Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1208/2021 30.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 Ağalarovun sədrliyi ilə, hakimlər Eldar Əli oğlu Mikayılov və Rahib Vaqif oğlu Salmanovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 8 fevral 1986-cı ildə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmuş, ünvan 6-də qeydiyyatda olmaqla yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs «İnstaqram» sosial şəbəkəsi sistemində tanış olduğu istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı kimi özünü ona təqdim edən «Mahir» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, narkotik vasitə və psixotrop maddənin satışından əldə etdikləri qazancı yarı böləcəklərinə dair razılığa gəldikdən sonra 27 fevral 2021-ci il tarixdə saat 21 radələrində «Mahir» adlı şəxsin ona qabaqcadan şəkilini göndərdiyi yerdən, yəni Xırdalan şəhərində yerləşən «Köhnə Vaz» adlanan ərazinin yaxınlığından qanununsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini və metadonu, külli miqdarda psixotrop maddə olan metamfetamini 1200 (min iki yüz) manata pulu «Paypoint» ödəniş sitemi vasitəsi ilə əvvəlcədən «Mahir» adlı şəxsin ona göndərdiyi hesaba köçürməklə ilkin ödəniş edərək, əldə edib üzərində saxlayaraq etibarnamə əsasında idarə etdiyi «Khazar SD» markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilədək daşımış, narkotik vasitə və psixotrop maddə əldə etməsi, özündə saxlamaqla daşıması və satışında şübhəli bilindiyinə görə Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 1 mart 2021-ci il tarixdə saat 16:30 radələrində ünvan 1 ünvanının qarşısında saxlanılaraq, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş, orada etibarnamə əsasında idarə etdiyi «Khazar SD» markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkilişlə keçirilən baxış zamanı avtomobilin ön panelində olan boşluqdan 1 ədəd bükümdə təmiz çəkisi 300,250 qram olan qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, avtomobilin sağ ön oturacağının arxa hissəsində olan cibdən 1 ədəd bükümdə təmiz çəkisi 81,660 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfetamin və 8 ədəd konvalyutda, hər konvalyutda 10 həb olmaqla, ümumi 80 ədəd üzərlərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı, hər bir həbdə 0,04 qram metadon olmaqla ümumi miqdarı 3,2 qram olan külli miqdarda narkotik vasitə metadon, eləcə də, avtomobilin ön panelinin sağ hissəsində olan saxlanc yerindən üzərində narkotik vasitə heroinin və metamfetaminin izləri olan 1 ədəd «200g/001 QC Pass» markalı elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, cəzaçəkmə yerindən çıxandan sonra narkotik vasitələr və psixotrop maddələrdən uzaq olmağa çalışmış, lakin, bir müddət sonra yenidən psixotrop maddə olan metamfetamindən istifadə etməyə başlamışdır. Psixotrop maddələri tanımadığı şəxslərdən almışdır. Maddi imkansızlığına görə 2021-ci ilin fevral ayında narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaq qərarına gəlmişdir. İnstaqram sosial şəbəkəsində İran İslam Respublikasının vətəndaşı Mahir adlı şəxslə tanış olmuşdur. Yazışma zamanı sonuncu ona İranda yaşasa da, Bakı şəhəri ərazisində narkotik vasitələrin onlayn satışı ilə məşğul olduğunu bildirmişdir. Mahirin deməsinə görə narkotik almaq istəyən şəxs ona «PayPoint» onlayn ödəniş sistemi vasitəsi ilə onun bildirdiyi hesaba ödəniş edir. Bundan sonra Mahir Bakı şəhərində olan əlbir olduğu şəxslər şəhərin müxtəlif öz seçdikləri yerlərə həmin narkotik vasitəni və ya psixotrop maddəni yerləşdirib, həmin yerin şəkilini çəkib ona göndərir. Mahir isə həmin yerin şəkilini narkotik vasitəni və ya psixotrop maddəni onlayn almış şəxsə göndərir. Həmin şəxs göstərilən yerə gedib sifariş verdiyi narkotiki oradan götürür. Mahir ona təklif etmişdir ki, istədiyi təqdirdə onunla əlbir olub, Bakı şəhəri ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirə bilər. Mahirlə belə razılığa gəlmişdir ki, Mahir ona Bakı şəhərində narkotik vasitə və psixotrop maddə təşkil edəcək, o isə ilkin olaraq Mahirə həmin narkotiklərin pulunun bir hissəsini göndərəcək, daha sonra isə göndərilən narkotik vasitə və psixotrop maddələrin satışından əldə etdiyi gəliri Mahirlə böləcəkdir. Mahirin təklifi onu tamahlandırğından onunla razılaşmışdır. Bundan sonra Mahir ilə instaqramda danışıb razılaşmışdır. 27 fevral 2021-ci il tarixdə saat 21 radələrində Mahir adlı şəxsin ona qabaqcadan şəkilini göndərdiyi yerdən, yəni Xırdalan şəhərində yerləşən «Köhnə Vaz» adlanan ərazinin yaxınlığından satıb qazanc əldə edib, daha sonra Mahir ilə yarı bölmək məqsədi ilə narkotik vasitə olan heroin, metadon və psixotrop maddə olan metamfetamini 1200 (min iki yüz) manata pulu «Paypoint» ödəniş sitemi vasitəsi ilə əvvəlcədən ona göndərdiyi hesaba köçürməklə ilkin ödəniş edərək əldə etmişdir. Həmin hesab nömrəsini hazırda xatırlamır və ödəniş qəbzi onda yoxdur. Mahirin şəkilini göndərdiyi yerdən narkotik vasitə və psixotrop maddəni götürüb piyada etibarnamə əsasında idarə etdiyi «Khazar SD» markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilini saxladığı yerə gəlmişdir. Avtomobilinə əyləşib həmin narkotik vasitə və psixotrop maddəni avtomobilinin salonuna qoymuşdur. Bundan sonra bir-neçə gün satmağa müştəri tapmadığı üçün narkotik vasitələrə və psixotrop maddəyə toxunmamışdır. 1 mart 2021-ci il tarixdə saat 16:30 radələrində ünvan 1 ünvanının qarşısında olan zaman ona mülki formalı şəxslər yaxınlaşmış və xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər. Həmin şəxslər ona bildirmişlər ki, o, narkotik vasitə əldə etməkdə və satmaqda şübhəlidir, buna görə də onlarla polis bölməsinə getməlidir. Razılaşıb polislərlə birlikdə öz avtomobilinə əyləşərək polis bölməsinə gəlmiş və onu təhqiqatçının otağına aparmışlar. Orada o, şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra avtomobilinə baxış keçirilməsinə etiraz etmədiyi barədə ərizə yazmışdır. Təhqiqatçı onun avtomobilinə videoçəkilişlə baxış keçirmişdir. Baxış zamanı idarə etdiyi avtomobilin ön panelində olan boşluqdan 1 ədəd bükümdə narkotik vasitə heroin, avtomobilin sağ ön oturacağının arxa hissəsində olan cibdən 1 ədəd bükümdə psixotrop maddə olan metamfetamin və 8 ədəd konvalyutda, hər konvalyutda 10 həb olmaqla, ümumi 80 ədəd həb olan narkotik vasitə metadon, avtomobilin ön panelinin sağ hissəsində olan saxlanc yerindən narkotikləri satan zaman çəkisini bilmək üçün aldığı 1 ədəd elektron tərəzi, yaşadığı evin yaxınlığından hadisədən 4-5 gün öncə məişətdə istifadə etmək məqsədilə 12 manata aldığı bıcaq və özünə məxsus istifadə etmədiyi və içərisində gms nömrə olmayan «İphone» markalı mobil telefon götürülmüşdür. Baxış zamanı narkotikləri və sadaladığı əşyaları polisə könüllü olaraq təqdim etmiş və bükümlərdə narkotik vasitə və psixotrop maddə olmasını etiraf etmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş və üzərində olan gödəkçənin cibindən istifadəsində olan «Samsung» markalı mobil telefon içərisində olan 077 255 65 60 və 055 205 26 86 saylı gsm nömrələr ilə birlikdə qablaşdırılaraq götürülmüşdür. Saxlanılarkən və sonradan polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqə məruz qalmamışdır. İnstaqram sosial şəbəkəsində istifadəçi adını və şifrəsini hazırda xatırlamır. İran vətəndaşı Mahir adlı şəxsin narkotik vasitələri və psixotrop maddələri Bakı şəhərinin ərazisinə hansı yolla gətirdiyini və onun Bakı şəhərində kimlərlə əlaqədə olmasını bilmir. İstifadəsində 077 255 65 60 və 055 205 26 86 saylı gsm nömrələri olmuşdur. Həmin nömrələr təhqiqatçı tərəfindən şəxsi axtarış zamanı götürülmüş «Samsung» markakı mobil telefonun içərisindədir. Hadisə zamanı avtomobilindən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddəni götürdükdən sonra istifadə etməmiş və heç