Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1206/2024 07.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri, 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1982-ci ildə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Zərdab rayonu, Allahqulubağı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 7 iyun 2024-cü il tarixdə, saat 14:35-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədilə ümumi təmiz çəkisi 4051,0 qram olmaqla külli miqdarda narkotik vasitə heroini və ümumi təmiz çəkisi 1905,996 qram olmaqla külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi 6 ünvanının qarşısına daşımış, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin (bundan sonra mətndə - Nərimanov RPİ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 4 sentyabr 2023-cü il tarixdə, saat 19:10 radələrində Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi 6 ünvanının qarşısında saxlanılıb ünvan 2rləşən Nərimanov RPİ-nin inzibati binasına gətirilərək orada üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan şalvarının sağ yan cibindən 1 ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 10,596 qram ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 ədəd sellofan bağlamada təmiz çəkisi 47,0 qram qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, əlində olan yaşıl-sarı rəngli torbanın içərisindəki iki ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 2002,0 qram və 2002,0 qram olmaqla ümumi təmiz çəkisi 4004,0 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd sellofan paketdə və bir ədəd plastik qabda ayrı-ayrılıqda təmiz çəkisi 1579,0 qram və 316,4 qram olmaqla ümumi təmiz çəkisi 1895,4 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq həmin gün özünün razılığı və iştirakı ilə yaşadığı ünvan 4 ünvanına baxış zamanı yataq otağından narkotik vasitələrin və psixotrop maddələrin satışında istifadə etdiyi üzərində narkotik vasitə heroin izləri olan 2 ədəd elektron tərəzi və narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı qeydiyyatlar apardığı 1 (bir) ədəd kitabça aşkar olunaraq götürülmüşdür.
İşin halları və dəlilləri:
2. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 4 sentyabr 2023-cü il tarixdə, saat 17-18 radələrində 4 nəfər polis əməkdaşı tərəfindən Zığ şossesində yerləşən “Rahat” marketdən çıxarkən saxlanılmış, bu zaman üzərində narkotik vasitə, elektron tərəzi və kitabça olmamışdır. Belə ki, polis əməkdaşları tərəfindən saxlanılarkən sonuncular ona polis əməkdaşı Şahid3 barəsində şikayət etdiyini bildirmiş, o da Bəylərin ərini döydüyünü, bu səbəbdən barəsində şikayət ərizəsi yazdığını demişdir. Bundan sona polis əməkdaşları onu maşına əyləşdirib Nərimanov RPİ-yə aparmış, üzərinə narkotik vasitə qoymaqla narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi sənədləşdirmişlər. O, Nərimanov RPİ-də hədələrə məruz qalmaqla təhqir olunmuş, habelə üzünə iki dəfə sillə vurulmaqla fiziki təzyiq göstərilmiş, bu səbəbdən törətmədiyi əməli boynuna almış, barəsində qətimkan tədbiri məsələsi həll edilərkən aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmamasını bildirmişdir.
3. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, əri Şahid5 may ayında Şahid3 tərəfindən saxlanılaraq təzyiqlərə məruz qalması barədə sonuncu barəsində Bakı şəhəri Nərimanov rayon prokuroruna şikayət etmişdir. Əri Şahid5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. O, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamış, o cümlədən narkotik vasitələrin əldə edilməsi və götürülməsi ilə bağlı heç kimlə əlaqə saxlamamışdır. O, ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri təzyiq altında vermiş, Babək adlı şəxsi nə əri, nə də özü tanımamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitəni ona Bəylər vermiş, sonuncu üzərinə narkotik vasitə qoyarkən yanında başqa qarayanız bir qız da olmuş, lakin Şahid1 adlı polis əməkdaşı otaqda olmamışdır. Evinə baxış onun iştirakı olmadan keçirilmiş, evi təmizləməyə çalışdığı üçün dağınıq vəziyyətdə olmuş, polislər evində hər hansı əşyanı dağıtmamışdır.
4. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmiş və o həmin ifadələrində göstərmişdir ki, Zərdab rayonu, Allahqulubağı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayır, əri Şahid5 təxminən 5 ay bundan öncə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə tutulmuşdur. Əri tutulduqdan sonra istifadəsində olan ***-***-**-** saylı nömrənin “Whatsapp”ına +98 914 *** ** ** saylı xarici ölkənin mobil operatoruna məxsus nömrədən ismarıc gəlmişdir. Həmin ismarıcı yazan şəxs özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edərək adının “Babək” olduğunu, əri Vüqarı da tanıdığını, əri ilə birlikdə narkotik vasitələrin satışı ilə məşğul olduqlarını, belə ki, onun göndərdiyi narkotikləri əri Vüqarın götürüb yerbəyer etdiyini və bunun qarşılığında Vüqara pul verdiyini bildirmişdir. “Babək” ilə əlaqə saxladıqda ona təklif etmişdir ki, onun Bakı və Sumqayıt şəhərlərində narkotik vasitə qoyduğu müxtəlif yerlərdən həmin narkotik vasitəni götürüb onun dediyi yerlərə qoymaqla satışını həyata keçirsə ona pul verəcək. Babəkin təklifi ilə razılaşmış və onunla işləməyə razılıq vermişdir. Bundan sonra +98 914 *** ** ** saylı nömrəni telefonunda “Babək” kimi qeyd edib “Whatsapp” proqramı vasitəsi ilə istifadəsində olan ***-***-**-**, ***-***-**-** və 077-389- 89-06 saylı nömrələrlə Babəklə əlaqə saxlamağa başlamışdır. Babək də Bakı və Sumqayıt şəhərlərində narkotik vasitə qoydurduğu yerlərin şəkillərini və “konum”unu ona göndərmiş, o da razılaşdırılmış yerlərdən onun gizlətdirdiyi narkotik vasitələri və psixotrop maddələri götürüb özündə saxlamış, bir müddət sonra isə həmin narkotik vasitələri Babəkin tapşırığına uyğun olaraq Bakı şəhərində müxtəlif yerlərdə gizlədib şəkillərini və “konum”unu ona göndərmişdir. Babək isə bunun qarşılığında ona hər dəfə narkotikin 1 kiloqramına görə 400 manat olmaqla müxtəlif məbləğlərdə pullar vermişdir. Belə ki, adətən Babək ona verməli olduğu pulu götürdüyü narkotik vasitənin yanına qoymuşdur. Babəkin göndərdiyi narkotik vasitə və psixotrop maddələri götürüb yaşadığı ünvan 1 ünvanına gətirmiş, həmin evdə öz yaşadığı otaqda heç kimin məlumatı olmadan saxlamış, daha sonra isə götürdüyü narkotik vasitə və psixotrop maddələri Babəkin tapşırığına uyğun olaraq özünə məxsus elektron tərəzilər vasitəsi ilə çəkərək müxtəlif hissələrə bölmüş və Babəkin dediyi yerlərə qoyub öz kitabçasında bununla bağlı qeydlər aparmışdır. Elektron tərəziləri və qeydiyyat apardığı kitbaçanı yaşadığı ünvan 1 ünvanındakı özünə məxsus yataq otağında saxlamışdır. Bu formada polis əməkdaşları tərəfindən saxlanılan müddətə kimi mütəmadi olaraq Babəklə işləmişdir. Sonuncu dəfə isə 02.09,2023-cü il tarixdə Babək onunla əlaqə saxlayıb Sumayıt şəhərində hazırda dəqiq xatırlamadığı ünvanda narkotik vasitə qoydurduğunu bildirib həmin narkotik vasitəni götürməyini istəmiş və narkotikin gizlədildiyi yerin “konum”unu və şəkillərini ona göndərmişdir. O da Sumqayıt şəhərinə gedib narkotik vasitə və psixotrop maddələri gizlədildiyi yerdən götürmüşdür. Həmin narkotik vasitə və psixotrop maddələr sarı-yaşıl rəngli paketdə olmuşdur. Narkotik vasitə və psixotrop maddələri götürdükdən sonra tanımadığı taksi ilə yaşadığı ünvan 1 ünvanındakı evə gəlmiş və götürdüyü narkotik vasitələri və psixotrop maddələri özünün yaşadığı evdə gizlətmişdir. Həmin paketə baxan zaman içərisində bir ədəd qara sellofan paketə bükülmüş və üzərindəki kağıza “5 və 10” rəqəmləri yazılmış bükümün içərisində bir bükümdə heroin və bir bükümdə metamfetamin, paketin içərisindəki plastmas qabda və bir ədəd sellofan bükümdə metamfetamin və 2 ədəd sellofan bükümdə heroin olduğunu görmüşdür. Bu barədə Babəkə bildirdikdə sonuncu həmin narkotik vasitə və psixotrop maddələri saxlamağını, lazım olanda ona deyəcəyini bildirmişdir. Belə ki, 04 sentyabr 2023-cü il tarixdə, saat 18 radələrində Babək onunla əlaqə saxlayıb götürdüyü həmin narkotik vasitələri Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi 6 saylı ünvanın yaxınlığına aparmağını, lakin, bir ədəd qara sellofan paketə bükülmüş və üzərindəki kağıza “5 və 10” rəqəmləri yazılmış bükümün içərisində bir bükümdə heroin və bir bükümdə metamfetamini digərlərindən ayıraraq üzərində saxlamağını istəmişdir. Buna görə də plastmas qabda və bir ədəd sellofan bükümdə olan metamfetamini və 2 ədəd sellofan bükümdə olan heroini həmin sarı-yaşıl rəngli paketdə saxlayıb, bir ədəd qara sellofan paketə bükülmüş və üzərindəki kağıza “5 və 10” rəqəmləri yazılmış bükümün içərisində bir bükümdə heroin və bir bükümdə metamfetamin olan bükülünü isə əynindəki şalvarın sağ yan cibinə qoyub, sarı-yaşıl rəngli paketi isə əlində götürüb tanımadığı taksi ilə Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi 6 saylı ünvanın yaxınlığına gəlmişdir. Taksidən düşdükdən sonra həmin ünvana tərəf bir neçə dəqiqə getmişdir ki, münasib yerdə həmin narkotik vasitə və psixotrop maddələri gizlətsin və bu barədə Babəkə bildirsin. 04 sentyabr 2023-cü il tarixdə, saat 19:10 radələrində Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi 6 saylı ünvanın qarşısı ilə piyada gedən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Nərimanov RPİ-yə gətirmişlər. Nərimanov RPİ-yə gəldikdən sonra xidməti otaqda iştirakçıların iştirakı ilə üzərinə baxış keçirilməsi təklif edilmiş və bunun üçün hüquqlarının müdafiə edilməsindən ötrü inzibati binaya vəkil dəvət edilmişdir. Polis əməkdaşı ona təklif etmişdir ki, üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü olaraq təqdim etsin.O da ilk olaraq şalvarının sol yan cibindən özünə məxsus “Samsung” və “Redmi” markalı telefonları və 5 manat pulu, şalvarının sağ cibindən isə içərisində bir bükümdə narkotik vasitə heroin və bir bükümdə psixotrop maddə metamfetamin olan üzərindəki kağıza “5 və 10” rəqəmləri yazılmış qara rəngli sellofan bükümü, daha sonra isə əlində saxladığı, içərisində plastmas qabda və bir ədəd sellofan bükümdə metamfetamin və 2 ədəd sellofan bükümdə heroin olan sarı-yaşıl rəngli paketi təqdim etmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən təqdim etdiyi maddələrə baxış keçirilərək qablaşdırmış və möhürlənərək götürülmüş, bu barədə protokol tərtib edilərək ucadan oxunmuşdur. O, hüquqlarını müdafiə edən vəkil, eyni zamanda iştirakçılar tərtib edilmiş protokolu imza etmişlər. Daha sonra polis əməkdaşları tərəfindən yaşadığı evə baxış keçirilməsi ona təklif edilmiş, o da buna etiraz etməyib razı olmağıyla bağlı yazılı ərizə vermişdir. Bundan sonra polis əməkdaşları və müdafiəçisi ilə birlikdə yaşadığı ünvan 1 ünvanındakı evə getmişlər və videoçəkiliş aparılmaqla yaşadığı evdə ona məxsus yataq otağına baxış keçirilmişdir. Baxış zamanı narkotik vasitələrin çəkisini müəyyən etmək üçün istifadə etdiyi 02 ədəd elektron tərəzini və narkotik vasitələrin satışı ilə bağlı qeydlər apardığı kitabçanı polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra onun təqdim etdiyi 02 ədəd elektron tərəzi və 01 ədəd kitabça polis əməkdaşı tərəfindən qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib edilərək ucadan oxunmuşdur. O, hüquqlarını müdafiə edən vəkil, eyni zamanda iştirakçılar tərtib edilmiş protokolu imza etmişlər. Həmin aşkar olunmuş narkotik vasitələri və psixotrop maddələri Babəkin tapşırığına uyğun olaraq xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərindən götürüb özündə saxlamış, ünvan 6 ünvanın yaxınlığına qoymaq üçün həmin ünvanın yanına gətirmişdir. Babəklə olan razılaşmalarına əsasən, Babəkin Bakı və Sumqayıt şəhərlərində narkotik vasitə qoyduğu müxtəlif yerlərdən həmin narkotik vasitəni götürüb onun dediyi yerlərə qoymaqla satışını həyata keçirmişdir, narkotikin satışı ilə bağlı kimdənsə pul almamış, sadəcə götürdüyü narkotik vasitəni Babəkin dediyi yerlərə qoymuş, həmin narkotik vasitələri isə kimlərin götürdüyünü bilmir. Gördüyü bu işin qarşılığında Babək hər 1 kiloqram narkotikə görə ona 400 manat pul vermişdir. Babəkin kimliyini dəqiq bilmir, onunla yalnız telefon vasitəsi ilə əlaqə saxlamış, heç vaxt da üzünü görə bilməmişdir. Babək onunla +98 914 *** ** ** saylı nömrə vasitəsi ilə əlaqə saxlamışdır. Aşkar olunmuş narkotik vasitələr və psixotrop maddələrin kim tərəfindən və hansı şəraitdə Sumqayıt şəhəri ərazisinə gətirilərək gizlədilməsi barədə heç bir məlumatı yoxdur. Yaşadığı evdə narkotik vasitə saxlamağı və ya narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə nə ailə üzvlərinin, nə də ki digər şəxslərin məlumatı olmamışdır. Yaşadığı evə baxış zamanı həmin kitabçanı özü təqdim etmişdir. Həmin kitabçada olan yazılar onun tərəfindən icra edilmişdir. Belə ki, həmin yazılardan rəqəmlər satmış olduğu narkotik vasitələrin qramla çəkilərini, hərflər, yəni “P” hərfi “patı” kimi tanınan psixotrop maddə metamfetaminin, “K” hərfi isə “kakos” kimi tanınan narkotik vasitə heroinin qısaldılmasıdır. Misal üçün bildirmişdir ki, həmin kitabçada “100P” yazılmışsa bu 100 qram çəkidə “patı” kimi tanınan psixotrop maddə metamfetamin, “50K” yazılmışsa bu 50 qram çəkidə “kakos” kimi tanınan narkotik vasitə heroin deməkdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və üzərinə baxış keçirilərkən ona qarşı hər hansı bir zor və ya təzyiq olmamışdır (Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) 45- 46; 68-71, 83-86; 263-265;).
5. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı onun məhkəmə icraatı zamanı da onun hüquqlarını müdafiə etmiş müdafiəçisi Müdafiəçi2 iştirakı ilə verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş və müəyyən edilmişdir ki, həmin ifadələrdə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi əvvəlki izahat və ifadələrini təsdiq etməyərək istintaqın ona qarşı qərəzli mövqedə olduğunu hesab etdiyini bildirərək ətraflı ifadə verməkdən imtina etmişdir (Cild 1, i.v. 264-265;).
6. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
7. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.
8. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin rəis müavini, polis kapitanı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, Hadisə vaxtı Nərimanov RPİnin Kibercinayətkarlıqla mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. 4 sentyabr 2023-cü il tarixdə Zərdab rayonu, Allahqulubulağı kəndində qeydiyyatda olmaqla ünvan 9 ünvanında yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov və Xətai rayonları ərazilərində qanunsuz olaraq külli miqdarda narkotik vasitə, psixotrop maddə gəzdirməsi, saxlaması və daşıması və satışında şübhəli olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, psixotrop maddələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə Xətai və Nərimanov rayonları ərazisində müvafiq əməliyyataxtarış keçirilməsinə icazə verilməsi üçün Bakı şəhər Baş Polis İdarəsinin rəhbərliyinə məruzə edilmiş və müvafiq icazə verildikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə müvafiq qərar qəbul edilmiş və Nərimanov RPİ-nin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid3 və onun iştirakı ilə əməliyyat qrupu yaradılmış, həmin əməliyyat qrupuna rəhbərlik Nərimanov RPİ-nin Cinayət Axtarış Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Şahid4 həvalə edilmişdir. Daha sonra keçirilmiş ilkin tədbirlərlə Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək 4 sentyabr 2023-cü il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi 6 ünvanının qarşısı və ətraf ərazilər o və əməliyyat qrupunun digər üzvü Şahid3 tərəfindən əməliyyat müşahidəsinə götürülmüşdür. Bir neçə dəqiqə sonra, yəni 4 sentyabr 2023-cü il tarixdə, saat 19:10 radələrində Təqsirləndirilən şəxs əlində sarı və yaşıl rəngli haşiyələri olan paketlə Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi 6 ünvanının qarşısında piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim edib anket məlumatlarını dəqiqləşdirmişlər. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah etmişlər və üzərində narkotik vasitə olub-olmaması barədə şifahi sorğu-sual etmişlər. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs əlindəki torbada və üzərində narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Həmin yerdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına şərait olmadığına görə sonuncu saxlanıldığı yerdən Nərimanov RPİ-ə gətirilmişdir. Nərimanov RPİ-yə gəldikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Daha sonra isə idarənin inzibati binasında xidməti otaqlardan birində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində Nərimanov RPİ-nin X1 ekspert kriminalisti, polis kapitanı X8 tərəfindən “Panasonic” markalı videokamera vasitəsi ilə videoçəkiliş aparılmaqla müdafiəçisinin, Nərimanov RPİ-nin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid3, Nərimanov RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis kiçik serjantı Şahid2 və onun iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs qızna paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilmələri təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sol yan cibindən 1 ədəd qara rəngli “Samsung” markalı mobil telefonu və 1 ədəd “Redmi” markalı mobil telefonu və 1 ədəd 5 manatlıq pul əskinasını və sağ yan cibindən üzərində “50-10” yazılmış qara rəngli sellofan bükümü çıxararaq masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra Şahid2 onun üzərinə şəxsi axtarış və baxış keçirilməsi bildirilmiş və Təqsirləndirilən şəxs üzərindən hər hansısa bir əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs sağ əlində olan üzərində “Oba Market” yazılan sarı və yaşıl rəngli paketi masanın üzərinə qoymaqla təqdim etmişdir. Əvvəlcə onun masanın üzərinə qoymuş olduğu qara rəngli sellofana bükülmüş üzərinə “50*10” yazılmış bükümün içərisində nə olması soruşulduqda o həmin bükümün içərisində narkotik vasitə olan “heroin” və psixotrop maddə olan “metamfetamin” olmasını bildirmişdir. Həmin bükümün içərisinə baxış keçirildikdə oradan qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər toz şəkilli maddə və ağ rəngli kristallik şəkilli, psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Həmin büküm ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoymuş olduğu həmin paketin içərisinə baxış keçirdildikdə 2 ədəd sellofana bükülmüş, içərisində tünd qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər maddə olan bükümlər, 1 ədəd şəffaf rəngli sellofan paketin içərisində ağ kristallik şəkilli, psixotrop maddə metamfetaminə bənzər maddə, 1 ədəd üzərində “Xama” yazılmış plastik qabın içərisindən isə ağ kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Həmin maddələrin nə olması barədə soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümlərin içərisindəki kütlələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri İran İslam Respublikası vətəndaşı olaraq tanıdığı “Babək” adlı şəxsdən internet vasitəsi ilə əldə etdiyini və həmin narkotik vasitələri İran vətəndaşının dediyi ünvandan, yəni Sumqayıt şəhərindən götürərək digər ünvana aparıb ataraq satışını həyata keçirdiyini və hər atdığı bir kiloqram narkotikin əvəzində 400 manat pul əldə etdiyini bildirmişdir. Bundan sonra, iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs yazılı razılığı əsasında onun yaşadığı ünvan 4 ünvanına Nərimanov RPİ-nin X1 ekspert kriminalisti, polis kapitanı X8 tərəfindən “Panasonic” markalı videokamera vasitəsi ilə videoçəkiliş aparılmaqla müdafiəçisinin, Nərimanov RPİ-nin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid3 və onun iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yataq otağındakı çarpayının üzərində saxladığı sellofan paketi götürüb içərisindəki 2 ədəd elektron tərəzini və 1 ədəd kitabçanı təqdim edərək təqdim etdiyi 2 ədəd elektron tərəzidən satmış olduğu narkotik vasitələrin çəkilməsində istifadə etdiyini, 1 ədəd kitabçadan isə satmış olduğu narkotik vasitələrin qeydiyyatını apardığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi həmin predmetlər iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs saxlanılan zaman, eləcə də idarədə olduğu zaman ona qarşı heç bir fiziki və ya psixoloji zor tətbiq edilməmişdir.
9. Verilən suallara cavab olaraq Şahid1 ifadəsinə əlavə edərək göstərdi ki, Təqsirləndirilən şəxs şəxsi axtarışdan əvvəl, habelə şəxsi axtarışdan sonra üzərində aşkar edilmiş predmetlərə dair onlara hər hansı etirazını bildirməmiş, ona qarşı hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildikdən sonra sonuncunun razılığı ilə evinə baxış keçirilərək daha çox narkotik vasitə aşkar edilmiş, bu zaman sonuncu həmin narkotik vasitələri satmaq məqsədilə özündə saxladığını, habelə sifariş gəldiyi təqdirdə aparıb satdığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı yerdən Nərimanov RPİ-yə qədər təxmini məsafə 15 dəqiqədir. O, Şahid3 Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə qoymasının şahidi olmamış, habelə Təqsirləndirilən şəxs üzərinə narkotik vasitələrin qoyulması ilə bağlı məlumat verməmişdir. Təqsirləndirilən şəxs evindən aşkar olunmuş kitabçadan sonuncunun narkotik vasitələri nə qədər satması ilə bağlı qeydlər olmuş, habelə Babək adlı şəxsdən narkotik vasitələr alması barədə özü bildirmişdir.
10. Məhkəmədə şahid qismində dindirilmiş Nərimanov RPİ-nin Post patrul xidməti bölüyünün polis nəfəri, polis kiçik serjantı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid1la oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir.
11. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə faktiki nikah münasibətlərində olmuş, lakin aralarında rəsmi nikah olmamışdır. O, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 12 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, hazırda da cəza çəkməkdədir. O, BNMİ-nin əməkdaşları tərəfindən saxlanılmış, bu zaman Şahid3 onun saxlanılmasında ümumiyyətlə iştirak etməmiş, lakin sonuncu onunla qərəzli münasibətdə olmuşdur. Belə ki, saxlanılmamışdan əvvəl tanışı olan şəxs ona Şahid3 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu, habelə ondan narkotik vasitə aldığını bildirmiş, lakin özü Bəylərdən narkotik vasitə almamışdır.Onun saxlanılmasında iştirak edən şəxslər Vüqar və Elşad adlı polis əməkdaşları olmuş, Şahid3 ona qarşı qanunsuz hərəkət etməmişdir.
12. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnikleytenantı Şahid4 ifadəsində göstərdi ki, o, hadisə baş verən zaman Nərimanov RPİ-də Cinayət Axtarış Şöbəsinin rəisi vəzifəsində işləmişdir. Belə ki, əməliyyat müvəkkilinə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olmasına dair məlumat daxil olmuş, o da təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmiş, nəticədə 4 sentyabr 2023-cü il tarixdə H.A.X18 Cümə küçəsində saxlanılaraq üzərindən külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin, habelə üzərində heroin izləri olan tərəzi aşkar edilmişdir. Onun Təqsirləndirilən şəxs əri Şahid5 tutulması və şəxsin bu barədə şikayət etməsi barədə məlumatı olmamış, əməliyyat müvəkkili ona Təqsirləndirilən şəxs ərinin saxlanılmasından sonra sonuncunun narkotik vasitələrin qanunsuz dövriyyəsi istiqamətində fəaliyyətini davam etdirdiyi barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra təhqiqat orqanına təhvil verilmiş, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı üzərindən 4 kq narkotik vasitə heroin və 2 kq psixotrop maddə metamfetamin aşkar olunmuşdur.
13. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, habelə ərinin saxlanılmasında iştirak etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olaraq kuryerlik etməsi barədə ona əməliyyat məlumatı daxil olmuş, həmin əməliyyat məlumatı əsasında rəhbərliyə məruz olunmaqla əməliyyat qrupu yaradılmış, Nərimanov rayonu ərazisində mərkəzi hissədə yerləşən parkın yaxınlığında X23 küçəsində Təqsirləndirilən şəxs piyada hərəkət edən zaman sonuncu saxlanılaraq Nərimanov RPİ-yə gətirilmiş, üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı üzərində olan narkotik vasitələri təqdim etmiş, habelə onun razılığı ilə evinə də baxış keçirilmiş, orada elektron tərəzini təqdim etmişdir. Təqsirləndirilən şəxs saxlanılmamışdan əvvəl sonuncunun evinə daxil olmamışlar. Təqsirləndirilən şəxs narkotik vasitələri konkret olaraq kimlərə satması barədə məlumat əldə olunmamış, sonuncu barəsində əməliyyat-qeydiyyat işi açılmamışdır. Saxlanılarkən Təqsirləndirilən şəxs üzərində telefon olmuş, lakin üzərində pul olub-olmamasını xatırlamır. Təqsirləndirilən şəxs başqa yerdə tutulması ilə bağlı ifadəsində göstərdiyi xüsusatlar tamamilə yalandır. O və ya digər polis əməkdaşları Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi təzyiq göstərməmiş, təhqir etməmiş, habelə hədələməmişdir. Onun Təqsirləndirilən şəxs ilə qərəzli münasibəti olmamış, sonuncunu Şahid1la birlikdə saxlamışdır. Əməliyyat məlumatı şəxsin saxlanıldığı gün daxil olmuşdur. X15 ilə bağlı da ona əməliyyat məlumatı daxil olmuş, N.Hüseynovu da özü saxlamışdır. O, narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə apardığından Şahid5 və arvadı Təqsirləndirilən şəxs onu nüfuzdan salmaq məqsədi ilə barəsində yalan və həqiqətə uyğun olmayan məlumatlar bildirirlər. Halbuki, Şahid5 məhkum edilməsinə dair cinayət işi üzrə onun ümumiyyətlə hər hansı rolu və ya iştirakı olmamışdır.
14. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
15. “Cinayət işi başlamaq və icraata qəbul edilməsi haqqında” 5 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs əlindəki bir ədəd yaşıl-sarı rəngli torbadan paketin içərisində iki ədəd bağlamada ümumi təmiz çəkisi 4004,0 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmin paketin içərisində olan digər sellofan paketdə və bir ədəd plastik qabda ümumi təmiz çəkisi 1895,4 qram olan kustar üsulla hazılranmış psixotrop maddə metamfetamin, bir ədəd qara rəngli bağlamada bir ədəd bükümdə təmiz çəkisi 10,956 qram kustar üsula hazırlanmış psixotrop maddə metamfetamin və digər bükümdə isə 47,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, habelə yaşadığı mənzilin yataq otağından üzərində narkotik vasitə heroinin izləri olan 2 (iki) ədəd elektron tərəzi aşkar edilərək götürülməsi faktına görə Nərimanov RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Mirsənan Ağalarov tərəfindən fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1;).
16. “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 4 sentyabr 2023cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, Nərimanov RPİ-nin Cinayət Axtarış Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Şahid4 tərəfindən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Zığ yolu,ev 3 a, mənzl 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov və Xətai rayonu ərazilərində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə həmin tarixdə, saat 15:00 radələrində əməliyyat məlumatı daxil olmuş, məlumata əsasən 4 sentyabr 2023-cü il tarixdə, saat 19:00 radələrində H.A.Abdullyevanın Bakı şəhəri, Nərimanov rayonu, Molla Cümə 6 ünvanında olacağı bildirilmişdir. Həmin əməliyyat məlumatı əsasında X3 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Nərimanov RPİ-nin rəisi vəzifəsini müvəqqəti icra edən, polis polkovniki Arzu Heydərov tərəfindən təsdiq edilərək Şahid4 rəhbərliyi ilə həmin şöbənin əməliyyat müvəkkili, polis mayoru Şahid3 və Kibercinayətkarlıqla mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ibarət əməliyyat qrupu təşkil edilmiş, Təqsirləndirilən şəxs 4 sentyabr 2023-cü il tarixdə, saat 19:10 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X23 6 saylı ünvanın yaxınlığında saxlanılaraq Nərimanov RPİ-yə gətirilmişdir. Həmçinin 4 sentyabr 2023-cü il tarixli raportdan görünür ki, Bakı şəhər Baş Polis İdarəsindən Təqsirləndirilən şəxs ətrafında Bakı şəhəri Xətai rayonu ərazisində əməliyyat tədbirləri keçirilməsinə razılıq alınmışdır (Cild 1, i.v. 4-9;107;147-148).
17. “Şübhəli şəxsin tutulması haqqında” 4 sentyabr 2023-cü il tarixli qərar və müvafiq protokoldan görünür ki, Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Mirsənan Ağalarov tərəfindən həmin tarixdə qəbul edilməklə ona müdafiəçisi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 25 saylı Vəkil Bürosunun vəkili X9 iştirakı ilə elan edilmiş qərar əsasında sonuncunun iştirakı ilə 4 sentyabr 2023-cü il tarixdə, saat 20:30-da Azərbaycan Respubilkasının Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Protokola əsasən Təqsirləndirilən şəxs 4 sentyabr 2023-cü il tarixdə, saat 19:10-dan saxlanılaraq Nərimanov RPİ-yə gətirilmişdir (Cild 1, i.v. 20-21;24-25;).
18. “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 4 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçi X9 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 21:10-dan 21:30-dək Nərimanov RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X5 tərəfindən həmin idarənin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid3, Kibercinayətkarlıqla mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, X1 ekspert kriminalisti, polis kapitanı X7, Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis baş serjantı Şahid2 və müdafiəçinin iştirakı ilə Nərimanov RPİ-nin inzibati binasında xidməti iş otaqlarından birində süni işıqlandırma şəraitində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncuya üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əvvəlcə sağ əlində olan üzərində “Oba Market” yazılan sarı və yaşıl rəngli paketi masanın üzərinə qoymuş, daha sonra sağ yan cibindən üzərində “50-10” yazılmış qara rəngli sellofan bükümü çıxararaq masanın üzərinə qoymuş, daha sonra isə sol yan cibindən bir ədəd qara rəngli “Samsung” markalı mobil telefonu və bir ədəd “Redmi” markalı mobil telefonu və bir ədəd 5 manatlıq pul əskinasını çıxararaq masasının üzərinə qoymuşdur. Daha sonra Şahid2 tərəfindən onun üzərində axtarış aparılmış və hər hansı başqa predmet aşkar edilməmişdir. Əvvəlcə onun masanın üzərinə qoymuş olduğu qara rəngli sellofana bükülmüş üzərində “50-10” yazılmış bükümün içərisində nə olması soruşulduqda, o həmin bükümün içərisində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olmasını bildirdi. Həmin bükümün içərisinə baxış keçirildikdə oradan qəhvəyi rəngli toz şəkilli maddə və ağ rəngli kristallik maddələr aşkar edildi. Həmin büküm ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Daha sonra masanın üzərinə qoymuş olduğu həmin paketin içərisinə baxış keçirildikdə iki ədəd sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngli maddə olan büküm, bir ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində ağ kristallik maddə, bir ədəd üzərində “Xama” yazılmış plastik qabın içərisindən isə ağ kristall şəkilli maddə aşkar edildi. Həmin maddələrin nə olması barədə soruşulduqda o bildirdi ki, həmin bükümlərin içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamindir. O həmin maddələri İran İslam Respublikası vətəndaşı olaraq tanıdığı “Babək” adlı şəxsdən internet vasitəsilə əldə etməsini və həmin narkotik vasitələri İran vətəndaşının dediyi ünvandan, yəni Sumqayıt şəhərindən götürərək digər ünvana aparıb ataraq satışını həyata keçirdiyini və hər atdığı bir kiloqram narkotikin əvəzində 400 manat pul əldə etməsini bildirdi. O həmin İran vətəndaşını hazırda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234-cü maddəsi üzrə təqsirləndirililərək həbsdə olan əri Vüqar vasitəsi ilə tanışmışdır. Ona bundan əlavəhər hansı yerdə narkotik vasitələri və psixotrop maddələri olması barədə sual edildikdə o, yaşadığı mənzildə həmin narkotik vasitələri və psixotrop maddələrin olmamasını, lakin əldə etdiyi narkotik vasitələrin çəkisini ölçmək üçün tərəzisinin olmasını bildirdi. O, yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmamasını bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi maddələr iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 44 nömrəli möhürü ilə möhürləndi. Bundan başqa, Təqsirləndirilən şəxs məxsus olan bir ədəd qara rəngli “Samsung” markalı və bir ədəd göy rəngli “Redmi” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyi üçün qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkəti zamanı “Panasonic” markalı video cihaz vasitəsi ilə istifadə edilməklə Türkel Fərəcoğlu tərəfindən videoyazı aparılması və videoyazının “DVD” diskə köçürülərək protokala əlavə edilməsi qeyd edilmişdir. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, doğruluğu imzalarla iştirakçılar tərəfindən təsdiq edilmişdir (Cild 1, i.v. 33-34; 37-38;).
19. “Mənzildə axtarış və götürmə haqqında” 4 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin gün, saat 23:10-dan 23:20-dək Nərimanov RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X5 tərəfindən həmin idarənin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid3, Kibercinayətkarlıqla mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, X1 ekspert kriminalisti, polis kapitanı X7 və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yazılı razılıq ərizəsi əsasında onun yaxın qohumları ilə birlikdə yaşadığı ünvan 18 ünvanda axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs baxış zamanı yataq otağındakı çarpayının üzərində saxladığı sellofan paketi götürüb içərisindəki iki ədəd elektron tərəzini və bir ədəd kitabçanı təqdim edərək təqdim etdiyi iki ədəd elektron tərəzindən satmış olduğu narkotik vasitələrin çəkilməsində istifadə etdiyini, bir ədəd kitabçada isə satmış olduğu narkotik vasitələrin qeydiyyatını apardığını bildirmişdir. İstintaq hərəkəti zamanı “Panasonic” markalı video cihaz vasitəsi ilə Türkel Fərəcoğlu tərəfindən videoyazı aparılması və videoyazının “DVD” diskə köçürülərək protokala əlavə edilməsi qeyd edilmişdir. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, doğruluğu imzalarla iştirakçılar tərəfindən təsdiq edilmişdir (Cild 1, i.v. 39-41;).
20. “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Mənzildə axtarış və götürmə haqqında” 4 sentyabr 2023-cü tarixli protokollarda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq müddəti 12 dəqiqə 9 saniyə və 6 dəqiqə 38 saniyə olan həmin videoçəkilişlərin əks olunduğu bir ədəd diskdəki videogörüntülərə baxış keçirilməsinə dair 5 sentyabr 2023-cü il tarixli protokollarla, habelə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə və mənzildə baxış istintaq hərəkəti zamanı protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz əksini tapmışdır. Videogörüntülərdən Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə üzərində keçirilmiş şəxsi axtarış və götürmə və mənzildə baxış istintaq hərəkəti zamanı xarici görkəminin səliqəli olması, sərbəst olmaqla suallara rahat şəkildə cavab verməsi, mənzildə baxış zamanı fəal olmaqla istiqamət verməsi müəyyən edilməklə və onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v. 65-66;).
21. “Məhkəmə fiziki-kimyəvi” ekspertizasının 5 sentyabr 2023-cü il tarixli, 3-16-16/2- 6/4698 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №44” dairəvi möhür əksi olan bir ədəd yaşılsarı rəngli torba, bir ədəd qara rəngli bağlama və bir ədəd sellofan bağlamada olan, bir ədəd yaşıl-sarı rəngli torbanı açdıqda içərisindən iki ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 2002,0 qram və 2002,0 qram olmaqla ümumi təmiz çəkisi 4004,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd sellofan paketdə və bir ədəd plastik qabda ayrı-ayrılıqda təmiz çəkisi 1579,0 qram və 316,4 qram olmaqla ümumi təmiz çəkisi 1895,4 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Bir ədəd qara rəngli bağlamada bir ədəd bükümdə təmiz çəkisi 10,596 qram ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 47,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İki ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparılması mümkün deyildir. Metamfetamin 2005ci ilin 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci ilin 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”in siyahısına (Siyahı İ) daxildir. Heroinin ümumi təmiz çəkisi - 4051,0 qram, tədqiqata sərf edildi - 0,15 qram, qalıq - 4050,85 qramdır. Metamfetaminin təmiz çəkisi - 1905,996 qram, tədqiqata sərf edildi - 0,15 qram, qalıq - 1905,846 qramdır.Aparılmış tədqiqatın dəyərinin 65 (altmış beş) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 48-53;).
22. “Cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 5 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Nərimanov RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (Cild 1, i.v. 56:).
23. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 5 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi Nərimanov RPİ-nin İŞ-in baş müstəntiqi, polis mayoru X10 tərəfindən icraata qəbul edilərək istintaqı davam etdirilmişdir (Cild 1, i.v. 59;).
24. “Baxış keçirilməsi haqqında” 5 sentyabr 2023-cü il tarixli protokoldan, habelə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə həmin kitabçaya baxılarkən müəyyən edildi ki, şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanına baxış zamanı sonuncunun təqdim etmiş olduğu bir ədəd kitabça mil-mil olmaqla, üzü qırmızı və yaşıl rəngli zərlərlə bəzədilmiş kitabçaya baxış zamanı əlyazma ilə icra edilmiş “30k”, “150+50” “lOOp”, “50p” “40p”, “50k”, “lOOk” və.s bu kimi hərf və rəqəmlərdən ibarət kombinasiyalar olduğu müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs baxış keçirilən həmin kitabçanın ona məxsus olduğunu, yaşadığı evə baxış zamanı həmin kitabçanı özünün təqdim etdiyini, kitabçada olan yazıların onun tərəfindən icra edildiyini, həmin yazılardan rəqəmlər, satmış olduğu narkotik vasitələrin qramla çəkilərini, hərflər, yəni “P” hərfi “patı” kimi tanınan psixotrop maddə metamfetaminin, “K” hərfi isə “kakos” kimi tanınan narkotik vasitə heroinin qısaldılması olduğunu bildirmiş və izah vermək üçün qeyd etmişdir ki, həmin kitabçada “100P” yazılmışsa bu 100 qram çəkidə “patı” kimi tanınan psixotrop maddə metamfetamin, “50K” yazılmışsa bu 50 qram çəkidə “kakos” kimi tanınan narkotik vasitə heroin deməkdir (Cild 1, i.v.67;).
25. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 6 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəllləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmuşdur (Cild 1, i.v. 75-76;).
26. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 6 sentyabr 2023-cü il tarixli, 4(005)- 1334/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 4 sentyabr 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək barəsində verilmiş həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Müdafiəçi2 (məhkəmə icraatında da hüquqlarını müqavilə əsasında müdafiə etmişdir) məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsini xahiş etmişdir” (Cild 1, i.v.96-100;).
27. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 19 sentyabr 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (Cild 1, i.v. 160;).
28. Nərimanov RPİ-nin Cinayət Axtarış Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Şahid4 tərəfindən imzalanmış 25 oktyabr 2023-cü il tarixli məktubda göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq, Təqsirləndirilən şəxs kimlərdən narkotik vasitə və psixotrop maddəni əldə etməsi, həmçinin üzərində aşkar edilmiş maddələri əldə etdiyi İran islam Respublikası vətəndaşının şəxsiyyətini və yerini müəyyən etmək mümkün olmamışdır (Cild 1, i.v.203;).
29. Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Bayram Alıyev tərəfindən imzalanmış 20 noyabr 2023-cü il tarixli məktubda göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə etdiyi Babək adlı şəxsin şəxsiyyətini, habelə onun satışını həyata keçirdiyi şəxs və ya şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır (Cild 1, i.v.209;).
30. “Ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının” 25 sentyabr 2023-cü il tarixli 6114 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəriş yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmin rəydə göstərilmişdir ki, ...öz deməsinə görə, iki ildir ki, psixotrop maddə metamfetamini yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir (Cild 1, i.v. 212-213;).
31. “Ambulator məhkəmə-psixiatrik ekspertizasının” 2 oktyabr 2023-cü il tarixli, 2781 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Abdull qızında törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə özü və ətrafdakılar üçün təhlükə kəsb etmir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “..Deməsinə görə iki ildir ki, patı adlandırılan psixotrop maddədən istifadə edir...Ona ittiham olunan əməl barədə soruşduqda saxlanılarkən üzərində narkotik vasitə aşkar olunduğunu etiraf edir..” (Cild 1, i.v. 214-216;).
32. “Müdafiəçidən imtina edilməsi barədə“ 7 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs qohumları tərəfindən bağlanmış müqavilə əsasında sonuncunun müdafiəçisi qismində işə buraxılmışdır(Cild 1, i.v.222;).
33. Təqsirləndirilən şəxs və Müdafiəçi2 7 dekabr 2023-cü il tarixli birgə ərizəsindən və həmin tarixli qəbzdən görünür ki, bir ədəd “Redmi” markalı və bir ədəd “Samsung” markalı mobil telefonlar Müdafiəçi2 təhvil verilmişdir (Cild 1, i.v.229;).
34. “Sübutların qiymətləndirilməsi və cinayət əməlinin hüquqi tövsifi haqqında” 7 dekabr 2023-cü il tarixli qərardan və müvafiq raportdan görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsi, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 4051,0 qram olan narkotik vasitə heroin və ümumi təmiz çəkisi 1905,996 qram olan psixotrop maddə metamfetamin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmaqla ekspertiza tədqiqatına sərf edilmiş kütlələr çıxılmaqla qalıq qalmış 4050,85 qram narkotik vasitə heroin və 1905,846 qram psixotrop maddə metamfetamin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanılmasından ötrü Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi, habelə Təqsirləndirilən şəxs yaşadığı ünvan 19 ünvanına baxış zamanı aşkar edilərək götürülmüş üzərində narkotik vasitə heroin izləri olan iki ədəd elektron tərəzi və Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı qeydiyyatlar apardığı bir ədəd kitabça iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmaqla məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanılmasından ötrü Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi, “Şəxsi axtarış və götürmə aparılması” haqqında və “Mənzildə axtarış və götürmə aparılması” haqqında 4 sentyabr 2023-cü il tarixli istintaq hərəkətlərinin videoçəkilişlərini əks etdirən bir ədəd “DVD” formatlı disk maddi sübut qismində tanınmaqla iş materiallarına əlavə edilməsi və Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitənin və psixotrop maddənin mənbəyinin müəyyən edilməsi və digər şəxslərin şəxsiyyətinin müəyyən edilməsi barədə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə başqa cinayət işinin ayrıca icraata ayrılması qərara alınmışdır (Cild 1, i.v. 231-247;).
35. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması və icraata qəbul edilməsi haqqında” 7 dekabr 2023-cü il tarixli qərardan görünür ki, müstəntiq Şahmar Qurbanov tərəfindən ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi və digər şəxslərin şəxsiyyətinin müəyyən edilməsinə dair Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.4-cü maddələri ilə ayrıca icraatda cinayət işi ayrılmaqla ********* nömrə altında icraata qəbul edilməklə istintaqının davam etdirilməsi qərara alınmışdır (Cild 1, i.v.250-252;).
36. “Təqsirləndirilən şəxsə elan edilmiş ittihama əlavə və dəyişiklər edilməklə yenidən ittiham elan edilməsi haqqında” 8 dekabr 2023-cü il ltarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.4-cü maddələri ilə yeni məzmunda ittiham Müdafiəçi2 iştirakı ilə elan edilməklə hüquq və vəzifələri izah edilmişdir (Cild 1, 255-256;).
37. “Təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işi materialları ilə tanış etmə barədə” 11 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Müdafiəçi2 Təqsirləndirilən şəxs ilə birlikdə iş materialları ilə tanış olduqdan sonra sonuncu əlyazma ilə ittihamla razı olmaması, narkotik vasitələrin ona məxsus olmaması, ilkin ifadələrinin təzyiq altında verildiyindən təsdiq etməməsi, bu barədə sübutları məhkəməyə təqdim edəcəklərinə dair müdafiəçisi ilə birgə vəsatət vermiş və həmin vəsatət ibtidai istintaq orqanı tərəfindən 11 dekabr 2023-cü il tarixdə rədd edilmişdir (Cild 1, i.v.273-276;).
38. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq Ş.R.Qurbanov tərəfindən 13 dekabr 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktı 14 dekabr 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.281-294;).
39. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 8546/2023 saylı tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs həmin təcridxanaya gətirildikdən sonra tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Həmin kitabçanın 12-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs zədə və xəsarət almadığını bildirmişdir. Həmin kitabçanın 13 və 14-cü bəndlərində göstərilmişdir ki, baxış zamanı Təqsirləndirilən şəxs bədən səthində yeni xəsarət izi aşkar edilməmiş, qasıqüstü nahiyyədə cərrahiyyə əməliyyatından sonrakı köhnə çapıq izi aşkar olunmuş, müayinə zamanı şikayəti olmadığını bildirmişdir (Cild 2).
40. "xxxx" MMC-nin direktoru Samir Abdullayev tərəfindən 23 aprel 2024-cü il tarixdə verilmiş məktubda göstərilmişdir ki, ünvan 20 ünvanında yerləşən “Rahat-Nargilə” filialının təhlükəsizlik kamerlarının 2023-cü il aprel – sentyabr aylarında olan görüntülərini texniki səbəblərdən (DVR-in yaddaş məhdudiyyətinin olması ilə əlaqədar) təqdim edilmək mümkün deyildir (Cild 2;).
41. X3 polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması ilə bağlı verdiyi məlumat cinayət xarakterli məlumat kimi Bakı Ağır Cinayətlər Məhkəməsinin müraciəti ilə araşdırma aparılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinə göndərilmişdir. Həmin idarənin şöbə prokuroru tərəfindən material üzrə 16 may 2024-cü il tarixdə qəbul edilmiş qərardan görünür ki, Nərimanov RPİ-nin əməkdaşlarının Təqsirləndirilən şəxs qarşı fiziki zor tətbiq etmələri müəyyən edilmədiyindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir (Cild 2;).
42. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-900/2024 saylı, 28 fevral 2024-cü il tarixli hökmündən görünür ki, Şahid5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 11(on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə Şahid5 barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərində Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi üzrə keçirilmiş əməliyyat-axtarış tədbirlərində iştirak etmiş hər hansı əməkdaşın, o cümlədən Şahid3 iştirak etməsi və ya hər hansı rolunun olması müəyyən edilməmişdir. Qeyd edilən hökmlə müəyyən edilmişdir ki, Şahid5 Babək adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olmaqla satış mqəsədi ilə külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmuşdur (Cild 2;).
43. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 16 may 2024-cü il tarixli Bakı şəhəri Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin böyük prokuroru, İ dərəcəli hüquqşünas X16 tərəfindən 455-C-24 nömrəli material üzrə qəbul edilmiş qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması ilə əlaqədar daxil olmuş məlumat əsasında toplanmış material üzrə cinayət hadisəsinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın-təsviri əsaslandırıcı hissəsindən görünür ki, “Məhkəmə-Tibbi Ekspertiza və X14” publik hüquqi şəxsin Nərimanov rayon şöbəsinin 19 mart 2024-cü il tarixli, 277 saylı rəyində Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində xəsarət aşkar edilməmişdir. Araşdırma nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki güc tətbiqinə, işgəncə və digər qanunsuz hərəkətlərə məruz qalması müəyyən edilməmişdir (Cild 2;).
Əməlin tövsifi və digər hüquqi məsələlər:
44. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
45. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsinatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
47. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
48. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
49. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir.
50. Belə ki, “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir.
51. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir.
52. CPM-in 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır.
53. CPM-in 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.
54. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.
55. CPM-in 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.
56. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.
57. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ki, o, satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin və külli miqdarda psixotrop maddənin əldə edilməsi, saxlanması, daşınması və satılması barədə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə danışıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək istintaqla müəyyən edilməyən vaxtda və şəraitdə Bakı şəhəri ərazisinə gətirilməklə gizlədilmiş külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni gizlədildiyi yerdən götürüb onun göstərişinə uyğun formada müqəddəratına sərəncam verməklə satışını həyat keçirməyi şəxsiyyəti istintaqa məlum olmayan həmin şəxsə vəd verib razılaşdıqdan sonra, aralarındakı razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq sonuncunun göstərişi ilə istintaqla müəyyən edilməyən vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edərək yaşadığı ünvan 4 ünvanında saxladığı, ümumi təmiz çəkisi 4051,0 qram olmaqla külli miqdarda narkotik vasitə heroini və ümumi təmiz çəkisi 1905,996 qram olmaqla külli miqdarda psixotrop maddə metamfetamini təyin edilmiş yerə qoymaqla satışını həyata keçirmək üçün 04 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi 6 ünvanının qarşısına daşımış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Nərimanov RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 04 sentyabr 2023-cü il tarixdə saat 19:10 dəqiqədə Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi 6 ünvanının qarşısında saxlanılıb ünvan 2rləşən Nərimanov RPİ-nin inzibati binasına gətirilərək orada üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan şalvarının sağ yan cibindən 1(bir) ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 10,596 qram ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1(bir) ədəd sellofan bağlamada təmiz çəkisi 47,0 qram qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, əlində olan yaşılsarı rəngli torbanın içərisindəki iki ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 2002,0 qram, 2002,0 qram ümumi təmiz çəkisi 4004,0 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd sellofan paketdə və bir ədəd plastik qabda ayrı- ayrılıqda təmiz çəkisi 1579,0 qram, 316,4 qram ümumi təmiz çəkisi 1895,4 qram ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq həmin gün özünün razılığı və iştirakı ilə yaşadığı ünvan 4 ünvanına baxış zamanı yataq otağından narkotik vasitələrin və psixotrop maddələrin satışında istifadə etdiyi üzərində narkotik vasitə heroin izləri olan 02 ədəd elektron tərəzi və narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı qeydiyyatlar apardığı 01 ədəd kitabça aşkar olunaraq götürülmüşdür.
58. Halbuki, məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı təqsirləndirilən şəxsin “külli miqdarda psixotrop maddə və narkotik vasitə əldə edib satmaq məqsədi ilə əvvəllər tanıdığı, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, mənfəət olaraq müəyyən miqdarda pul müqabilində şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşına məxsus külli miqdarda psixotrop maddə və narkotik vasitənin satışını həyata keçirəcəyi barədə razılığa gəlməsinə dair” verilmiş ittiham, yəni CM-in 234.4.1-ci maddəsi ilə olan ittiham üzrə təqsirliliyi ittihamçı tərəfindən sübuta yetirilməmişdir.
59. Belə ki, CPM-in 138.2-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür.
60. “Kondraşinanın Rusiya Federasiyasına qarşı” işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin.
61. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. CPM-in 21.2-ci maddəsinin tələblərinə həmin məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.
62. CM-in 234.4.1 və 234.4.3-cü maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir.
63. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram, həmin Siyahıların İİ siyahısının 67-ci bəndində isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.
64. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı və daşıdığı ümumilikdə 4051,0 qram, yəni külli miqdarda narkotik vasitə heroinin miqdarının şəxsi istehlak miqdarından təxminən 27006 dəfədən, külli miqdarından isə təxminən 2025 dəfədən artıq olması, ümumilikdə 1905,996 qram, yəni külli miqdarda psixotrop maddə metamfetaminin miqdarının şəxsi istehlak miqdarından təxminən 12706 dəfə, külli miqdarından isə təxminən 952 dəfədən artıq olması, özünün narkotik vasitə və psixotrop maddələri qazanc əldə etmək məqsədilə üzərində saxlamasına dair istintaq dövründə verdiyi qanunvericiliyin tələblərinə uyğun olaraq işin digər halları ilə öz təsdiqini tapan etirafedici ifadələri, habelə yaşadığı evindən üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzilərin və narkotik vasitə və psixotrop maddələrin satışına da qeydlər apardığı kitabçanın aşkar edilməsi onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.
65. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
66. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.
67. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
68. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin saxlanılarkən onun üzərində olmaması, ərinin fiziki təzyiqlərə məruz qalaraq tutulması ilə bağlı etdiyi şikayətlərə görə polis əməkdaşları (xüsusilə Şahid3) tərəfindən onun üzərinə qoyulması, ibtidai istintaq zamanı fiziki və psixi təzyiqlərə məruz qaldığından etirafedici ifadələr verməsi barədə verdiyi ifadələrə tənqidi yanaşaraq həmin ifadələrdə göstərilənlərin işin faktiki halları ilə öz təsdiqini tapmadığından və sübuta yetirilmədiyindən onun məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu CM-in 234.4.3-cü maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.
69. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.
70. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hökmün 67-cı bəndində qeyd edilən qərarın 11-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.
71. Halbuki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs həmçinin CM-in 234.4.1-ci maddəsi ilə ittiham verərkən sonuncunun konkret oalraq kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların konkret olaraq əməlinin nədən ibarət olması, hətta qabaqcadan əlbir olduğu şəxsin konkret olaraq adı və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “külli miqdarda psixotrop maddə və narkotik vasitə əldə edib satmaq məqsədi ilə əvvəllər tanıdığı, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, mənfəət olaraq müəyyən miqdarda pul müqabilində şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşına məxsus külli miqdarda psixotrop maddə və narkotik vasitənin satışını həyata keçirəcəyi barədə razılığa gəlməsini” göstərməklə kifayətlənmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur.
72. CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-in 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir.
73. CPM-in 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.
74. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
75. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
76. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan normasının tətbiq olunması və ya ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin CM-in daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirməsi başa düşülür. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi).
77. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında polis əməkdaşları tərəfindən fiziki, psixi təzyiqə və ya pis rəftara məruz qalmasını, ittihamda göstərilən yerdə, tarixdə və şəraitdə deyil başqa yerdə, tarixdə və şəraitdə saxlanılmasını, polis əməkdaşları tərəfindən nəyi və necə tələb etmişlərsə şəxsi axtarışa məruz qalarkən elə də bildirməsini, üzərində hər hansı narkotik vasitə və psixotrop maddənin olmamasını, üzərindən aşkar edilmiş ittihamda göstərilmiş predmetlərin polis əməkdaşlarına məxsus olması ilə bağlı verdiyi ifadələrə tənqidi yanaşaraq həmin ifadələrdə göstərilənlərin işin faktiki halları ilə öz təsdiqini tapmadığından və sübuta yetirilmədiyindən onun məsuliyyətini yüngülləşdirməyə və ağır cinayət əməlinə görə məsuliyyətdən yayınmağa yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu CM-in 234.4.3-cü maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.
78. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.
79. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Habelə, Təqsirləndirilən şəxs məhkəməyədək icraatın ilkin mərhələsindən (5 sentyabr 2023-cü il tarixdə) qohumları ilə müqavilə bağlanmaqla hüquqlarını müdafiə etdiyi müdafiəçisi Müdafiəçi2 iştirakı ilə dindirilərkən və digər istintaq hərəkətləri həyata keçirilərkən, o cümlədən barəsində qətimkan tədbiri seçilərkən məhkəmə iclasında izahat verərək hər hansı bir fiziki təzyiqə və zorakılığa məruz qalmasını bildirməmişdir. Əksinə həmin istintaq hərəkətləri protokolları ilə tanış olduqdan sonra məhkəməyədək icraatın yalnız sonunda ifadə verməkdən imtina etmişdir. Hökmün 18; 20; 26; 39; 41 və 43-cü bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlərlə də Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır.
80. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Həmçinin, məhkəmə, məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid5 ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, həmin ifadələrdə iş üçün sübut əhəmiyyəti kəsb edən hər hansı hal olmadığından işin faktiki halının müəyyən edilməsi baxımından sübut kimi qiymətləndirilməməlidir. Belə ki, Şahid5 təqsirləndirilən şəxslə faktiki ər-arvad münasibətlərində olmaqla, ümumiyyətlə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasının birbaşa şahidi olmamışdır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı təkidlə Şahid3 onun faktiki ərinin saxlanılmasında iştirak etməsi və bu səbəbdən qərəzli olaraq tutulması ilə bağlı ifadələrinə tənqidi yanaşaraq qeyd edir ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla, o cümlədən Şahid5 barəsində çıxarılmış hökmlə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi həmin xüsusatın da tam inkar olunduğu müəyyən edilmişdir.
81. Məhkəmə hökmün təsviri-əsaslandırıcı hissələrində göstərilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, habelə qanunu rəhbər tutaraq və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verilmiş ittihamın “satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin və külli miqdarda psixotrop maddənin əldə edilməsi, saxlanması, daşınması və satılması barədə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə danışıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək istintaqla müəyyən edilməyən vaxtda və şəraitdə Bakı şəhəri ərazisinə gətirilməklə gizlədilmiş külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni gizlədildiyi yerdən götürüb onun göstərişinə uyğun formada müqəddəratına sərəncam verməklə satışını həyat keçirməyi şəxsiyyəti istintaqa məlum olmayan həmin şəxsə vəd verib razılaşdıqdan sonra, aralarındakı razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq sonuncunun göstərişi ilə istintaqla müəyyən edilməyən vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edərək yaşadığı ünvan 4 ünvanında saxladığı, ümumi təmiz çəkisi 4051,0 qram olmaqla külli miqdarda narkotik vasitə heroini və ümumi təmiz çəkisi 1905,996 qram olmaqla külli miqdarda psixotrop maddə metamfetamini təyin edilmiş yerə qoymaqla satışını həyata keçirmək üçün 04 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi 6 ünvanının qarşısına daşımasına dair” verilmiş ittihamda təqsirliliyi sübuta yetirilməməsi əsası ilə həmin ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməlidir.
82. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
83. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır.
84. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.
85. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
86. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
87. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
88. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
89. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin əvvəllər məhkumluğunun olmamasını və məhkəmə icraatı zamanı davranışını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
90. CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır.
91. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
92. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.
93. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.
94. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
95. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
96. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 4 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 6 sentyabr 2023-cü il tarixli qərarı ilə 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.
97. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 4 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır.
98. Məhkəmə hökmün 30-cu bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.
99. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.
100. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Nərimanov RPİ-nin maddi sübutların saxlanc kamerasında saxlanılan tədqiqatlardan sonra ümumi qalıq çəkisi 4050,85 qram olan narkotik vasitə heroin və 1905,846 qram olan psixotrop maddə metamfetamin, 2 (iki) ədəd elektron tərəzi və 1 (bir) ədəd kitabça məhv edilməli və 1 (bir) ədəd DVD disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.
101. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
102. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.
103. İş üzrə mülki iddia yoxdur.
104. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
105. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
106. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ümumi ittihamdan Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 4 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq ümumi çəkiləri 4050,85 qram olan narkotik vasitə heroin və 1905,846 qram olan psixotrop maddə metamfetamin, 2 (iki) ədəd elektron tərəzi və 1 (bir) ədəd kitabça məhv edilsin, 1 (bir) ədəd DVD diskin hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.