Məhkəmə qərarları › İş №1(101)-1203/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1203/2025

18.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1203/2025 18.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), X10 və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X6, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1984-cü ildə Qazax rayonu Kosalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Azərbaycan Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin 1 saylı Neft və Qazçıxarma sahəsində 12-ci dərəcəli neft və qazçıxarma üzrə usta vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi İntiqam Nəbiyev küçəsi ev 29, mənzil 53-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 18 iyul 2025-ci il tarixdə, saat 16:00da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs satış məqsədi olmadan məlum olmayan tarixdə, vaxtda və mənbədən qanunsuz olaraq külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 0,016 qram, 0,009 qram, 0,005 qram, 0,010 qram, 0,026 qram, 0,010 qram, 0,012 qram, 0,495 qram, 0,048 qram, 4,406 qram, 0,004 qram və 0,038 qram olmaqla 12 (on iki) ədəd bükümdə kimyəvi komponentlərinə görə eynilik təşkil edən ümumi təmiz çəkisi 5,079 qram olan ağ rəngli, kristalşəkilli kütlələrdən ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və xeyli miqdarda təmiz çəkisi 0,323 qram 1(bir) ədəd bükümdə olmaqla qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində olan əl çantalarında saxlayaraq 16 sentyabr 2024-cü il tarixdə, saat 10 radələrinədək olan müddətdə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən X36 X9 Məntəqəsinə daşımış, həmin tarixdə saat 10 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin X23 İdarəsinin (bundan sonra mətndə- SNPİ) əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən X36 X9 Məntəqəsində saxlanılaraq baxış keçirilən zaman qeyd edilən narkotik vasitə və psixotrop maddələr üzərində olan əl çantalarından aşkar edilərək götürülmüşdür. Tərəflərin bildirdiyi və təqdim etdiyi işin halları və dəlilləri:

2. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, özünü həmin məcəllənin 234.1-1-ci maddəsi ilə təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, hazırkı iş üzrə həbs olunmazdan əvvəl narkotik vasitələrdən istifadə etmişdir. Ümumilikdə 19 ildir dənizdə neft sahəsində ikinci dərəcəli mühəndis vəzifəsində işləmişdir. İşlədiyi müddətdə o, adətən, 15 gün dənizdə olmuş, bu müddət ərzində ağrılarının olması ilə əlaqədar narkotik vasitə, psixotrop maddə və güclü təsiredici dərman vasitələrindən istifadə etmişdir. Dənizdə növbədə olarkən narkotik vasitələri özü ilə apararaq tramadolu səhər-axşam olmaqla gündə azı iki dəfə qəbul etmiş, həmçinin psixotrop maddə metamfetamindən də istifadə etmişdir. Ona verilmiş ittihamda göstərilən bütün narkotik vasitə, psixotrop maddə və güclü təsiredici dərman həbləri özünə məxsus olmuş, həmin predmetləri dənizdə işdə olduğu müddətdə “ayaq üstündə qalaraq” işləyə bilmək, eləcə də bədənində yaranan ağrıları sakitləşdirmək üçün üzərində daşımaqla istifadə etmək fikrində olmuşdur. Belə ki, üzərindən aşkar olunmuş narkotik vasitə, psixotrop maddə və güclü təsiredici dərman həblərini dənizdə olacağı 15 gün ərzində istifadə etməyi planlaşdırmışdır. Onun üzərində saxlayaraq daşıdığı həmin qanunsuz predmetləri satmaq niyyəti olmamış, habelə işlədiyi müəssisədə də ondan heç kim narkotik vasitə, psixotrop maddə və ya güclü təsiredici dərman həbləri istəməmiş, kiməsə hər hansı təklif etməmiş, işlədiyi yerdə hər hansı şəxs onun narkotik vasitə və psixotrop maddələrdən istifadə etməyini bilməmiş, heç vaxt həmin predmetlərin satışı ilə məşğul olmamışdır. O, çalışdığı vəzifəsində 2500-2600 manat məbləğində (ehtiyaclarını kifayət qədər qarşılaya biləcək yüksək məbləğdə) maaş almış, bu səbəbdən ümumiyyətlə narkotik vasitələri, psixotrop maddələri və ya güclü təsiredici maddələri sataraq pul qazanmaq ehtiyacında və ya niyyətində olmamışdır. O, üzərindən aşkar olunmuş qanunsuz predmetləri nömrəsini internetdən götürdüyü özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş Əli adlı şəxsdən sonuncunun “m10” hesabına terminal vasitəsilə pul göndərməklə əldə etmişdir. O, Əli adlı şəxsdən şəxsi istifadəsi üçün narkotik vasitələr almış, “konum” əsasında götürdüyü üzərində aşkar edilmiş həmin predmetlər üçün ümumilikdə təxminən 350 manat ödəməli olmasına baxmayaraq cəmi 120 manat ödəniş etmişdir. O, dənizdə işləməsi ilə əlaqədar revmatizm xəstəliyindən əziyyət çəkməklə dizlərində tez-tez ağrıları yaranır. Tramadol həbini ağrıkəsici kimi, psixotrop maddə metamfetamini isə işləməkdən ötrü ayaqüstə qala bilmək üçün qəbul etmişdir. Narkotik vasitə heroini inyeksiya (iynə) yolu ilə, psixotrop maddə metafmetamini isə falqada düzəltməklə istifadə edir. Tsikladon və digər dərman həblərini isə yuxuya gedə bilmək üçün almış, tərkibinin nədən ibarət olmasını isə bilməmişdir. Arvadı da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar saxlanılmış, məhkəmənin yekun qərarı ilə 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Lakin ibtidai istintaq zamanı verdiyi ifadəsində arvadı Zeynəb Əliyeva ilə bağlı qeyd edilənlər doğru deyildir. Belə ki, arvadı ilə faktiki olaraq ayrı yaşamalarına baxmayaraq rəsmi şəkildə boşanmamışlar. Uşaqları onun ata və anası ilə birlikdə yaşayır. İşlədiyi müəssisədə növbəyə getməmişdən əvvəl tibbi yoxlama aparılmır. Hazırkı dövrədək müəssisədə yalnız ildə bir dəfə tibbi yoxlama aparılmış, lakin narkoloji yoxlamadan keçirilməmişdir. O, polis əməkdaşları tərəfindən işə gedərkən Sahil qəsəbəsində yerləşən postda saxlanılmışdır. O, 16 sentyabr 2024-cü il tarixdə saxlanıldıqdan sonra iş materiallarında qeyd olunduğu kimi 18 sentyabr 2024-cü il tarixdə buraxılmamış, polisin nəzarəti altında olmuş, saxlanıldıqdan sonra guya yaşadığı evə getməsi və atasının onu barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmə iclasına gətirməsi kimi hallar olmamışdır. O, Əli adlı iranlı şəxslə yalnız telefon vasitəsilə səsli zənglə danışmış, başqa anket məlumatlarını bilmədiyi Əli adlı şəxsin üzünü ümumiyyətlə görməmiş, onun harada yaşaması və sair barədə hər hansı məlumatı olmamış, onun səsindən orta yaşlı şəxs ola biləcəyini ehtimal edir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs özünü təqsirli bildiyi əmələ münasibətdə peşmanlıq çəkdiyini, ittihamda qeyd edilən çəkidə və bükümlərdə olan narkotik vasitə, psixotrop maddə, eləcə də narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin ona məxsus olduğunu, həmin predmetləri 15 gün işdə olduğu müddət ərzində şəxsi istehlakı məqsədilə tədarük etdiyini, habelə narkotik vasitə və psixotrop maddələrin, narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsiredən maddələrin satışı ilə heç vaxt məşğul olmadığını, himayəsində biri yetkinlik yaşına çatmayan olmaqla iki uşağı və yaşlı valideynlərinin olduğunu, ailədə ondan başqa heç kimin işləmədiyini, narkomaniya xəstəliyindən müalicə olunaraq tam sağalmaq istədiyini bildirərək məhkəmədən əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməklə barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi.

3. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında müəyyən ziddiyyətlər olduğundan həmin ifadələr də elan edilərək tədqiq edilmiş və o həmin ifadələrdə göstərmişdir ki, 1985-ci ildən Bakı şəhəri Lökbatan qəsəbəsində valideyinləri ilə birlikdə yaşamış, 2002-ci il tarixdə X18 ilə ailə qurmuş, onunla birgə nikahından iki övladı, oğlu Seymur Əlizadə və qızı Marina Əlizadə anadan olmuşlar. 2005-ci ildə Azərbaycan Neft Akademiyasının neft mədən fakültəsini bitirdikdən sonra “SOCAR”ın X14 N.Nərimanov adına neft və qazçıxarma idarəsində 1 saylı neft və qazçıxarma sexində istismar üzrə hazırkı dövrədək usta işləmişdir. İş növbəsinə əsasən 15 gün dənizdə, 15 gün evdə olur. Təxminən səkkiz il əvvəl valideynləri qonşuluqda yerləşən torpaq sahəsi alıb orada iki mərtəbəli ev tikib həmin evə köçmüşdür. O, dənizdə olan zaman həyat yoldaşı Zeynəb narkotik vasitələrin satışı ilə məşğul olmağa başlamış, əsasən İrandan gələn narkotik vasitələri kimlərəsə çatdırmaqla məşğul olmuşdur. Zeynəb də narkotik vasitə aludəçisidir. Bu proseslər təxminən səkkiz il öncə, valideyinləri köçəndən sonra başlamışdır. Zeynəb evə kilo ilə narkotik vasitələr, əsasən kakos və metamfetamin gətirib onları Davud adlı iranlının dediyi yerlərə çatdırdırmışdır. Bundan başqa, Zeynəb Əli adında İran İslam Respublikası vətəndaşı ilə telefonla görüntülü əlaqə saxlamışdır. Həmin ərəfələrdə o da narkotik qəbul etməyə başlamışdır. O vaxtdan narkotik aludəçisi olmuşdur. O, narkotik vasitə əldə etmək məqsədilə Zeynəbin tanışı Əlinin telefonun nömrəsini ehtiyat üçün götürmüşdür. Zeynəb tutulandan sonra öz istifadəsi üçün narkotik vasitəni Əlidən almışdır, Zeynəb narkotik tacirləri Davud və Əli adlı İranlı ilə yalnız telefonla görüntülü əlaqə saxlamışdır. Əvvəl həyat yoldaşı Zeynəbdən mütəmadi olaraq pulla almış, sonuncu tutulandan sonra isə Əli adlı İranlıdan almışdır. Başqa heç kimdən narkotik vasitə almamışdır. Davudun təxminən 40, Əlinin isə 20 yaşı vardır. Zeynəb evdə deyil, əsasən mehmanxanalarda yaşamış, evə çox nadir hallarda gəlib-getmiş, bu səbəbdən 8 ildir ki, ər-arvad münasibətləri olmamışdır. Sadəcə uşaqlara görə münasibətini kəsməmişdir. Onun narkotik vasitə aludəçi olmasına səbəb də Zeynəb olmuşdur. Belə ki, Zeynəb evə bir neçə dəfə narkotik vasitə gətirmiş, o bir neçə istifadə etmiş, o vaxtdan da aludəçi olmuşdur. Uşaqları narkotik vasitə qəbul etmir və bu işlərdən xəbəri olmamışdır. Yalnız anaları tutulanda bu barədə bilmişlər. Zeynəb uşaqlarının anası olduğuna görə onun barəsində polisə müraciət etmək fikri olmamışdır. Təxminən bir il əvvəl polis əməkdaşları tərəfindən Zeynəb külli miqdarda narkotiklə saxlanılaraq həbs edilmişdir. 15 sentyabr 2024-cü il tarixdə, saat 22 radələrində tanışı İran İslam Respublikasının vətəndaşı Əli ilə vatsap proqramı vasitəsilə danışmışdır. Ondan narkotik vasitə olan heroin, psixotrop maddə olan metamfetamin və güclü təsir edici maddə olan “Tramadol” və digər həblər almaq istədiyini bildirmişdir. Əvvəllər də Əlidən narkotik vasitə və psixotrop maddələr almışdır. Hər dəfə dənizə 15 günlük növbəyə gedəndə ondan narkotik vasitə və psixotrop maddələr almışdır. Ona 0,5 qram heroin, 5 qram metamfetamin və tramadol həbləri sifariş etmişdir. Əli ona sifarişlərin 350 manat olacağını demiş və razılaşmışlar. Daimi müştəri olduğundan ona nisyə mal vermişdir. Bundan sonra ona vatsap proqramı vasitəsilə Buzovnada yerləşən parkın “konumunu” atmış, həmin ünvana gedib ərazidə yerləşən ağacın altında narkotik vasitə olan sellofan bağlamada qoyduğu yerin şəklin çəkib vatsap proqramı vasitəsilə atmışlar. O həmin əraziyə gedərək narkotik vasitələri götürüb evə qayıdarkən yolda aptekdən 10 ədəd 1 qramlıq şprislər almışdır. 16 sentyabr 2024-cü il tarixdə, saat 09 radələrində evdən çıxaraq X36 Limanına getmişdir. Orada saat 09:30 radələrində nəzarət buraxılış məntəqəsindən keçərkən nəzarətçilər və polislər onu saxlamışlar. Sonradan videoçəkiliş vasitəsilə üzərinə baxış keçirmişlər. Üzərində olan əl çantasından heroin, metamfetamin və dərmanlar aşkar edilmişdir. Sonra üzərindən aşkar edilmiş narkotik vasitə və dərmanlar ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Bundan başqa, o, Əli adlı şəxsi şəxsən tanımasa da, ondan mütəmadi olaraq öz istifadəsi üçün narkotik vasitə və narkotik tərkibli həblər almışdır. О, “M10” proqramı vasitəsilə Əlinin hesabına pul köçürmüş, Əli isə onun istifadəsində olan mobil telefon nömrəsinə vatsap proqramı vasitəsi ilə narkotik vasitə olan bağlamanı yerləşdirdiyi yerin fotosunu və “konumunu” göndərmişdir. O, əldə etdiyi narkotik vasitəni özü istifadə etmək məqsədilə əldə etmişdir. O heç kimə narkotik vasitə satmamışdır. O həmişə lazım olan qədər narkotik vasitə əldə edərək özü ilə götürüb işə aparıb orada heç kimin görməməsi üçün gizlin yerdə istifadə etmişdir. İşlədiyi neft və qazçıxarma platformasına narkotik vasitələri apararkən mühafizəçilər tərəfindən yalnız əlində olan çantaları yoxlandığından narkotik vasitələri ciblərində aparmışdır. O, iş yerinə təxminən son bir ildə narkotik vasitə aparmışdır. Əvvəllər o qədər də ağrıları olmadığından narkotik vasitəni özü ilə iş yerinə aparmamışdır. Platformaya işə gedəndə özü ilə iki çanta aparmışdır. Böyük çantaya yemək, kiçik çantaya isə qələm, kitabça qoymuşdur. Narkotik vasitəni də kiçik çantaya qoymuşdur. Sahil qəsəbəsində yerləşən Qaradağ limanında mühafizəçilər böyük çantanı yoxlamışlar. Kiçik çantaya əhəmiyyət verməmiş, içəri daxil olanda isə polis əməkdaşları onu saxlayaraq çantalarını yoxlamağa başlamışlar. Kiçik çantanı yoxlayanda bir neçə bükümdə metamfetamin, heroin və ağrıkəsici “tramadol” dərmanlar aşkar etmişlər. O, platformada olarkən 1 qram narkotik vasitə və psixotrop maddəni 2-3 gün ərzində istifadə etmiş, ağrıları artdıqca güclü təsir edən dərmanlardan istifadə etmişdir. Belə ki, psixotrop maddə metamfetamini falqada qəbul etmiş, ağrıları çox olduğudan 1 ampul tramadola psixotrop maddə metamfetamin əlavə etməklə gün ərzində 2-3 dəfə inyeksiya yolu ilə qəbul etmişdir. Bir qram psixotrop maddə metamfetamini 2-3 gün ərzində qəbul edir (Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) 36, 50-53; 84-87; 201-204; 270-272;).

4. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

5. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.

6. Məhkəmədə şahid qismində dindirilmiş X23 İdarəsinin Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında X32 (bundan sonra mətndə - SNPİ-nin BBDTL-da XPB-nin) Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili polis mayoru Şahid1 ifadəsində göstərdi ki, 16 sentyabr 2024-cü il tarixdə xidmətdə olarkən Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi İntiqam Nəbiyev küçəsi ev 29, mənzil 53-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələri saxlaması barədə məlumat daxil olmuşdur. Məlumat əsasında tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Daha sonra qərarın icra olunması ilə bağlı müvafiq əmrlə o, SNPİ-nin BBDTL-da XPB-nin X24 Polis Məntəqəsinin manqa komandiri polis baş serjantı Şahid2 və həmin məntəqənin polis nəfəri polis baş serjantı Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna əməli köməklik göstərilməsi məqsədilə “Cesco” mühafizə şirkətinin X36 Limanı nəzarət buraxılış məntəqəsinin mühafizəçiləri Şahid4 və Şahid5 ayrılmışdır. 16 sentyabr 2024-cü il tarixdə SNPİ-nin xidməti ərazisində xidmətdə olarkən Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən X36 Limanı ərazisində nəzarət buraxılış məntəqəsində xx xxxx 1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq videoçəkilişdən istifadə edilməklə üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində iki ədəd bel çantası və bir ədəd əl çantası olmaqla ümumilikdə üç çantası olmuşdur. Əynində olan cins şalvarının sağ cibindən bir ədəd “Xiaomi-Redmi” markalı mobil telefon aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində olan çantalardan ümumilikdə 11 büküm psixotrop maddə metamfetaminə və narkotik vasitə heroinə bənzər maddələr olan bükümlər, narkotik vasitə qəbul etmək üçün nəzərdə tutulmuş şüşə predmetlər və güclü təsiredici maddə olması ehtimal edilən həblər aşkar edilmişdir. Həmin bükümlərə baxış keçirilmişdir. Qara rəngli bel çantasından üzərində “Tpamadol 100Mr/2Mr” yazısı qeyd olunmuş hər bir dəstədə 5 ədəd olan 6 dəstə ümumilikdə 30 ədəd şüşə ampula, 1 büküm göy rəngli sellofan kəsiyinə bükülmüş falqada psixotrop maddə metamfetaminə bənzər maddə, ağ rəngli kağıza bükülmüş qara rəngli sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər maddə, 1 büküm qara rəngli sellofan kəsiyinə bükülmüş bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə, ağ rəngli kağızda göy rəngli sellofanda narkotik vasitə olan heroinə bənzər maddənin qalıqları, 1 büküm falqada psixotrop maddə metamfetaminə bənzər maddə, 1 ədəd ağ rəngli kağızda psixotrop maddə olan metamfetaminə bənzər maddə, narkotik vasitə qəbul etmək üçün nəzərdə tutulmuş 1 ədəd şüşə predmet, 1 ədəd 50, 3 ədəd 20, 2 ədəd 10, 1 ədəd 5, 4 ədəd 1 manatlıq pul əskinasları ümumilikdə 139 manat pul aşkar edilmişdir. Boz rəngli çantadan şəxsi istifadəsi üçün siqaret bağlamaları və digər şəxsi əşyalar aşkar edilmişdir. Açıq qəhvəyi rəngli bel çantasından 10 ədəd 1 qramlıq şprislər, üzərində amitriptilin qrindeks yazısı qeyd olunmuş 20 ədəd 25 ml qramlıq həblər, üzərində “Çiklodol” qrindeks yazısı qeyd olunmuş 11 ədəd 2 ml qramlıq həblər, üzərində fenzepin yazısı qeyd olunmuş 0,001 ml qramlıq 10 ədəd həblər, üzərində tramadol yazısı qeyd olunmuş 3 ədəd 50 ml qram həblər, narkotik vasitə qəbul etmək üçün nəzərdə tutulmuş bir ədəd şüşə predmet və şəxsi aşyalar aşkar olunmuşdur. Aşkar edilmiş psixotrop maddə metamfetaminə və narkotik vasitə heroinə bənzər maddələr olan bükümlər, narkotik vasitə qəbul etmək üçün nəzərdə tutulmuş şüşə predmetlər və güclü təsiredici maddə olması ehtimal edilən həblər və mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Digər əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən şəxsə qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotik vasitə, psixotrop maddə və güclü təsiredici maddələri tanımadığı İran İslam Respublikası vətəndaşından məkan vasitəsilə əldə etdiyini bildirmişdir. Aşkar edilmiş narkotik vasitə və psixotrop maddəyə bənzər maddələr və dərman preparatları ekspertizaya təqdim edilməsindən ötrü ayrı-ayrılıqda qablaşdırılaraq möhürlənmişdir. Həmçinin “Xiaomi-Redmi” markalı mobil telefon da qablaşdırılaraq möhürlənmiş və protokol tərtib edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində SNPİ-nin Təhqiqat Qrupunun baş təhqiqatçısı tərəfindən şəxsi axtarış və götürmə aparılmışdır. Baxış zamanı qablaşdırılmış narkotik vasitələr, psixotrop maddələr və güclü təsir edən maddələrə bənzər predmetlərə müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı ilə yenidən videoçəkiliş vasitəsilə baxış keçirilmişdir. Aşkar edilmiş narkotik vasitə, psixotrop maddə və güclü təsir edən dərman preparatları ekspertizaya təqdim edilməsindən ötrü ayrı-ayrılıqda qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş və həmin protokol imzalanmışdır. Daha sonra ağ rəngli kağızda olan 6 ədəd uzunsov formada bükülmüş falqa kağızları Təqsirləndirilən şəxs məxsus açıq-qəhvəyi rəngli bel çantasından aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kağız falqaların yanmış falqalar olduğunu bildirmiş, həmin falqalara baxış keçirilmiş və bükümün içərisində metamfetaminə bənzər maddə olduğu müəyyən edilmişdir.

7. Verilən suallara cavab olaraq Şahid1 ifadəsinə əlavə edərək göstərdi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə, psixotrop maddə və güclü təsiredici maddələri şəxsi istifadəsi məqsədilə əldə etdiyini, uzun illərdir həmin qanunsuz maddələri istehlak etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs dənizdə işlədiyi müddətdə kiməsə narkotik vasitə satması barədə sonradan hər hansı məlumat əldə olunmamışdır. “Socar” şirkətində işçilər tez-tez yoxlanışdan keçirilməmiş, bu səbəbdən yoxlanışın artırılması məqsədilə həmin şirkətə şifahi şəkildə məlumat verilmişdir. Təqsirləndirilən şəxs uzun müddət ərzində dənizdə işləməsinə baxmayaraq onun narkotik vasitələrdən istifadə etməsi barədə polis və mühafizə əməkdaşlarının məlumatı olmamışdır. Təqsirləndirilən şəxs təsadüf nəticəsində deyil, narkotik vasitələri üzərində saxlayaraq daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında saxlanılmış, həmin əməliyyat məlumatında onun narkotik vasitə, psixotrop maddə və ya güclü təsir edən maddələrin satışı ilə məşğul olması barədə məlumat olmamışdır. O, ikinci bir şəxsin olması ehtimalına görə Təqsirləndirilən şəxs saxlanılması barədə göstəriş verib özü çöldə gözləmiş, lakin ikinci şəxsin olması ehtimalı real olmamışdır. Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı əsasında Əli adlı iranlı şəxsin barəsində müvafiq əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq onun şəxsiyyətinin müəyyən edilməsi istiqamətində hər hansı müsbət nəticə əldə olunmamışdır.

8. Məhkəmədə şahid qismində dindirilmiş SNPİ-nin BBDTL-da XPM-nin Qaradağ Limanında XPM-nin manqa komandiri polis baş serjantı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid1la oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs Şahid1 verdiyi məlumat əsasında buraxılış məntəqəsində yoxlanışdan keçərkən saxlanılmış, saxlanılarkən üzərindən aşkar edilmiş qanunsuz predmetlərə dair hər hansı etirazını bildirməmişdir.

9. Məhkəmədə şahid qismində dindirilmiş SNPİ-nin BBDTL-da XPB-nin Qaradağ Limanında XPM-nin polis nəfəri polis baş serjantı Şahid3, “Cesco” Mühafizə şirkətinin X36 limanının nəzarət buraxılış məntəqəsinin mühafizəçiləri Şahid5 və Şahid4 məhkəməyədək icraat zamanı verdikləri ifadələri ilə əsasən eyni məzmunlu və şahidlər Şahid1 və Şahid2lə oxşar məzmunlu ifadələr verərək sonuncuların ifadələrində göstərdikləri özlərinə dair xüsusatları bir daha təsdiq etmişlər.

10. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

11. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs SNPİ-nin əməkdaşları tərəfindən 16 sentyabr 2024-cü il tarixdə, saat 10 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən X36 X9 məntəqəsində saxlanılmış və üstünün yoxlanılması zamanı üzərində olan çantalardan psixotrop maddə metamfetamin, narkotik vasitə heroin və güclü təsiredici maddə metadon həblərinin aşkar edilərək götürülməsi faktına görə SNPİ-nin İstintaq bölməsinin baş müstəntiqi polis mayoru X11 tərəfindən 17 sentyabr 2024-cü il tarixdə, saat 08:00-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə ibtidai istintaqı aparılmışdır (Cild 1, i.v.1;)

12. “Təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” 16 sentyabr 2024-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, SNPİ-nin BBDTL-da XPB-nin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili polis mayoru Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik maddələr saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılması qərara alınmış, həmin qərar BBDTL-da XPB-nin rəisi polis polkovnikleytenantı Zaur Əliyev tərəfindən təsdiq edilərək həmin bölmənin rəis müavini polis mayoru X3 rəhbərliyi ilə həmin bölmənin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili polis mayoru Şahid1, Qaradağ Limanında XPM-nin manqa komandiri polis baş serjantı Şahid2 və polis nəfəri polis baş serjantı Şahid3 ibarət əməliyyat qrupu təşkil edilmişdir (Cild 1, i.v. 3-6;).

13. “Baxış keçirilməsi haqqında” 16 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, həmin gün SNPİ-nin BBDTL-da XPB-nin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili polis mayoru Şahid1 tərəfindən Qaradağ Limanında XPM-nin manqa komandiri polis baş serjantı Şahid2 və polis nəfəri polis baş serjantı Şahid3, “Cesco” mühafizə şirkətinin X36 limanı nəzarət buraxılış məntəqəsinin mühafizəçiləri Şahid4 və Şahid5 iştirakı ilə həmin gün saat 10:00-dan 11:21-dək aparılmış əməliyyat-axtarış tədbirləri ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs üstünün yoxlanılması və baxış keçirilməsi həyata keçirilmişdir. Protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs üzərində olan çantalardan ümumilikdə 11 büküm aşkar edilmişdir. Belə ki, qara rəngli əl çantasının içərisindən “Tpamadon 100Mr/2Mr” yazısı qeyd olunmuş hər bir dəstədə 5 ədəd olan 6 dəstə ümumilikdə 30 ədəd şüşə ampula, 1 büküm göy rəngli sellofan kəsiyinə bükülmüş falqada, 1 büküm qara rəngli sellofan kəsiyinə bükülmüş falqada, 1 büküm falqada, 1 büküm kağız bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddə, narkotik vasitə qəbul etmək üçün nəzərdə tutulmuş 1 ədəd şüşə predmet, 1 ədəd 50, 3 ədəd 20, 2 ədəd 10, 1 ədəd 5, 4 ədəd 1 manatlıq pul əskinasları olmaqla ümumilikdə 139 manat pul, 1 ədəd saqqız və 1 ədəd qırılmış qələm qalığı aşkar edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məxsus boz rəngli bel çantasından 1 ədəd falqa kəsiyi, 1 ədəd nəm salfet paketi, 27 ədəd siqaret paketi, 3 ədəd üzərində yazılar olan kağız, 3 ədəd rəngli sellofan, iş və xidməti vəsiqələri aşkar edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məxsus açıq qəhvəyi rəngli bel çantasından 1 ədəd qayçı, 1 ədəd qol saatı, 1 ədəd qələm, 1 cüt qara rəngli corab, fayllar, 1 ədəd üzərində yazılar olan kağız, 10 ədəd 1 qramlıq şpris, 1 ədəd qara rəngli qutunun içərisində daraq, telefon naqili, güzgü, 1 ədəd fayl içərisində qutunun içərisində 1 ədəd qara rəngli sap və 1 ədəd iynə, 2 ədəd içi kibritlə dolu kibrit qutusu, 1 ədəd kağız üzərində üzqırxan aparat üçün istifadə olunan yağ, 1 ədəd qara rəngli parça qabın içərisində olan 20 ədəd 25 ml qramlıq amitriptilin qrindeks həbləri, 11 ədəd 2 ml qramlıq Çiklodol qrindeks həbləri, 10 ədəd 0,001 ml qramlıq fenzepin həbləri, 3 ədəd 50 ml qramlıq Tramadol həbləri, leykoplastr, 1 ədəd qara rəngli sellofan içərisində kağız bükümü içərisində olan 1 ədəd dırnaqtutan, 1 ədəd içərisi kürdan ilə dolu olan kağız bükümü, 1 ədəd kağıza bükülmüş paltar tikmək üçün istifadə olunan iynə, narkotik vasitə qəbul etmək üçün istifadə olunan 1 ədəd şüşə predmet, corab, kağıza bükülmüş 6 ədəd uzunsov formada falqa kağızı kəsikləri aşkar olunmuşdur. Aşkar edilmiş ümumilikdə 11 büküm psixotrop maddə metamfetaminə, narkotik vasitə heroinə bənzər maddələr olan bükümlər, 6 ədəd uzunsov formada bükülmüş falqa kəsikləri, 1 ədəd böyük falqa kəsiyi, 2 ədəd şüşə predmet, güclü təsiredici xüsusiyyətə malik olması ehtimal edilən dərman həbləri və “Xiaomi-Redmi” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş və 2 ədəd ağ rəngli zərfə ayrı-ayrılıqda qoyularaq qablaşdırılaraq baxışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Digər əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Bu barədə protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, sonuncular tərəfindən heç bir qeyd, təklif, ərizə və şikayət daxil olmamış, düzgünlüyü iştirakçılar tərəfindən imzalanmışdır. Protokolda baxış zamanı “Samsung” markalı mobil telefondan istifadə edilməklə videoçəkliş aparılması və həmin videoçəklişin protokola əlavə ediləcəyi qeyd olunmuşdur (Cild 1, i.v. 9-11;).

14. “Baxış keçirilməsi haqqında” 16 sentyabr 2024-cü il tarixli protokolda əks olunan əməliyyat-axtarış tədbirləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq cəmi müddəti 34 dəqiqə 8 saniyə olan həmin videoçəkilişin əks olunduğu bir ədəd diskdəki videogörüntülərə müstəntiq V.B.Məmmədov tərəfindən baxış keçirilməsinə dair 23 sentyabr 2024-cü il tarixli protokolla, eləcə də həmin diskdəki videogörüntülərə məhkəmədə Təqsirləndirilən şəxs və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri, habelə üzərinin yoxlanılması zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır. Videogörüntüdən Təqsirləndirilən şəxs üzərində keçirilmiş yoxlama və mənzilinə baxış keçirilməsi zamanı xarici görkəminin səliqəli olması, sərbəst olmaqla suallara rahat və ətraflı şəkildə cavab verməsi, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v. 11; 104-105;).

15. “Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması haqqında” 16 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs SNPİ-nin baş təhqiqatçısı polis baş leytenantı X28 tərəfindən müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X15 iştirakı ilə həmin tarixdə, saat 18:30-da SNPİ-nin inzibati binasında yerləşən xidməti otaqların birində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla hüquq və vəzifələri ətraflı şəkildə izah edilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 16 sentyabr 2024-cü il tarixdə, saat 10:00-dan tutulmuş hesab edilmişdir (Cild 1, i.v. 25;).

16. “Şəxsi axtarış və götürmə aparılması barədə” 16 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, SNPİ-nin baş təhqiqatçısı polis baş leytenantı X28 tərəfindən həmin idarənin BBDTL-da XPB-nin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili polis mayoru Şahid1, Qaradağ Limanında XPM-nin manqa komandiri polis baş serjantı Şahid2 və müdafiəçi X15 iştirakı ilə SNPİ-nin inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində saat 18:45-dən 19:51-dək olan müddətdə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməklə bu barədə protokol tərtib edilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə, cinayət xarakterli əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, axtarış zamanı üzərindən narkotik vasitə, psixotrop maddə, cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs 16 sentyabr 2024-cü il tarixdə, saat 10 radələridnə Bakı şəhəri Qaradağ rayon Sahil qəsəbəsində yerləşən X36 Limanında SNPİ-nin BBDTL-da XPB-nin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili polis mayoru Şahid1 tərəfindən baxış keçirilərkən çantasından aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddə metamfetaminə bənzər maddələr, həmin predmetləri qəbul etmək üçün istifadə olunan əşyalar, güclü təsiredən dərmanlara bənzər həblər götürülərək qablaşdırıldığını bildirmişdir. Həmin qablaşdırılma açılaraq ona baxış keçirilərkən bağlamada 30 ədəd 100 ml qramlıq ampula Tramadol, 20 ədəd 25 ml qramlıq amitriptilin qrindeks həbləri, 11 ədəd 2 ml qramlıq Çiklodol qrindeks həbləri, 10 ədəd 0,001 ml qramlıq fenzepin həbləri, 3 ədəd 50 ml qramlıq Tramadol həbləri, narkotik vasitə qəbul etmək üçün istifadə edilən 2 ədəd şüşə predmet, 10 ədəd 1 qramlıq şpris, içərisində heroinə bənzər maddə qalıqları olan 1 ədəd sellofan kəsiyi bükümü, içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddə olan 2 ədəd falqa bükümü, içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddə olan 3 ədəd kağız büküm, içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddə olan 1 ədəd şəffaf sellofan büküm, içərisində narkotik vasitə olan heroinə bənzər maddə olan 1 ədəd qara rəngli sellofan kəsiyi bükümü, içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddə olan 1 ədəd falqaya bükülmüş göy rəngli sellofan kəsiyi bükümü, içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan 1 ədəd qara rəngli sellofan kəsiyi bükümü, içərisində narkotik vasitə olan heroinə bənzər maddə, 1 ədəd üzərində yazılar olan kağız büküm, 6 ədəd uzunsov formada bükülmüş falqa kəsikləri olması müəyyən edilmişdir. Həmin falqa kəsiklərindən birinin içərisinə baxıldıqda içərisində metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. Aşkar edilmiş psixotrop maddəyə, narkotik vasitə heroinə bənzər bükümlər, şüşə predmetlər və güclü təsir edən dərmanlara bənzər həblər iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, 1 ədəd zərfə qoyularaq möhürlənməklə iştirakçılar tərəfindən imzalanmışdır. Protokolda şəxsi axtarış və götürmə zamanı “Samsung” markalı mobil telefondan istifadə edilməklə videoçəkiliş aparılması və videoçəklişin əks olunduğu məlumat daşıyıcısının protokola əlavə ediləcəyi qeyd edilmişdir. Bu barədə tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən heç bir qeyd, təklif, ərizə və şikayət daxil olmamış, protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v.33- 34;).

17. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 16 sentyabr 2024-cü il tarixli protokolda əks olunan istintaq hərəkəti videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq cəmi müddəti 17 dəqiqə 2 saniyə olan həmin videoçəkilişin əks olunduğu bir ədəd diskdəki videogörüntülərə müstəntiq V.B.Məmmədov tərəfindən baxış keçirilməsinə dair 17 oktyabr 2024-cü il tarixli protokolla, eləcə də həmin diskdəki videogörüntüyə məhkəmədə Təqsirləndirilən şəxs və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır (Cild 1, i.v. 35; 132;).

18. “Materialın aidiyyəti üzrə göndərilməsi haqqında” 16 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material araşdırmanın davam etdirilməsi üçün SNPİ-nin İstintaq bölməsinə göndərilmişdir (Cild 1, i.v. 41;).

19. “Şəxsin barəsində şübhəli şəxs statusu saxlanılmaqla MSY-dən azad edilməsi haqqında” 18 sentyabr 2024-cü il tarixli qərarda göstərilmişdir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs statusunda saxlanılmaqla müvəqqəti saxlama yerindən azad edilməsi qərara alınmışdır (Cild 1, i.v.54;).

20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzi tərəfindən verilmiş “Məhkəmə-fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının” 18 sentyabr 2024-cü il tarixli, 6/4594 saylı rəyindən görünür ki, üzərində: AR DİN Nəqliyyatda Baş Polis İdarəsi X23 İdarəsi “Zərflər üçün” möhür əksi, “Təqsirləndirilən şəxs aşkar edilmiş maddi sübutlar, 1. /imza/ Babışov.E, 2. /imza/ Əhmədov.N, 3. /imza/ Əliyev.M, 4. /imza/ Əliyev.V, Tərtib etdi: TQ-nun baş təhqiqatçısı, polis baş leytenantı /İmza/ Məmmədov-.Ə” yazılar olan paketdəki 12 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,016 qr, 0,009 qr, 0,005 qr, 0,010 qr, 0,026 qr, 0,010 qr, 0,012 qr, 0,495 qr, 0,048 qr, 4,406 qr, 0,004 qr, 0,038 qram, ümumi təmiz çəkisi: 5,079 qram olan ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, həmin metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər və 01 ədəd bükümdə təmiz çəkisi: 0,323 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 01 ədəd narıncı başlıqlı şprisdə, 02 ədəd şüşə ampullarda, 01 ədəd sellofan kəsiyinin səthində narkotik vasitə heroinin izləri müəyyən edildi. Həmin tədqiqat obyektlərinin səthində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün deyildir və 09 ədəd şprisdə, 03 ədəd falqa kağızında hər hansı bir narkotik vasitə, güclü təsir edən maddə və ya psixotrop maddələrin izləri yoxdur. Üzərində “Трамадол 50 mq” markalanma göstəricisi olan 01 ədəd konvalyutda 03 ədəd ağ-göy rəngli dərman kapsullarının tərkibində ümumilikdə 0,15 qram (1 kapsulda 0,05qr.) tramadol təsiredici maddəsi, üzərində “Трамадол 100мг/2мл” markalanma göstəricisi olan 30 ədəd şüşə ampuldakı maye preparatın tərkibində ümumilikdə 3,0 qram olan tramadol təsiredici maddəsi müəyyən edildi. Üzərində “ЦИКЛОДОЛ..2 мг..” markalanma göstəricisi olan 01 ədəd konvalyutda ümumi sayı 11 ədəd ağ rəngli, dairəvi formalı dərman tabletinin tərkibində ümumilikdə 0,022 qram triheksifenidil təsiredici maddəsi müəyyən edildi, üzərində “ФЕНЗЕПИН 0,001 q,” markalanma göstəricisi olan 01 ədəd blisterdə ümumi sayı 10 ədəd ədəd ağ rəngli dairəvi formalı tabletlərin tərkibində ümumilikdə 0,01 qram fenazepam təsiredici maddəsi müəyyən edildi. Üzərində “Амитриптилин гриндекс 25 mg” göstəriciləri olan preparatın tərkibində 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində İdxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarına” və 18 mart 2016-cı il tarixli “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” daxil olan maddələr yoxdur. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” siyahısına (Siyahı 1), Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” siyahısına (Siyahı 1), Fenazepam “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi nəzarət edilən psixotrop maddələrin” siyahısına, Tramadol, Triheksifenidil 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. Metamfetaminin ümumi təmiz çəkisi – 5,079 qram, cəmi tədqiqata sərf edildi - 0,15 qram, qalıq - 4,929 qram. Heroinin təmiz çəkisi – 0,323 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,273 qram. Tramadol 100 mq/2ml – 30 ədəd ampul, tədqiqata sərf edildi – 1 ampul, qalıq – 29 ampul. Tramadol 50 mq - 3 ədəd kapsul, tədqiqata sərf edildi – 1 kapsul, qalıq – 2 ədəd kapsul. Çiklodol 2 mq – 11 ədəd həb, tədqiqata sərf edildi – 2 ədəd həb, qalıq – 9 ədəd. Fenazepam – 10 ədəd həb, tədqiqata sərf edildi – 3 ədəd həb, qalıq – 7 ədəd. Амитриптилин гриндекс 25 mg – 20 ədəd həb, tədqiqata sərf edildi – 2 ədəd həb, qalıq – 18 ədəd. Aparılmış tədqiqatın dəyərinin 60 (altmış) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 56-65;).

21. “Cinayət əməlinin tövsif edilməsi haqqında” 18 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilmişdir (Cild 1, i.v.66;).

22. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 18 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (Cild 1, i.v. 68-69;).

23. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli, 4(004)- 857/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 18 sentyabr 2024-cü il tarixdən hesablanmaqla 3 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək (CM-in 234.1-1-ci maddəsi ilə) həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Həmçinin verilmiş suala cavab olaraq bu gün səhər saatlarında müstəntiq tərəfindən azad olunaraq yaşadığı evə getdiyini və hazırda atasının onu məhkəmə iclasına gətirdiyini bildirmişdir (Cild 1, i.v. 95-97;).

24. “Baxış keçirilməsi haqqında” 18 sentyabr 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəllərədən görünür ki, Təqsirləndirilən şəxs yazılı razılıq ərizəsi əsasında həmin tarixdə, saat 19:20-dən 20:18-dək NBPİ-nin SNPİ-nin İstintaq bölməsinin baş müstəntiqi polis mayoru X11 tərəfindən həmin idarənin Narkotiklərlə mübarizə qrupunun baş inspektoru baş əməliyyat müvəkkili polis mayoru X19, BEM BQMP-nin əməliyyat müvəkkili polis baş leytenantı X4, hal şahidləri X29 və X5, müdafiəçi X30 və Təqsirləndirilən şəxs iştirakı ilə ünvan 1 ünvanında baxış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, istintaq hərəkəti zamanı evdən cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir (Cİld 1, i.v. 99-103;).

25. “Mobil telefona baxış keçirilməsi haqqında” 26 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 (bir) ədəd “Xiaomi-Redmi” markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir (Cild 1, i.v. 106;).

26. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş tələbnamənin 28 sentyabr 2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmamış şəxsdir (Cild 1, i.v. 107;).

27. Qaradağ rayon Mənzil-Kommunal təsərrüfat Birliyi 152 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi tərəfindən verilmiş 24 oktyabr 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Əliyev X8 rayonu Lökbatan qəsəbəsi İ.Nəbiyev küçəsi ev 29, mənzil 53 ünvanında yaşamaqla ailə tərkibi 1953-cü il təvəllüdlü atası X7, 1961-ci il təvəllüdlü anası X16, 1981-ci il təvəllüdlü X18, xx.xx.2004-cü il təvəllüdlü Seymur Əlizadə və xx.xx.2007-ci il təvəllüdlü Marina Əlizadə adlı övladlarından ibarətdir. 10 avqust 1984cü ildən ailəsi ilə həmin ünvanda qeydiyyatda olmaqla yaşamışdır. Yaşadığı vaxtdan qonşular tərəfindən hər hansı şikayət daxil olmamışdır (Cild 1, i.v 135-136;).

28. SNPİ-nin BBDTL-də XPB-nin rəisi polis polkovnik-leytenantı Zaur Əliyevin 28 noyabr 2024-cü il tarixli 3-13-15-3-1/2-376/2024 saylı məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddəni hansı mənbədən əldə etməsini müəyyən etmək mümkün olmamış, həmçinin onun narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələrin satışını həyata keçirməsi ilə bağlı hər hansı məlumat əldə olunmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs narkotik vasitələri, psixotrop maddələri və güclü təsir edən maddəni əldə etdiyini bildirdiyi İran İslam Respublikası vətəndaşı Əli adlı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır (Cild 1, i.v. 146;).

29. “Baxış keçirilməsi haqqında” 15 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, müvafiq məhkəmə qərarı ilə "xxxx" MMC-dən əldə edilmiş 1 (bir) ədəd CD diskdə olan məlumatlara baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin və güclü təsir edən maddələrin alqı-satqısı ilə bağlı hər hansı məlumat aşkar edilməmişdir (Cild 1, i.v. 151;).

30. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-27/2025 saylı, 11 yanvar 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2 (iki) ay 1 (bir) gün, yəni 17 mart 2025-ci il tarixədək uzadılmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə) göstərilən əməl üzrə özünü təqsirli bildiyini və təqdimatın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir (Cild 1, i.v. 167-170;).

31. “Ambulator məcburi komisyon məhkəmə-narkoloji ekspertizasının” 7 noyabr 2024cü il tarixli, 7226 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs deməsinə görə narkotik vasitə olan heroindən və psixotrop maddə metamfetamindən inyeksiya yolu ilə istifadə edir (Cild 1, i.v. 171-172;).

32. “Kompleks ambulator komisyon məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının” 7 noyabr 2024-cü il tarixli, 3249 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hövsələsizlik, inadkarlıq, laqeydlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs psixiemosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (Cild 1, i.v. 174-176;).

33. “Sübutların qiymətləndirilməsi haqqında” 12 fevral 2025-ci il tarixli qərardan görünür ki, hazırkı cinayət işinin materiallarından Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddəni əldə etdiyi İran İslam Respublikası vətəndaşı barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işinin icraata ayrılması, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatlarından sonra qalıq çəkiləri 4,929 qram olan metamfetamin, 0,273 qram olan heroin, 29 ampul “Tramadol 100 mq/2ml”, 2 ədəd “Tramadol 50 mq” kapsul, 9 ədəd “Çiklodol 2 mq” həb, 7 ədəd “Fenzepin0,0001 q” həb, 18 ədəd “Amitriptilin qrindeks 25 mg” həb, 1 ədədinin üzərində narkotik vasitə heroinin izləri olan 10 ədəd narıncı başlıqlı şpris, üzərinə narkotik vasitə heroinin izləri olan 2 ədəd şüşə ampullar və 1 ədəd sellofan kəsiyi, təqsirləndirilən şəxsə məxsus 1 ədəd “Xiaomi-Redmi” markalı mobil telefon maddi sübut kimi tanınaraq saxlanılması üçün SNPİ-nin maddi sübutları saxlama otağına verilməsi qərara alınmışdır. Eyni zamanda, 16 sentyabr 2024-cü il tarixli baxış keçirilməsi və şəxsi axtarış və götürmə aparılması haqqında protokollara əlavə edilmiş ümumilikdə 2 ədəd disk, həmçinin "xxxx" MMC-dən daxil olmuş içərisində təqsirləndirilən şəxsin mobil telefonu ilə ötürülən məlumatlar əks edilmiş 1 ədəd disk sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı və nəticə hissələrindən görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin tərkib əlamətləri müəyyən edilməmişdir (Cild 1, i.v. 177-189;).

34. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 13 fevral 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir(Cild 1, i.v.191-192;).

35. “İttiham aktı təsdiq edilmədən cinayət işinin əlavə istintaq aparılması üçün müstəntiqə qaytarılması barədə” 4 mart 2025-ci il tarixli qərardan görünür ki, 27 fevral 2025-ci il tarixdə müstəntiq X11 tərəfindən iş üzrə ittiham aktı tərtib edilərək Bakı şəhər prokurorluğuna göndərilmiş, lakin 4 mart 2025-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən cinayət işinin ittiham aktı təsdiq edilmədən əlavə ibtidai istintaq aparılması üçün müstəntiqə qaytarılması və iş üzrə müstəntiq tərəfindən qəbul edilmiş 12 fevral 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarın Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin tərkib əlamətlərinin olmaması hissələrində (2 və 3-cü bənd) ləğv edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, ....bu qədər narkotik vasitə, psixotrop maddə və güclü təsir edici vasitələin onun tərəfindən 15 gün ərzində dənizdə işdə olarkən şəxsi istehlakı üçün əldə edilməsi ağlabatan olmamaqla, bu da Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri satış məqsədi olmadan əldə etməsini istisna etməklə qeyd edilən xüsusatlara müstəntiq tərəfindən düzgün hüquqi qiymət verilməyərək...əsassız olaraq onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrlə cinayət təqibinin başlanılması rədd edilmişdir (Cild 1, i.v. 209-219; 222-224;).

36. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 4 mart 2025-ci il tarixli qərardan görünür ki, SNPİ-nin İstintaq bölməsinin baş müstəntiqi polis mayoru Vasif Məmmədov tərəfindən ********* nömrəli cinayət işi icraata qəbul edilməklə əlavə istintaqı aparılmışdır (Cild 1, i.v.220;).

37. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 7 mart 2025-ci il tarixi, 4(004)-208/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 16 aprel 2025-ci il tarixədək uzadılmışdır. Həmin qərarın təsviriəsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cnayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilərək həbs qətimkan tədbirinin müddətinin uzadılmasına dair vəsatətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir (Cild 1, i.v. 235-238;).

38. “Sübutların qiymətləndirilməsi haqqında” 14 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 13 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittihamın mahiyyətinin dəyişməsi üçün əsas ola biləcək yeni bir hal müəyyən edildiyinə görə ona elan edilmiş ittiham dəyişdirilərək əlavələr edilməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə yenidən ittiham elan edilməsi, hazırkı cinayət işinin materiallarından Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə, narkotik vasitə və tərkiblərində güclü təsiredici maddələr olan dərman preparatlarını əldə etdiyi, həmçinin qabaqcadan əlbir olduğu şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə cinayət işinin icraata ayrılması, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatlarından sonra qalıq çəkiləri 4,929 qram olan metamfetamin, 0,273 qram olan heroin, 29 ampul “Tramadol 100 mq/2ml”, 2 ədəd “Tramadol 50 mq” kapsul, 9 ədəd “Çiklodol 2 mq” həb, 7 ədəd “Fenzepin0,0001 q” həb, 18 ədəd “Amitriptilin qrindeks 25 mg” həb, 1 ədədinin üzərində narkotik vasitə heroinin izləri olan 10 ədəd narıncı başlıqlı şpris, üzərinə narkotik vasitə heroinin izləri olan 2 ədəd şüşə ampullar və 1 ədəd sellofan kəsiyi, təqsirləndirilən şəxsə məxsus 1 ədəd “Xiaomi-Redmi” markalı mobil telefonun maddi sübut kimi tanınaraq saxlanılması üçün SNPİ-nin maddi sübutları saxlama otağına verilməsi, eləcə də 16 sentyabr 2024-cü il tarixli baxış keçirilməsi və şəxsi axtarış və götürmə aparılması haqqında protokollara əlavə edilmiş ümumilikdə 2 ədəd disk, həmçinin "xxxx" MMC-dən daxil olmuş içərisində təqsirləndirilən şəxsin mobil telefonu ilə ötürülən məlumatlar əks edilmiş 1 ədəd diskin sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs götürülmüş üzərində “ФЕНЗЕПИН 0,001 q,” markalanma göstəricisi olan 01 ədəd blisterdə ümumi sayı 10 ədəd ədəd ağ rəngli dairəvi formalı tabletlərin tərkibində ümumilikdə 0,01 qram fenazepam təsiredici maddəsi müəyyən edilmişdir ki, həmin miqdarda psixotrop maddənin əldə edilərək saxlanılması və daşınması cinayət məsuliyyəti yaratmadığından, Təqsirləndirilən şəxs qeyd olunan psixotrop maddənin əldə edilməsi, daşınması və saxlanması hissəsində ittiham elan edilməməsi, lakin aşkar edilməsi xüsusiyyətlərinə görə 12 fevral 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla qeyd olunan tabletlərin maddi sübut kimi tanınmasının nəzərə alınması, o cümlədən Təqsirləndirilən şəxs götürülmüş üzərində “Амитриптилин гриндекс 25 mg” göstəriciləri olan preparatın tərkibində 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nazərət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarına” 2016-ci il tarixli “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” daxil olan maddələr olmadığından ona yenidən ittiham elan edilməsi haqqında qərarda qeyd olunan preparatın göstərilməməsi, 12 fevral 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla qeyd olunan preparatın maddi sübut kimi tanınmasının nəzərə alınması qərara alınmışdır (Cild 1, i.v. 242-256;).

39. “Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 14 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi materiallarından Təqsirləndirilən şəxs psixotrop maddəni, narkotik vasitəni və güclü təsir edən maddəni əldə etdiyi İran İslam Respublikası vətəndaşı və qeyriləri barəsində ayrıca icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmaqla istintaqı davam etdirilmişdir (Cild 1, i.v. 257- 258;).

40. “Təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilərək ona əlavələrin edilməsi və yenidən ittihamın elan olunması haqqında” 14 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan olunmuş ittiham dəyişdirilərək əlavələr edilməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir (Cild 1, i.v. 262-263;). Həmin protokolun sonunda Təqsirləndirilən şəxs öz əlyazması ilə “Mənə elan olunmuş ittihamla razı deyiləm. Belə ki, mən narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin satışı ilə məşğul deyiləm. Özümü təqsirli bilmirəm.” sözlərini qeyd etmişdir.

41. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq V.B.Məmmədov tərəfindən 31 mart 2025-ci il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 1 aprel 2025-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.281-292;).

42. Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 1(101)-1203/2025 saylı məhkəmə hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə məhkəməyə verilməklə iş məhkəmə baxışına təyin edilmişdir (Cild 2;).

43. Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, 1(101)-273/2025 saylı hökmündən görünür ki, X18 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmün təsviriəsaslandırıcı hissəsindən görünür ki, X18 ünvan 3 ünvanında yerləşən “SAV” otelində müvəqqəti yaşamaqla narkotik vasitələrdən istifadə etməklə narkomaniya xəstəliyindən əziyyət çəkir. Rəsmi əri Təqsirləndirilən şəxs uzun müddətdir faktiki ayrı yaşamaqla İzmir adlı şəxslə faktiki ər-arvad münasibətində olmaqla birgə yaşamışdır. Hökmlə Təqsirləndirilən şəxs arvadının cinayət əməllərində hər hansı iştirakının olması və ya sonuncu ilə əlaqələrinin olması müəyyən edilməmişdir (Cild 2;).

44. “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi tərəfindən daxil olmuş 27 may 2025-ci il tarixli məktuba əlavə edilmiş xasiyyətnamə və arayışlardan görünür ki, Təqsirləndirilən şəxs 2005-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını “Faydalı qazıntı yataqlarının işlənməsi” ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 29 dekabr 2005-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin 3 saylı Neft və qazçıxarma sexində neft və qazçıxarma üzrə usta vəzifəsində başlamışdır. 10 noyabr 2015-ci ildən 2 saylı Neft və qazçıxarma üzrə usta vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir. 1 fevral 2016-cı il tarixdən hazırkı dövrədək 1 saylı Neft və qazçıxarma sahəsində neft və qazçıxarma üzrə usta vəzifəsində işləyir. Əmək münasibətləri dövründə işçinin davranışı kollektivə və rəhbərlikdə mənfi rəy formalaşdırmışdır. İntizamlı, məsuliyyətli və təşəbbüskar işçi nümunəsi kimi qiymənləndirilmir. Tapşırıqların icrasında etinasızlıq, əmək funksiyalarına səthi yanaşma müşahidə olunmuşdur. Əmək fəaliyyəti dövründə dəfələrlə əmək müqaviləsi və vəzifə təlimatı ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyinə, işində məsuiyyətsizliyə yol verdiyinə görə intizam məsuliyyətinə cəlb olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs barəsində 3 noyabr 2023-cü il tarixdə keçirilmiş dövrü tibbi-profilaktik müayinələr nəticəsində onun neft və qazçıxarma üzrə usta işləməsinə hal-hazırda tibbi əks göstərişlərin olmaması müəyyən edilmişdir (Cild 2;). Əməlin tövsifi və digər hüquqi məsələlər:

45. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

47. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

48. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

49. Məhkəmə tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə düzgün tövsif edilməmişdir.

50. Belə ki, “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir.

51. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir.

52. CPM-in 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, CM-in və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır.

53. CPM-in 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.

54. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.

55. CPM-in 145.1, 145.2 və 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.

56. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə ittiham verilmişdir ona görə ki, o, şəxsiyyəti istintaqa məlum olmayan İran islam Respublikasının vətəndaşı “Əli” adlı şəxs və qeyriləri ilə narkotik vasitələri, psixotrop maddələri, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, daşıma, saxlama və satma barədə razılığa gəlib, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 0,016 qram, 0,009 qram, 0,005 qram, 0,010 qram, 0,026 qram, 0,010 qram, 0,012 qram, 0,495 qram, 0,048 qram, 4,406 qram, 0,004 qram və 0,038 qram olmaqla, 12 ədəd bükümdə kimyəvi komponentlərinə görə eynilik təşkil edən ümumi təmiz çəkisi 5,079 qram olan ağ rəngli, kristalşəkilli kütlələrdən ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə olan külli miqdarda metamfetamini və xeyli miqdarda təmiz çəkisi 0,323 qram 01 ədəd bükümdə olmaqla qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, tərkiblərində güclü təsir edən maddələr olan - üzərində “Tramadol 50 mq” (“Трамадол 50 mq”) markalanma göstəricisi olan (1 kapsulda 0,05qr.) ümumilikdə 0,15 qram, ağ-göy rəngli 01 ədəd konvalyutda 03 ədəd dərman kapsullarını, üzərində “Tramadol 100mq/2ml” (“Трамадол) ümumilikdə 3,0 qram, 30 ədəd şüşə ampuldakı maye preparatını, üzərində “Çiklodol 2 mq” (“ЦИКЛОДОЛ..2мг.,”) markalanma göstəricisi, tərkibində ümumilikdə 0,022 qram triheksifenidil təsiredici maddəsi olan 01 ədəd konvalyutda ümumi sayı 11 ədəd ağ rəngli, dairəvi formalı dərman tabletini əldə edib üzərində olan əl çantalarında saxlayaraq, xx.xx.2024-cü il tarixdə, saat 10 radələrinədək olan müddətdə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən X36 X9 Məntəqəsinə daşımış, həmin tarixdə saat 10 radələrində SNPİ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən X36 X9 Məntəqəsində saxlanılaraq baxış keçirilən zaman qeyd edilən narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələr, həmçinin 01 ədədinin üzərində narkotik vasitə heroinin izləri olan 10 ədəd narıncı başlıqlı şpris, üzərində narkotik vasitə heroinin izləri olan 02 ədəd şüşə ampullar və 01 ədəd sellofan kəsiyi, eləcə də cinayət məsuliyyəti yaratmayan üzərində “Fenzepin 0,001 q.” (“ФЕНЗЕПИН 0,001 q.”) markalanma göstəricisi olan tərkibində ümumilikdə 0,01 qr. psixotrop maddə fenazepam təsiredici maddəsi olan 01 ədəd blisterdə ümumi sayı 10 ədəd ədəd ağ rəngli dairəvi formalı tabletlər üzərində olan əl çantalarından aşkar edilərək götürülmüşdür.

57. Halbuki, məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı təqsirləndirilən şəxsin “şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Əli” adlı şəxs və qeyriləri ilə narkotik vasitələri, psixotrop maddələri, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, daşıma, saxlama və satma barədə razılığa gəlib, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə əldə edib saxlayaraq üzərindəki çantada daşıması” barədə verilmiş ittiham, yəni CM-in 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə olan ittiham üzrə təqsirliliyi ittihamçı tərəfindən sübuta yetirilməmişdir.

58. Belə ki, CPM-in 138.2-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür.

59. “Kondraşinanın Rusiya Federasiyasına qarşı” işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin.

60. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. Eyni zamanda, CPM-in 21.2-ci maddəsinin tələblərinə görə cinayətprosessual qanunvericiliyin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.

61. CM-in 234.4.1 və 234.4.3-cü maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir.

62. CM-in 240.1-ci maddəsi narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq, yaxud emal etmək üçün avadanlığı qanunsuz satmaya görə cinayət məsuliyyətini müəyyən edir.

63. CM-in 240.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 240.1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

64. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

65. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd edilən plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması vurğulanmışdır.

66. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hökmün 65-ci bəndində qeyd edilən qərarın 12-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Əgər qabaqcadan əldə olunmuş razılıq CM-in 234.2-ci və ya 234.3-cü və ya 234.31-ci maddəsində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil, müstəsna olaraq bunların törədilməsində icraçıya (icraçılara) köməkliyin göstərilməsini (məsələn, narkotik vasitənin qoyulduğu yeri tapmaq üçün icraçıya bələdçiliyin edilməsini) nəzərdə tutursa və kömək edən şəxs tərəfindən CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin əməli (Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə) cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayətdə köməkçi qismində iştirak etmə kimi CM-in 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməlidir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPM-in 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlibgəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.

67. Bununla yanaşı, hökmün 65-ci bəndində qeyd edilmiş qərar baxımından plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün bütün diqqətəlayiq halların məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalarda qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.

68. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hökmün 65-ci bəndində qeyd edilən qərarın 24-cü bəndində göstərilmişdir ki, CM-in 240-cı maddəsində nəzərdə tutulmuş güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədi ilə qanunsuz dövriyyəsi üzrə cinayətlərin tərkibinin olub-olmaması müəyyən edilərkən nəzərə alınmalıdır ki, CM-in 240.1-ci maddəsində və ya 240.1-1-ci maddəsində təsbit edilən müvafiq olaraq narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan zəhərli maddələri qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma, göndərməyə görə cinayət məsuliyyəti yalnız həmin əməllər satış məqsədi ilə törədildikdə və ya şəxs həmin maddələri, yaxud onları hazırlamaq, emal etmək üçün avadanlığı qanunsuz satdıqda yaranır. Odur ki, qeyd olunan cinayətlərə dair işlərə baxılarkən, sübutetmə predmetini təşkil edən digər məsələlərlə yanaşı, maddələrin güclü təsir edən və ya zəhərli maddələrə aid edilib-edilməməsi, şəxsdə bu maddələri satmaq məqsədinin olub-olmaması, avadanlığın belə maddələr hazırlamaq, emal etmək üçün nəzərdə tutulub-tutulmaması araşdırılmalıdır. Maddələrin güclü təsir edən və ya zəhərli maddələrə aid olması barədə nəticə müvafiq ekspert rəyinə əsaslanmalıdır. Nəzərə alınmalıdır ki, “Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının Siyahısı” və “Zəhərli maddələrin siyahısı” 2016-cı il 18 mart tarixli 180-VQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmişdir. CM-in 240.2 və 240.3-cü maddələrində nəzərdə tutulan tövsifedici əlamətlər təfsir edilərkən bu Qərarın narkotik vasitələrin (psixotrop maddələrin) qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə həsr olunmuş bəndlərində eyni tövsifedici əlamətlərə dair verilmiş izahlar nəzərə alınmalıdır.

69. Halbuki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs, CM-in 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə ittiham verərkən sonuncunun konkret olaraq kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Əli” adlı şəxs və qeyriləri ilə narkotik vasitələri, psixotrop maddələri, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, daşıma, saxlama və satma barədə razılığa gəlib, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə əldə edib saxlayaraq üzərindəki çantada daşımasını” göstərməklə kifayətlənmiş, ümumiyyətlə Təqsirləndirilən şəxs sözügedən əlamətlə (birgə törədilməsi iddia edilən - əldə etmə, saxlama, satma kimi əməllərlə) uzlaşdırıla biləcək konkret hərəkətləri göstərilməmiş, yalnız sonuncunun şəxsiyyəti istintaqla müəyyənləşdirilə bilinməyən şəxslə əlaqə saxlayıb öz şəxsi istifadəsi məqsədilə qanunsuz predmetləri əldə etməsinə istinad etmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur. Belə ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə narkotik vasitə, psixotrop maddə və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olması barədə qənaətə gələrkən yalnız təqsirləndirilən şəxsin həmin predmetləri aldığını bildirdiyi qeyri-müəyyən və hər hansı digər mötəbər sübutla təsdiq olunmayan sözlərinə əsaslanmış, cinayət əməlində “əlbirlik” əlamətinin konkret olaraq öz təsbitini hansı epizodlarda tapması, eləcə də “əlbir olduğu” naməlum şəxslərin şəxsiyyəti müəyyən edilməmiş, əksinə həmin qeyri-müəyyən şəxslərin dairəsinin müəyyən edilməsi istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirləri hər hansı müsbət nəticə verməmişdir (bax hökmün 28-ci bəndinə). Həmçinin ittiham tərəfinin məhkəmə icraatı zamanı da təqsirləndirilən şəxsin əməllərində CM-in 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələrinin tərkib əlamətlərinin olmasını təsdiq edə biləcək hər hansı tutarlı dəlil təqdim edə bilməməsi nəzərə alınmalıdır. Eyni zamanda, ittiham tərəfi Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxs, o cümlədən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə narkotik vasitə, psixotrop maddələri, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etməsinə dair qənaətə gələrkən yalnız təqsirləndirilən şəxsin öz şəxsi istifadəsi məqsədilə İran İslam Respublikası vətəndaşı olmasını güman etdiyi “Əli” adlı şəxsdən əldə etməsinə dair ittiham tərəfinə görə qismən etirafedici hesab olunan ifadəsinə əsaslanmış, ümumiyyətlə həmin mülahizəni təsdiq edə biləcək hər hansı mötəbər sübuta istinad etməmiş, əlbirlik faktının mövcudluğunu təsdiq edə biləcək heç bir sübut təqdim edə bilməmişdir.

70. Bununla yanaşı o da xüsusilə qeyd edilməlidir ki, uzun müddət ərzində davam etmiş ibtidai istintaq zamanı ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə ittiham irəli sürmüş, iş üzrə ibtidai istintaqı aparmaqla yekunlaşdırmış X17 tərəfindən ibtidai istintaqın yekun mərhələsində həmin ittihama əlavələr etməklə yenidən CM-in 234.1-1-ci maddəsi ilə ittiham elan edilməklə bu barədə ittiham aktı tərtib edilərək cinayət işi materialları ilə birlikdə ittiham aktı təsdiq edilərək baxılması üçün məhkəməyə göndərilməsindən ötrü prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmiş (bax hökmün 34-cü bəndinə), lakin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun yazılı göstərişi ilə tərtib edilmiş həmin ittiham aktı 4 mart 2025-ci il tarixdə təsdiq edilmədən cinayət işi əlavə istintaq aparılması üçün müstəntiqə qaytarılmışdır. Qeyd edilən qərarda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ibtidai istintaqı aparan orqana yazılı göstərişində Təqsirləndirilən şəxs aşkar edilmiş predmetlərlə bağlı göstərmişdir ki, ....bu qədər narkotik vasitə, psixotrop maddə və güclü təsir edici vasitələrin onun tərəfindən 15 gün ərzində dənizdə işdə olarkən şəxsi istehlakı üçün əldə edilməsi ağlabatan olmamaqla, bu da Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri satış məqsədi olmadan əldə etməsini istisna etməklə qeyd edilən xüsusatlara müstəntiq tərəfindən düzgün hüquqi qiymət verilməyərək...əsassız olaraq onun barəsində CM-in 234.4.1 və 234.4.3-cü maddələrlə cinayət təqibinin başlanılması rədd edilmişdir (bax hökmün 35-ci bəndinə). X17 tərəfindən cinayət işi təkrarən icraatına qəbul edilərək istintaqı davam etdirilmiş və hər hansı yeni istintaq hərəkəti aparılmadan, yeni sübutlar əldə edilmədən və ya yeni hallar müəyyən etmədən icraatına götürdükdən cəmi 10(on) gün sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun yazılı göstərişini faktiki olaraq sadəcə icra edərək formal olaraq ibtidai istintaq zamanı toplanmış sübutlara “yenidən qiymət verərək” bu dəfə fərqli qərara gəlmişdir(bax hökmün 40-cı bəndinə). Belə ki, müstəntiq 12 fevral 2025-ci il tarixdə iş üzrə toplanmış sübutlara qiymət verərkən “Toplanmış cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin təmiz çəkisi 5,079 qram olmaqla külli miqdar təşkil etsə də, istintaq zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edən hər hansı bir sübut növü müəyyən olunmamış, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən də onun üzərindən hər hansı bir tərəzi və ya satış faktını təsdiq edən hər hansı sübut aşkar olunmamışdır. Yəni istintaq dövründə Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasını sübuta yetirəcək hər hansı bir əşya və ya predmet, o cümlədən başqa hər hansı bir dəlil müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs üzərində külli miqdarda psixotrop maddə metamfetaminin aşkar olunması xüsusatı ilə bağlı sonuncuya CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilməsi qeyri-mümkündür. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.3-cü maddəsinin tərtib əlamətləri yoxdur.....İstintaq zamanı Təqsirləndirilən şəxs hər hansı bir şəxslə, o cümlədən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə əlbir olmaqla narkotik vasitələrin və ya psixotrop maddələrin satışını həyata keçirmələrini təsdiq edən hər hansı bir sübut növü müəyyən olunmamışdır...” kimi qərara gəlməsinə baxmayaraq, 14 mart 2025-ci il tarixdə hər hansı əlavə sübut toplamadan, yeni istintaq hərəkəti həyata keçirmədən və ya yeni hal müəyyən etmədən yalnız ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun yazılı göstərişinə uyğun olaraq “Toplanmış cinayət işi materiallarından da görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin təmiz çəkisi 5,079 qram olmaqla külli miqdar təşkil edir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələr və psixotrop maddələrin ayrı-ayrı bükümlərdə olması onun narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə üzərində saxlamasına dəlalət edir. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.3-cü maddəsinin tərkib əlamətləri vardır.... İstintaq zamanı Təqsirləndirilən şəxs narkotik vasitə, psixotrop maddə və tərkiblərində güclü təsir edən maddələr olan dərman preparatlarını İran İslam Respublikasının vətəndaşı olan “Əli” adlı şəxdən almasını qeyd etsə də, buna dair hər hansı sübut aşkar edilməmiş, bununla da Təqsirləndirilən şəxs həmin şəxs və qeyriləri ilə əlbir olaraq narkotik vasitə, psixotrop maddə və tərkiblərində güclü təsir edən maddələr olan dərman preparatlarını tamah niyyəti və satış məqsədi ilə əldə etməsi müəyyən edilmişdir. Sadalananlara əsasən, Təqsirləndirilən şəxs elan edilmiş ittihamın dəyişdirilərək əlavələr edilməklə ona CM-in 234.4.1 və 240.2.1-ci maddələri ilə yenidən ittiham elan edilməlidir.” kimi düzgün olmayan və hər hansı mötəbər sübuta əsaslanmayan yanlış nəticəyə gəlmişdir (bax hökmün 33 və 38-ci bəndlərinə).

71. Halbuki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror da yazılı göstərişində Təqsirləndirilən şəxs verilmiş ittihamı mübahisələndirərkən sonuncudan aşkar edilmiş predmetlərin satış məqsədi ilə əldə edilməsini ehtimal etməsini göstərmişdir. Belə ki, həmin qərarda Təqsirləndirilən şəxs aşkar edilmiş predmetləri 15 gün ərzində dənizdə işdə olarkən şəxsi istehlakı üçün əldə etməsini ağlabatan olmamaqla inandırıcı olmamasını qeyd etmişdir(bax hökmün 35-ci bəndinə). Başqa sözlə, istər ibtidai istintaq orqanı, istərsə də ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təqsirləndirilən şəxsə qabaqcadan əlbir olan bir qrup şəxs halında və satış məqsədi ilə ittihamlarını verərkən həmin ittihamlar ehtimallara əsaslanmış, bu barədə hər hansı sübut əldə edilərək iş materiallarına əlavə edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs istər məhkəməyədək, istərsə də məhkəmə icraatı zamanı ondan aşkar edilmiş predmetləri öz şəxsi istehlakı üçün əldə etdiyini, hər hansı şəxsə satmaq və ya vermək məqsədinin və niyyətinin olmadığını, hər hansı şəxslə əlbirliyinin olmadığını, narkomaniya və revmatizm xəstəliyindən əziyyət çəkdiyindən 15 gün ərzində dənizdə işdə olacağı müddətdə həmin predmetlərdən ağrılarını azaltmaq üçün istifadə edəcəyini, 1 qram psixotrop maddə metamfetamini tramadolla birlikdə qatışdırıb təxminən 2-3 gün ərzində istifadə etdiyini, yüksək maaş alması ilə əlaqədar hər hansı narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələri satmaq barədə düşünmədiyini, ümumiyyətlə belə bir hala ehtiyacı olmadığını təkidlə vurğulamışdır. Onun ifadələrində bildirdiyi xüsusatlar isə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş iş materialları ilə tam olaraq öz təsdiqini tapmışdır.

72. CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-in 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir.

73. CPM-in 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.

74. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

75. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

76. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan normasının tətbiq olunması və ya ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin CM-in daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirməsi başa düşülür. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi).

77. Beləliklə, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissələrində göstərilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, habelə qanunu rəhbər tutaraq və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alaraq belə qənaətə gəlir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verilmiş ittihamın “şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Əli” adlı şəxs və qeyriləri ilə narkotik vasitələri, psixotrop maddələri, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, daşıma, saxlama və satma barədə razılığa gəlib, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə əldə edib saxlayaraq üzərindəki çantada daşıması” ilə bağlı verilmiş ittihamda təqsirliliyi sübuta yetirilməməsi əsası ilə həmin ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməklə həmin hissədə ona bəraət verilməlidir.

78. Bununla yanaşı, verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs istinad olunan əməldə CM-nin 240.2.1-ci maddəsi ilə onun təqsirliliyinin sübuta yetirilməsi üçün CPM-in tələblərinə əsasən həmçinin onun qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıması sübuta yetirilməli haldır.

79. Təqsirsizlik prezumpsiyasının yuxarıda qeyd olunan dispozisiya şərtləri onu tələb edir ki, ittiham tərəfi təqdim etdiyi sübutlarla cinayətin baş verməsini, təqsirləndirilən şəxsin təqsirliliyini sübuta yetirə bilmirsə, həmin mərhələdə məhkəmə araşdırması başa çatmış olur, müdafiə tərəfinin özünümüdafiə ilə bağlı gətirdiyi digər dəlillərin dəyərləndirilməsinə də zərurət qalmır. Belə ki, CPM-in 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür.

80. Məhkəmə yuxarıda qeyd etdiyi kimi (bax hökmün 69-71-ci bəndlərinə) hesab edir ki, məhkəmə baxışı zamanı ittiham tərəfi təqsirləndirilən şəxsin satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri, o cümlədən güclü təsir edən maddələri əldə edərək saxlamaqla daşıması faktını sübuta yetirə bilməmişdir.

81. Belə ki, CPM-in 125.1-ci maddəsinə əsasən “məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər”.

82. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs və onun müdafiəçisi birinciyə qarşı irəli sürülmüş CM-in 240.2.1-ci maddəsi ilə olan ittihamı bütövlükdə mübahisələndirərək həmin ittihamın qanunsuz və əsassız olmasını iddia etmişlər və buna əsas kimi Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri 15 günlük işdə olduğu müddət ərzində yalnız öz şəxsi istifadəsi məqsədilə əldə etməsini, “Əli” adlı İran İslam Respublikası vətəndaşı, o cümlədən hər hansı digər şəxslərlə satış məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar əməllər törətməməsini, ümumiyyətlə həmin predmetləri əldə etməkdə satış məqsədinin olmamasını göstərmişlər.

83. Müdafiə tərəfinin məhkəmə istintaqında iddia etdiyi hallar prosessual qanunvericilik, xüsusilə müdafiə hüququ baxımından mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə qeyd edilən halların ətraflı şəkildə məhkəmə istintaqında araşdırılmasını zəruri hesab etmişdir.

84. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ittiham tərəfi Təqsirləndirilən şəxs həmçinin CM-nin 240.2.1-ci maddəsi ilə ittiham irəli sürərkən sonuncunun üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri məhz qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə əldə edib üzərində saxlayaraq daşımasını sübuta yetirə bilməmişdir. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri nəinki qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etməsi, ümumiyyətlə həmin predmetləri məhz satış məqsədi ilə əldə etməsi faktını belə təsdiq edə biləcək hər hansı sübut təqdim edə bilməmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs guya qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə əldə etdiyi həmin güclü təsir edən maddələri məhz satış məqsədilə əldə etməsini hər hansı əsası olmayan formal ifadələrlə sübut etməyə çalışsa da, iş üzrə toplanmış bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs həmin maddələri məhz satış məqsədilə əldə etməsi faktı bütövlükdə inkar edilmişdir. Bundan başqa, ittiham tərəfi Təqsirləndirilən şəxs həmçinin CM-in 240.2.1-ci maddəsi ilə ittiham verərkən topladığı bütün sübutlar məhz təqsirləndirilən şəxsin təqsirsizliyinə dəlalət etməklə həmin cinayət əməlinin törədilməsi faktını real olaraq göstərə bilməmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs həmin predmetlərin qanunsuz satışı ilə məşğul olması qənaətinə gələrkən bu barədə hər hansı əsaslandırma aparmamış, yalnız ehtimallarla həmin predmetlərin çoxsaylı və müxtəlif növlərə malik olmasına istinad etsə də, özü özlüyündə qeyd olunan hallar digər sübutlarla öz təsdiqini tapmamış, əksinə məhkəməyə Təqsirləndirilən şəxs həmin predmetləri məhz öz şəxsi istifadəsi üçün əldə etməsi qənaətinə gəlməyə əsas vermişdir.

85. Belə ki, ittiham tərəfi Təqsirləndirilən şəxs CM-in 240.2.1-ci maddəsi ilə ittiham verərkən birincinin istinad etdiyi sübutlar təqsirləndirilən şəxsin təqsirliyinin sübuta yetirilməsində kifayət etmir. Həmçinin iş materiallarında mövcud olan bütün sübutlar istər narkotik vasitə və psixotrop maddələri, istərsə də narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə deyil, məhz öz şəxsi istifadəsi üçün əldə etdiyini göstərir. Məhkəmə hesab edir ki, ittiham tərəfi Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törətməsinə istinad etsə də, ibtidai araşdırma orqanı onun əlbir olduğu şəxslərin əhatə dairəsinə daxil olan “Əli” adlı şəxsin, eləcə də “qeyrilərinin” şəxsiyyətlərini müəyyən edərək barələrində hər hansı istintaq hərəkəti aparmamış, Təqsirləndirilən şəxs şəxsiyyətləri bəlli olmayan həmin şəxslərlə konkret əlaqələri göstərilməmiş, aralarında razılığın əldə edilməsinə dair hər hansı danışıq və ya digər formada ünsiyyətini təsdiq edə biləcək hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs həmin predmetlərlə bağlı satış məqsədinin hansı formada realizə olunacağı, habelə onun vasitəsilə potensial cinayət törətmiş şəxslərin dairəsi müəyyən edilməmişdir.

86. Bundan başqa, məhkəmə xüsusilə vurğulamağı zəruri hesab edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraatı zamanı (o cümlədən əməliyyat tədbiri zamanı saxlanıldıqdan sonra videoçəkilişlə üstünə baxış keçirilməsi zamanı xüsusi fəallıq göstərərək aşkar olunan predmetlərin hansı növdən olması, necə və hansı şəkildə istifadə etməsi, şəxsi istifadəsi üçün əldə etməsini göstərmiş), həm də məhkəmə icraatı zamanı üzərindən aşkar edilmiş bütün qanunsuz predmetləri yalnız öz şəxsi istifadəsi məqsədilə əldə etdiyini dəfələrlə təkidlə vurğulamış, CM-in 234.1-1-ci maddəsi ilə özünü təqsirli bilərək əməlini səmimi şəkildə etiraf etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs nəinki qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar əməl törətmək, ümumiyyətlə narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etməkdə satış məqsədi olmamışdır.

87. Belə ki, məhkəmə araşdırması nəticəsində Təqsirləndirilən şəxs ona elan olunmuş CM-in 240.2.1-ci maddəsi ilə olan ittihama münasibətdə ifadəsində göstərdikləri halların digər sübutlarla inkar edilməsi mümkün olmamışdır. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin verdiyi səmimi ifadələrini daha mötəbər sübut sayır.

88. Məhkəmə araşdırması zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs qarşı CM-in 240.2.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir.

89. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 240.2.1-ci maddəsi ilə olan ittihama münasibətdə təqsirliliyi sübuta yetirilməməsinə görə ona bəraət verilməlidir.

90. Məhkəmə, ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı hökmün 38-ci bəndində göstərilmiş qərarda, cinayət qanununun normalarına və vahid məhkəmə təcrübəsinə istinad edərək təqsirləndirilən şəxsin əməlində “satış məqsədinin” sübuta yetirilməsini göstərməyə çalışsa da, əksinə toplanmış sübutlar və istinad etdiyi normalar, həmçinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsindən irəli gələn izah və tövsiyələr, təqsirləndirilən şəxsin əməlində “satış məqsədinin” olmadığını təsdiq edir.

91. Bundan başqa, istintaq orqanı hökmün 38-ci bəndində göstərilmiş qərarda təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən “Toplanmış cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin təmiz çəkisi 5,079 qram olmaqla külli miqdar təşkil edir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələr və psixotrop maddələrin ayrı-ayrı bükümlərdə olması onun narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə üzərində saxlamasına dəlalət edir. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətləri vardır.” cümlələri ilə öz gəldiyi nəticəni əsaslandırmağa çalışsa da, faktiki olaraq mövcud olmayan sübutlara istinad edib əsassız qənaətə gəlmişdir.

92. Başqa sözlə, istintaq orqanı təqsirləndirilən şəxsin əməlində CM-in 234.4.3-cü maddəsinin tərkibinin olması qənaətinə gələrkən, psixotrop maddənin külli miqdarda olmasına və üzərindən aşkar olunmuş predmetlərin çoxsaylı bükümlərdə olmasına istinad etsə də, özü özlüyündə yalnız bu əlamətlər “satış məqsədinin” qeyd-şərtsiz sübutu kimi əsas götürülə bilməz.

93. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı üzərində videoçəkilişlə keçirilən baxış zamanı üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri, o cümlədən narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri bir neçə ildir istifadə etdiyini, üzərindən aşkar olunmuş həmin predmetlərin özünə məxsus olmaqla 15 gün işdə olduğu müddət ərzində (15 günlük iş müddəti ərzində) şəxsi istifadəsi məqsədilə tədarük edib özü ilə işə apardığını, habelə qanunsuz hər hansı predmetin satışı ilə məşğul olmadığını, yalnız işdə olduğu dövrdə şəxsən istifadə edə bilməsi üçün əldə etdiyini dəfələrlə israrla vurğulamış, özünün opioidlər və psixostilmulyatorların birgə qəbulu nəticəsində narkomaniya xəstəliyindən əziyyət çəkməsi, ondan aşkar edilmiş şprislərin sayı və üzərindən aşkar edilmiş həmin maddələrin şəxsi istehlakı üçün zəruri olan digər predmetlər də onun ifadəsində səmimi olmasını təsdiq edir. İstintaq orqanının sübut qismində istinad etdiyi istintaq hərəkətlərinin protokolları, şahid ifadələri, ekspert rəyləri, maddi sübutlar və digər sənədlərdə də, təqsirləndirilən şəxsin psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsini təsdiq edən mötəbər heç bir sübut və dəlil yoxdur və həmçinin hər hansı belə bir sübut məhkəmə baxışında da, ittiham tərəfindən təqdim edilməmişdir.

94. Əksinə istintaq orqanının məhkəməyədək icraat materiallarına əlavə etdiyi əməliyyat tapşırığına cavabdan (bax hökmün 28-ci bəndi) görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddəni hansı mənbədən əldə edilməsi, onun narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələrin satışı ilə məşğul olması, habelə narkotik vasitələri, psixotrop maddələri və güclü təsir edən maddəni əldə etdiyini bildirdiyi İran İslam Respublikası vətəndaşı Əli adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi mümkün olmamışdır.

95. Eyni zamanda, hökmün 12-14, 16-17, 23, 25, 28-29, 31 və 43-cü bəndlərində göstərilmiş sübutlarla da Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qanunsuz predmetləri satış məqsədi ilə əldə edərək saxlayıb daşıması, satması, hər hansı şəxslə əlbirliyinin olmaması tam inkar edilir.

96. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş, təqsirləndirilən şəxsin ətrafında əməliyyat tədbirlərini həyata keçirən və ittiham tərəfinin əsas şahidləri olan polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 ifadələrindən də göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin, o cümlədən narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin satışı ilə məşğul olması barədə hər hansı əməliyyat məlumatı daxil olmamış, ümumiyyətlə onun həmin predmetləri məhz satış məqsədilə əldə etməsi öz təsdiqini tapmamış, sonradan da bu barədə hər hansı məlumat daxil olmamış, özünün saxlanılarkən səmimi şəkildə verdiyi etirafedici ifadələrindən də Təqsirləndirilən şəxs həmin predmetləri yalnız öz şəxsi istifadəsi məqsədilə əldə etməsi müəyyən edilmişdir.

97. Məhkəmə, ibtidai istintaq orqanının bu qənaətini əsassız hesab edərək qeyd edir ki, şəxsin üzərində aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin miqdarının yalnız xeyli və ya külli miqdarda olmaqla çoxsaylı bağlamalarda qablaşdırılması, digər mötəbər sübutların olmadığı bir halda əməlin satış məqsədilə əldə edilmə kimi qiymətləndirilməsi üçün əsas vermir.

98. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.

99. Lakin məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və iş materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir.

100. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli CMin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir.

101. Hökmün 65-ci bəndində qeyd edilmiş Ali Məhkəmə Plenumun Qərarının 16-cı bəndinə əsasən satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır.

102. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların İ siyahısının 83-cü bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 800 qram olması müəyyən edilmişdir. Həmin Siyahıların İİ siyahısının 65-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün psixotrop maddə fenazepamın xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 2 qram, külli miqdar daxil olmaqla aşağı həddi 50 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 10000 qram olması, həmçinin həmin Siyahının 118-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün psixotrop maddə metamfetaminin xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 400 qram olması müəyyən edilmişdir.

103. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının müddəaları baxımından da əsaslı hesab edir.

104. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X31rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.

105. “Avropa İnsan Hüquqları Məhkəməsinin gələcək fəaliyyətinə dair Brayton Bəyannaməsi”nin 7-ci bəndində qeyd edilmişdir ki, “Milli səviyyədə Konvensiyanın müddəalarının tam həyata keçirilməsi üzv dövlətlərdən qanun pozuntularının qarşısını almaq üçün effektiv tədbirlərin görülməsini tələb edir. Bütün qanunvericilik və siyasətin inkişafı, həmçinin dövlət qulluqçuları tərəfindən öz xidməti vəzifələrinin icrası elə səviyyədə olmalıdır ki, bu Konvensiyanın müddəalarının tam icrasına imkan versin. Üzv dövlətlər Konvensiyanın müddəalarının mümkün pozulması hallarının qarşısını almaq üçün hüquqi müdafiə vasitələrini təmin etməlidirlər. Milli məhkəmələr və tribunallar Konvensiyanı və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu nəzərə almalıdırlar. Bütün bu tələblər məcmu halda Konvensiyanın müddəalarının pozulması hallarının qarşısını ala bilər. Bu isə məhkəməyə əsaslı müraciətlərin sayının azalmasına gətirib çıxarmaqla iş yükünün də kəmiyyətinin aşağı düşməsinə səbəb olacaqdır”.

106. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

107. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə Təqsirləndirilən şəxs əməlinin CM-in 234.1-1-ci maddəsinin tərkib əlamətlərinə uyğun gəldiyini qeyd edərək, onun əməlinin CMin 234.1-1-ci maddəsi ilə tövsif edilməsini qanuni və ədalətli hesab edir.

108. Qeyd olunanlarla bağlı məhkəmə Təqsirləndirilən şəxs əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası hədlərində cəza təyin edilməlidir.

109. CM-in 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir.

110. Həmin Məcəllənin 234.1-1-ci maddəsi isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.

111. Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

112. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsi ilə olan cinayət əməli üzrə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində cəza təyin edilməlidir.

113. CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən edilmişdir.

114. CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır.

115. CPM-in 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır.

116. CPM-in 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.

117. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.

118. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, ekspertiza rəylərini və digər sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun rəsmi təfsirlərini rəhbər tutaraq və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 240.2.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsinə görə CPM-in 42.1.4 və 42.2.4-cü maddələrinə əsasən ona bəraət verilməli, Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ümumi ittihamdan CM-in 234.4.1-ci maddəsi ilə olan ittiham xaric edilməli və o, hazırkı cinayət işi üzrə CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

119. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

120. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

121. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

122. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan uşağı və yaşlı valideynlərinin olmasını, ailədə ondan başqa qazanc gətirən şəxsin olmamasını, narkomaniya xəstəliyindən müalicə olunmaqla tam sağalaraq normal həyat tərzinə geri qayıtmaq istəməsini, törətdiyi əməli səmimi şəkildə etiraf edərək peşman olmasını bildirməsini, 40 yaşında olmaqla əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmamasını, yaşayış və qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunmasını, məhkəmə və məhkəməyədək icraat zamanı davranışını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

123. Məhkəmə CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın olmasının müəyyən edilmədiyini qeyd edir.

124. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, X12 təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddə yaxın həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

125. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-in 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

126. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

127. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli qərarı ilə onun barəsində 3 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 18 sentyabr 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı 16 sentyabr 2024-cü il tarixdə tutulduqdan sonra NBPİ-nin Biləcəri XPŞ-nin müvəqqəti saxlama yerində 2 (iki) gün saxlanıldığını, oradan birbaşa olaraq barəsində qətimkan tədbiri məsələsinin həll edilməsi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə aparılaraq həmin məhkəmənin qərarına əsasən həbs olunduğunu bildirmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs 16 sentyabr 2024-cü il tarixdə tutularaq saxlanıldıqdan sonra faktiki olaraq fasiləsiz olaraq təhqiqat orqanının nəzarətində olmuş, həmin halı ittiham tərəfi hər hansı digər sübutla inkar edə bilməmişdir. Hökmün 19-cu bəndində Təqsirləndirilən şəxs şübhəli şəxs statusunda saxlanılmaqla müvəqqəti saxlama yerindən azad olunmasına dair qərar qəbul edilməsi göstərilsə də, sonuncunun faktiki olaraq azad edilməsinə dair hər hansı tərtib edilmiş protokol iş materiallarına əlavə edilməmiş, eləcə də təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilənədək olan müddət ərzində sonuncunun təhqiqat və istintaq orqanının fasiləsiz nəzarətində olmasını inkar edə biləcək hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, aradan qaldırılması mümkün olmayan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməsi prinsipinə uyğun olaraq, Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 16 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır.

128. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 16 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır.

129. Məhkəmə hökmün 31-ci bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs oğlunun barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

130. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.

131. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla SNPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 4,929 qram olan psixotrop maddə metamfetamin, 7 ədəd psixotrop maddə fenazepam, 0,273 qram narkotik vasitə heroin, 29 ədəd ampul tramadol 100 mq/2ml, 2 ədəd kapsul tramadol 50 mq, 9 ədəd çiklodol 2 mq və güclü təsiredici dərmanlar, 18 ədəd amitriptilin qrindeks 25 mg dərman vasitələri, 1 ədədinin üzərində narkotik vasitə heroinin izləri olan 10 ədəd narıncı başlıqlı şpris, üzərində narkotik vasitə heroinin izləri olan 2 ədəd şüşə ampullar və 1 ədəd sellofan kəsiyi hər hansı təsərrüfat dəyəri olmadığından, o cümlədən tibbi məqsədlərlə istifadəyə yararlı və məqsədə uyğun olmadığından məhv edilməli, “Xiaomi-Redmi” markalı mobil telefon təqsirləndirilən şəxsə, o etiraz etmədikdə isə ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılmalı, “Baxış keçirilməsi haqqında” əməliyyat tədbiri və “Şəxsi axtarış və götürmə aparılması haqqında” istintaq hərəkəti zamanı aparılmış videoçəkilişlərin köçürüldüyü 2 (iki) ədəd və "xxxx" MMC-dən götürülmüş 1 (bir) ədəd, ümumilikdə 3(üç) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

132. CPM-yə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

133. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 60 (altmış) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

134. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

135. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

136. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 iyul 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

137. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42, 318, 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsinə görə Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 42.1.4 və 42.2.4-cü maddələrinə əsasən ona bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ümumi ittihamdan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 16 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin X23 İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 4,929 qram olan psixotrop maddə metamfetamin, 7 ədəd psixotrop maddə fenazepam, 0,273 qram narkotik vasitə heroin, 29 ədəd ampul tramadol 100 mq/2ml, 2 ədəd kapsul tramadol 50 mq və 9 ədəd çiklodol 2 mq güclü təsiredici dərmanlar, 18 ədəd amitriptilin qrindeks 25 mg dərman vasitələri, 1 ədədinin üzərində narkotik vasitə heroinin izləri olan 10 ədəd narıncı başlıqlı şpris, üzərində narkotik vasitə heroinin izləri olan 2 ədəd şüşə ampullar və 1 ədəd sellofan kəsiyi məhv edilsin, “Xiaomi-Redmi” markalı mobil telefon təqsirləndirilən şəxsə, o etiraz etmədikdə isə ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılsın, 3 (üç) ədəd diskin hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 60 (altmış) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar