Məhkəmə qərarları › İş №1(101)-1207/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1207/2022

16.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1207/2022 16.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1, 151, 182.2.1, 182.2.2 və 242-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə zor tətbiq etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmiş, zərər çəkmiş şəxsin sair asılılığından istifadə etməklə onu seksual xarakterli digər hərəkətlərə məcbur etmiş, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında zərər çəkmiş şəxsin haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə özgənin əmlakını tələb etmiş, pornoqrafik materialları reklam məqsədi ilə qanunsuz yaymış, reklam etmiş, pornoqrafik xarakterli video materiallar və şəkillərlə qanunsuz ticarət etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus xeyli sayda çılpaq görüntülü fotoşəkilləri və çılpaq görüntülü 1 (bir) ədəd videonu özünün və Ayxan Musayevin idarə etdiyi “Tərbiyəsiz qızlar ifşa”, “Bax amma sil” və “Bədbəxt kişilər klubu” adlı pornoqrafik məzmunlu teleqram kanallarında, eləcə də başqa müxtəlif internet saytlarında nümayiş etdirməklə haqqında rüsvayedici məlumatları yayacağını bildirib Zərərçəkmiş şəxs2m özündən asılı vəziyyətə gətirmiş, bundan sonra Zərərçəkmiş şəxs2 mənəvi və psixoloji asılılığından istifadə etməklə həmin şəkilləri və videonu yaymamaq müqabilində onunla qeyri-təbii yolla intim əlaqədə olmasını tələb edərək Zərərçəkmiş şəxs2m seksual xarakterli hərəkətlərə məcbur etmiş, Zərərçəkmiş şəxs2 da barəsində rüsvayedici məlumatların yayılmasından qorxduğu üçün Təqsirləndirilən şəxslə qeyri-təbii yolla intim əlaqədə olmağa məcburiyyət qarşısında qalaraq razı olmuş, bundan sonra 22 yanvar 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu ərazisində, “Səməd Vurğun” adına bağın yanında Zərərçəkmiş şəxs2 ilə görüşərək sonuncunu həmin yerdə yerləşən 4 mərtəbəli binanın birinci mərtəbəsində olan yaşayış sahəsinə aparmış, orada zor tətbiq edərək Zərərçəkmiş şəxs2 boyun nahiyyəsinə yumruqla vurub yerə yıxmış daha sonra saçından tutub yataq otağına apararaq orada iki dəfə qeyri-təbii yolla intim əlaqədə olmaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ilə seksual zarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs müxtəlif qızlar haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə onlardan hədə-qorxu ilə pul tələb etmək və bu yolla əldə edəcəkləri pul vəsaitlərini öz aralarında bərabər qaydada bölmək məqsədi ilə tanışı X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, Təqsirləndirilən şəxs 2021-ci ilin avqust ayında Zərərçəkmiş şəxs1 məxsus olan pornoqrafik xarakterli, yəni cinsi ehtirası sağlam olmayan şəkildə oyadan, seksuallığı müstəsna olaraq cinsi aktla həyata keçirilməsi taktikası ilə bağlayan, ictimai cəhətdən şərtləndirilmiş normaları pozmaqla qarşı tərəfi qacıqlandırmaq, başqalarında ikrah hissi oyatmaq məqsədi daşıyan, primitiv hisslər və münasibət yaradan çoxsaylı fotoşəkilləri və pornoqrafik xarakterli 1 (bir) ədəd videogörüntünü özünün və Ayxan Musayevin idarə etdiyi “Tərbiyəsiz qızlar ifşa”, “Bax amma sil” və “Bədbəxt kişilər klubu” adlı pornoqrafik məzmunlu teleqram kanallarında qanunsuz yaymaqla reklam etmiş, pornoqrafik xarakterli həmin video material və şəkillərlə qanunsuz ticarət etmiş, həmin materialları başqa müxtəlif internet saytlarında da nümayiş etdirməklə haqqında rüsvayedici məlumatları yayacağı hədəsi ilə 2021-ci ilin avqust ayında yaşadığı ünvan 1 ünvanında mobil telefonla danışaraq Münəvvər Davudovadan hədə-qorxu ilə 500 (beş yüz) manat nağd pul tələb etmiş və həmin pul vəsaitini Ayxan Musayevin kart hesabına göndərməsini tapşırmış, Münəvvər Davudova barəsində rüsvayedici məlumatların yayılmamasına görə həmin pul vəsaitini verməyə razı olduqdan sonra qohumu Şahid2 vasitəsi ilə 15 avqust 2021-ci il tarixdə, saat 14:59-da 500 (beş yüz) manat pul vəsaitini Ayxan Musayevin bacısı X2 "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesab kartına göndərmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən Ayxan Musayev də öz növbəsində qeyd edilən tarixdə həmin pul vəsaitindən 250 (iki yüz əlli) manat pul vəsaitini Təqsirləndirilən şəxs vermiş, qalan 250 (iki yüz əlli) manat pul vəsaitini isə şəxsi məqsədlərinə sərf etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən müxtəlif qızlar haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə onlardan hədə-qorxu ilə pul tələb etmək və bu yolla əldə edəcəkləri pul vəsaitlərini öz aralarında bərabər qaydada bölmək məqsədi ilə tanışı X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 məxsus çılpaq görüntülü 1 (bir) ədəd fotoşəkli özünün və Ayxan Musayevin idarə etdiyi “Tərbiyəsiz qızlar ifşa", “Bax amma sil” və “Bədbəxt kişilər klubu” adlı pornoqrafik məzmunlu teleqram kanallarında, eləcə də başqa müxtəlif internet saytlarında da nümayiş etdirməklə haqqında rüsvayedici məlumatları yayacağı hədəsi ilə 2021-ci ilin noyabr ayında yaşadığı ünvan 1 ünvanında mobil telefonla danışaraq Zərərçəkmiş şəxs3 təkrarən hədə-qorxu ilə 500 (beş yüz) manat nağd pul tələb etmiş və həmin pul vəsaitini Ayxan Musayevin kart hesabına göndərməsini tapşırmış, Zərərçəkmiş şəxs3 barəsində rüsvayedici məlumatların yayılmamasına görə həmin pul vəsaitini verməyə razı olduqdan sonra 16 noyabr 2021-ci il tarixdə, saat 21:32-də 500 (beş yüz) manat pul vəsaitini Ayxan Musayevin bacısı X2 "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesab kartına göndərmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən Ayxan Musayev də öz növbəsində qeyd edilən tarixdə həmin pul vəsaitindən 250 (iki yüz əlli) manat pul vəsaitini Təqsirləndirilən şəxs vermiş, qalan 250 (iki yüz əlli)manat pul vəsaitini isə şəxsi məqsədlərinə sərf etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirili bilməyərək ifadəsində göstərdi ki, onun heç bir günahı yoxdur. Cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı alınmış ifadəsində qeyd olunanlar həqiqəti əks etdirmir. Ona verilmiş ittiham tamamilə əsassızdır. O, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, məhkəmə zalında verdiyi ifadəsi arasında ziddiyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, “Tərbiyəsiz qızlar ifşa”, “Bax amma sil” və “Bədbəxt kişilər klubu” adlı pornoqrafik məzmunlu teleqram kanalların səhifəsinin admini olaraq işləmiş, “Jayhunluna” adlı profili özü yaratmış, həmin profili də tanışı X6 ilə birlikdə işlətmişdir. O və Ayxan “Tərbiyəsiz qızlar ifşa”, “Bax amma sil” və “Bədbəxt kişilər klubu” adlı pornoqrafik məzmunlu teleqram kanallarında qızların çılpaq və açıq-saçıq şəkillərini paylaşmış, Ayxanla birlikdə həmin kanallarda qızların açıq-saçıq şəkillərini paylaşmağı, daha sonra şəkillərini paylaşdıqları qızları şantaj edib onlardan pul almağı qərarlaşmışlar. 2021-ci ilin avqust ayında o və Ayxan Bakı şəhəri sakini Zərərçəkmiş şəxs1 çılpaq şəkillərini və çılpaq videosunu əldə etmiş, Ayxanla birlikdə həmin çılpaq videonu və çılpaq şəkilləri teleqram kanallarında paylaşmağı və şantaj yolu ilə Münəvvərdən pul istəməyi qərara gəlmişlər. Beləliklə də, Münəvvərin çılpaq şəkillərini və çılpaq videosunu “Tərbiyəsiz qızlar ifşa”, “Bax amma sil” və “Bədbəxt kişilər klubu” adlı pornoqrafik məzmunlu teleqram kanalların səhifəsində paylaşmış, sonradan Münəvvər onunla əlaqə saxlamış və həmin şəkillərin silinməsini və yayılmamasını xahiş etmişdir. O da, həmin şəkillərin və videonun silinməsi üçün və başqa kanallarda daha da yayılmaması üçün 500 manat pul istəmiş, daha sonra Münəvvərin Rüstəm adlı qohumu onunla əlaqə saxlamış, o da, həmin çılpaq şəkilləri və çılpaq videonu kanallardan silməsini xahiş etmişdir. O, bunun üçün 500 manat pul istəmiş, əgər 500 manat pul verəcəkləri halda həmin çılpaq şəkilləri və çılpaq videonu kanallardan siləcəyini, bundan sonra yaymayacağını bildirmişdir. Münəvvər və Rüstəm də həmin pulu verməyə razı olmuş, bundan sonra o, Ayxana bu barədə bildirmiş, Münəvvərin həmin çılpaq şəkillərin və videonun daha da yayılmaması üçün və həmin görüntülərin silinməsi üçün 500 manat pul verməyə razı olduğunu bildirmişdir. O və Ayxan əlbəəl həmin pulu götürməyin riskli olduğunu düşünmüş, polis tərəfindən tutulmaqdan qorxmuşlar. Ona görə də Münəvvər həmin pulu Ayxanın kart hesabına göndərməsi, Ayxanın da 500 manatın 250 manatını özünə götürməsi, qalan 250 manatı isə onun hesab kartına göndərməsini qərara gəlmişlər. Ayxan bacısı Aytacın adına olan "xxxx" hesab kartının nömrəsini ona vermiş, o da, həmin hesab kartını Münəvvərin qohumu Rüstəmə vermiş, 500 manat pulu həmin karta köçürməsini demişdir. Münəvvərgil də 15 avqust 2021-ci ildə həmin karta 500 manat pulu köçürmüş, sonra Ayxan onunla danışmış və karta 500 manat pul vəsaiti köçürüldüyünü bildirmişdir. Aralarındakı razılığa görə də Ayxan həmin 500 manatdan 250 manatı özünə götürmüş, qalan 250 manat pulu isə onun "Kapitalbank” ASC-də olan **********365596 nömrəli hesab kartına köçürmüşdür. O da, hesab kartından həmin 250 manatı çıxartmış və şəxsi məqsədlərinə sərf etmişdir. Sonra söz verdiyi kimi o, həmin teleqram səhifələrindən Münəvvərin çılpaq şəkillərini və çılpaq videosunu silmişdir. O və Ayxan Münəvvərin və ya onun yaxın qohumlarının üzərində zor göstərməmiş və zor göstərməklə hədələməmişdir. Onun istifadə etdiyi “Redmi” markalı mobil telefona baxış keçirilərkən müəyyən edilmişdir ki, o, Zərərçəkmiş şəxs1 qohumu Şahid2 istifadə etdiyi 055 322-69-03 nömrəsi vasitəsi ilə “Whats app” proqramı vasitəsi ilə əlaqə saxlamış, həmin danışıq zamanı Şahid2 “heç nə silən deyiləm, incimə, bayaq danışdıqlarımız başqadır” məzmunlu, “Rüstəm belə deyim də sənə 3-4 gündür onsuz da bunun söhbət gedir, yenə də deyirəm, mənə Münəvvər lazım deyil, silməyi də ki, özün bilirsən ki, əvvəldən hazıram, razıyam, yenə də sənə deyirəm, mənim 5 dənə kanalım var, “Az 18 +”, “Buraxana”, “Tərbiyəsiz qızlar”, “Bax amma sil”, “Bir də ki bkk”. Başa düşdün? mənə kanal alınıb veriləndən sonra o kanallarda paylaşılmayacaq, “Rüstəm sənə belə deyim də mən, sənin mənimlə aramda olan mübahisələrdi, bunları yaşına görə hörmət edib keçirəm, belə bir şey deyim sənə, bu da yaşına görə deyirəm sənə, yəni pis insan deyilsən, ürəyin bəlkə də təmizdi, mən bütün kanallarda varam, Azərbaycanda “+18” 75 dənə kanal var, 75 ya 80 bax belə, hamısında da varam, haradasa görsəm də, harada görəm də narahat olma sildirəcəm.” məzmunlu, “sən tapa-tapa dollar tapırsan?, yəni ordan manat tapmadın? Dəyişdir dolları nə bilim, nəsə elə” məzmunlu, “sənə nə qədər vaxt verim?, mənə dəqiq bir vaxt de, səbrim tükənir”, “nə qədər səbr edim müəyyən vaxt de” məzmunlu mesajlar göndərmişdir. İttiham olunduğu cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 12 avqust 2021-ci ildə o, özünün istifadə etdiyi “İPhone” markalı mobil telefon vasitəsi ilə teleqram proqramına daxil olmuş, teleqram proqramında “Azeri qızlar ifşa”, “Bədbəxt kişilər klubu”, “Tərbiyəsiz qızlar ifşa”, “Bax amma sil” adlı teleqram kanallarında özünün çılpaq fotoşəkillərinin və və çılpaq videosunun yayıldığını görmüş, həmin səhifələrin hamısının adminin adı “Jayhunluna” olmuşdur. O, sonradan “Jayhunluna” adlı adminin əsl sahibinin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. O, həmin səhifələrin admininə mesaj yazıb nə üçün onun çılpaq videosunun və fotoşəkillərinin paylaşıldığını soruşmuş, həmin şəkillərin və videonun silinməsini xahiş etmiş, lakin adminin sahibi onun şəkillərini silməyəcəyini demişdir. O da, Faiqə yalvarmış və həmin materialları silməsini bir daha xahiş etmişdir. Faiq də həmin şəkil və videonun silinməsi üçün 500 manat istəmiş, həmin pulu verməyəcəyi halda onun şəkillərini və videonu silməyəcəyini, əksinə, başqa teleqram kanallarında da yayacağını bildirmişdir. Onun çılpaq şəkillərinin və videonun həmin kanallarda paylaşılması və yayılması onun üçün utancverici bir məsələ olmuş, həmin şəkillər və video başqa kanallarda da yayıldığı halda o, hətta utancdan özünü öldürməyi də fikirləşmişdir. Ona görə də Faiqin istədiyi 500 manat pulu ona verməyi qərara gəlmiş, Faiqə həmin puu verməyə razı olmuşdur. Faiq 500 manatlıq “500K” instaqram səhifəsi olduğunu bildirmiş, həmin instaqram səhifəsini almasını tələb etmişdir. O da, əmisi oğlu Şahid2 başına gələnləri danışmış, Rüstəm də həmin instaqram səhifəsini 500 manata almış, həmin səhifəni almaq üçün də X2 alına olan bank kartına 500 manat göndərmişdir. Sonra həmin instaqram səhifəsini o, Faiqə göndərmiş, Faiq də onun çılpaq şəkillərini və videonu silmişdir. Əmisi oğlu Rüstəm Faiqlə «Whats app» proqramı vasitəsi ilə də danışmış, həmin danışıqlarda da Faiqin onlardan hədə-qorxu ilə pul tələb etməsi açıq-aydın görünmüşdür. O, Faiqin hədələrini həqiqi qəbul etmiş, Faiqin istədiklərini vermədikləri halda sonuncunun onun çılpaq şəkillərini və videosunu paylaşacağını bilmişdir. O, Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 2021-ci ilin oktyabr ayında rəfiqəsi Gülarə ona zəng edib “Teleqram” sosial şəbəkəsində “Tərbiyəsiz qızlar ifşa” adlı səhifədə onun çılpaq şəklinin paylaşdığını bildirmiş, o da, tez “Teleqram” sosial şəbəkəsində “Tərbiyəsiz qızlar ifşa” adlı səhifəyə daxil olmuş və həqiqətən də onun çılpaq vəziyyətdə olan şəkli paylaşılmışdır. Həmin şəkildə onun yataqda uzanmış vəziyyətdə, sol əlində telefonla danışarkən çəkilmiş şəkli paylaşılmışdır. O, həmin səhifənin admini kimi bildiyi "Jayhunluna" adlı hesaba yazmış və həmin şəklimi səhifədən silməsini xahiş etmişdir. Həmin şəxs onun şəklinin silinməsi müqabilində pul tələb etmiş, həmin şəxsin adının Faiq olduğunu sonradan bilmişdir. O da, şəkillər bir az da yayılsa, insan içinə çıxa bilməyəcəyini, qohumlarının, tanışlarının üzünə baxa bilməyəcəyini bilmiş, ona görə də Faiqin istədiyi pulu verməyi qərara almışdır. Faiq isə şəklini silməyinin müqabilində ondan 500 manat istəmiş və ona hesab nömrəsi göndərmiş, hesab nömrəsi Aytac adlı qızın adına olmuş, o da, 16 noyabr 2021-ci ildə 500 manat pul vəsaitini ödəmə terminallarından biri vasitəsi ilə göndərmişdir. O, Təqsirləndirilən şəxs yaydığı ona məxsus çılpaq fotoşəkli istintaqa təqdim etmişdir. O, Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2015-ci ildə Orxan Nağızadə ilə tanış olmuş, onunla sevgili münasibətində olmuş, sevgili münasibətində olduğu müddətdə Orxan onun açıq-saçıq şəkillərini istəmişdir. O da, Orxanın onu sevdiyini düşünmüş və buna görə də açıq-saçıq şəkillərini “Whats app” proqramı vasitəsi ilə Orxana göndərmişdir. 16 yanvar 2020-ci ildə İnstaqram sosial şəbəkəsində Təqsirləndirilən şəxs ona mesaj yazmış, onun açıq-saçıq şəkillərinin olduğunu bildirmiş, həmin şəkilləri internet saytlarında yayacağını və onu hamının içərisində rüsvay edəcəyini bildirmişdir. Faiq onunla cinsi əlaqədə olmağı təklif etmiş, əgər cinsi əlaqədə olarsa, onun şəkillərini yaymayacağını demişdir. 22 yanvar 2020-ci ildə o, Faiqlə Bakı şəhəri, Nəsimi rayonunda Səməd Vurğun adına olan parkda görüşmüş, Faiqlə söhbət zamanı özünün şəkillərini silməsini xahiş etmiş, Faiq də onunla qeyri-təbii yolla intim əlaqədə olandan sonra onun şəkillərini siləcəcəyini demişdir, O da, şəkillərinin Faiq tərəfindən yayacağından qorxmuş, yəni sonuncudan asılı vəziyyətə düşmüş, Faiqdən asılı olduğu üçün sonuncunun şərti ilə razı olmuşdur. Sonra hər ikisi yaxınlıqda olan evə daxil olmuş, evə daxil olan kimi Faiq yumruğu ilə onun boyun nahiyyəsindən vurmuş, o da, yerə yıxılmış, Faiq də onun saçından tutub yataq otağına aparmış, yataq otağına daxil olandan sonra Faiq onu yatağın üzərinə uzatmış və onun əynində olan paltarları çıxartmağa başlamış, Faiq iri cüssəli olduğuna görə o, Faiqə müqavimət göstərə bilməmiş, Faiq orada onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuş, bu zaman onun arxa nahiyyəsindən qan axmış, Faiq də bunu görmüş, Faiq onu hamama aparıb soyuq su ilə onu çimizdirmiş, Faiq onu çimizdirəndən sonra yenə də yataq otağına aparmış və yenə də onunla qeyri-təbii yolla intim əlaqədə olmuş, o, həmin vaxtı şokda olmuş, ona görə də Faiqin onunla dəqiq olaraq neçə dəfə qeyri-təbii yolla intim əlaqədə olmasını xatırlamamışdır. Lakin Faiq onunla təbii yolla intim əlaqədə olmamışdır. Qeyri-təbii yolla intim əlaqədə olan zaman o, Faiqə bunu etməməsini yalvarmış, lakin Faiq əli ilə onun sifət nahiyyəsinə sərt zərbələr vurmuş və onunla qeyri-təbii yolla intim əlaqədə olmuşdur. O, artıq şokda olmuş, başına gələnlərə görə bərk ağlamağa başlamış, Faiq də ona “nə olar ağlama sən ağlayanda elə bilirəm ki, səni zorlamışam” ifadəsi işlətmişdir. Bu prosesdən sonra o, Faiqdən onun şəkillərini silməsini xahiş etmiş, Faiq də telefonundan onun şəkillərini silmiş, o da, Faiqin həqiqətən də şəkillərin hamısını sildiyini zənn etmişdir. Lakin əslində Faiq ona yalan danışmış, ona aid şəkilləri silməmişdir. Həmin gün axşam Faiq ona telefonla zəng etmiş, o, Faiqə bir daha onu narahat etməməsini xahiş etmiş, Faiq ona yenə də onun açıq şəkillərini göndərmiş və onunla yenə də qeyri-təbii yolla intim əlaqədə olmaq istədiyini demişdir. O da, Faiqin təhdidlərinin bitməyəcəyini bilmiş, ona görə də başına gələnləri anası Yeganəyə danışmış, anası Faiqə zəng etmiş və sonuncunu görüşə çağırmışdır. O, həmin görüşdə iştirak etməmiş, lakin sonradan bilmişdir ki, həmin görüş zamanı Faiq anasının yanında ona aid şəkilləri silmişdir. 29 iyun 2021-ci ildə tanışları ona zəng edib ona aid açıq-saçıq şəkillərin teleqram sosial şəbəkəsində “bədbəxt kişilər klubu” adlı səhifədə paylaşıldığını bildirmişlər, o da, həmin səhifəyə baxanda həqiqətən də onun şəkillərinin paylaşıldığını görmüşdür. Faiq Bakı şəhəri, Nəsimi rayonunda “Səməd Vurğun” bağının yanında 4 mərtəbəli evlərdən birində, birinci mərtəbədə yerləşən evdə onunla qeyri-təbii yolla intim əlaqədə olmuşdur. O, Faiqin hədələrini həqiqi qəbul etmiş, Faiqin şərtlərinə əməl etməsə sonuncunun onun barəsində olan rüsvayedici materialları yayacağını bilmişdir. O, Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2021-ci ilin avqust ayında «tərbiyəsiz qızlar ifşa» adlı teleqram saytında əmisi qızı Zərərçəkmiş şəxs1 açıq-saçıq şəkillərinin paylaşıldığını eşitmiş, əvvəlcə Münəvvər həmin şəkilləri paylaşan Faiqlə danışmış və həmin şəkilləri silməsini xahiş etmiş, lakin Faiq həmin şəkilləri silmək üçün 500 manat pul istəmişdir. Faiq həmin səhifəni «Jayhunluna» adlı profillə işlətmiş, Faiq 500 manat pul verilməsə, o, həmin şəkilləri başqa səhifələrdə də paylaşacağını bildirmişdir. O da, Faiqlə telefon əlaqəsi saxlamış, Faiqdən həmin şəkilləri silməsini xahiş etmiş, Faiq şəkillərin silinməsi üçün 500 manat pul istəmişdir. Faiq pul verildiyi halda şəkilləri siləcəyini bildirmiş, lakin pul verməsə, şəkilləri silməyəcəyini, şəkilləri başqa saytlarda da yayacağını demişdir. Amma Faiq pulu əlbəəl almayacağını, kart vasitəsi ilə alacağını demişdir. Faiq ondan ya 500 manat verməsini, ya da həmin məbləğdə instaqram səhifəsi almasını tələb etmiş, o isə pul verməyə razılaşmışdır. Faiq də ona Aytac Musayeva adlı şəxsin adına olan kart hesabının nömrəsini göndərmiş, o da, 500 manat pulu həmin hesaba göndərmişdir. O, Faiqlə arasında olan səs yazıları və mesajlaşmaları istintaqa təqdim etmiş, həmin səs yazılarından və mesaj mətnlərində Faiqin onlara hədəqorxu gəlməsi və pul tələb etməsi aydın olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X1 Süleyman Davud oğlunun ifadəsində göstərdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2021 -ci ilin yay aylarında qızı Zərərçəkmiş şəxs2 söhbət zamanı açıq-saçıq şəkilləri Təqsirləndirilən şəxs əlinə düşdüyünü, Faiqin də onu şantaj etdiyini bildirmişdir. Faiq onun qızına şərt qoymuş, qızı ilə intim əlaqədə olmasını tələb etmiş, həmin tələbə əməl etməsə qızının açıq-saçıq şəkillərini internet saytlarında yayacağını bildirmişdir. Qızı da qorxusundan, yəni həmin şəkillərin yayılmasından qorxmuş, yəni qızı Faiqdən asılı vəziyyətdə olmuş, ona görə də qızı Faiqin şərtlərini qəbul etmişdir. Dinarə Faiqlə görüşəndə Faiq Dinarə ilə intim münasibətdə olmuş, sonra yalandan guya qızının açıq-saçıq şəkillərini sildiyini bildirmiş, amma əslində Faiq qızının şəkillərini silməmişdir. Faiq yenə də qızına zəng edib sonuncunu şantaj etmiş, yenə də qızı ilə qeyri-təbii yolla intim münasibətdə olmağı tələb etmişdir. Qızı Faiqin bu hədələrindən bezəndən sonra ona bu barədə danışmış, o da, Faiqlə Bakı şəhərində, Axundov adına parkda görüşmüş və Faiqdən bu hədələrindən əl çəkməsini və qızının şəkillərini silməsini xahiş etmiş, Faiq yalvararaq bir də belə şey olmayacağını bildirmişdir. Cinayət işinin 1-ci cildinin 38-60-cı vərəqlərində olan Şahid2 təqdim etdiyi 1 (bir) ədəd diskdə olan səsli mesajlara və təqdim edilən mesaj mətnlərinə baxış keçirilərkən müəyyən edilmişdir ki: Şahid2 istintaq orqanına təqdim etdiyi 1 (bir) ədəd diskdə olan səs yazılarından görünür ki: Təqsirləndirilən şəxs Yusif oğlu zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qardaşı Şahid3 ünvanladığı səsli mesajlarda aşağıdakı məzmunlu ifadələr işlətmişdir. «Bayaq Rüstəmə də dedim, sənə də deyirəm, 5 dənə yerdə paylaşılmışdı, buraxana, az 18 plyus, hamısının da linklərini ata bilərəm, özün baxa bilərsən, «bax amma sil», «tərbiyəsiz qızlar ifşa», «bir də ki bədbəxt kişilər klubu bkk», beş verdən də silindi, başqa səhifələrdə də paylaşılmayıb qardaşım, mən səmimi deyim də, bu 5 dənə yerdə (söyüş söyür) bir də paylaşılmayacaq, başqa yerdə də yoxdur, görsəz də mən sildirəcəm, kişi kimi söz verirəm»; “Rüstəm belə deyim də sənə 3-4 gündür onsuz da bunun söhbət gedir, yenə də deyirəm, mənə Münəvvər lazım deyil, silməyi də ki, özün bilirsən ki, əvvəldən hazıram, razıyam, yenə də sənə deyirəm, mənim 5 dənə kanalgm var, “Az 18 +” “Buraxana”, “Tərbiyəsiz qgzlar”, "Bax amma sil”, “Bir də ki bkk” baєa dğєdğn? mənə kanal algngb veriləndən sonra o kanallarda paylasglmavacag.”; “Bax Rüstəm sənə belə deyim də mən o dəfə telefonla danışanda mən sənə qayıtdım dedim ki, qız səhvdi eliyib, filan, bu söhbətləri öldürək getsin, bundan sonra bir də eləməsin, sən də dedin bir də eliyən deyil, düzdümü? O ki, qaldı silmək məsələsinə mənimçün o post orada qaldı qalmadı önəmi yoxdu, başa düşürsən? Sən kisi kimi verdiyin sözü tutassan, mən də kisi kimi verdiyim sözü tutacam siləcəm, sizin üçün önəmi var, mənim üçün həqiqətən önəmi yoxdu, başa düşürsənmi”; “Rüstəm sənə belə deyim də mən, sənin mənimlə aramda olan mübahisələrdi, bunları yaşına görə hörmət edib keçirəm, belə bir şey deyim sənə, bu da yaşına görə deyirəm sənə, yəni pis insan deyilsən, ürəyin bəlkə də təmizdi, mən bütün kanallarda varam, Azərbaycanda “+18” 75 dənə kanal var, 75 ya 80 belə, hamısında da varam, haradasa görsəm də, harada görəm də narahat olma sildirəcəm". Şahid2 istintaq orqanına təqdim etdiyi 1 (bir) ədəd diskdə olan mesaj mətnlərindən görünür ki: Təqsirləndirilən şəxs Yusif oğlu zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qardaşı Şahid3 mesaj yazaraq aşağıdakı məzmunlu mesajlar göndərmişdir: “Sənə nə qədər vaxt verim?, mənə dəqiq bir vaxt de, səbrim tükənir”, “nə qədər səbr edim müəyyən vaxt de”; “Sən tapa-tapa dollar tapırsan?, yəni ordan manat tapmadın? Dəyişdir dolları nə bilim, nəsə elə”; “Bədbəxt kişilər klubundan sildim”; “Pacja deyəsən məzələnirsən mənlə, dollar götürür aparat?”; “Şəkilə qalanda, biz də çox adamın səkilini götürə bilirik”; “Elə şəxsən bax Münəvvərin səkilləri pavlaşılacaq”; “Süleyman salam, bir dənə bura baxarsan, səni narahat edən bkk+tərbivəsiz qızlar ifsa+bax ama sil kanalının rəhbəridir, sənin Rüstəm adlı qohumun var, Münəvvər sənin bacındır?”; “Bütün +18 yerlərdə bacının şousu başlıyır, hazır ol”; “Bundan sonra qaqaş incimə hər yerdə pavlaşılacaq, burda 59 dənə admin var, hərəsində 2-3 kanalı hamısında pavlasılsın bax”; “Qaqaşım. Rüstəm bombalıq edirdi, pul heç nədi mənimçün, əlimdədi filan, incimə, pavlasılır, burda 59 dənə admin var, hərəsində 2-3 kalan, indi atıram bura paylaşsınlar”; “Buyur qaqa bədbəxt kişilər klubundan silinir”. Cinayət işinin 1-ci cildinin 60-cı vərəqində olan “Kapitalbank" ASC-yə məxsus bir ədəd 30219 nömrəli ödəniş qəbzindən görünür ki, 15 avqust 2021-ci il tarixdə, saat 14:59-da X2 adına olan hesab kartına 500 manat pul vəsaiti köçürülmüşdür. Cinayət işinin 1-ci cildinin 115-ci vərəqində olan 4408 nömrəli “e Manat” ödəmə qəbzindən görünür ki, 16 noyabr 2021-ci il tarixdə, saat 21:32-də X2 adına olan hesab kartına 500 manat pul vəsaiti köçürülmüşdür. Cinayət işinin 2-ci cildinin 49-53-cü vərəqlərində olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 20 may 2022-ci il tarixli, 474 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. Zərərçəkmiş şəxs2 qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs2 arxa keçəcəkdə aşkar edilmiş əlamətlər onunla qeyritəbii yolla cinsi əlaqədə olmağa dəlalət edir. Cinayət işinin 2-ci cildinin 54-56-cı vərəqlərində olan Təqsirləndirilən şəxs barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 20 may 2022-ci il tarixli, 473 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patalogiya aşkar edilmədi. Cinayət işinin 2-ci cildinin 57-63-cü vərəqlərində olan məhkəmə-sənətşünaslıq ekspertizasının 20 may 2022-ci il tarixli, 11/202 nömrəli rəyindən görünür ki, ekspertə təqdim olunmuş ayrı-ayrı zərflərdə olan Zərərçəkmiş şəxs3 və X3 fotoşəkilləri, 1 (bir) ədəd fleşkartda “Zərərçəkmiş şəxs2” adlı qovluğun içərisində olan fotoşəkillər və videogörüntü pornoqrafik xarakterli deyildir. 1 (bir) ədəd fleşkartda “Zərərçəkmiş şəxs1” adlı qovluğun içərisində yer alan fotoşəkillər və videogörüntü pornoqrafik xarakterlidir. Cinayət işinin 1-ci cildinin 231-250-ci vərəqlərində olan "xxxx" ASC-dən 29 aprel 2022-ci il tarixli məktubla daxil olmuş sənədlərə baxış keçirilərkən müəyyən edilmişdir ki, X2 hesab kartından Təqsirləndirilən şəxs hesab kartına 23 avqust 2021-ci il tarixdə 430 manat, 02 sentyabr 2021 -ci il tarixdə 430 manat, 06 sentyabr 2021-ci il tarixdə 300 manat, 30 sentyabr 2021-ci il tarixdə 400 manat, 21 oktyabr 2021-ci il tarixdə 500 manat, 01 noyabr 2021-ci il tarixdə 340 manat, 10 noyabr 2021-ci il tarixdə 250 manat, 17 noyabr 2021-ci il tarixdə isə 440 manat pul vəsaiti köçürülmüşdür. Cinayət işinin 1-ci cildinin 231-250-ci vərəqlərində olan "xxxx" ASC-dən 29 aprel 2022-ci il tarixli məktubla daxil olmuş 1 (bir) ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı həmin diskdə əks olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs 2021-ci ilin müxtəlif vaxtlarında öz adına olan hesab kartından istifadə etməklə ayrı-ayrı ərazilərdə yerləşən bankomatlardan müxtəlif məbləğlərdə pul vəsaitilərini məxaric etmişdir. Cinayət işinin 1-ci cildinin 157-161-ci vərəqlərində olan "xxxx" MMC-dən 17 yanvar 2022-ci il tarixli məktubla daxil olmuş 1 (bir) ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş 055 809-12-02 nömrəsindən 050 821-16-76 nömrəsinə “Nunuya de ki, şəkillərini paylaşıram cavab verərsiniz özünüz, görüm əri ola-ola (söyüş söyür) nə deməkdir” məzmunlu mesaj göndərilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olnmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs statusu üzrə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş guüzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Cinayət işinin 2-ci cildinin 81-94-cü vərəqlərində olan qərardan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 fotoşəkilləri və videosu, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 fotoşəkili, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 fotoşəkilləri və videosu, X3 fotosu, Təqsirləndirilən şəxs Şahid2 və Şahid3 göndərdiyi səsli mesajlar və mətn mesajlarının əks olunduğu 1 (bir) ədəd disk, 4408 nömrəli “e Manat” ödəmə qəbzi, "xxxx" ASC-yə məxsus 1 (bir) ədəd 30219 nömrəli ödəniş qəbzi, “Kapital bank" ASC-dən 29 aprel 2022-ci il tarixli məktubla daxil olmuş sənədlər və 1 (bir) ədəd CD diski maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1, 151, 182.2.1, 182.2.2 və 242-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və ona həmin maddələrlə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Vətən müharibəsi iştirakçısı olmaqla medallarla təltif olunması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 61.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayəti tamah məqsədi ilə törətməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Məhkəmə, Azərbaycan Respublikası CM-in 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 03 dekabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-in 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-in 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur, məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut olaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 fotoşəkilləri və videosu, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 fotoşəkili, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 fotoşəkilləri və videosu, X3 fotosu, Təqsirləndirilən şəxs Şahid2 və Şahid3 göndərdiyi səsli mesajlar və mətn mesajlarının əks olunduğu 1 (bir) ədəd disk, 4408 nömrəli “e Manat” ödəmə qəbzi, "xxxx" ASC-yə məxsus 1 (bir) ədəd 30219 nömrəli ödəniş qəbzi, “Kapital bank" ASC-dən 29 aprel 2022-ci il tarixli məktubla daxil olmuş sənədlər və 1 (bir) ədəd CD diski cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 420 AZN (dörd yüz iyirmi manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1, 151, 182.2.1, 182.2.2 və 242-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2-ci maddələri ilə 07 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 03 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmə məsrəfi - 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar - zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 fotoşəkilləri və videosu, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 fotoşəkili, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 fotoşəkilləri və videosu, X3 fotosu, Təqsirləndirilən şəxs Şahid2 və Şahid3 göndərdiyi səsli mesajlar və mətn mesajlarının əks olunduğu 1 (bir) ədəd disk, 4408 nömrəli “e Manat” ödəmə qəbzi, "xxxx" ASC-yə məxsus 1 (bir) ədəd 30219 nömrəli ödəniş qəbzi, “Kapital bank" ASC-dən 29 aprel 2022-ci il tarixli məktubla daxil olmuş sənədlər və 1 (bir) ədəd CD diski cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 420 AZN (dörd yüz iyirmi manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Məhəmməd Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar