, o da ona öz ***-***-**-** nömrəsini vermiş və bundan sonra onlar zəngləşərək təxminən 3-4 dəfə bir yerdə görüşmüşlər. Sonuncu görüşləri Fridrixsdorfda olmuş və o, ona işlədiyi qurumun məsul katibi və maliyyə direktoru ilə tanış olmasını təklif etmiş və bildirmişdir ki, əgər rəhbərlik tərəfindən razılıq verilərsə o da onların qurumda işə düzələbiləcəkdir. Rişad həmin təklifi qəbul etmiş və o, onu məsul katib və maliyyə direktor Rudolf Kalanla tanış etmişdir. Həmin gün o, işi ilə bağlı təyyarə ilə ilk əvvəl İstanbul vasitəsi ilə Bakıya gəlmiş, Bakıda bir həftə qaldıqdan sonra isə Tehrana getmişdir. Bakıda olarkən qurumun rəhbəri Raytinbax Valentinlə danışmış, həmin vaxt o, ona bildirmişdir ki, namizdəliyini verdiyi Zərərçəkmiş şəxs məsul katib Rudolf Kalan sınaq müddətinə qəbul edib, bir müddət sonra qurumun MDB ölkələri, o cümlədən Azərbaycan Respublikası üzrə işləri başlananda ondan, yəni Zərərçəkmiş şəxs istifadə ediləcəkdir. Səhv eləmirsə, 2008 yaxud 2009-cu ildə Reytinbaxın müvafiq əmri ilə Zərərçəkmiş şəxs qurumda MDB və Azərbaycan Respublikaları üzrə müşavir-məsləhətçi işinə qəbul edilmişdir. Bu o deməkdir ki, qurum Azərbaycana ianə ayırarkən həmin pul vəsaiti Zərərçəkmiş şəxs adına, onun adına açılacaq bank hesabına köçürüləcəkdir. Belə ki, baxmayaraq ki, o, hüquq departamentinin direktoru ilə yanaşı, həm də qurumun Humanitar fondunun Azərbaycan regionu üzrə rəhbəri olsa da, uzun müddət işi ilə bağlı Avropa dövlətlərinin məsul vəzifəli şəxsləri ilə görüşdə olduğum üçün Azərbaycana ayrılan ianə məhz onun deyil, onun təklifi ilə qurumda işə götürülmüş Zərərçəkmiş şəxs bank hesabına köçürülməli idi. Raytinbax öz adına olan 535 milyon dollarlıq qızıl tozunun bir hissəsini satmaqla Azərbaycan Respublikasına ianə kimi 50 milyon dollar pul ayırmış və həmin pul 2010-cu ilin yanvar ayının birinci 10 günlüyündə Rudolf Kalan və satışı həyata keçirən şirkətin nümayəndəsinin iştirakı ilə çarter reysi ilə İsveçrədən Bakıya gətirilmişdir. Zərərçəkmiş şəxs təklifi ilə həmin pullar onun adına Standartbank QSC-də açılmış hesabına yatırılmışdır. Bu barədə ona Raytinbax özü telefonla danışarkən məlumat vermişdir. Həmin ərəfədə o, Avropada öz işləri ilə məşğul olmuş, pullar Zərərçəkmiş şəxs adına açılmış bank hesabına 3 günlük köçürülməli, 3 gün müddət ərzində isə həmin pullar Zərərçəkmiş şəxs adından həmin bankda açılmalı olanqurumun hesabına köçürməli idi. 2016-cı ildə Raytinbax onunla əlaqə saxlamış və bildirmişdir ki, Azərbaycanla bağlı BMT tərəfindən təsdiq edilmiş layihələrin həyata keçirilməsi üçün pulların hesabda olub-olmamasına nəzarət etsin. Çünki qurumun işçiləri heç cür Zərərçəkmiş şəxslə əlaqə saxlaya və onu tapa bilməmiş, həmin ərəfədə onlara məlum olmuşdur ki, Standartbank QSC ləğv olunma prosesindədir və bankın hesabları Əmanətlərin Sığortalanması Fondundadır. 2017-ci ilin sentyabr-oktyabr-noyabr aylarından təxminən 2018-ci ilin fevral ayının sonuna kimi o, Rişadla təxminən 10 dəfədən artıq görüşmüşdür. Həmin görüşlərdə Zərərçəkmiş şəxs ondan xahiş etmişdir ki, Standartbank QSC-dən onun hesabında olan 44 milyon dollardan artıq pulu geri qaytarmaqda ona köməklik etsin. Rişad öz səhvini düzəltməklə həmin pulları qurumun Humanitar Fondunun Azərbaycan regionu üzrə rəhbəri kimi onun hesabına köçürsün. O, bunun üçün dəfələrlə Əmanətlərin Sığortalanması Fonduna getmiş, lakin həmin qurumdan ona bildirilmişdir ki, həmin 44 milyon dollardan artıq pul nə Zərərçəkmiş şəxs qaytarıla bilər, nə də ki, başqa hesaba köçürülə bilər. Bundan sonra, o, vəziyyətlə bağlı Raytenbaxla danışmış və belə qərara gəlinmişdir ki, həmin pulun, yəni 44 milyon dollardan artıq məbləğin Standartbank QSC-dən alınaraq onun hesabına köçürülməsi ilə bağlı müvafiq qaydada-iddia ərizəsi ilə məhkəməyə müraciət edilsin. Bundan sonra Raytenbax tərəfindən imzalanmış 2019-cu ildə iddia ərizəsi ilə ilk əvvəl Səbail rayon məhkəməsinə müraciət olundu, lakin həmin məhkəmənin 15 iyul 2019-cu il tarixli qərardadı ilə iddia ərizəsinin məhkəmənin icraatına alınması yol verilməz hesab olundu. Bundan sonra ardıcıl olaraq Bakı Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin İnzibati-İqtisad Kollegiyalarına şikayətlər olundu və bütün proseslərdə verilmiş iddia mümkünsüz sayılmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, 1990-cı illərdən müxtəlif biznes - xarici ölkələrə neft ixracı, habelə neft məhsullarının, neft avadanlıqlarının, həmçinin məişət texnikalarının alqı-satqısı, inşaat işləri ilə məşğul olmuş, hazırda ünvan 2 ünvanda yerləşən "xxxx" MMC şirkətinin təsisçisidir. Həmin şirkət investisiya və neft avadanlığının xarici ölkələrdən alınıb gətirilməsinin təşkili ilə məşğuldur. Biznes fəaliyyəti ilə məşğul olduğu dövrlərdə əldə etdiyi qazancları şəxsi pul vəsaitini müxtəlif bank hesablarında saxlamış və pul faizlərindən də qazanc əldə etmişdir. 2001-ci ildən isə şəxsi pullarını QSC "xxxx" Kommersiya Bankında saxlamaq qərarına gəlmiş, həmin dövrdə bankın sahibi Azərbaycan Respublikası prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət komitəsinin sədri Heydər Babayevlə o, 1980-ci illərdə Ukrayna Respublikası Şevçenko adına Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq İqtisadi əlaqələr şöbəsində bir yerdə təhsil aldığı vaxtdan tanış olmuşlar. Ali Məktəbi başa vurduqdan sonra da Heydər Babayevlə münasibətləri davam etmiş, Heydər Babayevlə şəxsi tanışlıqları olduğuna görə, ona güvəndiyindən 2001-ci ildə QSC "xxxx" Kommersiya Bankının "xxxx" filialında öz adına bir neçə şəxsi depozit bank hesabı açdırmış və həmin vaxtdan başlayaraq özünə məxsus pul vəsaitlərinin bir hissəsini müxtəlif valyutalarda - manat, Avro və ABŞ dolları pullarını hissəhissə olmaqla orada yığmağa başlamışdır. 2011-ci ildən başlayaraq Heydər Babayev ilə söhbətlərdə sonuncu, QSC "xxxx" Kommersiya Bankının Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə və ailəsinə məxsus olduğunu, etibarlı və böyük perspektivli bank olduğunu deyərək onda özünə inam yaratmış və bütün pul vəsaitlərini həmin bankda toplamasını təklif etmişdir. O da Heydər Babayevin Azərbaycan Respublikasında yüksək vəzifələr tutduğundan, onun sözlərinə inanmış və 2011-ci ilədək, yəni Heydər Babayev ona bankın prezidentə və ailəsinə məxsus olduğunu dediyi vaxtlaradək həmin bankda təxminən 10.000.000(on milliyon) ABŞ dollarınadək pul vəsaiti yerləşdirmişdirsə, bundan sonrakı müddətdə özünə məxsus şəxsi pul vəsaitlərini digər banklardan QSC "xxxx" Kommersiya Bankında bank hesablarına yerləşdirməyə başlamışdır. 2014-cü ilin təxminən sentyabr ayında o, Heydər Babayevlə Bakı şəhəri Nəsimi rayonu ərazisində «Sapfir» otelində yerləşən ofisində "xxxx" sədri və eyni zamanda QSC "xxxx" Kommersiya Bankının idarə heyətinin sədri, bildiyinə görə Heydər Babayevin xalası oğlu Oruc adlı şəxsin iştirakı ilə görüşəndə söhbət əsnasında Heydər Babayev, QSC "xxxx" Kommersiya Bankının 49 %-nin özünə, 51 %-nin Azərbaycan Respublikası prezidentinin ailəsinə məxsus olduğunu deyib, QSC "xxxx" Kommersiya Bankının özünə məxsus 49 %-ni və «Standart Qrupu» isə tam olaraq 70.000.000 (yetmiş milyon) ABŞ dollarına ona satmağı təklif etmişdir. O isə həmin məbləğə gücü çatmadığını dedikdə Heydər Babayev, bütün pul vəsaitlərini QSC "xxxx"a toplamasını, gələcəkdə satılan şirkətlərin satış məbləğini aşağı salıb, razılaşacaqlarını bildirmişdir. Həmin vaxtadək QSC "xxxx" Kommersiya Bankında onun təxminən artıq 20.000.000(iyirmi milyon)-30.000.000(otuz milliyon) ABŞ dolları pulu var idi. Bundan sonra, o, özünə məxsus pul vəsaitlərini daha çox miqdarda QSC "xxxx" Kommersiya Bankında yerləşdirməyə başlamışdır. Bundan əlavə, yuxarıdakı söhbətlərdən QSC "xxxx" Kommersiya Bankının 2014-2015-ci illərdə müşahidə şurasının sədri Kamal adlı şəxsin də məlumatı olmuşdur. 2014-cü ilin sonlarından başlayaraq QSC "xxxx" Kommersiya Bankında saxladığı pul vəsaitlərimi ABŞ dolarına konvertasiya etmiş və sonuncu dəfə 2015-ci ilin təxminən noyabr ayında həmin bankda depozit hesabına pul yerləşdirmişdir. 2015-ci ilin dekabr ayınadək faizlərlə birlikdə bank hesabında illik 11-12 % qazanc ödənilməklə təxminən 41.000.000 (qırx bir milyon) ABŞ dolları pul toplanmışdır. 2015-ci ilin dekabr ayında o, şəxsi ehtiyacı ilə əlaqədar pul lazım olduğundan hesabından pulları çıxarmaq məqsədilə QSC "xxxx" Kommersiya Bankının Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən "xxxx" filialına müraciət etdikdə QSC "xxxx" Kommersiya Bankının idarə heyətinin sədr müavini Orxan Xubanov bankın işində çətinliklər olduğundan onun hesabında olan pul vasitindən verilməyəcəyini bildirilmişdir. Həmin ərəfədə o, Heydər Babayevlə dəfələrlə telefonla əlaqə saxladıqda narahat olmamasını, Azərbaycan Respublikasının prezidenti ilə danışdığını, prezident tərəfindən QSC "xxxx" Kommersiya Bankının saxlanılacağına söz verildiyini, QSC "xxxx" Kommersiya Bankının Azərbaycan Respublikasının maliyyə sistemində böyük çəkisi olduğundan dövlət tərəfindən ciddi dəstək veriləcəyini, onun pul vəsaitnin batmayacağını demişdir. Belə olduqda o, Heydər Babayevə illik faizi aşağı salınmaqla hesabında olan pul vəsatinin sığortalanmasını təklif etdikdə Heydər Babayev, etiraz etməyib, həmin dövrdə QSC "xxxx" Kommersiya Bankının idarə heyətinin sədri Abbas adlı şəxsə müvafiq müqavilənin hazırlanması üçün tapşırıq verəcəyini bildirmişdir. 2016-cı ilin təxminən aprel ayında o, QSC "xxxx" Kommersiya Bankının Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən "xxxx" filialında QSC "xxxx" Kommersiya Bankının idarə heyətinin sədri Abbasla ikilikdə görüşmüşdür. Orada Abbasın sözlərinə görə Heydər Babayevin həqiqətən də onun depozit müqaviləsinin yenilənməsinə dair göstəriş verdiyini başa düşmüşdür. Həmin vaxt ona, "xxxx" ASC ilə illik 3 faiz gəlir verilməsi şərti ilə məbləğin sığortalanmasına dair depozit müqaviləsi təqdim edilmişdir. Həmin vaxtadək bank depozitlərinə görə illik 11-12 % qazanc ödənilmiş, lakin depozitdə olan pulları sığortasız olmuşdur. O, müqaviləni nəzərdən keçirdikdə müqavilənin bəzi şərtləri onu qane etmədiyindən o, müqaviləni imzalamayıb, yenidən tərtib edilməsini xahiş etmişdir. Həmin vaxt axşam saatları olduğundan Abbas, müqaviləni sonrakı günlərdə hazırlatdıracığına söz vermişdir. O da yeni müqaviləni imzalamayıb oradan getmiş, sonradan o, şəxsi işləri ilə əlaqədar Azərbaycandan xaricə – Almaniyaya getmişdir. Orada olduğu müddətdə Abbasın köməkçisi Məhbubə adlı qadınla telefonla əlaqə saxlayıb, Azərbaycandan kənarda olduğuna görə gələ bilməyəcəyini demişdir. 2016-cı ilin may-iyun aylarında ona məlum olmuşdur ki, QSC "xxxx" Kommersiya Bankının fəaliyyəti dayandırılıb. 2016-cı ilin iyul-avqust aylarında o, Bakıya qayıtdıqdan sonra yuxarıda göstərilən Orxan və Məhbubə ilə əlaqə saxladıqda onlar idarə heyətinin sədri Abbasın vəzifədən kənarlaşdırıldığını bildirmiş, onunla görüşməkdən yayınmışlar. 2016-cı ilin sentyabr ayında qeyd edilən bank müflis elan olunmuş, 2016-cı ilin sentyabr ayınadək faizlərlə birlikdə bank hesabımda 44.227.238,35(qırx dörd milyon iki yüz iyirmi yeddi min iki yüz otuz səkkiz ABŞ dolları otuz beş sent) ABŞ dolları pul toplanmışdır. Daha sonra o, Əmanətlərin Sığortalanması Fonduna da gedib, orada əmanətinin taleyi ilə maraqlansa da pullarını ala bilməmişdir. Bundan sonra bankın digər əmanətçiləri ilə birlikdə Azərbaycan Respublikasında mülki qaydada məhkəməyə müraciət etmiş, lakin, məhkəmələr tərəfindən iddiası təmin edilməmiş və hazırda şikayətləri Avropa Məhkəməsinə göndərilmişdir. 2017-ci ildə tanış olduğu Tahir adlı şəxslə, söhbət əsnasında pullarının QSC "xxxx" Kommersiya Bankında qaldığını, buna görə məhkəmələrə müraciət etdiyini danışmışdır. Bir müddət sonra Tahirlə əlaqə saxladıqda Tahir, bir nəfər şəxsin pulları geri almaqda kömək edə biləcəyini dediyini danışmış, 2017-ci ilin dekabr ayında Bakı şəhəri Yasamal rayonu ərazisində Nəriman Nərimanov heykəlinin yaxınlığında o, Tahir və dostu Ariflə birlikdə ilk dəfə gördüyü Sabir adlı şəxslə görüşmüşdür. Həmin vaxt Sabirin sözlərinə görə Tahirin onun problemi barədə ona da danışdığını başa düşmüş, söhbət zamanı Sabir, nüfuzlu, geniş əlaqələrə malik olan, yüksək vəzifəli şəxslərlə əlaqəli Eldar adlı tanışının pullarını geri almaqda ona kömək edə biləcəyini danışmışdır. Həmin vaxt o, başa düşmüşdür ki, Tahir özü Eldarı tanımamış, bir qədər sonra Sabirin çağırışı ilə ilk dəfə görüb tanıdığı sonradan dəqiq adı ona məlum olan Təqsirləndirilən şəxs tək onların yanına gəlmişdir. Orada Eldar, özünü Azərbaycan xalqının mərhum lideri Heydər Əliyevin qanundan kənar oğlu olduğunu, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin ögey qardaşı olduğunu, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə münasibətləri olduğunu, prezidentin mühafizə xidmətinin rəhbəri Bəylər Eyyubovu, həmin ərəfədə Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Mədət Quliyevi, 1-ci vitse-prezident Mehriban xanım Əliyevanı, onun atası Arif Paşayevi tanıdığını, əvvəllər Azərbaycan Respublikasının prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işlədiyini, hazırda isə Beynəlxalq Təşkilatın üzvü olduğunu, beynəlxalq vəkil və hüqüqşunas olaraq beynəlxalq şirkətin nümayəndəsi kimi fəaliyyət göstərdiyini danışmışdır. Eldar, 44.227.238,35(qırx dörd milyon iki yüz iyirmi yeddi min iki yüz otuz səkkiz ABŞ dolları otuz beş sent) ABŞ dolları pullarının QSC "xxxx" Kommersiya Bankında qaldığını danışanda Eldar, yüksək vəzifədə işləyən yuxarıda adlarını göstərdiyi şəxslərlə əlaqə saxlayıb, bir neçə gün ərzində pullarının qaytarılmasına köməklik edə biləcəyini demişdir. Daha sonra, müvafiq bank sənədlərini gətirməsini tapşırıb, sənədləri nəzərdən keçirəndən sonra daha konkret söz deyə biləcəyini bildirmişdir. Həmin vaxtda o, Eldarla əlaqə saxlamaq üçün bir-birlərinin mobil telefon nömrələrini götürmüşlər. Eldarın istifadəsində olan mobil telefon nömrələri ***-***-**-** və ***-***-**-** idi. ***-***-**-** mobil telefon nömrəsi eyni zamanda votsap nömrəsi idi. Bir neçə gün sonra 2017-ci ilin dekabr ayının sonlarında Bakı şəhərində xatırlamadığı çayxanaların birində o, Eldarla görüşmüşdür. Həmin vaxt Tahir və Sabir də görüşdə iştirak etmiş, Tahir və Sabirin görüşə kim tərəfindən çağırıldığını o, bilməmişdir. Həmin görüşdə o, bank sənədlərini Eldara təqdim etmiş, Eldar, bank sənədlərini nəzərdən keçirəndən sonra bir daha ona məxsus 44.227.238,35(qırx dörd milyon iki yüz iyirmi yeddi min iki yüz otuz səkkiz ABŞ dolları otuz beş sent) ABŞ dolları pullarını yuxarıda adlarını çəkdiyi şəxslərin vasitəsilə qaytartdıra biləcəyini söz verərək bunun müqabilində ondan həmin pulun 30 %-ni ona ödəməli olduğunu bildirmiş, o da etiraz etməyib razılaşmışdır. Həmin vaxt Eldar, işə başlamaq üçün ona avans olaraq əvvəlcədən pul verməsini istədikdə o, bundan qəti imtina edərək, əvvəlcədən hər hansı məbləğdə pul verməyəcəyini, yalnız pulları qaytarıldıqdan sonra həmin məbləğin 30 % ni verəcəyini bildirmişdir. Bundan sonra, Eldar, onu heç kimin tanımadığından onu heç kimin qəbul etməyəcəyini deyərək, ona məxsus 44.227.238,35(qırx dörd milyon iki yüz iyirmi yeddi min iki yüz otuz səkkiz ABŞ dolları otuz beş sent) ABŞ dolları pulları idarə etməsinə dair notariat kontorunda onun adına baş etibarnamə verməsini istəmişdir. Hətta, onu inandırmaq üçün guya artıq 1-ci vitse-prezident Mehriban xanım Əliyeva ilə onun məsələsi barədə danışdığını deyib, öz istifadəsində olan mobil telefonunda «Arif Paşayev» adı ilə qeyd edilmiş xatırlamadığı mobil telefon nömrəsini də göstərmişdir. O, Eldarın bu sözlərinə inansa da 44.227.238,35(qırx dörd milyon iki yüz iyirmi yeddi min iki yüz otuz səkkiz ABŞ dolları otuz beş sent) ABŞ dolları pullara görə ona baş etibarnamə verməkdən imtina etmişdir. Həmin vaxt da Eldar, ondan QSC "xxxx" Kommersiya Bankında depozit qoyduğu pullara görə müqavilənin, kreditor borcun qeyd olunduğu təsdiqlənmiş sənədin surətini götürərək, narahat olmamasını, yaxın vaxtlarda pullarını qaytaracağına söz vermişdir. Bundan sonra da təxminən 3-4 dəfə Eldarla, Sabir və Tahirin iştirakı ilə Bakı şəhərində müxtəlif yerlərdə görüşmüş, həmin görüşlərdə Eldar, işlərin aparıldığını, sadəcə bir qədər vaxt lazım olduğunu, pulların qaytarılmasının çətin məsələ olduğunu demişdir. Görüşlərin bir neçəsində Arif də iştirak etmiş, 2018-ci ilin təxminən yanvar-feral aylarında Eldar ona təklikdə görüşməyi təklif etdikdə o, etiraz etməyib razılaşmışdır. Həmin ərəfədə Eldar, Əmanətlərin Sığortalanması Fondunun rəhbəri onun tanımadığı Vüqar Abdullayevlə özünün görüşüb danışdığını, Vüqar Abdullayevin onunla da görüşmək istədiyini, Vüqar Abdullayevin özünün şəxsən ona pullarının yaxın vaxtlarda qaytarılacağını, bu barədə yüksək vəzifəli şəxslərin tapşırıq verdiyini deyəcəyini bildirmişdir. Həmin ərəfədə o, Eldarla Əmanətlərin Sığortalanması Fondunun qarşısında görüşmüş, lakin, Fondun mühafizəçiləri onları içəri buraxmamışlar. Həmin vaxt o, Eldarın yalan danışmasına şübhələnmiş, bundan sonra 2018ci ilin təxminən fevral ayında Eldar onun istifadəmsinə olan mobil telefonların birinə zəng edib guya, Azərbaycan Respublikasının Qanunvericiliyinə görə o, pullarını asan yolla ala bilməsi üçün, həmçinin yüksək vəzifəli şəxslərin məsləhəti ilə QSC "xxxx" Kommersiya Bankında depozit qoyduğu pullarının qaytarılması məqsədilə həmin pullarının keçmiş tarixlə, yəni 2010-cu il tarixlə xarici ölkə şirkətlərindən biri tərəfindən investisiya məqsədi ilə ona etibar edilməsinə dair sənədləşdirmək lazım olduğunu, həmin sənədə imza etməsini, bu dəfə pullarının qaytarılmasını həmin yolla Azərbaycan Respublikasının prezidentinin iqtisadi işlər üzrə köməkçisi Natiq Əmirovun vasitəsilə həll edə biləcəyini bildirmişdir. O, Eldarın bu sözlərindən sonra onu aldatdığına daha da şübhələnmiş və onun təklifindən qəti imtina etmişdir. Eldar onunla bir neçə dəfə mobil telefonla əlaqə saxlamış, telefon zənglərini demək olar ki, 90 faizini özünün istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin votsapından istifadə etmiş, həmin votsap nömrəsindən onun istifadəsində olan +41788 013701(İsveçrə mobil telefon operatorlarına məxsus) saylı votsap nömrəsinə zəng etmiş, bəzi hallarda votsapla yazmış, lakin oxuduqdan sonra silmişdir. Bundan bir qədər sonra, onun istifadəsində olan mobil telefon nömrəsinə ***-***-**-** saylı mobil telefon nömrəsindən zəng edən Habil Səfərov adlı şəxs, özünü Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin müstəntiqi kimi təqdim edib, Təqsirləndirilən şəxs tanıyıb-tanımadığını soruşdmuş, o da Təqsirləndirilən şəxs hüquqşünas kimi tanıdığını dedikdə, Habil Səfərov, Təqsirləndirilən şəxs oğlunun 5.000.000 ABŞ dolları aldatma yolu ilə ələ keçirdiyinə görə sonuncuya qarşı dələduzluq maddəsi ilə cinayət işi başlandığını, hazırda həbsdə olduğunu, Təqsirləndirilən şəxs özünün, oğlunun vurduğu ziyanı qaytaracağını söz verdiyini, guya külli miqdarda pulu olduğunu, bunun təsdiqi kimi onun adına QSC "xxxx" Kommersiya Bankında depozit qoyduğu pullara dair sənədləri təqdim etdiyini, guya 44.227.238,35(qırx dörd milyon iki yüz iyirmi yeddi min iki yüz otuz səkkiz ABŞ dolları otuz beş sent) ABŞ dolları pulların özünə məxsus olduğunu dediyini danışmışdır. O isə Eldarın yalan dediyini, həmin pulların ona məxsus olduğunu bildirib, baş verənləri izah etmişdir. X30, Eldar barəsində ərizə ilə onlara müraciət etməsini təklif etdikdə isə o, Eldarın yaşlı adam olduğuna görə ona yazığı gəldiyindən onun barəsində şikayət ərizəsi yazmaqdan imtina etmişdir. Bundan sonra, o, Eldarı onunla tanış etdiyinə görə Tahirə zəng edib, ona bu cür yalançı adamı onunla tanış etdiyinə görə iradını bildirmişdir. Daha sonra, o, Tahir, Sabir və Eldarla Bakı şəhəri metronun «Gənclik» stansiyasının yaxınlığında birlikdə görüşmüşlər. Eldarın etdiyi hərəkətlərə görə iradını bildirərək, onun yalançı olduğunu, heç bir köməkliyi lazım olmadığını demişdir. Eldar isə ona təqdim etdiyi sənədləri heç kimə vermədiyini, həmçinin oğlunun özünün aldandığını deyərək özünü müdafiə etməyə çalışmışdır. Bu görüşdən sonra da Eldar, ona votsapla zənglər edib, bəzən votsapla mesajlar göndərərək onunla əlaqə saxlamasını, guya onun bankdan pullarını götürmək məsələsində yeni söhbətlər olduğunu, yeni imkanlar yarandığını demiş, əvvəlki kimi QSC "xxxx" Kommersiya Bankında depozit qoyduğu pullarının qaytarılması məqsədilə həmin pullarının keçmiş tarixlə, yəni 2010-cu il tarixlə xarici ölkə şirkətlərindən biri tərəfindən investisiya məqsədli ilə ona etibar edilməsinə dair sənədləşdirməyi və bu cür saxta sənədi imzalamasını təkid etmişdir. O isə Eldarın bu təkliflərindən qəti şəkildə imtina edib, heç bir köməkliyinin lazım olmadığını bildirmiş, daha sonra isə Eldarın zənglərinə və votsap yazışmalarına cavab verməmişdir. 2018-ci ilin təxminən dekabr ayında Eldar, növbəti dəfə onun istifadəsində olan votsap nömrəsinə zəng edəndə o, onun zənglərindən bezdiyi üçün nə istədiyini bilmək və bir daha onu narahat etməməsini demək üçün zəngə cavab vermişdir. Həmin vaxt Eldar, onun QSC "xxxx" Kommersiya Bankında depozitə qoyduğu 44.227.238,35(qırx dörd milyon iki yüz iyirmi yeddi min iki yüz otuz səkkiz ABŞ dolları otuz beş sent) ABŞ dolları pullarını çıxarıb ona verməsini, yaxud da keçmiş tarixlə, yəni 2010-cu il tarixlə xarici ölkə şirkətlərindən biri tərəfindən investisiya məqsədlilə onu pul verilməsi barədə saxta sənədi imzalamasını tələb edib, həmin tələblərini yerinə yetirməsini, əks halda onu öldürtdürəcəyini, yüksək vəzifədə işləyən şəxslərin vasitəsilə onu həbs etdirəcəyini deyib hədə-qorxu gəlməyə başlamış, yaşadığı və işlədiyi ünvanları tanıdığını bildirmişdir. O, isə Eldarın tələblərini rədd etmiş, bundan sonra, o, Eldarın hədələrindən qorxub, ehtiyat etməyə başlamış və yenə də onun zənglərinə, həmçinin votsap yazışmalarına cavab verməmişdir. Eldar isə yenə zəng etmiş, votsapla mesaj yazaraq əvvəlki tələblərini irəli sürmüşdür. Eldar, bu barədə təhdidələri votsapla yazışma ilə göndərmiş, o, oxuduqdan sonra silmişdir. Bunlardan sonra, 12 mart 2020-ci il tarixdə onun istifadəsində olan mobil telefon nömrələrinə Azərbaycan Respublikası Ali Məhkəməsindən «VR Energie GMBH SPSUNET şirkəti tərəfindən iddia tələbinə dair 2-(1(102)-1047/2020 saylı iş üzrə cavabdeh qismində 20 aprel 2020-ci il tarixdə keçiriləcək məhkəmə prosesində iştirak etməsinə dair mesaj gəlmişdir. O, bu məsələnin nə iş olduğunu maraqlanmaq istəsə də pandemiya ilə əlaqədar Ali məhkəmə işləmədiyindən məlumat əldə edə bilməmişdir. Daha sonra məhkəmə prosesinin əvvəlcə 23 iyun 2020-ci il, bundan sonra 25 avqust 2020-ci il tarixə keçirilməsinə dair ona mesaj gəlmişdir. 2020-ci ilin avqust ayında müqavilə bağladığı vəkil Kənan Səfərov vasitəsilə öyrənmişdir ki, iddiaçı qismində «VR Energie GMBH SPSUNET» şirkəti tərəfindən mülki qaydada məhkəməyə müraciət edilərək guya onun qeyd edilən şirkətin nümayəndəsi kimi onunla QSC "xxxx" Kommersiya Bankı ilə bağlanmış 03 fevral 2010-cu il tarixli 5403 saylı və digər VİP müqavilələr üzrə banka mədaxil edilmiş 44.227.238,35(qırx dörd milyon iki yüz iyirmi yeddi min iki yüz otuz səkkiz ABŞ dolları otuz beş sent) ABŞ dolları məbləğində pul vəsaitinin onun adına olan hesabdan çıxarılması, həmin hesabın «VR Energie GMBH SPSUNET» Almaniya şirkətinin maliyyə fondlarının əsasında yaradılmış X24 X35 Humanitar Fondunun Azərbaycan regionu üzrə rəhbəri Təqsirləndirilən şəxs adına başqa etibarlı «X44» keçirilməsi üçün və Azərbaycan Əmanətlərin Sığortalanması Fondu üzərinə öhdəlik qoyulması barədə Bakı Apellyasiya Məhkəməsinin qərardadından Ali məhkəməyə şikayət verilmiş, cavabdeh qismində o, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu və QSC "xxxx" Kommersiya Bankı qoyulmuşdur. Buradan da ona məlum olmuşdur ki, Eldar, ondan əldə etdiyi sənədlər vasitəsilə onun QSC "xxxx" Kommersiya Bankında depozit hesabından ona məxsus 44.227.238,35(qırx dörd milyon iki yüz iyirmi yeddi min iki yüz otuz səkkiz ABŞ dolları otuz beş sent) ABŞ dolları məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. 25 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikası Ali məhkəməsi tərəfindən iddiaçı «VR Energie GMBH SPSUNET» şirkətinin kassasiya şikayəti təmin edilməmişdir. Əslində isə o, Eldara bununla bağlı məhkəməyə müraciət etməsini həvalə etməmiş, ona bu barədə tapşırıq verməmiş, hər hansı formada xahiş etməmişdir. «VR Energie GMBH SPSUNET» şirkətinin və X24 X35 Humanitar Fondunun kimə məxsus olması, Eldarın həmin şirkət və fondla nə kimi əlaqəsi olmasını bilməmişdir. Sonuncu dəfə 10 sentyabr 2020-ci il tarixdə Eldar, onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə öz istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən zəng edərək onun zənglərinə cavab vermədiyinə görə iradını bildirərək, bu dəfə konkret olaraq QSC "xxxx" Kommersiya Bankında depozit hesabından ona məxsus 44.227.238,35(qırx dörd milliyon iki yüz iyirmi yeddi min iki yüz otuz səkkiz ABŞ dolları otuz beş sent) ABŞ dolları məbləğində pul vəsaitini çıxarıb ona verməsini tələb etmiş, yaşadığı və işlədiyi ünvanları tanıdığını, əks halda onu öldürtdürəcəyini deyib bir daha onu hədələmişdir. Bundan sonra, 11 sentyabr 2020-ci il tarixdə o, Eldarın hərəkətləri barədə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, faktiki olaraq ona maddi ziyan dəyməyib, lakin Təqsirləndirilən şəxs və əlbir olduğu şəxslər, QSC"xxxx" Kommersiya Bankında depozit hesabında ona məxsus 44.227.238,35(qırx dörd milliyon iki yüz iyirmi yeddi min iki yüz otuz səkkiz ABŞ dolları otuz beş sent) ABŞ dolları məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, təxminən 2017-ci ilin sonlarında qonşusu X18 ona bildirmişdir ki, bir nəfər adamın, bankrot olan “Standart” bankda külli miqdarda pulunu bankdan çıxarmaq istədiyini, bu işdə ona köməklik edə biləcək şəxsin olmadığını, həmin adama köməklik edib bankdan pulunu çıxarsa həmin adama yaxşı məbləğdə hörmət edəcəyini danışmışdır. O da, Tahirə, özünün 2004-cü ildən işlədiyi mağazada müştərisi kimi tanıdığı, özünü prokurorluq orqanlarında yüksək vəzifədə işləyən, Ulu öndər Heydər Əliyevin qanundan kənar oğlu və vəkil kimi böyük adamlarla mühüm işləri həll edən şəxs kimi təqdim edən Təqsirləndirilən şəxs məsləhət görmüşdür. Təxminən 2017-ci ilin noyabr ayının sonlarında dekabr ayının əvvəllərində Tahir, Tahirin bir nəfər dostu, sonradan Rişad olduğunu bildirdiyi həmin “Standart” bankda pulu batan 50-55 yaşlı şəxslə Nərimanov heykəlinin yaxınlığında görüşüb tanış olmuş, az sonra Eldar, özü də onun zəngi ilə görüşə gəlmiş, həmin görüşdə Eldar Zərərçəkmiş şəxslə tanış olmuşdur. Həmin tanışlıqda Eldar, şəxsən Zərərçəkmiş şəxs özünü təqdim edərək əvvəllər Prokurorluqda müxtəlif vəzifələrdə işlədiyini, ulu öndər Heydər Əliyevin qanundan kənar oğlu olduğunu, indi isə beynəlxalq hüquqşünas kimi fəaliyyət gösərdiyini bildirmişdir. Görüş zamanı ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs, bankda batan pul 44.000.000 ABŞ dollarıdır. Belə ki, Eldar, Zərərçəkmiş şəxs həmin pulla bağlı Bankla bağlanmış müqaviləni istəmişdir. Bundan başqa, Eldar Rişaddan aldığı bir neçə bank sənədlərini nəzərdən keçirdikdən sonra həmin sənədlərin müqavilələrin surətini özü ilə götürmüş və bildirmişdir ki, qohumu olduğu Prezidentin ailəsinin köməkliliyi ilə məsələni 10-15 günə həll edəcək, işi başa çatdırdıqdan sonra Rişaddan 10.000.000 ABŞ dolları alacaq. Həmin görüşdən sonra da onlar, Bakıda müxtəlif yerlərdə təxminən ən azı 4-5 dəfə bir yerdə görüşmüşlər. Sonuncu dəfə 2018-ci ilin fevral-mart aylarında onlar yenidən eyni tərkibdə metronun Gənclik stansiyasının yaxınlığında görüşərkən Zərərçəkmiş şəxs, Eldara onun yalançı və fırıldaqçı olduğunu bildirmiş, bir daha onun işinə qarışmamasını və aldığı sənədlərini geri qaytarmasını tələb etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, təxminən 2017-ci ilin sonlarında Zərərçəkmiş şəxs deməsinə görə ona məlum olmuşdur ki, onun özünə məxsus təxminən 44.000.000 ABŞ dolları "xxxx" Kommersiya Bankı bağlandığına görə pullarını götürə bilmir və bu işdə ona köməklik edə biləcək vəkillə görüşə onunla birlikdə getmək istədiyini bildirmiş, o da etiraz etməmişdir. 2017-ci ilin dekabr ayında Bakı şəhəri Yasamal rayonu ərazisində Nəriman Nərimanov heykəlinin yaxınlığında o, Rişad və onun tanışı Tahirlə birlikdə ilk dəfə gördüyü Sabir adlı şəxslə görüşmüşlər. Həmin vaxt Sabirin sözlərinə görə Tahirin Rişadın problemi barədə ona danışdığını başa düşmüşdür. Söhbət zamanı Sabir, nüfuzlu, geniş əlaqələrə malik olan, yüksək vəzifəli şəxslərlə əlaqəli Eldar adlı tanışının pulları geri almaqda Rişada kömək edə biləcəyini danışmışdır. Həmin vaxt o, başa düşmüşdür ki, Tahir özü Eldarı tanımır. Bir qədər sonra Sabirin çağırışı ilə ilk dəfə görüb tanıdığı sonradan dəqiq adı ona məlum olan Təqsirləndirilən şəxs tək onların yanına gəlmişdir. Orada Eldar, özünü hazırda beynəlxalq təşkilatın üzvü olduğunu, beynəlxalq vəkil və hüqüqşunas olaraq beynəlxalq şirkətin nümayəndəsi kimi fəaliyyət göstərdiyini danışmışdır. Rişad, təxminən 44.227.000 ABŞ dolları pullarının QSC "xxxx" Kommersiya Bankında qaldığını danışanda Eldar, yüksək vəzifədə işləyən şəxslərlə əlaqə saxlayıb, bir neçə gün ərzində pulların qaytarılmasına köməklik edə biləcəyini demişdir. Daha sonra, müvafiq bank sənədlərini gətirməsini tapşırıb, sənədləri nəzərdən keçirəndən sonra daha konkret söz deyə biləcəyini bildirmişdir. Həmin vaxt Rişad və Eldar əlaqə saxlamaq üçün bir-birinin mobil nömrələrini götürmüşlər. Bundan sonrakı vaxtlarda «Avropa» hotelinin restoranında Rişad, Tahir, Sabir onunla birlikdə Eldarla görüşəndə Eldar, Rişada narahat olmamağı, yaxın vaxtlarda Rişadın pulunu qaytaracağını demişdir. Həmin vaxt Eldar işə başlamaq üçün ona avans olaraq əvvəlcədən pul verməyini istəmişdir. Rişad isə bundan imtina edərək, əvvəlcədən ona hər hansı məbləğdə pul verməyəcəyini, yalnız pulları qaytarıldıqdan sonra danışdıqları məbləği verəcəyini bildirmişdir. Eldar, Rişada məxsus 44.227.238.35 ABŞ dolları idarə etməsinə dair notariat kontorunda baş etibarnamə verməsini istəmiş, Rişad ona baş etibarnamə verməkdən imtina etmişdir. Həmin vaxt da Eldar, Rişaddan QSC «Bank Standart» Kommersiya Bankında depozit qoyduğu pullara görə sənədlərin surətini götürərək, narahat olmamağı, yaxın vaxtlarda pulların qaytarılacağına söz vermişdir. Bundan sonra ,o, Rişaddan həmin söhbət barədə maraqlandıqda, Rişad Eldarın hələ də müxtəlif bəhanələr gətirdiyini danışmış, 2018-ci ilin təxminən fevral ayında Sabir, Tahir, Rişad və Eldarla “Kaspian Plaza”-nın yaxınlığında görüşmüşlər. Həmin vaxt o, artıq Eldarın yalan danışdığına şüphələndiyindən avtomobildə oturmuş, Rişad özü Eldarla söhbət etmiş, Rişad da Eldardan bir daha onun işinə qarışmamasını, sənədlərinin geri qaytarılmasını tələb etmişdir. Daha sonra Rişadın deməsinə görə ona məlum olmuşdur ki, Eldar onun pullarını çıxarmamış, əksinə ona özü və digər tanımadığı şəxslər vasitəsilə zəng edib, pulları bank hesabından çıxarıb onlara verməsini tələb etmiş, əks halda öldürüləcəyi ilə hədələmiş, bundan sonra başqa qanunsuz olaraq saxta sənədlər əsasında müxtəlif məhkəmə orqanlarına müraciət edərək, Rişadın hesabında olan pulları məhkəmə qərarları vasitəsilə ələ keçirməyə çalışmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində 14 saylı vəkil bürosunda vəkil fəaliyyəti ilə məşğul olduğunu, Təqsirləndirilən şəxs tələbə yoldaşı kimi 1973-cü ildən tanıdığını, onunla birlikdə Bakı Dövlət Universitetinin hüquq fakultəsində 1978-ci ilədək təhsil aldığını, Ali məktəbi bitirəndən sonra Eldarla əlaqələri kəsilmişdir. 2020-ci ilin yanvar ayında Eldar, onunla əlaqə saxlayıb görüşəndə əvvəllər müxtəlif dövlət orqanlarında işlədiyini deyib, hazırda Almaniya Federativ Respublikasında fəaliyyət göstərən onun tanımadığı Reitenbax Valentinin prezidenti olduğu «VR Energie GMBH GPCUNET” GEO humanitar fondunun Azərbaycan regionu üzrə rəhbəri olduğunu bildirib, məqsədi nəcib niyət - Azərbaycan Respublikasında sosial layihələrin icra edilməsi olan, siyasi məqsədlər daşımayan «VR Energie GMBH GPCUNET” qurumu, 17 yanvar 2010-cu ildə müvəkkili Zərərçəkmiş şəxs 50.000.000 ABŞ dolları pul vəsaitinin Azərbaycan Respublikası Bakı şəhərinə çatdırılması, Bakı şəhərində üstün banklardan birində öz hesabına keçirməsi, sonra isə həmin hesabın və vəsaitlərin idarə edilməsi üçün həmin qurumun hüquq departametinin rəhbəri, həmçinin Azərbaycan regionu üzrə rəhbəri kimi onun, yəni Təqsirləndirilən şəxs adına əlavə etibarnamə verilməsi öhdəliyi qoyulmaqla etibarnamə verildiyni danışmışdır. Həmin etibarnaməyə əsasən Zərərçəkmiş şəxs QSC “Bank Standart» KB ilə 03 fevral 2010-cu il tarixdə 5403 saylı VİP depozit müqaviləsi bağlamışdır. Həmin müqavilədən sonra Zərərçəkmiş şəxs hesabına ümumilikdə 44.227.238,35(qırx dörd milyon iki yüz iyirmi yeddi min iki yüz otuz səkkiz ABŞ dolları, 35 sent) ABŞ dolları pul vəsaiti depozitə qoyulmuşdur. Qeyd olunan ianə kimi verilən pul vəsaiti humanitar məqsədlərlə istifadə edilməsi üçün nəzərdə tutulduğundan sonradan həmin vəsait Azərbaycan regionu üzrə «VR Energie GMBH qurumunun maliyyə fondlarının əsasında yaradılmış X25 X39 Humanitar Fondunun həmin region üzrə rəhbəri Təqsirləndirilən şəxs bankda açılacaq hesabına yönəlməli idi. Lakin, Zərərçəkmiş şəxs, etibarnamə əsasında onun üzərinə qoyulmuş öhdəliyi - 44.227.238,35(qırx dörd milyon iki yüz iyirmi yeddi min iki yüz otuz səkkiz ABŞ dolları, 35 sent) ABŞ dolları pul vəsaiti olan hesabın idarə edilməsi üçün iddiaçının göstərişlərinə əsasən Təqsirləndirilən şəxs adına əlavə etibarnamə verilməsini icra etməmişdir. Həmin məbləğdə pul vəsaiti bankda VİP depozitdə Zərərçəkmiş şəxs adına olarkən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 oktyabr 2016-cı il tarixli qərarı ilə QSC "xxxx" Kommersiya Bankı müflis elan edilmiş və onun barəsində ləğv prosesinə başlanmışdır. Eyni zamanda məhkəmənin həmin qərarı ilə adı çəkilən bankın ləğvedicisi kimi Azərbaycan Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. «VR Energie GMBH GPCUNET” GEO, nümayəndəsi Zərərçəkmiş şəxs vasitəsilə QSC «Bank Standard» Kommersiya Bankı ilə 03 fevral 2010-cu il tarixdə bağlanmış 5403 saylı və digər VİP depozit müqavilələr üzrə mədaxil edilmiş 44.227.238,35(qırx dörd milyon iki yüz iyirmi yeddi min iki yüz otuz səkkiz ABŞ dolları, 35 sent) ABŞ dolları pul vəsaitinin «VR Energie GMBH” qurumunun maliyyə fondlarının əsasında yaradılmış X25 X39 Humanitar Fondunun Azərbaycan regionu üzrə rəhbəri Təqsirləndirilən şəxs bankda açılacaq hesabına köçürülməsi barədə Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna müraciət etsə də müraciəti təmin edilməmişdir. Bununla əlaqədar, «VR Energie GMBH GPCUNET” GEO iddiaçı qismində Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna və X42 QSC «Bank Standard» Kommersiya Bankına qarşı pulun tulması və həmin pul vəsaitinin bankda açılacaq hesaba köçürülməsi tələbinə dair iddia ilə Bakı şəhər Səbail rayon məhkəməsinə müraciət etmiş, sonuncu 15 iyul 2019-cu il tarixli qərardadla iddianı qəbul etməkdən imtin etmişdir. Bundan sonra, iddiaçı ərizə ilə həmin qərardaddan Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli qərardadı ilə iddia təmin edilməmişdir. Təqsirləndirilən şəxs bu barədə ona danışıb, müvafiq sənədləri də təqdim etmiş və ondan vəkil kimi Ali məhkəməyə kassasiya şikayəti yazmasını xahiş etmişdir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən kassasiya şikayəti yalnız Azərbaycan Respublikası vəkillər Kollegiyasının üzvü tərəfindən tərtib edilməlidir və Eldar da bunu bildiyindən ona müraciət etmişdir. O, sənədlərlə tanış olduqda Elşadın dediklərinin qərardadlarda da əks olunduğunu görmüşdür. Həmçinin, Eldar ona təqdim etdiyi sənədlərin arasında Reitenbax Valentinin adından 17 yanvar 2010-cu ildə Zərərçəkmiş şəxs 50.000.000 ABŞ dolları pul vəsaitinin Azərbaycan Respublikası Bakı şəhərinə çatdırılması, Bakı şəhərində üstün banklardan birində öz hesabına keçirməsi, sonra isə həmin hesabın və vəsaitlərin idarə edilməsi üçün həmin qurumun hüquq departamentinin rəhbəri, həmçinin Azərbaycan regionu üzrə rəhbəri kimi onun, yəni Təqsirləndirilən şəxs adına əlavə etibarnamə verilməsi öhdəliyi qoyulmaqla etibarnamə var idi. Bundan əlavə, sənədlərin arasında X17 Məhərrəmovun adına hazırda məzmununu dəqiq xatırlamadığı etibarnamə və ya məktub olmuşdur. Həmin iki sənəd rus və azərbaycan dillərində olmuş, tərcümə olunmuş və xatırladığına görə möhürlə təsdiqlənmişdir, Təqsirləndirilən şəxs adına olan etibarnamə və ya məktub blankda olmuşdur. O da Təqsirləndirilən şəxs təqdim etdiyi sənədlər əsasında onunla müqavilə bağladıqdan sonra kassasiya şikayəti tərtib edib, Eldar və onun tərəfindən imzalandıqdan sonra Eldarın təqdim etdiyi 17 yanvar 2010-cu ildə Zərərçəkmiş şəxs 50.000.000 ABŞ dolları pul vəsaitinin Azərbaycan Respublikası Bakı şəhərinə çatdırılması, Bakı şəhərində üstün banklardan birində öz hesabına keçirməsi, sonra isə həmin hesabın və vəsaitlərin idarə edilməsi üçün həmin qurumun hüquq departamentinin rəhbəri, həmçinin Azərbaycan regionu üzrə rəhbəri kimi onun, yəni Təqsirləndirilən şəxs adına əlavə etibarnamə verilməsi öhdəliyi qoyulmasına dair etibarnaməni və X17 Məhərrəmovun adına hazırda məzmununu xatırlamadığım etibarnamə və ya məktubunun əsillərini əlavə edib 2020-ci ilin fevral ayında Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Lakin, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən kassasiya şikayəti təmin edilməmiş, qeyd etmişdir ki, həmin vaxtlarda Eldar təqdim etdiyi sənədlərin arasında Reitenbax Valentinin adından Azərbaycan Respublikasının prezidenti və ya aparatının adına(dəqiq xatırlamıram) məhkəmələr tərəfindən iddialarının müsbət həll olunmaması məzmununda müraciət də göstərmişdir və guya bu işlərin rəhbərlik səviyəsində nəzarətdə olduğunu demişdir. Habelə, Eldarın ona təqdim etdiyi 17 yanvar 2010-cu ildə Zərərçəkmiş şəxs 50.000.000 ABŞ dolları pul vəsaitinin Azərbaycan Respublikası Bakı şəhərinə çatdırılması, Bakı şəhərində üstün banklardan birində öz hesabına keçirməsi, sonra isə həmin hesabın və vəsaitlərin idarə edilməsi üçün həmin qurumun hüquq departamentinin rəhbəri, həmçinin Azərbaycan regionu üzrə rəhbəri kimi onun, yəni Təqsirləndirilən şəxs adına əlavə etibarnamə verilməsi öhdəliyi qoyulmasına dair etibarnamənini və X17 Məhərrəmovun adına hazırda məzmununu xatırlamadığı etibarnamə və ya məktubun saxtalığı onda hər hansı şübhə doğurmadığından həmin sənədləri haradan əldə etməsi, hansı yolla hazırlanmasını Eldardan maraqlanmamışdır. Bundan əlavə, Səbail rayon və Bakı Apellyasiya Məhkəmələrinin qərarlarında Eldarın səlahiyyətli iddiaçı olmamasına dair heç bir qeyd yox idi, qərarlarda iddianın təmin olunmamasının səbəbi başqa əsaslar göstərilmiş və bütün bunlar da onun həmin sənədlərin saxtalığını şübhə altına almamasına səbəb olmuşdur. Hazırda xatırladığına görə həmin sənədlərdən onda qalmayıb. O, özü Reitenbax Valentin və ya Rudolf Kalan adlı şəxsi görməmiş, tanımır, onlarla heç bir münasibəti olmamışdır. İş materiallarından görünür ki, iş üzrə Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs X19 arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs, istintaqa verdiyi ifadəsini Eldar Məmmədovun üzünə qarşı bildirmişdir. (Cild 2 vərəqə 88-97) İş materiallarından görünür ki, iş üzrə şahid qismində dindirilmiş X20 və təqsirləndirilən şəxs X19 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid1 istintaqa verdiyi ifadəsini Eldar Məmmədovun üzünə qarşı bildirmişdir. (Cild 2 vərəqə 98-103) Bakı şəhər Səbail rayon məhkəməsinin 15 iyul 2019-cu il tarixli 2(009)-2184/2019 saylı qəbul edilmiş qərardadan görünür ki, iddiaçı «VR Energie GMBH GPCUNET”-nin adından Təqsirləndirilən şəxs Səbail rayon məhkəməsinə cavabdehlər QSC "xxxx" Kommersiya Bankına, Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna və Zərərçəkmiş şəxs qarşı iddia ərizəsi ilə müraciət edərək, iddiaçı «VR Energie GMBH GPCUNET” şirkətinin nümayəndəsi Zərərçəkmiş şəxs ilə QSC "xxxx" KB arasında bağlanmış 03 fevral 2010-cu il tarixli 5403 saylı və digər VİP depozit müqavilələr üzrə banka mədaxil edilmiş 44.227.238, 35 ABŞ dolları məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs adına olan hesabdan çıxarılması, həmin hesabın «VR Energie GMBH GPCUNET” şirkətinin maliyyə fondlarının əsasında yaradılmış X23 X37 Humanitar Fondunun Azərbaycan Regionu üzrə rəhbəri kimi Təqsirləndirilən şəxs adına keçirilməsi barədə QSC "xxxx" KB və Azərbaycan Əmanətlərin Sığortalanması Fondu üzərinə öhdəlik qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhər Səbail rayon məhkəməsinin (hakim Şahin Abdullayev) 15 iyul 2019-cu il tarixli 2(009)-2184/2019 saylı qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatına qəbulunun yolverilməz hesab olunması və iddia ərizəsinin sənədlərlə birlikdə iddiaçıya qaytarılması qərara alınmışdır. (Cild 1 vərəqə 25-26) İş materiallarında olan, Bakı Apellyasiya Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli 2- 1(103)-2509/2019 saylı qərardadından görünür ki, iddiaçı «VR Energie GMBH GPCUNET”nin adından Təqsirləndirilən şəxs ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək iddiaçı «VR Energie GMBH GPCUNET”-in nümayəndəsi Zərərçəkmiş şəxs ilə QSC "xxxx" KB arasında bağlanmış 03 fevral 2010-cu il tarixli 5403 saylı və digər VİP depozit müqavilələr üzrə banka mədaxil edilmiş 44.227.238, 35 ABŞ dolları məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs adına olan hesabdan çıxarılması, həmin hesabın «VR Energie GMBH maliyyə fondlarının əsasında yaradılmış X23 X37 Humanitar Fondunun Azərbaycan Regionu üzrə rəhbəri kimi Təqsirləndirilən şəxs adına başqa etibarlı Banka - Kapital Banka keçirilməsi üçün Azərbaycan Əmanətlərin sığortalanması fondu üzərinə öhdəlik qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli 2-1(103)-2509/2019 saylı qərardadı ilə iddiası mümkün sayılmamışdır. (Cild 1 vərəqə 28-30) İş materiallarında olan, Azərbaycan Respublikası Ali məhkəməsinin 25 avqust 2020-ci il tarixli 2-1(102)-1047/2020 saylı qərarının surətindən görünür ki, VR Energie GMBH GPCUNET-nin nümayəndəsi kimi Təqsirləndirilən şəxs və vəkil Şahid3 adından Bakı Apellyasiya Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli 2-1(103)-2509/2019 saylı qərardadından Azərbaycan Respublikası Ali məhkəməsinə kassasiya şikayəti edilmiş, lakin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli 2-1(103)-2509/2019 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. (Cild 1 vərəqə 197-202) Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi Reitenbax Valentin və Rudolf Kalan adlı şəxslərin adından imzalanmış ingilis, rus, eləcə də azərbaycan dilinə tərcümə olunduğu Bakı şəhər 1 saylı notariat ofisində təsdiq edilmiş 31 yanvar 2019-cu il tarixli 10 vərəqədən ibarət sənəd, 15 sentyabr 2026-cı il tarixədək etibarlı olan VR Energie Qrupunun maraqları daxilində və GPSİNET humanitar şəbəkəsinin xüsusi səlahiyyətləri ilə inkşaf etdirmək məqsədilə şirkət adından Təqsirləndirilən şəxs hərəkət etməsinə dair sənəd, Reitenbax Valentin və Rudolf Kalan adlı şəxslərin adından imzalanmış Zərərçəkmiş şəxs 50 000 000 ABŞ dolları məbləğində humantiar və məqsədyönlü istifadəsindən ötəri priotet banklardan birinə verilməsi üçün, pul vəsaitlərinin etibarlı hesabına köçürüldükdən sonra müvəkkilin hesabı və vəsaitləri idarə etmək üçün şirkətin vəkili Təqsirləndirilən şəxs GPSUNET ofisinin açılması və Azərbaycan Respublikasında işin təşkili üçün əlavə etibarnamə verməsi üçün 16 yanvar 2010-cı il tarixli alman, rus və azərbaycan dilinə tərcümə olunmuş 7 vərəqədən ibarət günün protokolunun bəndləri və 17 yanvar 2010-cı il tarixli 2 vərəqədən ibarət etibarnamə, Reitenbax Valentin və Yens Petç adlı şəxslərin adından imzalanmış Zərərçəkmiş şəxs Bakı şəhərində GPSİNET-in infrastrukturunun yaradılması məqsədilə VR Energie GmbH tərəfindən 50 000 000(əlli milyon) ABŞ dolları məbləğində pul vəsaitinin etibar edilməsinə dair 11 fevral 2019-cu il tarixli rus, alman, azərbaycan dilinə tərcümə olunmuş 5 vərəqədən ibarət qeyri-kommersiya etibarlıq müqaviləsindən çıxarış və Reitenbax Valentinin şəxsiyyətini təsdiq edən vəsiqənin surəti, 11 fevral 2019-cu il tarixli alman və azərbaycan dilinə tərcümə olunmuş ticarət reyestrinin 6 vərəqədən ibarət siyahı, Reitenbax Valentin və Jenz Poetzsch adlı şəxslərin adından imzalanmış Bakı Apellyasiya Məhkəməsinin hakimi Kamalə Abıyevanın adına ünvanlanmış azərbaycan və alman dillərində məktub iddia ərizəsi və kassasiya şikayəti maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 2 vərəqə 123-158) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 08 may 2021-ci il tarixli 5/378-5/379 saylı ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 16.01.2010-cu il tarixli “Protokoll mit tagesordnungspunkten” adlı sənədin 3cü vərəqəsində üzərində “VPEnergie GmbH Deutschland” və s. yazıları olan möhür əksi, sənədin 4-cü vərəqəsində üzərində “Derprasident des landgerichts frankfurtuam main”, “Azərbaycan Respublikasının Səfirliyi Berlin” və s. yazıları olan möhür əksləri, sənədin sonuncu vərəqəsinin arxa tərəfində üzərində “Notarius X3 notariat ofisi” və s. yazıları olan möhür əksi, 31 yanvar 2019-cu il tarixli “Resolusion on the board (ROB)” adlı sənədin 3-cü vərəqəsində üzərində “VPEnergie GmbH Deutschland” və s. yazıları olan möhür əksi, sənədin 6-cı vərəqəsində üzərində “VPEnergie GmbH Deutschland” və s. yazıları olan möhür əksi, sənədin 7-ci vərəqəsində üzərində “Derprasident des landgerichts frankfurtuam main”, “Azərbaycan Respublikasının Səfirliyi Berlin” və s. yazıları olan möhür əksləri, sənədin sonuncu vərəqəsinin arxa tərəfində üzərində “Notarius X1 notariat ofisi” və s. yazıları olan möhür əksi; 11.02.2019-cu il tarixli “HRB 11018 X9” adlı sənədin 1-ci vərəqəsində üzərində “Derprasident des landgerichts frankfurtuam main”, “Azərbaycan Respublikasının Səfirliyi Berlin” və s. yazıları olan möhür əksləri, sənədin 3-cü vərəqəsinin arxa tərəfində üzərində” X28 v.d.Höhe” yazuıaptı olan möhür əksi, sənədin sonuncu vərəqəsinin arxa tərəfində üzərində “Notarius X1 notariat ofisi” və s. yazıları olan möhür əksi 11.02.2019-cu il tarixli «BbinncKa H3 HeKOMMepuecKoro TpacTOBoro connauıeHmı NO 47575236” adlı sənədin 1-ci vərəqəsində üzərində “VPEnergie GmbH Deutschland” və s. yazıları olan möhür əksi, sənədin 3-cü vərəqəsində üzərində “Derprasident des landgerichts frankfurtuam main”, “Azərbaycan Respublikasının Səfirliyi Berlin” və s. yazıları olan möhür əksləri, sənədin sonuncu vərəqəsinin arxa tərəfində üzərində “Notarius X1 notariat ofisi” və s. yazıları olan möhür əksi; 17.01.2010-cu il tarixli “/foBepoHHocTb” adlı sənədin 1-ci vərəqəsində üzərində “Azərbaycan Respublikasının Səfirliyi Berlin” və s. yazıları olan möhür əksləri, “Dr. X43 in Friendrichsdorf yazıları olan möhür əksi, 1-ci vərəqəsinin arxa tərəfində üzərində “Derprasident des landgerichts frankfurtuam main” yazıları olan möhür əksləri, sənədin 2-ci vərəqəsinin arxa tərəfində üzərində “Notarius X1 notariat ofisi” və s. yazıları olan möhür əksi relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş Bakı Apellyasiya Məhkəməsinin hakimi Kəmalə Abıyevaya ünvanlanmış 25.11.2019-cu il tarixli məktubun mətni, üzərindəki möhür əksi və imzalar axınlı printerdə çap edilmişdir. Tədqiqata təqdim edilmiş 16.01.2010-cu il tarixli “Protokoll mit tagesordnungspunkten” adlı sənədin 3-cü vərəqəsində “Valentin Reitenbach”sözlərin üzərindəki imza, sənədin 4-cü vərəqəsində olan imzalar; sənədin sonuncu vərəqəsinin olan imzalar; 31 yanvar 2019-cu il tarixli “Resolusion on the board (ROB)” adlı sənədin 3-cü vərəqəsində olan “Dipl İng. Valentin Reitenbach” qrafasındakı imza, sənədin 6-cı vərəqəsində olan imza, sənədin 7-ci vərəqəsində olan imzalarda, sənədin sonuncu vərəqəsinin olan imza; 11.02.2019-cu il tarixli “HRB 11018 X9” adlı sənədin 1-ci vərəqəsində olan imzalar, sənədin sonuncu vərəqəsinin arxa tərəfində olan imzalar; 11.02.2019-cu il tarixli «BwnncKa H3 HeKOMMepnec Koro Tpac TOBoro coraamemifl NO 47575236” adlı sənədin 1- ci vərəqəsində olan “VPEnergie GmbH/AflMHHHTpaTop/PapaoTHHK/BajıeHTHH PenHT6ax» qrafasındakı imza, sənədin 2ci vərəqəsinin aşağı hissəsində olan imza, sənədin 3-cu vərəqəsində olan imzalar, sənədin sonuncu vərəqəsinin arxa tərəfində olan imzalar; 17.01.2010-cu il tarixli “,Z],OBepHHOCTb” adlı sənədin 1-ci vərəqəsinin aşağı hissəsindəki iki imzalar, 1-ci vərəqəsinin arxa tərəfində olan imza, sənədin 2-ci vərəqəsinin arxa tərəfində olan imzalar hər hansı texniki qurğu vasitəsilə deyil birbaşa qələmlə icra edilmişdir. Tədqiqata təqdim edilmiş 16.01.2010-cu il tarixli “Protokoll mit tagesordnungspunkten” adlı sənədin 3-cü vərəqəsində olan “Rudolf Kalan" sözlərin üzərindəki imza, 31 yanvar 2019-cu il tarixli “Resolusion on the board (ROB)” adlı sənədin 3-cü vərəqəsində olan “Rudolf Kalan” sözlərin üzərindəki imza, 31 yanvar 2019-cu il tarixli “Resolusion on the board (ROB)” adlı sənədin 3-cü vərəqəsində olan “Rudolf Kalan” qrafasındakı imza, 11.02.2019-cu il tarixli “HRB 11018 X9” adlı sənədin 1-ci vərəqəsində üzərində “X28 v.d.Höhe” yazıları olan möhür əksi, 11.02.2019-cu il tarixli «BbinucKa H3 HeKOMMepuecKoro TpacTOBoro corjıauıeHiw NO 47575236” adlı sənədin 1-ci vərəqəsində olan “VPEnergie GmbH/GPCUNET/ TpacTH Heırc flen» qrafasmdakı imza, 17.01.2010-cu il tarixli “,Z],0BepHH0CTb» adlı sənədin 1-ci vərəqəsində üzərində “VPEnergie GmbH Deutschland” və s. yazıları olan möhür əksi, “Valentin Reitenbach” və “Rudolf Kalan” sözlərin üzərindəki imzalar elektrofotoqrafik çoxaldıcı qurğuda (lazer printer, surətçıxaran və s) çap edilmişdir. Tədqiqata təqdim edilmiş Bakı Apellyasiya Məhkəməsinin hakimi Kəmalə Abıyevaya ünvanlanmış 25.11.2019-cu il tarixli məktubda, 16.01.2010-cu il tarixli “Protokoll mit tagesordnungspunkten” adlı sənəddə, 31 yanvar 2019-cu il tarixli “Resolusion on the board (ROB)” adlı sənəddə, 11.02.2019-cu il tarixli «BbinncKa H3 HeKOMMepnecKoro TpacTOBoro cornaıneHna NO 47575236” adlı sənəddə, 17.01.2010cu il tarixli “/],OBepHHocTb» adlı sənəddə hər hansı düzəlişlər(mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə) müəyyən edilmədi. Bundan başqa, tədqiqata təqdim olunmuş “Bakı Apellyasiya Məhkəməsinin hakimi Kəmalə Abıyevaya ünvanlanmış 25.11.2019-cu il tarixli məktub”da olan imzaların və möhür əksinin icra olunmasında istifadə olunan rəngləyici maddələr kimyəvi tərkiblərinə görə axınlı printerlərdə istifadə olunan rəngləyici maddələrə aiddirlər.Tədqiqata təqdim olunmuş 16.01.2010-cu il tarixli “Protokoll mit tagesordnungspunkten” adlı sənəddə olan “Valentin Reitenbach”, “Dr.Conradi” yazılarının üzərindəki imzaların, ştamp əksindəki “Konsul” sözünün qarşısındakı imzanın icra olunmasında istifadə olunan mürəkkəblərin rəngləyici maddələri kimyəvi tərkiblərinə görə diyircəkli qələmlərdə istifadə olunan mürəkkəblərə aiddirlər və öz aralarında fərqlidirlər. Həmin sənəddəki “Dr. Thomas Scholz” yazısının üzərindəki imzanın icra olunmasında istifadə olunan rəngləyici maddələr kimyəvi tərkiblərinə görə gelli qələmlərdə istifadə olunan rəngləyici maddələrə aiddir. Həmin sənəddəki “Cumayeva N.N” və “Əliyeva S.S” yazılarında olan imzaların icra olunmasında istifadə olunan mürəkkəblərin rəngləyici maddələri kimyəvi tərkiblərinə görə diyircəkli qələmlərdə istifadə- olunan mürəkkəblərə aiddirlər və öz aralarında eynidirlər. Həmin sənəddəki “Rudolf Kalan” yazısının üzərində imzanın icra olunmasında istifadə olunan rəngləyici maddələr kimyəvi tərkibinə görə lazer printerlərdə istifadə olunan rəngləyici maddələrə aiddirlər. Həmin sənəddəki “VPEnergie GmbH Deutschland” və s. yazıları olan möhür əksinin, “Derprasident des landgerichts frankfurtuam main” yazıları olan möhür əkslərinin, “Azərbaycan Respublikasının Səfirliyi Berlin” və s. yazıları olan möhür əkslərinin və ştampmm, “Notarius X3 notariat ofisi” və s. yazıları olan möhür əksinin boyasının rəngləyici maddələri kimyəvi tərkiblərinə görə ştempel boyalarına aiddirlər və öz aralarında fərqlidirlər. Tədqiqata təqdim olunmuş 31 yanvar 2019-cu il tarixli “Resolusion on the board (ROB)” adlı sənəddə olan “Valentin Reitenbach” yazılarının qarşısındakı və üzərindəki imzaların icra olunmasında istifadə olunan mürəkkəblərin rəngləyici maddələri kimyəvi tərkiblərinə görə diyircəkli qələmlərdə istifadə olunan mürəkkəblərə aiddirlər və öz aralarında eynidirlər. Həmin sənəddəki “Dr. Thomas Scholz”, “Dr.Conradi” yazısının üzərindəki imzaların, ştamp əksindəki “Konsul” sözünün qarşısındakı imzanın icra olunmasında istifadə olunan mürəkkəblərin rəngləyici maddələri kimyəvi tərkiblərinə görə diyircəkli qələmlərdə istifadə olunan mürəkkəblərə aiddirlər və öz aralarında fərqlidirlər. Həmin sənəddəki “Cəfərova İranə V” və “Sabitov F.M” yazılarında olan imzaların icra olunmasında istifadə olunan mürəkkəblərin rəngləyici maddələri kimyəvi tərkiblərinə görə diyircəkli qələmlərdə istifadə olunan mürəkkəblərə aiddirlər və öz aralarında fərqlidirlər. Həmin sənəddəki “Rudolf Kalan” yazısının qarşısındakı imzanın icra olunmasında istifadə olunan rəngləyici maddələr kimyəvi tərkibinə görə lazer printerlərdə istifadə olunan rəngləyici maddələrə aiddirlər. Həmin sənəddəki “VPEnergie GmbH Deutschland” və s. yazıları olan möhür əkslərinin, “Derprasident des landgerichts frankfurtuam main» yazıları olan möhür əkslərinin, “Azərbaycan Respublikasının Səfirliyi Berlin» və s. Yazıları olan möhür əksinin və ştampın, “Notarius X1 notariat ofısi» və s. yazıları olan möhür əksi boyasının rəngləyici maddələri kimyəvi tərkiblərinə görə ştempel boyalarına aiddirlər və öz aralarında fərqlidirlər. Tədqiqata təqdim olunmuş 11.02.2019-cu il tarixli «HRB 11018» X9" adlı sənəddə olan “Dr.Conradi” yazısının üzərindəki imzanın, ştamp əksindəki “Konsul” sözünün qarşısındakı imzanın icra olunmasında istifadə olunan mürəkkəblərin rəngləyici maddələri kimyəvi tərkiblərinə görə diyircəkli qələmlərdə istifadə olunan mürəkkəblərə aiddirlər və öz aralarında fərqlidirlər. Həmin sənəddəki “Cumayeva N.N” və “Sabitov F.M” yazılarında olan imzaların icra olunmasında istifadə olunan mürəkkəblərin rəngləyici maddələri kimyəvi tərkiblərinə görə diyircəkli qələmlərdə istifadə olunan mürəkkəblərə aiddirlər və öz aralarında fərqlidirlər. Həmin sənəddəki “Derprasident des landgerichts frankfurtuam main”yazıları olan möhür əkslərinin, “Azərbaycan Respublikasının Səfirliyi Berlin” və s. yazıları olan möhür əksinin və ştampının, 3-cü vərəqin arxasındakı “X28 v.d.Höhe” yazıları olan möhür əksinin, “Notarius X1 notariat ofisi” və s yazıları olan möhür əksi boyasının rəngləyici maddələri kimyəvi tərkiblərinə görə ştempel boyalarına aiddirlər və öz aralarında fərqlidirlər; Həmin sənəddəki “X28 v.d.Höhe” yazıları olan möhür əksinin icra olunmasında istifadə olunan rəngləyici maddələr kimyəvi tərkiblərinə görə lazer printerlərdə istifadə olunan rəngləyici maddələrə aiddirlər. Tədqiqata təqdim olunmuş 11.02.2019-cu il tarixli “BbinncKa M3 HeKOMMepnecKoro TpacTOBoro cornaLuem/m NO 47575236” adlı sənədin 1-ci və 2-ci vərəqəsində olan imzaların, “Dr.Conradi” yazısının üzərindəki imzanın, ştamp əksindəki “Konsul” sözünün qarşısındakı imzanın icra olunmasında istifadə olunan mürəkkəblərin rəngləyici maddələri kimyəvi tərkiblərinə görə diyircəkli qələmlərdə istifadə olunan mürəkkəblərə aiddirlər və öz aralarında fərqlidirlər. Həmin sənəddəki “Dr. Thomas Scholz” yazısının üzərindəki imzanın icra olunmasında istifadə olunan rəngləyici maddələr kimyəvi tərkiblərinə görə gelli qələmlərdə istifadə olunan rəngləyici maddələrə aiddirlər. Həmin sənəddəki “Cəfərova İranə V” və “Sabitov F.M” yazılarında olan imzaların icra olunmasında istifadə olunan mürəkkəblərin rəngləyici maddələri kimyəvi tərkiblərinə görə diyircəkli qələmlərdə istifadə olunan mürəkkəblərə aiddirlər və öz aralarında fərqlidirlər. Həmin sənəddəki “VPEnergie GmbH Deutschland” və s. yazıları olan möhür əksinin, “Derprasident des landgerichts frankfurtuam main” yazıları olan möhür əkslərinin, “Azərbaycan Respublikasının Səfirliyi Berlin” və s. yazıları olan möhür əkslərinin və ştampının, “Notarius X1 notariat ofisi” və s yazıları olan möhür əksi boyasının rəngləyici maddələri kimyəvi tərkiblərinə görə ştempel boyalarına aiddirlər və öz aralarında fərqlidirlər. Tədqiqata təqdim olunmuş 17.01.2010-cu il tarixli “/JoBepeHHOCTb” adlı sənədində olan “Valentin Reitenbach” və “Rudolf Kalan” yazılarının üzərindəki imzaların icra olunmasında istifadə olunan rəngləyici maddələr kimyəvi tərkiblərinə görə lazer printerlərdə istifadə olunan rəngləyici maddələrə aiddirlər. Həmin sənəddəki ştamp əksində “Konsul” sözünün qarşısındakı imzanın, “Notar” sözünün üstündəki imzanın, “Distler” yazısının üzərindəki imzanın icra olunmasında istifadə olunan mürəkkəblərin rəngləyici maddələri kimyəvi tərkiblərinə görə diyircəkli qələmlərdə istifadə olunan mürəkkəblərə aiddirlər və öz aralarında fərqlidirlər. Həmin sənəddəki «Cəfərova İranə V» və «Sabitov F.M» yazılarında olan imzaların icra olunmasında istifadə olunan mürəkkəblərin rəngləyici maddələri kimyəvi tərkiblərinə görə diyircəkli qələmlərdə istifadə olunan mürəkkəblərin rəngləyici maddələri kimyəvi tərkiblərinə görə diyircəkli qələmlərdə istifadə olunan mürəkkəblərə aiddirlər və öz aralarında fərqlidirlər. Həmin sənəddəki “VPEnergie GmbH Deutschland” və s. yazıları olan möhür əksinin icra olunmasında istifadə olunan rəngləyici maddələr kimyəvi tərkiblərinə görə lazer printerlərdə istifadə olunan rəngləyici maddələrə aiddirlər. Həmin sənəddəki “Dr. X43 in Friendrichsdorf» yazıları olan möhür əksinin, “Azərbaycan Respublikasının Səfirliyi Berlin” və s. yazıları olan möhür əkslərinin və ştampının, “Derprasident des landgerichts frankfurtuam main” yazıları olan möhür əkslərinin, “Notarius X1 notariat ofisi” və s. yazıları olan möhür əksi boyasının rəngləyici maddələri kimyəvi tərkiblərinə görə ştempel boyalarına aiddirlər və öz aralarında fərqlidirlər. Tədqiqata təqdim olunmuş 16.01.2010-cu il tarixli “Protokol mittagesordnungspunkten” adlı, 31 yanvar 2019-cu il tarixli “Resolusion on the board (ROB)” adlı, 11.02.2019-cu il tarixli “HRB 11018 X9” adlı, 11.02.2019-cu il tarixli «BbinncKa H3 HeıcoMMepuecKoro TpacTOBoro coraameHna NO 47575236” adlı sənəddə, 17.01.2010-cu il tarixli “JfoBepHHOCTb» adlı sənədlərdə olan «Rudolf Kalan» yazılarının üzərində imzaların icra olunmasında istifadə olunan rəngləyici maddələr kimyəvi tərkibinə görə lazer printerlərdə istifadə olunan rəngləyici maddələrə aiddirlər və öz aralarında eynidirlər. Tədqiqata təqdim olunmuş 16.01.2010-cu il tarixli “Protokoll mit tagesordnungspunkten” adlı və 11.02.2019-cu il tarixli «BbinncKa H3 HeKOMMepuecKoro TpacTOBoro cornameHiuı NO 47575236”adlı sənədlərdə olan “Dr. Thomas Scholz» yazılarının üzərindəki imzaların icra olunmasında istifadə olunan rəngləyici maddələr kimyəvi tərkiblərinə görə gelli qələmlərdə istifadə olunan rəngləyici maddələrə aiddirlər və öz aralarında eynidirlər. Tədqiqata təqdim olunmuş 16.01.2010-cu il tarixli “Protokoll mittagesordnungspunkten” adlı, 31 yanvar 2019-cu il tarixli “Resolusion on the board (ROB)” adlı, 11.02.2019-cu il tarixli “HRB 11018 X9” adlı, 11.02.2019-cu il tarixli «BbinncKa H3 HeKOMMepuecKoro TpacTOBoro conıameHHfl NO 47575236” adlı sənədlərdə olan “Dr.Conradi” yazılarının üzərindəki imzaların icra olunmada istifadə olunan mürəkkəblərin rəngləyici maddələri kimyəvi tərkiblərinə görə diyircəkli qələmlərdə istifadə olunan mürəkkəblər aiddirlər və öz aralarında eynidirlər. Tədqiqata təqdim olunmuş16.01.2010-cu il tarixli “Protokomittagesordnungspunkten” adlı, 31 yanvar 2019-cu il tarixli “Resolusion on the board (ROB)” adlı, 11.02.2019-cu il tarixli “HRB 11018 X9” adlı, 11.02.2019-cu il tarixli «BbinncKa H3 HeKOMMepuecKoro TpacTOBoro coraameHmı NO 47575236” adlı, 17.01.2010-cu il tarixli “,H,OBepHHOCTb» adlı sənədlərdə olan ştamp əksindəki «Knsul» sözünün qarşısındakı imzanın icra olunmamda istifadə olunan mürəkkəblərin rəngləyici maddələri kimyəvi tərkiblərinə görə diyircəkli qələmlərdə istifadə olunan mürəkkəblərə aiddirlər və öz aralarında eynidirlər. Tədqiqata təqdim olunmuş 16.01.2010-cu il tarixli “Protokol mittagesordnungspunkten” adlı, 31 yanvar 2019-cu il tarixli “Resolusion on the board (ROB)” adlı, 11.02.2019-cu il tarixli «BbinncKa H3 HeKOMMepuecKoro TpacTOBoro cornameHHa NO 47575236” adlı sənədlərdə olan VPEnergie GmbH Deutschland» və s. yazıları olan möhür əkslərinin boyasının rəngləyici maddələri kimyəvi tərkiblərinə görə ştempel boyalarına aiddirlər və öz aralarında eynidirlər. Tədqiqata təqdim olunmuş 16.01.2010-cu il tarixli “Protokoll mittagesordnungspunkten” adlı, 31 yanvar 2019-cu il tarixli “Resolusion on the board (ROB)” adlı, 11.02.2019-cu il tarixli “HRB 11018 X9” adlı, 11.02.2019-cu il tarixli «BbinncKa m HeKOMMepuecKoro TpacTOBoro corjıaıneHHB NO 47575236” adlı sənədlərdə olan “Derprasident des landgerichts frankfurtuam main” yazıları olan möhür əkslərinin boyasının rəngləyici maddələri kimyəvi tərkiblərinə görə ştempel boyalarına aiddirlər və öz aralarında eynidirlər.Tədqiqata təqdim olunmuş 16.01.2010-cu il tarixli “Protokoll mit tagesordnungspunkten” adlı, 31 yanvar 2019-cu il tarixli “Resolusion on the board (ROB)” adlı, 11.02.2019-cu il tarixli “HRB 11018 X9” adlı, 11.02.2019-cu il tarixli «BbinncKa H3 HeKOMMepuecKoro TpacTOBoro coraame HmıNO 47575236” adlı, 17.01.2010-cu il tarixli “DOBEPHHOCTb» adlı sənədlərdə “Azərbaycan Respublikasının Səfirliyi Berlin” və s. yazıları olan möhür əkslərinin boyasının rəngləyici maddələri kimyəvi tərkiblərinə görə ştempel boyalarına aiddirlər və öz aralarında eynidirlər. Tədqiqata təqdim olunmuş 16.01.2010-cu il tarixli “Protokoll mit tagesordnungspunkten” adlı, 31 yanvar 2019-cu il tarixli “Rfesolusion on the board (ROB)” adlı, 11.02.2019-cu il tarixli “HRB 11018 X9” adlı, 11.02.2019-cu il tarixli «BbinncKa H3 HeKOMMepnecKoro TpacTOBoro corjıauıeHna NO 47575236” adlı, 17.01.2010-cu il tarixli “/],OBepHHOCTb» adlı sənədlərdə ştamp əkslərinin boyasının rəngləyici maddələri kimyəvi tərkiblərinə görə ştempel boyalarına aiddirlər və öz aralarında eynidirlər.Tədqiqata təqdim olunmuş 16.01.2010-cu il tarixli “Protokoll mit tagesordnungspunkten” adlı, 31 yanvar 2019-cu il tarixli “Resolusion on the board (ROB)” adlı, 11.02.2019-cu il tarixli “HRB 11018 X9” adlı, 11.02.2019-cu il tarixli «BbinncKa H3 HeKOMMepnecKoro TpacTOBoro cornamemıa NO 47575236” adlı, 17.01.2010-cu il tarixli “/foBepHHocTb» adlı sənədlərdəki «Notarius X3 notariat ofısi» və s. yazıları olan möhür əksinin və «Notarius X1 notariat ofısi» və s. yazıları olan möhür əkslərinin boyasının rəngləyici maddələri kimyəvi tərkiblərinə görə ştempel boyalarına aiddirlər və öz aralarında eynidirlər. Tədqiqata təqdim olunmuş 31 yanvar 2019-cu il tarixli “Resolusion on the board (ROB)” adlı, 11.02.2019-cu il tarixli “HRB 11018 X9” adlı, 11.02.2019-cu il tarixli «BbinncKa H3 HeKOMMepnecKoro TpacTOBoro coraaıneHM NO 47575236» adlı, 17.01.2010-cu il tarixli “DOBEPHHOCTb» adlı sənədlərdəki «Sabitov F.M» yazılarında qarşısındakı imzaların ica olunmasında istifadə olunan mürəkkəblərin rəngləyici maddələri kimyəvi diyircəkli qələmlərdə istifadə olunan mürəkkəblərə aiddirlər və öz aralarında eynidirlər. Rəyin tədqiqi hissəsinin 7-ci bəndində göstərilən səbəblərə qərarda göstərilən «sənədlərindəki möhür(ştamp) əksi sənədlərin tərtib edildiyi tarixlərdə vurulmuşdurmu?» sualı üzrə tədqiqat aparılmamışdır. (Cild 3 vərəqə 5-14) Azərbaycan Respublikası DİN-in Baş İnformasiya Kommunikasiya İdarəsi tərəfindən təqdim edilən mobil telefon nömrələrinə dair məlumatların əks olunduğu CD disklərə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs istifadəsində olan ***-***- **-** saylı mobil telefon nömrəsinə ilk dəfə zəng 07.12.2017-ci il tarixdə həyata keçirilmiş, həmin vaxtdan 26.04.2018-ci il tarixədək qırx doqquz dəfə, zərərçəkmiş Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə 07.12.2017-ci il tarixdən 26.04.2018-ci il tarixədək əlli bir dəfə zəng olunmuşdur. Buradan da məlum olur ki, Təqsirləndirilən şəxs iş üzrə verdiyi ilkin izahatlarında Zərərçəkmiş şəxs 2008-ci ildən tanıması barədə göstərdiyi xüsusatlar uydurmadır, özünü müdafiə xarakteri daşıyır. (Cild 1 vərəqə 135-141, 206-239, Cild 2 vərəqə 3-49, 87) İddiaçı «VR Energie GmbH GPCUNET”-in GEO X5 etibarnamə üzrə nümayəndəsi kimi Təqsirləndirilən şəxs adından imzalanmış Səbail rayon məhkəməsinə ünvanlanmış 30 yanvar 2019-cu il tarixli və 09 iyul 2019-cu il tarixli, habelə iddiaçı «VR Energie GmbH GPCUNET”-in GEO X5 adından Təqsirləndirilən şəxs tərəfindən imzalanmış Bakı Apellyasiya məhkəməsinə ünvanlanmış 03 oktyabr 2019-cu il tarixli iddia ərizələrinin və «VR Energie GmbH GPCUNET”-in GEO X5 adından Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 14 fevral 2020-ci il tarixli kassasiya şikyətinin surətindən görünür ki, cavabdehlər QSC "xxxx" Kommersiya Bankına, Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna və Zərərçəkmiş şəxs qarşı iddia ərizəsi ilə müraciət edilərək, iddiaçı «VR Energie GMBH GPCUNET” şirkətinin nümayəndəsi Zərərçəkmiş şəxs ilə QSC "xxxx" KB arasında bağlanmış 03 fevral 2010-cu il tarixli 5403 saylı və digər VİP depozit müqavilələr üzrə banka mədaxil edilmiş 44.227.238, 35 ABŞ dolları məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs adına olan hesabdan çıxarılması, həmin hesabın «VR Energie GMBH GPCUNET” şirkətinin maliyyə fondlarının əsasında yaradılmış X23 X37 Humanitar Fondunun Azərbaycan Regionu üzrə rəhbəri kimi Təqsirləndirilən şəxs adına keçirilməsi barədə QSC "xxxx" KB və Azərbaycan Əmanətlərin Sığortalanması Fondu üzərinə öhdəlik qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş, sonradan Bakı şəhər Səbail rayon məhkəməsinin (hakim Şahin Abdullayev) 15 iyul 2019-cu il tarixli 2(009)-2184/2019 saylı qərardadından Bakı Apellyasiya Məhkəməsinə şikayət edilmiş, daha sonra Bakı Apellyasiya Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli (sədrlik edən hakim Kəmalə Abiyeva) 2-1(103)-2509/2019 saylı qərardadından Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət edilmişdir. (Cild 1 vərəqə 18-41) X42 QSC «Bank Standard» Kommersiya Bankı tərəfindən verilən sənədlərdən görünür ki, kreditor Zərərçəkmiş şəxs X42 QSC «Bank Standard» KB-nın qarşısında 44.227.238,35 ABŞ dolları məbləğdə kreditor tələbi qeydə alınmış, həmin məbləğdə pul LPO QSC «Bank Standard» Kommersiya Bankında Zərərçəkmiş şəxs bank hesabındadır. (Cild 1 vərəqə 71- 73) Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş votsap yazışması ilə əlaqədar mobil telefondan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs, rus dilində yazdığı votsap yazışmasında «Rişad səninlə vacib görüşməliyəm, mənim tərəfimdən Respublikanın birinci şəxsinin səviyyəsində görülən işlərə diqqətlə yanaşmağınızı, bu sənəd Siz, Avropa fondunun kordinatoru təyin edildiyiniz vaxt 2010-cu ildə sizin səlahiyyətinizə verilmiş, Siz özünüz pul vəsaitinin alınmasını ləngidirsiniz və s...», ikinci votsap yazımasında «Rişad, mən sənədin orjinalını Sizə təqdim etməliyəm», üçüncü yazışmada «Rişad, mən Sizin gözlənilməz hərəkətlərinizə layiq deyiləm, inanıram ki, nəhayət mənimlə əlaqə saxlayacaqsınız və əmin olacaqsınız ki, haqlı deyilsiniz» sözlərini Zərərçəkmiş şəxs yazmışdır. Həmin yazışmalar və onlar arasında aparılmış telefon danışıqlarına dair 3 ədəd CD- diski iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1 vərəqə 74-77) Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində guya Zərərçəkmiş şəxslə 2008-ci ildə təsadüfən tanış olması, bundan 2 il sonra 2010-cu ildə Almaniyada görüşməsi, orada Zərərçəkmiş şəxs BMT-nin nümayəndəsi ilə tanış etməsi, sonradan 2010cu ildə də BMT-nin nəzdində Avropa dövlətlərinə ianə məqsədilə yaradılmış qurum tərəfindən ianə edilmiş məbləğin Zərərçəkmiş şəxs həvalə edilməsi, Azərbaycan üçün ayrılacaq 50.000.000 (əlli milliyon) ABŞ dollarını hansısa banka qoyulması prosesi başlanması, bir müddət sonra Zərərçəkmiş şəxs həmin məbləğin «Bank Standartda» qoyulduğunu bildirməsi, 2017-ci ilədək Zərərçəkmiş şəxslə əlaqə saxlamaması, 2017-ci ildə qurumun xərcləri ilə əlaqədar həmin bankdan pulu çıxarmaq lazım olduğundan banka yaxınlaşsa da ona, yəni Təqsirləndirilən şəxs məlumat verilməməsi barədə ifadəsinə hüquqi qiymət verərək, belə hesab edir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun olmamaqla məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun ifadəsi, iş üzrə keçirilmiş dindirmə və üzləşdirmə istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, şahidlərin ifadələri, həmçinin iş üzrə toplanmış digər sənəd və sübutlarla tam təkzib olunur. Belə ki, iş materiallarında olan şübhəli şəxsin dindirilməsi haqqında 26.03.2021-ci il tarixli protokoldan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 2007-ci ildə o, Azərbaycan Respublikası Ali Məktəblərinin biri tərəfindən göndərişlə Macarıstan Respublikasının Budapeşt şəhərində keçirilən müşavirə zamanı Macarıstan Parlamentinin üzvü olan milliyətcə macar Rudolf Adamla tanış olmuş, daha sonra Rudolf Adamın vasitəsilə «VR Energie GmBH»nin prezidenti Reitenbax Valentin və maliyyə direktoru Rudolf Kalan ilə tanış olmuşdur. O, Reitenbax Valentinin təklifi ilə «VR Energie GmBH»nin hüquq şöbəsinin rəhbəri vəzifəsinə təyin edilmiş, bir müddət sonra Reitenbax Valentinin əmri ilə «VR Energie GmBH»nin maliyə fondları əsasında yaradılmış X23 X37 Humanitar Fondunun Azərbaycan üzrə rəhbəri təyin olunmuşdur. Həmin fond dünya Dövlətləri üzrə ianə paylamaqla məşğul olur. 2017-ci ilin dekabr ayında o, yaşadığı evin qonşuluğunda yerləşən mağazada işləyən Şahid1 ilə söhbət əsnasında Sabir, ona danışmışdır ki, bir nəfər Rişad adlı şəxsin külli miqdarda pulları QSC "xxxx" Kommersiya Bankı bağlandığına görə bankda qalıb və buna görə məhkəmələrə müraciət etsə də pullarını geri ala bilmir. O, bu işi öz yüksək vəzifədə işləyən tanışları vasitəsilə həll edə biləcəyini, lakin ilk növbədə Rişadla görüşdürməsini xahiş etmişdir. Onun xahişilə Sabir, onu həmin ərəfədə də, yəni 2017-ci ilin dekabr ayında da Bakı şəhəri Yasamal rayonu ərazisində Nəriman Nərimanov heykəlinin yaxınlığında Rişad, eləcə də onlarla birlikdə olan əvvəl tanımadığı sonradan adları ona məlum olan Tahir və Arif adlı şəxslərlə görüşdürmüşdür. Həmin vaxt söhbət əsnasında ona məlum olmuşdur ki, Sabir də Rişad barədə məlumatı Tahirdən bilmişdir. Orada, Rişad, özünə məxsus 44.227.238,35(qırx dörd milliyon iki yüz iyirmi yeddi min iki yüz otuz səkkiz ABŞ dolları otuz beş sent) ABŞ dolları pullarının QSC "xxxx" Kommersiya Bankında qaldığını danışmışdır. O, isə həmin vaxt Rişada yüksək vəzifədə işləyən tanışlarının vasitəsilə ona məxsus pulları bankdan çıxarıb qaytarmasına köməklik edəcəyini vəd etmişdir. Bunun üçün ilk olaraq bankda pulların yerləşdirilməsinə dair müvafiq sənədləri gətirməsini istəyib, daha konkret söz deyə biləcəyini bildirmişdir. Həmin vaxt da o, Rişadla əlaqə saxlamaq üçün bir-birlərinin mobil telefon nömrələrini götürmüşlər. Onun istifadəsində ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri olmuşdur. ***-***-**-** mobil telefon nömrəsi eyni zamanda votsap nömrəsi olmuşdur. Bir neçə gün sonra 2017-ci ilin dekabr ayının sonlarında Bakı şəhərində xatırlamadığı çayxanaların birində o, Rişadla görüşmüşdür. Həmin vaxt Tahir və Sabir də görüşdə iştirak etmişlər. Rişad, bank sənədlərini ona təqdim etmişdir. O, bank sənədlərini nəzərdən keçirəndən sonra bir daha Rişada məxsus 44.227.238,35(qırx dörd milliyon iki yüz iyirmi yeddi min iki yüz otuz səkkiz ABŞ dolları otuz beş sent) ABŞ dolları pullarını yüksək vəzifədə işləyən tanışlarının vasitəsilə qaytartdıra biləcəyini söz verərək bunun müqabilində Rişaddan həmin pulun 30 %-ni ona ödəməli olduğunu bildirmişdir. Rişad da etiraz etməyib razılaşmışdır. Həmin vaxt o, işə başlamaq üçün avans olaraq əvvəlcədən pul istədikdə Rişad bundan qəti imtina edərək, əvvəlcədən ona hər hansı məbləğdə pul verməyəcəyini, yalnız pulları qaytarıldıqdan sonra həmin məbləğin 30 % nı verəcəyini bildirmişdir. Bundan sonra, o, Rişadı heç kimin tanımadığından onu heç kimin qəbul etməyəcəyini deyərək, ona məxsus 44.227.238,35(qırx dörd milyon iki yüz iyirmi yeddi min iki yüz otuz səkkiz ABŞ dolları otuz beş sent) ABŞ dolları pulları idarə etməsinə dair notariat kontorunda öz adına baş etibarnamə verməsini istəmişdir. Rişad, onun bu sözlərinə inansa da 44.227.238,35(qırx dörd milyon iki yüz iyirmi yeddi min iki yüz otuz səkkiz ABŞ dolları otuz beş sent) ABŞ dolları pullara görə ona baş etibarnamə verməkdən imtina etmişdir. Həmin vaxt da o, Rişaddan QSC "xxxx" Kommersiya Bankında depozit qoyduğu pullara görə müqavilənin, kreditor borcun qeyd olunduğu təsdiqlənmiş sənədin surətini götürərək, narahat olmamağını, yaxın vaxtlarda pullarının qaytartdıracağına söz vermişdir. Bundan sonra, o, Rişadın pulunun qaytarılması üçün QSC "xxxx" Kommersiya Bankının ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu ilə maraqlandıqda oradan ona pulun qaytarılmasının mümkün olmadığı bildirilmişdir. Həmin ərəfələrdə onun doğma oğlu Emil, Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə həbs edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli hökmü ilə Emil, Azərbaycan Respublikası CM-in 178.3.2, 308.2-ci maddələri ilə təqsirli bilinərək 14 il azadlıqdan məhrumetmə və 3 il dövlət və yerli özünü idarə etmə orqanlarnda rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilmə cəzasına məhkum edilmişdir. Korrupsiya idarəsində Emilin işi üzrə araşdırma aparılarkən o, oğlunu həbsdən azad etdirməkdə köməklik etmək məqsədilə Rişaddan götürdüyü sənədləri müstəntiq Habil müəllimə təqdim edərək yalandan guya ona məxsus olan pullarla oğluna elan edilmiş ittihamda göstərilən ziyanı ödəyəcəyini desə də ona inanmamışlar. O, Əmanətlərin Sığortalanması Fondundan Rişadın pulunun qaytarılmasının mümkün olmadığını öyrənəndən sonra Reitenbax Valentin və VR Energienin maliyyə direktoru Rudolf Kalan ilə əlaqə saxlayıb, bu məsələ barədə danışmış və məsləhətləşib qərara almışlar ki, Rişadın hesabında olan 44.227.238,35(qırx dörd milyon iki yüz iyirmi yeddi min iki yüz otuz səkkiz ABŞ dolları otuz beş sent) ABŞ dollarını özləri əldə etsinlər. Bunun üçün isə guya həmin məbləğin X23 X37 Humanitar Fondunun Azərbaycana humanitar məsələlərlə bağlı ianə şəklində Rişadın adına ayrıldığını, lakin, Rişadın həmin məbləğdə pulu götürüb fonda vermədiyinə görə, fondun Azərbaycan regionu üzrə rəhbəri kimi həmin məbləğin onun hesabına köçürülməsi üçün mülki qaydada məhkəməyə müraciət etməyi qərara almışlar. Daha sonra Reitenbax Valentin və Rudolf Kalan, Rişadın hesabında olan 44.227.238,35(qırx dörd milyon iki yüz iyirmi yeddi min iki yüz otuz səkkiz ABŞ dolları otuz beş sent) ABŞ dolları pulların götürülməsinə dair onun, X23 X37 Humanitar Fondunun Azərbaycan regionu üzrə rəhbəri olmasına dair poçt vasitəsilə etibarnamə göndərmişlər. Bundan sonra o, həmin sənədə istinad edib 2019-cu ildə iddia ərizəsi tərtib edib ilk əvvəl Səbail rayon məhkəməsinə mülki qaydada müraciət edərək, iddiaçı «VR Energie GMBH GPCUNET” şirkətinin nümayəndəsi Zərərçəkmiş şəxs ilə QSC "xxxx" KB arasında bağlanmış müqavilələr üzrə banka mədaxil edilmiş 44.227.238, 35 ABŞ dolları məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs adına olan hesabdan çıxarılması, həmin hesabın «VR Energie GMBH GPCUNET” şirkətinin maliyyə fondlarının əsasında yaradılmış X23 X37 Humanitar Fondunun Azərbaycan Regionu üzrə rəhbəri kimi onun adına keçirilməsi barədə QSC "xxxx" KB və Azərbaycan Əmanətlərin Sığortalanması Fondu üzərinə öhdəlik qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin, Bakı şəhər Səbail rayon məhkəməsinin (hakim Şahin Abdullayev) 15 iyul 2019-cu il tarixli 2(009)-2184/2019 saylı qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatına qəbulunun yolverilməz hesab olunması və iddia ərizəsinin sənədlərlə birlikdə iddiaçıya qaytarılması qərara alınmışdır. Bundan sonra, o, «VR Energie GMBH GPCUNET”-in Azərbaycan regionu üzrə rəhbəri kimi iddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək iddiaçı «VR Energie GMBH GPCUNET”-in nümayəndəsi kimi Zərərçəkmiş şəxs ilə QSC "xxxx" KB arasında bağlanmış müqavilələr üzrə banka mədaxil edilmiş 44.227.238,35 ABŞ dolları məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs adına olan hesabdan çıxarılması, həmin hesabın «VR Energie GMBH maliyyə fondlarının əsasında yaradılmış X23 X37 Humanitar Fondunun Azərbaycan Regionu üzrə rəhbəri kimi onun adına başqa etibarlı Banka - Kapital Banka keçirilməsi üçün Azərbaycan Əmanətlərin sığortalanması fondu üzərinə öhdəlik qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli (sədrlik edən hakim Kəmalə Abiyeva) 2-1(103)-2509/2019 saylı qərardadı ilə iddiası mümkün sayılmamışdır. Bundan sonra, VR Energie GMBH GPCUNET GEO-nun prezidenti Reitenbax Valentinin verdiyi etibarnamə əsasında o, vəkil Şahid3 ilə müqavilə bağlayıb, hər ikisinin adından Bakı Apellyasiya Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli (sədrlik edən hakim Kəmalə Abiyeva) 2-1(103)-2509/2019 saylı qərardadından Azərbaycan Respublikası Ali məhkəməsinə kassasiya şikayəti vermişlər. Lakin, Ali Məhkəmənin 25 avqust 2020-ci il tarixli 2-1(102)-1047/2020 saylı qərardadı ilə kassasiya şikayəti təmin edilməmişdir. Beləliklə də Rişadın hesabında olan pullar onun öz hesabında qalmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs bildirmişdir ki, Rişadın hesabında olan pul vəsaitini məhkəmə yolu ilə çıxarmağı o, Reitenbax Valentin və Rudolf Kalan ilə məsləhətləşib birgə qərara almış, bu işdə Arif, Sabir, Tahir və ya digər şəxsin iştirakı olmamışdır. Həmçinin, məhkəmələrə müraciət etməsi barədə də Rişadın məlumatı olmamışdır. O, pulların məhkəmə yolu ilə alınması üçün məhkəməyə müraciət etmək fikri olduğunu, müraciət edəndən sonra da bu barədə ona deməmiş, onun razılığını almamışdır. Belə ki, Rişad, bu barədə bilsə idi onun məhkəmə yolu ilə pulun qaytarılmasına razı olmayacağını fikirləşirdi. O, Reitenbax Valentin və Rudolf Kalan ilə danışıb, pulları bank hesabından çıxarandan sonra bir qismini özlərinə zəhmət haqqı kimi götürəndən sonra, qalan hissəsini Rişada vermək fikrində olmuşlar. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində bildiyinə görə Reitenbax Valentinin 03 aprel 1955-ci il təvəllüdlü, valideynlərinin Azərbaycan Respublikası Göygöl rayonunun alman sakinləri olduqlarını, özünün Almaniyada doğulduğunu və Almaniya vətəndaşı olduğunu, Almaniyanın Fridrixdorf şəhərində yaşadığını, başqa anket məlumatlarını bilmədiyini, istifadəsində xatırladığına görə +**********010 saylı mobil telefon nömrəsi olduğunu, Reitenbax Valentinin Azərbaycan Respublikasında olmadığını, o, Azərbaycanda olanda Reitenbax Valentinin istifadəsində olan +**********010 saylı mobil telefonun votsapı ilə əlaqə saxladığını, Rudolf Kalanın da milliyətcə alman olduğunu, Almaniya vətəndaşı olduğunu, təxminən 60-65 yaşlarında kişi olduğunu, Rudolf Kalanın VR Energie-nin maliyyə direktoru olduğunu, Rudolf Kalanın bildiyinə görə Lixtenşteyn dövlətinin Vados və Almaniyanın Frankfurt şəhərlərində yaşadığını, Azərbaycan Respublikasında olmadığını, Rudolf Kalanın başqa anket məlumatlarını və telefon nömrəsini bilmədiyini, Azərbaycanda olanda Rudolf Kalanla skayp vasitəsilə əlaqə saxladığını, habelə özünün***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrini 23 ildir ki, istifadə etdiyini, eləcə də ***-***-**-** saylı telefon nömrəsinin votsapını işlətdiyini qeyd etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs Reitenbax Valentin və Rudolf Kalanla görüşmədiyini, onlarla tanışlığı olmadığını, eləcə də özünün «VR Energie GmBH»nin hüquq şöbəsinin rəhbəri və X23 X37 Humanitar Fondunun Azərbaycan üzrə rəhbəri təyin olunmasına dair, VR Energie GmBH»ni və ya X23 X37 Humanitar Fondunu, Azərbaycan Respublikası və dünyanın digər ölkələrində təmsil etməsi, sənədləri imzalaması, dövlət orqanlarına və məhkəmələrə müraciət etməsinə dair, habelə Zərərçəkmiş şəxs adına Reitenbax Valentin tərəfindən etibarnamə verildiyini, həmin sənədlərin ona göndərildiyni qeyd etmişdir. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, şahidlərin məhkəmədə verdikləri ifadələrini, eləcə də digər sənədləri tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.4, 320.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqlarını əldə edərkən, hər hansı öhdəliyini yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə, yaxud da əmlak hüquqları əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərərçəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. X33 36-cı bəndinə əsasən, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edərək buna görə pul, qiymətli kağızlar və sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.4, 320.2-ci maddələri ilə təqsirli bilinməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilən sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs, Bakı şəhər Yasamal Rayon Xalq məhkəməsi tərəfindən 09 yanvar 1994-cü il tarixdə Azərbaycan Respublikası CM-in 167-ci maddəsinin 1-ci hissəsi ilə 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər məhkəməsinin qərarı ilə AR CM-in 23-1-ci maddəsinə əsasən əməyə mütləq cəlb olunmaqla 03 il şərti azad edilmiş, Sabunçu rayon məhkəməsinin 24 noyabr 1995-ci il tarixli qərarı ilə 02 il 02 ay 18 gün müddətinə cəzaçəkmə müəssisəsinə qaytarılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 22.05.1996-cı il tarixli Amnistiya Qərarının 1-ci maddəsinin 7-ci bəndinə əsasən azad edilmişdir. Azərbaycan Respublikası CM-in 83-cü maddəsinə əsasən onun məhkumluğunun ödənilməsi nəzərə alınmışdır. (Cild 01, iş vərəqə 164-166) Məhkəmə AR CM-in 59-cu maddəsini rəhbər tutaraq Təqsirləndirilən şəxs ailənin yeganə qazanc gətirəni olmasını, 1950-ci il təvəllüdlü olmaqla yaşlı olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. AR CM-in 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 8-ci bəndindən görünür ki, Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli, 2668 nömrəli Sərəncamında qeyd edilir ki, İbtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Qeyd edilən Sərəncamın 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi qərara alınmışdır. Həmin Sərəncamın 13-cü bəndində cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması məhkəmələrə tövsiyə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətlərin xarakterini və ictimaitəhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, yaşlı olmasını, o cümlədən cəzanı yüngülləşdirən halları, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna halları, cinayət nəticəsində zərərçəkmiş şəxsə real olaraq maddi ziyanın vurulmamasını, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilərək, AR CM-in 29, 178.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az cəza təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi AR CM-in 29,178.4 və 320.2-ci maddələrinin sanksiyaları daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. AR Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayətin məcmusuna böyük ictimai təhlükə törətməyən və xüsusilə ağır cinayətlər daxil olduğundan, məcmuya daxil olan cinayətlərə görə təyin olunan əsas cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə uyğun olaraq qismən toplanılmalı və Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.4-cü maddəsinin cinayət tərkibi olduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarın 9-cu bəndinin 2-ci abzasında qeyd edilir ki, cinayətə hazırlığa və cinayətə cəhdə görə cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, bu zaman təyin olunası cəza müddəti CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az ola bilər. Bu səbəbdən də belə hallarda Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Cəzalar CM-in 63.2 və 63.3-cü maddələrilə müəyyən edilən qaydalara əsasən təyin edildikdə bu, hökmün təsviriəsaslandırıcı hissəsində əsaslandırılmalıdır. X33 9-cu bəndinin 3-cü abzasına əsasən, başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu zaman daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakları müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi Reitenbax Valentin və Rudolf Kalan adlı şəxslərin adından imzalanmış ingilis, rus, eləcə də azərbaycan dilinə tərcümə olunduğu Bakı şəhər 1 saylı notariat ofisində təsdiq edilmiş 31 yanvar 2019-cu il tarixli 10 vərəqədən ibarət sənəd, 15 sentyabr 2026-cı il tarixədək etibarlı olan VR Energie Qrupunun maraqları daxilində və GPSİNET humanitar şəbəkəsinin xüsusi səlahiyyətləri ilə inkşaf etdirmək məqsədilə şirkət adından Təqsirləndirilən şəxs hərəkət etməsinə dair sənəd, Reitenbax Valentin və Rudolf Kalan adlı şəxslərin adından imzalanmış Zərərçəkmiş şəxs 50 000 000(əlli milyon) ABŞ dolları məbləğində humantiar və məqsədyönlü istifadəsindən ötəri priotet banklardan birinə verilməsi üçün, pul vəsaitlərinin etibarlı hesabına köçürüldükdən sonra müvəkkilin hesabı və vəsaitləri idarə etmək üçün şirkətin vəkili Təqsirləndirilən şəxs GPSUNET ofisinin açılması və Azərbaycan Respublikasında işin təşkili üçün əlavə etibarnamə verməsi üçün 16 yanvar 2010-cı il tarixli alman, rus və azərbaycan dilinə tərcümə olunmuş 7 vərəqədən ibarət günün protokolunun bəndləri və 17 yanvar 2010-cı il tarixli 2 vərəqədən ibarət etibarnamə, Reitenbax Valentin və Yens Petç adlı şəxslərin adından imzalanmış Zərərçəkmiş şəxs Bakı şəhərində GPSİNET-in infrastrukturunun yaradılması məqsədilə VR Energie GmbH tərəfindən 50 000 000(əlli milyon) ABŞ dolları məbləğində pul vəsaitinin etibar edilməsinə dair 11 fevral 2019-cu il tarixli rus, alman, azərbaycan dilinə tərcümə olunmuş 5 vərəqədən ibarət qeyri-kommersiya etibarlıq müqaviləsindən çıxarış və Reitenbax Valentinin şəxsiyyətini təsdiq edən vəsiqənin surəti, 11 fevral 2019-cu il tarixli alman və azərbaycan dilinə tərcümə olunmuş ticarət reyestrinin 6 vərəqədən ibarət siyahı, Reitenbax Valentin və Jenz Poetzsch adlı şəxslərin adından imzalanmış Bakı Apellyasiya Məhkəməsinin hakimi Kamalə Abıyevanın adına ünvanlanmış azərbaycan və alman dillərində məktub, telefon danışıqlarına dair 3 ədəd disk və mobil telefon vasitəsi ilə aparılmış yazışmalar - cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs cinayət işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 141 manat 52 qəpik pul ondan alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan 26 mart 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 28.03.2021-ci il tarixli, 4(005)- 315/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanma müddətinin əvvəli 26 mart 2021-ci il tarixdən hesablanmışdır. (cild 02, iş vərəqə 75; 172-177) Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 26 mart 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X14 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsə göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı 90 manat məbləğində pul vəsaiti dövlət büdcəsinin hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-in 345, 346, 347, 351- 353, 356-cı maddələrini rəhbər tutub məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.4, 320.2ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.4-cü maddəsi ilə AR CM-in 62-ci maddəsi tətbiq olunmaqla 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə 08 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş əsas cəzalar qismən toplanılsın və ona qəti olaraq 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 26 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs AR CM-in 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi Reitenbax Valentin və Rudolf Kalan adlı şəxslərin adından imzalanmış ingilis, rus, eləcə də Azərbaycan dilinə tərcümə olunduğu Bakı şəhər 1 saylı notariat ofisində təsdiq edilmiş 31 yanvar 2019-cu il tarixli 10 vərəqədən ibarət sənəd, 15 sentyabr 2026-cı il tarixədək etibarlı olan VR Energie Qrupunun maraqları daxilində və GPSİNET humanitar şəbəkəsinin xüsusi səlahiyyətləri ilə inkşaf etdirmək məqsədilə şirkət adından Təqsirləndirilən şəxs hərəkət etməsinə dair sənəd, Reitenbax Valentin və Rudolf Kalan adlı şəxslərin adından imzalanmış Zərərçəkmiş şəxs 50 000 000(əlli milyon) ABŞ dolları məbləğində humantiar və məqsədyönlü istifadəsindən ötəri priotet banklardan birinə verilməsi üçün, pul vəsaitlərinin etibarlı hesabına köçürüldükdən sonra müvəkkilin hesabı və vəsaitləri idarə etmək üçün şirkətin vəkili Təqsirləndirilən şəxs GPSUNET ofisinin açılması və Azərbaycan Respublikasında işin təşkili üçün əlavə etibarnamə verməsi üçün 16 yanvar 2010-cı il tarixli alman, rus və azərbaycan dilinə tərcümə olunmuş 7 vərəqədən ibarət günün protokolunun bəndləri və 17 yanvar 2010-cı il tarixli 2 vərəqədən ibarət etibarnamə, Reitenbax Valentin və Yens Petç adlı şəxslərin adından imzalanmış Zərərçəkmiş şəxs Bakı şəhərində GPSİNET-in infrastrukturunun yaradılması məqsədilə VR Energie GmbH tərəfindən 50 000 000(əlli milyon) ABŞ dolları məbləğində pul vəsaitinin etibar edilməsinə dair 11 fevral 2019-cu il tarixli rus, alman, azərbaycan dilinə tərcümə olunmuş 5 vərəqədən ibarət qeyri-kommersiya etibarlıq müqaviləsindən çıxarış və Reitenbax Valentinin şəxsiyyətini təsdiq edən vəsiqənin surəti, 11 fevral 2019-cu il tarixli alman və azərbaycan dilinə tərcümə olunmuş ticarət reyestrinin 6 vərəqədən ibarət siyahı, Reitenbax Valentin və Jenz Poetzsch adlı şəxslərin adından imzalanmış Bakı Apellyasiya Məhkəməsinin hakimi Kamalə Abıyevanın adına ünvanlanmış azərbaycan və alman dillərində məktub, telefon danışıqlarına dair 3 ədəd disk və mobil telefon vasitəsi ilə aparılmış yazışmalar - cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza xərcinin dəyərini təşkil edən 141 manat 52 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X14 təqsirləndirilən şəxsə göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı 90 manat məbləğində pul vəsaiti dövlət büdcəsinin hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev Hakimlər: Azər Paşayev İradə Həsənzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar