Məhkəmə qərarları › İş №1(101)-121/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-121/2022

17.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-121/2022 17.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Azər İslah oğlu Paşayevdən və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2 müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 iştirakı ilə 1986-cı il mayın 09-da Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilməmiş, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2a yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs1 1991-ci il aprelin 26-da Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilməmiş, «Delisia» şirkətində dekorist-florist işləmiş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs2 və 1998-ci il sentyabrın 09-da Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilməmiş, «Ekim» otelindəki qeydiyyat bölməsində qeydiyyatçı işləmiş, ünvan 4 ünvanında qeydiyyatda olmaqla deməsinə görə ünvan 3 ünvanında yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2.-ci, 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və şəxsiyyətləri istintaqla müəyyən edilməmiş şəxslər satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni Türkiyə Respublikasından külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib dövriyyəsini təşkil etmə barədə 2020-ci ilin dekabr ayında Azərbaycan Respublikasında qabaqcadan əlbir olmaqla cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun Azərbaycan Respublikasında olan üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və şəxsiyyətləri istintaqla müəyyən edilməmiş şəxslərə çatdırmaq üçün 2020-ci il dekabrın 30-da Türkiyə Respublikasının İstanbul şəhərində cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş digər üzvündən sonuncu tərəfindən malların aşkar olunmasını çətinləşdirilən üsullardan istifadə edib bir ədəd çəhrayı rəngli çamadanda olan, bir ədəd sarı rəngli üzərində «Pedigree» sözü yazılmış paketin içərisində beş ədəd şəffaf polietilen bükümə yerləşdirilmiş 970 ədəd həb bənövşəyi və 07 ədəd həb narıncı rəngli olmaqla təsiredici maddəsinin külli miqdarda, 158,19 qram ümumi çəkidə 977 ədəd həblər MDMA (metilendioksimetamfetamin) psixotrop maddəsi, habelə bir ədəd üzərində «Aptamil Kaşık» sözləri yazılmış uşaq yeməyi qutusundakı gümüşü rəngli folqanın içərisində olan bir ədəd polietilen bükümə yerləşdirilmiş külli miqdarda, ümumilikdə 98,800 qram narkotik vasitə kokain tamah niyəti və satış məqsədi ilə qəsdən qanunsuz olaraq əldə etmiş, saxlamış, müşayiət edib 2020-ci il dekabrın 31-də saat 12 radələrində TK 332 saylı İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına daşımış və Heydər Əliyev adına Beynəlxalq Aeroportunda fəaliyyət göstərən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin «Terminal-1 X18» gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, aralarında olan razılaşmaya əsasən cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs3 ilə birgə qeyd edilən narkotik vasitəni və psixotrop maddəni Təqsirləndirilən şəxs1 təhvil almaq üçün sonuncunu həmin gömrük postunun qarşısında gözləyərkən Azərbaycan Respublikası Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanmışlar. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının CM-nin 206.3.2.-ci, 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə elan edilən ittihamda özünü təqsirli bilməməklə ifadəsində göstərdi ki, o, uzun müddətdir tanıdığı Təqsirləndirilən şəxs2 ilə 2020-ci il dekabr ayının sonlarında telefonla danışanda sonuncu Türkiyə Respublikasının İstanbul şəhərinə kolbasa, sosiska və sənəd apararaq qayıdan yolda it üçün bahalı yemək, paltar, ev əşyaları olan çamadan gətirməkdən ötrü bir qız lazım olduğunu, bunların müqabilində 600 manat verəcəyini bildirdikdə razılaşmışdır. 2020-ci il dekabrın 28-də axşam saatlarında Pərvanənin göstərişi ilə bir nəfər naməlum şəxs ona bir ədəd zərf, xeyli miqdarda kolbasa, sosiska və təsbeh verib uzaqlaşmış, o, evə gəlməklə götürdüyü əşyaları iki ədəd çantaya yığsa da zərfin içərisindəki sənədin nə olduğunu bilməmişdir. 2020-ci il dekabrın 30-da İstanbul şəhərinə yola düşərək «X19»nə yollanmış, göstərilən tarixdə saat 21-22 radələrində bir nəfər taksi sürücüsü olduğunu bildirən tanımadığı şəxs yaxınlaşıb ondan əşyaları götürmüş və üzəri sellofanla bağlanan çamadanı ona vermişdir. O, Pərvanə ilə əlaqə saxlayanda sonuncu içərisində bahalı qızıl əşyaların olduğunu deməklə çamadanı açmamağını bildirmişdir. O, 2020-ci il dekabrın 31də təyyarə ilə Bakıya uçaraq Heydər Əliyev adına X14 çatdıqdan sonra gəliş zalında baqajı gözləmiş, çamadanın gecikdiyini görüb Pərvanəyə bu barədə məlumat verdikdə sonuncu ona çamadana qırmızı lent vurulduğu təqdirdə ayaqyoluna getməklə lenti sökməyini söyləmiş, o, çamadanın üzərinə qırmızı lent vurulduğunu gördükdə yenidən Pərvanə ilə əlaqə saxlayaraq hər şeyi düzgün danışmasını təkid etmiş, sonuncu çamadandakı qızıla görə gömrükçülərin pul istəyəcəyinə inandırdığı üçün o, ayaqyolunda qırmızı lenti sökmüşdür. Çamadanı gəliş zalındakı rentgen aparatından keçirəndə gömrük əməkdaşları onu yoxlama otağına aparmışlar, o, çamadanın sahibinin çöldə gözlədiyini dediyindən Pərvanə ilə sonuncunun həyat yoldaşı Təqsirləndirilən şəxs3 yoxlama otağına gətirilib orada videoçəkilişlə baxış keçirilən zaman çamadanın içərisindəki bir ədəd üzərində «Pedigree» yazılan paketdən beş ədəd şəffaf polietilen bükümdə 970 ədəd bənövşəyi rəngli, yeddi ədəd narıncı rəngli «ekstazi», bir ədəd üzərində «Aptamil Kaşık» yazılan qutudan gümüşü rəngli folqada olan bir ədəd polietilen bükümdəki ağ rəngli tozşəkilli maddə, iki ədəd üzərində «Bepanthol» yazılan krem qutularının və bir ədəd üzərində «Lipton» yazılan çay paketindəki üç ədəd sellofan bükümdə qəhvəyi rəngli qurudulmuş bitki kütləsi aşkarlanmışdır. O, arabir narkotik vasitə marixuanadan istifadə etsə də hər hansı narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz satışı, digər formada dövriyyəsi, qaçaqmalçılığı ilə məşğul olmamışdır. Heydər Əliyev adına X13 saxlanarkən, eləcə də təhqiqat və istintaq orqanlarında ona qarşı hər hansı formada fiziki və ya psixi zorakılığa yol verilməmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının CM-nin 206.3.2.-ci, 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə elan edilən ittihamda özünü təqsirli bilməməklə ifadəsində göstərdi ki, 2019-cu ilin mart ayında Türkiyə Respublikasının İstanbul şəhərində tanış olduğu Samir adlı şəxs 2020-ci ilin sonlarında ona zəng edərək Bakıdan İstanbula və əks istiqamətdə sənəd aparmaq, habelə qayıdarkən yoldaşı üçün çamadana qoyduğu hədiyyəni gətirməyə görə etibarlı şəxs lazım olduğunu söylədikdə o, rəfiqəsi Təqsirləndirilən şəxs1 bu barədə məlumat verib işin əvəzində 600 manat ala biləcəyini demiş və sonuncu razılaşmışdır. Elviyyə 2020-ci il dekabrın 30-da İstanbul şəhərinə yollanaraq orada «X19»ndə qalmış, Samir Elviyyənin gətirməli olduğu çamadanı taksi ilə göndərib Elviyyənin gətirdiyi sənəd və ərzaq məhsullarını götürtmüşdür. Sonuncu çamadanı açmaq istədiyindən əlaqə saxladığı Samir içərisindəki qızıl-zinət əşyalarını səliqə ilə yığdığını və Elviyyənin çamadanı açmamağını təkid etmişdir. O, Samirlə işin həlli müqabilində 1.500 manata razılaşdığından Bakıda çamadanı özü təhvil verməklə pulu almaq üçün qeyri-rəsmi nikah münasibətlərində olduğu Təqsirləndirilən şəxs3 ilə birgə 2020-ci il dekabrın 31-də Heydər Əliyev adına X14 gələrək Elviyyəni gözləmişdir. Təyyarə endikdən sonra o, Elviyyə ilə yazışmağa başlamış, sonuncu baqajına qırmızı lent vurulduğunu söyləyəndə əlaqə saxladıqda Samir çamadandakı zinət əşyaları üçün əlavə rüsum ödənilməli olduğundan Elviyyənin ayaqyoluna gedib həmin lenti sökməsini tapşırmış, bunları eyni ilə sonuncuya bildirsə də şübhələnməklə çamadanda qanunsuz predmet olub-olmadığını israrla soruşanda Samir çamadanda 300 ədəd ekstazi həbi gizlətdiyini, lakin heç bir problem olmayacağını bildirmişdir. O, bu barədə Elviyyəyə çatdırmaq istəsə də sonuncu artıq ayaqyolundan çıxmışdır. Bir müddət keçmiş Elviyyə ona zəng çalaraq qapının ağzına gəlmələrini bildirdiyindən o, Məhəmmədlə bərabər qeyd edilən yerə yaxınlaşdıqda gömrük əməkdaşları onları saxlayıb hava limanında yerləşən otağa aparmışlar, orada olan Elviyyə çamadanda külli miqdarda narkotik vasitə olmasından onun xəbəri olub-olmaması ilə maraqlananda o, həyəcanla bunun ola bilməyəcəyini demişdir. Birazdan videoçəkilişdən istifadə edilməklə baxış keçirilərkən Elviyyənin İstanbuldan gətirdiyi çamadanın içərisindəki bir ədəd üzərində «Pedigree» yazılan paketdən beş ədəd şəffaf polietilen bükümdə 970 ədəd bənövşəyi rəngli, yeddi ədəd narıncı rəngli «ekstazi», bir ədəd üzərində «Aptamil Kaşık» yazılan qutudan gümüşü rəngli folqada olan bir ədəd polietilen bükümdəki ağ rəngli tozşəkilli maddə, iki ədəd üzərində «Bepanthol» yazılan krem qutularının və bir ədəd üzərində «Lipton» yazılan çay paketindəki üç ədəd sellofan bükümdə qəhvəyi rəngli qurudulmuş bitki kütləsi aşkar edilmişdir. O, Məhəmmədlə ara-sıra marixuanadan istifadə etsələr də heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı və ya qaçaqmalçılıqla daşınması ilə məşğul olmamışlar. Aeroportda saxlanarkən, həmçinin təhqiqat və istintaq orqanlarında onlara qarşı hər hansı formada fiziki və ya psixi zorakılığa yol verilməmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikasının CM-nin 206.3.2.-ci, 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində qeyri-rəsmi olaraq ər-arvad kimi yaşadığı Təqsirləndirilən şəxs2 rəfiqəsi Təqsirləndirilən şəxs1 2020-ci il dekabrın 29-da təyyarə ilə Türkiyə Respublikasının İstanbul şəhərinə gedib bir gün sonra Bakı şəhərinə qayıdacağını, Türkiyədə yaşayan digər rəfiqəsinin əri Samir adlı şəxsin Elviyyə ilə Azərbaycana göndərəcəyi çamadanı götürməklə Samirin Bakı şəhərindəki anasına və ya qardaşına verməli olduğunu söyləyərək Elviyyəni hava limanında birlikdə qarşılamağı və çamadanı alıb təhvil vermələrini xahiş etdikdə etiraz etmədiyini, Elviyyənin 2020-ci il dekabrın 30-da İstanbul şəhərinə uçmaqla növbəti gün Bakı şəhərinə qayıtdığını, Pərvanə sonuncuya çamadanı gətirməyə görə 600 manat verəcəyini bildirəndə onun Samirin çamadanda hansısa qanunsuz mal göndərəcəyindən şübhələnərək bu barədə Pərvanədən soruşduğunu, sonuncu əvvəlcə inkar etsə də o, əl çəkmədikdə Pərvanənin Samirin çamadanın içərisində 500 ədəd ekstazi həbi gizlədəcəyini sonradan bildiyini, sayı az olduğuna görə gömrük nəzarətindən keçərkən həblərin aşkar edilməyəcəyini, bunun əvəzində Samirin ona əlavə 300-400 manat verəcəyini danışdığını, o, buna görə problem yaşayacaqlarını söyləsə də Pərvanənin narahat olmamağı bildirdiyini, 2020-ci il dekabrın 31-də saat 10:30 radələrində onların taksi ilə Heydər Əliyev adına X14 getdiklərini və təxminən iki saat gözlədikdən sonra Elviyyənin Pərvanəyə çamadana qırmızı lent vurulduğunu, bir qədər ötmüş isə baqajların ağır olduğunu və terminala daxil olub kömək etmələrini yazdığını, bu zaman mülki geyimli gömrük əməkdaşlarının onları saxlamaqla terminalda olan ayrı otağa apardıqlarını göstərərək Təqsirləndirilən şəxs2 ilə uyğun ifadə verdi. İş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Skanlaşdırma və X7 Tətbiqi Şöbəsinin inspektoru gömrük xidməti leytenantı Şahid1 ifadəsində göstərdi ki, 2020-ci il dekabrın 31-də saat 11:10 radələrində «Terminal 1» gömrük postunda xidməti vəzifəsini yerinə yetirərkən TK 332 saylı İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələn Təqsirləndirilən şəxs1 məxsus baqaj göstərilən gömrük postunun bunkerindəki rentgen qurğusundan keçirildiyi vaxt gömrük əməkdaşı Şahid2 monitorda şübhəli təsvirlər gördüyündən qeyd edilən baqaj xüsusi işarələnib gəliş zalına göndərilmişdir. Həmin şəxs baqajını götürməklə ayaqyoluna daxil olaraq çamadanın üzərindəki xüsusi işarəni çıxarmış və baqajını müşayiət edib gömrük nəzarətindən keçmək üçün gəliş zalında olan rentgen qurğusuna yaxınlaşanda Pərvanənin baqajı təkrarən rentgen aparatında yoxlamadan keçirilmişdir. Sonuncu əşyalarına baxış keçirilməsindən ötrü yoxlama otağına dəvət olunmaqla gömrük yoxlaması zamanı bir ədəd çəhrayi rəngli TK 507964 birka nömrəli çamadanın içərisindəki bir ədəd üzərində «Pedigree» yazılan paketdən beş ədəd şəffaf polietilen bükümdə gömrük nəzarətindən gizlədilmiş ümumi çəkisi təxminən 315 qram olan 970 ədəd bənövşəyi rəngli və yeddi ədəd narıncı rəngli «ekstazi» psixotrop maddəsinə bənzər üçkünc həblər, bir ədəd üzərində «Aptamil Kaşık» yazılan qutudan gümüşü rəngli folqada olan bir ədəd polietilen bükümdə gömrük nəzarətindən gizlədilmiş ümumilikdə təxminən 101 qram çəkidə narkotik vasitə kokainə oxşar ağ rəngli tozşəkilli maddə, iki ədəd üzərində «Bepanthol» yazılan krem qutularının və bir ədəd üzərində «Lipton» yazılan çay paketindəki üç ədəd sellofan bükümdə qəhvəyi rəngli qurudulmuş bitki kütləsi gömrük nəzarətindən gizlədilmiş ümumi çəkisi təxminən 472 qram olan «bonzai» deyilən maddə tipli qəhvəyi rəngli qurudulmuş bitki kütləsi aşkar edilərək qablaşdırılıb götürülmüşdür. İş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat Şöbəsinin əməliyyat müvəkkilləri gömrük xidməti mayoru Şahid3 və gömrük xidməti baş leytenantı X16, habelə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin «Bakı Karqo Terminalı Hava Limanı» gömrük postunun baş müfəttişi Şahid4 Şahid1 ilə oxşar ifadələr verdilər. Məhkəmə iclasında ifadələri elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Skanlaşdırma və X7 Tətbiqi Şöbəsinin böyük inspektorları gömrük xidməti leytenantı Şahid2 və gömrük xidməti baş leytenantı Şahid6 ibtidai istintaqda şahid qismində dindirilərkən Şahid1 ilə analoji ifadələr vermişlər (2-ci cild, iş vərəqi 147-149 və 150-152). İş materiallarındakı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin tərtib etdiyi 2020-ci il 31 dekabr tarixli raportlardan və protokollardan görünür ki, daxil olan əməliyyat məlumatına əsasən 2020-ci il dekabrın 31-də saat 11:10 radələrində 332 saylı İstanbul- Bakı aviareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 nəzarətə götürülməklə sonuncuya məxsus çamadan Heydər Əliyev adına Beynəlxalq Aeroportunun birinci terminalının gəliş zalının bunkerində yerləşdirilmiş rentgen aparatından keçirilərkən monitorda şübhəli təsvirlər göründüyündən yoxlama otağında videoçəkilişlə həmin baqaja baxış zamanı çamadandakı bir ədəd sarı rəngli üzərində «Pedigree» sözü yazılmış paketin içərisindən beş ədəd şəffaf polietilen bükümdə gömrük nəzarətindən gizlədilmiş ümumi təmiz çəkisi təxminən 315 qram olan 970 ədəd bənövşəyi və 07 ədəd narıncı rəngli psixotrop maddə «ekstazi»yə bənzər üçkünc həb, bir ədəd üzərində «Aptamil Kaşık» sözləri yazılmış uşaq yeməyi qutusunun içərisindən gümüşü rəngli folqada olan bir ədəd polietilen bükümdə ümumilikdə təxminən 101 qram təmiz çəkidə olan ağ rəngli narkotik vasitə kokainə oxşar tozşəkilli maddə, iki ədəd üzərində «Bepantol» sözü yazılmış krem qutusunun içərisindən və bir ədəd üzərində «Lipton» sözü yazılmış çay paketinin içərisindən üç ədəd sellofan paketdə ümumi çəkisi təxminən 472 qram olan «bonzai» deyilən maddə tipli qəhvəyi rəngli qurudulmuş bitki kütləsi aşkarlanmış, qeyd olunan predmetlər, habelə bir ədəd çamadan və Təqsirləndirilən şəxs1 məxsus bir ədəd «İphone» markalı mobil telefon götürülmüş, sonuncunun üzərinə şəxsi axtarış aparılarkən heç bir qanunsuz əşya aşkar edilməmiş, iki ədəd CD-R diski protokollara əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 6-11 və 13-14). İş materiallarındakı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin tərtib etdiyi 2020-ci il 31 dekabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 göstərilən tarixdə müvafiq qaydada saat 14:00-da, saat 18:00-da və saat 18:40-da Azərbaycan Respublikasının CM-nin 206.2.-ci və 234.4.3.-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşlar (1-ci cild, iş vərəqi 26-27, 51-52 və 76-77). İş materiallarındakı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin tərtib etdiyi 2020-ci il 31 dekabr tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 könüllü təqdim etdiyi bir ədəd «İphone» markalı mobil telefona baxış vaxtı «WhatsApp» proqramı ilə sonuncuya məxsus ***-***-**-** nömrə ilə 2020-ci il dekabrın 31də saat 05:25-dən saat 12:54-dək «EL» kimi qeyd olunan abonentin istifadəsindəki ***-***- **-** nömrəsi ilə yazışmada sonuncunun Təqsirləndirilən şəxs2 taksi gözlədiyini, pul verəcəyini, lenti ayaqyoluna keçib kəsməyini deməsi, həyəcanlanmamasını tələb etməsi, həmçinin «Pups» kimi qeyd olunan abonentin istifadəsindəki ***-***-**-** nömrəsindən 2020-ci il dekabrın 30-da saat 14:31-də ünvan qeyd edilməklə «bükülü 5 qram patı» sözlərinin yazılması, göndərilən iki ədəd şəkildə müxtəlif yerlərdə bağlamaların olması və ox ilə həmin bağlamaların yerinin göstərilməsi müəyyənləşdirilmişdir (1-ci cild, iş vərəqi 59 və 89). İş materiallarındakı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin tərtib etdiyi 2020-ci il 31 dekabr tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs3 könüllü təqdim etdiyi bir ədəd «İphone» markalı mobil telefona baxış zamanı «WhatsApp» proqramı ilə sonuncuya məxsus ***-***-**-** nömrə ilə 2020-ci il dekabrın 30da saat 15:42-dən saat 16:15-dək «Tominyo» kimi qeyd olunan abonentin istifadəsindəki ***-***-**-** nömrəsi ilə yazışmada sonuncu tərəfindən Təqsirləndirilən şəxs3 göndərilən iki ədəd şəkildə müxtəlif yerlərdə bağlamaların olması və ox ilə göstərilən bağlamaların yerinin göstərilməsi, bağlamanın götürüləcəyi yerin olduğu məkanın qeyd edilməsi, həmçinin «İs» kimi qeyd olunan abonentin istifadəsindəki ***-***-**-** nömrəsindən 2020-ci il dekabrın 31-də saat 16:16-da Təqsirləndirilən şəxs3 «WhatsApp» proqramı ilə səs göndərilib «ximi» qoymadığını soruşması müəyyənləşdirilmişdir (1-ci cild, iş vərəqi 84-85). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 01 yanvar tarixli 7/01 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilməklə üzərində «...Təqsirləndirilən şəxs1...» yazısı olan polietilen paketdəki üç ədəd şəffaf sellofanda ayrı-ayrılıqda təmiz çəkiləri 100 qram, 105 qram və 265 qram, 470 qram ümumi təmiz çəkidə bitki mənşəli kütlələr tərkibində sintetik kannabinoidlərə aid MDMB-4en-PİNACA adlı maddə vardır, həmin maddənin çəkisi 76,206 qramdır; bitki mənşəli kütlənin tədqiqatdan sonrakı qalığı 469,4 qram təşkil edir; ekspertiza tədqiqatının dəyəri 89 manatdır (1-ci cild, iş vərəqi 110-111). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 01 yanvar tarixli 6/03 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilməklə üzərində «№-002102 Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Təqsirləndirilən şəxs1...» və sair yazıları olan paketdəki bir ədəd bükümdə 98,800 qram təmiz çəkidə ağ rəngli maddə kütləsi narkotik vasitə kokaindir; 970 ədəd bənövşəyi rəngli və yeddi ədəd narıncı rəngli üçkünc həb təsir maddəsinin ümumi miqdarı 157,14 qram və 1,050 qram olan MDMA (metilendioksimetamfetamin, ekstazi) həbi olaraq tərkibində MDMA təsir maddəsinin ümumi miqdarı 158,19 qram təşkil edir; narkotik vasitə kokainin və psixotrop maddə olan MDMA-nın tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 98,7 qram və 973 ədəd həb təşkil edir; ekspertiza tədqiqatının dəyəri 108,46 manatdır (1-ci cild, iş vərəqi 113-117). İş materiallarındakı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat- İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021ci il 01 yanvar tarixli protokoldan görünür ki, şübhəli şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 üzləşdirilərkən birincisi ifadəsini təsdiq etmiş, sonuncu onun dediklərini təkzib etmişdir (1-ci cild, iş vərəqi 171-173). İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 02 yanvar tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edildikləri Azərbaycan Respublikasının CM-nin 206.3.2.-ci, 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 184-186, 200-202 və 216-218). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2021-ci il 02 yanvar tarixli qərarlarının surətlərindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 206.3.2.-ci, 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində əvvəli 2020-ci il dekabrın 31dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 242- 252, 2-ci cild, iş vərəqi 1-6). İş materiallarındakı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat- İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021ci il 07 yanvar tarixli baxış protokolundan görünür ki, X5 müşayiət etdiyi, içərisindən narkotik vasitə kokain və psixotrop maddə olan MDMA aşkar edilən bir ədəd çəhrayı rəngli plastmas materialdan hazırlanmış üzərində «STONEBAG LUGGAGE» sözləri yazılan çamadanın üst tərəfindəki tutacaq hissəyə üzərində «DAMİROVA ELVİYYA UJCRKG 31DEC/İST/TG TO GYD HEYDAR ALİYEV TK 0332 31 DEC TURKİSH AİRLANES» hərf və rəqəmləri yazılmış kağız lent yapışdırılması, çamadanın içərisinə baxış zamanı içərisindən psixotrop maddə olan MDMA, üzərində «Pedigree» sözü yazılmış sarı rəngli bir ədəd heyvan yemi paketinin içərisindən narkotik vasitə kokain, üzərində «Aptamil Kaşık» sözləri yazılmış bir ədəd uşaq yeməyi qutusunun içərisindən MDMB-4en-PİNACA maddəsinin aşkar edilməsi, üzərində «Bepanthol» sözü yazılmış iki ədəd krem qutusunun və üzərində «Lipton» sözü yazılmış bir ədəd çay paketinin olması müəyyən olunmuş, fotocədvəl porotokola əlavə edilmişdir (2-ci cild, iş vərəqi 40-47). İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 07 yanvar tarixli qərarından görünür ki, X5 müşayiət etdiyi çamadandan aşkarlanan narkotik vasitə kokainin və psixotrop maddə olan MDMA-nın tədqiqatdan sonrakı müvafiq qaydada 98,7 qram və 973 ədəd həb qalıqları maddi sübut kimi tanınıb idarənin maddi sübutların saxlanc otağına, üzərində «Pedigree» sözü yazılmış sarı rəngli bir ədəd heyvan yemi paketi, üzərində «Aptamil Kaşık» sözləri yazılmış bir ədəd uşaq yeməyi qutusu və bir ədəd çəhrayı rəngli çamadan maddi sübut kimi tanınmaqla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin «Azərterminalkompleks» birliyinin anbarına təhvil verilmiş, qeyd olunan çamadandan aşkar edilən MDMB-4en-PİNACA maddəsinin tədqiqatdan sonrakı 469,4 qram çəkidə qalığının maddi sübut kimi tanınmadan Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanması nəzərə alınmışdır (2-ci cild, iş vərəqi 48-50). İş materiallarındakı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat- İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021ci il 07 yanvar tarixli protokoldan görünür ki, X5 2009-cu il dekabrın 19-dan 2020-ci il dekabrın 31-dək tarixədək müxtəlif sərhəd nəzarət məntəqələrindən keçməklə Türkiyə Respublikası istiqamətində 2013-cü il dekabrın 20-də ölkədən çıxıb 2013-cü dekabrın 23də daxil olması, 2020-ci il dekabrın 30-da ölkədən çıxıb 2020-ci il dekabrın 31-də daxil olması, bir dəfə Rusiya Federasiyası istiqamətində, digər hallarda isə Gürcüstan istiqamətində olmaqla ümumilikdə 17 dəfə Azərbaycan Respublikasının ərazisini tərk etməklə geri qayıtması, sonuncu dəfə 2020-ci il dekabrın 30-da saat 09:09-da «Bakı Aeroportu» sərhəd nəzarət məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətində Azərbaycan Respublikasının ərazisini tərk etməklə 2020-ci il dekabrın 31-də saat 11:05-də həmin sərhəd nəzarət məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətindən Azərbaycan Respublikasının ərazisinə gəlməsi, Təqsirləndirilən şəxs2 2014-cü il aprelin 11-dən 2020-ci il yanvarın 01-dək müxtəlif sərhəd nəzarət məntəqələrindən keçməklə Türkiyə Respublikası istiqamətində 2014-cü il aprelin 11-də ölkədən çıxıb 2014-cü il aprelin 27-də daxil olması, 2019-cu il martın 18-də ölkədən çıxıb 2019-cu il aprelin 30-da daxil olması, qalan hallarda isə Gürcüstan istiqamətində olmaqla ümumilikdə 10 dəfə Azərbaycan Respublikasının ərazisini tərk etməklə geri qayıtması, sonuncu dəfə 2020-ci il yanvarın 27-də saat 05:27-də «Şıxlı» sərhəd nəzarət məntəqəsindən keçməklə Gürcüstan istiqamətində Azərbaycan Respublikasının ərazisini tərk edib 2020-ci il yanvarın 30-da saat 13:18-də həmin sərhəd nəzarət məntəqəsindən keçməklə Gürcüstan istiqamətindən Azərbaycan Respublikasının ərazisinə gəlməsi, Təqsirləndirilən şəxs3 2006-cı il mayın 16dan 2019-cu il oktyabrın 06-dək müxtəlif sərhəd nəzarət məntəqələrindən keçməklə iki halda Rusiya Federasiyası istiqamətində, qalan hallarda isə Gürcüstan istiqamətində olmaqla ümumilikdə səkkiz dəfə Azərbaycan Respublikasının ərazisini tərk etməklə geri qayıtması, sonuncu dəfə 2019-cu il iyunun 29-da saat 06:15-də «Balakən» sərhəd nəzarət məntəqəsindən keçməklə Gürcüstan istiqamətində Azərbaycan Respublikasının ərazisini tərk edib 2019-cu il oktyabrın 06-da saat 02:10-da həmin sərhəd nəzarət məntəqəsindən keçməklə Gürcüstan istiqamətindən Azərbaycan Respublikasının ərazisinə gəlməsi müəyyən edilmişdir (2-ci cild, iş vərəqi 51-56). İş materiallarındakı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat- İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021ci il 09 yanvar tarixli protokoldan görünür ki, bir ədəd üzərində «Pedigree» sözü yazılmış paket, bir ədəd üzərində «Aptamil Kaşık» sözləri yazılmış qutu, içərisində dörd ədəd «Bepantol» markalı krem olan dörd ədəd qutu, üzərində «Lipton» sözü yazılmış paket, yeddi ədəd müxtəlif geyim əşyası, iki ədəd oyuncaq, bir ədəd çəhrayı rəngli çamadan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin «Azərterminalkompleks» birliyinin anbarına təhvil verilmişdir (2-ci cild, iş vərəqi 84). İş materiallarındakı Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 15 yanvar tarixli protokoldan görünür ki, videoçəkilişlə Təqsirləndirilən şəxs3 yaşadığı ünvan 4 ünvanına baxış vaxtı heç bir qanunsuz əşya və ya predmet aşkarlanmamış, bir ədəd CD-R diski protokola əlavə olunmuşdur (2-ci cild, iş vərəqi 108-113). İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 2020-ci il 13 yanvar 069-764-1221 №-li məktubundan görünür ki, X8 barəsində təqsirləndirici material və ya cinayət işi yoxdur (2-ci cild, iş vərəqi 115). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2021-ci il yanvarın 15-də tərtib etdiyi tələbnamələrdən görünür ki, X8, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum edilməmişlər (2-ci cild, iş vərəqi 118, 120 və 122). İş materiallarındakı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat- İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021ci il 19 yanvar tarixli protokoldan görünür ki, videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 3 ünvanına baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkarlanmamış, bir ədəd CD-R diski protokola əlavə olunmuşdur (2-ci cild, iş vərəqi 125-130). İş materiallarındakı Balakən Rayonu İcra Hakimiyyəti başçısının Balakən Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin tərtib etdiyi 2021-ci il 15 yanvar tarixli 147 №-li və eyni tarixli 148 №-li arayışlardan, habelə xasiyyətnamədən görünür ki, ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs3 haqqında heç bir yazılı şikayət ərizəsi daxil olmamışdır (2-ci cild, iş vərəqi 160-162). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsinin 2021-ci il 18 yanvar tarixli 353 №-li və «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin 2021-ci il 19 yanvar tarixli 19/51- 751 №-li məktublarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tibb müəssisəsində müalicədə olmamışlar, Təqsirləndirilən şəxs3 2016-cı il oktyabrın 31-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Xidmətinin Balakən Rayon Şöbəsinin 2016-cı il 05 oktyabr tarixli 335 saylı göndərişinə əsasən stasionar müalicəyə qəbul olunmaqla 2016-cı il noyabrın 01-də evə yazılmışdır, sonuncular Respublika Narkoloji Mərkəzində müalicə almamaqla qeydiyyatda yoxdurlar (2-ci cild, iş vərəqi 166- 167). İş materiallarında olan Balakən Rayon Polis Şöbəsinin 2021-ci il 20 yanvar tarixli 109-1422-1221 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində hər hansı təqsirləndirici material yoxdur (2-ci cild, iş vərəqi 168). İş materiallarındakı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat- İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021ci il 28 yanvar tarixli protokoldan görünür ki, X15 Aeroportunda hərəkət istiqamətlərini əks etdirən bir ədəd CD diskinə baxış vaxtı aeroportun bunkerində Təqsirləndirilən şəxs1 məxsus çəhrayı rəngli çamadan rentgen qurğusundan keçirilərkən monitorda şübhəli cizgilər müşahidə olunduğundan çamadanın üzəri qırmızı lent vasitəsi ilə işarələnərək baqaj lentinə yerləşdirilməsi, sonuncunun sərhəd nəzarət məntəqəsindən keçib hava limanına daxil olmaqla baqaj lenti olan zala getməsi, orada bir qədər gözlədikdən sonra baqaj lentinə yaxınlaşaraq çamadanı götürməsi, bir qədər mobil telefonla danışıb əynindəki qara rəngli uzunqol üzərində müxtəlif naxışlar olan kofta ilə yaxınlıqdakı ayaqyoluna daxil olması, bir qədər ötmüş qeyd edilən kofta əvəzinə əynində qara rəngli uzunqol üzərində hər hansı naxış olmayan kofta olmaqla üzərinə işarə qismində bağlanmış qırmızı lenti çıxarılmış vəziyyətdə qeyd edilən çamadanla ayaqyolundan çölə çıxaraq yoxlama xəttinə tərəf hərəkət etməsi, yoxlama xəttinə çatarkən gömrük əməkdaşının əl işarəsinə əsasən qırmızı xəttə daxil olub çamadanı rentgen qurğusuna yerləşdirməsi, rentgen qurğusunun monitorunda yenidən şübhəli cizgilər müşahidə edildiyindən dəvət edildiyi yoxlama otağına çamadanla birgə daxil olması müəyyənləşdirilmişdir (2-ci cild, iş vərəqi 169). İş materiallarındakı «Azercell Telekom» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 04 fevral tarixli 2396 №-li məktubundan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 30 mart tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsindəki ***-***-**-** saylı, Təqsirləndirilən şəxs2 istifadəsindəki ***-***-**-** saylı, Təqsirləndirilən şəxs3 istifadəsindəki ***-***-**-** saylı, Samir adlı şəxsin istifadəsindəki +**********09 saylı, Zik adlı şəxsin istifadəsindəki +**********77 saylı, İs (İsmayıl) adlı şəxsin istifadəsindəki ***-***-**-** saylı və Təqsirləndirilən şəxs1 telefonunun yaddaşında adı «MW» şəklində qeyd edilmiş şəxsin istifadəsindəki ***-***-**-** saylı mobil nömrələr arasında hadisənin baş verdiyi 2020-ci il dekabrın 31-i də daxil olmaqla təqdim edilən dövr ərzində qeyd edilən mobil nömrələr arasında iş üzrə əhəmiyyətli məzmuna malik SMS yazışma, eləcə də telefon danışığı aşkar edilməmiş, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2, sonuncu ilə Təqsirləndirilən şəxs3 arasında çoxsaylı telefon danışıqlarının aparılması, Təqsirləndirilən şəxs1 telefonunun yaddaşında adı «MW» şəklində qeyd edilmiş şəxsin istifadəsindəki ***-***-**-** saylı mobil nömrə ilə yalnız Təqsirləndirilən şəxs1 arasında, İs (İsmayıl) adlı şəxslə isə yalnız Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 arasında müxtəlif tarixlərdə çoxsaylı telefon danışıqlarının həyata keçirilməsi aşkarlanmış, bir ədəd CD diski cinayət işinə əlavə edilmişdir (2-ci cild, iş vərəqi 177-178 və 3-cü cild, iş vərəqi 2-20). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 2021-ci il 01 mart tarixli xx/xx-1133 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində olan əməliyyat tapşırığına əsasən müvafiq əməliyyat tədbirləri keçirilsə də müsbət nəticə əldə olunmamışdır (2-ci cild, iş vərəqi 219). İş materiallarındakı Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının X17 Ərazi Dairəsi üzrə nümayəndəsinin tərtib etdiyi 2021-ci il 19 fevral tarixli 24 №-li və 2021-ci il 11 fevral tarixli 425 №-li arayışların, habelə 2021-ci il 12 fevral tarixli 22 №-li xasiyyətnamənin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 3 ünvanında qeydiyyatda olmaqla anası Hicran Zahid qızı Hacıyeva və bacısı X3 ilə birlikdə yaşayır, Təqsirləndirilən şəxs3 göstərilən ünvanda qeydiyyatda olması və yaşaması barədə məlumat yoxdur, Təqsirləndirilən şəxs2 haqqında heç bir şikayət daxil olmamışdır (2-ci cild, iş vərəqi 221- 223). İş materiallarındakı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat- İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021ci il 18 mart tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus «İphone 7» markalı, Təqsirləndirilən şəxs2 məxsus «İphone 7 Plus» markalı və Təqsirləndirilən şəxs3 məxsus «İphone 6» markalı mobil telefonlara baxış zamanı Təqsirləndirilən şəxs1 məxsus «İphone 7» markalı mobil telefonun «Adlar» bölməsində Təqsirləndirilən şəxs2 istifadəsindəki ***-***-**-** saylı mobil nömrənin «Puqovka» adı ilə yaddaşa yazılması müəyyən edilməklə mesajlar bölməsində iş üzrə əhəmiyyət kəsb hər hansı mesaj aşkar edilməmiş, «Zənglər» bölməsində yalnız sonuncunun istifadəsindəki mobil nömrə ilə 2020ci il dekabrın 29-dan 2020-ci il dekabrın 30-dək əlaqə yaradılması, «WhatsApp» proqramı ilə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 müəyyən məbləğdə pul qarşılığında Azərbaycandan Türkiyəyə sənəd və bir sıra mallar aparıb orada bir nəfərdən içərisində mallar olan çamadanı qəbul edərək Azərbaycana gətirib ona təhvil verməsini təklif etməsini, sonuncunun bu təklifi qəbul edərək Türkiyəyə getməklə qeyd edilən çamadanı götürərək Təqsirləndirilən şəxs2 təhvil vermək üçün Azərbaycana gətirməsini, hava limanında çamadanın gömrük orqanının əməkdaşları tərəfindən qırmızı lentlə işarələnməsini, sonuncunun Təqsirləndirilən şəxs1 həmin lentləri sökməsini söylədikdə sonuncunun lentləri sökməsini, beləliklə hadisənin törədilmə mexanizmini əks etdirən səsli və yazılı mesajlardan, fotoşəkillərdən ibarət məzmunlu danışıqlar aparılması, eləcə də 2020-ci il dekabrın 27-dən 2020-ci il dekabrın 31-dək çoxsaylı zənglərin həyata keçirilməsi, «WhatsApp» proqramı ilə Samir adlı şəxsin istifadəsindəki +**********09 saylı mobil nömrədən 2020-ci il dekabrın 31-də bir dəfə videozəng və çoxsaylı səsli zəngin daxil olmaqla heç birinin cavablandırılmaması, sonuncunun Təqsirləndirilən şəxs1 telefonu cavablandırmasını bildirən məzmunlu bir neçə cavabsız mesaj yazması müəyyən edilmiş, «Signal» proqramı ilə «MW» şəklində qeydə alınan +**********27 saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 narkotik vasitə marixuana və psixotrop maddə olan metamfetaminə bənzər predmetlərin fotoşəkillərinin göndərilməsi və aralarında səsli və yazılı mesajlardan ibarət çoxsaylı danışıqlar aparılması aşkarlanmış; Təqsirləndirilən şəxs2 məxsus «İphone 7 Plus» markalı mobil telefonun «Adlar» bölməsində Təqsirləndirilən şəxs1 istifadəsindəki ***-***-**-** saylı mobil nömrənin «El», Təqsirləndirilən şəxs3 istifadəsindəki ***-***-**-** saylı mobil nömrə «pups», «Samir» adlı şəxsin istifadəsindəki +**********09 saylı mobil nömrənin «İstanbul promo state SAm» adı ilə yaddaşa yazılması, «Zənglər» bölməsində yalnız Təqsirləndirilən şəxs1 istifadəsindəki ***-***-**-** saylı və Təqsirləndirilən şəxs3 istifadəsindəki ***-***-**-** saylı mobil nömrə, eləcə də ayrı-ayrı şəxslərlə 2020-ci il dekabrın 06-dan 2020-ci il dekabrın 31-dək yaradılmış əlaqəyə dair qeydlərin olması, «WhatsApp» proqramı ilə Təqsirləndirilən şəxs1 istifadəsindəki ***-***-**-** saylı mobil nömrə ilə danışıqlar aparılması, Samir adlı şəxsin istifadəsindəki +**********09 saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 telefonu cavablandırmasını bildirən məzmunlu bir neçə cavabsız mesaj yazılması, Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs2 arasında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsini bildirən çoxsaylı söhbətlər aparılması, 2020-ci il dekabrın 23-dən 2020-ci il dekabrın 31-dək sonuncu ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Samir adlı şəxs və digər şəxslər arasında çoxsaylı səsli və videozənglər həyata keçirilməsi, bundan başqa qeyd edilən tarixlərdən əlavə olaraq Təqsirləndirilən şəxs2 ilə Samir adlı şəxs arasında 2020-ci il avqustun 08-dən 2020-ci il avqustun 10-dək səsli və videozənglərin icra edilməsi, «Fotolar» bölməsində adı «İstanbul promo state SAm» şəklində qeyd edilmiş şəxslə aparılan hansısa malın satışını, həmçinin qarşı tərəfdən tutulmaq ehtimalının soruşulmasını, cavab olaraq bunun az ehtimal olmasını, müəyyən məbləğdə pulun düşəndə, qalan məbləğin daha sonra verilməsini bildirən məzmunlu söhbətlərin əks olunduğu iki ədəd fotoşəkil aşkar edilməsi müəyyənləşdirilmiş; Təqsirləndirilən şəxs3 məxsus «İphone 6» markalı mobil telefonun «Adlar» bölməsində Təqsirləndirilən şəxs2 istifadəsindəki ***-***-**-** saylı mobil nömrənin «Tominyo», Samir adlı şəxsin istifadəsindəki +**********09 saylı mobil nömrə «Wahla», İsmayıl adlı şəxsin istifadəsindəki ***-***-**-** saylı mobil nömrənin «İs», Zik adlı şəxsin istifadəsindəki +**********77 saylı mobil nömrənin «Zik» adı ilə yaddaşa yazılması, «Zənglər» bölməsində Təqsirləndirilən şəxs2 ilə, Samir adlı şəxslə, İsmayıl adlı şəxslə, eləcə də ayrı-ayrı şəxslərlə 2020-ci il dekabrın 29-dan 2021-ci il yanvarın 01-dək yaradılmış əlaqəyə dair qeydlərin olması, «WhatsApp» proqramı ilə Təqsirləndirilən şəxs2 ilə danışıqlar aparılmaqla bu danışıqların sonuncunun mobil telefonundakı qeyd olunan proqramdan aşkarlanan danışıqlarla eynilik təşkil etməsi, Samir adlı şəxsin istifadəsindəki mobil nömrədən Təqsirləndirilən şəxs2 «meni dolamısan?» şəklində bir cavabsız mesaj yazılması, İsmayıl adlı şəxsin Təqsirləndirilən şəxs3 narkotik vasitələrin qanunsuz dövriyyəsini bildirən «Qaqa salam aleykum, nə var nə yox, nətərsən, bayramın da mübarək, düşərli olsun İnşallah, ay Maqa dünən qoymamışdın ximi zad, bir az təbiidən də olsa demişdin, ximi qoymayıbsan?» məzmunlu bir səs yazısı göndərməsi, 2020-ci il dekabrın 14-dən 2021-ci il yanvarın 01-dək Təqsirləndirilən şəxs3lə Təqsirləndirilən şəxs2, Samir, İsmayıl adlı və digər şəxslər arasında çoxsaylı səsli və videozənglər həyata keçirilməsi müəyyən edilmiş, «Fotolar» bölməsində iş üzrə əhəmiyyət kəsb edən başqa fotoşəkil aşkarlanmamışdır (2-ci cild, iş vərəqi 224-274). İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin 2021-ci il 23 aprel tarixli 34/200/021194 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2, sonuncu ilə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Samir adlı şəxs arasında «WhatsApp» proqramı ilə, Təqsirləndirilən şəxs1 ilə «MW» kimi qeyd olunan şəxs arasında «Siqnal» proqramı ilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsini bildirən çoxsaylı söhbətlər aparılması, həmin mövzuda fotoşəkillər göndərilməsi müəyyənləşdirilmişdir (3-cü cild, iş vərəqi 72-129). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2021-ci il 29 mart tarixli 877 №-li, 2021-ci il 12 aprel tarixli 1058 №-li və 2021-ci il 12 aprel tarixli 1060 №-li rəylərindən müvafiq qaydada görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 çətənə bitkisi preparatlarından istifadə halları olsa da sonuncular narkomaniya xəstəliyindən əziyyət çəkməməklə məcburi müalicəyə ehtiyacları yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmaları məsləhət görülür (3-cü cild, iş vərəqi 131-132, 138-139 və 141-142). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin ambulator məhkəməpsixiatrik ekspertizasının 2021-ci il 30 mart tarixli 640 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmamaqla ittiham olunduğu əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması müəyyən edilməmişdir, sonuncu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməklə onları idarə etmək iqtidarında olduğundan anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur (3-cü cild, iş vərəqi 134-136). İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 29 aprel tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 məxsus «İphone 7» markalı, Təqsirləndirilən şəxs2 məxsus «İphone 7 Plus» markalı və Təqsirləndirilən şəxs3 məxsus «İphone 6» markalı mobil telefonlar maddi sübut kimi tanınmaqla cinayət işinə əlavə edilmişdir (3-cü cild, iş vərəqi 148-149). İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 03 iyun tarixli sübutların qiymətləndirilməsi qiymətləndirilməsi, habelə eyni tarixli cinayət işindən başqa cinayət işinin ayrılması və ayrılmış cinayət işinin icraata qabul edilməsi haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 206.3.2.-ci, 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, Samir adlı şəxs və qeyriləri barəsində Azərbaycan Respublikasının CM-nin 206.3.2.-ci, 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə başqa cinayət işinin ayrılması barədə qərar qəbul edilmiş, əvvəllər narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmalarına dair xüsusiyyətlər üzrə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, X12, X10, X11 və Orik adlı şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 234-cü maddəsi ilə cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs1 müşayiət etdiyi çamadandan 76,206 qram MDMB-4en-PİNACA adlı maddənin aşkar edilməsinin sonuncuya, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 elan edilmiş ittihamın əsası kimi qəbul edilməməklə ittihamın məzmununa daxil edilməməsi, həmçinin həmin maddənin təyinatı məsələsi məhkəmənin yekun qərarı ilə həll edilənədək tədqiqata sərf edilmiş hissəsi diqqətə alınmaqla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılması nəzərə alınmış, maddi sübut kimi tanınmaqla X5 müşayiət etdiyi çamadandan aşkarlanan narkotik vasitə kokainin və psixotrop maddə olan MDMA-nın (metilendioksimetamfetamin) tədqiqatdan sonrakı müvafiq qaydada 98,7 qram çəkidə və 973 ədəd həb qalıqlarının saxlanılmaq üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına, bir ədəd sarı rəngli üzərində «Pedigree» sözü yazılmış heyvan yeməyi paketinin, içərisindən narkotik vasitə kokain aşkar edilən bir ədəd üzərində «Aptamil Kaşık» sözləri yazılmış uşaq yeməyi qutusunu və qeyd edilənlərin yerləşdirildiyi bir ədəd çəhrayı rəngli çamadanın Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin «Azərterminalkompleks» birliyinin anbarına təhvil verilməsi, Təqsirləndirilən şəxs1 məxsus «İphone 7» markalı, Təqsirləndirilən şəxs2 məxsus «İphone 7 Plus» markalı və Təqsirləndirilən şəxs3 məxsus «İphone 6» markalı mobil telefonların cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır (3-cü cild, iş vərəqi 173-199). Məhkəmə mövcud sübutlara qiymət verərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CMnin 206.3.2.-ci, 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrini, əməllərində cinayət tərkibinin olduğunu, bununla da onların təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxslərin əməlləri Azərbaycan Respublikasının CM-nin 206.3.2.-ci, 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayətdə özlərini təqsirli bilməmələrinə tənqidi yanaşaraq hesab edir ki, onların göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onların bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə kokain şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,02 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 1 qram, İİ siyahısında psixotrop maddə MDMA şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,03 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram müəyyən olunmuşdur. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittiham edildikləri cinayət əməllərini törətmələri məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, şahidlərin ifadələri, məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş şahidlərin ifadələri, maddi sübutların mövcudluğu, ekspert və tibbi yoxlamanın rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərinin Azərbaycan Respublikasının CM-nin 206.3.2.-ci, 234.4.1.-ci və 234.4.3.-cü maddələrinin dispozisiyalarında ehtiva olunmayan tamah niyyəti kimi qiymətləndirilməsi üçün heç bir hüquqi əsasın olmadığı qənaətindədir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 qadın olmalarını, sonuncuların və Təqsirləndirilən şəxs3 ilk məhkumluqlarını, yaşayış yerləri üzrə barələrində şikayət daxil olmadığını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur və onlar törətdikləri əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 haqqında seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilməklə X5 müşayiət etdiyi çamadandan aşkarlanmış narkotik vasitə kokainin və psixotrop maddə MDMA-nın (metilendioksimetamfetaminin), maddi sübut tanınmayan MDMB-4en-PİNACA maddəsinin tədqiqatlardan sonrakı müvafiq qaydada 98,7 qram çəkidə, 973 ədəd həb və 469,4 qram çəkidə qalıqları, bununla yanaşı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin «Azərterminalkompleks» birliyinin anbarına təhvil verilməklə bir ədəd sarı rəngli üzərində «Pedigree» sözü yazılmış heyvan yeməyi paketi, içərisindən narkotik vasitə kokain aşkar edilən bir ədəd üzərində «Aptamil Kaşık» sözləri yazılmış uşaq yeməyi qutusu və qeyd edilənlərin yerləşdirildiyi bir ədəd çəhrayı rəngli çamadan məhv edilməli, cinayət işinin materiallarına əlavə edilən Təqsirləndirilən şəxs1 məxsus «İphone 7» markalı, Təqsirləndirilən şəxs2 məxsus «İphone 7 Plus» markalı və Təqsirləndirilən şəxs3 məxsus «İphone 6» markalı mobil telefonlar sonuncuların ailə üzvlərinə qaytarılmalıdır. İş üzrə 197,46 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 65,82 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 hər biri tərəfindən 90 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Bununla da təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 göstərilən hüquqi yardımla əlaqədar Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 540 manat, Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 540 manat və Müdafiəçi3 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 540 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutulduğu gündən, yəni 2020-ci il dekabrın 31-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 206.3.2.-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) il 06 (altı) ay, Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirli bilinib 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2020-ci il dekabrın 31-dən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 206.3.2.-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) il, Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirli bilinib 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 11 (on bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2020-ci il dekabrın 31-dən hesablansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 206.3.2.-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) il 06 (altı) ay, Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirli bilinib 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2020-ci il dekabrın 31-dən hesablansın. 197,46 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 65,82 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 540 manat, Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 540 manat və Müdafiəçi3 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 540 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilməklə X5 müşayiət etdiyi çamadandan aşkarlanmış narkotik vasitə kokainin və psixotrop maddə MDMA-nın (metilendioksimetamfetaminin), maddi sübut tanınmayan MDMB-4en-PİNACA maddəsinin tədqiqatlardan sonrakı müvafiq qaydada 98,7 qram çəkidə, 973 ədəd həb və 469,4 qram çəkidə qalıqları, bununla yanaşı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin «Azərterminalkompleks» birliyinin anbarına təhvil verilməklə bir ədəd sarı rəngli üzərində «Pedigree» sözü yazılmış heyvan yeməyi paketi, içərisindən narkotik vasitə kokain aşkar edilən bir ədəd üzərində «Aptamil Kaşık» sözləri yazılmış uşaq yeməyi qutusu və qeyd edilənlərin yerləşdirildiyi bir ədəd çəhrayı rəngli çamadan məhv edilsin, cinayət işinin materiallarına əlavə edilən Təqsirləndirilən şəxs1 məxsus «İphone 7» markalı, Təqsirləndirilən şəxs2 məxsus «İphone 7 Plus» markalı və Təqsirləndirilən şəxs3 məxsus «İphone 6» markalı mobil telefonlar sonuncuların ailə üzvlərinə qaytarılmalıdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 haqqında seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Azər Paşayev Əhməd Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar