Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1209/2025 15.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X3 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində 1 az yaşlı və 1 yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində fərdi evdə yaşayan və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM-in) 126.2.4 və 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuş və silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan ictimai qaydanı kobud sürətdə kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tədbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq əməlini törətmişdir.
İşin faktiki halları:
2. Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə, saat 06:45 radələrində 14 saylı marşrut xətti üzrə idarə etdiyi “BMC” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında hərəkətdə olarkən “Mercedes-Benz” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs ilə yol hərəkəti qaydaları ilə bağlı aralarında yaranmış mübahisə zamanı avtobusu saxlayaraq oradan aşağı enib sonuncunun ünvanına nalayiq ifadələr işlədib əl-qol hərəkətləri ataraq səsküyə toplaşan insanların olmasına və onları aralamasına baxmayaraq öz qanunsuz əməllərini davam etdirərək avtobusa qalxıb oradan silah qismində istifadə olunan istintaqa məlum olmayan deşici-kəsici xassəyə malik olan aləti götürərək yenidən aşağı enib həmin aləti əlində saxlamaqla nümayiş etdirərək Zərərçəkmiş şəxs üzərinə hücum etməklə ona zor tətbiq olunması ilə müşayiət olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə cəmiyyət içərisində bərqərar olunan etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutub ictimai asayişi pozaraq xuliqanlıq edib cinayətkar niyyətinin realizəsinə uyğun heç bir əsaslı səbəb olmadan eyni bəhanəni əsas tutub xuliqanlıq niyyəti ilə əlində saxladığı qeyd olunan deşici-kəsici xassəyə malik olan alət ilə bir dəfə olmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs qarın nahiyəsinə zərbə vuraraq ona qaraciyərin zədələnməsi ilə müşayiət olunan qarın nahiyəsinin sol yarısının ön səthinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirmişdir.
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, “Mercedes Benz” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti göstərərək Bakı-Masallı marşrutu ilə sərnişin daşıyıb pul qazanırmış. Sərnişin tapmaq üçün də adətən Bakı şəhəri 20 Yanvar dairəsində dayanırmış. xx.xx.2024-cü ildə həmişəki kimi səhər tezdən yaşadığı evdən çıxıb sərnişin tapmaq üçün 20 Yanvar dairəsinə getmişdir. Saat təxminən 06:30 radələrində həmin yerdən Masallı rayonuna gedən 2 kişi sərnişin kimi avtomobilinə minmiş və əlavə 1-2 sərnişin də tapmaq üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksinə yola çıxdım. Həmin sərnişinlər avtomobilində arxa oturacaqda əyləşmişlər. Bir neçə dəqiqədən sonra idarə etdiyi avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yolun sağ tərəfi ilə avtovağzal istiqamətində hərəkətdə olduğu vaxtda onunla eyni istiqamətdə qarşısında hərəkətdə olan “BMC” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı, 14 nömrəli marşrut avtobusunun sürücüsünün saat 07:00 olmadan, yəni həmin hərəkət zolağına digər nəqliyyat vasitələrinin girişinə qadağa müddəti başlamadan avtobusu yaxınlıqdakı avtobus dayanacağına girmədən hərəkət yolunda saxladığını görmüşdür. Hərəkətinə davam edə bilmədiyi üçün ona işıq və səs siqnalları verməklə narazılığını bildirərək yanından keçib hərəkətinə davam etmişdir. Avtobus sürücüsü dayanacaqda saxlamaq üçün avtobusu hərəkət etdirsə də, orada dayanmayıb yolun ortasında dayanmışdır. Sürücünün o hərəkətinə görə o, az qalsın avtobusu vururmuş. O, qarşıdakı yaxın məsafədə olan işıqforun qırmızı işığının yandığını görüb avtomobilinin hərəkətini dayandıraraq yaşıl işığın yanmasını gözləməyə başlamışdır. Bu zaman ötüb keçdiyi avtobus sürücüsünün arxadan ona dəfələrlə işıq siqnalları ilə dayanma işarəsi verdiyini görüb maşınının mühərrikini söndürərək avtomobildən yerə düşmüşdür. Həmin avtobusa sürücü tərəfdəki pəncərədən yaxınlaşaraq nə olduğunu soruşduqda sonuncu da ondan nə üçün siqnal verib getdiyini soruşmuşdur. O, bildirmişdir ki, avtobusu yolun ortasında saxladığından az qalmışdı ki, avtobusu vursun. Həmçinin saat 7-yə qaldığına görə yolun onun olduğunu, hətta saat 7-dən keçsə belə yola girə biləcəyini, ona irad tutmaq hüququ olmadığını, yolun dövlətin yolu olduğunu və evindən yol gətirmədiyini bildirmişdir. Bunları dedikdə Təqsirləndirilən şəxs əsəbiləşərək avtobusun digər yan tərəfindəki qapısına tərəf gedib avtobusdan düşmüşdür. O da o tərəfə getmişdir. Onlar aralandıqdan sonra Təqsirləndirilən şəxs avtobusa minmiş, o isə avtomobilinə tərəf getmişdir. Bu zaman bir qadın qışqırığı eşitmiş, qışqırığa tərəf dönərkən Təqsirləndirilən şəxs əlində bıçaqla onun üstünə gəldiyini görüb sonuncunun qarşısında dayanmış, birinci dəfə bıçaq atarkən tutmuş, ikinci dəfə isə tuta bilməmiş və bıçaq ürək nahiyəsinin aşağısından dəymişdir. Daha sonra heç kim ona kömək etmədiyindən avtomobilinə minib əvvəl yaxınlıqdakı xəstəxanaya, daha sonra isə X5 getmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxsla mübahisə edərkən onun avtomobilində olan sərnişinlər düşmüşlər və hətta Təqsirləndirilən şəxs əlində bıçaqla ona tərəf yaxınlaşmasını ordakı qadınların qışqırıq səslərinə tərəf dönərkən görmüşdür. Təqsirləndirilən şəxs onu vurduqdan sonra qanı gördükdə avtobusa minmiş və qapıları bağlamışdır. Həmçinin təcili yardımı o, özü axtarıb tapmışdır. Bundan başqa o, xəstəxanada olarkən əvvəlkinin anası və atası onun yanına gəlmiş və kömək etmişlər. Təqsirləndirilən şəxs onunla barışmışdır, sonuncuya qarşı şikayət və tələbi yoxdur.
4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ‘’Məhkəmə Tibbi Ekspertiza və X1’’ X4 canlı şəxsin ekspertizasının xx.xx.2024-cü il tarixli, 2360 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət - qaraciyərin zədələnməsi ilə müşayiət olunan qarın nahiyənin sol yarısının ön səthinin daxilə nüfuz edən deşilmişkəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən əmələ gəlmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2024-cü ildə bıçağın tiyəsinin deşici-kəsici təsindən əmələ gələ bilərdi (i/v 134-137).
5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ‘’Məhkəmə Tibbi Ekspertiza və X1’’ X4 canlı şəxsin ekspertizasının xx.xx.2024-cü il tarixli, 2120 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarət-alın nahiyyəsinin, qaşarası nahiyyənin, burun belinin və burun əsasının sıyrığı, sol üst qapağı və gözaltı nahiyənin qançırlı sıyrıqları bərk küt əşyanın təsirindən qərarda göstərilən xx.xx.2024-cü ildə əmələ gələ bilərdi və sağlamlığa zərəvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarət zərərçəkənin təsvir etdiyi şəraitdə, yəni küt əşya ilə (ola bilsin dəmir parçası) endirilmiş zərbə nəticəsində əmələ gələ bilərdi. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarət bədənin əl çatan nahiyəsində yerləşməsinə baxmayaraq, həmin xəsarətin şəxsin özü tərəfindən yetirilməsi üçün xarakterik deyildir (i/v 131-133).
6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ‘’Məhkəmə Tibbi ekspertiza və X1’’ X4 xx.xx.2025-ci il tarixli 02-MTKŞ/2025 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarların (qolsuz mayka və qısaqol mayka tipli köynək) ön səthində solda 01 (bir) ədəd dəlib-keçən deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədə kafi itilikdə olan ülgücü, iti ucu və küpü olan olan yastı tiyə tipli deşicikəsici alətin təsirindən əmələ gələ bilərdi (i/v 170-173).
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ‘’Məhkəmə Tibbi Ekspertiza və X1’’ X4 xx.xx.2025-ci il tarixli 02/2025-TBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: 0/İ/-dir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qısaqol köynək üzərində insan qanı ləkələri aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəriciləri ABO sistemi üzərində tədqiq olunduqda yalnız “H” antigeni alındı. Bu antigen tək halda 0/İ/ qruplu qanı formalaşdırdığı üçün ləkələrin həmin qruplu şəxsə (səxslərə) məxsus olduğunu söyləmək olar. Zərərçəkmiş şəxs da qanı ABO sistemi üzrə 0/İ/ olduğundan bu ləkələrin həmin system üzrə ona məxsus olması inkar olunmur (i/v 174-178).
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ‘’Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi’’ Publik Hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli 60 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Sonuncu həmin hadisə zamanı öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Sonuncunun əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tədbiq edilməsinə ehtiyac yoxdur (i/v 145-146).
9. Cinayət işinin materiallarına əlavə edilmiş hadisənin görüntülərini özündə əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2024-cü ildə saat 06:45-də «BMC» markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusda quraşdırılmış müşahidə kameralarında qeydə alınmışdır. Həmin tarixdə avtobus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında hərəkətdə olarkən işıqforda metallik rəngli «Mersedes» markalı avtomobilin arxasında durmaqla səs siqnalı verir, həmin an «Mersedes» markalı avtomobildən bir nəfər kök şəxs düşərək avtobus sürücüsünün oturduğu tərəfdə yerləşən pəncərəyə yaxınlaşır və orada avtobus sürücüsü ilə sözlə mübahisə etməklə avtobusun sərnişinlər düşən hissəsinə yaxınlaşır. Həmin an avtobus sürücüsü isə sərnişinlər üçün nəzərdə tutulmuş giriş-çıxış qapısından çölə çıxmaqla həmin şəxslə əvvəlcə sözlə mübahisə etməyə başlayırlar, sonra isə əlbəyaxa olurlar və orada kənar şəxslər onları ayırmağa çalışır, həmin vaxt avtobus sürücüsü avtobusa daxil olaraq oturduğu sükanın sağ tərəfində olan əl çantasından bir ədəd bıçaq çıxarıb təkrar avtobusdan düşməklə həmin şəxslə mübahisə edir və avtobusun qarşı tərəfində əlində bıçaqla sonuncuya zərbə atır, lakin zərbə şəxsə dəymir, daha sonra avtobus sürücüsü təkrar bıçaqla həmin şəxsə zərbə atdıqda bıçaq şəxsin qarın nahiyəsinə dəyir və oradan qan axmağa başlayır, həmin an kənarda olan şəxslər avtobus sürücüsü ilə şəxsi ayırırlar. Bu zaman şəxs əli ilə bıçağın dəydiyi nahiyəni tutub avtobilə oturur və oradan uzaqlaşır, həmçinin avtobus sürücüsü də sükan arxasına oturmaqla avtobusu idarə edib, oradan uzaqlaşır (i/v 50).
10. 15.10.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd mayka qolsuz olmaqla, ağ rənglidir, üzərində geyilmə izləri müşahidə olunur. Maykanın arxa hissəsində yuxarıda «66 Made in Turkey» yazılmışdır. Maykanın uzunluğu 68 sm-dir, maykanın üzərində 01 ədəd deşilmiş-kəsilmiş zədə aşkar olunmuşdur. Təqdim olunmuş 01 ədəd köynək qısaqol olmaqla, bozumtul rənglidir, üzərində geyilmə izləri müşahidə olunur, üzərində qanabənzər ləkələr vardır. Köynəyin boyunluq hisəsində «3XL SAMO» yazılmışdır. Köynəyin üzərində 01 ədəd deşilmiş-kəsilmiş zədə aşkar olunmuşdur (i/v 93-94).
11. 05.03.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmiş, zərərçəkmiş şəxsə məxsus qolsuz mayka və qısaqol köynək maddi sübut kimi tanınaraq Binəqədi RPİ-nin maddi sübutlar otağına təhvil verilmişdir (i/v 182-191).
12. 22.01.2025-ci il tarixli, 8İ-1240 reyestr nömrəli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur (i/v 143).
13. 06.12.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 1999-cu ildən hal-hazıra kimi valideynləri ilə birlikdə Gəncə şəhəri 55 saylı hərbi şəhərcik, bina 1, mənzil 7-də qardaşının mənzilində qeydiyyatda olmaqla yaşayır. O, ünsiyyətdə nəzakətlidir. Yaşadığı müddət ərzində 2 nömrəli Mənzil İstismar Sahəsinə vətəndaş Təqsirləndirilən şəxs barəsində qonşular tərəfindən heç bir şikayət daxil olmamışdır (i/v 120).
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
14. Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikasının CM-in 126.2.4 və 221.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü ildə saat təxminən 06:30 radələrində "BMC" markalı, **- JU-*** dövlət qeydiyyat nişanlı avtobusu təhvil götürüb, 14 savlı marşrut xətti üzrə hərəkətə başlamışdır. Saat təxminən 06:45 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığındakı dairəyə çatmamış işıqforu keçib davanacaqda avtobusu saxlamışdır. Bu zaman “Mersedes- Benz” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sürcüsü avtomobili onun qarşısına çəkərək dəfələrlə siqnal vermiş və avtobuslar üçün nəzərdə tutulmuş yol ilə hərəkət edib avtomobili onun idarə etdiyi avtobusun qarşısında saxlamışdır. O, sonradan adını bildiyi sürücü Zərərçəkmiş şəxs kənara çəkilməsi üçün xəbərdarlıq siqnalı vermiş, bu zaman sonuncu avtomobildən düşərək ona tərəf gələrək çöldən onunla mübahisəyə başlamışdır. Sonuncu ona saat 7-dək xəttə çıxa biləcəyini bildirmiş, o isəəgər xəttdə avtobus olmasa çıxa biləcəyini bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs ona qarşı təhqiramiz sözlər işlətmiş, o da məcbur olub sərnişinlər üçün nəzərdə tutulmuş qapıdan yerə düşmüşdür. Yerə düşəndən sonra ona ağır təhqirlər etmişdir. Bu zaman sonuncu ilə əlbəyaxa olub itələşməyə başlamışdır. Zərərçəkmiş şəxs avtomobilindən düşmüş tanımadığı iki kişinin onlara tərəf yaxınlaşdığını görmüşdür. Həmin vaxt onların niyyətini tam başa düşməsə də, onların da Zərərçəkmiş şəxs köməklik edəcəklərini düşünmüş, tez avtobusa minərək sükan hissədəki qapının saxlanc yerinə əvvəlcədən qoyduğu aliminium rəngli, iti uclu, təxminən 15 sm uzunluğunda olan aləti götürüb yenidən avtobusdan yerə düşmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs qəflətən burun nahiyəsinin yuxan hissəsinə güclü bir yumruq vurmuş, o, həmin nahiyədən xəsarət almış və əsəbi halda əlindəki alətlə sonuncunun qarın nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə yaxınlaşıb yük yerini açıb nə isə götürmək istədiyini görüb tez avtobusa minib qapıları kilidləmiş və sürərək son dayanacağa getmişdir. Hadisə baş verən zaman ətrafda olan və avtobusdan düşən, ümumilikdə 2 nəfər onları sakitləşdirməyə və ayırmağa çalışmışlar. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisədən sonra valideynləri zərərçəkmiş şəxslə maraqlanmış, həmçinin o, da zərərçəkmiş şəxslə barışmışdır. Bundan başqa bildirmişdir ki, törətdiyi əməldən səmimi peşmandır. Daha sonra əməlindən səmimi peşman olduğunun nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.
HÜQUQİ MƏSƏLƏLƏR:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:
15. Maddə 126.2.4. Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 16.Maddə 221.3. Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
17. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
18. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
19. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 20.Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 21.Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir.
22. Maddə 99-1.2. Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:
23. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
24. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. 25.Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 26.Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. 27.Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı, həmçinin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
28. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
29. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. 30.Maddə 193.2. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir). 31.Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
“Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli 1 saylı Qərarı:
32. Qərarın 8-ci bəndi. Xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Azərbaycan Respublikasının CM-in 221.3-cü maddəsilə tövsif edilməsi üçün əsasdır. 33.Qərarın 9-cu bəndi. İzah edilsin ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikasının CM-in 221.3-cü maddəsinin mənasına görə, silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib- edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı:
34. Məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı:
35. Qərarın 1-ci bəndi. Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər.
AVROPA MƏHKƏMƏSİNİN PRESİDENT HÜQUQU:
36. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri).
Məhkəmənin hüquqi dəyərləndirməsi:
37. Beləliklə, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini və silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan ictimai qaydanı kobud sürətdə kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tədbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq cinayətini törətməsi özünün etiraf edici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri, baxış keçirilməsi protokolu, DVD diskdə olan videogörüntülər, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Onun əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-in 126.2.4 və 221.3-cü maddələri ilə tövsif olunmalı, həmin maddələrin sanksiyası həddində cəzalanmalı və həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq ona qəti cəza təyin edilməlidir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur (hökmün 23-cü bəndi).
38. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında Azərbaycan Respublikasının CM-in 126.2.4-cü maddəsinə əsasən altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 221.3cü maddəsinə əsasən isə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur (hökmün 15-16-cı bəndlər). 39.Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır.
40. Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, evli olmaqla himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağının olmasını, barəsində verilmiş müsbət xasiyyətnaməni yüngülləşdirici hallar kimi nəzərə alır.
41. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır.
42. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci ildə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam Hərbi Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə CM-in 332.1-ci maddəsi ilə təqsirli bilinərək və həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə şərti maliyyə vahidinin 150 misli miqdarında cərimə cəzasına məhkum edilmişdir (i/v 129-130).
43. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.
44. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (hökmün 21-ci bəndi).
45. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək, sonuncunun barəsində həbs qətimkan tədbiri seçilməli o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Toboruna həvalə edilməlidir.
46. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə xx.xx.2024-cü ildən hesablanmaqla barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həmin Məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı ilə xx.xx.2025-ci ilədək barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, həmin Məhkəmənin xx.xx.2025-ci tarixli qərarı ilə ev dustaqlığının müddəti xx.xx.2025-ci ilədək uzadılmış və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə sonuncunun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (i/v 42, 70-75, 161-169, 242-243). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə və ev dustaqlığında saxlandığı üçün həmin müddət məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir.
47. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu xx.xx.2024-cü ildən hesablanmalıdır (hökmün 27-ci bəndi).
48. İş üzrə maddi sübut kimi tanınmış, hadisənin görüntülərini özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, digər maddi sübut Binəqədi RPİnin saxlanc anbarında saxlanılan qolsuz mayka və qısaqol köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir (hökmün 29-cu bəndi).
49. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir (hökmün 30-cı bəndi).
50. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir (hökmün 22 və 31-ci bəndləri).
51. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
52. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKMETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 126.2.4-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 221.3-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 01 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Konvoy Toboruna həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Binəqədi RPİ-nin saxlanc anbarında saxlanılan qolsuz mayka və qısaqol köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 32 saata görə 352 (üç yüz əlli iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Mərkəz” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan və elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Roman Ələkbərli