kəsə satmamışdır. Daha öncə narkotik vasitə və ya psixotrop maddə satdığı şəxsləri tanımamışdır. Mahir adlı şəxsin anket və digər məlumatları ona bəlli deyildir. Həmin şəxslə təsadüfən instaqram sosial şəbəkəsində tanış olmuşdur. Avtomobilindən aşkar edilmiş bıcağı yaşadığı evin yaxınlığından tanımadığı şəxsdən məişətdə istifadə etmək üçün almışdır. Narkotik vasitə və ya psixotrop maddə satmasının Mahirdən başqa heç kimin məlumatı olmamışdır. Yaşadığı evə narkotik vasitə və ya psixotrop maddə aparmamışdır. İstifadəsində olan ***-***-**-** saylı və ***-***- **-** saylı GSM nömrələrinə 1 sentyabr 2020-ci il tarixdən 1 mart 2021-ci il tarixə qədər olan müddətdə daxil olan, çıxan mesajların siyahısının və mesajların mətnlərində olan yazışmalar onunla üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxslər arasında olmuşdur. Həmin şəxslərə o, narkotik vasitə və psixotrop maddələr satmış, lakin göstərilən nömrələrin sahiblərini üzdən tanısa da, onların harada yaşamalarını, nə işlə məşqul olmalarını və dəqiq anket məlumatları barədə heç bir məlumatı olmamışdır. Əməlindən peşmandır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Nəsimi RPİ-nin 21-ci PB-də baş əməliyyat müvəkkili vəzifəsində çalışır. 1 mart 2021-ci il tarixdə bölməyə Bakı şəhəri Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində «Emin» adlı şəxsin qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələri əldə edib saxladığı, daşıdığı, istifadə etdiyi, göndərdiyi və satmaqda şübhəli olduğuna dair əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı PB-nin rəisinə raportla məruzə etmişdir. Göstərilən məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə üçün zəruri əməliyyat tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Onun rəhbərliyi ilə bölmənin əməliyyat müvəkkili polis kapitanı Şahid2 oğlundan ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Şahid2la birlikdə bölmədən çıxıb inzibati ərazidə zəruri əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Saat 16:30-da əməliyyat məlumatında bildirilən zahiri görünüşünə görə oxşar olan şəxsin idarə etdiyi «Khazar SD» markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsində yerləşən 84 saylı ünvana gəldiyini müşahidə edərək, dərhal həmin binanın qarşısında yaxınlaşıb onu saxlamışlar. Şəxsiyyəti ilə maraqlandıqda onun Təqsirləndirilən şəxs oğlu olduğunun müəyyən etmişlər. Əməliyyat müvəkkili Şahid2la birlikdə Təqsirləndirilən şəxs onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşqul olması və satışı barədə məlumatlarının olduğunu bildirərək, ona Nəsimi RPİ-nin 21-ci PB-nə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs razılışaraq onlarla birlikdə oradan Nəsimi RPİ-nin 21ci PB-nə gəlmişdir. Sonuncunun idarə etdiyi «Khazar SD» markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin iş üzrə sübut əhəmiyyəti kəsb edəcəyi ehtimalını nəzərə alaraq, şəxs avtomobili ilə birlikdə bölməyə gətirilmişdir. Təqsirləndirilən şəxs PB-nə gətirilməsi ilə əlaqədar dərhal raportla rəhbərliyə məruzə edilmiş və zəruri təhqiqat hərəkətlərinin keçirilməsi Nəsimi RPİ-nin 21-ci PB-nin baş təhqiqatçısı polis kapitanı Nicat Sadıqova həvalə olunmuşdur. Təhqiqatçı N.Sadıqov şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməkdən ötrü 14 saylı Vəkil Bürosunun vəkili X1 bölməyə dəvət etdikdən sonra ilkin olaraq şəxsi axtarış və götürmədə iştirak edən şəxslərin hər birinə təhqiqatın bütün hərəkətlərində iştirak etmək, şəxsi axtarış ilə əlaqədar ərizə ilə müraciət etmək, protokola öz qeydlərini vermək hüquqlarının olduğu izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi «Khazar SD» markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə onun iştirakı ilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. «Khazar SD» markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobil Nəsimi RPİ-nin 21-ci PB-nin inzibati binasının həyətində dayanmış, avtomobil ağ rəngli olmaqla çirkli, pəncərələri sındırılmış vəziyyətdə olmuşdur. Avtomobilin sürücüsü Təqsirləndirilən şəxs «əməliyyat axtarış tədbirinin həyata keçirilməsi haqqında» qərarla tanış edildikdən sonra ona qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma, satma və idarə etdiyi nəqliyyat vasitəsində daşımaqla gəzdirilməsində şübhəli bilindiyi izah edilmiş və bu səbəbdən idarə etdiyi avtomobilin ünvan 4 ünvanın qarşısında saxlanıldığı bildirilmişdir. Sürücü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxışın keçirilməsi təklif olunmuş və o, nəqliyyat vasitəsinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilində sürət ötürücüsü qutusunun yanından 1 ədəd şəffaf sellofana bükülmüş büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin şəffaf sellofana bükülmüş bükümün narkotik vasitə heroin olduğunu bildirmişdir. Avtomobilin saxlanc yerindən 1 ədəd bıçaq, 1 ədəd elektron tərəzi və 1 ədəd «İphone» markalı üzərində sim kart olmayan mobil telefon aşkar edilmişdir. Avtomobilin qabaq sağ sərnişin oturacağının arxasında yerləşən cibindən 1 ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli, spesifik iyə malik kristal şəkilli maddə və 8 ədəd list, tərkibi məlum olmayan dərman preparatı aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin aşkar edilmiş bükümün və dərman listlərinin içərisində nə olduğunu soruşulduqda, o, kristal şəkilli spesifik iyə malik bükümün içərisindəkinin «metamfetamin», dərman preparatının isə «metadon» olduğunu bildirmişdir. Götürülmüş 2 ədəd sellofan büküm, 1 ədəd elektron tərəzi, 1 ədəd mobil telefon, 1 ədəd bıçaq və 8 list dərman preparatı hava şəraiti ilə əlaqədar olaraq Nəsimi RPİ-nin 21-ci PB-də təhqiqatçı N.Sadıqovun xidməti iş otağında qablaşdırılıb Nəsimi RPİ-nin 21-ci PB-nin «zəfrlər üçün» 189 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Təhqiqatçı N.Sadıqov tərəfindən bu barədə protokol tərtib olunmuş və o, baxışda iştirak etmiş bütün şəxslərlə birlikdə həmin protokolu imzası ilə təsdiq etmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunub götürülmüş həmin maddələr ekspertizaya təqdim olunmuş və ekspertizadan alınmış rəyə əsasən müəyyən olunmuşdur ki, həmin bir ədəd büküm olan maddə həqiqətəndə narkotik vasitə heroindir və ümumi təmiz çəkisi 300,250 qram təşkil edir. Digər bükümdə olan maddə psixotrop maddə metamfetamindir və ümumi təmiz çəkisi 81,660 qram təşkil edir. 8 list həblər isə narkotik vasitə metadondur. Bundan sonra Təqsirləndirilən şəxs şəxsi axtarışın keçirilməsi ilə bağlı xidməti otağa dəvət olunmuşdur. Orada şəxsi axtarış və götürmədə iştirak edən şəxslərin hər birinə təhqiqatın bütün hərəkətlərində iştirak etmək, şəxsi axtarış ilə əlaqədar ərizə ilə müraciət etmək, protokola öz qeydlərini etmək hüquqlarının olduğu izah edilmişdir. Beləliklə, videçəkilişdən istifadə edilməklə şəxsi axtarış başlanılmış, şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında, paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təkif edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcəsinin sol yan cibindən 1 ədəd qara rəngli «Samsung» markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyub, üzərində başqa hər hansı bir əşyanın olmadığını bildirmişdir. X3 tərəfindən şəxsi axtarış keçirilərək paltarının cibləri, kəmərinin içərisi, ayaqqabıları çıxardılaraq içərisi axtarılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya, predmet, vasitə və maddə aşkar olunmamışdır. Təhqiqatçı tədbir nəticələrinə dair protokol tərtib etmiş və bütün iştirakçılar imzaları ilə protokolun doğruluğunun təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verdi. İşin 56-57-ci vərəqlərindəki 1 mart 2021-ci il tarixli «nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, həmin tarixdə saat 16:30 radələrində Təqsirləndirilən şəxs ünvan 1 ünvanının qarşısında saxlanılaraq, Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş, orada etibarnamə əsasında idarə etdiyi «Khazar SD» markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin ön panelində olan boşluqdan 1 ədəd bükümdə təmiz çəkisi 300,250 qram olan qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, avtomobilin sağ ön oturacağının arxa hissəsində olan cibdən 1 ədəd bükümdə təmiz çəkisi 81,660 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfetamin və 8 ədəd konvalyutda, hər konvalyutda 10 həb olmaqla, ümumi 80 ədəd üzərlərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı, hər bir həbdə 0,04 qram metadon olmaqla ümumi miqdarı 3,2 qram olan külli miqdarda narkotik vasitə metadon, eləcə də, avtomobilin ön panelinin sağ hissəsində olan saxlanc yerindən üzərində narkotik vasitə heroinin və metamfetaminin izləri olan 1 ədəd «200g/001 QC Pass» markalı elektron tərəzi aşkar olunaraq götürülməsi barədə şahildlərin iştirakı ilə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. İşin 58-64-cü vərəqlərindəki 1 mart 2021-ci il tarixli «şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması istintaq hərəkəti keçirilsə də, üzərindən hər hansı qanunsuz maddə və ya əşya aşkar edilməmişdir. İşin 163-174-cü vərəqlərindəki 9 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evində axtarış və götürmə istintaq hərəkəti keçirilsə də, evdən hər hansı qanunsuz maddə və ya əşya aşkar edilməmişdir. İşin 197-198-ci vərəqlərindəki protokoldan görünür ki, iş üzrə "xxxx" MMC-dən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrənin 1 sentyabr 2020ci il tarixdən 1 mart 2021-ci il tarixə qədər olan müddətdə daxil olan, çıxan mesajların siyahısının və mesajların mətnləri alınmış, həmin mesaj mətnlərinə Nəsimi RPİ-nin İstintaq şöbəsində keçirilmiş baxış zamanı onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə olunması, saxlaması, daşıması, istifadə etməsi göndərməsi və satması faktlarını sübut edən çoxsaylı mesajların olması müəyyən olunmuşdur. 01-10-2020 13:21:16 1.1.**********86 1.1.**********42 Salam qaqa necesen nurlan menen srownu daniw qaqa lirkaya elin girir qaqa 03-11-2020 20:32:49 1.1.**********86 1.1.**********73 Gelsem iliweremk 03-11-2020 20:34:24 03-11-2020 20:34:24 1.1.**********86 1.1.**********73 Gel ey gel wey cekirden 16-01-2021 20:36:11 16-01-2021 20:36:11 1.1.**********86 1.1.**********55 qaqa saat 10 da sizdeyem neyşe verecem sene 16-01-2021 20:36:40 16-01-2021 20:36:41 1.1.**********86 1.1.**********55 qaqa yıqma 10 da sizdeyem 16-01-2021 22:12:51 16-01-2021 22:12:51 1.1.**********86 1.1.**********75 ata mene emin 17-01-2021 00:41:53 17-01-2021 00:41:53 1.1.**********86 1.1.**********74 ana sebirli ol gelirik 17-01-2021 00:44:47 17-01-2021 00:44:48 1.1.**********86 1.1.**********74 sen hardasan 17-01-2021 02:21:48 17-01-2021 02:21:48 1.1.**********86 1.1.**********73 xanlar telefona cavab ver 17-01-2021 20:51:26 17-01-2021 20:51:27 1.1.**********86 1.1.**********33 qaqa calış pul düzeld ne qeder olsa götür 18-01-2021 02:48:14 18-01-2021 02:48:14 1.1.**********86 1.1.**********01 yaxşı neşe var isdiyen var sende 18-01-2021 02:48:29 18-01-2021 02:48:29 1.1.**********86 1.1.**********01 100 qram 800 18-01-2021 05:02:04 18-01-2021 05:02:04 1.1.**********86 1.1.**********33 qaqa yarı patı var yarıda kola indiye isdiyen olsa de gelim 18-01-2021 15:58:27 18-01-2021 15:58:27 1.1.**********86 1.1.**********62 ay qaqa burdayam mehlede marketin qabaqında uşaq öldü lomkadan 18-01-2021 17:07:27 18-01-2021 17:07:27 1.1.**********86 1.1.**********62 qaqa öldü bu gec olar 18-01-2021 17:19:06 18-01-2021 17:19:06 1.1.**********86 1.1.**********33 cırıx görürsen götürmürsen mene yakan danışdıqıva göre sen öl sikecem 18-01-2021 17:26:35 18-01-2021 17:26:35 1.1.**********86 1.1.**********44 qaqa lomkadan oldük axı ne qedere gelersen 18-01-2021 18:31:35 18-01-2021 18:31:35 1.1.**********86 1.1.**********44 ay qaqa qonaqım var axı dedim lomkadadı qaqa bu demeydi arxeyin ol 18-01-2021 23:16:27 18-01-2021 23:16:27 1.1.**********86 1.1.**********92 qaqa 5 koko 1 pat 22-01-2021 22:40:12 22-01-2021 22:40:12 1.1.**********86 1.1.**********70 qaqa cek saxla ne qeder vurdun yaz 24-01-2021 20:21:35 24-01-2021 20:21:35 1.1.**********86 1.1.**********21 qaqa cölde cıxan kimi şocik var qoy onun icine 11-02-2021 05:51:10 11-02-2021 05:51:10 1.1.**********86 1.1.**********93 Cıxram almışam gelirem 11-02-2021 05:51:24 11-02-2021 05:51:24 1.1.**********86 1.1.**********93 Düşersen aşaqı men deyende 12-02-2021 22:46:51 12-02-2021 22:46:51 1.1.**********86 1.1.**********11 Qara verecem sakit ol 14-02-2021 03:39:38 14-02-2021 03:39:39 1.1.**********86 1.1.**********78 Salam brat emindi tema var eritmek lazımdı 14-02-2021 14:39:56 14-02-2021 14:39:57 1.1.**********86 1.1.**********19 Özüm getrem 15-02-2021 01:32:54 15-02-2021 01:32:54 1.1.**********86 1.1.**********17 Hardasan 15-02-2021 16:16:52 15-02-2021 16:16:53 1.1.**********86 1.1.**********14 Qaqa mene bir dene koku saxla 11-10-2020 06:42:20 11-10-2020 06:42:20 1.1.**********32 1.1.**********86 Sene dedim usaq atalarini kisqanir alcaq sen outrub pati cekmeyi secdin belle alcaqsan bax Mende cixib Kurdun yanina getmesem senin tayinam ol get cal se 11-10-2020 07:00:08 11-10-2020 07:00:09 1.1.**********32 1.1.**********86 Senin again a soxsunlar onsuz sen ale istey qaygi bilmedin nedi ancaq narkotik calmaq oldu senin ki sikdir cixdim Bura yazma gedirwm kurdun yanina sen se D 23-10-2020 02:47:30 23-10-2020 02:47:31 1.1.**********31 1.1.**********86 Sortu lomkadayam dermai atardnda bir yere bilirdin yoxdu amciq nece sirindise 1d ayrilma gunah olar, senin kimi sintir gormedim gozunede sox surt cal hamisina s 10-11-2020 01:52:40 10-11-2020 01:52:40 1.1.**********62 1.1.**********86 Bir Yevlaxlı var 5 klo kola atıb gedib rayona yevlaxa 17-01-2021 00:42:39 17-01-2021 00:42:39 1.1.**********74 1.1.**********86 Hara gəlirsiz hardayam bilirsen gedirəm iranlı qehbenin aşığın goturem 18-01-2021 05:02:15 18-01-2021 05:02:15 1.1.**********33 1.1.**********86 qaqa yarı patı var 18-01-2021 05:08:35 18-01-2021 05:08:36 1.1.**********33 1.1.**********86 Qaqaw sahar 8 qadar pulunu verim gal adam var masazrdadl galir patni ona veracam kola manim gal ay brat 4 gundu sani gozdiyiram 25-01-2021 17:36:16 25-01-2021 17:36:16 1.1.**********64 1.1.**********86 QRAM KOLA LAZMDİ 26-01-2021 21:34:41 26-01-2021 21:34:41 1.1.**********60 1.1.**********86 Qaqa m 40 lazimdi tapmaq olar?? ; sözlərini yazmışdır. İşin 201-202-ci vərəqlərindəki protokoldan görünür ki, iş üzrə "xxxx" MMC-dən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrənin 1 sentyabr 2020ci il tarixdən 1 mart 2021-ci il tarixə qədər olan müddətdə daxil olan, çıxan mesajların siyahısının və mesajların mətnləri alınmış, həmin mesaj mətnlərinə Nəsimi RPİ-nin İstintaq şöbəsində keçirilmiş baxış zamanı onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə olunması, saxlaması, daşıması, istifadə etməsi göndərməsi və satması faktlarını sübut edən çoxsaylı mesajların olması müəyyən olunmuşdur. 24-09-2020 11:05:48 24-09-2020 11:05:48 1.1.**********60 1.1.**********04 Qaqa 3 patı 2 kola 29-09-2020 09:14:25 29-09-2020 09:14:25 1.1.**********60 1.1.**********97 Ayıl az patı cekkkkkkkkkkkkkkkkkkk 12-10-2020 16:46:49 12-10-2020 16:46:49 1.1.**********60 1.1.**********51 Qaqa iranlıya tema atmalıyam men oteldeyem 17-10-2020 01:21:06 17-10-2020 01:21:06 1.1.**********60 1.1.**********55 Ata salam yene bommmbaaa tema geldi seks patı da varrrr 03-01-2021 05:08:36 03-01-2021 05:08:36 1.1.**********60 1.1.**********40 qaqa qızdarı nece ekiyek men zıxdayam danış burdan götrüm gelim de 03-01-2021 05:08:37 03-01-2021 05:08:38 1.1.**********60 1.1.**********40 ki qızlara koku da var 07-01-2021 13:58:27 07-01-2021 13:58:27 1.1.**********60 1.1.**********44 qaqa salam hardasan pa ...yess 15-01-2021 18:04:49 15-01-2021 18:04:49 1.1.**********60 1.1.**********50 salam pesi qaqa evdeyem birazdan cıxacam suyu götrüb gelecem 15-01-2021 18:07:16 15-01-2021 18:07:16 1.1.**********60 1.1.**********62 He asqim gelende pad 15-01-2021 18:08:29 1.1.**********60 1.1.**********62 bura bele şeyler yazma 24-02-2021 22:24:08 24-02-2021 22:24:09 1.1.**********60 1.1.**********30 Birdene kolam var 02-10-2020 23:05:21 02-10-2020 23:05:22 1.1.**********13 1.1.**********60 manis qardawimsan imkan varsa bir az kako gotur . evdeyem daniwa bilmedim dusurem baga gel sende ora . bu yetimcun bir az verek 1 cikkili ozume saxlara 02-10-2020 23:05:22 02-10-2020 23:05:25 1.1.**********13 1.1.**********60 m. olur agridan nihat 10-10-2020 18:04:48 10-10-2020 18:04:48 1.1.**********51 1.1.**********60 Qaqa kelseler üsterni srazl yoxlyun birnci mawn srenin ALl pulu yandakna veriki tutsalar cibi bow olsun. 12-10-2020 12:54:56 12-10-2020 12:54:56 1.1.**********51 1.1.**********60 Özm yxmadlmki kerm senin özn durub iranl qehbenin balasnan danwb mal qoyrsan. 17-10-2020 20:23:35 17-10-2020 20:23:35 1.1.**********00 1.1.**********60 Bes bele qoymaq olar ay qaqaw adami bu vaxta kimi gozdedirsen men olerem aqridan bunu Allah goturmez axi uje day heckimede yiqasi vaxt qalmadi qoydun aqrida 23-10-2020 21:46:35 23-10-2020 21:46:35 1.1.**********13 1.1.**********60 atash 1 gram yarim getir. 1 . 5 30-11-2020 20:23:06 30-11-2020 20:31:13 1.1.**********38 1.1.**********60 Qaqam uzurlu bil ee tez tez yigiram.balamin cani bidene qehybenin balasinan pul almisam patiya indi mazqimi sikir.ona gore dalbadal yigiram qadasi 14-12-2020 03:57:53 14-12-2020 03:57:53 1.1.**********33 1.1.**********60 5dene litirliy kola lazimdi nagdi 03-01-2021 10:31:22 03-01-2021 10:31:23 1.1.**********82 1.1.**********60 Qaqa qurban olum srocnu 250.manat yola portal Alex.Qaqa iranan malm kelir . 10-01-2021 17:22:57 10-01-2021 17:22:57 1.1.**********72 1.1.**********60 Salam Emil necesen brat pulum param yoxdu qardaw cani ozumde pisem imkan var iki uc gunluyune mene yari veresen kartim blokdadi acdirana kimi 10-01-2021 20:14:22 10-01-2021 20:14:22 1.1.**********06 1.1.**********60 Götürdə lirika istiyirsən? 23-01-2021 05:26:56 23-01-2021 05:26:56 1.1.**********14 1.1.**********60 Qaqas bu mal nese xosuma gelmedi xesde maldi . Men getdim rayona usaqlarin mali var idi cirirdilar ozlerin beyenmediler . Ozudeki yas maldi 1.1.**********14 1.1.**********60 İmkan varsa bunu deyisek. Qatqisi var bu malin 22-02-2021 13:56:34 22-02-2021 13:56:34 1.1.**********03 1.1.**********60 Salam brat necesen salamatcılıgdı?Brat emanetı dunen cekdım klok skocnan bır yerde 22-02-2021 13:57:50 1.1.**********03 1.1.**********60 1.7geldı 1.5dıyey bele pıs cıxmasın ozun dıdın cekersen artıg ya eskık gele bıler ona gore cekdım; sözlərini yazmışdır. İşin 216-cı vərəqəsindəki 10 may 2021-ci il tarixli əməliyyat tapşırığının cavabından görünür ki, Təqsirləndirilən şəxs 2020-ci ilin oktyabr ayının əvvəllərindən şəxsiyyəti istintaqa məlum olmayan şəxslərə narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamini hissə-hissə olmaqla müxtəlif tarixlərdə satmış, həmçinin 2021-ci ilin fevral ayının sonlarından Bakı şəhəri ərazisində telefonla şəxsiyyəti istintaqa «Mahir» kimi məlum olan İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək istintaqa məlum olmayan yerdə və mənbədən narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. Məhkəmə kimyəvi ekspertizasının 2 mart 2021-ci il tarixli, 6/853 saylı rəyindən görünür ki, təqdiqata təqdim edilmiş, üzərində «şübhəli şəxs: Təqsirləndirilən şəxs» yazısı olan 2 (iki) ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 300,250 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 (bir) ədəd bükümdə təmiz çəkisi 81,660 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində «Methadone 40» yazısı olan 8 ədəd konvalyutda, hər konvalyutda 10 həb olmaqla, ümumi 80 ədəd üzərlərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi fomalı həblər metadon tərkibli dərman preparatıdır və 80 ədəd həbdə təsiredici maddəsi metadonun ümumi miqdarı 3,2 qram təşkil edir (üzərindəki qeyd olunmuş göstəricilərinə əsasən bir həddə 0,04 qram metadon olmaqla). 1 (bir) ədəd «200g/001 QC Pass» markalı elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün, heroinin və metamfetaminin təmiz çəkisini və Təqsirləndirilən şəxs götürülmüş bükümlərdəki heroinlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmadı. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına, metadon «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»in İİ siyahısına daxildirlər. Məhkəmə narkoloji ekspertizasının 5 aprel 2021-ci il tarixli, 962 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 16 mart 2021-ci il tarixli, 583 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. İşin 217-218 və 260-cı vərəqlərindəki «maddi sübut kimi tanıma haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilib götürülmüş 300,250 qram çəkidə olan narkotik vasitə heroin, 81,660 qram psixotrop maddə metamfetamin, 80 ədəd həblər narkotik vasitə metadon və 1 ədəd «200g/001 QC Pass» markalı elektron tərəzi maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalan 300,050 qram çəkidə heroin, 81,560 qram çəkidə metamfetamin, 75 ədəd həblər narkotik vasitə metadon və 1 ədəd «200g/001 QC Pass» markalı elektron tərəzi Nəsimi RPİ-nə təhvil verilmişdir. İşin 175-177 və 179-181-ci vərəqlərindəki Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsi və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 noyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa o, Xəzər rayon məhkəməsinin 14 aprel 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Nizami rayon məhkəməsinin 12 iyul 2019-cu il tarixli qərarı ilə 9 ay 2 gün vaxtından əvvəl şərti azad olunmuş, 14 aprel 2020-ci il tarixdə cəzası bitmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsində əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir və Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən onun əməlində cinayətlərin təhlükəli residivi vardır. İşin 28-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 1 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasının yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs İTəqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin olmasının Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 1 mart 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Nəsimi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilib götürülmüş 300,250 qram çəkidə olan narkotik vasitə heroin, 81,660 qram psixotrop maddə metamfetamin, 80 ədəd həblər narkotik vasitə metadondan ekspertiza tədqiqatından sonra qalan 300,050 qram çəkidə heroin, 81,560 qram çəkidə metamfetamin, 75 ədəd narkotik vasitə metadon həbləri və 1 ədəd «200g/001 QC Pass» markalı elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 178 (yüz yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 1 mart 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Nəsimi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilib götürülmüş 300,250 qram çəkidə olan narkotik vasitə heroin, 81,660 qram psixotrop maddə metamfetamin, 80 ədəd həblər narkotik vasitə metadondan ekspertiza tədqiqatından sonra qalan 300,050 qram çəkidə heroin, 81,560 qram çəkidə metamfetamin, 75 ədəd narkotik vasitə metadon həbləri və 1 ədəd «200g/001 QC Pass» markalı elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 178 (yüz yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1208/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1208/2021
30.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver