Məhkəmə qərarları › İş №1(101)-1206/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1206/2021

15.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1206/2021 15.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - Bakı şəhər 4 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə xx xxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 5 noyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, 5 avqust 2020-ci ildə Xəzər rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti olaraq azad edilmiş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Haqverdiyev küçəsi, döngə 2, ev 4də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib saxlayaraq daşımışdır: belə ki, o, satış məqsədi ilə sosial şəbəkələrdə tanış olduğu istintaqa məlum olmayan İran İslam Respublikasmn vətəndaşı Seccad adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında Seccad aldı şəxsdən istintaqa məlum olmayan tarixdə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddələri alıb üzərində saxlamaqla daşımış, 29.01.2021-ci il tarixdə saat 14:00 radələrində Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən bazarın qarşısında saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nə aparılmış, orada video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilən zaman çiynindən asılı vəziyyətdə olan qara rəngli əl çatnasmdan 1 ədəd bükümdə təmiz çəkisi 501,011 qram və 18 ədəd şəffaf polietilen bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,548 qr, 0,495 qr, 0,494 qr, 0,577 qr, 0,542 qr, 0,949 qr, 0,526 qr, 0,519 qr, 0,370 qr, 0,915 qr, 0,953 qr, 0,556 qr, 0,982 qr, 0,949 qr, 0,429 qr, 0,352 qr, 0,221 qr, 0,372 qr - ümumi təmiz çəkisi 10,749 qram olmaqla ümumilikdə 511,76 qram, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə- metamfetamin və 1 ədəd çəhrayı rəngli dəmir qutunun içərisində olmaqla 11 ədəd şəffaf polietilen bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,564 qr, 0,535 qr, 0,484 qr, 0,475 qr, 0,893 qr, 0,505 qr, 0,958 qr, 0,494 qr, 0,485 qr, 0,502, 0,243 qr ümumi təmiz çəkisi 6,138 qram, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən qəhvəyi rəngi toz şəkilli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə-heroin və 1 ədəd üzərində psixotrop maddə metamfetamin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki narkotik vasitələrdən istifadə edir, narkotik vasitələri tanımadığı müxtəlif şəsxlərdən əldə edir, 29 yanvar 2020-ci il tarixdə saat təxminən 14:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu bazarının qarşısında tanışı Rəşad və sonuncu ilə gəlmiş bir qız və bir oğlanla olarkən onlara polis əməkdaşları yaxınlaşmış, özlərini Sabunçu rayon polis idarəsinin əməkdaşları kimi təqdim edərək onu, Rəşadı və Rəşadın tanışları olan oğlanla qızı, həmçinin Rəşadın avtomobilində olan sellofan torbanı götürərək onları Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə aparmışlar, orada onun, Rəşadın, Rəşadın tanışları olan oğlan və qızın üzərilərinə və avtomobildən götürülmüş çantaya baxış keçirilmiş, onun üzərindən özünün istifadəsi üçün əldə etdiyi bir bükümdə narkotik vasitə heroin aşkar edilmiş, Rəşadın avtomobilindən götürülmüş çantadan isə ona qarşı irəli sürülmüş ittihamda göstərilən külli miqdarda narkotik vasitələr aşkar edilmişdir, onun həmin narkotik vasitələrlə əlaqəsi olmamış, polis əməkdaşları Rəşadı və onun tanışları olan oğlanla qızı sərbəst buraxmışlar, onu isə təqsirləndirilən şəxs qismində cəlb edərək çantadan aşkar edilmiş narkotik vasitələrin ona məxsus olması barədə ifadə verməyə məcbur etmişlər və polis əməkdaşlarının təzyiqi ilə ifadələri imzalamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan olunaraq tədqiq edildiyi ifadəsində göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. O narkotik vasitə olan heroindən təxminən 5 ildir ki, istifadə edir. Narkotik vasitə qəbul etməyini heç kim məcbur etmir, narkotik vasitələri könüllü olaraq istifadə edir. Son zamanlar o narkotik vasitələrdən daha çox istifadə etdiyindən özü üçün daha çox narkotik vasitə əldə etmək qərarına gəlmişdir və bununla bağlı sosial şəbəkələr vasitəsi ilə narkotik vasitə almağın mümkün olduğunu eşitdiyindən xatırlamadığı sosial şəbəkə vasitəsi ilə narkotiklərin «online» satışını tapmış və tanımadığı bir nəfər şəxslə danışaraq, narkotik vasitə almaq istədiyini bildirmişdir. Bundan sonra hazırda xatırlamadığı mobil telefon nömrəsini həmin səhifədən götürərək «WhatsApp» ani mesajlaşma tətbiqi vasitəsi ilə danışıqlar aparmışdır. Həmin şəxs ona özünü İran İslam Respublikasının vətəndaşı Seccad adı ilə təqdim etmişdir. Bir qədər çox narkotik vasitə, yəni 400 manat dəyərində əldə edəcəyinə razılaşdıqdan sonra həmin şəxslə danışıq zamanı ona dediyi bank hesabına «million» ödəniş terminalı vasitəsi ilə 22.01.2021-ci il tarixdə ödəniş etmişdir. Daha sonra həmin şəxs ona narkotik vasitəni bir ədəd sellofan bükümdə Lökbatan qəsəbəsində tırlarm dayandığı yerdən elektrik dirəyinin dibindən götürə biləcəyini demiş, həmin yerin şəklini istifadə etdiyi telefon ***-***-**-** mobil nömrəsinə göndərmişdir, bundan sonra o, telefonuna göndərilən yerə gedərək narkotik vasitələri oradan götürmüş həmin heroin və metamfetamini sonradan hər dəfə birini istifadə edə bilmək üçün özündə olan elektron tərəzi ilə ölçərək bükümlərə ayırmış, özündə olan qutuya qoymuş, həmin qutunu da əl çantasına qoyub üzərində saxlamışdır. 29.01.2021-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsbəsində yerləşən bazarın qarşısında olarkən iki nəfər mülkü geyimli şəxs ona yaxınlaşaraq 12-ci PŞ-nin işçilər olduqlarını bildirib özlərini təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsi, saxlanılması və daşınmasında şübəli olduğu üçün onlarla birlikdə Sabunçu RPİ-nin 12-ci PŞ-nə getməyini bildirmişlər. Həmin vaxt üzərində olan çantanın içərisində narkotik vasitələr olduğu üçün özünü çox narahat hiss etməyə başlamış və həyəcanlanmışdır, artıq hər şeyin polis işçilərinə aydın olduğunu bildiyindən onlarla birlikdə polis şöbəsinə getməyə heç bir etiraz etməmişdir və polis əməkdaşları onu 12-ci PŞ-nə aparmışlar. Polis Şöbəsində olan zaman təhqiqatçı tərəfindən barəsində şübhəli şəxsi tutma haqqında qərar çıxarılmış və ona Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuşdur. O siyahı ilə tanış olduqdan sonra vəkil X2 hüquqlarını müdafiə etməsini ərizə ilə yazıb xahiş etmişdir. Bundan sonra, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X4 dəvət olunmuşdur və təhqiqatçı tərəfindən vəkil ona təqdim edilmişdir. Polis şöbəsində videoçəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparacaqlarını bildirmişlər. Üzərinə baxış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanuna zidd əşya və ya predmet varsa həmin əşyaları könüllü olaraq təqdim etməyini təklif etmişlər. Könüllü olaraq çiynində asılı olan qara rəngli çantanı açıb içərisindən bir ədəd elektron tərəzini, 18 ədəd şəffaf sellofana bükülmüş və 1 ədəd sellofan bükümdə olan metamfetaminləri, dəmir qutunun içərisində olan 11 ədəd bükümdə heroinləri çıxarıb masanın üzərinə qoymuşdur. Həmin narkotik vasitələr, 01 ədəd elektron tərəzi polis əməkdaşları tərəfindən götürülərək orada olan şəxslərin iştirakı ilə zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinləri və psixotrop maddələri xatırlamadığı sosial şəbəkə vsitəsi ilə narkotiklərin «online» satışını tapıb və İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən tanımadığı bir nəfər şəxslə danışaraq, narkotik vasitə almaq istədiyini bildirmişdir. Bundan sonra hazırda xatırlamadığı mobil telefon nömrəsini həmin səhifədən götürərək danışıqlar aparmışdır, Bir qədər çox narkotik vasitə, yəni 400 manat dəyərində əldə edəcəyinə razılaşmışlar, həmin şəxs tərəfindən ona göndərlilən bank hesabına «million» ödəniş terminalı vasitəsi ilə 22,01.2021-ci il tarixdə ödəniş etmişdir. Daha sonra həmin şəxs ona narkotik vasitəni bir ədəd sellofan bükümdə Lökbatan qəsəbəsində tırların dayandığı yerdən elektrik dirəyinin dibindən gizlətdiyi yerin şəklini çəkib atmışdır və həmin yerdən götürə biləcəyini demişdir. O da bundan sonra həmin yerə gedərək narkotik vasitələri götürmüşdür. Üzərindən aşkar olunmuş narkotik vasitələri, psixotrop maddələri satmaq, eləcə də kiməsə pay vermək niyəti olmamışdır, onu özü istifadə etmək üçün almışdır. Onun narkotik vasitələrdən istifadə etməyi barədə kiminsə məlumatı olmamışdır. Üzərindən aşkar edilmiş tərəzini isə ona satılan narkotik vasitə və psixotrop maddələrin qramının dəqiqliyini yoxlamaq üçün üzərində elektron tərəzi gəzdirirmiş. Ona özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsin telefon nömrəsini istifadə etdiyi telefona qeyd etdiyini, onunla «WhatsApp» vasitəsi ilə danışdığını və hesab nömərsini danışıq əsnasında kağıza yazdığını, həmin hesab nömrəsinə pul köçürdükdən sonra kağızı atdığını və hazırda həmin hesab nömərsini xatılamadığmı, istifadəsində olan mobil nömrəyə mesaj yazan şəxslərin özü kimi narkomanlar olduğunu, lomkada olmları səbəbindən onları ağrıdan çıxarması üçün ona müraciət etdiklərini, lakin onlara pul müqabilində və ya pay kimi heç bir narkotik vermədiyini və ya satmadığını, yazışmalarda olan “pt” “torpax”, “kola”, «daş», «ot», «mal», «metadon» kimi yazılan sözlərdən “pt”, «daş» metamfetamin “kola” «torpax» heroin, «ot» marixuana, mənasını daşıdığını, «metadon» dərman, «mal» isə ümumi olaraq narkotik maddələr olduğunu, saxlanılarkən üzərindən aşkar edilən narkotik vasitə və psixotrop maddələri “online” olaraq internetdən tapıb yazışdığı və İranlı kimi özünü təqdim edən «Seccad» adlı şəxsin ona göndərdiyi yerdən əldə etdiyini, həmin şəxsin dediyi hesab nömrəsinə “milliön” ödəniş terminalında 400 manat pulu özü istifadə etmək məqsədi ilə narkotik maddə əldə etmək üçün köçürdüyünü, lakin həmin hesab nömərsinİn kimə aid olduğunu xatırlamadığını, narkotik maddələri almaq üçün bir neçə dəfə ödəniş etdiyi üçün haradan pul köçürdüyünü konkret olaraq bilmədiyini, «Vhats APP» mesajlaşma tətbiqi vasitəsi ilə səs və mesaj yazışmalırmın müxtəlif növ narkotik maddələrin alqı-satqısı barədə olduğunu, üzərindən aşkar olunmuş narkoltik vasitə və psixotrop maddələri 28.01.2021-ci il tarixdə əldə etdiyini, lakin saxlanılan zaman hansı tarixi dediyini xatırlamadığını, həmin vaxt həyəcanlı olduğu üçün səhv dediyini bildirmişdir (1-ci cild iş vərəqi 159-164). Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərmişdir ki, o, vəzifəsində xidmət edir və polis leytenantıdır. Xidmət etdiyi 12-ci polis şöbəsinin xidməti ərazisində Samir adlı şəxsin narkotik vasitələri əldə etməsi, üzərində gəzdirməsi, istifadə etməsi cinayətinin törədilməsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə 29.01.2021-ci il tarixdə Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır, qrupun üzvlərinə davranış xətti izah edilmiş, bundan sonra onlar birlikdə Samir adlı şəxsin ola biləcəyi ehtimal olunan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən Sabunçu bazarının yaxınlığına gəlmişlər. Həmin gün saat 14:00-da Samir adlı şəxsin göstərilən ünvanın yaxınlığında olduğunu görüb ona yaxınlaşmışlar, həmin şəxsə polis işçiləri olduqlarını bildirmişlər. Həmin şəxs özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar ona narkotik vasitələrin əldə edilməsi, üzərində gəzdirməsi, istifadə etməsi barədə şübhəli olduğunu bildirib onlarla birlikdə Sabunçu RPİ-nin 12-ci PŞ- nə getməsini təklif etmişlər. Həmin şəxs heç bir etiraz etməmiş və onlar onu 12-ci polis şöbəsinə aparmışlar. Şöbədə Təqsirləndirilən şəxs təhqiqatçı Rəhman Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra hüquqlarının müdafiə olunması üçün Bakı şəhəri 7 saylı Vəkil Bürosundan vəkil dəvət olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsi ilə axtarış keçiriləcəyi bildirilmiş və onun üzərinə axtarış keçirilməyə başlanılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olması ehtimal olunan narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq çiynindən asılı vəziyyətdə olan qara rəngli əl çatnasından 1 ədəd sellofan paket, 1 ədəd elektron tərəzi və 1 ədəd çəhrayı rəngli dəmir qabı çıxarıb masanın üzərinə qoymuşdur. Sellofan paket açıldıqda içərisində ağ rəngli kristal şəkilli maddlər olan 18 ədəd büküm, 1 ədəd içərisində ağ rəngli kristal şəkilli maddə olan böyük büküm, dəmir qab açıldıqda isə içərisində qəhvəyi rəngli maddələr olan 11 ədəd büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs ağ rəngil kristal şəkilli maddələrin metamfetamin, qəhvəyi rəngli maddələrin isə heroin olduğunu bildirmişdir. Üzərindən aşkar olunmuş tərəzinin narkotik maddələri alarkən çəkisini dəqiqləşdirmək üçün üzərində saxladığını bidirərək həmin narkotik vasitələri bir həftə əvvəl fran İslam Respublikasının vətəndaşından 400 manata aldığını qeyd etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələr və digər sübut əhəmiyyətinə malik əşyalar qablaşdırılaraq möhürlə möhürlənmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs 19.01.2021-ci il tarixdə saat 14:00 - da Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən Sabunçu bazarının qarşısında saxlamışlar. Təqsirləndirilən şəxs saxlanılarkən və Sabunçu RPİ-nin 12-ci PŞdə olarkən sonuncuya hər hansı fiziki güc və ya hər hansı bir təsir olmamışdır. Təqsirləndirilən şəxs əvvəllər narkotik və psixotrop maddələri satması ilə bağlı onun narkotik və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələri İran İslam Respublikasının vətəndaşından əldə etməsi onlara məlumdur və həmin şəxsin şəxsiyyətini müəyyən etmək keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində mümkün olmamışdır; eyni zamanda bildirmişdir ki, Təqsirləndirilən şəxs saxladıqları vaxt sonuncu tək olmuş, Samirin yanında heç kim olmamış, içərisindən narkotik vasitələr aşkar edilmiş qara rəngli çanta Təqsirləndirilən şəxs əlində olmuş, həmin çanta hansısa avtomobildən götürülməmiş, Sabunçu RPİ-nin 12-ci X5 Əliyevdən başqa heç kim aparılmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, o, Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis baş leytenantıdır. Xidmət etdiyi 12-ci polis şöbəsinin xidməti ərazisində Samir adlı şəxsin narkotik vasitələri əldə etməsi, üzərində gəzdirməsi, istifadə etməsi cinayətinin törədilməsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə 29.01.2021-ci il tarixdə Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır, qrupun üzvlərinə davranış xətti izah edilmiş, bundan sonra onlar birlikdə Samir adlı şəxsin ola biləcəyi ehtimal olunan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən Sabunçu bazarının yaxınlığına gəlmişlər. Həmin gün saat 14:00-da Samir adlı şəxsin göstərilən ünvanın yaxınlığında olduğunu görüb ona yaxınlaşmışlar, həmin şəxsə polis işçiləri olduqlarını bildirmişlər. Həmin şəxs özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar ona narkotik vasitələrin əldə edilməsi, üzərində gəzdirməsi, istifadə etməsi barədə şübhəli olduğunu bildirib onlarla birlikdə Sabunçu RPİnin 12-ci PŞ- nə getməsini təklif etmişlər. Həmin şəxs heç bir etiraz etməmiş və onlar onu 12-ci polis şöbəsinə aparmışlar. Şöbədə Təqsirləndirilən şəxs təhqiqatçı Rəhman Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra hüquqlarının müdafiə olunması üçün Bakı şəhəri 7 saylı Vəkil Bürosundan vəkil dəvət olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsi ilə axtarış keçiriləcəyi bildirilmişdir. Axtarış zamanı Elçin Əliyevə üzərində olması ehtimal olunan narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Elçin Əliyev könüllü olaraq çiynindən asılı vəziyyətdə olan qara rəngli əl çatnasından 1 ədəd sellofan paket, 1 ədəd elektron tərəzi və 1 ədəd çəhrayı rəngli dəmir qabı çıxarıb masanın üzərinə qoymuşdur. Sellofan paket açıldıqda içərisində ağ rəngli kristal şəkilli maddlər olan 18 ədəd büküm, 1 ədəd içərisində ağ rəngli kristal şəkilli maddə olan böyük büküm, dəmir qab açıldıqda isə içərisində qəhvəyi rəngli maddələr olan 11 ədəd büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs ağ rəngil kristal şəkilli maddələrin metamfetamin, qəhvəyi rəngli maddələrin isə heroin olduğunu bildirmişdir. Üzərindən aşkar olunmuş tərəzinin narkotik maddələri alarkən çəkisini dəqiqləşdirmək üçün üzərində saxladığını bidirərək həmin narkotik vasitələri bir həftə əvvəl İran İslam Respublikasının vətəndaşından 400 manata aldığını qeyd etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələr və digər sübut əhəmiyyətinə malik əşyalar qablaşdırılaraq möhürlə möhürlənmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs 19.01.2021-ci il tarixdə saat 14:00 -da Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən Sabunçu bazarının qarşısında saxlamışlar. Təqsirləndirilən şəxs saxlanılarkən və Sabunçu RPİ-nin 12-ci PŞ-də olarkən sonuncuya hər hansı fiziki güc və ya hər hansı bir təsir olmamışdır. Təqsirləndirilən şəxs əvvəllər narkotik və psixotrop maddələri satması ilə bağlı onun narkotik və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələri İran İslam Respublikasının vətəndaşından əldə etməsi onlara məlumdur, və həmin şəxsin şəxsiyyətinin müəyyən edilməsi, istintaqa cəlb olunması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir (1-ci cild iş vərəqi 144- 146). İşdə olan şəxsi axtarış və götürmə haqqında 29 yanvar 221-ci il tarixli protokoldan görünür ki, 29 yanvar 2021-ci il tarixdə saat 14:00 radələrində Sabunçu RPİ-nin 12-ci PŞnin əməkdaşları tərəfindən şübhəli şəxs qismində PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitələri və qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü olaraq təqdim etməsi təklif edildikdə, sonuncu könüllü olaraq çiynindən asılı vəziyyətdə olan qara rəngli əl çatnasından 1 ədəd sellofan paket, 1 ədəd elektron tərəzi və 1 ədəd çəhrayı rəngli dəmir qabı çıxarıb masanın üzərinə qoymuşdur. Sellofan paket açıldıqda içərisində ağ rəngli kristal şəkilli maddələr olan 18 ədəd büküm, 1 ədəd içərisində ağ rəngli kristal maddələr olan böyük büküm, dəmir qab açıldıqda isə içərisində qəhvəyi rəngli toz şəkilli maddələr olan 11 ədəd büküm aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs ağ rəngli kristal şəkilli maddələrin metamfetamin, qəhvəyi rəngli maddələrin isə heroin olduğunu, üzərindən aşkar olunmuş tərəzinin narkotik maddələri alarkən çəkisini dəqiqləşdirmək üçün üzərində saxladığını bidirərək həmin narkotik vasitələri bir həftə əvvəl İran İslam Respublikasının vətəndaşından 400 manata aldığını qeyd etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələr sübut əhəmiyyətinə malik əşyalar qablaşdırılaraq möhürlə möhürlənmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Tərtib edilmiş axtarış və götürmə barədə protokol cinayət işinin materiallarına əlavə edilmişdir (1-ci cild iş vərəqi 32-33). İşdə olan baxış keçirilməsi haqqında 29 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına baxış keçirilərkən evdən əldə edilməsi, saxlanılması, dövriyyəsi qadağan edilmiş hər hansı narkotik vasitə və ya psixotrop maddələr, maddi sübut qismində əşya, predmet aşkar edilməmiş, bu barədə 12ci PŞ-nin təhqiqatçısı Rəhman Məmmədov tərəfindən protokol tərtib edilmiş və həmin protokol cinayət işinin materiallarına əlavə edilmişdir (1-ci cild iş vərəqi 41). İşdə olan DVD diskə baxış keçirilməsi protokoldan görünür ki, Sabunçu RPİ-nin 12-ci polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı Rəhman Məmmədov tərəfindən üzərinə video çəkiliş vasitəsi ilə axtarış keçirilən zamanı üzərində olması ehtimal olunan narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü surətdə verməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq çiynindən asılı vəziyyətdə olan qara rəngli əl çatnasından 1 ədəd sellofan paket, 1 ədəd elektron tərəzi və 1 ədəd çəhrayı rəngli dəmir qabı çıxarıb masanın üzərinə qoymuşdur. Sellofan paket açıldıqda içərisində ağ rəngli kristal şəkilli maddələr olan 18 ədəd büküm, 1 ədəd içərisində ağ rəngli kristal şəkilli maddələr olan böyük büküm, dəmir qab açıldıqda isə içərisində qəhvəyi rəngli toz şəkilli maddələr olan 11 ədəd büküm aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs ağ rəngli kristal şəkilli maddələrin metamfetamin, qəhvəyi rəngli maddələrin isə heroin olduğunu bildirir. Üzərindən aşkar olunmuş tərəzinin narkotik maddələri alarkən çəkisini dəqiqləşdirmək üçün üzərində saxladığım bidirərək həmin narkotik vasitələri bir həftə əvvəl İran İslam Respublikasının vətəndaşından 400 manata aldığını qeyd edir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələr və digər sübut əhəmiyyətinə malik əşyalar qablaşdırılaraq möhürlə möhürlənir və iştirakçılar tərəfindən imzalarla təsdiq olunur. Həmin diskdə qeydə alınmış videogörüntülərə tərəfimdən baxış keçirilmiş və bu barədə protokol tərtib edilərək cinayət işinin materiallarına əlavə edilmişdir (1-ci cild iş vərəqi 57) İşdə olan mobil telefona baxış keçirilməsi protokoldan görünür ki, həmin mobil telefon qara rəngli “Huavei Honor” markalıdır, **********82809 və **********09446 İMEİ kodludur, üzərində ********** "xxxx" MMC abonent nömrəsindən istifadə olunmuşdur, həmin mobil telefonun «WhatsApp» tətbiqinə baxış zamanı orada «Seccat 1» adı +**********76 nömrəsi və «Seccat ilkin» adı +**********30 nömrəsi ilə qeyd olunmuş şəxslə Təqsirləndirilən şəxs narkotik vasitələr əldə etməsi, alması, satması və istifadə etməsi barədə səs danışıqları və mesaj yazışmaları olması müəyyən edilmişdir. «Seccat 1» adı +**********76 nömrəsi və «Seccat İlkin» adı +**********30 nömrəsi ilə qeyd olunmuş şəxslə Təqsirləndirilən şəxs arasında olan “WhatsApp” səs danışıqları və mesaj yazışmaları 01 ədəd DVD diskə köçürülmüş, həmin disk öz xüsusiyyət və əlamətlərinə görə cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyini nəzərə alaraq sübut növü kimi tanıma, digər istintaq və ya prosessual hərəkətlərin icra edilməsi məqsədilə cinayət işinin materiallarına əlavə edilmişdir (1-ci cild iş vərəqi 147). İşdə olan "xxxx" MMC-dən götürülmüş telefon məlumatları olan 1 ədəd DVD diskə baxış keçirilməsi protokoldan görünür ki, baxış keçirilən disk kompyuterdə açıldıqda 6433 adlı qovluq müşahidə edilir. Həmin qovluq açıldıqda orada 1 ədəd ********** başlıqlı“Excell” formatlı, 2 ədəd ********** başlıqlı “note” formatlı fayllar vardır.Qovluqdakı 1-ci “Excell” formatlı fayl açıldıqda orada "xxxx" abonenti olan Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil nömrəsinə daxil olan və həmin nömrədpn çıxan mesajların, zənglərin nömrələrinin sahiblərinə dair məlumatlar olan siyahı olması müəyyən edildi. Qovluqdakı 2ci “note” formatlı fayl açıldıqda orada "xxxx" abonenti olan Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil nömrəsinə 29.12.2020-ci il tarixindən 29.01.2021-ci il tarixinədək daxil olan və həmin nömrədən çıxan mesaj mətinlərinin 24 vərəqdən ibarət siyahısı olması müəyyən edildi. Həmin mesaj mətinlərindən **********54 mobil nömrəsindən 31.12.2020 tarixində saat 21:39 radədə «Samir 1 qr pati lazimdi deyirsen qulaq asırlar ona göre yazdim» mətnində, həmin nömrəyə 31.12.2020 tarixində saat 21:42 radədə «70 manat putövduse melevizden keçdim qayıdanda verim»mətnində, həmin tarixdə saat 21:43 radədə ********** nömrədən təkrar «He gözle xirdalayim 100 lükdü mende ama düz olsun xaişçekecek peyser»mətnində; 03.01.2021-ci il tarixdə, saat 20:29 radəsində ********** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ********** nömrəyə «gaga. putun. on. manatim. var. birsey.emele.gelmi» mətnində; 03.01.2021-ci il tarixdə saat 20:30 radəsində Təqsirləndirilən şəxs istifadəsində olan ********** nömrəsindən ********** nömrəyə «Diyrem ki 35 duzeltsin Babat yola salim, Birde daş qoyaram yanna» mətnində; 05.01.2021-ci il tarixdə, saat 20:44 radəsində Təqsirləndirilən şəxs istifadəsində olan ********** nömrəsindən ********** nömrəyə «Eger 20 liy bütövdüse 5 dene 5 diy torpax 2 dene de 5 diy daş verim» mətnində; 11.01.2021-ci il tarixdə saat 21:35 radəsində ********** nömrədən Təqsirləndirilən şəxs ********** «Kaka menen xeber gözlüyüler gele bilirsen 2 3 besdiy patl isdiyiler» «menen narahad olma bugün azda olsa 30 xeyir vermisem imkan varsa 15 manat 3 dene patl yoxdusa 2 besdiy seher onmanatl abetde catacak» mətnində; 14.01.2021-ci il tarixdə saat 16:35 radəsində ********** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ********** nömrəsində «Ot olacaq ha uşaqlar istayirdi na deyim» mətnində; Həmin tarixdə saat 17:26 radəsində ********** nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ********** nömrəsində «Evdeyem danlsa bilmirem 2 5 patl lazmdl naxdl verecem he yox mene dene alnsa meHleye çatanda mene yaz clxlm» mətnində; 18.01.2021-ci il tarixdə 18:00 radəsində ********** nömrəsindən ********** nömrəyə «salam, gagaw. necesen. berke. sende. em. 40. metadon. ola» mətnində; həmin tarixdə saat 23:58 radəsində ********** həmin nömrəyə «Neçede ne?» 19.01.2021-ci il tarixdə saat 01:30 radəsində eyni nömrədən Təqsirləndirilən şəxs nömrəsinə «Yaxwsnansa. uc. dort. dene», saat 01:32 radəsində Samr Əliyevin ********** nömrəsindən həmin nömrəyə «Sbh deqiqleşdir Xbr ele görşek» mətnində; 19 yanvar 2021-ci il tarixdə saat 02:03 radəsində ********** nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ********** nömrəyə«Yetim man ela bildim san mani basa dusdun sana dedim axi usaxi hakima apariblar hakim dava darman yazib onar hokman alinmaldi man oncun teli dayisdimki 5 10 manat alima pul salim hamida prablemlarima bir cara tapim dayismadimki qram yarim kolani su vura vura iki qram elayib mana soxasan ela hamcininda patini dayi bilmamisan patini neca 05elayasan iki kloka qoymusan bunun içini sikim man teli sanan kloknan dayismisam ya patiynan 05patinin 02klokdu iki qram kolanin 05si sudu yada klok indida mani apannisan ora gozdadirsan şorada deyirsan ona deyin sikdirsin sabah galar» həmin tarixdə saat 03:16 radəsində Samir Əilyevin istifadə etdiyi ********** nömrədən«Bu yazdixlarvi oxuduqca eseb keçirdirem Sbh yuxudan duran kimi gel yanma uz be uz söhbet eliyerik.»mətnində; 20.01.2021-ci il tarixdə saat 20:22 radəsində ********** nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ********** nömrəsinə «yaxnda. galseydin. goruserdim. das. lazımiydi. buyanara. gelesi. olsan, xeber.ele» həmin tarixdə saat 20:22 radəsində Təqsirləndirilən şəxs nömrəsindən ********** nömrəyə «Ne qeder?» mətnində; 22.01.2021-ci il tarixdə saat 03:10 radəsində ********** nömrəsindən Təqsirləndirilən şəxs nömrəsində «Ay qaqa bu yari menlik deyil bu gun boyuk oğlumun ad gunuydu qonaqlarim indi gedibler qaqa vere bilirsen temiz 05 ver vermirsense tezden hay ele verim ozve onun ustunen gotrenin her bir seyin sikim.»«Qaqni duz basa dus mene zeng çatmayacaq men saat 11 12 de zeng vuracam eger temiz 05 versen hazr saxl goturum qacm mene hekim aparat qoşacaq boglam», həmin tarixdə saat 13:21 radəsindəhəmin nömrədən təkrar «Samir mene zeng vurma dansa bilmrem qaqa hazr temiz 05 varsa verersen usaqa getirsin vermesende canin sag olsun veresi olasansa hazr saxla usaq gozlemesin qorxur reııe mesaj yazarsan» mətnində; həmin tarixdə 14:33 radəsində Təqsirləndirilən şəxs istifadəsində olan nömrədən həmin ********** nömrəyə «Dunen verdiyim diyirsen sulu idi qiraxlarna yapişmişdi yixmisan 03 cixib Qerdeş birincisi men baron deyiləm ki kiloynan alim. Qramliy satim 2 ciside dunen sene didim mene qramnan vernıek serf elemir çünki özümde qramnan aliram beşüçdene aliram Bele temiz çeki isdiyirsense temiz de pulnu ver 05.=25nı Senin növbene düşende 20 verersen Qaqaşin növbesinde 25 verersen Men ta bunan artix ne hörmet edim Uşaxi gönder 0.2 de verim temiz olsun sendeki 0.5 Birde uşaxa 10 nux ver axşamda qalani verersen»; saat 23:04 radəsində eyni ********** nömrədən Təqsirləndirilən şəxs nömrəsinə «Salam qaqa yarm saatan sora aparatan cxacam menim 05 hazrlamsane ve gelen kimi xeber eleyecem gonderersen mende dunen verdiyvi gonderecem balamn canina hecne elememsem olurem bir xeste qardasnz var 1.2 ay omuru var calsn onu bu son gunlerde yola verin hekim deyir ancaq, geri gedirsen allah kerimdi sen menim canm mene temiz 05 hazr ele vermeyense meni simi bilimora bura el atm pis gundeyem yaz», saat 23:08 radəsində ********** təkrar ********** nömrəsinə «Qaqa sen mene temiz 05 duzelt o mendekin verersen basqasna 1.2 gun qaqa bir iranli var ona atmaq lazmdi mene masn lazm olacaq, yaxsi surenle» mətinlərində; 26 yanvar 2021-ci il tarixdə saat 18:59 radəsində ********** nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ********** nömrəsinə «Samir hardasan sen men sizin mawinin arxasindayam duw mali ver men gedim cox uzadmiyaq» mətnində yazışmalar olması müəyyən edildi. Qovluqdakı 3-cü “note” formatlı fayl açıldıqda orada "xxxx"MMC abonenti olan Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil nömrəsinə 29 yanvar 2020-ci il tarixdən 29.01.2021-ci il tarixinədək gələn və çıxan zənglərin siyahısı olması müəyyən edilmişdir. Baxış keçirilən 1 ədəd “Excell” formatlı və 1 ədəd “pdf” formatlı fayllarda olan mesajların, məlumatların tam siyahısı çap edilərək cinayət işi üzrə sübut əhəmiyyətli olduğundan protokola əlavə edilmişdir (1-ci cild iş vərəqi138-140). İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 30 yanvar 2021-ci il tarixli 6/418 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş” yazısı olan kağız paketdəki - Tədqiqata təqdim edilmiş, üzərində: “ vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş.. ” yazısı və imzalar olan paketi açdıqda, içərisində 1 (bir) ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 501,011 ağ rəngli kristallardan ibarət maddə kütləsi, 18 ədəd şəffaf polietilen bükümlərdə ayrıayrılıqda təmiz çəkisi 0,548qr, 0,495qr, 0,494qr, 0,577qr, 0,542qr, 0,949qr, 0,526qr, 0,519qr, 0,370qr, 0,915qr, 0,953qr, 0,556qr, 0,982qr, 0,949qr, 0,429qr, 0,352qr, 0,221 qr, 0,372qr, ümumi təmiz çəkisi 10,749qram ağ rəngli kristallardan ibarət maddələr və 11 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,564qr, 0,535qr, 0,484qr, 0,475qr, 0,893qr, 0,505qr, 0,958qr, 0,494qr, 0,485qr, 0,502qr, 0,243qr , ümumi təmiz çəkisi 6,138 qram qəhvəyi rəngli tozşəkilli maddələr və bir ədəd elektron tərəzi aşkar edildi. - l(bir) ədəd bükümdə təmiz çəkisi 501,011 qram və 18(on səkkiz) ədəd bükümdə ümumi təmiz çəkisi 10,749 qram, ümumilikdə 511,76 qram olan ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; -ll(on bir) ədəd bükümdə ümumi təmiz çəkisi 6,138 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. -l(bir) ədəd elektron tərəzinin üzərində metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün, metamfetamini təmiz çəkisini və bükümlərdəki metamfetaminlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmadı. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələri’in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər. (Qeyd: heroinin ümumi çəkisi: 6,138 qram; tədqiqata sərf edildi: ümumi 0,11 qram, qalıq: 6,038 qram, metamfetaminin ümumi təmiz çəkisi: 501,011 qram və 10,749 qram, sərf edildkümumi 0,2 və 0,18 qram, qalıq: 500,811 qram və 10,569 qram.) (1-ci cild iş vərəqi 42-48). İşdə olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 501,11 qram və 18 (on səkkiz) ədəd bükümdə ümumi təmiz çəkisi 10,749 qram, ümumilikdə 511,76 qram olan ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 11 (on bir) ədəd bükümdə ümumi təmiz çəkisi 6,138 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, 01 ədəd elektron tərəzi cinayət işi üzrə maddi sübut qismində tanınmış, qalıq qalan hissələri Sabunçu RPi-nin saxlancına təhvil verilmişdir (1-ci cild iş vərəqi 170-182) İşdə olan məhkəmə-narkoloji ekspertiza üzrə 1037 nömrəli 12 aprel 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 148-149). İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon məhkəməsinin 05 noyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 05 avqust 2020-ci ildə qərarı ilə vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Cinayətlərin təsnifatına görə Təqsirləndirilən şəxs sonuncu məhkumluğu üzrə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu 05 avqust 2022-ci il tarixdə ödənilməli olduğu halda, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini 29 yanvar 2021-ci il tarixdə törətdiyindən Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş 2 il müddət keçməmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan və məhkumluğu ödənilmədən onun tərəfindən yenidən qəsdən ağır cinayət törədilməsi cinayətin residivini yaradır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Bununla da Təqsirləndirilən şəxs cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəllərinin sanksiyasında nəzərdə tutumuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yəni 12 il müddətə azadlıqdan məhrum etmə cəzasının yarısından - 6 il müddətə azadlıqdan məhrum etmə cəzasından az ola bilməz. İşdə olan 29 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 30 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu 29 yanvar 2021-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən qeyd edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib saxlayaraq daşıması tam təsdiqini tapmışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına əsasən (1-ci siyahı narkotik vasitələr) narkotik vasitə olan heroinin külli miqdarının aşağı həddi 2 qram, (2-ci siyahı, psixotrop maddələr)» psixotrop maddə olan metamfetaminin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə əldə etdiyi, saxladığı və daşıdığı narkotik vasitə heroin 6,138 qram və psixotrop maddə metamfetamin 511.76 qram olduğundan külli miqdar təşkil edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq həmin ifadəni özünü müdafiə xarakterli hesab edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olmaması və cəzasını ağırlaşdıran halın olması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir.Azərbaycan Respublikası CM-in 58.1ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cü maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların olmamasını və Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halın (cinayətlərin residivi) olmasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla) cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olmaması və cəzasını ağırlaşdıran halın olmasınısəbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 29 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinin tələblərinə əsasən cinayətlərin residivi zamanı şəxslər üçün ciddi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların olmamasını, həmin Məcəllənin 61.1.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halın olmasını (cinayətlərin residivi) və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcının 29 yanvar 2021-ci il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə-narkoloji ekspertiza üzrə 1037 nömrəli 12 aprel 2021-ci il tarixli ekspert rəyi ilə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olması müəyyən edildiyindən və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən Təqsirləndirilən şəxs narkomaniyadan tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir İş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs götürülmüş Bakı şəhəri Sabunçu rayon polis idarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 6,038 qram narkotik vasitə heroin və ekspertiza tədqiqatından sonra qalıq qalan 500,811 qram və 10,569 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi məhv edilməli, "xxxx" MMCdən götürülmüş telefon məlumatları olan 1 ədəd DVD disk, şəxsi axtarış və baxış, mənzildə axtarışın aparılmasına dair 2 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.2.1 və 353.4.10-cu maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri - 114 manat (yüz on dörd manat) Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 29 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə midikdən sonra iş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs götürülmüş Bakı Şəhər Sabunçu rayon polis idarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 6,038 qram narkotik vasitə heroin və ekspertiza tədqiqatından sonra qalıq qalan 500,811 qram və 10,569 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi məhv edilsin, "xxxx" MMC-dən götürülmüş telefon məlumatları olan 1 ədəd DVD disk, şəxsi axtarış və baxış, mənzildə axtarışın aparılmasına dair 2 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri - 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bak Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Eldar Mikayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar