Məhkəmə qərarları › İş №1(101)-1209/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1209/2022

20.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1209/2022 20.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat 16:30-da Hakim Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X5 və X1, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları Dövlət ittihamçısı və X2, müdafiəçi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğunun, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs oğunun iştirakı ilə, xx xxxxxxxx 2004-cü ildə Naxçıvan Muxtar Respublikası Şərur şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-ixtisas təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs, 04 noyabr 2021-ci il tarixdə, saat 21:00 radələrində tanışı X4 ilə bir qrup halında Bakı şəhəri Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 42 saylı binanın həyətində tanışı, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək özünü ətrafdakılara qarşı qoyub, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs nalayiq sözlərlə təhqir etdikdən sonra X4 üzərində olan silah qismində istifadə olunan bıçaqla qəsdən Zərərçəkmiş şəxs zərbə vuraraq sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan silah qismində istifadə olunan bıçaqla qəsdən Zərərçəkmiş şəxs vuraraq sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verib həmin hərəkətləri 5-10 dəqiqə ərzində davam etdirərək ətrafda olan kənar şəxslərin rahatlıq və dincliklərini pozmaqla xuliqanlıq etmişdir. Məhkəmədə müdafiəçisi və qanuni nümayəndəsinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə keçən ilin noyabr ayının 4-ü olmuşdur. O, Məhəmməd ilə dost olmuş, hadisə baş verən gün Məhəmmədin yanında olan uşaq sonuncudan pul istəmiş və Məhəmməd pulu uşağa vermişdir. Həmin vaxt Məhəmmədin yanında qız olmuş və Məhəmməd karuseldən düşdükdən sonra onların arasında mübahisə düşmüşdür. Aralarındaki mübahisə böyümüş və Məhəmməd oradan getmişdir. Daha sonra o, Məhəmmədin dostları ilə dava etmiş və onlar onu vurmuşlar. Axşamüstü isə o və tanışları, Məhəmməd və Məhəmmədin tanışları zəngləşərək görüşmüşlər. Bu zaman Əli məsələni danışaraq yoluna qoyaraq getməklərini onlara demişdir. O, həmin vaxt Məhəmmədin sinəsinə yumruq ilə vurmuş və bu zaman İlham Zərərçəkmiş şəxs arxasında olmuşdur. Həmin vaxt İlham bıçaq ilə Məhəmmədin kürəyindən vurmuş, Məhəmməd özünü itirərək qışqırmışdır. Daha sonra hamı bir yerə toplanmış və davada Məhəmmədə ikinci bıçağı vurmuşlar. İkinci bıçaq zərbəsindən sonra Məhəmməd yerə yıxılmışdır. Məhəmmədi bıçaqlayan şəxsin İlham olduğunu o, görmüşdür. Onda bıçaq olmuş, lakin Məhəmmədi o, bıçaqlamamışdır. O, Məhəmmədi bıçaqla vurmaq istəmiş, lakin vurmamışdır. O, Məhəmmədə ikinci bıçağı kimin vurduğunu görməmişdir. Hazırda o, zərərçəkmiş şəxslə barışmışdır. Həmin vaxt tanışının yanında olan əvvəllər tanımadığı ikiüç nəfərdən biri bıçağı ona verərək saxlamağını və 5 dəqiqə sonra bıçağı götürəcəyini demişdir. O, da bıçağı gödəkcəsinin cibinə atmışdır. Dava zamanı Məhəmməd ona söyüş söymüşdür. O, bıçağı çıxartmamış, hadisə baş verən zaman bıçağı yerə tullayaraq oradan qaçmışdır. O, Məhəmmədi yalnız yumruq ilə sinəsindən vurmuşdur. O, həmçinin göstərmişdir ki, ailə üzvləri Məhəmmədin müalicəsi zamanı ona maddi və mənəvi dəstək olmuş, hazırda əməlindən peşmandır və Məhəmmədlə barışmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi hadisə zamanı Zərərçəkmiş şəxs bıçaqla deyil, sonuncunu yalnız yumruq ilə sinəsindən vurmasına dair xüsusatları özünümüdafiə xarakteri daşımaqla ağır cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qiymətləndirir və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsini məhkəmə baxışı zamanı tədqiq edilmiş aşağıdakı sübut növləri ilə tam təsdiq olunur. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 23 may 2022-ci il tarixdə qanuni nümayəndəsinin və müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qimində dindirilərkən ifadəsində göstərmişdir ki, o, 04 noyabr 2021-ci il tarixdə, saat 17:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, “Nərimanov adına istirahət parkın”da Zərərçəkmiş şəxs ilə qarşılaşmışdır. Həmin vaxt Məhəmmədin yanında adını bilmədiyi qız tanışı olmuşdur. O, Məhəmmədlə söhbət etmiş, söhbət zamanı Məhəmməddən onu “Vikinq” yelləncəyinə mindirməsini xahiş etmişdir. Məhəmməd onu da yelləncəyə mindirəcəyini deyib yanındakı qızla birlikdə yelləncəyə minmişlər. Onlar yelləncəkdən düşəndən sonra o, yenidən Məhəmmədə yaxınlaşıb onu da, yelləncəyə mindirməyə söz verdiyini xatırlatmışdır. Bu zaman Məhəmməd qız tanışının yanında ona pulu olduğunu, amma onu yelləncəyə mindirməyəcəyini demişdir. O isə Məhəmməddən aldatma səbəbini soruşmuşdur. Bundan sonra Məhəmməd uca səslə “sənə soxaram” demişdir. O isə “soxa bilirsən, sox” deyə ona cavab vermişdir. Bundan sonra o, Məhəmmədlə Bakı şəhəri Nərimanov rayonu, Nərimanov metrostansiyasının yaxınlığında yerləşən “İdeal” parfumeriyanın qarşısına keçmişlər. Orada o, Məhəmmədə sol çiyin nahiyəsindən yumruqla zərbə endirmişdir. Zərbədən sonra Məhəmməd kənara çəkilib yolu keçərək parka qayıtmışdır. O, da Məhəmmədin ardınca parka getmişdir. Onlar Məhəmmədin tanışı olan qızın yanına çatarkən Məhəmməd ona orada gözləməyini bildirib uzaqlaşmışdır. O, bundan sonra parkda gəzməyə başlayıb Məhəmmədin nə vaxt gələcəyini gözləmişdir. Təxminən iki saat sonra o, Nərimanov parkında yerləşən “Best” kafesinin yaxınlığında olarkən Məhəmməd yanında 5-6 nəfər tanımadığı, ondan 2-3 yaş böyük uşaqlarla qarşısına çıxmışdır. Məhəmməd ona tərəf gəlib uca səslə “Sən heç kimsən” deyib ona yumruq atmışdır. Bundan sonra Məhəmməd və yanındakı uşaqlar onu əl və ayaq zərbələri ilə vurub döyməyə başlamışlar. Məhəmməd və yanındakı uşaqlar təxminən 5 dəqiyədək onu təkləyib döymüşlər. Onlar onu döyəndən sonra qaçaraq parkdan çıxıb uzaqlaşmışlar. O, gedib “Best” kafesinə girib orada əl-üzünü yuyub üst-başını səliqəyə salmışdır. Sonra kafedən çıxıb yenə parkda gəzməyə başlamışdır. Həmin vaxt parkda dostları İmran, Elton, Orxan və Orxanın dostları olan üç həmyaşıdı ilə qarşılaşmışdır. İmran, Elton və Orxana Məhəmmədin dostları ilə birlikdə onu döydüklərini demişdir. Həmin vaxt ona tanımadığı nömrədən zəng gəlmişdir. O, telefonu açmışdır, tanımadığı bir nəfər ona Məhəmmədin dostu olduğunu deyib "İdael” parfumeriyanın arxasına çağırmışdır. O, dostları İmran, Elton, Orxan, həmçinin Orxanın üç dostu ilə birlikdə parkdan çıxıb "İdeal" parfumeriyanın arxasına getmişlər. Orada Məhəmmədi təxminən 10 nəfərədək uşaqla görmüşdür. Onun və Məhəmmədin dostları aralarında olan mübahisəni aydınlaşdırmaq məqsədi ilə söhbət etməyə başlamışlar. Həmin vaxt Orxanın yanında olan, onunla birlikdə parkdan "İdeal” parfumeriyanm arxasına gələn uşaqlardan adını bilmədiyi, təxminən 175 sm boyunda, arıq bədən quruluşlu, qara rəngli gözünün üzərinə düşən saçları olan, əynində sarı rəngli jaket, qara rəngli şalvar olan oğlan ona “atam bir dənə bunu saxla” deyib düymə ilə açılan qara rəngli dəstəyi olan bıçağı vermişdir. O, bıçağı alıb əynində olan qara rəngli cins şalvarın ön sağ cibinə qoymuşdur. Sonra yenə uşaqlarla söhbət etməyə davam etmişdir. Onlar söhbət edərkən təxminən 10-15 metr kənarda dayanmış Məhəmmədin dostu İlhamla mübahisəsi olmuşdur. Həmin vaxt Məhəmməd onun ünvanına nalayiq ifadə işlətmişdir. Məhəmməd onu söyəndə dostu İlham belində gizlətdiyi “Kəpənək" deyilən bıçağı çıxarıb Məhəmmədin kürək nahiyəsinə bir dəfə zərbə endirmişdir. Məhəmməd ucadan söyüşlə “məni vurdu, kürəyim açıldı” demişdir. O da, söydüyü üçün skamyadan qalxaraq Məhəmmədə yaxınlaşıb cibində olan, Orxanın dostunun ona verdiyi bıçağı çıxarıb Məhəmmədə yaxınlaşıb sağ ayağına bir dəfə zərbə endirmişdir. Həmin vaxt Məhəmmədin adını bilmədiyi dostu arxadan ona yaxınlaşıb yumruq atmışdır. Zərbə sol yanağını və burnunu tutmuşdur. Nəticədə o, yerə yıxılmışdır. Bundan sonra ətrafda olanlar qaçıb uzaqlaşmışlar. O da, yerdən qalxıb qaçaraq oradan uzaqlaşmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilərkən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə zamanı Təqsirləndirilən şəxs ilə aralarında anlaşılmazlıq olmuşdur. Belə ki, hadisə günü Nərimanov parkında o, bir xanımla gəzərkən Razinin yanında olan dostu ondan pul istəmiş, o da həmin şəxsə bir dəfə pul vermiş, həmin şəxs yenə ondan pul istəyəndə o, verməmişdir. Mübahisə elə bu səbəbdən baş vermişdir. Ona hadisə günü iki bıçaq zərbəsi vurulmuşdur. Bir bıçaq döş qəfəsindən, digəri isə arxadan ciyərindən vurulmuşdur. Ona ilk bıçaq dəydikdən sonra özünü itirmişdir. Hadisə vaxtı Razi qarşı tərəfdə dayanmış, İlham isə arxasında olmuşdur. Onu Razi bıçaqlamamışdır. Ona vurulan bıçağın ikisi də arxa hissədən vurulmuşdur. Mübahisəni yaradan İlham olmuşdur. Ona ilk bıçaq zərbəsini İlham çiynindən vurmuşdur. O, Əli adlı şəxsi “tik tok” sosial şəbəkəsindən tanımış. Əli adlı şəxs əks tərəfdən olmuşdur. Həmin gün orada olanlardan yalnız Razini tanımışdır. O, Təqsirləndirilən şəxs ilə teleqram proqramı vasitəsilə tanış olmuşdur. Ona ilk yüngül xəsarətli bıçaq zərbəsini İlhamın vurduğunu görmüş, lakin ilk bıçaq zərbəsindən özünü itirdiyi üçün ikinci bıçaq zərbəsini ona kimin vurduğunu görməmişdir. Onun Razidən şikayəti yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun dostlarıdırlar. Məhəmmədin Raziyə pul borcu olmuşdur. Hadisə günü Məhəmməd parkda qız ilə karuselə minən zaman Razi ona yaxınlaşaraq pulunu istəmiş və bunun üstündə onlar mübahisə etmişlər. Mübahsədən sonra Məhəmməd getmiş bir müddət sonra isə bir neçə nəfər ilə birlikdə gələrək Razini vurmuşdur. Sonra onlar aralaşmışlar və getmişlər. Daha sonra isə Razi təxminən on nəfər ilə birlikdə gəlmiş və Bənövşənin arxasında söhbət etmişlər. Həmin vaxt orada mübahisə düşmüş, bu zaman o, Məhəmmədin “belim açıldı” deyə qışıqrmağını eşitmiş və həmin yerdən uzaqlaşmışdır. Hadisədən sonra o, İlhamın Məhəmmədi bıçaqlamağını eşitmişdir. O, qıraqda olduğu üçün hadisəni dəqiq görməmişdir. Məhkəmə Zərərçəkmiş şəxs və Şahid məhkəmədə verdikləri ifadələrini inandırıcı hesab etmir və hesab edir ki, onların məhkəmədə verdikləri ifadələri Təqsirləndirilən şəxs qorumaq və ona kömək etmək məqsədi daşıyır. Belə ki, ibtidai istintaq zamanı 20 noyabr 2021-ci il tarixdə zərər çəkmiş şəxs qismində dindirilərkən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 04 noyabr 2021 -ci il tarixdə, saat 17:00 radələrində dostu Şəbinə ilə Bakı şəhəri Nərimanov rayonu, “Nərimanov adına istirahət parkı”nda görüşmüşdür. Birlikdə “Vikinq” deyilən yelləncəyə minib vaxt keçirmişlər. Həmin vaxt Razi və Elton Şəbinə ilə olduğu yerə gəlmişlər. Razi ona yaxınlaşıb demişdir ki, onu da, yelləncəyə mindirsin. O da, Raziyə demişdir ki, pulu olsa mindirər. Lakin, sonra Razini yelləncəyə mindirməmişdir. Bu səbəbdən, Razi ona nalayiq ifadə işlətmişdir. Həmin vaxt Şəbinə ondan xahiş etmişdir ki, Razi və Eltonla mübahisə etməsin. O da, Səbinəyə yelləncəyin yanında gözləməyini bildirmişdir. Sonra Razi və Eltonla birlikdə A.Neymətulla küçəsindəki əsas yolu keçib “İrşad Elektroniks”in yerləşdiyi bina ilə digər bina arasında olan boşluğa keçmişlər. Orada Razi ona üç yumruq, Elton isə bir təpik vurmuşdur. O, onların hərəkətlərinə cavab vermək istədikdə Razi belindən bıçaq çıxardıb "yaxın gəlsən səni deşik deşik edəcəm“ demişdir. Bu səbəbdən o, geri çəkilərək onlardan ayrılıb parka qayıtmışdır. Daha sonra Əli adlı dostuna zəng edib baş vermiş hadisəni deyib “Nərimanov adına istirahət parkı”na gəlməsini bildirmişdir. Bundan sonra parka qayıtmışdır. Orada “Vikinq“ yelləncəyinin yanında Razi, Elton və daha iki nəfər tanımadığı oğlanla rastlaşmışdır. Razi bildirmişdir ki, parkda yerləşən "Best“ kafesinin qarşısına keçsinlər. O, razılaşıb onlarla birlikdə “Best" kafesinin qarşısına keçmişlər. Orada Razi onu nalayiq ifadələrlə təhqir edib əlini belinə atmışdır. O, fikirləşmişdir ki, Razi onu bıçaqla vuracaq, ona görə Raziyə yaxınlaşıb, sifət nahiyəsindən, həmçinin qol nahiyəsindən ardıcıl bir neçə yumruq zərbəsi endirmişdir. Bundan sonra Elton, Razi və yanındakı uşaqlar qolundan tutub yolu keçirdib “World Telecom”un yanından həyətə keçmişlər. Orada təxminən 30 nəfərə yaxın adamı görmüşdür. Onlar oradan irəliləyib “Metro Park”ın avtodayanacağının yanındakı iki binanın arasındakı yolda dayanıb söhbət etmişlər. Onunla əsasən Əli adlı tanıdığı şəxs söhbət etmişdir. Təxminən 3-5 dəqiqə söhbət etdikdən sonra iki binanın arasından keçib geniş yerə çıxmışlar. Orada Əli bildirmişdir ki, söhbət bağlansın. Əlinin bu sözündən sonra Razi qoltuğunun altında tutduğu bıçağın arxası ilə sifətinə zərbə endirmişdir. Razi ilə üzbəüz olarkən kürəyinin sağ tərəfində ağrı hiss etmişdir. Buna görə də, arxasını Raziyə çevirib arxadan onu kimin vurduğunu görmək istəyərkən Razi kürəyinin sol tərəfinə zərbə endirmişdir. İkinci zərbə birincidən ağır olduğuna görə o, qışqıraraq “bıçaq girdi” demişdir. Bundan sonra bərk səs-küy düşmüşdür. Eşitmişdir ki, polis çağırırlar. Həmin zaman ətrafdakılar qaçmış, o da, hadisə yerindən çıxıb, parka tərəf getmişdir. “Vergilər departamentinin” qarşısında yıxılmışdır. Orada tanımadığı şəxslər ona yaxınlaşaraq köməklik göstərib xəstəxanaya aparmışlar. Bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş 27 noyabr 2021-ci il tarixli zərər çəkmiş Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələri bir-birinin üzünə qarşı demişlər İbtidai istintaq zamanı 16 may 2022-ci il tarixdə şahid qismində dindirilərkən Şahid ifadəsində göstərmişdir ki, 04 noyabr 2021-ci il tarixdə, saat 17:00 radələrində tanışları Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhəri Nərimanov rayonu, “Nərimanov adına istirahət parkı”nda gəzərkən Zərərçəkmiş şəxs tanışı əvvəldən tanımadığı Səbinə adlı qız gəlmişdir. Bundan sonra Zərərçəkmiş şəxs onlardan ayrılaraq həmin qızla parkda müxtəlif oyunlar oynamağa başlamışlar. Bu zaman Təqsirləndirilən şəxs ona bildirmişdir ki, Məhəmmədin ona borcu olmağına baxmayaraq gedib qızla əylənir, lakin, borcunu qaytarmır. Bundan sonra, Razi Məhəmmədə yaxınlaşaraq bu barədə bildirmiş və onlar arasında narazılıq yaranmışdır. Daha sonra Razi və Məhəmməd Bakı şəhəri Nərimanov rayonu, Nərimanov metrostansiyasının yaxınlığında yerləşən “İdeal” parfumeriyanın arxasında keçmişlər. Həmin vaxt onların yanında ondan başqa heç kim olmamışdır. Orada onların sözləri düz gəlmədiyi üçün dalaşmaq istəmişlər. Lakin, o, buna icazə verməmişdir və Məhəmməd Razinin üzərinə gəldiyindən yaxasından yapışmışdır. Daha sonra Məhəmməd oradan uzaqlaşmışdır. Uzaqlaşarkən Razi bildirmişdir ki, “gözlə gəlirəm”. Məhəmməd oradan getdikdən sonra o, Razi ilə birlikdə “Nərimanov adına istirahət parkı”na qayıtmışdır. Saat 19:00 radələrində Məhəmməd tanımadığı 2 nəfər şəxslə “Nərimanov adına istirahət parkı”na gəlmişdir. Onlar parkın içərisində yerləşən “Best” kafesinin qarşısına çəkilmişlər. Orada Məhəmməd fənd işlədərək Razini yerə yıxmışdır. Bu zaman o və Məhəmməd həmin 2 nəfər tanışı ilə birlikdə onlara dalaşmağa icazə verməmişlər. Bundan sonra Razi öz tanışlarına zəng edərək mübahisə baş verməsini bildirmişdir. Saat 21:00 radələrində “Nərimanov adına istirahət parkı”na Razini təxminən iyirmi nəfər tanışı gəlmişdir. Bundan sonra onlar Bakı şəhəri Nərimanov rayonu, Nərimanov metrostansiyasının yaxınlığında yerləşən “İdeal” parfumeriyanın arxasına keçmişlər. Bundan 5 dəqiqə sonra Məhəmməd təxminən 10 nəfər tanışı ilə birlikdə ora gəlmişlər. Sonra Razi və Məhəmməd təxminən 10 metr kənara çəkilmişlər. Onların ardıyca İlham və Məhəmmədin 2 nəfər tanışı getmişdir. Razi və Məhəmməd aralarında olan danışıq zamanı bir-birinə qarşı nalayiq ifadələr işlətmişlər və Məhəmməd Razini geri itələmişdir. Daha sonra Razi Məhəmmədi yerə yıxmaq məqsədi ilə ayağına girmişdir. Bu zaman onların ətraflarına tanımadığı digər şəxslər toplaşmışdır. İlham Məhəmmədin arxasında olarkən bıçaqla Məhəmmədi vurmuş və ardıyca isə Razi bıçaqla ikinci dəfə Məhəmmədi vurmuşdur. Həmin vaxt Məhəmməd “kürəyim açıldı” ifadəsini işlətmiş və o, qorxusundan qaçaraq oradan uzaqlaşmışdır. Bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş 06 dekabr 2021-ci il tarixli Zərərçəkmiş şəxs ilə Şahid arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, Şahid Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmiş olduğu xüsusatları təsdiqləmişdir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə edimiş məhkəmə-tibbi ekspertizasının 10 noyabr 2021- ci il tarixli, 842 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğlıınun almış olduğu xəsarətlər burun belinin, sol dirsək oynağının sıyrıqları, sağ əlin 5-ci barmağının və sol diz oynağının qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən 04 noyabr 2021 -ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işi işinə əlavə edimiş məhkəmə-tibbi ekspertizasının 28 yanvar 2022- ci il tarixli, 872 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər pnevmohemotoraks və sol ağciyərin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthindən daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sağ yarısının arxa səthindən daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarası cəmi iki ədəd. Qeyd olunan deşilmiş-kəsilmiş yaralar deşici-kəsici alətin (alətlərin) ola bilsin ki, bıçağın tiyəsinin təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti qərarda göstərilən 04 noyabr 2021 -ci il tarixə uyğun gəlir, dərəcələrinə görə pnevmohemotoraks və sol ağciyərin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthindən daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, döş qəfəsinin sağ yarısının arxa səthinin daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Cinayət işi işinə əlavə edimiş məhkəmə-tibbi kriminalistik ekspertizasının 11 fevral 2022- ci il tarixli, 48-MTKŞ/2022 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus alt köynəyin arxa səthində bir qədər solda bir ədəd, arxa səthində sağda bir ədəd və qolsuz maykanın arxa səthində bir qədər solda bir ədəd deşilmiş- kəsilmiş zədələr aşkar olundu. Bu zədələr kafi itilikdə olan ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gələ bilərdi. Cinayət işi işinə əlavə edimiş məhkəmə-tibbi bioloji ekspertizasının 28 fevral 2022-ci il tarixli, №62/2022-MTBŞ rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: O-alfa, beta /E-dir. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus mayka və jaket üzərindəki ləkələrdə insan qanı aşkar edildi. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni, həmçinin alfa, beta aqqlyutininləri də, alındı. Beləliklə, bu qan ləkələri O-alfa, beta /İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işinə əlavə edilmiş məhkəmə-psixiatrik ekspertizasının 27 aprel 2022-ci il tarixli, 1069 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövrdə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da, öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinə əlavə edilmiş 21 may 2022-ci il tarixli disklərə baxış keçirilməsi barədə protokoldan görünür ki, saat 21:15-də ünvan 3 ünvanda yerləşən binanın qarşısında dayanmış dörd nəfər şəxs baş vermiş mübahisədə iştirak etmişlər. Bundan başqa iş üçün əhəmiyyət kəsb edən digər hər hansı bir hal aşkar edilməmişdir. Cinayət işinə əlavə edilmiş və notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmış və onu bağışlayır. Cinayət işinin materiallarında olan Talassemiya Mərkəzinin tibbi çıxarışından görünür ki, Təqsirləndirilən şəxs Beta talassemiya gen daşıyıcısıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Tibb Universitetinin X3 tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs anası Qanuni nümayəndə2 tibb bacısı kimi «Covid-19» pandemiyası və 44 günlük Vətən müharibəsi dövründə xəstələrə xidmət göstərmişdir. Məhkəmə Zərərçəkmiş şəxs və Şahid məhkəmə iclasında verdikləri ifadələrini, digər möhtəbər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, Zərərçəkmiş şəxs və Şahid oğlunun məhkəmədə verdikləri ifadələri, dostluq münasibətində olduqları Təqsirləndirilən şəxs müdafiə etmək xarakteri daşımaqla onun cinayət məsuliyyətindən azad olunması məqsədini güdür. Ona görə də məhkəmə Zərərçəkmiş şəxs və Şahid ibtidai istintaq zamanı verdikləri ifadələri sübut kimi qəbul edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun, 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının, 4-cü bəndinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, cinayət törədərkən yetkinlik yaşına çatmamasını, yetkinlik yaşına çatmayan dövrdən bir valideyn himayəsindən məhrum olmasını, «Beta talassemiya gen daşıyıcısı» xəstəliyindən əziyyət çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, anasının tibb bacısı kimi «Covid-19» pandemiyası və 44 günlük Vətən müharibəsi dövründə xəstələrə xidmət göstərməsini, zərərçəkmiş şəxsin onunla barışmasını və ona qarşı heç bir şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş qaydada ayrı-ayrılıqda azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanmaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci tarixli, 2668 nömrəli Sərəncamının 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi təsbit olunmuşdur. Həmin sərəncamın 13.3-cü bəndində göstərilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalıdır. Həmin sərəncamın 13.4-cü bəndinə əsasən, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun, 30 iyun 2008-ci il tarixli, 6 saylı qərarının, 11-ci bəndində qeyd olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər də (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) nəzərə alınmalıdır. İlk növbədə, azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Belə ki, qüvvədə olan cinayət qanunvericiliyinin mövqeyinə görə, cəza cinayətə görə sitəm kimi deyil, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilməlidir. Burada sosial ədalətin bərpası cinayətlə pozulan şəxsi, ictimai və dövlət mənafeyinin bərpasını nəzərdə tutur. Sosial ədalətin bərpası kimi cəzanın məqsədi cinayətin şəxsiyyətə, cəmiyyətə və dövlətə vurduğu ziyanın optimal kompensasiya imkanını, cəzanın cinayətin ağırlığına, təqsirkarın şəxsiyyətinin təhlükəliliyinə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğunluğunu və sair halları nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, cəza təyin edən məhkəmə, şəxsin cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, onun məhkəmə iclasındakı davranışını nəzərə alaraq Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini mümkün hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasının mümkünlüyünə dair nəticəyə gələrkən, ilk dəfə cinayət törətməsini, cinayəti törədərkən yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxslə barışmasını və bununla da törədilmiş cinayət əməlinin, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyətinin ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azalmasını xüsusi qeyd edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanı real çəkməsinə və cəmiyyətdən təcrid edilməsinə zərurət yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsyi təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Həmin Məcəllənin 70.5-ci maddəsinə görə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində sınaq müddəti müəyyən edilməli və sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalı, üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Nərimanov RPİ-də saxlanılan Zərərçəkmiş şəxs məxsus və məlum hadisəsi zamanı onun əynində olan geyim əşyaları əhəmiyyətini itirdiyindən məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabına təqsirləndirilən şəxsə göstərilmiş 10 (on) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi1 60 (altmış) manat pul onun vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhkum etmə) tətbiq edilməklə, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Onun barəsində 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Onun davranışına nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunsun, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Nərimanov RPİ-də saxlanılan Zərərçəkmiş şəxs məxsus hadisəsi zamanı onun əynində olan geyim əşyaları təyinatın itirdiyindən məhv edilsin. Dövlət büdcəsi hesabından Müdafiəçi1 60 (altmış) manat pul onun vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar