Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1205/2023 15.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və X9 Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Əlasdan oğlunun Nümayəndə: Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Nümayəndə Müdafiəçilər: Bakı Şəhər 12 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 və “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 Aleksandrovnanın iştirakları ilə xx xxxxxx 1984-cü ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, Füzuli rayonu Dədəli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunda fərdi tikilidə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29, 178.2.2 və 29, 178.2.3-cü maddələri ilə xx xxxxxx 1978-ci ildə Xaçmaz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə qətimkan tədbiri se hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 tamah niyyəti və özgənin əmlakını etibardan sui- istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə X2 fiziki şəxs kimi icarə əsasında işlətdiyi, Bakı şəhəri, Nərimanov rayonu X23 82 ünvanında yerləşən “Tonqal” restoranında aşpaz işləyən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib ət məhsullarının daşınmasını həyata keçirən şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Şəmsəddin Hüseynovla ət məhsullarının satışını həyata keçirən Şahid3 arasında olan razılaşma əsasında 50 kiloqramdan artıq ət sifariş edildiyi günlərdə əti restorana gətirdikdən sonra aralarındakı rol bölgüsünə əsasən qrup üzvü Təqsirləndirilən şəxs2 öz qulluq mövqeyindən istifadə edib həmin restoranda əvvəlki günlərdən soyuducuda qalmış ətin 20 kiloqramını çıxarıb onun gətirdiyi ətlərlə birlikdə çəkilib təhvil verilməsinə nail olub, həmin həcmdə ətin restorana təhvil verilməsi görüntüsü yaratmaqla göstərilən müddətdə restoranın xəzinəsindən 1 kiloqramı 16 və 17 manatdan satılmaq şərti ilə mütəmadi, yəni 5-10 gündə bir dəfə ödənişi həyata keçirilmiş gətirilən qoyun ətinin çəkisini qəsdən həqiqi çəkisindən ümumilikdə 5220 kq artıq qeyd etdirməklə aldadıb, 5220 kq çəkidə qoyun ətini faktiki olaraq Şəmsəddin Hüseynovun icarə əsasında işlətdiyi “Tonqal” restoranına təhvil verməyib, vahid niyyətlə əvəzsiz olaraq ələ keçirərək digər şəxslərə satmaqla, həmin müddət ərzində zərərçəkmiş şəxs X5 ümumilikdə 86660 manat olmaqla külli miqdarda ziyan vuraraq dələduzluq etmiş, həmçinin cinayətkar niyyətini davam etdirib Təqsirləndirilən şəxs2 iradəsindən kənar olmaqla xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə öz qulluq mövqeyindən istifadə edib “Tonqal” restoranının sifarişi əsasında gətirdiyi qoyun ətlərinin tərəzidə təkrar çəkilməklə həqiqi çəkisindən cəmi 60 kiloqram artıq qeyd etdirib həmin həcmdə ətin restorana təhvil verilməsi görüntüsü yaradaraq, həmin çəkidə qoyun ətini vahid niyyətlə əvəzsiz olaraq ələ keçirmək məqsədilə faktiki olaraq yuxarıda qeyd olunan ünvanda yerləşən “Tonqal” restoranına təhvil verməyib, zərərçəkmiş şəxs X5 1020 manat məbləğində ziyan vuraraq təkrarən dələduzluq etməyə cəhd etsə də, xx.xx.2022-ci il tarixdə törətdikləri cinayət əməlləri ifşa edildiyi üçün iradəsindən asılı olmayan səbəbdən cinayətin törədilməsini başa çatdıra bilməmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti və özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə aşpaz işlədiyi X2 fiziki şəxs kimi icarə əsasında işlətdiyi, Bakı şəhəri, Nərimanov rayonu X23 82 ünvanında yerləşən “Tonqal” restoranına ət məhsullarının daşınmasını həyata keçirən X18 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib xx.xx.2021-ci il tarixdən 18,08.2022-ci il tarixədək olan müddət ərzində Şəmsəddin Hüseynovla ət məhsullarının satışını həyata keçirən Şahid3 arasında olan razılaşma əsasında 50 kiloqramdan artıq ət sifariş edildiyi günlərdə aralarındakı rol bölgüsünə əsasən qrup üzvü Radik Mehdiyevin öz qulluq mövqeyindən istifadə etməklə əti restorana gətirdikdən sonra öz qulluq mövqeyindən istifadə edib həmin restoranda əvvəlki günlərdən soyuducuda qalmış ətin 20 kiloqramını çıxarıb onun gətirdiyi ətlərlə birlikdə çəkilib təhvil verilməsinə nail olub, həmin həcmdə ətin restorana təhvil verilməsi görüntüsü yaratmaqla göstərilən müddətdə restoranın xəzinəsindən 1 kiloqramı 16 və 17 manatdan satılmaq şərti ilə mütəmadi, yəni 5-10 gündə bir dəfə ödənişi həyata keçirilmiş gətirilən qoyun ətinin çəkisini qəsdən həqiqi çəkisindən ümumilikdə 5220 kq artıq qeyd etdirməklə aldadıb, 5220 kq çəkidə qoyun ətini faktiki olaraq Şəmsəddin Hüseynovun icarə əsasında işlətdiyi “Tonqal” restoranına təhvil verməyib, vahid niyyətlə əvəzsiz olaraq ələ keçirərək digər şəxslərə satmaqla, həmin müddət ərzində zərərçəkmiş şəxs X5 ümumilikdə 86660 manat olmaqla külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə ilk əvvəl özünü təqsirli bilməsə də, son sözündə özünü təqsirli bilib əməlindən peşman olduğunu, vurduğu ziyanın ödədiyini bildirib, ona yüngül cəza verilməsini xahiş etmişdir. O məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir. Deyilənlərin hamısı yalandır. O “pastavşik”dir, Natiq isə aşpazdır. O əti təhvil alırmış. Qrama-qram əti Kamilə verirmiş. O əti dəqiqliklə təhvil verirmiş, hələ artıqlaması ilə. 1 saatdan sonra ətin çəkisi barədə xəbər çıxmışdır. Amma 1 saat sonra bunun ona aidiyyəti yoxdur. Əti artıqlaması ilə vermişdir. Şahid3 onların müdiridir. Əti restoranda Kamilə təhvil verirmiş. Kamil orada təhvil-təslimə baxırmış. Yəni ətin götürülməsi və.sairə. Natiqin bu işlərdə iştirakı olmamışdır. Ətin hansı səbəblə kəsr gəldiyini bilmir. Əti tək onlardan yox başqa 2 yerdən də götürürmüşlər. Natiqi çoxdan tanıyırmış. 1-2 il imiş ki, Natiqi Tonqal restoranından tanıyırmış. Natiq çox yerdə işləmişdir. Orman restoranına da ət aparırmışlar. Natiq əti Tonqal işləyəndən 1-2 ay sonra qəbul etməyə başlamışdır. Həmin o 1- 2 ayda da əti kimə gəldi təhvil verib gedirmiş. Çəkinin düzəldilməsi, qaytarılması ilə bağlı aralarında söhbət olmamışdır. Restorana 10-11-də gedirmiş. Natiq bəzən olurmuş, bəzənsə yox. Natiq ətin yararlı olub-olmadığına baxmırmış. Sonuncu dəfə nə vaxt və nə qədər ət apardığı yadında deyil. Ona ətin az gəlməsi ilə bağlı zəng gəlməmişdir. Ona müdir sonradan zəng edib ki, ət əskik gəlib. Müdir ona dedikdən sonra bildirmişdir ki, heçkəsə ət əskik getməyib. Natiqlə telefon danışığı olmamışdır. Zərərçəkmişə heçnəyi etiraf etməmişdir. Onun ailə üzvlərinin, yaxınlarının zərərçəkmişlə görüşü olmamışdır. Restoran başqa yerdən də ət qəbul edirmiş. Bəzi hallarda əti o yox başqaları da gətirirmiş. Gətirilən başqa ətləri ölçübölçmədiklərini bilmir. 1 il ərzində əti o təhvil vermişdir. Əti Kamil çəkmişdir, Natiq yox. O, kababçıdır. Əti Natiqin çəkməsi təhvil alması ilə bağlı heçnə eşitməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, özünü təqsirli bilir, əməlindən peşmandır. Təşkil edən Radiq olmuşdur. Ona hər gün 200 manatdan 30-40 manat qalırmış. İfadədə də keçən dəfə belə demişdir. Radiq uşağı xəstə olduğu üçün ondan kömək etməyini istəmişdir. O isə edə bilməyəcəyini, illərdir həmin restoranda işlədiyini demişdir. Radiq ona “sənlik nəsə olmayacaq” demişdir. Radiq onlara az ət verirmiş, amma çox hesablanırmış. Əti 2 dəfə hesablayırmış. Artıq əti başqa restorana aparırmış. 9 ay bu hal davam etmişdir. O oktyabrda tutulmuşur. Yoldaşı zərərçəkmiş şəxsə 10000 manat vermişdir. O 30-40 manatdan hesabladığı zərərin ona düşən hissəsinin 10000 manat olduğunu müəyyən etmişdir. Həmin zərəri də tam ödəmişdir. Əvvəl Xankəndi, sonra Tonqal restoranında aşbaz kimi işləmişdir. Ətin oğurlanması prosesi hər gün olmamışdır, həftədə 1- 2 dəfə olmurdu, qalan 5-6 gün isə olurmuş. Radiq 1 kq əti 17 manatdan verir, gündəlik təxmini 17-20 kq ət götürürmüş. Həmin puldan 30-40 manat ona verilirdi. Təxmini 1700 manatdan ona 30-40 manat qalırmış. Bəzən Radiq onu qoymur, Kamili çağırırmış. Kamilin oğurluqdan xəbəri olmamış. Əti Kamil təhvil alırmış. Ətin gələcəyini Radiqə o deyirmiş. Ona isə heçkəs nəzarət etmirdi. O, Şəmsəddin müəllimlə haqq-hesab etmirmiş. Qaiməyə Radiqlə kassa qol çəkirmiş, Kamil isə təhvil alırmış. Asif bütün bazarlığa baxırmış. Asif onunla haqqhesab etmirmiş. Rəhbərlik ətin niyə az olduğunu soruşduqda, deyirmiş ki, gah az gəlir, gah çox gəlir, beləliklə yola verirmiş.Radiq pulu ona çölə çıxanda da, restorandan kənarda da verirmiş. Hər dəfə azı 18-20 kq ət artıq hesablanır, artıq gələnin pulunu Radiq özü götürürmüş. Onun rolu göz yummaq olmuşdur. Tərəzidəki əti 2 dəfə çəkirmiş. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Əlasdan oğlu ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 Nabranda olan zaman tanımışdır. Natiq onda uşaq olmuşdur. Bacarıqlı olduğunu görüb onunla Bakıya gedib işləməsini təklif etmişdir. Natiq də onunla Bakıya getməyə razı olmuşdur. Sonradan ona bildirmişdir ki, kababçı olmaq xoşuna gəlir, ona görə də bu işlə məşğul olmaq istəyir. O da buna razı olmuşdur. Əvvəllər “Orman” restoranını işlədirmiş, Faqətdən həmin vaxtdan bəri ət almışdır. Sonradan onlar “Xankəndi” restoranını işlətmişlər. X24 küçəsində “Tonqal” restoranını icarəyə götürmüş və 2021-ci ilin oktyabr ayının 1-dən işlətməyə başlamışdır. Həmişəki kimi yenə Natiqə etibar etmiş və bildirmişdir ki, əti Kamildən təhvil alsın. Sonradan görmüşdür ki, o ziyana işləyir. Kababçılar Təqsirləndirilən şəxs2, şəkili Natiqi və Elnuru çağırıb demişdir ki, ətə nəzarət etsinlər, oğurluq baş verib. Natiqə gündəlik 30-40 manat əmək haqqı verirmiş. Restoranda işini elə qurmuşdur ki, səhər tezdən uzun müddətdir tanıdığı və yaxın münasibəti olan qəssab Faqətdən kabablıq ət alıb istifadə edirmiş. Həmin əti ona Faqətdən Radiq adlı şəxs gətirirmiş. Radiq ona əti hələ “Orman” restoranını işlətdiyi vaxtdan gətirirmiş. Natiqə tapşırmışdır ki, Radiqin gətirdiyi əti onunla birlikdə tərəzidə çəkib restoranın adminstratoru Kamillə birlikdə Radiqdən təhvil alsınlar. Əmisinin yası olduğu üçün şəhərdə olmamış, həmin gün Natiq də rayonda olmuşdur. Ona Elnur zəng etmişdir ki, Radiq 5 ədəd quzunun qol-qabırğasını və bir cüt budu gətirib təhvil verərək cəmi 61 kiloqram olduğunu bildirmişdir. Kamilə əti yenidən çəkmələrini demişdir. Kamil əti çəkərək 44.1 kiloqram olduğunu ona demişdir. O isə bundan sonra əti göndərən Faqətə zəng edib restorana Radiq vasitəsi ilə neçə kiloqram quzu əti göndərdiyini soruşmuşdur. Faqət isə kitabına baxıb 61 kiloqram göndərdiyini demişdir. Faqətə bir daha onun restoranına Radiqi göndərməməsini, özünün restorana gedib göndərdiyi əti çəkməsini bildirmişdir. Yaxın qohumu rəhmətə getdiyi üçün həmin gün onun yas yerində olduğundan restorana ancaq axşam gedə bilmişdir. Təxminən yarım saat sonra Faqət ona zəng edərək əti çəkdiyini və 41,4 kq olduğunu, lakin Radiq vasitəsi ilə 4 cüt quzu budu göndərməsinə baxmayaraq Radiqin restorana 1 cüt bud təhvil verdiyini deyib aydınlaşdıracağını, nə isə anlaşılmazlıq olduğunu demişdir. Bundan sonra Natiqlə danışmış və Natiq Bakıya gəldikdən sonra hər şeyi ona etiraf edərək bildirmişdir ki, işlədiyi vaxtdan etibarən Radiqin hər gün gətirdiyi ətin çəkisini 20 kiloqram artıq yazmaqla onun kassasından artıq pul çıxarılmasına səbəb olmuşlar. Təxminən 5-6 ay imiş ki zərər işlədiyini görürmüş. Natiq və Radiqin onu aldatması ilə külli miqdarda ona zərər dəymişdir. Sonradan Natiqin atasıgil gəlmişlər ki, onunla danışsınlar. Bildirmişdir ki, ona 6,5 ton ətin dəyəri 92000 manat ziyan dəyib. Atası demişdir ki, Natiqin övladları var ona hörmət etsin, o da 75000 manat ala biləcəyini demişdir. Axşam Vüsal gəlmiş, axırda 40000 manata razılaşmışlar. Vüsal səhəri gün ona 20000 manat gətirmişdir. Pulu götürməkdən imtina etmiş və bildirmişdir ki, ona dediyi qədər gətirsin. Natiq və Radiqlə heç bir düşmənçiliyi yoxdur. Natiqlə münasibəti də çox yaxşı olmuşdur. Ancaq sonra məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Natiq restoranda əti qəbul edib həm keyfiyyətinə baxırmış, həm də çəkisinə nəzarət edirmiş. Natiq köhnə əti torbalara yığırmış, soruşanda da deyirmiş ki, kabablıq üçün bu ətləri saxlayıb. Beləliklə çəkiyə köhnə əti də qatıb yalan danışırmış. Görüntülərə baxdıqdan sonra təqsirləndirilənlərlə söhbəti olmuşdur. Ancaq Natiq bildirmişdir ki, utanır və uşaqların içinə çıxa bilməz. Sonradan “Xankəndi” restoranında görüşmüşlər. Orda hərşeyi etiraf da etmişlər. Demişlər ki, əti torbalarda gizlədib. Təqsirləndirilən şəxslər əvvəlcə pulu ödəyəcəklərini demişlər, ancaq sonda iş məhkəməyə gəlib çıxmışdır. Həm Radiq, həm də Natiq törətdikləri əməli etiraf etmişlər. Ətin pulu Asifdə olurdu. Bazarlığa da o gedib-gəlirmiş. Bununla bağlı qaimələr də var. Həftədə bir dəfə pulu hesablaşırmışlar və qol çəkib pulu təhvil verirmiş. Təxminən dekabr ayında Kamillə görüşmüşdür. Bildirmişdir ki, hər gün əti çəksin. Sonra Kamil ona demişdir ki, Natiq ət çəkilən zaman müxtəlif bəhanələr gətirərək əti çəkməyə imkan vermir. Ancaq Natiqə güvənirmiş. Ona Natiqin həyat yoldaşı 10000 manat pul ödəmişdir, qəbzi də var. Amma ekspertizada 86000 manat ziyan hesablanmışdır. Qalan 76000 manat ziyanın isə əvəzi ödənilməmişdir. Ətin gündəlik çəkisinə nəzarət üçün Kamili gətizdirmişdir. Hər səhər ət çəkilirmiş. Dəfələrlə olmuşdur ki, kababın çəkilməsi gecikib. Ona görə də hər gün çəkini uyğunlaşdırmaq mümkün olmurmuş. Kamil əti hər gün çəkirmiş. Ətin çəkisini hər səhər qəbul edirmişlər, hərdən də axşamlar olurmuş. Səhər 10-da işə başlayırmışlar və hər səhər Natiq orda olurmuş. İşçi tutmuşdur ki, o əti çəkirmiş. Özü gedə bilmirmiş. Başqa sübutlar da var. Ən əsası təqsirləndirilən şəxslərin öz etirafları. Gələn ətləri Kamildən əvvəl Natiq çəkirmiş. Ziyan əvvəldən vurulmuşdur. Dekabr ayından isə Kamil gəlmişdir. Təxminən 2021-ci ilin dekabr ayından Kamil restoranda işləyirmiş. Əvvəldən oğurluqdan şübhələnirmiş. Kamil gələndən sonra demişdir ki, əti o qəbul etsin, keyfiyyətini Natiq yoxlasın Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs Əlasdan oğlunun nümayəndəsi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Nümayəndə ilk əvvəl zərərçəkmişin verdiyi ifadəsi ilə razılaşmış, məhkəmənin 13 noyabr 2023-cü il tarixli iclasında Zərərçəkmiş şəxs Əlasdan oğlunun ərəzəsini təqdim edərək, təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsə vurduqları ziyanı ödədiklərini, zərərçəkmiş şəxsin onlara qarşı şikayət və tələbi olmadığını, mülki iidiadan imtina edərək, geri qaytarılmasını və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etməsini məhkəməyə bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin oktyabr ayından Tonqal restoranında fəaliyyətə başlamışdır. Radiq də sözügedən restoranda qəssab imiş. Natiqlə də biryerdə çalışırmışlar. Natiq plan qurmuşdur, axşam hamı gedirmiş, Natiq tez gəlirmiş, Kamil də əti qəbul edirmiş. Sonra o gəlirmiş. Rejimi Natiq qoymuşdur, əvvəl normal işə gedirmiş, sonra demişdir ki, mən 11-də gələcəm. Əti Kamil qəbul edirmiş. Sifarişi Natiq verirmiş. Qrammaj yox imiş, onlardan haqq-hesab soruşan yox imiş. Şəmsəddin müəllim dəfələrlə onları çağırıb ətlə bağlı şikayət edirmiş. İrad bildirirmiş ki, ət əskik gəlir. Kabinetə də çağırıb bu barədə deyirmiş. Asif orda həm ofisiant həm bazarkom imiş, həm də köməkçi imiş. Ət çəkiləndə sonuncu dəfə avqustun 21-i görmüşdür. Natiq avqustun 18-i rayona getmiş və 21-i gəlmişdir. Ondan sonra demişlər ki, ət 61 kq gəlmişdir. Onun yanında ət çəkilməyib. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, restoranı işlədən şəxs, Şəmsəddin onun dayısıdr. 25 ildir ki, biryerdə işləyirlər. Natiqi hara getsələr aparırmışlar. Onun işi bazarlıqdır və öz müştəriləri olanda ofisiant kimi də xidmət edirmiş. Bazarlıqda olduğu günlərdən birində bazarlığı gətirdikdən sonra Elnur və Kamil ona demişdir ki, ət gətiriblər amma ət əskikdir. Ona ətin 61 kq adı ilə gəldiyini, amma 44 kq 100 qram olduğunu demişlər. Dayısı Şəmsəddin də həmin vaxt yas yerində imiş. Əvvəlcə dayısına sonra Faqətə zəng etmişdir və yarım saat sonra Faqət gəlmişdir. Gəlib əti çəkdikdən sonra görmüşdür ki, həqiqətən ət əskikdir, 44 kq 100 qramdır. Əti 61 kq yolladığını deyərək çıxıb getmişdir. Sonra dayısı özü gəlmiş və ona ətin əskik olduğunu demişdir. Açıb kameralara baxmışlar və görüntülərdən müəyyən etmişlər ki, Radiq əti gətirir, Natiq dünəndən qalan əti qoyur və onu çəkir. Natiq olmuyanda ət əskik gəlmişdir. Natiq sonradan demişdir ki, onlar hardasa 9 ay olar ki, bunu edirlər. Gündə 20 kq dan artq ət əksik gəlirmiş. Polisə bu barədə məlumat verdikdən sonra ziyanın 91.000 manatdan artıq olduğu müəyyən olunmuşdur. Ətə o baxmırmış. Ət Elnur və Kamilə təhvil verilirmiş, Restorana hər gün ət gəlirmiş. Haqq-hesabı o etmirmiş. Ətdən başqa qalan bazarlıq ona aid imiş. Ətin pulunu Radiqə o verirmiş. Pulu qaiməyə əsasən verir və dəftərdə imzalayırmış. Restoranın pulundan, yəni əldə olunan qazancdan ətə pul verirmiş. Ətə o yox Elnur baxırmış, Elnur 2021-ci ilin noyabrından işləyirmiş. Radiqlə Natiq restorana 1-ci gəlirmiş. Natiq restoranda kababçı olmuşdur. Əti Şəmsəddin özü Faqətə sifariş edirmiş. İstintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, işsiz imiş və həmin müddətdə Şəmsəddin müəllimə müraciət etmişdir ki, iş istəsin. Şəmsəddin müəllim də onu işə qəbul etmişdir. Administrator kimi işləməyə başlamışdır. İndi də orada işləyir. 15-20 gün işləyəndən sonra Radiqlə Natiqdən şübhələnməyə başlamışdır. Tərəzi həmişə manqalın yanında olurmuş. Tərəziyə yaxınlaşanda görmüşdür ki, ikisi də söhbətləşir. Hiss etmişdir ki, Natiqin əli əsir. Əti çəkmiş və ətin az gəldiyini görmüşdür. Ətin çəkisini əvvəlcə Radiq demişdir. Şəmsəddin müəllimə məlumat vermiş, o isə “elə şey ola bilməz”deyə reaksiya vermişdir. Natiq və Radiqi illərdir ki, tanıyır. Yenə işləri olduğu kimi davam etmişdir. Avqustun 21-i restorana gəldikdə Natiq və Radiqin orada olduğunu görmüşdür. Radiq əti tərəziyə qoyurmuş, o da baxırmış və qeydiyyatını aparırmış. Həmin vaxt Natiq yox imiş. Qeydiyyata aldığı ətin çəkisi 61 kq olmuşdur. Daha sonra kababçı Elnur gəlmiş və əti masanın üzərinə qoymuşdur. Elnur çəkini soruşduqda ona 61 kq olduğunu demişdir. Elnur inanmadığı üçün, yəni çəkinin daha az olduğunu düşündüyü üçün əti bir də çəkmişlər. Görmüşlər ki, ət 44 kqdır. Radiq necə edibsə görməyib və eyni torbanı 2 dəfə tərəzidə çəkərək çəkini daha artıq göstərib. Elnurla o Şəmsəddin müəllimə zəng etmişlər. O yasda imiş. Sonra Faqətə demişlər, yarım saat sonra Faqət özü gəlib ətə baxaraq 44 kq olduğunu görmüşdür. Faqət çıxıb getmiş, sonra isə Şəmsəddin müəllim özü gəlmişdir. Sonra nə olduğundan məlumatsızdır. Natiq ətə çəkiyə gələnə qədər baxırmış. 9 ay hər gün təhviltəslimi o etmişdir. 80 faizi ona aid olub. Bəzən olmadığı vaxtlar da olub. Əti o çəkməmişdir. Radiq tərəziyə qoyurmuş, o tərəzidə gördüyünü yazıb kassaya verirmiş. Hər gün nə qədər ət gələcəyini bilmirmiş, ancaq çəkəndə bilirmiş ki, nə qədər ət gəlib. O işə gəlmədən əvvəl də narazılıq olubmuş, amma Natiqdən heç kəs şübhələnmirmiş. Bu barədə iclas da olurmuş. Şüblənəcək başqa adam olub-olmadığını bilmir, bəlkə köhnə aşpazlardan şübhə edərmiş. Pul işinə o baxmırmış. Radiqin saxtakarlıq etdiyi gözündən yayınmışdır, sonradan Elnur gəlmiş və birgə kameraya baxmışlar. İstintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, təqsirləndirilənləri tanıyır. Özü də Tonqal restoranında kababçı işləyir. Şəmsəddin müəllim onu işə götürmüşdür. Əvvəl 9-da gəlib gecə 12-nin yarısı gedirmişlər. Sonradan Natiq gedib xahiş etmiş və rejimləri dəyişmişdir. O da gec gedib gec gəlirmiş. Saat 12in yarısı gəlirmiş. Əti alıb verməklə məşğul olmurmuş, o işlərə əsas Natiq baxırmış. Əti Kamil və Natiq qəbul edirmiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Natiq onun əridir. Radiqi isə videodan görmüşdür. Rayonda olanda Radiq zəng edib yoldaşına demişdir ki, tutulublar. Natiqdən nə olduğunu soruşanda işlə bağlı məsələ olduğunu demişdir. Yol boyu gah Faqət, gah Radiq zəng edib Natiqə nəsə deyirmiş. Amma Natiq onlara “siz dediyiniz kimi heçnə deməyəcəm. Nə var elə onu deyəcəm” deyirmiş. Oktyabrın 7-i Şüvəlana getmişdir. Natiq ona ittihamda göstərilən əməli etdiyini bildirmişdir, 30-40 manat ona pul çatıb, qalan 150-200 manat pul isə Radiqə çatmışdır. Natiq ona demişdir ki, mənim payıma 10.000 manat pul düşür, apar onu ver Şəmsəddin müəllimə. O da aparıb vermişdir. İstintaqda özü oğurluq videolarını görmüşdür. Şəmsəddin müəllim tərəfindən ona heç bir təsir olmamışdır. Amma Radiqin qohumları tərəfindən atası, qaynatası zəng edib ona demişlər ki, bunlar günahkar deyil, Natiq dəyişsin izahatı. O da zəng edənlərə Natiqin əksini dediyini bildirmişdir. Onu Radiqin qohumları söhbət etmək üçün evlərinə çağırmışlar və Natiqin ifadəsini dəyişməsini istəmişlər. Onlar evə vəkil də çağırmışlar. Şəmsəddin müəllimə oktyabrın 25-i pul ödəmişdir. Ona yoldaşı günahkar olduğunu dediyi üçün 10000 manat pulu ödəmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, qardaşı ilə onu bölməyə çağırmışlar, onun heç bir şeydən xəbəri yox imiş. Radiqlə bir yerdə işləyib ət paylayırmışlar. Şəmsəddin ona bildirmişdir ki, “Tonqal” restoranından ət oğurlanmışdır. Şəmsəddin onları restorana çağırmış, onlar da bildirmişlər ki, bele bir hal ola bilməz. O, restoranda qəssab olmuşdur. Ətləri Dərnəgüldən götürüb restoranlara paylayırmışlar. Ətləri Faqət adlı şəxsdən götürürmüş. O yalnız ətlərin kəsilməsində iştirak edirmiş. İbtidai istintaqa verdiyi ifadəsini təsdiqləyir. Ət oğurlanması məsələsi açıldıqdan sonra zərərçəkmişlə heç bir danışığı olmamışdır. O atası ilə də məsələni aydınlaşdırmaq üçün qarşı tərəflə görüşmüşdür. Vüsal onun dostudur və bir dəfə onunla birlikdə ora getmişdir. Özü Şəmsəddinlə məsələnin nə olduğu haqqında danışmış və belə bir şeyin mümkün olmadığını ona bildirmişdir. Şəmsəddin ona 5 ton ziyan dəydiyini bildirmiş və pul haqqında heç bir danışıq olmamışdır. O Radiqlə bir yerdə yaşayırmış. Radiq gündəlik 20 manat maaşa işləyirmiş və onun gündəlik həyatında maddi cəhətdən dəyişən bir şey görməmişdir. 20 ildən çox imiş ki, bu işlə məşğul imiş. Natiqlə restoranda tanış olmuşdur, orada baş aşpaz işləyirmiş. Bu hadisədən sonra Natiqlə söhbəti olmamışdır. İstintaqdakı ifadəsini təsdiq etmir. İbtidai istintaqda zərərçəkmiş şəxslə 40 min manata razılıq əldə etmələri barədə ifadə verməmişdir. Onun oxuyub-yazma qabiliyyəti olmadığı üçün qabağına nə qoymuşlarsa qol çəkmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 21 avqust 2022-ci il tarixdə Şəmsəddin ona zəng edib restorana gətirilən ətlərin kəm olduğunu bildirmişdir. O da oraya getmiş, ətləri çəkmişlər. Ətlər onun göndərdiyi çəkidə deyilmiş, ətləri qaimə ilə göndərirmiş. O əti yolladıqdan təxminən 1 saat sonra Şəmsəddin ona zəng etmişdir. O restorana getmiş və ətin az olduğunu görmüşdür. Əti həmin gün Radiqlə göndərmişdir. Şəmsəddin ona zəng edib Radiqi obyektinə qoymamağını bildirmişdir. Onun oğurluq səbəbilə dediyi ağlına belə gəlmirmiş. Yenidən ona zəng edərək ətin kəm olduğunu demişdir. Caravella restoranında işləyən Nahid Radiqlə bağlı heç bir şey deməmişdir. Nahid axşamdan ət sifariş etmiş, sonra isə Radiq Yaşıl Bazar tərəfdə əti ona təhvil verməyə getmişdir. Daha sonra Radiq ona zəng edib əti istəmədikləri barədə məlumat vermişdir, Nahid əti sifariş etmədiyini demişdir. Radiqin onlardan artığ pul almağı təklif etməsi barədə Nahid ona heç bir şey deməmişdir. Əti Şəmsəddin də, Natiq də-hər ikisi sifariş edirmiş. O Radiqlə ətin az olması barəsində danışmaq istəmiş, ancaq Radiq onunla danışıqdan qaçırmış. Radiq ətin hamısını restorana verdiyini ona demişdir. Şəmsəddin “Tonqal” restoranında işləməyə başladığı vaxtdan ona ət yollayırmış. Hər dəfə ətlər fərqli yollanırdı, elə olub ki Radiq də aparıb elə də olub ki, taksi aparıb. Əti orada kimin qəbul etdiyini bilmir. Əvvəllər qaiməyə qol çəkmək söhbəti olmamışdır. Qaimədə yazılan pul ödənilməmişdir, amma alıcı ilə danışığa görə bir neçə gün ərzində ödənilirmiş. Radiq əti istədiyi qiymətə sata bilməzmiş. Təqsirləndirilən şəxsləri tanıyır. O Dərnəgüldə, qaçqınlar bazarında ət satıcıdır. Ətləri hər yerə qaimə ilə göndərirmiş. O restorana 65 kilo yollamış, ancaq restoranda yoxlayanda 44,1 kiloqram olmuşdur. İstintaqdakı ifadəsini təsdiqləyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hazırda Susəsi restoranında ofisiant işləyir. Əvvəllər bazarlıq işlərinə baxırmış. O əvvəl ifadə vermiş, ancaq həmin ifadəsini unutmuşdur. Həmin ifadəsini təsdiq edir. Restoranın ətini Faqətgil göndərdiyi üçün onu oradan tanıyırmış. Radiqi Faqətlə olan zaman görmüşdür. Radiq ona zəng edib restorana ət gəldiyini demişdir. O da sifarişləri yazırmış. Radiqin ona ətləri qarışdırmağı barədə nəsə dediyini xatırlamır. Əti elə olurmuş ki, Radiq yox taksi gətirirmiş. Radiq taksi ilə özü ayda 1 dəfə gəlir, pul da götürürmüş. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan “Təqdim edilən sənədlərə baxış aparılması” haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X2 təqdim etdiyi yaşıl üzlüklü dəftərçəyə baxış aparılarkən müəyyən edilmişdir ki, həmin dəftərçədə “Tonqal” restoranını icarəyə götürüb işlədilməsi, həmçinin Şəmsəddin Hüseynovun ondan əvvəl işlətdiyi iaşə obyekti ilə bağlı xx.xx.2019-cu ildən başlayaraq aldığı ətin dəyəri, həmin ətə görə pulu təhvil alan şəxsin adı, imzası, həmçinin ətlərin təhvil verildiyi tarixlər barədə məlumatlar öz əksini tapmışdır. X2 təqdim etdiyi sarı rəngli qaimə-fakturalara baxış aparılarkən müəyyən edilmişdir ki, həmin qaimə-fakturalarda xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddətdə “Tonqal” restoranına Şahid3 tərəfindən göndərilən ətlərin çəkisi, qiyməti və əvəzinin ödənilməsi barədə məlumatlar öz əksini tapmışdır. Şahid3 tərəfindən təqdim edilən qara rəngdə üzlüyü olan kitaba baxış aparılarkən müəyyən edilmişdir ki, həmin kitabda Şahid3 xx.xx.2022-ci il tarixdən etibarən ət satdığı şəxslər (obyektlər), ətin çəkisi, dəyəri və digərləri barədə məlumatlar öz əksini tapmışdır. Həmin sənədlərə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Təqsirləndirilən şəxs1 tərəfindən “Tonqal” restoranına ümumilikdə 325 gün ərzində cəmi 21.231,9 kiloqram ət gətirilmiş, həmin 325 günün 52 günündə hər gün 50 kiloqram və daha az olmaqla ümumilikdə 1943,7 kiloqram, qalan günlərdə isə hər gün 50 kiloqramdan artıq çəkidə olmaqla ümumilikdə 19.282,2 kiloqram ət gətirilmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2022- ci il tarixədək Təqsirləndirilən şəxs1 tərəfindən “Tonqal” restoranına ümumilikdə 9 gün ət gətirilməmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni ət gətirilmiş 123 gün ərzində ətin bir kiloqramı 16 manat, qalan müddətlərdə isə ətin bir kiloqramı 17 manatdan hesablanmışdır. xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Təqsirləndirilən şəxs1 tərəfindən “Tonqal” restoranına ümumilikdə 325 gün ərzində gətirilmiş cəmi 21.231,9 kiloqram ətin ümumi dəyəri 373595 manat olmuş, həmin pulun 365492 manatı Təqsirləndirilən şəxs1 tərəfindən təhvil alınsa da, 14.08,2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni son 8 gün ərzində gətirilmiş ətin dəyəri olan 8193 manat təvhil alınmamışdır. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan “Elektron məlumat daşıyıcısına baxış aparılması” haqqında 05 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, X2 təqdim etdiyi yaddaş kartına baxış aparılarkən müəyyən edilmişdir ki, həmin yaddaş kartında Nərimanov rayonu, Ak. Həsən Əliyev 82 ünvanında yerləşən “Tonqal” restoranında quraşdırılmış videomüşahidə cihazının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində qeyd etdiyi videogörüntülər öz əksini tapmışdır. Həmin videogörüntülərin iş üzrə əhəmiyyət kəsb edən hissələrinə baxarkən müəyyən edilir ki, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə “Tonqal” restoranının kababçısı işləyən Təqsirləndirilən şəxs2 restoranın soyuducusundan əvvəlki gündən qalmış quzu budlarını çıxarıb mətbəxdəki masanın üstünə qoymasından bir müddət sonra Təqsirləndirilən şəxs1 restorana həmin gün təhvil vermək üçün gətirdiyi əti tərəzidə çəkməmişdən öncə Təqsirləndirilən şəxs2 masanın üzərinə qoyduğu həmin budları ətləri gətirdiyi sellofanların içinə qoyub həmin gün gətirdiyi ət kimi təqdim edərək restoranın adminstratoru Şahid5 ilə birlikdə tərəzidə çəkilməsinə nail olur. Bundan başqa xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 restorana həmin gün təhvil vermək üçün gətirdiyi quzu ətlərini tərəzidə “Tonqal” restoranının adminstratoru Kamil adlı şəxslə birlikdə çəkərkən çəkilmiş ət sellofanlarını mətbəxə aparan zaman həmin sellofanlardan birini mətbəxlə tərəzi olan dəhlizin arasındakı yerə atıb qayıdarkən həmin ət sellofanlarını götürərək ət sellofanlarının təkrar çəkilməsinə nail olur. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs2 oğu və Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs1 üzünə qarşı da deyərək bir daha təsdiq etmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, “cXPjiLDWH6” nömrəli X7 göstərilmişdir ki, fiziki şəxs X3 aşbaz vəzifəsində işləmiş Təqsirləndirilən şəxs2 və obyektə ət məhsullarının satışını təşkil edən Təqsirləndirilən şəxs1 əlbir olaraq xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ət məhsullarının sifarişini orta hesabla 20 kq artıraraq fiziki şəxsə ümumilikdə 87680.00 manat məbləğində ziyan vurulmuşdur. Yaranmış çatışmazlıq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq fiziki şəxsin hesabına ödənilməlidir. Yuxarıda qeyd edilən faktların Azərbaycan Respublikası hüquq mühafizə orqanları tərəfindən araşdırılması məsləhət görünür. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan “Videofayllara baxış aparılması” haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, birinci videofayla baxış apararkən müəyyən edilmişdir ki, həmin videofaylda Şəmsəddin Hüseynovun deməsinə və videofaylda olan audio və video məlumatlara əsasən X11 Mehdiyev arasında “Tonqal” restoranında yerləşən otaqlardan birində aparılan danışığın videogörüntüləri öz əksini tapmışdır. Şəmsəddin Hüseynovun deməsinə əsasən xx.xx.2022ci il tarixdə saat 18 radələrində qeyd edilən videogörüntüyə baxarkən müəyyən edilir ki, Şəmsəddin Hüseynov otaqda mobil telefonunu video qeydiyyat rejiminə qoşub hansısa predmetin üzərinə qoyaraq masanın ətrafındakı stulda oturur və təxminən 20 saniyə sonra Təqsirləndirilən şəxs1 həmin otağa daxil olub masanın ətrafında oturur. Təqsirləndirilən şəxs1 və Şəmsəddin Hüseynov arasında təxminən 6 dəqiqə ərzində baş verən söhbət zamanı aparılan söhbət aşağıdakı məzmunda olur. Şəmsəddin Hüseynov: Hə qağa, danış görək. Təqsirləndirilən şəxs1: Utanıb yerə girirəm, nə danışım ey? Şəmsəddin Hüseynov: Ə, niyə yerə girisən ey? Təqsirləndirilən şəxs1: Allah haqqı bunu dədəm bilsə məni bilirsən nağayrajaq, tikiətikə eləyəjək. Şəmsəddin Hüseynov: Dədəm tikə-tikə eləyəjək deyəndə əmoğlu, mən sənə dedim ki, mən sənə arxayınam. Dəfələrlə dedim, ə, burda başımız qarışıq olur, alverin güclü vaxtı olur, burda bir az diqqətli ol, əti düzgün gətir, keyfiyyətli gətir. Təqsirləndirilən şəxs1: Super ət gətirirdim. Bunun varını, yoxunu, arvadını.... Şəmsəddin Hüseynov: Belə şey olmaz axı, əmoğlu, mən də burda arendayam. Bu hələ yüz faiz “Orman”dan başlayıb ey. (Ş. Hüseynovun işlətdiyi əvvəlki restoranın adı) Təqsirləndirilən şəxs1: Yox, ey bir ayın söhbətidir. Şəmsəddin Hüseynov: Ə, bir ay nədir? Mən hələ noyabr ayından şübhələnmişəm. Helə axtarırdım, helə axtarırdım. Uşağa deyirdim, ə bunun axtarın tutaq, axtarın tutaq. Təqsirləndirilən şəxs1: Üç balamın canı Şəmsəddin Hüseynov: Asifə deyirdim ə, bacoğlu vallah məni içəridən yeyirlər. Vallah məni içəridən yeyirsiz. Asif də ağlayıb deyirdi ki, dayı allaha and olsun mən burdan qəpik tövbə. Dəfələrlə bazarlığını da çəkmişəm. Deməyəsən, bu tərəfdə başımın üstündə sənlə ləzgi yeyirmişsiz də. Ayıb deyil ə, utanmırsan sən? Təqsirləndirilən şəxs1: Faqtə də maşını aldı, dedi get onunla razılaş, qayıt gəl işə. Şəmsəddin Hüseynov: Elə bir razılaşma deyəndə, eşirsən məni, artıq polisə verilib. Ləzgi niyə gəlmir işə. Ləzgiyə mən heç nə deməmişəm. Təqsirləndirilən şəxs1: Deyir utanıram. Mən onun üzünə çıxa bilmirəm. Dedim ə, utanmalı nə var ki, get söhbətini elə də. Şəmsəddin Hüseynov: Ləzgi indi nə deyir, deyir mən eləməmişəm? Təqsirləndirilən şəxs1: Eləmişəm deyir ey, deyir utanıram. Mən onun üzünə baxa bilmərəm. Şəmsəddin Hüseynov: Ləzgi deyir? Təqsirləndirilən şəxs1: Hııııı Şəmsəddin Hüseynov: Ə... bura bir çay ver ordan. Təqsirləndirilən şəxs1: Mən də ləzgiyə dedim ki, nə qədər ət götürmüşük, bir aya, ay yarıma 10 kilo, 15 kilo Şəmsəddin Hüseynov: Nə qədər götürmüsüz? Təqsirləndirilən şəxs1: Balamın canı 12 kilo, 13 kilo. Şəmsəddin Hüseynov: Hər dəfə? Təqsirləndirilən şəxs1: Hə. Şəmsəddin Hüseynov: Bəs, dünən niyə 18 kilo eləmisən, özü də işin zəif vaxtı? Təqsirləndirilən şəxs1: O nə isə qarışıq düşübdü. Yəni, balamın canına and içirəm ki, mən heç sözü aşmasam açmazdım. Prostu, özümü təmizə çıxarmaq üçün düşmüşəm çöllərə ki, öz adımı şey eləyim. Şəmsəddin Hüseynov: 12-13 kilo gündə artıq yazırdınız? Təqsirləndirilən şəxs1: Hə. Şəmsəddin Hüseynov: Ləzgi çəkirdi də, biz arxayın idik ləzgiyə ki,.... kloku iki dəfə qoyurdunuz? Kamerada mən baxmışam ey, dünən kloku iki dəfə qoyursan. Təqsirləndirilən şəxs1: O heç ey, dünən alınmadı. Ləzgi gətirib kloku qoyurdu şeyin böyrünə, tərəzinin böyrünə. Ordan götürüb çəkirdik, İki dənə qoşa bud qoyurdu. O biri iki qoşa bud da qalırdı maşında. Şəmsəddin Hüseynov: İki qoşa budu içəridən gətirirdi? Təqsirləndirilən şəxs1: Hə də, xolodelnikdən gətirirdi. Şəmsəddin Hüseynov: Dünənki ətdən gətirib qoyurdu? Təqsirləndirilən şəxs1: Hə də. Şəmsəddin Hüseynov: Kamil də qoyundu. Kamil neynəsin, tərəzinin yanında durub də Təqsirləndirilən şəxs1: Kamil neynəsin, Şəmsəddin Hüseynov: Kamil havayı çəkib də. Kamilə deyirəm tərəzini çölə niyə qoymurdun? Deyir tərəzi burdaydı, elə burdan da şey eləyirdim. Nəsə indi ləzgi boynuna almır? Təqsirləndirilən şəxs1: Alır ey Şəmsəddin Hüseynov: Nə deyir? Təqsirləndirilən şəxs1: Prosto sənin üzünə çıxa bilmir. Şəmsəddin Hüseynov: Ləzgi mənim üzümə çıxsa da, allahın üzünə çıxa bilməyəcək. Ləzgini mən övladlarım kimi gətirmişəm. Burda mən onu uşaqlığından gətirmişəm. Prosto ləzgi piyanska idi. Qardaşı var idi piyanska. Gətirib burda ailə sahibi elədim. Ev alanda dədəsi ona kömək etmədiyi köməyi eləmişəm. Ailəli, uşaqlı eləmişəm. 20 ildir, 22 ildir ləzgiyə mən öz övladım kimi baxmışam. Elə məni arxayın salan həmin o idi və ləzgiylə sən başladız mənə arxadan zərbə vurmağa. Qardaş indi polisə vermişik, polis də qanun çərçivəsində nədisə , mən sizi düz noyabr ayından bəri axtarıram, bu günləri gəlib çıxır üzə. Təqsirləndirilən şəxs1: Yox, bir ay, ay yarımın söhbətidir. Onu da Şəmsəddin Hüseynov: Kəsdiyimiz çörək haqqı ay yarımın söhbəti deyil. Atamın goru haqqı ay yarımın söhbəti deyil. Sən özün yaxşı bilirsən ay yarımın söhbəti deyil Təqsirləndirilən şəxs1: Yox, balamın canı ay yarımın söhbətidir. Burda çəkinməli nə var ki? Şəmsəddin Hüseynov: Mən ziyanımı bilirəm ey, şifahi olaraq bilirəm. Mən bilirəm ki, siz noyabr ayının axırından başladız mənə ziyan vurmağa, noyabırn əvvəli yox, noyabrın axırı. Siftə mənlə işləyəndən, oktyabr ayının birindən işləmişəm, noyabr ayının axırından siz başlamısız. Özü də əlimin içi kimi bilirəm ki, bu işi noyabrın axırlarından başlamısız, 20-dən sonra. İndi əmoğlu, mən sənə demişəm halal çörək qazan burdan, mən deməmişəm ki, gəl dağıt buranı. Mən də dövlətin kommunalı var, bu qədər işçi var, sosialı var, vergisi var, adam üstündə allahı görər. Sən dəfələrlə, çörək yediyin yerdə demişəm ki, qardaş bu çörəyi yemə. Demişəm, gəl bura bir stəkan çay iç, demişəm, deməmişəm? Bayramlarda payınızı vermişəm. Səhv eləmişəm? Bu hörmətsizliyi niyə eləmisən? İndi sənin ağsaqqalın, qarasaqqalın gələcək ey, görüşəcək ey, bu belə dayanası deyil. Üstündə allahı görən adam bu hərəkəti eləməz. Mənim çörəyim halaldır. Kim məndən oğurluq edirsə, axır-əvvəl onu tapıram. Prostu sizdə gec oldu, o da Kamilə görə oldu, mən ona inandım, sənə inandım, bir də ləzgiyə inandım. Sizdə Kamilin başının üstündə at oynatdız. İkinci videofayla baxış apararkən müəyyən edilmişdir ki, həmin videofaylda Şəmsəddin Hüseynovun deməsinə və videofaylda olan audio və videoməlumatlara əsasən X12 Qardaşov arasında “Tonqal” restoranında yerləşən otaqlardan birində aparılan danışığın videogörüntüləri öz əksini tapmışdır. Şəmsəddin Hüseynovun deməsinə əsasən xx.xx.2022ci il tarixdə saat 14 radələrində qeyd edilən videogörüntüyə baxarkən müəyyən edilir ki, Şəmsəddin Hüseynov otaqda mobil telefonunu videoqeydiyyat rejiminə qoşub masanın üzərinə qoyaraq Təqsirləndirilən şəxs2la təxminən 16 dəqiqə ərzində söhbət edir. Aparılan söhbət aşağıdakı məzmunda olur. Şəmsəddin Hüseynov: Gəl görüm, Natiq biz neçə ildir bir yerdəyik? Təqsirləndirilən şəxs2: 22 il Şəmsəddin Hüseynov: 22 ildir? Sən deməli Nabrandaydm. Biz səninlə tanış olduq. Bura səni dəvət elədim, Bakıda gəl bizimlə işlə. Səndə gəldin işlədin. Bakıda subay vaxtı hələ evlənməmişdin, sənə pis olmuşam? Təqsirləndirilən şəxs2: Yox Şəmsəddin Hüseynov: Sonra evlənmək vaxtın gəldi, sənin toyunu öz övladımın toyu kimi sənin toyunda iştirak elədim. Pis elədim? Təqsirləndirilən şəxs2: Xeyr. Şəmsəddin Hüseynov: Bundan sonra başladı ailə həyatın, gəldin kirayələrdə qaldın, ev məsələsi həll olundu, sonra o ev satıldı, keçdi özünə ev almağa. Orda sənə qardaşlıq, dostluq, böyüklük elədim? Təqsirləndirilən şəxs2: Bəli Şəmsəddin Hüseynov: Yadındadır heç sənə kredit vermirdilər, mən zamin durdum sənə kredit verdilər, evinin məsələsi həll olundu. Üzdürmü qardaş, mən sənə bu qədər hörmətlə yanaşmçışam. Düşəndə pul da vermişəm. Pandemiyada öz əmimoğlu Ələkbər və Vüqarı geri çəkib səni qabağa verdim ki, sən yaxındasan, üç uşağın var. Vüqar rayonda yaşayır. Səni burda dolandırdım. Düzdürmü? Təqsirləndirilən şəxs2: Bəli Şəmsəddin Hüseynov: Onun nəticəsini mən bu gün başqa cür eşidirəm. Yenə mən inanmıram. Təqsirləndirilən şəxs2: Yox, indi məni şeytan o gədəni mənim beynimə saldı. Şərəfsiz gədə. Məni işlətdi o. Orda olanda ət gətirəndə. Şəmsəddin Hüseynov: Nətər işlətdi? Təqsirləndirilən şəxs2: O gəlib dedi ki, Radiq, məsələn bu qədər ət əksik gəlir. Mən rayonda heç allah haqqı bu işdən heç xəbərim yoxdur. Deyirəm ə, nağarmısan. Deyir, ə yox ey ətdə səhv salmışam. Sonra Faqət zəng vurdu ki, Radiq əti səhv çəkib. Burda o mənim adımdan istifadə edib. Şəmsəddin Hüseynov: Kim? Təqsirləndirilən şəxs2: Radiq. Deyib ki, sonra dedim ki, mənim adımı niyə verirsən? Şəmsəddin Hüseynov: Mən, Radiq dedi, demədi yadındadır, yığdım bütün yoldaşları yanıma, and içdim dedim ki, a kişi allaha and olsun mən bu ətdən xeyir görmürəm. Qardaş bu ət hara gedir? Deməli mən o biri iki kababçını burdan çıxarıb deyirdim ki, Natiq mən sənə umudluyam. Sən diqqətli ol, işin içində sən varsan. Təqsirləndirilən şəxs2: Yox, müdir, bilirsən nətərdir? Şəmsəddin Hüseynov: Burda mən səndə günah görmürəm. Bunu eləyən Radiq olub. Təqsirləndirilən şəxs2: Mən izah eləyim? Mənə deyirdi ki, əti çıxar. Götürüm, ondan sonra sənin işin yoxdur. Dedim Radiq bunu eləmə. Deyirdim ki, çəki artıq gəlir. Deyirdi ki, o, sənlik deyil, sən götür qoy qırağa. Nətər məni şey elədisə. Şəmsəddin Hüseynov: Ə.... Səni şeytan aldadıb. Təqsirləndirilən şəxs2: Gecəni yatmamışam. Radiq o qədər zəng vurub ki, mən o doqquz mərtəbədən özümü atmaq istəyirdim. Şəmsəddin Hüseynov: Yox ey, sən özünü niyə atasan? Sən bunu eləməmisən. Radiqdədir günah. Radiq eləyib, Faqət eləyib. Faqət də bilir hə bunu? Təqsirləndirilən şəxs2: Yəqin bu qədər şeyi də bilər də. Şəmsəddin Hüseynov: Sağ ol. Allah atana rəhmət eləsin. Sən çox düz deyirsən. Təqsirləndirilən şəxs2: Bu şeyə qədər o da bilər Şəmsəddin Hüseynov: Hə, Faqət bilər, Mən də qardaş, daxildən ayrı kim var, düzünü sən mənə de, narahat olma Təqsirləndirilən şəxs2: Vallah, allah haqqı heç nə yoxdur bir odur, mən bilmirəm dalı kim var. Şəmsəddin Hüseynov: Noyabr aymın sonundan başladı bu məsələ. 8-9 aydır gedir bu məsələ. Mən də Asiflə dalaşıram ki, içəridən qurd məni yeyir. Təqsirləndirilən şəxs2: Müdir, bilirsən nətərdi məsələ, tərəzidə Kamil orada olur, mən bu tərəfdə oluram. Şəmsəddin Hüseynov: Kamil tərəzinin üstündə dayanıbdır. Kamerada baxıram dünən, 3 dənə klok gətirir qoyur tərəziyə, qayıdanda birini atır yerə. Təzədən təkrar yerə atdığını bir də qoyur tərəziyə. Onu götürür, bir də atır yerə. Təzədən bir də onu götürüb qoyur tərəziyə. 4 dəfə bir kloku çəkir. 4 dəfədən bu eləyir 18 kilo. Təqsirləndirilən şəxs2: Deyir 61 kilo ət göndərmişik... . Şəmsəddin Hüseynov: Faqətə zəng edirəm ki, Faqət, nə qədər ət göndərmisən? Deyri 61 kilo nə qədər Təqsirləndirilən şəxs2: 200-300 qram. Şəmsəddin Hüseynov: Dedim Faqət, onda get zada, Tonqala, nə qədər ət gəlibsə orda çəkilibdir, tapşırmışam əl vurmayın ona. Mən də yas yerində olmuşam. Əmimin yeddisi idi də. Allah ölənlərinə rəhmət etsin. Deyirəm ki, get, bax, gedir baxır ki, belədir. Deyir ə... bilirsən nətər olubdur, 16 kilo nə qədərini də aparıb filan yerə verib, həmin yer də deyib bunu nəyə gətirmisən, anlaşılmazlıq olub. Dedim yox, anlaşılmazlıq deyil. Bu işin mən dalına düşüb bu işi mən açacam. Mən də sənə həmişə deyirdim ay, Natiq, ay mənim işçilərim, kim nə eləsə gəlib çıxacaq öz qarşısına. Təqsirləndirilən şəxs2: Düzdür. Şəmsəddin Hüseynov: Dəfələrlə açılıbdır da bəzi şeylər. Amma bu dərəcədə belə iş olmayıb. Qardaş burda sənin günahın yoxdur. Səni vadar eləyiblər. İndi, bu işin açılması, tam həll olunması üçün biz polisə müraciət eləmişik. Polis də səni, məni, Radiqi, Faqəti çağıracaq, işin yiyəsi mənəm. Günahkar mənəmsə onda məni qandallayıb salsınlar içəri,Günhakar kimdirsə bunu açsın və kimlər bu işə birləşibsə, kim birlik yaradıb bu işi görübsə, qardaş burda 6 ton ət əksikdir, 6 ton ət gedib. Mən bunu hələ hörmətlə çəkirəm. Deməli qardaşıma deyim. Biz bura keçən ilin oktyabrın 1-dən gləmişik. Ancaq mən noyabrın axırlarından şübhələndim. Az-az başladı söhbət. Deməli, noyabr heç dekabr, yanvar, fevral, mart, aprel, may, iyun, iyyul, avqust 9 ay edir. 9 ayı da 30 günə vurursan, edir 270 gün. 270 gündə də elə gün olub ki, Radiq sənin Özünə də məlumdur ki, elə gün olub bəlkə 40-45 kilo ət götürüb. Ağır banketlər olub, onda 3000 manatlıq, 4000 manatlıq ət gəlib. Onun 1500 manatı sizinki olub, səninlə Radiq yemisiniz. 270 günü vururam 20 kiloya, 25 kiloya vururam. Bu 5400 kilo edir. 5 ton yarım edir. Bunun da vururuq, qardaşıma deyim. 17 manata. Faqətin özü əti 17 manata verirmi?. 91800 manat pul edir. İndi mən Fəaqtələ Radiqə deyəcəm bunun mənə verin. Deyəcəm bu yetimlik deyil. Təqsirləndirilən şəxs2: Başıma şeytan girdi. Şəmsəddin Hüseynov: Mən Natiqlə 22 ildir işləyirəm. Natiq belə iş eləməyib. Siz bu işi eləmisiniz. Mən Natiqdən şiakyətçi deyiləm ki, Nə oldu, Nətiq “Orman” da eləmədi, “Xankəndi”də eləmədi, Natiq gəldi burda elədi Təqsirləndirilən şəxs2: Vallah müdir, özü də istəyirəm özümü atım. Şəmsəddin Hüseynov: Əşi, niyə özünü atırsan ey? Hökümət var. Allahın yaratdığı insanlarıq, niyə özünü atırsan? Niyə özünü məv edirəsn. Mən səni məcbur etmirəm. Səni | tanıyıram. Öz övladım kimi, elə bil ki, mən sənə elə baxmışam. Ancaq son vaxtlar sən qudurmuşdun. Natiq, cumurdun bıçağa, uşağa bıçaqla cumrudun. Mən burda kameradan gördüm ora cumdun. Ələmdara cumdun. Gəldim səninlə dalaşdım.. Bu nədən idi?. Havayı pul gəlirlərinə görə qudurmuşdun. Buan görə əmoğlu, mən polisə müraciət etmişəm. Qardaş döpvlətin qayda-qanun var. Polisi var. Bu işi araşdırıb çıxaracaq. Necə lazımdır. Sən də özünü, mən səni müdafiə elə. Kim səni məcbur edibsə, lap bacım oğlu Asifin bu işdən xəbəri varsa de Asif də bizlə şərik idi, De ki, Ələmdar da bizlə şərik idi. Əgər eləyibsə. Qardaş eləməyibsə, kimlər qoşulubsa bu işə narahat olub eləmə, qardaşın sənin arxandadır. Mən də Radiqə dedim ki, qardaş, mənə dəyən ziyan ödənməlidir. Təqsirləndirilən şəxs2: O da deyir, heç nə olmza, budu, budu. Narahat olma. Düzələcək. O tərəfə kimə verib, hara verib. Faqət deyir, yox ey, mən o qədər verməmişəm. Şəmsəddin Hüseynov: Deyirm ki, fakturalar var. Fakturalar yığılıb qalıb hamısı və götürülən pula da Radiq hamısına qol çəkib. Başa düşdün?. Qardaş aparıb qoyacam onu, üzləşdirəcəm və orda da mən bilirəm ki, noyabrın axırından ziyan vurubdur. 9 aydır mən ziyana işləyirəm. Mən Asifə deyirəm, ay Asif məni qurd yeyir içəridən. Qaynatam xəstə oldu, rəhmətə getdi. Anam xəstə oldu, o yana getdim, bu yana getxdim, mən sizə arxayın oldum, səni dəfələrlə çağırdım bura. Dedim ə, bu stolun üstündə yediyim çörək haqqı, biz ziyana işləyirik. Təqsirləndirilən şəxs2: Allah haqqı gətirirdi. Şəmsəddin Hüseynov: Qardaş, sənin insafın olsun, deyərdin ki, ə camaat ziyana işləyir. Təqsirləndirilən şəxs2: Əti qoyurdu, görürdü artıqdır. Deyirdi ki, sənlik deyil. Faqətlikdir. Deyridi bu qədər artıq verirəm sənə. Şəmsəddin Hüseynov: Mənə artığı lazım deyil. Mənim əlimdəki çörəyimi alma. Təqsirləndirilən şəxs2: Deyirdi bu Faqətlikdir, sizlik deyil. Şəmsəddin Hüseynov: Sən 22 il burda işləmisən. Sənin uşaqlarını mən özümə nəvə bilmişəm. Atan öləndə mən sənə nə hörmət etmişəm, halal xoşu lsun. Yalan deyirəm? Təqsirləndirilən şəxs2: Müdir, Allah haqqı mən özümü bağışlaya bilmirəm. Şəmsəddin Hüseynov: Kiçiyim kimi sənə bu sözü deyirəm. Amma, möhkəm ol, bu işin içində Faqət də varmı. Utanıb eləmə ey. Təqsirləndirilən şəxs2: Allah haqqı mən burdan çıxıb evə getməsəm bilin ki, nə isə özümə etmişəm. Şəmsəddin Hüseynov: Sən elə şey danışırsan ki. Səndə günah yoxdur. Günah Radiqdədir. Qardaş Radiq bu işi bilir. Mən sənə güldən ağır bir söz dedim. Mənlə bayaq telefonla damşdın.Güldən ağır söz demişəm sənə, Səni təhqir etmişəm, Allah ölənlərinə rəhmət eləsin. Sənə mən deyirəm ki, günah səndə deyil. Səni məcbur edibdir. Şeytan girib sənin qəlbinə. Təqsirləndirilən şəxs2: Mənə bayaq dedi ki, gəlib bura günorta? Şəmsəddin Hüseynov: Gəlibdir hə. Təqsirləndirilən şəxs2: Mənə zəng vurub deyir ki, müdir deyir ki, 17000 pul verməlisən. Şəmsəddin Hüseynov: Yox 17000 mən ona hələ.... Təqsirləndirilən şəxs2: 17000 deyir ki, pul verməlisən Şəmsəddin Hüseynov: 17000 deyil, 5400 kilo ət yeyib məndən. Onun 1 tonunu çıxıram. 17000-i çıxıram. Qalanını verməlidir. Təqsirləndirilən şəxs2: Yox ey, bu qədər işdən neujeli Faqətin xəbəri olmayıb? Şəmsəddin Hüseynov: Faqət də buna şərikdir də yəqin. Faqət dünən sənə zəng etdi? Təqsirləndirilən şəxs2: Dünən səhər zəng vurub. Şəmsəddin Hüseynov: Nə dedi? Təqsirləndirilən şəxs2: Dedi ki, Tonqala bu qədər ət gedib? Burdan nə qədər əksik gedib. Aparıb başqa yerə verib Radiq. Ordan zəng vurub deyib vallah biz ona ət deməmişik, deyib vallah mən rayondayam. Mənim bu işdən xəbərim yoxdur. Şəmsəddin Hüseynov: Yox. Radiq əməlli başlı burda xərcləyib. 6 ton ət yeyib ey, Radiq. Təqsirləndirilən şəxs2: Deyir, atır xolodelnikin böyrünə, təzdən çəkir. Şəmsəddin Hüseynov: Kameranı qoysun bax. Allahın bərəkəti haqqı. Təqsirləndirilən şəxs2: Deyir, ətin klokunu atıb tulluyur xolodelnikin böyrünə, aparır tərəziyə, təzədən onu götürüb aparır bir də tərəziyə çəkir. İki dənə atır xolodelnikin böyrünə deyir, İkisini də aparır tərəziyə, sonra təzədən Şəmsəddin Hüseynov: Klok dövr edir. Aparıb çəkir. Kamilin də başı tərəziyə qarışıb. Nəysə qardaş, allah şeytana lənət eləsin. Məndə səni dəfələrlə çağırıb demişəm ay Natiq, bax sənə arxaymam ha.... Sən də demisən ki, allaha and olsun mən bu işə getmərəm. Mən də sənin bu işinə görə, aramızda olan etibara görə Təqsirləndirilən şəxs2: Gecəni yata bilməmişəm. Şəmsəddin Hüseynov: Niyə, gecəni də yat, gündüzü də yat. Sənə güdən ağır bir söz dedim? Təqsirləndirilən şəxs2: Yox, müdir. Şəmsəddin Hüseynov: Səni döyməmişəm, söyməmişəm, sənən zəng vurdum dedim ki, dur gəl bura Xəlilgil sənin sağlığına araq içirlər. Sən də gəldin üzümüz açıldı bir-birinə qarşı. Mən də polisə vermişəm. Qoy, Radiqi də Faqəti də, kimin günahı var çıxarsın ortaya, yaxşımı? Allahın olsun, ə. Altı ton ətin, mənim pulumu niyə yeyirsən? Habilgil ordadır, dur gedək. Narahtçılıq yoxdur sənə qarşı. Sən işində ol. Sən işində ol, allahın köməkliyi ilə. Yaxşı. Beynin yorma, get istirahətində ol. İndi qoy, polisə demişəm. Radiq qoy gəlsin. O məsələni tamamlayaq qurtaraq. Ondan sonra Radiq də mənə sözünü deyib. Demişəm yaxşı. Mənim deyib, qaytarıb bərpa edərsən. Demişəm yaxşı. Sən mənim halal çörəyimə haram bulamısan. Səni Faqət qaytarar. Faqətin əmisioğlusan. Faqət bilər, sən bilərsən. Get, Faqətlə sən işini gör. Mən də Faqətdən indən belə nə ət alası deyiləm, nə də ki, narahat olub eləmə. Başa düşdün? Təqsirləndirilən şəxs2: Müdir bağışla da Şəmsəddin Hüseynov: Yox ey, Natiq mən sənə bələdəm ey. Sən halal adamsan ey. Natiqi mən çoxlarına nümunə göstərirdim. Natiq belədir, belədir, etibarlıdır. Olmaz axı ay qardaş. Kollektivdə dəfələrlə demişəm ki, görürsən. Deyirəsn şeytan məni məcbur elədi. İndi şeytanı tamamilə uzaqlaşdırmaq üçün polisə vermişik. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan iş üzrə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/7763 nömrəli rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, xx.xx.2022-ci il tarixli X7 göstərilənlərin doğruluğu istintaq tərəfindən nəzərə alındığı təqdirdə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək qaimələr əsasında ümumilikdə 21.231,90 kq çəkidə qoyun ətinin təhvil almması(qaimələr üzrə qeyd olunan çəki), həmin qoyun ətinə görə fiziki şəxs tərəfindən Şahid3 373.595,0 manat məbləğində pul vəsaitinin ödənilməsi müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, "xxxx" MMC-nin 12,10.2022-ci il tarixli X17, iş materiallarına əlavə edilmiş daxili uçot məlumatları (qaimələr, qeydiyyat kitabçaları və.s;) eləcə də proses iştirakçılarının ifadələrinin doğruluğu istintaq tərəfindən əsaslı hesab olunduğu təqdirdə ümumilikdə “Tonqal restoranına” 5280,0 kq qoyun ətinin qaimədə göstəriləndən az təhvil verilməsi və sahibkar X6 tərəfindən 87.680,0 manat məbləğində artıq vəsaitin ödənilməsi müəyyən edilir. Fizki şəxs X4 hesabında yaranmış pul vəsaiti çatışmazlığına görə məsuliyyət məsələsi hüquqi xarakterli olduğuna görə istintaq tərəfindən həll edilməlidir. (Ekspertiza tədqiqatının dəyəri 150( yüz əlli) manat) Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan iş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 21 dekabr 2022-ci il tarixli, 4/1575 nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş, üz qabığında qara rəngli rəngləyici maddə ilə “Ət. Verilən. Pullar.” Yazılmış dəftərin 27-ci vərəqəsində 4 ədəd “Radiq” sözünü qarşısındakı imzalar; 30-cu vərəqəsində 4 ədəd “Radiq” sözünü qarşısındakı imzalar; 31-ci vərəqəsində 5 ədəd “Radiq” sözünü qarşısındakı imzalar; 33-cü vərəqəsində lədəd “Radiq” sözünü qarşısındakı imzalar; 34-cü vərəqəsində 3 ədəd “Radiq” sözünü qarşısındakı imzalar; 35-ci vərəqəsində 2 ədəd “Radiq” sözünü qarşısındakı imzalar; 36-cı vərəqəsində 5 ədəd “Radiq” sözünü qarşısındakı imzalar; 37-ci vərəqəsində 5 ədəd “Radiq” sözünü qarşısındakı imzalar; 38-ci vərəqəsində 7 ədəd “Radiq” sözünü qarşısındakı imzalar; 39-cu vərəqəsində 5 ədəd “Radiq” sözünü qarşısındakı imzalar; 40-cı vərəqəsində 3 ədəd “Radiq” sözünü qarşısındakı imzalar; 41-ci vərəqəsində 5 ədəd “Radiq” sözünü qarşısındakı imzalar; 42-ci vərəqəsində 4 ədəd “Radiq” sözünü qarşısındakı imzalar; 43-cü vərəqəsində 1 ədəd “Radiq” sözünü qarşısındakı İmzalar-Təqsirləndirilən şəxs1 oğu tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, Azərbaycan Respublikası CPMnin 97.4.2-ci və “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 12-ci maddələrinə əsasən bildiririk ki, ekspertizaya təqdim edilmiş, üz qabığında qara rəngli rəngləyici maddə ilə “Ət. Verilən, Pullar”yazılmış dəftərin 34-cü vərəqəsində 1 ədəd “9701 Radiq” yazılarının qarşısındakı imzanın Təqsirləndirilən şəxs1 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub- olunmaması haqqında tədqiqat prosesinin təsviri hissəsinin “2” bəndində səbəblərə görə rəy vermək mümkün deyildir. (Ekspertiza tədqiqatının dəyəri 140( yüz qırx) manat) Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan iş üzrə təyin edilmiş məhkəmə-fonoskopik və məhkəmə-portret ekspertizasının 10 yanvar 2023-cü il tarixli, 4/1741-4/1759-3/1735 nömrəli rəyinin təsviri hissəsində göstərilmişdir ki, ekspertlər tərəfindən ayrılıqda və kollegial dinlənilmələr nəticəsində mübahisəli videofonoqramalardakı danışıqların yazılı mətnə əldə olunmuş və həmin mətnlər aşağıda verilmişdir: VİD_20221103_103232_764.mp4 Kİ - Hə qağa, danış görək K2 - Utandım yerə girdim. Nə danışım Kİ - Ə niyə yerə girisən ey/// K2 - Allah haqqı, bunu dədəm bilsə məni bilirsən nağayrajaq? Tikə-tikə eliyəjək Kİ - Dədən tikə-tikə eləyəjək də, əmoğlu. Sənə dedim ki, mən sənə arxaymam. Dəfələrlə deyirdim ə burda başımız qarışıq olur, alverin güclü vaxtı olur, burda bir az diqqətli ol, əti düzgün gətir, keyfiyyətli gətir K2 - Super ət gətirirdim, (söyüş) Kİ - Belə şey olmaz axı, əmoğlu. Mən də burda arendadayam. Bu Özü də buranın söhbəti döyül e. Bu yüz faiz "Orman "nandı K2 - Yo, yo, bir aym söhbətidi Kİ - Ə bir ay nədi e? X33 haqqı, noyabr ayınnan şübhələnmişəm. Hələ axtarırdım, axtarırdım, tuta bilmirdim. Uşağa deyirdim ə bunu axtarın tutaq, axtarın tutaq K2 - Üç balamın canı/// Kİ - Asifə deyirdim ə bacoğlu, vallah məni içəridən yeyirlər. Asif, məni içəridən yeyirsiz. Asif də ağlayıb deyirdi ki, dayı, Allaha and olsun, mən burdan qəpik tövbə. Dəfələrlə bazarlığını da çəkmişik xərci. Deməyəsən bu tərəfdə başımın üstündə sənlə ləzgi ikiniz də yeyirmişsiz də. Ayıb deyil ə, utanmırsan sən? K2 - Faqət də maşını aldı, dedi get onunla razılaş, sora qayıt gəl işə Kİ - Elə bir razılaşma deyəndə, eşidirsən? Artıq polisə verilib. Ləzgi niyə gəlmir işə? Ləzgiyə mən deməmişəm axı K2 - Deyir utanıram. Mən onun üzünə çıxa bilmirəm. Dedim ə utanmalı nə var ki, get söhbətini elə də Kİ - Ləzgi indi deyir mən eləməmişəm? K2 - Eləmişəm deyir e, utanıram. Mən onun üzünə baxa bilmərəm deyir Kİ - Ləzgi deyir? K2 - Hıı Kİ - Ə, bura bir çay ver ordan K2 - Mən də ləzgiyə dedim ki, qardaş, orda nə qədər ət götürmüşük, bir aya, ay yarıma, 10 kilodu, 15 kilodu Kİ - Nə qədər ət götürmüsüz? K2 - Balamın canı, 12 kilo, 13 kilo Kl-Hərdəfə? K2-Hə Kİ-Bə dünən niyə 18 kilo eləmisən?Özü də işin zəif vaxtı? K2-0 nə isə qarşıq düşübdü. Yəni balamın canına and içirəm ki, mən heç sözü aşmasam açmazdım. Prostu özümü təmizə çıxarmaq üçün düşmüşəm çöllərə ki, öz adımı şey eləyim Kİ -12-13 kilo gündə artıq yazırdınız? K2-Hə Kİ - Ləzgi çəkirdi də, biz arxayın idik ləzgiyə ki///Kuloku iki dəfə qoyurdunuz? Kamerada mən dünən baxmışam ey, iki dəfə qoyursan hələ dünənkinə K2 - O heç ey, o dünən ləzgi şey elədi, dünən alınmadı. Ləzgi gətirib kuloku qoyurdu şeyin böyrünə, tərəzinin böyrünə. Ordan götürüb çəkirdik. İki dənə qoşa bud qoyurdu. O biri iki qoşa bud da qalırdı maşında Kİ - İki qoşa budu içəridən gətirirdi? K2 - Hə də, xolodelnikdən gətirirdi Kİ - Dünənki ətdən gətirib qoyurdu, çəkiyə vururdu. Hə? K2 - Hə də Kİ - Kamil də qoyun bilmirdi. Kamil neynəsin, Kamil də tərəzinin yanında durub də/// K2 - Kamil nə biləjək e, o tərəzinin böyründə qoyurdu, qatırdı ora, vsyo qutardı Kİ - Kamil havayı çəkib də. Kamilə deyirəm tərəzini çölə niyə qoymurdun? Deyir tərəzi burdaydı, elə burdan da şey eləyirdim. Nəsə indi ləzgi boynuna almır? K2 - Alır ey, ləzgi nə deyir ki Kİ - Nə deyir? K2 - Prosto sənin üzünə çıxa bilmir Kİ - Ləzgi mənim üzümə çıxsa da, Allahın üzünə çıxa bilməyəcək. Ləzgini mən övladlarım kimi gətirmişəm. Burda mən ləzgini uşaqlığından gətirmişəm, yoxsa ləzgi indi piyanska idi. Qardaşı var piyanska. Aralarda it döyür, bomojdu. Ləzgi indi bomojudu. Gətirib burda ailə sahibi elədim. Ev alanda dədəsi ona eləmədiyi köməyi ona mən eləmişəm. Ləzgini ailəli eləmişəm, uşaqlı eləmişəm. 20 ildi, 22 ildi ləzgiyə mən öz övladım kimi baxmışam. Elə məni arxayın salan həmin o idi və ləzgiylə sən başladız mənə arxadan zərbə vurmağa. Qardaş, indi polisə vermişik, polis də qanun çərçivəsində nədisə///Mən sizi düz noyabr ayından bəri axtarıram, axtarıram, dünənnəri gəlib çıxır üzə/// K2 - Yox, bir aym, ay yarımın söhbətidir. Onu da/// Kİ - Kəsdiyimiz çörək haqqı, ay yarımın söhbəti deyil. Atamın goru haqqı, ay yarımın söhbəti deyil. Sən özün yaxşı bilirsən, nə vaxtın söhbətidi K2 - Yox, balamın canı, ay yarımın söhbətidir. Burda çəkinməli nə var ki? Kİ - Mən ziyanımı bilirəm ey, mən ziyanımı, xeyrimi bilən adamam. Bunu şifahi olaraq bilirəm. Mən bilirəm ki, siz noyabr ayının axırından başladız mənə ziyan vurmağa. Noyabırn əvvəlinnən yox, noyabrın axırınnan. Siftə mənlə işləyəndən, oktyabr ayının birindən işləmişəm noyabrın axırında siz başlamısız. Özü də əlimin içi kimi bilirəm ki, bu işi noyabrın axırlarından başlamısız, 20-dən sonra///İndi əmoğlu, mən sənə demişəm halal çörək qazan burdan, mən deməmişəm ki, gəl dağıt buranı. Mən də burda arendadayam, dövlətin kommunalı var, bu qədər işçi var, sosialı var, vergisi var, hamısı mənim boynumadı. Adamın üstündə Allahı olar ə, Allahı üstündə görər ki, mən niyə bu yediyim çörəyə bıçaq batırıram. Sən dəfələrlə əmoğlu, çörək yediyim yerdə sənə demişəm ki, gəl otur çörək ye? Demişəm, gəl bura bir stəkan çay iç, demişəm, deməmişəm? Bayramlarda payınızı vermişəm. Səhv eləmişəm? O hörmətdi eliyirsən? İndi sənin ağsaqqalın, qarasaqqalın gələcək ey, görüşəcək ey, bu belə dayanası deyil ki. Üstündə Allahı görən adam əmoğlu, bu hərəkəti eləməz. Mənim çörəyim halaldır. Kim məndən oğurluq edirsə, axır-əvvəl onu tapıram. Prostu sizdə gec oldu, onun da günahı məndə oldu. Kamilə inandım, sənə inandım, birdə ləzgiyə inandım. Siz də Kamilin başının üstündə at oynatdız. VİD_20221103_103237_268.mp4 Kİ - Gəl görüm, Natiq. Otur orda, orda otur. Biz neçə ildi bir yerdəyik? K3-22 Kİ- 22 ildi? Sən deməli Nabrandaydın. Biz səninlə tanış olduq. Bura səni dəvət elədim, Bakıda gəl bizimlə işlə. Gəldin işdədin. Bakıda subay vaxtı hələ evlənməmişdin, sənə pis olmuşam? K3 - Yox Kİ - Sonra evlənmək vaxtın gəldi, sənin toyunu öz övladımın toyu kimi sənin toyunda iştirak elədim. Pis elədim? K3 - Xeyr Kİ - Onnan sonra başladı ailə həyatın, gəldin kirayələrdə qaldın, ev məsələsi həll olundu. Sonra o ev satıldı, keçdi özünə ev almağa. Orda sənə qardaşlıq, dostluq, böyüklük elədim? K3 - Bəli Kİ - Yadındadır heç sənə kredit vermirdilər, mən zamin durdum sənə kredit götürdük, evinin məsələsi həll olundu. Düzdürmü, qardaş? Mən sənə bu dərəcədə hörmətlə yanaşmışam. Düşəndə əlavə pul da vermişəm. Pandemiyada öz əmİmoğlu Ələkbərov Vüqarı mən geri elədim, səni qabağa verdim ki, sən yaxındasan, üç uşağın var, şəhərdə yaşayırsan. Vüqar rayonda yaşayır neynək, Vüqar getsin rayona. Səni burda dolandırdım. Düzdürmü? K3 - Bəli Kİ - Onun nəticəsini mən bu gün başqa cür eşidirəm. Amma genə mən inanmıram. Başa düşürsən? K3 - Yox müdür, məni ona görə bağışda. Şeytan ki, mənim beynimə saldı. Şərəfsiz gədə. Məni burda o adnan işlətdi o. Burda olanda ət gətirəndə/// Kİ - Nətər işlətdi? K3 - O gəlib o dedi ki, ət bu qədər əksik gəlir, Radiq bu qədər əti şey eliyib///Mən o işdən heç Allah haqqı, bu yediyim çörək haqqı, mənim bu söbətdən heç xəbərim yoxdur. Deyir ki, biz belə olub///Deyirəm, nağarmısan? Deyir yox e, ətdə səhv salmışam o birsi restoranda, nə bilim nə. Sonra Faqət zəng vurdu ki, nə məsələdi? Deyir biz ordan aparıb başqa harya başqa maqazinə ət qoyub o, burda onun altınnan nə qədərsə burda iki dəfə ət çəkib. Burda bu mənim adımdan istifadə edib Kİ - Kim? K3 - Radiq. Deyib ki, Natiq şey eliyib. Dedim ki, mənim adımı niyə verirsən ora? Kİ - Mən Radiq dedi, demədi yadındadır, yığdım bütün yoldaşları bu otağa? Dedim ki, qardaş, Allaha and olsun, mən bu ətdən xeyir görmürəm. Qardaş, bu ət hara gedir?///Deməli mən o biri iki kababçını burdan çıxarıb, səni saxlıyırdım burda deyirdim ki, Natiq, mən sənə umudluyam, sənə arxaymam. Sən diqqətli ol burda. Mən hələ deyirdim elə bilirdim o biri uşaqlar bu işə girər. Demiyəsən bu görülən işin içində sən varıymışsan K3 - Yox müdir, bilirsən nətərdir? Kİ - Burda səndə günah yoxdu. Bunu eləyən Radiq olub K3 - Mən sizə izah eləyim? Mənə deyirdi ki, ordan məsəlçün götür, çölə çıxardım götür, deyirdi ki, sənnikdi...Çəki artıq gəlirdi Radiq, eləmə. Deyirdi sənnik döyül, sən qoy qırağa, sənnik deyil, o artığdı. Allah haqqı deyirdim Radiq, bunu eləmə, vallah eləmə. Allah haqqı müdür, nətər mənim beynimi şey elədisə///Mən o vəziyyətdəydim ki, Allah haqqı az qalırdım 9 mərtəbədən özümü atım Kİ - Bilirəm e, səni şeytan aldadıbdı K3 - Gecəni yatmamışam. Radiq o qədər zəng vurub ki, mən o doqquzmərtəbədən özümü atmaq istəyirdim Kİ - Yox ey, sən Özünü niyə, atasan? Sən bunu eləməmisən. Günah səndə döyül. Radiqdədir günah. Radiq eləyib, Faqət eləyib. Faqət də bilir hə, bunu? K3 - Yəqin bu qədər şeyi də bilər də Kİ - Sağ ol. Allah atana rəhmət eləsin. Sən çox düz deyirsən K3 - Bu şeyə qədər o da bilər Kİ - Hə, Faqət bilər. Mən də qardaş, daxildən ayrı kim var, düzünü sən mənə de, narahat olma K3 - Vallah Allah haqqı heç nə yoxdur bir odur, mən bilmirəm dalı kim var Kİ - Noyabr ayının sonundan başladı bu məsələ, 8-9 aydır gedir bu məsələ. Mən də Asiflə dalaşıram ki, içəridən qurd məni yeyir, içəridən qurd məni yeyir/// K3 - Müdir, bilirsən nətərdi məsələ? Tərəzidə Kamil orada olur, mən bu tərəfdə ət gələndə Kİ - Kamil tərəzinin üstündə dayanıbdır. Kamerada baxıram dünən, 3 dənə klok gətirir qoyur tərəziyə, iksin qoyur stolun üstünə, birini atır yerə. Təzədən təkrar yerə atdığım bir də qoyur tərəziyə. Onu götürür, bir də atır yerə. Təzədən bir də onu götürüb qoyur tərəziyə. 4 dəfə bir kloku çəkir. 4 dəfədən bu eləyir 18 kilo K3 - Deyir 61 kilo ət göndərmişik/// Kİ - Faqətə zəng edirəm ki, Faqət, nə qədər ət göndərmisən? Deyir 61 kilo nə qədər K3 - 200-300 qram Kİ - Dedim Faqət, onda get zada, Tonqala, nə qədər ət gəlibsə orda çəkilibdir, tapşırmışam əl vurmullar. Mən də yas yerində olmuşam. Əmimin yeddisi idi də. Allah ölənlərinə rəhmət etsin. Deyirəm ki, get bax. Gedir baxır ki, belədir. Deyir ə bəs bilirsən nətər olubdu? 16 kilo nə qədərini də aparıb Filan yerə verib. Ora da deyib ki, mənə ət lazım döyül, bunu nəyə gətirmisən, bu nəsə bir an!aşılmazlıq///Dedim yox, anlaşılmazlıq deyil. Bu işin mən dalına düşüb bu işi mən açajam. Mən də sənə həmişə deyirdim ay Natiq, ay mənim işçilərim, kim nə eləsə gəlib çıxacaq Özü qarşıma, açılajaxdı K3 - Düzdür Kİ - Dəfələrlə açılıbdır da bəzi şeylər. Amma bu dərəcədə belə iş olmayıb. Qardaş, burda sənin günahın yoxdur. Səni vadar eləyiblər. İndi bu işin açılması, tam həll olunması üçün biz polisə müraciət eləmişik. Polis də səni, məni, Radiqi, Faqəti çağıracaq. Günah kimdədi, məni də çağırajax da, əlbəttə, iş yiyəsi mənəm. Günahkar mənəmsə, desinnər ki, günahkar sənsən. Onda məni qandallayıb salsınlar içəri. Günahkar kimdisə bunu açsın və kimlər bu işə birləşibsə, kim birlik yaradıb qruppavoy bu işi görübsə///Qardaş, burda 6 ton ət əksikdir, 6 ton ət gedib. Mən bunu hələ hörmətlə çəkirəm. Deməli qardaşıma deyim. Biz bura keçən ilin oktyabrın 1-dən gləmişik. Ancaq mən noyabrın axırlarında şübhələndim. Az- az başladı söhbət. Deməli, noyabr heç. Dekabr, yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust 9 aydı. 9 ayı da 30 günə vurursan, edir 270 gün. 270 gündə də elə gün olub ki, Radiq sənin özünə də məlumdur ki, elə gün olub bəlkə 40-45 kilo ət götürüb. Ağır banketlər olub, onda 3000 manatlıq, 4000 manatlıq ət gəlib. Onun 1500 manatı sizinki olub, Radiqlə xərcdəmisiz. 270 günü vururam 20 kiloya, 25 kiloya vurmuram. Bu 5400 kilo edir. 5 ton yarım edir. Bunu da vururuq, qardaşıma deyim. 17 manata. Faqətin özü əti 17 manat verirmi? 91800 manat pul edir. İndi mən Faqatnan Radiqə deyəcəm bunu mənə verin. Deyəcəm bu yetimlik deyil K3 - Başıma şeytan girdi mənim Kİ - Mən Natiqlə 22 ildi bir yerdəyəm. Natiq bu işi eləməyibdi. Siz bu işi eləmisiniz. Mən Natiqdən şikayətçi deyiləm ki. Nə oldu, Nətiq "Orman"da eləmədi, "Xankəndi"də eləmədi, Natiq gəldi burda elədi? K3 - Vallah müdir, özü də istəyirəm özümü atım Kİ - Əşi niyə özünü atırsan ey? Hökümət var. Allahın yaratdığı insanlarıq, niyə özünü atırsan? Niyə özünü məhv eliyəsən? Mən səni məcbur etmirəm. Səni tanıyıram. Öz övladım kimi, elə bil ki, mən sənə elə baxmışam. Ancaq son vaxtlar sən qudurmuşdun. Natiq, cumurdun bıçağa, uşağa götürüb bıçaqla cumurdun. Mən burda kameradan gördüm ora cumdun. Gəldim sənnən dalaşdım. Ələmdara cumdun. Gəldim səninlə dalaşdım. Bu nədən idi? Həmən o havayı pul gəlirlərinə görə qudurmuşdunuz. Buna görə əmoğlu, mən polisə müraciət etmişəm. Qardaş, dövlətin qayda-qanunu var, polisi var. Bu işi araşdırıb özü çıxardacaq üzə. Nə cür lazımdır. Sən də özünü, mən səni müdafiə eliyirəm. Sən də özünü müdafiə elə. Kim səni məcbur edibsə, lap bacım oğlu Asifin bu işdən xəbəri varsa, de Asif də bizlə şərik idi. De ki, Ələmdar da mənnən şərik idi. Əgər eliyibsə. Qardaş, eləmiyibsə, kimlər qoşulubsa bu işə narahat olub eləmə, qardaşın sənin arxandadır. Mən də Radiqə dedim ki, qardaş, mənə dəyən ziyanın ödənməlidi K3 - O da deyir heç nə olmaz, budu, budu. Narahat olma. Düzələcək. O tərəfə kimə verib, hara verib əti///Faqət deyir yox ey, mən o qədər verməmişəm Kİ - Deyirəm ki, fakturalar var. Fakturalar da yığılıbdı, yazmışam hamısı durub. Və götürülən pula Radiq qol çəkib. Başa düşdün? Qardaş, aparıb qoyacam onu, üzləşdirəcəm və orda da mən bilirəm ki, bu mənə noyabrın axırından ziyan vurubdur. 9 aydır mən ziyana işləyirəm. Mən Asifə deyirəm, ay Asif, məni qurd yeyir içəridən. Qaynatam xəstə oldu, rəhmətə getdi. Anam xəstə oldu, o yana getdim, bu yana getdim, mən sizə arxayın oldum, səni dəfələrlə çağırdım bura. Dedim ə bu stolun üstündə yediyim çörək haqqı Natiq, biz ziyana işləyirik. K3-Allah haqqı gətirirdi/// Kİ - Qardaş, sənin insafın olsun, deyərdin ki, ə camaat ziyana işləyir, bu da bilinəcəkdi, mən bu işi dayandırıram K3 - Gətirirdi, tərəzinin üstünə qoyurdu, şey eliyirdi, deyirdi artıqdı ... Deyirdi ki, sənlik deyil. Faqətlikdir. Deyirdi bu qədər artıq verirəm sənə Kİ - Mənə artığı lazım deyil. Mənim əlimdəki çörəyimi alma, mənə artığın lazım deyil K3 - Deyirdi bu Faqətlikdir, sizlik deyil Kİ - Sən 22 il burda işləmisən. Sənin uşaqlarını mən özümə nəvə bilmişəm. Atan öləndə mən sənə nə kömək etmişəm, halal xoşu olsun. Natiq, yalan deyirəm? Yox, yalan deyirəm? K3 - Müdir, Allah haqqı mən özümü bağışlaya bilmirəm Kİ - Kiçiyim kimi sənə bu sözü deyirəm. Amma möhkəm ol, bu işin içində Faqət də varmı? Utanıb eləmə, denən K3 - Allah haqqı, mən burdan çıxıb evə getməsəm bilin ki, nə isə Özümə etmişəm Kİ - Sən elə şey danışırsan ki, Natiq. Səndə günah yoxdur. Günah Radiqdədir. Qardaş, Radiq bu işi bilir. Mən sənə güldən ağır bir söz dedim? Mənlə bayaq telefonla danışdın. Güldən ağır söz demişəm sənə? Səni təhqir etmişəm? Allah ölənlərinə rəhmət eləsin. Sənə mən deyirəm ki, günah səndə deyil. Səni məcbur edibdir. Şeytan girib sənin qəlbinə K3 - Mənə bayaq dedi ki///Gəlib bura günorta? Kİ - Gəlibdi, hə K3 - Mənə zəng vurub deyir ki, müdir deyir ki, 17000 pul verməlisən Kİ - Yox, 17000 mən ona hələ/// K3 -17000 deyir ki, pul verməlisən Kİ - 17000 deyil, 5400 kilo ət yeyib məndən. Onun 1 tonunu çıxıram. 17000-i çıxıram. Qalanını verməlidi K3 - Yox ey, bu qədər işdən neujeli Faqətin xəbəri olmayıb? Kİ - Faqət də buna şərikdir də yəqin. Faqət dünən sənə zəng elədi? K3 - Dünən səhər zəng vurub Kİ - Nə dedi? K3 - Dedi ki, Tonqala ət gedib? Bu qədər ət eliyir. Ordan nə qədər əksik gedib. Aparıb başqa yerə verib Radiq. Ordan zəng vurub deyib biz ona ət deməmişik. Deyib yox e, vallah məllim, mən rayondayam. Mənim bu işdən xəbərim yoxdu Kİ - Yox. Radiq əməlli-başlı burda xərcləyib e, əməlli-başlı xərcləyib. 6 ton ət yeyib ey, Radiq K3 - Deyirəti burdan çəkirdi, təzədən atırdı xolodelnikin böyrünə/// Kİ - Qardaş, burdadı da, kameranı qoysun bax. Allahın bərəkəti haqqı K3 - Miri dedi ki, əti aparıb tulluyur xolodelnikin böyrünə kuloku.Kamil tərəzinin yanında ordan götürür çəkir, bu təzdən götürüb aparırdı bunu bir də çəkirdi. İki dənə atır xolodelnikin böyrünə deyir kuloku. İkisini də götürüb aparır tərəziyə, sonra təzədən/// Kİ - Kulok dövr eliyir. Aparıb çəkir. Kamilin də başı tərəziyə qarışıb. Nəysə qardaş. Allah şeytanan lənət eləsin. Mən də dəfələrlə səni tək çağırıb bura demişəm ay Natiq, bax sənə arxaymam ha. Sən də demisən ki, Allaha and olsun, atamın goru haqqı, mən bu işə getmərəm. Mən də sənin bu sözünə görə və aramızda olan etibara görə/// K3 - Vallah müdür, gecəni yatmamışam Kİ - Niyə? Gecəni də yat, gündüzü də yat. Sənə güldən ağır bir söz dedim? K3 - Yox, müdür Kİ - Səni döyməmişəm, söyməmişəm, telfonnan danışdıq, dedim ə dur gə bura, Xəlilgil sənin sağlığına araq içirlər. Sən də gəldin üzümüz açıldı bir-birinə qarşı. Mən də polisə vermişəm. Qoy Radiqi də, Faqəti də, kimin günahı var çıxarsın ortaya. Yaxşımı? Allahın olsun, ə. Altı ton ətin, mənim pulumu niyə yeyirsən? Habilgil ordadır, dur gedək. Narazıçılıq yoxdur sənə qarşı. Sən işində ol. Sən işində ol, Allahın köməkliyi ilə. Yaxşı? Beynini yorma, get istirahətində ol. İndi qoy polisə demişəm. Radiq qoy gəlsin. Bu məsələni tamamlayaq qurtaraq. Ondan sonra Radiq də mənə sözünü deyib. Demişəm, yaxşı. Məni deyir qaytarıb bərpa edərsən. Demişəm qardaş, sən mənim halal çörəyimə haram bulamısan. Səni Faqət qaytarar. Faqətin əmisioğlusan. Faqət bilər, sən bilərsən. Get, Faqətlə sən işini gör. Mən nə Faqətdən indən belə ət alası deyiləm, nə də ki, bir şey. Narahat olma. Başa düşdün? Dur get Habilgilin yanma K3 - Müdir, bağışla məni/// Kİ - Yox ey Natiq, mən sənə bələdəm ey. Sən halal adamsan. Səni haramlıyan haramladı. Natiqi mən çoxlarına nümunə göstərirdim. Natiq belədir, belədir, etibarlıdır. Olmaz axı, ay qardaş. Kollektivdə dəfələrlə demişəm ki, kim haramlığa qarşı getsə, qayıdıb gələjək özü mənim qarşımda təslim olajaxdı ki, mən haramlığ eliyirdim, dilinnən etiraf edəjək. Görürsən büyünnəri sən etiraf elədin burda. Deyirsən şeytan məni məcbur elədi, indi şeytanı tamamilə uzaqlaşdırmaq üçün onu biz polisə vermişik ki, polis onu həll eləsin. Narahat olma. Yaxşı? K3 - Yaxşı Həmin ekspertiza rəyinin nəticə hissəsində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş “VİD_20221103_103232_764” və “VİD_20221103_103237_268” adlı mübahisəli videofonoqramlardakı danışıqların yazılı mətnləri tədqiqi hissədə verilmiş mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş “VİD_20221103_103232_764” və “VİD_20221103_ 103237_268” adlı mübahisəli videofonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi- Təqsirləndirilən şəxs1, “K3” kimi işarə olunmuş diktorun səsi və nitqi- Təqsirləndirilən şəxs2 məxsusdur. Ekspertizaya təqdim olunmuş “VİD_20221103_103232_764” və “VİD_20221103_103237_268” adlı mübahisəli videofonoqramlarda montaj əlamətləri müəyyən olunmadı. Ekspertizaya təqdim olunmuş mübahisəli videoyazılarda montaj əlamətləri müəyyən olunmadı. Mübahisəli videoyazıların yazılış keyfiyyəti kifayət qədər yaxşı olduğundan videoyazılarda qeydə alınmış vizual hadisələrin görüntüləri aydındır və vizual hadisələrin təsviri xüsusi bilik tələb etmir. Ona görə də “Göstərilən videofayllarda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 görüntüləri olduğu təqdirdə onların hərəkətləri mümkün dərəcədə ətraflı təsvir edilsin” sualı üzrə tədqiqat aparılmadı. Tədqiqata təqdim edilmiş, üzərində “BAİQİYA” yazıları olan yaddaş kartının daxilindəki videogörüntülərdən çıxarılmış istintaq üçün zəruri olan iki şəxsin fotoşəkillərində və müqayisəli materail qismində təqdim edilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 eksperimental videogörüntülərindən çıxarılmış fotoşəkillərdə eyni şəxslər əks olunmuşdur. (Ekspertiza tədqiqatının dəyəri 250 (iki yüz əlli) manat) Məhkəmə iclasında Dövlət ittihamçısı yekun nitqi söyləyərək, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarını rəhbər tutaraq, Təqsirləndirilən şəxs1 irəli sülmüş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.2, 29, 178.2.3-cü maddələri ilə olan rəqəm ifadəsini əks etdirən hissəsi çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarında tədqiq olunan sübutları tam, hərtərəfli və obyektiv təhlil etdikdən sonra məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.2, 29, 178.2.3 və 178.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.2, 29, 178.2.3 və 178.3.2- ci maddələri ilə tövsif edilib. Lakin ona irəli sülmüş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.2, 29, 178.2.3cü maddələri ilə olan rəqəm ifadəsini əks etdirən hissəsi çıxarılmalıdır. Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində dələduzluğun anlayışı etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməsi kimi verilmişdir. Həmin Məcəllənin 178.2-ci maddəsində eyni əməllərin aşağıdakı tövsifedici tərkib əlamətləri nəzərdə tutulur: 1.qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi; 2.təkrar törədilməsi; 3.şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi;4.xeyli miqdarda ziyan vurmaqla törədilməsi. Azərbaycan Respublikası CM-in 178.3-cü maddəsi bu Məcəllənin 178.1 və ya 178.2ci maddələrində nəzərdə tutulmuş əməllərin mütəşəkkil dəstə tərəfindən törədilməsi və külli miqdarda ziyan vurmaqla törədilməsini ehtiva edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 №-li qərarının 31-ci bəndinə əsasən şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Dələduzluğun təkrarən törədilməsi nəticəsində zərər çəkmiş şəxslərə həm xeyli, həm də külli miqdarda ziyan vurulduqda hökmdə törədilmiş cinayətlər ayrı-ayrılıqda təsvir edilməklə təqsirkarın əməli cinayət qanununun daha ağır məsuliyyət nəzərdə tutan norması ilə tövsif edilir. Həmin Plenum qərarının 33-cü bəndinə əsasən şəxsin niyyəti xeyli və ya külli miqdarda əmlakın ələ keçirilməsinə yönəldikdə, lakin iradəsindən asılı olmayaraq o, həmin miqdarda əmlakı əldə edə bilmədikdə onun əməli ələ keçirilmiş əmlakın dəyərindən asılı olmayaraq işin hallarına görə xeyli və ya külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə kimi qiymətləndirilir. Bununla belə xeyli və ya külli miqdarda əmlakı ələ keçirmək niyyətində olan şəxs istədiyi miqdarda yox, bundan az, lakin yenə də xeyli və ya külli miqdar təşkil edən əmlakı ələ keçirdikdə təqsirkarın əməli başa çatmış cinayət kimi CM-in 178.2.4cü və ya 178.3.2-ci maddəsi ilə tövsif edilir. Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin tövsifi məsələsinə gəldikdə, məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə tövsif edilib. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən təqdim olunmuş xx.xx.2022-ci il tarixli tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 Şahid6 ilə birgə nikahda olmaqla həmin nikahdan xx.xx.2009-cu il təvəllüdlü X19, xx.xx.2014-cü il təvəllüdlü X20 və xx.xx.2008-ci il təvəllüdlü X14 adlı üç yetkinlik yaşına çatmayan övladı vardır. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 X8 ilə birgə nikahda olmaqla həmin nikahdan xx.xx.2021-ci il təvəllüdlü X21, xx.xx.2006-cı il təvəllüdlü X15 və xx.xx.2012-ci il təvəllüdlü X16 adlı üç yetkinlik yaşına çatmayan övladı vardır. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan zərərçəkmiş şəxs X6 tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, ona dəymiş ziyan-86600 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qohumları tərəfindən tam şəkildə ödənildiyindən onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır, təqsirləndirilən şəxslərlə barışıq əldə etmişdir. Qeyd olunanları nəzərə alaraq təqsirləndirilən şəxslərə həbslə əlaqədar olmayan cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmalarını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmələrini, zərərçəkmiş şəxsin onlarla barışdığını, onlra qarşı şikayət və tələbi olmadığını, hər birinin himayəsində 3 yetkinlik yaşına catmayan uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlində iş üzrə cəzanı ağırlaşdıran halların olmasını müəyyən etməmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)-1082/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli qərar ilə Təqsirləndirilən şəxs1 barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, onların hər birinin əvvəllər məhkum olunmamasını, əməllərindən səmimi peşman olmalarını, hər birinin himayəsində üç yetkinlik yaşına çatmayan övladlarının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam həcmdə ödəyərək onunla barışıq əldə etmələrini, cinayətin məqsədi və motivini, təqsirkarların cinayətin törədilməsində rolunu və cinayət hadisəsindən sonra onların davaranışını məhkəmə müstəsna hal kimi nəzərə alaraq, təqsirləndirilən şəxslərin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə, onların təqsirli bilindiyi maddədə müəyyən ediləndən daha yüngül cəza növünün cərimə cəzasının təyin edilməsini məqsədə müvafiq və mümkün hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictiami təhlükəliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə müsadirə ediləsi əmlak müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 04 ədəd cd disk və 02 ədəd yaddaş kartının cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, ekspertiza xərci təşkil edən 540 manat (beş yüz qırx manat) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirillməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə, 6000 (altı min) manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 07 oktyabr 2022-ci il tarixdən həbsdə saxlanılma müddətini nəzərə alaraq, təyin edilmiş 6000 (altı min) manat cərimə cəzanı yüngülləşdirilərək, Təqsirləndirilən şəxs2 5000 (beş min) manat cərimə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində olan ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2 və 29,178.2.3-cü maddələri ilə olan rəqəm ifadəsini əks etdirən hissəsi çıxarılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə, 6000 (altı min) manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanılma müddətini nəzərə alaraq, təyin edilmiş 6000 (altı min) manat cərimə cəzanı yüngülləşdirilərək, Təqsirləndirilən şəxs1 5000 (beş min) manat cərimə cəzasına məhkum edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci təşkil edən 540 manat (beş yüz qırx manat) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan 04 ədəd cd disk və 02 ədəd yaddaş kartının cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 dair hissədə Bakı şəhər Probasiya İdarəsinə, Təqsirləndirilən şəxs1 dair hissədə Füzuli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-1205/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1205/2023
15.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver