Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1203/2024 24.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X15 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və tərcüməçi-mütəxəssis X3 iştirakı ilə, xx xxxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, subay, 1 (bir) yetkinlik yaşına çatmayan uşağı olan, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, ev 87-də qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 25-də kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edərək üstündə saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməklə külli miqdarda narkotik vasitəni əldə edib satmaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan “Əli” adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən “Facebook” mesajlaşma proqramı vasitəsilə danışdıqdan sonra xx.xx.2023-cü il tarixdə, saat 13:50 radələrində Bakı şəhəri, Binəqədi rayonu, X9 küçəsi 13/37 ünvanına gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən “Əli” adlı şəxs tərəfindən həmin ünvanda yerləşən “Gənclər Evi”nin ərazisində ağacın yanında nəməlum şəraitdə gizlədilmiş satış məqsədi ilə qanunsuz olaraq 2072,0 qram çəkidə külli miqdarda narkotik vasitə heroini əldə edib daşımaqla üzərində saxlamış, həmin gün saat 14:00 radələrində Binəqədi RPİnin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, X9 küçəsi 13/37 ünvanında yerləşən “Gənclər Evi”nin qarşısında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Binəqədi RPİ-nə gətirilmiş və orada saat 14:50-də üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlində saxladığı 1 (bir) ədəd sarı rəngli sellofan paketin içərisində skoçla bağlanmış qara rəngli sellofan bağlamada təmiz çəkisi 2072,0 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, hərbçi olmuşdur. Hər şey 2023-cü ilin avqust ayında başlamışdır. Yəni o, İran İslam Respublikası vətəndaşı “Əli” adlı narkotik vasitə satıcısı ilə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə səsyazma yolu ilə mesajlaşaraq danışmışdır. O, həmin şəxsdən öz istifadəsi üçün metamfetamin almaq istədiyimi bildirmiş və bu məqsədlə “Əli” adlı şəxsə müraciət etmişdir. O, 10-11 avqust 2023-cü il tarixddə “Əliyə” müraciət etmiş və həmin vaxt “Əli” ona demişdir ki, “150 manat pul köçürməlisən”. Bundan sonra o, Natiq Şahbazov küçəsində olan “Al Market”-də yerləşən “Milliön” aparatı vasitəsi ilə “Əli” adlı şəxsin hesabına 150 manat pul köçürmüşdür. O, bunun qarşılığında “Əli” adlı şəxsdən 5 qram çəkidə metamfetamin almalı olmuşdur. O, özü QİÇS xəstəsidir və ağrıları olduğu üçün psixotrop maddə metamfetamindən istifadə etmək istəmişdir. O, artıq 6 aydır ki, həbsdədir və metamfetamin istifadə etmir. Ona görə də o, artıq başa düşür ki, bu yalnız adamın özüözünü aldatmaqdır. 13-14 avqustda “Əli” ona “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə ünvan göndərmişdir. Həmin ünvan Tbilisi prospekti, daha dəqiq isə Ziya Bünyadov küçəsində avtobus dayanacağı idi. “Əli” ona demişdir ki, həmin dayanacağın arxasında olan gizli yerdə psixotrop maddə yerləşdirilmişdir. O, həmin ünvana getmiş və orada psixotrop maddənin olmadığını görmüşdür. O, bu barədə “Əliyə” səsli mesaj ilə bildirmişdir ki, orada heç nə yoxdur. “Əli” ona demişdir ki, “səbr elə dəqiqləşdirim, sonra sənə məlumat verəcəm”. 15 dəqiqə sonra “Əli” ona demişdir ki, “həmin yeri tərk et, mən sənə yenidən “Votsap” sosial şəbəkəsi vasitəsi ilə ünvan göndərəcəm”. 18 avqust 2023-cü il tarixdə, axşam saat 18:00-19:00 radələrində “Əli” ona səsli mesaj ilə bildirmişdir ki, “Sənin istədiyin axşam olacaq, saat 10:00-11:00 radələrində mən sənə konum göndərəcəm”. “Əli” ona axşam saat 22:00-23:00-də yenidən bildirmişdir ki, “hazır ol, sənə konum göndərəndə həmin yerə gedərsən”. 19 avqust 2023-cü il tarixdə, saat 01:00-da o, “Əlinin” göndərdiyi konuma, yəni Natiq Şahazov 3-də yerləşən “X12” ünvanına “Yango” şirkətinin mobil tətbiqi vasitəsi ilə taksi sifariş vermişdir. O, taksidən düşən zaman görmüşdür ki, yolun qarşı tərəfində bir nəfər qaçır və polislər həmin şəxsi tutmağa çalışırlar. O, “Əliyə” demişdir ki, “sən məni tələyə salmaq istəyirsən?”. “Əli” isə ona demişdir ki, “elə bir şey ola bilməz”. Bundan sonra “Əli” ona yenidən şəkil göndərib demişdir ki, “filan yerdə filan ağacın altındadır”. “Əli” ona psixotrop maddənin yerini dedikdən bir müddət sonra o, həmin psixotrop maddəni götürmək üçün həmin yerə getmişdir. Sonra o, yolu keçmiş və orada polis əməkdaşlarını görmüşdür. O, polis əməkdaşlarından birini, yəni Kamil adlı polis əməkdaşını tanımışdır. Sonra o, marketə getmiş, oradan siqaret və enerji içkisi almış, mağazadan çıxdıqdan sonra “X12” tərəfə getmişdir. Ora ağaclıq olmuş və arxasında kafe olmuşdur. O, orada olan zaman “Əliyə” yazmışdır ki, “burada polis çoxdur, mən psixotrop maddəni götürməyə qorxuram”. “Əli” isə ona demişdir ki, “o zaman oradan get”. O, arxaya çevrilib getmək istəyən zaman birdən görmüşdür ki, bir nəfər maşından düşüb onun üstünə gəlir, biri avtobus dayanacağından, iki nəfər isə köhnə beş mərtəbə tərəfdən, üç nəfər isə marketin qarşısından ona tərəf gəlir. Həmin şəxslər ona çatan kimi zərbə endirmişlər və həmin vaxt əlindəki telefon yerə düşmüşdür. Onu saxlayan polislər onu təhqir etmişlər. Bundan sonra 2 (iki) ədəd ağ və qara rəngli “KİA” markalı avtomobil gəlmiş və onu saxlayan şəxslər onu həmin avtomobillərdən birinə əyləşdirmişlər. Avtomibildə ondan harada yaşadığını soruşmuşlar. O da, həmin şəxslərə Zərgərpalan 25 ünvanında yaşadığını bildirmişdir. O, polis əməkdaşları ilə birlikdə onun yaşadığı ünvana getmişdir. Yolda gedən zaman sürücünün yanında əyləşən Kamil adlı polis əməkdaşı ondan soruşmuşdur ki, “Səni bu vəziyyətdən çıxaracaq kimsə var?”. O da, bildirmişdir ki, “uşaqlarım Türkiyədə təhsil alır, başqa heç kəsim yoxdur”. Bundan sonra digər polis əməkdaşı Həmid ona demişdir ki, “onda sən sroka getdin, ən aşağı 4 (dörd) kilo sənə yükləyəcəyik”. Onlar onun yaşadığı ünvana, yəni Zərgənpalan ev 25 ünvanına çatdıqda, onun yaşadığı evin açarını götürmüşlər. 6 (altı) nəfər polis əməkdaşı onun evinə getmiş və evdə onunla birgə kirayədə yaşayan Pyotr adlı tanışı olmuşdur. Pyotr evin qapısını içəridən bağladığından açar ilə çöldən evin qapısını açmaq mümkün olmamışdır. Sonra polis əməkdaşları onu maşından düşürüb evə aparmışlar. O, Pyotra qapını açmasını bildirmişdir. Bundan sonra Pyotr qapını açmış və polis əməkdaşları onunla birlikdə evə daxil olmuşlar. Pyotr həmin vaxt onun əlinin qandalda olduğunu görmüşdür. Polis əməkdaşları evə daxil olduqdan sonra evə baxış keçirmişlər, lakin evdə heç bir narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Onu 19 avqustda səhər saatlarında avtomobil ilə yenidən Binəqədi Rayon Polis İdarəsinə aparmışlar və orada zirzəmidə saxlamışlar. 19 avqust 2023-cü il tarixdə, axşam saat 17:00-18:00 radələrində onu aparıb Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə təhvil vermişlər. Orada onu 1 (bir) gün ərzində saxlamışlar. O, orada hazırda Kürdəxanıda saxlanılan “İbrahim” adlı cavan oğlan ilə tanış olmuşdur. 20 avqust 2023-cü il tarixdə, axşam saat 20:00 radələrində onu Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə aparmışlar. O, 4-cü Polis Bölməsində 2 (iki) gün ərzində saxlanılmışdır. 22 avqust 2023-cü il tarixdə onu 6-cı Polis Bölməsinə aparmışlar. 23-24 avqust tarixlərində onu yenidən Binəqədi Rayon Polis İdarəsinə qaytarmışlar. Orada onu qeydiyyata almışlar. Həmin vaxt oradan olan Həmid ona demişdir ki, “mən sənə 4 (dörd) kilo yükləyəcəkdim, rəis sənə hörmət edir və ona görə də sənə 2 (iki) kilo yükləyəcəyik”. Sonra videoçəkiliş vasitəsi ilə onun üzərinə baxış keçirilmişdir. Orada ona sarı rəngli sellofan torba vermişlər və videoda həmin sellofanı onun özünə məxsus olduğunu deməyini istəmişlər. 24 avqust 2023-cü il tarixdə onu qeydiyyata almışlar. Ayın 25-i isə onu məhkəməyə çıxarmışlar. Hakim onu elektron qolbaqla ev dustaqlığına buraxmaq istəmişdir. Lakin vəkil və müstəntiq buna etiraz etmişdir. O, saxlanılan zaman mobil telefonu üzərində olmuş. ***-***-**-** saylı mobil nömrə həmin vaxt ona məxsus telefonda quraşdırılmışdır. Növbəti günün səhərisi Pyotr onun qaynanasına zəng edərək məlumat vermişdir ki, o, tutulmuş və bundan sonra onun qaynanası 5 (beş) gün ərzində özünə məxsus ***-***-**-** saylı mobil nömrə ilə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə bu barədə müraciət etmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxsin bank hesabına 150 manat köçürərək sonuncudan 5 (beş) qram çəkidə psixotrop maddə metamfetamin almaq istədiyini, pulu köçürdükdən sonra “Əli” adlı şəxsin ona “Whatsapp” vasitəsi ilə narkotik vasitənin yerləşdirildiyi yerin koordinatını (yeri) göndərdiyini, onun həmin yerə getdiyini, lakin psixotrop maddə metamfetamini orada tapmadığına görə geri qayıtdığını, geri qayıdarkən polis əməkdşaları tərəfindən saxlanıldığını, ittiham aktında qeyd edildiyi kimi 24 avqust 2023-cü il tarixdə deyil, əksinə bir neçə gün əvvəl, yəni 19 avqust 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldığını, həmin vaxt onun əlində 2 (iki) kiloqramdan çox çəkidə narkotik vasitə heroin olmadığını, polis əməkdaşları tərəfindən həmin narkotik vasitənin ona verildiyini və psixoloji təzyiq nəticəsində həmin çəkidə narkotik vasitə heroinin ona məxsus olması barədə etirafedici ifadə verdiyini bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin bu hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və bu səbəbdən də qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında inkaredici məzmunda ifadə verərkən cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, ona 18 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin daşımasına, istifadəsinə və satışına dair əməliyyat məlumatı daxil olmuşdur. Sözügedən əməliyyat məlumatı ona daxil olduqdan sonra onun tərəfindən dərhal Binəqədi Rayon Polis İdarəsinin rəhbərliyinə məruzə edilmiş və rəhbərlik tərəfindən əməliyyat qrupu yaradılmışdır. O, əməliyyat qrupunun rəhbəri, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin polis əməkdaşı Şahid1 isə əməliyyat qrupunun üzvü təyin edilmişdir. Daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs üzərində narkotik vasitə ilə birlikdə “X7” qarşısından keçəcəyi bildirilmişdir. Həmçinin ona Təqsirləndirilən şəxs şəxsiyyəti barədə də məlumat daxil olmuşdur. Bu səbəbdən də o, Təqsirləndirilən şəxs zahiri görünüşünü əvvəlcədən bilmişdir. Təqsirləndirilən şəxs “X7” qarşısından keçən zaman o, Şahid1lə birlikdə Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyini demişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs Binəqədi Rayon Polis İdarəsinə dəvət etmişlər. O və Şahid1 Təqsirləndirilən şəxs yaxınlaşan zaman Təqsirləndirilən şəxs əlində sarı rəngli 1 (bir) ədəd torba olmuşdur. Onlar Təqsirləndirilən şəxs Binəqədi Rayon Polis İdarəsinə gətirdikdən sonra orada Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar ediləsə də, Oleqin əlindəki sarı rəngli 1 (bir) ədəd torbanın içərisindən 1 (bir) ədəd şəffaf bağlama, həmin bağlamanın içərisindən isə ümumi çəkisi 500 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Şahid2 məhkəmədə verdiyi ifadəsi ilə onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi arasında ziddiyyət olduğundan onun ibtidai istintaq orqanına vermiş olduğu ifadəsi məhkəmədə elan edilməklə tədqiq edilmişdir. Məhkəmədə elan edilmiş ifadə ilə bağlı Şahid2 bildirmişdir ki, hadisənin üstündən 8 (səkkiz) aya yaxın müddət keçdiyindən məhkəmədə ifadə verərkən səhvən Təqsirləndirilən şəxs 18 avqust 2023-cü il tarixdə saxladıqlarını və sonuncunun üzərində şəsi axtarış keçirilərkən cəmi 500 qram çəkidə narkotik vasitə marixuana aşkar edildiyini bildirmiş, başqa sözlə, Təqsirləndirilən şəxs saxlanıldığı tarix və sonuncunun üzərindən çıxmış predmetlə bağlı məhkəməyə səhv məlumat vermiş, buna görə də ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs əslində 24 avqust 2023-cü il tarixdə saxlanıldığını və həmin vaxt sonuncunun üzərindən külli miqdarda narkotik vasitə heroin aşkar edildiyini bildirmişdir. Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmədə elan edilməklə tədqiq edilmiş ifadəsindən görünür ki, xx.xx.2023-ci il tarixdə Bakı şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında raportla RPİ-nin rəhbərliyinə məruzə olunmuşdur. O və Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə kiçik inspektoru, baş serjant Şahid1 Qılıncxan oğlundan ibarət əməliyyat qrupu yaradılmışdır. O, qrupun rəbhəri təyin olunmuşdur. xx.xx.2023-ci il tarixdə saat 14.00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, “Gənclər Evi”nın əvvəlcədən alınmış məlumat əsasında Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə uyğun gələn şəxsin əlində saxladığı 1 (bir) ədəd sarı rəngli sellofan bağlama ilə həmin ərazidə keçərkən onlar tərəfindən saxlanılmışdır. Onlar həmin şəxsə özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi üçün Binəqədi RPİ-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs də onlarla razılaşaraq onlarla birlikdə Binəqədi RPİ-nin inzibati binasına getmişdir. O, baş serjant Şahid1 Qilincxan oğlu ilə birlikdə Təqsirləndirilən şəxs yanında olmuşdur. Sonra Binəqədi RPİ-nin inzibati binasında Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Orxan Məmmədovun xidməti otaqında Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunmuş, tərcüməçinin xidmətindən istifadə etmək hüququnun olması və seçdiyi vəkilin dəvət edilməsi barədə hüquqları izah edilmişdir. Təqsirləndirilən şəxs vəkillərin siyahısı təqdim edilmiş, həmçinin tərcüməçi dəvət edilib-edilməməsi soruşulmuş, eləcə də hüquq və vəzifələri bir daha izah edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən tərcüməçinin və müdafiəçinin iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmiş və Təqsirləndirilən şəxs bununla bağlı ərizələr yazmışdır. Onların iştirakı ilə saxlanılmış şəxs Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz şəkildə saxladığı əşyaları könüllü təqdim etməsi təklif edilmişdir. Əvvəl Təqsirləndirilən şəxs əlində saxladığı 1 (bir) ədəd sarı rəngli sellofan paketi masanın üzərinə qoymuşdur. X6 Təqsirləndirilən şəxs yaxınlaşıb üzərinə baxış keçirərkən sonuncu əynində olan açıq göy rəngli cins şortikin arxa sağ yan cibindən 1 (bir) ədəd “Xiaomi” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyaraq bildirmişdir ki, üzərində qanunsuz saxladığı hər hansı bir əşya yoxdur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs ayağına geyinmiş ağ rəngli, üzərində qara rəngli naxışlar olan krassovkanın çıxarılması bildirilmişdir. Təqsirləndirilən şəxs hər iki krassovkalarının daxilinə baxış keçirilmiş və heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs sarı rəngli paketin daxilində nə olduğu soruşduqda, sonuncu həmin sarı rəngli paketin içərisində 2 (iki) kiloqram narkotik maddə olduğunu bildirmişdir. Sarı rəngli paketin daxilinə baxış keçirilərkən skoçla bağlanmış 1 (bir) ədəd qara rəngli sellofan bağlama aşkar olnumuşdur. Həmin skoçla bağlanmış qara rəngli bağlamanın üzəri kəsilib açılsıqda, orada qəhvəyi rəngli maddə aşkar edilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş 1 (bir) ədəd qara rəngli sellofan bağlamanın daxilində olan qəhvəyi rəngli maddənin narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni “Facebook” sosial şəbəkə vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı ilə tanış olduqdan sonra “Facebook” sosial şəbəkəsi vasitəsilə mobil telefonla əlaqə saxladığını, İran İslam Respublikası vətəndaşının həmin sellofan bağlamanı Binəqədi rayonu ərazisində yerləşən “Gənclər evinin” qarşısındakı ərazidə olan ağacın altına gizlətdiyini bildirdiyini, “Facebooka” aid mesajlaşma şəbəkəsi vasitəsilə məkan məlumatının göndərdiyini, həmin ünvana getdiyini, orada olan ağacın yanında gizlədilmiş bağlamanı tapıb götürdüyünü və bundan sonra Binəqədi RPİ-nin əməkdaşlarının Təqsirləndirilən şəxs yaxınlaşaraq saxlandığını, bu zaman əlində olan sarı rəngli sellofan paketin daxilində 1 (bir) ədəd skoçla sarılmış qara rəngli sellofan bağlamanın olduğunu bildirmişdir. Sonra təhqiqatçı tərəfindən həmin 1 (bir) ədəd skoçla sarılmış qara rəngli sellofan bağlamanın kəsildiyi hissə skoçla sarıldıqdan sonra tərəzidə çəkilmiş və heroinə bənzər maddə olan 1 (bir) ədəd skoçla sarılmış qara rəngli bağlama ağ rəngli kağız paketə qoyularaq qablaşdırılmış, eləcə də 172 nömrəli möhürlə möhürlənmişdir. Keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib edimiş və həmin protokol ucadan oxumuşdur. Sonra iştirakçılar tərəfindən ağ rəngli kağız paketin üzəri və axtarış keçirilməsi haqqında protokol imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşı Şahid2 Təqsirləndirilən şəxs narkotik vasitələrin daşıması, istifadə etməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Sonra əməliyyat məlumatı Şahid2 tərəfindən Binəqədi Rayon Polis İdarəsinin rəhbərliyinə məruzə edilmiş və rəhbərlik daxil olan əməliyyat məlumatının həqiqiliyini yoxlamaq məqsədilə ondan və Şahid2 ibarət əməliyyat qrupunun yaradılmasına dair göstəriş vermişdir. Təqsirləndirilən şəxslə bağlı daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə ilə birgə “X7” qarşısından keçəcəkdi. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı Şahid2 daxil olan zaman Təqsirləndirilən şəxs şəxsiyyəti barədə də məlumat göstərilmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs zahiri görünüşü əvvəlcədən onlara məlum olmuşdur. Təqsirləndirilən şəxs “X7” qarşısından keçən zaman o, Şahid2lə birlikdə Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edərək Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər və bundan onlar Təqsirləndirilən şəxs Binəqədi Rayon Polis İdarəsinə dəvət etmişlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşan zaman sonuncunun əlində 1 (bir) ədəd sarı rəngli torba olmuşdur. Onlar Təqsirləndirilən şəxs Binəqədi Rayon Polis İdarəsinə gətirdikdən sonra Təqsirləndirilən şəxs üzərinə orada olan təhqiqatçı otağında təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə və psixotrop maddə aşkar edilməsə də, Təqsirləndirilən şəxs əlindəki sarı rəngli 1 (bir) ədəd torbanın içərisindən 1 (bir) ədəd şəffaf bağlama, bu bağlamanın içərisindən isə 2 (iki) kiloqramdan çox narkotik vasitə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, onun anası ilə Təqsirləndirilən şəxs qayınanası rəfiqədirlər və o, Təqsirləndirilən şəxs bu yolla tanımışdır. O, bir gün öz anasına ayrıca kirayə evdə yaşamaq istədiyini bildirmişdir. Həmin vaxt anası ona rəfiqəsinin kürəkəni Təqsirləndirilən şəxs hazırda ayrıca təkbaşına kirayə evdə yaşadığını və bu səbəbdən də onun Təqsirləndirilən şəxslə birlikdə kirayə evdə yaşaya biləcəyini bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs kirayədə yaşadığı evə köçərək orada yaşamışdır. O, Oleqlə birlikdə kirayədə yaşadığı evin dəqiq ünvanını tam xatırlamasa da, həmin evin Daxili İşlər Nazirliyinin inzibati binasının arxa hissəsində yerləşdiyini bilir. Verilmiş suallara cavab olaraq Şahid3 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs sonuncu dəfə 2023-cü ilin avqust ayının 18-dən 19-na keçən gecə, saat 02:00-04:00 radələrində Oleqlə birlikdə kirayədə yaşadığı evdə görmüş, həmin vaxt evdə tək olarkən evin qapısı döyülmüş, qapını açdıqda, evə birinci növbədə Təqsirləndirilən şəxs, sonuncunun arxasınca 4-5 mülki geyimli şəxs daxil olmuş, həmin şəxslərin kim olmasını soruşduqda, həmin şəxslər özlərini polis əməkdaşı kimi ona təqdim etmişlər, həmçinin polis əməkdaşları evdə qanunsuz əşya olub-olmamasını ondan soruşmuşlar, evdə qanunsuz əşya olmadığını bildirdikdən sonra polis əməkdaşları evdə axtarış keçirmişlər, lakin həmin vaxt evdən qanunsuz əşya aşkar edilməmiş, bu müddət ərzində Təqsirləndirilən şəxslə danışmamış və həmin vaxt Təqsirləndirilən şəxs qollarında qandal olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadəsini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə saxlaması, daşıması və istifadə ilə məşğul olması barədə əməliyyat orqanına əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 5-6) görünür ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatına əsasən onun barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 9) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu ərazisində “Gənclər evinin” qarşısında saxlanılaraq Binəqədi RPİ-nə aparılmışdır. xx.xx.2023-cü il tarixli ərizədən (cild 1, iş vərəqə 11) görünür ki, Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin rəisi İlqar Məmmədova müraciət edərək Bakı şəhərində anadan olduğunu, Azərbaycan dilində sərbəst danışa və yaza bildiyini, bu səbəbdən də tərcüməçiyə ehtiyac olmadığını bildirmişdir. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 21-22) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 23) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 30-31) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli ərizədən (cild 1, iş vərəqə 33) görünür ki, Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin rəisi İlqar Məmmədova müraciət edərək vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. xx.xx.2023-cü il tarixli axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 35-37) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və həmin vaxt əlində saxladığı 1 (bir) ədəd sarı rəngli sellofan bağlamanın içindən bağlama aşkar edilmiş, bundan başqa, 1 (bir) ədəd “Xiaomi” markalı mobil telefon aşkar edilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs əlində saxladığı sarı rəngli sellofan bağlamanın içində 2 (iki) kiloqram çəkidə narkotik vasitə heroin olduğunu və həmin vasitəni İran İslam Respublikasının vətəndaşı “Əli” adlı şəxsin dediyi yerdən həmin gün saat 13:50 radələrində gedib götürdüyünü bildirmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-4536 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 49- 50) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN zərflər üçün №172” dairəvi möhür əksi olan, “şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş 1 (bir) ədəd kağız paketdə 1 (bir) ədəd qara rəngli bağlamada çəkisi 2072,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 77-78) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-912/2023 saylı qərarından (cild 1, iş vərəqə 106-108) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsin 5752 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 134-135) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstələyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Ərazi narkoloji dispanserində profilatik qeydiyyata alınması məsləhət görülür. Heroin 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyasına (Siyahı 1) daxildir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 2561 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 136- 139) görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 112) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin cavab məktubundan (cild 1, iş vərəqə 126) görünür ki, Təqsirləndirilən şəxs digər şəxslə cinayət əlaqəsinə girib satış məqsədi ilə külli miqdarda narkotik vasitənin əldə etməsi faktı öz təsdiqini tapsa da, onunla əlbir olmuş İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxsin şəxsiyyəti müəyyən olunmamışdır. xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 1, iş vərəqə 151-152) görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2071,95 qram narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc otağına təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 154-163) görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilərək ona həmin maddələr ilə yeni məzmunda ittiham elan edilməsi, aşkar edilmiş narkotik vasitə heroinin mənbəyinə dair ayrıca icraata cinayət işinin ayrılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında qərardan (cild 1, iş vərəqə 170-171) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-in X2 Xidmətinin cavab məktubundan (cild 2, iş vərəqə 30) görünür ki, arxivlərin saxlanma müddəti bitdiyindən 2023-cü il üzrə daxil olan məlumatın araşdırılması mümkün deyil. xx.xx.2024-cü il tarixli "xxxx" MMC tərəfindən verilmiş cavab məktubundan və ona əlavə edilmiş çıxarışdan (cild 2, iş vərəqə 32-33) görünür ki, ***-***-**-** saylı nömrə ilə 102 saylı nömrə arasında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində zənglər qeydə alınmamışdır. ***-***-**-** saylı nömrə X4 adınadır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidə bilavasitə və müdafiəçi vasitəsilə suallar vermiş, habelə müxtəlif vəsatətlər verərək ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən – təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında obyektiv şəkildə araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 14:00 radələrində Binəqədi RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, X9 küçəsi 13/37 ünvanında yerləşən “Gənclər Evi”nin qarşısında saxlanılaraq Binəqədi RPİ-nə aparılmış və orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlində saxladığı 1 (bir) ədəd sarı rəngli sellofan paketin içərisindən təmiz çəkisi 2072,0 qram təşkil edən külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı vaxtı, yeri və şəraiti mübahisələndirərək iddia etmişdir ki, o, ittiham aktında göstərildiyi kimi xx.xx.2023-cü il tarixdə deyil, əksinə xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmış, saxlanıldıqdan sonra bir neçə gün ərzində qanunsuz olaraq azadlıqdan məhrum edilmiş, bu müddət ərzində fiziki zorakılığa məruz qaldığından etirafedici ifadə verməyə məcbur qalmış, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə heroin olmamışdır. Müdafiə tərəfi göstərilən məsələləri mübahisələndirsə də, iddia etdiyi halları təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs iddia etdiyi halları təkzib edərək sonuncunu Bakı şəhəri, Binəqədi rayonu, X9 küçəsi 13/37 ünvanında yerləşən “Gənclər Evi”nin qarşısında saxladıqlarını bildirmişlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən səmimi olmamış, əksinə işin hallarına uyğun olmayan məzmunda ifadə vermişdir. Belə ki, Təqsirləndirilən şəxs bildirmişdir ki, o, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə olmamış, Binəqədi RPİ-də polis əməkdaşı tərəfindən ona sarı rəngli bağlama verilmiş və həmin polis əməkdaşı tərəfindən sarı rəngli bağlamanın ona məxsus olması barədə etirafedici ifadə verməsi tələb olunmuşdur. Bu hissədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs məhkəmədə iddia etmişdir ki, o, ittiham aktında göstərildiyi kimi xx.xx.2023-cü il tarixdə deyil, əksinə xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmış və saxlanılan zaman onun əlində sarı rəngli bağlama olmamışdır. Bu səbəbdən də məhkəmədə Təqsirləndirilən şəxs iddia etdiyi bu hallar araşdırılmış və müəyyən edilmişdir ki, onun iddia etdiyi bu hallar həqiqəti əks etdirmir. Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrəyə dair mobil operator tərəfindən verilmiş cavabdan məlum olur ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində həmin mobil nömrə Bakı şəhərinin müxtəlif ərazilərində olmuşdur. Halbuki Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərək bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saxlanıldıqdan sonra əvvəlcə Binəqədi RPİ-nin inzibati binasına, sonra Binəqədi RPİ-nin müxtəlif Polis bölmələrinə aparılmış və xx.xx.2023-cü il tarixdə yenidən Binəqədi RPİ-nin inzibati binasına aparılaraq orada sənədləşmə işləri aparılmışdır. Başqa sözlə, məhkəmədə tədqiq edilmiş və milli mobil operator tərəfindən verilmiş cavabla müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrəyə zənglər daxil olmuş, kifayət qədər uzun müddət ərzində danışıq aparılmış, habelə mobil nömrə üzrə Bakı şəhərinin müxtəlif ərazilərində və bir-birindən kifayət qədər uzaq məsafələrdə olmasına dair anten məlumatları verilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən tutulması və həmin gündən xx.xx.2023-cü il tarixədək qanunsuz şəkildə saxlanılması barədə məhkəməyə heç bir sübut təqdim etmədiyindən onun bu hissədə iddia etdiyi halların həqiqi hallar kimi qəbul edilməsi mümkün deyil. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadə verərək 2023-cü ilin avqust ayının 18-dən 19-na keçən gecə saat 02:00:04:00 radələrində Təqsirləndirilən şəxslə birlikdə kirayədə yaşadığı evdə tək olarkən qapının döyüldüyünü, qapını açdıqdan sonra əvvəlcə Təqsirləndirilən şəxs, sonra isə 4-5 nəfər mülki geyimdə olan şəxsin evə daxil olduğunu, sonra polis əməkdaşları təəfindən axtarış keçirilsə də, evdən dövriyyəsi qadağan edilmiş hər hansı əşyanın aşkar edilmədiyini, başqa sözlə, Təqsirləndirilən şəxs məhkəmədə iddia etdiyi kimi xx.xx.2023-cü il tarixdə deyil, əksinə xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldığını təsdiq etsə də, məhkəmə göstərilən şahidin ifadəsini mötəbər saymır. Belə ki, Şahid3 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, onun anası ilə Təqsirləndirilən şəxs qayınanası rəfiqədirlər və o, Təqsirləndirilən şəxs belə tanımış, həmçinin bir müddət Təqsirləndirilən şəxslə sonuncunun kirayədə yaşadığı evdə yaşamışdır. Qeyd edilməlidir ki, Şahid3 təxminən 20 yaş Təqsirləndirilən şəxs kiçik olduğu və sonuncu QİÇS xəstəliyindən əziyyət çəkdiyi halda onun Oleqlə eyni evdə kirayədə yaşaması məhkəmə üçün başa düşülən deyil. Bundan başqa, Şahid3 və Təqsirləndirilən şəxs məhkəmədə ayrı-ayrılıqda ifadə verərək bildirmişlər ki, Təqsirləndirilən şəxs 2023-cü ilin avqust ayının 18-dən 19-na keçən gecə saat 02:00:04:00 radələrində polis əməkdaşları tərəfindən birlikdə kirayədə yaşadıqları evə gətirildikdən sonra bu barədə Təqsirləndirilən şəxs qayınanasına məlumat verilmiş və bundan sonra həmin şəxs DİN-in 102 xidmətinə bu barədə məlumat vermişdir. Bu dəlil ciddi dəlil olduğundan məhkəmə tərəfindən bu barədə araşdırma aparılmış və nəticədə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs iddia etdiyi kimi onun qayınanası DİN-in 102 xidmətinə zəng edib məlumat verməmişdir. Bu dəlil məhkəmə araşdırması nəticəsində öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, Şahid3 Təqsirləndirilən şəxslə dost olduğundan məhkəmədə sonuncunun xeyrinə ifadə verməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmasına nail olmaq istəmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Şahid3 məhkəmədə ifadə verərəkən səmimi olmamış və ona görə də onun ifadəsi mötəbər sübut kimi tanına bilməz. Beləliklə, müdafiə tərəfi Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılması ilə bağlı hissədə mübahisələndirdiyi halları təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, cinayət işinə əlavə edilmiş sübutlar əsasında müdafiə tərəfinin iddia etdiyi hallar təkzib edildiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən hissədə mübahisələndirdiyi hallar həqiqətə uyğun deyil. Digər tərəfdən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən döyülməsini, yəni fiziki zorakılığa məruz qalmasını iddia etsə də, onun bu hissədə iddia etdiyi hallar da öz təsdiqini tapmamışdır. Əksinə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsini əks etdirən videogörüntüyə məhkəmədə baxış keçirilərkən onun üzərində xəsarət izi olması müəyyən edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərək polis əməkdaşları tərəfindən tutulmamışdan bir neçə ay əvvəl narkotik vasitə marixuanadan istifadə etdiyini, QİÇS xəstəliyindən əziyyət çəkdiyindən ağrıları olduğuna görə narkotik vasitə istifadə edərək ağrılarının azaldığını, habelə narkotik vasitə istifadə etmək üçün Facebook sosial şəbəkəsi vasitəsi ilə “Əli” adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olduğunu, polis əməkdaşları tərəfindən saxlanılmamışdan bir qədər əvvəl “Əli” adlı şəxsin bank hesabına 150 manat göndərdiyini, bunun müqabilində “Əli” adlı şəxsin ona 5 qram çəkidə psixotrop maddə metamfetamin göndərəcəyini bildirdiyini, bundan sonra “Əli” adlı şəxsin ona “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə psixotrop maddənin əvvəlcədən Bakı şəhərində yerləşdirilmiş ərazinin şəklini göndərdiyini, bundan sonra onun “Əli” adlı şəxsin göndərdiyi ünvana getdiyini, lakin oradan psixotrop maddəni götürməyə macal tapmadan oranı tərk etdiyini, həmin anda da polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman və bundan sonrakı müddət ərzində onun üzərindən psixotrop maddə metamfetamin aşkar edilməməsi, əksinə onun üzərinə şəxsi axtarış keçirilən zaman 2 (iki) kiloqramdan artıq çəkidə narkotik vasitə heroinin aşkar edilməsi ona dəlalət edir ki, o, həqiqətən də qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib saxlamış və daşımışdır. Başqa sözlə, Təqsirləndirilən şəxs bu hissədə məhkəmədə verdiyi ifadəsi onun qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hərəkət etməsi (“Əli” adlı şəxsin ona bank kartı nömrəsini göndərməsi, onun həmin bank kartı hesabına pul göndərməsi, “Əli” adlı şəxsin müxtəlif yerlərə narkotik vasitə yerləşdirməsi, bundan sonra həmin şəkilləri ona göndərməsi, onun “Əli” adlı şəxsin dediyi yerə getməsi, bütün bu müddət ərzində onun “Əli” adlı şəxslə müntəzəm olaraq sosial şəbəkə vasitəsi ilə danışıq aparması, qanunsuz əməllərlə bağlı dəqiqləşdirmələr aparması və bu qəbildən olan sair hərəkətlər) nəticəsinə gəlməyə kifayətdir. Təqsirləndirilən şəxs üzərindən 2 (iki) kiloqramdan artıq çəkidə narkotik vasitə heroin aşkar edilməsi ona dəlalət edir ki, o, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra dərhal müdafiəçi ilə təmin edilsə də, həmin gün ona azərbaycan-rus dilləri üzrə tərcüməçimütəxəssis təqdim edilməmiş, lakin sonradan, yəni xx.xx.2023-cü il tarixdə işə tərcüməçimütəxəssis cəlb edilməklə Təqsirləndirilən şəxslə bağlı bütün prosessual hərəkətlər və həmin hərəkətlərə dair tərtib edilmiş prosessual sənədlər məhz tərcüməçinin iştirakı ilə həyata keçirilməklə tərtib edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən və üzərində şəxsi axtarış keçirilərkən tərcüməçi ilə təmin edilməsə də, sonradan tərcüməçi ilə təmin olunmuşdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxslə bağlı ilkin prosessual hərəkətlərin keçirilməsi zamanı tərcüməçinin həmin prosessual hərəkətdə iştirak etməməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 26-cı maddəsi ilə təminat altına alınmış hüququnun pozulması kimi qiymətləndirə bilməz. Belə ki, cinayət işinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs təhqiqat orqanına müraciət edərək Bakı şəhərində anadan olduğunu, azərbaycan dilini bildiyini və bu səbəbdən də tərcüməçiyə ehtiyac olmadığını bildirməsi barədə öz xətti ilə yazılmış və özü tərəfindən imzalanmış ərizə təqdim etmişdir. Bundan başqa, şəxsi axtarışın keçirilməsinə dair videogörüntüdən də görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman o, sərbəst şəkildə azərbaycan dilində danışaraq təhqiqatçının suallarına cavab vermiş və işlə bağlı ağlabatan məzmunda məlumat vermişdir. Təqsirləndirilən şəxs məhkəmədə tərcüməçi ilə təmin edilsə də, o, sərbəst şəkildə azərbaycan dilində ifadə vermiş və ittihamla bağlı suallara cavab vermişdir. Həmçinin Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərək bir müddət Azərbaycan Respublikası Silahlı Qüvvələrində (Dövlət Sərhəd Xidməti) hərbiçi kimi xidmət etdiyini bildirmişdir. Məhkəmə bütün göstərilənləri məcmu halda nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən, saxlanıldıqdan sonra üzərində şəxsi axtarış və digər prosessual hərəkətlər keçirilərkən tərcüməçi ilə bağlı hissədə onun müdafiə hüququ pozulmamışdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. O, bu cinayətlərin törədilməsində təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətlərdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə sanksiya həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, 1 (bir) yetkinlik yaşına çatmayan uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, ağır xəstəlik hesab edilən QİÇS-dən əziyyət çəkdiyini və ibtidai istintaq zamanı etirafedici ifadə verməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və onun həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 24 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsin 5752 nömrəli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstələyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halın olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Binəqədi Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2071,95 qram təşkil edən narkotik vasitə heroin məhv edilməli, 1 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalı, Təqsirləndirilən şəxs götürülmüş 1 (bir) ədəd “Xiaomi” mobil telefon o, cəzasını çəkib qurtardıqdan sonra ona qaytarılması məqsədi ilə cəza çəkəcəyi cəzaçəkmə müəssisəsinə göndərilməlidir. Eyni zamanda iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 65 (altmış beş) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və həmin maddələr ilə ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 24 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Binəqədi Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2071,95 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin, 1 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın, Təqsirləndirilən şəxs götürülmüş 1 (bir) ədəd “Xiaomi” mobil telefon o, cəzasını çəkib qurtardıqdan sonra ona qaytarılması məqsədi ilə cəza çəkəcəyi cəzaçəkmə müəssisəsinə göndərilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov hakimlər Səbinə Məmmədzadə Azad Məcidov
Məhkəmə qərarları › İş №1(101)-1203/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1203/2024
24.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver