Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1208/2022 19.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, 15 avqust 979-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 04 mart 2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, ünvan 2 ünvanının qarşısında Zərərçəkmiş şəxs ilə aralarında sonuncuya məxsus “Rav 10” markalı, 9 9-PK-285 dövlət qeydiyyat nişanlı avtomobili gündəlik icarəyə götürüb idarə edərkən radara düşməsi nəticəsində inzibati protokol yazılması ilə bağlı yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətməsi, həmçinin vurub yerə yıxması səbəbindən onu vurmaqla qisas almaq məqsədi ilə özünə məxsus hadisə yerinə gəldiyi avtomobilinin salonunda saxladığı soyuq silah hesab edilməyən məişət təyinatlı qatlanan cib bıçağını götürüb Zərərçəkmiş şəxs sağ sinə və sol qol nahiyəsindən qəsdən iki dəfə vuraraq, ona sol saidin yuxarı 1/3-nin bir ədəd deşilmişkəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və sağ tərəfli hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin sağ yarısının plevra boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarasından ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, o, həyat yoldaşı və üç azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Mirzağa Əliyev küçəsində ünvanı olmayan mənzildə kirayədə yaşamışdır. Daimi olaraq heç yerdə işləməmiş, lakin ailəsini dolandırmaq üçün mütəmadi olaraq gündəliyə icarəyə verilən avtomobil götürərək taksi fəaliyyəti ilə məşğul olmuşdur. İlkin depozit almadan gündəlik taksi verən adam axtarmış və yaxın tanışlardan Zərərçəkmiş şəxs bu işlə məşğul olduğunu öyrənib sonuncudan avtomobil götürmək qərarına gəlmişdir. 13 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxsla əlaqə saxlamış və sonuncunun Bayıl qəsəbəsində yaşadığı ünvana gedərək onunla tanış olmuşdur. O, həmin vaxt Elmara məxsus ağ rəngli “Rav 10” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobili günün sonunadək 15 manat pul müqabilində icarəyə götürmüş və günün sonunda danışdıqları kimi avtomobili Elmara qaytarıb ödəniş etmişdir. Bundan bir neçə gün sonra, yəni, 16 fevral 2022-ci il tarixdə yenidən Zərərçəkmiş şəxs avtomobil icarəyə götürüb taksi fəaliyyəti ilə məşğul olmaq qərarına gəlmişdir. Bu məqsədlə Elmarla əlaqə saxladıqda sonuncu Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 528-ci məhəllədə özünün işlədiyi siqaret və su satılan kiçik mağazanın qarşısında olduğunu deyərək onu həmin yerə çağırmışdır. O da həmin yerə gedərək yenidən avtomobili gün sonunadək 15 manat pul müqabilində icarəyə götürüb taksi fəaliyyəti ilə məşğul olmuş və günün sonunda yenə həmin yerdə ödəniş edərək avtomobili Elmara geri qaytarmışdır. Bundan bir neçə gün sonra Zərərçəkmiş şəxs yaxınlıqda yaşadığı və qonşu kimi tanıdığı qardaşı oğlu Şahid1 zəng edərək avtomobili radara saldıqlarını, buna görə cəriməni təcili ödəmələrini kobud formada bildirmişdir. Qardaşı oğlu ona bu barədə məlumat verdikdə o, Zərərçəkmiş şəxsla əlaqə yaratmaq istəmiş, lakin onunla danışa bilməmişdir. Daha sonra Zərərçəkmiş şəxs ona zəng edərək avtomobili idarə etdiyi zaman radara düşdüyünü, cərimə yazıldığını, buna görə cəriməni onun özünün ödəcəyini bildirmişdir. O, etiraz etməyərək həqiqətən cərimə avtomobil onda olan vaxt yazılıbsa onu mütləq ödəyəcəyini, lakin hazırda yas mərasimi ilə bağlı rayonda olduqları üçün ertəsi gün, yəni, 04 mart 2022ci il tarixdə Bakı şəhərinə qayıdan kimi dərhal onunla görüşəcəyini bildirmişdir. 04 mart 2022-ci il tarixdə qardaşı oğlu Şahid1 ona zəng edərək Zərərçəkmiş şəxs dəfələrlə zəng etdiyini, nalayiq ifadələr işlədərək onları təcili yanına çağırdığını bildirmişdir. Avtomobilsiz olduğu üçün qardaşı oğlu Şahid1 onu yaşadığı ünvandan götürməsini xahiş edərək Zərərçəkmiş şəxs yanına birlikdə getmələrini bildirmişdir. Şahid1 onu yaşadığı ünvandan götürən zaman yaxın münasibətdə olduğu qonşusu Şahid2 onları görüb hara getdiklərini soruşaraq onlarla birlikdə gəlmək istədiyini bildirmiş, onlar da etiraz etməmişlər. Zərərçəkmiş şəxs telefonda onunla və qardaşı oğlu ilə nalayiq ifadələr işlədərək kobud danışdığını görüb məsələni sülh yolu ilə həll edərək aranı sakitləşdirməsi üçün onlardan yaşca böyük əmisi oğlu Şahid3 da yolüstü götürmüşlər. Beləliklə, onlar 04 mart 2022-ci il tarixdə təxminən saat 10 radələrində Zərərçəkmiş şəxs işlədiyi Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 528-ci məhəlləyə getmişlər. Avtomobili kənarda saxlayıb Elmarın işlədiyi kiçik mağazaya yaxınlaşaraq bir qədər mağazanın qarşısında söhbət etmişlər. Zərərçəkmiş şəxs telefonda bir neçə radar göstərib həmin radarlara onun düşdüyünü, buna görə radarların hamısını ödəməli olduğunu bildirmişdir. O, isə cəmi bir radara düşdüyünü və yalnız həmin radarı ödəyəcəyini deyərək etiraz etmişdir. Lakin Zərərçəkmiş şəxs bütün radarlara onun düşdüyünü, hətta 2021-ci il tarixli radarı da onun ödəyəcəyini, əks halda başına oyun açacağını deyərək onun ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt əmisi oğlu Şahid3 aranı sakitləşdirərək onu uzaqlaşdırmağa çalışmış və Zərərçəkmiş şəxs da düzgün, normal danışmasını demişdir. Lakin buna baxmayaraq Zərərçəkmiş şəxs daha da hiddətlənərək onun, qardaşı oğlu Şahid1 və yaranmış səs-küyə görə sonradan onlara yaxınlaşan qonşusu Şahid2 üstünə şığıyıb daha pis ifadələr işlətmişdir. Əmisi oğlu Şahid3 vəziyyətin daha da gərginləşdiyini görüb onu oradan tamamilə uzaqlaşdırmışdır. Qardaşı oğlunu və qonşusunu sakitləşdirərək oradan kənarlaşdırıb avtomobilə əyləşdirmişlər ki, çıxıb getsinlər. Amma Zərərçəkmiş şəxs onların arxasınca gəlib avtomobilin arxa qapısını açmış və nalayiq ifadələr işlədərək ondan söhbətlərini davam etdirmələri üçün avtomobildən düşməsini tələb etmişdir. O, avtomobildən düşən zaman hər ehtimala qarşı avtomobildə olan sarı qulplu balaca dəmir bıçağı götürüb cibinə qoymuşdur. Onun avtomobildən düşdüyünü görən əmisi oğlu Şahid3, qardaşı oğlu Şahid1 və qonşusu Şahid2 da avtomobildən düşmüşlər. Zərərçəkmiş şəxs onun yaxasından tutub yoldan kənardakı binaların həyətinə doğru aparmış və orada boğazından tutub “brasok” ataraq onu yerə yıxmışdır. Həmin vaxt Kamil, Mirzə və Aqil aranı sakitləşdirmək üçün Zərərçəkmiş şəxs uzaqlaşdırmağa çalışsalar da buna nail ola bilməmişlər, sonuncu onun üzərinə hücum edərək ona zərbələr vurmağa davam etmişdir. O, Zərərçəkmiş şəxs zərbələrinin qarşısını almaq və onu qorxutmaq üçün cibindəki bıçağı çıxardıb ona nümayiş etdirərək uzaqlaşmasını, yaxın gələrsə bıçaqlayacağını bildirmişdir. Amma Zərərçəkmiş şəxs sakitləşmək əvəzinə ayağı ilə bir neçə dəfə onun sol ayağından zərbələr endirmişdir. O, Zərərçəkmiş şəxs qorxutmaq və özündən uzaqlaşdırmaq məqsədilə sağ əlindəki bıçağı bir neçə dəfə sağa-sola fırlatmış, amma sonuncu uzaqlaşmayaraq onun üzərinə gəlib zərbələr endirməyə davam etmişdir. Buna görə o, Zərərçəkmiş şəxs özündən uzaqlaşdırmaq üçün sağ əlindəki bıçağı sağa-sola hərəkət etdirmiş, bir dəfə isə Zərərçəkmiş şəxs qarın hissəsinə bıçaq zərbəsi endirmək istədikdə sonuncu qolu ilə bıçağın qarşısını kəsdiyi üçün bıçaq onun qoluna girmişdir. Zənnincə Zərərçəkmiş şəxs digər xəsarətləri bıçağı sağa-sola hərəkət etdirərkən yetirmişdir. Bundan sonra, o, bıçağı cibinə qoyub oradan uzaqlaşmış və yaşadığı mənzilə getmişdir. Bir qədər sonra küçədə dayanıb siqaret çəkən zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər və onu Polis Bölməsinə dəvət etmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Polis Bölməsinə getmişdir. Hadisə təxminən 20-30 dəqiqə davam etmiş və onunla Zərərçəkmiş şəxs arasında baş vemişdir. Zərərçəkmiş şəxsla aralarında əvvəllər bu kimi hal verməmiş, hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Onun nəinki Zərərçəkmiş şəxs xəsarət yetirmək, heç onunla mübahisə etmək niyyətini belə olmamışdır. Əks halda sakitçilik yaratması üçün əmisi oğlunu böyük kimi ora dəvət etməzdi. Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlədərək döydüyü üçün o, özünü müdafiə etmək, sonuncunu özündən uzaqlaşdırmaq məqsədilə bıçağa əl atmaq məburiyyətində qalmışdır. Avtomobildən götürdüyü həmin bıçaq özünə məxsusdur. Belə ki, qardaşı oğlu Şahid1 məxsus ağ rəngli, “Saypa” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili müəyyən müddətlərdə o da istifadə etmiş, bəzi vaxtlar həmin avtomobillə gecə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Gecə işləmək çətin və təhlükəli olduğuna görə həmin bıçağı avtomobilə qoymuşdur ki, gecə başına hər hansı bir pis hadisə gələrsə özünü müdafiə etmək məqsədilə istifadə etsin. Yəni, o, avtomobildə bıçaq olduğunu öncədən bilsə də, əvvəlcə onu özü ilə götürməmiş, ikinci dəfə Zərərçəkmiş şəxs onu avtomobildən düşməyə vadar edən zaman hər ehtimala qarşı bıçağı özü ilə götürmüşdür. Hazırda Zərərçəkmiş şəxsla barışmışdır, ona qarşı heç bir şikayət və tələb yoxdur. Məhkəmədən bütün bu halların, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alınıb barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, o, özünə məxsus “Rav 10” markalı, ağ rəngli, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobili gündəlik icarəyə vermişdir. Eyni zamanda Bakı şəhəri, Yasamal rayonu. H.Cavid prospekti, M.Rahimov küçəsi, 528-ci məhəllədə yerləşən kiçik köşkdə (mağazada) satıcı işləmişdir. Təqsirləndirilən şəxs və Şahid1 "Rav 10” markalı avtomobili ondan gündəlik icarəyə götürən zaman tanımış, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. İlk olaraq Şahid1 ondan avtomobili gündəlik icarəyə götürüb idarə etmiş, sonra Təqsirləndirilən şəxs də bir neçə dəfə həmin avtomobili icarəyə götürmüşdür. Aralarında olan razılaşmaya əsasən o, avtomobili gündəlik 15 manata icarəyə vermişdir. Mirzə və Natiq səhər avtomobili götürərək idarə etmişlər və günün sonunda ona geri təhvil verərək 15 manat pulu ödəmişlər. Şahid1 və Təqsirləndirilən şəxs avtomobili idarə edən zaman bir neçə dəfə radara düşmüşlər və bu barədə onun mobil telefonuna bildiriş gəlmişdir. Təqsirləndirilən şəxs Şahid1 vasitəsi ilə tanıdığı üçün ilk olaraq Şahid1 ilə əlaqə saxlayıb avtomobili idarə edən zaman radara düşdüklərini, buna görə təcili olaraq cəriməni ödəmələrini bildirmişdir. Lakin cərimə ödənilmədiyi üçün o, Natiqlə də əlaqə saxlayaraq bu barədə məlumat vermiş və cəriməni ödəməsini istəmişdir. Natiq isə etiraz edərək avtomobili idarə edən zaman radara düşmədiyini, əgər avtomobil onda olan müddətdə radara düşmüşdürsə yalnız həmin günün cəriməsini ödəyəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs görüşüb məsələyə aydınlıq gətirmələrini desə də, sonuncu yas mərasimi ilə bağlı rayonda olduğunu, rayondan qayıdan zaman gəlib onunla görüşəcəyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs heç bir xəbər çıxmadığına görə o, əsəbiləşib 04 mart 2022-ci il tarixdə yenidən Şahid1 zəng etmiş və onunla kobud şəkildə danışaraq cərimələri ödəmələrini tələb etmişdir. Buna görə Natiq və Mirzə 04 mart 2022-ci il tarixdə, təxminən saat 10 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 528-ci məhəlləyə gələrək işlədiyi kiçik mağazanın qarşısında onunla görüşmüşlər. Həmin vaxt Natiq və Mirzə ilə birlikdə adlarını sonradan bildiyi Şahid2 və Şahid3 adlı tanımadığı şəxslər də gəlmişdir. O, Natiqə mobil telefonunda bir neçə radar göstərərək hamısına onun düşdüyünü bildirmişdir. Ancaq Natiq və Mirzə həmin radarlardan yalnız birinin onlara aid olduğunu, buna görə məhz həmin radarın cəriməsini ödəyəcəklərini bildirmişlər. Bu zəmində onların arasında sözlə mübahisə yaranmış və mübahisə zamanı Təqsirləndirilən şəxs cəriməni ödəməyəcəyini israr etdiyi üçün o, sonuncunun ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt Şahid3 onlara yaxınlaşaraq ondan normal şəkildə danışmasını tələb etmiş və Natiqi gəldikləri avtomobilə tərəfə aparmışdır. Natiq bir daha cəriməni ödəməyəcəyini deyərək avtomobilə əyləşmişdir. O, bundan bərk əsəbləşərək onların avtomobilinə yaxınlaşıb qapını açmış və Natiqə avtomobildən yerə enməsini deyərək bu məsələyə aydınlıq gətirmək üçün kənarda söhbət etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs avtomobildən yerə düşən zaman o, əsəblərini cilovlaya bilməyib Natiqin paltarının yaxasından tutub onu söhbət etmək üçün yoldan kənara, binaların həyətinə doğru aparmışdır. Binaların arasında olan zaman Təqsirləndirilən şəxs ilə aralarında mübahisə baş vermiş və onlar əlbəyaxa olmuşlar. Həmin vaxt o, Təqsirləndirilən şəxs qarşı “brasok” adlanan idman fəndi işlədərək onu yerə yıxmışdır. Bu zaman Kamil, Mirzə və Aqil yaxınlaşaraq onu kənara çəkmişlər. Ancaq o, Təqsirləndirilən şəxs yerdən qalxdıqdan sonra ona kobud baxdığını görüb Kamil, Mizrə və Aqilin əlindən çıxaraq yenidən Natiqin üzərinə getmiş və təpik zərbəsi ilə onun ayağından vurmuşdur. Həmin vaxt Natiq sarı rəngli dəstəyi olan bıçağı çıxarıb sağ əlində tutaraq sağa-sola hərəkət etdirmiş və ona kənara çəkilməsini, əks halda onu bıçaqla vuracağım bildirmişdir. O, Təqsirləndirilən şəxs əlində bıçaq olduğunu görüb daha da əsəbiləşmiş və onun üzərinə gedərək yumruq və təpik zərbələri vurmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əlindəki bıçağı sağa-sola doğru hərəkət etdirib onu vurmaq istəyən zaman o, sol qolunu qabağa verdiyi üçün bıçaq zərbəsi onun sol qoluna dəyərək xəsarət yetirmişdir. Buna baxmayaraq o, yenidən Təqsirləndirilən şəxs vurmaq istəyən zaman sonuncu əlində olan bıçağı hərəkət etdirdiyi üçün bıçaq onun sağ sinə nahiyəsindən dəymişdir. Bundan sonra Mirzə, Kamil və Aqil araya girib onları ayırmışlar və bununla da mübahisə yekunlaşmış, sonuncular çıxıb getmişlər. O, yola çıxaraq taksi saxlatdırmış və taksi sürücüsündən onu 1 saylı X5 aparmasını xahiş etmişdir. Xəstəxanaya getdikdən sonra həkimlər ona tibbi yardım göstərmişlər. Baş vermiş hadisə zamanı Şahid1, Şahid3 və Şahid2 onu vurmamışlar, sonuncular yalnız Natiqlə onu ayırmağa çalışmışlar. Hadisə vaxtı “Malış” kimi tanıdığı tanışı həmin yerə yaxınlaşmış, lakin sonuncu nə Şahid2, nə də başqasına hücum etməmiş, o da həmin şəxsə Şahid2 üzərinə hücum etməsini barədə tapşırıq verməmişdir. Hazırda Natiqi bağışlamış və onunla barışmışdır. Ona görə də Natiqə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, o, taksi fəaliyyəti ilə məşğul olub ailəsini dolandırır. Təqsirləndirilən şəxs ilə aralarında yoldaşlıq münasibəti olmuş və onlar bir məhəllədə qonşuluqda yaşamışlar. Təqsirləndirilən şəxs qardaşı oğlu Şahid1 də Natiqə görə tanımışdır. Təqsirləndirilən şəxs adını sonradan bildiyi Zərərçəkmiş şəxs gündəlik icarəyə avtomobil götürüb taksi kimi fəaliyyət göstərmişdir. 04 mart 2022-ci il tarixdə təxminən səhər saat 10 radələrində yaşadıqları məhəllədə olan zaman Təqsirləndirilən şəxs qardaşı oğlu Şahid1 idarə etdiyi avtomobilə əyləşdiyini görmüş və onlardan hara getdiklərini soruşmuşdur. Təqsirləndirilən şəxs də Zərərçəkmiş şəxs onlara zəng edərək icarəyə götürdükləri avtomobili idarə edən zaman radara düşdüklərini deyib nalayiq ifadələr işlətdiyini, buna görə bu məsələyə aydınlıq gətirmək üçün onunla görüşməyə getdiklərini bildirmişdir. O, heç bir işi olmadığı üçün onlarla getmək istədiyini bildirmiş və Təqsirləndirilən şəxs razılıq verdikdən sonra avtomobilə əyləşmişlər. Yolda olan zaman Təqsirləndirilən şəxs əmisi Şahid3 zəng vuraraq bu məsələ barədə məlumat vermiş və onun da bir böyük kimi həmin söhbətdə iştirak ctməxini xahiş etmişdir. Şahid3 razılıq verdikdən sonra onlar sonuncunun yaşadığı məhəlləyə gedərək onu da götürmüşlər. Bundan sonra o, Təqsirləndirilən şəxs, Şahid3 və Şahid1 04 mart 2022-ci il tarixdə, təxminən saat 10:30 radələrində Zərərçəkmiş şəxs işlədiyi Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 528-ci məhəlləyə getmişlər. Orada Mirzə avtomobili kənarda saxlamış və onlar Zərərçəkmiş şəxs işlədiyi kiçik mağazaya yaxınlaşmışlar. O isə avtomobilin yanında dayanıb gözləməyə başlamışdır. Mirzə və Natiq Elmarla bir qədər mağazanın qarşısında söhbət edən zaman aralarında sözlə mübahisə olduğunu görüb onlara yaxınlaşmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs telefonunda bir neçə radar göstərmiş və məlum olmuşdur ki, həmin radarlardan cəmi birinə Təqsirləndirilən şəxs düşmüşdür. Buna baxmayaraq Zərərçəkmiş şəxs bütün radarlara Natiq və Şahid1lərin düşdüyünü bildirmiş, hətta 2021-ci il tarixli radarı göstərib həmin radarı da ödəməsini tələb etmiş, əks halda başlarına oyun açacağını deyərək nalayiq ifadələr işlətmişdir. Həmin vaxt Şahid3 böyük kimi aranı sakitləşdirməyə çalışmış və Zərərçəkmiş şəxs normal danışmasını xahiş etmişdir. Lakin Zərərçəkmiş şəxs daha da hiddətlənərək Şahid1 və Təqsirləndirilən şəxs üzərinə gedib əl-qol atmağa başlamışdır. Həmin vaxt o, sakitçilik yaratmaq üçün yaxınlaşan zaman Zərərçəkmiş şəxs onun da üzərinə gəlib pis ifadələr işlətmişdir. Şahid3 mübahisənin daha da böyüdüyünü görüb Mirzə və Təqsirləndirilən şəxsləri uzaqlaşdırıb kənara çəkmiş və gəldikləri avtomobilə əyləşdirmişdir ki, çıxıb getsinlər. Amma Zərərçəkmiş şəxs onların arxasınca gəlib avtomobilin arxa qapısını açmış və yenidən nalayiq ifadələr işlədərək Təqsirləndirilən şəxs avtomobildən düşməsini, onunla söhbətini davam etdirəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs söyüşlərə və təkidlərə dözməyib avtomobildən düşmüşdür. Buna görə onlar da avtomobildən düşmüşlər. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yaxasından darta-darta binanın kənarına tərəf çəkmişdir. Onlar da Natiq və Elmarın yanında gedərək onları aralaşdırmağa çalışmışlar. Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 528-ci məhəllə, M.Rahim küçəsi, 36Q nömrəli yaşayış binasının qarşısında Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs mübahisələri daha da böyümüş, onları nə qədər aralamağa, sakitləşdirməyə çalışsalar da buna nail ola bilməmişlər. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs “brasok” idman fəndi ilə yerə yıxmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs yerdən ayağa qalxaraq cibinə qoyduğu sarı taxta qulplu bıçağı çıxardıb əlində sağa-sola hərəkət etdirərək Zərərçəkmiş şəxs qorxutmağa, özündən uzaqlaşdırmağa çalışmışdır. Lakin Zərərçəkmiş şəxs buna məhəl qoymayıb Təqsirləndirilən şəxs üzərinə gedən zaman Natiq əlindəki bıçaqla Elmara bir neçə zərbə endirmişdir. Həmin vaxt onlar Elmarla Natiqi ayırmış və gəldikləri avtomobilə əyləşib oradan uzaqlaşmışlar. Daha sonra polis əməkdaşları onunla əlaqə saxlayaraq Polis Bölməsinə dəvət etmişlər. Baş vermiş hadisə sözlü mübahisə ilə birlikdə təxminən 4- 5 dəqiqə davam etmişdir. Mübahisə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında olmuşdur. Zərərçəkmiş şəxsla arasında əvvəllər bu və ya buna bənzər məsələləri olmamış, həmçinin öncədən aralarında hər hansı bir ədavət və ya düşmənçilik olmamışdır. Baş vermiş hadisə sadəcə olaraq Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında olmuşdur. Mübahisə zamanı o, Mirzə və Kamil heç kimi vurmamış, onlar sadəcə olaraq Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs ayırmağa çalışmışlar. Onlar Zərərçəkmiş şəxs yanına dava-dalaş etmək niyyəti ilə getməmişlər. Hadisə vaxtı kənardan bir nəfər Zərərçəkmiş şəxs tanışı olduğunu ehtimal etdiyi, hündürboylu, iri bədən quruluşuna malik gənc bir oğlan həmin yerə yaxınlaşmışdır. Lakin həmin şəxs nə ona, nə də digərlərinə qarşı hər hansı qanunsuz hərəkət etməmişdir. Həmin şəxsi əvvəllər görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, o, qazanc əldə etmək üçün taksi fəaliyyəti ilə məşğul olub pul qazanmağa çalışır. Həmin məsələ zamanı da Zərərçəkmiş şəxs tanımışdır. Ətrafdan, yaxın tanışlardan Zərərçəkmiş şəxs bu işlə məşğul olduğunu öyrənib sonuncudan avtomobil götürmək qərarına gəlmişdir. Bir dəfə avtomobil götürüb bir neçə gün istifadə edib geri qaytarmışdır. Bundan sonra eşitmişdir ki. əmisi Təqsirləndirilən şəxs da onun kimi avtomobil icarəyə götürüb taksi fəaliyyəti ilə məşğul olmaq istəmişdir. Buna görə Natiqi tanıdığı Zərərçəkmiş şəxs yönəltmişdir ki, gedib sonuncudan taksi götürüb işləsin. Zərərçəkmiş şəxs nömrəsini və işlədiyi yerini əmisi Təqsirləndirilən şəxs izah edib işləri ilə məşğul olmuşdur. Mart ayının əvvəli, təxminən 01 mart 2022-ci il tarixdə Zərərçəkmiş şəxs ona zəng edib avtomobili radara saldıqlarını, radara görə olan cəriməni təcili ödəmələrini, yoxsa başlarına oyun açacağını bildirərək kobud danışmağa, nalayiq ifadələr işlətməyə başlamışdır. O da heç bir radara düşmədiyini, ola bilsin əmisi Təqsirləndirilən şəxs radara düşdüyünü, lakin bu məsələni aydınlaşdıracaqlarını, əgər radara düşmüşlərsə o zaman ödəyəcəklərini bildirib sağollaşmışdır. Bundan sonra əmisi Təqsirləndirilən şəxs zəng edib məsələ barədə məlumat vermişdir. Eyniliklə əmisi Təqsirləndirilən şəxs də radara düşmədiyini ehtimal etdiyini, lakin düşübsə də ödəyəcəyini demişdir. Yas mərasimi ilə əlaqədar rayonda olduqları üçün bir neçə gün Zərərçəkmiş şəxsla görüşə bilməmişlər. 04 mart 2022-ci il tarixdə təxminən səhər saat 10 radələrində Zərərçəkmiş şəxs yenidən ona zəng edib nalayiq sözlər və söyüşlər işlədərək həmin radar məsələsinə görə təcili yanlarına getmələrini tələb etmişdir. Zəng edib bu barədə əmisi Təqsirləndirilən şəxs məlumat verdikdə əmisi onu götürməsini və birlikdə məsələni aydınlaşdırmağa getmələrini bildirmişdir. Bir qədərdən sonra əmisinin yaşadığı Bakı şəhəri, Yasamal rayonu, M,Əliyev küçəsinə gedib sonuncunu götürmüşdür. Küçədən çıxıb hərəkət etməyə başlayan zaman əmisinin qonşusu və yaxın ünsiyyəti olan Şahid2 da onları görüb birlikdə gedib-gəlmək istədiyini bildirmiş, onlar da buna razı olmuşlar. Zərərçəkmiş şəxs telefonda onunla və əmisi Təqsirləndirilən şəxs ilə kobud, nalayiq ifadələr işlədərək danışdığını görüb məsələni sülh yolu ilə həll etməsi və araya sakitlik yaratması üçün əmisi Təqsirləndirilən şəxs qərar vermişdir ki, onlardan yaşca böyük və yaxın qohumları olan Şahid3 da yolüstü götürsünlər. Şahid3 də yolüstü götürüb dördü, yəni o, əmisi Təqsirləndirilən şəxs, Şahid2 və Şahid3 04 mart 2022-ci il tarixdə, təxminən saat 10:30 radələrində Zərərçəkmiş şəxs işlədiyi Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 528-ci məhəlləyə getmişlər. Avtomobili kənarda saxlayıb işlədiyi kiçik mağazaya yaxınlaşmışlar. Bir qədər mağazanın qarşısında söhbət etmişlər. Zərərçəkmiş şəxs telefonunda bir neçə radar göstərib hamısına onların düşdüklərini və bu radarları ödəməli olduqlarını bildirən zaman radarlardan cəmi birinə düşdüklərini və birini ödəyəcəklərini demişlər. Lakin Zərərçəkmiş şəxs bütün radarlara onların düşdüyünü, hətta 2021-ci il tarixli radarı da göstərib həmin radarıda ödəyəcəklərini, əks halda başlarına oyun açacağını nalayiq ifadələrlə bildirmişdir. Həmin vaxt qohumları Şahid3 aranı sakitləşdirməyə, onları uzaqlaşdırmağa çalışmış və Zərərçəkmiş şəxs da düzgün, normal danışmasını xahiş etmişdir. Lakin buna baxmayaraq Zərərçəkmiş şəxs daha da coşub onun və əmisi Təqsirləndirilən şəxs üzərinə gedərək əl-qol atmışdır. Yaranmış səs-küyə görə sonradan onlara yaxınlaşan Şahid2 da həmçinin üstünə şığıyıb daha da pis ifadələr işlətmişdir. Qohumları Şahid3 aranın daha da qızışdığını görüb onları uzaqlaşdırmış, oradan kənarlaşdırıb gəldiklərini avtomobilə əyləşdirmişdir ki, çıxıb getsinlər. Amma Zərərçəkmiş şəxs arxalarınca gəlib avtomobilin arxa qapısını açıb nalayiq ifadələr işlədərək əmisi Təqsirləndirilən şəxs yerə enməyə çağırmış və söhbətini davam etdirəcəyini bildirmişdir. Əmisi Təqsirləndirilən şəxs söyüşlərə və təkidlərə dözməyib avtomobildən yerə endikdə onlar da yerə enmişlər. Zərərçəkmiş şəxs əmisi Təqsirləndirilən şəxs yaxasından darta-darta binanın kənarına tərəf çəkmişdir. Onlar da Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs yanı ilə gedib aralaşdırmağa çalışmışlar. Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti. 528-ci məhəllə, M.Rahim küçəsi, 36Q nömrəli yaşayış binasının qarşısında Zərərçəkmiş şəxs və əmisi Təqsirləndirilən şəxs mübahisələri daha da böyümüş, nə qədər aralamağa və sakitləşdirməyə çalışsalar da buna nail ola bilməmişlər. Zərərçəkmiş şəxs əmisi Təqsirləndirilən şəxs “brasok” atıb yerə yıxmışdır. Əmisi Təqsirləndirilən şəxs yerdən ayağa qalaraq cibinə qoyduğu sarı taxta qulplu, dəmir bıçağı çıxardıb əlində saxlayıb sağa-sola hərəkət etdirərək Zərərçəkmiş şəxs qorxutmağa, özündən uzaqlaşdırmağa çalışmışdır. Lakin Zərərçəkmiş şəxs buna məhəl qoymayıb əmisinin üzərinə gedən zaman əmisi əlindəki bıçaqla bir neçə zərbə endirmişdir. Daha sonra birtəhər Elmarla Natiqi ayırıb oradan uzaqlaşdırmışlar. Bir qədər zaman keçdikdən sonra mülki geyimli şəxslər ona yaxınlaşaraq Özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib birlikdə Polis Bölməsinə getməyi dəvət etmişlər. O da buna razı olub polis əməkdaşları ilə birlikdə Bölməyə getmişdir. Zərərçəkmiş şəxsla aralarında əvvəllər bu və ya buna bənzər məsələləri olmamış, həmçinin öncədən aralarında hər hansı bir ədavət və ya düşmənçilikləri olmamışdır. Baş vermiş hadisə sadəcə olaraq əmisi Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında olmuşdur. Yanlarında olan digər şəxslərdən Şahid2 onları görüb onlarla gəlmək istədiyindən sonuncunu da özləri ilə götürmüşlər. Qohumu Şahid3 isə böyük kimi, aranı sakitləşdirmək və arada sülh yaratmaq məqsədi ilə götürmüşlər. Yəni o, Şahid2 və Şahid3 hər hansı dava-dalaş etmək niyyəti ilə Zərərçəkmiş şəxs yanına getməmişlər. Həmçinin baş vermiş hadisə zamanı hadisədə iştirak etməmişlər. Sadəcə kənarda dayanmış və məsələ böyüdüyü zaman onları ayırmağa çalışmışlar. Baş vermiş hadisə zamanı ona hər hansı bir zərbə, zədə və ya xəsarət yetirilməmiş, bundan başqa ona qarşı hər hansı bir alət və ya vasitədən istifadə edilməmişdir. Hadisə vaxtı kənardan bir nəfər Zərərçəkmiş şəxs tanışı olduğunu ehtimal etdikləri, hündürboylu, iri bədən quruluşuna malik kişi cinsindən olan gənc bir oğlan həmin yerə yaxınlaşmışdır. Lakin həmin şəxs nə Şahid2, nə də başqasına qarşı hansısa artıqəskik hərəkət etməmiş, hər hansısa bir zərbə və ya zədə yetirməmiş, həmçinin həmin şəxsə qarşı onlar tərəfdən hər hansısa bir zədə və ya zərbə yetirilməmişdir (cild 1, iş vərəqə 76-80). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. Təqdim etmə və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 mart 2022-ci il tarixdə baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyi bir ədəd sarı rəngli, taxta qulplu bıçağı istintaqa təqdim etmişdir (cild 1, iş vərəqə 12-14). İfadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs cinayət hadisəsinin faktiki hallarını və baş verdiyi yeri, habelə cinayəti törətməsinin hallarını əyani olaraq ətraflı şəkildə göstərmiş, həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 42-45). Məhkəmə-psixiatrik ekspertizasının 05 mart 2022-ci il tarixli, 578 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman hər hansı (ruhi) psixi xəstəlikdən əziyyət çəkməmiş, onda hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22ci maddələrinin təsiri altına düşmür, hazırkı psixi vəziyyətinə görə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 138-139). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 05 mart 2022-ci il tarixli, 1140 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxsağa oğlunda opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 140-141). Məhkəmə-tibbi ekspertizasının 05 mart 2022-ci il tarixli 228 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər - sol baldırın sıyrığı, boyunun qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 04 mart 2022-ci il tarixdə əmələ gələ bilərdi, hər biri ayrı-ayrılıqda, həmçinin də ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir (cild 1, iş vərəqə 135-137). Məhkəmə-tibbi ekspertizasının 18 mart 2022-ci il tarixli 270 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sağ tərəfli hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin sağ yarısının plevra boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası, sol saidin yuxarı 1/3-nin bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər, qərarın təsviri hissəsində qeyd olunduğu kimi kənar şəxs tərəfindən bıçaqla yetirilə bilərdi, törənmə müddəti onun xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla, qərarda qeyd olunan 04 mart 2022-ci ıl tarixə uyğun gəlir, dərəcəsinə görə sağ tərəfli hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin sağ yarısının plevra boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, sol saidin yuxarı 1/3-nin bir ədəd deşilmiş-kəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir (cild 1, iş vərəqə 176-179). ıı Məhkəmə tibbi-bioloji ekspertizasının 19 aprel 2022-ci il tarixli 177/2022-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu – Abeta /İİ/. (Təqdim edilmiş şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqinin kserosurətinə əsasən) Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu - Balfa/İİİ/.(Təqdim edilmiş şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqlərinin kserosurətlərinə əsasən). Ekspertizaya təqdim edilən 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus kəmər, 01 cüt ayaqqabı, şalvar, sviter, corabın bir tayı üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup mənsubiyyəti ABO sistemi üzrə təyin edildikdə A və H antigenləri, bəzi ləkələrdə isə həmçinin beta aqqlyutinini də alındı. Bu qan ləkələri Abeta (H)/ll/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər.(Əgər onun qanında müşayiətçi H antigeni varsa) Tədqiq olunan corabın digər tayı üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır (cild 1, iş vərəqə 180-185). Məhkəmə-tibbi-kriminalistik və məhkəmə kriminalistik ekspertizasının 20 aprel 2022-ci il tarixli 150-2022/MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus puloverin ön səthinin sağ yarısının orta hissəsində bir ədəd və sol qolunun arxa səthinin aşağı hissəsində bir ədəd deşilmiş-kəsilmiş zədə vardır. Bu zədələr kafi itilikli ülgücü, kafi itilikli ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus pulover üzərində aşkar olunmuş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi və ya oxşar konstruktiv xüsusiyyətli bıçağın (bıçaqların) tiyəsinin təsirindən törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus puloverin ön səthinin sağ yarısının orta hissəsində olan bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədənində olan sağ tərəfli hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin sağ yarısının plevra boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə yerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə düşür. Puloverin sol qolunun arxa səthinin aşağı hissəsində olan bir ədəd deşilmiş - kəsilmiş zədə isə onun bədənində öz əksini tapmamışdır. Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər - sağ tərəfli hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin sağ yarısının plevra boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası və sol saidin yuxarı 1/3-nin bir ədəd deşilmişkəsilmiş yarası kafi itilikli ülgücü, kafi itilikli ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən, həmçinin ekspertizaya təqdim edilmiş bıçağın təsirindən törənməsi istisna olunmur. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus bir ədəd şalvar, bir ədəd kəmər, bir cüt corab və bir cüt ayaqqabıların üzərində əhəmiyyət kəsb edən heç bir zədə, eləcə də pulover üzərində fiziki qüvvənin təsirindən əmələ gəlməyə xarakterik heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik olan məişət təyinatlı qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab olunmur. Təqdim olunmuş bıçağın üzərində heç bir konstruktiv dəyişiklik edilməmişdir (cild 1, iş vərəqə 186-195). İbtidai istintaq orqanının 12 may 2022-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 224-225). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 121). Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2006-cıil, xx.xx.2011-ci il və xx.xx.2014-cü il təvəllüdlü üç azyaşlı uşağı vardır (cild 3, iş vərəqə 216). Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını və onu bağışladığını, ona qarşı heç bir tələb, şikayətinin olmadığını göstərmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsinə əsasən cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən özünü təqsirli bilərək peşman olmasını, ilk dəfə cinayət törətməsini, ona qarşı heç bir şikayət və tələbin olmamasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 mart 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 04 mart 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 25-26, 109-110). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 04 mart 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübutlar - Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş bir ədəd məişət təyinatlı qatlanan cib bıçağı, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd kəmər, 01 ədəd şalvar, 01 ədəd sviter, 01 ədəd corabın bir tayı və 01 cüt ayaqqabı məhv edilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Cinayət işi üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 04 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar - Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş bir ədəd məişət təyinatlı qatlanan cib bıçağı, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd kəmər, bir ədəd şalvar, bir ədəd sviter, bir ədəd corabın bir tayı və bir cüt ayaqqabı məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1208/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1208/2022
19.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver