Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1206/2022 01.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər Hüseynov Səbuhi Sabir oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı1, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və rus-azərbaycan dilləri üzrə tərcüməçi X1 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxxxx 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Azərbaycan X3 V kurs tələbəsi, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, ev, 22, mənzil 43də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 22 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 yanvar 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, 22 yanvar 2022-ci il tarixdə, saat 22 radələrində, şəxsiyyəti istintaqa məlum olmayan, İran İslam Respublikası (bundan sonra: İİR və ya İran) vətəndaşı kimi tanıdığı şəxsdən sonuncunun mobil telefon vasitəsi ilə nömrəsini göndərdiyi elektron kart hesabına pul köçürməklə satış məqsədi ilə, külli miqdarda, ümumi çəkisi 15,009 qram olan psixotrop maddə metamfetamini və külli miqdarda, ümumi çəkisi 3,618 qram olan narkotik vasitə heroini qanunsuz olaraq şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən qabaqcadan qoyulması təşkil edilmiş, ünvan 1 ünvanında elektrik aparatının (transformator) yanından götürüb, daşıyaraq üzərində saxlamış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 22 yanvar 2022-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılıb Bakı şəhəri Nizami rayonu H.Əliyev prospekti 118 ünvanda yerləşən Nizami RPİ-nin 23-cü PB-nin inzibati binasına gətirilərək orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir bükümdə ümumi təmiz çəkisi 15,009 qram olan külli miqdarda ağ rəngli kristallik hissəciklərdən ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir bükümdə ümumi təmiz çəkisi 3,618 qram olan külli miqdarda, qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanının qənaətinə görə qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Lakin Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddələri ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 22 yanvar 2022-ci il tarixdə, saat 22 radələrində, məhkəməyədək icraat mərhələsində şəxsiyyəti müəyyənləşdirilməmiş İİR vətəndaşı kimi tanıdığı şəxsdən sonuncunun mobil telefon vasitəsi ilə nömrəsini göndərdiyi elektron kart hesabına pul köçürməklə satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 15,009 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda metamfetamin psixotrop maddəsini və təmiz çəkisi 3,618 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda heroin narkotik vasitəsini şəxsiyyəti müəyyənləşdirilməmiş qeyrisi tərəfindən qabaqcadan yerləşdirilmiş ünvan 1 ünvanında yerləşən elektrik paylayıcı qurğunun (transformatorun) yanından götürüb daşıyaraq üzərində saxlamış və onun Keşlə qəsəbəsi ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələr əldə etməsi və istifadəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, 22 yanvar 2022-ci il tarixdə, saat 23 radələrində ünvan 1 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılıb Bakı şəhəri Nizami rayonu H.Əliyev prospekti 118 ünvanda yerləşən Nizami RPİ-nin 23-cü PB-nin inzibati binasına aparılmış, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 15,009 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda ağ rəngli kristallik hissəciklərdən ibarət, kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsi və bir ədəd bükümdə təmiz çəkisi 3,618 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda qəhvəyi rəngli, kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, həqiqətən tutulmazdan təqribən son bir il ərzində həm «kakos» kimi tanıdığı heroin narkotik vasitəsindən və həm də «patı» kimi bildiyi psixotrop maddədən mütəmadi deyil, ara-sıra istifadə etmişdir, heroin narkotik vasitəsini və metamfetamin psixotrop maddəsini yandırıb tüstüçünü nəfəsinə çəkməklə istifadə etmiş, lakin heç vaxt narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Belə ki, onun valideynləri ziyalı adamlar olmuş, özü "xxxx" X3 V kurs tələbəsi olmuş, normal maddi imkana malik olmuşlar və onun narkotik vasitələr və s. satmağa ehtiyacı olmamışdır. Valideynlərinin bilməməsi, özünün isə tez-tez ora-bura müraciət etməməsi üçün özünün tələbatını ödəmək məqsədilə şəxsi istehlak miqdarından artıq miqdarda heroin narkotik vasitəsi və metamfetamin psixotrop maddəsi alıb saxlamış və istifadə etmişdir. Ehtiyacı olduqda narkotik vasitə və ya psixotrop maddəni tanımadığı İran vətəndaşından alıb əldə etmişdir. Belə ki, o, İran vətəndaşının mobil nömrəsinə “WhatsApp” vasitəsilə tələb olunan maddələr, miqdarı və dəyəri barədə bildirmiş, sonuncu elektron plastik kartın şəkilini ona göndərmiş, o, ödəniş terminalları vasitəsi ilə həmin karta razılaşılan pul məbləğini köçürdükdən İran vətəndaşı ona narkotik vasitəni haradan götürəcəyi ünvan barədə məlumat vermiş və hətta şəklini göndərmişdir. O da, həmin məlumat əsasında gedib malı qoyulduğu yerdən götürmüşdür. Lakin iranlının fiktiki olaraq harada olmasını, götürdüyü malı ünvanlara kimin yerləşdirməsini o, bilməmişdir. Təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, saxlanılan gün, yəni 22 yanvar 2022-ci il tarixdə, saat 22 radələrində dostu və qonşusu Şahid1 ilə birlikdə olmuşdur. Belə ki, qeyd olunan tarixdə və vaxtda Məhəmmədlə onun təklifi ilə Keşlə qəsəbəsi ərazisində başqa bir nəfərlə görüşmək üçün gedərkən Keşlə qəsəbəsində “Halal Süfrə” adlanan kafenin qarşısında, hələ görüş nəzərdə tutulan şəxslə görüşməmiş mülki geyimdə olan iki nəfər şəxs polis əməkdaşı tərəfindən saxlanılıb Nizami RPİ-nin 23-cü PB-nə aparılmışlar. Onlar saxlanılarkən onun üzərində heç bir növdən olan narkotik vasitə və ya psixotrop maddə olmamış və reallıqda ondan belə bir şey götürülməmişdir. Faktiki olaraq bir qutu “Pall Mall” siqareti, bir ədəd alışqan, üç ədəd plastik materialından hazırlanmış kiçik borular və bir ədəd açar təqdim etmişdir ki, həmin əşyalar onun özünə məxsus olmuş və kiçik plastik borulardan narkotik vasitə çəkərkən istifadə etmişdir. Lakin polisdə olarkən təzyiqlərə və ya işgəncəyə məruz qala biləcəyindən qorxaraq ittihamda göstərilən 15,009 qram metamfetamin psixotrop maddəsini və 3,618 qram heroin narkotik vasitəsini boynuna götürmüş, guya onun malı olması kimi əvvəlcədən təşkil edildiyi kimi video çəkiliş altında ciblərindən çıxararaq təqdim etmiş, elə həmin gün tanımadığı şəxsin bank kartına 100 manat pul ödəyərək aldığını bildirmişdir. Sonra təqdim etdiyi maddələr bir ədəd zərfə qablaşdırılmış, protokol tərtib edilmiş və hamı tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, Məhəmmədə qarşı heç bir ittiham irəli sürülməmiş, lakin o, saxlanılmış və tutulmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və yaxud polis bölməsində olan zaman psixoloji təsirlər olsa da, həqiqətən ona qarşı hər hansı bir fiziki zor tətbiq olunmamışdır. Saxlanılarkən üzərində narkotik vasitə və ya psixotrop maddə olmasa da o, belə maddələrdən istifadə etdiyinə görə səmimi peşimandır. Məhkəmə baxışı zamanı müəyyən olunan ziddiyyətlərlə bağlı Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 6 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. "xxxx" Azərbaycan Dövlət Dəniz Akademiyası V kurs tələbəsidir. Bir il olar ki, narkotik vasitə istifadə etmişdir. Şahid1 dostu, eyni zamanda qonşusudur. Narkotik vasitə lazım olanda “WhatsApp” vasitəsilə tanımadığı İran vətəndaşının nömrəsinə bu barədə bildirmişdir. İran vətəndaşıda elektron plastik kartın şəkilini göndərmiş, həmin karta pul göndərdikdən sonra sonuncu narkotik vasitəni haradan götürəcəyini ona bildirmişdir. 22 yanvar 2022-ci il tarixdə, saat 22 radələrində Şahid1 ilə görüşən zaman ona Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində bir nəfərlə görüşəcəyini deyib birlikdə getməyi xahiş etmişdir. Məhəmməd əvvəlcə gec olduğunu bildirib getmək istəmədiyini, evə getmək istədiyini demiş, lakin o, təkidlə xahiş etdiyi üçün sonuncu razılaşmışdır. Bundan sonra “Bolt” tətbiqi vasitəsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsindən ünvan 8 ünvana taksi sifariş vermiş, Məhəmmədlə birlikdə ünvan 10şən “Halal Süfrə” kafesinin qarşısına gəlmişlər. Məhəmmədə kənarda dayanıb onu gözləməsini bildirmiş, özü isə öncədən sifariş verdiyi narkotik vasitəni yaxınlıqda olan işıq enerjisi transfarmatorunun yanında yerə əyilərək salfetə bükülmüş bükülüləri götürüb Məhəmmədə yaxınlaşan zaman mülki geyimdə iki nəfər şəxs onlara yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və onları Nizami RPİ-nin 23-cü PB-nə dəvət etmişlər. Bundan sonra Polis bölməsində olan xidməti otaqların birində onlara hüquq və vəzifələri izah olunduqdan sonra polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş edərək üzərlərində şəxsi axtarış və götürmə aparılmışdır. Üzərində olan şəxsi əşyalarını, yəni bir ədəd qara rəngli “Pall Mall” yazısı olan siqaret qutusu içərisində bir ədəd siqaret, üç ədəd plastik materialından hazırlanmış kiçik borular, bir ədəd açar, bir ədəd alışqan, sonra əynində olan tünd qara rəngli dəridən hazırlanmış gödəkçənin sağ yan cibindən salfetə bükülü olan iki ədəd müxtəlif ölçülü bükümləri təqdim etmiş, sorğulara cavab olaraq özünün istifadəsi üçün saxlanılmazdan əvvəl tanımadığı bir nəfər şəxsin bank kartına 100 manat ödəyərək aldığı metamfetamin və heroin olduğunu bildirmişdir. Sonra tanışı Şahid1 üzərinə baxış keçirilmiş, lakin onun üzərində hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində daha sonra göstərmişdir ki, o, 2021ci ilin yay ayından narkotik vasitə istifadə etməyə başlamış, üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün almışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və yaxud polis bölməsində olan zaman hər ona qarşı hansı bir fiziki zor tətbiq olunmamışdır (iş vərəqə: 235-237). Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhəri Nizami RPİnin 23-cü PB-nin Cinayət Axtarış üzrə baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 22 yanvar 2022-ci il tarixdə xidmət etdiyi PB-nə Təqsirləndirilən şəxs adlı birinin tez-tez Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi ərazisinə gələrək oradan qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələr əldə etməsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə bölmə rəisinə raportla məruzə etmişdir. Təqsirləndirilən şəxs onların xidməti ərazisində narkotik vasitə və psixotrop maddələr əldə etdiyi mənbəni müəyyənləşdirmək və sonuncunun özünü ifşa etmək məqsədilə əməliyyat tədbiri keçirilməsi zərurəti yarandığından Samirin anket məlumatları dəqiqləşdirilmiş, onun xx xxxxxxxx 1999-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, ünvan 9 ünvanda qeydiyyatda olan və barəsində hazırda cinayət işinə baxılan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar bölmə rəisi tərəfindən təsdiq olunmuş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik ona həvalə olunmuş, qrupun üzvü isə bölmənin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3 təyin olunmuşdur. Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilən həmin gün, yəni 22 yanvar 2022-ci il tarixdə, saat 22 radələrində əməliyyat müvəkkili Şahid3la birlikdə Nizami rayonu, Keşlə qəsəbəsi, D.Aslan küçəsi 7 ünvanın qarşısına getmiş və məlumata uyğun müşahidəyə başlamışlar. Saat 23 radələrində həmin ünvanın qarşısında görünən iki nəfərdən birinin əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşadıb onlara yaxınlaşmış, xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş və onlardan birinin Təqsirləndirilən şəxs, digərinin isə Şahid1 olduğunu müəyyən etmişlər. Təqsirləndirilən şəxs onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması bildirilmiş və onların hər ikisi Nizami RPİ-nin 23-cü PB-nə aparılmışdır. Bölmədə Təqsirləndirilən şəxs və digər şəxsin saxlanılması barədə raport yazıb bölmə rəsinə məruzə etmişdir. Saxlanılan şəxslərin üzərində şəxsi axtarış aparılması bölmənin təhqiqatçısına həvalə edilmiş və bundan sonra sonuncu tərəfindən polis bölməsinə vəkillər dəvət edilmiş, sonra Təqsirləndirilən şəxs və Şahid1 hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs və Şahid1 ərizə ilə müraciət edərək vəkillərin axtarışda iştirakından imtina etmələrini bildirmişlər. Videoçəkiliş aparılmaqla ilk olaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, ona üzərində qanunsuz hər hansı bir əşyanın olduğu təqdirdə könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu təklifən sonra Samir əynində olan qara rəngli gödəkçəsinin sol cibindən bir ədəd üzərində “Pall Mall” adlı siqaret, sağ cibindən isə bir ədəd qırmızı rəngli alışqan, iki ədəd şəffaf rəngli sellofan büküm və bir neçə ədəd açarlar təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd bükümdə olanların birinin metamfetamin, digərinin isə heroin, narkotik vasitəsi olduğunu, saxlanılmazdan təxminən iki saat əvvəl tanımadığı İran vətəndaşının kartına 100 manata pul göçürməklə sonuncunun telefonla göndərdiyi ünvandan, yəni Keşlə qəsəbəsində “Pereyezd” deyilən yerdən götüduyunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəni və psixotrop maddəni şəxsi istifadəsi üçün alıb əldə etməsini, satış məqsədi olmadığını bildirmişdir. Şahid2 ifadəsinin davamında göstərdi ki, bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusunun içərisinə baxış keçirilmiş, siqaret qutusundan bir ədəd siqaret, üç ədəd - biri qırmızı, ikisi isə şəffaf olmaqla kiçik borular aşkar olunmuşdur. Təqsirləndirilən şəxs izahat verib aşkar olunan həmin borular vasitəsilə narkotik vasitə istifadə etdiyini demişdir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd bükümə baxış keçirilmiş, bir ədəd bükümdə olan maddənin ağ rəngli kristal şəkilli, digər maddənin isə qəhvəyi rəngli olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzəri axtarılmış, lakin başqa heç bir qanunsuz əşya aşkar edilməmişdir. Aşkar edilmiş maddələr ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, üzərində qeydlər aparılaraq 163 nömrəli möhür möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şahid2 ifadəsinin davamında daha sonra göstərdi ki, bundan sonra Şahid1 üzərində şəxsi axtarış aparılmış, lakin qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Yekunda protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, məzmununa dair ərizə və şikayət daxil olmamış, iştirakçılar tərəfindən imzalanmışdır. Şahid2 ifadəsinin yekununda göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlarda hər hansı məlumat olmamış, əməliyyat tapşırıqlarına uyğun olaraq sonradan görülən tədbirlər nəticəsində onun qanunsuz olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması və ya eyni məqsədlərlə əldə edib saxlaması, konkret olaraq kimlərəsə satması və ya bağıqlaması barədə müsbət nəticə əldə olunmamışdır. Daha sonra iş üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Nizami RPİnin 23-cü PB-nin digər əməkdaşı Şahid3 şahid həmkarı Şahid2 ilə oxşar məzmunda ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları, o cümlədən Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlarda hər hansı məlumatın olmadığını, əməliyyat tapşırıqlarına uyğun olaraq ibtidai istintaqın sonrakı mərhələlərində aparılan əməliyyat tədbirləri nəticəsində onun qanunsuz olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması və ya eyni məqsədlərlə əldə edib saxlaması, konkret olaraq kimlərəsə satması və ya bağışlaması barədə müsbət nəticə əldə olunmadığını bir daha təsdiq etmişdir. Məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsi elan edilməklə tədqiq olundu və müəyyən olundu ki, Şahid1 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, V yaşayış sahəsi, bina 23 mənzil 66-da Təqsirləndirilən şəxs ilə qonşuluqda yaşamış, əvəllər taksi sürücüsü işləmişdir. 22 yanvar 2022-ci il tarixdə, saat 22 radələrində Samirlə görüşən zaman sonuncu ona Nizami rayonunun Keşlə qəsəbəsində bir nəfər şəxslə işi olduğunu deyib, onunla birgə getməsini xahiş etmişdir. O, əvvəl getmək istəmədiyini, gec olduğunu və evə getmək istədiyimi demiş, lakin Samir təkidlə xahiş etdiyi üçün razılaşmışdır. Bundan sonra Samir “Bolt” tətbiqi vasitəsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsindən ünvan 8 ünvana taksi sifariş vermiş və onlar birlikdə ünvan 10şən “Halal Süfrə” adlanan kafenin qarşısına getmişlər. Samir ona kənarda dayanıb gözləməyi tapşırmış, özü isə yaxınlıqda yerləşən elektrik paylayıcısının (transformatorun) yanında getmiş, orada yerə əyilərək yerdən nə isə götürüb cibinə qoymuşdur. Samir ona yaxınlaşan zaman mülki geyimdə olan iki nəfər şəxs onlara yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onları Nizami RPİ-nin 23cü PB-nə aparmış, orada xidməti otaqların birində polis əməkdaşlarının iştirakları ilə videoçəkilişlə üzərlərində şəxsi axtarış aparılacağı bildirilmiş, onlara hüquq və vəzifələri izah olunmuşdur. Samirə üzərində olan şəxsi əşyalarını təqdim etmək təklif olunduqda o, bir ədəd qara rəngli “Pall Mall” yazısı olan siqaret qutusunu, üç ədəd plastik materialından olan kiçik boruları, bir ədəd açarı, bir ədəd alışqanı və əynində olan tünd qara rəngli dəridən hazırlanmış gödəkçənin sağ yan cibindən salfetə bükülü olan iki ədəd müxtəlif ölçüdə olan bükümləri təqdim etmişdir. Polis əməkdaşları həmin bükümlərin nə olduğunu Samirdən soruşduqda sonuncu saxlanılmazdan əvvəl tanımadığı bir nəfər şəxsin bank kartına 100 manat ödəyərək özünün istifadəsi üçün aldığını, bükülülərdəki maddələrin metamfetamin və heroin olduğunu bildirmişdir. Bundan sonra onun da üzərində şəxsi axtarış aparılmış, lakin heç bir qanunsuz əşya aşkar edilməmiş dir. Samir üzərində narkotik vasitə olmasını ona deməmiş, ona narkotik vasitə götürmək üçün getdiyini deməmiş, onun Samirin narkotik vasitə götürməsindən məlumatı olmamışdır (iş vərəqə:84-86). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «Şəxsi axtarış aparılması və götürmə haqqında» 22 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, 22 yanvar 2022-ci il tarixdə, saat 23 radələrində Nizami rayonu, Keşlə qəsəbəsi, D.Aslan küçəsi 7 ünvanın qarşısında saxlanılaraq Nizami RPİ-nin 23-cü PB-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, baxışdan əvvəl şəxsi axtarışa məruz qalan Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olduğu halda təqdim etməsi təklif olunmuşdur. Həmin təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən salfetkaya bükülmüş iki ədəd şəffaf rəngli sellofanda olan bükülü təqdim etmişdir. Bükülülər açıldıqda birində ağ rəngli kristal maddələr, digərində isə qəhvəyi rəngdə, spesifik iyə malik olan maddə olduğu müşahidə olunur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan bir ədəd qırmızı rəngli bir ədəd alışqanı, gödəkcənin sol yan cibindən içərisində bir ədəd siqaret olan “Pall Mall” markalı siqareti, 3 ədəd plastik materialdan hazırlanmış kiçik ölçülü boruları çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs izah verib bildirir ki, kiçik ölçülü borular narkotik vasitələri özünün istifadə etməsi üçün nəzərdə tutulmuşdur. Tədqiq olunan protkoldan görünür ki, PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 köməyindən istifadə edilməklə Təqsirləndirilən şəxs gödəkçəsinin sağ iç cibindən bir ədəd “İphone” markalı, “6” modelli mobil telefon aşkar olunmuşdur. Bundan sonra iki ədəd bükümdə aşkar edilmiş maddələr zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri DİNnin 163 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş digər əşyalar özünə qaytarılmışdır. Daha sonra tədqiq olunan həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs verilən suallara üzərindən aşkar edilmiş maddənin birinin metamfetamin narkotik vasitəsi, digərinin isə “kakos” olmasını, həmin maddələri 22 yanvar 2022-ci il tarixdə tanımadığı şəxsin bank kartına 100 manat pul ödəyərək ünvan 1 ünvanın yaxınlığından götürməsini bildirmişdir. Tədqiq olunan protokoldan daha sonra görünür ki, həmçinin saxlanılan Şahid1 üzərində şəxsi axtarış və götürmə aparılmış, lakin onun üzərindən qanunsuz əşya aşkar edilməmişdir. Ən nəhayət, tədqiq olunan protokoldan görünür ki, yekunda tərtib olunan həmin protokol və şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: 58-60). Məhkəmə baxışı zamanı tədqiq olunan iş üzrə şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin protokolun məzmunu Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına dair tərtib olunan «Şəxsi axtarış aparılması və götürmə haqqında» 22 yanvar 2022-ci il tarixli protokolun məzmununa uyğundur. Tədqiq olunan protokoldan görünür ki, baxış keçirilən disk “DVD” formatlıdır, diskin üzərində baş hissədə “PRİNCO” sağ tərəfində “DVD-R” alt hissəsində “4.7 GB SP 120 min.”, sağ tərəfdə isə “up 16 X speed”, alt hissəsində “DVD R R4.7” sözlər və rəqəmlər yazılmışdır. Diskdə bir ədəd mp4 formatlı fayl vardır, həmin fayl videogörüntüdür və açıldıqda içərisində bir nəfər şəxs polis geyimində olmaqla özünü Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı, polis kapitanı Elnur Əvəzli kimi təqdim edərək 22 yanvar 2022-ci il tarixdə Davud Aslan küçəsi 7 ünvanın qarşısında saxlanılaraq 23-cü PB-nə gətirilmiş Təqsirləndirilən şəxs və Şahid1 üzrənidə şəxsi axtarış və götürmə aparmış, şəxsi axtarışda Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və videoçəkilişi apran həmin bölmənin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 iştirak etmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya olduğu halda təqdim etməsi təklif olunmuş, bu təklifən sonra sonuncu əynində olan qara rəngli gödəkçəsinin sol cibindən bir ədəd üzərində “Pall Mall” sözləri yazılmış siqaret qutusunu, sağ cibindən isə bir ədəd qırmızı rəngli alışqan, iki ədəd şəffaf rəngli sellofan büküm və bir neçə ədəd açarları təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümdə nə olması barədə sual verilmiş, o da bildirmişdir ki, həmin bükümdə narkotik vasitə vardır, Təqsirləndirilən şəxs həmin maddənin adı soruşulmuş, o da həmin maddənin metamfetamin və heroin, yəni “kakos” olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin maddələri haradan və kimdən əldə etməsi barədə sual verilmiş, Təqsirləndirilən şəxs bildirmişdir ki, saxlanılmazdan iki saat əvvəl tanımadığı İran vətəndaşına pul göndərməklə sonuncunun göndərdiyi ünvandan, yəni Keşlə qəsəbəsində “Pereyezd” deyilən yerdən götürmüş, həmin maddələri götürdüyü yeri İran vətəndaşının istiqamətləndirdiyini qeyd etmişdir. Tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etməkdə məqsədini izah edib göstərmişdir ki, o, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün 100 manat ödəməklə alıb əldə etmişdir, onun satış məqsədi olmamışdır, heç kimin onun narkotik vasitə satmasını deyə bilməz. O, narkotik maddələri götürüb təxminən 2-3 metr aralaşdıqdan sonra dostu Məhəmmədin yanına gəlib oradan uzaqlaşmaq istədikdə polis əməkdaşı tərəfindən saxlanılmışdır. Bundan sonra siqaret qutusunun içərisinə baxış keçirilmiş, siqaret qutusundan bir ədəd siqaret, üç ədəd biri qırmızı, ikisi isə şəffaf olmaqla borular aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin boruları nə olması və nə üçün istifadə etməsi soruşulmuş, o, narkotik vasitəni həmin borulara doldurma yolu ilə qəbul etməsini bildirmişdir. Sonra aşkar edilmiş iki ədəd bükümə baxış keçirilmiş, bir ədəd bükümdə olan maddənin ağ rəngli kristal şəkilli, digər maddənin isə qəhvəyi rəngli olması müəyyən olunmuşdur. Bundan sonra əməliyyat müvəkkili tərəfindən Təqsirləndirilən şəxs üzəri axtarılmış, lakin başqa heç bir qanunsuz əşya aşkar edilməmişdir. Aşkar edilmiş maddələr ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, üzərində qeydlər aparılaraq 163 nömrəli möhür möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra tədqiq olunan protokoldan görünür ki, saxlanılan Şahid1 üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Tədqiq olunan protokoldan görünür ki, diskə baxış keçirilməsi prosesində prosessual pozuntulara yol verilməmişdir (iş vərəqə: 152-153). Məhkəmə baxışı zamanı nümayiş olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesi yüklənmiş bir ədəd DVD formatlı diskdə olan videogörüntülərlə müəyyən edildi ki, DVD formatlı diskə yüklənmiş videogörüntülər məhkəmə baxışı zamanı tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» və “diskə baxış keçirilməsi haqqında” protokolların məzmunu ilə eynilik təşkil edir və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesində qanun pozuntusuna yol verilməmişdir (cinayət işinin materialları). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 23 yanvar 2022-ci il tarixli, 6/448 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...(imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 15,0009 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bir ədəd bükümdə təmiz çəkisi 3,618 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasirə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir (iş vərəqə: 72-79). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-narkoloji ekspertizasının 12 mart 2022-ci il tarixli, 1263 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan aslılıq sindiromu - narkomaniya xəstəliyi aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: 179-180). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs məxsus “İphone” markalı, “6S” modelli mobil telefona baxış keçirilməsi haqqında 23 yanvar 2022-ci il tarixli və "xxxx" MMC-dən daxil olmuş həmin mobil telefonda istifadə olunan ***-***-**-** saylı GSM nömrəsinə daxil olan və çıxan zənglərə və sms-lərə dair məlumatlara baxış keçirilməsi haqqında 15 aprel 2022-ci il tarixli protokollardan görünür ki, baxış nəticəsində işin halları ilə əlaqəsi olan və ya sübut əhəmiyyətli heç bir məlumat əldə olunmamışdır(iş vərəqə: 71, 162). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat xidməti tərəfindən istintaq orqanının 25 yanvar 2022-ci il tarixli, 087-89950-1222 və 07 mart 2022-ci il tarixli, 087-7148-1222 saylı əməliyyat tapşırıqlarına verilmiş 15 mart 2022-ci il tarixli, saylı ***-**** cavabdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni əldə etmə mənbəyini, kimlərdən və hansı şəraitdə əldə etməsini müəyyənləşdirmək mümkün olmamışqdır (iş vərəqə: 131-132, 142, 157). Məhkəmə baxışı zamanı tədqiq olunan 10 may 2022-ci il tarixli qərardan görünür ki, ibtidai istintaq mərhələsində Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 3,618 qram narkotik vasitə heroinin və 15,009 qram psixotrop maddə metamfetaminin əldə olunma mənbəyi müəyən edilmədiyindən baxılan cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraatda cinayət işi ayrılmışdır (iş vərəqə: 192-193). İbtidai istintaq orqanının «sübutların qiymətləndirilməsi haqqında» 10 may 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 3,618 qram narkotik vasitə heroin və 15,009 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan 3,568 qram heroin narkotik vasitəsi və 14,959 qram metamfetamin psixotrop maddəsi Nizami RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD formatlı disk sübut növü kimi cinayət işinə əlavə edilmişdir (iş vərəqə: 182-191). Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini və külli miqdarda metamfetamin psixotrop maddəsini əldə etməyə, saxlamağa və daşımağa, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq heroin narkotik vasitəsi və metamfetamin psixotrop maddəsi əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, iş üzrə tərtib olunan ittiham aktının məzmunundan göründüyü kimi təqsirləndirilən şəxsin özünün və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə barədə protokol, şəxsi axtarış aparılmasına dair videogörüntülərə baxış protokolu, iş üzrə keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizaların rəyləri və digər istintaq sənədləri sübut əhəmiyyətli prosessual sənədlər sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmişdir (ittiham aktı). Lakin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın əsası kimi qəbul olunan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edir. İlk növbədə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və CPM-nin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Lakin baxılan cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən sübut kimi qiymətləndirilən Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas vermiş və məhkəmə baxışı zamanı tədqiq olunan Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili tərəfindən Polis Bölməsinin rəhbərliyinə ünvanlanmış 22 yanvar 2022ci il tarixli raportun, eyni əməkdaş tərəfindən qəbul edilmiş və Polis Bölməsinin rəhbəri tərəfindən təsdiq edilmiş «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” eyni tarixli qərarın, əməliyyat qrupunun təşkil edilməsi haqqında eyni tarixli protokolun, həmçinin Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili tərəfindən Təqsirləndirilən şəxs saxlanılması ilə əlaqədar yazılmış 22 yanvar 2022-ci il tarixli raportun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı onun satış məqsədilə narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə olmamış, əməliyyat məlumatı onun Nizami rayonunun Keşlə qəsəbəsi ərazisinə gələrək oradan qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələr alıb əldə etməsi və istifadəsi ilə məşğul olması barədə olmuşdur. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs polis tərəfindən saxlanıldıqdan sonra sonuncu təhqiqatçının 22 yanvar 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və s.) nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin məhkəmə baxışı zamanı tədqiq olunan materiallarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında toplanmış materiallar üzrə cinayət işi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanılmış və buna əsas narkotik vasitələri və psixotrop maddələri əldə edib saxlaması, üzərində daşıması və istifadəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs saxlanılması, üzərində şəxsi axtarış aparılması və ondan satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə 3,618 qram heroin narkotik vasitəsi və 15,009 qram psixotrop maddə metamfetamin aşkar edilib götürülməsi olmuşdur. Lakin işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanının 24 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş və Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir və bu zaman ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edərkən heç bir sübuta istinad etməmiş, əməlin tövsifini əsaslandırmamışdır. Məhkəmə araşdırması prosesində müəyyən olundu ki, məhkəməyədək iclaat mərhələsində nə ibtidai istintaq və nə də əməliyyat yolu ilə Təqsirləndirilən şəxs narkotik vasitəni və ya psixotrop maddəni konkret olaraq hansı mənbədən, hansı şəraitdə və hansı üsulla əldə etməsini, sonuncunun konkret olaraq kiməsə narkotik vasitə və ya psixotrop maddə satmasını və ya pay verməsini müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 ifadələrində Təqsirləndirilən şəxs adlı şəxsin teztez Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi ərazisinə gələrək oradan qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələr əldə etməsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğunu, sonuncunu həmin məlumat əsasında 22 yanvar 2022ci il tarixd, saat 22 radələrində Nizami rayonu, Keşlə qəsəbəsi, D.Aslan küçəsi 7 ünvanın qarşısında saxlamalarını, sonrakı proseslərdə ondan ittihamda göstərilən narkotik vasitə və psixotrop maddənin aşkar edilib götürüldüyünü göstərmiş, lakin Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlarda hər hansı məlumat olmadığını, əməliyyat tapşırıqlarına uyğun olaraq sonradan görülən tədbirlər nəticəsində onun qanunsuz olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması və ya eyni məqsədlərlə əldə edib saxlaması, konkret olaraq kimlərəsə satması və ya bağıqlaması barədə müsbət nəticə əldə olunmadığını qeyd etmişlər. Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan Nizami RPİ-nin 23-cü PBnin əməliyyat xidməti tərəfindən istintaq orqanının 25 yanvar 2022-ci il tarixli, 087-89950- 1222 və 07 mart 2022-ci il tarixli, 087-7148-1222 saylı əməliyyat tapşırığına verilmiş 15 mart 2022-ci il tarixli, saylı ***-**** cavabdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni əldə etmə mənbəyini, kimlərdən və hansı şəraitdə əldə etməsini müəyyənləşdirmək mümkün olmamışqdır. 07 mart 2022-ci il tarixli, 087-7148-1222 saylı əməliyyat tapşırığının və əməliyyat tapşırığına verilmiş 15 mart 2022-ci il tarixli, saylı ***-**** cavab məktubunun məzmunundan göründüyü kimi, istintaq orqanı 25 yanvar 2022-ci il tarixli, 087-89950-1222 tarixli əməliyyat tapşırığında Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasını müəyyənləşdirmək məqsədilə əməliyyat tapşırığı versə də, sonra verdiyi əməliyyat tapşırığında bu məsələyə toxunmamış, əməliyyat xidməti isə belə bir halı araşdırmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülən narkotik vasitənin və psixotrop maddənin mənbəyinin müəyən edilməməsi əsası ilə baxılan cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə istintaq orqanının 10 may 2022-ci il tarixli qərarına əsasən ayrıca icraatda cinayət işinin ayrıldığı müəyyən edilmişdir. İstər məhkəməyədək icraat və istərsə də məhkəmə baxışı mərhələsində təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadələrində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, satış məqsədilə qanunsuz olaraq narkortik vasitələri və psixotrop maddələri əldə etmədiyini, saxlamadığını və daşımadığını, həmçinin bu məqsədlə qeyriləri ilə cinayət əlaqəsinə girmədiyini göstərmiş, ifadələrində narktik və psixotrop maddələri qəbul etdiyini, narkotik vasitələri və psixotrop maddələri yalnız özünün şəxsi istifadəsi məqsədilə əldə edib saxladığını və daşıdığını bildirmişdir. Məhkəmə baxışı zamanı isə Təqsirləndirilən şəxs göstərdiklərini təkzib edə biləcək başqa sübut növü müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 23 yanvar 2022-ci il tarixli, 6/448 saylı rəyininin Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmış ittihamın sübut etmə predmetinə gəldikdə isə məhkəmə qeyd edir ki, tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının həmin rəyi təqsirləndirilən şəxsdən aşkar edilib götürülən narkotik vasitənin və psixotrop maddənin növünün, tərkibinin və kütləsinin müəyyənləşdirilməsinə dair hissədə sübut əhəmiyyətinə malikdir və bu rəylər Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə edib saxlamasını, daşımasını və s. təsdiq edə biləcək sübut növü kimi qiymətləndirilə bilməz. Bundan başqa, yuxarıda göstərildiyi kimi, ibtidai istintaq orqanı həm də məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 12 mart 2022-ci il tarixli, 1263 saylı rəyini Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmış ittihamın təsdiqi üçün sübut əhəmiyyətli sənəd kimi qiymətləndirmişdir ki, tədqiq olunan həmin rəy ambulator məcburi narkoloji tibbi yoxlamanın nəticəsini özündə ehtiva edir, yəni təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyinin olub-olmaması, belə bir xəstəlik müəyyən olunduğu təqdirdə isə şəxsin barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli tədbirlərin tətbiq edilib-edilməməsi məsələsi məhkəmə tərəfindən həmin rəyin nəticəsinə uyğun həll edilir. Tədqiq olunan rəydən də göründüyü kimi Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan aslılıq sindiromu narkomaniya xəstəliyi müəyyən edilmişdir. Odur ki, bu rəydən təqsirləndirilən şəxsin narkotik vasitələri satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamasını, daşımasını və s. təsdiq edən sübut kimi istifadə oluna bilməz. Tədqiq olunan həmin rəyin təsviri hissəsindən göründüyü kimi, Təqsirləndirilən şəxs tədqiqat aparılarkən ekspertlərə heroin narkotik vasitəsindən və metamfetamin psixotrop maddəsini yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etdiyini etiraf etmişdir (iş vərəqə: 178-179). Daha sonra, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda axtarış və ya baxış keçirilməmiş, onun ünvanından hər hansı növdən olan narkotik vasitələr və ya pesixotrop maddələr aşkar edilməmiş, o, narkotik vasitələri satarkən və ya satmağa cəhd edərkən yaxalanmamış, onun hər hansı istehlakçı və s. cinayətkar şəxslə istər fiziki və ya istərsə də mobil əlaqəsi müəyyənləşdirilməmişdir. Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 234.4-cü maddəsi ilə irəli sürülən ittihamın məzmunundan göründüyü kimi, bütün iş materialları və şahid qismində dindirilən əməliyyat müvəkkillərinin ifadələri ilə Təqsirləndirilən şəxs haqqında əməliyyat məlumatının onun qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə etməsi və istifadəsi ilə məşğul olması barədə daxil olmasının təsdiq olunmasına baxmayaraq, ibtidai istintaq orqanı tərəfindən ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4-cü maddəsi ilə ittiham irəli sürülərkən heç bir əsas olmadan ittihamın məzmununa Təqsirləndirilən şəxs barəsində onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmasını qeyd etmişdir, ki bu hal məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasinin Qanununun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs haqqında əməliyyat məlumatı konkret olaraq onun qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə etməsi və istifadəsi ilə məşğul olması barədə olmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülmüş heroin narkotik vasitəsini satış məqsədilə qanunsuz olaraq əldə etməsini, saxlamasını, daşımasını və s. təsdiq edə biləcək, həmçinin onun bir ədəd bükümdə aşkar edilb götürülmüş heroin narkotik vasitəsini və bir ədəd bükümdə metamfetamin psixotrop maddəsini özünün şəxsi istifadəsi üçün əldə edib saxlamasını və eyni məqsədlə daşımasını təkzib edə biləcək hər hansı sübut növü müəyyn edilməmişdir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən heroin narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib bir ədəd bükümdə götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisi 3,618 qram və metamfetamin psixotrop maddəsinin təmiz çəkisi 15,009 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»ya əsasən külli miqdar təşkil edirlər. Lakin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarından da göründüyü kimi Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisinin 3,618 qram və metamfetamin psixotrop maddəsinin təmiz çəkisinin 15,009 qram olmaqla külli miqdar təşkil etməsi, bu miqdar narkotik vasitənin və psixotrop maddənin hər birinin ayrı-ayrılıqda bir ədəd bükümdə aşkar edilib götürülməsi təqsirləndirilən şəxsin həmin narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə etməsi və satmaq niyyətində olması kimi qiymətləndirilməməli və qeyd olunan həmin miqdar şəxsi istehlak miqdarından artıq miqdar kimi qəbul edilməlidir. Ali Məhkəməsi Plenumunun qeyd olunan həmin qərarından da göründüyü kimi, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş narkotik vasitənin və psixotrop maddənin təkcə kütləsinin külli miqdar təşkil etməsi aşkar edilmiş maddələrin hər birinin ayrı-ayrılıqda bir ədəd bükümdə olması onun narkotik vasitələri və ya psixotrop maddələri satmaq niyyətində olması qənaətinə gəlməyə əsas vermir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutların olması zəruridir və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı isə Təqsirləndirilən şəxs heroin narkotik vasitəsini və metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq əldə etməsini, eyni məqsədlə saxlaması və daşımasını, satış məqsədilə ayrı-ayrı kiçik bükümlərə ayırmasını, həmçinin hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsini və ya ondan satış məqsədilə hər hansı avadanlıq aşkar edilməsini təsdiq edən heç bir sübut növü müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 234.4-cü maddəsinin mənasına və Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının on dördüncü bəndindən irəli gələn tövsiyyələrə əsasən məhkəmə qeyd edir ki, narkotik vasitələr yalnız satış məqsədi ilə külli miqdarda əldə edildikdə, saxlanıldıqda, hazırlandıqda, istehsal və emal edildikdə, daşındıqda, göndərildikdə və yaxud satıldıqda təqsirkar şəxsin əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Lakin baxılan iş üzrə Təqsirləndirilən şəxs ondan aşkar olunub götürülmüş heroin narkotik vasitəsini və metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması öz təstiqini tapmamış, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edərkən aşkar edilib götürülən heroin narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin hər birinin ayrı-ayrılıqda bir ədəd ədəd bükümlərdə olmaqla onların külli miqdar meyarına, istintaqçının özünün hüquq düşüncəsinə, fərziyyə və şübhələrinə əsaslanmışdır ki, məhkəmə baxışı zamanı həmin şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmamışdır. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən …. hakimlər qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Ən nəhayət, həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsindən həmin Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsifi məsələsinə hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmalı, onun barəsində ittiham hökmü çıxarılmaqla sonuncu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinəyətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı sərbəst ifadəsində ondan aşkar edilib götürülmüş heroin narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin ona aid olmaması, o, saxlanılarkən üzərində narkotik vasitə və ya metamfetamin psixotrop maddəsi olmaması barədə göstərdiklərini onun cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla inkar olunur. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə:167-168). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs "xxxx" QSC-nin Azərbaycan X3 «Gəmiqayırma və gəmi təmiri mühəndisliyi» fakültəsinin tələbəsidir. Məhkəmə Təqsirləndirilən şəxs tələbə olmasını, onun ilk məhkumluğunu və əməlindən səmimi peşimanlığını onun barəsində Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, sosial ədalətin bərpası və təqsirləndirilən şəxsin islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 12 mart 2022-ci il tarixli, 1263 saylı rəyi əsas götürülməli, narkoloji müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgəistifadəsindən nəticələnən asliliq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin tibbi rəyin tövsiyələrinə uyğun olaraq o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, onun məhkumluğu ödənilmiş şəxs kimi ilk dəfə azadlıqdan məhnum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 22 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 22 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 yanvar 2022-ci il tarixdə barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş və həbsetmənin vvəli 22 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 12 yanvar 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 90 və 90.1.2-ci maddələrinin tələbinə görə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs şübhəli şəxs hesab edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1, 158.2.2-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 3,568 qram heroin narkotik vasitəsi və 14,959 qram metamfetamin psixotrop maddəsi məhv edilməlidir. İş üzrə sübut növü kimi qiymətləndirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məxsus olub, şəxsi axtarış zamanı götürülmüş “İphone” markalı, “6S” modelli mobil telefon ***-***-**-** saylı GSM nömrəsi ilə birlikdə Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilməlidir. İş üzrə məhkəmə məsrəfləri olaraq hesablanmış 81 (səksən bir) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu 22 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nizami RPİnin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 3,568 qram narkotik vasitə heroin və 14,959 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə sübut növü kimi qiymətləndirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məxsus “İphone” markalı, “6S” modelli mobil telefon ***-***-**- ** saylı GSM nömrəsi ilə birlikdə Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilsin. İş üzrə məhkəmə məsrəfləri – 81 (səksən bir) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1206/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1206/2022
01.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver