Məhkəmə qərarları › İş №1(101)-1204/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1204/2021

02.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1204/2021 02.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X52, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və həmin şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçilər: Bakı Şəhər 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkillər Müdafiəçi1 Museyib oğlu, Müdafiəçi2, Müdafiəçi3, Müdafiəçi4, Müdafiəçi5, Bakı Şəhər 12 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkillər Müdafiəçi6, Müdafiəçi7, Müdafiəçi8, Müdafiəçi9, Bakı Şəhər 5 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi10, Bakı Şəhər 14 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkillər Müdafiəçi11, Müdafiəçi12, Müdafiəçi13, “Verdiktium” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi14 iştirakı ilə xx xxxx 1983-cü ildə Ermənistan Respublikasının Şirak vilayəti Zuyqaxpur kəndində anadan olmuş, Ermənistan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, himayəsində iki nəfər azyaşlı uşağı olan, ali təhsilli, Ermənistan Respublikasının Şiraki vilayəti Zuyqaxpur kəndi 8-ci küçə, ev 27 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 228.3, 279.2 və 318.2-ci maddələri ilə, xx xxxxxx 1992-ci ildə Ermənistan Respublikasının Şirak vilayətinin Gümrü şəhərində anadan olmuş, Ermənistan Respublikasının vətəndaşı, evli, himayəsində 1 nəfər azyaşlı uşağı olan, ali təhsilli, fərdi fəaliyyətlə məşğul olan, əvvəllər məhkum olunmamış, Ermənistan Respublikasının Şirak vilayətinin Gümrü şəhəri, İsaakyan küçəsi ev 118 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 228.3, 279.2 və 318.2-ci maddələri ilə, xx xxxxxx 1997-ci ildə Ermənistan Respublikasının Gümrü şəhərində anadan olmuş, Ermənistan Respublikasının vətəndaşı, subay, natamam ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ermənistan Respublikasının Gümrü şəhəri, Spandaryan şəhərciyi, Puşkin küçəsi ev 7, mənzil 14 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 228.3, 279.2 və 318.2-ci maddələri ilə, xx xxxxxx 1994-cü ildə Ermənistan Respublikasının Gümrü vilayətinin Çaçür kəndində anadan olmuş, Ermənistan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Ermənistan Respublikasının Gümrü vilayətinin Çaçür kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 228.3, 279.2 və 318.2-ci maddələri ilə, xx xxxx 1997-ci ildə Ermənistan Respublikasının Şirak vilayətinin Lancik kəndində anadan olmuş, Ermənistan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ermənistan Respublikasının Şirak vilayətinin Maralik kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 228.3, 279.2 və 318.2-ci maddələri ilə, xx xxxxxx 1996-cı ildə Ermənistan Respublikasının Gümrü vilayətinin Oron kəndində anadan olmuş, Ermənistan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Ermənistan Respublikasının vilayətinin Orom kəndi, 13-cü küçə ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 228.3, 279.2 və 318.2-ci maddələri ilə, xx xxxxxx 1990-cı ildə Ermənistan Respublikasının Şirak vilayətinin Qaqabasar kəndində anadan olmuş, Ermənistan Respublikasının vətəndaşı, evli, himayəsində 1 nəfər azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ermənistan Respublikasının Şiraki vilayəti Qaqabasar kəndi ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 228.3, 279.2 və 318.2-ci maddələri ilə, xx xxxxxx 1989-cu ildə Ermənistan Respublikasının Şirak vilayətinin Gümrü rayonunun Azatan kəndində anadan olmuş, Ermənistan Respublikasının vətəndaşı, evli, himayəsində iki nəfər azyaşlı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ermənistan Respublikasının Şirak vilayətinin Gümrü rayonu, Azatan kəndi küçə 17, ev 28 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan,, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 228.3, 279.2 və 318.2-ci maddələri ilə, xx xxx 1994-cü ildə Ermənistan Respublikasının Gümrü rayonunun Ağın kəndində anadan olmuş, Ermənistan Respublikasının vətəndaşı, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ermənistan Respublikasının Gümrü rayonunun Ağın kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 228.3, 279.2 və 318.2-ci maddələri ilə, xx xxxxx 1994-cü ildə Ermənistan Respublikasının Gümrü şəhərində anadan olmuş, Ermənistan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ermənistan Respublikasının Gümrü şəhərində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 228.3, 279.2 və 318.2-ci maddələri ilə, xx xxxxxxx 1992-ci ildə Ermənistan Respublikasının Gümrü şəhərində anadan olmuş, Ermənistan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi fəaliyyətlə məşğul olan, əvvəllər məhkum olunmamış, Ermənistan Respublikasının Gümrü rayonunun Meğraşen kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 228.3, 279.2 və 318.2-ci maddələri ilə, xx xxxx 1998-ci ildə Ermənistan Respublikasının Şirak rayonunun Artik kəndində anadan olmuş, Ermənistan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi fəaliyyətlə məşğul olan, əvvəllər məhkum olunmamış, Ermənistan Respublikasının Şirak rayonunun Artik kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 228.3, 279.2 və 318.2-ci maddələri ilə, xx xxxxxxxx 1995-ci ildə Ermənistan Respublikasının Gümrü şəhərində anadan olmuş, Ermənistan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi fəaliyyətlə məşğul olan, əvvəllər məhkum olunmamış, Ermənistan Respublikasının Gümrü şəhərində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 228.3, 279.2 və 318.2-ci maddələri ilə, xx xxxxxxx 1981-ci ildə Ermənistan Respublikasının Şirak vilayətinin Gümrü rayonunun Azatan kəndində anadan olmuş, Ermənistan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi fəaliyyətlə məşğul olan, əvvəllər məhkum olunmamış, Ermənistan Respublikasının Şirak vilayətinin Gümrü rayonunun Azatan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs14nin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 228.3, 279.2 və 318.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmişdir. Belə ki, o, Ermənistan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs2, digərləri ilə birlikdə 27 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini müvafiq sənədlər olmadan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməklə Azərbaycan Respublikası Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində dağlıq-meşəlik ərazilərinə gələrək 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində orada qalmışdır. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmişdir. Belə ki, o, Ermənistan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1, digərləri ilə birlikdə 27 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini müvafiq sənədlər olmadan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməklə Azərbaycan Respublikası Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində dağlıq-meşəlik ərazilərinə gələrək 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində orada qalmışdır. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmişdir. Belə ki, o, Ermənistan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs2, digərləri ilə birlikdə 27 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini müvafiq sənədlər olmadan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməklə Azərbaycan Respublikası Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində dağlıq-meşəlik ərazilərinə gələrək 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində orada qalmışdır. Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmişdir. Belə ki, o, Ermənistan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs2, digərləri ilə birlikdə 27 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini müvafiq sənədlər olmadan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməklə Azərbaycan Respublikası Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində dağlıq-meşəlik ərazilərinə gələrək 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində orada qalmışdır. Təqsirləndirilən şəxs5 qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmişdir. Belə ki, o, Ermənistan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs2, digərləri ilə birlikdə 27 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini müvafiq sənədlər olmadan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməklə Azərbaycan Respublikası Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində dağlıq-meşəlik ərazilərinə gələrək 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində orada qalmışdır. Təqsirləndirilən şəxs6 qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmişdir. Belə ki, o, Ermənistan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs2, digərləri ilə birlikdə 27 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini müvafiq sənədlər olmadan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməklə Azərbaycan Respublikası Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində dağlıq-meşəlik ərazilərinə gələrək 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində orada qalmışdır. Təqsirləndirilən şəxs7 qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmişdir. Belə ki, o, Ermənistan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs2, digərləri ilə birlikdə 27 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini müvafiq sənədlər olmadan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməklə Azərbaycan Respublikası Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində dağlıq-meşəlik ərazilərinə gələrək 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində orada qalmışdır. Təqsirləndirilən şəxs8 qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmişdir. Belə ki, o, Ermənistan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs2, digərləri ilə birlikdə 27 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini müvafiq sənədlər olmadan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməklə Azərbaycan Respublikası Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində dağlıq-meşəlik ərazilərinə gələrək 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində orada qalmışdır. Təqsirləndirilən şəxs9 qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmişdir. Belə ki, o, Ermənistan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs2, digərləri ilə birlikdə 27 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini müvafiq sənədlər olmadan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməklə Azərbaycan Respublikası Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində dağlıq-meşəlik ərazilərinə gələrək 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində orada qalmışdır. Təqsirləndirilən şəxs10 qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmişdir. Belə ki, o, Ermənistan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs2, digərləri ilə birlikdə 27 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini müvafiq sənədlər olmadan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməklə Azərbaycan Respublikası Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində dağlıq-meşəlik ərazilərinə gələrək 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində orada qalmışdır. Təqsirləndirilən şəxs11 qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmişdir. Belə ki, o, Ermənistan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs2, digərləri ilə birlikdə 27 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini müvafiq sənədlər olmadan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməklə Azərbaycan Respublikası Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində dağlıq-meşəlik ərazilərinə gələrək 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində orada qalmışdır. Təqsirləndirilən şəxs12 qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmişdir. Belə ki, o, Ermənistan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs2, digərləri ilə birlikdə 27 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini müvafiq sənədlər olmadan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməklə Azərbaycan Respublikası Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində dağlıq-meşəlik ərazilərinə gələrək 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində orada qalmışdır. Təqsirləndirilən şəxs13 qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmişdir. Belə ki, o, Ermənistan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs2, digərləri ilə birlikdə 27 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini müvafiq sənədlər olmadan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməklə Azərbaycan Respublikası Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində dağlıq-meşəlik ərazilərinə gələrək 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində orada qalmışdır. Təqsirləndirilən şəxs14 qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmişdir. Belə ki, o, Ermənistan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs2, digərləri ilə birlikdə 27 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini müvafiq sənədlər olmadan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməklə Azərbaycan Respublikası Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində dağlıq-meşəlik ərazilərinə gələrək 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində orada qalmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 27.09.2020ci ildə ona çağırış gəlmiş, lakin getməmişdir. 01.11.2020-də zəng etmişlər ki, əgər gəlməsə 8 ildən 10 ilə qədər həbs edəcəklər. O, gedib özünü təqdim etmişdir. Qukasyan rayonundan Laçın rayonuna avtobusla getmiş, bir böyük, iki mikroavtobus olmuşdur. O, Laçının Azərbaycan Respublikasının ərazisi olduğunu bilməmişdir. O, Ermənistan Respublikasının vətəndaşı, traktor sürücüsüdür, Ermənistan sərhədlərini yaxşı bilmir. Laçında 15 gün qalıb növbə tutub qayıtmalı idilər. Gümrü şəhərində olarkən onlara silah vermişlər. Onda yalnız avtomat və 4 daraq patron olmuşdur. Rus sülhməramlıları onları Laçın rayonundan silahlı görəndə dayandırıb baxıb buraxmışlar. X70 rəhbərklik etmiş, sonuncunu ilk dəfə Gümrü şəhərində görmüş, sonuncu dəfə Arsen Qazaryanı onları Ural avtomobillərinə mindirib qalacaqları yerə aparanda görmüşdür. Onlara deyilmişdir ki, 14- 16 gün orada qalıb növbətçilik edib evə qayıdacaqlar. Heç bir güllə atmayacaq, növbətçi kimi durub qayıdacaqlar onlardan qabaqda rus ordusu var ondan sonra isə Azərbaycan ordusu var, onlar gələ bilməz. Dərə və meşədə yatmışlar, heç nə etməmişlər 30 nəfər olmuşlar və rəhbər o, olmuşdur. Ətraf duman olmuş, kənd və ya yaşayış məntəqəsi görünüməmiş, hansı rayon ərazisi olduğunu bilməmşdir. Laçından təxminən 10-15 km aralanmışlar. 13.12.2020-ci ildə Arsen Qazaryan zəng edib demişdir ki, “oradan çıxın yola, sizi evə aparırıq”, onlar yola gələndə heç kim olmamış, orada yalnız Azərbaycan Ordusunun əsgərləri olmuş və sonuncular onları tutmuşlar. Azərbaycan əsgərləri onlarla normal davranmış, bir təsir təzyiq etməmişlər. 28.11.2020-dən 13.12.2020-ci ilə kimi həmin yerdə olmuş, həmin müddətdə heç bir atışma, güllə səsi eşitməmişdir. Özümü ona görə təqsirli bilmir ki, onlara heç kim deməyib ki, həmin ərazi Azərbaycan Respublikası ərazisidir, bilsə idi, həmin əraziyə getməzdi. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 27.11.2020də onu hərbi komissarlığa çağırıb avtobusla Gümrü şəhərində yerləşən batalyona gətirmişlər. Təxminən 3 avtobus olmuş, onlara silah paylayaraq silahların nömrəsinə görə imza etdirmişlər. Demişlər ki, batalyon X54, qərargah rəisi isə Arsen Qazaryandır. Yolda olarkən onları başa salmışlar ki, Laçın rayonuna gedirlər. Gecə olduğundan gecə maşınların içində yatmışlar. Səhər tezdən onları dörd yola gərtirmişlər, orada bəziləri xırda alış-veriş etmişlər. Orada rus əsgərləri olmuş, həmin vaxtdan sonra batalyon rəisini və qərargah rəisini görməmişdir. Arsen Qazaryan özü polkovnik-leytenant olmuş. Onları iki “Ural” avtomobilinə otuzdurmuşlar, 3-4 km yol gedib, asfalt yoldan yeni dönəndə orada rus sülhməramlıları olmuş, qarsıda öz maşınında olan Arsen Qazaryan rus sülhməramlıları ilə bir neçə dəqiqə söhbət etdikdən sonra yollarına davam etmişlər, yollar çox bərbad olmuş, hətta bir neçə dəfə maşınları eyni yerdə 2-3 dəfə dala-qabağa gemişdir. Yol bitdikdən sonra piyada dağa qalxmışlar, həmin yer yadındadır, qıraqda nazik arx da olmuşdur. Yuxarı neçə km qalxdıqlarını dəqiq bilmir, orada xidmət edən erməni əsgərlərini görmüş, onlarla yerlərini dəyişmişlər, onlarla olan Arsen Qazaryan demişdir ki, burada post yoxdur, müşahidə üçün gəliblər. Onun dediyinə görə qabaqda rus əsgərli, ondan sonra isə Azərbaycan əsgərləri var idi. Demişlər ki, başqa şəxsi heyəti gətirib onları dəyişəcəklər və getmişlər. Ora dağı başı, insansız yer olmuş, 13-14 gün oraqda ocaq yandıraraq isinib gətirilən yeməkləri yeməklə məşğul olmuşlar. Arsen Qazarayan onlarla telefonda danışanda demişdir ki, onları 12 dekabrda dəyişəcək. Mobil telefon əlaqəsi çox pis olmuş, sonra da zəng etmişdir ki, sabah gələcək. Səhəri gün zəng etmişdir ki, aşağı yola düşsünlər, onları qarşılayacaq. Aşağı düşəndə Azərbaycan ordusunun əsgərləri onları tutmuşlar. Qanunsuz olaraq sərhəddi keçdiyinə görə əməlindən peşmandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 27.11.2020-ci ildə onu hərbi komissarlıqdan çağıraraq avtomatla silahlandırıb sənədlərə imza etdirdikdən sonra üç mikro avtobus və bir böyük avtobusuna mindirib Laçın rayonuna gətirmişlər. Hava qaranlıq olduğundan orada havanın işıqlanmasını gözləmişlər. Səhəri Laçın rayonunda açmışlar, orada rus sülhməramlıları olmuş, gözləmişlər ki, rus sülhməramlıları onları yola salsın. Onları üç Ural avtomobilinə mindirmişlər və yolla gedib hansısa dağın ətəyinə yaxınlaşmışlar. Onlar növbə dəyişməli olduqlarından postlara yaxınlaşmşlar. X22 demişdir ki, müntəzəm olaraq gəlib-gedəcək. Onlara heç bir döyüş tapşırığı verməmişlər, sadəcə ərzaq gətirmək üçn getmişlər. 13 dekabr 2020-ci ildə onlara demişlər ki, ərzaq gətirdijkləri yerə getsinlər, oradan da evə qaytaracaqlar. Həmin yerə getsələr də, orada heç kimi görməmişlər, həmin yolun yaxınlığında Azərbaycan əsgərləri onları tutmuşlar. Onlar da heç bir müqavimət göstərmədən, heç bir atəş açmadan silahlarını verib təslim olmuşlar. Qanunsuz olaraq sərhəddi keçdiyinə görə əməlindən peşmandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 Vaçaqni ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 26.11.2020-ci ildə evə zəng edib demişlər ki, hərbi toplanış üçün komissarlığa gəlməlisən, o da 27.11.2020-ci ildə komissarlığa getmiş, orada demişlər ki, növbə dəyişmək üçün gedirlər və onların hər birinə silah və 4 daraq patron verib demişdilər ki, Ermənistan sərhədidir, növbə dəyişməyə gedirlər. Lakin hara gedəcəklərini deməmişlər. 27.11.2020-ci ildə hava qaranlıq olanda avtobuslarla bir yerə çatıb gecəni avtobuslarda yatmışlar. Səhər açılanda ətrafdakılardan harada olduqlarını soruşanda demişlər ki, Laçın rayonundadırlar. Orada rus sülhməramlıları və mülki geyimli ermənilər olmuşdur. Dükandan ərzaq almışlar. Bundan sonra Ural markalı avtomobil gəlmiş, ona minib təxminən 30 dəqiqə yol getmişlər, avtomobil gedə bilməyən yerlərdə düşüb piyada dağın başına qalxmışlar. X22 da onların dalınca gəlmişdir. Həmin yerə çatanda orada olan əsgərlər düşürdü, Arsen Qazaryan onlara demişdir ki, burada qalsınlar, 2-3 gün sonra gələcək, lakin gəlməmişdir. Həmin ərazinin yolları çox çətin olmuş, çadırlar qurulmuş, ərzaq qoyulmaq üçün çadır olmuş, onlar piyada oraya gedib ərzaq götürmüşlər. Onlara əmr vermişdilər ki, əks tərəfdən adam da görsəz atəş açmayın, əks tərəf atəş açsa da, onlar atəş açmamalı idi. Həmin yerdə vəziyyət çox pis olmuş, hava soyuq olmuş, şərait olmamışdır. 12.12.2020-ci ildə onları dəyişməli idilər, lakin dəyişmək üçün imkan olmamışdır. 13.12.2020-ci ildə saat 16 radələrində olduqları yerdən aşağı düşmək əmri verilmişdir ki, evə gedəcəklər. Arsen Qazaryan demişdir ki, ərzağın olduğu yerə getsinlər, onlar da ora getmişlər, lakin orada heç kim olmamışdır. Geri qayıtmaq istərkən yolu itirib başqa istiqamətə getdiklərindən onları Azərbaycan əsgərləri tutmuşlar. Onlar təxminən 60 nəfər olmuşlar, bir neçə nəfər də gəlməli idi. Azərbaycan əsgərləri silahı qoyub təslim olmağı, onları rus sülhməramlılarına təhvil verəcəklərini demilşər. Onlar da silahları verib təslim oldmuşlar. Onları əvvəl yaxınlıqda olan kəndə, sonra isə birbaşa Bakıya gətirmişlər. Qanunsuz olaraq sərhəddi keçdiyinə görə əməlindən peşmandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs5 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 26.11.2020-ci ildə evə zəng edib demişlər ki, hərbi hissəyə gəlsin. O da Vosk-Haskda yerləşən hərbi hissəyə getmiş, orada ona və başqalarına hərbi geyim və silah vermişlər. Sonra da mikro avtobus və avtobuslarla mindirib Laçın rayonuna aparmışlar. Gecəni avtobuslarda keçirmişlər, səhəri Laçın rayonunda onları Ural markalı avtomobillərə mindirib 30 dəqiqə yol getdikdən sonra postlara aparmışlar. Yollar çox pis olduğundan piyada da yol getmişlər. Onlar daga çatanda əsgərlərin yarisi dağdan aşağıya düşmüşlər, onlar həmin şəxslərlə növbə dəyişəcəkdi. Onlara deişlər ki, atəş açmamalıdırlar. X22 demişdir ki, 2 gün sonra gələcək. Orada səngər olmamış, dağın başı olmuşdur. 12.12.2020-ci ildə demişlər ki, onları dəyişəcəklər, lakin dəyişməmişlər. 13.12.2020-ci ildə Arsen Qazaryan zəng etmişdir ki, ərzağı götürdükləri yerə gəlsinlər, onlar da ora getmişlər, lakin orada heç kim yox olmamışdır. Həmin vaxt hava artıq qaralmış, bir az da irəli getdikdən sonra Azərbaycan əsgərləri onları tutaraq silahı təhvil verib təslim olmağı dedmişlər, onlar da təslim olmuşlar. Qanunsuz olaraq sərhəddi keçdiyinə görə əməlindən peşmandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs6 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 26.11.2020-ci ildə evə zəng edib demişlər ki, təcili komissarlığa gəlsin, da getmiş, onu oradan da Vosk-Hask hərbi hissəsinə aparmışlar. Hərbi hissədə onlara hərbi geyim, silah və 4 daraq patron verib demişlər ki, Gorus rayonu tərəfdən Erməsitan sərhədlərini qoruyacaqlar. Onları avtobuslara mindirib yola salmışlar, o, yolda yatmış, ayılanda bilmişdir ki, Laçın rayonundadırlar. Orada mülki vətəndaşlar, dükanda, alış veriş yerlərində hamı erməni olmuş, orada həmçinin rus sülhməramlıları da olmuşdur. Oradan onları Ural markalı avtomobillərə mindirib yola salmışlar, təxminən 30 dəqiqə yol getdikdən sonra avtomobil yolu qurtardığına görə piyada gedib dağın zirvəsinə qalxmışlar. Demişlər ki, ərzaq gətirəcəklər. Bir neçə dəfə aldatmışlar ki, sonları aşağı salacaqlar. 13.12.2020-ci ildə demişlər ki, ərzaq götürdükləri yerə getsinlər, orada qarşılayıb evə aparacaqlar. Həmin yerə getdikdə orada heç kim olmamış, sonrada əvvəl gəldikləri maşın yolu ilə getmək istəyəndə Azərbaycan əsgərləri onları tutaraq silahlarını təhvil vermələrini istəmişlər, onlar da biz də təslim olmuşlar. Qanunsuz olaraq sərhəddi keçdiyinə görə əməlindən peşmandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs7 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 26.11.2020-ci ildə evə zəng etmişlər ki, komissarlığa gəlsin, o da 27.11.2020-ci ildə komissarlığa getmişdir, Oradan Vosk-Hask rayonunda yerləşən hərbi hissəyə aparıb hərbi hissədə onlara silah verdikdən sonra iki böyük, iki mikro avtobusa mindirib demişlər ki, Sisyan rayonunda yerləşən Kacaran bölgəsinə gedirlər. Hava qaranlıq olduğundan gecəni avtobusda yatmışlar, səhər açılanda bilmişlər ki, Laçın rayonundadırlar. Orada erməni millətindən olan mülki vətəndaşlar olmuşdur. Daha sonra onları Ural avtomobillərinə mindirmişlər, təxminən 4 km yol getdikdən sonra yol ayrıcında rus sülhməramlılarını görmüşlər. Ural avtomobili ilə təxminən 30-40 dəqiqə yol getdikdən sonra yollar pis olduğu üçün piyada gedərək dağa qalxmışlar.Onlara xəbərdarlıq etmişlər ki, heç kimə atəş açmasınlar, ərzağı götürüb posta qayıtsınlar. X22 demişdir ki, iki günə qayıdacaq, lakin qayıtmamışdır. 2020ci ilin dekabr ayının 13-də demişlər ki, ərzaq qoyulan yerə getsinlər, orada onları qarşılayıb evə aparacaqlar. Onlar da ora getmişlər, lakin orada heç kim olmamışdır. Avtomobil yoluna çıxmışlar, orada Azərbaycan əsgərləri onlarıi tutmuşlar, onlar da silahları vermişlər. Qanunsuz olaraq sərhəddi keçdiyinə görə əməlindən peşmandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs8 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Hadisənin üstündən 7 aydan çox vaxt keçdiyi üçün tam xatırlamır. 15 və ya 16 noyabr 2020-ci ildə evinə zəng etmişlər ki, noyabrın 27-də Sisyan rayonunun Kacaran bölgəsinə getməlidir, Kacaranda olan əsgərlər yorulub onları əvəz etmək lazımdır. Soruşmuşdur ki, getməsə necə olacaq, cavab vermişlər ki, 8 ildən 12-ilədək azadlıqdan məhrum ediləcək. Hərbi biletini Axuryan rayonunda aldıqdan sonra Vosk-Hask hərbi hissəsinə gətirib orada onlara hərbi geyim və silah vermişlər. Sonra da avtobuslara və mikroavtobuslara mindirib yola salmşılar, hamıda silah olmuşdur. Demişlər ki, 10-14 günlük gedirlər, sonra da onları əvəz edəcəklər. Demişlər ki, qarşıda rus slühməramlıları var, onlardan sonra da Azərbaycan ordusu var, heç bir döyüş olmayacaq. Özü heç vaxt Qarabağda olmamış, hərbi xidmətini də İrəvanda etmişdir. X54 və adını bilmədiyi başqa bir zabit də olmuşdur. Laçında çatdıqda orada ancaq ermənilər olmuş, səhər açılanda dükandan siqaret və başqa ərzaq almışlar. Həmin vaxt səmada PUA-lar olmuş, bu barədə soruşduqda demişlər ki, onlar sülhü qorumaq üçün buradadır. Artur Muradyan və Arsen Qazaryan rus sülhməramlıları ilı danışdıqdan sonra onları Ural markal avtomobillərə mindirmişlər. Torpaq yol ilə getmişlər, yolda da rus sülhməramlıları olmuşdur. Onlardan qabaqda Arsen Qazaryan və daha iki polkovnik-leytenant öz avtomobilləri ilə getmişlər. Demişlər ki, dava yox, müharibə yox, növbəni dəyişib evə qayıdacaqlar. Həmin vaxtdan postlardan 17-18 yaşlarında əsgərlər və üzərilərində bir polkovnik-leytenant düşmüşdür. Həmin ərazidə də PUA-lar olmuş, bu haqda soruşduqda Arsen Qazaryan demişdir ki, onlar sərhədi qoruyur. Onları soyuq bir yerə qoyub getmişlər və rəhbər kimi Təqsirləndirilən şəxs1ı təyin etmişlər. Təqsirləndirilən şəxs1 mobil telefonu ilə Arsen Qazaryanla danışmışlar ki, susuz qalıblar, şərait yoxdur, burada qalmaqlarının mənası nədir. Arsen Qazaryan isə deyirdi ki, oradan qaçsalar onları 8 ildən 12 ilədək həbs edəcəklər, gözləsinlər gəlib dəyişəcəklər. 100 nəfər olsalar da 30-30 2 dəstəyə bölünmüşlər, digər 40 nəfər isə onlardan çox uzaqda ioluşdur. Ərzaqları atla gətirilmiş, hər dəfə xəbərdarlıq edilmişdir ki, satəş atmasınlar. Arsen Qazaryanla telefonla danışanda demişdir ki, ayın 13-ü düşəcəklər. Ərzaq götürdükləri yerə gələndə orada heç kim olmamış, yol ilə hərəkət edərkən onları “yaşma” əsgərləri saxlamışlar. Komandirləri onlarla normal danışmış, onlara su, siqaret vermişlər, demişlər ki, onları rus sülhməramlılarına təhvil verəcəklər. Qanunsuz olaraq sərhəddi keçdiyinə görə əməlindən peşmandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs9 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək Təqsirləndirilən şəxs1la eyni məmzunlu ifadə verib göstərdi ki, 26.11.2020-ci ildə onu hərbi komissarlığa çağırmışlar, o, 27.11.2020-ci ildə oraya getdikdən sonra onu Vossk Hask adlı hərbi hissəyə aparmışlar və orada ona hərbi geyim, silah və 4 daraq patron vermişlər. Onlara deyişmişdir ki, erməni əsgərli növbədə yorulmuşdur, gedib onları əvəz etmək lazımdır. Onlar avtobuslarla Laçın rayonuna getmiş, oraya çatdıqda artıq qaranlıq olmuş, gecəni avtobuslarda keçirdikdən sonra səhəri Laçın rayonundan onları Ural hərbi avtomobillərinə mindirib təxminən 30-4dəqiqə yol getmişlər, sonra isə 4 km yol piyada dağa qalxmışlar. Həmin vaxt dağdan 15-20 nəfər əsgər düşmüşdür. Onlar dağda qalmışlar. X22 2 gün sonra gələcəyini desə də, gəlməmişdir. 12.12.2020-ci ildə onlar aşağı düşməli olsalar da, həmin gün alınmamış, 13.12.2020-ci ildə Arsen Qazaryan zəng edərən aşağı düşmələrini, ərzaq götürdükləri yerə getmələrini demişdir. Onlar həmin yerə çatdıqda orada heç kim olmamış və Azərbaycan ordusunun əsgərləri onları tutub silahlarını təhvil alın Bakı şəhərinə gətirmişlər. Onlarda avtomt və patron olmuş. Lakin onlar heç bir atəş açmamışlar. Qanunsuz olaraq sərhəddi keçdiyinə görə əməlindən peşmandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs10 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək Təqsirləndirilən şəxs1la eyni məmzunlu ifadə verib göstərdi ki, 26.11.2020-ci ildə onu komissarlığa çağırmışlar və bildirmişlər ki, Sisan rayonun Kacaran kəndində erməni əsgərlərin növbəsini dəyişmək lazımdır. 27.11.2020-ci ildə onları Vosk-Hask hərbi hissəsində silah və partonlarla təchiz etdikdən sonra Arsen Qazaryan və Muradyan adlı komandirlərin rəhbərliyi ilə yola düşmüşlər. Yolda onlara deyəsən Har Unixanyan rəhbərlik etmişdir. Laçın rayonuna çatdıqda isə onların yeganə komandiri Arsen Qazaryan olmuşdur. Laçın rayonundan onları Ural hərbi avtomobillərinə mindirib təxminən 30-4- dəqiqə yol getmişlər, sonra isə 4 km yol piyada dağa qalxmışlar. Onları həmin ərazidə Arsen Qazaryan yerləşdirmişdir. 13.12.2020-ci ilə kimi orada qalmışlar, hər dəfə Arsen Qazaryana zəng edib şikayət etdikdə, sonuncu tezliklə aşağı düşəcəklərini, özbaşına aşağı düşsələr həbs olunacaqlarını bildirmişdir. 13.12.20202-ci il tarixədək həmin ərazidə olmuşlar, olduqları müddət ərzində heç bir atışma səsi eşitməmiş, hər hansı yerə getməmişlər. 13.12.2020-ci ildə Arsen Qazaryan zəng edərən aşağı düşmələrini, ərzaq götürdükləri yerə getmələrini demişdir. Onlar həmin yerə çatdıqda orada heç kim olmamış və Azərbaycan ordusunun əsgərləri onları tutub silahlarını təhvil alın Bakı şəhərinə gətirmişlər. Onlarda avtomt və patron olmuş. Lakin onlar heç bir atəş açmamışlar. Qanunsuz olaraq sərhəddi keçdiyinə görə əməlindən peşmandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs11 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək Təqsirləndirilən şəxs1la eyni məmzunlu ifadə verib göstərdi ki, 26.11.2020-ci ildə onu yaşadığı Gümrü şəhərində hərbi toplanışa çağırmışlar, 27.11.2020-ci ildə oradan Vosk Hask hərbi hissəsinə yollanmış, silah və hərbi geyim verildikdən sonra Laçın rayonu ərazisinə gəlmişlər. Laçın rayonundan “Ural” avtomobilləri ilə 40 dəqiqə yol getdikdən sonra dağın başına çıxmışlar və onlara orada növbədə durmaqları tapşırılmışdır. 13.12.20202-ci il tarixədək həmin ərazidə olmuşlar, olduqları müddət ərzində heç bir atışma səsi eşitməmiş, hər hansı yerə getməmişlər. 13.12.2020-ci il tarixdə onlara evə gedəcəkləri deyildiyi üçün aşağı düşərkən Azərbaycan ordusu tərəfindən tutulmuşlar. Qanunsuz olaraq sərhəddi keçdiyinə görə əməlindən peşmandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs12 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək Təqsirləndirilən şəxs1la eyni məmzunlu ifadə verib göstərdi ki, 27.11.2020-ci ildə onu yaşadığı Gümrü şəhərində hərbi toplanışa çağırmışlar, oradan hərbi hissəyə yollamış, silah və hərbi geyim verildikdən sonra Laçın rayonu ərazisinə gəlmişlər. Laçın rayonundan “Ural” avtomobilləri ilə 40 dəqiqə yol getdikdən sonra dağın başına çıxmışlar və onlara orada növbədə durmaqları tapşırılmışdır. 13.12.20202-ci il tarixədək həmin ərazidə olmuşlar, olduqları müddət ərzində heç bir atışma səsi eşitməmiş, hər hansı yerə getməmişlər. 13.12.2020-ci il tarixdə onlara evə gedəcəkləri deyildiyi üçün aşağı düşərkən Azərbaycan ordusu tərəfindən tutulmuşlar. Qanunsuz olaraq sərhəddi keçdiyinə görə əməlindən peşmandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs13 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində Təqsirləndirilən şəxs1la eyni məmzunlu ifadə verib göstərdi ki, 27.11.2020-ci ildə onu yaşadığı Gümrü şəhərində hərbi toplanışa çağırmışlar, oradan hərbi hissəyə yollanmış, silah və hərbi geyim verdikdən sonra Laçın rayonu ərazisinə gəlmişlər. Laçın rayonundan “Ural” avtomobilləri ilə 40 dəqiqə yol getdikdən sonra dağın başına çıxmışlar və onlara orada növbədə durmaqları tapşırılmışdır. 13.12.20202-ci il tarixədək həmin ərazidə olmuşlar, olduqları müddət ərzində heç bir atışma səsi eşitməmiş, hər hansı yerə getməmişlər. 13.12.2020-ci il tarixdə onlara evə gedəcəkləri deyildiyi üçün aşağı düşərkən Azərbaycan ordusu tərəfindən tutulmuşlar. Qanunsuz olaraq sərhəddi keçdiyinə görə əməlindən peşmandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs14 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək Təqsirləndirilən şəxs1la eyni məmzunlu ifadə verib göstərdi ki, 27.11.2020-ci ildə onu yaşadığı Gümrü şəhərində hərbi toplanışa çağırmışlar, oradan hərbi hissəyə yollanmış, silah və hərbi geyim verdikdən sonra Laçın rayonu ərazisinə gəlmişlər. Laçın rayonundan “Ural” avtomobilləri ilə 40 dəqiqə yol getdikdən sonra dağın başına çıxmışlar və onlara orada növbədə durmaqları tapşırılmışdır. 13.12.20202-ci il tarixədək həmin ərazidə olmuşlar, olduqları müddət ərzində heç bir atışma səsi eşitməmiş, hər hansı yerə getməmişlər. 13.12.2020-ci il tarixdə onlara evə gedəcəkləri deyildiyi üçün aşağı düşərkən Azərbaycan ordusu tərəfindən tutulmuşlar. Qanunsuz olaraq sərhəddi keçdiyinə görə əməlindən peşmandır. Təqsirləndirilən şəxslər özlərini təqsirli bilməsələr də, onların cinayət əməli törətmələri aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 10 noyabr 2020-ci ildə Ermənistan kapitulyasiya aktını imzaladıqdan və müharibə bitdikdən sonra Ermənistan işğalından azad olunmuş ərazilərdə terrorçu diversantların olması barədə məlumatlar daxil olmuş, belə ki, 2020-ci ilin noyabr-dekabr aylarında bir qrup silahlı erməni terrorçusunun Azərbaycan Respublikası ərazisində və vətəndaşlara qarşı terror aktı və təxribatlar törətmək üçün Laçın rayonunun dağlıq hissəsindən Azərbaycan Respublikası sərhədini qanunsuz olaraq keçməsi, daha sona Hadrut qəsəbəsinin şimalqərb hissəsinin dağlıq-meşəlik ərazilərində və yüksəkliklərində silahlı basqınlar etmək üçün möhkəmlənmələri, Əlican kəndi və Hadrut qəsəbəsi yaxınlığında yerləşmələri barədə məlumatlar daxil olmuşdur. Qeyd olunan erməni terrorçuları Hadrut qəsəbəsində Azərbaycanın Mobil operatorlarına məxsus baza stansiyalarına hücum etmiş və nəticədə bir neçə Azərbaycan Respublikası vətəndaşı və hərbi qulluqçuları terrorçuların hücumuna məruz qalaraq öldürülmüşdür. 12 dekabr 2020-ci il tarixdə onun olduğu hərbi hissədə antiterror əməliyyatlarının keçiriləcəyi ilə bağlı həyəcan siqnalı verilmiş və bir qrup silahlı erməni terroçusunun Azərbaycan Respublikası ərazisində terror aktı-təxribatların törətmələri barədə məlumat verilmiş, həyəcan siqnalına uyğun olaraq, anti-terror əməliyyatlarının aparılması üçün o və digər əməkdaşlar həmin gün Xocavənd rayonu Hadrut qəsəbəsinə göndərilmiş, Hadrut qəsəbəsinə yerləşdikdən sonra erməni terrorçularının yerinin müəyyənləşdirilməsi üçün anti-terror əməliyyatları keçirməyə başlanılmışdır. Belə ki, olduqları ərazidə kəndlər üzrə erməni terrorçularının axtarışına Xocavənd rayonu Domu kəndi istiqamətində davam etdirilmiş, Hadrutda keçirilən əməliyyatlar nəticəsində Əlican kəndi yaxınlığında silahlı erməni qruplaşmasının yerləşdiyi müəyyənləşdirilmiş, onların yerini dəqiq müəyyənləşdirdikdən sonra terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyat planı hazırlanmışdır. Domu kəndində bir gün qaldıqdan sonra həmin plana uyğun olaraq erməni terrorçularının zərərsizləşdirilməsi üçün onların möhkəmləndikləri mövqeyə irəliləmişlər, Laçın və Xocavənd rayonları arasında olan Əlican kəndi ərazisində 60 nəfərdən çox erməni silahlı terrorçusunun olduğunu görmüşlər, həmin vaxt onlara silahlarını yerə qoyub təslim olmaları təklif edilmiş, erməni terrorçular isə silahlı müqavimət göstərməyin mümkün olmadığını anlayaraq müqavimət göstərməkdən imtina etmişlər. Keçirilmiş həmin anti-terror əməliyyatı nəticəsində 62 erməni terrorçusu tərəflərindən saxlanılmış və üzərilərində olan döyüş sursatı, yəni avtomat və dolu daraqlar götürülmüş, saxlanılan erməni terrorçular məsuliyyətə cəlb olunmaları üçün onlardan götürülmüş döyüş sursatları ilə birlikdə aidiyyətı quruma təhvil verilmişdir. Bundan bir gün sonra isə onlar həmin ərazidə anti-terror əməliyyatlarını davam etdirmiş, Xocavənd rayonunda kəndlər üzrə gizlənmiş erməni terrorçularının axtarışına başlanılmış, nəticədə Arqan Unanyan və David Vosqanyan adlı daha 2 silahlı erməni terrorçusu tərəflərindən Xocavənd rayonu Çaylaqqala kəndinin dağlıq-meşəlik ərazisində Laçın istiqamətində hərəkət edərkən saxlanılmışdır. Həmin erməni terrorçular da məsuliyyətə cəlb olunmaları üçün onlardan götürülmüş döyüş sursatları ilə birlikdə aidiyyatı quruma təhvil verilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə verərək onun dediklərini özünə aid hissədə təsdiqləmişdir. Cinayət işinin 1-ci cildinin 8-14-cü vərəqlərində olan Dövlət Təhlükəsizliyi Xidmətinin İİ baş idarəsinin 16 dekabr 2020-ci il tarixli 2/7963 saylı arayışından görünür ki, 10 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası, Rusiya Federasiyası prezidentlərinin və Ermənistan baş nazirinin imzaladığı bəyanata əsasən atəşkəsin elan olunmasından sonra bəzi erməni terrorçu-diversant dəstələri Ermənistan ərazisindən qeyri-qanuni yollarla Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsindəki meşəlik əraziyə gələrək döyüş mövqeləri tutmuşlar. Bununla əlaqədar, Azərbaycan Respublikası sözügedən erməni silahlı dəstələrinin ərazidən çıxarılması üçün şərait yaratmış, Rusiya sülhməramlı qüvvələrinin hərbi qulluqçuları ağır hava şəraitində həmin əraziyə gələrək səs gücləndirici vasitələrlə meşəlik ərazidə olan erməni silahlı dəstələrinə müraciət etmiş və onların ərazidən təxliyəsi üçün zəruri tədbirlərin görüldüyünü bildirmişdir. Buna baxmayaraq, meşə zolağında gizlənmiş erməni silahlı dəstələri ərazini tərk etməmiş, əksinə döyüş mövqeləri yaratmış və son günlər qeyd olunan ərazidə Azərbaycan Respublikası tərəfdən mülki xidmətləri həyata keçirən şəxslərə və hərbi qulluqçulara qarşı terror-təxribat və diversiya əməllərini törtəmişlər. Göstərilənləri nəzərə alaraq, 2020-ci ilin dekabr ayının 13-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ərazidə anti-terror əməliyyatı keçirilmiş, həmin ərazidə gizlənmiş 62 nəfər erməni terrorçusu ələ keçirilmişdir. Bundan başqa həmin ərazilərdə davam etdirilən antiterror əməliyyatları zamanı 2020-ci ilin dekabr ayının 14-də erməni terrorçu dəstəsinin daha 2 nəfər üzvü - X67 və X55 saxlanılmışlar. Cinayət işinin 1-ci cildinin 125-128-ci vərəqində olan 22 dekabr 2020-ci il tarixli baxış protokollarından görünür ki, Facebook” sosial şəbəkəsində http://www.“facebook.com/ profile.php?id=**********03625” ünvanla qeydiyyata alınmış “X23” istifadəçi adlı profil müəyyən edilmiş, həmin istifadəçinin 22.12.2020-ci il tarixə olan profil şəklində Ermənistan ordusuna məxsus hərbi formanı geyinmiş şəxs, arxa fon şəklində isə ağ-qara rəngdə aslan şəkli təsvir olunmuş, həmin şəkil 20 dekabr 2020-ci il tarixdə saat 21:54-cü dəqiqədə istifadəçi tərəfindən paylaşılmış, şəxsin 05.08.1982-ci ildə Ermənistan Respublikasının Şiraki vilayətinin Gümrü şəhərində doğulmuş Ermənistan Respublikası vətəndaşı Gümrü şəhəri, Muş 2 küçəsi, 8-1 24 31 31/13-də qeydiyyatda olan X19ması müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 136-144-cü vərəqlərində olan 23 dekabr 2020-ci il tarixli fotoşəkil üzrə tanınma protokollarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təqdim edilmiş fotoşəkillər arasında ifadələrində qeyd etdikləri onlara rəhbərlik etmiş X37 fotoşəkil üzrə tanımışdır. Cinayət işinin 4-cü cildinin 153-156-cı vərəqlərində olan Dövlət Təhlükəsizliyi Xidmətinin İİ baş idarəsinin 10 fevral 2021-ci il tarixli 2/7992 saylı arayışından görünür ki, 13 dekabr 2020-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş antiterror əməliyyatları zamanı ələ keçirilmiş ermənilərdən ibarət silahlı dəstənin üzvləri Arsen Qazaryan adlı şəxsin başçılığı ilə 27 noyabr 2020-ci il tarixdə qanunsuz yollarla Ermənistandan Azərbaycan Respublikasının Laçın rayonuna daxil olmuş və oradan da Xocavənd rayonuna gələrək Hadrut qəsəbəsinin şimal-qərb hissəsində olan dağlıqmeşəlik ərazilərdə mövqelər tutmuşlar. Həmin mövqelərdə yerləşmiş erməni silahlılarına Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 başçılıq etmişdir. Erməni silahlılarının həmin mövqelərə gələrək orada yerləşmələrində məqsəd Azərbaycan Respublikasının mülki şəxslərinə və hərbi qulluqçularına qarşı terror-təxribat hərəkətləri törətmək olmuşdur. Cinayət işinin 3-cü cildinin 288-289-cu vərəqlərində olan 14 aprel 2021-ci il tarixli baxış protokollarından görünür ki, “Youtube” sosial şəbəkəsində axtarış zamanı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Xocavənd rayonunu ərazisində 62 nəfər erməni-silahlı dəstələrinin saxlanılaraq gətirildiyini video qeydin olması və həmin şəxslərin hazırkı iş üzrə təqsirləndirilən şəxslər olduğu müəyyən edilmişdir. Cinayət işinin 3-cü cildinin 299-304-cü vərəqlərində olan qərardan görünür ki, cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən 51 ədəd AKM tipli avtomat silahları, eləcə də 6 ədəd 7,62 mm kalibrli eksperimental atəşlər atmaq üçün nəzərdə tutulmuş patron, 144 ədəd eksperimental atılmış patronunun gilizlərinin maddi sübut kimi tanınmış və və saxlanılması üçün Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Madditexniki təminat idarəsinin silah-sursat anbarında məsul saxlanışa təhvil verilmişdir. Cinayət işinin 3-cü cildinin 324-430-cu vərəqlərində olan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 07 yanvar 2021-ci il tarixli HP-02/24 saylı məktubundan görünür ki, Füzuli hərbi prokurorluğunda 10 noyabr 2020-ci il tarixdən sonra erməni silahlı dəstələrinin Azərbaycan hərbi qulluqçularına və mülki şəxslərə qarşı törətdikləri cinayətlərlə bağlı 3 hadisə qeydə alınaraq Azərbaycan Respublikası CM-in müvafiq maddələri ilə D-49150, D- 49152 və D-49159 nömrəli olmaqla 3 cinayət işi başlanılmış və hazırda həmin cinayət işləri üzrə istintaq davam etdirilir. Hər üç cinayət işi üzrə hadisə yerinə baxış keçirilmiş və müvafiq olaraq D-49150 nömrəli cinayət işi üzrə hadisə yerindən 5 ədəd 7,62 mm kalibrli avtomat silahın və 2 ədəd PM markalı tapançanın gilizləri, D-49152 nömrəli cinayət işi üzrə hadisə yerindən 8 ədəd 5,45 və 7,62 mm kalibrli patronların gilizləri, D-49159 nömrəli cinayət işi üzrə hadisə yerindən 4 ədəd 5,45 mm kalibrli patronun gilizləri götürülərək sadalanan bütün predmetlər ekspertiza tədqiqatının aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ballistik və trsoloji ekspertizalar şöbəsinə təqdim edilmişdir. Cinayət işinin 4-cü cildinin 1-100-cü vərəqlərində olan Azərbaycan Respublikası Hərbi Prokurorluğundan daxil olmuş 22 aprel 2021-ci il tarixli 5HP-05/436 saylı məktubdan və ona əlavə edilmiş sənədlərin surətindən görünür ki, Respublika Hərbi Prokurorluğunun Xüsusi istintaq şöbəsində D-49150, D-49152 və D-49159 saylı cinayət işlərinin ibtidai ibtidai istintaqı aparılır. Həmin məktuba əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, 26 noyabr 2020-ci il tarixdə Füzuli hərbi prokurorluğunda erməni separatçılarının milli ədavət və düşmənçilik niyyəti ilə yaratdıqları qanunsuz silahlı birləşmələrinin istintaqa hazırda şəxsiyyəti və dəqiq sayı məlum olmayan bir neçə üzvü tərəfindən N nömrəli hərbi hissənin hərbi qulluqçuları kiçik çavuş X60, kiçik çavuş X34 və əsgər çavuş X20 qəsdən öldürmələri, əsgər X53, çavuş X44 və əsgər X35 isə qəsdən öldürülməyə cəhd edilmələri faktı üzrə Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.7, 120.2.12, 29, 120.2.1, 29, 120.2.7 və 29, 120.2.12-ci maddələri ilə cinayət işi başlanılmışdır. Bunan başqa 07 dekabr 2020-ci il tarixdə Füzuli hərbi prokurorluğunda Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçuları əsgər X66 və əsgər X36 erməni seperatçılarının milli ədavət və düşmənçilik niyyəti ilə yaratdıqları qanunsuz silahlı birləşmələrinin istintaqa məlum olmayan üzvləri tərəfindən əvvəlcədən yerləşdirilmiş piyada əleyhinə minaların partlaması nəticəsində xəsarət almaları faktına görə Azərbaycan Respublikası CM-in 29, 120.2.1, 29, 120.2.7 və 29, 120.2.12-ci maddələri ilə cinayət işi başlanılmışdır. Həmçinin 28 dekabr 2020-ci il tarixdə Füzuli hərbi prokurorluğunda N N-li hərbi hissənin müddətdən artıq xidmət edən hərbi qulluqçuları əsgər X10 erməni separatçılarının milli ədavət və düşmənçilik niyyəti ilə yaratdıqları qanunsuz silahlı birləşmələrinin hərbi qulluqçuları tərəfindən açılmış atəş nəticəsində öldürülməsi və çavuş X21 öldürülməyə cəhd edilməsi faktı üzrə Azərbaycan Respuiblikası CM-in 120.2.1, 120.2.7, 120.2.12, 29, 120.2.1, 29, 120.2.7 və 29, 120.2.12-ci maddələri ilə cinayət işi başlanılmışdır. Qeyd olunan faktlar bir daha onu göstərir ki, 10 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası, Rusiya Federasiyası prezidentlərinin və Ermənistan baş nazirinin birgə imzaladıqları bəyanata əsasən Ermənistan Respublikası kapitulyasiya aktını imzalalaması ilə müharibə qurtarmasına baxmayaraq, bəzi erməni terrorçu-diversant dəstələri Ermənistan ərazisindən qeyri-qanuni yollarla Azərbaycan Respublikasının ərazisinə keçməklə məlum terror-təxribat hərəkətləri törətməsi nəticəsində məlum cinayət hadisələri baş vermişdir. Cinayət işinin 3-cü cildinin 190-298-ci vərəqlərində olan məhkəmə-ballistik ekspertizasının 15.04.2021-ci il tarixli 3/307; 3/308 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş “1” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « BK 9861» №-li, 1964-cü ildə istehsal edilmiş AKM markalı, “2” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « QE 478» №-li, 1970-ci ildə istehsal edilmiş AKM markalı, “3” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « 138400» №-li, 1974-cü ildə istehsal edilmiş AKM markalı, ”4” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli «İB 9115» №-li, 1968-ci ildə istehsal edilmiş AKM markalı, ”5” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « HB 6474» №-li, 1967-ci ildə istehsal edilmiş AKM markalı, ”6” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « EE 9182» №-li, 1967-ci ildə istehsal edilmiş AKM markalı, ”7” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « VT 5798» №-li, 1960-cı ildə istehsal edilmiş AKM markalı, ”8” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « LB 3610» №-li, 1961-ci ildə istehsal edilmiş AKM markalı, ”9” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « HP 1893» №-li, 1970-ci ildə istehsal edilmiş AKM markalı, ”10” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « İT 4590» №-li, 1967-ci ildə istehsal edilmiş AKM markalı, ”11” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « PH 8807» №-li, 1964-ci ildə istehsal edilmiş AKM markalı, ”12” rəqəmi ilə işarələnmiş silah ^.62 mm kalibrli « 808270» №-li, 1974-cü ildə istehsal edilmiş AKM markalı, ”13” rəqəmlənmiş silah 7,62 mm kalibrli « LU 6287» №-li, 1967-ci ildə istehsal ediHiş/AKM markalı; ”14” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « ŞB 1808» №-li, 1961-ci ildə istehsal edilmiş AKM markalı, ”15” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « EP 0276» №-li, 1964-cü ildə istehsal edilmiş AKM markalı, ”16” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « XQ 1861» №-li, 1960-ci ildə istehsal edilmiş AKM markalı, ”17” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « EP 6913» №-li, 1969-cı ildə istehsal edilmiş AKM markalı, ”18” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « KU 735» №-li, 1966-cı ildə istehsal edilmiş AKM markalı, ”19” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « HP 5620» №-li, 1966-cı ildəistehsal edilmiş AKM markalı, ”20” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « AƏ 8238» №-li, 1968-ci ildə istehsal edilmiş AKM markalı, ”21” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « OL 9894» №-li, 1968-ci ildə istehsal edilmiş AKM markalı, ”22” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « OL 9940» №-li, 1968-ci ildə istehsal edilmiş AKM markalı, ”23” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « PC 1709» №-li, 1962-ci ildə istehsal edilmiş AKM markalı, ”24” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « EP 2590» №-li, 1969-cı ildə istehsal edilmiş AKM markalı, ”25” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « Lİ 7190» №-li, 1967-ci ildə istehsal edilmiş AKM markalı, ”26” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « KT 353» №-li, 1970-ci ildə istehsal edilmiş AKM markalı, ”27” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « QM 2148» №-li, 1964-ci ildə istehsal edilmiş AKM markalı, ”28” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « HC 1630» №-li, 1961-ci ildə istehsal edilmiş AKM markalı, ”29” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « AE 8030» №-li, 1961-ci ildə istehsal edilmiş AKM markalı, ”30” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « KŞ 9419» №-li, 1964-cü ildə istehsal edilmiş AKM markalı, ”31” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « BE 648» №-li, 1968-ci ildə istehsal edilmiş AKM markalı, ”32” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « QƏ 6467» №-li, 1964-cü ildə istehsal edilmiş AKM markalı, ”33” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « HP 4836» №-li, 1961-ci ildə istehsal edilmiş AKM markalı, ”34” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « OT 7193» №-li, 1965-ci ildə istehsal edilmiş AKM markalı, ”35” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « AH 4456» №-li, 1960-cı ildə istehsal edilmiş AKM markalı, ”36” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « AP 3792» №-li, 1970-ci ildə istehsal edilmiş AKM markalı, ”37” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « ƏO 9591» №-li, 1970-ci ildə istehsal edilmiş AKM markalı, ”38” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « TB 7920» №-li, 1972-ci ildə istehsal edilmiş AKM markalı, ”39” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « 00747» №-li, 1968-ci ildə istehsal edilmiş AKM markalı, ”40” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « NO 388» №-li, 1969-cu ildə istehsal edilmiş AKM markalı, ”41” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « OL 8992» №-li, 1968-ci ildə istehsal edilmiş AKM markalı, ”42” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « PX 8419» №-li, 1961-ci ildə istehsal edilmiş AKM markalı, ”43” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « AC 285» №-li, 1967-ci ildə istehsal edilmiş AKM markalı, ”44” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « LN 045» №-li, 1971-ci ildə istehsal edilmiş AKM markalı, ”45” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « UB 509» №-li, 1972-ci ildə istehsal edilmiş AKM markalı, ”46” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli« ZŞ 4821» Ne-li, 1960-ci ildə istehsal edilmiş AKM markalı, ”47” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « İİ 2994» №-li, 1972-ci ildə istehsal edilmiş AKM markalı, ”48” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « UƏ 3731» №-li, 1964-cü ildə istehsal edilmiş AKM markalı, ”49” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « HP 1279» №-li, 1970-ci ildə istehsal edilmiş AKM markalı, ”50” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « HA 3331» №-li, 1970-ci ildə istehsal edilmiş AKM markalı, ”51” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « ML6678» №-li, 1965-ci ildə istehsal edilmiş AKM markalı avtomatik-yivliodlu döyüş silahlarıdır. Silahlardan “35” rəqəmi ilə işarələnmiş “AH 4456” nömrəli, “39” rəqəmi ilə işarələnmiş “00747” nömrəli və “46” rəqəmi ilə işarələnmiş “ZŞ 4821” nömrəli silahların funksional əhəmiyyət daşıyan hissəsi olan çaxmaqları yerində olmadığından, həmin silahlardan atəş açmaq mümkün olmadı. Bu səbəbdən həmin 3 (üç) ədəd silah halhazırda təyinatı üzrə istifadəyə yararsızdırlar. Digər silahların hissə və mexanizmləri qarşılıqlı əlaqəyə girir, istifadəyə (atəşə) yararlıdırlar. -Tədqiqata təqdim edilmiş D-49153 cinayət işi üzrə tədqiqat obyekti olmuş gilizlərdən 1 (bir) ədədi 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə istehsal edilmiş, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AK” (“AKM”, “AKS”, “AKMS”) markalı avtomat silahlarda, “RPK” (“RPKS”) markalı əl pulemyotlarında, “SKS” karabinində və s. yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronun atəşlə ayrılmış hissəsidir - gilizidir. Həmin gilizin tədqiqata təqdim edilmiş “35” rəqəmi ilə işarələnmiş “AH 4456” nömrəli, “39” rəqəmi ilə işarələnmiş “00747” nömrəli və “46” rəqəmi ilə işarələnmiş “ZŞ 4821” nömrəli silahların funksional əhəmiyyət daşıyan hissəsi olan çaxmaqları yerində olmadığından, onlarla eyniləşmə tədqiqatı aparılmadı. Təqdim edilmiş giliz üzərində olan izlərlə, təqdim edilmiş 48 (qırx səkkiz) ədəd 7,62 mm kalibrli, «AKM» markalı silahlardan eksperimental atılmış gilizlərin üzərindəki izlər öz yerləşmə sahələrinə, formalarına, ölçülərinə və mikrorelyef quruluşlarının xüsusiyyətlərinə görə bir-birilərinə uyğun gəlmirlər. D-49150 və D-49159 cinayət işi üzrə tədqiqat obyekti olan gilizlər təqdim edilmiş silahlara kalibrinə görə uyğun gəlmədiyindən tədqiqat aparılmadı. Tədqiqata təqdim edilmiş 51 (əlli bir) ədəd 7,62 mm kalibrli, “AKM” markalı, avtomat silahların lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi, bu da onu göstərir ki, həmin silahlardan atəş (atəşlər) açılmışdır. Cinayət işinin 4-cü cildinin 105-ci vərəqində olan Dövlət Təhlükəsizliyi Xidmətinin İİ baş idarəsinin 30 aprel 2021-ci il tarixli 2/8012 saylı arayışından görünür ki, aşağıda adları göstərilən Ermənistan Respublikasının vətəndaşları əsirlərin mübadiləsi çərçivəsində Ermənistan Respublikasına təhvil verilmişdir: 1.X38 – 14.01.1989-cu il təvəllüdlüdür, 28.01.2021-ci il tarixdə təhvil verilmişdi. 2. X24 – 09.08.1973-cü il təvəllüdlüdür, 28.01.2021-ci il tarixdə təhvil verilmişdi. 3. X56 - 04.07.1977-ci il təvəllüdlüdür, 28.01.2021ci il tarixdə təhvil verilmişdi. 4. X46 - 01.10.1975-ci təvəllüdlüdür, 28.01.2021-ci il tarixdə təhvil verilmişdi. 5. X11 - 16.08.1979-cu il təvəllüdlüdür, 28.01.2021-ci il tarixdə təhvil verilmişdi. 6. X1 – 02.08.1999-cu il təvəllüdlüdür, 09.02.2021-ci il tarixdə təhvil verilmişdi.

7. X57 - 26.12.1998-ci il təvəllüdlüdür, 09.02.2021-ci il tarixdə təhvil verilmişdi. 8. X25 – 13.04.1998-ci il təvəllüdlüdür, 09.02.2021-ci il tarixdə təhvil verilmişdi. Ona görə də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş anti-terror əməliyyatları nəticəsində saxlanılan ümumilikdə 64 nəfər erməni terrorçusundan hazırkı cinayət işinin ilkin mərhələsində şahid qismində dindirilmiş 8 nəfərinin, yəni X38, X24, X56, X46, X11, X1, X57 və X5 hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin mübadiləsi proseduru çərçivəsində Ermənistan Respublikasına təhvil verilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxlsərə ibtidai istintaq orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, onlar X45 və digərləri birlikdə 27 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini müvafiq sənədlər olmadan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməklə Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr yaradıb, terrorçuluq əməlləri törədərək, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətləri etmək, Azərbaycan Respublikasının ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmək üçün həmin silahlı birləşmələrə cəlb edilmiş şəxsləri qruplar halında Azərbaycan Respublikası Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində dağlıq-meşəlik ərazidə və digər ərazilərdə döyüş mövqeləri seçib yerləşdirməklə, 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində onları silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchiz etməklə, onlara döyüş hazırlığı keçməklə və döyüş təlimatları verməklə bu silahlı birləşmələrin fəaliyyətini təşkil edərək, mütəşəkkil dəstə halında qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edib, saxlayıb, daşıyıb, gəzdirmişdir. Təqsirləndirilən şəxslərin əməllərinin hüquqi tövsifi məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, ibtidai istintaq orqanının irəli sürdüyü ittiham məhkəmədə öz təsdiqini tam yox, qismən tapmışdır. Bununla bağlı məhkəmə, təqsirləndirilən şəxslərə irəli sürülmüş hər bir ittihamı ayrılıqda qiymətləndirməyi və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxslərə qarşı irəli ittihamın əsasını terrorçuluq və mütəşəkkil dəstə halında silahlı birləşmə yaratma təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-cü maddəsinin dispozisiyasına görə terrorçuluq-ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə- kimi müəyyən olunmuşdur. Bu anlayış 18 iyun 1999-cu il tarixli “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanununun birinci maddəsində də verilmişdir. Göründüyü kimi, qanunvericilik terrorçuluğlu həm aktiv hərəkətlərə, həm də bu hərəkətləri törətməklə hədələməklə müəyyən etmişdir. Hazırkı iş üzrə isə təqsirləndirilən şəxslər qanunun yuxarıda sadlanan hərəkətlərdən hər hansı birini etməsi, hazırlaşması, etməklə bağlı hədələməsi halı yoxdur. İbtidai istintaq orqanı ittihamda yalnız qanunda göstərilən sözləri sadalamaqla kifayətlənmiş, konkret olaraq hansı əməllərin terror aktı olmasını göstərməmişdir. Təqsirləndirilən şəxslərin terror aktı törətmək istəməsi, yəni məqsədlərinin bu tip əməllərin törədilməsi olması nə ibtidai istintaq, nə də məhkəmədə aydın olmadı. İbtidai istintaq orqanı tərəfindən sübut kimi irəli sürülmüş dövlət orqanlarının arayışları sırf subyektiv xarakter daşımaqla əlavə olaraq hər hansı halla təsqidini tapmamışdır. Cinayət hüquqi doktrinaya görə, terrorçuluq kəsik tərkibli cinayətlərə aid edilir, yəni bu cinayətin bitmə anı cinayətə hazırlıq və ya cəhd mərhələsi hesab edilir. Hazırkı işdə isə təqsirləndirilən şəxslərin belə əməlləri törətməyə hazırlaşmaları, cəhd etmələrinə dair sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxslərin üzərində silah olması və sərhəddi qanunsuz keçməkləri terror aktı törətmək istəmələrinin göstəricisi kimi çıxış edə bilməz. Əməlin belə qiymətləndirilməsi normanın genişləndirici təfsiri ilə nəticələnə və əsassız olaraq şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasına gətirib çıxara bilər. Məhkəmədə müəyyən olundu ki, təqsirləndirilən şəxslərin hamısı qeyd olunan ərazidə könüllü olaraq yox, digər şəxslərin, -təqsirləndirilən şəxslərin ifadələrinə əsasən- Arsen Qazaryan adlı hərbi zabitin təhiriki ilə olmuş, onlar həmin əraziyə məhz onun vasitəçiliyi və rəhbərliyi ilə gəlmiş, olduqları müddət ərzində isə heç bir atışma, silahlı münaqişə, hücum məqsədi ilə hər hansı ərazini mühasirəyə almaq kimi hərəkətlər və ya yanğın törətməmişlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Azərbaycan Respublikasının sərhəddini qanunsuz keçmiş və bu əməl onlar tərəfindən qəsdən edilməklə şüurları tam əhatə edilmişdir, lakin ittihamda qeyd edildiyi kimi həmin ərazidə terror aktı törətmək və ya törətməklə hədələmək onların niyyəti olmamış və bu niyyəti onların şüuru ilə əhatə edilməmişdir. Təqsirləndirilən şəxslərin hər birinin ifadəsindən də görünür ki, onların məqsədi sırf həmin əraziyə komandirlərinin əmrini yerinə yetirərək gəlmək və orada növbədə durmaq olmuşdur. Təqsirləndirilən şəxslərə irəli sürülmüş digər ittiham isə “Azərbaycan Respublikasının ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmək üçün həmin silahlı birləşmələrə cəlb edilmiş şəxsləri qruplar halında Azərbaycan Respublikası Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində dağlıqmeşəlik ərazidə və digər ərazilərdə döyüş mövqeləri seçib yerləşdirməklə, 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində onları silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchiz etməklə, onlara döyüş hazırlığı keçməklə və döyüş təlimatları verməklə bu silahlı birləşmələrin fəaliyyətini təşkil etmək” əlamətini özündə əks etdirən CM-nin 279.2-ci maddəsidir. İttihamın mahiyyətindən aydın olur ki, qanunsuz hərbi birləşməni yaradan hazırda təqsirləndirilən şəxslər olanlar deyil, digər şəxslərdir. Təqsirləndirilən şəxslərin silahlı olmaqla bir qrup şəxs olması qanunsuz silahlı birləşmənin ilkin əlaməti olsa da, hazırkı halda həmin şəxslərin qanunsuz silahlı birləşmədə iştirakı kimi qiymətləndirilə bilməz. Əvvəla, təqsirləndirlən şəxslərin ifadələrindən, eləcə də cinayət işinin materiallarından tam aydın olur ki, təqsirləndirilən şəxslər yaşadıqları ərazidən hərbi komissarlıqla xidmətə cəlb edilmiş və bu məqsədlə onları hərbi hissəyə cəlb edib orada silah və hərbi geyim verilmişdir. Aydın olur ki, təqsirləndirilən şəxslər özləri üçün müəyyən etmişlər ki, onları dövlət hərbi xidmətə çağırır və mükkələfiyyətli olaraq da onlar həmin xidmətə getməyə borcludur. Yəni təqsirləndirilən şəxslər hər hansı qanunsuz silahlı birləşmənin deyil, məhz vətəndaşı olduqları ölkənin qanunvericiliyi ilə müəyyən edilmiş birləşmədə iştirak etmək üçün bu fəaliyyətə cəlb edilmişlər. Subyektiv olaraq silahlı birləşmədə iştirak kimi niyyət çıxış etsə də, həmin birləşmənin qanunsuz olması onların niyyəti ilə əhatə edilmir. Buna görə də təqsirləndirilən şəxlsərə CM-nin 279-cu maddəsi ilə ittiham irəli sürmək tamamilə əsassızdır, həmin maddə də ittihamdan xaric edilməlidir. Təqsirləndirilən şəxslərin əməllərində CM-nin 279-cu maddəsinin tərkib əlamətlərinin olmaması məntiqi və əsaslı olaraq onların əməllərində qanunsuz silah və onun komplekt hissələri əldə etmə, daşıma və saxlama cinayətini də istisna edir. Qeyd edildiyi kimi təqsirləndirilən şəxslər üzərilərində daşıdıqları silah və patronları hər hansı qanunsuz yolla, hər hansı niyyətlə və ya hər hansı mənfəətlə əldə etməmiş, əksinə həmin silah və patronlar onlara məcburi olaraq dövlət tərəfindən verilmiş və bu barədə hər birindən müvafiq imza etdirilməklə iltizam alınmışdır. Təqsirləndirilən şəxslər hərbi xidmətə cəlb edilmiş şəxslərdir və onların fəaliyyətinin, yəni hərbi təyinatlı olmalarının əsasını, mahiyyətini silah, patron, partladıcı maddə daşımaq təşkil edir. Dövlət tərəfindən müəyyən edilmiş qaydaya əməl edilməsi şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün yetərli səbəb deyil. Təqsirləndirilən şəxslərin könüllü deyil, icbari qaydada silahlandırılması CMnin 228-ci maddəsinin tərkib əlaməti ilə əhatə edilmir. Cinayətin tərkib əlamətinin mövcud olmaması isə təqsirləndirilən şəxsin həmin ittiham üzrə təqsirli bilinməsini birmənalı olaraq aradan qaldırır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxslərin əlbirliyinə düzgün hüquqi qiymət verməmiş, onların “mütəşəkkil dəstə” kimi qiymətləndirməklə ittihamı əsassız şişirtmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitisiya Məhkəməsinin Plenumunun 20 aprel 1999-cu il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” Qərarında göstərilmişdir ki, mütəşəkkil dəstə dedikdə, bir və ya bir neçə cinayətin törətdilməsi üçün əvvəlcədən birləşmiş iki və ya daha çox şəxslərdən ibarət olan möhkəm cinayətkar qrup başa düşülməldir. Mütəşəkkil dəstənin möhkəmliyini onun tərkibinin və təşkilatı qurumlarının sabitliyi, üzvlərin birliyi (sıxlığı), cinayətkar fəaliyyətin forma və üsullarının daimiliyi ilə xarakterizə edir. Təqsirləndirilən şəxslərin əməllərini Konstitusiya Məhkəməsinin bu qərarı baxımından şərh edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər mütəşəkkil dəstə halında birləşməmişlər. Belə ki, mütəşəkkil dəstənin tərkibi sabit olmalıdır, təqsirləndirilən şəxslər isə səfərbərliklə hərbi xidmətə cəlb edilmiş şəxslər çoxluğudur, bir-birilərini ilk dəfə olaraq cəlbetmə zamanı tanımışlar, buna görə də tərkib sabitliyi və üzvlərin sıxlığlı əlaməti məntiqi olaraq istisna edilir. Təqsirləndirilən şəxslərin cinayətkar fəaliyyəti ilk dəfə sırf sərhəddi qanunsuz keçməklə əhatə olunmaqla bitdiyi üçün burada da cinayətkar fəaliyyətin forma və üsulunun daimiliyi tam təkzib olunur. Təqsirləndirilən şəxslərin törədilmiş cinayətdə iştirakları Azərbaycan Respublikası CM-nin 34.2-ci maddəsinə göstərilmiş “qabaqcadan əlbir olan bir qrup şəxs” anlayışı ilə tam əhatə olunur. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, “mütəşəkkil dəstə” ifadəsi“qabaqcadan əlbir olan bir qrup şəxs” ifadəsi ilə əvəz edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin heç birinin əməlində terrorçuluq, qanunsuz silahlı birləşmədə iştirak və qanunsuz silah və onun komplekt hissələrini daşıma cinayətlərinin tərkib əlamətləri üçün xas olan hər hansı hərəkət yoxdur. Məhkəmədə təqsirləndirilən şəxslərin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə muvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Ermənistan Respublikasının rəsmi dövlət orqanlarının, həmin ölkənin hərbi siyasi rəhbərliyinin təşkilatçılığı ilə bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının ərazisində terrorçuluq törədilməsi məqsədilə sılahlandırılmış Ermənistan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının xüsusi xidmət orqanlarının keçirdikləri antiterror əməliyyatı nəticəsində tərksilah edilmiş və barələrində cinayət təqibi aparılmışdır. Təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrdən də görünür ki, onlar Ermənistan Respublikasının rəsmi dövlət orqanlarının, həmin ölkənin hərbi siyasi rəhbərliyinin təzyiqi və təsiri nəticəsində bu cinayətə cəlb olunmuşlar. Belə ki, təqsirləndirilən şəxslər hərbi çağırış zamanı dövlət orqanları tərəfindən çağırışa gəlmədikləri halda 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum ediləcəkləri ilə hədələnmişlər. Həmçinin təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilərkən müəyyən olunmuşdur ki, həmin şəxslər ya işsizdirlər, ya da iş tapmaq üçün müxtəlif vaxtlarda qonşu ölkələrin ərazilərində yaşamaq məcburiyyətində qalmışlar. Ermənistan Respublikasının rəsmi dairələri uzun illər ölkədə yaranmış və dərinləşmiş sosial problemləri ört-basdır etmək üçün vətəndaşları cinayət əməlləri törətməyə sövqetmə yolunu seçmişlər. Belə olan halda, cinayət məsuliyyətinin böyük bir hissəsi Ermənistan Respublikasının rəsmi şəxsləri və hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Qeyd edilən faktlar onu göstərir ki, həmin şəxslər döyüşmək istəməyiblər. Ermənistan siyasi-hərbi rəhbərliyi öz vətəndaşlarını cinayət məsuliyyətinə cəlb etməklə hədələyib məcburi şəkildə “hərbi xidmətə” göndərmişdir. Bu cinayət işində də Ermənistan rəhbərliyinin məkrli əməlləri bir daha təsdiq olunmuşdur. Dövlət ittihamçısı məhkəmədə çıxış edərək təqsirləndirilən şəxslərin hər birinə qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası CM-nin 214.2.1, 214.2.3, 228.3, 279.2-ci maddələrinin xaric edilməsini və ittiham olunan şəxslərin Ermənistan hərbi siyasi rəhbərliyinin təzyiqi və təsiri nəticəsində cinayətə cəlb olunmaları nəzərə alınmaqla həmin qurumların vəzifəli şəxsləri barəsində cinayət iş başlanması barədə Azərbaycan Respublikası CPM-nin 207 və 208-ci maddələrinə əsasən aidiyyatı qurumlara məlumat verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 314.2-ci maddəsinin tələbinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdikləri halda məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsində göstərilir, dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 fevral 2008ci il tarxli qərarında göstərmiş ki, CPM-in 43.1.1 və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən (o cümlədən, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində ittiham elan edildikdə, məhkəmə baxışında ittihamdan bir və ya bir neçə maddə üzrə) imtina edilməsini ehtiva edir. Həmin Plenum qərarında həmçinin müəyyən olunmuşdur ki, məhkəmə ittiham funksiyasını öz üzərinə götürə bilmədiyinə görə, ictimai ittiham üzrə məhkəmə baxışı zamanı dövlət ittihamçısının əməlin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif edilməsi təklifi məhkəmə tərəfindən dövlət ittihamçısının təklifində irəli sürüləndən daha ağır cəza nəzərdə tutan cinayət qanunu norması üzrə məhkəmə aktı qəbul olunmasını istisna edir. Göstərilən cinayət prosessual qanunvericilik normalarına, Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə, habelə hazırkı iş üzrə məhkəmədə müəyyən olunan hallara əsasən məhkəmə hesab edir ki, dövlət ittihamçısının çıxışında göstərdikləri ittihamdan qismən imtinası kimi qəbul edilməli və həmin imtina tamamilə qanuni və əsaslı olmaqla tam təmin edilməli, Azərbaycan Respublikası CM-nin 214.2.1, 214.2.3, 228.3, 279.2-ci maddələri üzrə cinayət təqibinə xitam verilməli və Ermənistan hərbi siyasi qurumların vəzifəli şəxsləri barəsində cinayət iş başlanması barədə Azərbaycan Respublikası CPM-nin 207 və 208-ci maddələrinə əsasən aidiyyatı qurumlara məlumat verilməlidir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər cinayət törətsələr də, əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilməmişdir. Onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 228.3, 279.2-ci maddələri olan ittiham artıq verilmişdir. Belə ki, onların istər ibtidai istintaqda, istərsə də məhkəmədəki ifadələri ilə müəyyən olunur ki, Ermənistan Respublikasının dövlət orqanlarında fəaliyyət göstərən bir sıra vəzifəli şəxslər iş üzrə olan təqsirləndirilən şəxsləri hərbi xidmət adı ilə çağırıb onları avtomat silahı və bunu üçün lazım olan patronlar verib silahlandıraraq Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçirsələr də, sonuncular tərəfindən heçbir terror aktı törədilməmişdir. Eyni zamanda onlar özləri heç bir silahlı birləşmə yaratmamışlar, sadəcə olaraq onları toplayaraq silahlandıran şəxslərin əmrlərini yerinə yetirmədikləri halda 8 ildən 12 ilədək həbs olunacaqları ilə hədələndiklərindən öz iradələrindən asılı olmadan məcburiyyət üzündən bu silahlı birləşmələrin tərkibində iştirak edərək üzərlərində odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edib, saxlayıb, daşıyıb, gəzdirmişlər. Qeyd edilən əməllər təqsirləndirilən şəxslərin qəsdi ilə əhatə olunmamışdır. Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmələri cinayət işi üzrə sübuta yetirilsə də, təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr yaradıb, terrorçuluq əməlləri törətmələri, qanunsu odlu silah və onun komplekti hissələrini daşıma, gəzdirmə əməlləri sübuta yetmir. Onların əməlləri Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə tam əhatə olunduğundan CM-nin 214.2.1, 214.2.3, 228.3, 279.2-ci maddələri ilə cinayət təqibinə xitam verilməli və hər biri CM-nin 318.2-cimaddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək onlara həmin maddə ilə cəza təyin edilməlidir. Cinayət işinin materialları ilə müəyyən olunur ki, təqsirləndirilən şəxslərin hamısı 13 dekabr 2020-ci il tarixdə tutularaq saxlansalar da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 11 fevral 2021-ci il tarixdə, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs7 16 mart 2021-ci il tarixdə, Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs10, Təqsirləndirilən şəxs11, Təqsirləndirilən şəxs12, Təqsirləndirilən şəxs13 və Təqsirləndirilən şəxs14 17 mart 2021-ci il tarixdə hazırkı iş üzrə təqsirləndirilən şəxs qismində tanınaraq barələrində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, təsirləndirilən şəxslər barəsində müxtəlif tarixlərdə həbs qətimkan tədbiri seçilsə də, onlarn azadlığı faktiki olaraq 13 dekabr 2020-ci il tarixdən məhdudlaşıdırlmışdır buna görə ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxslərin hamısının cəza çəkmələrinin başlanğıcı 13 dekabr 2020-ci il tarixdən hesablanmalıdır. Cinayət işinin 4-cü cildinin 150-152-ci vərəqlərində olan qərardan görünür ki, 01 may 2021-ci il tarixdə ********* nömrəli cinayət işinin materiallarından təqsirləndirilən şəxs X45 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3, 228.3, 279.2 və 318.2-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Cinayət işinin 4-cü cildinin 153-155-ci vərəqlərində olan qərardan görünür ki, 01 may 2021-ci il tarixdə ********* nömrəli cinayət işinin materiallarından təqsirləndirilən şəxslər X12, X2, X39, X61, X26, X13, X62, X69, X58, X3, X63, X64 və X27 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 228.3, 279.2 və 318.2-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Cinayət işinin 4-cü cildinin 156-158-ci vərəqlərində olan qərardan görünür ki, 01 may 2021-ci il tarixdə ********* nömrəli cinayət işinin materiallarından təqsirləndirilən şəxslər X14, X6, X15, X28, X40, X16, X41, X47, X48, X29, X42, X30 və X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 228.3, 279.2 və 318.2-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Cinayət işinin 4-cü cildinin 159-161-ci vərəqlərində olan qərardan görünür ki, 01 may 2021-ci il tarixdə ********* nömrəli cinayət işinin materiallarından təqsirləndirilən şəxslər X49, X65, X31, X32, X7, X50, X59, X51, X17, X8, X18, X9 və X33 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 228.3, 279.2 və 318.2-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Cinayət işinin 162-164-cü vərəqlərində olan qərardan görünür ki, 01 may 2021-ci il tarixdə ********* nömrəli cinayət işinin materiallarından təqsirləndirilən şəxslər X67 və X43 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 228.3, 279.2 və 318.2-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Məhkəmədə müəyyən olundu ki, Ermənistan siyasi-hərbi rəhbərliyi ittiham olunan şəxsləri cinayət məsuliyyətinə cəlb etməklə hədələyib məcburi şəkildə “hərbi xidmətə” göndərmişdir. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Azərbyacn Respublikasının sərhəddlərinin qanunsuz keçmə əməllərini xidməti və siyasi cəhətdən asılılıq nəticəsində törədilmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs10, Təqsirləndirilən şəxs11, Təqsirləndirilən şəxs12, Təqsirləndirilən şəxs13 və Təqsirləndirilən şəxs14nin qanunsuz olaraq sərhəddi keçməklərinə görə əməllərini xidməti və siyasi cəhətdən asılılıq nəticəsində törətmələrini və əməllərindən peşman olmaları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.6 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzalarını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə təqsirləndirildikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxslər özlərini təqsirli bilməsələr də, mahiyyət etibarı ilə Azərbaycan Respublikası sərhəddini qanunsuz keçməklərinə görə peşman olmaqları, bu halın onların sərbəst ifadələrində və suallara cavablarında tam aşkar olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs10, Təqsirləndirilən şəxs11, Təqsirləndirilən şəxs12, Təqsirləndirilən şəxs13 və Təqsirləndirilən şəxs14yə təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməli, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbi olan şəxsə rəhbərlik etdiklərindən onlara sanksiyanın.yuxarı həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Azərbycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən onlara təyin ediləcək cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 55.2-ci maddəsinin tələbinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə təyin edilə bilər. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur, məhkəmə məsrəfini təşkil edən 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs10, Təqsirləndirilən şəxs11, Təqsirləndirilən şəxs12, Təqsirləndirilən şəxs13 və Təqsirləndirilən şəxs14dən müştərək qaydada, hər birindən 9,14 (doqquz manat on dörd qəpik) pul tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Maddi-texniki təminat idarəsinin silah-sursat anbarında məsul saxlanışa təhvil verilmiş maddi sübut kimi tanınmış 51 ədəd AKM tipli avtomat silahları, eləcə də 6 ədəd 7,62 mm kalibrli eksperimental atəşlər atmaq üçün nəzərdə tutulmuş patron CM-nin 99-1.1.1-99-1.1.4-cü maddələrinə əsasən dövlət nəfinə xüsusi müsadirə edilməli, 144 ədəd eksperimental atılmış patronunun gilizləri yararıız olduğundan məhv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə

hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 13 dekabr 2020-ci il tarixdən hesablansın, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirlməsin. Azərbaycan Respublikası CM-nin 214.2.1, 214.2.3, 228.3 və 279.2-ci maddələri ilə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 13 dekabr 2020-ci il tarixdən hesablansın, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirlməsin. Azərbaycan Respublikası CM-nin 214.2.1, 214.2.3, 228.3 və 279.2-ci maddələri ilə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 13 dekabr 2020-ci il tarixdən hesablansın və qətimkan tədbiri qaydasında faktiki həbsdə olduğu müddətdən artıq olmayan müddətdə cəzasını çəkib qurtardığı üçün məhkəmə iclas zalında həbsdən azad edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 214.2.1, 214.2.3, 228.3 və 279.2-ci maddələri ilə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 13 dekabr 2020-ci il tarixdən hesablansın və qətimkan tədbiri qaydasında faktiki həbsdə olduğu müddətdən artıq olmayan müddətdə cəzasını çəkib qurtardığı üçün məhkəmə iclas zalında həbsdən azad edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 214.2.1, 214.2.3, 228.3 və 279.2-ci maddələri ilə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 13 dekabr 2020-ci il tarixdən hesablansın və qətimkan tədbiri qaydasında faktiki həbsdə olduğu müddətdən artıq olmayan müddətdə cəzasını çəkib qurtardığı üçün məhkəmə iclas zalında həbsdən azad edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 214.2.1, 214.2.3, 228.3 və 279.2-ci maddələri ilə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 13 dekabr 2020-ci il tarixdən hesablansın və qətimkan tədbiri qaydasında faktiki həbsdə olduğu müddətdən artıq olmayan müddətdə cəzasını çəkib qurtardığı üçün məhkəmə iclas zalında həbsdən azad edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 214.2.1, 214.2.3, 228.3 və 279.2-ci maddələri ilə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 13 dekabr 2020-ci il tarixdən hesablansın və qətimkan tədbiri qaydasında faktiki həbsdə olduğu müddətdən artıq olmayan müddətdə cəzasını çəkib qurtardığı üçün məhkəmə iclas zalında həbsdən azad edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 214.2.1, 214.2.3, 228.3 və 279.2-ci maddələri ilə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 13 dekabr 2020-ci il tarixdən hesablansın və qətimkan tədbiri qaydasında faktiki həbsdə olduğu müddətdən artıq olmayan müddətdə cəzasını çəkib qurtardığı üçün məhkəmə iclas zalında həbsdən azad edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 214.2.1, 214.2.3, 228.3 və 279.2-ci maddələri ilə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 13 dekabr 2020-ci il tarixdən hesablansın və qətimkan tədbiri qaydasında faktiki həbsdə olduğu müddətdən artıq olmayan müddətdə cəzasını çəkib qurtardığı üçün məhkəmə iclas zalında həbsdən azad edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 214.2.1, 214.2.3, 228.3 və 279.2-ci maddələri ilə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 13 dekabr 2020-ci il tarixdən hesablansın və qətimkan tədbiri qaydasında faktiki həbsdə olduğu müddətdən artıq olmayan müddətdə cəzasını çəkib qurtardığı üçün məhkəmə iclas zalında həbsdən azad edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 214.2.1, 214.2.3, 228.3 və 279.2-ci maddələri ilə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 13 dekabr 2020-ci il tarixdən hesablansın və qətimkan tədbiri qaydasında faktiki həbsdə olduğu müddətdən artıq olmayan müddətdə cəzasını çəkib qurtardığı üçün məhkəmə iclas zalında həbsdən azad edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 214.2.1, 214.2.3, 228.3 və 279.2-ci maddələri ilə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 13 dekabr 2020-ci il tarixdən hesablansın və qətimkan tədbiri qaydasında faktiki həbsdə olduğu müddətdən artıq olmayan müddətdə cəzasını çəkib qurtardığı üçün məhkəmə iclas zalında həbsdən azad edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 214.2.1, 214.2.3, 228.3 və 279.2-ci maddələri ilə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 13 dekabr 2020-ci il tarixdən hesablansın və qətimkan tədbiri qaydasında faktiki həbsdə olduğu müddətdən artıq olmayan müddətdə cəzasını çəkib qurtardığı üçün məhkəmə iclas zalında həbsdən azad edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 214.2.1, 214.2.3, 228.3 və 279.2-ci maddələri ilə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 13 dekabr 2020-ci il tarixdən hesablansın və qətimkan tədbiri qaydasında faktiki həbsdə olduğu müddətdən artıq olmayan müddətdə cəzasını çəkib qurtardığı üçün məhkəmə iclas zalında həbsdən azad edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 214.2.1, 214.2.3, 228.3 və 279.2-ci maddələri ilə cinayət təqibinə xitam verilsin. Ermənistan hərbi siyasi qurumların vəzifəli şəxsləri barəsində cinayət iş başlanması barədə Azərbaycan Respublikası CPM-nin 207 və 208-ci maddələrinə əsasən aidiyyatı qurumlara məlumat verilsin.

Məhkəmə məsrəfi olan 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs10, Təqsirləndirilən şəxs11, Təqsirləndirilən şəxs12, Təqsirləndirilən şəxs13 və Təqsirləndirilən şəxs14dən müştərək qaydada, hər birindən 9,14 (doqquz manat on dörd qəpik) pul tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut olaraq Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Maddi-texniki təminat idarəsinin silah-sursat anbarında məsul saxlanışa təhvil verilmiş 51 ədəd AKM tipli avtomat silahları, eləcə də 6 ədəd 7,62 mm kalibrli eksperimental atəşlər atmaq üçün nəzərdə tutulmuş patron CM-nin 99-1.1.1-99-1.1.4 maddələrinə əsasən dövlət nəfinə xüsusi müsadirə edilsin, 144 ədəd eksperimental atılmış patronunun gilizləri yararıız olduğundan məhv edilsin. Hökmdən elan olunduğu (hökmün surətinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əfqan Hacıyev

Hakimlər Telman Hüseynov

Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar