Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1207/2025 21.01.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1989-cu il tarixdə Qazax rayonunun Göyçəli kəndində doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 08 iyun 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 09 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 7 ay 15 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Ağstafa rayonu, Aşağı Göyçəli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 595-ci məhəllə, ev 4, mənzil 10 ünvanında yaşamış, 27 noyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ittiham verilmişdir ona görə ki, o, İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən «Bəssad» adlı şəxslə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə xeyli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma barədə razılığa gəlib, həmin cinayətin həyata keçirilməsi üçün aralarındakı razılaşmaya əsasən, «Bəssad» adlı şəxslə «Whatsapp» ani mesajlaşma tətbiqi vasitəsi ilə danışıq zamanı sonuncunun ona bildirdiyi istintaqa məlum olmayan yerdən lazımi ünvanlara çatdırmaq məqsədilə xeyli miqdarda - ümumi çəkisi 236,59 qram olan narkotik vasitə qurudulmuş marixuananı, şəxsi istehlak miqdarında - təmiz çəkisi 0,136 qram olan narkotik vasitə heroini və şəxsi istehlak miqdarında - təmiz çəkisi 0,065 qram psixotrop maddə metamfetamini əldə edib, narkotik vasitə qurudulmuş marixuananın bir qismini, yəni 234,41 qram hissəsini yaşadığı ünvan 1 ünvanında gizlətməklə saxlamış, təmiz çəkisi 2,18 qram olan narkotik vasitə qurudulmuş marixuananı, təmiz çəkisi 0,136 qram olan narkotik vasitə heroini, təmiz çəkisi 0,065 qram olan psixotrop maddə metamfetamini üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 595-ci məhəllə, 4 nömrəli evin qarşısına daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 27 noyabr 2024-cü il tarixdə saat 18:38-də şübhəli şəxs qismində həmin yerdə saxlanılaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 595-ci məhəllə, 4 nömrəli evin blokunda üstünün yoxlanılması zamanı əynində olan gödəkçənin sol iç cibindən şəxsi istehlak miqdarında - 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 2,18 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmin kibrit qutusunun içərisindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,136 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,065 qram ağ rəngli kristalşəkiiii maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, həmin tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilərək onun yaşadığı ünvan 2 ünvanına keçirilmiş baxış zamanı otaqların birində yerləşən çarpayının döşəyinin altından polietilen bağlamada 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 4,41 qram, 2 (iki) ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 105 qram və 125 qram olmaqla tərkiblərinə görə eynilik təşkil edən bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana və üzərində metamfetamin və heroin izləri olan 1 (bir) ədəd üzərində “KL-518” yazısı olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs həmin əməllərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə sübutlar tam, hərtərəfli və obyektiv araşdırılmış, bu zaman təqsirləndirilən şəxsin ondan aşkar olunmuş narkotik vasitələri və psixotrop maddəni qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etməsi, saxlaması və daşıması faktı öz təsdiqini tapmadı. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi. Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, polis əməkdaşları onu yaşadığı evə girərək orada tutmuşlar. O, saxlanıldıqdan təxminən 1-2 saat sonra çəkiliş aparılmışdır. Yaşadığı evdə 1 qutu “nəşə” olmuş, sonra onlar əlavə 100 qram “nəşə”ni çıxararaq onu da boynuna götürməsini təklif etmişlər. Polis işçiləri tərəfindən saxlanılarkən evdə onunla birlikdə qızlar da olmuş, onu həmin qızlarla təhdid etdikləri üçün özünə məxsus olmayan narkotik vasitəni də boynuna almışdır. Sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, o, narkotik vasitə kimi “nəşə”dən istifadə etmişdir. Onunla bir evdə qalan Fidan adlı qız həmin gün mağazaya gedən zaman 7-8 nəfər polis əməkdaşı qapını sındıraraq içəri daxil olmuşlar. Həmin vaxt Fəridə adlı qız da onlarda olmuşdur. Evdə içərisində təxminən 2 qram “nəşə” olan bir qutu olmuşdur. Həmin narkotik vasitəni ona rayonda vermişlər. Evdə marixuanadan başqa heç nə olmamışdır. Polis işçiləri tərəfindən tutularkən özünün istifadəsində üzərində 099 744- 43-05 nömrəsi olan mobil telefon olmuşdur. Həmin telefonda “sms” olsa da, o, heç bir “sms”ə cavab yazmamış, heç kimə narkotik vasitə satmamış, nə də almamışdır. Narkotik vasitəni polis əməkdaşları özləri qoymuşlar. Əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum olunmuşdur. Lakin narkotik vasitələrdən asılılığı olmamışdır. Gündüz təxminən saat 4-ə qalmış polis işçiləri gəlmiş, iki saata yaxın onun evində olmuşlar. Həmin vaxt evə qonaq da gəlmiş, polis əməkdaşları onu başqa otağa salmışlar. Polis əməkdaşları ona deyilən sənədlərə imza etməyəcəyi təqdirdə, qızları da polis idarəsinə aparacaqlarını bildirmiş və bu yolla onu təhdid etmişlər. O, Baş Narkotiklərlə Mübarizə İdarəsində sənədləri imzalayana qədər qızları da polis idarəsində saxlamışlar. Söylədiklərinin təsdiqini tapması üçün o, Fəridənin və Fidanın nömrəsini məhkəməyə təqdim etməyə hazırdır. Onda marixuanadan başqa növ narkotik vasitələr olmamış, həmin maddələrdən heç vaxt istifadə etməmişdir. Müdafiəçi gecə saat 10-11 radələrində polis idarəsinə gəlmişdir. İdarədə onun üzərinə baxış keçirilmiş, həmin vaxt çəkiliş olmuş, lakin üstü yoxlanılan zaman vəkil iştirak etməmişdir. Onun mobil telefonunda iranlı şəxsin nömrəsi olmamışdır. İfadələri arasında ziddiyyətlər olduğu üçün təqsirləndirlən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan və tədqiq edildi. Təqsirləndirilən şəxs həmin ifadəsində verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılmazdan əvvəl Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvanında kirayədə yaşamışdır. Fəridə və Fidan adlı şəxsləri bir-iki aydır ki, tanıyır və aralarında yaxşı münasibətləri olmuşdur. 27 noyabr 2024-cü il tarixdə səhər saatlarında Fəridə və Fidan yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvanına qonaq gəlmişlər. Həmin gün saat təxminən 18 radələrində kirayədə yaşadığı mənzildən küçəyə çıxmışdır. 27 noyabr 2024-cü il tarixdə saat 18:38 dəqiqədə kirayədə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küçəsi, 595-ci məhəllə, ev 4 ünvanının qarşısında olarkən 3 nəfər mülki geyimdə polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Üzərində narkotik vasitə marixuana və heroin, psixotrop maddə metamfetamin olduğu üçün həyəcanlanmış, onun həyəcanlanması polis əməkdaşlarında şübhə yaratmışdır. Bu səbəbdən də polis əməkdaşları onu evin blokuna dəvət etmişlər. Polis əməkdaşları üzərinə videoçəkiliş ilə axtarış keçirilməsinin zəruri olduğunu bildirmiş, o da, etiraz etməmişdir. Polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, üzərində narktoik vasitə olub-olmadığını soruşmuş, olduğu təqdirdə təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra onun çıxış yolu olmadığı üçün əynində olan şalvarın sağ yan cibindən üzərində ***-***-**-** nömrəsi olan 1 ədəd “Redmi” markalı mobil telefonu, 2 ədəd 4169 7388 9036 6747 və 4169 7388 4548 4215 nömrəli bank kartını və 1 ədəd açarı, əynində olan gödəkçənin sol iç cibindən 1 ədəd kibrit qutusunda qurudulmuş marixuananı, 1 ədəd bükümdə metamfetamini və 1 ədəd bükümdə heroini təqdim etmişdir. Sonra polis əməkdaşları tərəfindən onun üzəri yoxlanılmış, başqa heç bir kütlə və ya əşya aşkar edilməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd mobil telefon, 2 ədəd bank kartı, marixuana, heroin və metamfetamin götürülmüş və qablaşdırılmışdır. Qablaşdırılmış zərfi, o, imza etmiş, açar isə ona qaytarılmışdır. Marixuana, heroin və metamfetamin götürülərkən polis əməkdaşları tərəfindən tərəzidə çəkilmişdir. Sonra polis əməkdaşları yaşadığı mənzilə etirazı olmadığı üçün videoçəkilişlə baxış keçirmişlər. Mənzildə olarkən polis əməkdaşları ona saxlanılması qadağan olunan əşya və ya predmetin olduğu təqdirdə təqdim etməsini bildirmiş, o da, çıxış yolu olmadığı üçün mənzildə çarpayının alt hissəsindən 1 ədəd kibrit qutusunda və 2 ədəd bağlamada qurudulmuş marixuananı və 1 ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr qablaşdırılmış, o, Fəridə, Fidan və əməliyyat müvəkkili tərəfindən imzalanaraq möhürlənib götürülmüşdür. O, qeyd etmişdir ki, mənzildə aşkar olumuş kütlələri İran vətəndaşı "Bəssad” adlı şəxsin göndərdiyi məkan vasitəsi ilə 3-4 (üç-dörd) gün əvvəl Qara Qarayev ərazisində gizlədilmiş yerdən istifadə etmək məqsədi ilə əldə etmişdir. Fəridə və Fidan onun üzərində və mənzilində narkotik vasitə marixuana, heroin, psixotrop maddə metamfetamin saxlamasından xəbərsiz olmuşlar. Üzərindən aşkar edilmiş 2 (iki) ədəd 4169 7388 9036 6747 və 4169 7388 4548 4215 nömrəli bank kartları vasitəsi ilə narkotik vasitələrin əldə edilməsi və ya satışı ilə bağlı pul dövriyyəsi olmamış, “Bəssad” adı ilə onun mobil telefonunda kontakt vardır. Telefonunun da parolu “11123”-dür. Üzərinə və mənzilə daha əvvəl baxan olmamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə marixuana, heroin, psixotrop maddə metamfetamindən başqa heç bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. Başqa heç bir cinayət hadisəsi etməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı heç bir fiziki zor və ya təzyiq tətbiq edilməmişdir (cild 1, iş vərəqi 195-199). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokolundakı imzaların ona məxsus olduğunu, lakin o cür ifadə vermədiyini, oxumadan sənədləri imzaladığını, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham veriləcəyini, əgər razılaşmasa, qızları da tutacaqlarını söylədiklərini, polis əməkdaşlarının qapını sındıraraq içəri girdiklərini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid3 istintaqa verdiyi ifadəni təsdiq edərək göstərdi ki, təqsirləndirilən şəxsi keçirilmiş əməliyyat tədbiri ilə bağlı tanımışdır. 27 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin yaşadığı ünvanda külli miqdarda narkotik maddə gizlətməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün ondan, xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 və əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs 27 noyabr 2024- cü il tarixdə saat 18:38 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küçəsi, 595-ci məhəllə, ev 4 ünvanının qarşısında saxlanılmışdır. Videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə baxış keçirilmişdir. Üzərində narkotik vasitələr və psixotrop maddələr varsa, təqdim etməsi təklif olunduqda Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən 1 ədəd mobil telefonu, 2 ədəd bank kartını, əynində olan gödəkçənin cibindən 1 ədəd kibrit qutusunda qurudulmuş marixuanaya bənzər kütləni, 1 bükümdə metamfetamin və 1 bükümdə heroinə bənzər kütlələri təqdim etmişdir. Daha sonra onun razılığı ilə kirayə yaşadığı evə baxış keçirilmiş, evdən də narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik və psixotrop maddələri «Bəssad» adlı İran vətəndaşından əldə etdiyini, onun deyəcəyi yerlərə qoyub əvəzində istifadə etməsi üçün narkotik vasitə əldə edəcəyini bildirmişdir. Sualları cavablandıran Şahid3 əməliyyat tədbirində Şahid1, Şahid2 və özü olmaqla 3 nəfər iştirak etdiklərini, Təqsirləndirilən şəxs Sabunçu rayonu, Yavər Əliyev küçəsində 18:30-dan sonra saxladıqlarını, binanın yanında üzərinə baxış keçirdiklərini, onun yaşadığı mənzildə iki qızın olduğunu, üzərinə baxış keçirildikdən sonra mənzilə baxış keçirdiklərini, əməliyyat məlumatının Şahid1 daxil olduğunu, həmin vaxtı bir-birləri ilə xüsusi rabiə vasitəsi ilə əlaqə saxladıqlarını, Təqsirləndirilən şəxs əlində çanta olduğunu və tərəzini gətirib evə qoyduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 və xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 şübhəli şəxs Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması, üzərində şəxsi axtarış və yaşadığı ünvana baxış keçirilməsi zamanı narkotik vasitələrin, psixotrop maddənin və bir ədəd elektron tərəzinin aşkar edilərək götürülməsi tədbirində əməliyyat qrupunun üzvləri kimi iştirak etdiklərini bildirərək, həmkarları Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadələr verdilər. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, hadisə günü polis işçiləri gələndə, o, Fəridə ilə birlikdə Təqsirləndirilən şəxs saxlanıldığı mənzildə olmuşdur. Səhər Sənan mağazaya getdikdə polis işçiləri qapının cəftəsini qıraraq içəri daxil olmuşlar. Fəridə ilə onu bir otağa salmışlar, Sənanla polis əməkdaşları isə ayrı otaqda olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs aşağı aparıb geri gətirəcəklərini bildirmişlər. Geri gəldikdən sonra Təqsirləndirilən şəxs çəkiliş olan otağa aparmışlar. Həmin vaxt stolun üzərində bağlama olduğunu görmüş, Sənan həmin bağlamanın özünə məxsus olduğunu bildirmişdir. Onlar həmin bağlamanı əvvəl görməmişlər. Otaqda Sənanın döyülmə və qışqırıq səslərini eşitmişlər. Sonra onları da polis idarəsinə aparmışlar. Bir qədər saxladıqdan sonra onları buraxsalar da, Sənan orada qalmışdır. O, Sənanın narkotik vasitələrdən istifadə etdiyini bilməmiş, özü də narkotik istifadəçisi olmamışdır. Fəridənin evi olmadığı üçün təxminən 1- 2 ay olmuşdur ki, onlarda qalmışdır. Polislər evin hər yerini axtarmış, lakin onların evə nəsə qoyduğunu görməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Sənan tutulan zaman o, evdə yatmışdır. Səsküyə qalxdıqda evdə 7-8 nəfər mülki geyimdə polis əməkdaşlarının olduqlarını görmüşdür. Onlar Sənanın qolunu buraraq o biri otağa aparmış, orada təpiklə onu vurduqlarını görmüşdür. Polis əməkdaşları çəkiliş zamanı Sənana onların dediklərini təkrarlamağı təklif etmişlər. Sənanı bir saatdan artıq evdə saxladıqdan sonra aşağı düşəcəklərini, çəkiliş aparıb geri gələcəklərini bildirmişlər. Bu zaman onlar yan otaqda olmuşlar. Polis əməkdaşları onlardan kimsə soruşsa, 2 saatlıq qonaq gəldiklərini bildirmələrini istəmişlər. O, nakotik vasitənin olduğu bağlamanı açıq şəkildə görməmişdir. Sənanın yanına sonradan bir qız və bir oğlan gəlmişdir. Polis işçiləri qızı da onların yanında döymüş, oğlanın isə burnunu qanatmışlar. O, yuxudan oyananda Fidanın evdə olduğunu görmüşdür. Əvvəllər Sənanın narkotik vasitələrdən istifadə etməsinin şahidi olmamışdır. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və evinə baxış keçirilməsinə dair 27 noyabr 2024-cü il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:38 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küçəsi, 595-ci məhəllə, ev 4 ünvanının qarşısında saxlanılmış, üzərinə baxış zamanı əynində olan şalvarın sağ yan cibindən 1 ədəd “Redmi” markalı üzərində 099 ***-**-** nömrəsi olan mobil telefonu, 2 ədəd bank kartını və 1 ədəd açarı, əynində olan gödəkçənin sol iç cibindən 1 ədəd kibrit qutusunda açıq yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni, 1 ədəd bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütləni və 1 ədəd bükümdə açıq qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Daha sonra tədbirin davamı olaraq, ünvan 1 ünvanına baxış keçirilmiş, polis əməkdaşının təklifindən sonra Təqsirləndirilən şəxs mənzildə çarpayının alt hissəsindən 1 ədəd kibrit qutusunda və 2 ədəd bükümdə açıq yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri və bir ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuanaya bənzər kütlələrin qablaşdırmalarla birlikdə ümumilikdə çəkisi 245 (iki yüz qırx beş) qram olmuşdur. Sonra həmin kütlələr qablaşdırılmış, saxlanılan şəxs tərəfindən imzalanmış, möhürlənmiş və götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq mənzildə aşkar olumuş kütlələri İran vətəndaşı “Bəssad” adlı şəxsin vasitəsi ilə 3-4 gün əvvəl Qara Qarayev prospekti ərazisində gizlədilmiş yerdən istifadə etmək məqsədi ilə əldə etdiyini bildirmişdir. Fəridə Abdullayevə və Şahid5 verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrdən xəbərsiz olduqlarını bildirmişlər (cild 1, iş vərəqi 12-13) . Cinayət işində olan xx.xx.2024-cü il tarixli baxış protokolundan görünür ki, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üstünün yoxlanılması və evinə baxış keçirilməsi görüntülərinin yükləndiyi DVD diskə baxış keçirilmiş, bu zaman videogörüntülərin xx.xx.2024-cü il tarixli şübhəli şəxsin üstünün yoxlanılması və evinə baxış keçirilməsinə dair protokolda əks olunanlara uyğunluq təşkil etdiyi müəyyən olunmuşdur (cild 1, iş vərəqi 17-18). Məhkəmə-bioloji ekspertizasının 28 noyabr 2024- cü il tarixli 7/1935 nömrəli rəyindən görünür ki, üzərində “Vət.Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 2,18 qram və üzərində “Vət.Təqsirləndirilən şəxs yaşadığı mənzildən...” yazısı və imzalar olan polietilen bağlamadakı 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 4,41 qram, 2 (iki) ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 105 qram, 125 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi 236,59 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Həmin polietilen bağlamadakı 1 (bir) ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur. Rəyin “Qeyd” hissəsinə əsasən: marixuananın ümumi çəkisi 236,59 qram (1-4 №li ob.), tədqiqata istifadə olundu 0,2 qram (hər obyektdən 0,05 qram), qalıq 236,39 qram (cild 1, iş vərəqi 52-53). Məhkəmə-kimyəvi ekspertizasının 28 noyabr 2024-cü il tarixli 6/5319 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №7" dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübut saxılanılan şəxs (imza) Rüstəmov” yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,136 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,065 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində; “Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş .... saxılanılan şəxs (imza) Rüstəmov” yazısı və imzalar olan kağız bağlamadaki üzərində “KL-518” yazısı olan elektron tərəzinin üzərində metamfetaminin və heroinin izləri vardır. İz şəklində olduğu üçün metamfetaminin və heroinin təmiz çəkisini və bükümlərdəki metamfetaminlə və heroinlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Rəyin “Qeyd” hissəsinə əsasən: heroinin təmiz çəkisi 0,136 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,086 qram, metamfetaminin təmiz çəkisi 0,065 qram, tədqiqata sərf edildi 0,04 qram, qalıq 0,025 qram təşkil etmişdir (cild 1, iş vərəqi 57-58). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1019 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyatına alınması məsləhət görülür (cild 1, iş vərəqi 226-227). İbtidai istintaq orqanının xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar olunaraq götürülmüş ümumi çəkisi 236,59 qram olan olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 1 (bir) bükümdə təmiz çəkisi 0,136 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 (bir) bükümdə təmiz çəkisi 0,065 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 (bir) ədəd üzərində “KL-518” yazısı olan elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan 236,39 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 0,086 qram çəkidə narkotik vasitə heroin, 0,025 qram çəkidə psixotrop maddə metamfetamin və 1 (bir) ədəd üzərində “KL-518” yazısı olan elektron tərəzi məhkəmənin müvafiq qərarına qədər saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verilmişdir (cild 1, iş vərəqi 105-108). İbtidai istintaq orqanının 12 mart 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üstünün yoxlanılması və yaşadığı mənzilə baxış keçirilməsi videogörüntülərinin qeydə alındığı 1 ədəd DVD formatlı disk, habelə Təqsirləndirilən şəxs üstünün yoxlanılması və yaşadığı mənzilə baxış keçirilməsi prosesini özündə əks etdirən 1 ədəd diskin, sonuncuya məxsus 1 ədəd mobil telefonun, narkotik vasitə qurudulmuş marixuana və heroinin, psixotrop maddə metamfetaminin və elektron tərəzinin təqdim edilməsi və götürülməsi videogörüntülərinin əks olunduğu 1 ədəd DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı götürülmüş 1 ədəd “Redmi” markalı “Note 8” modelli mobil telefon maddi sübut kimi tanınaraq Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqi 254-274). Cinayət işində olan 04 dekabr 2024-cü il tarixli baxış protokolundan görünür ki, xx.xx.2024-cü il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı aşkar edilmiş “Redmi Note 8” markalı mobil telefon cihazına baxış keçirilmişdir. Baxış zamanı mobil telefon cihazının ekranı, həmin ekranda 11123 rəqəmləri ardıcıllıqla pin kod yerinə daxil edilərək mobil telefonun kilidi açılmışdır. Mobil telefonda “Whatsapp Messenger” və “Whatsapp Business” tətbiqlərinin quraşdırıldığı müəyyən edilmişdir. Həmin tətbiqlərə, həmçinin “Qalereya” qovluğuna baxış zamanı narkotik vasitələrin dövriyyəsi ilə bağlı hər hansı məlumat aşkar olunmamışdır. Mobil telefonun “Kontaktlar” qovluğuna baxış zamanı Ferid kontakt adı ilə qeydə alınmış İran İslam Respublikası mobil şəbəkəsinə məxsus +**********69 saylı mobil nömrə, Besat İran kontakt adı ilə qeydə alınmış İran İslam Respublikası mobil şəbəkəsinə məxsus **********31 saylı mobil nömrə olması müəyyən edilmişdir (cild 1, iş vərəqi 109). İş materiallarında olan 19 fevral 2025-ci il tarixli baxış protokoluna əsasən, "xxxx" MMC-dən daxil olmuş, xx.xx.2024-cü il tarixdə saat 00:00-dan xx.xx.2024-cü il tarixdə saat 00:00-dək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş 099 ***-**-** saylı mobil nömrəsinin kimə məxsus olması, həmin nömrənin anten göstəriciləri, həmin nömrəyə daxil olan və çıxan zənglərin, SMS-lərin siyahısı, mətnləri, nömrə sahiblərinin anket məlumatlarının əks olunduğu 1 ədəd CD diskə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, diskin yaddaşında «məxsusluq tarixchesi_other_997444405», «mushteri zənglərinin detallashmasi_msisdn_997444405», «sms detallashmasijrısisdn_997444405» və «zənglərin məxsusluq tarixcheleri_msisdn_997444405» adlı 4 ədəd fayl mövcuddur. Həmin fayllara baxış zamanı müəyyən edilmişhdir ki, ********* saylı mobil nömrə Təqsirləndirilən şəxs məxsusdur. Baxış zamanı ********* saylı mobil nömrənin xx.xx.2024cü il tarixdə 23:57:43 dəqiqədə mobil şəbəkənin Amircan kendi//Surakhany/ (40.423xx/xx.98934) anten dairəsinin əhatəsində olması müəyyən edilmişdir. Diskdə olan məlumatlara baxış zamanı xx.xx.2024-cü il tarixdə **********05 saylı mobil nömrədən **********56 saylı mobil nömrəyə “Qaqa o gunku kimi eliyib 2500 manatlig 225q nəzərində olsun”, xx.xx.2024-cü il tarixdə **********00 saylı mobil nömrədən **********05 saylı mobil nömrəyə “Men seni aldadib poladnan goruwmemwem allaha and olsun dawi vermeye cxmiwam”, xx.xx.2024-cü il tarixdə **********05 saylı mobil nömrədən **********77 saylı mobil nömrəyə “İranilarnan bir ele vurursan cahamatin pulunu atirsan senə 300 manat atmiwam neywe aliram mene firadirsan sebiri ol”, xx.xx.2024 -cü il tarixdə **********05 saylı mobil nömrədən **********74 saylı mobil nömrəyə “Qaqa bawka yerdeyem yigaram ozum. Daw isdiyirsense zaklatka var deyim gotur”, xx.xx.2024-cü il tarixdə **********00 saylı mobil nömrədən **********05 saylı mobil nömrəyə “Gijdlag elvin vaxtidi cindir a dirəm 3 qram 40 manata isdiyir fizik verm”, xx.xx.2024-cü il tarixdə **********74 saylı mobil nömrədən **********05 saylı mobil nömrəyə “Essey 60 manat atsam təmiz 1 alınır atım?”, xx.xx.2024cü il tarixdə **********69 saylı mobil nömrədən **********05 saylı mobil nömrəyə “Ay qaqa gir setə”, “Çamat mali tapa bilmir”, “Ay qaqa”, xx.xx.2024-cü il tarixdə **********05 saylı mobil nömrədən **********00 saylı mobil nömrəyə “Get em orda 3 denə kiwim içində meni yigma varyoxnu sikim konmu gotren kimi Allahakİ birbawa mediwin yandayam”, xx.xx.2024-cü il tarixdə **********25 saylı mobil nömrədən **********05 saylı mobil nömrəyə “Brat mənəm Tural. Qelyanci in telin götürmüşəm 10 dayamm”, xx.xx.2024-cü il tarixdə **********05 saylı mobil nömrədən **********25 saylı mobil nömrəyə “Qapin agzinan gotur yerden”, xx.xx.2024-cü il tarixdə **********25 saylı mobil nömrədən **********05 saylı mobil nömrəyə “Qardaşım 35 m atmışam. Basva donum yarı di bu", xx.xx.2024-cü il tarixdə **********05 saylı mobil nömrədən **********25 saylı mobil nömrəyə “Ay qaqa yigma danwamiram yari demiwem yarı qoyublar esgiy olmaz qaqa”, xx.xx.2024-cü il tarixdə **********25 saylı mobil nömrədən **********05 saylı mobil nömrəyə “Qardaşım varyoxna nələr yarı yoxdu burda. Başqa donm”, “And olsun allaha. Qoyuram qapıya. Yarı eləsin papamın qəbri sən v”, xx.xx.2024-cü il tarixdə **********05 saylı mobil nömrədən **********25 saylı mobil nömrəyə “Qaqa at tereziye nə qeder esgiyi gelse deyersen vererem sabah”, xx.xx.2024-cü il tarixdə **********00 saylı mobil nömrədən **********05 saylı mobil nömrəyə “Kola ver cekim mədəm agriyir duramram cekim durub cxiram”, xx.xx.2024-cü il tarixdə **********54 saylı mobil nömrədən **********05 saylı mobil nömrəyə “Andola allaha 40 manat pulm var İdi onan artix manati olan kiwi deil narahat olma die die meni sikirsen qardawim andola allaha bu yari deil 03 du qaqa”, “Day stop ee qardawim ordan burda dilenirem geltrem andolsun allaha mene her dəfə belə edirsen oprem qaqa qutardim day dawnan ot ancaq fso”, xx.xx.2024-cü il tarixdə **********54 saylı mobil nömrədən **********05 saylı mobil nömrəyə “Qaqa marketin qabaqindayam qardawimsan cixiram onu ver men gedim gorm ne edirəm pis vezyyetde qalmiwam andolsn allaha”, “Qaqa marketin qabaqindayam qardawimsan cixiram onu ver men gedim gorm ne edirem pis vezyyetde qalmiwam andolsn allaha”, “Cixim qapiya 2 deg ver qaydim gedim 2 adam var ona verim usdunde duzeldim pul gorm nece edirem”, "Cixim qapiya 2 deg ver qaydim gedim 2 adam var ona verim usdunde duzeldim pul gorm nece edirem”, xx.xx.2024-cü il tarixdə **********05 saylı mobil nömrədən **********54 saylı mobil nömrəyə “Sene kim deyib ki gel”, xx.xx.2024-cü il tarixdə **********54 saylı mobil nömrədən **********05 saylı mobil nömrəyə “Qaqa daniwmadim senle brat bayaq dedin birazdan gelersen...qardawm dunen gelemedim isdiyen yoxdu qaqa men ne edim? Qardawim menm dunen qalanimi ver gedim sikdirim veziyyetden cixim qaqa 5 manat benzin vurub mawina gelmiwem bura 1 manatm yoxdu menm olmadiki qaqa dunende yari vermemisende senan now bele elisenki qardawim?”, xx.xx.2024-cü il tarixdə **********54 saylı mobil nömrədən **********05 saylı mobil nömrəyə “Qaqa ot hacan olacaq?”, xx.xx.2024-cü il tarixdə **********54 saylı mobil nömrədən **********05 saylı mobil nömrəyə “Qaqa burdayam 9 da”, “Qardawimsan senan yaxwi eie qurban sene andola allaha uwaqa verirem aparir quran haqqi ordan biraz acb mene verecey fso”, xx.xx.2024-cü il tarixdə **********69 saylı mobil nömrədən **********05 saylı mobil nömrəyə “Anavida ozom sikib sene ot verecem sikimi verecem Ayilevin Aqzina ot verem sene”, “O ot qutaranan sora Anavi getir bura yaxsi pul qazanarsan” məzmunlu sms-lər göndərilməsi müəyyən edilmişdir. Diskdə olan məlumatlara baxış zamanı ********* saylı mobil nömrənin Lənkəran rayonu, Veravul kəndində qeydiyyatda olan Şahin ƏliyeV adlı şəxsə (13651594, 6G0C68N) və ********* saylı mobil nömrənin Baki şəhəri, ünvan 5 ünvanında qeydiyyatda olan Tural Mehdizadə adlı şəxsə (AA1622354, 6057U9Q) məxsus olduğu müəyyən edilmişdir (cild 1, iş vərəqi 157-158). Cinayət işinə əlavə edilmiş 20 fevral 2025-ci il tarixli baxış protokoluna əsasən, "xxxx" MMC-dən daxil olmuş,xx.xx.2024-cü il tarixdə saat 00:00-dan xx.xx.2024-cü il tarixdə saat 00:00-dək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş 099 ***-**-** saylı mobil nömrənin anten göstəricilərinin əks olunduğu 1 ədəd CD diskə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, diskin yaddaşında «Mushteri zenglerinin detallashmasi_MSlSDN_997444405» adlı 1 ədəd fayl mövcüddur. Həmin fayla baxış zamanı ********* saylı mobil nömrənin xx.xx.2024-cü il tarixdə saat 18:26:04 dəqiqədə mobil şəbəkənin LBBK013703/LBBK0137 Amircan kendi//Surakhany/ (40.423xx/xx.98934) anten dairəsinin əhatəsində olması müəyyən edilmişdir (cild 1, iş vərəqi 183). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X4 13 fevral 2025-ci il tarixli 3-28-29-3-28/2-1594/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqi 138). Cinayət işi materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 1893/25 saylı məktubundan görünür ki, hər hansı inzibati ərazi vahidi və ya onun bir hissəsində mövcud olan şanların əhatə dairəsi müvafiq inzibati ərazi vahidinin sərhədləri ilə üst-üstə düşməyə bilər, o cümlədən müxtəlif şanların əhatə dairəsi kəsişə də bilər. Bundan başqa telekommunikasiya xidmətlərindən istifadə zamanı, cihazın yeni nəsil texnologiyaları dəstəkləməyindən və eyni zamanda konkret əhatə dairəsində həmin an üçün mövcud olan istifadəçilərin sayından, həmçinin cihazda paralel aparılan istifadə/yükləmələrin sayından, cihazın keyfiyyət göstəricilərindən və sair hallardan, xüsusən də kənar mane mənbələrinin təsirinə məruz qalmasından asılı olaraq, cihazdan istifadə zamanı yerləşdiyi nöqtədə siqnala əngəl törədən hər hansı bir maneə (döngə, dağ, bina və s.) olarsa, bu zaman danışıq daha uzaq məsafədə yerləşən, lakin siqnal səviyyəsi qənaətbəxş olan digər stansiyalardan davam etdirilir. Həmçinin baza stansiyalarının siqnal ötürmə radiusu təqribi 300 m-32 km. qədər (landşaftdan asılı olaraq) ərazini əhatə etmək imkanındadır. Texniki səbəblərdən internet (GPRS, usage_start, usage^stop, usagejnt) üzərindən həyata keçirilmiş informasiya mübadiləsini əks etdirən ərazi göstəriciləri ilə real zəng zamanı abunəçinin olduğu əhatə dairəsinə dair göstəricilər fərqli əks oluna bilər (cild 1, iş vərəqi 235). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən, hökmün və qərarların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin hökm apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən baxılarkən dəyişdirilməmiş, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin qərarı ilə 7 ay 15 gün vaxtından əvvəl şərti azad edilmişdir (cild 1, iş vərəqi 141-142). Cinayət işinə əlavə edilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Sabunçu RPİ-nin 13-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə etdiyi mənbənin müəyyən edilməsi mümkün olmamış, tədbirlər zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmasına dair məlumatlar əldə edilsə də, konkret olaraq kimlərə narkotik vasitələr satması müəyyən edilməmişdir (cild 1, iş vərəqi 114). Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək polis əməkdaşlarının onu yaşadığı evdə tutduqlarını, saxlanıldıqdan təxminən 1-2 saat sonra videoçəkiliş aparıldığını, yaşadığı evdə 1 qutu “nəşə” olduğunu, ona polis işçiləri tərəfindən əlavə 100 qram marixuana verilərək onu da boynuna götürməsi təklif olunduğunu, polis işçiləri tərəfindən saxlanılarkən evdə onunla birlikdə qızların da olduğunu, onu həmin qızlarla təhdid etdikləri üçün özünə məxsus olmayan narkotik vasitəni boynuna aldığını, evdə içərisində təxminən 2 qram “nəşə” olan bir qutu olduğunu, həmin marixuanadan başqa digər narkotik vasitələrin ona məxsus olmadığını, o, heç kimə narkotik vasitə satmadığını və almadığını, narkotik vasitələri polis əməkdaşlarının özlərinin qoyduqlarını, polis əməkdaşlarının ona deyilən sənədlərə imza etməyəcəyi təqdirdə, qızların da polis idarəsinə aparacaqlarını bildirib bu yolla onu təhdid etdiklərini, üzərinə baxış zamanı vəkilin iştirak etmədiyini, mobil telefonunda iranlı şəxsin nömrəsinin olmadığını bildirib, öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılıb yaşadığı binanın blokunda videoçəkiliş aparılmaqla üstü yoxlanılan zaman özü heç bir kənar təsir olmadan üzərində gəzdirdiyi bir ədəd kibrit qutusuna yerləşdirdiyi narkotik vasitə marixuananı, həmçinin həmin qutunun içərisinə qoyduğu bir bükümdə narkotik vasitə heroini və bir bükümdə psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmiş, həmin maddələr prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan sonra davam edən əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs bildirdiyinə görə polis əməkdaşları onun kirayə yaşadığı mənzilə qalxmış, şübhəli şəxs baxış zamanı otaqların birində olan çarpayının döşəyinin altında gizlətdiyi iki bağlamada və bir kibrit qutusunda olan narkotik vasitə marixuananı, həmçinin həmin narkotik vasitələrlə eyni bağlamada olan bir ədəd elektron tərəzini təqdim etmişdir. Bütün bu hərəkətlər videoçəkiliş vasitəsilə qeydə alınmış, mənzilə baxış keçirilməsində həmçinin Təqsirləndirilən şəxs «qonaq» adlandırdığı məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid5 və Şahid4 da iştirak etmişlər. Təqsirləndirilən şəxs onların gözlərinin qarşısında çarpayının döşəyinin altında gizlətdiyi narkotik vasitələri könüllü təqdim etmişdir. Təqsirləndirilən şəxs videoçəkiliş zamanı verdiyi izahatında, həmçinin müdafiəçinin iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ifadələrində üzərindən və kirayə yaşadığı mənzildən aşkar edilmiş narkotik və psixotrop maddələrin özünə məxsus olduğunu, həmin maddələri Bəssad adlı İran vətəndaşının göndərdiyi məkan ünvanına əsasən «Qara Qarayev» metrostansiyasının yaxınlığından götürdüyünü, narkotik vasitələri öz istifadəsi üçün əldə etdiyini, lakin bununla bağlı Bəssada pul vermədiyini, polis əməkdaşları tərəfindən saxlanılarkən, üstü yoxlanılarkən və yaşadığı ünvana baxış keçirilərkən ona qarşı hər hansı fiziki və ya psixoloji təzyiqlər göstərilmədiyini bildirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Bu səbəbdən, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəlilləri, məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrə münasibətdə ziddiyyətli ifadə verməsini, polis işçilərinin təhdidləri ilə özünə məxsus olmayan narkotik vasitələri də etiraf etməsi barədə bildirdiklərini onun məsuliyyətdən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Həmçinin müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid5 və Şahid4 ifadələrinə qiymət verən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, digər sübutlarla tam təkzib olunduğuna görə adı çəkilən şəxslərin də verdiyi ifadələr də təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirmək üçün seçilmiş cəhd kimi qiymətləndirilməlidir. Bütün bunlarla yanaşı, məhkəmə kollegiyası yuxarıda sadalanan və məhkəmədə tədqiq edilmiş bütün sübutları məcmu halında qiymətləndirərək belə hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddəni qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etməsi, saxlaması və daşıması ilə bağlı verilmiş ittiham məhkəmə iclasında sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 144-cü maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 145.1, 145.2-ci maddələrinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə, öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən «Bəssad» adlı şəxslə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə xeyli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma barədə razılığa gəlməsi ilə əlaqədar ittiham verilsə də, məhkəmə baxışı zamanı bu hallar öz təsdiqini tapmadı. Belə ki, verilmiş ittihamdan da göründüyü kimi, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olduğu bildirilən “Bəssad” adlı şəxsin şəxsiyyəti müəyyən edilməmiş, onun İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş 099 744-44-05 saylı mobil telefonun əhatə dairələri və telefon danışıqlarına dair məlumatlar əldə olunub təhlil edilmişdir. Lakin bu zaman təqsirləndirilən şəxsin verilmiş ittihama görə qabaqcadan əlbir olduğu “Bəssad” adlı şəxslə hər hansı yazışması müəyyən olunmamış, mobil nömrə ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı aparılmış yazışmalar istintaq tərəfindən müəyyən edilməmiş başqa şəxslərlə aparılmış və 2024-cü ilin aprel ayından oktyabr ayına qədər olan dövrü əhatə etmişdir. Bu isə, Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olduğunu təsdiq edən yanakı sübut kimi qəbul edilə bilər. Bundan başqa, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs ondan aşkar edilmiş xeyli miqdarda narkotik vasitə marixuananı, psixotrop maddə metamfetamini və narkotik vasitə heroini qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə edib daşıması və saxlamasında təqsirli hesab edilməsi üçün hər hansı əsaslar müəyyən olunmamışdır. Ali Məhkəmə Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarının 12-ci bəndinin təfsirinə əsasən, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, CM-nin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni müxtəlif əməllərə) görə və CPM- in 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız CM-nin 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-nin 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, baxılan cinayət işi üzrə ittiham tərəfi yuxarıda qeyd olunan halların mövcudluğunu müəyyən edib məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs xeyli miqdarda narkotik vasitə marixuananı, şəxsi istehlak miqdarında narkotik vasitə heroini və şəxsi istehlak miqdarında psixotrop maddə metamfetamini satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq əldə etməsi, saxlaması və daşımasına dair hər hansı birbaşa və ya yanakı sübut əldə edə bilməmiş, məhkəmədə də bu hal öz təsdiqini tapmamışdır. Buna baxmayaraq, ibtidai istintaq orqanı tərəfindən heç bir əsas və sübut olmadan, yalnız fərziyyə və mülahizələrə əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 351.2-ci və 351.3.4-cü maddəsilərə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-nin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-nin müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə tədqiq olunmuş mötəbər və təkzibedilməz sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə verilmiş ittiham məhkəmə iclasında öz təsdiqini tapmadığından, lakin onun hərəkətlərində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin cinayət tərkibi olduğundan, şəxsin əməli Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən, Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 59cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi, Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin hökm apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən baxılarkən dəyişdirilməmiş, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin qərarı ilə 7 ay 15 gün vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinin tələbinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayət törətməyə görə məhkum olunduqdan sonra cəzadan azad edilsə də, həmin cinayətə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Həmin hal təqsirləndirilən şəxsə cəza təyin edilərkən nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinin tələbinə görə, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməli, ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 27 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı şübhəli şəxs qismində saxlanılmış və həmin tarixdən hal-hazıra qədər həbsdə saxlanılır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1019 saylı rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri, Sabunçu RPİ-nin maddi sübutları saxlanma yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 236,39 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 0,086 qram çəkidə narkotik vasitə heroin, 0,025 qram çəkidə psixotrop maddə metamfetamin və 1 ədəd üzərində “KL-518” yazısı olan elektron tərəzi məhv edilməli; - Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Redmi” markalı "Note 8” modelli mobil telefon aparatı onun ailə üzvlərinə qaytarılmalı; - Təqsirləndirilən şəxs üstünün yoxlanılması və yaşadığı mənzilə baxış zamanı çəkilmiş videogörüntülərin qeydə alındığı 1 ədəd DVD formatlı disk, sonuncuya məxsus 1 ədəd mobil telefonun, narkotik vasitə qurudulmuş marixuana və heroinin, psixotrop maddə metamfetaminin və elektron tərəzinin təqdim edilməsi prosesini əks etdirən 1 ədəd DVD formatlı disk və "xxxx" MMC-dən daxil olmuş 2 ədəd CD formatlı disk iş materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatları 192 (yüz doxsan iki) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 192 (yüz doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 27 noyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Sabunçu RPİ-nin maddi sübutları saxlanma yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 236,39 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 0,086 qram çəkidə narkotik vasitə heroin, 0,025 qram çəkidə psixotrop maddə metamfetamin və 1 ədəd üzərində “KL-518” yazısı olan elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Redmi” markalı "Note 8” modelli mobil telefon aparatı onun ailə üzvlərinə qaytarılsın; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı mənzilə baxış zamanı çəkilmiş videogörüntülərin qeydə alındığı 1 ədəd DVD formatlı disk, sonuncuya məxsus 1 ədəd mobil telefonun, narkotik vasitə qurudulmuş marixuana və heroinin, psixotrop maddə metamfetaminin və elektron tərəzinin təqdim edilməsi prosesini əks etdirən 1 ədəd DVD formatlı disk və "xxxx" MMC-dən daxil olmuş 2 ədəd CD formatlı disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 192 (yüz doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Cinayət işi üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Səbinə Məmmədzadə, Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1207/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1207/2025
21.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver