Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1205/2021 13.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxx 1987-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, işsiz, Ağdam şəhəri, Ə.Bayramov küçəsi ev 13-də qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, İ.Həmidov küçəsi ev 48, mənzil 12-də yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs başqa mənbədən naməlum külli miqdarda, yəni çəkisi 9,121 (doqquz tam mində yüz iyirmi bir) qram olan narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, 03 mart 2021-ci il tarixdə saat 14:00-da ünvan 1 ünvanın qarşısında saxlanılıb Baş İdarəyə gətirilərək üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın cibindən satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı 02 ədəd kiçik ölçülü polietilen paketdə, ayrı-ayrılıqda çəkiləri 4,018 qram və 5,103 qram, ümumilikdə isə külli miqdarda, yəni 121 (doqquz tam mində yüz iyirmi bir) qram qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəx Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadələrində göstərdi ki, təxminən bir ilə yaxındır ki, narkotik vasitə heroindən istifadə edir. ***-***-**-** və ***-***-**-** saylı nömrələri istifadə edir. İki gün öncə “İnşaatçılar” metrostansıyasının yaxınlığında üzdən tanıdığı Əli adlı şəxsə 80 manat məbləğində pul verib ondan öz istifadəsi üçün iki bükümdə narkotik vasitə heroin alıb əynindəki şalvarının cibinə qoymuşdur. 03 mart 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, F.Məlikov küçəsində olarkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan özünü təqdim etməyini xahiş etmişlər. O da özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib onun barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində heroin vardır. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. Polis idarəsində o, müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynindəki şalvarın cibindən 02 ədəd bükümdə narkotik vasitə heroini, şalvarının sağ yan cibindən “Huawei” markalı telefon, şalvarının sol orta cibindən 10 manat pul, sağ orta cibindən isə özünə məxsus şəxsiyyət vəsiqəsini çıxararaq təqdim etmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan heroin polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfə qoyulub qablaşdırıldı, qablaşmanın üzəri möhürləndi və iştirakçılar tərəfindən imzalandı. Mobil telefon və şəxsiyyət vəsiqəsi polis əməkdaşları tərəfindən götürüldü. 10 manat məbləğində pul isə özünə qaytarılmışdır. Şifahi sorğu zamanı o, üzərindən aşkar edilmiş iki bükümdə bükümdə olan heroini polis əməkdaşları tərəfindən saxlanılmamışdan iki gün əvvəl Bakı şəhəri, Yasamal rayonu, “İnşaatçılar” metrostansıyasının yaxınlığında üzdən tanıdığı Əli adlı şəxsdən öz istifadəsi üçün almışdır. Bundan sonra üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı polis əməkdaşları tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Protokol tərtib olunmamışdan qabaq video çəklişdə nümayiş etdirildi. Orada da axtarışla bağlı bütün hərəkətlər doğru əks edilmişdir. Törətdiyi əməldən peşimandır. Şahid1 ifadələrində göstərdi ki, o, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 03 mart 2021-ci il tarixdə Baş İdarəyə ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə rəhbərliyə məruzə edildi və Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edildi. Əməliyyat qrupu yaradıldı. 03 mart 2021-ci il tarixdə günorta saatlarında o, əməliyyat qrupunun digər üzvüləri ilə birlikdə Təqsirləndirilən şəxs olacağı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, F.Məlikov küçəsinə getmişlər. Qeyd olunan ünvanda bir qədər müşahidə apardıqdan sonra saat 14:00 radələrində ünvan 4 ünvanın qarşısında olan zaman xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzər şəxsin hərəkət etməsini görmüşlər. Həmin ünvanın qarşısında onu saxlayıb xidməti vəsiqələrini ona göstərib özlərini ona təqdim edib ondan da özünü təqdim etməyi təklif etmişlər. O da özünü Təqsirləndirilən şəxs olmasını bildirdi. Rəsulun şəxsiyyətini dəqiqləşdirdikdən sonra ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edib Baş İdarəyə gətirmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs müdafiəçi təyin edildikdən sonra o, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Sonra inzibati otaqların birində təhqiqatçı tərəfindən əməliyyat qrupunun və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış başlamamışdan qabaq ona üzərindəki əşyaları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən 02 ədəd şəffaf sellefon bükümü, şalvarının sağ yan cibindən “Huawei” markalı mobil telefonu, 10 manat pul və özünə məxsus şəxsiyyət vəsiqəsini çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilsə də digər əşya və predmet aşkar edilmədi. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd şəffaf sellofan bükümün içində narkotik vasitə heroin olduğunu bildirdi. Həmin şəffaf sellofan bükümlər təhqiqatçı tərəfindən açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr olması aşkar edildi. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroini Əli adlı şəxsdən istifadə etmək məqsədi ilə 80 (səksən) manata aldığını bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş iki ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün 6» saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Bundan sonra videoçəkilişə baxıldı. Etiraz daxil olmadı. 10 manat pul Təqsirləndirilən şəxs qaytarıldı, “Huawei” markalı və onun şəxsiyyət vəsiqəsi götürüldü. Sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol ucadan oxunaraq düzgünlüyü iştirakçılar tərəfindən imzalanmışdır. Şahid2 ifadələrində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmədə elan edilib araşdırılmış 03 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X3 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 03 mart 2021-ci il tarixdə saat 14:00-da ünvan 5 ünvanın qarşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. Baş İdarədə üzərinə keçirilən şəxsi axtarış zamanı onun əynindəki qara rəngli şalvarın sol yan cibindən içərilərində narkotik vasitə heroinə bənzər maddə olan 02 ədəd şəffaf sellofan büküm, şalvarının sağ yan cibindən “Huawei” markalı mobil telefon, 10 manat pul və özünə məxsus şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə “Sony” markalı videokamera ilə videoçəkilişlə həyata keçirilmiş və “DVD” diskə yazılaraq protokola əlavə edilmişdir. Həmin “DVD” diskdə olan videoçəkilişdə cinayət təqibi üçün əhəmiyyət kəsb edən məlumatlar əks edildiyindən 01 ədəd DVD disk 17 may 2021-ci il tarixli qərar ilə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 04 mart 2021-ci il 6/873 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən ...” sözləri olan zərfdəki iki ədəd kiçik ölçülü polietilen paketlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,018 qram, 5,103 qram ümumi təmiz çəkisi 9,121 qram olan qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə “Sony” markalı videokamera ilə videoçəkilişlə həyata keçirilmiş və “DVD” diskə yazılaraq protokola əlavə edilmişdir. Həmin “DVD” diskdə olan videoçəkilişdə cinayət təqibi üçün əhəmiyyət kəsb edən məlumatlar əks edildiyindən 01 ədəd DVD disk 17 may 2021-ci il tarixli qərar ilə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, 04 mart 2021-ci il tarixli qərar ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 9,121 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonrakı qalıq 9,021 qram çəkidə narkotik vasitə heroin saxlanması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 17 may 2021-ci il tarixli 1455 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcbur müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, "xxxx" MMC-dən 15 aprel 2021-ci il tarixli, BKC/LGL-5383/21 nömrəli məktubla daxil olmuş və özündə giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən CD diskə tərəfimdən baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrədən müxtəlif mobil operatorlara məxsus nömrələrə “Qaqa 5 manatliq duzeler cixa bilmedik beyagkiynan”, “Atas menem samo atas qardasimsan onan danisa bilersen bidene yari versin saba gunortaya kimi Allaha and olsun narahat olmada dede seni podvalit elemiyecem and olsun Allaha bidene qaqamsan gor naqaysan” məzmunda mesajlar göndərildiyi, onun istifadəsində olan ***-***-**-** saylı nömrədən müxtəlif mobil operatorlara məxsus nömrələrə “Amircik qaqawnan daniwdim indi deyir 150 manat pul verin 10 qr tema verim size xowumuza gelmesede vazvrat eleye bilerik... zeng vurmuwdu indi ki mawini basdilar wtrafnoya 150 manat vermelidi wtrafnoya ki mawini cixartsin.. Mawinnan divijeniya eliyir deye deyir mawini srocnu cixartmaliyam istesen saat 10 da yig istemesende yig de ki men qaqawa deyim iwin bilsin okey?”, “Harda goruwek men sene patida verim i birde pulu goturum”, “Qaqa tutmuwdular bizi polis ara sakitlewsin gelib deyecik sene”, “Qaqa Allaha and olsun narahat olma naqdi puladi prosdu birdene butov birdenede yari ayri ayri”, “Qaqa men bilen 1 dene vermir birdene soruwum yenede sene cvb verirem”, “Qaqa 20 manatdiq tema lazimdi gec durarsan sen”, “Qaqa vezyetim pisdi duran kimi mene vzv at 20 manatdiq tema lazimdi”, “Qaqa menem samo 10 manat var danisa bildin sen”, “Pati var idi lambuckada ona gore yigirdim”, “Qaqa birdene cavab verde mene xeyrli sohbet var”, “Ola ola bizi bow gonderdiz beyag biz deqiqciliynen bilirdik sizde tema var at kimi direndin uzumuze mene yoxe mene elemeli deyildin hele 30 su 1 cet kola borcun ola ola vapwe elemeli deyildin..duwduz corni spisoka deyim bilin”, “Qaqa menem samo divijeniya lazimdi naqdi pula mene zeng ele”, “Qaqa 10 manatliq cet goturmey olar?”, “Qaqa corni bumerin qrami 15-20 manat olur.. M40-metadon oda qara kimidi tabletkadi prostu onunda 1 denesi 15-20 manat olur yarsin atirsan bomba kimi eliyir”, “Qaqa menem wamo..tema var pizdec tema ozude eritmey lazimdi yuxudan duran kimi meni yig”, “2 yari pati 130 manat o eliyir..4 denede kola getir ele 100 manatda o 4 dene kola 100 azn 2 yari pati 130 da o.. Opsi sene 230 azn pul verecem”, “Dede menem samo qardasim senen aramizda olan sohbeti kotekariciski hec kim bilmesin bu divijeniyani alindiraq Allah qoysa her sey bonba olacaq, birde esas nur nahid metleb bilmesin bu sohbeti hemdeki bro ehtiyatli ol mehlede yaman cjoy adamlar var bizim mehle terefde bu terefe calis coxda firlanma sabah yadima sal senen bir sohbet var teklikde eliyey opur muqayet ol”, “Qaqam asada vermiwem asad sennen goruwub oturecey sene dediyimi sende suyu oturersen vseo.. Men qiraga cixasi oldum birazdan gelecem ele ona gore verdim”, “Qardawim gedibler dalinca.. men evdeyem gozduyurem.. temani atanlar gecikdirirler biraz ona gore bele gecikir...qardawim bu kanal bize helelik lazimdi deyim niye hem nisye goturmey olur hemde bu defe 10 dene deyecem buna caliwacam qiymettende qirim sen birdene ozuvu six bu defe elive maya kecird sora uje ozumuz oz iwimizi hell eliyecik bu prostu bize elive pul kecirdmeyin ucun lazimdi”, “Qaqa kola istiyen var idi hardansa goturmey olar indi”,” Merdakan yolundayam gelim goturum gedey gedek? He yox ele birdene 5 deq mene cavab ver ki bilim”, “Qaqa suynan kola deyiwirsen? Kontur yoxdu yigmaga”, “Qaqa terezini tez qaytarmalidi gel duz qos eliyek tez bazar qaytarag”, “Qaqa apidan cet goturdum kimese vermey olar 10 qala duzelerdi”, “Qaqa tema vara istesen xeber ele 1 saata pul vurmaliyam karta” məzmunda mesajların göndərilməsi, gündəlik olaraq narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar yazışmalar olması müəyyən olunmuş və Bakcell” MMC-dən 15 aprel 2021-ci il tarixli, BKC/LGL-5383/21 nömrəli məktubla daxil olmuş 01 ədəd CD diskdə cinayət təqibi üçün əhəmiyyət kəsb edən məlumatlar əks edildiyindən CD disk 17 may 2021-ci il tarixli qərar ilə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadələrində külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını göstərdi. Məhkəmə, Təqsirləndirilən şəxs bu iddiasının ittihamı təsdiq edən sübutlarla, Təqsirləndirilən şəxs özünün qismən etirafedici ifadələri, şahid ifadələri, şəxsi axtarış və götürmə haqqında protokolla, məhkəmə-kimyəvi, işin faktiki halları, o cümlədən də, onun istifadəsində olmuş mobil telefonlarda nakotik vasitə və maddələrin realizəsi ilə məşğul olmasını sübut edən və istintaq orqanı tərəfindən ittihamı təsdiq edən sübut kimi istinad etdiyi digər hallarla təkzib edildiyi qənaətinə gəlib onun bu iddiasının güman etdiyi cəzasını yüngülləşdirmək cəhdi kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin onun tərəfindən törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətlərinin olduğu qənaətinə gəlib onun əməllərini həmin maddə ilə tövsif edilməli olmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs həmin əməlləri qəsdən törətməsi qənaətinə gəlir və onun təqsirli bilinməsini əsaslı sayır. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əməllərə görə təqsirli bilinib qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İbtidai istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 81.82 (səksən bir manat səksən iki qəpik) manat xərclənmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 (on beş) saat hüquqi yardım göstərilmişdir. Bu səbəbdən də ona 80( səksən) manat pul ödənilməlidir.Məhkəmə həmin xərcələri dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, həmin məbləğlərin məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməsinin əsaslı olması qənaətinə gəlir, çünki məhkəmədə, təqsirləndirilən şəx Təqsirləndirilən şəxs həmin məbləğin ödənilməsindən azad olunması üçün əsaslar müəyyən olunmadı. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə “Sony” markalı videokamera ilə videoçəkilişin təsvir olunduğu və cinayət işinin materiallarına əlavə olunmuş “DVD” diskdə olan məlumatları təhqiqat orqanının hərəkətlərinin nəticəlrinini əks etdirən daşıyıcı olduğunu qəbul edib maddi sübutlar siyahısından çıxarılıb cinayət işin materiallarında saxlanlımasını, maddi sübut kimi tanınıb saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonrakı qalmış 9,021 qram çəkidə narkotik vasitə heroin səbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini, maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə olunmuş Bakcell” MMC-dən 15 aprel 2021-ci il tarixli, BKC/LGL-5383/21 nömrəli məktubla daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan edilib araşdırılmış DİN-nin BƏSİİ tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur, ittiham olunduğu əməli törədərəkən məhumluğu olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə qismən etirafedici ifadələr verib, törətdiyi əməldən peşiman olmasını ona təyin edilcək cəzaya təsir edən amil kimi nəzərə alır. Məhkəmə yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alıb Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onların qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğundan təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs hazırkı iş üzrə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub, 04 mart 2021-ci il tarixdə onun həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilib barəsində qətimkan tədbiri qismində həbs seçilib hazırkı vaxta qədər həbsdə saxlanıldığı müəyyən olundu. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddətin ona təyin olunan cəzaçəkmə müddətinə daxil edilməsini və təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu 03 mart 2021-ci il tarixdən hesablanmalı olmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 17 may 2021-ci il tarixli 1455 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya Xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi muailicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, həmin halları nəzərə alıb Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunması və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs qismən etirafedici ifadələr verib, törətdiyi əməldən peşiman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və ailə həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 03 mart 2021ci il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına Məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə sərf olunmuş 81,82 (səksən bir manat səksən iki qəpik) manat vəsait Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün 80 (səksən) manat vəsait Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Hüquqi yardım və Tədris mərkəzinin hesabına ödənilsin. Həmin məbələğlər Təqsirləndirilən şəxs tutulub dövlət büdcsinə ödənilsin. İş üzrə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı videoçəkilişin təsvir olunduğu “DVD” diskdə olan məlumatları təhqiqat orqanının hərəkətlərinin nəticələrini əks etdirən daşıyıcı olduğu nəzərə alınsın və həmin disk maddi sübutlar siyahısından xaric olunub cinayət işinin materiallarında saxlanılsın, maddi sübut kimi tanınıb saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış 9,021 qram çəkidə narkotik vasitə olan heroin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilsin, maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə olunmuş "xxxx" MMC-dən 15 aprel 2021-ci il tarixli, BKC/LGL- 5383/21 nömrəli məktubla daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Novruz Kərimov Hakimlər Rasim Sadıxov Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-1205/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1205/2021
13.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver