Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1204/2022 09.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1974-cü ildə Gürcüstan Respublikasının Bolnisi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər:1. Nərimanov Rayon Məhkəməsinin 10 may 2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; 2. Nərimanov Rayon Məhkəməsinin 4 mart 2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş;
3. Nərimanov Rayon Məhkəməsinin 8 iyun 2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 9 ay 18 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; 4. Xətai Rayon Məhkəməsinin 10 avqust 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş,
5. Suraxanı Rayon Məhkəməsinin 26 noyabr 2014cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 6. Sabunçu Rayon Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; 7.Salyan Rayon Məhkəməsinin 4 noyabr 2020-ci il tarixli qərarı ilə həmin cəzadan 4 ay vaxtından əvvəl şərti olaraq azad olunub və həmin cəza 19 mart 2021-ci il tarixdə başa çatmış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq,
m ü ə y y ə n e t d i:
İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ümumilikdə təmiz çəkisi 3,486 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib yaşadığı ünvan 1 ünvanına daşıyaraq, həmin narkotik vasitənin 0,953 qram hissəsini ayırıb 1 ədəd sellofan bükümdə qablaşdırmaqla üzərində, 2,533 qram hissəsini isə yaşadığı mənzildə saxlamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 23 aprel 2022-ci il tarixdə saat 14:40 radələrində Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, ev 33 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81 B ünvanında yerləşən Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə gətirilmiş, şöbədə üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümün içərisində, təmiz çəkisi 0,953 qram olan qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə saat 16:35 radələrində Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən yaşadığı ünvan 1 ünvanına baxış keçirilərkən mənzilin ona məxsus otağında olan stulun üzərində 1 ədəd sellofan bağlamanın içərisində, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə onun üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə eynilik təşkil edən 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,699 qram, 0,171 qram, 0,240 qram, 0,344 qram və 1,079 qram, ümumi təmiz çəkisi 2,533 qram olan külli miqdarda qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilməmiş, həmin Məcəllənin 234.1-ci madəsi ilə təqsirli bilərək göstərmişdir ki, bir neçə ildir ki, narkotik vasitə olan heroindən istifadə edir. Əvvəllər Azərbaycan Respublikası CM-nin 234-cü madəsi ilə bir neçə dəfə məhkum olunmuşdur. 21 aprel 2022-ci il tarixdə səhər saatlarında Səbail rayonunun ərazisində yerləşən “Sahil” metrostansiyasının yaxınlığında piyada yeriyərkən yerdən 6 ədəd bükümdə maddə görmüş və bükümlərin üçündə də eyni maddənin olduğunu görmüşdür. Bir bükümü açdıqda içərisində heroinin olduğunu görmüşdür. Heroin istifadə etdiyi üçün onu görən kimi tanımışdır. Buna görə 6 bükümü cibinə qoyub yaşadığı evə gətirmişdir. Həmin bükümləri evin özünə aid yataq otağında yerləşdirmişdir. Fikri müəyyən vaxtlarda ağrıları olanda həmin heroini qəbul etmək olmuşdur. 23 aprel 2022-ci il tarixdə təxminən saat 14 radələrində tapdığı 6 heroin bükümün birini cibinə qoyub yaşadığı binanın qarşısına çıxaraq binanın qarşısında dayanmışdır. Həmin vaxt Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşmışlar, özlərini təqdim etmişlər və ona narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirilərək onu polis şöbəsinə dəvət etmişlər. O etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə 24-cü PŞ-yə getmişdir. Şöbənin inzibati binasının daxilində ona hüquq və vəzifələrini izah etmişlər və o, ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmağını xahiş etmişdir. Az bir vaxtdan sonra o dövlət hesabına müdafiəçi Abuzər Səfərov ilə təmin edilmişdir. Həmin vaxtı polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O etiraz etməmiş və üzərinə şəxsi axtarış keçirilməsinə razılıq verərək vəkilin iştirakı olmadan şəxsi axtarışın keçirilməsi barədə ərizə yazmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərimdə narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxtı o əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən içərisində heroin olan 1 ədəd sellofan bükümü təqdim etmişdir. Bundan sonra təqdim etdiyi əşyaya baxış keçirilmişdir. Baxış zaman 1 ədəd sellofan bağlama polis əməkdaşı tərəfindən açılmışdır. Bağlamanın içərisində tünd qəhvəyi rəngli narkotik maddə olan heroin aşkar olunmuşdur. Aşkar edilmiş həmin maddə 1 ədəd zərfə qoyularaq qablaşdırılmışdır və polis əməkdaşları tərəfindən götürülmüşdür. Üzərində şəxsi axtarış davam etdirilsə də, üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, o və polis əməkdaşları həmin protokolun doğruluğunu imzalarıyla təsdiq etmişlər. Bundan sonra o, polis əməkdaşlarına Səbail rayonu ərazisindən tapdığı, içərisində heroin olan 6 ədəd bükümdən 5-ni yaşadığı evdə saxladığını demişdir. O, ərizə ilə müraciət edərək yaşadığı mənzilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Yaşadığı mənzilə baxış keçirilərkən həmin mənzildə, özünə aid otaqda olan stulun üzərində 5 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin aşkar edilmişdir. Aşkar edilmiş içərisində heroin olan 5 ədəd sellofan bükümlər zərfə qoyularaq qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Yaşadığı mənzil axtarış davam etdirilsə də, oradan başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Axtarış zamanı videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, o və polis əməkdaşları həmin protokolun doğruluğunu imzalarıyla təsdiq etmişlər. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Nizami RPİ-nin 24-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, 23 aprel 2022-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Nizami RPİ-nin 24-cü PŞ-nə məlumat daxil olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ətrafında əməliyyataxtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə əlaqədar 23 aprel 2022-ci il tarixdə saat 14 radələrində o, Nizami RPİ-nin 24-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Nizami RPİ-nin 24-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3 Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi 33 saylı binanın qarşısında dayandığını görüb sonuncuya yaxınlaşmışlar və Təqsirləndirilən şəxs özlərini təqdim etmişlər. Daha sonra əməliyyat tədbirinin keçirilməsi haqqında qərarla tanış edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış aparılması məqsədilə onlarla Nizami RPİ-nin 24-cü PŞ-nə getməsi Təqsirləndirilən şəxs təklif olunmuşdur. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə getmişdir. PŞ-də Təqsirləndirilən şəxs mütəxəssis qismində X5 təyin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmağını xahiş etmişdir. Qısa müddət sonra Bakı şəhəri, 6 saylı Vəkil Bürosunun vəkili X1 şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqda sonra həmin gün saat 15 radələrində 24-cü PŞ-nin təhqiqatçısı X3 məxsus xidməti otaqda V.Əliyevin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində boz rəngli qısaqol köynək, qara rəngli cins şalvar və qara rəngli ayaqqabı olmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik maddə və ya qanunla qadağan olunmuş əşyanın olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bağlamanı çıxaraq həmin bağlamanın içərisində narkotik maddə olan heroinin olduğunu bildimişdir. Bundan sonra üzərində şəxsi axtarış keçirilmiş və üzərində narkotik maddə və ya qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Aşkar edilmiş bağlama içərisinə baxılması üçün açıldıqda içərisində narkotik maddə olan heroinə bənzər qəhvəyi rəngli toz halında maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin nə olduğu, haradan əldə etdiyi barədə sorğu-sual edildikdə sonuncu qeyd olunan maddənin narkotik maddə olan heroin olduğunu, heroini 21 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonunda yerləşən “Sahil” metrostansiyasının yaxınlığında tapdığını, həmçinin tapdığı maddənin digər hissəsini də yaşadığı evdə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilmiş maddə götürülərək qablaşdırılmış və şöbənin 165 saylı zərflər möhürü ilə möhürlənmişdir. Yekunda protokol tərtib edilmiş və bütün iştirakçılar kimi o da protokolun doğruluğunu imzasıyla təsdiq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzildə axtarış və götürmə aparılacağı bildirilmiş və sonuncu da yaşadığı mənzildə axtarış və götürmə aparılmasına etirazının olmamasını bildirərək bu barədə ərizə yazmışdır. Həmçinin Təqsirləndirilən şəxs ilə birgə yaşayan qardaşı X13 və anası X10 da yaşadıqları evdə axtarış aparılmasına etirazlarının olmamalarını bildirərək bu barədə ərizə yazmışlar. Axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs mənzilin giriş hissəsədən sol tərəfdə yerləşən otağın ona məxsus olduğunu bildirmişdir. Həmin otaqda olan stulun üzərində müxtəlif əşyalar ilə birlikdə 1 ədəd sellofan bağlama görünmüşdür. Həmin sellofan bağlamanı adıqda 5 ədəd sellofan bağlama görünmüşdür. Qeyd olunan sellofan bağlamaları açdıqda onların içərisində qəhvəyi rəngli, narkotik maddə olan heroinin olduğu görünmüşdür. Təqsirləndirilən şəxs sorğu zamanı ona məxus otaqdan aşkar edilmiş narkotik maddəni 2 gün öncə Səbail rayonu ərazisindən tapdığını bildirmişdir. Bundan sonra mənzilin digər otaqlarında axtarış aparılmışdır. Axtarış zamanı mənzilin otaqlarından narkotik vasitə, qanunla qadağan edilmiş maddə və digər əşya aşkar edilməmişdir. Yekunda tərtib edilən protokol uca səslə oxunmuş və bütün iştirakçılarla birlikdə onun da tərəfindən protokol imza edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə axtarış zamanı əməliyyat müvəkilləri Şahid2 və Şahid3 və Təqsirləndirilən şəxs qardaşı Samir Əliyev iştirak etmişlər. Məhkəmə zamanı şahid qismində dindirilmiş Nizami RPİ-nin 24-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və ibtidai istintaq zamanı ifadə vermis məhkəmə zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Nizami RPİ-nin 24-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ofadə vermişlər (1-ci cild iş vərəqi 126-128). Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan 23 aprel 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, 23 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞnin baş təhqiqatçısı, polis mayoru X7 tərəfindən Nizami RPİ-nin 24-cü PŞ-nin digər əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmış, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmiş, narkotik vasitə aludəçisi olduğunu, həmin bükümün içərisində “kakos" kimi tanıdığı narkotik vasitə olduğunu bildirmiş, içərisində narkotik vasitəyə bənzər maddə olan bükümlə bağlı sorğu-sual edildikdə Təqsirləndirilən şəxs bildirir ki, təxminən 2 gün öncə Səbaİl rayonunun ərazisində yerləşən “Sahil” metrostansiyasının yaxınlığında yerdə 6 büküm görmüş, həmin bükümlərin içərisində heroin olduğunu da görmüş, buna görə bükümləri götürərək onlardan beşini yaşadığı mənzilin özünə aid otağında, birini isə öz üzərində saxlamış və hazırda da içərisində narkotik maddə olan 5 büküm onun yaşadığı mənzilin özünə aid otağındadır. Aşkar olunmuş 1 ədəd bükümdə olan narkotik vasitəyə oxşar maddə qablaşdırılaraq möhürlənmiş və üzərində müvafiq qeydlər aparılaraq İştirakçılar tərəfindən imzalanıb götürülmüşdür (1-ci cild iş vərəqi 36-37). İşdə olan 23 aprel 2022-ci il tarixli mənzildə axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, 23 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞnin baş təhqiqatçısı, polis mayoru X7 tərəfindən Nizami RPİ-nin 24-cü PŞ- nin digər əməkdaşları, Təqsirləndirilən şəxs və sonuncunun qardaşı X9 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında axtarış və götürmə istintaq hərəkəti aparılmış, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs təxminən 2 gün öncə Səbail rayonunun ərazisində yerləşən “Sahil” metrostansiyasının yaxınlığında yerdən tapdığı 6 bükümün beşinin yaşadığı mənzilin ona məxsus otağında olan stulun üzərində 1 ədəd sellofan bağlamanın içərisində olduğunu bildirmiş, istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs bildirdiyi yerdən 1 ədəd sellofan torba, həmin torbanın içərisində 5 ədəd büküm və onların da içərisində narkotik vasitəyə oxşar maddə aşkar olunmuş, həmin bükümlər qablaşdırılaraq möhürlənmiş və üzərində müvafiq qeydlər aparılaraq İştirakçılar tərəfindən imzalanıb götürülmüşdür (1-ci cild iş vərəqi 47-49). İşdə olan cinayət işinə əlavə edilmiş DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 23 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞnin baş təhqiqatçısı, polis mayoru X7 tərəfindən Nizami RPİ-nin 24-cü PŞ-nin digər əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmış, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmiş, narkotik vasitə aludəçisi olduğunu, həmin bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu bildirmiş, içərisində narkotik vasitəyə bənzər maddə olan bükümlə bağlı sorğu-sual edildikdə Təqsirləndirilən şəxs bildirir ki, təxminən 2 gün öncə Səbail rayonunun ərazisində yerləşən “Sahil” metrostansiyasının yaxınlığında yerdə 6 büküm görmüş, həmin bükümlərin içərisində heroin olduğunu da görmüş, buna görə bükümləri götürərək onlardan beşini yaşadığı mənzilin özünə aid otağında, birini isə öz üzərində saxlamış və hazırda da içərisində narkotik maddə olan 5 büküm onun yaşadığı mənzilin özünə aid otağındadır. Aşkar olunmuş 1 ədəd bükümdə olan narkotik vasitəyə oxşar maddə qablaşdırılaraq möhürlənmiş və üzərində müvafiq qeydlər aparılaraq iştirakçılar tərəfindən imzalanıb götürülmüşdür (1-ci cild iş vərəqi 95). İşdə olan cinayət işinə əlavə edilmiş DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 23 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nizami RPl-nin 24-cü PŞnin baş təhqiqatçısı, polis mayoru X7 tərəfindən Nizami RPİ-nin 24-cü PŞ-nin digər əməkdaşları, Təqsirləndirilən şəxs və sonuncunun qardaşı X9 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında axtarış və götürmə istintaq hərəkəti aparılmış, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs təxminən 2 gün öncə Səbail rayonunun ərazisində yerləşən “Sahil” metrostansiyasının yaxınlığında yerdən tapdığı 6 bükümün beşinin yaşadığı mənzilin ona məxsus otağında olan stulun üzərində 1 ədəd sellofan bağlamanın içərisində olduğunu bildirmiş, istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs bildirdiyi yerdən 1 ədəd sellofan torba, həmin torbanın içərisində 5 ədəd büküm və onların da içərisində narkotik vasitəyə oxşar maddə aşkar olunmuş, həmin bükümlər qablaşdırılaraq möhürlənmiş və üzərində müvafiq qeydlər aparılaraq iştirakçılar tərəfindən imzalanıb götürülmüşdür (1-ci cild iş vərəqi 96). İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 24 aprel 2022-ci il tarixli 6/2355 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən...." sözləri yazılmış zərfdəki bir ədəd bükümdə, təmiz çəkisi - 0,953 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına “Siyahı İ) daxildir (1-ci cild iş vərəqi 54-58). İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 24 aprel 2022-ci il tarixli 6/2356 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində 11 Təqsirləndirilən şəxs yaşadığı mənzildən....” sözləri yazılmış zərfdəki beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,699 qr., 0,171 qr., 0,240 qr., 0,344 qr., 1,079 qr., ümumi təmiz çəkisi 2,533 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və “ Təqsirləndirilən şəxs üzərindən....” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,953 qram olan narkotik vasitə heroinlə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına “Siyahı İ) daxildir (1-ci cild iş vərəqi 59-64). İşdə olan ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 13 may 2022-ci il tarixli 2469 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidiərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 145-146). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X12 daxil olmuş 14 may 2022-ci ii tarixli 4149 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmayıb (1-ci cild iş vərəqi 144). İşdə olan Azərbaycan Respublikası DİN-İn Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 08 fevral 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Əliyev X6 Rayon Məhkəməsinin 10 may 2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nərimanov rayon məhkəməsinin 4 mart 2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nərimanov rayon məhkəməsinin 8 iyun 2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 9 ay 18 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai rayon məhkəməsinin 10 avqust 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı rayon məhkəməsinin 26 noyabr 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sabunçu rayon məhkəməsinin 16 dekabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 4 noyabr 2020-ci il tarixli qərarı ilə həmin cəzadan 4 ay vaxtından əvvəl şərti olaraq azad olunub və həmin cəza 19 mart 2021-ci il tarixdə başa çatmışdır (1-ci cild iş vərəqi 137-142). Cinayətlərin təsnifatına görə Təqsirləndirilən şəxs sonuncu məhkumluğu üzrə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi - az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu 19 mart 2023-cü il tarixdə ödənilməli olduğu halda, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini 23 aprel 2022-ci il tarixdə törətdiyindən Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş 2 il müddət keçməmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan və məhkumluğu ödənilmədən onun tərəfindən yenidən qəsdən ağır cinayət törədilməsi cinayətin residivini yaradır. İşdə olan tutulma haqqında 23 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cld iş vərəqi 25). İşdə olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 23 aprel 2022-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 107-110). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüş 01 ədəd şəffaf sellofan bükümün içərisində, təmiz çəkisi 0,953 qram olan qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və ünvan 5 ünvanına baxış keçirilərkən mənzilin ona məxsus otağında olan stulun üzərində aşkar olunaraq götürülmüş 01 ədəd sellofan bağlamanın içərisində, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə onun üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə eynilik təşkil edən 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,699 qram, 0,171 qram, 0,240 qram, 0,344 qram və 1,079 qram, ümumi təmiz çəkisi 2,533 qram olan külli miqdarda qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumilikdə təmiz çəkisi 3,486 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini məhz satış məqsədi ilə əldə edib, saxlamasına və daşımasına dair istintaq orqanının gəldiyi nəticə ilə razılaşmır, iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi təsdiq edilmədiyindən onun əməli həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sənədlərlə tam təsdiq olunmuşdur. Belə ki, 23 aprel 2022-ci il tarixli raportda Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması göstərilsə də, qanunsuz dövriyyənin nədən ibarət olması nədər ibarət olması klkret göstərilməmiş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən, həmçinin ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrində üzərindən və yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə bildirməmiş, narkotik vasitə istifadəçisi olması, üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş narkotik vasitəni Səbail rayonunun ərazisində yerləşən “Sahil” metrostansiyasının yaxınlığında piyada yeriyərkən yerdə görməsini, narkotik vasitə istifadəçisi olduğuna görə götürməsini bildirmiş, narkomaniya xəstəliyindən – narkotik vasitə heroinin qəbulu nəticəsində yaranan asılılıq sindromundan əziyyət çəkmiş, üzərindən və Təqsirləndirilən şəxs üzərinə və yaşadığı mənzilə keçirilən baxış zamanı narkotik vasitənin hazırlanması, bölünməsi, çəkisinin müəyən edilməsi və satışa hazırlanması üçün istifadə edilən hər hansı bir əşya, predmet (o cümlədən miqdarın ölçülüb bölünməsi üçün tərəzi) aşkar edilməmiş, cinayət işi üzrə təyin edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 13 may 2022-ci il tarixli 2469 nömrəli ekspert rəyində Təqsirləndirilən şəxs opioidiərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromunun (narkomaniya xəstəliyi) aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu göstərilmiş, həmin tibbi yoxlamanın anamnezində Təqsirləndirilən şəxs 5 ildir ki, narkotik vasitə olan heroindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etməsini, əvvəllər arabir düşəndə narkotik vasitə olan marixuanadan onu siqaretə doldurub çəkməklə istifadə etməsini bildirməsi göstərilmişdir; narkotik vasitələrin satışı ilə məşğul olması barədə etirafı olmamış, 2002-2019-cu illər ərzində 6 dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməlini törətməyinə görə müxtəlif müddətlərə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, Təqsirləndirilən şəxs tərəfindən istifadəsində olan mobil telefon vasitəsi ilə narkotik vasitələrin alışı, satışı və istifadəsini təsdiq edən hər hansı bir danışıqların və SMS yazışmalarının aparılması müəyyən edilməmiş, məhkəmə zamanı dindirilən şahidlər tərəfindən Təqsirləndirilən şəxs üzərindən akşar edilmiş narkotik vasitənin satılması ilə bağlı heç bir ifadə verilməmiş, əksinə polis əməkdaşları Təqsirləndirilən şəxs psixotrop maddələrin və narkotik vasitələrin satışı ilə məşğul olması barədə özlərinin tərtib etdikləri raporta göstərdikləri məlumatın öz təsdiqini tapmadığı bildirərək göstərmişlər ki, Təqsirləndirilən şəxs ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, o cümlədən Təqsirləndirilən şəxs istifadə etdiyi SMS məlumatlarının yoxlanılması və digər əməliyyat və istintaq tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik və psixotrop vasitələrin satışı ilə məşgul olması təsdiqini tapmamış, bu barədə heç bir məlumat müəyyən olunmamışdır;aşkar edilmiş narkotik vasitə heroin 3,486 qram çəkidə olmaqla 5 bükümdə olmuş, təqsirləndirilən şəxs özü həmin bükümləri özü istifadə etmək üçün bükümlərə ayırdığını bildirmiş, istintaq orqanı tərəfindən və məhkəmə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələr almış şəxs yəni istehlakçı müəyyən edilməməmiş, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, hansı miqdarda psixotrop maddə və narkotik vasitə satması, hansı qiymətə satması müəyyən edilməmiş, onunla əlbir olaraq narkotik vasitələri satış məqsədi ilə ədə etmiş və satmış şəxslər də müəyyən edilməmiş, məhkəmə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı bir məlumat, sübut müəyyən edilməmişdir. Qeyd edilən hallar Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etdiyini təsdiq etmir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd şəffaf sellofan bükümün içərisində, təmiz çəkisi 0,953 qram və mənzilindən aşkar edilərək götürülmüş 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,699 qram, 0,171 qram, 0,240 qram, 0,344 qram və 1,079 qram, ümumi təmiz çəkisi 2,533 qram, ümumilikdə təmiz çəkisi 3,486 qram narkotik vasitə olan heroini özünün istifadə etməsi üçün götürmüş, üzərində saxlayaraq daşımışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs əməli satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi, saxlaması və daşıması cinayətini nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs verdiyi ifadəsini cinayət işinin digər materialları ilə birlikdə tədqiq edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd şəffaf sellofan bükümün içərisində, təmiz çəkisi 0,953 qram və mənzilindən aşkar edilərək götürülmüş 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,699 qram, 0,171 qram, 0,240 qram, 0,344 qram və 1,079 qram, ümumi təmiz çəkisi 2,533 qram, ümumilikdə təmiz çəkisi 3,486 qram narkotik vasitə olan heroini mənfəət əldə etmək məqsədi olmadan (əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi olmadan) əldə etməsi həmin narkotik vasitənin satılması kimi ehtiva edilməsinə əsas vermir. Məhkəmə zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitəni məhz satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamasını və daşımasını təsdiq edən hər hansı bir xüsusat müəyyən edilməmiş, belə olan halda, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ondan aşkar olunub götürülmüş 3,486 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədilə əldə etməsi, saxlaması və daşıması sübuta yetirilmir, ona istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə verilmiş ittiham isə yalnız ehtimallara əsaslanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə edib, daşıması və saxlaması ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 13 may 2022-ci il tarixli 2469 nömrəli ekspert rəyində də öz təsdiqini tapmışdır, belə ki, həmin ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidiərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından miqdar yəni, ümumilikdə təmiz çəkisi 3,486 qram narkotik vasitə olan heroini əldə edərək saxlayıb daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir: belə ki, o, istintaqa məlum olmayan tarixdə və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istfiadəsi üçün şəxsi istehlak miqdarından artıq olan - 6 ədəd bükümdə 3,486 qram narkotik vasitə olan heroini əldə edərək üzərində daşımaqla qanunsuz olaraq ünvan 5 ünvanında saxlamış, Nizami RPİ-nin 24-cü PŞ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılması zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə 0,953 qram narkotik vasitə heroini çıxarıb təqdim etmiş, 23 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında axtarış və götürmə istintaq hərəkəti zamanı, 05 ədəd bükümdə 0,699 qram, 0,171 qram, 0,240 qram, 0,344 qram və 1,079 qram, ümumi təmiz çəkisi 2,533 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitəni satış məqsədilə əldə edib gəzdirməsi və saxlaması haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. Qərarda qeyd olunan 3 amildən heç biri hazırki cinayət işi ilə bağlı araşdırılan fakt üzrə müəyyən edilməsə də, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamasına dair ittiham elan edilmiş, həmin ittihamda narkotik vasitənin əvəzli verilməsinin, qazanc eldə etməyin, yaxud digər şəxsi marağın nədən ibarət olması qeyd edilməmiş və təsdiqini tapmamışdir. Bundan əlavə «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci və 2-ci siyahı, narkotik vasitələr və psixotrop maddələr)» əsasən, heroin narkotik vasitəsinin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş,narkotik vasitə heroinin ümumi təmiz çəkisi külli miqdar təşkil edən 3,486 qram olmuş, qeyd edilən tövsiyyələrə və cinayətprosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş külli miqdar hesab edilməsi üçün ən aşağı həddən təxminən 1,486 qram çox heroinin yalnız miqdarı, onun narkotik vasitəni satış məqsədilə əldə edib gəzdirməsi barədə nəticəyə gəlmək üçün kifayət etmir və əsas vermir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymətin verilməsidir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qararda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törtməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Bununla da məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinəyətin tərkibi vardır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur.http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Cinayətlərin təsnifatına görə Təqsirləndirilən şəxs sonuncu məhkumluğu üzrə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi - az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu 19 mart 2023-cü il tarixdə ödənilməli olduğu halda, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini 23 aprel 2022-ci il tarixdə törətdiyindən Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş 2 il müddət keçməmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Bununla da Təqsirləndirilən şəxs cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutumuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yəni 3 il müddətə azadlıqdan məhrum etmə cəzasının yarısından – yəni 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasından az ola bilməz. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halın olması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cü maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi az ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsindənəzərdə tutulan cəzasını yüngülləşdirən halların olmamasını və həmin Məcəllənin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halın olmasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının (Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla) təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki Təqsirləndirilən şəxs həbs müddətinin başlanğıcı 23 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinin tələblərinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər üçün - ciddi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi az ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halların olmaması və ağırlaşdıran halın olmasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla), Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkməsinin başlanğıcının 23 aprel 2022-ci il tarixdən hesablanmasını və Cinayət Məcəllənin 56.1.3-ci maddəsinə əsasən cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 13 may 2022-ci il tarixli 2469 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidiərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 145-146). Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir İş üzrə maddi sübutlar - saxlanılması üçün Nizami RPİ-nin saxlanc kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tədqiqatdan sonra təmiz çəkisi 0,903 qram olan narkotik vasitə heroin və Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş tədqiqatdan sonra təmiz çəkisi 2,433 qram olan narkotik vasitə heroin məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri məhkəmə-kimyəvi ekspertizalar üzrə tədqiqatın dəyəri 120 (yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
hökmetdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 23 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - saxlanılması üçün Nizami RPİ-nin saxlanc kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tədqiqatdan sonra təmiz çəkisi 0,903 qram olan narkotik vasitə heroin və Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş tədqiqatdan sonra təmiz çəkisi 2,433 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 120 (yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddanın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Siyavuş Hacıyev
hakimlər: Rahib Salmanov
Məhəmməd Əkbərov