Məhkəmə qərarları › İş №1(101)-1209/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1209/2021

12.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1209/2021 12.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərər çəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri "Mərkəz" Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri, Yasamal rayonu, İ.Səfərli küçəsi, ev 29da qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, 17 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19 mart 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silahı əldə edərək gəzdirmiş, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edən zaman ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərərək silahdan istifadə edilməklə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmiş və xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs qeyri-müəyyən tarixdə naməlum mənbədən qanunsuz olaraq kustar üsulla beşbarmaq tipində hazırlanmış vurucu - əzici xassəyə malik soyuq silahı əldə edib özünə məxsus bel çantasında gəzdirmiş, 21 yanvar 2021-ci il tarixdə, saat 00:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza və Bəşir Səfəroğlu küçələrinin kəsişməsində piyada hərəkətdə olan zaman özünü şübhəli apardığı üçün Nəsimi Rayon Polis İdarəsinin Post-Patrul Bölüyü Xidmətinin (bundan sonra: RPİ-nin, PPBX-nin) əməkdaşlarının ona yaxınlaşaraq özlərini təqdim etdikdə və çiynindən asdığı çantanın içərisində olan əşyalarla maraqlandıqda o, özünə məxsus çantanın içərisində olan kustar üsulla beşbarmaq tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahı polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 16 mart 2021-ci il tarixdə, saat 23:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi ilə Əlövsət Quliyev küçəsinin kəsişməsində yerləşən “OLDSCHOOL” kafesinin yaxınlığında ictimai yerdə olarkən uca səslə gəyirdiyindən həmin vaxt oradan təsadüfən tanışı Zərərçəkmiş şəxs2 ilə keçən Zərərçəkmiş şəxs1 onun həmin hərəkətinin əxlaq normaları ilə bir araya sığmadığını irad bildirib, belə hərəkətləri ictimai yerdə etməməsini tövsiyə etdikdə, Təqsirləndirilən şəxs ona edilən iradı qəbul etməyək Zərərçəkmiş şəxs1 özünə tərəf çağıraraq yaxınlıqda yerləşən binanın blokuna aparmış, blokda sözlü mübahisə edən zaman çantasında qanunsuz olaraq əldə edərək gəzdirdiyi, zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı, qatlanan, soyuq silah hesab edilən ov bıçağını çıxardıb heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə sonuncuya xəsarət yetirmək istəmiş, həmin vaxt onların səs-küyünə gələn Zərərçəkmiş şəxs2 və digər şəxslər onların hər ikisini blokdan çıxarmış, bundan sonra Təqsirləndirilən şəxs Topçubaşov küçəsi ilə Əlövsət Quliyev küçəsinin kəsişməsində cəmiyyətdə insanlar arasında bərqərar olan birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozmaqla yanaşı, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan, yəni ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə Zərərçəkmiş şəxs1lə mübahisəsinə davam etdirib sonuncuya bıçaqla xəsarət yetirmək istəmiş, həmin vaxt onun Zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirməsinə mane olmaq, qərəzli xuliqanlıq hərəkətlərinin və ictimai qaydanın pozulmasının qarşısını almaq istəyən Zərərçəkmiş şəxs2 zor tətbiq edərək müqavimət göstərib, əlində olan bıçaqla ona sol əlin V barmağının səthi kəsilmiş yarası, sol budun qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirdikdən sonra qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək əlində olan bıçaqla heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 bir dəfə qarın nahiyəsindən, bir dəfə sağ qol nahiyəsindən qəsdən vuraraq sonuncunun qarın nahiyəsinin qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti, sağ bazunun deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti, hər iki əl, hər iki diz oynağı nahiyəsinin, sağ baldırın sıyrıqları, sağ diz oynağı nahiyəsinin qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə qəsdən xuliqanlıq niyyəti ilə zərər çəkmiş Zərərçəkmiş şəxs1 sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun Azərbaycan Respublikası CM-nin 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi təsdiq olunmuşdur. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə irəli sürülmüş ittihamlarla özünü qismən təqsirli bilib birinci cinayət epizodu üzrə ifadəsində göstərdi ki, 2021-ci ilin yanvar ayının 20-dən 21-nə keçən gecə, saat təxminən 00:00 radələrində dostu Sadiq Hüseynzadə ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi ilə piyada hərəkət edib B.Səfəroğlu küçəsinin kəsişməsinə çatdıqda yolla hərəkət edən PPX avtomobili onların yanında saxlamış və 2 nəfər polis əməkdaşı avtomobildən düşərək onlara yaxınlaşmışdır. Polis əməkdaşları ondan çiynindən asdığı çanta ilə maraqlanıb içərisində nə olduğunu soruşmuşlar. Həmin vaxt o, məcburiyyət qarşısında qalıb çantasında olan beşbarmağı və kəmərinə keçirdiyi suvenir bıçağı polis əməkdaşlarına təqdim etmiş, Sadiqdə öz növbəsində üzərində olan açılıbbağlanan bıçağı polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onları PPX avtomobilinə əyləşdirib Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə (PŞ-nə) aparmış, aşkar olunan əşyalar sənədləşdirilmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, ondan aşkar olunmuş beşbarmağı yerdən tapmış, suvenir bıçağı isə hazırda xatırlamadığı tanış yoldaşları ona hədiyyə vermişdir. Suvenir bıçaqla beşbarmağı üzərində gəzdirməkdə məqsədi, cəzaçəkmə müəssisəsindən yeni azadlığa buraxıldığı üçün, hazırda adlarını və anket məlumatlarını xatırlamadığı keçmiş düşmənlərindən özünü qorumaq olmuşdur. O, üzərində olan suvenir xəncərlə və beşbarmaqla kiməsə xəsarət yetirmək və öldürmək məqsədi ilə üzərində gəzdirməmiş, hər ehtimala qarşı özünümüdafiə məqsədilə özü ilə gəzdirmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında ikinci cinayət epizodu üzrə göstərdi ki, o, 16 mart 2021-ci il tarixdə, saat təxminən 23 radələrində yaşadığı Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində, kirayə yaşadığı evdə təxminən 1,5 litr «Xırdalan» pivəsi içərək sərxoş vəziyyətə düşmüşdür. Yaşadığı evdən çıxandan sonra Topçubaşov küçəsi istiqamətinə tək olaraq piyada hərəkət etmiş, Topçubaşov küçəsi ilə Əlövsət Quliyev küçəsinin kəsişməsində yerləşən «OLDSCHOOL» kafesinin yanına çatarkən təbii olaraq gəyirmişdir. O, gəyirən vaxt ondan təxminən 5-10 metr aralıda dayanmış, sonradan adlarını öyrənib bildiyi, baxılan iş üzrə zərərçəkmiş şəxslər Gülarə ilə Vüsal ona tərs-tərs baxmışlar. Onun baxışı heç də xoşuna gəlməmiş və göz işarəsi ilə Vüsala ona niyə o formada baxmasından izah istəmişdir. Sonra isə Vüsala “səninlə bir dəqiqəlik işim var” deyib onu yanına çsağırmışdır. Vüsal onun yanına gələrkən Gülarə də ona yaxınlaşmışdır. O, Gülarəyə Vüsala işarə edib “xanım, tanışımdır, narahat olmayın, söhbət edəcəyik” deyib onun gəlməməsini istəmişdir. Bundan sonra o, Vüsalla yaxınlıqda olan bloka keçmiş, bloka keçən kimi o, blokun qapını örtmüş və Vüsaldan tərs-tərs baxışlarının səbəbini soruşmuşdur. Cavabında Vüsal ona “sən ucadan gəyirirsən, niyə ədəbsizlik edirsən? Görmürsən ki, mən qızlayam?” demişdir. O, Vüsala cavab olaraq “olubda, görmədim nə olub ki?” demiş və onun bu sözündən sonra Vüsalla mübahisələri başlamışdır. Vüsal onun qolundan dartaraq “sənə deyirəm ki, mədəniyyətsizlik edirsən” demiş və həmin vaxt blokun qapısı döyülməyə başlamışdır. O, qapını açmış, qapının girişində Gülarənin və daha 1-2 nəfər kişinin dayandığını görmüşdür. O, bir daha “biz söhbət edirik, narahat olmayın” demiş və həmin vaxt gözləmədiyi halda Vüsal yumruqla onun sol üzündən vurmuş, onu söyərək yenə də yumruq və təpiklə ayağına, qarnına, başına, sinəsinə vurmağa başlamışdır. Vüsal hətta onu yerə yıxmış, əli ilə ağzını dartaraq “mən səni başa salaram necə gəyirmək lazımdır” demişdir. Onun Vüsala gücü çatmadığından özünün çiynində olan qara rəngli çantasının içindən qırmızı rəngli, qatlanan, təxminən 15 sm uzunluğu olan bıçaqla Vüsalı bir neçə dəfə vurmuş, hətta Vüsalı bıçaqla vurmazdan əvvəl bir neçə dəfə ondan əl çəkməsini demiş, onu xəbərdan etmişdir. Vüsal onu döyən zaman həmin yerdə Gülarə, bir neçə nəfər tanımadığı kişilər də olmuşdur. Təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, Vüsalı bıçaqla vurandan sonra orada olan bir neçə nəfər tanımadığı kişi onları aralamış və bundan sonra o, çıxıb getmişdir. O, yolla piyada gedən zaman arxadan Gülarə ona yaxınlaşmış, onun adı və yaşadığı ərazi ilə maraqlanmışdır. O, yaxınlıqda yaşadığını, adının isə Nazim olmasını Gülarəyə deyib evə getmişdir. 17 mart 2021-ci il tarixdə, günorta saatlarında Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin (PŞ) əməkdaşları onun yaşadığı evə gələrək onu 22-ci PŞ-nə dəvət etmişlər. O, 22-ci PŞ-də etdiyi əməlini etiraf etmiş, hadisə zamanı sərxoş olduğundan həmin cavan oğlanı bıçaqla vurduğunu bildirmişdir. 22-ci PŞ-də olan zaman orada Gülarəni görmüş, o, Gülarəni, Gülarə də onu tanımışdır. Təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, Vüsal onu vurduğu üçün o, da Vüsalı bıçaqla vurmuşdur. Vüsala xəsarət yetirdiyi bıçağı, polislər süvenir bıçağı onun üstündən aşkar edib götürdükdən sonra, 2021-ci ilin mart ayının əvvəllərində «Malakan bağı»nın yaxınlığında olan mağazadan 22 manata alıb üzərində gəzdirmişdir. Hadisə zamanı onun başında boz rəngli kepka, əynində qara rəngli gödəkcə, tünd göy rəngli idman finkası, ağzında isə qara rəngli maska olmuşdur. Sərxoş olduğu üçün Gülarəyə adının Nazim olmasını demiş, lakin yaşadığı ərazidə onu heç kim Nazim kimi tanımamışdır. Vüsalı Vüsalı öldürmək niyyəti olmamış, onu qorxuzmaq və aralanması msəqsədilə bıçaqla vurmuşdur. Vüsalın onu vurması nəticəsində o, özü də xəsarət almış, lakin o, problem istəmədiyindən şikayət etmək və ya tibb müəssisəsinə müraciət etmək istəməmişdir. Məhkəmə baxışı zamanı işi üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, 16 mart 2021-ci il tarixdə, saat təxminən 21:00 radələrində sevgilisi Zərərçəkmiş şəxs2 ilə görüşmüş və Nəsimi rayonunun Topçubaşov küçəsi ilə Əlövsət Quliyev küçəsinin kəsişməsində yerləşən “OLD SCHOOL” adlı kafeyə getmişlər. Saat 23:30 radələrində kafedən çıxarkən yaxınlıqlarından keçən 25-30 yaşlı, ortaboylu, saqqallı, başında boz rəngli papağı olan kişinin – baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs ədəbsiz formada gəyirdiyini görüb, qeyri-iradi həmin şəxsə tərəf boylanmışlar. Həmin vaxtadək o, və ya Gülarə Çingizi tanımamış, onunla hər hansı münasibətləri olmamışdır. Yüksək səslə gəyirən Çingiz onun ona tərəf baxdığını görüb, bir-biri ilə qarşılıqlı baxışmışlar. Çingizin qərəzli və qisasçılıq hissi ilə onlara tərəf baxması açıq-aşkar hiss olunmuş, bu formada 5-6 metr getdikdən sonra dayanıb hündür səslə “qaqaş, bura gəl” demiş, o da cavabında “işin varsa, özün gəl” cavabını vermişdir. Bu dəfə Çingiz daha yüksək tonla onu çağırdıqda, yanında qız olmasını nəzərə alıb, məsələni çox uzatmamaq məqsədi ilə Çingizə tərəf getmiş, o, Çingizə yaxınlaşdıqdan sonra sonuncu ona əsəbi və əmredici tonda “nolub, nə baxırsan, ə?” kimi təhqiredici birp sual vermiş və o, cavab olaraq “qaqaş, bu nə mədəniyyətsizlikdir?” demişdir. Belə olduqda Çingiz ona axasınca gəlməyi deyib irəli yeriməyə başlamış və həmin vaxt çiynindən asılmış vəziyyətdə olan çantadan nə isə axtarmışdır. O, qürurunu əldən verməyib Çingizin arxasınca getməyə başlamışdır. təxminən 10-15 metr getdikdən sonra Çingiz yaxınlıqda olan küçədə bir qapını açmış və onlar həmin qapıdan qaranlıq bir bloka, yəni bir neçə evinin həyət hissəsinə girmişlər. Bundan sonra Çingiz qapını bağlamış və blokun girişində artıq onun sol əlində bıçaq olduğunu görmüşdür. O, dərhal Çingizin bıçaq saxladığı sol əlini sağ əlilə tutub ona “qaqaş, bu lazım deyil, qoy onu yerinə” demişdir. Onda Çingiz ona “mənə mədəniyyət öyrədəcəksən, ə?” demiş və bıçaq olan əlini dartışdırmağa başlamışdır. O, təkrar-təkrar Çingizdən bıçağı yığışdırmağı tələb etmiş, onu sakitləşdirmək istəmişdir. Həmin vaxt küçədə, qapının əks tərəfində olan sevgilisi Gülarənin kafedən çıxan şəxsdən kömək istəməsini eşitmiş və hadisə yerinə gələn təqribən 2 nəfər kişi blokun qapısını açmışdır. Elə həmin vaxt o, Çingizin bıçaq tutduğu sol əlini dayanmadan dartışdırsa da, o bıçağı buraxmadan sağ əli ilə saxlayaraq daha geniş ərazidə özünü ondan qoruya bilməsi üçün Çingizi çölə çıxartmışdır. Çingiz bıçaq saxladığı sol əlini buraxmadığından daha da aqressivləşmiş, bunun çox təhlükəli olduğunu başa düşərək özünü müdafiə məqsədilə Çingizin əlini buraxmadan sinəsindən çəkib onu yerə yıxmış, hətta boh əli ilə ona bir-iki yumruq da vurmuşdur. Qısa birn müddət onlar yerdə süpürləşmiş, kənar şəxslər onu boğazından çəkmiş, Çingizi isə tutaraq onları aralamışlar. Aralandıqdan 15-20 saniyə sonra sağ qolunun yığıldığını hiss etmiş və gödəkcəsinin zəncirbəndini açanda isə qarnından da bıçaq xəsarət aldığını görmüşdür. Çingiz yerdə ikən əlindəki bıçaqla onun sağ qolundan və qarnından bıçaqla vurmuşdur. Zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsinin davamında göstərdi ki, hədisədən sonra Çingiz heç nə olmamış kimi çıxıb getmiş, onun halı olmadığından o, Çingizin arxası ilə gedə bilməmişdir. Xəsarət aldıqdan sonra isə qolundan və qarnından qan axdığı üçün Gülarə TTY çağırmış, lakin TTY gecikdiyindən onlar təsadüfi yol maşını ilə əvvəl “Semaşko”, sonra Travmatologiya xəstəxanasına daha sonra 3 saylı ŞKX-na aparılmış və əməliyyat olunmuşdur. Çingizin onu vurduğu bıçağın dəstəyinin gümüşü rəngdə olmasını görmüş, qaranlıq olduğundan, həmin vaxt həyəcanlı vəziyyətdə özünü müdafiə etdiyindən o, bıçağın digər əlamətlərinə fikirn verməmişdir. Məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 2018-ci ildən tanıyır, bir-birini sevir və bir-birinə hörmət bəsləyirlər. 16 mart 2021-ci il tarixdə, saat 21 radələrində o, Vüsalla görüşüb ikisi birlikdə Topçubaşov küçəsi ilə Əlövsət Quliyev küçəsinin kəsişməsində yerləşən «OLDSCHOOL» kafesinə getmiş, saat 23:30-da kafedən birlikdə çıxmışlar. Onlar kafedən çıxan kimi kafenin qarşısında əks yoldan bir nəfər 25-30 yaşlarında, orta boylu, arıq bədən quruluşlu, saqqallı, qara saçlı, qarayanız, başında kepkası, əynində boz rəngli uzun paltosu, əynində səhv etmədiyinə görə boz rəngli cins şalvar, çiynində asılqanlı çantası, üzündə qara rəngli maskası olan bir kişi, yəni baxılan iş üzrə təqsirnləndirilən Təqsirləndirilən şəxs yanlarından keçəndə yaxındakıların hamısının eşidə biləcəyi tərzdə gəyirdiyindən hər ikisi qeyri-iradi olaraq Çingizə baxmış, lakin ona heç nə deməmişlər. Yollarına davam etmək istəyərkən, Çingiz Vüsalı yanına çağırmış və guya onu söhbət etməyə çağırmışdır. Vüsal ona bir kənarda dayanıb gözləməyi tapşırmış, söhbət edib qayıdacağını demişdir. Vüsal Çingizə tərəf getdikdə Çingiz aqressiv hərəkətlərlə Vüsalı özüylə qarsıda olan bloka tərəf aparmış və qapını içəridən bağlamışdır. Vəziyyətin xoşagəlməz olduğunu görüb onların arxası ilə gedib səs-küy yaratmışdır. Sonradan Vüsaldan eşitdiyinə görə kiminsə qapını aça bilməməsi üçün Çingiz Vüsalı qapıya dirəmişdir. O, qapını itələyib açmaq istəsə də, aça bilməmişdir. Həmin vaxt səsküyə tanımadığı 25-30 yaşlı bir kişi və kafedə olan müştərilərdən bir nəfər gəlmiş və qapını açmışlar. Qapı açılan anda Vüsalla Çingiz güləşə-güləşə həyətə çıxmış, həmin vaxt Çingiz nalayiq ifadələr işlətmiş, hətta onun onların mübahisəsinə müdaxiləsinə baxmayaraq Çingiz özünün xuliqanlıq hərəkətlərini davam etdirmişdir. Çingizin əlində gümüşü rəngli, qatlanan, 25-30 sm uzunluğunda bıçaq olmuş, Vüsalda Çingizin bıçaq olan əlindən tutub qorunmaq istəmiş və əlbəyaxa olmuşlar. O, müdaxilə edib onları aralamaq istədikdə bıçaq onun sol əlinin çəçələ barmağını kəsmişdir. Lakin o, onları aralaya bilməmiş, Çingiz də bıçağı əlindən buraxmamışdır. Vüsal Çingizi yerə yıxsa da, Çingiz Vüsalın sağ çiyin nahiyəsindən və böyür nahiyəsindən bıçaqla vurmuşdur. Çingiz Vüsalı bıçaqla vurandan sonra ətrafdakılar onları aralamış, Çingiz isə ayağa qalxıb heç nə olmamış kimi qaçmağa başlamışdır. O, Vüsalı vuran şəxsin kimliyi ilə maraqlanmaq üçün Çingizin arxası ilə qaçmış və ona çataraq onu saxlayıb adını soruşmuşdur. Çingiz, demək olar ki, özündə olmamış, ona adının Nazim olmasını demiş, həmin məhəllədə qaldığını bildirmiş və üzündə olan maskanı aşağı çəkib üzünü ona göstərmiş və hətta “Gəlib məni taparsız, get polisə şikayət elə” demişdir. Zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsinin davamında göstərdi ki, Çingiz Vüsalı bıçaqla vurmazdan əvvəl o, DİN-nin 102 xidmətinə zəng etmiş, Vüsalın bıçaqlandığını görəndən sonra isə 103 xidmətinə zəng edərək TTY çağırmışdır. O, Vüsalın ağır vəziyyətdə olmasını görüb yol maşını ilə Vüsalı ilk öncə “Semaşko” xəstəxanasına, oradan Travmatologiya xəstəxanasına, oradan isə TTY maşını ilə 3 saylı ŞKX-na göndərmiş, 3 saylı ŞKX-da Vüsal əməliyyat olunmuşdur. Daha sonra zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, onlar Çingizi tanımamış, onunla heç bir münasibətləri olmamışdır. Hadisə zamanı Vüsal yalnız Çingizin bıçaq zərbələrindən hər bir formada özünü müdafiə etmiş, hətta Çingizi yerə də yıxmışdır. Çingizin Vüsalın on döyməsi, yumruq və təpiklə vuraraq xəsarət yetirməsi, əli ilə Çingizin ağzını dartması barədə göstərdikləri Çingizin özünü müdafiə taktikası və uydurma olmuşdur. Məhkəmə baxışı zamanı cinayət işi üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, hadisə ərəfəsində Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləmiş, Nəsimi rayonu, Topçubaşov küçəsi ilə Əlövsət Quliyev küçəsi onun xidmət apardığı inzibati ərazi olmuşdur. 16 mart 2021-ci il tarixdə vətəndaş Zərərçəkmiş şəxs1 Nəsimi rayonu, Topçubaşov küçəsi ilə Əlövsət Quliyev küçəsinin kəsişməsində qarın nahiyəsindən bıçaqla xəsarət alması faktına görə Nəsimi RPİ-nin 22-ci PŞ-də qeydiyyata alınan cinayət hadisəsi ilə bağlı ona daxil olmuş əməliyyat məlumatı əsasında həmin cinayət hadisəsini xx xxxx 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs törətdiyi müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan tərəfindən müəyyənləşdirilmiş, 17 mart 2021-ci il tarixdə, saat 12-13 radələrində Təqsirləndirilən şəxs yaşadığı Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 141, mənzil 25 ünvana o, və Nəsimi RPİ-nin 22-ci PŞ-nin baş əməliyyat müvəkkili polis baş leytenantı X5 birlikdə gedilmiş və Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında onlar tərəfindən saxlanılmışdır. Onlar ona özlərini təqdim edib, 22-ci PŞ-nin əməkdaşları olmaqlarını bildirmişlər. Təqsirləndirilən şəxs da özünü onlara təqdim etdikdən sonra, 16 mart 2021-ci il tarixdə Nəsimi rayonu, Topçubaşov küçəsi ilə Əlövsət Quliyev küçəsinin kəsişməsində tanımadığı şəxsi bıçaqla vurmasını etiraf etmiş, bundan sonra Təqsirləndirilən şəxs istintaqa təqdim edilmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 məhkəmədə şahid qismində dindirilən həmkarı Şahid1 ilə oxşar məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən PPX-nin əməkdaşı Şahid3 ifadəsində göstərdi ki, 2021-ci il yanvar ayının 20-dən 21-nə keçən gecə, saat təxminən 00:00 radələrində xidməti iş yoldaşları Zahid Əlizadə və Arif Qurbanovla birlikdə «Fiat Dobla» markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı PPX avtomobili ilə Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi ilə hərəkət edib B.Səfəroğlu küçəsinin kəsişməsinə çatdıqda piyada hərəkət edən 2 nəfər şəxsin özlərini şübhəli apardıqlarını görüb patrul avtomobilini saxlamışlar. O, və Zahid avtomobildən düşərək həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmişlər, onlardan birindən - sonradan şəxsiyyəti onlarna məlum olan xx xxxx 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs çiynindən asdığı çantada nə olduğunu soruşmuşlar. Çingiz isə çantasının içərisində olan beşbarmağı və şalvarının kəmərinə keçirdiyi suvenir bıçağı onlara təqdim etmişdir. Digər şəxs isə sonradan şəxsiyyəti onlarna məlum olan 11 fevral 2000-ci il təvəllüdlü X3 da çantasında olan açılıb-bağlanan bıçağı onları təqdim etmişdir. Bundan sonra onlar həmin şəxsləri PPX avtomobilinə əyləşdirib araşdırma aparılması üçün ərazi aidiyyəti üzrə Nəsimi RPİ-nin 22ci PŞ-nə aparmış, aşkar olunmuş əşyalarla birlikdə həmin şəxsləri Növbətçi hissəyə təhvil verib bu barədə raport yazmışlar. Məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş X4 və X2 ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyən edildi ki, hər iki şahid məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ilə oxşar məzmunda ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər (iş vərəqə: cild İİ, səh. 64-66, 68-70). İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında ayrıayrılıqda keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, üzləşmə zamanı hər iki zərər çəkmiş şəxs sərbəst ifadələrində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişlər (iş vərəqə: cild İ, səh. 159-164, 165-169). İşdə olan və məhkəmə baxışı zaanı tədqiq olunan hadisə yerinə baxış keçirilməsi haqqında 17 mart 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi ilə Əlövsət Quliyev küçəsinin kəsişməsində yerləşən «OLDSCHOOL» kafesinin yaxınlığıdır(iş vərəqə: cild İ, səh. 9-14). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibb ekspertizasının 06 aprel 2021-ci il tarixli, № 183 nömrəli rəyindən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlər – qarın nahiyəsinin periton boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası, sağ bazunun deşilmiş-kəsilmiş yarası deşici- kəsici əşyanın (alətin), hər iki əlin, hər iki diz oynağı nahiyəsinin, sağ baldırın sıyrıqları, sağ diz oynağı nahiyəsinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir. Tədqiq olunan həmin rəydən görünür ki, qeyd olunan xəsarətlərdən qarın nahiyəsinin qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağir zərər vurmaya, sağ bazunun deşilmiş-kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, digər xəsarətlər isə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Tədqiq olunan həmin rəydən daha sonra görünür ki, ekspertlər Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq belə rəyə gəlmişlər ki, həmin xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar qərarın təsviri hissəsində göstərilən 16 mart 2021-ci il tarixdə və şəraitdə, yəni bıçağın deşici-kəsici təsirindən əmələ gələ bilərdilər(iş vərəqə: cild İ, səh. 150-151). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibb ekspertizasının 06 aprel 2021-ci il tarixli, 181 nömrəli rəyindən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlər – sol əlin V barmağının səthi kəsilmiş yarası iti kənarlı əşyanın (alətin), sol budun qançırı bərk küt əşyanın təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər və qərarın təsviri hissəsində göstərilən cinayət hadisəsinin baş verdiyi 16 mart 2021-ci il tarixdə əmələ gələ bilər. Tədqiq olunan həmin rəydən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlər həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alan ekspertlər belə nəticəyə gəlmişlər ki, həmin xəsarətlərdən sol əlin V barmağının səthi kəsilmiş yarası iti kənarlı əşyanın, ola bilsin ki bıçağın tiyəsinin kəsərinin təsirindən, sol budun qançırı isə müxtəlif şəraitlərdə, o cümlədən həm küt əşyaya dəymə nəticəsində, həm insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən, həm də öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə (asfalt, beton örtüyü) dəyməsi nəticəsində əmələ gələ bilərdilər(iş vərəqə: cild İ, səh. 152-154). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi kriminalistik ekspertizasının 28 aprel 2021-ci il tarixli, 173/2021-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus uzunqol köynəyin və qolsuz maykanın hər birinin sağ yan nahiyəsində iki ədəd deşilmiş-kəsilmiş zədə mövcuddur. Həmin zədələr iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Təqdim edilmiş köynəyin və maykanın üzərində olan deşilmişkəsilmiş zədələrin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsi inkar olunmur. Tədqiq olunan rəydən daha sonra görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus uzunqol köynəyin sağ qolu yuxarı hissədən müxtəlif istiqamətli kəsiklərlə tam kəsilmiş və həmin hissə tədqiqata təqdim edilməmişdir. Köynəyin təqdim olunduğu vəziyyətdə sağ qolu üzərində zədə aşkar edilməmişdir. Tədqiq olunan həmin rəydən daha sonra görünür ki, təqdim edilmiş köynəyin və maykanın sağ yan nahiyyəsində olan bir ədəd deşilmiş-kəsilmiş zədə ilə, Zərərçəkmiş şəxs1 qarnının sağ yan səthində olan xəsarət yerləşməsinə və xarakterinə görə üst-üstə düşürlər. Köynəyin və maykanın sağ yan nahiyyəsində olan digər bir ədəd deşilmişkəsilmiş zədə kiçik ölçülü olduğundan və əmələ gəlmə mexanizmindən asılı olaraq Zərərçəkmiş şəxs1 bədən səthində əks olunmaya bilərdi. Ən nəhayət, tədqiq olunan həmin rəydən daha sonra görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı, qatlanan ov bıçağıdır və deşici-kəsici xassəyə malik olan soyuq silahdır. Bıçağın üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmişdir(iş vərəqə: cild İİ, səh. 24- 28). Daha sonra, məhkəmə vaxtı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi bioloji ekspertizasının 26 aprel 2021-ci il tarixli, 191/2021-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 qan qrupu ABO sistemi üzrə - Beta alfa /İİİ/. Ekspertizaya maddi sübut kimi təqdim edilmiş bıçaq, köynək və mayka üzərindəki ləkələrdə insan qanı aşkar olundu. Həmin qan ləkələrində qrup göstəriciləri ABO sistemi üzrə tədqiq olunduqda, B (İİİ) qrupunu xarakterizə edən B antigeni alındı. Beləliklə, bu qan B (İİİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs1 özünə məxsus ola bilər(iş vərəqə: cild İİ, səh. 30-35). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-ballistik ekspertizasının 22 fevral 2021-ci il tarixli, 3/196 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş predmet - ucu deşici xassəyə malik, kustar üsulla kortik formasında hazırlanmış suvenir qılıncdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Tədqiq olunan həmin rəydən daha sonra görünür ki, tədqiqata təqdim edlmiş 1 (bir) ədəd predmet kustar üsulla beşbarmaq tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır, təyinatı üzrə istifadəyə yararlıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir(iş vərəqə: cild İ, səh. 192-195). Məhkəmə baxışı zamanı tədqiq olunan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasının 06 aprel 2021-ci il tarixli, 726 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazirda emosional davamsiz şəxsiyyət pozuntusu (f60.3) aşkar olunur. Bunu anamnestik məlumatlar və hazırki psixiatrik müayinənin nəticələri xasiyyətcə əsəbi, qıcıqlara qarşı həssas, münaqişələrə meylli olması, əsəbi gərginlik zamanı özünə xəsarət yetirməsi, həmçinin hazırkı müayinə zamanı ünsiyyətcə narazı tərzdə olması əsəbiliyi, emosional dayanıqsızlığı təsdiq edir. Təqsirləndirilən şəxs aşkar edilən “emosional davamsız şəxsiyyət pozuntusu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Aparılmış eksperimental-psixoloji müayinə gedişində idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional- iradi sferasında hövsələsizlik, qıcığa qarşı həssaslıq, dava-dalaş yaratmağa meyllilik, emosional dayanıqsızlıq müşahidə olunur. Məhkəmə-psixiatrik eksperetizası üzrə yekun hissə: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs “Emosional davamsız şəxsiyyət pozuntusu” qeyd olunmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs aşkar edilən “emosional davamsız şəxsiyyət pozuntusu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs göstərilən cinayəti törədən anda emosional davamsız tip şəxsiyyət pozuntusu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs müəyyən edilən pozuntu hal-hazırda o dərəcədə ifadə olunmamışdır ki, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini idarə etmək iqtidarında olmasın. Buna görə də Təqsirləndirilən şəxs cinayəti törədən anda anlaqlı olmuşdur. Tədqiq olunan rəyin məhkəmə-psixoloji ekspertizası üzrə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədən anda əqli inkişafında gerilik əlamətləri özünü büruzə verməmişdir. Hadisə zamanı öz hərəkətlərini ölçüb-biçmək, xarakter və mənasını dərk etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əqli inkişafı normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Kobudluq, impulsivlik, emosional dayanıqsızlıq, konfliktə və mübahisəyə meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs baş verənləri düzgün qavrayıb təsvir etmək, hazırda ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs ona ittiham elan olunan əmələ görə cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət törədildiyi zaman Təqsirləndirilən şəxs şüuruna və fəaliyyətinə təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır(iş vərəqə: cild İİ, səh. 20-23). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd mayka və 01 ədəd uzunqol köynək, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd soyuq silah hesab edilən ov bıçağı, və 01 ədəd soyuq silah hesab edilən beşbarmaq iş üzrə maddi sübut kimi qiymətdləndirilmiş və saxlanılması üçün Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmişdir(iş vərəqə:cild İ, səh. 222-224, cild İİ, səh. 36-37). Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silahı əldə edərək gəzdirməsi, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edən zaman ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərərək silahdan istifadə edilməklə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etməsi və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 sağlamlığına xuliqanlıq niyyətilə qəsdən ağır zərər vurması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən həmin maddələrlə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs qeyri-etirafedici ifadələrini müdafiə xarakterli dəlillər kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ağır cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs özünün təşəbbüsü, yəni onun ümumi davranış, əxlaq və mənəviyyat normalarına qarşı zidd hərəkəti və onun bu hərəkətlərinə iradlarını bildirən vətəndaşın iradlarını qəbul etməyib sonuncunu bir kənara çəkərək onun iradlarına mənfi, emosional münasibətlərini bildirməsi, zərərçəkmiş şəxsin üzərinə bıçaq çıxarması nəticəsində baş vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanununlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilmişdir ki, xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə açıq-aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır və ya ağır zərər vurma, habelə həmin niyyətlə qəsdən adam öldürmə əməlləri çox vaxt heç bir səbəb olmadan, yaxud da cüzi səbəbi bəhanə etməklə törədilir. Buradan aydın olur ki, belə olan hallarda digər motivlər ya olmalıdır, yaxud da cinayətin törədilmə motivi xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Buna görə də, əməlin xuliqanlıq niyyəti ilə törədilən əməl kimi qiymətləndirilməsi üçün təqsirləndirilən şəxsin davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. Eyni zamanda, şəxsin CM-in 126.2.4-cü maddəsi ilə təqsirli bilinməsini şərtləndirən, cinayətin zəruri tövsifedici əlaməti kimi çıxış edən "xuliqanlıq niyyəti" (bu niyyəti aşkarlayan ümumqəbuledilmiş davranış və əxlaq qaydalarını pozması, onlara etinasızlıq göstərməsi, aşkar hörmətsizliyini ifadə edərək eqoizmini nümayiş etdirməsi və sair) iş üzrə mütləq qaydada sübüt edilməli hal kimi çıxış etməklə CPM-in 143-cü maddəsinə əsasən toplanılmış, 144-cü maddəsinə əsasən yoxlanılmış, 145-ci maddəsində göstərilən qaydada qiymətləndirilmiş, həmin əlamətin movcud olması barədə yekun nəticəyə gəlmək üçün kifayət edən sübutların məcmusu ilə şübhələrə yer qoyulmadan inandırıcı şəkildə müəyyən edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistika İnformasiya İdarəsinin işdə olan əməliyyat-sorğu arayışından baxılan iş üzrə Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4, 180.2.5-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə, Nəsimi Rayon Məhkəməsinin 12 oktyabr 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci və 66.5-ci maddəsinə əsasən təqsirli bilinərək 04 il 06 ay müddətinə, daha sonra Xaçmaz Rayon Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 185.1-ci və 67.1-ci maddəsi ilə təqslirli bilinərək, 01 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir(İş vərəqə: cild İ, səh. 137-139). İşdə olan Salyan Rayon Məhkəməsinin 09 iyul 2020-ci il tarixli qərarı ilə müəyyən olunur ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs barəsində «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 01 may 2020-ci il tarixli Azərbaycan Respublikası Qanunu tətbiq edilmiş və o, Xaçmaz Rayon Məhkəməsinin 29 yanvar 2020ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təyin olunan cəzadan azad edilmiş, həmin maddə ilə məhkum edilməmiş hesab edilmişdir(İş vərəqə: cild İİ, səh. 01-03). Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs məhkumluğu ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkum olunduğu sonuncu, Xaçmaz Rayon Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli hökmü üzrə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə cəzadan azad edilməsi, onun həmin maddə ilə məhkum edilməmiş şəxs hesab olunması nəzərə alınmalı, onun Xaçmaz Rayon Məhkəməsinin hökmündən əvvəlki - Nəsimi Rayon Məhkəməsinin 12 oktyabr 2016-cı il tarixli hökmü üzrə məhkumluğunun ödənilib ödənilməməsi məsələsinə baxılmalıdır. Belə ki, Nəsimi Rayon Məhkəməsinin 12 oktyabr 2016-cı il tarixli hökmündən görünür ki, həmin hökmə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2015-ci il tarixli hökmü ilə Cingiz Rəsulova təyin olunan 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası Nəsimi Rayon Məhkəməsinin 12 oktyabr 2016-cı il tarixli həmin hökmü ilə təyin olunan cəza ilə qismən toplanılmaqla ona qəti olaraq 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəza çəkməsinin əvvəli 20 iyul 2015-ci il tarixdən hesablanmışdır(İş vərəqə: cild İİ, səh. 05-07). İşdə olan Xaçmaz Rayon Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli hökmündən və Salyan Rayon Məhkəməsinin 09 iyul 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 12 oktyabr 2016-cı il tarixli həmin hökmü ilə təyin olunan qəti cəzanın müəyyən hissəsini çəkdikdən sonra təyin olunan cəzanın çəkilməmiş qalan hissəsini çəkməsi üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmişdir. Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqslirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən həmin hökmlə təyin olunan cəzaya Nəsimi Rayon Məhkəməsinin 12 oktyabr 2016-cı il tarixli hökmü ilə təyin edilmiş 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının 13 oktyabr 2019-cu il tarixə çəkilməmiş qalan 03 ay 07 gün müddəti qismən birləşdirilməklə ona qəti olaraq 01 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və cəza çəkməsinin əvvəli 13 oktyabr 2019cu il tarixdən hesablanmışdır (İş vərəqə: cild İ, səh. 250-259) Göründüyü kimi, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 12 oktyabr 2016-cı il tarixli hökmü üzrə təyin olunan qəti cəzanı çəkmiş olsa belə, onun həmin hökm üzrə olan məhkumluğu, hər iki yeni epizod üzrə cinayət hadisəsinin törədildiyi tarixə (21 yanvar, 16 mart 2020-ci il) məhkumluğun ödənilməsi üçün qanunla tələb olunan müddət keçmədiyindən ödənilməmiş və götürülməmişdir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2015-ci il tarixli hökmünə əsasən təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu və cəza çəkdiyi Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4, 180.2.5-ci maddəsi Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən təsnifatına görnə az ağır cinayətlər kateqoriyasına aiddir və həmin Məcəllənin 83.3 və 83.3.3-cü maddəsinə əsasən az ağır cinayətlərə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində, onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumduq ödənilmiş hesab olunur. Məhkəmə qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli əvvəllər az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxs kimi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinin tələblərinə əsasən cinayətlərin residivini yaradır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətdikdə, cinayətlərin residivi hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmçinin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı hər iki cinayət epizodu üzrə qanunsuz olaraq soyuq silah əldə edərək gəzdirməsinə görə Azərbaycan Respublikası CM-nin 228.4-cü maddələri ilə ittiham irəli sürülmüşdür ki, qeyd olunan həmin cinayətlər müxtədlif tarixlərdə təkrar törədilmişdir və qeyd olunan cinayət əməllərinə görə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsində isə bu cinayətin təkrar törədilməsi dispozitiv əlamət kimi nəzərdə tutulmamışdır. Ən nəhayət, məhkəmə baxışı zamanı müəyyən edildi ki, zərər çəkmiş şəxslərlə təqsirləndirilən şəxs arasında barışıq əldə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları müzakirə edib belə nəticəyə gəlir ki, cinayətlərin residivi və cinayətin təkrar törədilməsi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar qismində nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi, onun əməlinin cinayətlərin residivini yaratması nəzərə alınmalı, sosial ədalətin bərpası, onun islah olunması, həm təqsirləndirilən şəxsin özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 221.3 və 228.4-cü maddələrinin sanksiyası daxilində cinayətlərin məcmusu üzrə cəza təyinetmənin və cinayətlərin residivinə görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla azadlıqdan məhnum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu, hazırda qüvvədə olan Azərbaycan Respublikası CM-nin 122.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aid olmasını, əməlinin cinayətlərin residivini yaratmasını və onun əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyini nəzərə alıb, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növü barədə məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyasızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzaçəkmə müəssisələri ciddi rejim olaraq müəyyən edilir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs 17 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19 mart 2021-ci il tarixdə müvafiq məhkəmə qərarına əsasən barəsində «həbs» qətimkan tədbiri seçilmiş və o, məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq qanuni əsaslarla həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 17 mart 2021-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə işdə olan maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutlar – Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ-nin Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus bir ədəd mayka və bir ədəd uzunqol köynək, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd soyuq silah hesab edilən ov bıçağı və bir ədəd soyuq silah hesab edilən beşbarmaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri - 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 7 (yeddi) il müddətinə, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 3 (üç) il müddətinə, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilən cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu 17 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar – Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ-nin Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus bir ədəd mayka və bir ədəd uzunqol köynək, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd soyuq silah hesab edilən ov bıçağı və bir ədəd soyuq silah hesab edilən beşbarmaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri - 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar